Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1789/2024 15.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 14.00-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla üzərində daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə naməlum şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 72,753 qram çəkidə narkotik vasitə olan tiryəki 200 manat pul müqabilində 01 ədəd ağ rəngli sellofanda əldə edərək saxlamaqla üzərində daşımış, 11 yanvar 2024-cü il tarixdə saat 22:20-də Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, “DSK” yolunda saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi rayon polis idarəsinin 4-cü polis şöbəsinə gətirilib üzərində həmin gün saat 23:30-da şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli sellofanın içində ümumi təmiz çəkisi 72,753 qram olan, külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Polis əməkdaşları DSK yolunda yox, Xırdalanda “Kristal Abşeron”un qarşısında dayanacaqda müştəri çağırdığı zaman ona yaxınlaşaraq Binəqədi rayonu 4-cü polis bölməsinə aparmışlar. Bu zaman yanında gözləri görməyən, birinci qrup əlil olan qohumu olmuşdur. Qohumu onun, o isə polislərin maşınında getmişdir. 300-400 metr aralaşdıqdan sonra polis əməkdaşı digər əməkdaşa zəng edərək qohumunu düşürməsini demişdir. Üzərində narkotik vasitə olmamışdır. Bölmədə polislər tərəfindən ona təzyiq edilmiş, bu səbəbdən videoçəkilişdə narkotik vasitənin ona aid olmasını bildirmişdir. Üzərinə baxışda yalnız daraq, telefon, avtomobilinin açarı aşkar edilmişdir. Ona narkotik vasitə istifadəçisi kimi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyi deyilmiş, o da istifadəçi olduğunu bildirmişdir. Arabir narkotik vasitə marixuana istifadə edir. Səhəri günü ona narkotik vasitənin satışında ittiham olunduğu bildirildikdə sənədləri imzalamaqdan imtina etmişdir. Sanskiya məhkəməsində olarkən hakimə satışla əlaqəsi olmadığını, onu yüklədiklərini demişdir. 4.Məhkəmə iclas zalında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə tiryək və psixotrop maddə metamfetamindən istifadə edir. 09 yanvar 2024cü il tarixdə axşam saatlarında tiryək almaq üçün Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerə getmiş və narkotik vasitə satıcısı kimi üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb ona yaxınlaşaraq 200 manat pulunun olduğunu, həmin qiymətə tiryək lazım olduğunu bildirmişdir. Həmin şəxs gözləməyini bildirib getmiş və təxminən 5-7 dəqiqə sonra geri qayıtmışdır. Həmin şəxsdən 200 manat pul müqabilində 01 ədəd ağ rəngli sellofanda tiryək alıb üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. 11 yanvar 2024cü il tarixdə saat təxminən 22:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və bildirmişlər ki, Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 4-cü PŞ-yə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 4-cü PŞ-nin inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 4-cü PŞ-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra ona müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsi ilə bağlı qərar elan edilmiş və qərarla tanış olmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O könüllü olaraq əynində olan qara rəngli şalvarın qabaq sol yan cibində saxladığı içində tiryək olan 01 ədəd ağ rəngli sellofanı və şalvarın arxa sağ cibindən 01 ədəd darağı çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən ağ rəngli sellofan açıldıqda içində tiryək olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddələr barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə tiryəkdir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni 2 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, "Papanin” adlanan yerin yaxınlığında tanımadığı şəxsdən 200 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd sellofanda olan tiryək şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf o, eləcə də şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalanmışdır (İ cild, səh. 60-63). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə bağlı ona əməliyyat məlumat daxil olmuş və əməliyyatda ondan başqa Şahid2 də iştirak etmişdir. Yanvar ayında, axşam saatlarında Binəqədi rayonunda DSK deyilən ərazidə şəxs tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, saxlanılan zaman yanında kimsə olmamış, tək və piyada olmuşdur. Üzərinə şəxsi axtarış polis bölməsində videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə keçirilmiş və üzərindən narkotik maddə tiryək aşkar edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara hansısa müqavimət göstərməmiş, saxlanılan zaman, idarəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs hansısa zor və təzyiq göstərilməmiş, saxlanılandan sona kimi şəxsin yanında olmuşdur. Narkotik vasitələrin satışı ilə bağlı hansısa məlumat daxil olmamış və saxladıqdan sonra satışla bağlı hansısa məlumat əldə edə bilməmişlər. Aşkar edilmiş maddəni nə ilə bağlı aldığını deməsi yadında deyil. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə baxışında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə olunmuş, o və Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri özü olmuşdur. Daha sonra 11 yanvar 2024-ci il tarixdə saat 22:20-də Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda əvvəlcədən alınmış məlumat əsasında Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə uyğun gələn şəxs saxlanılmışdır. Həmin şəxsə özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onunla birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasına gəlmişdir. Binəqədi RPİ-nin 4-cü PŞ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə tərəflərindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxladığı 01 ədəd ağ rəngli sellofanı və həmin şalvarın sağ arxa cibində saxladığı 01 ədəd darağı çıxararaq masanın üzərinə qoymuşdur. Muradın üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir əşya, yaxud predmet aşkar edilməmişdir. Aşkar edilmiş 01 ədəd ağ rəngli sellofan açıldıqda içində 01 ədəd qara rəngli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd olunan maddə narkotik vasitə tiryəkdir, xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, ’’Papanin” adlanan yerdə tanımadığı şəxsdən 200 manat pul qarşılığında şəxsi istifadəsi üçün almışdır. Həmin maddənin çəkisi sellofanla birlikdə elektron tərəzidə çəkildi və 78,81 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 01 ədəd sellofanda olan qara rəngli narkotik vasitə tiryəkə bənzər maddə boş zərfə qoyularaq DİN-in 173 №-li zərflər üçün möhürü ilə möhürlənmişdir. Keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokol ucadan oxunmuş, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 90-92). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şahid1 əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında raportla bölmə rəhbərliyinə müraciət etmişlər və əməliyyatda onlar ikisi iştirak etmişlər. 11 yanvar tarixində, axşam saat 10-11 arasında Binəqədi rayonunda DSK yolunda zahiri əlamətləri oxşar olduğundan şəxsə yaxınlaşıb özlərini təqdim edərək şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. Şəxs saxlanılan zaman tək və piyada küçədə olmuşdur. Polis şöbəsində xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və narkotik maddəyə oxşar maddə tiryəki təqdim edərək öz istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Üzərindən aşkar olunan narkotik vasitə ağ sellofana bükülmüş vəziyyətdə cibindən çıxmışdır. Təqsirləndirilən şəxsi özlərinin şəxsi mülki maşınlarında gətirmişlər və avtomobil digər əməliyyatçının maşını olmuşdur. Axşam radələri olduğundan təqsirləndirilən şəxsin DSK yolunun hansı hissəsində saxlanıldığını xatırlamır. Satışla bağlı onlarda hansısa əməliyyat məlumatı olmamışdır. Şəxsə qarşı sonradan satışla bağlı ittihamın irəli sürülməsindən məlumatı olmamışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs qarşı hansısa zor və təzyiq göstərilməmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 93- 95). 9.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, yanvar ayı tarixini dəqiq xatırlamadığı gundə Xırdalanda “Kristal” tərəfdə Murad taksi fəaliyyəti ilə məşğul olarkən yanında olmuş, və Murad müştəri çağırmışdır. Həmin vaxt yanlarında qara maşın saxlamış və özlərini təqdim etməyən şəxslər Muradı döyə-döyə maşına basıb aparmışlar. Ona da maşında şillə vurmuşlar. O, sərnişin olmadığını, qohumu olduğunu demiş, sonra onu yarı yolda düşürdərək Muradı Abşeron rayon Polis Bölməsinə apardıqlarını demişlər. Dörd gündən sonra Muradın başqa yerdə olması barədə xəbər çıxmışdır. Onun yanında maşını yoxlayaraq “narkoti hanı” demişlər və o, Xırdalana heç nə almağa gəlmədiyini bildirmişdir. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/176 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs ...” və s. soyadlar, imzalar olan kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 72,753 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Tiryək Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir (Siyahı İ) (İ cild, səh. 36-40). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 29 yanvar 2024-cü il tarixli 524 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 111-112). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 25 aprel 2024-cü il tarixli, 1136 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixiopatik cizgiləri aşkar olunur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissəsi: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixiopatik cizgiləri aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür (İ cild, səh. 115- 116). 13.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 yanvar 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli sellofanı və sağ arxa cibində saxladığı 01 ədəd darağı çıxararaq masanın üzərinə qoymuşdur. Həmin sellofanı açan zaman içərisində qara rəngli narkotik vasitə olan tiryəkə bənzər kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin sellofanın içində aşkar edilmiş maddənin narkotik vasitə tiryək olduğunu, həmin maddəni 2 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 200 manat pul qarşılığında əldə etdiyini, həmin maddənin istifadəçisi olduğu üçün götürüb üzərində saxladığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir predmet və ya əşya aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitə tiryəkə bənzər kütlə sellofanla birlikdə elektron tərəziyə qoyulmuş və çəkisinin 78,81 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 173 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (İ cild, səh. 28-29). 14.«Mobil operatorun təqdim etdiyi diskə baxış keçirilməsi haqqında» 19 aprel 2024cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC mobil operatorundan daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** GSM nömrəsi ilə 12 dekabr 2023-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, qeyd olunan tarixlərdə daxil olan və çıxan SMS-in mətn və siyahısının, eləcə də həmin nömrəyə aid anten məlumatlarının olduğu 01 ədəd CD formatlı diskə baxış keçirilmiş, baxış zamanı 12 dekabr 2023-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək müddət ərzində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** GSM nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı, qeyd olunan tarixlərdə daxil olan və çıxan SMS-in mətn və siyahısında, eləcə də anten məlumatlarında istintaq marağı kəsb edən hər hansı hal, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, yaxud narkotik vasitəni əldə etdiyi mənbəyə dair hər hansı hal müəyyən edilməmişdir (İ cild, səh. 109). 15.«Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında» 10 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 72,753 qram narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut qismində tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 72,653 qram olan narkotik vasitə tiryək saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, səh. 98-99). 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol çiynin bayır səthində, sol bazunun və hər iki saidin ön səthində köhnə çapıq toxuması aşkar edilmişdir. 17.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 19). 18.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 4(001)- 41/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 yanvar 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 73-77). 19.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 96-97). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 21.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 22.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
24. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımaya tövsif edilməlidir.
25. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 26.İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 27.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 28.Bundan başqa, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli özünün qismən etirafedici ifadələri, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolu, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi protokolu, xx.xx.2024cü il tarixli “maddi subut qismində tanınma və saxlanca verilmə haqqında” qərar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/176 №-li rəyi, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin ambulator məhkəmə-narkoloji ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 524 №-li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin ambulator məhkəmə psixiatrik ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 1136 №-li rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət formal cümlə olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki məhz satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin özünün qismən etirafedici ifadələri ilə sübuta yetirildiyini qeyd etmiş, lakin həmin etirafedici ifadələrin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində istintaq orqanın qeyd etdiyi kimi təqsirləndirilən şəxsin istinad edilən cinayət əməlinin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən qismən etirafedici ifadə müəyyən edilməmişdir. Həmçinin, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etdiyinə dair bir söz işlətməmişlər. Şahidlər Şahid1 və Şahid2 verdikləri ifadələrində Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini deməsini qeyd etmişlər. İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə tiryəki satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/176 nömrəli nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddənin narkotik vasitə tiryək olmasını təsdiq etsə də həmin narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin Ambulator X4 barədə 29 yanvar 2024-cü il tarixli 524 nömrəli rəyi isə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğunu müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu təsdiq edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 25 aprel 2024-cü il tarixli, 1136 nömrəli rəyi isə ümumiyyətlə aşkar edilmiş narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasına dəlalət etmir. 29.İstintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növləri kimi «xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolunu, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi protokolunu» qeyd etmişdir. İş materiallarında olan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən hər hansı bir ifadə işlədilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 11 yanvar 2024-cü il tarixli protokolda və «Diskə baxış keçirilməsi haqqında» 24 yanvar 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirməsi göstərilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, istintaq orqanının istinad etdiyi qeyd olunan sübut növləri Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq etmir. 30.Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin ittiham olunduğu əməli təqsirli olaraq törətməsinin təsdiqi olaraq istinad etdiyi digər sübut növü kimi «xx.xx.2024-cü il tarixli maddi subut qismində tanınma və saxlanca verilmə haqqında qərarı» göstərmişdir. «Maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında» 10 mart 2024-cü il tarixli qərardan göründüyü kimi cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 72,753 qram narkotik vasitə tiryək, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman edilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmışdır. Göstərilən maddi sübutlar Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitənin mövcudluğunu, eləcə də həmin narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini, Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilən narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növü olsa da satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması qənaətinə gəlməyə əsas vermir. 31.Bundan başqa, istintaq orqanı tərtib edilmiş ittiham aktında Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsinin «işin digər halları» ilə tam sübuta yetirildiyini qeyd etmiş, lakin yenə də işin digər hallarının nədən ibarət olmasına aydınlıq gətirilməmiş, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış iş materiallarında isə təqsirləndirilən şəxsin istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsini təsdiq edən istintaq orqanın qeyd etdiyi kimi «işin digər halları» müəyyən edilməmişdir. 32.Eyni zamanda, məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut növü və ya sübutların məcmusu müəyyən olunmamışdır. 33.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 34."Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". 35.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 36.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş narkotik vasitəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 37.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 38.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 182-ci bəndinə görə 50 qram və yuxarı həddə narkotik vasitə olan tiryək külli miqdar hesab hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 39.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin bir bükümdə - 72,753 qram çəkidə narkotik vasitə tiryəki əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş narkotik vasitə tiryəkin miqdarının külli miqdar təşkil etməsi həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 40.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsin Ambulator X4 barədə 29 yanvar 2024cü il tarixli 524 nömrəli rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin narkotik vasitə tiryəki şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin narkotik vasitə tiryəki şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 41.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 42.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 44.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 45.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 46.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 47.Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 48.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə tiryək əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. 49.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 72,753 qram çəkidə narkotik vasitə tiryək əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 50.Məhkəmə, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 51.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 52.Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol çiynin bayır səthində, sol bazunun və hər iki saidin ön səthində köhnə çapıq toxuması aşkar edilmiş, təzə xəsarət izi aşkar olunmamışdır. 53.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 54.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 55.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 56.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 57.Məhkəmə həmçinin müdafiəçinin vəsatətinə əsasən dinidirilmiş şahid X3 ifadəsinə münasibətdə qeyd edir ki, onun təqsirləndirilən şəxsin qohumu olmaqla xeyrinə ifadə verməsi istisna olunmur. 58.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 59.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 61.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 62.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 64.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 65.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 66.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 67.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 68.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 69.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 70.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 71.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. 72.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 73.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 75.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 72,653 qram çəkidə narkotik vasitə tiryəkin məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 76.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 77.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 78.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 79.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 80.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 81.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssişlərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «FİDES»Vəkil Bürosunun hesabına ödənilməlidir. 82.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 11 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 (yüz on) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri «FİDES» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 72,653 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev