Məhkəmə qərarları › İş №1(101)-1781/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1781/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1781/2025 16.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X8 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Cəbrayıl şəhəri, B.Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İİİ qrup əlil, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, ev 3, mənzil 80-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu, Savalan şəhid və qazilərin yaşayış kompleksində həyətdə oynayan azyaşlı uşaqların səs-küy saldıqlarına görə onların ünvanlarına nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs ona irad bildirməsini cuzi səbəb kimi bəhanə edərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində olan istintaqa məlum olmayan deşici-kəsici alətlə-bıçaqla Zərərçəkmiş şəxs 01 dəfə zərbə vurmaqla sonuncuya sol İX qabırğanın kəsilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə insan həyatı üçün təhlükəli hesab olunan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hadisə baş verən günü dərman atıb mətbəxdə oturmuşdur. Dərman atmasına baxmayaraq yata bilməmiş, çünki başında ağrılar, səslər olduğuna görə yatmağına mane olmuşdur. Dərman atmadığı zamanlarda da elə olurdu ki, iki gün yuxu yata bilmirdi. Həmin vaxt dərman atmış, ancaq dərman təsir etməmişdir. Həkimə dəfələrlə dərmanın təsir etmədiyini də demişdir. Həmin günü də həddindən artıq dərman qəbul etmişdir, həyətdə də uşaqların səs-küyü olmuşdur. O, həyətə çıxaraq, uşaqlara iradını bildirərək onlara “birincisi oynamayın, ikincisi isə əgər oynayırsızsa sakit olun” demişdir. Bundan sonra içəri girmiş, uşaqlar yenidən oynamağa başlamışlar. O, çölə çıxaraq uşaqlara “eşitmirsiniz məni?” deyəndə, orada uşaqlardan biri onun ağzını əyməyə başlamışdır. O, da uşaqlara “o hansı tərbiyəsizdir” demişdir. Onun ifadəsi bu formada olmuş, həmin ifadəni kobud tərzdə deməmişdir. Bunu deyəndə həmin vaxtı qarşı binada 5-ci mərtəbədə yaşayan Zərərçəkmiş şəxs çıxıb “uşaqdır, harada oynamalıdır?” deyə ona iradını bildirəndə, o da “sənin başın səs götürürsə, mənim başım səs götürmür” demişdir. O, müharibədə ən qızğın döyüşlərdə iştirak etmiş, ordunun öncülərindən biri olmuşdur. Döyüşlər zamanı birinci 85 nəfər olsalar da, sonradan 300 nəfər olmuşdular. O və döyüş yoldaşları qaynar nöqtələrdə olmuş, ona belə vəziyyətlər daha çox təsir etmişdir. O, qapalı yerlərdə də sıxılmışdır. Bu sözlü mübahisədən sonra Azad onu aşağı çağırmış, həmin andan sonra baş verənləri xatırlamamışdır. Yoldaşı Zəhra həmin vaxt bütün baş verən vəziyyətin şahidi olmuşdur və ona “Zərərçəkmiş şəxs səni aşağı çağırdı, yaxınlaşdınız, aranızda 10-15 saniyə söhbət oldu və o, səni vurdu, yaxandan tutub linc etməyə çalışdı” demişdir. Əlində əsa olmuş, uzun illər idmanla da məşğul olmuş, hərbidən qabaq o, kəsici alətdən istifadə etməmişdir. Azada qarşı şikayəti yoxdur, ömür boyu heç kimdən şikayətçi olmamışdır. Azad onu linc eləməyə çalışmış, bu onun pisinə gəlmişdir. O da, zərərçəkmiş şəxs də müharibə veteranıdırlar, həmçinin həyat yoldaşı yuxarıdan baxdığına görə baş verənlər onun üçün ağır gəlmişdir. O, bir bıçaq zərbəsini zərərçəkmiş şəxsə vurmuşsa da, 7 bıçaq zərbəsini də həmin vaxtı özünə xəsarət yetirmişdir. Qoluna, ayaqlarına, hətta qarnına da xəsarət yetirməyə çalışdıqda orada yaşayanlardan biri qolundan tutaraq ona mane olmuşdur. Onun bu halı birinci dəfə olmamış, bundan qabaq da özünə qarın nayihədən xəsarət yetirmişdir. 1 saylı kliniki tibb mərkəzində bununla bağlı müalicə də almışdır. Hadisənin cərəyan olunma səbəbi belə başlamışdır. Orada nalayiq ifadə bildirməmiş, ömür boyu da söyüşdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslə barışıq əldə etmiş, əməlindən peşmandır, istəməzdi belə bir hadisə baş versin. Azad birinci onu vurmasa idi, o, da Azadı vurmazdı. Bəlkə də Azad təklikdə onu vursa idi, belə reaksiya verməzdi. Kiminsə həyat yoldaşı, yaxını baxanda ona qarşı bu cür hərəkət etmək düzgün deyil. O, ümumiyyətlə, çölə-bayıra çox çıxmamış, qapalı yerdə sıxılmış, yəni çox ətrafa çıxmamışdır. Tibbi durumu ilə bağlı sənədi vardır, Yanvar ayında psixatriyada 3 ay müalicə almışdır. Daxili İşlər Nazirliyinin hospitalında həm travma ilə bağlı, həm də periodik müalicə aldığını, ondan 20 gün sonra Maştağada da müalicə aldığını, orada müalicə almağı ilə bağlı başqa sənədləri də olduğunu bildirmişdir. 2022-ci ildə evdə olarkən özünə bıçaqla xəsarət yetirmişdir. Hamısının rəsmi qaydada arayışı vardır. Psixoloji problemi olduğuna görə qollarına cızma yaralar etdiyinə görə üzərində bıçaq gəzdirdiyini, qan çıxanda rahatlaşdığını bildirərək, artıq üzərində bıçaq gəzdirmədiyini göstərmişdir. Psixoloji problemləri olsa da, artıq sağalmışdır. Təqsirləndirilən şəxs son sözündə belə bir hadisənin baş verməsindən peşman olmasını nəzərə alaraq həmin maddə ilə ona şərti cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə baş verən günü evində oturmuşdur, Araz həyətdə oynayan uşaqlara artıq əksik sözlər deyərək “bunlar yiyəsizdilər, bunların yiyələri yoxdur” deyəndə, o, Arazla söhbət etmək üçün aşağıya düşüb Araza salam verib görüşmüşdür. O, Araza “uşaq harda oynamalıdır, həyətdə oynamalıdır” demişdir. Orda oynayan uşaqlar hamısı şəhid və qazi uşaqlarıdır. Araz ona “mənim evimdə də 2 uşaq var” deyəndə, o da Arza “Allah saxlasın” demişdir. Araz yiyəsiz sözünü deyəndə özünün də 2 uşağının olduğunu Arza bildirərək, “onları çıxdım, ordakıların hamsı şəhid və qazi uşağıdır, belə demək olmaz, mən özüm də şəhid uşağıyam, mən elə sözü götürmərəm” demişdir. Hazırda şikayətçi olmadığını, Arazın da onun qazi yoldaşı, silahdaşı olduğunu bildirmişdir. Bir Azərbaycan oğlu, bir şəhid oğlu kimi Arazın 2 övladı olduğuna görə onun bağışlammasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs onu bıçaqla vurmuşdur, o həmin bıçağı görsə də, əvvəldən Arazın üzərində bıçağın olduğunu bilməmişdir. O, Araza nə əl qaldırmış, nə də ki, söyüş söymüşdür. Əvvəllər təqsirləndirilən şəxsi tanımamış, heç görməmişdir. O, hadisə başverən ərazidə yaşayır, lakin işdən evə gəlib evdən də işə getdiyindən sakinləri tam olaraq tanımamışdıır. Həmin yaşayış kompleksində ancaq şəhid ailələri ilə qazi ailələri yaşamışdır. O gedib təqsirləndirilən şəxsə salam vermiş, sonra da ona “bu uşaqlar harda oynamalıdırlar” demişdir. O, heç kimin haqqına girə bilmədiyini, yalan da danışa bilmədiyini, Allahdan qorxduğunu hadisə necə olub o cür danışdığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərini nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə olmamışdan əvvəl o, yoldaşı Təqsirləndirilən şəxs ilə mətbəxdə oturmuşlar. Həmin vaxt həyətdə oynayan uşaqların səsi hədsiz çox gəlmişdir. Onlar həmin yaşayış kompleksinə təzə köçmüşlər və həmişə uşaqların səsi gəlmişdir. Bu birinci dəfə deyildi, bundan əvvəl də yoldaşındanda ağır şəkildə, ağır tərzdə xəstəliyi olan başqa qazilər çıxıb, uşaqlara öz iradlarını bildirmişdilər. Bu dəfələrlə olmuşdur. O, başqa qazilərə və yaxud da şəhid ailələrinə övladları tərəfindən narahatçılıq verilməsin deyə 2 az yaşlı uşaqlarını qətiyyən çölə qoymamışdır. Hadisə günü uşaqların səsi hədsiz gəlmişdir. Yoldaşı hadisədən əvvəl dərman atmışdır. Maştağadan yoldaşına 2 dənə dərman verilmişdi və hərəsindən 1 dənə atmaq əvəzinə hərəsindən 2-3 dənə ataraq dozanı keçmişdir. Uşaqların səsi hədsiz çox gəldiyi üçün yoldaşı balkona çıxıb “səssiz olun, oynayırsınız oynayın, amma səssiz oynayın” deyərək öz iradını bildirmişdir. Sonra balkonun qapısını səs gəlməməsi üçün bağlasa da, buna baxmayaraq səs yenə gəlmişdir. Təqsirləndirilən şəxs bu səfər də balkona çıxaraq öz iradını bildirəndə təxminən 12-15 yaşı olan bir uşaq yoldaşını yamsılamışdır. Yoldaşı daha da əsəbləşərək “sizə demirəm, yavaş olun” demişdir. Sonradan qonşu Azad adlı şəxs də balkondan çıxaraq “nə olub ki, uşaqdırlar, oynayırlar” demişdir. Yoldaşı da “qardaş, sənin başın səs götürür, amma mənim başım səs götürmür, belə olmaz, oynasınlar, amma səssiz oynasınlar” demişdir. Azad adlı şəxs də yoldaşına “düş aşağı” demişdir. O, yoldaşına “düşmə, lazım deyil” demiş, yoldaşı da “narahat olma, söhbət edəcəyik” demişdir. O, heç kimi tanımadığından yoldaşının arxasına düşməmiş, balkondan baxmışdır. Azad yoldaşına yaxınlaşıb “yiyəsiz dediyin 2 uşaq mənim uşağımdır, niyə elə deyirsən” demiş, Araz isə ona “qardaş, başım səs götürmür, mənim də uşağım var, uşağını qıçına bağla” demişdir. Azad yaxınlaşan kimi Araza yumruq vurmuş, yoldaşı da müqavimətini itirib yıxılmışdır. Azad onu besetkaya tərəf çəkmiş, bu anda görmüşdür ki, yoldaşının əli Azad tərəfə getmişdir. O, həmin vaxt həyəcandan heç bir şey edə bilməmiş, qışqıra da bilməmiş, səsi çıxmamışdır. Azad deyilən şəxs də qaçıb, hadisə yerindən uzaqlaşmışdır. Yoldaşı artıq əsəbləşmişdir. Yuxusuqluq bir tərəfdən, dərmanları artıq dozada qəbul etmək bir tərəfdən buna görə Araz bıçağı götürüb, dəfələrlə qollarına, ayaqlarına vurmaqla özünə xəsarət yetirmişdir. Sonradan bir nəfər yaxınlaşıb özünü vurmasın deyə Arazı qucaqlamışdır. Əgər qarşısı alınmasa idi, yoldaşı özünə qəsd edəcəkdi. Məhkəmə iclasında Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, yoldaşı evdən aşağı düşəndə evdən bıçaq götürüb getdiyini görməmişdir. Belə bir şey görsəydi buna icazə verməzdi. O, balkondan baxanda yoldaşının əlinin zərərçəkmiş şəxsə doğru getdiyini görsə də, ancaq əlindəki bıçağı görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə baş verən gün biri qız, biri oğlan olmaqla iki övladı aşağıda həyətdə oynamışlar. Təqsirləndirilən şəxs uşaqlara səsləndiyini eşidəndə, pəncərini açmış, həmin vaxt orada başqa uşaqlar da oynamışlar. Həmin vaxt yoldaşı Zərərçəkmiş şəxs də balkonda olmuşdur. Yoldaşının “uşaqdırlar, oynayırlar, harda oynamalıdırlar” dediyini eşitmiş, təqsirləndirilən şəxs isə “səs eləyirlər” demişdir. Yoldaşı Təqsirləndirilən şəxsla sərt danışmamış, ona “qardaş” deyə müraciət etsə də, təqsirləndirilən şəxs yoldaşına “ə” deyə müraciət etmişdir. Bu vaxt Azad Araza “düş aşağıya, söhbət eləyək” demişdir. Özü isə yoldaşının qarşısına gedib “uşaqları çağırmışam, gəlirlər, düşmə” desə də, Azad “söhbət edib qayıdacam” demişdir. Yoldaşı aşağı düşmüş, o da hazırlaşıb onun arxasınca düşmüşdür. İstəməmişdir ki, mübahisə olsun. O, aşağı düşəndə yoldaşını bıçaqlanmış vəziyyətdə görmüş, təcili yardım çağırmışdır. Təcili yardım gəlincə Elvin adlı qonşu hadisə yerinə yetişib, Azadı maşınına qoyub aparmış, onlar da arxasınca xəstəxanaya getmişlər. Məhkəmə iclasında Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bu hadisədən sonra təqsirləndirilən şəxs və ailəsi ilə aralarında heç bir münaqişə olmamışdır. Hadisə vaxtı yalnız yoldaşını bıçaqlanmış vəziyyətdə görmüşdür. O, hazırlaşıb aşağı düşüncə görmüşdür ki, artıq yoldaşı bıçaqlanıb. Yoldaşının necə vurulduğunu görməmişdir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs aralarında itələşmə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hadisə baş verən gün marketə gedəndə, Azad və Arazın “besetka”da söhbət etdiklərini görmüşdür. O, qayıdanda Arazın yaralandığını görüb onu maşına qoyub xəstəxanaya aparmışdır. Məhkəmə iclasında Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir, hadisənin necə baş verdiyini görməmişdir. Sakin və qonşu olaraq həm Arazı, həm də Azadı tanımışdır. O, həm də həmin ərazinin kommunal istismar sahəsinin əməkdaşıdır, orda olan sakinlərin 80%-ni tanımış, əvvəllər Arazın kiminləsə dalaşmasını görməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 06 dekabr 2024-cü il tarixdə saat 18 radələrində yaşadığı evin eyvanında yuduğu paltarları ipdən asan zaman oğlu mərhum Abdullayev Baxışəlinin dostu qazi Azad və onun yanında olan tanımadığı bir nəfər kişi cinsindən olan şəxslə söhbət etdiyini görmüş və eşitmişdir. Biraz sonra həmin onların yaşadığı binada 4-cü mərtəbə yaşayan Araz adlı şəxsin yuxarıya qalxdığını həyətdə oynayan uşaqlara uca səslə “sakit olun, səs salmayın başım ağrıyır” dedikdən sonra uca səslə nəlayiq söyüşlər söydüyünü Azadın isə ona irad bildirdiyini və həmin Araza "burada söyüş söymək olmaz hamının anası, bacısı, uşaqları var” dediyini eşitmişdir. Bundan sonra isə Arazla Arazın məhlədəki söhbətgahda (besetkada) dalaşdıqlarını, bir neçə dəqiqə sonra isə Azad əli ilə sol tərəfindən tutaraq “məni bıçaqla vurdu” deyib qaçmağa başladığını. Bundan sonra həmin şəhərcikdə yaşayan və orada komendat işləyən qazi Elvinin mağazadan çörək almaqdan gəldiyini və bu zaman tez Azadı özünün idarə etdiyi avtomobilə əyləşdirərək Xəstəxanaya aparmasını gördüyünü bildirmişdir, əlavə sualara cavab olaraq hadisə baş verən zaman ətrafda heç kimin olmadığını, hadisədən sonra isə səs-küyə qonşuların gəldiyini bildirmiş, Arazın onu vurmağını konkret görmədiyini, lakin Azadın əli sol tərəfini tutaraq qışqırmasını və onu bıçaqla vurmağını deməsini eşitdiyini və gördüyünü, həmçinin Arazın həmin binaya 4-5 ay bundan əvvəl köçdüyünü və mütəmadi olaraq qışqırıb-bağırdığını qonşulardan eşitdiyini bildirmişdir (cild 1, iş vərəqə 47-50). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır (cild 1, iş vərəqə 01); “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Savalan şəhid-qazilərin yaşayış kompleksi bina 8 qarşısına gedildi. Bina 8-in yanında olan söhbətgaha (besetka) baxış keçirildi, qonşuların verdiyi məlumata əsasən bıçaqlanma hadisəsi həmin besetkada baş vermişdir. Bina 8-də qapının üzərində videomüşahidə kamerası olsada yaddaşının olmadığl aşkar olundu. Hadisənin baş verdiyi yer binalardan ibarətdir. Həmin binaların ortasında yerləşən söhbətgahda olmuşdur. Baxış zamanı hava qaranlıq süni işıqlandırma (elektrik işıqlar) olan şəraitdə aparıldı, qonşuların verdiyi məlumata əsasən binanın qarşıısında olan qan izlərini hadisəni törədən şəxs Arazın həyat yoldaşı təmizlədiyi üçün qan izləri götürmək mümkün olmadı. (cild 1, iş vərəqə 5-9); xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:32 radələrində ünvan 2 ünvanında yaşayan vətəndaş Şahid2 DİN-nin 102 xidmətinə zəng edərək həyat yoldaşı Azadın qonşusu (qazi) tərəfindən bıçaqlanması və hal-hazırda xəstəxanaya getməsi Ürəyindən bıçaqlanması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 35); xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində 3 saylı ŞKX-dan tibb bacısı Rzayeva məlumat verərək bildirmişdir ki, Maştağa qəsəbəsi Savalan y/m qazilər binasında yaşayan xx.xx.1991-ci il təvəllüdlü X5 qarnının kəsilmiş-deşilmiş yarası ilə müraciət etmişdir (cild 1, iş vərəqə 38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 59-60); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 Sabunçu rayon şöbəsinin məhkəmə- tibbi ekspertizasının 24 dekabr 2024-cü il tarixli 3140 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol almacıq nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sol almacıq sümüyünün yerini dəyişən sınığı, sağ said və hər iki bud nahiyələrinin deşilmiş- kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlərdən sol almacıq nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sol almacıq sümüyünün yerini dəyişən sınığı bərk küt əşya təsirindən, sağ said və hər iki bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları isə deşici-kəsici əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən sol almacıq nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sol almacıq sümüyünün yerini dəyişən sınığı olunan sol almacıq sümüyünün yerini dəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olansağlamlığa AZ AĞİR zərərvurmaya; sağ said və hər iki bud nahiyələrinin deşilmiş- kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlərdən sağ said və hər iki bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları müayinə olunan şəxsin özü və kənar şəxs tərəfindən yetirilə bilər (cild 1, iş vərəqə 61-63); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 Sabunçu rayon şöbəsinin məhkəmə- tibbi ekspertizasının 10 yanvar 2025-ci il tarixli 68 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol İX qabırğanın kəsilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası müəyyən edildi. Xəsarətlər deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (cild 1, iş vərəqə 64-67); “Zərərçəkmiş şəxs qismində tanınma” haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqə 70-71); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 Mərkəzi” X13 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli 3752 saylı rəyində görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi, depressiv epizodlar, anamanezində intihar cəhdləri ilə müəyyən edilir. Bunu cinayət işi başalayaraq Daxili Qoşunlarda çavuş rütbəsində xidmət etməsi, İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etdiyi zaman xx.xx.2020-ci il tarixdə Xocavənd istiqamətində mərmi partlaması nəticəsində dalğa zərbəsi və qəlpə yaralan alması, huşsuz vəziyyətdə xx.xx.2020-ci il tarixdə Fizuli rayon Xəstəxanasına gətirilərək əməliyat keçirərək qəlpələrin çıxarılması, sonradan müxtəlif xəstəxanalarda müalicələrdə olması, 2021 -ci ildə təxris edilməsi, ona İİİ qrup əlillik təyin edilməsi, aldığı travmadan sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, yuxu pozuntusu, sıxıntı halları, beyində uğultulu səslərin olması, əsəbi gərginliklər keçirdiyi zaman özünə kəsmələrlə xəsarətlər yetirməsi, göstərilən hallarla əlaqədar AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi, 27.11,2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv epizodlar, intihar cəhdləri ilə” dianozu ilə stasionar mülaicədə olması, həmçinin hazırkı müayinə zamanı özündən asılı olmayaraq ona əsəbilik gəldiyini söyləməsi, beynində gərginlik uğultu hiss etdiyi üçün yaxşı fikirləşə bilmədiyini, əsəblərini cilovlaya bilmədiyini, əhavli ruhiyyəsinin dəyişkən olması emosional qeyri-sabitliyi və s.) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs diqqətində dayanıqsıziıq (tez yayınıb, gec mərkəzləşməsi), yaddaşında zəifləmə, təfəkkürün ilişkən olması aşkar olunmaqla ümumilikdə əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlik, emosional dəyişkənlik, xarakter xüsusiyyətlərində hövsələsizlik, neqativ amillərin təsirinə qarşı dözümsüzlük, tez özündən çıxmaq, dəyişkən əhval-ruhiyyəd olması və s. kimi əlamətlər müəyyən edilir. Təqsirləndirilən şəxs “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra şəxsiyyət dəyişikliyi, depressiv epizodlar, anamnezində intihar cəhdləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs aşakr edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törətdiyi zaman anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı Təqsirləndirilən şəxs hazırda aşkar edilən üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdi ilə diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və «ictimai təhlükəliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabliyyətlidir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir (cild 1, iş vərəqə 88-92); “Cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında” 14 fevral 2025-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir (cild 1, iş vərəqə 93); “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqə 95); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2 Mərkəzi” X13 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli 413 saylı rəyində görünür ki, Zərərçəkmiş şəxs hal-hazırda “üzvi şəxsiyyət pozuntusu” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında “üzvi mənşəli şəxsiyyət pozuntusu. Depressiv epizodlar. İntihar cəhdləri ilə” diaqnozu qeyd edilməsi) və hal-hazırki psixiatrik müayinənin nəticələri (təfəkkürün bir qədər ləng olması, toridlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Aparılmış eksperimental- psixoloji müayinə gedişində Zərərçəkmiş şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarında normadan kənaraçıxma hallarına təsadüf olunmadı. Təfəkküründə bir qədər torpidlik, əhval-ruhiyyə hövsələsizlik, tez özündən çıxmaq, söz götürməmək, inadkarlıq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın Zərərçəkmiş şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Zərərçəkmiş şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, yoxlanılan şəxs onda aşkar edilən üzvi şəxsiyyət pozuntusu ilə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi Zərərçəkmiş şəxs əməli Azərbaycan Respublikas CM-nin 22.1 -ci maddəsinin təsiri altına düşür. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müəyyən edilmədi (cild 1, iş vərəqə: 102-105); AA seriyalı ******* nömrəli və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində müvafiq olaraq xx.xx.2017-ci il təvəllüdlü Fərhad Səmədov adlı və xx.xx.2021-ci il təvəllüdlü Ümrə Səmədova adlı azyaşlı övladları var (cild 1, iş vərəqə 139); İ-1624 saylı xx.xx.2020-ci il, İ-489 saylı xx.xx.2020-ci il və İ-70584 saylı xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən gürünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur (cild 1, iş vərəqə 140-142); “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ittiham elan edilmiş və onun barəsində “başqa yerə getməmək barədə iltizam’’ qətimkan tədbiri seçilmişdir (c.1, i/v 146-148); “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120, 126.2.3, 134, 221.3 və 228.4-cü, 126.2.2, 221 və 127.1-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkib hissəsi aşkar olunmadığından barəsində həmin faktlara görə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqə 150-159); Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, birbaşa qəsdlə törədilən cinayət kimi təsbit olunmuş xuliqanlığı, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı meydana gətirən zəruri şərtlərdən biri təqsirkarın məhz xuliqanlıq motivi ilə hərəkət etməsidir və onun səbəbsiz olaraq zərərçəkmiş şəxsə qarşı qəsdən zorakılıq göstərməsi, əmlakını qəsdən məhv etməsi və zədələməsi bu hərəkətlərin xuliqanlıq motivi ilə edildiyinə dəlalət edən əsas kimi nəzərdən keçirilə bilər. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Cinayət hüquq ədəbiyyatında motiv dedikdə ictimai təhlükəli əməli törətməyə qətiyyət yaradan və konkret əməldə maddiləşən dərk olunmuş maraq başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Hüquq tətbiqetmədə formalaşan təcrübəyə əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə niyyətlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətdə təşəkkül tapmış davranış qaydalarına açıq-aşkar laqeydlik nümayiş etdirir, ictimai maraqları saymır, əxlaq normalarını pozur. Bu zaman təqsirkar güc nümayiş etdirir, əsassız olaraq belə bir fikirin təsiri altında hərəkət edir ki, sanki mövcud vəziyyətdə onadan güclüsü, nüfuzlusu yoxdur. Həmçinin, belə hallarda təqsirkar səbəbli-səbəbsiz zor tətbiqinə bəhanə axtarır, bəzən çüzi bir səbəbi bəhanə edərək şəxsiyyətinin üstünlüyünü güc yolu ilə başqasına nümayiş etdirməyə və “günahkar” şəxsləri “cəzalandırmağa” çalışır. Bir sözlə xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlər etməsində ifadə olunur. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli Qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakılar göstərilmişdir. Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: - ictimai qaydanın kobud surətdə pozulması; - cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; - vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 124.2-ci maddəsinin tələbinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər sübut kimi qəbul olunur. - 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 06 dekabr 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu, Savalan şəhid və qazilərin yaşayış kompleksində həyətdə oynayan azyaşlı uşaqların səs-küy saldıqlarına görə onların ünvanlarına nalayiq ifadələr işlətdiyi üçün Zərərçəkmiş şəxs ona irad bildirməsini cuzi səbəb kimi bəhanə edərək davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərərək əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə üzərində olan istintaqa məlum olmayan deşici-kəsici alətlə-bıçaqla Zərərçəkmiş şəxs 01 dəfə zərbə vurmaqla sonuncuya sol İX qabırğanın kəsilməsinə səbəb olan döş qəfəsinin sol yarısının ön səthinin qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə insan həyatı üçün təhlükəli hesab olunan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə bağlı məhkəmədə öz müdafiəsi məqsədilə gətirdiyi dəlillərlə razılaşmır, hesab edir ki, onun həmin mövqeyi iş üzrə hər hansı sübutla təsdiq olunmur, əsksinə, məhkəmədə tədqiq olunmuş sübutlarla tam təkzib edilir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli hesab olunan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən 44 günlük “Vətən Müharibəsində” fəal iştirak etməsi və bu əməliyyatlar zamanı göstərdiyi xidmətlərə görə “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasına dair məhkəmə istintaqı zamanı bildirdiyi ifadəsini, eyni zamanda təqsirləndirilən şəxsin 2020-ci ilin sentyabr ayında keçirilmiş 44 günlük “Vətən Müharibəsində” fəal iştirak etməsi və bu əməliyyatlar zamanı göstərdiyi xidmətlərə görə “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını müstəsna hal kimi qəbul edir və hesab edir ki, bu və digər yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər, gənc bir şəxs üçün kifayət qədər ağır cəza olar, habelə təqsirləndirilən şəxsin gələcəkdə sosial həyat və cəmiyyətdən tamamilə uzaqlaşmasına, geri dönüşü olmayan kriminal bir şəxsiyyət olaraq formalaşmasına və nəticədə dövlətin cəmiyyətə faydalı ola biləcək bir gənci şəxsiyyət olaraq itirməsinə gətirib çıxara bilər. Azərbaycan Respublikasi Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli 2668 №-li sərəncamının 13.3-cü bəndinə əsasən məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması tövsiyə edilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan qərarlardan görünür ki, 29 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə ittiham elan edilmiş və onun barəsində “başqa yerə getməmək barədə iltizam’’ qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 146-148). «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli 141 saylı Qərara əsasən həmin haqq vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında müəyyənləşdirilmişdir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Kamil Əliyev Hakimlər Nigar İmanova Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar