Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1782/2021 23.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X5 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X4 oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs (20 avqust 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsi, nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,913 qram olan psixotrop maddə metamfetamini və təmiz çəkisi 16,291 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsinə qədər daşımış və 05.05.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən «Misir» parkının yaxınlığında saxlanılaraq Abşeron rayon Polis İdarəsinin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol iç cibindən bir ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,913 qram olan ağ kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd sarı rəngli kağız bükülüdə təmiz çəkisi 16,291 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma barədə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda təkrarən, satış məqsədi ilə qanunsuz olaraq altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram, 0,640 qram, 0,681 qram, 0,617 qram, 0,315 qram, 0,240 qram, eyni tərkibdə ümumi çəkisi 2,798 qram, külli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsinə qədər daşımış və 14 iyun 2021-ci il tarixdə saat 14:20-də Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsi, nömrəsiz evin qarşısında piyada hərəkət edən zaman saxlanılaraq ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilmiş, inzibati binada videoçəkilişlə onun üzərində şəxsi axtarış və götürmə hərəkətlərini həyata keçirən zaman əynindəki qara rəngli qısa qol gödəkcənin sağ yan cibindən altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram, 0,640 qram, 0,681 qram, 0,617 qram, 0,315 qram, 0,240 qram, ümumi çəkisi 2,798 qram, yəni külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 05.05.2021-ci il tarixdə öz istifadəsi üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayan adını bilmədiyi bir nəfər şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün bir bükümdə narkotik vasitə marixuana və psixotrop maddə olan metamfetamini alaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəlləyə qayıtmışdır. 05.05.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən «Misir» parkının yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq onu saxlayaraq Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə vəkilin iştirakı ilə və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, həmin gün aldığı bir bükümdə olan narkotik vasitələri özü çıxarıb təqdim etmişdir. Sonra barəsində «polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş» və barəsində cinayət işi davam etmişdir. Bundan başqa 14 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq deyilən ərazidə iki nəfər polis əməkdaş ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirirək onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt onun üzərində az miqdarda öz istifadəsi üçün narkotik vasitə olmuşdur. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində polislər tərəfindən 6 ədəd bükümdə olan ona məxsus olmayan narkotik vasitə masanın üzərinə qoyulmuş və vidioçəkliş zamanı həmin narkotik vasitələrin ona məxsus olması barədə ifadə verməyə məcbur edilmişdir. O da vidioçəkliş zamanı polislərin təzyiqlərinə əsasən ona məxsus olmayan narkotik vasitələrin ona məxsus olmasını göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadələri məhkəmədə elan olunmuşdur. O həmin ifadələrində göstərmişdir 05.05.2021-ci il tarixdə saat 15 radələrində narkotik vasitə almaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişdir. Həmin yerdə əvvəllər tanımadığı, adını bilmədiyi bir nəfər şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün bir bükümdə narkotik vasitə marixuana və psixotrop maddə olan metamfetamini alaraq yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəlləyə qayıtmışdır. Aldığı narkotik vasitəni özü istifadə etmək üçün cibində gəzdirmişdir. 05.05.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən «Misir» parkının yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. O da səmimi olaraq, üzərində dövriyyəsi qadağan olunmuş narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarına bildirmişdir. Daha sonra ona xidməti otaqların birində vəkilin iştirakı ilə və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən sarı kağıza bükülmüş bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Bundan başqa 13 iyun 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, lakin anket məlumatlarını bilmədiyi şəxs ona altı bükümdə olan heroini “Prima” markalı siqaret qutusunun içərəsində pay verərək demişdir ki, “sənə etimad göstəririk, əgər etimadımızı doğrultsan səninlə çox iş görəcəyik və daha çox şəxslərə narkotik satacayıq”. O da “Prima” markalı siqaret qutusunun içərisində olan altı ədəd bükümdəki heroinin bir qismini öz şəxsi istifadəsi və bir qismini narkotik vasitə aludəçisi tanışı Nicata pay vermək üçün üzərində saxlamışdır. 14 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsində yerləşən yaşadığı evin yaxınlığında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışdır. Polis əməkdaşları ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirirək onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində olan inzibati otaqların birində videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşya varsa könüllü təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra könüllü olaraq əynində olan qara rəngli gödəkçənin cibindən “Prima” markalı siqaret qutusunun içərisində olan altı ədəd bükümdə heroini polis əməkdaşlarına təqdim edərək demişdir ki, üzərində olan heroin bükümlərini 13 iyun 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında İran İslam Respublikası vətəndaşı olduğunu bildiyi, lakin adını bilmədiyi şəxsdən altı bükümdə heroini pay kimi götürmüş, həmin bükümlərdə olan heroinin bir qismini özü üçün istifadə edəcəkmiş, qalan qismini isə tanışına verəcəkmiş. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində Abşeron rayon polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunduğunun düz olduğunu, lakin Sabunçu rayon polis idarəsinin polisləri tərəfindən saxlanılarkən onun üzərindən 6 bükümdə narkotik vasitə aşkar olunması barədə ifadələri təsdiq etmədiyini, onun üzərindən cəmi 1 bükümdə az miqdirda narkotik vasitə aşkar olunduğunu, həmin ifadələri polislərin təzyiqlərinə məruz qaldığı üçün oxumadan imzaladığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Abşeron rayon Polis idarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 05 may 2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən “Misir” adlı parkın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq onun narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Abşeron rayon Polis İdarəsinin inzibati binasında otaqların birində videoçəkilişdən istifadə olunaraq, şəxsi axtarış keçrilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd sarı rəngli kağıza bükülmüş maddəni çıxararaq təqdim etmişdir. Həmin kağızı açıb içərisinə baxdıqda müəyyən olunmuşdur ki, həmin kağızın içərisində olan bükümlərdən birinin içərisində ağ rəngli kristal şəkilli maddə, digər bükümdə isə yaşıl rəngli spesifik iyə malik ot kütləsi müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərin birinin içərisində metamfetamin, digər bükümün içərisində isə narkotik vasitə qurudulmuş marixuanadır. O, onları 05.05.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində olarkən 40 manat pul verib almış və üzərində daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunan bir ədəd sarı rəngli kağız büküm zərfə qoyularaq qablaşdırılaraq üzəri möhürlənmişdir. Məhkəmədə Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində Şahid5 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Bakı şəhəri Sabunçu RPİ-nin 14cü PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 14 iyun 2021-ci il tarixdə həmkarı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, satışı, saxlanılması və daşınmasında şübhəlidir. Sonra Şahid1 bu barədə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəhbərliyinə məruzə etmişdir. O və Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsinə doğru gedərkən yolda polis əməkdaşı Bakı şəhəri Sabunçu rayon Polis Bölməsinin əməliyyat müvəkkili Şahid3 görmüşlər və onu da gedəcəkləri yerə kömək etməsi üçün dəvət etmişlər. Onlar hər üçü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsinə getmişlər. O, polis formasında olduğu üçün kənarda dayanmış, Şahid1 və Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Sonra o da Şahid3 və Şahid1 yanına gəlmişdir. Orada Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, satışı, saxlanılması və daşınmasında şübhəli olduğunu bildirərək, onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə dəvət etmişlər. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ondan üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu da könüllü olaraq əynində olan gödəkçənin cibindən siqaret qutusunun içərisində 6 (altı) ədəd büküm təqdim edərək bildirmişdir ki, üzərində olan bükümlərin içərisində heroin vardır və həmin heroin bükümlərini 13 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonunun ərazisində yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında İran İslam Respublikası vətəndaşından almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə olan altı ədəd büküm götürülərək qablaşdırılmış və möhürlənmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid1 da ifadələrində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur və narkotik vasitə alüdəçisi olmuşdur. Nadirin narkotik vasitə satışı ilə məşğul olması barədə heç bir məlumatı yoxdur. Onun iştirakı ilə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsi, nömrəsiz evdə axtarış aparılarkən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, həmçinin narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 05 may 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Abşeron rayon prokuroru Qabil Qasımovun 07 may 2021-ci il tarixdə qəbul etdiyi qərardan məlum olur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin təhqiqatçısı Firon İsgəndərovun tərtib etdiyi cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 14 iyun 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri rayon Sabunçu rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 16 iyun 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 iyun 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin istintaq materiallarında olan şəxsi axtarış və götürmə barədə protokoldan müəyyən edilmişdir ki, 05.05.2021-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 0,913 qram psixotrop maddə metamfetamin və 16,291 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş və həmin görüntüləri özündə əks etdirən “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarında olan şəxsi axtarış və götürmə barədə protokoldan müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati binasında videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolu qısa gödəkçənin sağ yan cibindən bir ədəd “Prima” markalı siqaret qutusunun içərisində olan altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram, 0,640 qram, 0,681 qram, 0,617 qram, 0,315 qram, 0,240 qram, ümumi çəkisi 2,798 qram, yəni külli miqdarda narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sol yan cibindən “Samsung Galaxy A12” markalı, **********87339 və **********87332 İMEİ kodlu mobil telefon aşkar edilərək götürülmüş və həmin görüntüləri özündə əks etdirən “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 06 may 2021-ci il tarixli 6/1840 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,913 qram olan ağ kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 06 may 2021-ci il tarixli 7/432 nömrəli rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş” yazılar və imzalar olan zərfdə bir ədəd sarı rəngli kağız bükülüdə təmiz çəkisi-16,291 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2021-ci il tarixli 6/2423 nömrəli rəydən görünür ki, üzərində “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş” yazısı olan zərfdəki 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisində 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram, 0,640 qram, 0,681 qram, 0,617 qram, 0,315 qram, 0,240 qram, ümumi çəkisi 2,798 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 06 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsin 13.07.2021-ci il tarixli 2326 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 12.08.2021-ci il tarixli AZF/LGL-18615/21 saylı məktubla Azerfon MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olan və həmin abonentdən çıxan zənglərin çıxarışları, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatları, daxil olan və göndərilən “SMS” mətnləri, həmçinin ötürücü antenaların cədvəlini əks etdirən üzərində 18615-18824 yazısı və imza olan “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən mobil nömrəsinə məlum olmayan şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “Esidirsen qerdesim 2 dene negd verecem pulun srazi gonderecem menimcum 5 dene qoya menide gozdiyenvvar bumalnan borclari bagliycam.familde olan pulu benzin vurdu.yarinida cekdik 3 nefere olurduk lonkada famile 1qram mal 10 man .2 defe geldikde yaxsidimi.menim borcum sene 50 man dir.yari syse varimdi”; “Abas goturmur telefionu zenb vurdi evdeyem .qaquli 2qramini duzeltim gelib apsracsg”; “50 manat verecem sene indi .tema.qoyanda ele ele day b7gun qutarmasin.catiram 5 deqiqe”; “Brat ezizin tinindeyem gelem 18 manat ustumde dunenki yere gelim”; “Abasa di 2 dene versin mene 60 gonderim sene” kimi SMS mətnləri aşkar edilmiş və həmin disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,798 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,913 qram olan psixotrop maddə metamfetamin və təmiz çəkisi 16,291 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi ümumilikdə 2,738 qram olan narkotik vasitə heroin, 0,863 qram olan psixotrop maddə metamfetamin, 16,271 qram olan narkotik vasitə olan qurudulmuş marixuana təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış olduqdan sonra saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 01.10.2013-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 19.04.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda onun məhkumluğu yoxdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CMnin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi ümumilikdə 2,738 qram olan narkotik vasitə heroin, 0,863 qram olan psixotrop maddə metamfetamin, 16,271 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Azerfon” Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə baxış keçrilməsinin əks etdirən üzərində “Nadir”, “Gold DVD-R 16X” və “18615-18824” yazısı olan cəmi 3 ədəd “CD” disklərin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsində 05 may 2021-ci il tarixdən 07 may 2021-ci il tarixə dək «şübhəli şəxs» qismində saxlanıldığı 2 gün müddət ona təyin edilən cəzadan çıxılmaqla ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 14 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 241,36 (iki yüz qırx bir manat, otuz altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 oğluna 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsində 05 may 2021-ci il tarixdən 07 may 2021-ci il tarixə dək «şübhəli şəxs» qismində saxlanıldığı 2 gün cəza müddətinə hesablanıb çıxılaraq onun üzərində 6 (altı) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 iyun 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməsin, lakin o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi ümumilikdə 2,738 qram olan narkotik vasitə heroin, 0,863 qram olan psixotrop maddə metamfetamin, 16,271 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, “Azerfon” Məhdud Məsuliyyətli cəmiyyətindən daxil olmuş 01 ədəd disk, Təqsirləndirilən şəxs üzərinə baxış keçrilməsinin əks etdirən üzərində “Nadir”, “Gold DVD-R 16X” və “18615-18824” yazısı olan cəmi 3 ədəd “CD” disklərin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 241,36 (iki yüz qırx bir manat, otuz altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 oğluna 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1782/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1782/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver