Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1787/2025 21.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanova Nigar Arzu qızı (sədrlik edən), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Qasımzadə Banu Pənah qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi X5, müdafiəçi- Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, qanuni nümayəndə X2, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 üçün Penitensiar Müəssisədə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur.
İşin faktiki halları
1. Təqsirləndirilən şəxs 26 iyul 2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən futbol meydançasında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı aralarında əvvəlcədən mövcud olmuş narazılıqlara və qarşılıqlı incikliklərə aydınlıq gətirmək, mübahisəli məqamları izah etmək və ziddiyyətli münasibətlərinə son qoymaq məqsədilə sonuncunu meydançadan təxminən 30 metr aralıda olan məişət tullantıları qablarının yerləşdiyi ağaclıq əraziyə çağırmış, orada tərəflər arasında sözügedən narazılıqdan irəli gələn əsəbi şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş münaqişə əsnasında Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinə ardıcıl iki dəfə sağ yumruğu ilə qəsdən zərbələr endirərək həmin zərbələrin zərərçəkmişin ölümünə səbəb ola biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməyib sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid ölümlə səbəbli əlaqəli olan sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beynin əzilməsi və ödemi kimi xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs “Respublika Neyrocərahiyyə Xəstəxanası” PHŞ-nə yerləşdirdərək ona göstərilmiş tibbi yardımlara baxmayaraq xx.xx.2025-ci il tarixdə müalicə aldığı xəstəxanada sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərinə və qişalarına qansızma, baş beynin əzilməsi və ödemi səbəbindən ölmüş, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır xəsarətlər yetirərək ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur.
Təqsirləndirilən şəxsin təqsirli olmasına dəlalət edən və məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
2. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü o, uşaqlarla həyətdə futbol oynayırdı. Fərid sonradan yanlarına gəlmişdir. Onlar Fəridlə 8-ci sinifdə tanış olmuşlar. Bir ildən çox dost olmuşlar. Bir müddətdən sonra Fəridlə araları qız söhbətinə görə dəymişdir. Belə ki, Fərid ona əvvəllər onun sevgili olduğu qızla danışmaq və münasibət qurmaq istədiyini demiş, o isə buna etiraz etmişdir. Bu zaman aralarında narazılıq başlamış və bir müddət danışmamışlar. 1-2 ay sonra onlar futbol oynayanda Fərid ilə aralarında dava yaranmış və Fərid onun ünvanına nalayiq söz işlətmişdir. Bundan sonra Fəridi stadiondan təxminən 30 metr kənara çəkmiş və anidən gicgah nahiyyəsinə iki dəfə yumruq vurmuşdur. Bundan sonra Fərid yerə yıxılmışdır. O, Fəridi ayağa qaldırmış və halını soruşmuşdur. Fərid yaxşı olduğunu dedikdən sonra əl sıxışaraq Fəridi yola salmışdır.
3. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə zamanı o, işdə olmuşdur. Qızı ona zəng edərək demişdir ki, Fəridi vurublar, Fərid huşunu itirib və təcili yardım çağırıblar. O, evə çatanda Fəridin artıq təcili yardıma qoyulduğunu görmüşdür. Həyat yoldaşı da təcili yardımda əyləşmişdi. Fəridi Sabunçu xəstəxanasına aparmışlar. Oğlu hadisə günü Dərnəgüldə sonuncu praktika günündə idi. Oradan çıxıb evə gəlirmiş. Fəridi daha öncə də dəfələrlə İlkingil zəng edib davaya çağırmışlar. Fəridin telefonuna gələn bütün mesajlar onun mailində görünür, ona görə bu mesajlardan xəbərdardır. Saat 18:00 radələrində Fəridə zəng gəlmiş, o, namazını qılıb həyətə düşmüşdür. Axşam saat 7-ə işləmiş həyat yoldaşı Fəridə zəng edərək evə gəlməsini tapşırmışdır. 7-in yarısı Fərid evə başında şiş halda gəlmiş və anasına İlkinlə dalaşdığını demişdir. Sonradan həyat yoldaşı oğlunun bədəninin qıcandığını görmüşdür. Dərhal təcili yardım çağırmışdır. Onu xəstəxanaya aparmışlar. Orada həkim bildirmişdir ki, 15 dəqiqə ərzində əməliyyat olmalıdır. Əməliyyat olunduqdan sonra bildirmişdir ki, uşaq yaşamayacaq. Çünki artıq onun beyni ölmüşdü. Hadisədən sonra İlkin onun yanına gəlib kömək etməmişdir. Ona Nurlan kömək edib ayıltmışdır. Onun uşağının davada təqsiri də olmamışdır. Hadisədən sonra onlarla barışıq üçün 24 avqustadək heç kəs gəlməmişdir. Sonradan onlara qonşular və İlkinin bir neçə qohumu gəlmişlər. Oturub danışmışlar və 40 dəqiqə sonra həmin şəxslər çıxıb getmişlər. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir.
4. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Fərid vurulan günü stadiondan kənarda oturacaqda oturmuşdur. İlkingil də futbol oynayırdı. Fərid gəlmiş və İlkinlə söhbət etməli olduğunu bildirmişdir. Fərid stadioana girmiş və İlkini çağırmışdır. İlkin Fəridi stadiondan kənara çəkmiş və bir dəfə gicgah nahiyəsindən vurmuşdur.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Fərid vurulduqdan sonra kömək üçün gəlmişdir. Onlar birgə futbol oynayırmışlar. Fərid və İlkin stadiondan çıxmışlar. Üstündən 10-15 dəqiqə keçdikdən sonra İlkini görmüşdür. İlkinin kefi yox idi. İlkin ona demişdir ki, Fəridi vurub və Fəridin halı pisdir. O, Fəridə yaxınlaşaraq görmüşdür ki, Fəridin halı həqiqətən də pisdir. Ona iki dəfə kömək üçün yaxınlaşmışdır. Lakin Fərid onun kömək etməsini istəməmişdir. Sonradan Fərid özü durub çıxıb getmişdir. Bir az keçdikdən sonra o, stadiona girmiş, Fərid də onlarla stadioana girmişdir. Lakin Fərid onlarla yox, özündən kiçik uşaqlarla oynayırdı. Bir qız Fəridin başının şişdiyini gördü və buz gətirdi. Buz əriyincə Fərid buzu başında saxladı. Sonradan buzu kənara qoyub evə getdi.
6. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Mida-1” ərazisində ağaclar olan hissədə asfalt yolun kənarında torpaq hissədə baş vermişdir (cild 01; i.v.3-7).
7. Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyi X14 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 25 avqust 2025-ci il tarixli, 82 saylı rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beynin maddəsinə, mədəciklərə və qişalarına qansızma. Baş-beyinin əzilməsi və ödemi. Sol gicgah sümüyünün sınığı. Sol diz oynağı nahiyəsinin ön-iç səthinin qanqırı, hər iki diz nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub mərhumun xəstəxanaya daxil olmasından (xx.xx.2025-ci il) əvvəl bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, eləcə də qərarda göstərilən şəraitdə başına yumruq zərbəsi vurulması nəticəsində törənə bilərdi. Dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malik olmaqla, onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol gicgah sümüyünün sınığı ilə müşayiət olunan baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, baş-beyinin əzilməsi və ödemi olmuşdur. Ölüm baş vermişdir xəstəxanada xx.xx.2025-ci il tarixdə saat 07.15-də. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 01; i.v.125- 130).
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 X14 tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 sentyabr 2025-ci il tarixli, 2902 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağillik və ya sair psixi pozuntu hallar aşkar olunmayıb. Həmin dövrdə də, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinİ dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl sırasında anlaqlı hesab olunur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1, 21.3-cü və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01; i.v.239-243).
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
9. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
10. Həmin Məcəllənin 126.3-cü maddəsinə əsasən Bu Məcəllənin 126.1 və 126.2ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Cəza təyini zamanı nəzərə alınmalı olan hallar:
11. “Şübhəli şəxsin tutulması haqqında” 27 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2025-ci il tarixdə, saat 03:00-da tutulmuşdur (cild 01; i.v.35).
12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 4(010)- 263/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 iyul 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01; i.v.66-71).
13. “Elektron prokurorluq informasiya sistemi məhkumluq məlumatı”ndan əldə edilmiş 25 avqust 2025-ci il tarixli sənəddən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 01; i.v.119).
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin:
14. 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır;
15. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir;
16. 55.1-ci maddəsinə əsasən Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin hökm çıxarılanadək on səkkiz yaşı tamam olmamış şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər;
17. 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir;
18. 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər;
19. 86-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır;
20. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir;
21. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır;
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2010-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir;
24. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir;
25. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2010-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır;
26. X4ın cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11ci bəndində göstərilmişdir ki, X4ın törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyümüzakirə olunmalıdır. X4a cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
27. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146).
28. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 126.3cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur.
29. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir.
30. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini (CM-59.1.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir.
31. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
32. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alır.
33. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların müstəsna hallar kimi qiymətləndirilərək Təqsirləndirilən şəxs barəsində AR CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ona maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəza təyin edilməsini və həmin cəzanın şərti tətbiq olunmasını xahiş etsə də, hazırkı halda məhkəmə AR CM-nin 62-ci maddəsinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilməsi üçün əsas olan halları müəyyən etmir.
34. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
35. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd edilən maddəsinin tətbiqi üçün cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halların və ya cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olması vacibdir ki, hazırki halda məhkəmə cinayət işinin materiallarını və iş üzrə müəyyən olunmuş halları qarşılıqlı araşdıraraq təqsirləndirilən şəxs barəsində qeyd edilən halların hər hansı birinin müəyyən edilmədiyini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayətə münasibətdə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın (həm cəzanın növünə, həm də təyin edilmiş cəzanın müddətinə münasibətdə) təyin edilməsi üçün əsasların olmadığı qənaətinə gəlir.
36. Bununla yanaşı, təqsirləndirilən şəxsə münasibətdə AR CM-nin 70-ci maddəsinin tətbiq edilməsi ilə bağlı məhkəmə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə şəraitini nəzərə alaraq təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilmədən onun islah olunmasını mümkün hesab etmir.
37. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
39. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur.
40. İş üzrə mülki iddia, maddi sübut yoxdur.
41. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.
42. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X6 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir.
43. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385ci maddələrini rəhbər tutaraq,
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Nigar İmanova Hakimlər: Kamil Əliyev Vüqar Seyidov