Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1782/2024 27.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), X6, Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X4, Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X9, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 01(bir) azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2nda yerləşən uşaq bağçasında yaşayan, barəsində 22 aprel 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 08 dekabr 2023-cü il tarixdə saat 16:45 radələrində idarə etdiyi “Hyundai Elantra” markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə əlaqədar hərəkətdə olan zaman ünvan 3 ünvanının qarşısında onun hərəkət zolağına çıxmaqla qəza şəraiti yaratmış “Renault Tondar” markalı **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X3 tələbi ilə avtomobili yolun kənarına park edib sonuncuya yaxınlaşmış, S.Abdulsalamov qəza şəraiti yaratmasına baxmayaraq özünü haqlı tərəf hesab etməklə ona «korsan, məni görmürsən, nəyə görə idarə etdiyin avtomobili mənim avtomaşınımın üzərinə sürərək qarşıma çıxırsan?» deməklə irad bildirdikdə sonuncunun təşəbbüsü ilə həmin vaxt aralarında yaranmış mübahisə zamanı Samir Abdulsalamovun heç bir əsaslı səbəb olmadan onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə, eləcə də aqressiv hərəkətlərinə görə əsəbləşərək ondan qisas almaq məqsədi ilə zərər çəkmiş şəxs X3 burun və alın nahiyəsindən əvvəlcə başı ilə, daha sonra isə dizi ilə qəsdən vurub sonuncuya alın sümüyünün basılmış qəlpəli yerdəyişən sınığı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid, alının şişkinliyi kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək hadisə yerindən çıxıb getməklə zərər çəkmiş şəxs X1 qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hadisə ötən il dekabr ayının 8-i taksi fəaliyyəti ilə məşğul olduğu vaxt baş vermişdir. O, “Azərsu”-da bir gündən bir işləyir. Ailəsi 8 nəfər üzvdən ibarətdir. Bu səbəbdən ailəsini dolandırmaq üçün istirahət günlərində taksi fəaliyyəti ilə məşğul olur. Ailə üzvlərindən 4 nəfəri əlildir. O, avtomobilini idarə edərkən arxada olan avtomobil onu arxadan sıxışdırırmış. O, ona yol vermək məqsədilə avtomobilini kənara çəkmişdir. Bu zaman arxadakı avtomobil maşını sağ hissədə yanında saxlayaraq nalayiq əl hərəkətləri etmişdir. O, avtomobildə tək olmamış, belə ki, müştərilər var imiş. O, avtomobilin şüşəsini endirərək problemin nə olduğunu soruşmuşdur. Həmin şəxs maşını qabaqda saxlayaraq düşmüş və onun avtomobilinə doğru irəliləmişdir. Avtomobildə müştərilər olduğu üçün şəxsin ona doğru gəldiyini görmüş, o da öz növbəsində avtomobildən düşmüşdür. Şəxs onun yanına çatdıqdan sonra səs tonunu yüksəldərək aqressiv şəkildə nəyə görə ona yol vermədiyini soruşmuşdur. O, isə cavabında sürücüyük, belə hadisələrin ola biləcəyini dedim. Samirin səs tonu daha da qalxan zaman avtomobildə olan müştərilər də yanlarına gələrək iradlarını bildirmişlər. Samir isə onlara yaxşı elədiyini bildirmişdir. O, aranı sakitləşdirmək üçün ətrafdakı insanları narahat etdiklərini bildirərək Samiri maşınına əyləşdirmək üçün aparanda o yenidən səs tonunu yüksəltmiş və “Məhlə mənimdir, özüm bilərəm nə edirəm.” demişdir. Bu halda o, affekt vəziyyətə düşərək həmin an nə baş verdiyini bilməmiş və Samir bəyə başından bir dəfə zərbə yetirmişdir. Samiri orada o halda qoyub getdiyi üçün günahkar olduğunu qəbul edir. Buna səbəb isə müştəriləri ünvan başına çatdırmaq olmuşdur. Müştəriləri düşürdükdən sonra təkrar hadisə yerinə qayıtsa da, orada heç kimi tapmamış və evə getmişdir. Onun heç vaxt dava-dalaş etmək niyyəti olmamışdır.Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmişlə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən qeyd olunan halların, o cümlədən ailə üzvlərindən 4 nəfərin əlil olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Samiri əvvəlcədən tanımamışdır. Aralarında heç bir qəza şəraiti yaranmamışdır. O, Samirin qarşısına çıxmamışdır. Samirin qarşısında hərəkətdə olmuş, Samir isə onun arxasında olmuşdur. Həmin küçədə hərəkət bir tərəfli olmuşdur. Yolun kənarlarında maşınlar saxladığı zaman iki avtomobilin yanaşı hərəkət etməsi mümkün deyil. Samir ona xəsarət yetirməmiş və əl-qol atmamış, yalnız nalayiq ifadələr işlətmişdir. O Samirə qarşı nalayiq ifadələr işlətməmiş. O, Samirə ancaq başı ilə zərbə yetirmiş, ikinci zərbə isə olmamışdır. Samir ona qarşı nalayiq ifadələr işlətdiyi üçün başı ilə zərbə vurmuşdur. Bir zərbə vurduqdan sonra onu aralayıb avtomobilinə aparmışlar. Yanındakı iki şəxs müştəri olmuşdur. Həmin müştərilər “189” taksi sifarişi vasitəsilə taksi sifariş etmişlər. Əməlindən peşmandır. Dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, 08 dekabr 2023-cü il tarixdə saat 17:55 radələrində Yasamal rayonu, Nizami metrosunun qarşısından üzü sağa dönən yolda hərəkətdə olmuşdur. Həmin döngədə iki avtomobil yanaşı rahat bir şəkildə hərəkət edə bilər. O, yolun sağı ilə, Röyal isə sol tərəf ilə gəlirdi. Röyal dönən zaman onun avtomobilini sıxışdırırmış. Bu zaman o siqnal vermişdir. O, avtomobilini həmin avtomobilin yanına verərək ondan nə etdiyini soruşmuşdur. Daha sonra isə avtomobili qarşıda saxlayaraq Röyalın avtomobilinin yanına yaxınlaşmışdır. Onlar Röyalla mübahisə edən zaman onun maşınından iki nəfər də düşərək onlara yaxınlaşmış və nəyə görə qışqıra-qışqıra danışmağını ondan soruşmuşdur. O isə avtomobili Röyalın idarə etdiyini və mübahisənin onunla olduğunu bildirmişdir. Bu zaman Röyal onun qoluna girərək avtomobilinə tərəf aparmışdır. O, üzünü Röyala tərəf çevirəndə Röyal onu vurmuşdur. O, əlini üzünə tutaraq yerə çökmüşdür. Röyalın onu dizi ilə vurub-vurmadığını xatırlamır. O, başımı qaldırıb baxanda həmin şəxslərin avtomobilə əyləşərək getdiklərini görmüşdür. - Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs X4 bildirmişdir ki, Röyalla onun arasında olan söhbətə müdaxilə edən 2 nəfərin müştəri olduqlarına əmin deyildir. Röyalın yanındakı iki nəfər şəxs ona xəsarət yetirməmişlər. Həmin şəxslər ona qarşı nalayiq ifadələr işlətməmiş və ona əl-qol atmamışlar. Röyal ona zərbə endirərkən həmin iki nəfər şəxslər onun müqavimətini qıracaq heç bir hərəkət etməmişlər. Sadəcə söhbətlərinə müdaxilə etmişlər. O, Röyala qarşı nalayiq ifadələr işlətmişdir. Röyala maşını saxlamasını və söhbət etmələrini o demişdir. Maşından birinci o düşmüş və nalayiq sözləri birinci o işlətmişdir. Röyal ona qarşı nalayiq ifadə işlətməmişdir. Röyal onun qoluna girəndə o, Röyala müqavimət göstərmişdir. Buna səbəb isə digər iki nəfərlə mübahisəyə davam etməsi olmuşdur. Röyal onu gözləmədiyi anda vurmuşdur. Ona dəyən zərbələrdən birinin diz zərbəsi olub-olmadığını xatırlamır. Röyal sonradan tapılmamış və onu axtarmamışdır. Röyal müalicə xərclərinin bir hissəsini ödəmişdir. O, Röyaldan şikayətçi deyil və ona qarşı heç bir tələbi yoxdur. O, avtomobilini saxlayıb Röyalı söhbət eləməyə çağırmasaydı və nalayiq ifadələr işlətməsəydi, məlum hadisə baş verməzdi. Zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, hazırda icarəyə götürdüyü “Reno Tondar” markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti göstərir. 08 dekabr 2023-cü il tarixdə saat 16:45 radələrində o, idarə etdiyi avtomobillə Yasamal rayonu Salatın Əsgərova küçəsi ilə hərəkətdə olarkən “Hyundai” markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun sol tərəfindən onun qarşısına çıxmış və onun yolunu kəsmişdir. O da əsəbləşərək həmin avtomaşının sürücüsünün idarə etdiyi avtomaşını saxlatdırdıqdan sonra idarə etdiyi avtomaşını saxlayıb həmin sürücüyə öz iradımı bildirib demişdir ki, «korsan, məni görmürsən, nəyə görə idarə etdiyin avtomobili mənim avtomaşınımın üzərimə sürərək qarşıma çıxırsan?». Həmin sürücü də adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun ona iradından sonra idarə etdiyi avtomaşını çəkib kənarda saxladı.O da idarə etdiyi avtomobili kənara çəkib saxlamış və avtomobildən düşüb həmin sürücüyə tərəf getmişdir.Bu zaman Röyal ilə onun arasında da söz mübahisəsi yaranmışdır. O, Royalla mübahisə edən zaman Royalın avtomobilində sərnişin olan iki nəfər tanımadığı şəxs onlara yaxınlaşmışlar və onlar da onunla söz mübahisəsi etmişlər. Həmin vaxt Röyal onun qolundan tutub təxminən beş metr kənara çəkmişdir. Bu zaman qəflətən Röyal başı ilə onun üz nahiyyəsindən vurmuş,o üzünü tutub danışan zaman Röyal dizi ilə onun üz nahiyyəsindən bir dəfə vurmuş və onun burun nahiyyəsindən qan açılmışdır. Bu zaman Röyalm yanında olan iki nəfər şəxs Röyalı tutub avtomobilinə tərəf aparmışlar və onlar maşına minib oradan uzaqlaşıb getmişlər.O, da DİN 102 xidmətinə zəng edərək baş vermiş hadisəni onlara danışmışdır. Həmin vaxt 102 xidmətinin əməkdaşları hadisə yerinə təcili yardım stansiyasının həkimlərini göndərmişlər. Daha sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Sonra isə təcili yardım stansiyasının həkimləri onu KTM-nə aparmışlar. KTM-də həkimlər ona tibbi yardım göstərib evə buraxmışlar. Daha sonra o Yasamal RPİ-nin 26-cı PB-nə gedərək rəsmi ərizə ilə müraciət etmişdir.Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, o, əvvəllər nə Röyalı, nə də onun yanında olan şəxsləri tanımamış və onlarla heç bir düşmənçiliyi olmamışdır. (cild 1, iş vərəqə 34-36) Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra zərərçəkmiş şəxs X4 verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı ifadəsində Röyalın onu dizi ilə vurduğunu xatırlamadığını demişdir. İfadədəki imza onundur. İbtidai istintaq zamanı verdiyi ifadəsində yalnız Röyalın diz ilə onu vurduğu hissəni təsdiq etmir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə X4 xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək və Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək, həmin tarixdə, saat təxminən 16:45 radələrində ünvan 5 ünvanın qarşısında “Hyundai Elantra” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ilə arasında mübahisə yarandığını, nəticədə həmin şəxsin onu döydüyünü bildirmiş və onu döyən şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə xx.xx.1989-cu il təvəllüdlü X3 burunun açıq yarası, burunun sınığı ilə KTM-ə müraciət etməsi barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:56-da DİN-nin 102 xidmətinə dail olan N:**********3 saylı məlumata əsasən, X4 ***-***-**-** nömrəsindən zəng vuraraq, ünvan 6 ünvanın qarşısında 3 nəfər şəxs tərəfindən Hyundai markalı 77CF036 dövlət qeydiyyat nişanlı avtomobildə əyləşən şəxslər tərəfindən döyülməsi barədə məlumat vermişdir. Həmçinin burnundan xəsarət aldığını, qan itirdiyini bildirmişdir. (cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 08 dekabr 2023-cü il tarixdə, saat 18:49-da KTM-dən həkim Osmanlı Bayram telefonla məlumat verərək bildirmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü X4, ünvan 6 ünvandan burunun açıq yarası, burunun sınığı ilə xəstəxanaya müraciət etmişdir. (cild 1, iş vərəqə 6) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild 1, iş vərəqə 1) 08 dekabr 2023-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi ünvan ünvan 7n kənarı olmaqla ictimai yer hesab olunur. (cild 1, iş vərəqə 10-12) Məhkəmə-tibbi ekspertizasının 09 dekabr 2023-cü il tarixli, 1424 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın sümüyünün basılmış qəlpəli yerdəyişən və burun sümüyünün yerdəyişən sınıqları, alının şişkinliyi və burun belinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qeyd olunan müddətdə və şəraitdə yəni 08 dekabr 2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan Ağır zərər vurmaya aiddirlər. (cild 1, iş vərəqə 20-22) Şübhəli şəxsin tutulması haqqında 25 dekabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində şübhəli şəxs kimi tutulmuşdur. (cild 1, iş vərəqə 46-47) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 59-60) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərardan və həmin qərarla bağlı anlaşılmazlığın aradan qaldırılması haqqında 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 78- 81, 88-89) DİN-in BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 90) Məhkəmə-tibbi ekspertizasının 08 yanvar 2024-cü il tarixli 01/1424 nömrəli əlavə ekspert rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər-alın sümüyünün basılmış qəlpəli yerdəyişən və burun sümüyünün yerdəyişən sınıqları, alının şişkinliyi və burun belinin əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qeyd olunan müddətdə və şəraitdə yəni 08 dekabr 2023-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə alın sümüyünün basılmış qəlpəli yerdəyişən sınığı həyat üçün təhlükəli olan Ağır zərər vurmaya aiddir, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin əzilmiş yarası sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddir, alının şişkinliyi isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (cild 1, iş vərəqə 96-99) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanılma müddəti 22 aprel 2024-cü il tarixədək müəyyən edimişdir. (cild 1, iş vərəqə 100-108) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 110-116) Məhkəmə ambulator-psixiatrik ekspertizasının 17 yanvar 2024-cü il tarixli 88 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş üzvi mənşəli emosional labil pozuntuda qeyri-psixotik əlamətlər o dərəcədə ifadə olunmayıb ki, onu cinayət əməlini törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (cild 1, iş vərəqə 123-124) 21 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X4 istintaqa verdiyi ifadəsini təsdiq edərək 08 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasamal rayonu S.Əsgərova küçəsi 91 nömrəli ünvanda baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs onun ünvanına söyüşlər edərək qəfildən başı ilə onun sifət nahiyəsinə zərbə vurmasını, daha sonra isə dizi ilə onun sifət nahiyəsinə bir zərbə vurmasını göstərmiş, Təqsirləndirilən şəxs isə ifadələrini təsdiq edərək qeyd edilən tarixdə və ünvanda zərərçəkmiş şəxs X3 onun ünvanına söyüşlər etməsi səbəbindən sonuncunun sifət nahiyəsinə başı ilə cəmi bir zərbə vurmasını, dizi ilə onun sifət nahiyəsinə vurmadığını göstərmişdir. (cild 1, iş vərəqə 128-129) AZ-İV№965935 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü Xan adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (cild 1, iş vərəqə 134) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 haqqında ********** saylı elektron arayışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən ikinci qrup əlildir. (cild 1, iş vərəqə 135) 15 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 225-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə yenidən ittiham elan olunmuş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.4, 221.1 və 221.2.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş və ayrılmış materiallar rayon prokuroruna göndərilmiş, 08 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi,Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Ramil Qafarov tərəfindən hadisə yerinə baxış keçirilərəkən cinayət hadisəsinin Bakı şəhəri Yasamal rayonu Salatın Əsgərova küçəsi 91 ünvanda baş verməsi müəyyən edilmiş, zərərçəkmiş şəxs X4 barəsində Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və bu barədə materiallar rayon prokuroruna göndərilmiş, məhkəmə ambulator-psixiatrik ekspertizasının 17 yanvar 2024-cü il tarixli 88 saylı ekspert rəyində qeyd olunmuş “Çələbiyev” soyadı “Çələbizadə ” kimi oxunmuşdur. (cild 1, iş vərəqə 147-157) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 156-158) Ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri müddətinin uzadılması barədə vəsatət verilməsindən imtina edilmiş və onun barəsində digər qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 177-179) Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 180-182) Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, dəymiş ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi olmadığını, əməlindən peşman olduğunu, ona görə də ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin zərərçəkmiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirərək təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət-hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma - qəsdən sağlamlığa ağır zərərvurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etiraf edici ifadəsi, istintaq hərəkətlərinin protokolları, zərərçəkmiş şəxsin ifadəsi və ekspertiza rəyi ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Cinayət işinin materiallarından və işin faktiki hallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı Samir Abdulsalamovun heç bir əsaslı səbəb olmadan onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə, eləcə də aqressiv hərəkətlərinə görə əsəbləşərək ondan qisas almaq məqsədi ilə zərər çəkmiş şəxs X3 burun və alın nahiyəsindən əvvəlcə başı ilə, daha sonra isə dizi ilə qəsdən vurub sonuncuya alın sümüyünün basılmış qəlpəli yerdəyişən sınığı kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, burun sümüyünün yerdəyişən sınığı ilə müşayiət olunan burun belinin əzilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid, alnın şişkinliyi kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək hadisə yerindən çıxıb getməklə zərər çəkmiş şəxs X1 qəsdən ağır zərər vurmuşdur. Odur ki, məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü bir azyaşlı uşağı var. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlikdən ikinci qrup əlildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamaqla onunla barışmasını, təqsirini boynuna almasını, törətdiyi əmələ görə peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayətin hadislərin təsadüfi axarı zəminində zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, ikinci qrup əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halların məcmusunu və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində müddətin əvvəli 25 dekabr 2023-cü il tarixdən hesablanmaqla 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanılma müddəti 22 aprel 2024-cü il tarixədək müəyyən edimiş, sonra isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 16 gün müddətində qətimkan tədbiri qaydasında həbsdə, 3 ay 10 gün müddətində isə ev dustaqlığında olmuşdur. (ümumilikdə 3 ay 26 gün) “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak, məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1782/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1782/2024
27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver