Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1783/2025 31.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X24 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Mədən küçəsi ev 1-də qeydiyyatda olmaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Massiv 1” adlı ərazi, 4-cü küçədə nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-189/2025 saylı, 02 iyul 2025-ci il tarixli qərarına əsasən barəsində əvvəli 01 iyul 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdə, saat 22:30 radələrində xx.xx.1989-cu il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Massiv 1” adlı ərazidə 4cü küçədə nömrəsiz fərdi evdə onunla birgə yaşayan arvadı Zərərçəkmiş şəxs ondan gizli işlətdiyi mobil telefonla digər şəxslərlə danışaraq ona xəyanət etdiyi qənaətinə gəlib, buna görə onu qəsdən öldürməklə cəzalandırıb qisas almaq qərarına gələrək, həmin cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı qeyd edilən evin mətbəxindən bir ədəd, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən, məişət təyinatlı mətbəx bıçağını götürüb şalvarının bel nahiyəsində gizlədərək Zərərçəkmiş şəxs söhbət etmək adı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Massiv 1” adlı ərazidə torpaq yolun kənarında kimsəsiz yerə gətirərək, saat 23 radələrində həmin yerdə aralarında yaranmış qısqanclıq zəminində mübahisə zamanı qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs üzərində gətirdiyi bıçaqla zərbə vuraraq qarın nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirdikdən sonra sonuncunun yerə yıxılmasından istifadə edib, niyyətini davam etdirərək qəsdən öldürmək məqsədilə əlləri ilə və əynində olan gödəkcənin sol qolu ilə onun boğaz nahiyəsindən tutub sıxaraq boğmaqla sonuncuya boyun nahiyəsinin dərialtı yumşaq toxumalarına qansızma ilə müşayiət olunan boyun nahiyəsinin qançırlarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət, alın nahiyəsinin qançırları, üst dodaq və sol üst göz qapağının səthi əzilmiş yaraları, sağ üst göz qapağının və hər iki sağrı nahiyələrinin sıyrıqlarından ibarət həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək nəfəs yollarının mexaniki asfiksiyası nəticəsində Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 oktyabr 2016-cı ildə Cəbrayıl rayonu, Horovlu kənd sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuş, həmin nikahdan xx.xx.2016-cı il təvəllüdlü X19 və xx.xx.2018-ci il təvəllüdlü X20 adında iki azyaşlı övladı vardır. O, rəsmi olaraq heç bir yerdə işləmir, müxtəlif yerlərdə günəmuzd fəhlə işləyərək ailəsinin maddi ehtiyaclarını qarşılayır. Sevinclə əvvəllər normal münasibətləri olsa da, sonradan aralarında soyuqluq yaranmışdır. O, bütün günü işdə olmuş, evə gələrkən Sevincin evdə olmadığını, harasa getdiyini, uşaqların tək qaldığını görmüşdür. O hər dəfə Sevincdən harada olduğunu soruşduqda Sevinc ona müxtəlif bəhanə gətirərək nə isə almağa getdiyini, həkimə getdiyini demişdir. Sevincin istifadəsində olan nömrələrə müxtəlif tanımadığı nömrələrdən zənglər gəlmiş, o, Sevincdən soruşduqda Sevinc ona tanımadığını demişdir. Təxminən 3 il əvvəl Sevincin mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş, o, Sevincdən kim olduğunu soruşmuş, Sevinc isə tanımadığını və telefonu açmamasını demişdir. O, telefon zəngini açmış, zəng edən bir nəfər kişi cinsli şəxs olmuş, o, həmin şəxsdən kim olduğunu soruşmuş, həmin şəxs ona Sevinclə sevgi münasibətində olduğunu, Sevincin əxlaqsız olduğunu, bir neçə dəfə Sevinclə görüşdüyünü demişdir. Həmin şəxslə mübahisə edərək bir-birilərinə söyüşlər söymüşlər. 0, Sevincdən bu barədə soruşmuş, Sevinc isə həmin şəxsi tanımadığını, həmin şəxsin yalan danışdığını demişdir. O, bundan sonra Sevincin anası Sehrana bu barədə demiş və həmin mobil nömrəni Sehrana vermişdir. Sehran da həmin şəxsə zəng etmiş, həmin şəxs Sehrana ona dediklərini demişdir. Həmin şəxsin kim olmasını bilmir, mobil nömrəni isə xatırlamır. O həmin vaxt Sevincə mobil telefon işlətməməsini demiş və işlətdiyi mobil telefonu aparıb satmışdır. Bir müddət keçdikdən sonra oğlu Yusif ona anası Sevincin telefon işlətdiyini, balışın içində gizlətdiyini demişdir. O, balışın içərisinə baxmış, orada telefon olduğunu görmüşdür. O, Sevincdən telefonu haradan aldığını soruşduqda Sevinc ona əvvəlcə telefonu hansısa qız rəfiqəsindən aldığını, sonradan isə özünün aldığını demişdir. O həmin mobil telefonu da aparıb satmış və Sevincə mobil telefon işlətməməsini bir daha tapşırmışdır. Bundan başqa, bir neçə il əvvəl adını xatırlamadığı qonşular ona evinə yad kişilərin gəlib getdiklərini demiş, o, Sevincdən soruşduqda Sevinc yenə də yalan dediklərini bildirmişdir. Onun konkret bir sübutu olmasa da, Sevincin onu aldatdığını, xəyanət etdiyini bilmiş, lakin uşaqlarına görə hər dəfə Sevinci bağışlamışdır. O, Sevincin anası Sehrana qızının bu hərəkətləri barədə demiş, Sehran ona elə adlı qızının olmadığını, nə istəyirsə, etməsini demişdir. Təxminən iki həftə əvvəl o, yaşadığı evdə hamam otağına girərkən orada "Honor” markalı mobil telefon olduğunu görmüş, Sevincdən bu telefonu haradan aldığını soruşmuşdur. Sevinc ağlayaraq ona qızı Zəhranın dərsinə görə telefonu aldığını demiş və telefon işlətməyə ona icazə verməsini xahiş etmişdir. O isə Sevincə onu aldatmamasını, telefonu işlədirsə, abırlı işlətməsini, heç kimlə danışmamasını, onu biabır etməməsini demişdir. Sevinc isə ona heç kimlə danışmadığını demişdir. O da bundan sonra Sevincə inanaraq telefonu qaytarmışdır. Bundan başqa, Sevinc qonşuluqda Telman adlı şəxsin həyat yoldaşı Rəqiyə adlı qadınla rəfiqəlik etmişdir. Rəqiyə tez-tez onların evinə gəlib getmiş, o isə Sevincə Rəqiyəni gözünün tutmadığını, Rəqiyənin düzgün adama oxşamadığını demişdir. Sevinc isə onun qarışmamasını, Rəqiyənin onun rəfiqəsi olduğunu demişdir. 27 iyun 2025-ci il tarixdə, günorta saatlarında Rəqiyə onların evinə gəlmiş, Sevinclə nə isə danışmışlar. Rəqiyə Sevincə onunla gəlməsini demiş, o isə Sevincə Rəqiyə ilə getməsinə icazə verməmiş, Rəqiyə də çıxıb getmişdir. Bir gün sonra, 28 iyun 2025-ci il tarixdə Telmanın yanında bir neçə nəfər şəxslə onların evinə gələrək, Rəqiyənin evdən qaçdığını, Sevincin Rəqiyənin hara getməsini bildiyini demiş, Sevinc isə bilmədiyini demişdir Telman isə Sevincə Rəqiyə ilə Ariz adlı şəxslə münasibətinin olduğunu, həmin münasibəti Sevincin düzüb- qoşduğunu, Sevinclə Rəqiyənin həmin şəxsin evinə getdiklərini, orada yeyib-içdiklərini demişdir. Sevinc isə Telmanın dediklərinin yalan olduğunu deyərək boynundan atmışdır. Bundan sonra o, Sevinc, Telman, Telmanın anası, qızı və yanında olan tanımadığı şəxs birlikdə Ariz adlı şəxsin evinə getmişlər. Onlar qapını döymüşlər, Ariz adlı şəxs çölə çıxmışdır. Telman Arizdən arvadı Rəqiyənin evdə olub-olmadığını soruşduqda Ariz Rəqiyənin harada olduğunu bilmədiyini, istəyirlərsə, girib evə baxmalarını demişdir. Telmangil evə girib baxmışlar və Rəqiyənin orada olmadığını görmüşlər. Telman bundan sonra Sevincdən Rəqiyənin harada olduğunu soruşaraq düzünü danışmasını demişdir. Sevinc bundan sonra Rəqiyə ilə həmin evə gəldiklərini etiraf etmiş, lakin hazırda harada olduğunu bilmədiyini demişdir. O bundan sonra Sevinci götürüb evə gəlmiş, evdə Sevinclə aralarında mübahisə yaranmışdır. O, Sevincdən Rəqiyə ilə nə üçün həmin evə getdiyini soruşduqda Sevinc ona Rəqiyə ilə getdiyini, lakin Rəqiyənin evə girdiyini, özünün çöldə gözlədiyini demişdir. Mübahisə zamanı o, əsəbiləşmiş və yumruqla Sevincin sifət nahiyəsinə zərbələr endirərək Sevinci döymüşdür. Sevinc yenə də heç nə etmədiyini deyib, hər şeyi Rəqiyənin üstünə atmışdır. Daha sonra, o, evdən çıxıb getmiş, bir neçə saaat sonra evə qayıdan zaman Sevincin evin yaxınlığında dar küçədə bir kişi ilə danışdığını görmüş, lakin onlara heç nə deməyib evə qayıtmışdır. 5-10 dəqiqə sonra Sevinc evə gəldikdə o, Sevincdən harada olduğunu soruşmuş, Sevinc ona rəfiqəsigilə getdiyini demişdir. O, Sevincə onu küçədə bir kişi ilə danışdığını gördüyünü demişdir. Sevinc isə ona yalan danışdığını, əgər hansısa kişi ilə görsə, onları gəlib tutacağını demişdir. O isə Sevincə yenə yumruq zərbələri vuraraq döymüş və həmin şəxsin kim olduğunu soruşmuş, lakin Sevinc boynuna almayaraq həmin şəxsin kim olduğunu deməmişdir. O bundan sonra Sevincin telefonunu əlindən almış və evdən çıxıb getmişdir. O, evdə olmayan zaman Sevincin anası Sehran evə qızını yoxlamağa gəlmiş, Sevinc anasının telefonu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəngmərkəzi sisteminə zəng edərək, onun Sevinci döyməsi barədə məlumat vermişdir. O, evə gələrkən Sevincin şikayət etdiyini bilib Sevincə ailə daxili mübahisə etdiklərini, şikayət etməməsini demişdir. Sevinc də şikayət etməyəcəyini bildirmiş, anası Sehran isə əsəbiləşərək çıxıb getmişdir. O, Sevincin telefonunu özündə saxlamışdır. Sevincin mobil telefonu onda olduğu vaxtlarda dəfələrlə yad nömrələrdən zənglər gəlmiş, o, zəngləri açdıqda zəng edən şəxs səsini çıxarmamışdır. 30 iyun 2025-ci il tarixdə də Sevincin telefonuna zənglər gəlmiş, o, Sevincdən kim olduğunu soruşduqda Sevinc ona kim olduqlarını deməmişdir. O isə bundan çox əsəbiləşmiş və saat 21 radələrində gedib yaxınlıqda yerləşən Mosu ləqəbli şəxsin mağazasından spirtli içki araq alıb gətirmişdir. O, evdə həmin arağı içmiş, artıq Sevincin hərəkətlərinə, ona xəyanət etməsinə, onu dəfələrlə aldatmasına dözə bilməyərək Sevinci öldürmək qərarına gəlmişdir. Saat 22:30 radələrində o, yaşadığıqları evin mətbəxində olan bıçağı götürmüş və şalvarının sol tərəfində belində gizlətmişdir. Daha sonra, Sevincə evdən çıxıb çölə getmələrini, bu məsələləri aydınlaşdıracağını demişdir. Sevinc isə onu kimləsə üzləşdirəcəyini fikirləşib onunla gəlmişdir. O, Sevinclə bərabər evlərindən təxminən 1-2 kilometr aralıda boş əraziyə gəlmişlər. Həmin əraziyə gələrkən Sevinc onu öldürməyə apardığını ondan soruşmuş, o, Sevincə öldürməyəcəyini, heç nə etməyəcəyini demişdir. Lakin onun Sevinci həmin əraziyə aparmaq məqsədi Sevinci uşaqlarının gözünün qarşısında deyil, yaşadıqları evdən uzaq bir yerdə öldürmək olmuşdur. Orada olan yaşayış evlərindən təxminən 300 metr aralıda torpaq yolun kənarında mişar daşları və dam örtüklərinin qırıqları olan yerdə o, Sevincdən ona nəyə görə xəyanət etdiyini soruşmuşdur. Sevinclə o, üzbəüz dayanmışlar. Sevinc isə ona xəyanət etmədiyini demiş, bundan sonra onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Sevincə artıq hərəkətlərindən bezdiyini demiş və sol əli ilə belində olan bıçağı götürüb Sevincin qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Sevinc yerə yıxılmış və arxası üstə uzanmışdır. O, ikinci bıçağı vurmaq istəmiş, lakin bıçaq əlindən düşmüşdür. O bundan sonra əlləri ilə Sevincin boğazından tutaraq onu boğmağa başlamışdır. Bir neçə dəqiqə Sevincin boğazını əlləri ilə boğduqdan sonra əynində olan gödəkcəni çıxararaq gödəkcənin sol qolunu Sevincin boğazına dolayıb onu boğmuşdur. O, Sevinci boğarkən Sevinc xırıldamış, lakin bir neçə dəqiqə Sevinci həmin vəziyyətdə boğduqdan sonra Sevincin artıq xırıltısının kəsildiyini, nəfəs almadığını görüb öldüyünə əmin olmuşdur. Daha sonra meyitinə it və ya digər heyvanlar toxunmaması üçün Sevincin əllərindən tutub öldürdüyü yerdən təxminən 4-5 metr aralı sürümüş, yolun kənarına uzandırmış və üzərini gödəkcəsi ilə, orada olan dam örtüyü qırıqları, mişar daşı ilə örtmüşdür. Sevinci vurduğu bıçağı da gətirib meyitinin yanına qoymuşdur. Daha sonra o, yaşadığı evə qayıtmış və mobil telefonla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti zəng-mərkəzi sisteminə məlumat verərək, arvadını öldürdüyünü və təslim olmaq istədiyini demişdir. Bir neçə dəqiqə sonra polis və prokurorluq əməkdaşları gəlmişlər, o, təslim olaraq olanları danışmış və meyit olan yeri təqdim etmişdir. Onun iştirakı ilə həmin hadisə yerinə baxış aparılmışdır. O, Zərərçəkmiş şəxsm 30 iyun 2025-ci il tarixdə, saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlanan ərazidə torpaq yolun kənarında evdən götürdüyü mətbəx bıçağı ilə bir dəfə qarın nahiyəsinə vuraraq, daha sonra əlləri ilə və gödəkcənin qolu ilə boğaraq öldürmüşdür. O, Sevinci ona xəyanət etməsinə, onu dəfələrlə aldatmasına görə qısqanclıq zəminində öldürmüşdür. Əvvəllər o, Sevinci döydüyünə görə Sevinc ondan şikayət etmiş, iş məhkəməyə göndərilmişdir. Məhkəmədə barışdıqları üçün iş bağlanmışdır. Bundan başqa, bir neçə il əvvəl Sevinc boşanmaq üçün məhkəməyə ərizə vermiş, lakin sonradan onlar yenə barışmışlar, Sevinc boşanmaq istəmədiyini bildirmişdir. O, əvvəllər Sevinci öldürməyi düşünmüş, lakin heç bir hərəkət etməmiş, hər dəfə uşaqlarına görə Sevinci bağışlamış, lakin son baş verənlər artıq onu Sevinci öldürmək həddinə çatdırmışdır. O, Sevinci öldürərkən Sevinc ona hər hansı xəsarət yetirməmiş, ona müqavimət göstərməmişdir. Hadisə vaxtı orada heç kim olmamış, onun Sevinci öldürməsini heç kim görməmişdir. O, Sevinclə həmin əraziyə gələrkən küçədə adamlar olmuş, lakin heç kim onlara fikir verməmişdir. Kimlər olduğunu dəqiq xatırlamır. Həmin bıçağı Sevinci öldürmək üçün mətbəxdən götürmüş, onun bıçaq götürməsini heç kim görməmişdir. Həmin vaxt evdə qızı və oğlu olmuş, uşaqlar onların hara getdiklərini bilməmişlər. Bıçaq qəhvəyi saplı, ucu boz rəngli sivri bıçaq olmuşdur. O, Sevincə bıçaq vurarkən hər ikisi ayaq üstə üzbəüz dayanmışlar. O, solaxay olduğu üçün bıçağı sol əli ilə tutmuş və Zərərçəkmiş şəxs da bıçağı sol əlində tutaraq vurmuşdur. Hadisə zamanı onun əynində qara rəngli uzunqol köynək, bozumtul qara rəngli cins şalvarı və tünd boz və qara rəngli gödəkcə olmuşdur. Sevincin üzərində qırımızı rəngli qolsuz uzun kofta, yerliyi çəhrayı rəngli üzərində ağ rəngli nöqtələr olan ev şalvarı olmuşdur. O, mobil nömrəsini iki gün əvvəl almış, dəqiq bilmir. Sevinc isə tez-tez nömrə dəyişmiş, Sevincin nömrələrini bilmir. O, bir neçə dəfə əsəblərində olan pozğunluqla bağlı müalicə almışdır. O, ümumiyyətlə, narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, bəzi vaxtlarda spirtli içki qəbul etmiş, hadisə vaxtı da sərxoş vəziyyətdə olmuşdur. O, Sevincə bıçaqla vurduqdan sonra Sevinc ondan aman diləməmiş, onu öldürməməsi üçün xahiş etməmişdir. Sevinc öldürməsi ilə bağlı nə anası, nə də digər ailə üzvləri, nə də ki digər hər hansı şəxs ona bir söz deməmiş, onu Sevincə qarşı heç kim doldurmamış, ona hər hansı formada kömək etməmişdir. O, Sevinci öldürmək istəməsi ilə bağlı heç kimə deməmiş, heç kimdən kömək istəməmiş, Sevinc ona xəyanət etdiyinə görə Sevincdən qisas almaq üçün öldürmək qərarına gəlmiş və Sevinci öldürmüşdür. Sevinc alnında, üst dodağında, sol və sağ üst göz qapaqlarında, hər iki sağrı nahiyəsində olan xəsarətləri o, Sevinci öldürərkən almışdır. Sevincin hər iki göz ətrafında və döş qəfəsində, sol dirsəyində olan xəsarətləri isə 27 iyun 2025-ci il tarixdə o, Sevinci döyərkən yetirmişdir. Sevincin şalvarının arxa səthinin sol yarısında və büsqalterin arxa səthinin sol yarısında olan zədələr onu öldürdükdən sonra meyitini çəkərkən yaranmış ola bilər. Onun köynəyində olan zədə hadisədən bir müddət əvvəl işdə olarkən yaranmışdır. Sevincin və onun paltarı üzərində olan liflər onu öldürərkən paltarları bir-birinə dəydiyi üçün yaranmışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs dəfələrlə fərqli nömrələrlə danışığının şahidi olmuş, qısqanclıqla bağlı aralarında 2-3 ay idi mübahisələri olmuş və onu dəfələrlə aldatmış, yalan danışmış, Sevincin dəfələrlə telefon işlətməsinə qadağa qoymuş, etdiyi əməldən səmimi peşam olduğunu bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkilini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 1987-ci ildə X8 ilə ailə qurmuş, həmin nikahdan Zərərçəkmiş şəxs və Şahid5 adında iki övladı vardır. Əri İnşallah 2005-ci ildə vəfat etmişdir. Qızı Sevinc Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Sevincin Zəhra və Yusif adlı iki az yaşlı uşağı olmuşdur. Sevinc ailəsi ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə nömrəsi fərdi yaşayış evində yaşamışdır. Sevinc heç yerdə işləməmiş, Rəşad isə fəhləlik etmişdir. Sevinclə Rəşad arasında tez-tez ailə daxili söhbətlər olmuş, Sevinc bir neçə ilə əvvəl boşanmaq üçün Qaradağ rayon məhkəməsinə ərizə ilə müraciət etmiş, lakin sonradan onlar barışdıqları üçün Sevinc boşanma ərizəsini geri götürmüşdür. Əvvəllər bir neçə dəfə Rəşad Sevinci döymüş, Sevinc Rəşaddan polisə şikayət etmişdir. Rəşadın işi Qaradağ rayon məhkəməsinə göndərilmiş, lakin yenə də Sevinc Rəşaddan şikayətini geri götürdüyü üçün iş bağlanmışdır. 27 iyun 2025-ci il tarixdə Rəşad yenə də Sevinclə mübahisə edərək onu döymüşdür. 28 iyun 2025-ci il tarixdə qızı Sevinc ona zəng edərək Rəşadın onu döydüyünü demişdir. O, həmin gün qızıgilə gəlmiş, qızı Sevincin sifətində xəsarətlər olduğunu görmüşdür. Sevinc onun telefonu ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti zəng-mərkəzi sisteminə müraciət edərək Rəşadın onu döyməsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra 10-cu polis şöbəsindən onun nömrəsinə zəng gəlmiş və qızını izahat vermək üçün çağırmışlar. Qızı onunla birlikdə Polis şöbəsinə gəlmiş, orada ərizə və izahat yazmışdır. Təhqiqatçı qızı Sevincə birinci gün məhkəmə-tibbi ekspertizasından keçməsini tapşırmışdır. Daha sonra o, qızı ilə yaşadığı evə qayıtmışdır. O, Rəşadın anası Səmayəyə Sevincin ərizə yazdığını, Rəşadla Sevincin mehribancasına boşanmalarını demişdir. Həmin vaxt Rəşad evə gəlmiş, anası X10 polisə şikayət etdiyini demişdir. Daha sonra o, su içmək üçün getmiş, Rəşad onu çağırmış və ondan onu bağışlamasını, bir daha belə hərəkət etməyəcəyini bildirmişdir. O isə Rəşada bu söhbətin arvadı ilə özünün arasında olduğunu, öz aralarında danışmalarını demişdir. O bundan sonra çıxıb getmişdir. O, getdikdən sonra Rəşad Sevinclə danışıb onu bağışlamasını demişdir. 30 iyun 2025-ci il tarixdə Polis şöbəsindən ona zəng gəlmiş və qızının nəyə görə gəlmədiyini soruşmuşlar. O isə qızının evdə olduğunu, qayınanasına zəng etmələrini demişdir. O, bundan sonra Səmayəyə zəng edərək Sevincin ekspertizadan keçməli olduğunu demiş, Səmayə ona Rəşadla Sevincin barışdıqlarını demiş, o, Sevinci telefona çağırmasını bildirmişdir. Sevinc telefona gəlmiş, o, Sevincdən niyə həkimə getmədiyini soruşduqda Sevinc ona cavab verməmişdir. O da Sevincə “day özün bilərsən” deyə bildirmişdir. Həmin gün gecə saat 24 radələrində Rəşadın qardaşı Orxan ona zəng edərək Rəşadın Sevinci öldürdüyünü demişdir. O, dərhal çıxıb Lökbatana gəlmişdir. O, gəldikdə artıq orada polis əməkdaşları olmuş və ona Rəşadın Sevinci öldürdüklərini demişlər. Rəşadın Sevinci harada, necə öldürməsini dəqiq bilmir. O, Təqsirləndirilən şəxs və ailə üzvlərindən şikayətçidir, Rəşadın barəsində ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, onun böyük qardaşı Təqsirləndirilən şəxs əvvəllər Samirə adlı qadınla ailə qurmuş, həmin nikahdan bir qızı olmuşdur. Samirə ilə Rəşad 5 il ailəli olduqdan sonra yola gedə bilmədikləri üçün ayrılmışlar. Rəşad daha sonra Zərərçəkmiş şəxs ilə ailə qurmuş, Rəşadın Zəhra və Yusif adlı iki az yaşlı uşağı vardır. Rəşad Sevinclə rəsmi nikaha daxil olmuş, Samirə ilə isə rəsmi nikaha daxil olmamışdır. Rəşad ailəsi ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1, 4-cü küçədə onların yaşadığı evlə yan-yana yaşamışlar. Sevinc heç harada işləməmiş, Rəşad isə fəhləlik edərək ailəsini dolandırmışdır. Sevinclə Rəşad arasında tez-tez ailə daxili söhbətlər olmuşdur. Sevinc bir neçə ilə əvvəl Qaradağ rayon məhkəməsinə boşanmaq üçün ərizə ilə müraciət etmiş, lakin sonradan onlar barışdıqları üçün boşanmamışlar. O, gün ərzində işdə olmuş, axşamlar evə gələrkən bəzən Rəşadla Sevincin mübahisə etdiyini eşitmişdir. Rəşaddan nə olduğunu soruşduqda Rəşad Sevincin etdiyi hərəkətlərə görə olduğunu demişdir. Sevinc Rəşaddan gizli telefon işlətmiş, bir neçə dəfə Rəşad Sevincin gizli mobil telefon işlətdiyini bilmiş, telefonu Sevincin əlindən almışdır. Sevincin anası Sehrana bu barədə məlumat vermişdir. Rəşad Sevincin bir neçə dəfə başqa kişilərlə danışığını tutsa da, hər dəfə uşaqlara görə Sevinci bağışlamış, lakin Sevinc yenə də hərəkətlərinə davam etmişdir. 30 iyun 2025-ci il tarixdə o, bütün gün ərzində evdə anası ilə birlikdə olmuşdur. Qardaşı Vüqar saat 21 radələrində işdən gəlmiş, qardaşı ilə öz otaqlarında uzanıb telefonla oynamışlar. Saat 23 radələrində Zəhra və Yusif anası Səmayəni çağıraraq Rəşadla Sevincin mağazaya getdiklərini, evdə tək olduqlarını, qorxduqlarını demişlər. X38 evinə getmiş, o və qardaşı isə öz otaqlarında qalmışlar. Təxminən saat 24 radələrində yerində uzanan zaman qardaşı Rəşad evə gəlmiş, o və Vüqar səs gəldiyini eşidib otaqdan çıxmışlar. O, çölə çıxarkən Rəşadın həyəcanlı olduğunu, bədəninin titrədiyini görmüş və nə olduğunu soruşmuşdur. Rəşad isə ağlayaraq Sevinci öldürdüyünü demişdir. Vüqar Rəşada inanmadığını demiş, Rəşad isə and içərək Sevinci öldürdüyünü və Vüqara telefonla 102 xidmətinə zəng edib ona verməsini demişdir. Vüqar da öz telefonu ilə 102 xidmətinə zəng vurub telefonu Rəşada vermişdir. Rəşad telefonu götürərək Özünü təqdim etmiş və arvadı Sevinci öldürdüyünü, təslim olmaq istədiyini, gəlib onu aparmalarını bildirmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəlmişlər, Rəşad onlara təslim olmuşdur. Sevincin onunla və digər ailə üzvləri ilə arasında hər hansı mübahisə, davadalaş olmamışdır. Onlar çox da yaxın olmamışlar. Sevinc onlarla çox da münasibət saxlamamışdır. Rəşad Sevinci 30 iyun 2025-ci il tarixdə, saat 23 radələrində qəsəbə ərazisində boş ərazidə bıçaqla vurmuş, daha isə boğaraq öldürmüşdür. Rəşad əvvəllər Sevinci öldürmək üçün hər hansı hərəkət etməmişdir. Rəşad Sevinci öldürəcəyi barədə nə ona, nə də başqa heç kimə bir söz deməmişdir. Rəşad Sevinci kimsəsiz boş ərazidə öldürmüş, onun bildiyinə görə Rəşad Sevinci öldürərkən heç kim görməmişdir. O, həmin gün bütün gün evdə olmuşdur. Saat 18 radələrində çölə çıxan zaman Rəşadın küçədə oturub siqaret çəkdiyini görmüşdür. O da Rəşadla salamlaşıb, yanında oturmuş və siqaret çəkməyə başlamışdır. Rəşadın əhvalı normal olmuş, onlar iş barədə söhbət etmişlər, aralarında Sevinclə bağlı hər hansı danışıq olmamışdır. Svetanın dedikləri yalandır, Rəşadı nə anası Səmayə, nə o, nə Vüqar, nə də başqa bir şəxs Sevincə qarşı doldurmamış, Sevinci öldürməsi barədə bir söz deməmişdir. Rəşad özü Sevincin ona xəyanət etdiyini fikirləşdiyi üçün Sevinci öldürmüşdür. Rəşadın Sevinci öldürməsində Rəşada heç kim kömək etməmişdir. Zərərçəkmiş şəxs ilə konkret olaraq kiminsə arasında hər hansı münasibət, sevgi, dostluq, intim və s. münasibətin olduğunu bilmir. Sevinc gizlin telefon işlədərək başqa şəxslərlə danışmışdır. Ancaq o, konkret olaraq şəxs adı bilmir. Sevincin hansı mobil nömrədən istifadə etdiyini bilməmiş, Sevincin bir neçə nömrəsi olmuşdur. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəfələrlə telefonda ona xəyanətini aşkar etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid1 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Sevinc əvvəllər başqa şəxslə ailəli olmuş, sonradan isə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Sevincin Zəhra və Yusif adlı iki azyaşlı uşağı olmuşdur. Sevinc ailəsi ilə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 adlı ərazidə nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Sevinc heç harada işləməmiş, Rəşad isə fəhləlik etmişdir. Sevinclə Rəşad arasında tez-tez ailə daxili söhbətlər olmuşdur. Sevinc bir neçə il əvvəl boşanmaq üçün Qaradağ rayon məhkəməsinə ərizə ilə müraciət etmiş, lakin sonradan onlar barışmışlar və Sevinc boşanma ərizəsini geri götürmüşdür. Əvvəllər dəfələrlə Rəşad Sevinci döymüş, Sevinc dəfələrlə Rəşaddan polisə şikayət etmişdir. Rəşadın işi Qaradağ rayon məhkəməsinə göndərilmiş, lakin yenə də Sevinc Rəşaddan şikayətini geri götürdüyü üçün iş bağlanmışdır. 01 iyul 2025-ci il tarixdə, gecə saat 00:20 radələrində Rəşadın qardaşı Orxan anama zəng edərək Rəşadın Sevinci öldürdüyünü demişdir. O, dərhal Qaradağ rayonu, Lökbatan qəsəbəsinə Sevincgilə gəlmişdir. O, Sevincgilin qapısını döymüş, uşaqlar evdə olmuş, o, Zəhradan ata və anasının harada olduğunu soruşmuş, Zəhra ona Rəşadın Sevinci mağazaya apardığını bildirmişdir. Rəşadın Vüqar adlı qardaşı ona Rəşadın Sevinci gölün kənarında öldürdüyünü demiş, o, bundan sonra göl kənarına getmişdir. Sevincin öz ailə üzvləri ilə münasibətləri normal olsa da, Rəşadın ailə üzvləri ilə münasibətləri yaxşı olmamış, onlar Sevinci yola verə bilməmiş, tez-tez mübahisələri olmuşdur. Rəşad Sevinci 30 iyun 2025-ci il tarixdə, saat 23 radələrində qəsəbə ərazisində boş ərazidə bıçaqla vurmuş, daha isə boğaraq öldürmüşdür. Rəşad əvvəllər Sevinci öldürmək üçün hər hansı hərəkət etməmişdir. Hadisə zamanı o, orada olmamış, Rəşadın Sevinci öldürərkən orada kiminsə olub-olmadığını dəqiq bilmir. Zərərçəkmiş şəxs ilə kiminsə arasında hər hansı münasibət, sevgi, dostluq, intim və s. münasibətinin olub-olmaması barədə bilmir. Təqsirləndirilən şəxs və ya ailə üzvləri tərəfindən ona Zərərçəkmiş şəxs başqa kimləsə münasibətinin olması, gizlin telefon işlətməsi və ya digər formada ərinə xəyanət etməsi barədə bir söz deməmişlər. Sevinc telefonu uşaqlarına görə işlətmişdir. Sevinc sonuncu dəfə ********** mobil nömrəsindən istifadə etmişdir. Sonuncu dəfə Sevinclə hadisədən iki həftə qabaq zənglə danışmışdır. Sevinclə sonuncu dəfə danışan zaman ona hər hansı bir problemi, çətinliyi olması, kiminləsə münaqişə olması barədə, yaxud Rəşad barəsində bir söz deməmişdir. Rəşad Sevinci öldürməmişdən 2-3 gün qabaq Sevinci döyərək xəsarət yetirmişdir. Sevinc Sehrana zəng edərək Rəşadın onu döydüyünü demişdir. Sehran həmin vaxt onlarda olmuş, onlardan birbaşa Sevincgilə getmiş və oradan polisə Rəşad barəsində şikayət etmişlər. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid6 ifadələri məhkəmə iclasında elan olunmuşdur. İş materiallarında olan “Hadisə yerinə baxış aparılması haqqında” 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1-də boş ərazidə torpaq yolun kənarıdır. Yer örtüyü bərk torpaq səthdən ibarətdir, bəzi hissələrdə yaşıl və saralmış rənglərdə xırda yabanı bitkilər vardır. Yolun eni 3.7 metrdir. Yolun sağ kənarı ilə üzərində 03 ədəd elektrik xətti olan metal materialdan hazırlanmış dirəklər vardır. Yolun sol kənarında mişar daşları və dam örtüyü qırıntıları tullantı şəklində yığılmışdır və bu tullantıların yanında qadın cinsli bir nəfər şəxsin meyiti vardır. Meyit arxası üstdə (üzü yuxarı) formada uzadılmış vəziyyətdədir, sağ qolu kənara doğru açılmış haldadır, sol əli baş nahiyyəsinin arxasına doğru olmaqla üzəri otla örtülmüşdür. Meyitin qarın nahiyyəsi bir ədəd qara və tünd boz rəngli gödəkçə ilə, qarın nahiyyəsindən ayaqlarının ucuna qədər olan hissələri isə mişar daşı, dam örtüyü və digər qırıntılarla örtülmüşdür. Meyitin üzərində olan geyim və digər əşyalar götürüldü, meyitin əynində qırmızı rəngli qolsuz jaket, yerliyi çəhrayı olan, ağ nöqtələr olan şalvar olduğu müşahidə edildi. Meyitin ayağında ayaq geyimi və corab yoxdur, qarın nahiyyəsinin sağ tərəfində bənövşəyi və qızılı rəngli bir cüt başmaq vardır. Meyitin sol qolu üzərində olan ot örtüyü götürüldükdə sol qolun yanında bir ədəd tutacağı qəhvəyi rəngli, tiyəsi gümüşü rəngli olmaqla, tiyəsinin üzərində qana bənzər ləkələr olan bıçaq olduğu görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qadın cinsli meyiti təqdim edərək, həmin meyitin arvadı Zərərçəkmiş şəxs meyiti olduğunu, Zərərçəkmiş şəxs ona xəyanət etməsini fikirləşdiyinə görə onu öldürmək qərarına gəldiyini, bu məqsədlə yaşadığı evin mətbəxindən bir ədəd bıçaq götürüb üzərində gizlədərək Zərərçəkmiş şəxs söhbət etmək adı ilə həmin boş əraziyə gətirdiyini və saat 23 radələrində orada aralarında yaranmış mübahisə zamanı bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsinə vurduğunu, daha sonra əlləri və öz əynindən soyunduğu gödəkcənin qolu ilə sonuncunu boğaraq öldürdüyünü, bundan sonra meyiti sürüyərək 4-5 metr kənara çəkildiyini və üzərini mişar daşı, dam örtüyünün qırıntıları və həmin gödəkcə ilə örtdüyünü, bıçağı isə meyitin yanına qoyduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi, Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurduğu və boğub öldürdüyü yerlə sürüyərək qoyduğu yerin arasında olan məsafə uzunluq ölçən cihazla ölçüldü və məsafənin 3.6 metr olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi, Zərərçəkmiş şəxs bıçaq zərbəsi vurduğu və boğub öldürdüyü yerdə olan ot örtükləri nisbətən əzilmiş formadadır. Qeyd edilən ərazidə, eləcə də meyitin ətrafında hər hansı qana bənzər ləkələrin olması müşahidə edilmədi. İş materiallarında olan “Baxış aparılması haqqında” 01 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək hər hansı hal müəyyən olunmadı, eləcə də hər hansı qana bənzər ləkə, mübahisə və ya dava-dalaş, yaxud dağıntı izləri aşkar edilmədi. İş materiallarında olan 01 iyul 2025-ci il tarixli, №2136820 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan 04 avqust 2025-ci il tarixli “diskə baxış aparılması haqqında” protokoldan görünür ki, “Azercell Telecom" MMC-dən daxil olmuş diskə baxış keçirilən zaman 8443.zip adlı winrar proqram formatında fayl olan qovluq açıldı və həmin faylda 516674461_SMS.txt, 518148819_SMS.txt, 519686435_SMS.txt, **********61.txt, **********19.txt, **********35.txt, abuneciler8443.xls, antena8443-2024.xls, antena8443- 2025.xls və Zərərçəkmiş şəxs-8443.xlsx adlı fayllar aşkar edildi. Zərərçəkmiş şəxs- 8443.xlsx adlı fayl açılmış, həmin faylda ***-***-**-** və 051- ***-**-** və ***-***-**-** mobil nömrələrinin Zərərçəkmiş şəxs adına olması, ***-***-**-** mobil nömrəsinin aktiv olması, digər mobil nömrələrin de-aktiv olması qeyd olunmuşdur. 516674461_SMS.txt adlı fayl açılmış, həmin faylda +99***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək başqa nömrələrə, eləcə də başqa nömrələrdən həmin mobil nömrəyə göndərilən SMS barədə məlumatlar vardır. Həmin faylda X2 məxsus ***-***-**-** mobil nömrə ilə Zərərçəkmiş şəxs məxsus ***-***-**-** mobil nömrə arasında cinsi ehtiraslarını təmin etmək məqsədilə yazılmış erotik məzmunlu qısa mesaj mətnləri vardır. 518148819_SMS.txt adlı fayl açılmış, həmin faylda +99***-***-**-** saylı mobil nömrədən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək başqa nömrələrə, eləcə də başqa nömrələrdən həmin mobil nömrəyə göndərilən SMS barədə məlumatlar vardır. 2025- ci ilin iyun ayı ərzində ********** (Zərərçəkmiş şəxs) mobil nömrəsindən 7700 mobil nömrəsinə ********** (X29), ********** (X11), ********** (X6), ********** (X18), ********** (X12) mobil nömrələrini və digər mobil nömrələri göndərməklə, həmin mobil nömrə sahiblərindən ona zəng edilməsini xahiş etmişdir. 519686435_SMS.txt adlı fayl açılmış, həmin faylda +99***- ***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək başqa nömrələrə, eləcə də başqa nömrələrdən həmin mobil nömrəyə göndərilən SMS barədə məlumatlar vardır. **********61.txt adlı fayl açılmış, həmin faylda +99***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək başqa nömrələrə, eləcə də başqa nömrələrdən həmin mobil nömrəyə edilən zənglər, həmin zənglərin tarixi, saatı və danışıq müddəti barədə məlumatlar vardır. **********19.txt adlı fayl açılmış, həmin faylda +99***-***-**-** saylı mobil nömrədən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ********** (X29), ********** (X6), ********** (X18), ********** (X30), ********** (X15) və başqa mobil nömrələrə, eləcə də başqa nömrələrdən həmin mobil nömrəyə edilən zənglər, həmin zənglərin tarixi, saatı və danışıq müddəti barədə məlumatlar vardır. 519686435_SMS.txt adlı fayl açılmış, həmin faylda +99***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək başqa nömrələrə, eləcə də başqa nömrələrdən həmin mobil nömrəyə edilən zənglər, həmin zənglərin tarixi, saatı və danışıq müddəti barədə məlumatlar vardır. Daha sonra abuneciler8443.xls adlı fayl açılmış, həmin faylda qeyd edilmiş nömrələrin adına qeydiyyata alınmış şəxslərin hər birinin soyadı, adı, atasının adı, olduğu yer, yaşadığı ünvan, doğum tarixi, şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi barədə məlumatlar vardır. Bundan sonra, antena8443-2024.xls və antena8443- 2025.xls adlı fayl açılmış, həmin faylda qeyd olunan mobil nömrələrin istifadə etdiyi antenalara dair məlumatlar vardır. Baxış zamanı diskdə olan fayllarda iş üzrə sübut əhəmiyyəti kəsb edən digər məlumat müəyyən edilməmişdir. İş materiallarında olan 02 iyul 2025-ci il tarixli “Mobil telefona baxış aparılması haqqında” protokoldan görünür ki, mobil telefon “Honor” markalı mobil telefondur. Telefon işlək vəziyyətdədir. Telefonun yaddaşında olan kontaktlara baxış keçirilərkən müəyyən olundu ki, “Canım Mənim 055” adı ilə ***-***-**-** saylı mobil nömrə, “Canım Gözüm” adı ilə ***-***-**-** saylı mobil nömrə, “Gözəl Gözüm” adı ilə ***-***-**-** saylı mobil nömrə, “Ariz Maqazin” adı ilə ***-***-**-** saylı mobil nömrə, “Azad Ustası” adı ilə qeydiyyata alınmış +99***-***-**-** saylı mobil nömrə, “Rasim Aşağı. Qonşu” adı ilə +99***-***-**-** saylı mobil nömrə, “Rafael Qonşu” adı ilə ***-***-**-** saylı mobil nömrə və digər mobil nömrələr qeydiyyata alınmışdır. Daha sonra “Whatsapp” proqramına keçid edildi və “Whatsapp” proqramında “***-***-**-**” mobil nömrə ilə qeydiyyatdan keçirilmişdir. “Whatsapp” proqramında xx.xx.2025-ci il tarixdə, saat 23:37-dən xx.xx.2025-ci il tarixdə, saat 09:42-dək “lifhmdov8 Əliff Kişi” adı ilə qeydiyyata alınmış +99***-***-**-** mobil nömrəsindən mütəmadi zənglər edilmiş, lakin cavab verilməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 21:46-da “Səid Qonşum” adı ilə qeydiyyatdan keçmiş +99***-***-**-** mobil nömrəsindən zəng edilmiş, lakin cavab verilməmişdir. Bundan başqa “Whatsapp” proqramında 25.06.205-ci il tarixdə, saat 23:57-dən xx.xx.2025-ci il tarixdə, 09:42-dək “lifhmdov8 Əliff Kişi” adı ilə qeydiyyata alınmış +99***-***-**-** mobil nömrəsi ilə aşağıdakı yazışmalar aparılmışdır. Həmin mobil nömrədən xx.xx.2025-ci il tarixdə, saat 21:48-də “нейе.охмусан” məzmunlu yazılı mesaj, saat 21:48-də “telefona niyə cavab vermirsən” məzmunlu 00:02 saniyə müddətində səsli mesaj, xx.xx.2025-ci il tarixdə, saat 00:13-də “Инди.Беле” məzmunlu yazılı mesaj, saat 10:09-da “nolub cavab vermirsən telefona day” məzmunlu 00:04 saniyə müddətində səsli mesaj, saat 13:21-də “ Нолуб.сене Чавабверде” məzmunlu yazılı mesaj, saat 16:06-da “niyə cavab vermirsən, nolub, harada ölüb batmısan” məzmunlu 00:05 saniyə müddətində səsli mesaj, saat 19:37-də “Нийе” məzmunlu yazılı mesaj, xx.xx.2025-ci il tarixdə, saat 09:42-də “a bala nöş zəng eləmirsən, mən partdadım burda, öldüm mən burda, nöşün cavab vermiursən bu telefonlara, a bir iki günə gəlirəm ey Azərbaycana, o Mehiyə denən ki, gəlir Əlif, ayın 1-i Azərbaycandayam, Bakıdayam” məzmunli 00:17 saniyə müddətində səsli mesaj göndərilmiş,lakin heç bir cavab verilməmişdir. Bundan əlavə +7 992 151-23-38 saylı mobil nömrəsindən saat 21:33də “ay mənim ürəyim, ay mənim ceyranım, sən niyə küsmüsən bu telefonu açmırsan, sən elə bilirsən mən səni axtarıb tapa bilmiyəcəm, ay ürəyim maaşa 2 gün qalıb, adama 100- 100 gəlir, Əlifi d atmısan bloka, İlhamı da atmısan bloka, ayə adama 100-100 gəlir, ayın 5-i pullar gəlir, 300 manat çıxacaq əldən. Aç telefonları aç, səni içində öldürsün Habil” məzmunlu 00:25 saniyə müddətində səsli mesaj göndərilmiş, zənglər edilmiş, lakin cavab verilməmişdir. Daha sonra “Tik-tok” sosial şəbəkəsinə keçid edildi və “Tik-tok” sosial şəbəkəsində “user**********536” adı ilə hesab açılmışdır. Həmin profildə “23 izləyir”, “5 izləyicilər” “0 Bəyənmələr” qeyd olunmuşdur. Həmin hesabla “Hayat umutsuz”, yalçın.qurbanov092”, “herbici 8040, “herbici______1993”, “Snayper______7”, “zahid 5857” adlı və digər hesablara tanışlıq mövzusunda yazışmalar aparılmışdır. Həmin yazışmalarda Zərərçəkmiş şəxs özünü “Lalə”, “Mehriban” və digər adlarla təqdim edərək tanış olmaq istədiyini, evli olduğunu, 36 yaşı olduğunu, istifadəsində ***-***-**-** mobil nömrəsinin olduğunu və.s əhəmiyyət kəsb edən hər hansı digər hal aşkar edilmədi. Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefonda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı digər hal aşkar olunmadı. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “X35” publik hüquqi şəxsinin 23 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tibb xidməti ərazisi üzrə ruhi-əsəb xəstələrinin siyahısında “Yüngül əqli gerilik. F70.0” diaqnozu ilə qeydiyyatdadır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə belində ağrı şikayəti ilə nevroloji kabinetə müraciət etmiş, həkim nevroloq Yaqub Allahverdiyev tərəfindən nevroloji müayinə olunmuşdur. “M51.1.1” Bel fəqərələri Radikulopatiyası düşünülmüş” diaqnozu ilə bel fəqərələri rentgen müayinəsinə göndərilmişdir. Rentgen müayinəsinin nəticəsinə əsasən müalicə yazılmışdır. İş materiallarında olan Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 150 saylı MKİS-in rəisi M.M.Mahmudov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, 1989-cu il təvəllüdlü Tağıyev X21 rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi, 1 ünvanında qeydiyyatdadır. Göstərilən ünvanda qeydiyyatda olduğu müddət ərzində barəsində 150 saylı MKİS qəsəbə sakinləri və inzibati orqanlar tərəfindən heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası üzrə 17 iyul 2025-ci il tarixli, 451 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertizası zamanı onun bədən səthində hər hansı xəsarət aşkar edilmədi. İş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin meyitin ekspertizası üzrə 30 iyul 2025-ci il tarixli, 63 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarət aşkar olundu: boyun nahiyyəsinin dərialtı yumşaq toxumalarına qansızma ilə müşayiət olunan stranqulyasiya şırımı. Qarın nahiyyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş- kəsilmiş yarası. Alın nahiyyəsinin qançırları. Üst dodaq və sol üst göz qapağının səthi əzilmiş yaraları. Sağ üst göz qapağının və hər iki sağrı nahiyyələrinin sıyrıqları. Hər iki gözətrafı və döş qəfəsi nahiyyələrinin qançırları. Sol dirsək oynağı nahiyyəsinin sıyrığı. Qeyd olunan xəsarətlərdən qarın nahiyyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş- kəsilmiş yarası deşici-kəsici alət(əşya) təsirindən, boyun nahiyyəsinin dərialtı yumşaq toxumalarına qansızma ilə müşayiət olunan stranqulyasiya şırımı, alın nahiyyəsinin qançırları, üst dodaq və sol üst göz qapağının səthi əzilmiş yaraları, sağ üst göz qapağının və hər iki sağrı nahiyyələrinin sıyrıqları isə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, həyatidirlər, ölümündən az əvvəl qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə törənməklə ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Göstərilən xəsarətlərdən boyun nahiyyəsinin dərialtı yumşaq toxumalarına qansızma ilə müşayiət olunan boyun nahiyyəsinin qançırları həyat üçün təhlükəli olan sağlanlığa AĞİR zərərvurmaya, qarın nahiyyəsinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş –kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya, alın nahiyyəsinin qançırları, üst dodaq və sol üst göz qapağının səthi əzilmiş yaraları, sağ üst göz qapağının və hər iki sağrı nahiyyələrinin sıyrıqları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Yuxarıda göstərilən xəsarətlərdən hər iki gözətrafı və döş qəfəsi nahiyyələrinin qançırları, sol dirsək oynağı nahiyyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 3-5 gün əvvəl törənmişlər və dərəcələrinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, məhrum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2025-ci il tarixdə saat 09:30-da) 10-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır, kənar şəxslər tərəfindən törənməsi mümkündür. Müayinə zamanı meyitin bədən səthində müqavimət zamanı yarana biləcək tipik xəsarətlər aşkar edilmədi. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakteri, lokalizasiyasını nəzərə alıb demək olar ki, boyun nahiyyəsinin qançırları, eləcə də qarın nahiyyəsinin daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri xəsarət yetirən şəxslə mərhumənin üzbəüz istiqamətində olmaqla ekspertizaya təqdim edilmiş gödəkçənin qol hissəsinin boyun üzvlərinin sıxılması nəticəsində, qarın nahiyyəsinin deşilmiş-kəsilmiş yarası isə ekspertizaya təqdim edilmiş və ya ona oxşar bıçağın xüsusiyyətlərinə malik oan bıçaq təsirindən yaranması inkan olunmur. Zərərçəkmiş şəxs qarın nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarasının yara kanalı öndən-arxaya, bir qədər çəp sağdan – sola, yuxarıdan – aşağıyadır. Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı zorla təbii və qeyri-təbii cinsi yolla münasibət zamanı yaranacaq hər hansı xəsarət və xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici zəhərləyici maddələr aşkar edilməmişdir. İş materiallarında olan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsin maddi sübutların ekspertizası üzrə 07 avqust 2025ci il tarixli, №248/MTKŞ-2025 saylı ekspert rəyindən görünür; - Təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus qolsuz jaketin ön səthində ortada bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. - Mərhum Zərərçəkmiş şəxs məxsus qolsuz jaketin üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkan olunmur. - Mərhum Zərərçəkmiş şəxs məxsus gecə şalvarının arxa səthinin sol yarısında bir ədəd, büsqalterin arxa səthinin sol yarısında bir ədəd cırılmış zədə var. Bu zədələr küt mexanizimdən, paltarın nahiyyəsinin dartılması nəticəsində törənməyə uyğun gəlir. - Mərhum Zərərçəkmiş şəxs məxsus tumanın üzərində zədə aşkar edilmədi. - Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin ön səthinin sağ sərbəst kənarında, yuxarıdan 3-cü düymənin sağ kənarında bir ədəd cırılmış zədə var. Bu zədə küt mexanizmdən, paltarın həmin nahiyyəsinin kəskin dartılması nəticəsində törənməyə uyğun gəlir. - Təqsirləndirilən şəxs məxsus şalvarın və tumanın üzərində zədə aşkar edilmədi. - Hadisə yerindən götürülmüş gödəkçənin və bir cüt başmağın üzərində zədə aşkar edilmədi. - Mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus paltarların üzərində olan zədələrin qarşılıqlı mübarizə, əlbəyaxa olma və ya dalaşma zamanı yetirilməyə xarakterik olub-olmamasının qiymətləndirilməsi istintaq orqanının səlahiyyətlərinə aiddir. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: - bıçağın tiyəsinin sol səthində aşkar edilmiş ləkə kiçik nöqtəşəkilli olduğundan və morfoloji əlamətləri biruzə olmadığından, həmin ləkənin əmələgəlmə mexanizmi barədə fikir söyləmək mümkün deyil. - Mərhum Zərərçəkmiş şəxs məxsus jaketin ön səthinin orta hissəsində və aşağı azad kənarına ləkələr, eləcə də şalvarın sol ayağının ön səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir; - Mərhum Zərərçəkmiş şəxs məxsus büsqalterin, tumanın, Təqsirləndirilən şəxs məxsus şalvarın, köynəyin, tumanın, hadisə yerindən götürülmüş gödəkçənin və başmağın üzərində məhkəmə-bioloji tədqiqat zamanı qan ləkəsi aşkar edilməmişdir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizası üzrə xx.xx.2025-ci il tarixli 6/2370 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X7 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının və hadisə yerindən götürüldüyü qeyd edilən 01 ədəd gödəkçənin səthləri üzərində kənar lif mikrohissəciklər vardır. Tədqiqata təqdim edilmiş X7 məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş tünd boz rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd çəhrayı rəngli təbii pambıq liflər rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs İnşallar qızına məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2545 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yüngül kəmağıllıq (yüngül debillik dərəcəsində oliqofreniya) formasında kəmağıllıq müəyyən edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs müəyyən edilən kənağıllılıq o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın, yəni törətdiyi əməlinə görə anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs aşkar edilən Yüngül kəmağıllılıq (yüngül debillik dərəcəsində oliqofreniya) diaqnozu əqli geriliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Təqsirləndirilən şəxs iradi zəiflik, inadkarlıq, qıcığa qarşı həssaslıq, əsəbilik kimi fərdi- psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəlki dövrdə emosional vəziyyətində situasiya (həyat yoldaşının xəyanəti) ilə əlaqədar qəzəb, gərginlik, aqressiya kimi hallar əmələ gəlmiş, keçirdiyi emosional halı, hiss və yaşantıları cinayət əməli törədərkən davranışını istiqamətləndirmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2019-cu il tarixdə Qaradağ Rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib və zərər çəkmiş şəxsin şikayəti olmaması səbəbi ilə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutetmə məsələlərinə həsr olunmuş XV fəslinin qaydaları da cinayət-prosessual qanunun qeyd olunan ümumi prinsipləri əsasında formulə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirildiyindən o, Azərbaycan Respublikasının CM-nin 120.1.-ci maddəsi ilə tövsif edilən cinayət əməlini törətdiyinə görə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və ittihamın özündə təsvir olunmuş xüsusatlardan da görünən odur ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini məhz zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onu aldatması, xəyanət etməsi səbəbi ilə törətmişdir. Belə ki, cinayət işinin materiallarına olan Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə X3 məxsus ***-***-**-** saylı mobil nömrə arasında cinsi ehtiraslarını təmin etmək məqsədilə yazılmış erotik məzmunlu qısa mesaj mətnləri, həmçinin “Tik-tok” sosial şəbəkəsində müxtəlif profillərə Zərərçəkmiş şəxs tərəfindən tanışlıq mövzusunda yazışmalar sonuncunun Təqsirləndirilən şəxsı aldatması, ona xəyanət etməsini bir daha sübuta yetirir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, mənfi xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi ilə təqsirləndirilən şəxs arasında barışıq əldə edilməyib, sonuncu ona qarşı şikayətçidir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət işinin materiallarına əlavə edilmiş 01 iyul 2025-ci il tarixli raportdan görünür ki, 01 iyul 2025-ci il tarixdə, saat 00:03-də DİN-nin 102 zəng mərkəzindən daxil olmuş, ********** saylı məlumatda Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Beton yolu 1 massiv 4 küçədə yaşayan Təqsirləndirilən şəxs zəng edərək yoldaşı Zərərçəkmiş şəxs boğaraq və bıçaqlayaraq öldürməsini bildirmişdir. Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra DİN-nin 102 xidmətinə zəng etmiş və törətmiş olduğu cinayət əməlini könüllü təqsirini boynuna almış və bu baxımdan məhkəmə hesab edir ki,CM-nin 59.1.10 maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən artıq olmamaqla cəza təyin edilməlidir. Bundan başqa, cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, iş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından 23 dekabr 2016-cı il təvəllüdlü X19 və 18 iyul 2018-ci il təvəllüdlü X20 anadan olmuşdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyul 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 iyul 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 iyul 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 iyul 2025ci il tarixdən hesablanmalıdır. Bundan başqa “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 55-ci bəndinə əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Təqsirləndirilən şəxs azyaşlı uşaqları 23 dekabr 2016-cı il təvəllüdlü X19 (FİN № 8G5AUU9) və 18 iyul 2018-ci il təvəllüdlü X20 (FİN № 8GVWH3S) hazırda faktiki zərər çəkmişin hüquqi varisi X5 himayəsindədirlər. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azyaşlı uşaqları 23 dekabr 2016-cı il təvəllüdlü X13 (FİN № 8G5AUU9) və 18 iyul 2018-ci il təvəllüdlü X14 (FİN № 8GVWH3S) zərər çəkmişin hüquqi varisi X5 və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilməsi məsələsi həll edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində Qaradağ rayon prokurorluğunda saxlanılan meyitə baxış keçirilməsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngli qolsuz jaket, bir ədəd qara rəngli büstqalter, bir ədəd yerliyi çəhrayı rəngdə olan, ağ damalı gecə şalvarı və bir ədəd çəhrayı rəngli tuman dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, həmçinin hadisə yerinə baxış aparılan zaman aşkar olunaraq götürülən bir ədəd tünd boz və qara rəngli gödəkcə, bir cüt başmaq və cinayətin aləti hesab edilən bir ədəd bıçaq məhv edilməli, cinayət işinin materiallarında olan 02 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Zərərçəkmiş şəxs məxsus “Honor” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli köynək, bir ədəd qara rəngli cins şalvar və bir ədəd qara rəngli tuman Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Müdafiəçi məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli 01 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs himayəsində olan azyaşlı uşaqları 23 dekabr 2016-cı il təvəllüdlü X13 (FİN № 8G5AUU9) və 18 iyul 2018-ci il təvəllüdlü X14 (FİN № 8GVWH3S) zərər çəkmişin hüquqi varisi X5 və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilməsi məsələsinin həll edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin və hökm bu hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Qaradağ rayon prokurorluğunda saxlanılan meyitə baxış keçirilməsi zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd qırmızı rəngli qolsuz jaket, bir ədəd qara rəngli büstqalter, bir ədəd yerliyi çəhrayı rəngdə olan, ağ damalı gecə şalvar və bir ədəd çəhrayı rəngli tuman dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin, hadisə yerinə baxış aparılan zaman aşkar olunaraq götürülən bir ədəd tünd boz və qara rəngli gödəkcə, bir cüt başmaq və cinayətin aləti hesab edilən bir ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd qara rəngli köynək, bir ədəd qara rəngli cins şalvar və bir ədəd qara rəngli tuman Təqsirləndirilən şəxs geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 02 (iki) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus “Honor” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra ailə üzvlərinə geri qaytarılsın. Müdafiəçi məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 12 (on iki) iş saatı üçün 132 (yüz otuz iki) manat məbləğində vəsait Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1783/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1783/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver