Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1784/2023 21.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 36 saylı Vəkil Bürosunun vəkillləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə açıq məhkəmə iclasında
1. xx xxxx 1998-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Salyan rayonu, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 5, mənzil 3-də qeydiyyatda olmaqla yaşmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə;
2. xx xxx 1995-ci ildə Tatarıstan Respublikası, Naberecniy Çelniy vilayətində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, ailəli, Himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyat olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbayjan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təjridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq,
Müəyyən etdi: Təqsirləndirilirlər ondan ötrü ki, onlar qabaqjadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 13 mart 2023-cü il tarixdə gejə saatlarında tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqjadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsin istifadəsində olan «WhatsApp» sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq həmin şəxsin təqdim etdiyi X6 adına olan **** **** 6504 4119 nömrəli bank kartına 745 manat ödəniş etdikdən sonra həmin şəxsdən narkotik vasitə və psixotrop maddənin saxlanıldığı yerin fotoşəkilini əldə edərək tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd olunan narkotik vasitə və psixotrop maddəni götürmək üçün həmin maddələrin saxlanıldığı və gizlədildiyi əvvəljədən müəyyən olunmuş yerə gedərkən 13 mart 2023-jü il tarixdə, saat 13 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Makaron fabriki»nin yaxınlığında saxlanılaraq PŞ-nə dəvət olunub xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürülmə keçirilərkən üzərlərindən qeyri-qanuni əşya və predmet aşkar olunmasa da, Təqsirləndirilən şəxs2 təqdim etdiyi «Redmi» markalı mobil telefona baxış keçirilərkən mobil telefondan şəxsiyyəti istintaqa məlum olmayan şəxsin «WhatsApp» sosial şəbəkəsi ilə göndərdiyi - narkotik vasitə və psixotrop maddənin gizlədilib saxlanıldığı yerin işarələnmiş fotoşəkili aşkar olunmuş, daha sonra Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin gün saat 15:25-də həmin fotoşəkildə qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Bravo» marketin yanındakı 02 ədəd mişar daşının yanına baxış və götürmə keçirilərkən həmin mişar daşlarının arxasından şəffaf sellofana və sarı kağıza bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 21,315 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 9,371 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Salyan şəhərində yaşamış, iki ilə yaxın olar ki, narkotik vasitəsi olan heroin və psixotrop maddə olan metamfetamindən inyeksiya yolu ilə istifadə etmişdir. Həmin maddələri çox çətinliklə əldə edirdi. Belə ki, rayonda olan narkotik satıcılarının bir çoxunu polislər yaxalamışdır. Təqsirləndirilən şəxs2 da Salyan şəhər sakini olmaqla uşaqlıq dostudur. Emil də onun kimi narkotik vasitələrin aludəçisidir. Onunla bir dəfə heroindən istifadə etmişlər. Həmin heroini o əldə etmişdir. Emillə birlikdə heroini istifadə etmiş, buna görə Emildən pul almamışdır. Tutulmamışdan təxminən 2 ay əvvəl «İnstagram» sosial şəbəkəsində Məhəmməd adı ilə profili olan şəxsin narkotik vasitələrin təbliğ etməsi ilə rastlaşmış, onunla əlaqə saxlayaraq özü üçün heroin və metamfetamin istəmişdir. Məhəmmədlə bu məsələdə razılığa gəlmişlər. Bundan sonra telefonu lombarda qoyub pul götürmüşdür. Bu səbəbdən Emilin telefonundan istifadə etməklə Məhəmmədlə əlaqə saxlamışdır. O, Məhəmməddən birinci dəfə tutulmamışdan bir ay əvvəl Məhəmmədin ona göndərdiyi hesab nömrəsinə pul ödəməklə Salyan rayonu ərazisində Məhəmmədin ona göndərdiyi ərazidən və yerdən bir ədəd bükümdə «kakos» əldə etmişdir. Bundan sonra isə 13.03.23-cü il tarixdə, gecə saat bir radələrində yenidən Məhəmmədlə Emilin telefonu ilə danışaraq 20 qram heroin və 10 qram metamfetamin sifariş vermiş, Məhəmmədin göndərdiyi kartın şəkli əsasında Salyan şəhərində Arabatan kəndinə gedən yoldakı işıqforun yanındakı aptekin yanındakı «Milliön» ödəmə terminalından həmin karta 745 manat pul ödəmişdir. Bu pul onun öz pulu olmuşdur. Emilin bu pula aidiyyatı olmamışdır. Pulu köçürən zaman tək olmuşdur. Pulu köçürdükdən sonra Məhəmməd onun telefonuna Bakı şəhərində Mərdəkanda yerləşən «Bravo» marketin şəklini göndərərək sifariş verdiyi vasitələri oradan götürə biləcəyini bildirmişdir. Emilə Məhəmmədlə olan söhbəti, narkotik vasitə və psixotrop maddəni Bakı şəhərinə gedib götürməyi bildirmişdir. Həmin tarixdə Emillə birlikdə taksi ilə Bakı şəhərinə Mərdəkan qəsəbəsinə getmiş, taksidən Emillə birlikdə düşmüş, Emil narkotik vasitələri olduğu yeri bilməsin deyə ona taksidən düşdüyü yerdə duru bonu gözləməsini deyərək «Bravo» marketin yanına Məhəmmədin ona göndərdiyi yerə yaxınlaşmasına 5-6 metr qaldıqda polis geyimində olan 2 nəfər şəxs onu saxlamışlar. Həmin vaxt o, alkoqol və ya narkotik sərxoşluğunda olmamışdır. Lakin narkotik vasitənin istifadə vaxtı geçdiyi üçün ağrıyırdı. Polis əməkdaşları ondan şübhələnərək gecə vaxtı «Bravo» marketin yanında nə etdiyini soruşmuşlar. Belə başa düşür ki, polislər onun marketdən oğurluq etmək istədiyindən şübhələnmişlər. Polislərlə söhbət edən zaman Emil də onlara yaxınlaşmış, söhbətə müdaxilə etmiş, nəticədə ikisini də Xəzər RPİ-nin 1-ci PŞ-nə aparıb təhvil vermişlər. Orada onun və Emilin üzərinə baxış keçirilmiş, qanunsuz heç bir əşya aşkar edilməmişdir. Buna baxmayaraq o, PŞ-də tam səmimi olaraq ona heç bir təzyiq olmadan Bakı şəhərinə Mərdəkan qəsəbəsinə «Bravo» marketin yanına gəlməsinin məqsədini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə həmin marketin yanına gedərək orada olan mişar daşlarını göstərərək həmin yerdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Polis əməkdaşlarından biri mişar daşları olan yerdən 2 büküm aşkar edib götürmüşdür. Həmin bükümlərə baxış keçirilən zaman birində heroin, digərində isə metamfetamin aşkar edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, digər Təqsirləndirilən şəxs1 verdiyi ifadəsini tam təsdiq edir. Belə ki, o da Təqsirləndirilən şəxs1 ilə Salyan şəhərində yaşamaqla qonşu və dost olmuşlar. O da Ramiq kimi narkotik vasitə aludəçisidir, onunla birlikdə bir dəfə narkotik vasitə olan heroin istifadə etmişdir. Heroini ona Ramiq vermiş, buna görə pul almamışdır. Ramiqin həmin heroini hardan və kimdən əldə etdiyini bilmir. 13.03.23-cü il tarixdə Ramiq onunla görüşüb demişdir ki, ona Bakı şəhərində kimsə narkotik maddə verəcək və alacağı narkotik maddədən istifadə etməyi üçün ona da verəcəkdir. Onun da həmin vaxtı ağrıları olduğu üçün o, Ramiqlə razılaşmış və Bakı şəhərinə gecə saat 01:00 radələrində tanımadığı taksi ilə getmişlər. Həmin gün Ramiqin xahişi ilə öz telefonunu ona vermişdir. Ramiq həmin telefonla iranlı dediyi bir şəxslə «WhatsApp» proqramı vasitəsi ilə əlaqə saxlamış, telefonuna narkotik vasitənin qoyulduğu yerin konumu göstərilmiş, həmin məlumata əsasən onlar Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində taksidən düşmüşlər. O, həmin ərazidə tək dayanmış, Ramiq isə «Bravo» marketin yanına getmişdir. Görmüşdür ki, orada Ramiqi polis geyimində olan 2 nəfər saxlamışdır. Ramiqə kömək məqsədilə ona və polis əməkdaşlarının yanına yaxınlaşmış və sonuncular onların ikisini də polisə aparmışlar. Orada onun üzərinə ayrı otaqda baxış keçirilmiş, lakin qaunsuz heç bir əşya aşkar edilməmişdir. Ramiqin üzərinə isə başqa otaqda baxış keçirmişlər və bildiyi qədər ondan da heç nə aşkar etməmişlər. PŞ-də olarkən Ramiq etiraf etmişdir ki, Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisinə «Bravo» marketin yaxınlığında qoyulmuş mişar daşlarının yanında narkotik vasitə heroin və psixotrop maddə metamfetamin vardır və onlar həmin vasitələri götürməyə gəlmişlər. Ramiqin bu məlumatından sonra polis əməkdaşlarının və vəkillərin iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Bravo» marketin yaxınlığında şosse yolun kənarında üst üstə yığılmış mişar daşlarının arxasına qoyulmuş 02 ədəd bükümdə olan birinin içərisində «kakos»-heroin və digərinin içərisində «şüşə»metafetamin olan bükülüləri Ramiq polislərə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tədbirlə əlaqədar tanıyır. Belə ki, 13 mart 2023-cü il tarixdə, saat 13:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞnin sürücüsü, polis çavuşu Şahid2 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Makaron» fabrikinin yaxınlığında xidmətdə olarkən hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görmüş, onlar onu və həmkarı Şahid2 gördükdə uzaqlaşmağa cəhd etmişlər, lakin onlar buna imkan verməyərək hər ikisini saxlayaraq Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirmişlər. Orada həmin şəxsləri raportla baş təhqiqatç polis mayoru Anar İsayevə təhvil vermişlər. Sonuncu vəkil dəvət edərək hər ikisinin üzərinə ayrı-ayrılıqda baxış keçirmiş, həmin baxışlarda o və həmkarı Şahid2 iştirak etmişlər. Baxış zamanı bu şəxslərin üzərindən qanunsuz heç bir əşya aşkar olunmasada, Təqsirləndirilən şəxs2 istifadəsində olan “Redmi” markalı mobil telefonu təqdim etmiş, həmin telefonda Vhatsapp bölməsində iran nömrəsi ilə yazışmalardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı olan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 mobil telefonu vasitəsilə həmin iranlı ilə narkotik vasitələrinin alınması, sifariş verilməsi və götürülməsi ilə bağlı yazılı mətn və səsli mesaj formasında söhbətlər aparmışdır. Həmin telefonda olan görüntüdən Təqsirləndirilən şəxs1 terminal vasitəsilə 745 AZN ödəniş etməsi və qəbzin görüntüsü göstərilmişdir. Baş təhqiqatçının həmin şəxslərlə söhbət aparılan zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, İran vətəndaşı olan naməlum şəxsdən 13 mart 2023-cü il tarixdə, saat 00:10 radələrində «Milliön» ödəmə terminalı vasitəsi ilə Salyan rayonu ərazisində narkotik vasitə almaq üçün 745 azn pul ödəmiş, bundan sonra həmin iranlı narkotik vasitəni qoyduğu yerin foto görüntülərini Vhatsappla Təqsirləndirilən şəxs2 telefonuna göndərmiş, bundan sonra onlar taksi ilə həmin narkotik vasitənin götürülməsi üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən makaron fabrikinin yaxınlığına gəlmişlər və orada olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin tarixdə, yəni 13 mart 2023-cü il tarixdə saat 15:25 radələrində qeyd olunan mobil telefondan aşkar olunmuş məlumatlar əsasında video çəkilişdən istifadə etməklə təhqiqatçı tərəfindən onların, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçiləri X7 və X4 iştirakı ilə baxış və götürmə aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Bravo» marketin yanındakı 02 ədəd mişar daşının yanına baxış və götürmə keçirilərkən həmin mişar daşlarının arxasından şəffaf sellofana və sarı kağıza bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin bənzər maddə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Anar İsayev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Qeyd olunanlarla bağlı təhqiqatçı Anar İsayev tərəfindən müvafiq protokol tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir.Əlavə olaraq bildirir ki, onun təqsirləndirilən şəxslər barəsində əməliyyat məlumatı olmuşdur.Lakin, cinayət işindəki materiallardan müəyyən olunur ki, onun əməliyyat məlumatı ilə bağlı heç bir raportu yoxdur, əməliyyat tədbirinin keçirilməsinə dair qərar və əməliyyat qrupunun yaradılmasına dair əmr mövcud deyildir.Hadisədən çox vaxt keçdiyi üçün ola bilsin ki, işin bütün hallarını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin sürücüsü, polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tədbirlə əlaqədar tanıyır. Belə ki, 13 mart 2023-cü il tarixdə, saat 13:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞnin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Makaron» fabrikinin yaxınlığında xidmətdə olarkən hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görmüş, onlar onu və həmkarı Şahid2 gördükdə uzaqlaşmağa cəhd etmişlər, lakin onlar buna imkan verməyərək hər ikisini saxlayaraq Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirmişlər. Orada həmin şəxsləri raportla baş təhqiqatç polis mayoru Anar İsayevə təhvil vermişlər. Sonuncu vəkil dəvət edərək hər ikisinin üzərinə ayrı-ayrılıqda baxış keçirmiş, həmin baxışlarda o və həmkarı Şahid2 iştirak etmişlər. Baxış zamanı bu şəxslərin üzərindən qanunsuz heç bir əşya aşkar olunmasada, Təqsirləndirilən şəxs2 istifadəsində olan “Redmi” markalı mobil telefonu təqdim etmiş, həmin telefonda Vhatsapp bölməsində iran nömrəsi ilə yazışmalardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı olan Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 mobil telefonu vasitəsilə həmin iranlı ilə narkotik vasitələrinin alınması, sifariş verilməsi və götürülməsi ilə bağlı yazılı mətn və səsli mesaj formasında söhbətlər aparmışdır. Həmin telefonda olan görüntüdən Təqsirləndirilən şəxs1 terminal vasitəsilə 745 AZN ödəniş etməsi və qəbzin görüntüsü göstərilmişdir. Baş təhqiqatçının həmin şəxslərlə söhbət aparılan zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, İran vətəndaşı olan naməlum şəxsdən 13 mart 2023-cü il tarixdə, saat 00:10 radələrində «Milliön» ödəmə terminalı vasitəsi ilə Salyan rayonu ərazisində narkotik vasitə almaq üçün 745 azn pul ödəmiş, bundan sonra həmin iranlı narkotik vasitəni qoyduğu yerin foto görüntülərini Vhatsappla Təqsirləndirilən şəxs2 telefonuna göndərmiş, bundan sonra onlar taksi ilə həmin narkotik vasitənin götürülməsi üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən makaron fabrikinin yaxınlığına gəlmişlər və orada olan zaman polis əməkdaşları tərəfindən saxlanılmışlar. Həmin tarixdə, yəni 13 mart 2023-cü il tarixdə saat 15:25 radələrində qeyd olunan mobil telefondan aşkar olunmuş məlumatlar əsasında video çəkilişdən istifadə etməklə təhqiqatçı tərəfindən onların, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçiləri X7 və X4 iştirakı ilə baxış və götürmə aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Bravo» marketin yanındakı 02 ədəd mişar daşının yanına baxış və götürmə keçirilərkən həmin mişar daşlarının arxasından şəffaf sellofana və sarı kağıza bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin bənzər maddə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə və psixotrop maddə metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Anar İsayev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Qeyd olunanlarla bağlı təhqiqatçı Anar İsayev tərəfindən müvafiq protokol tərtib edilərək tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirli olmaları qismən olaraq öz ifadələri və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Xəzər RPİ-nin 1-ci RŞ-nin əməkdaşları Mircəlal Seyidov və Elvin Pənahov tərəfindən Bakı şəhəri Xəzər RPİ-nin 1-ci RŞ-nin rəisinə üvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, onlar Mərdəkan qəsəbəsi, «Makaron» fabrikinin yaxınlığında xidmətdə olarkən inzibati ərazidə narkotik vasitələrin qanunsuz dövriyyəsində və oğurluq hadisələrinin törədilməsində şübhəli bilinən iki nəfərə yaxınlaşan zaman həmin şəxslər qaçmağa cəhd göstərimişlər. Lakin onlar tərəfindən həmin şəxslər saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, polis şöbəsində həmin şəxslərlə söhbət aparılan zaman onlar İran vətəndaşı olan naməlum şəxsdən 13 mart 2023-cü il tarixdə, saat 00:10 radələrində «Milliön» ödəmə terminalı vasitəsi ilə Salyan rayonu ərazisində pul ödəməklə narkotik vasitə aldıqlarını və həmin narkotik vasitə naməlum şəxs tərəfindən onlar tərəfindən götürülməsi üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi «Bravo» marketin yanındakı daşın yanına qoyulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2023-cü il tarixli protokollardan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafəçilərnin iştirakı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında» 13 mart 2023-cü il tarixli prototkoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 araşdırmaya təqdim etdiyi 01 ədəd «Redmi» markalı mobil telefonun «WhatsApp» tətbiqinin yazışmalar bölməsində +**********29 saylı xarici operator nömrəsi ilə aparılan yazışmalara baxış zamanı xx.xx.2023-cü il tarixdə axşam saatlarında və xx.xx.2023-cü il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan şəxslə narkotik vasitənin alınması, sifariş verilməsi və götürülməsi ilə bağlı yazılı mətn və səsli mesac formasında söhbətlər aparmışdır. Yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti məlum olmayan şəxsdən narkotik vasitə satın alması üçün sifariş verir, həmin naməlum şəxs ona narkotik vasitə satacağını bildirib pul göndərməsi üçün X6 adına olan bank kartına dair məlumatları göndərir. Təqsirləndirilən şəxs1 naməlum şəxsin göndərdiyi həmin bank kartına 745 manat pul vəsaiti köçürməsi ilə bağlı «Milliön» ödəmə terminalının qarşısında çəkdiyi şəkli və qəbzi göndərir. Daha sonra naməlum şəxs onu Bakı şəhərinə çağırır, narkotik vasitənin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən «Bravo» marketin yaxınlığında olmasının bildirir və narkotik vasitənin Təqsirləndirilən şəxs1 tərəfindən götürülməsi üçün qoyulduğu yerin dəqiq olaraq işarələnmiş şəkillərini göndərir. Təqsirləndirilən şəxs2 məxsus telefonda narkotik vasitələrin əldə edilməsinə dair məlumat və narkotik vasitələrin yerinə dair fotoşəkillər olduğu üçün hər iki şübhəli şəxsə narkotik vasitələrin olduğu yeri təqdim etmələri təklif edilmişdir. Şübhəli şəxslər buna etiraz etməyəərək narkotik vasitələrin olduğu yeri təqdim etmişlər. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 mart 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla müdafiəçilərin, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Bravo» marketin yanındakı 02 ədəd mişar daşının yanına baxış və götürmə keçirilərkən mişar daşlarının arxasından şəffaf sellofana və sarı kağıza bükülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin bənzər maddə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 13.03.23-cü il tarixində, gecə saat 00:10 radələrində yenidən İran vətəndaşından narkotik maddə satın almaq məqsədilə Salyan rayonu ərazisindən tanımadığı aptekin daxilində olan «Milliön» ödəmə terminalından həmin şəxsin ona göndərdiyi hesaba 745 manat pul göndərmişdir. O həmin İran vətəndaşına pul göndərdikdən sonra tanışı olan Təqsirləndirilən şəxs2 «WhatsApp» nömrəsi ilə həmin İranlı ilə yazışmış və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qeyd olunan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi «Bravo» marketin yanında mişar daşlarının arxasından gedib götürsün. Təqsirləndirilən şəxs1 qeyd olunan narkotik vasitə heroin və psixotrop maddənin onlara məxsus olduğunu bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış 13 mart 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokollarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşlar. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 4(003)-143/202 və 4(003)-144/2023 saylı qərarlarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmələrnin əvvəli tutulduğu andan, yəni 13 mart 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 14 mart 2023-cü il tarixli, 6/1547 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №157» dairəvi möhür əksləri olan: «(imza) Təqsirləndirilən şəxs1…» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 21,315 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir; 01 (bir) ədəd bükümdə təmiz çəkisi 9,371 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 12 may 2023-cü il tarixli, 2855 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 19 may 2023-cü il tarixli, 3055 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,215 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 9,271 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd «Redmi» markalı mobil telefon Xəzər RPİ-nin saxlanc anbarında təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış tələbnamədən və hökmlərin surətlərindən müəyyən olununr ki, Təqsirləndirilən şəxs1 X9 Məhkməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan savayı Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3 və 126.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.5-ci mpaddəsinə əsasən 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı CÇMdən daxil olmuş xx/xx-3162 saylı, xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki. Təqsirləndirilən şəxs1 xx.xx.2020-c i il tarixdə cəza müddətinin sona çatması ilə cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs1 hər iki cinayəti törədərkən yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər cinayətlərin residivi zamanı nəzərə alınmır. Məhkəmədə elan edilib araşdırılmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Salyan rayon məhkməsinin xx.xx.2012-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. 177.2.3, 29, 77.2.1, 29, 177.2.2. 29, 177.2.3 maddələri ilə təqsirli bilinərək 03 il müddətində azadlıqdan məhrum edilmiş, CMnin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza şərti hesab edilmişdir. Bundan savayı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı il vaxtından əvvəl cəzadan şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən şəxs ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs2 əməlində təhlükəli residiv olmaqla məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddələrində nəzərdə tutduğu əməli 13 mart 2023-cü il tarixdə, yəni məhkumluğu bitməyən dövrdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs2 məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3 maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri qismən olaraq özlərinin və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3 maddələri ilə tövsif etmişdir. Belə ki, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmələri şübhəli və ilkin ifadələri ilə, videoçəkiliş, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, diskə baxış keçirilməsi protokolları və cinayət işini digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinə olan qeyddən müəyyən olunur ki, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Məhkəmə nəzərə alır ki, hər iki təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni məqsədli şəkildə Salyan rayonu ərazisindən «Milliön» ödəmə terminalı vasitəsi ilə həmin qanunsuz əşyalara görə 745 manat pul ödəməklə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi «Bravo» marketin yanında mişar daşlarının arxasında gizlədilən həmin qanunsuz əşyaları götürmək üçün gəldikdə özlərini şübhəli apardıqları üçün polis əməkdaşları tərəyindən saxlanılaraq Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmışlar. Orada isə onların üzərinə və Təqsirləndirilən şəxs2 məxsus mobil telefona baxış keçirildikdə müəyyən olunmuşdur ki, onlar saxlanıldıqları əraziyə həmin qanunsuz əşyaları əldə etmək üçün gəlmiş, lakin özlərini şübhəli apardıqları üçün polis əməkdaşları tərəfindən saxlanılmış və bununla da onların cinayət əmllərinin qarşısı alınmışdır. Belə olan halda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərini narkotik vasitə və psixotrop maddələri könüllü surətdə təhvil vermə kimi qiymətləndirmir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları andan hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübutlar – Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,215 qram narkotik vasitə heroinin və 9,271 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd “Redmi” mrkalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qatarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd disk cinayət işinin maretiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 80 (səksən) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 36 saylı Vəkil Bürlosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 üçün hər birinə ayrı-ayrılıqda 210 (iki yüz on) manat Bakı şəhər 36 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 6 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,215 qram narkotik vasitə heroinin və 9,271 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd “Redmi” mrkalı mobil telefon Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qatarılsın, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd disk cinayət işinin maretiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 üçün hər birinə ayrı-ayrılıqda 210 (iki yüz on) manat Bakı şəhəri 36 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova