Məhkəmə qərarları › İş №1(101)-1787/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1787/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1787/2023 16.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, himayəsində 3 azyaşlı uşağı olan, Binəqədi RPİ-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə külli miqdarda narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə, saat 04:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Qasımov küçəsində yerləşən Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə idarəsinin yaxınlığında istintaqa məlum olmayan şəxsə satmağa gedərkən ərazidə patrul xidməti aparan polis əməkdaşlarının onu çağırdığını görüb içərisində narkotik vasitə heroin olan bir ədəd kibrit qurtusunu yerə atmış, içərisində 03 ədəd sellofan kəsiyində 0,939 qram, 0,850 qram, 0,876 qram olmaqla ümumi təmiz çəkisi 2,665 qram olan qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman ona təqdim olunmuş həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, yalnız CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə tanımadığı şəxsdən Xırdalan şəhərində narkotik vasitə alaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinə gəlmişdir. O, üzərində olan 1 qram narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Qasımov küçəsində tanımadığı adamla telefonla əlaqə quranda onu polis əməkdaşları saxlamışlar. İş materiallarinda üzərində aşkar olunan narkotik vasitə 2.665 qram qeyd olunsa da, onun üzərində 1 qram narkotik vasitə olmuşdur. Bu barədə müdafiəçisinə məlumat vermişdir. 2021-ci ildə hazırkı cinayət işi ilə bağlı icraata xitam verildiyini düşünüb Türkiyə Respublikasına getmişdir. Orada 1 ay qalandan sonra axtarışda olduğunu bilmişdir. Ona elan edilmiş ittiham üzrə əvvəl CM-in 234.1-ci maddə üzrə təqsirli hesab edilmiş, barəsində axtarış verildikdən sonra əməli CMin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində “Whatsapp” proqram vasitəsilə İran vətəndaşından narkotik vasitə kakosun 1 qramını 20 manata almışdır. 1 qram narkotik vasitənin yarısını pulu çatmadığına görə Qobustan qəsəbəsində “Whatsapp” proqramı vasitəsilə tanımadığı şəxsə vermişdir. Həmin tanımadığı şəxslə 1-2 dəfə danışmışdır. Həmin şəxsin onun nömrəsini necə tapdığını bilmir. O, narkotik vasitəni başqa şəxsə bircə dəfədir verir. Həmin şəxs onun bank kartına 10 manat pul atmış, o da bunun müqabilində onda olan 1 qram narkotik vasitənin yarısını ona vermişdir. Bölmədə şəxsi axtarış zamanı video çəkiliş olmuşdur. O, narkotik vasitəni yerə atmamışdır. Üzərinə axtarış aparılan zaman əlində saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Narkotik vasitə qutuda deyil, sellofan torbada olmuşdur. O, stolun üstündə olan narkotik vasitənin ona aid olmadığını bildirdiyi üçün onu Qaradağ RPİ-nin 11-ci polis bölməsində 2 saat döymüşlər. Xəsarətləri ilə bağlı heç bir xəstəxanaya müraciət etməmişdir. Müstəntiq ona xəstəxanaya aparacağını bildirsə də, onu Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə aparmışdır. O, orada olan həkimlərə döyülməyini bildirmişdir. O, döyülməyi ilə bağlı Bakı İstintaq Təcridxanasında olduğu zaman Ombudsmana və Qaradağ rayon Prokurorluğuna məlumat vermişdir. Qaradağ RPİ-nin 11-ci polis bölməsində döyüldüyü zaman heç bir həkim çağırılmamışdır. O, oxuyub-yazmağı bilmir. O, müdafiəçisini bir dəfə məhkəmədə görmüşdür. O, xx.xx.2021-ci il tarixdə, gecə saat 04:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Qasımov küçəsində yerləşən yerləşən FHN-nin Yanğından Mühafizə İdarəsinin yanında saxlanılmışdır. Həmin yerə taxsi fəaliyyətilə məşğul olan dayısı Şahid1lə gəlmişdir. Xırdalan şəhərində olduğu zaman dayısına zəng edərək onu 20 manat qarşılığında evə aparmasını xahiş etmişdir. Evə qaz yükləyən zaman “Whatsapp” proqramında ondan narkotik vasitə istəyən adam yazarkən polis əməkdaşları ona yaxınlaşmışlar. Onu saxlayan zaman dayısı onun yanında olmamışdır. Dayısı avtomaşını ondan 10 metr aralıda saxladığına görə və qaranlıq olduğuna görə onu görməmişdir. Polis əməkdaşları onu saxlayan zaman üzərində bir ədəd telefon, qaz kartı və 1 qram narkotik vasitə aşkar olunmuşdur. Saxlanılan zaman narkotik vasitəyə baxış keçirilmişdir. Narkotik vasitəni yerə tullamamışdır, əlində olmuşdur. Saxlandığı zaman o, heç bir fiziki təzyiqə məruz qalmamışdır. Bölmədə onu təpikləmişlər, saqqalını qırxmışlar, ailəsi ilə hədələmişlər. Narkotik vasitənin istifadəçisi olduğu üçün narkotik vasitə almışdır. Narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Telefonunda da satışla bağlı heç bir məlumat yoxdur. Üzərində bir büküm narkotik vasitə aşkar olunmuşdur. Həmin bükümü polis əməkdaşları onu saxlayan yerdə onlara təqdim etmişdir. Onun üzərində həmin zaman 1 qram narkotik vasitə olmuşdur. Narkotik vasitənin miqdarının ittihamda qeyd olunan çəkisi ilə razılaşmadığı üçün onu döymüşlər. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, sadəcə olaraq pulu çatmadığı üçün öz payından yarısını başqasına vermişdir. O, narkotik vasitə istifadəçisidir, amma satışı ilə məşğul olmamışdır. Üzərində 2.665 qram deyil, 1 qram olmuşdur. O, ibtidai istintaq materiallarında qeyd olunanların səhv olduğunu müstəntiq Qüdrət Əliyevə bildirsə də, sonuncu əvvəlki müstəntiqin belə yazdığını, dəyişə bilməyəciyini bildirmişdir. İfadələrini oxumamış, müstəntiqin yanında 1 nəfər ordan-burdan oxumuş, qol çəkmişdir. O, oxumaq və yazmağı bilmir. Şahid5 tərəfindən ona qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Şahid5 ancaq çəkiliş zamanı görmüşdür. Saxlanıldığı zaman Şahid5 orada olmamış, ancaq çəkilişdə iştirak etmişdir. Tutulduğu və bölmədə çəkiliş aparılan zaman Şahid3 iştirak etməmişdir. Saxlanılan və bölmədə çəkiliş aparılan zaman Şahid6 görməmişdir. Onu iki nəfər arıq formada olan polis əmakdaşları saxlamışlar. Üzərindən aşkar olunan narkotik vasitələrin ona aid olmasını təsdiq etməmişdir. Narkotik vasitəni öz istifadəsi üçün əldə etmişdir. Ona aid olan narkotik vasitə kibrit qutusunda deyil, sellofan büküm şəklində olmuşdur. Qaradağ RPİ-nin 11-ci PB-də Şahid4 ona qarşı heç bir fiziki təsir və təzyiq göstərməmişdir. Onu həm saxlanıldığı zaman, həm də Qaradağ RPİ-nin 11-ci PB-də döymüşlər. Ona qarşı heç bir psixi təzyiq olmamışdır. Onu ona aid olmayan narkotik vasitəni öz üzərinə götürmədiyinə görə döymüşlər. O, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü irəli sürülün ittiham üzrə, təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik maddə qəbul edir. Təxminən bir ay əvvəl Lökbatan qəsəbəsində Hafiz adlı şəxslə tanış olmuş, Hafiz ona narkotik vasitə satdığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə, saat 22:00 radələrində Hafizlə Whatsapp vasitəsi ilə danışmış, Hafizə narkotik vasitə olan kakos amlaq istədiyini bildirmiş. Hafiz isə ona hesab nömrəsini atmış, o da 60 manat pulu həmin hesab nömrəsinə göndərmişdir. Aralarındakı razılaşmaya əsasən xx.xx.2021-ci il tarixdə, saat 00:15 radələrində Xırdalan şəhərinə getmiş, Xırdalan dairəsində daşın altından 03 ədəd sellofan kəsiyinə bükülmüş və 01 ədəd kibrit qutusuna yığılmış narkotik vasitə kakosu götürmüş, bundan sonra dayısı Şahid1 zəng edərək avtomaşını ilə Xırdalan dairəsinə gələrək onu evlərinə aparmasını xahiş etmişdir. Dayısı da özünə məxus “Nazlifan” markalı avtomaşınla Xırdalan dairəsinə gəlmiş, onu oradan götürmüş Qobustan qəsəbəsinə gətirmişdir. Qobustan qəsəbəsində bir nəfər tanımadığı şəxs Whatsapp vasitəsi ilə onunla əlaqə saxlayaraq kakos almaq istədiyini bildirmiş, o da bir aldığı narkotik maddənin bir bükümün ona 40 manata verəcəyini bildirmiş, tanımadığı şəxsdə razılaşdıqdan sonra Qobustan qəsəbəsindəki FHN-nin Yanğından Mühafizə İdarəsinin yaxınlığında dayısından maşını saxlamasını, onu gözləməsini xahiş etmiş, dayısı avtomaşını saxlamış, o, maşından düşərək tanımadığı müştəri ilə görüşməyə getmişdir. Bir qədər getdikdən sonra PPX-nin əməkdaşlarının dayısına yaxınlaşmış, həmin vaxt polis əməkdaşları onuda yanlarına çağırmış, o da geri yəni dayısının maşınının yanına qayıtmışdır. Polis əməkdaşlarının yanına çatarkən cibindəki içərisində narkotik vasitə olan kibrit qutusunu yerə atmış və oradan qaçmaq istəmişdir. Lakin polis əməkdaşları onu saxlamış, yerə atdığı, narkotik vasitə ilə birlikdə 11-ci PB-nə gətirmişdirlər. 11-ci PB-də dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkliş aparılmaqla üzərinə şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona könüllü olaraq üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuş, o da üzərində hər hansı bir əşyasının olmaması bildirmiş, əlavə olaraq üzərinə şəxsi axtarış keçrilmiş, lakin üzərindən heç bir aşkar edilməmişdir. Bundan sonra PPXB-nün əməkdaşları tərəfindən saxlanılarkən yerə atdığı kibrit qutusu ona təqdim edilmiş, kibrit qutusunadakını nə olduğu soruşulmuş o da cavab olaraq kibrit qutusunda 03 ədəd narkotik vasitə olan kakos olmasını, həmin kakosu öz istifadəsi və bir bükümünü satmaq üçün xx.xx.2021-ci il tarixdə, saat 00:15 radələrində Xırdalan dairəsində Hafiz kimi tanıdığı şəxsdən onlayın şəklində 60 manata aldığını bildirmişdir. PPX-nin əməkdaşları tərəfindən saxlanılarkən yerə atdığı kibrit qutusu açılmış qutuda üç ədəd sellofan kəsiyinə bükülümüş büküm aşkar edilmiş, sellofan kəsiyində olan bükümlərin içərisində isə qəhvəyi rəngli toz şəkilli narkotik maddə heroinə oxşar külətlər aşkar edilmişdir. Ona məxsus olan narkotik maddələr zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin zərfin üzərinə və protokola imzalar etmişdirlər. Barəsində istintaq aparılan dövrdə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək əvvəlləcə Türkiyə Respublikasına, oradan da Gürcüstan Respublikasına getdiyini, bir müddət Gürcüstan Respublikasında yaşadığını bildirmişdir. Lakin sonradan Azərbaycan Respublikasında törətdiyi cinayət hadisəsinə görə polis tərəfindən barəsində axtarış elan edilməsini bilmiş, ona görə də Azərbaycan Respublikasına qayıtmış, sərhəd keçid məntəqəsini keçərkən polis əməkdaşları tərəfindən axtarışda olduğu bildirilərək saxlanılmış və istintaq orqanına gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə taxsi fəaliyyəti ilə məşğul olmuşdur İşdən evə gələndə bacısı oğlu Təqsirləndirilən şəxs ona evlərində qaz qutardığından karta qaz vurmağa getməyi xahiş etmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs maaşını almadığından bir adamdan pulunu götürücəyəni ona bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinə gəlmişlər, bir nəfərdən Təqsirləndirilən şəxs maaşını götürmüş Qaradağ rayonu, Qobustan qəsəbəsinə getmişlər. Təqsirləndirilən şəxs evlərinə çatanda sonuncunun anası onlara evdə qazın qutardığını bildirmişdir. O da qaz kartını götürüb qaz vurmaga gedəndə Təqsirləndirilən şəxs da onunla getmişdir. Təqsirləndirilən şəxs qaz kartını ondan götürüb özü pulu vuracağını bildirmişdir. Qaz vurmaq üçün Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Qasımov küçəsində yerləşən FHN-nin yanğından mühafizə idarəsinin yanına getmişlər. Təqsirləndirilən şəxs maşından enib qaz vurmaq üçün marketə getmişdir. Maşında oturub bacısı oğlunu gözlədiyi vaxt Qaradağ RPİ-nin PPX-nin 2 nəfər polis əməkdaşı yaxınlaşıb orada niyə dayandığını soruşmuşlar. O da onlara bacısı oğlunu gözlədiyini bildirmişdir. Təqsirləndirilən şəxs maşına qayıdanda polis əməkdaşları onun üzərinə baxış keçirən zaman üzərindən narkotik maddə aşkar olunmuşdur. O zaman onu da Təqsirləndirilən şəxsla birlikdə Qaradağ RPİ-nin 11-ci PB-yə aparmışlar. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman yanında olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman deyilənə görə narkotik maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs maşından düşüb qaz vurmaq üçün marketə getmişdir. Təqsirləndirilən şəxs üzərindən 1 qram narkotik maddənin olmasını saxlanılan zaman polislə aralarında olan söhbətdən eşitmişdir. Bölmədən onu buraxanda Təqsirləndirilən şəxs görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə əməliyyat qrupunda olduğu zaman Qaradağ RPİ-nin 11-ci PB-nin və PPX-nin əməkdaşları PB-yə Cavad adlı şəxs gətirmişlər. Bölmədə baxış keçirilən zaman üzərindən kibrit qutusu aşkar olunmuşdur. Kibrit qutusunun içində 2-3 ədəd sellofan bükümün içində narkotik maddəyə bənzər maddə olmuşdur. Sonradan məhkəmə kimyəvi ekspertiza rəyindən bilinmişdir ki, həmin maddə heroindir. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün Hafiz adlı şəxsdən aldığını etiraf etmişdir. Müddət çox keçdiyinə görə hadisə tam yadında qalmamış, amma istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddənin miqdarının az olması ilə bağlı heç nə deməmiş, özünün olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətində video çəkiliş aparılarkən iştirak etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü əməliyyat qrupunda olmuşdur. Qaradağ RPİ-nin PPXB-nın əməkdaşları 11-ci PB-yə 1 nəfər şəxs gətirmişlər. Xidmətdə olduğu üçün təhqiqatçının otağında şəxsi axtarış və götürmə zamanı video çəkilişdə iştirak etmişdir. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, baş verən hadisə narkotik vasitələrin istifadəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs həmin günü şübhəli şəxs kimi Qaradağ RPİ-nin 11-ci PB-yə gətirilmişdir. Video çəkiliş zamanı şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitənin Təqsirləndirilən şəxs hardan əldə etməsi yadında qalmamışdır. Təqsirləndirilən şəxs xatırlayır. Qaradağ RPİ-nin 11-ci PB-də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs heç nəyə məcbur edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Video çəkilişdə Təqsirləndirilən şəxs bölməyə gətirilən gün növbədə olan polis əməkdaşları iştirak etmişlər. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-yə gətirildiyi gün yadında deyil. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin PPXB-nın əməkdaşları tərəfindən saxlanılan zaman orda olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişdə iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs video çəkiliş zamanı heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs qarşı Qaradağ RPİ-nin 11-ci PB-də heç bir fiziki təsir və təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə 2 il bundan qabaq baş verdiyindən və səhhətilə bağlı əməliyyat olduğuna görə baş verənlər yadında qalmamışdır. Yadında qalan budur ki, bu yaxınlarda Təqsirləndirilən şəxs axtarışda olduğuna görə tutulub Qaradağ RPİ-nin 11-ci PB-yə gətirmişlər. Onda Təqsirləndirilən şəxs görəndə sonuncunun 2021-ci ildə narkotik maddəyə görə saxlanıldığını xatırlamışdır. Əməliyyat olunduğuna görə hadisə yadında qalmamışdır. Məhkəmədə üzünü görəndə yadına düşmüşdür. Şahid5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman orada olmamışdır. Bölmədə çəkiliş zamanı iştirak etmişdir. Bölməyə Təqsirləndirilən şəxs kim tərəfindən tutulub gətirildiyini dəqiq bilmir. Şəxsin üzərinə axtarış aparılan zaman 3 nəfər polis əməkdaşı iştirak etmişdir. Narkotik maddəni kim tərəfindən təqdim olunduğunu bilmir. Baş verən proseslər tam yadında deyil. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, axşam radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən FHN-nin Yanğından Mühafizə idarəsinin yaxınlığında post yoldaşı Baxşalıyev Muradla operativ nəqliyyat vasitəsi ilə xidmət olduqları zaman əllillər üçün olan avtomobilə yaxınlaşmışlar. Belə ki, həmin avtomobili əvvəllər ərazidə görmədiklərindən və gecə saat 12-dən sonra olduğundan şübhəli gəldiyi üçün yaxınlaşmışlar. Avtomobilin sürücüsündən burada nə etdiyini soruşduqda bacısı oğlunu gözlədiyini bildirmişdir. 15 dəqiqədən sonra maşına bir nəfər yaxınlaşarkən polis əməkdaşlarını görüb qaçmağa cəhd göstərmişdir. Həmin şəxsi saxlayıb özünü şübhəli apardığına görə, yəni qaçmağa cəhd göstərdiyinə görə üzərinə baxış keçirtmişlər. Baxış keçirilən zaman 1 ədəd kibrit qutunun içərisində bükümlər aşkar etmişlər, aşkar etdikdən sonra avtomobilin sürücüsünü və Təqsirləndirilən şəxs bölməyə təmin etmişlər. Şahid6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara yaxınlaşan zaman üzərində olan 1 ədəd kibrit qutusunu yerə atmışdır. Həmin kibrit qutusunu şəxsən özü yerdən götürmüşdür. Video çəkilişdə iştirakı yadında deyil. Hadisə vaxtı Bakı şəhəri, Qaradağ RPİ-nin PPXB-də xidmət aparmışdır. Həmin vaxtı PPXB-nin əməkdaşı Baxşəliyev Muradla bir xidmət aparmışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman hava qaralmışdır, amma saxlanılan yerdə FHN-nin Yanğından Mühafizə idarəsinin işığı ətrafı işıqlandırmışdır. Təqsirləndirilən şəxs əlindən kibrit qutusunun düşdüyünü görsə də içində nə olduğunu bilməmişdir. Sadəcə Təqsirləndirilən şəxs özünü şübhəli apardığına və qaçmağa cəhd göstərdiyinə görə saxlamışlar. Təqsirləndirilən şəxs saxlayandan sonra operativ nəqliyyat vasitəsinə əyləşib irəlidən istiqaməti dəyişib Şahid1 məxsus maşını müşahidə edərək 11-ci polis bölməsinə gəlmişlər. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasında olmadığından məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş X3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, 2007-ci ildə DİO-da xidmətə qəbul olunmuş, həmin ildən hal-hazıradək də, Qaradağ RPİnin PPXB-nün polis nəfəri vəzifəsində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə saat 20:00dan xx.xx.2021-ci il tarixdə saat 08:00-dək ona təhkim olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində 6752 çağrışlı avtopatrulda xidmətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 04:00 radələrində ərazini yoxlamaq məqsədi ilə gəzintidə olarkən Qobustan qəsəbəsi, N.Qasımov küçəsində yerləşən Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə İdarəsinin yaxınlığında Nazlifan markalı ** BK *** dövlət nömrə nişanlı avtomaşının dayandığını görüb maşına yaxınlaşmış, post yoldaşı polis siravisi Saleh Şirinli ilə özülərini təqdim edərək sürücüdən özünü təqdim etməsini tələb etmiş və hansı səbəbdən dayanmasını soruşmuşlar. Həmin avtomaşının sürücüsü özünü təqdim edərək Şahid1 olduğunun, bacısı oğlunu gözlədiyini bildirmişdir. Bir qədər sonra Yanğından Mühafizə İdarəsinin arxa tərəfindən bir nəfər şəxsin onlara tərəf gəldiyini görmüşlər. Həmin şəxs onlara yaxınlaşarkən dayanmış əlindəki kibrit qutusunu yerə atmış və geriyə dönüb qaçmaq istəyərkən onlar həmin şəxs saxlamış, yerə atdığı kibrit qutusunu götürmüşlər. Həmin şəxsdən özünü təqdim etməsi tələb edilmiş, həmin şəxs özünü tədim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Kibrit qutusu açılmış, qutunun içərisində üç ədəd sellofan kəsiyində olan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kibrit qutusunun içərisindəkinin nə olduğu, niyə yerə atdığı soruşulmuş, Təqsirləndirilən şəxs onlara, kibrit qutusundakı narkotik maddə olan kakosdur, özünə məxsusdur, həmin kakosu tanımadığı şəxsə satmaq istəməsini bildirmişdir. Təqsirləndirilən şəxsla dayandığı yerin ətrafında hər hansı bir şəxslə qarşılaşmamışlar. Bundan sonra Təqsirləndirilən şəxs və dayısı Şahid1 Nazlifan markalı avtomaşınla birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, bu barədə bölmə rəisinə raportla məruzə olunmuş, Təqsirləndirilən şəxs onları görərkən yerə atdığı içərisində üç bükümdən ibarət narkotik vasitəyə oxşar kütlə olan kibrit qutusu 11-ci PB-nə təhvil verilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, idarə etdiyi Nazlifan markalı, ** BX *** dövlət nömrə nişanlı avtomaşınmla taksi fəaliyyəti ilə məşğul olur. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs bacısı oğludur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə saatlarında bacısı oğlu Təqsirləndirilən şəxs telefonla zəng edərək onu Xırdalan dairəsində götürüb evə aparmasını xahiş edərək gediş haqqı olaraq 20 manat pul verəcəyini bildirmişdir. Cavadın təklifi ilə razılaşdığı üçün idarə etdiyi avtomaşınla Xırdalan dairəsinə getmiş, Cavadı oradan götürmüş, Qobustan qəsəbəsinə Cavadın evinə gəlmişdirlər. Cavadgildə olarkən onların ailə üzvləri evdə yanacaq qazının qutarmasını bildirmişlər, o da avtomaşını ilə Cavadı bankomatların yanına gətirmiş, Cavad maşında düşmüş, qaz kartını yükləyib maşına qayıtmışdır. Həmin gün saat 03-04:00 radələrində Cavadla birlikdə Qobustan qəsəbəsində Yanğından mühafizə İdarəsinin qarşısından keçib gedərkən Cavad ondan avtomaşını saxlamasını xahiş etmiş, bir nəfər şəxslə görüşüb qayıdacağını bildirmişdir. O da Yanğından Mühafizə İdarəsinin qarşısında maşını saxlamış, Cavad maşından düşüb getmişdir. Təxminən beş dəqiqədən sonra polis əməkdaşları ona yaxınlaşıb orada nə etdiyini, niyə dayandığını soruşmuş, o da polis əməkdaşlarına bacısı oğlu Cavadı gözlədiyini bildirmişdir. Polis əməkdaşları isə bacısı oğlu Cavadı çağırmalarını tələb etmiş, o da Cavadın mobil telefonuna zəng etmiş, Cavad 1-2 dəqiqəyə onlara yaxınlaşmış, polis əməkdaşlarında biri Cavadın nəsə yerə tulladığını bildirib Cavad yaxınlaşmış, sonra isə polis əməkdaşları ilə Cavad onun yanına gəlmiş, polis əməkdaşları Cavadın içərisində narkotik maddə olan kibrit qutusunu yerə tulladığını, həmin kibtir qutusunu götürdüklərini bildirmişlər, o, kibrit qutusunu polislərin əlində görmüşdür. O, Cavadı tənbeh etmiş, iradlar bildirmişdir. Bundan sonra onları 11-ci PB-nə gətirmişlər,onun izahatını almışlar. Cavad həmin vaxt poli əməkdaşlarına kibrit qutusunda narkotik vasitə heroin olmasını bildirmişdir. Verilmiş suallara cavab olaraq Cavadın üzərində narkotik maddə olmasını bilmədiyini, ümumiyyətlə narkotik maddə qəbul etmədiyini bildirmişdir. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2020-ci ildə DİO-da xidmətə qəbul olunmuş, həmin ildən 2021-ilədək də, Qaradağ RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə saat 20:00-dan xx.xx.2021-ci il tarixədə saat 08:00-dək ona təhkim olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində 6752 çağrışlı avtopatrulda xidmətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 04:00 radələrində ərazini yoxlamaq məqsədi ilə gəzintidə olarkən Qobustan qəsəbəsi, N.Qasımov küçəsində yerləşən Azərbaycan Respublikası FHN-nin Yanğından Mühafizə İdarəsinin yaxınlığında Nazlifan markalı, ** BK *** dövlət nömrə nişanlı avtomaşının dayandığını görüb maşına yaxınlaşmış, post yoldaşı polis serjantı X4 ilə özülərini təqdim edərək sürücüdən özünü təqdim etməsini tələb etmiş və hansı səbəbdən dayanmasını soruşmuşlar. Həmin avtomaşının sürücüsü özünü təqdim edərək Şahid1 olduğunun, bacısı oğlunu gözlədiyini bildirmişdir. Bir qədər sonra Yanğından Mühafizə İdarəsinin arxa tərəfindən bir nəfər şəxsin onlara yaxınlaşmış, həmin şəxs onlara yaxınlaşarkən dayanmış əlindəki kibrit qutusunu yerə atmış və geriyə dönüb qaçmaq istəyərkən onlar həmin şəxs saxlamış, yerə atdığı kibrit qutusunu götürmüşlər. Həmin şəxsdən özünü təqdim etməsi tələb edilmiş, həmin şəxs özünü tədim edərək Təqsirləndirilən şəxs olduğunun bildirmişdirdi. Kibrit qutusu açılmış, qutunun içərisində üç ədəd sellofan kəsiyində olan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs kibrit qutusunun içərisindəkinin nə olduğu, niyə yerə atdığı soruşulmuş, Təqsirləndirilən şəxs onlara, kibrit qutusundakı narkotik maddə olan kakosdur, özünə məxsusdur, həmin kakosu tanımadığı şəxsə satmaq istəməsini bildirmişdir. Təqsirləndirilən şəxsla dayandığı yerin əftafında hər hansı bir şəxslə qarşılaşmadıqları üçün narkotik maddəni kimə satılması müəyyən edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və dayısı Şahid1 Nazlifan markalı avtomaşınla birlikdə Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, bu barədə bölmə rəisinə raportla məruzə olunmuş, Təqsirləndirilən şəxs onları görərkən yerə atdığı içərisində üç bükümdən ibarət narkotik vasitəyə oxşar kütlə olan kibrit qutusu 11-ci PB-nə təhvil verilmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, DİO-da 2016-cı ildən, tutduğu vəzifədə isə 2019-cu ildən xidmət edir. xx.xx.2021-ci il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində xidmətdə olarkən bölmə rəhbərliyi PPXB-nün əməkdaşlarının Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində xidmətdə olarkən bir nəfər şəxsin narkotik vasitələrinin qanunsuz döviyyəsində özünü şübhəli apardığı üçün bölməyə gətirdiyini, həmin şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılacağını bildirib, şəxsi axtarış və götürmənin aparılmasında iştirak etməyi barədə göstəriş verilmişdir. Ondan başqa 11-ci PB-də xidmətdə olan, PB-nin polis sahə inspektoru polis mayoru Şahid3 və polis sahə inspektoru, polis kapitanı Şahid5da iştirakı tələb olunduğundan hər üçü 11-ci PB-nin təhqiqatçısı polis mayoru Təzəxan Dəmirovun xidməti otağına getmişlər, Həmin vaxt ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək 11-ci PB-nə gətirilmiş şəxs xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Binəqədi RPİ-də qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Təqsirləndirilən şəxs təhqiqatçı Təzəxan Dəmirov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarışda Təqsirləndirilən şəxs müdaifəçisi də iştirak etmişdir. Mobil telefonla viedo çəkilişlə şəxsi axtarış və götürmə başlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masaın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində heç bir əşyasının olmamasını bildirmişdir. Bundan sonra əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərində heç bir əşya aşkar olunmamışdır. Həmin vaxt təhqiqatçı Təzəxan Dəmirov bir ədəd kibrit qutusunu Təqsirləndirilən şəxs təqdim edərək həmin qutunun içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs isə kibrit qutusunun içərisində üç ədəd bükümdə narkotik maddə olan kakos olduğunu, həmin kakosların özünə məxsus olmasını, öz istifadəsi üçün xx.xx.2021-ci il tarixdə, saat 00:15 radələrində Xırdalan dairəsindən Hafiz kimi tanıdığı şəxsdən 60 manata aldığını, verdiyi pulu çıxarmaq üçün Qobustan qəsəbəsi, Yanğından Mühafizə İdarəsinin yaxınlığında həmin narkotik maddənin bir bükümünü tanımadığı şəxsə satmaq istədiyini lakin polis əməkdaşlarını gəldiyini görüb kibrit qutusunu yerə atdığını bildirmişdir. Bir ədəd kibrit qutusu açılmış, kibrit qutusunun içərisində üç ədəd sellofan kəsiyində büküm aşkar olunmuşdur. Sellofan kəsiyindəki bükümlərin içərisində qəhvəyi rəngli toz şəklində narkotik vasitə heroinə oxşar kütlələr olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əldə etdiyi, lakin polis əməkdaşlarını gördükdən sonra yerə atdığı kibrit qutusuna yığılmış 03 ədəd bükümdə narkotik maddəyə oxşar kütlələr bir ədəd zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdirlər. Şahid qismində dindirilmiş Şahid3, Şahid5 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 05.25-də CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdə, saat 04.00-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 18) xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyasının olmamasını bildirmiş, əlavə olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, həmin vaxtda Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamış, bundan sonra Təqsirləndirilən şəxs PPXB-nün əməkdaşları tərəfindən saxlanılarkən cibindən yerə atadığı kibrit qutusu ona təqdim olunmuş, Təqsirləndirilən şəxs 01 ədəd kibrit qutusundakı 03 ədəd sellofana kəsiyinə yığılmış bükümlərdəki kütlələrin narkotik vasitə olan kakos olmasını, həmin kakosu öz istifadəsi və satmaq üçün xx.xx.2021-ci il tarixdə saat 00:15 radələrində Xırdalan dairəsində tanımadığı şəxsdən hər birini 20 manat olmaqla ümumilikdə 60 manata alaraq əynindəki göy rəngli cins şalvarının sol yan cibində saxlayıb gəzdirdiyini bildirmişdir. (İ cild, i.v. 27-28, 70) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2628 saylı, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 223” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddəyə oxşar kütlə” yazısı və imzalar olan bir ədəd zərfdə üç ədəd bükümdə təmiz çəkisi- 0,939 qr, 0,850 qr və 0,876 qram olmaqla ümumi təmiz çəkisi 2,665 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi öz aralarında xarici görnüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir (İ cild, i.v. 37-40) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 47-48) Doğum haqqında şəhadətnamənin surətindən və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X5 adlı azyaşlı uşaqları vardır. (İ cild, i.v. 60, ) xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlandığı Qaradağ rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. (İ cild, i.v. 64-67) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekpertiza tədqiqatından sonra qalıq qalmış 2,575 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (İ cild, i.v. 98) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X14 Ambulator X1 ekspert komissiyasının xx.xx.2021-ci il tarixli, 2254 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 103-104) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat CPMin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir (İ cild, i.v. 109,113) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 116- 117) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 119) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ cild, i.v. 121) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (İ cild, i.v. 123) Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq xx.xx.2023-cü il tarixdə Qaradağ rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. (İ cild, i.v. 130) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin ibtidai istintaqı təzələnmişdir. (i.v. 131) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(002)-126/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 159-162) Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (İ cild, i.v. 168) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 173) xx.xx.2023-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində təsdiq edərək əyani surətdə göstərmişdir. (İ cild, i.v. 192) Qaradağ RPİ-dən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-nə daxil olmuş və baxış zamanı xəsarət aşkar edilməmişdir. Bakı İstintaq Təcridxanasından məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BİT-ə gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, ilkin tibbi müayinə zamanı onun bədənində xəsarət aşkar olunmamışdır, qarın ön divarında köhnə çapıq toxuma müşahidə olunmuşdur. Qaradağ rayon Prokurorluğundan məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan və ona əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsir və təzyiqlərə məruz qalması barədə verdiyi məlumatda qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından CPM-in 39.1.1ci maddəsinə əsasən cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, üzərində 1 qram narkotik vasitə olması, narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitənin kibrit qutusunda deyil, sellofan torbada olması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində “Whatsapp” proqram vasitəsilə İran vətəndaşından narkotik vasitə kakosun 1 qramını 20 manata almışdır. 1 qram narkotik vasitənin yarısını pulu çatmadığına görə Qobustan qəsəbəsində “Whatsapp” proqramı vasitəsilə tanımadığı şəxsə vermişdir. Həmin şəxs onun bank kartına 10 manat pul atmış, o da bunun müqabilində onda olan 1 qram narkotik vasitənin yarısını ona vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqından tədqiq edilmiş ifadələrindən də görünür ki, Qobustan qəsəbəsində bir nəfər tanımadığı şəxs Whatsapp vasitəsi ilə onunla əlaqə saxlayaraq kakos almaq istədiyini bildirmiş, o da bir aldığı narkotik maddənin bir bükümün ona 40 manata verəcəyini bildirmiş, tanımadığı şəxsdə razılaşdıqdan sonra Qobustan qəsəbəsindəki FHN-nin Yanğından Mühafizə İdarəsinin yaxınlığında dayısından maşını saxlamasını, onu gözləməsini xahiş etmiş, dayısı avtomaşını saxlamış, o, maşından düşərək tanımadığı müştəri ilə görüşməyə getmişdir. Bir qədər getdikdən sonra PPX-nin əməkdaşlarının dayısına yaxınlaşmış, həmin vaxt polis əməkdaşları onuda yanlarına çağırmış, o da geri yəni dayısının maşınının yanına qayıtmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitəni satmasını həm ibtidai, həm də məhkəmə istintaqı zamanı etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi ifadələr iş materiallarına əlavə olunmuş və tədqiq edilmiş Qaradağ RPİ-dən, Bakı İstintaq Təcridxanasından, Qaradağ rayon Prokurorluğundan məhkəməyə daxil olmuş sorğuya cavab məktubları, onlara əlavə olunmuş sənədlər, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ilə tam təkzib olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsi cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2021-ci il tarixdə, saat 04.00-da məhdudlaşdırılaraq, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilməsinin saatı xx.xx.2021-ci il tarixli qərarda göstərilməsə də təqsirləndiriliən şəxs qismində xx.xx.2021-ci il tarixli dindirmə protokolundan görünür ki, sonuncu xx.xx.2021-ci il tarixdə saat 12.10 və 12.55 arasında dindirməsi həyata keçirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Çünki məhkəmə, Təqsirləndirilən şəxs hüquqların pozulmaması və onun vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə tutulduğu xx.xx.2021-ci il tarixdə saat 04.00-dan xx.xx.2021-ci il tarixədək Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin MSY-dən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyi müddətin 02 gün olaraq nəzərə alınmasını məqbul hesab etmişdir. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq xx.xx.2023-cü il tarixdə Qaradağ rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-126/2023 saylı, xx.xx.2023-cü tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 88,70 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,575 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 45 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 270 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş ) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,575 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 45 (qırx beş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar