Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-179/2021 29.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi”-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, “xxxx” MMC-nin direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tanışları Şahid2, Şahid4 və qeyriləri vasitəsilə dolayı yolla tanıdığı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi (03.10.2014-cü il tarixdən 19.12.2018-ci il tarixədək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti, 19.12.2018-ci il tarixdən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi) arasında bağlanmış 05.01.2012-ci il tarixli RDPNW-16/İPMU/012 saylı xidməti müqavilə üzrə İFAD (X4 İnkişafı Fondu) Layihə İdarəetmə Qrupunun maliyyə menecerinin köməkçisi vəzifəsində işləməklə həmin layihə idarəetmə qrupuna tələb olunan hesabat və məruzələrin hazırlanmasında yardım etmək, xüsusilə maliyyə funksiyası ilə bağlı müvafiq bərk disk və elektron qeyd və faylları saxlamaq, ödəniş və digər müvafiq sənədlərin İFAD Layihə idarəetmə qrupundan banka və əksinə təqdim edilməsini təmin etmək, qəbzlər üzrə bank hesablarını təsdiqləmək və digər işlərin görülməsini təşkil etmək funksiyalarına malik maddi məsul şəxs olan Şahid1 qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəyərək talama cinayətini törətməsinə Şahid2, Şahid4 və qeyriləri ilə birlikdə, qanunsuz köçürüləcək pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə və məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, bu məqsədlə Şahid2 və qeyriləri vasitəsilə Şahid1 özünün məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkliklə direktoru olduğu 09.01.2015-ci il tarixdə Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış “xxxx” MMC-nin (VÖEN**********) “xxxx” ASC-nin Nərimanov filialında olan AZ79ATAZ******************** saylı bank hesabı barədə rekvizitləri bildirməklə, Şahid1 Şahid2la qabaqcadan əlbir olub saxta möhür və ştamp hazırlamalarına dair cinayətkar məqsədlərindən xəbəri olmadan, Şahid1 qeyd edilən qaydada 02.06.2015-ci il tarixdən 10.06.2015-ci il tarixədək olan dövr ərzində işlədiyi xidmətin ünvan 3 ünvanında yerləşən “Hökumət Evi”-nin 8-ci mərtəbəsində yerləşən xidməti otağında istifadəsində olan kompyuterdə hazırladığı Agentliyin “Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə kənd əhalisinin yoxsulluğunu və ərzaq təhlükəsizliyini davamlı əsasda azaltmaq, təsərrüfatdaxili suvarma sistemlərinin təmir-bərpası, bitkiçiliyin, heyvandarlığın, baytarlıq xidmətlərinin inkişafı, yeni əkin texnologiyalarının yayımı və sair məqsədlər üçün “Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə “xxxx” ASC-də olan AZ45AİİB******************** saylı bank hesabına guya həmin layihə üzrə təqdimata əsasən müqavilə əsasında işlərin görülməsi adı ilə köçürülməsinə dair məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan ödəniş tapşırıqlarında həmin layihə üzrə maliyyə meneceri işləyən cinayətdən xəbərsiz X8 və layihənin rəhbəri X5 əvəzindən imzalayıb, agentliyin adına Şahid2la birlikdə qanunsuz olaraq hazırladıqları saxta möhürlə təsdiq edib, ödəniş və digər müvafiq sənədlərin “xxxx” ASC-nin 1 saylı Səbail filialına təqdim edib, həmin ödəniş tapşırıqları üzrə özünün direktoru olduğu “xxxx” MMC-nin “xxxx” ASC-də olan qeyd edilən bank hesabına 02.06.2015-ci il tarixli 317 saylı ödəniş tapşırığı üzrə 49.540,2 manat və 09.06.2015-ci il tarixli 322 saylı ödəniş tapşırığı üzrə 44.500 manat, ümumilikdə 2 ödəniş tapşırığı üzrə cəmi 94.040,2 (doxsan dörd min qırx manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin köçürülməsindən sonra Şahid2, Şahid4 və qeyriləri ilə birlikdə məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırmaqla yardım edərək, həmçinin, qabaqcadan verdiyi vədə uyğun olaraq, köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən həmin pul vəsaitləri üzərində sərəncam verməyə dair hərəkətlərini davam etdirərək qeyd edilən hesabdan 02.06.2015-ci il tarixdən 10.06.2015-ci il tarixədək olan müddətdə həmin pul vəsaitini AB-1№125019 saylı və AB-1№125020 saylı çeklər əsasında məxaric etməklə əldə edib qeyriləri və Şahid4, Şahid2 vasitəsilə Şahid1 Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən ünvanda təqdim edib, Şahid1 tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 94.040,2 (doxsan dörd min qırx manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin qulluq mövqeyindən istifadə edilib vahid niyyətlə külli miqdarda ziyan vurulmaqla mənimsəməsində və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edilməklə vahid niyyətlə vəzifə saxtakarlığının törədilməsində Şahid2, Şahid4 və qeyriləri ilə birlikdə məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırıb yardım etməklə, qanunsuz köçürülmüş pul vəsaitlərini əldə etməyi, onlara sahiblik və onlardan istifadə etməyi, o cümlədən, həmin pul vəsaitləri üzərində sərəncam verməyi qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, dəqiq tarixini xatırlamadığı vaxtda əvvəllər tanımadığı və yaxınlıq münasibətdə olmadığı Şahid4 adlı şəxs ilə tanış olmuşdur. Əşrəf ona firmada müdir olmasını təklif etmiş, müəyyən sənədləri banka aparıb gətirməsi müqabilində aylıq 300-500 manat maaş verəcəyini vəd etmişdir. Bu işdə heç bir problem olmadığını, sadəcə ona köməklik göstərilməsini xahiş etmişdir. O da həmin vaxt heç yerdə işləmədiyindən və pula ehtiyacı olduğundan Əşrəflə razılaşmışdır. Əşrəf ondan şəxsiyyət vəsiqəsini alaraq Vergilər bölməsində müvafiq sənədləşdirmə işləri aparmış və adına tərtib olunan sənədləri tanış olmadan imzalamış, həmin vaxt ümumiyyətlə adına şirkət açılmasını bilməmişdir. Şahid4 tapşırığı əsasında onun verdiyi sənədləri aparıb gətirmiş və bunun müqabilində 30 manat, 50 manat kimi pullar almışdır. Ümumilikdə isə bu işdən qazancı 500 manat civarında olmuşdur. Şahid2, Şahid1 və Şahid4 cinayət əməllərindən xəbərdar olmamış, bu şəxslərə kömək edəcəyini vəd etməmiş, bankdan 2 qəbz üzrə 94.040,2 manat pulun götürülməsində ümumiyyətlə iştirak etməmiş, həmin pulların götürüldüyü tarixlərdə xəstəxanada olmuşdur. Məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi layihələrdən biri də “Kənd yerlərinin kompleks inkişafı” layihəsidir. Layihənin əsas məqsədi ərzaq təhlükəsizliyi və gəlirlərin artırılması imkanlarının təkmilləşdirilməsi vasitəsi ilə Ağdaş, Yevlax, Şəki və Oğuz rayonlarında kənd yoxsulluğunun azaldılmasından ibarətdir. Qoyulmuş məqsədə nail olmaq üçün layihə ərazilərindəki təsərrüfatdaxili suvarma sistemlərinin təmir-bərpası, bitkiçiliyin, heyvandarlığın, süni mayalanma və baytarlıq xidmətlərinin inkişafı, yeni əkin texnologiyalarının yayımı, təsərrüfatlara müasir maliyyə xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Layihə üzrə əsas fəaliyyət 4 istiqamətdə aparılır. Bunlardan birincisi X1 və Sudan İstifadə edənlər Birliklərinə dəstək, yəni suvarma sistemlərinin bərpası işləri, sosial infrastrukturun yaxşılaşdırılması, ikincisi Kənd Təsərrüfatı məhsuldarlığının və rentabelliliyinin artırılması, yəni bitkiçilik məhsuldarlığının və mənfəətliliyinin artırılması, heyvandarlığın inkişafı, Kənd marketinqinin inkişafı, üçüncüsü Kənd Maliyyə Xidmətləri, yəni Bank Olmayan Kredit Təşkilatları (BOKT) vasitəsilə orta müddətli kreditləşmə, İcma əsaslı təşkilatlar vasitəsi ilə kiçik və mikro-kreditləşmə, dördüncüsü isə layihənin idarə edilməsidir. Layihədə maliyyə menecerinin köməkçisi vəzifəsində xidmət göstərən Şahid1 xidmət müqaviləsi əsasında vəzifələrini icra etmişdir. Şahid1 köməkçi kimi əsas işi texniki işlərdən ibarət olmuşdur. Onun görməli olduğu işlər xidmət rəhbərliyi ilə arasında bağlanan xidmət müqavilələrinə əlavə olunan vəzifə təlimatına uyğun aparılmışdır. Həmin təlimatda Şahid1 əsas işi tələb olunan hesabat və məruzələrin hazırlanmasında yardım etmək, xüsusilə maliyyə funksiyası ilə bağlı müvafiq bərk disk və elektron qeyd və faylları saxlamaq, ödəniş və digər müvafiq sənədlərin İFAD Layihə idarəetmə qrupundan banka və əksinə təqdim edilməsini təmin etmək, qəbzlər üzrə bank hesablarını təsdiqləmək və digər işlərin görülməsini təşkil etməkdən ibarət olmuşdur. Belə ki, Sevinc ona təqdim edilən məlumatlar əsasında öz kompyuterində ödəniş tapşırıqları hazırlayır, həmin ödəniş tapşırıqları təsdiq edildikdən sonra banka aparmaq və təsdiqedici sənədləri, yəni hesabdan çıxarışları bankdan qəbul edərək maliyyə menecerinə çatdırmaq və s. işlərlə məşğul olmuşdur. Belə ki, hər hansı bir pul köçürmə ilə əlaqədar ilk öncə İllik İş planına və büdcəyə uyğun olaraq nəzərdə tutulan işlərə görə ödəniş tapşırığı maliyyə meneceri tərəfindən verilən məlumatlar üzrə Şahid1 tərəfindən xidmətin yerləşdiyi Hökumət evinin 8ci mərtəbəsində yerləşən xidməti otağında kompyuterdə hazırlanmış və həmin ödəniş tapşırığında olan məlumatların düzgün yazılmasını yoxladıqdan sonra maliyyə meneceri və layihə rəhbəri imzası ilə təsdiq etmişdir. Ödəniş tapşırığı imzalandıqdan sonra ödəniş tapşırığı və ona əlavə olunan paket sənədlər (məsələn: invoice, müqavilə, təqdimat, təhriri məruzə, əmək haqqı icmalları və s) daha sonra Xidmət rəisinin müavininə təqdim edilmiş, o da sənədləri yoxlamış və möhür vurularaq təsdiq edilməsi üçün Xidmət rəisinə təqdim etmişdir. O, da sənədlərlə tanış olduqdan sonra ödəniş tapşırığına xidmətə aid möhürü vuraraq təsdiq etmişdir. Bundan sonra sənədlər maliyyə menecerinə qaytarıldıqdan sonra ödəniş tapşırığı icra edilməsindən ötrü banka çatdırılması üçün Şahid1 təqdim edilmişdir. O, da ödəniş tapşırığını banka apararaq icra etdikdən sonra bankın icra qəbzini, o cümlədən müvafiq hesab üzrə çıxarışı maliyyə menecerinə gətirərək təqdim etmişdir. 02 iyun 2018-ci il tarixdə bank sisteminə baxış zamanı bəzi şübhəli əməliyyatların olduğu, o cümlədən müxtəlif şirkətlərin bank hesablarına pul köçürmələri həyata keçirildiyi müəyyən edilmişdir ki, hansı ki ümumiyyətlə həmin şirkətlərlə layihənin heç bir əməkdaşlığı olmamışdır. Bundan dərhal sonra xidmət rəhbərliyinin göstərişi ilə hadisə barədə Şahid1 heç bir məlumat verilməyərək onun növbəti dəfə qanunsuz pul köçürməsi edib-etməyəcəyi yoxlanılmış, 04 iyun 2018-ci il tarixdə Şahid1 növbəti dəfə layihənin “xxxx” ASC-də oan bank hesablarından qanunsuz pul köçürmələri etdikdən sonra o, xidmətin inzibati binasına dəvət edilmiş və orada onunla aparılan söhbət zamanı Şahid1 baş verənləri etiraf edərək uzun müddətdir ki, bu işlə məşğul olduğunu və ona bu işdə qohumu Şahid2 köməklik etdiyini bildirmişdir. Bundan başqa, çantasından xidmətə aid olan möhürü də təqdim etmişdir. Daha sonra Şahid1 inzibati binanı tərk etmişdir. Şahid1 məlum olmayan şəraitdə saxta ödəniş tapşırıqları hazırladıqdan sonra ora layihə rəhbəri və maliyyə menecerinin əvəzindən imza edərək xidmətin saxta möhürü ilə həmin sənədləri möhürlədikdən sonra layihənin bank hesablarından layihə üzrə nəzərdə tutulmayan hesablara pullar keçirilməsini təşkil etmişdir. Həmçinin bank tərəfindən verilən ödəniş tapşırıqlarının icrası ilə əlaqədar verilən çıxarış sənədlərində qalıq məbləğ qeyd olunduğu üçün yaranan çatışmazlığı gizlətməkdən ötrü Şahid1 həmin çıxarış sənədlərini də saxtalaşdırıb layihəyə təqdim etmiş, Agentlikdə sənədlərlə bank hesablarında olan hesabatların düzgün olduğunu görüb bundan şübhələnməmişdir. Sonradan layihə və xidmət tərəfindən aparılan təkrar yoxlama zamanı Şahid1 işlədiyi müddətdə layihənin bank hesablarından 2013- 2018-ci illər ərzində qanunsuz pul köçürmələri, yəni nəzərdə tutulmadığı halda özünün, Pərvanə İsmayılovanın və Xatirə Tağıyevanın, 20 hüquqi şəxsin, o cümlədən “xxxx” MMCnin bank hesabına saxta ödəniş tapşırıqları əsasında pullar köçürdüyü məlum olmuşdur. Şahid1 tərəfindən layihə hesabından Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMCnin bank hesabına 02.06.2015-ci il tarixli 317 saylı ödəniş tapşırığı üzrə 49.540,2 manat və 09.06.2015-ci il tarixli 322 saylı ödəniş tapşırığı üzrə 44.500 manat, ümumilikdə 94.040,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Şahid1 tərəfindən törədilən qanunsuz əməlin uzun müddət davam etməsinə, xidmət və layihə tərəfindən aşkar edilməməsinə əsas səbəb isə Şahid1 banklarda hesablar üzrə qalıqları da saxtalaşdıraraq Agentliyə təqdim etməsi olmuşdur. Bundan başqa, hər il üzrə keçirilən audit yoxlamaları zamanı müvafiq banklardan alınan hesab üzrə qalıq sənədləri də Şahid1 saxtalaşdıraraq audit xidmətinə təqdim etmişdir ki, məhz bu səbəbdən hesablarda yaranmış çatışmazlığı müəyyən etmək mümkün olmamış və düzgün olmayan audit rəylərinin verilməsinə nail olunmuşdur. Qanunsuz pul köçürülmələri üçün əsas hesab edilən ödəniş tapşırıqlarında olan vəzifəli şəxslərin imzaları və Agentliyin möhürü Şahid1 tərəfindən saxtalaşdırılmışdır. Cinayət işi üzrə, həmçinin mülki iddia ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2013-cü ildən etibarən “Şimal-Qərb kənd inkişaf” və “Kənd yerlərinin kompleks inkişafı” layihələrində xidmət müqaviləsi üzrə xidmət haqqı aylıq təxminən 2.000 ABŞ dolları olmuşdur. Xidmət haqqı aylıq olaraq “xxxx” ASC-də olan bank hesabına köçürülmüş və pulu oradan qəbul etmişdir. Maliyyə menecerinin assistenti kimi vəzifəsinə zəruri hesabat və məruzələrin hazırlanmasında yardım etmək, ödəniş və digər müvafiq sənədlərin icraedici orqandan banka və əksinə təqdim edilməsini təmin etmək və s. işlər aid olmuşdur. Əsasən pul köçürmələrinin əsası olan ödəniş tapşırıqlarını layihə rəhbəri Vüqar Mehdiyevin və həmin vaxt agentliyin müvafiq xidmət rəhbərləri X3, X9 və X14 verdiyi rekvizitlər əsasında öz kompyuterində hazırlamış və onları tərtib edərək layihə rəhbəri və maliyyə menecerinə imzalatdırmışdır, daha sonra isə xidmət rəisinin möhürü ilə təsdiq etdirərək müvafiq banka aparmışdır. Layihə üzrə ayrı-ayrı hüquqi şəxslərin bank hesablarına, o cümlədən layihə işçilərinin bank hesablarına xidmət haqları köçürülmüşdür. İşlədiyi dövrdə müvafiq xidmət rəisləri və layihə rəhbəri layihə üzrə maliyyə sənədləri ilə əsasən özü işlədiyindən, yəni ödəniş tapşırıqları və digər sənədlərin hazırlanmasında birbaşa özü iştirak etdiyindən ona veriləcək göstərişləri icra etməyi, həmin göstərişlər barədə heç kimə məlumat verməməyi, veriləcək sənədləri apararaq banka çatdırmağı tələb etmişlər, verilən göstərişləri icra etməyəcəyi təqdirdə isə işdən azad olunacağı ilə hədələnmişdir. Həmin iş üzrə də əmək haqqı yüksək olduğundan işini itirməmək üçün onların dedikləri ilə razılaşmışdır. Bundan sonra ilk dəfə 2013-cü ilin iyun ayında əvvəlcədən hazırlanan möhürlü və rekvizitləri olan ödəniş tapşırıqlarını ona verərək banka aparmağı tapşırmışlar. Bundan başqa ödəniş tapşırığında layihə rəhbəri və maliyyə menecerinin əvəzindən özünün imza etməyini tələb etmişlər. Onlara heç bir etiraz etməyərək həmin saxta ödəniş tapşırığında imza hüququ olan şəxslərin əvəzindən imza edərək digər həqiqi ödəniş tapşırıqları ilə birlikdə banka aparmışdır. Ödəniş tapşırığında olan şirkət barəsində heç bir məlumatı olmamışdır. Bundan sonra həmin vaxtdan başlayaraq 2018-ci ilin iyun ayınadək müvafiq xidmət rəhbərləri Abbas Allahverdiyev, Rüfət Rüstəmzadə, Mirzə Əliyev və layihə rəhbəri Vüqar Mehdiyev tərəfindən ona verilən saxta ödəniş tapşırıqları əsasında ayrı-ayrı hüquqi şəxslərin bank hesablarına qanunsuz pul köçürmələri həyata keçirilmişdir. Ona verilən ittihamda qeyd edilən 2.677.333,82 manat qanunsuz pul köçürmələrindən “xxxx” MMC-ə köçürülən məbləğlərdən başqa, digər hüquqi şəxslərə köçürülən pul vəsaitlərindən və onların nağdlaşdırılmasından məlumatsızdır. Yalnız xxxx MMC-yə edilən pul köçürmələri müvafiq bank hesablarından məxaric edildikdən sonra pullar Şahid2 tərəfindən ona verilmiş, o, da öz növbəsində həmin pullardan müvafiq xidmət və layihə rəhbərlərinə təqdim etmişdir. Verilən pul vəsaitindən ona və onun vasitəsi ilə Şahid2 2-3 faiz pul verilmişdir. Sənədlərdə olan saxta ştamp və möhürləri xidmət və layihə rəhbərləri hazırlayaraq istifadə üçün ona vermiş, həmin sənədlər həmin şəxslərin göstərişi ilə hazırlanmışdır. Təqsirləndirilən şəxs, Şahid4 ilə, o cümlədən “xxxx” MMC, “X26” MMC, “xxxx” MMC, “X27” MMC və “xxxx” MMC ilə heç bir əlaqəsi olmamış, həmin hüquqi şəxslərin rəhbərlərini tanımır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə verərək, əlavə olaraq göstərdi ki Təqsirləndirilən şəxs, Şahid4 ilə, o cümlədən “xxxx” MMC, “X26” MMC, “xxxx” MMC, “X27” MMC və “xxxx” MMC ilə heç bir əlaqəsi olmamış, həmin hüquqi şəxslərin rəhbərlərini tanımır, həmin cəmiyyətlərə pul köçürməmiş və pul qəbul etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2015-ci ilin iyun ayından başlayaraq köhnə iş yoldaşı, əvvəllər “xxxx” ASC-də birlikdə işlədiyi Şahid3 müraciət edərək 5 hüquqi şəxsə aid bank hesabının lazım olduğunu, həmin hesablara pullar köçürüləcəyini, həmin pulun məxaric edilərək ona verilməsində köməklik etməyi xahiş etmiş, Esmiraya müxtəlif vaxtlarda tanıdığı bir neçə hüquqi şəxsə aid bank rekvizitlərini verərək həmin hüquqi şəxslərin direktorlarından da pulun köçürüldükdən sonra məxaric edilərək ona verməsini, bunun müqabilində köçürülən pulun kiçik hissəsini onlara verəcəyini bildirmişdir. Özü isə hər köçürmədən 1 faiz məbləği özünə götürmüşdür. Beləliklə, Şahid3 xahişi ilə müxtəlif vaxtlarda tanıdığı və münasibətdə olduğu hüquqi şəxslərin rəhbərlərinə etdiyi müraciət əsasında Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC-nin “xxxx” ASC-də olan bank hesabına köçürülən cəmi 94.040,2 manat, X10 direktoru olduğu “X26” MMC-nin “xxxx” ASC-də olan bank hesabına köçürülən cəmi 86.500 manat, X11 direktoru olduğu “xxxx” MMC-nin “xxxx” ASC-də olan bank hesabına köçürülən cəmi 86.478 manat, X12 direktor olduğu “X27” MMC-nin “xxxx” ASC-də olan bank hesabına köçürülən 51.000 manat, X6 direktoru olduğu “xxxx” MMC-nin Bank “xxxx” ASC-də olan bank hesabına köçürülən cəmi 102.180 manat məbləğində pulu hüquqi şəxslərin direktorları vasitəsi ilə banklardan məxaric edərək şəxsən Şahid3 özünə işlədiyi “xxxx” ASC-nin Nərimanov filialında vermişdir. Həmin pulların qanunsuz köçürülməsindən, ümumiyyətlə hansı təşkilatdan köçürülməsindən xəbəri olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs da həmin pul köçürülmələrindən xəbəri olmamış və pulu çıxarmamışdır. Təqsirləndirilən şəxs “xxxx” MMC-yə direktor kimi o təyin etmiş və aylıq 300-500 manat maaş təklif etmişdir. 94.000 manat pulun çıxarılması barədə Təqsirləndirilən şəxs tapşırıq verməmiş və Rəşadətin həmin məsələdən ümumiyyətlə xəbəri olmamış, hər hansı mənfəət götürməmişdir. Şahid2 və Şahid1 tanımır, həmin şəxslərlə birbaşa heç bir əlaqəsi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2005-ci ildən 2017-ci ilin oktyabr ayına qədər “xxxx” ASC-nin Nərimanov filialında baş mühasib vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs müştəri kimi tanımış, onunla birbaşa ünsiyyəti isə olmamışdır. İşlədiyi müddətdə filialda adına bank hesabı olan “xxxx” MMC-nin direktoru Şahid2 ilə 2013-cü ildə iş prosesi zamanı tanış olmuşdur. Həmin vaxt Şahid2 direktoru oldu “xxxx” MMC-nin filialda olan AZ40ATAZ******************** saylı bank hesabına müxtəlif vaxtlarda köçürülən pulları xəzinədən məxaric edərək qəbul etmişdir. 2015-ci ilin iyun ayında Şahid2 dövlət orqanları ilə iş gördüyünü, özünün də direktoru olduğu “xxxx” MMC-yə pullar köçürüldüyünü, ondan pul köçürməsi edə biləcəyi başqa hüquqi şəxslərin də lazım olduğunu, həmin hüquqi şəxslərin bank hesablarına pul köçürülüb nağdlaşdırılmasında ona köməklik etməyi xahiş etmişdir. Həmin vaxt tanıdığı köhnə iş yoldaşı, əvvəllər “xxxx” ASC-də birlikdə işlədiyi Şahid4la və iş adamı kimi tanıdığı İlahim Mehraliyevlə əlaqə saxlayıb onlara bu barədə məlumat vermiş, Əşrəf və İlahim də heç bir problem olmadığını, Əşrəf ayrı-ayrı hüquqi şəxslərin direktorları ilə münasibətlərinin olduğunu, İlahim isə özünün bir neçə cəmiyyətin direktoru olduğunu, ona bank hesabları verə biləcəklərini demiş, Əşrəf və İlahimin dedikləri barədə Şahid2 məlumat vermişdir. Həmçinin, Emildən qeyd etdiyi pul köçürmələrinin qanunsuz olubolmamasını soruşmuş, o heç bir problem olmadığını, işlərin qanuni aparıldığını, Kənd Təsərrüfatı Nazirliyindən ediləcək pul köçürmələri ilə əlaqədar sənədləşdirmə işlərində heç bir problem olmadığını, onlarla hansısa iş gördüyünü, gördükləri işin qarşılığında köçürüləcək pulları alacağını demişdir. 2015-2018-ci illər ərzində Şahid2 ona pul köçürüləcək gün və ya həmin gündən bir gün əvvəl bu barədə məlumat vermiş və o, da Əşrəf və İlahimlə əlaqə saxlamış, ikisindən hər hansı biri uyğun olduqda ona müvafiq rekvizitləri vermiş və o, da həmin rekvizitləri Emilə bildirmişdir. 2015-2018-ci illər ərzində İlahim Mehraliyevin ona təqdim etdiyi 14 müxtəlif cəmiyyətlərə aid rekvizitlər əsasında Kənd Təsərrüfatı Nazirliyindən “xxxx” MMC-yə 51.000 manat, “xxxx” MMC-yə 28.500 manat, “xxxx” MMC-ə 90.700 manat, “xxxx” MMC-ə 27.563 manat, “xxxx” MMC-ə 23.563 manat, “xxxx” MMC-ə 100.000 manat, “xxxx” MMC-ə 127.036 manat, “xxxx” MMC-ə 93.455,50 manat, “X15” MMC-ə 62.000 manat, “xxxx” MMC-ə 118.144 manat, “xxxx” MMC-ə 28.563 manat, “xxxx” MMC-ə 26.563 manat, “xxxx” MMC-ə 25.946 manat, “xxxx” MMC 64.750 manat pul köçürülmüş və İlahim həmin pulları həmin şirkətlərə aid bank hesablarından məxaric edərək ona təqdim etmiş və o da öz növbəsində həmin pulları Şahid2 şəxsən təqdim etmişdir. Bundan başqa, 2015-2018-ci illər ərzində Şahid4 ona təqdim etdiyi 5 müxtəlif cəmiyyətlərə aid rekvizitlər əsasında Kənd Təsərrüfatı Nazirliyindən ”xxxx” MMC-ə 94.040,2 manat, ”xxxx” MMC-ə 86.478 manat, ”X26” MMC-ə 86.500 manat, ”X27” MMC-ə 51.000 manat, ”xxxx” MMC-ə 102.180 manat pul köçürülmüş və Əşrəf həmin pulları tanımadığı insanlar vasitəsi ilə şirkətlərə aid bank hesablarından məxaric edərək ona təqdim etmiş və o, da öz növbəsində həmin pulları Şahid2 şəxsən təqdim etmişdir. Kənd Təsərrüfatı Nazirliyindən köçürülən pullar İlahim və Əşrəfin ona təqdim etdikləri şirkətlərə aid bank hesabına köçürüldükdən sonra həmin pulları nağdılaşdırıb puldan təxminən 8 faiz xərc tutmaqla qalan pulu ona vermişdir. O da elə həmin gün pulu Emilə təqdim etmiş, həmin puldan isə ona hər hansı bir məbləğdə pul çatmamış, sadəcə olaraq əsas məqsədi Emilə xahiş etdiyi üçün köməklik etmək olmuşdur. İlahim və Əşrəf ilə Emil heç bir vaxt görüşməmiş, bir-birilərini tanımırlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət xidməti ilə dəqiq tarixini xatırlamadığı vaxtda bank hesabı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən xidmətin filialda 6 hesabı olmuşdur. İşlədiyi dövrdə mütəmadi olaraq xidmətin səlahiyyətli şəxsinin onlara təqdim etdikləri ödəniş tapşırıqları əsasında layihənin bank hesablarından başqa hesablara müvafiq pul köçürmələri olmuşdur. Xidmətin həyata keçirdiyi pul köçürmələri ilə əlaqədar işlər ona da həvalə edildiyindən özü məşğul olmuşdur. Qarşı tərəfdən isə əməkdaşlıq edən şəxs Şahid1 olmuşdur. Xidmət tərəfindən həyata keçirilən pul köçürmələri ödəniş tapşırıqları əsasında həyata keçirilmişdir. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) bank hesabına köçürmüşdür. Ödəniş tapşırığı ödəyici tərəfindən doldurulmuş, orada məsul şəxslərin imzası və xidmətin möhürü vurulmuş, ödəniş tapşırıqları 2 nüsxədə banka təqdim edilmişdir. Təqdim edilən ödəniş tapşırığının qüsurlu olub-olmamasını və ödəniş əməliyyatı üçün tələb olunan məbləğin ödəyicinin bank hesabında olmasını yoxladıqdan sonra ödəniş tapşırığı qüsurlu olmadıqda və ödəyicinin bank hesabında ödənişi təmin edən vəsait olduqda ödəniş tapşırığının "İcra haqqında bank qeydi" hissəsində icra üçün qəbul olunmasını “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək icra olunması üçün qəbul etmişdir. Şahid1 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələrinin və kreditlərinin idarə edilməsi üzrə Dövlət xidmətinin həyata keçirdiyi “Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə məsul işçisi kimi tanımış, onunla hər hansı bir yaxın münasibəti olmamış, Şahid1 törətdiyi cinayət hadisəsindən heç vaxtı şübhələnməmişdir. Ödəniş tapşırıqları icra olunduqdan sonra hər dəfə Sevincə hesabdan çıxarış sənədləri verilmiş və o da bu sənədləri ondan qəbul etmişdir. Orada layihə üzrə bütün köçürmələr və qalıq barədə məlumatlar öz əksini tapmışdır. Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamış və onun barəsində eşitməmiş, “xxxx” MMC ilə bağlı hər hansı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirdi ki, 2008-ci il tarixdən “xxxx” MMC-də audit üzrə partnyor vəzifəsində çalışmışdır. 19.02.2018-ci il tarixdən isə həmin vəzifədən ayrılaraq hazırda işlədiyi “PWC” audit şirkətində baş menecer vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddətdə audit şirkətinin rəhbəri Tural Məhərrəmov olmuşdur. “Kənd yerlərinin kompleks inkişafı” layihəsinin keçirdiyi tender əsasında qalib şirkət “xxxx” MMC olduğundan hazırkı vaxtadək hər il üçün audit yoxlamalarını “xxxx” MMC keçirmiş və audit yoxlamasının nəticəsi olaraq rəy tərtib edilərək xidmətə təqdim edilmişdir. Həmin layihə ilə əlaqədar audit yoxlamalarını Beynəlxalq Audit standartları və X7 üzrə Beynəlxalq Fondun Layihə təftişləri üzrə Təlimatları əsasında aparmışdır. Həmin standartların tələbinə görə audit yoxlaması elə şəkildə planlaşdırılmalı və aparılmalıdır ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olunmalıdır. Həmin layihənin “xxxx” ASC və “xxxx” ASC-də olan bank hesablarını yoxlamaq üçün onların birbaşa banka müraciət etmək səlahiyyəti olmadığından bu barədə layihəyə müraciət etmiş, onlar da öz növbəsində Dövlət xidmətinin rəhbərliyinin adından həmin banklara sorğu edərək bank hesabları üzrə müvafiq qalıqların audit şirkətinin ünvanına göndərilməsini xahiş etmişlər. Həmin banklardan cavablar gecikdiyindən və ya ümumiyyətlə xidmətin sorğusuna baxmayaraq onların ünvanına göndərilmədiyindən xahişləri ilə bank hesabları barədə qalıqlar rəsmi poçtla deyil, əl ilə layihənin bank üzrə səlahiyyətli əməkdaşı Şahid1 tərəfindən onlara çatdırılmışdır. Hazırda ona məlum olmuşdur ki, Şahid1 onlara təqdim olunan bank hesabları üzrə qalıq barədə məlumatları saxtalaşdırmışdır. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2007-ci il tarixdən 2017-ci ilə qədər “xxxx” ASC-nin Səbail filialında müxtəlif vəzifələrdə çalışmışdır. Vəzifəsinə hesab açmaq, hesab bağlamaq, ödənişləri qəbul etmək, onları yoxlayaraq icra olunmasını təmin etmək və s. aid olmuşdur. İşlədiyi dövrdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı layihələri və kreditlərinin idarə edilməsi üzrə Dövlət xidməti ilə dəqiq tarixini xatırlamadığı vaxtda bank hesabı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən xidmətin onların filialda 4 manat və 2 xarici valyuta hesabı olmuşdur. İşlədiyi dövrdə mütəmadi olaraq xidmətin səlahiyyətli şəxsinin onlara təqdim etdikləri ödəniş tapşırıqları əsasında onların hesablarından başqa hesablara müvafiq pul köçürmələri olmuşdur. Xidmətin həyata keçirdiyi pul köçürmələri ilə əlaqədar işlər bəzi vaxtlarda ona da həvalə edildiyindən o icra etmişdir. Qarşı tərəfdən isə əməkdaşlıq edən şəxs Şahid1 olmuş, xidmət tərəfindən həyata keçirilən pul köçürmələri ödəniş tapşırıqları əsasında həyata keçirilmişdir. Ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun bank hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul vəsaitini bu və ya başqa bankda (benefısiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) bank hesabına köçürülmüşdür. Ödəniş tapşırığı ödəyici tərəfindən doldurulmuş, orada məsul şəxslərin imzası və Xidmətin möhürü vurulmuş, ödəniş tapşırıqları 2 nüsxədə banka təqdim edilmişdir. O, təqdim edilən ödəniş tapşırığının qüsurlu olub-olmamasını və ödəniş əməliyyatı üçün tələb olunan məbləğin ödəyicinin bank hesabında olmasını yoxladıqdan sonra ödəniş tapşırığı qüsurlu olmadıqda və ödəyicinin bank hesabında ödənişi təmin edən vəsait olduqda ödəniş tapşırığının "İcra haqqında bank qeydi" hissəsində icra üçün qəbul olunmasını “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək icra olunması üçün qəbul etmişdir. İş materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 06.03.2019-cu il tarixli, 6082 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “xxxx” ASC-nin AZ45AİİB******************** saylı bank hesabı üzrə hesabdan çıxarışlarda olan ştamp əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuş, müvafiq olaraq “xxxx” ASC-nin 9 və 2 nömrəli ştamplarının eksperimental və sərbəst əks nümunələri ilə eynilik təşkil etmir. (cild 03, iş vərəqə 109-128) İş materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının 05.03.2019-cu il tarixli, 5978 saylı rəyindən görünür ki, təqdim edilmiş 02.06.2015-ci il tarixli 317 saylı və 09.06.2015-ci il tarixli 322 saylı ödəniş tapşırıqlarında olan “AZƏRBAYCAN RESPUBLİKASİ KƏND TƏSƏRRÜFATİ NAZİRLİYİ YANİNDA KƏND TƏSƏRRÜFATİ KREDİTLƏRİ ÜZRƏ DÖVLƏT AGENTLİYİ” məzmunlu möhür əksi birbaşa relyef klişe vasitəsilə vurulmuşdur, həmin möhür əksləri eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. (cild 03, iş vərəqə 129-148) İş materiallarında olan məhkəmə-xətşünalıq ekspertizasının 12.03.2019-cu il tarixli 5979 saylı rəyi ilə müəyyən edilmişdir ki, 12.03.2019-cu il tarixli 5979 saylı rəyindən görünür ki, 02.06.2015-ci il tarixli 317 saylı və 09.06.2015-ci il tarixli 322 saylı ödəniş tapşırıqlarında “Müştərinin imzası (ları) 1” və “Müştərinin imzası (ları) 2” qrafalarında olan imzalar, 31.12.2016-cı il tarixə olan qalıqlar barədə tərtib edilmiş 29.06.2017-ci il tarixli 02 ədəd cədvəllərdəki yazılar, 31.12.2017-ci il tarixə olan qalıqlar barədə tərtib edilmiş 16.02.2018-ci il tarixli, 19.02.2018-ci il tarixli cədvəllərdə olan yazılar - Şahid1 tərəfindən icra olunmuşdur. (cild 03, iş vərəqə 151-158) İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 19.03.2018-ci il tarixli, 6082 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə müvafiq bank hesablarından pul köçürmələri nəticəsində ümumilikdə 2.677.333,82 manat məbləğində ziyan dəymişdir. (cild 03, iş vərəqə 160-170) İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnkişaf və Dövlət Agentliyindən daxil olmuş 18.03.2019-cu il tarixli, 29/01/09-559 saylı məktubdan görünür ki, yoxlama zamanı maliyyə menecerinin köməkçisi vəzifəsində işləmiş Şahid1 tərəfindən 2013-2018-ci illər ərzində layihədə nəzərdə tutulmayan 2.677.333,82 manat, o cümlədən Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC-ə 02.06.2015-ci il tarixdə 49.540,2 manat və 09.06.2015-ci il tarixdə 44.500 manat, ümumilikdə 94.040,2 manat məbləğində qeyri-qanuni köçürmələr edildiyi müəyyən edilmişdir. (cild 03, iş vərəqə 01-07) İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnkişaf və Dövlət Agentliyi ilə Şahid1 arasında bağlanmış 05.01.2012-ci il tarixli RDPNW-16/İPMU/012 saylı xidməti müqavilə və həmin müqavilənin müddətinin uzadılması və əlavə olunan düzəlişlər üzrə 01.04.2014-cü il tarixli İRDP-İPMU-08-2014 saylı, 05.01.2015-ci il tarixli İRDP-İPMU-08-2015 saylı, 01.07.2015-ci il tarixli İRDP-İPMU- 03-2015/2 saylı, 05.01.2016-cı il tarixli İRDP-İPMU-03-2016 saylı müqavilələr, 30.06.2016cı il tarixli 1 saylı və 29.12.2017-ci il tarixli 2 saylı Düzəlişlər və qeyd olunan müqavilələrə əlavə olunan vəzifə təlimatından görünür ki, Şahid1 İFAD (X4 İnkişafı Fondu) Layihə İdarəetmə Qrupunun maliyyə menecerinin köməkçisi vəzifəsində işləmiş, işlədiyi müddətdə vəzifəsinə qeyd edilən layihə idarəetmə qrupuna tələb olunan hesabat və məruzələrin hazırlanmasında yardım etmək, xüsusilə maliyyə funksiyası ilə bağlı müvafiq bərk disk və elektron qeyd və faylları saxlamaq, ödəniş və digər müvafiq sənədlərin İFAD Layihə idarəetmə qrupundan banka və əksinə təqdim edilməsini təmin etmək, qəbzlər üzrə bank hesablarını təsdiqləmək və digər işlərin görülməsini təşkil etmək funksiyaları həvalə edilmişdir. (cild 03, iş vərəqə 08-102) İş materiallarında olan “xxxx” ASC-dən sənədlərin götürülməsi haqqında 12.07.2018ci il tarixli protokoldan görünür ki, Binəqədi rayon Məhkəməsinin 27.06.2018-ci il tarixli qərarı əsasında “xxxx” ASC-dən “xxxx” MMC-ə aid bank sənədləri (bank hesabları barədə məlumatlar, həmin hesaba mədaxil olunmuş və pulun məxaric olunmasını təsdiq edən sənədlər, ödəniş tapşırıqları, etibarnamə və s.) götürülərək cinayət işi materiallarına əlavə edilmişdir. (cild 01, iş vərəqə 238-239) İş materiallarında olan “xxxx” ASC-dən götürülmüş “xxxx” MMC-ə aid bank sənədlərindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin “Kənd yerlərinin kompleks inkişafı” layihəsi üzrə “xxxx” ASC-də olan AZ45AİİB******************** saylı bank hesabından 02.06.2015-ci il tarixli 317 saylı ödəniş tapşırığı üzrə 49.540,2 manat və 09.06.2015-ci il tarixli 322 saylı ödəniş tapşırığı üzrə 44.500 manat, ümumilikdə 2 ödəniş tapşırığı üzrə cəmi 94.040,2 (doxsan dörd min qırx manat iyirmi qəpik) manat məbləğində pul vəsaiti 09.01.2015-ci il tarixdə Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmış, Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC-nin (VÖEN **********) “xxxx” ASC-nin Nərimanov filialında olan AZ79ATAZ******************** saylı bank hesabına köçürülmüşdür. (cild 01, iş vərəqə 240-282) İş materiallarında olan 02.06.2015-ci il tarixli AB-1№125019 saylı və 09.06.2015-ci il tarixli AB-1№125020 saylı bank çeklərindən görünür ki, Təqsirləndirilən şəxs 02.06.2015ci il tarixdə 49.540,2 manat və 09.06.2015-ci il tarixdə 44.500 manat, ümumilikdə 94.040,2 manat məbləğində pul vəsaitini “xxxx” ASC-nin Nərimanov filialının xəzinəsindən məxaric etmişdir. (cild 01, iş vərəqə 283-284) İş materiallarında olan “xxxx” MMC-dən məlumatların götürülməsi barədə 14.02.2019-cu il tarixli protokoldan görünür ki, Binəqədi rayon Məhkəməsinin 23.01.2019cu il tarixli və 06.02.2019-cu il tarixli qərarlarına əsasən «xxxx» MMC-nin müştəri xidmətindən istifadə edən ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinə 01 yanvar 2013-cü ildən 01 yanvar 2016-cı il tarixədək, ***-***-**-**, ***-***-**-** saylı, ***-***-**-** saylı mobil telefon nömrələrinə 01 yanvar 2015-ci il tarixdən 01 yanvar 2019-cu il tarixə qədər olan müddətə məlumatlar götürülmüşdür. Həmin məlumatlara əsasən, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 25.04.2015-ci il tarixdən 31.12.2015-ci il tarixə qədər olan müddət ərzində mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları olmuşdur. Həmçinin, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında yazışmalar olmuşdur. (cild 02, iş vərəqə 158-166) İş materiallarında olan “xxxx” MMC-dən məlumatların götürülməsi 06.03.2019-cu il tarixli Protokoldan görünür ki, Binəqədi rayon Məhkəməsinin 18.02.2019-cu il tarixli qərarına əsasən “xxxx” MMC-nin müştəri xidmətindən istifadə edən ***-***-**-**, ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrinə dair 01 yanvar 2013-cü ildən 01 yanvar 2019-cu il tarixə qədər olan müddətə məlumatlar götürülmüşdür. Həmin məlumatlara əsasən, Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında mütəmadi olaraq qısa və uzunmüddətli telefon danışıqları, o cümlədən pul köçürmələri olan günlər 02.06.2015-ci il tarixdə 12, 38, 11 saniyə, 09.06.2015-ci il tarixdə 63, 17 saniyə, 22.06.2015-ci il tarixdə 39, 13, 40, 10 saniyə, 02.07.2015-ci il tarixdə 44, 45, 30 saniyə, 15.07.2015-ci il tarixdə 36, 95 saniyə, 23.07.2015-ci il tarixdə 16, 35, 15 saniyə, 04.08.2015-ci il tarixdə 9, 9 saniyə, 14.11.2016-cı il tarixdə 12, 32, 11, 69 saniyə, 29.11.2016-ci il tarixdə 57 saniyə, 07.12.2016-cı il tarixdə 71, 12, 73, 25, 65 saniyə, 12.12.2016-cı il tarixdə 75, 33, 19, 64 saniyə, 14.03.2017-ci il tarixdə 31, 14, 15 saniyə, 21.12.2017-ci il tarixdə 92 saniyə telefon danışıqları olmuşdur. (cild 02, iş vərəqə 249-250) İş materiallarında olan “xxxx” MMC-dən daxil olmuş 08.02.2019-cu il tarixli məktubdan görünür ki, İFAD layihələrinin 2016-2018-ci illər üzrə “xxxx” MMC audit təşkilatı tərəfindən aparılan audit yoxlamalarına “xxxx” ASC tərəfindən təqdim edilən 31.12.2016-cı il tarixə olan Agentliyin bank hesabında olan pul vəsaitinin qalıqları barədə tərtib edilmiş 29.06.2017-ci il tarixli və 31.12.2017-ci il tarixə olan qalıqlar barədə tərtib edilmiş 16.02.2018-ci il tarixli cədvəllər, “xxxx” ASC tərəfindən təqdim edilən 31.12.2016-cı il tarixə olan qalıqlar barədə tərtib edilmiş 29.06.2017-ci il tarixli və 31.12.2017-ci il tarixə olan qalıqlar barədə tərtib edilmiş 19.02.2018-ci il tarixli cədvəllər, o cümlədən 07.07.2017 və 19.02.2018-ci il tarixli audit rəyləri göndərilmiş və həmin sənədlər iş materiallarına əlavə edilmişdir. (cild 02, iş vərəqə 112-156) Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla bağlı özünü təqsirli bilməyərək, məhkəmədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir və həqiqəti əks etdirməyərək iş üzrə şahid ifadələri, baxış protokolları, ekspert rəyləri, maddi sübutlar və digər mötəbər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində həmin vaxt ümumiyyətlə adına şirkət açılmasını bilmədiyini, yalnız Şahid4 tapşırığı əsasında onun verdiyi sənədləri aparıb gətirdiyini və bunun müqabilində 30 manat, 50 manat kimi pullar aldığını, ümumiyyətlə bankdan 2 qəbz üzrə ümumilikdə 94.040,2 manat pulun çıxarılmasına iştirak etmədiyini bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, dəqiq tarixini xatırlamadığı vaxtda əvvəllər tanımadığı və yaxınlıq münasibətdə olmadığı Şahid4 adlı şəxs ilə tanış olmuşdur. Əşrəf ona bir müddətlik adına ASAN xidmət mərkəzində şirkət və VÖEN nömrəsi yaradaraq sonradan həmin şirkətin ləğv edilməsi müqabilində müəyyən məbləğdə pul verəcəyini, bu işdə heç bir problem olmadığını, sadəcə ona köməklik göstəriləcəyini xahiş etmişdir. O da həmin vaxt heç yerdə işləmədiyindən və pula ehtiyacı olduğundan Əşrəflə razılaşmış, Şahid4 ilə birlikdə bir dəfə ASAN xidmət Mərkəzinə getmiş, orada Əşrəf ondan şəxsiyyət vəsiqəsini alaraq Vergilər bölməsində müvafiq sənədləşdirmə işləri aparmış və adına tərtib olunan sənədlər tərəfindən tanış olmadan imzalamış, həmin vaxt yalnız şirkətin adını görmüşdür. Belə ki, şirkətin adı “xxxx” MMC olmuşdur. Həmin şirkəti yaratdıqdan sonra “xxxx” MMC -nin “ xxxx” ASC-nin Nərimanov filialında cəmiyyətin adına AZ79ATAZ******************** saylı bank hesabını açdırmışdır. 2015-ci ilin iyun ayında 2 dəfə olmaqla Əşrəf ona həmin hesaba pul köçürüldüyünü və həmin məbləğin hesabdan məxaric edilərək ona təqdim etməyini xahiş etdiyi üçün, həmin tarixdə banka gedərək çeklərə imza etməklə həmin pulu hesabdan məxaric edib Əşrəfə təqdim etmişdir. Həmin pulun isə hesaba haradan daxil olduğunu və qanunsuz yolla köçürüldüyündən məlumatsız olmuşdur. Şahid1 və Şahid2 tanımamış, həmin şəxslərlə heç bir əlaqəsi olmamışdır. Ona təqdim edilən AB-1№125019 saylı və AB-1№125020 saylı çeklərdə olan imzalar ona məxsusdur, tərəfindən icra olunmuşdur. Qəbul edilən puldan ona ümumilikdə 500 manat məbləğində pul verilmişdir. Bankdan məxaric etdiyi 94.040,2 manat pulu da tam şəkildə qəbul edərək Şahid4 təqdim etmişdir. İş materiallarında olan Şahid4 Rafael oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.11.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şahid4 məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,179.3.2, 193-1.3.2 və 32.5,313-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 2015-ci ilin iyun ayından başlayaraq köhnə iş yoldaşı - əvvəllər “xxxx” ASC-də birlikdə işlədiyi Şahid3 ona müraciət edərək 5 hüquqi şəxsə aid bank hesabının lazım olduğunu, həmin hesablara pullar köçürüləcəyini, həmin pulun məxaric edilərək Şahid3 verilməsində köməklik etməyi xahiş etmiş, Esmiraya müxtəlif vaxtlarda tanıdığı bir neçə hüquqi şəxsə aid bank rekvizitlərini verərək həmin hüquqi şəxslərin direktorlarından da pulun köçürüldükdən sonra məxaric edilərək ona vermələrini, bunun müqabilində köçürülən pulun kiçik hissəsini onlara verəcəyini bildirmiş, özünə isə hər köçürülən məbləğin 1 faizini götürmüşdür. Beləliklə, Şahid3 xahişi ilə müxtəlif vaxtlarda tanıdığı və münasibətdə olduğu hüquqi şəxslərin rəhbərlərinə etdiyi müraciət əsasında Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” MMC-nin “xxxx” ASC-də olan bank hesabına köçürülən cəmi 94.040,2 manat, X10 direktoru olduğu “X26” MMC-nin “xxxx” ASC-də olan bank hesabına köçürülən cəmi 86.500 manat, X11 direktoru olduğu “xxxx” MMC-nin “xxxx” ASC-də olan bank hesabına köçürülən cəmi 86.478 manat, X12 direktor olduğu “X27” MMC-nin “xxxx” ASC-də olan bank hesabına köçürülən 51.000 manat, X6 direktoru olduğu “xxxx” MMC-nin Bank “xxxx” ASC-də olan bank hesabına köçürülən cəmi 102.180 manat məbləğində pulu hüquqi şəxslərin direktorları vasitəsi ilə banklardan məxaric edərək şəxsən Şahid3 birbaşa işlədiyi “xxxx” ASC-nin Nərimanov filialında vermişdir; ona elan edilmiş ittiham üzrə köçürülmüş təxminən 420.000 manat məbləğində puldan ona təxminən 4.200 manat pul çatmışdır, həmin pulların qanunsuz köçürülməsindən, ümumiyyətlə hansı təşkilatdan köçürülməsindən xəbəri olmamışdır; Şahid2 və Şahid1 tanımır, həmin şəxslərlə heç bir əlaqəsi olmamış, Şahid3 köçürülən pulların 8%-nin ona çatmasına dair dedikləri həqiqəti əks etdirmir; belə ki, ələ keçirilən puldan onun özü də hesablarına pul köçürülən şirkətlərə müəyyən məbləğlərdə pullar vermişdir; odur ki, Şahid3 dediyi 8%-in hamısı ona çatmamış, ona yalnız 420 min məbləğin cəmi 1%-ni təşkil edən cüzi məbləğ, yəni 4.200 manat məbləğində pul çatmışdır, hazırda törətdiyi əməldən səmimi peşmançılıq çəkir, buna görə də törədilmiş cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsində aktiv iştirak etmək istəyir, məhkəmə zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi ondan vurulmuş ziyanın 8%-i məbləğində ödənişin edilməsini tələb etmiş, cinayət nəticəsində ələ keçirilən məbləğin yalnız 1%-i, yəni 4.200 manat məbləğində pul ona çatsa da, o zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin 8%-lik tələbini, yəni 33.615,86 manatı da ödəməyə hazırdır, bundan başqa, sənədlərin saxtalaşdırılması və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması əməllərində özünü təqsirli bilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 32.5,179.3.2 və 32.5,313-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə görə cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəllənin 33.3-cü maddəsinə görə cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Təqsirləndirilən şəxs elan edilmiş və məhkəmədə sübuta yetirilmiş ittihamın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərinin törədilməsində köməkçilik etmiş, məhz köməkçisi olduğu mənimsəmə cinayəti yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmışdır. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, şahidlərin məhkəmədə verdikləri ifadələrini və eləcə də digər sənədləri tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2 və 32.5, 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinməli, Təqsirləndirilən şəxs AR CM-nin 32.5, 313-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməsi əsası ilə bağlı həmin maddə ilə cəza təyin edilməməlidir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş vəzifə saxtakarlığı (Cinayət Məcəlləsinin 313-cü maddəsi) cinayətinin törədilməsinə köməkçilik etmə hissəsinə qiymət verərək belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs vəzifə saxtakarlığı cinayətini 19.12.2018-ci il tarixədək törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində göstərilir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda, yəni cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə və məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2 maddəsi əsasında cəza təyin edilməli, AR CM-in 32.5, 313-cü maddəsi ilə isə ona cəza təyin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 12.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞX Məhkəməsinin 27.10.1997-ci il tarixli hökmü ilə AR CM-in 102.1, 207.2-ci maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 26.04.2011-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə onun barəsində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 14.06.2012-ci il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmişdir. (cild 04, iş vərəqə 67) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsinin Vərəm əleyhinə Xəstəxanasının 68 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs 23.11.2013-cü il tarixdən “Ağciyərlərin fibroz-kavernoz vərəmi VMB (-)” diaqnozu ilə qeydiyyatdadır və halhazırda ambulator müalicə alır. İş materiallarında olan AZ-İ 132021 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Təqsirləndirilən şəxs (Butayeva) Esmira Buxsay qızı ilə evlidir. İş materiallarında olan AZ-İ 730604 və AZ-İİ 212580 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.01.2006cı il təvəllüdlü X20 oğlu və 03.11.2008-ci il təvəllüdlü Məmmədov Əli Rəşadət oğlu olmaqla, bir azyaşlı və bir yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə AR Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq Təqsirləndirilən şəxs oğlunun himayəsində bir az yaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, vərəm xəstəsi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarının 1-ci bəndinə görə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 25-ci bəndinə əsasən şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin ictimai təhlükəliliyinin xarakteri dedikdə, törədilmiş əməllərin birbaşa obyekti qismində mülkiyyət, iqtisadiyyat və qulluq mənafeyi münasibətlərinin çıxış etməsi, əməlin qəsdən törədilməsi və ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması başa düşülməlidir. Cinayətin ictimai təhlükəliliyinin dərəcəsi isə təqsirkarın şəxsiyyəti ilə törədilmiş cinayətin fərdi əlamətlərinin (cinayətin mülkiyyət, iqtisadi və qulluq mənafeyi əleyhinə cinayətlər kateqoriyasına aid edilməsi, vurulmuş maddi ziyanın az hissəsinin onun tərəfindən ələ keçirilməsi, törədilmiş mənimsəmə cinayəti üzrə Təqsirləndirilən şəxs cinayətdə iştirakçılığının əlaqələndirici xarakterdə olması, mənimsəmə cinayəti üzrə pulların köçürüldüyü hüquqi şəxslərin heç birinin ona aid olmaması, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməməsi) uzlaşdırılmasıdır. Bu qəbildən olan şəxslərin islah olunmasında isə məcbur etmə metodundan (qanunda nəzərdə tutulmuş daha sərt cəzanın yuxarı həddə təyini) deyil, inandırma metodundan (daha yüngül növdə və həddə cəza təyin etmə) istifadə zəruridir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri, dərəcəsi, Təqsirləndirilən şəxs əməlində bir sıra cəzanı yüngülləşdirən halların olması, cəzanı ağırlaşdıran halın olmaması onun cəmiyyətdən təcrid edilmədən də cəzasını şərti olaraq çəkməklə islah olunacağı qənaətini təsdiq edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 32.5, 179.3.2-ci maddəsinin sanksiyasında alternativsiz olaraq, nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, barəsində ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddəti müəyyən edilməklə təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq olunmasını cəza siyasətinin tələblərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikasının CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli qərarına əsasən, şərti məhkum etmə xüsusi cinayət-hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Şərti məhkum etmə CM-in 70.1-ci maddəsinə görə beş əsas cəzaya münasibətdə (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddət azadlıqdan məhrum etmə) tətbiq edilir. Şərti məhkum etmədə məhkum ona müəyyən olunmuş sınaq müddəti daxilində öz davranışı ilə islah olunmasını sübut etməlidir. Şərti məhkum etmə zamanı məhkəmə qeyd olunan cəzalardan birini təyin edir və ikinci mərhələdə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları nəzərə alaraq həmin cəzanı şərti hesab edir və məhkuma sınaq müddəti müəyyən edir (6 aydan 5 ilədək). Beləliklə, şərti məhkum etmə zamanı ümumi qaydalarla təyin edilən cəza məhkumluq yaradır, lakin cəza real icra olunmur. Şərti məhkum olunmuş şəxs ittiham hökmünün qüvvəyə mindiyi andan məhkum sayılır. Şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşayiət olunur. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CM-in 58.3 və 70.2-ci maddələrində göstərilən halları nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində tətbiq ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini həm məqsədəmüvafiq, həm də mümkün hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olması - cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, cəzasını ağırlaşdıran halların olmaması, törədilmiş mənimsəmə və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma cinayətlərinin mülkiyyət və iqtisadi cinayətlər kateqoriyasına aid olmasını, mənimsəmə və vəzifə saxtakarlığı cinayətlərini iştirakçılığın köməkçiliyi növündə törətməsi, törədilmiş mənimsəmə cinayəti üzrə Təqsirləndirilən şəxs cinayətdə iştirakçılığının əlaqələndirici xarakterdə olması, mənimsəmə cinayəti üzrə pulların köçürüldüyü şirkətlərin heç birinin ona aid olmaması, vurulmuş maddi ziyanın az hissəsinin onun tərəfindən ələ keçirilməsi, cinayətin törədilməsində xüsusilə fəal iştirak etməməsi, yaşayış yerindən müsbət xarakterizə edilməsi və onun şəxsiyyətinin ictimai təhlükəli olmamasını göstərir, həmçinin ona təyin ediləcək cəzanın real icra edilməsinin onun ailəsinin həyat şəraitinə mənfi təsir göstərə bilməsi də təyin ediləcək cəzanın real icra edilmədən şərti olaraq tətbiq edilməsini mümkün edir. Azərbaycan Respublikası CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlu işlədiyi dövr ərzində, öz qulluq mövqeyindən istifadə edib təqsirli bilindiyi cinayəti törətdiyindən yuxarıda göstərilənləri nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən həmçinin müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəza növü təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğundan ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza şərti olaraq təyin edilməli və üzərində sınaq müddəti müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Hökmün İcrası Sumqayıt şəhər İcra şöbəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs oğlunun cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.11.2019-cu il tarixli, 1(101)-744/2019 saylı hökmündən görünür ki, zərər çəkmiş şəxs Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş 420.198,2 manat mülki iddia qismən - 33.615,86 (otuz üç min altı yüz on beş manat səksən altı qəpik) hissəsində təmin edilmiş və qeyd edilən məbləğin Şahid4 tərəfindən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi nəzərə alınmışdır. Həmin ittiham üzrə 420.198,2 manat pul vəsaitinin hamısının Şahid4 tərəfindən ələ keçirilərək mənimsənilməsi müəyyən edilməmişdir. Buna görə də, Şahid4 qarşı mülki iddia məhz onun tərəfindən ələ keçirilmiş pul vəsaitinə mütənasib (ələ keçirilmiş pul vəsaitinin 8%- i, yəni 33.615,86 manat məbləğində) təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən,Eyni tərəflər arasında və eyni predmet üzrə mübahisəyə dair eyni əsaslarla qəbul edilmiş mülki iddia haqqında, mülki iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya barışıq sazişinin təsdiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması, habelə iddianın rədd edilməsini, yaxud tamamilə və ya qismən təmin edilməsini nəzərdə tutan qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olması yenidən mülki iddia verilməsini istisna edir. Belə olan halda, məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi” tərəfindən qaldırılmış vurulmuş ziyanının ödənilməsi ilə bağlı mülki iddiaya Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.11.2019-cu il tarixli hökmü ilə hüquqi qiymət verildiyindən, iş üzrə mülki iddia baxılmamış saxlanılmalı və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 02.06.2015-ci il tarixli 317 saylı və 09.06.2015-ci il tarixli 322 saylı ödəniş tapşırıqları, 02.06.2015-ci il tarixli AB-1№125019 saylı və 09.06.2015-ci il tarixli AB-1№125020 saylı çeklər hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulmasına dair 29.04.2020-ci il tarixli protokoldan və 29.04.2020-ci il tarixli “qətimkan tədbiri seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçilən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2 və 32.5, 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 179.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 il 06 ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Sumqayıt şəhər İcra şöbəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilən “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi” tərəfindən qaldırılmış mülki iddiaya dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.11.2019-cu il tarixli, 1(101)- 744/2019 saylı hökmü nəzərə alınsın, iş üzrə mülki iddia baxılmamış saxlanılsın və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilsin. İş üzrə maddi sübutlar - 02.06.2015-ci il tarixli 317 saylı və 09.06.2015-ci il tarixli 322 saylı ödəniş tapşırıqları, 02.06.2015-ci il tarixli AB-1№125019 saylı və 09.06.2015-ci il tarixli AB-1№125020 saylı çeklər hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-179/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-179/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver