Məhkəmə qərarları › İş №1(101)-1788/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1788/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1788/2024 29.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1991-ci il də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləmiş, Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, ev 45, mənzil 13-də qeydiyyatda olmaqla yaşamış, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti üzrə 12 noyabr 2021-ci il tarixli, 4648k nömrəli əmrlə həmin Cəmiyyətin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsinə təyin edilməklə xx.xx.2023-cü il tarixədək qeyd olunan vəzifədə işləyərkən xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Xidmətin tabelində olan “X3” Publik Hüquqi şəxsi ilə olan məktubların, sənədlərin bank adından təhvil verilməsi, təhvil alınması, hərraclarda Bankın adından iştirak və hərraclardan sonra tərtib olunmuş protokolların imzalanması kimi səlahiyyətlərə malik tam maddi-məsul şəxs kimi özgə əmlakını mənimsəyərək talamaq məqsədi ilə 2022-ci ilin dekabr ayında "xxxx" ASCnin balansında olan nəqliyyat vasitələrinin satılmasının təşkili ilə əlaqədar avtomobillərin satışı həyata keçirən internet saytında elan verdikdən sonra elanda yerləşdirdiyi özünün istifadəsində olan (055) ***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış şəxslərlə ünvan 1 ünvanında yerləşən dayanacağın ərazisində görüşləri zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X3” Publik Hüquqi şəxsinin təşkil etdiyi hərracda “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”nın 1.2-ci bəndinə əsasən əmlakın ilkin satış qiymətinin 10 faiz həcmində beh məbləğinin ödənilməsini təmin etdikdən sonra iştiraklarını təmin etməklə bankın balansında olan nəqliyyat vasitələrinin satışını həyata keçirəcəyini bildirib, həmin şəxslərin razılığını almaqla onlarla sövdələşərək, o cümlədən Şahid2 2023-cü ilin yanvar ayında Bakı şəhəri ərazisində "xxxx" ASC-nin balansında olan nəqliyyat vasitələrinin alınmasına dair özünə müraciəti ilə əlaqədar sonuncu tərəfindən ilkin satış dəyəri 12000 (on iki min) manat olan “Volkswagen Passat” markalı ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətinin 10 faizini təşkil edən 1200 (bir min iki yüz) manat, ilkin satış dəyəri 13500 (on üç min beş yüz) manat olan “Hyundai Sonata” markalı, ** AK *** qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətinin 10 faizini təşkil edən 1350 (bir min üç yüz əlli) manat, olmaqla cəmi 2550 (iki min beş yüz əlli) manat məbləğində pul vəsaitinin xx.xx.2023-cü il tarixdə qeyd oluna bankın AZ121BAZ******************** nömrəli hesabına ödənilməsini təmin etməklə Şahid2 həmin hərracda iştirak etməsinə nail olduqdan sonra “X3” Publik Hüquqi şəxsinin "xxxx" ASC-nin balansında olan nəqliyyat vasitələrinin satışı barədə xx.xx.2023-cü il tarixli 02/01 və xx.xx.2023-cü il tarixli 02/02 saylı hərrac protokollarına əsasən “Volkswagen Passat” markalı ** PV *** dövlət qeydiyyat nömrə nişanlı və “Hyundai Sonata” markalı, ** AK *** qeydiyyat nömrə nişanlı avtomobillərin Şahid2 satılması ilə əlaqədar sonuncudan 10 mart 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi ilə H.Ələsgərov küçəsinin kəsişməsi, 1027-ci məhəllədə yerləşən həmin banka məxsus dayanacaqda 23.550 (iyirmi üç min beş yüz əlli) manat, eyni niyyətlə Şahid1 2023cü ilin yanvar ayında Bakı şəhəri ərazisində "xxxx" ASC-nin balansında olan nəqliyyat vasitələrinin alınmasına dair özünə müraciəti ilə əlaqədar sonuncu tərəfindən ilkin satış dəyəri 16000 (on altı min) manat olan “Hyundai Sonata” markalı ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətinin 10 faizini təşkil edən 1600 (bir min altı yüz) manat, ilkin satış dəyəri 17500 (on yeddi min beş yüz) manat olan “Hyundai Sonata” markalı, ** PN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətinin 10 faizini təşkil edən 1750 (bir min yeddi yüz əli) manat, ilkin satış dəyəri 16500 (on altı min beş yüz) manat olan “Hyundai Sonata” markalı, ** PB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətinin 10 faizini təşkil edən 1650 (bir min altı yüz əlli) manat, olmaqla cəmi 5000 (beş min) manat məbləğində pul vəsaitinin xx.xx.2023-cü il tarixdə qeyd olunan bankın AZ121BAZ******************** nömrəli hesabına ödənilməsini təmin etməklə Şahid1 həmin hərracda iştirak etməsinə nail olduqdan sonra “X3” Publik Hüquqi şəxsinin "xxxx" ASC-nin balansında olan nəqliyyat vasitələrinin satışı barədə xx.xx.2023-cü il tarixli 02/01 və xx.xx.2023-cü il tarixli 02/02 saylı hərrac protokollarına əsasən “Hyundai Sonata” markalı ** PV ***, ** PB *** və ** PN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillərin Şahid1 satılması ilə əlaqədar sonuncudan xx.xx.2023-cü il tarixdə, ünvan 2 ünvanında yerləşən “X3” PHŞ-nin inzibati binasının qarşısında 45.000 (qırx beş min) manat olmaqla, ümumilikdə qeyd edilən 5 avtomobil üzrə 68.550 (altmış səkkiz min beş yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb, həmin pul vəsaitini işlədiyi Bankın kassasına köçürməli olduğu halda bunu etməyib qeyd edilən pul vəsaitini özünün şəxsi ehtiyaclarına sərf etdikdən sonra, öz cinayətkar niyyətini davam etdirərək törətdiyi cinayət əməlini pərdələmək məqsədi ilə guya Şahid2 tərəfindən "xxxx" ASC-nin hesabına “Hyundai Sonata” markalı ** AK *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə görə 12750 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09611433 nömrəli, “Volkswagen Passat” markalı ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə görə 10800 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09611435 nömrəli, eyni zamanda Şahid1 tərəfindən “Hyundai Sonata” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 15750 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09610913 nömrəli, “Hyundai Sonata” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 14400 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09610915 nömrəli və ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 14850 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09610919 nömrəli kassa mədaxil orderlərinə bilə-bilə yalan məlumatları həmin tarixdə, qeyd olunan bankın ünvan 3 ünvanında yerləşən inzibati binasında daxil etməklə sözügedən kassa mədaxil orderlərini hazırlayıb, bankın İnzibati İdarəetmə Departamentinə təqdim edərək, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Beynəlxalq Bankı” ASC-ə məxsus olmaqla ona etibar olunmuş cəmi 68.550 (altmış səkkiz min beş yüz əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında istehsal proseslərinin avtomatlaşdırılması ixtisası üzrə ali təhsil almışdır. 2012-2015-ci illərdə Buta və Bakı Sığorta şirkətlərində satış üzrə mütəxəssis işləmişdir. 2021-2023-cü illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. İşlədiyi müddətdə ona xidmət müqavilələrinin bağlanması, hərraclarda bankı təmsil etmək və digər sənədləşmə işlərinin aparılması həvalə edilmişdir. Hərraclarda bankı təmsil etmək üçün bankın idarə heyətinin sədrinin adından ona etibarnamə verilmişdir. İttihamla bağlı bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan avtomobillərin satışı ilə əlaqədar 2022-ci ilin dekabr ayında sosial şəbələrdə, müxtəlif xəbər saytlarında elan verilmişdir, həmin elanda əlaqəli şəxs kimi onun nömrəsi qeyd edilmişdir. Bundan bir neçə gün sonra Şahid2 və Şahid1 ayrı-ayrılıqda onun istifadəsində olan 050 774 66 39 nömrəsinə zəng edərək avtomobillər barədə maraqlanmış, onlara avtomobillərin hərrəc yolu ilə satılması barədə məlumat vermiş, bundan sonra Bankın Bakı şəhəri, Qələbə dairəsində yerləşən dayanacağında görüşmüş, həmin şəxslər avtomobillərə baxmış, bir müddət sonra fikirlərinin qəti olduqlarını bildirdiklərindən onlara avtomobillərin satış qiymətinin 10 faizi miqdarında X6 bankda açılmış hesabına ödəniş etmələrini demişdir. Həm Şahid2, həm də Şahid1 ödəniş etdikdən sonra ona məlumat vermiş, o, da sənədləşmə işlərinə başlamışdır. xx.xx.2023-cü il tarixdə keçirilən hərracda Şahid2 hərracda qalib gələrək, Volkswagen Passat” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı və 01 ədəd “Hyundai Sonata” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin, Şahid1 isə 03 ədəd **-PV-***, **-PB-*** və **- PN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobillərin satınalınmasında qalib gəlmişlər. Hərrac bitdikdən sonra Şahid2lə o, Bankın Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən dayanacağında görüşmüş, Yusifdən iki avtomobilə görə Banka ödənilməli olan 23.550 manat pulu almışdır ki, aparıb Banka köçürsün. Bundan sonra elə həmin gün “X3” PHŞ-nin inzibati binasının qarşısında Şahid1lə görüşmüş və ondan da 03 ədəd avtomobilə görə 45.000 manat pulu almışdır ki, aparıb Banka köçürsün. Lakin o, Şahid2 və Şahid1 aldığı ümumilikdə 68.550 manat pulu Bankın hesabına köçürməmiş, həmin pulun bir qismində iri buynuzlu heyvan(inək) almış, bir qismini isə özünə xərcləmişdir. Bundan bir müddət sonra isə işlədiyi departemin rəhbərli tərəfindən, həm direktor Şahid6, həm də qrup rəhbəri Şahid3 tərəfindən ona Yusiflə Şamoya avtomobillərin pullarını Banka köçürmələri barədə məlumat verməsini bildirmişlər. O, bir neçə gün Yusiflə Şamonun adından müxtəlif bəhanələr desə də, artıq törətdiyi əməlin üstünün açılacağından ehtiyat etdiyi üçün onların adından Banka ödəniş edilməsinə dair saxta kassa məxadil orderləri hazırlayaraq işlədiyi departamentdə Şahid3 təqdim etmişdir. Bundan bir müddət sonra isə Bank tərəfindən onun əməli ifşa edilmişdir. Buna görə də o, həmin pulun bir qismində aldığı iri buynuzlu heyvanları sataraq 20.000 manatı Banka qaytarmış, qalan pulun isə qaytarılmasını qısa zaman ərzində təmin edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir qohumluq əlaqəsi, ədavəti və ya düşmənçiliyi yoxdur. 2023-cü ilin fevral ayında sosial şəbəkələrdə o, 2011-cü ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin mühafizəsi işləyir. 2023-cü ilin fevral ayında sosial şəbəkədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan avtomobillərin hərrac yolu ilə satışının həyata keçiriləcəyi barədə məlumat görmüş və sayta daxil olaraq orada qeyd olunan mobil nömrəyə zəng etmiş, özünü bankın səlahiyyətli nümayəndəsi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə söhbət etmiş, Natiqə maşınlara baxmaq istədiyimi dedikdə sonuncu həftənin cümə günləri saat 15 radələrində Yasamal Rayon Polis İdarəsinin yaxınlığında yerləşən dayanacaqda maşınlara baxa biləcəyini demişdir. O, Natiqlə birlikdə dayanacağa gedərək orada bankın balansında olan avtomobillərə baxmış, maşınlara baxdıqdan sonra 03 ədəd “Hyundai Sonata” markalı avtomobilləri hərrac yolu ilə almaq qərarına gəlmişdir. Hərracla bağlı saytda yerləşdirilmiş elanda avtomobillərin dəyəri ayrıayrılıqda 16.000 manat, 16.500 manat və 17.500 manat müəyyən edilmişdir. Hərracda iştirak etmək üçün avtomobillərin dəyərinin 10%-ni ilkin olaraq beh kimi “X3” Publik hüquqi şəxsin bank hesabına hər üç avtomobil üçün ümumilikdə 5000 manat məbləğində pulu hərrac mərkəzinin bank hesabına ödəmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə hərracda iştirak etmiş və qalib gələrək avtomobilləri satın almışdır. Hərrac bitdikdən sonra Natiq ona müqavilə və digər sənədləri hazırlayacağını deyib pulu bank hesabına köçürmək üçün ona verməsini təklif etmiş, o, da hərracın keçirildiyi Bakı şəhəri Ulduz Metrostansiyanın yaxınlığında yerləşən Dövlət Əmlak Komitəsi Hərracın təşkili mərkəzinin qarşısında şəxsi avtomobilində 45.000 manat pulu Natiqə əlbəəl vermişdir. Natiq pulu ondan alandan sonra o, Yusiflə birlikdə DİN BDYPİ-nə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsinə getmiş, Natiq həmin binaya daxil olduqdan bir neçə saat sonra oradan çıxıb müqavilə və digər sənədləri gətirərək hər üç avtomobili onun adına rəsmiləşdirmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan aldığı 45.000 manat pulu bankın hesabına köçürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu 2021-2023-cü illərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləmişdir. O isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində baş mütəxəssis vəzifəsində çalışır. 2023-cü ilin fevral ayında bankın balansında olan avtomobillərin hərrac vasitəsilə satışını həyata keçirməsi Təqsirləndirilən şəxs həvalə edilmişdir. Təqsirləndirilən şəxs hərracda bankı təmsil etmək üçün idarə heyətinin sədrinin adından etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixdə hərrac keçirilmiş və bankın 21 maşınından yeddisi satılmışdır. 2023-cü ilin aprel ayında bankda audit yoxlaması keçirilən zaman hərrac nəticəsində Şahid2 satılmış 01 ədəd “Volkswagen Passat” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı və 01 ədəd “Hyundai Sonata” markalı, **- AK-*** dövlət qeydiyyat nişanlı, Şahid1 satılmış 03 ədəd **-PV-***, **-PB-*** və **-PN-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobillərin hərracda qalib olmuş şəxslər tərəfindən rəsmiləşdirilmədiyi və avtomobillərin bankın balansında qaldığı aşkar olunmuşdur. Bankın rəhbərliyi tərəfindən bu məsələnin araşdırılması ona həvalə edilmiş, bununla bağlı o, Natiqdən məlumat aldıqda sonuncu hərracda qalib olmuş şəxslər tərəfindən qısa zamanda ödənişlərin banka köçürüləcəyini və avtomobillərin alqı-satqısının olunacağını demişdir. Buna baxmayaraq həmin avtomobillərin Natiq tərəfindən faktiki olaraq hərracda qalib olmuş şəxslərə təhvil verildiyi, lakin avtomobillərin dəyəri olan pulun bankın hesabına köçürülmədiyi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu barədə verdiyi izahatında sonuncu ödənişlərin səhvən "xxxx" ASC-nə edildiyini və qısa zamanda bankın hesabına köçəcəyini qeyd edərək bank qəbzlərini təqdim etmişdir. Lakin daha sonra həmin qəbzlərin saxta olduğu və Natiqin həmin pul vəsaitlərini nağd şəkildə alaraq ələ keçirdiyi müəyyən edilmişdir. Həm Şahid1, həm də Şahid2 banka dəvət olunaraq avtomobillərin pulunu ödəmələri tələb edildikdə onlar pul vəsaitlərini hərrac keçirildikdən sonra Natiqə əlbəəl verdiklərini bildirmişlər. Bundan başqa Şamo 02 ədəd “Hyundai İX35” və 01 ədəd “Kia Rio” markalı maşınlar üçün Natiqə 44.900 manat pulu qabaqcadan verdiyini və hərrac keçirilmədən həmin avtomobillərin yol vərəqəsi əsasında sonuncuya Natiq tərəfindən təhvil verildiyini bildirmişdir. O, həmçinin həmin avtomobilləri Natiqin xahişi əsasında dayanacağa geri qaytardığını da qeyd etmişdir. Bundan sonra Natiqlə əlaqə saxlamaq mümkün olmamışdır. Qeyd edir ki, hərrac keçirildikdən sonra qalib olmuş şəxs ilkin olaraq avtomobilin dəyəri olan pulu banka köçürməlidir. Daha sonra ona rəsmiləşdirmə ilə bağlı sənədlər təqdim edilir və alqı-satqı müqaviləsi bağlanır. Lakin Təqsirləndirilən şəxs ona verilmiş səlahiyyətdən sui-istifadə edərək alqı-satqı müqaviləsi bağlamadan hərrac protokolu ilə avtomobilləri rəsmiləşdirərək qaliblərə təhvil verib ödənişləri nağd şəkildə alaraq ələ keçirmişdir. Bank ona vurulmuş zərəri Təqsirləndirilən şəxsn tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Natiq onun "xxxx" ASC-nin İnzibati İdarəetmə Departamentinin direktoru olduğu və rəhbərlik etdiyi departamentdə olan 3 şöbələrdən biri olan Nəqliyyat şöbəsində işləmişdir. Təqsirləndirilən şəxs ona tabe olmuşdur. Təqsirləndirilən şəxs bacarıqlı və savadlı işçi kimi tanımış, onu vəzifəyə götürməmişdən əvvəl hərtərəfli yoxlayıb işə qəbul olunmasının mümkün olduğunu bilmişlər. Natiq Nəqliyyat şöbəsində bankın vaxtı ötmüş maşınların hərrac vasitəsilə satışına cavabdeh idi. Satışa qoyulmuş təxminən 21 maşının hərrac vasitəsilə hamısının ilkin 10% məbləği bankın hesabına tam ödənilmişdir. Lakin bir neçə maşının hərrac vasitəsilə satıldıqdan sonra məbləğləri bank hesabına ödənilməmiş, Təqsirləndirilən şəxs tərəfindən həmin məbləğlər mənimsənilmişdir. Belə ki, vəsaitləri mənimsənilən maşınların sayı təxminən 6 ədəd olmaqla mənimsənilən məbləğ 68.550 manat olmuşdur. Həmin məbləğdən 20.000 manat banka ödənilmiş, qalan 48.550 manat məbləğində pulun Təqsirləndirilən şəxs tərəfindən banka ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla ABB bankında Nəqliyyat şöbəsində bir yerdə işləmişlər. Belə ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində qrup rəhbəri vəzifəsində işləmiş, Natiq də həmin şöbənin işçisi olmuşdur. Onun əsas vəzifəsi bankın balansında olan nəqliyyat vasitələrinin işinin idarə edilməsi və texniki vəziyyətə nəzarət etmək olmuşdur. Təqsirləndirilən şəxs həmin şöbədə mütəxəssis vəzifəsində işləmiş, Natiqin qrup rəhbəri o, olsa da, sonuncu departament direktoru Şahid6la daha yaxın olduğundan onun tapşırıqlarını yerinə yetirirdi. Elə Şahid6 göstərişinə əsasən nəqliyyat vasitələrinin hərrac vasitəsilə həlli Şahid6 səlahiyyətləri daxilində olmuşdur. 2023-cü ilin fevral ayında bankın balansında olan 21 ədəd avtomobilin hərracı ilə bağlı elan yerləşdirilmiş, həmin elanlarda da səlahiyyətli şəxs kimi Natiqin mobil nömrəsi qeyd edilmişdir. Onun vəzifəsi isə avtomobilləri dayanacağa təmin etməkdən ibarət olmuşdur. xx.xx.2023-cü il tarixdə hərrac keçirilmiş və bankın balansında olan bəzi avtomobillər ayrı-ayrı şəxslər tərəfindən alınmışdır. Aprel ayında audit departamenti tərəfindən bankda yoxlama aparıldıqda hərracda qalib olan şəxslər tərəfindən avtomobillərin alınması ilə bağlı hər hansı sənəd aşkar edilməmiş, həmin şəxslərin banka ödəniş etmədikləri müəyyən edilmişdir. Natiqlə bu barədə söhbət etdikdə sonuncu etiraf etmişdir ki, bir neçə şəxsdən maşınların pulunu nağd şəkildə özü almış və həmin məbləğləri banka ödəyəcəyinə söz vermişdir. Lakin Natiqin mənimsədiyi 68.550 manat puldan banka Natiq tərəfindən yalnız 20.000 manat ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində aparıcı mütəxəssis vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs da həmin şöbədə onunla eyni vəzifədə çalışmışdır. Qeyd etmək istəyir ki, əvvəllər də Natiqlə münasibətləri olduğu üçün onun banka işə düzəlməsinə səbəbkar o olmuşdur. Belə ki, 2021-ci ildə şöbəyə sürücü lazım olduğu üçün o, Natiq barədə İnzibati İdarəetmə Departamentinin direktoru Şahid6 məlumat vermiş və sonuncu xx.xx.2021-ci il tarixdə sürücü kimi banka işə götürülmüşdür. Natiq təxminən 1 həftə işlədikdən sonra bankda mütəxəssis vəzifəsinə təyin edilmişdir. Natiq bacarıqlı əməkdaş olduğundan qısa zamanda Şahid6 etibarını qazanmış və ona hərraclarda bankın nümayəndəsi kimi iştirak etməsi ilə bağlı etibarnamə verilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə bankda audit yoxlaması keçirilmiş və yoxlama nəticəsində hərracda iştirak edən şəxslər tərəfindən avtomobillərin təhvil alındığı, lakin ödənişlərin edilmədiyi müəyyən olunmuşdur. Natiq isə bundan sonra banka işə çıxmamış, bu səbəbdən bankın rəhbərliyi onun barəsində hüquqmühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, “Panorama Travel” səyahət agentliyinin rəhbəridir. Əsas fəaliyyəti ölkəyə gələn turistlərin həm Bakı, həm də digər rayonlarda gəzinti və istirahətini təşkil etməkdən ibarətdir. Həmçinin o, maşın alqı-satqısı ilə də məşğul olmuş, təxminən 20-yə yaxın maşın əldə edib satmışdır. 2023-cü ilin fevral ayında sosial şəbəkədə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan avtomobillərin hərrac yolu ilə satışının həyata keçiriləcəyi barədə məlumat görmüş, əlaqə nömrəsi isə Təqsirləndirilən şəxs məxsus telefon nömrəsi olmuşdur. Natiqlə əlaqə saxlamış, danışıq zamanı sonuncu özünü bankın səlahiyyətli nümayəndəsi kimi təqdim edərək ona hərrac barədə məlumat vermişdir. O, Natiqə maşınlara baxmaq istədiyini dedikdə sonuncu həftənin cümə günləri saat 15-16 radələrində Heydər Əliyev adına İdman Kompleksinin arxasında yerləşən dayanacaqda maşınlara baxa biləcəyini qeyd etmiş, sonra bir neçə dəfə həftənin cümə günləri Natiqlə birlikdə dayanacağa gedərək orada bankın balansında olan 21 ədəd avtomobilə baxmışdır. O, maşınlara baxdıqdan sonra 01 ədəd “Volkswagen Passat” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı və 01 ədəd “Hyundai Sonata” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilləri hərrac yolu ilə almaq qərarına gəlmiş, hərracla bağlı saytda yerləşdirilmiş elanda “Volkswagen Passat” markalı avtomobilin dəyəri 12.000 manat, “Hyundai Sonata” markalı avtomobilin dəyəri isə 13.500 manat müəyyən edildiyi üçün onları almaq qərarına gəlmişdir. Hərracda iştirak etmək üçün avtomobillərin dəyərinin 10%-ni ilkin olaraq beh kimi “X3” Publik hüquqi şəxsin bank hesabına hər iki avtomobil üçün ümumilikdə 2500 manat məbləğində pulu hərrac mərkəzinin bank hesabına ödəmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə hərracda iştirak etmiş və qalib gələrək həmin avtomobilləri satın almışdır. Lakin Təqsirləndirilən şəxs sözünə əsasən maşınların dəyərini əlbəəl Natiqə vermişdir. Natiq bildirmişdir ki, banka pulu özü ödəyəcəkdir. Natiqə köhnə Papanin küçəsi, yeni adı Cəlil Məmmədquluzaddə küçəsində yerləşən "xxxx" ASC-nin dayanacağında görüşərək 23.550 manat pul təqdim etmişdir. O, da avtomobilin rəsmiləşdirilməsi üçün zəruri olan müqavilə və maşının digər sənədlərini ona təqdim etmiş, o, da növbəti gün DİN BDYPİ-nə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsinə gedərək hər iki avtomobili adına rəsmiləşdirərək götürmüşdür. Daha sonra baş verənlərdən məlumatı olmamışdır. 2023-cü ilin may ayında onu banka dəvət etmişlər. Bankda ona banka borcunun olduğunu, hərrac nəticəsində maşınlar üçün ödəməli olduğu pulu banka köçürmədiyini demişlər. O, isə avtomobillərin hər ikisinin pulunu Natiqə verdiyini bildirmiş, bundan sonra onunla heç kim əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahid ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin İdarə Heyyətinin sədr müavinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətindən müəyyən olunur ki, Cəmiyyətin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləyən Təqsirləndirilən şəxs Bankın balansında olan avtonəqliyyat vasitələrinin satışının təşkil edilməsi ilə bağlı öz maraqları üçün istifadə edərək 68.550 manat pul vəsaitini mənimsəmişdir. Məhkəmədə elan edilib araşdırılmış ibtidai araşdırma orqanının 16 aprel 2024-cü il tarixli qərarlarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış kassa mədaxil orderlərindən müəyyən ounur ki, Təqsirləndirilən şəxs tərəfindən ilkin satış dəyəri 12000 (on iki min) manat olan “Volkswagen Passat” markalı ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətinin 10 faizini təşkil edən 1200 (bir min iki yüz) manat, ilkin satış dəyəri 14100 (on dörd min bir yüz) manat olan “Hyundai Sonata” markalı, ** AK *** qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətinin 10 faizini təşkil edən 1410 (bir min dörd yüz on) manat, ilkin satış dəyəri 17500 (on yeddi min beş yüz) manat olan “Hyundai Sonata” markalı, ** PN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətinin 10 faizini təşkil edən 1750 (bir min yeddi yüz əli) manat, ilkin satış dəyəri 16500 (on altı min beş yüz) manat olan “Hyundai Sonata” markalı, ** PB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin satış qiymətinin 10 faizini təşkil edən 1650 (bir min altı yüz əlli) manat pul vəsaiti xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin AZ121BAZ******************** nömrəli hesabına ödənilmişdir. Məhkəmədə elan edilib araşdırılmış kassa məxadil orderlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini pərdələmək məqsədi ilə guya Şahid2 tərəfindən "xxxx" ASC-nin hesabına “Hyundai Sonata” markalı ** AK *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilə görə 12750 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09611433 nömrəli, “Volkswagen Passat” markalı ** PV *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə görə 10800 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09611435 nömrəli, eyni zamanda Şahid1 tərəfindən “Hyundai Sonata” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 15750 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09610913 nömrəli, “Hyundai Sonata” markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 14400 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09610915 nömrəli və ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 14850 manat pul vəsaitinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, TT**********09610919 nömrəli kassa mədaxil orderləri tərtib etmişdir. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2021ci il tarixli, 4648K nömrəli əmrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis təyin edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən, həmçinin xx.xx.2020-ci il tarixli vəzifə təlimatından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bankın balansında olan nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamaq, DYP və NNA-nə vaxtında məktubların göndərilməsini təşkil etmək və daima nəzarətdə saxlamaq, nəqliyyat vastiələrinin satışının təşkilində yaxından iştirak etmək, nəqliyyat vasitələrinin sığorta olunmasını təşkil etmək və nəzarətdə saxlamaq, tabeçiliyində olan işçilərlə müvafiq işlərin aparılmasını təşkil etmək, bankın normal iş fəaliyyətini təmin etmək üçün taksi xidməti, evakoasiya xidməti, yük daşıma xidməti və s. xidmətlərin təşkil edilməsində iştirak etmək, nəqliyyat vasitələrinin yanacaqla təmin edilməsini təşkil etmək və aylıq təqdimatı MMD-nə təqdim etmək, kuryer xidmətinin və xidməti sürücülərin koordinasiyasını təşkil etməkdən ibarət, həmçinin xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Xidmətin tabelində olan “X3” Publik Hüquqi şəxsi ilə olan məktubların, sənədlərin bank adından təhvil verilməsi, təhvil alınması, hərraclarda Bankın adından iştirak və hərraclardan sonra tərtib olunmuş protokolların imzalanması kimi səlahiyyətlərə malik tam maddi-məsul şəxs olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «CD diskə baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı 2023-cü ilin yanvar ayından mart ayına kimi Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 774 66 39 nömrəsi ilə Şahid1 istifadəsində olan 050 486 11 33 nömrəsi və Şahid2 istifadəsində olan 050 283 22 20 ilə çox saylı danışıqlar qeydə alınmışdır. Məhkəmədə elan edilib araşdırılmış «mobil telefona baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan müəyyən olunur ki, Şahid1 istifadəsində olan “Samsung” markalı mobil telefona baxış zamanı Şahid1 istifadəsində olan “Samsung” markalı mobil telefonda 050 486 11 33 nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” tətbiqetmə proqramı ilə Təqsirləndirilən şəxs 050 774 66 39 nömrəsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” tətbiqetmə proqramı arasında danışıqlar zamanı Ş,Babayev ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2022-cü il tarixdən 10 may 2023-cü il tarixə kimi mütəmadi danışıqlar qeydə alınmış, həmin danışıqlar əsasən avtomobillərin alınması və satılması ilə bağlı olmuşdur. 19 aprel 2023-cü il tarixdə Şahid1 Təqsirləndirilən şəxs “Elman ygr meni, ceklerin weklini dedi at mene, srazu cek at odyen kmi, mende buna atim” məzmununda sms yazmış, daha sonra Təqsirləndirilən şəxs 3 ədəd qəbzin şəklini Şahid1 göndərmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Məhkəmədə elan edilib araşdırılmış təqsirləndirilən şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, o subaydır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 6-2-41/2- 33585/2023 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dəymiş zərərin 20.000 manat məbləğində hissəsini ödəmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CMnin 179.3.2 və 313-cü maddələri ilə yanaşı CM-nin 308.1-ci maddəsi ilə ittiham verilmişdir ki, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə baxışı zamanı ittiham nitqi ilə çıxış edən Dövlət ittihamçısı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyini qeyd edərək, həmin hissədə ittihamdan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.6-cı maddəsinə əsasən, dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə hemab edir ir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Beləliklə, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə yolu ilə talaması, vəzifəli şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işlədiyi müddətdə 68.550 manat nağd pul vəsaitini təyinatı üzrə bankın hesablaşma hesablarına təhvil verməyərək mənimsəyərək Cəmiyyətə killi miqdarda ziyan vurması özünün və şahidlərin ifadələri, ibtidai araşdırma və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə vurulmuş maddi zərərin qismən ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunmasına yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini öz qulluq mövqeyindən istifadə etməklə, yəni "xxxx" ASC-də Cəmiyyətin İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləyərkən törətməsini nəzərə alaraq, onun barəsində dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının da əlavə cəza qismində təyin edilməsini qanunamüvafiq hesab edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 313-cü cü maddəsi CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə örətməyən cinayətlər, CM-nin 15.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilib məhkəmə iclasından həbsə alınmalı, cəza çəkməsinin başlanğıcı həbsə alındığı 29 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə nəzərə alır ki, baxılan iş üzrə xüsusi müsadirə edilən əmlak müəyyən edilməmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş kassa mədaxil orderləri, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin CM-nin 46.2ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 179.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 02 (iki) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 313-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə verilmiş ittiham üzrə dövlət ittihamçısının ittihamdan imtinası qəbul edilsin, iş üzrə həmin maddə ilə olan cinayət təqibinə xitam verilsin. Cinayət işinin materiallarına əlavə edilmiş mədaxil orderləri və CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə dəymiş ziyanın ödənilməmiş hissəsi ilə bağlı mülki-mühakimə icraatı qaydasında yerli məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar