Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1786/2022 28.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X9 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X4, Tərcüməçi: X1 iştirakı ilə, Təqsirləndirilən şəxs– (xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımış, həmçinin qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin toxumlarını dibçəkdə əkib 2022-ci ilin mart ayının sonlarınadək olan müddətdə ümumilikdə xeyli miqdarda - 08 (səkkiz) ədəddən artıq sayda olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq göstərməklə yetişdirib onların hissələrini toplamaqla kultivasiya etmiş və həmin çətənə bitkilərindən satış məqsədi ilə qanunsuz olaraq 0,476 qram çəkidə kustar üsulla narkotik vasitə qurudulmuş marixuana hazırlayıb əldə edərək həmin narkotik vasitə qurudulmuş marixunanı yaşadığı evdə gizlətməklə saxlamış, həmçinin o, təkrarən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 3,187 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda – 12,555 qram çəkidə psixotrop maddə metamfetamini və 04 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı – 0,16 qram olan narkotik vasitə metadon dərman preparatlarını əldə edərək yaşadığı evdə gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 iyun 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:53-də yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evin qarşısında saxlanılmış və həmin tarixdə saat 18:55-də adı çəkilən İdarənin əməkdaşları tərəfindən onun razılığı və iştirakı ilə yaşadığı ünvana keçirilən baxış zamanı evin qonaq otağından dibçəkdə əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilmiş, əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 905 qram təşkil edən 08 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmin otaqda olan şkafın içərisindən bir ədəd kağız bükümdə 0,476 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd sellofan bükümdə ayrılıqda çəkiləri 2,919 qram və 0,268 qram olmaqla ümumilikdə külli miqdarda – 3,187 qram çəkidə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə külli miqdarda – 12,555 qram çəkidə psixotrop maddə metamfetamin, 04 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı – 0,16 qram olan narkotik vasitə metadon dərman preparatları, üzərində narkotik vasitə heroinin izləri və narkotik vasitə marixuananın hissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 1987-ci ildə hərbi xidmətə getmiş və 1988-1989 illər ərzində Əfqanıstanda xidmət etmişdir. O, 1-ci Qarabağ müharibəsinin müharibə veteranı olmuşdur. Narkotik vasitələri və psixotrop maddələri dönər satan “Bolt” şirkətinin sürücülərindən əldə edirmiş. O onlara zəng edirmiş və onlar da onun üçün ona narkotik vasitə və psixotrop maddə gətirirmişlər. O, “Bolt” şirkətinin sürücülərinə zəng edirmiş, onlar gəlirlərmiş və soruşanda ki, üzərlərində nə var, onlar bir-bir üzərlərində olan növləri sayırlarmış. O bildirmişdir ki, onun üzərində 0.5 qram narkotik vasitə heroin və 0.5 qram psixotrop maddə metamfetamin olmasına baxmayaraq, ittiham aktında yanlış olaraq 0.4 qram narkotik vasitə heroin və 0.4 qram psixotrop maddə metamfetamin göstərilmişdir. 0.5 qram narkotik vasitə heroini 20 manat qarşılığında və 0.5 qram psixotrop maddə metamfetamini 22 manat qarşılığında əldə edirmiş. O, qəlyan çəkəndə onun təsir gücünü daha da artırmaq üçün ona 0.1 qram heroin və 0.2 qram metamfetamin əlavə edirmiş. Polis əməkdaşları onun evində qaz turbasını sındırmışlar. Evin komendantı zəng edərək ona evdə qaz turbasının qırıldığını və ona görə qazın gəlmədiyini bildirmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış və narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə edirmiş. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə marixuana və heroin, həmçinin psixotrop maddə metamfetamin istifadə edir. Bəzən isə ağrıları olduqda metadon həbləri istifadə edir. Yaşadığı ünvandan aşkar edilmiş bitkiləri 2022-cı ilin mart ayının sonlarında əkmişdir. Bunun üçün plastik su qablarını orta hissəsindən kəsərək dibçək formasında düzəltmiş və torpaq alaraq içərisinə tökmüşür. Daha sonra həmin dibçəklərə narkotik toxumlara əkmişdir. Həmin bitkilərin normal inkişaf etməsi üçün süni işqlandırma şəraiti yaratmışdır. Həmin bitkiləri əkməkdə məqsədi bitkiləri yetişdikdən sonra yığıb qurudaraq onlardan narkotik vasitə qurudulmuş marixuana əldə etmək və daha sonra həmin marixuanaları istifadə etmək və ya istəyən şəxslərə vermək olmuşdur. Yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı da həmin bitkilərdən yığaraq əldə etmişdir. Bundan əlavə yaşadığı ünvandan aşkar edilmiş dərman həblərini, narkotik vasitə heroini, psixotrop maddə metamfetamini bir həftə öncə “20 Yanvar" metrostansıyasının yaxınlığında anket məlumatlarını dəqiq bilmədiyi “Natiq" adlı şəxsdən 80 manat pulun müqabilində almışdır. Həmin narkotik vasitə və psixotrop maddələri almaqda məqsədi həm istifadə etmək, həm də başqa şəxslərə vermək olmuşdur. Həmin narkotik vasitə və psixotrop maddələrdən bir qədər istifadə etmiş, qalan hissələrini isə yaşadığı evdə gizlədərək saxlamışdır. Ailə üzvlərinin onun narkotik vasitə və psixotrop maddə istifadə etməsindən və evdə narkotik tərkibli bitkilər əkdiyindən xəbərləri olmamışdır. 10 iyun 2022-ci il tarixdə saat 18 radələrındə yaşadığı mənzildən çıxaraq həyətə düşmək istəyirmiş. Blokda olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını söyləmişlər. Polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra onu barəsində daxil omuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Daha sonra yaşadığı mənzildə narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olub-olmaması və yaşadığı mənzilə baxış aparmasına etiraz edib-etməməsi soruşulmuşdur. Polislərə bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, yaşadığı mənzilə baxış aparılmasına etiraz etmir. Bundan sonra bu barədə ərizə verdikdən sonra polislər yaşadığı mənzilə keçib video çəkilişdən istifadə etməklə baxış aparmağa başlamışlar. Polis əməkdaşları onun dəvəti ilə mənzilin sol hissəsində yerləşən otağa keçmiş və baxış aparılan zaman oradakı 08 ədəd süni işqlandırma şəraitində əkib-becərdiyi nəşə kollarını aşkar etmişlər. Aşkar edilmiş kolların nəşə kolları oluğunu və kolları öz istifadəsi üçün 2022-cı ilin mart ayının sonlarında əkib qulluq etdiyini bildirmişdir. Daha sonra mütəxəssisdə həmin kollara baxmış və kolların narkotik tərkibli olduğunu bildirmişdir. Ona bundan başqa yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlayırsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra otaqda olan şkafı açıb şkafın içərisindən dörd ədəd sellofan bükümü, bir ədəd kağız bükümü, bir ədəd konvalyutu və bir ədəd elektron tərəzini masanın üzərinə qoymaqla təqdim edib bükümlərdə narkotik vasitə heroin və marixuana, o cümlədən, metamfetamin olduğunu bildirmişdir. Dörd ədəd sellofan bükümə baxış keçirilərkən bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, iki ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin, bir ədəd sellofan bükümün içərisində 34 ədəd dərman həbi, bir ədəd konvalyutun üzərində dörd ədəd dərman həbi və bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra yaşadığı ünvandan baxış zamanı aşkar olunmuş bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, iki ədəd sellofan bükümün içərisində narkotik vasitə heroin, bir ədəd sellofan bükümün içərisində 34 ədəd dərman həbi, bir ədəd konvalyutun üzərində dörd ədəd dərman həbi və bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd elektron tərəzi polis əməkdaşı tərəfindən bir ədəd ağ kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən nəşə kolları yığılaraq sayılmış və 8 ədəd kolun olması məlum olmuşdur. Həmin kollar qablaşdırılmış və möhürlənmişdir. O və digər iştirakçılar qablaşdırmanın üzərini imza etmişlər. Şifahi sorğu zamanı yaşadığı ünvandan aşkar edilmiş, dərman həblərini, narkotik vasitə heroıni, psixotrop maddə metamfetamini bir həftə öncə 20 Yanvar metrostansıyasının yaxınlığında anket məlumatlarını bilmədiyi “Natiq” adlı şəxsdən aldığını, aşkar edilmiş bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə əkdiyi narkotik tərkibli çətənə bitkilərindən yetişmiş olanlarını yığıb qurudaraq əldə etdiyini, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadə etmək məqsədi ilə yaşadığı mənzildə gizlədib saxladığını bildirmişdir. Bundan sonra Baş İdarəyə dəvət edilmiş və Baş İdarəyə gəldikdən sonra ona tərcüməçi təyin edilərək təqdim edilmişdir. Daha sonra ona vəkillərin siyahısı təqdim edilmiş və siyahıdan istənilən vəkil tərəfindən müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Ona müdafiəçi təqdim edilmiş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə yaşadığı ünvana baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman və yaşadığı ünvana baxış keçirilərkən ona qarşı hər hansı bir təzyiq olmadığını, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri özü istifadə etmək, bəzən isə istəyən olsa vermək məqsədi ilə əldə edərək yaşadığı evdə saxladığını, öz iradəsilə sərbəst şəkildə izahat verdiyini və tərtib edilmiş sənədlərə etirazı olmadığı üçün imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis işçilərinin təzyiqi altında verdiyini, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, həmçinin yaşadığı ünvanda satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi bildirilmişdir. Daxil olmuş məlumat raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən yaradılmış əməliyyat qrupunun rəhbəri təyin edilmiş, BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və təhqiqatçı X2 isə qrupun üzvü təyin edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında olması qeyd edilmişdir. Bununla əlaqədar 10 iyun 2022-ci il tarixdə saat 17-18 radələrində əməliyyat qrupunun üzvləri ilə qeyd edilən ünvana yollanmışlar. Qəbul edilmiş qərara əsasən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 18:53-də ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi mənzilin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını qeyd etmişlər. Təqsirləndirilən şəxs anket məlumatlarını soruşmuş və müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, həmçinin yaşadığı mənzildə tərkibində narkotik maddələr olan bitkiləri əkib becərməklə kultivasiya etməkdə şübhəli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmiş. Təqsirləndirilən şəxs səmimi şəkildə yaşadığı ünvan 2 ünvanında nömrəsiz mənzildə narkotik tərkibli çətənə bitkiləri əkib-becərdiyini və həmin bitkiləri göstərə biləcəyini, eyni zamanda yaşadığı ünvanda narkotik vasitə qurudulmuş marixuana və heroin, o cümlədən psixotrop maddə metamfetamin gizlədib saxladığını və həmin narkotik vasitəni də təqdim edə biləcəyini bildirərək yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında nömrəsiz mənzilə xx.xx.2022-ci il tarixdə saat 18:55-də “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində və yaşadığı mənzildə olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, həmçinin tərkibində narkotik maddələr olan kultivasiya etdiyi bitkiləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməyərək iştirakçıları yaşadığı mənzilə qapını açaraq dəvət etmişdir. Təqsirləndirilən şəxsla birlikdə həmin mənzilə daxil olmuşlar. Mənzilin içərisində otaqda süni işqlandırma altında olan 08 ədəd dibçəkdə 1,4 metr ölçülü bitkilər əkildiyi məlum olmuşdur. Baxışda iştirak üçün əvvəlcədən dəvət olunmuş mütəxəssis Mərdan Tağıyev həmin bitkilərə baxış zamanı yarpaqlarına, gövdəsinə, zoğuna və iyinə görə narkotik xassəli çətənə bitkisi olduğunu, diblərinin boşaldıldığını, torpağında suvarılma əlamətləri aşkar edildiyini bildirərək gövdələrin inkişafda olması, budaqların və yarpaqların inkişaf müddətinə uyğun tam inkişaf fazasında olduğunu həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və kultivasiya edilməsini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs tikilinin içərisində əkilmiş bitkilərin narkotik tərkibli çətənə bitkisi kolları olduğunu, 2022-ci ilin mart ayının sonlarında özündə olan çətənə bitkisi toxumlarını əkdiyini, sonradan bitkilərə su verərək onlara qulluq etdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs özünun uzun illərdi narkotik vasitə olan marixuana qəbul etdiyini və bitkiləri şəxsi istifadə məqsədi ilə əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddələr gizlədib saxlayırsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs otaqda olan şkafı açıb şkafın içərisindən dörd ədəd sellofan bükümü, bir ədəd kağız bükümü, bir ədəd konvalyutu və bir ədəd elektron tərəzini masanın üzərinə qoymaqla təqdim edib bükümlərdə narkotik vasitə heroin və marixuana, o cümlədən metamfetamin olduğunu bildirmişdir. Dörd ədəd sellofan bükümə baxış keçirilərkən bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, iki ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə, bir ədəd sellofan bükümün içərisində 34 ədəd dərman həbi, bir ədəd konvalyutun üzərində dörd ədəd dərman həbi və bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan baxış zamanı aşkar olunmuş bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə, iki ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə, bir ədəd sellofan bükümün içərisində 34 ədəd dərman həbi, bir ədəd konvalyutun üzərində dörd ədəd dərman həbi və bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda 08 ədəd dibçəkdə əkdiyi narkotik tərkibli çətənə bitkisinə oxşar kollar bir-bir torpaqdan çıxarılıb sayılmış və tam yığılıb qurtardıqdan sonra aşkar olunmuş bitkilərin ümumi sayının 08 ədəd olması müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş çətənə tərkibli bitkilər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd sintetik kisədə qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında nömrəsiz mənzildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və onun üzərindən qanunsuz əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş, dərman həblərini, narkotik vasitə heroini, psixotrop maddə metamfetamini bir həftə öncə 20 Yanvar metrostansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi “Natiq” adlı şəxsdən aldığını, aşkar edilmiş bir ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə əkdiyi narkotik tərkibli çətənə bitkilərindən yetişmiş olanlarını yığıb qurudaraq əldə etdiyini, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadə etmək məqsədi ilə yaşadığı mənzildə gizlədib saxladığını bildirmişdir. Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq Təqsirləndirilən şəxs və digər iştirakçılar BMCMİ-yə yollanmışlar. Baş İdarəyə gəldikdən sonra tərcüməçi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi dəvət olunaraq ona təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında nömrəsiz mənzilə baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş və etiraz olmadığından imzalarla təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 məhkəmədə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuş Şahid3 həmin ifadəsindən görünür ki, o, şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması qismən özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 10 iyun 2022-ci il tarixli “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 10 iyun 2022-ci il tarixdə saat 18:53-də həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən nömrəsiz fərdi evin qarşısında saxlanılmış və həmin tarixdə saat 18:55-də adı çəkilən İdarənin əməkdaşları tərəfindən onun razılığı və iştirakı ilə yaşadığı ünvana keçirilən baxış zamanı evin qonaq otağından dibçəkdə əkilmiş vəziyyətdə aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilmiş, əkilib-becərilməsi qadağan olunmuş ümumi çəkisi 905 qram təşkil edən 08 (səkkiz) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmin otaqda olan şkafın içərisindən bir ədəd kağız bükümdə 0,476 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, iki ədəd sellofan bükümdə ayrılıqda çəkiləri 2,919 qram və 0,268 qram olmaqla ümumilikdə külli miqdarda – 3,187 qram çəkidə narkotik vasitə heroin, bir ədəd sellofan bükümdə külli miqdarda – 12,555 qram çəkidə psixotrop maddə metamfetamin, 04 ədəd həb formasında olmaqla təsiredici maddəsinin ümumi miqdarı – 0,16 qram olan narkotik vasitə metadon dərman preparatları, üzərində narkotik vasitə heroinin izləri və narkotik vasitə marixuananın hissəcikləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi və əşyaların götürülməsi videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi haqqında 12 iyun 2022-ci il tarixli 4(005)-691/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 11 iyun 2022-ci il tarixli, 6/3292 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan ” və s. sözlər, imzalar olan bir ədəd kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,919 qram qəhvəyi rəngli; 01 ədəd bükümdə təmiz çəkisi 0,268 qram açıq qəhvəyi rəngli, ümumi təmiz çəkiləri 3,187 qram maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə biri digərindən fərqli olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə 12,555 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd p/e paketdə 33 ədəd tünd qəhvəyi rəngli və 01 ədəd çəhrayı rəngli dərman tabletlərinin tərkibində nəzarətdə olan maddələrə məxsus əlamətlər müəyyən edilmədi; üzərində “Methadone 40” yazısı olan bir ədəd blisterdə ümumilikdə 04 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş tabletlərin tərkibində təsiredici maddəsinin miqdarı 0,16 qram olan narkotik vasitə-metadon müəyyən edildi; elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), Metadon Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (Siyahı İİ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi - 3,187 qram olmuş, tədqiqata sərf edilmiş - 0,1 qram, qalıq - 3,087 qram qalıq qalmışdır. Metamfetaminin təmiz çəkisi - 12,555 qram olmuş, tədqiqata sərf edilmiş - 0,1 qram, qalıq - 12,455 qram qalıq qalmışdır. Metadon tabletləri - 4 ədəd, tədqiqata sərf edilmiş - 1 tablet, 3 tablet qalıq qalmışdır. Tünd qəhvəyi tabletlər - 33 ədəd, tədqiqata sərf edilmiş - 2 tablet, - 31 tablet qalıq qalmışdır. Çəhrayı tabletlər - 1 ədəd, tədqiqata sərf edilmiş - 0,5 tablet, - 0,5 tablet qalıq qalmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 11 iyun 2022-ci il tarixli, 7/612 nömrəli rəyindən görünür ki, 1.“Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri yazılmış kağız paketdə şəffaf sellofanın içərisində bir ədəd kağız bükülüdə tütün hissəcikləri və təmiz çəkisi 0,476 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır.
2. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...” sözləri yazılmış sintetik torbada 08 (səkkiz) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 905,0 qram olan bitki nümunələri öz aralarında eyni olub, əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 2.1.Təqdim olunmuş aqronomun rəyinə əsasən çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq götərilmişdir.
3. Tədqiqata təqdim olunmuş kağız paketdə olan marixuana və sintetik torbadakı çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər.
4. Tədqiqata təqdim olunmuş bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. 4.1.Tərəzinin üzərində marixuananın hissəcikləri olmadığına görə təqdim olunmuş marixuana ilə müqayisə tədqiqat aparılmadı. Qeyd: 1) Marixuananın təmiz çəkisi - 0,476 qram olmuş, tədqiqata sərf edilmiş - 0,05 qram, - 0,426 qram qalıq qalmışdır. 2) Çətənə (kannabis) bitkisinin ümumi çəkisi - 905,0 qram olmuş, cəmi tədqiqata sərf edilmiş - 0,4 qram, - 904,6 qram qalıq qalmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 avqust 2022-ci il tarixli, 4739 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” Cinayət işinin materiallarında maddi sübut olan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,087 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 12,455 qram qalmış psixotrop maddə metamfetamin, qalıq 03 ədəd metadon dərman preparatları, qalıq çəkisi 0,426 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 904,6 qram qalmış çətənə bitkisi və bir ədəd elektron tərəzi saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, maddi sübut olan baxış keçirilməsi və əşyaların götürülməsi videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyası Samara şəhəri Lenin rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.2, 234.4.3 və 237.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində özünü qismən təqsirli bilməsi, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması, narkotik vasitələrdən yalnız şəxsi istifadə etməsi barədə ifadələrini inandırıcı hesab etmir və həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə verilmiş ekspertiza rəyinə görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,087 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 12,455 qram qalmış psixotrop maddə metamfetamin, qalıq 03 ədəd metadon dərman preparatları, qalıq çəkisi 0,426 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 904,6 qram qalmış çətənə bitkisi və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, baxış keçirilməsi və əşyaların götürülməsi videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan 10 iyun 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 199 (yüz doxsan doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 3,087 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 12,455 qram qalmış psixotrop maddə metamfetamin, qalıq 03 ədəd metadon dərman preparatları, qalıq çəkisi 0,426 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 904,6 qram qalmış çətənə bitkisi və bir ədəd elektron tərəzi hökm hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, baxış keçirilməsi və əşyaların götürülməsi videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 199 (yüz doxsan doqquz) manat manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X3 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.