Məhkəmə qərarları › İş №1(101)-1787/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1787/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1787/2024 11.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X6 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1992-ci ildə Ağdaş şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Davud” adlı İran islam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşdirdiyi bir bükümdə təmiz çəkisi 548,387 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 01 ədəd bükümdə 1042,45 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuananı “Davud” adlı həmin şəxsin istifadəsində olan +98 930 *** **** GSM nömrədən “Watsapp" animesajlaşma sosial şəbəkəsi vasitəsilə onun istifadəsində olan “Samsung Galaxy A21s”” markalı mobil telefona quraşdırlımış ***-***-**-** GSM nömrəyə göndərdiyi məkan paylaşımlarından istifadə edərək 2024-cü il yanvar ayının əvvəllərində həmin yerdən götürüb əldə etməklə sonradan həmin narkotik vasitənin satışdan əldə olunacaq gəliri öz aralarında böləcəkləri şərti ilə daşıyıb yaşadığı ünvan 2 ünvanında saxlamış, orada həmin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə hesab edilən heroini bükümlərə ayıraraq 01 ədəd bükümdə təmiz çəkisi 23,387 qram təşkil edən narkotik vasitə olan heroini və 01 ədəd bükümdə təmiz çəkisi 35,98 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlıyaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 22:50 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, ünvan 3 ünvanda yerləşən AR DİN-in BNMİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı təmiz çəkisi 35,98 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən xeyli miqdarda qurudulmuş marixuana və əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd bükümdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlamaqla daşıdığı təmiz çəkisi 23,387 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtaprış tədbiri davam etdirilərək 08 yanvar 2024-cü il tarixdə onun yaşadığı ünvan 2 ünvanda keçirilmiş baxış və götürmə zamanı evdə olan çarpayının alt hissəsində gizlətdiyi qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla saxladığı xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan 06 ədəd qara rəngli və 01 ədəd şəffaf sellofana bükülü ayrı-ayırılıqda təmiz çəkiləri 160,0 qram, 47,98 qram, 79,64 qram, 96,55 qram, 47,85 qram, 94,45 qram, 510,0 qram olan ümumi təmiz çəkisi 1006,47 qram təşkil edən bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 525 qram olan qəhvəyi, rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və 02 ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, üzərimdə narkotik vasitə olmayıb, 10-15 qram maşında olub, 30- 35 qram evdə olub, evə baxış keçirəndə yoldaşı evdə olmamışdır. Polis əməkdaşları ona demişlər ki, nə desələr onu da qəbul edəcəkdir, yoxsa yoldaşını da bu işə cəlb edəcəklər. O, da məcbur olub hər şeyi boynuna almışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Narkotik vasitəni Davud adlı şəxsdən almış və həmin şəxslə sosial şəbəkədə tanış olmuşdur. Ödənişi isə kart vasitəsilə etmişdir. Polis əməkdaşlarının onu döyməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Onda cəmi 50 qram narkotik vasitə olub, 10-15 qram maşında, 30-35 qram evdə olub. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, təxminən 2 ay əvvəl “İnstagram” sosial şəbəkəsində “Davud” adlı İran vətəndaşı olan şəxslə tanış olmuşdur. İlkin olaraq onun hesabına pul ötürərək narkotik vasitə alırmış. Təxminən bir ay əvvəl “Davud” adlı şəxs onun istifadəsində olan ***-***-**-** GSM nömrənin “Whatsap” sosial mesencer xidmətindən xatırlamadığı nömrədən yazaraq onunla işləməyi təklif etmişdir. Ona narkotik vasitələr atacağını, həmin narkotik vasitələri onun dediyi ünvanlara qoyacağı və bununla da ona həm pul, həm də istifadə üçün narkotik vasitə olan heroin verəcəyini bildirmişdir. Ona həmin narkotik vasitələri almaq üçün pulu olmadığını dedikdə, o, pul lazım olmayacağını, sadəcə narktoik vasitələri onun dediyi ünvanlara qoymağı və bundan sonra ona pul verəcəyini bildirmişdir. Pul qazanmaq üçün onun deidkləri ilə razılaşmış və birlikdə işləməyə başlamışdır. Təxminən 2-3 gün əvvəl “Davud” ona “Whatsap” sosial mesencer xidmətindən onun mobil nömrəsinə konum, yəni narkotik vasitəni götürəcəyi yeri atmışdır. Onun dediyi yerə yəni Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə, onun dediyi yerə getmiş və orada bir neçə bağlamanı götürmüş və yaşadığı Yasamal rayonu, 2-ci Alatava küçəsi ev 95/2 ünvanına gətirmişdir. Onunla əlaqə saxlayıb göndəridyi bağlamaları götürdüyünü, Hənim bağlamaların içində narkotik vasitə heroin və qurudulmuş marixuan olduğunu demişdir. Belə ki, aralımda bununla əlaqədar qabaqcadan razılaşma razılaşmaya əsasən adı çəkilən şəxsin gösətirişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağa görə “Davud” ona 300 manat pul verirmiş. Qalan kütlələri ünvan etdikcə də hər dəfə ona müəyyən məbləğdə pullar ödəyirmiş. 07 yanvar 2024-cü il tarixdə saat təxminən 22 radələrində 2-3 gün əvvəl götürdüyü bağlamadan kütlələr götürərək “Davud” adlı şəxsin gösətirşini gözələyirmiş ki, ünvan desin və həmin bağlamaları onun dediyi ünvanlara qoysun. Həmin gün evdən çıxmış və “Davud” adlı İİR vətəndaşının göstərişini gözləyirmiş. 07 yanvar 2024-cü il tarixdə, saat 22:50 dəqiqədə ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu BNMİ-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə qurudulmuş marixuananı və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərimə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 “Samsung” markalı mobil telefon, 2 ədəd açar və 46 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuananın çəkisi 40(qırx) qram, heroinin çəkisi 25(iyirmi beş) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürləndi, üzəri onun, müdafiəçinin və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 2(iki) ədəd açar və 46(qırx altı) manat pul isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmçinin Yasamal rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Orada evdə saxladığı narkotik vasitələri təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra evdə çarpayının alt hissəsindən 7(yeddi) ədəd bağlamada qurudulmuş marixuananı, 1 (bir) ədəd bağlamada heroini və 2(iki) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixunanın ümumilikdə çəkisi 1 (bir) kq 75(yetmiş beş) qram, heroinin çəkisi 527(beş yüz iyirmi yeddi) qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlələr və 2 (iki) ədəd elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri oqnun, müdafiəçinin və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. “Davud” adlı İran vətəndaşın anket məlumatları barədə heç bir məlumatı yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında narkotik vasitənin dövriyyəsində şübhəli bilinən şəxs Yasamal rayonu 2-ci Alatava ərazisində saxlanılmış, inzibati binaya gətirilmiş və üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə olan heroin və marixuana aşkar edilmişdir. Bundan sonra isə evində də narkotik vasitə olduğunu bildirmiş və evə də baxış keçirilmiş, evdən də 7 büküm marixuana aşkar edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməyib. Müdafiəçinin iştirakı ilə, videoçəkilişə axtarış aparılmışdır. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava ev 95/2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və idarənin digər əməkdaşı baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunaraq birlikdə məlumat əsasında 07 yanvar 2023-cü il tarixdə ünvan 5 ünvanın yaxınlığında əməliyyat mövqeyi seçmişlər. Həmin vaxt yəni saat 22:50 dəqiqədə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən şəxsin orada olmasını və həmin şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə məlumat olduğunu bildirib baxış keçirilməsi üçün onun birlikdə getməsini təklif etmişlər. O, etiraz etmədən birlikdə BNMİ-nin inzibati binasına gəlmişlər. İdarədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx.xx.1992-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava ev 95/2-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Həmin şəxs İdarədə xidməti iş otaqlarının birinə dəvət edilərək müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquq və vəzifələri izah olunmuş və bundan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilərkən 1 ədəd Samsung markalı mobil telefon, 46 manat pul və 2 ədəd açar aşkar edilmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək 40 (qırx) qram, heroinə bənzər kütəlnin çəkisi 25 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlələr kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran islam Respublikası vətəndaşı olan “Davud” adlı şəxsin vasitəsi ilə 2-3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən götürərək ona deyiləcək yerə qoyaraq 300 manat pul əldə etmək məqsədilə götürdüyünü, həmçinin yaşadığı evdə narkotik maddə olduğunu və yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Yelmar Vahabovun rəhbərliyi ilə Təqsirləndirilən şəxs, Şahid2, vəkil Emil Babışovun iştirakları iəl 08 yanvar 2024-cü il saat 01:15 radələrində Təqsirləndirilən şəxs yaşadığı 2-ci Alatava ev 95/2 ünvana getmişlər. Təqsirləndirilən şəxs evində saxladığı narkotik maddələri təqdim etməsi təklif olunmuş, bu zaman o evdəki çarpayının altından 7 ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd bağlamada açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütləni və 2 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilib 1 (bir) kq 75 (yetmiş beş) qram, heroinə bənzər kütəlnin çəkisi 527 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlələr və 2 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, məlumat əsasında narkotik vasitənin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Yasamal rayonu 2-ci Alatava ərazisində saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan heroin və marixuana aşkar edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin kütlələri iranlı Davuddan almışdır. Bundan sonra evə də baxış keçirilmiş və evindən də marixuana aşkar edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, evdən tərəzi də aşkar olunmuşdur. Şəxsə qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Şahid2 ibtidai araşdırma zamanı Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümü və əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki həmin şalvarın sol yan cibindən içərisində ***-***-**-** simkart nömrəsi olan 1 ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlələri İran İslam Respublikası vətəndaşı olan Davud adı şəxsin asitəsi ilə 2-3 gün əvvəl Sabunçu rayon ərazisindən təyin edilmiş yerdən götürürək onun göstərişi ilə müəyyən ünvanlara qoyacağını bildirmişdir. Həmçinin bildirmişdir ki, yaşadığı mənzildə də narkotik vasitələr vardır və mənzilinə baxış keçirilməsinə etiraz etmir. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu 2-ci Alatava 95/2 ünvandakı mənzilində evdə çaprayının altından 07 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr və 01 ədəd bağlamadı narkotik vasitə heroinə bənzər kütləni, həmçinin 2 ədəd elektron tərəzini təqdim etmiş. Həmin narkotik vasitə olan heroini və qurudulmuş marixuananı o, 2-3 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində 2 aya yaxındır ki, tanıdığı X5 vətəndaşı “Davud” adlı şəxsin vasitəsi ilə aldığını, həmin narkotik vasitəni onun deyəcəyi yerlərə qoyaraq pul əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər qablaşdırılaraq möhürlənb götürülmüşdür.Götürmə və evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/41 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” yazı və imzalar olan 01 ədəd bükümündə təmiz çəkisi 23,387 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr və 2 ədəd elektron tərəzi və.s soyadlar, imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 525 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Kağız paketdəki və polietilen torbadakı ümumi təmiz çəkiləri 548,387 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralırnda eynilik təşkil edirlər. 02 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri müəyyən edilmiş. Tərəzilərin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və təqdim olunmuş heroin kütlələri ilə eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-7/24 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr...” sözləri yazılmış zərfdə bir ədəd qara rəngli sellofan bükülüdə təmiz çəkisi 35,98 qram və üzərində Təqsirləndirilən şəxs təqdim etdiyi sözləri yazılmış bağlamada 06 (altı) ədəd qara rəngli və 01 (bir) ədəd şəffaf sellofon bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 160 qram, 47,98 qram, 49,64 qram, 96,55 qram, 47,85 qram, 94,45 qram, 510 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqsirləndirilən şəxs (evdən-mənzildən) aşkar olunaraq götürülmüş qalıq çəkisi 548,187 qram olan heroin və 1042,05 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin saxlanc anbarına (maddi sübutların saxlanılması yeri) təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Samsung Galaxy A21s markalı **********0205/01 və **********02501/01” imei kodlu qara rəngli mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefonun üzərində 051 *** ** ** saylı nömrə vardır. Həmin mobil telefonun “Whatsap” sosial mesencer bölümünə daxil olduqda həmin proqramda “Davud” adlı İran vətəndaşı olması müəyyən edilmiş, bundan sonra həmin proqramda baxış zamanı istintaq marağı kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Şəkillər bölümünə daxil olduqda 05 ədəd şəkil olması müəyyən edilir.Həmin şəkillərdə işarə olması və narkotik vasitələrin qoyduğu yerlərin olması müəyyən edilmişdir. Bundan başqa baxış zamanı istintaq marağı kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə olunmuş bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** nömrəli telefon məlumatlarına dair "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:33-də **********13 telefon nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** telefon nömrəsinə «cındır 10 kilo narkotik götürmüsən telə cavab ver» məzmunlu SMS göndərilmişdir. Başqa zənglər siyahısında olan daxil olan və çıxan zənglər, həmçinin SMS yazılarından iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələr ilə yenidən ittiham elan olunmuşdur. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 2213 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığını, üzərinə (evə-mənzilə) qoyulduğunu, narkotik vasitəni satmadığını, satmaq fikri (məqsədi) olmadığını, satmaq barədə tapşırıq almadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (evə-mənzilə baxış) keçirilmişdir. Şəxsi axtarışın (evə-mənzilə baxışın) nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı üzərində hər hansı bir yeni xəsarət aşkar olunmadığı müəyyən edilmişdir. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsi tərəfindən təqsirləndirilən şəxsin tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq (xx.xx.2024-cü il tarixli qərar) polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi halları müəyyən edilməmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Samsung Galaxy A21s markalı **********0205/01 və **********02501/01” imei kodlu qara rəngli mobil telefona baxış keçirilmişdir. Həmin mobil telefonun üzərində 051 *** ** ** saylı nömrə vardır. Həmin mobil telefonun “Whatsap” sosial mesencer bölümünə daxil olduqda həmin proqramda “Davud” adlı İran vətəndaşı olması müəyyən edilmişdir. Şəkillər bölümünə daxil olduqda 05 ədəd şəkil olması müəyyən edilir. Həmin şəkillərdə işarə olması və narkotik vasitələrin qoyduğu yerlərin olması müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə olunmuş bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli telefon məlumatlarına dair "xxxx" MMC-dən daxil olmuş DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:33-də **********13 telefon nömrəsindən Təqsirləndirilən şəxs ***-***-**-** telefon nömrəsinə «10 kilo narkotik götürmüsən telə cavab ver» məzmunlu SMS göndərilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə (evə-mənzilə) qoyulduğu, narkotik vasitəni satmadığı, satmaq fikri (məqsədi) olmadığı, satmaq barədə tapşırıq almadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsin üzərindən və evdən aşkar olunmuş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, bükümlər halında olmasını, elektron tərəzinin aşkar edilməsini, həmçinin təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsində qeyd etdiyi halları, bundan əlavə təqsirləndirilən şəxsin mobil telefonundan aşkar olunmuş məlumatları və digər sübutları da nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və baxış protokolları və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin bir azyaşlı övladı var. Cinayət işinin materiallarından görünür ki, ultrasonoloji müayinə zamanı təqsirləndirilən şəxsin sol böyrəyi izlənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını, 1 (bir) azyaşlı uşağının olmasını və səhhətini (sağlamlıq vəziyyətini) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 548,187 qram olan narkotik vasitə heroin, 1042,05 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumuna qaytarılmalı (verilməli), həmçinin təqsirləndirilən şəxsin üzərinə və evə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd optik disk (DVD) və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş (sms mətnləri və digər məlumatları özündə əks etdirən) 01 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 55 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs oğluna (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarında kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 548,187 qram olan narkotik vasitə heroin və 1042,05 qram narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya qohumuna qaytarılsın (verilsin), təqsirləndirilən şəxsin üzərinə və evə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 02 ədəd optik disk (DVD) və mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş (sms mətnləri və digər məlumatları özündə əks etdirən) 01 ədəd optik disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 182 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar