Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-179/2022 21.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları X10 və Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1986-cı il sentyabrın 23-də Kirovabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqları olan, məhkumluğu olmayan, işləməmiş, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən olunmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci il yanvar ayının əvvəllərində aralarındakı razılaşmaya əsasən sonuncunun qoyduğu, külli miqdarda, yəni 197,511 qram narkotik vasitə heroini və 19,971 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Xətai rayonu, «Əhmədli» metrostansiyasının yanında yerləşən zibil qutularının yaxınlığından götürməklə əldə edib daşıdıqda bir qismini öz üzərində, digərini kirayə yaşadığı, Bakı şəhəri, Binəqədi rayonunun X13 küçəsində yerləşən 224 nömrəli evin 140 saylı mənzilində saxlamış, 2021ci il yanvarın 15-də saat 18 radələrində Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, «Kristal Abşeron» yaşayış kompleksinin həyətində hərəkətdə olduğu «Nissan Sunny» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə saxlanaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilməklə üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə 0,038 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin avtomaşına baxış keçirilən zaman yük yerindəki tünd qırmızı rəngli sellofan torbanın içərisindən bir ədəd bükümdə külli miqdar təşkil edən 197,511 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ətir qutusunun içərisindən 10 ədəd bükümdə ayrı-ayrılıqda 1,067 qram, 0,952 qram, 0,429 qram, 8,951 qram, 3,268 qram, 1,047 qram, 0,745 qram, 0,908 qram, 1,010 qram və 1,012 qram, ümumilikdə 19,389 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi, göstərilən ünvanda baxış keçirilən açıq qəhvəyi rəngli qolsuz qadın donunun yan cibindən bir ədəd bükümdə 0,544 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmamışdır. Tutularkən üzərindən aşkarlanan 0,38 qram və evindəki paltardan çıxan 0,5 qram psixotrop maddə metamfetamin ona məxsus olmaqla ittiham olunduğu qalan maddələr və tərəzi onun deyildir. Polis əməkdaşları onu döydüklərindən çəkiliş zamanı qeyd olunan maddələrin və tərəzinin ona məxsus olduğunu demişdir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 2019-cu ildə tanış olduğu Təqsirləndirilən şəxs ilə 2020-ci ilin mart ayından dini nikahla ər-arvad kimi bir yerdə yaşamışlar. Eminin əvvəllər narkotik istifadə etdiyini bilsə də sonuncu ona evləndikdən sonra bu vərdişlərinə son qoyacağına söz vermişdir. O, 2021-ci il yanvarın 15-də Eminin tanışı Şahid2 ilə baxdığı, Bakı şəhəri Binəqədi rayonunun X13 küçəsində yerləşən «Kristal Abşeron» yaşayış kompleksindəki 224 №-li evin X3 məxsus 140 saylı mənzilini kirayələmiş, o, ev sahibi ilə danışığa gedərkən özü ilə bir neçə çanta aparmış və aralarında razılıq əldə olunduğundan həmin əşyaları yaşayış sahəsində yerləşdirmişdir, sonradan onlar Bakı şəhəri, Xətai rayonu, «Həzi Aslanov» metro stansiyasının yanındakı Eminlə kirayədə qaldığı yerə qayıdıb əri və Asif ilə əşyaları yığmışdır, Eminin sifariş verdiyi «Nissan Sunny» markalı taksiyə öz əşyalarını yükləyərək «Kristal Abşeron» yaşayış kompleksinə yollanmış, saat 18 radələrində binanın qarşısına çatdıqları vaxt mülki geyimli şəxslər yaxınlaşmaqla özlərini Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları kimi təqdim edib onları oturduqları avtomobillə ilə birgə Bakı şəhəri Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparmışlar. Orada ərinin Gəncə Şəhər Polis İdarəsində axtarışda olmasını bilmiş, baxış keçirilərkən sonuncunun üzərindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin, taksinin yük yerindən bir ədəd paketdə narkotik vasitə heroin, 10 ədəd bükümdə psixotrop maddə metamfetamin, elektron tərəzi, kirayə götürdükləri mənzildə olan donunun cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. O, Eminin narkotik vasitə istifadə etdiyini və ya satdığını görməmişdir. İş üzrə şahid qismində dindirilən Şahid2 Təqsirləndirilən şəxs Gəncə şəhərində qonşuluqda yaşadığı dövrdən tanıdığını bildirərək Şahid1 ilə analoji ifadə verdi. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis mayoru olmaqla Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili işləmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhərində olması və satış məqsədi ilə külli miqdarda narkotik vasitə saxlaması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün idarənin əməliyyat müvəkkili Emil Abbaszadə və kiçik əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Bakı şəhərinə ezam olunmuşlar. 2021-ci il yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, «Kristal Abşeron» yaşayış kompleksinin həyətində əməliyyat mövqeyi seçməklə gözləmiş, saat 18 radələrində içərisində Təqsirləndirilən şəxs da olduğu «Nissan Sunny» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandıqdan sonra yaxınlaşmaqla özlərini təqdim edib sonuncunu və salonda əyləşən şəxsləri avtomaşınla birlikdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs əynindəki cins şalvarın sağ cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etməklə içərisində psixotrop maddə metamfetamin olduğunu, göstərilən maddəni öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, aşkarlanan büküm qablaşdırılıb götürülərək bu barədə protokol tərtib edilmişdir. «Nissan Sunny» markalı avtomobilin sürücüsü Şahid5 iştirakı ilə videoçəkilişlə avtomaşına baxış keçirilərkən yük yerindən çıxarılan tünd qırmızı rəngli sellofan torbanın içərisindəki bir ədəd şəffaf sellofan bağlamada qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, ətir qutusunda 10 ədəd büküm içərisindəki psixotrop maddə metamfetaminə oxşar kütlə və bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs kirayələdiyi Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi, ev 224, mənzil 140 ünvanına videoçəkilişlə baxış zamanı Şahid1 sellofan paketdən çıxarmaqla təqdim etdiyi açıq qəhvəyi rəngli qolsuz qadın donunun yan cibindən bir ədəd içərisindəki psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli kütlə olan şəffaf sellofan büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkarlanan bütün bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki zor və mənəvi təzyiq tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən Şahid5 Şahid1 ilə uyğun ifadə verib həmçinin göstərdi ki, özünə məxsus «Nissan Sunny» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur, 2021-ci il yanvarın 15-də saat 18 radələrində sifarişi yerinə yetirərkən Bakı şəhəri, Binəqədi rayonu, «Kristal Abşeron» yaşayış kompleksinin həyətində salonda əyləşən, adlarını sonradan bildiyi sonuncu, Şahid2 və Təqsirləndirilən şəxs ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmişlər. Təqsirləndirilən şəxs onun avtomaşınının yük yerinə qoyduğu əşyaların içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda ilkin izahatında, habelə şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrində əməlini qismən etiraf edib istifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri «WhatsApp» sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən aldığını, iranlının dediyi karta «Milliön» aparatından pulu yüklədikdən sonra sonuncunun ona narkotikin yerini göndərdiyini, 2021-ci il yanvarın 15də saat 18 radələrində polis tərəfindən saxlanarkən üzərindən və arvadının kirayə götürdüyü evdən sonuncunun paltarının cibinə qoyduğu ittihamın qeyd etdiyi miqdarda psixotrop maddə metamfetamin, taksi avtomobilində psixotrop maddə metamfetamin və yerdən tapdığı narkotik vasitə heroin, habelə əlektron tərəzi, həmin maddələri və əşyanı öz istifadəsi üçün saxladığını bildirmiş, 2021-ci il iyunun 16-da təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittiham üzrə ifadə verməkdən imtina etmiş, 2021-ci il avqustun 09-da Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.2.-ci və 234.4.3.cü maddələri ilə özünü təqsirli bilmədiyini göstərmişdir (1-ci cild, iş vərəqi 49-50, 79-81 və 103-105; 3-cü cild, iş vərəqi 46-49, 79-81 və 103-105; 4-cü cild, iş vərəqi 27-28, 122-130 və 196-203). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən hadisə ərəfəsində polis serjantı olaraq Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili işləmiş Şahid4 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən şahid X14 ilə eyni məzmunlu ifadə vermişdir (1-ci cild, iş vərəqi 152-155). Məhkəmə iclasında ifadəsi elan olunub tədqiq edilən ibtidai araşdırma zamanı şahid qismində dindirilən X4 Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi, ev 224 ünvanındakı 140 saylı mənzilin özünə məxsus olduğunu bildirməklə Şahid1 ilə oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 157-159). İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin 2021-ci il 15 yanvar və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 2021-ci il 16 yanvar tarixli raportlarından görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, «Kristal Abşeron» yaşayış kompleksinin həyətində Şahid2 idarə etdiyi «Nissan Sunny» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda əyləşən Şahid1 ilə birlikdə saxlanaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə gətirilmiş, Təqsirləndirilən şəxs üzərindən, yol getdiyi avtomaşından, habelə yaşadığı ünvandan ümumilikdə 197,511 qram narkotik vasitə heroin və 19,971 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür (1-ci cild, iş vərəqi 3-4). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 15 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:20-də Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 22). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 15 yanvar tarixli protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs əynindəki gödəkcənin içəri cibindən bir ədəd tibbi maskanı və bir ədəd siqareti, göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim etməklə içərisində psixotrop maddə metamfetamin olduğunu, qeyd olunan maddəni öz şəxsi istifadəsindən ötrü üzərində gəzdirdiyini, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını bildirmiş, qeyd olunan büküm və bir ədəd siqaret qablaşdırılaraq götürülmüşdür (1-ci cild, iş vərəqi 29-31). İş materiallarındakı 2021-ci il 15 yanvar tarixli ərizədən və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, X5 razılığı əsasında sonuncuya məxsus «Nissan Sunny» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış zamanı yük yerindəki tünd qırmızı rəngli sellofan torbadan bir ədəd bükümdə tünd rəngli tozşəkilli maddə, göy rəngli şəffaf sellofan paketdəki ətir qutusundan 10 ədəd bükümdə kristallaşmış kütlələr aşkarlandıqda Təqsirləndirilən şəxs içərisindəki müvafiq qaydada narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olmaqla bunları öz şəxsi istifadəsi üçün saxladığını bildirmiş, göstərilən maddələr, habelə aşkarlanan bir ədəd elektron tərəzi qablaşdırılıb götürülmüşdür (1-ci cild, iş vərəqi 33-37). İş materiallarındakı 2021-ci il 15 yanvar tarixli ərizədən və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, X2 razılığı əsasında sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi, ev 224, mənzil 140 ünvanına müdafiəçinin iştirakı ilə videoçəkilişlə baxış keçirilən vaxt açıq qəhvəyi rəngli qolsuz qadın donunun yan cibindən bir ədəd şəffaf sellofan büküm aşkarlandıqda Təqsirləndirilən şəxs içərisində psixotrop maddə metamfetamin olmaqla ona məxsus olduğunu bildirmiş, həmin büküm qablaşdırılıb götürülmüşdür (1-ci cild, iş vərəqi 38-42). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16 yanvar tarixli 6/198 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən «...Təqsirləndirilən şəxs... üzərindən aşkarlanan maddə…» və sair yazılar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,038 qram olan ağ rəngli kristalşəkilli kütlə, üzərində «...Təqsirləndirilən şəxs... mənzildən aşkarlanan maddə...» və sair yazılar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,544 qram olan ağ rəngli kristalşəkilli kütlə və üzərində «...Təqsirləndirilən şəxs... avtomaşınından aşkar olunan maddələr…» və sair yazılar olan bağlamadakı bir ədəd qutuda 10 ədəd bükümdə ayrı-ayrılıqda 1,067 qram, 0,952 qram, 0,429 qram, 8,951 qram, 3,268 qram, 1,047 qram, 0,745 qram, 0,908 qram, 1,010 qram və 1,012 qram olmaqla ümumi təmiz çəkisi 19,971 qram olan ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, Təqsirləndirilən şəxs üzərindən, əyləşdiyi avtomobildən və müvəqqəti yaşadığı ünvandan aşkarlanan 12 ədəd bükümdə metamfetamin kütlələri öz aralarında kimyəvi tərkiblərinə görə eynilik təşkil edir, avtomaşından aşkar olunan qutudakı bir ədəd polietilen paketdə təmiz çəkisi 197,511 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd kağız bağlamadakı 7x12,5 sm ölçüdə elektron tərəzinin səthində aşkar edilən metamfetaminin izləri az miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək və eyniləşdirmə tədqiqatını aparmaq mümkün olmamışdır, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 197,11 qram və 19,851 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 109,9 manatdır (1-ci cild, iş vərəqi 65-68). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 16 yanvar tarixli 7/78 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən «...Təqsirləndirilən şəxs...» yazısı və imza olan kağız paketdəki bir ədəd «Kent» adlı siqaretdə təmiz çəkisi 0,491 qram olan tütünün tərkibində narkotik vasitə hissəcikləri yoxdur, tərkibi yalnız tütündən ibarətdir, tütünün tədqiqatdan sonrakı qalığı 0,471 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 78,82 manatdır (1-ci cild, iş vərəqi 71-72). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 16 yanvar tarixli protokoldan və eyni tarixli qərardan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə, hərəkətdə olduğu «Nissan Sunny» markalı avtomobilə və kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi, ev 224, mənzil 140 saylı ünvana baxış prosesinin videogörüntüsünü əks etdirən iki ədəd CD diskinə baxış zamanı sonuncunun əynindəki gödəkcənin içəri cibindən bir ədəd tibbi maskanı və bir ədəd siqareti, göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək bükümdə psixotrop maddə metamfetamin olduğunu, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, avtomaşının yük yerindəki bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin, ətir qutusunda olan 10 ədəd bükümdəki kristallaşmış kütlələrin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri və bir ədəd elektron tərəzini öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini və saxladığını, yaşadığı mənzildəki açıq qəhvəyi rəngli qolsuz qadın donunun yan cibindən aşkarlanan bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu bildirməsi müəyyən olunmuş, iki ədəd CD diski maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (1-ci cild, iş vərəqi 91-93). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 17 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən, hərəkətdə olduğu «Nissan Sunny» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən və kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi, ev 224, mənzil 140 saylı ünvandan aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin təqdiqatdan sonrakı müvafiq qaydada 197,11 qram və 19,851 qram çəkidə qalıqları, bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla saxlanılması üçün idarənin saxlanc anbarına təhvil verilmişdir (1-ci cild, iş vərəqi 94-95). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 17 yanvar tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 97-98). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2021-ci il 17 yanvar tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il yanvarın 15-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 123-125). İş materiallarında olan «Çağrı» məhdud məsuliyyətli cəmiyyətinin 2021-ci il 18 yanvar tarixli 03 №-li məktubundan görünür ki, ***-***-**-** mobil nömrəsindən 2021-ci il yanvarın 15-də saat 18:00-da qəbul edilən sifarişə əsasən «Nissan Sunny» markalı **-SZ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Zəm-Zəm» mərasim evindən «Kəmalə və Nərmin» şadlıq sarayına gedilmişdir (1-ci cild, iş vərəqi 127). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il yanvarın 30-da tərtib etdiyi tələbnamədən, habelə məhkəmə hökmünün və qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2003-cü il 19 avqust tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 180.2.1.-ci və 180.2.3.-cü maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına 03 il sınaq müddəti ilə şərti məhkum olunmuş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2007-ci il 28 fevral tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.2.-ci maddələri ilə təqsirli bilinib 03 il 11 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2010-cu il 12 mart tarixli qərarı ilə 2010-cu aprelin 02-də cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 17 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (1-ci cild, iş vərəqi 135-137 və 168-182). İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 11 fevral tarixli qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 166). İş materiallarında olan 2012-ci il 03 may tarixli AZ-İİ seriyalı 849230 №-li və 2018-ci il 15 yanvar tarixli AZ-İİİ seriyalı 889228 №-li doğum, habelə məhkəməyə təqdim olunan 2019-cu il 08 aprel tarixli AZ-İ seriyalı 233445 və 2018-ci il 15 yanvar tarixli AZ-İ seriyalı 233384 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il 13 fevral təvəllüdlü Nura və 2017-ci il 30 noyabr təvəllüdlü Zabit adlı övladları vardır (1-ci cild, iş vərəqi 183-184 və 5-ci cild, sair iş vərəqi). İş materiallarında olan «X15» məhdud məsuliyyətli cəmiyyətinin 2019-cu il 11 may və 2020-ci il 27 avqust tarixli çıxarışlarının, 3 saylı Uşaq Poliklinikasının 2019-cu il 07 iyun tarixli ambulator kitabçadan çıxarışının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2012-ci il 13 fevral təvəllüdlü övladı X6 «psixofiziki inkişafın ləngiməsi (daha ifadəli əqli) – pre, perinatal ensefalopaiya zəminində» və «psixomotor inkişafın ləngiməsi» diaqnozu qoyulmuşdur (1-ci cild, iş vərəqi 185-187). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 2021-ci il 25 fevral tarixli 5/67 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd sensor ekran və «Android 8.0.0» əməliyyat sistemi ilə təchiz olunmuş «Samsung Galaxy A3» markalı «SM- A320F» modelli **********70036 və **********70077 İMEİ kodlu mobil smartfon işlək vəziyyətdə olmaqla istifadəyə yararlıdır, mobil telefonun yaddaşından toplanmış hazırda mövcud olan və pozulan məlumatlar müəyyənləşdirilmişdir, ekspertiza tədqiqatının dəyəri 53,65 manatdır (1-ci cild, iş vərəqi 189-192). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 19 aprel tarixli 1135 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə metamfetamindən suiistifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 193-194). İş materiallarındakı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 09 iyun tarixli protokoldan görünür ki, məhkəmə kompüter-texniki ekspertizası tərəfindən təqdim olunan bir ədəd DVD diskinə baxış vaxtı «PTT-2020İ213- WA0122» adlı səs yazısında «Salam aleykum, axşamınız xeyir qardaş, qardaş mən nömrəni dəyişmişəm dedim bəlkə tanıyarsız, iki-üç dəfə atom zad götürmüşdüm, lirika götürmüşdüm, prositu indi vatçap nömrəmi dəyişmişəm. Gör nə deyirəm mənim qardaşım mən Əhmədli tərəfdəyəm, heç olmasa buralara yaxın bir yer, yəni Dərnəgül tərəfə, nə qədər yaxın olsa mənə yaxşı olar, elə bil həm lirika həm də atom götürmək istəyirəm, imkan olar, yoxsa yenə Padamdard tərəfə getməliyəm» məzmunlu, «PTT-20201213- WAO123» adlı səs yazısında «hansı tərəfə təxminin mənim qardaşım, mən hardasa qırx dəqiqəlik işim var, maksimum bir saata boşalıram, bir saatdan sonra yəni karta pulu qoyum gedim yanı çalışdığın qədər məni tərəfə nə qədər yaxın olar yaxısı olar, yəni imkan olar mənim qardaşım» məzmunlu, «PTT-20201213-WA0124» adlı səs yazısında «yaxısı qardaş, onda bir saata sənə deyəcəm kartı atarsan, həm atom götürəcəm, həm də lirika götürəcəm» məzmunlu, «PTT-20201229-WA0023» adlı səs yazısında danışan şəxsin «nətərsən navar nə yox, vəziyyət, Samir İmamzadə haqqı, balamın cam üç gündü yəni nəsə ordan götürüb kimə nəsə verən nakişi olar öz payıma, keçən dəfə o pul boynumda qaldı, bu dönüşdə pulu qaytarmamışam deyə Allaha and olsun heç nə götürüb verənmirəm də qaqa, mən də bilirsən axtarışda olan adam, problemi olan adam, beş manat üç manat ordan yanı siqaret pulu, yemək pulu, ev pulu zad da birtəhər yerində çabalıyıb divijeniya eliyirəm. Balamın canı hər gün aldadıram bu gün sabah qaqa heçnə eliyənmədim yəni qaqa, bunan da heçnə eliyənmədim məhf oldum, nəyi neyniyəcəm nağaracam ənim qardaşım, yenə çölə çıxanda əlini vəli, vəlini pirvəli eliyirdim qaqa, bunanda heçnə eliyə bilmədim, sən onu kiməsə verə bilmədin qaqa, yoxsa veribsən pulu götürüb xərcləyibsən nətər, sənin qadan alım dedim yəni heç kimə verməyibsənsə o temanı götürüb baqasına verib genə heç olmasa burdan qabağım bağlanmasında qaqa, allaha and olsun ayrı bir yerim yoxdu da işləməyə, Quran haqqı qardaşımsan, qardaşyana başadüşda qaqanı, biz qardaşıq, Qurana and olsun, Allah haqqı özün bilirsən kəlmənə mən milyona atveçat duran adamam, qurana and olsun, sən bir kəlmə dedin mən də atdımda qaqa, sənə qurban olum qardaş kimi başa düş» məzmunlu, «PTT-20201230- WA0017» adlı səs yazısında danışan şəxsin «bir iki dənə seş-şüy götürüm, dağıdım yenə, beş manat üç manat pul olarda» məzmunlu, «PTT- 20201231-WA0017» adlı səs yazısında «neynirsən qardaş navar nə yox, yazdım zəng çatmadı brat sənə, bayaq bir qardaşımız vardı, dostumuz elə o, iki qram istəyirdi ona görə yığırdım» məzmunlu, «PTT- 20210102-WA0054» adlı səs yazısında danışan şəxsin «Samir mamamın goru, and olan allahın böyüklüyünə, görməsən inanmazsan vəziyətimi, elə bil udar hər tərəfdən tutubda məni, burdan nə özüm çölə çıxa bilirəm, nə dvijeniya edə bilirəm, qurana and olsun 10 manatlıq taksi puluynan 20-25 manat yanıma adam gələr çıxır, məsəl üçün dvaynoytraynoy, yəni ki birdən deyirəm xvost olar. Çox əziyyət çəkirəm Samir mamamın goru, həmd keçən dəfə məndə qırıldı, həm də özümdə bir az yemişəm puldan, özümdə çəkib eliyirəm bilirsən, hamısı günü gündən dala, saki deyirəm qabağa gedib 5-3 manat görüm nağaram, neynirəm, yəni bir manat qıraqda pulu olanın kişilikdə payı yoxdur» məzmunlu, «PTT-20210103-WA0015» adlı səs yazısında «qardaş səndən səs soraq çıxmadı, bayaqdan elə uşaqlarla danışıram, sən mənə bir dənə qiymət denən, prostu normal qiymət olsun da hamımıza, beş manat düz əməlli qalsın, bir dənə onun tez mənə qiymətin denən» məzmunlu, «PTT-20210103-WA0020» adlı səs yazısında «bayaqdan bəlkə iki saatdı bunlarla danışıram, hamımız kanfransdaydıq, prostu elə olsun ki, hər sey dəqiqlik olsun, sənədə dedimda, biri var özümüz olaq, biz qardaşıq, indi itokda arada başqa qardaşlar var, dəqiqlik olsun hər şey hər tərəfdən. Bu deyirik mən palı istəyirəm, Rasiyya da patı istəyib, bir dənə patının qiymətini səhər öyrən de, indi öyrənməzsən patıları var ya yox. Dedim həşişim iz də var, dedi yox mənə əsas patı lazımdı, ayda beş dənə, yeddi dənə götürəcəyik» məzmunlu, «PTT-20210103-WA0021» adlı səs yazısında «səhərlərim səni yığacam danışacam, yəni o qardaşı ki var necə deyim axı, o həşiş olan qardaşın olardan böyük-böyük işləyənlərdi. Amma dedi ki ailəm yatıb zəng eliyənmirəm, dedi ailəsinin yanındadı o cür söhbətləri danışa bilmir, dedi qoy səhərlərim getsin dükanı varıdır, yekə dükanı vardır, getsin dükanda oturanda yanına məndə gedəcəm, dedi ondan gedib danışarıq görək necədi də vəziyyət, indi bir dənə iki dənə nə qədərdi oların da özlərinin bir proqramları olacaqda deyəcək bu şəraitdə bu şəraitdə verin. Qov mən də onu danışım yalan sənə niyə deyənmərəm səndə birinə yalan deyəsən, qoy gedim sözün səhətinə çatım sora sənə deyim nə xəbərdi» məzmunlu, «PTT-20210109-WA0209» adlı səs yazısında danışan şəxsin «salam qardaş axşamın xeyir, qardaş Anardı danışan, pasdayam mən nömrəni tez-tez dəyişirəm, rus nömrələrindən çox vaxtı yazan mənəm, mənim qardaşım bir dənə elə bil 2 qram atom, birdə yarım list lirika nə qədər eliyir onu mənə denən, bir də hansı tərəf olacaq Patandart olacaq, yoxsa hansı tərəf olacaq mənə denən, mən adam yolluyacam gedib götürsün, birdə kartını şeylə da, keçən dəfə yazmışdın ki daha bu karta vurmayın kartı dəyişirəm statusa qoymuşdun» məzmunlu, «PTT-20210109-WA0213» adlı səs yazısında «atomun iki qramını yazısında danışan şəxsin «sabahların inşallah opisi alınanda ondan iki qram qaradaşın üçün əmələ gələrmi ondan, atomdan» məzmunlu, «PTT-20210109-WA0221» adlı səs yazısında danışan şəxsin «2 qram ondan yarım list də, ya bir list də lili» məzmunlu, «PTT-20210110- WA0034» adlı səs yazısında danışan şəxsin «Gülü səndə bir dənə qalmadı, iki dənə qaldı, elə bil sənə 4 dənə vermişdim, birinin pulun nağd vermişdin, birini karla vurmuşdun, 4 dənədən də əlavə 1 dənə sənin özünə pay vermişdim, sənin qadan alaram Gülü gör onu veribsənsə də bidənə onu karta atardında, vəziyyətim çox pisdi allaha and olsun» məzmunlu, «PTT-20210114-WA0005» adlı səs yazısında «salam aleymum qardaş, qardaş biz 1 list lirika götürmək işləyirik o, 300-lükdən, bir də nəşədən yoxdu o, 4 qramı pasdayannı qoyurdune, onan var yoxsa yoxdur, ikisindən də götürərdim» məzmunlu səs yazıların olması aşkarlanmışdır (1-ci cild, iş vərəqi 222-224). İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin 2020-ci il 08 noyabr tarixli 206-2319-1220 №-li məktubunun kserosurətindən görünür ki, 2020-ci il noyabrın 07-də saat 20:30-da Gəncə şəhərinin Nizami rayonu ərazisində saxlanan X8 üzərindən aşkarlanan 24,08 qram narkotik vasitə heroini Gəncə şəhəri sakini X7 vasitəsilə Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını bildirmişdir (2-ci cild, iş vərəqi 88). İş materiallarındakı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin tərtib etdiyi 2021-ci il 15 iyun tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər X11 və Təqsirləndirilən şəxs üzləşdirilərkən sonuncular üzləşdirmə istintaq hərəkətinin keçirilməsindən imtina etmişlər (4-cü cild, iş vərəqi 16). İş materiallarında olan Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 2021-ci il 16 iyun tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci, 234.4.2.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (4cü cild, iş vərəqi 17-18 və 20-21). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 2021-ci il 25 may tarixli 1110 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkarlanan emosional davamsız tip şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində olub sonuncunu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir, buna görə də Təqsirləndirilən şəxs törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (4-cü cild, iş vərəqi 92-93). İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 09 avqust tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında, habelə eyni tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci, 234.4.2.-ci və 234.4.3.-cü maddələrindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilərək ona qeyd olunan maddələrlə yenidən ittiham elan edilmiş, X11 barəsində Azərbaycan Respublikasının CM-nin 307.1.-ci, 234.4.1.-ci, 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işinə hissəvi xitam verilmiş, maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs üzərindən, hərəkətdə olduğu «Nissan Sunny» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən və kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi, ev 224, mənzil 140 saylı ünvandan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin təqdiqatdan sonrakı müvafiq qaydada 19,851 qram və 197,11 qram çəkidə qalıqlarının, bir ədəd elektron tərəzinin saxlanılması üçün idarənin saxlanc anbarına təhvil verilməsi, sonuncuya məxsus bir ədəd «Samsung Galaxy A3» markalı «SM-A320F» modelli mobil telefonun, iki ədəd CD və bir ədəd DVD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 206-cı və 234.4.2.-ci maddələri, Şahid1 barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə etdiyi mənbəni və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşını müəyyən etmək məqsədi ilə cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işi ayrıca icraata ayrılmış, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən ləyaqəti alçaldan və qeyri-insani rəftar edilməsi öz təsdiqini tapmadığından həmin xüsusiyyət üzrə cinayət təqibinin başlanması rədd edilmişdir (4-cü cild, iş vərəqi 131-175, 177-179 və 185-186). Məhkəməyə təqdim olunan 2005-ci il 02 oktyabr tarixli AZ-İ seriyalı 575704 №-li doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 2004cü il 04 avqust təvəllüdlü Emil adlı övladı vardır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2015-ci il 14 sentyabr tarixli 27 №-li xəstənin ambulator kitabçasından çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X9 «spastik hemiplegiya» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya və Statistika İdarəsinin 2015-ci il 22 iyul tarixli 504/270 №-li ambulator, stasionar xəstənin tibb kartasından çıxarışının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs övladı X9 «doğuş zədəsinin qalığı sağ tərəfli hemipariz» diaqnozu qoyulmuşdur. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinin 2021-ci il 22 iyun tarixli 304 №-li məktubunun kserosurətindən görünür ki, 2006-cı il noyabrın 08-də dispanserə müraciət edən Təqsirləndirilən şəxs «reaktiv psixoz» diaqnozu qoyulmaqla müalicə olunmaq üçün psixiatrik xəstəxanaya göndəriş verilsə də sonuncu bir daha dispanserə müraciət etməmişdir. Məhkəməyə təqdim olunan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 12 yanvar tarixli qərarının surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 17 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarına əsasən ona təyin edilmiş 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və Təqsirləndirilən şəxs üzərindən məhkumluğu götürülmüşdür. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da, heç vaxt həmin maddələrin satışı ilə məşğul olmaması, tutularkən üzərindən aşkarlanan 0,38 qram və evindəki paltardan çıxan 0,5 qram psixotrop maddə metamfetaminin ona məxsus olmaqla ittiham olunduğu qalan maddələrin və tərəzinin onun olmaması, polis əməkdaşları onu döydüyündən çəkiliş zamanı qeyd olunan maddələrin və tərəzinin ona məxsus olduğunu deməsi barədə göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tətqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki qismən etirafedici, şahidlərin ifadələri, maddi sübutların mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasının işdə cəzanı yüngülləşdirən hal olmasını nəzərə almaqla ailə vəziyyətini işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 12 yanvar tarixli qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2020-ci il 17 mart tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarına əsasən ona təyin edilmiş 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından azad edilməsi və Təqsirləndirilən şəxs üzərindən məhkumluğunun götürülməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən, hərəkətdə olduğu «Nissan Sunny» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən və kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi, ev 224, mənzil 140 saylı ünvandan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin təqdiqatdan sonrakı müvafiq qaydada 19,851 qram və 197,11 qram çəkidə qalıqları, bir ədəd elektron tərəzi məhv edilməli, sonuncuya məxsus bir ədəd «Samsung Galaxy A3» markalı «SM-A320F» modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, iki ədəd CD və bir ədəd DVD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 242,37 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 60 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il yanvarın 15-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il yanvarın 15-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 242,37 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 360 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən, hərəkətdə olduğu «Nissan Sunny» markalı **- SZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən və kirayə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, X13 küçəsi, ev 224, mənzil 140 saylı ünvandan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin təqdiqatdan sonrakı müvafiq qaydada 19,851 qram və 197,11 qram çəkidə qalıqları, bir ədəd elektron tərəzi məhv edilsin, sonuncuya məxsus bir ədəd «Samsung Galaxy A3» markalı «SM-A320F» modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, iki ədəd CD və bir ədəd DVD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-179/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-179/2022
21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver