Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-179/2024 23.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X44, X19, X23, X6 və X39, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X45, X27, Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 nümayəndəsi, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə3, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 nümayəndəsi, “Nümayəndə2 və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X16, müdafiəçilər- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1949-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Azərbaycan Həmkarlar İttifaqları X4” İctimai Birliyinin sədri vəzifəsində işləmiş, xx.xx.2007-ci il tarixdə “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə, xx.xx.2015-ci il tarixdə “Tərəqqi” medalı ilə təltif olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 29,178.4 və 32.4,312.2-ci maddələri ilə, xx xxxxxx 1956-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “Azərbaycan Həmkarlar İttifaqları X2” İctimai Birliyinin “Yasamal” idman-sağlamlıq klubunun direktoru işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməkə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 29,178.4, 32.4,312.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclası zalında saat 14:20-də açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli və xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə özləri vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Həmkarlar İttifaqları X4 İcraiyyə Komitəsinin 12 dekabr 2000-ci il tarixli qərarı ilə Assosiasiyanın vitse-prezidenti təyin edilməklə 25 dekabr 2006-cı il tarixədək həmin vəzifədə, AHİİTA-nın İV hesabat-seçki konfransının 25 dekabr 2006-cı il tarixli qərarı ilə əvvəlki Assosiasiyanın prezidenti və İcraiyyə komitəsinin sədri, hazırkı Azərbaycan Həmkarlar İttifaqlarının X2 sədri seçilməklə 17 avqust 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən “Azərbaycan Həmkarlar İttifaqlarının X2 13 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Nizamnaməsinə (1-ci redaksiyada), “Azərbaycan Həmkarlar İttifaqlarının X4” İctimai Birliyinin 13 noyabr 2014-cü il tarixdə və 9 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən qeydiyyata alınmış Nizamnamələrinə (2 və 3-cü redaksiyada) əsasən, müəyyən edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi Azərbaycan Həmkarlar İttifaqları X4 “Yasamal” idman-sağlamlıq klubunun sədri işləmiş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında yerləşən stadionun ərazisində yardımçı otaq və ona bitişik yardımçı ərazi olan, Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 2183,2 m2 qeyri-yaşayış sahəsinin (stadionun) və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olması ilə əlaqədar həmin ərazidə hündürmərtəbəli yaşayış binasının inşa edilməsi üçün torpaq sahəsinin ona satılmasında köməklik göstərilməsi ilə əlaqədar 2004-cü il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə müraciət edən "xxxx" Mənzil-Tikinti Kooperativinin faktiki rəhbəri Zərərçəkmiş şəxs3 ilə 2004-cü il tarixdə həmin stadionun ətrafında görüşləri zamanı cinayətkar niyyətlərinə uyğun olaraq həmin ünvanda yerləşən ümumi sahəsi 2183,2 m2 qeyri-yaşayış sahəsinin və onun üzərində olan daşınmaz əmlakın sonuncuya satılmasının mümkün olmasını Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 yalandan vəd edib, özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək bunun üçün müvafiq sahələrin özəlləşdirilməsinin və bundan sonra ona satışının həyata keçirilməsi üçün Azərbaycan Həmkarlar İttifaqları X2 vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi müvafiq hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 150000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında yerləşən stadionun yaxınlığında görüşləri zamanı Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 aldatmaqla bildirib, onunla razılaşmaqla sövdələşdikdən sonra qeyd edilən ərazinin qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 adına özəlləşdirilməsi və satılması barədə Azərbaycan Həmkarlar İttifaqlarının X4 İcraiyyə komitəsinin 10 mart 2004-cü il və 5 aprel 2004-cü il tarixli qərarlarının qəbul edilməsinə nail olub, sonuncu vasitəsi ilə 2004-cü ilin oktyabr ayında 150000 (bir yüz əlli min) manat pul vəsaitini Zərərçəkmiş şəxs3 həmin stadionun yaxınlığında alıb, Təqsirləndirilən şəxs2la aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, eyni niyyətlə, Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, həmin stadionun 0,30 hektara qədər hissəsini təşkil edən torpaq sahəsinin satın alınmasında köməklik göstərilməsi üçün 2011-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs2 vasitəsi ilə müraciət etmiş Zərərçəkmiş şəxs3 cinayətkar niyyətlərinə uyğun olaraq guya özlərinin həmin İttifaqın və digər ali qurumların rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək qeyd edilən sahənin özəlləşdirilməsi və bundan sonra ona satışının həyata keçirilməsi, habelə sənədləşdirilmə üzrə tikintiyə də köməklik göstərə biləcəklərini Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 aldatmaqla vəd edib, özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi müvafiq hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 650000 (altı yüz əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında yerləşən stadionun yaxınlığında görüşləri zamanı Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin adla 2011-ci ilin əvvəllərindən 2012-ci ilin sonlarınadək olan müddətdə Təqsirləndirilən şəxs2 vasitəsi ilə 200000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 159540 (bir yüz əlli doqquz min beş yüz qırx) manat və 494000 (dörd yüz doxsan dörd min) manat olmaqla, ümumilikdə 653540 (altı yüz əlli üç min beş yüz qırx) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə görüşləri zamanı Zərərçəkmiş şəxs3 almaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləyərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 803540 (səkkiz yüz üç min beş yüz qırx) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncuları vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ünvan 7 ünvanında yerləşən stadionun 0,14083 hektar torpaq sahəsinin üzərində yerləşən 800,4 m2 əsas, 383,2 m2 köməkçi sahə olmaqla, ümumi sahəsi 1183 m2 sahədən ibarət əmlak kompleksinin dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Spartak” X42- İdman Cəmiyyətinin istifadəsində olmasını bilməklə, Zərərçəkmiş şəxs4 ilə Gəncə şəhərində 2007-ci ilin əvvəllərində görüşləri zamanı həmin stadionun yerləşdiyi torpaq sahəsinin üzərində olan əmlak kompleksini 400000 manata ona sata biləcəyini və bundan sonra orada idman klubunu yaratmaq imkanının olduğunu, bunun üçün ilk öncə əmlakın alğı-satqısı və ilkin olaraq beh kimi 200000 manat pul vəsaitinin verilməli olduğunu, daha sonra alğı-satqı müqaviləsi bağlanmaqla həmin əmlak kompleksinin ona satılacağını, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının özünün yaxın münasibətdə olduğu rəhbər vəzifəli şəxslərindən sənədləşdirilməyə razılıq ala biləcəyini, həmin məsələni Zərərçəkmiş şəxs4 xeyrinə həll etmək üçün aldığı məbləği bir hissəsini qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməli olmasını ona bildirib həmin məsələni həll etmək imkanında olduğunu Zərərçəkmiş şəxs4 yalandan vəd edərək, sonuncunun razılığını alıb sövdələşərək, həmin adla 2007-ci ilin əvvəllərində 200000 (iki yüz min) manat pul vəsaitini Zərərçəkmiş şəxs4 ünvan 8 ünvanında yerləşən işlədiyi qurumun inzibati binasındakı xidməti otağında alaraq, qeyd edilən əmlak kompleksinin faktiki olaraq Zərərçəkmiş şəxs4 rəhbərlik etdiyi “X59 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə keçməsi üçün “Xəmsə” X43 AHİİTA-nın üzvlüyünə qəbul edilməsi və AHİİTA-nın balansında AHİK-in mülkiyyəti olan və Gəncə şəhərində yerləşən stadionun əmlak kompleksinin balansının qalıq dəyəri ödənilməklə MMC-yə verilməsi barədə AHİK-in İcraiyyə Komitəsinin müvafiq olaraq 19 fevral 2007-ci il tarixli və 4 aprel 2007-ci il tarixli qərarlarının müvafiq proseduralar üzrə qəbul edilməsinə, AHİİTA-nın balansında olan “Spartak” KBTİC-nin istifadəsinə verilmiş sahəsi 1183,6 m2 olan idman qurğularının AHİİTA tərəfindən MMC-yə təhvil verilməsi barədə 30 aprel 2007-ci il tarixli təhvil-təslim aktının tərtib edilməsinə, AHİK-in balansında olan, Gəncə şəhərində yerləşən stadionun əmlakının “X59 Klubu” MMC-nin mülkiyyətinə verilməsi barədə 8 iyun 2007-ci il tarixdə müqavilənin tərəfindən imzalanmasına və 8 iyun 2007-ci il tarixdə balans dəyəri olaraq 10800 manat pul vəsaitinin ödənilməsinə nail olduqdan sonra 2007-ci ilin ortalarında qalan 200000 manat məbləğində pul vəsaitini qeyd edilən xidməti otağında Zərərçəkmiş şəxs4 alıb, aldığı həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göygöl şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən stadionun 21256,9 m2 torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və "xxxx" X66 Cəmiyyətinin istifadəsində olmasını bilməklə, Zərərçəkmiş şəxs4 ilə 2008-ci ilin əvvəllərində ünvan 9 ünvanında yerləşən xidməti otağına görüşləri zamanı həmin stadionun yerləşdiyi torpaq sahəsini və onun üzərində olan daşınmaz əmlak kompleksini 400000 manata ona sata biləcəyini, bundan sonra sonuncunun orada idman klubunu yaratmaq imkanının olduğunu, bunun üçün ilk öncə əmlakın alğı-satqısı və ilkin olaraq beh kimi 200000 manat pul vəsaitinin verilməli olduğunu, həmin behin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər vəzifəli şəxslərinə özü vasitəsilə rüşvət qismində çatacağını, bundan sonra alğı-satqı müqaviləsi bağlanmaqla həmin torpaq sahəsinin və onun üzərində olan əmlak kompleksinin ona satılacağını, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu, vəzifəli şəxslər vasitəsilə torpaq sahəsinin sənədləşdirilməsinə razılıq almaqla köməklik göstərə biləcəyini, əlavə olaraq sənədləşmənin başa çatdırılması üçün 200000 manat pul vəsaitinin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə veriləcəyini, həmin məsələləri həll etmək üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan cəmi 400000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməli olmasını ona bildirib həmin məsələni həll etmək imkanında olduğunu Zərərçəkmiş şəxs4 yalandan vəd edərək, sonuncunun razılığını alıb sövdələşərək, həmin adla 2008-ci ilin əvvəllərində 300000 (üç yüz min) manat pul vəsaitini sonuncudan qeyd edilən ünvanda yerləşən xidməti otağında alaraq həmin torpaq sahəsinin və onun üzərində olan əmlak kompleksinin faktiki olaraq Zərərçəkmiş şəxs4 rəhbərlik etdiyi “X54 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə keçməsi üçün AHİK-in balansında olan, Xanlar şəhər stadionunun MMC-nin mülkiyyətinə verilməsi barədə 18 yanvar 2008-ci il tarixdə müqavilənin imzalanmasına, 18 yanvar 2008-ci il tarixdə balans dəyəri olaraq 10800 manat pul vəsaitinin ödənilməsinə, AHİİTA-nın balansında olan və "xxxx" KKİC-nin istifadəsinə verilmiş stadionun MMC-yə verilməsi barədə AHİK-in 1 fevral 2008-ci il tarixli qərarının qəbul edilməsinə, AHİK-in balansında olan və "xxxx" KKİC-nin istifadəsinə verilmiş stadionun MMC-yə təhvil verilməsi barədə 1 fevral 2008-ci il tarixli aktın tərtib edilməsinə müvafiq proseduralar üzrə nail olduqdan sonra 2008-ci ilin ortalarında qalan 43000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 özündən, 57000 manat məbləğində pul vəsaitini isə sonuncunun cinayətdən xəbərsiz tanışı X46 vasitəsilə xidməti otağında alıb, aldığı həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təkrarən təhrik etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi, əvvəlki “Yasamal” stadionunun müdiri (“Yasamal” sağlamlıq idman klubunun sədri), hazırkı “Yasamal” idman-sağlamlıq klubunun direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, Təqsirləndirilən şəxs2 ev alğı-satqısı fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz Şahid4 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 və onun şərikləri Zərərçəkmiş şəxs2, X28 ilə sonuncunun Bakı şəhəri, Səbail rayonu, H.Babayev qardaşları 4 C ünvanında yerləşən ofisində 2021-ci ilin iyun ayının əvvəllərində görüşləri zamanı cinayətkar niyyətlərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 guya həmin stadionun yerləşdiyi torpaq sahəsini ******* manata onlara sata biləcəyini, bundan sonra həmin ərazidə hündürmərtəbəli yaşayış binası inşa etmək imkanlarının olduğunu, bunun üçün ilk öncə ərazinin özəlləşdirilməsi və ilkin olaraq beh kimi cəmi 900000 manat pul vəsaitinin verilməli olduğunu, sənədləşmənin 2021-ci ilin avqust ayına kimi başa çatacağını və bundan sonra alğı-satqı müqaviləsi bağlanmaqla həmin sahənin onlara satılacağını, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu, vəzifəli şəxslər vasitəsilə torpaq sahəsinin sənədləşdirilməsinə razılıq almaqla köməklik göstərə biləcəyini, həmin məsələni həll etmək üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə veriləcək 900000 manat məbləğində maddi nemətin bir hissəsinin rüşvət qismində verilməli olmasını Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun sonuncu vasitəsilə onlara bildirib həmin məsələni həll etmək imkanında olduğunu Zərərçəkmiş şəxs1 və sonuncunun şəriklərinə yalandan vəd edərək, sonuncuların razılığını alıb, sövdələşərək, həmin adla Təqsirləndirilən şəxs2 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Rəşad Məmmədovun işçisi Şahid1 450000 manat, xx.xx.2021-ci il tarixdə 200000 manat, xx.xx.2021-ci il tarixdə 250000 manat olmaqla, ümumilikdə 900000 (doqquz yüz min) manat pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a ünvanında yerləşən 12 saylı notariat ofisində alıb, gələcəkdə məsuliyyətdən yayınmaq və görüntü yaratmaq məqsədilə qeyd edilən pul vəsaitlərinin verilməsini notarial qaydada xx.xx.2021ci il tarixli, reyestrdə 3M-1109 nömrə ilə qeydiyyata alınmış beh müqaviləsi bağlayıb rəsmiləşdirərək, aldıqları həmin pul vəsaitini qeyd edilən tarixlərə uyğun qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus cəmi 900000 (doqquz yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 və qeyrilərinin xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncuları vahid niyyətlə təhrik etmiş, sonuncular aldadıldıqlarını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini onlardan almağa nail olmayaraq, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus cəmi ******* (beş milyon beş yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. İttiham aktına görə, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli və xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrilərinin xeyrinə edəcəkləri hərəkətlərə görə özləri vasitəsilə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə qeyrilərini təkrarən təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası “Spartak” X42-İdman Cəmiyyətinin Respublika Şurası üzrə 31 mart 2006-cı il tarixli, 10/K nömrəli və 2 oktyabr 2013-cü il tarixli, 39K nömrəli əmrlə əvvəlki “Yasamal” sağlamlıq-idman klubuna təmirçimühəndis vəzifəsinə, daha sonra əvvəlki “Yasamal” stadionunun müdiri (“Yasamal” sağlamlıq-idman klubun sədri), hazırkı Azərbaycan Həmkarlar İttifaqları X4 “Yasamal” idman-sağlamlıq klubunun direktoru vəzifəsinə təyin edilməklə 21 aprel 2022-ci il tarixədək həmin vəzifələrdə işləyərkən 3 iyul 1996-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Azərbaycan Həmkarlar İttifaqları X2 “Yasamal” sağlamlıq-idman klubunun Nizamnaməsinin 3-cü bəndinə əsasən müəyyən edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Həmkarlar İttifaqları X2 prezidenti vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında yerləşən stadionun ərazisində yardımçı otaq və ona bitişik yardımçı ərazi olan, Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 2183,2 m2 qeyri-yaşayış sahəsinin (stadionun) və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olması ilə əlaqədar həmin ərazidə hündürmərtəbəli yaşayış binasının inşa edilməsi üçün torpaq sahəsinin ona satılmasında köməklik göstərilməsi ilə əlaqədar 2004-cü il tarixdə tarixdə özünə müraciət edən "xxxx" Mənzil-Tikinti Kooperativinin faktiki rəhbəri Zərərçəkmiş şəxs3 ilə 2004-cü il tarixdə həmin stadionun ətrafında görüşləri zamanı cinayətkar niyyətlərinə uyğun olaraq həmin ünvanda yerləşən ümumi sahəsi 2183,2 m2 qeyri-yaşayış sahəsinin və onun üzərində olan daşınmaz əmlakın sonuncuya satılmasının mümkün olmasını Zərərçəkmiş şəxs3 yalandan vəd edib, özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək bunun üçün müvafiq sahələrin özəlləşdirilməsinin və bundan sonra ona satışının həyata keçirilməsi üçün Azərbaycan Həmkarlar İttifaqları X2 vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi müvafiq hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 150000 (bir yüz əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında yerləşən stadionun yaxınlığında görüşləri zamanı Zərərçəkmiş şəxs3 aldatmaqla bildirib, onunla razılaşmaqla sövdələşdikdən sonra qeyd edilən ərazinin öz adına özəlləşdirilməsi və satılması barədə Azərbaycan Həmkarlar İttifaqlarının X4 İcraiyyə komitəsinin 10 mart 2004-cü il və 5 aprel 2004-cü il tarixli qərarlarının qəbul edilməsinə nail olub, 2004-cü ilin oktyabr ayında 150000 (bir yüz əlli min) manat pul vəsaitini Zərərçəkmiş şəxs3 həmin stadionun yaxınlığında alıb, Təqsirləndirilən şəxs1lə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, eyni niyyətlə, Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, həmin stadionun 0,30 hektara qədər hissəsini təşkil edən torpaq sahəsinin satın alınmasında köməklik göstərilməsi üçün 2011-ci ilin əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətlərinə uyğun olaraq guya özlərinin həmin İttifaqın və digər ali qurumların rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək qeyd edilən sahənin özəlləşdirilməsi və bundan sonra ona satışının həyata keçirilməsi, habelə sənədləşdirilmə üzrə tikintiyə də, köməklik göstərə biləcəklərini Zərərçəkmiş şəxs3 aldatmaqla vəd edib, özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi müvafiq hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 650000 (altı yüz əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında yerləşən stadionun yaxınlığında görüşləri zamanı Zərərçəkmiş şəxs3 aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin adla 2011-ci ilin əvvəllərindən 2012-ci ilin sonlarınadək olan müddətdə 200000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 159540 (bir yüz əlli doqquz min beş yüz qırx) manat və 494000 (dörd yüz doxsan dörd min) manat olmaqla, ümumilikdə 653540 (altı yüz əlli üç min beş yüz qırx) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə görüşləri zamanı Zərərçəkmiş şəxs3 alaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmiş, qeyd edilən stadionun torpaq sahəsinin Zərərçəkmiş şəxs3 satılması ilə bağlı sənədləşmə prosesinin getməsinə inam və sonuncunu aldatmaq niyyətinin olmaması görüntüsü yaratmaq üçün 2014-cü il tarixdə həmin stadionun Azərbaycan Həmkarlar İttifaqları X2 balansında olması barədə 15 may 2014-cü il tarixli, **********39-12101 nömrəli texniki pasportun məzmununa balans saxlayıcı və istifadəçi kimi AHİİTA-nın qeyd edilməsinə baxmayaraq, həmin müddətdə qeyd edilən yerdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni həmin stadionun Azərbaycan Həmkarlar İttifaqları X2 balansında olması barədə 15 may 2014-cü il tarixli, **********39-12101 nömrəli texniki pasportun məzmununa balans saxlayıcı və mülkiyyətçi kimi öz soyad, ad və ata adı, eləcə də, Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanının əvəzinə qeyri-yaşayış sözlərini daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta rəsmi sənədi Zərərçəkmiş şəxs3 təqdim edərək, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 803540 (səkkiz yüz üç min beş yüz qırx) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəkləri hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, Azərbaycan Həmkarlar İttifaqları X2 prezidenti vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, ev alğı-satqısı fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz Şahid4 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 və onun şərikləri Zərərçəkmiş şəxs2, X28 ilə sonuncunun Bakı şəhəri, Səbail rayonu, H.Babayev qardaşları 4 C ünvanında yerləşən ofisində 2021-ci ilin iyun ayının əvvəllərində görüşləri zamanı cinayətkar niyyətlərinə uyğun olaraq guya həmin stadionun yerləşdiyi torpaq sahəsini ******* manata onlara sata biləcəklərini, bundan sonra həmin ərazidə hündürmərtəbəli yaşayış binası inşa etmək imkanlarının olduğunu, bunun üçün ilk öncə ərazinin özəlləşdirilməsi və ilkin olaraq beh kimi cəmi 900000 manat pul vəsaitinin verilməli olduğunu, sənədləşmənin 2021-ci ilin avqust ayına kimi başa çatacağını və bundan sonra alğı-satqı müqaviləsi bağlanmaqla həmin sahənin onlara satılacağını, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu, vəzifəli şəxslər vasitəsilə torpaq sahəsinin sənədləşdirilməsinə razılıq almaqla köməklik göstərə biləcəyini, həmin məsələni həll etmək üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə veriləcək 900000 manat məbləğində maddi nemətin bir hissəsinin rüşvət qismində verilməli olmasını Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun onlara bildirib həmin məsələni həll etmək imkanında olduğunu Zərərçəkmiş şəxs1 və sonuncunun şəriklərinə yalandan vəd edərək, sonuncuların razılığını alıb, sövdələşərək, həmin adla xx.xx.2021-ci il tarixdə Rəşad Məmmədovun işçisi Şahid1 450000 manat, xx.xx.2021-ci il tarixdə 200000 manat, xx.xx.2021-ci il tarixdə 250000 manat olmaqla, ümumilikdə 900000 (doqquz yüz min) manat pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a ünvanında yerləşən 12 saylı notariat ofisində alıb, gələcəkdə məsuliyyətdən yayınmaq və görüntü yaratmaq məqsədilə qeyd edilən pul vəsaitlərinin verilməsini notarial qaydada xx.xx.2021ci il tarixli, reyestrdə 3M-1109 nömrə ilə qeydiyyata alınmış beh müqaviləsi bağlayıb rəsmiləşdirərək, aldıqları həmin pul vəsaitini qeyd edilən tarixlərə uyğun qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus cəmi 900000 (doqquz yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 və qeyrilərinin xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncuları vahid niyyətlə təhrik etmiş, sonuncular aldadıldıqlarını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini onlardan almağa nail olmayaraq, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus cəmi ******* (beş milyon beş yüz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, ev alğı-satqısı fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz Şahid5 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs5 ilə sonuncunun şəriki Şahid6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi ev 7-də yerləşən ofisdə 15-xx.xx.2022-ci il tarixlərdə görüşləri zamanı guya həmin stadionun yerləşdiyi torpaq sahəsini ******* manata ona sata biləcəyini, bundan sonra həmin ərazidə hündürmərtəbəli bina inşa etmək imkanının olduğunu, bunun üçün ilk öncə ərazinin özəlləşdirilməli və ilkin olaraq beh kimi 350000 manat pul vəsaitinin verilməli olduğunu, sənədləşmənin xx.xx.2022-ci il tarixədək başa çatacağını və bundan sonra alğısatqı müqaviləsi bağlanmaqla həmin sahənin ona satılacağını, həmçinin özünün guya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın, digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu, vəzifəli şəxslər vasitəsilə torpaq sahəsinin sənədləşdirilməsinə razılıq almaqla köməklik göstərə biləcəyini, həmin məsələni həll etmək üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə veriləcək 350000 manat məbləğində maddi nemətin bir hissəsinin rüşvət qismində verilməli olmasını Zərərçəkmiş şəxs5 bildirib həmin məsələni həll etmək imkanında olduğunu aldatmaqla vəd edərək özünə qarşı inam yaratmaqla razılaşıb sövdələşdikdən sonra həmin niyyətlə 18 aprel 2022-ci il tarixdə 350000 (üç yüz əlli min) manat pul vəsaitini ünvan 12 ünvanında yerləşən 32 saylı notariat ofisində ondan alıb, gələcəkdə məsuliyyətdən yayınmaq və görüntü yaratmaq məqsədilə qeyd edilən pul vəsaitinin verilməsini notarial qaydada xx.xx.2022-ci il tarixli, reyestrdə 3M-464 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsi bağlayıb rəsmiləşdirərək, aldığı pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyib, bundan sonra öz cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs5 guya Sabunçu rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi üçün rəhbər vəzifəli şəxslərə hədiyyə alacağı adı altında 6000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 10200 manat məbləğində pul vəsaitinin ona verilməsini yalandan bildirib, həmin adla 2022-ci ilin may ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi ev 7-də yerləşən ofisdə Zərərçəkmiş şəxs5 10200 (on min iki yüz) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi 360200 (üç yüz altmış min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs5 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmiş, Zərərçəkmiş şəxs5 aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini ondan almağa nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi ******* (səkkiz milyon) manat məbləğində pul vəsaitini vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. İşin halları və dəlilləri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 29,178.4 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2021-ci ilin payızında dəqiq xatırlamadığı tarixdə Məhsul Cəmiyyətinin sədri Rasim Əliyev onu Zərərçəkmiş şəxs1 ilə tanış etmiş, bir neçə gün sonra X71 İsmayılovun Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən stationun alğı-satqısı üçün 900000 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini deyib bu barədə məlumatının olub-olmadığını soruşduqda, o, həmin stadionun satıla bilməyəcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 yanına gəldikdə o, sonuncuya stadionun satılmasının mümkün olmadığını, dediklərinin yalan olduğunu, pulu geri tələb etməsini söyləmişdir. O, Zərərçəkmiş şəxs1 getdikdən sonra Rasim Əliyev, Yavər Hacıyev və digər şöbənin müdirini yanına çağırıb həmin şəxslərin yanında zəng edərək Zərərçəkmiş şəxs1 stadionun satılması üçün notariusdan 900000 manat pul alıb-almadığını Təqsirləndirilən şəxs2 soruşmuş, həmin vaxt Təqsirləndirilən şəxs2 deyilənlərin yalan olduğunu, belə bir şeyin baş vermədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 yanına gəlməsini tələb etdikdə sonuncu arvadının xəstə olduğunu, sağaldıqdan sonra gələ biləcəyini demişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 verdikləri pulu geri ala bilmədiklərinə görə şikayət etdiklərini öyrənmişdir. O, Səbail rayon prokurorluğunda dindirildikdən sonra Zərərçəkmiş şəxs1 rəsmi sənədi göndərməsini istədiyindən, təxminən aprel-may aylarında sonuncu ona həmin sənədi göndərmişdir. O, notariusla bağlı rəsmi sənədi rəhbərliyə təqdim etmiş, rəhbərlikdən isə sənədlərin toplayıb Baş prokurorluğa göndərilməsi və Təqsirləndirilən şəxs2 işdən azad edilməsi tələb edilmişdir. Təqsirləndirilən şəxs2 işdən çıxarıldığına görə ona zəng edib aqressiv formada danışmış, daha sonra o, Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə çağırılmış və qeyri-müəyyən səbəbdən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təxminən 2 ay sonra vəkil Nümayəndə2, Zərərçəkmiş şəxs4, müdafiəçisi və müstəntiq Bakı İstintaq Təcridxanasına gəlmiş, Nümayəndə2 müstəntiqin yanında onu 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasının gözlədiyini, bu səbəbdən rəhbərliyi də prosesə cəlb etmək lazım olduğunu söyləmiş, həmin vaxt müdafiəçisinin təkidi ilə ifadəsində səhvliklər olmuş və rəhbərliyin adını çəkməsinə məcbur edilmişdir, bu, onun iradəsi əleyhinə olmuşdur. Məhkəmə araşdırması zamanı o, müdafiəçisini dəyişmiş, məhkəmə araşdırması dönəmində də fasilə vaxtı Nümayəndə2 ona yaxınlaşıb ifadə verərkən rəhbərliyinin adını çəkmədiyi təqdirdə, tutdurulacağı ilə onu hədələmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4la bağlı epizodla əlaqədar bildirdi ki, həmin dövrdə Həmkarlar İttifaqı müvafiq stadionları peşəkar futbol klublarına verdiyindən, 2007-ci ildə “Xəmsə” futbol klubunun nümayəndələri Gəncə şəhərində X43 açılması ilə bağlı müraciət etmiş, həmin müraciətə cavab verərək notarial qaydada müqavilə bağlanılmış və Gəncə stadionu “Xəmsə” futbol klubunun balansına verilmişdir. “Göygöl” stadionu ilə bağlı eyni qaydada rəsmiləşdirmə aparılmış, sonradan X43 stadionla məşğul olmadığını, stadionun banka satıldığını öyrənmişdir. 2007-ci ildə olan həmin hadisə ilə bağlı o, tutulanadək hər hansı şikayət olmamışdır. Təqsirləndirilən şəxs1 həmçinin bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən "xxxx" stadionu ilə əlaqədar tanınmış zərərçəkmiş şəxslər ev tikən şəxslər olmuş, lakin həmin yerdə evin tikilməsinə icazə olmamış, həmin ərazidə metronun çıxışının yerləşməsi nəzərdə tutulduğuna görə tikintiyə icazə verilməmişdir. Təqsirləndirilən şəxs2 onun barəsində dedikləri yalan olmaqla, həqiqəti əks etdirməmişdir. Zərərçəkmiş şəxs X47 ona zəng edib Təqsirləndirilən şəxs2 rəsmi sənəd göndərdiyini, ******* manat müqabilində həmin torpaq sahəsini satmağı nəzərdə tutduğunu dedikdə, o, müvafiq sənədin saxta olduğunu, artıq prokurorluğa müraciət edildiyini Zərərçəkmiş şəxs5 söyləmişdir. O, 2004-cü il tarixdə AHİİTA-nın (mətndə- Azərbaycan Həmkarlar İttifaqı İdman Assosiasiyaları) rəhbəri olmadığına görə Zərərçəkmiş şəxs3 satılmış torpaq sahəsinin sənədlərini imzalamamış, Zərərçəkmiş şəxs3 2017-2018-ci illərdə tanımış, sonuncu pul mübahisəsinin Təqsirləndirilən şəxs2la aralarında olduğunu ona demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 2007-ci ildən vəzifədən azad olunanadək AHİİTA-nın sədri vəzifəsində işlədiyini, sədr vəzifəsində işlədiyi müddət ərzində rəsmiləşdirmə ilə bağlı ona müraciətlər olduğunu, qanuni müraciətlərlə bağlı müvafiq qərarın verildiyini, Zərərçəkmiş şəxs4 Göygöl rayonu və Gəncə şəhərində yerləşən stadionlara görə hər birinə 400000 manat olmaqla, ümumilikdə 800000 manat pul ödənilməsi barədə verdiyi ifadənin yalan olduğunu, ödənişlərin rəsmi qaydada aparıldığını, Nümayəndə2 ilk sənədləşdirmə prosesindən etibarən iştirak edib bütün prosesdən xəbərdar olduğunu, lakin maliyyə məsələləri barədə bilmədiyini, 2004-cü ildə həmin assosiasiyanın sədr müavini vəzifəsində işlədiyini, həmin vaxt müvafiq torpaq sahəsinin satıldığını sonradan öyrəndiyini, həmin ərəfədə Təqsirləndirilən şəxs2 atasının stadionun müdiri vəzifəsində işlədiyini və stadionun təmir-tikinti işləri ilə məşğul olacağını söylədiyini, 2004-cü ildə Zərərçəkmiş şəxs3 stadiona bitişik ərazinin satın alınması üçün Təqsirləndirilən şəxs2 müraciət etməsindən və sonuncuya etibarnamənin verilməsindən məlumatının olmadığını, 2016-2017-ci illərdə Zərərçəkmiş şəxs3 torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı onun yanına gəlib stadionun bərpasında iştirak edən bir şəxs kimi sənədlərin nə vaxt hazır olacağı ilə maraqlandığını, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və ortağından götürdüyü 900000 manat pulu ona verməsi və həmin puldan 100000 manatı Təqsirləndirilən şəxs2 geri qaytarmasını söyləməsi ilə bağlı dediklərinin yalan olduğunu, 2021-ci ilin payız ayında Zərərçəkmiş şəxs1 onun yanına gəlib 900000 manat pulu Təqsirləndirilən şəxs2 aldığını dedikdə, pulu geri götürməsini, həmin torpaq sahəsinin satılmadığını söylədiyini, Zərərçəkmiş şəxs1la aralarında torpaq sahəsinin satışı ilə bağlı sonuncunun ifadəsində göstərdiyi məzmunda danışığın keçmədiyini, Təqsirləndirilən şəxs2 onun yanında həmin həftə 50000 manat pul verməsini öhdəsinə götürməsini xatırlamadığını, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yanına gətirməzdən əvvəl ona stadionun bərpa edilməsi üçün bəzi şəxslər axtardığını dediyindən, Zərərçəkmiş şəxs1 ondan soruşduqda sənədlərin Əmlak Məsələləri üzrə Dövlət Komitəsində olduğunu söylədiyini, 2022-ci ildə prokurorluğa şikayət edildikdən sonra Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyev sənədlərin harada olduğunu ondan soruşduqda o, özündə olduğunu söyləyib tələbi ilə sonuncuya verdiyini, əvvəlki müdafiəçisinin mövqeyinin Nümayəndə2 mövqeyi ilə eyni olduğunu düşündüyünü, 2007-ci ildə Zərərçəkmiş şəxs4la Nümayəndə2 birlikdə onun xidməti otağına gəldiyini, daha sonra isə nə vaxt görüşdüyünü xatırlamadığını, Zərərçəkmiş şəxs4 Nümayəndə2 iştirakı ilə müvafiq stadionların satıldığını, əgər qeyri-qanuni pul ələ keçirilməsi olduğu təqdirdə, Nümayəndə2 da bundan məlumatlı olacağını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqı X2 yarandıqdan sonra orada sədr müavini, 2007-ci ildən 2022-ci ilədək həmin assosisasiyanın sədri vəzifəsində işləmişdir. Sədr kimi o, təşkilata nəzarət etmiş, təşkilati işləri görmüşdür. “Yasamal İdman Sağlamlıq Klubu” əvvəl "xxxx" cəmiyyəti, stadion isə "xxxx" stadionu, təxminən 1993-1994cü illərdə "xxxx" stadionunun adı dəyişdirilərək “Yasamal İdman Sağlamlıq Klubu” adlandırılmış və stadionun ərazisi AHİİTA-nın balansına keçmişdir. Torpaq sahəsi AHİİTAnın balansında olmaqla istifadəsində, dövlətin mülkiyyətində, amma həmin torpaq sahəsinin üzərində olan tikili isə xüsusi mülkiyyətdə, yəni AHİİTA-nın mülkiyyətində olmuşdur. “Yasamal İdman Sağlamlıq Klubu”nun direktoru İbadulla Həsənov olmuş, sonuncunun oğlu Təqsirləndirilən şəxs2 orada mühəndis işləmiş, İbadulla Həsənov vəfat etdikdən sonra onun yerinə Təqsirləndirilən şəxs2 təyin edilmişdir. İbadulla Həsənov son illərdə xəstə olduğundan işləri Təqsirləndirilən şəxs2 aparmış, işi bildiyindən sonuncunun direktor təyin olunması qərarına gəlinmişdir. Təqsirləndirilən şəxs2 hansı qaydada təyin edilməsi uzun müddət keçdiyindən yadında qalmamış, ya onun əmri ilə və ya cəmiyyətin öz əmri ilə təyin edilməsini xatırlamamışdır. Bundan başqa, təxminən 2021-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs2 yanına çağıraraq ona klubun, yəni stadionun yerinin əldən çıxacağını, orada çox adamın gözünün olduğunu, təcili olaraq həmin ərazini özəlləşdirmək lazım olduğunu, yeri satmaq üçün adam tapmağını, Səttar müəllimə 3 milyon manat çatacağını, özəlləşdirmə üçün 2 milyon manata yaxın pulun çıxacağını, beləcə 5-6 milyon manata satmaq üçün adam tapmağı, torpağın sənədlərinin iki aya düzəldəcəyi barədə deməsinin yalan olduğunu, belə bir danışıqlarının olmadığını, keçmiş "xxxx" stadionunun ərazisinin dövlət mülkiyyəti, torpağın üzərindəki tikilinin isə AHİİTA-nın xüsusi mülkiyyətində olduğunu, tikilini təmir etdirmək üçün sənədləşdirmənin lazım olduğunu, çünki sənədlərin sovet dövründən qaldığını, tikili ilə bağlı sənəd almaq üçün Əmlak komitəsinə müraciət edildiyini, lakin sənəddə səhvən dövlət mülkiyyəti yazıldığından təmir etdirə bilmədiklərini qeyd etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 klubun, yəni stadionun yerinin özəlləşdirilməsi üçün pul lazım olduğundan həmin yeri satmaq üçün almaq istəyən şəxsləri tapmağı demədiyini, sonuncu tərəfindən Zərərçəkmiş şəxs1 və şəriklərindən Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti məhəllə 3155, indi isə H.B.Zərdabi küçəsi 69D ünvanında yerləşən ərazinin ******* manat satılmasından məlumatının olmadığını, bunun onunla razılaşdırılmasının, hissə-hissə olmaqla notarial qaydada 900000 manat beh alınaraq hər dəfəsində pulu alarkən iş yerinə gələrək ona təqdim edilməsinin, həmin puldan 100000 manat Təqsirləndirilən şəxs2 verərək xırda xərclər üçün saxlamağı deməsinin yalan olduğunu, həmin ərazini satmağı heç kimə demədiyini, Təqsirləndirilən şəxs2 ona heç bir məbləğdə pul vermədiyini, adları sadalanan şəxsləri tanımadığını, həmin şəxsləri əvvəllər görmədiyini, yalnız Rauf adlı şəxsi bir dəfə gördüyünü, tarixini xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs2 onun yanına gələrək bir adamı yanına gətirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 stadionun təmirini Zərərçəkmiş şəxs1 həvalə etmək istədiyini dedikdə, o, etiraz etməyərək sonuncunun gəlməsini demiş, həmin vaxt Zərərçəkmiş şəxs1 görmüşdür. O, Zərərçəkmiş şəxs1 sənədlərin düzəlməsi üçün Əmlak komitəsinə müraciət etdiklərini, bu səbəbdən hələ orada hər hansı bir təmir işlərinin aparılmasının mümkün olmadığını demiş, Zərərçəkmiş şəxs1 çıxıb getmiş, aralarında başqa söhbət olmamışdır. Daha sonra "xxxx" cəmiyyətinin sədri Rasim Əliyev onun yanına gələrək “Yasamal İdman Sağlamlıq Klubu”nun ərazisinin Təqsirləndirilən şəxs2 tərəfindən satıldığını, bununla bağlı notariusda 900000 manat beh aldığını demiş, o, Ramizin yanında Təqsirləndirilən şəxs2 zəng edərək bununla bağlı soruşmuş, bu təxminən 2022-ci ilin yanvar-fevral aylarına təsadüf etmiş, Təqsirləndirilən şəxs2 bunun yalan olduğunu, notariusa getmədiyini, maklerlərin öz aralarında işlədiklərini, biri-birilərini aldatdığını demiş, o, sonuncuya inanaraq bunun ardınca getməmişdir. O, Təqsirləndirilən şəxs2 özəlləşdirmə üçün sənədlərin düzəldilməsi vaxtı tamam olduğundan, lakin sənədlər düzəlmədiyindən beh aldığı adamların narahatlıq yaradaraq sənədi tələb etdikdə bunu ona bildirməsini, sənədi onlara göstərərək sənəddə xüsusi mülkiyyət əvəzinə dövlət mülkiyyəti yazıldığından bunun üstündə işlədiklərini, bunun üçün vaxt getdiyini və uzandığını həmin şəxslərə bildirməyi, narahat olmamaları barədə bildirməsinin yalan olduğunu, Təqsirləndirilən şəxs2la aralarında belə bir söhbətin olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 narahat olmamasını, hər şeyin qaydasında olacağını, həmin yerin onlara satılacağını, sənədlə bağlı çətinlik olduğundan məsələnin uzandığını bildirməmişdir. Təqsirləndirilən şəxs2 çıxarışda olan sözün düzəldilməsi ilə bağlı müraciətə Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən imtina gəldiyindən həmin imtina barədə cavabı təqdim edərək pulu qaytarmağı sonuncu ona deməmiş, həmin pulun Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevə verdiyini, pulu ondan necə geri almağı, sənədlərin hamısının əslinin Səttar müəllimin seyfində olduğunu, həmin puldan Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə də verdiyini, xərclərin çıxdığını deməmiş, Təqsirləndirilən şəxs2 onda olan 100000 manatı aparıb qaytaracağını, problem yaranacağından qorxduğunu və pulu qaytarmaq lazım olduğunu sonuncu ona söyləməmiş, o qədər pulunun olmadığını, vaxt lazım olduğunu, pulu taparaq verməyini, daha sonra Təqsirləndirilən şəxs2 qaytaracağını bildirməmiş, Təqsirləndirilən şəxs2 dedikləri tamamilə yalan olmuş, belə bir söhbət olmamışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 pul almasından məlumatı olmamış, bunu sonradan sonuncunun özündən eşitmişdir. Zərərçəkmiş şəxs5 onun yanına gələrək bunları dedikdə sonuncuya dərhal gedib şikayət etməsini başa salmış, Zərərçəkmiş şəxs5 xəbəri olmadığını, Təqsirləndirilən şəxs2 özbaşına olaraq adamları aldadaraq pullarını aldığını izah etmişdir. Bu barədə sonuncu ona heç nə deməmiş, ümumiyyətlə Zərərçəkmiş şəxs5la bağlı Təqsirləndirilən şəxs2la onun arasında söhbət olmamışdır. Tarixini xatırlamadığı vaxtda, hər bir halda 2007-2008-ci illərdə Gəncə şəhərində AHİİTA-nın “Spartak” Cəmiyyətinin sədri Tahir adlı şəxs ona stadionu saxlaya bilmədiyini, yerli iş adamlarından olan “Elçin” adlı şəxsin yeri almaq istədiyini dedikdə, o, stadionun yararsız hala düşməməsi, idmanın inkişafının davam etməsi üçün etiraz etməmiş və bu məqsədlə həmin stadionun əmlakının Zərərçəkmiş şəxs4 satılması, yəni balansa keçirilməsi üçün sonuncunun stadionu istədiyini və müvafiq təklifini Konfederasiyanın sədri Səttar Möhbalıyevə məruzə etmiş, konkret olaraq hansı məbləğ olmasının uzun müddət keçdiyindən yadında qalmamış, Səttar müəllim də etiraz etməmişdir. Bu məqsədlə həmin stadionun əmlakını balans dəyəri ödənilməklə açılmış “Xəmsə” futbol klubunun balansına verilməsi haqqında sədr tərəfindən qərar verilmiş, bunun əsasında idarə ilə Klub arasında təhvil-təslim aparılmış və akt tərtib edilmişdir. Bundan sonra o, gedərək şəhadətnamə almış, lakin qalıq balans dəyərinin məbləğini uzun müddət keçdiyindən xatırlamamış, amma hər bir halda 100000 manat civarında olmuşdur. Onu da qeyd etmişdir ki, balans dəyərindən əlavə nə qədər pul alınması isə yadında qalmamış, hər bir halda təxminən 2007-2008-ci illərdə Zərərçəkmiş şəxs4 bağlamada verdiyi və məbləğinin xatırlamadığı pulu sədr Səttar Möhbalıyevə sonuncunun işlədiyi Bakı şəhəri, Gənclər meydanı 3 ünvanında yerləşən xidməti otağında vermişdir. Çünki yekun qərarı verən sonuncu olmuş, onun adından balansdan-balansa keçməsi üçün qərar və məktub verilmişdir. Elçinlə Gəncədə və Bakıda görüşmüş, uzun müddət keçdiyindən Elçinin pulu Bakıda və ya Gəncədə verməsini xatırlamamışdır. Bunun ardınca, xatırlamadığı vaxtda, hər bir halda təxminən 2007-2008-ci illərdə Zərərçəkmiş şəxs4 yenə yaxınlaşaraq Xanlar rayonunda "xxxx" İdman Cəmiyyətinin istifadəsində olan stadionu da idmanı inkişaf etdirmək üçün almaq istədiyini bildirmiş, yenə Zərərçəkmiş şəxs4 pul təklifini Səttar müəllimə çatdırmış, bu halda da konkret olaraq Elçinin dediyi məbləği xatırlamamış, Səttar müəllim etiraz etməmişdir. Əmlakın yaradılmış “Xanlar” futbol klubunun balansına keçməsi haqqında sədr tərəfindən qərar qəbul edilmiş, bunun əsasında idarə ilə Klub arasında təhvil-təslim aparılaraq akt tərtib edilmişdir. Zərərçəkmiş şəxs4 balans dəyərini ödəmiş, notariusda alğı-satqı müqaviləsi bağlanmış, bundan sonra Zərərçəkmiş şəxs4 həmin əraziyə şəhadətnamə almışdır. Lakin qalıq balans dəyərinin məbləğini uzun müddət keçdiyindən xatırlamamış, amma hərbir halda 100000 manat civarında olmuşdur. Balans dəyərindən əlavə, Zərərçəkmiş şəxs4 tərəfindən ona verilmiş, məbləğini xatırlamadığı pulu yenə də aparıb sədrə iş yerində, otağında təqdim etmişdir. Bu təxminən 2007-2008-ci illəri əhatə etmiş, uzun müddət keçdiyindən tarixi dəqiq xatırlamamışdır. Lakin Zərərçəkmiş şəxs4 stadionu əlində saxlaya bilməmiş, icra hakimiyyəti məhkəməyə müraciət edərək sənədləşməni ləğv etdirmişdir. Halbuki həmin stadion Həmkarlar İttifqının balansında, cəmiyyətin istifadəsində olmuşdur. Uzun müddət keçdiyindən Zərərçəkmiş şəxs4 pulu Bakıda və ya Xanlarda ona verməsini xatırlamamışdır. Hər iki halda stadionların əmlakı Zərərçəkmiş şəxs4 verilmiş, çünki torpaq sahələri dövlətin olduğundan sata bilməyəcəklərini sonuncuya bildirmişdir. Xanlarda olan stadionun torpağını Zərərçəkmiş şəxs4 sonradan gedərək özü özəlləşdirmiş, bunun onlara aidiyyəti olmamışdır. Elçinin ona hansı məbləğlərdə pul verməsini xatırlamamış, hər bir halda onun dediyi kimi 400000 manat və 400000 manat, yəni 800000 manat olmamış, Zərərçəkmiş şəxs4 çox ehtimal ki, özəlləşdirməyə və digər məsələlərə çəkdiyi xərcləri də nəzərdə tutmuşdur. Gəncə şəhərində AHİİTA-nın “Spartak” Cəmiyyətinin istifadəsində olmuş stadionun əmlakının və Xanlar rayonunda "xxxx" İdman Cəmiyyətinin istifadəsində olan stadionun əmlakının faktiki olaraq Zərərçəkmiş şəxs4 tərəfindən yaradılmış futbol klublarının balansına keçməsi üçün alınmış pullardan ona heç bir məbləğdə çatmadığını, sədrin isə verdiyi puldan sonra verəcəyini dediyini, amma söz olaraq qaldığını, heç bir məbləğdə verilmədiyini qeyd etmişdir. Ona pul çatmasa da, məqsədi o olmuşdur ki, stadionları saxlaya bilmədiklərindən stadionlara baxılması, dağılmaması üçün almaq və orada işləmək istəyənləri cəlb etsinlər, geri qaytarmasınlar. Həm də sədr nə isə edəcəyini demiş, amma nəticədə heç nə verilməmiş, o, bunu təkrar olaraq sədrə deməmiş, subordinasiyanı gözləmiş, düşünmüşdür ki, özü nə verərsə götürər, verməzsə heç nə deməz. Uzun müddət keçdiyindən, Zərərçəkmiş şəxs4 ona hansı məbləğdə pul verməsini dəqiq olaraq xatırlamadığını, Zərərçəkmiş şəxs4 alçaq boylu 55-60 yaşlarında bir kişi vasitəsilə ona pul göndərdiyini, amma həmin adamın ona nə qədər pul verməsini, adının necə olmasını da xatırlamadığını bildirmişdir. 2003-2004-cü illərdə Təqsirləndirilən şəxs2 stadionun aşağı, meydançaya aid olmayan hissədə 19-20 sot ərazini almaq istədiyini, 100000 manat verə biləcəyini demiş, o, bunu sədrə, yəni Səttar müəllimə dedikdə sonuncu etiraz etməmişdir. Təqsirləndirilən şəxs2 təxminən 100000 manat pul vermiş, 150000 manat verməsinin yalan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin pulu onun xidməti otağında vermiş, otaqda ikisi olmuşdur. O, 100000 manatı uzun müddət keçdiyindən tarixini xatırlamasa da, hər bir halda təxminən 2003-2004-cü illərdə Konfederasiyanın sədri Səttar Möhbalıyevə sonuncunun işlədiyi yerdə xidməti otağında vermiş, bundan sonra sədrin adından torpaq sahəsinin müdir kimi Təqsirləndirilən şəxs2 adına keçməsi barədə sərəncam verilmişdir. Sərəncamı sədr imzalamışdır. Sonradan bilmişdir ki, həmin sərəncam əsasında torpağı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 satmışdır. Hansı formada satılması ona məlum deyil. Bu səbəbdən mağaza tikilməsi üçün Təqsirləndirilən şəxs2 ona 50000 manat verməsi yalandır. Alikin 490000 manat almasından da xəbəri olmamışdır. Zərərçəkmiş şəxs3 1-2 dəfə, sonuncu dəfə isə 2021-ci il tarixdə yanında olmuşdur. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 tapa bilmədiyini deyib sonuncunun tapmasını xahiş etmiş, o, nə məsələ olduğunu soruşduqda Zərərçəkmiş şəxs3 öz aralarında olan məsələ olduğunu deyərək başqa heç nə deməmişdir. Amma sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 pul alıb, amma onun bundan xəbəri olmamışdır. Görüşlərin birində Zərərçəkmiş şəxs3 stadionun texniki pasportunu göstərmişdir ki, AHİİTA-nın balansındadır, stadion satıla bilməz. Hətta Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 ona öz adı yazılmış texniki pasportu göstərdiyini demiş, amma o, həmin sənədi görməmişdir. Zərərçəkmiş şəxs3 onun göstərdiyi texniki pasportun şəklini çəkərək çıxıb getmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4, 29,178.4, 32.4,312.2 və 313-cü maddələri ilə elan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 1996-1997-ci ildən Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən “Yasamal” Sağlamlıq İdman klubunda mühəndis vəzifəsində, 2015-ci ildən isə həmin yerdə müdir vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 1990-cı illərdən etibarən müxtəlif vaxtlarda ona həmin ünvanda yerləşən stadionu əlindən alacağını, başqasına veriləcəyini demiş, atası isə heç vaxt həmin stadionun alğı-satqısına icazə verməmişdir. Təqsirləndirilən şəxs1 ona stadionun özəlləşdirilməli olduğunu, əllərindən alınacağını, rəhbərliyin də təzyiq göstərdiyini söylədikdə, o, bacara bilmədiyini demiş, bu vaxt Təqsirləndirilən şəxs1 həmin halda müdir vəzifəsindən çıxarılacağını bildirmişdir. O, həmin vəzifəyə təyin olunduqda, həmçinin stadionun özəlləşdirilməsi üçün Təqsirləndirilən şəxs1 pul lazım olduğunu deyib hər dəfə ondan 10000, 20000 manat pul almış, Təqsirləndirilən şəxs1 stadionu özəlləşdirmədiyi halda, işdən çıxarılacağını ona söyləmişdir. Bu səbəbdən, o, Teymur adlı maklerə özəlləşdirmə ilə bağlı məsələni danışmış, sonuncu da onu Rəşad, Rauf və Yusif adlı şəxslərlə tanış etmişdir. Onun həmin şəxsləri aldatmaq niyyəti olmamış, çünki özü notariusa getmiş, torpaq sahəsi AHİİTA-nın xüsusi mülkiyyətində olduğu üçün məsələnin həll olunacağını düşünmüş, hətta həmin torpaq sahəsi satıldıqdan sonra orada işləməsi barədə danışıq da etmişdir. Təqsirləndirilən şəxs1 heç vaxt öz adının hallanmasına icazə verməmiş, kiməsə dediyi təqdirdə, bu işi pozacağını bildirmişdir. Torpaq sahəsinin ******* manat müqabilində satışına razılaşmış, o, Rəşad, Rauf və Yusif adlı şəxslərdən 900000 manat pulu aldıqdan sonra həmin pulu gətirib Təqsirləndirilən şəxs1 təqdim etmiş, sonuncu da ona 100000 manat pulu bəzi işləri görməsi üçün vermişdir. O, Təqsirləndirilən şəxs1 sənədlərin nə zaman hazır olacağını soruşduqda, sonuncu narahat olmamasını, hazır olacağını demiş, Rauf adlı şəxs narahat olduğuna görə həmin şəxslə birgə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə getmiş, həmin qurumda da sənədin onlara verildiyini, düzəliş edildiyini söyləmişlər. Həmin çıxarış AHİİTA-nın balansında olmuş, məhkəmə yolu ilə əldə edilmiş, həmin qərarda tikintinin AHİİTA-nın xüsusi mülkiyyətində, torpağın isə dövlət mülkiyyətində olması qeyd olunmuşdur. Müvafiq sənəddə düzgün yazılmadığına görə məhkəmədə düzəltməsi üçün Təqsirləndirilən şəxs1 ona öz imzası ilə etibarnamə vermişdir. Təqsirləndirilən şəxs1 sonradan pulu qaytarmalı olduğunu deyib ona verilən pulu qaytarmasını, qalan pulu isə özünün qaytaracağını söylədiyindən, o, 100000 manat pulu Zərərçəkmiş şəxs1gilə qaytarmışdır. Qalan pulu qaytarmadığına görə o, Bakı şəhəri Səbail rayon prokurorluğunda Təqsirləndirilən şəxs1 adını hallandırıb pulları sonuncuya verdiyini söyləmişdir. Təqsirləndirilən şəxs1 həmişə ona işi rəhbərliklə gördüyünü demiş, lakin o, həmişə işi rəhbərliklə yox, Təqsirləndirilən şəxs1lə görmüşdür. Prokurorluqda izahat verdikdən sonra Təqsirləndirilən şəxs1 onu işdən çıxarmışdır. O, gedən proseslərdən nigaran olduğundan Rauf adlı şəxsi Təqsirləndirilən şəxs1lə görüşdürmüşdür. Təqsirləndirilən şəxs1 xəbəri olmadan heç bir idman qurğusunun satılması mümkün olmamış, Təqsirləndirilən şəxs1 həmin pulları qaytarmadığına görə o, Zərərçəkmiş şəxs5 borc pul almış, çünki Teymur adlı makler ondan 60000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs5 aldığı 360000 manat borc puldan 60000 manatı Teymur adlı şəxslə vermiş, qalan pulları isə qohumlarına aldığı borclara görə ödəmişdir. Zərərçəkmiş şəxs5 borc verərkən üzərinə həmin məbləğdə pulu qoyub geri qaytarmasını istədikdə, o da razılaşmış, yəni o, sonuncuya hər hansı torpaq sahəsi satmamışdır. O, Zərərçəkmiş şəxs3 2004-cü ildən tanımış, həmin vaxt o, Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsini almaq istəyən birinin olduğunu demiş, sonuncu da satılan hissənin müqabilində əldə ediləcək pul ilə stadionun təmir işlərini görəcəklərini söyləmişdir. O, Zərərçəkmiş şəxs3 aldığı 150000 manat pulu Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa, 2010-cu ildə Zərərçəkmiş şəxs3 stadionun qarşısında obyektlər tikmək üçün pul almış, lakin Zərərçəkmiş şəxs3 hər hansı torpaq sahəsi satmamışdır. O, Zərərçəkmiş şəxs3 aldığı bütün pulları geri qaytarmış, hətta bank vasitəsilə artıqlaması ilə vermişdir. 2004-cü ildə ona 175000 manat müqabilində Zərərçəkmiş şəxs3 ev vermiş, sonradan kürəkəni həmin mənzili 25000 manata satmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 2004-cü ildə Zərərçəkmiş şəxs3 satdığı torpaq sahəsini ilk öncə Təqsirləndirilən şəxs1 ona fiziki şəxs kimi satdığını, daha sonra isə onun həmin torpağı Əmlak Məsələləri üzrə Dövlət Komitəsində rəsmiləşdirdiyini, həmin torpaq sahəsinin satışından əldə olunan 150000 manatı Təqsirləndirilən şəxs1 stadionun təmir xərcləri üçün versə də, heç bir təmir işlərinin görülmədiyini, Təqsirləndirilən şəxs1 həmin pulu rəhbərliyə verdiyini söylədiyini, Səttar Möhbalıyevin adından həmin torpaq sahəsinin satılmasına Təqsirləndirilən şəxs1 səlahiyyət verilməsi ilə bağlı məktubun mövcud olduğunu, 2011-ci ildə Zərərçəkmiş şəxs3 100000 ABŞ dolları və 320000 manat olmaqla, ümumilikdə 490000 manat pul aldığını, çıxarış onun adına olduğuna görə notariusda iştirak etdiyini, etibarnaməni ona Təqsirləndirilən şəxs1 verdiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əldə etdiyi 800000 manat pul ilə sənədləri düzəldəcəyini Təqsirləndirilən şəxs1 ona söylədiyini, Zərərçəkmiş şəxs5 stadionun sənədlərini verməkdə məqsədinin aldığı borcu həmin sənədlər hazır olduqdan sonra geri qaytaracağını dediyinə görə olduğunu, Zərərçəkmiş şəxs5 stadionun rəsmiləşdirməsi yekunlaşdıqdan sonra icra hakimiyyətində işləyəcəyini desə də, sonuncudan işə düzəlmək üçün pul almadığını, hüquq-mühafizə orqanlarına Təqsirləndirilən şəxs1 barəsində şikayət etmədiyini, ibtidai istintaqın əvvəlində çəkindiyinə görə Təqsirləndirilən şəxs1 adını çəkmədiyini, zərərçəkmiş şəxslərdən aldığı pulları Təqsirləndirilən şəxs1 verdiyini, sonuncu da müvafiq sənədlərin Səttar müəllimin seyfində olduğunu dediyini, Zərərçəkmiş şəxs3 heç bir borcunun olmadığını, 2004-cü ildə Təqsirləndirilən şəxs1 alğı-satqı ilə Zərərçəkmiş şəxs3 tərəfindən alınan torpağı onun adına keçirdiyini, həmin torpağın alıcısı qismində özünün, satıcısı qismində isə Təqsirləndirilən şəxs1 iştirak etdiyini, Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsini Həmkarlar ittifaqının rəhbərliyinin, yəni Səttar Möhbalıyevin icazə məktubu əsasında satdığını, Neftçilərdə, Gəncədə, Göyçayda, Xaçmazda, Quba və ya Qusarda, Yasamalda yerləşən şahmat məktəbi və digər idman qurğularının da satıldığını, həmin stadionların satışını AHİİTA-nın sədri kimi Təqsirləndirilən şəxs1 həyata keçirdiyini, Təqsirləndirilən şəxs1 hər zaman rəhbərliyin adını verərək danışdığını, rəhbərlik deyəndə Səttar Möhbalıyevi nəzərdə tutduğunu, Təqsirləndirilən şəxs1 nəzarəti ilə Yasamal rayonunda yerləşən şahmat məktəbinin satılıb yerinə bank açıldığını, həmin şahmat məktəbinin əvəzinə başqa yerdə icarəyə yer götürüldüyünü, nahardan sonra Təqsirləndirilən şəxs1 sərxoş olduğu üçün sonuncu ilə görüşə bilmədiyini, Həmkarlar İttifaqının rəhbərliyi ilə birbaşa əlaqəsinin olmadığını, atası vəfat etdikdən sonra, təxminən 2015-ci ildə Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" stadionunun müdiri təyin olunduğunu, sonradan Təqsirləndirilən şəxs1 tərəfindən işdən uzaqlaşdırıldığını, stadionun fəaliyyətinin idmançılara qulluq etmək olduğunu, stadionun müdiri təyin edilikdən sonra stadionun vəziyyəti çox pis olduğuna görə maddi qazancının olmadığını, sadəcə AHİİTA tərəfindən maaş təyin edildiyini, maaşının son zamanlarda 360 manat, daha əvvəl isə 220-230 manat olduğunu, Təqsirləndirilən şəxs1 stadionun özəlləşdirilməsi ilə bağlı hər hansı addım atmadığı təqdirdə onu işdən çıxaracağı barədə təzyiqlər etdiyini, stadion AHİİTA-nın adına özəlləşdirildikdən sonra ya stadionun rəhbərliyinə, stadionun işçilərinə, ya da fiziki şəxsə satılmalı olduğunu Təqsirləndirilən şəxs1 ona söylədiyini, Təqsirləndirilən şəxs1 borc tapıb 10000-20000 manat verməsinin səbəbinin rəhbərliyin yanında ona qarant durması olduğunu, Təqsirləndirilən şəxs1 1998-ci illərdən başlayaraq fərqli məbləğlərdə pul verdiyini, Təqsirləndirilən şəxs1 pulları verərkən heç bir şahid və ya sənədləşmənin olmadığını, stadiondan heç bir əlavə gəlir əldə etmədiyini, sadəcə Təqsirləndirilən şəxs1 işlərin qaydasına düşəcəyi barədə verdiyi vədlər əsasında sonuncuya pullar verdiyini, Təqsirləndirilən şəxs1 bağında müdir təyin olunmamışdan əvvəl sonuncuya 30000 manat pul verdiyini, pulu verməsi ilə bağlı sübutunun olmadığını, 2004-cü ildə Zərərçəkmiş şəxs3 satdığı ərazinin həm tikinti, həm torpaq sahəsi olduğunu, qeyri-yaşayış sahəsi olmadığını, 2004-cü ildə Zərərçəkmiş şəxs3 satılan torpaq sahəsinə görə verilmiş 150000 manat pulu tam şəkildə Təqsirləndirilən şəxs1 təqdim etdiyini, həmin əmlakın alğı-satqısının notarial qaydada həyata keçirildiyini, ödənişin Zərərçəkmiş şəxs3 tərəfindən edildiyini, Təqsirləndirilən şəxs1 həmin 150000 manatın stadionun təmirinə xərclənəcəyini desə də, stadionu təmir etmədiyini, bu işlə bağlı ona heç bir maddi vəsaitin ödənilmədiyini, bütün məbləğin AHİİTA-nın balansına köçürüldüyünü, həmin torpaq sahəsində Zərərçəkmiş şəxs3 yaşayış binası tikdiyini, binanın kimin mülkiyyətində olduğunu bilmədiyini, Qasım Zülfüqarov adlı şəxsi tanımadığını, 2004-cü ildə həyata keçirilən alğı-satqı zamanı Təqsirləndirilən şəxs1lə Zərərçəkmiş şəxs3 bir-birilərini tanımadıqlarını, Nadirin Əliyev stadionun önündə obyekt tikilməsinə razılıq verməsi vədinə görə 2011-ci ildə 490000 manat pulu Zərərçəkmiş şəxs3 aldığını, Təqsirləndirilən şəxs1 Həmkarlar İttifaqından icazə aldıqdan sonra stadionun önünə obyektlər tikəcəyini, bununla da həm stadionun təmirinə, həm də AHİİTA-nın balansına pul köçürəcəyini dediyini, Təqsirləndirilən şəxs1 həmin obyektlərin tikilməsini 5-6 ay müddətində həll edəcəyini bildirdiyini, Zərərçəkmiş şəxs3 490000 manatı 2010-2012-ci illər ərzində hissə-hissə alıb həmin pulun 50000 manatını sonuncu dəfə Təqsirləndirilən şəxs1 ona geri qaytardıqdan sonra Zərərçəkmiş şəxs3 geri verdiyini, 2012-2013-cü illərdən Təqsirləndirilən şəxs1 pulları geri alıb Zərərçəkmiş şəxs3 qaytardığını, Təqsirləndirilən şəxs1 490000 manat verməsi ilə bağlı sübut olmadığını, Zərərçəkmiş şəxs3 aldığı pullardan Təqsirləndirilən şəxs1 qalan pulun olmadığını, hamısını geri qaytardığını, Zərərçəkmiş şəxs3 borcunu tam ödədiyini, Zərərçəkmiş şəxs3la aralarında başqa razılaşmanın olmadığını, Həbib Züfüqarova verdiyi sənədin verməsinə səbəb kimi onun şəhərsalma zamanı tikəcəyi binanın mərtəbəsinin artırılması olduğunu, həmin texniki pasportda torpaq sahəsinin Həmkarlar İttifaqının balansında olmasının göstərildiyini, saxtalaşdırılmış sənəddən xəbərinin olmadığını, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1lə 4-5 il sonra görüşdüyünü, ilk dəfə Zərərçəkmiş şəxs3 Nadir X12 rəhbərliyi ilə görüş zamanı rastlaşdığını, daha sonra onun vasitəsi ilə görüşdüklərini, Zərərçəkmiş şəxs5 icra hakimiyyətində işə düzəlməsi üçün sonuncudan 50000 ABŞ dolları istəməsi ilə bağlı ifadəsinin doğru olmadığını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la aralarında olan razılaşmaya görə, stadionun satışına dair pulun bir qisminin nağd, bir qisminin isə mənzil kimi alınmasının nəzərdə tutulduğunu, torpaq sahəsi dövlət mülkiyyəti olsa da, üzərindəki tikilinin Həmkarlar İttifaqının mülkiyyətində olduğunu, lakin çıxarışın səhv tərtib edildiyini, həmin dövrdə stadionun müdiri olduğuna görə Təqsirləndirilən şəxs1 həmin stadionun satışını ona həvalə etdiyini, Zərərçəkmiş şəxs1gilə torpaq sahəsini, çıxarışı və digər sənədləri göstərdiyini, həmin şəxslərə sənədləşmənin 1 il ərzində başa çatmasının nəzərdə tutulduğunu dediyini, Təqsirləndirilən şəxs1 adının çəkilməsinə icazə vermədiyi üçün başqa vəzifəli şəxsin adını çəkdiyini, sənədləşməni Təqsirləndirilən şəxs1 həll etməli olduğunu, sənədlər hazır olduqdan sonra Zərərçəkmiş şəxs1gilin tikintiyə başlamağı istədiklərini, stadionun satılmasında marağının həmin ərazinin təmir olunduqdan sonra qalıb orada işləmək olduğunu, Təqsirləndirilən şəxs1 tərəfindən stadion satıldıqdan sonra ona maddi vəsaitin vəd edildiyini, lakin miqdarının danışılmadığını, notarius vasitəsilə pulun alınmasını təklif etməsinin səbəbinin həmin şəxsləri aldatmaq niyyətinin olmamasına inanmaları olduğunu, Təqsirləndirilən şəxs1 900000 manat pulu verməsi və ya sonuncunun 100000 manat pulu ona qaytarması ilə bağlı heç bir sübutunun olmadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, 1991-ci ildən 1995-ci ilə qədər X15 rayonu üzrə Kooperativ və kiçik müəssisələrin sədri vəzifəsində işləmişdir. X8 1980-2013-cü illərdə Azərbaycan Həmkarlar İttifaqları X2 tabeliyində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 69D ünvanında yerləşən "xxxx" stadionunun direktoru olmuşdur. O, təxminən 1995-ci ildə həmin stadiona gələrək orada mühəndis kimi işləməyə başlamış, 2013-cü ildə atası ağır yol qəzası keçirmiş, 2015-ci ildə artıq yataq xəstəsi olmuş və həmin ildə vəfat etmişdir. Atası direktor olanda, konkret olaraq tarixini xatırlamadığı vaxtda stadionun adı dəyişdirilərək “Yasamal İdman Sağlamlıq Klubu” adlandırılmış, həmin ərazi AHİİTA-nın balansında olmuşdur. Klubun ərazisində stadionun kənarında geyinib-soyunma otağı, anbar və sairdən ibarət olan 280 m2 tikili sahəsi olmuş, stadionun ümumi sahəsi faktiki olaraq 1,22 ha olsa da, hasar və sairlə birlikdə 1,26 ha olmuşdur. Təxminən 2021-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs1 onu yanına çağıraraq Klubun, yəni stadionun yerinin əldən çıxacağını, orada çox adamın gözünün olduğunu, təcili olaraq həmin ərazini özəlləşdirmək lazım olduğunu bildirmiş, o, həmin yerin özəlləşdirilməsi üçün pulunun olmadığını, həmin məbləğdə pulu haradan tapacağını dedikdə sonuncu yeri satmaq üçün adam tapmasını, Səttar müəllimə 3 milyon manatın çatacağını, özəlləşdirmə üçün 2 milyon manata yaxın pulun çıxacağını, beləcə 5-6 milyon manat pula satmaq üçün adam tapmasını demişdir. O, tanıdığı adamlara stadionun satıldığını demiş, çünki Təqsirləndirilən şəxs1 onun müdiri olduğundan sonuncu nə deyirdisə, onu etməli olmuş, əks halda işini itirəcəyindən qorxmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 nə isə yalan bir şey deyəcəyini, onu aldadacağını düşünməmişdir. Bir sözlə, hər şeyin qanuni formada gedəcəyini düşünmüşdür. Uzun illər tanıdığı və aralarında dostluq münasibəti olan Rasimlə görüşəndə sonuncuya da belə bir yerin olduğunu, istəyən olduğu təqdirdə deməsini bildirmiş, Rasimə texpasportu və sair sənədlərin surətini göstərmişdir ki, arxayın olsun. Rasim bir müddət sonra ona zəng edərək tanışı “Teymur” adlı şəxsin tanışlarının torpaq axtardıqlarını, bina tikəcəklərini, onunla görüşmək istədiklərini bildirmişdir. Ardınca Teymur ona zəng etmiş və görüşmək istədiyini, həmin yeri almaq istəyən tanışlarının olduğunu bildirmiş, təxminən 2021-ci ilin may ayının sonlarında Teymurla sonuncunun dediyi yerdə görüşmüşlər. Sonradan bilmişdir ki, həmin yer Rəşad müəllimin ofisidir. Ofisdə Rəşad müəllim, sonuncunun işçisi Elçin, şərikləri Rauf və Yusif iştirak etmiş, həmin Teymur da orada olmuş, amma kənarda oturaraq qulaq asmış, sonuncunun işi onları tanış etmək olmuşdur. O, özü və yer barədə məlumat vermiş, stadionun yeri, həmin stadionun ətrafında olmuş torpaq sahələrinin özəlləşdirilərək satıldığını, orada bina tikildiyini bildirmişdir. Həmin yer Təqsirləndirilən şəxs1 tərəfindən alğı-satqı edilmiş, çünki həmin vaxt Əmlak komitəsi yaranmamış, sonuncunun müstəqil alğı-satqı etmək hüququ olmuşdur. Rəşad müəllimgil həmin yeri ******* manata alacaqları barədə razılaşmışlar. Görüşə gəlməzdən əvvəl Təqsirləndirilən şəxs1 yanına getmiş, bu, təxminən 2-3 gün əvvəl olmuşdur. Təqsirləndirilən şəxs1 900000 manat beh almağı demiş, çünki öz dediyinə görə 800000 manat pulu özəlləşdirmə üçün Əmlak komitəsi ilə danışaraq ora və İttifaqın sədrinə verəcəyini, 100000 manat pulu isə müəyyən xərclərə görə nəzərdə tutmuşdur. Bunu Təqsirləndirilən şəxs1 özü ona demişdir. Bu səbəbdən o, Rəşad müəllim və sonuncunun şərikləri ilə görüşəndə beh kimi 900000 manat istəmişdir. Təqsirləndirilən şəxs1 800000 manat pulu stadionun qanuni əsaslarla satın alınması üçün verəcəyini düşündüyündən sonuncunun sözünü demişdir. Həmin şəxslər onun təkliflərini nəzərdən keçirib qəbul etmişlər. Beh kimi Rəşad müəllimin işçisi Elçin həmin vaxt, yəni xx.xx.2021-ci il tarixdə 150000 manat beh vermiş, elə ofisdə aralarında həmin pulu beh kimi qəbul etməsi barədə qəbz imzalanmışdır. Həmçinin həmin şəxslərin təklifi ilə belə qərara gəlmişlər ki, alınacaq bütün pullar notarial qaydada verilsin. Bundan əlavə, 900000 manatın hissə-hissə verilməsi, eləcə də 2021-ci ilin avqust ayına qədər torpaq sahəsinə dair sənədlərin təhvil veriləcəyi barədə də danışıqları olmuşdur. Həmçinin, ilkin olaraq beh kimi 900000 manat ödəməyi, ******* manat əsas alğı-satqı müqaviləsi imzalanan gün, ******* manat əsas alğı-satqı müqaviləsi imzalandıqdan 1 ay sonra, 500000 manat əsas alğı-satqı müqaviləsi imzalandan 2 ay sonra, ******* manat həmin torpaq sahəsində tikintiyə icazə sərəncamı alındıqdan sonra ödənilməsi razılaşdırılmışdır. Ödəniləcək sonuncu məbləğin bir hissəsinin əmlak formasında ödənilməsi nəzərdə tutulmuşdur. Görüşdən çıxaraq o, birbaşa Təqsirləndirilən şəxs1 yanına getmiş, sonuncunun işdə olmasını bildiyindən zəng etmədən və ya zəng edərək sonuncunun yanına getmiş, 150000 manatı Təqsirləndirilən şəxs1 verərək vəziyyəti danışmışdır. O, həmin şəxslərə avqust ayına kimi sənədləri verəcəyini demişdir. Çünki Nadir müəllim özü ona sənədlərin 2 aya düzələcəyini söylədiyindən, o da belə məzmunda vəd vermişdir. Təqsirləndirilən şəxs1 bir daha narahat olmamasını, İttifaqın rəhbəri və Əmlakla danışdığını, razılıq aldığını, pulu verərək sənədləri düzəltdirəcəyini demişdir. O, Təqsirləndirilən şəxs1 stadionun ərazisini özəlləşdirə biləcəyini, çünki stadionun torpağı üzərində olan əmlak kompleksinin Həmkarların xüsusi mülkiyətində olduğunu, bu səbəbdən əmlakın altında olan torpaq sahəsinin də özəlləşdirilə biləcəyini qeyd etmişdir. Bütün bunlar onu arxayın salmışdır ki, Təqsirləndirilən şəxs1 düzgün danışır, onu aldatmır. Daha sonra xx.xx.2021-ci il tarixdə şəriklərlə aralarında olan danışığa görə 12 saylı notariat ofisində görüşmüşlər. İlkin olaraq 450000 manat verilməli olmuş, ilk görüşdə ona 150000 manat verildiyindən həmin pulu notariusa gətirməli olmuşdur ki, 450000 manat məbləğində beh müqaviləsi bağlansın, bir gün qabaq, yəni xx.xx.2021-ci il tarixdə saat 15 radələrində ya zəng edərək, ya da ki Təqsirləndirilən şəxs1 həmişə işdə olduğundan zəng etmədən də 150000 manatı sonuncudan götürüb sabahı gün notariusa getmişdir. Elçin 300000 manat gətirmiş, 150000 manatı da üstünə qoyaraq 450000 manat beh almış və birbaşa Təqsirləndirilən şəxs1 yanına gedərək sonuncuya vermişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə 200000 manat, xx.xx.2021-ci il tarixdə 250000 manat Elçin tərəfindən notarial qaydada ona verilmiş, hər dəfə pul veriləndə həmin gün oradan çıxıb birbaşa Təqsirləndirilən şəxs1 yanına gedərək sonuncuya təqdim etmişdir. Ümumilikdə 900000 manat pulu aldığı gün Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 ona verdiyi 900000 manatdan axırıncı pulu verəndə oradan 100000 manat ona vermişdir ki, özündə saxlasın, müəyyən xərclər olacaq ki, həmin xərcləri özündən versin. Belə razılıq olmuşdur ki, həmin yer özəlləşdirildikdən sonra yeri alan adamlar onu orada saxlayıb işlədəcəklər, Təqsirləndirilən şəxs1 də söz vermişdir ki, torpaq tam satılıb qurtardıqdan sonra həmin puldan ona da verəcək, amma konkret məbləğ deməmişdir. Ona maraqlı olan o olmuşdur ki, onu orada işləmək üçün saxlasınlar. Çünki Rəşad müəllimgil tikəcəyi binanın həyətində stadion, idman kompleksinin olacağını demiş, onun orada işləməsinə şərait yaradacaqlarını düşünmüşdür. Vaxt tamam olduqda Rauf və Rəşad müəllimgil artıq ondan sənədləri tələb etməyə başlamışlar. O da Təqsirləndirilən şəxs1 yanına gedərək adamların artıq narahatlıq yaratdığını, sənədləri tələb etdiklərini bildirmiş, hər dəfəsində Təqsirləndirilən şəxs1 gözləməyi, sənədləri düzəldəcəyini, işin üstündə işlədiyini demişdir. Təqsirləndirilən şəxs1 behi alan müddətdə ərazinin özəlləşdirilməsi üçün Əmlak komitəsinə müraciət etmiş, çünki balans sahibi Təqsirləndirilən şəxs1 olduğundan bununla bağlı yalnız sonuncunun müraciət etmək hüququ olmuşdur. Əmlak komitəsi səhvən stadionun torpağının üzərində olan əmlaka “xüsusi” mülkiyyət əvəzinə “dövlət” mülkiyyəti yazmışdır. Artıq müddət keçdikcə qarşı tərəflər pulu geri qaytarmağı tələb etmişlər. Təqsirləndirilən şəxs1 çıxarışı həmin şəxslərə göstərərək “xüsusi” əvəzinə “dövlət” sözünün yazılmasını göstərməsini, bunun üstündə işlədiklərini, bu səbəbdən işlərin uzandığını deməsini bildirdiyindən o da bunu pulu aldığı şəxslərə demişdir. Artıq Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1lə görüşmək istədiyini bildirmiş, o, bunu Təqsirləndirilən şəxs1 dedikdə sonuncu yanına gətirməsini demiş, o və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 oturduğu yerə, “Sahil” metrostansiyasının yanına getmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qəbul edərək həmin çıxarışı göstərib Əmlak Komitəsinin səhv yazdığını, müvafiq sənədləri düzəltdirmək üçün çalışdığından vaxtın uzanmasını, həmin torpağı onlara satacağını, başqa adama satmayacağını, alınan puldan və işlərdən məlumatının olduğunu bildirmişdir. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 ona öz adından daxili, xidməti qaydada, notarial qaydada təsdiq olunmamış etibarnamə vermişdir ki, adından müəyyən hərəkətlər etsin, Əmlaka sorğu versin və sair etsin. Həmin etibarnaməni Zərərçəkmiş şəxs1gilə də göstərmişdir. Etibarnamə bir aylıq verilmiş, müddəti bitdiyindən cırıb tullamış, düşünmüşdür ki, daha lazım olmaz. Zərərçəkmiş şəxs1la görüşdə Təqsirləndirilən şəxs1 həmin etibarnamənin də adını çəkmişdir ki, sənədlərin hazırlanması ilə məşğuldurlar. Təqsirləndirilən şəxs1 çıxarışda olan səhvin düzəldilməsi üçün Əmlak Komitəsinə rəsmi müraciət etmiş, həmin etibarnaməni də ona vermişdir ki, müvafiq cavabla o gedib maraqlansın. Xatırlamadığı tarixdə tanışı Rasimlə birlikdə Heydər Əliyev prospektində yerləşən “Dövlət Əmlak Komitəsi yanında Məkan”-a getmiş, çünki Rasim də məsələnin alınmamasından narahat olmuş, sonuncunu prosesləri görməsi üçün aparmışdır. Orada birka alaraq növbə götürmüş, növbə çatanda pəncərəyə yaxınlaşmış, lakin müraciətlərinə imtina gəlmiş, məhkəməyə müraciət hüququ izah edilmişdir. O, həmin imtina cavabını Təqsirləndirilən şəxs1 verdikdə sonuncu məsələni necə həll edəcəyini, pulu kimə verdiyini soruşmuş və Təqsirləndirilən şəxs1 pulu qaytarmağı təklif etmişdir. Çünki pulu o, aldığından qorxmuş, məsuliyyətin onda qalacağından ehtiyat etmişdir. Təqsirləndirilən şəxs1 pulu Həmkarların sədri Səttar müəllimə verdiyini, pulu sonuncudan necə geri almağı, sənədlərin hamısının əslinin Səttar müəllimin seyfində olduğunu, həmin puldan Əmlak Komitəsinə də verdiyini, xərclərinin çıxdığını bildirmişdir. Amma Təqsirləndirilən şəxs1 Əmlak Komitəsində kimə və nə qədər pul verməsini, hansı xərclərinin çıxmasını deməmişdir. Bu problemlər çıxandan sonra o, demək olar ki, hər gün Təqsirləndirilən şəxs1 yanına getmiş, pulun çox hissəsi sonuncuda olduğundan qaytarmaq lazım olduğunu demişdir. Halbuki, bu məsələlərə qədər nadir hallarda Təqsirləndirilən şəxs1 yanında olmuşdur. Artıq adamlar onlardan şikayət etmiş, o, qorxaraq Təqsirləndirilən şəxs1 yanına gedərək onda olan 100000 manatı aparıb qaytaracağını, problem yaranacağından qorxduğunu və pulu qaytarmaq lazım olduğunu bir daha demiş, Təqsirləndirilən şəxs1 həmin qədər pulunun olmadığını, vaxt lazım olduğunu, pulu haradansa tapıb qaytarmağını, özünün isə sonra ona qaytaracağını bildirmiş, o isə qeyd edilən pulu haradan tapacağını deyib bundan imtina etmişdir. xx.xx.2021-ci il tarixdə Elçinlə həmin notariusda görüşərək onda olan 100000 manatı sonuncuya qaytarmış, Rəşad və Rauf müəllimgilə qalan pulun Təqsirləndirilən şəxs1 olduğunu, sonuncunun verəcəyini demiş, bugünə kimi Təqsirləndirilən şəxs1 həmin pulu qaytarmamışdır. O, Təqsirləndirilən şəxs1 dediklərinin yalan olduğunu, məsuliyyətdən yayınmaq üçün belə dediyini və hər şeyi onun boynuna atdığını bildirmişdir. Balans sahibinin Təqsirləndirilən şəxs1 olduğunu, istəsə belə həmin ərazini özəlləşdirə və sata bilməyəcəyini, buna yalnız sonuncunun səlahiyyətinin olduğunu demişdir. Rasim Əliyevin nə deməsindən məlumatının olmadığını, bu barədə heç nə deyə bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun yanında Zərərçəkmiş şəxs1 yeri sonuncuya satacağını, başqa adama satmayacağını, sənədləri düzəldəcəyini demiş, əgər sonuncu təmir etdirmək üçün Təqsirləndirilən şəxs1 müraciət etmişdisə, nə üçün onun adına etibarnamə vermiş, orada onun adından çıxış etmək, Əmlak Komitəsinə sənədləri təqdim etmək və sair göstərilmişdir. Metro xəttinin çəkiləcəyi məsələsi təxminən 10 il əvvəl ortaya çıxmış, Təqsirləndirilən şəxs1 bunun boş şey olduğunu, Metropolitendən sənəd alaraq həll edəcəyini demişdir. Çünki bu xəttin çəkilişi 20 ildən sonranı nəzərə tutmuşdur. Təqsirləndirilən şəxs1 özü də demişdir ki, Səttar müəllim buranı satmaq istəyir, ona görə tez özəlləşdirmək lazımdır ki, əldən çıxmasın. Bundan başqa, Zərərçəkmiş şəxs5 təxminən 20 ilə yaxındır ki tanıyır, sonuncu stadionun yaxınlığında qonşu binada yaşayır. Təxminən 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs5 Şahid5 vasitəsilə onunla görüşmüş, o, stadionun sənədlərinin hələ hazır olmadığını, bunu hazırlamaq üçün pul lazım olduğunu bildirmiş, daha sonra Zərərçəkmiş şəxs5 şəriki Ruslanla da görüşməsini təklif etdiyindən, ofisdə görüşsələr də, Ruslan həmin ərazini almaq istəmədiyini bildirmiş, oradan çıxanda Zərərçəkmiş şəxs5 özünün ona pul verəcəyini, həmin pulla sənədləri hazırlamasını, satandan sonra onun pulunun üstündə təxminən verəcəyi qədər pul qaytarmağı söylədikdə o da razı olmuşdur. Çünki Təqsirləndirilən şəxs1 stadionun sənədlərinin düzəlməsi üzərində işlədiyini bilmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs5 350000 manat pulu aprel ayında 32 saylı notariusda almış, amma həmin pulu alması barədə, heç kimə, o cümlədən Təqsirləndirilən şəxs1 deməmiş, sonuncunun məlumatı olmamışdır. Həmin pullarla adlarını çəkmək istəmədiyi tanışlarına borclarını qaytarmışdır. Təqsirləndirilən şəxs1 sənədləri düzəldəcəyini bildiyindən sonradan stadionu sataraq Zərərçəkmiş şəxs5 pulunu qaytaracağını düşünmüşdür. Zərərçəkmiş şəxs5 torpağı ******* manata satması barədə dediyi ilə razı olmamaqla, belə söhbət olmadığını qeyd etmişdir. Həmçinin, təxminən 2003-2004-cü illərdə Zərərçəkmiş şəxs3 ona yaxınlaşaraq stadionun aşağı hissəsində, meydançaya aid olmayan təxminən 19-20 sot torpaq sahəsini almaq istədiyini bildirmiş, həmin torpaq sahəsinin üzərində hər hansı bir tikili, avadanlıq olmamış, boş torpaq sahəsi olmuşdur. Zərərçəkmiş şəxs3 hündür mərtəbəli bina tikməsini, torpağı da bu məqsədlə alacağını bildirmişdir. O, bunu öz rəhbərliyinə deyərək cavabını bildirəcəyini demişdir. Təqsirləndirilən şəxs1lə danışdıqda sonuncu sata biləcəklərini demişdir. Qiyməti təxminən 150000 manat civarında danışmışlar. Zərərçəkmiş şəxs3 həmin pulu vermiş, o da aparıb Nadir müəllimə otağında təqdim etmiş, otaqda ikisi olmuşlar. Bundan sonra torpaq sahəsi balansdan-balansa keçmiş, yəni torpağın balans dəyəri ödənilərək MTK ilə alğı-satqı edilmişdir. MTK-nın adı "xxxx" MTK olmuş, alğı-satqı müqaviləsi bağlanaraq onların adına keçmişdir. Çünki həmin illərdə Əmlak Komitəsinin reyestr xidməti olmamış, Həmkarlar özü müstəqil formada alğı-satqı etmiş, daha çıxarış alınması, Həmkarların adına keçirilməsinə ehtiyac olmamışdır. Zərərçəkmiş şəxs3 torpaq satılmış, pulu Təqsirləndirilən şəxs1 verilmişdir. Bildiyi qədəri ilə Təqsirləndirilən şəxs1 həmin puldan Konfederasiyanın sədrinə də vermişdir. Bunu Təqsirləndirilən şəxs1 özündən eşitmiş, amma sonuncu konkret olaraq nə qədər verməsini deməmişdir. Təxminən 7-8 il sonra, 2011-2012-ci illərdə Zərərçəkmiş şəxs3 yenidən yanına gələrək yer balaca olduğundan tikinti apara bilmədiyini, stadionun ərazisindən bir qədər yer satmağı və ya tikinti üçün müvəqqəti icazə məktubu verməyi xahiş etmiş, lakin konkret ölçü danışılmamışdır. O, stadionun ərazisinin hazırki vaxtda satılmasının mümkün olmadığını, hələ özəlləşdirilmədiyini demiş, məktubu isə Təqsirləndirilən şəxs1 demək lazım olduğunu izah etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 heç olmasa stadionun yola baxan hissəsində mağazalar açmağı demiş, o, bunu da Təqsirləndirilən şəxs1 deyərək cavab verəcəyini bildirmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs3 ümumilikdə 490000 manat, yəni 100000 dollar və 320000 manat pul almış, məqsəd isə Zərərçəkmiş şəxs3la birlikdə mağaza açaraq işlətmək olmuş, bunun Zərərçəkmiş şəxs3 tikinti məsələsinə, stadionun bir hissəsindən satılmasına aidiyyəti olmamış, stadionun satılmasına görə sonuncudan pul alınmamış, pul barədə danışıq olmamışdır. Mağaza məsələsini Təqsirləndirilən şəxs1 demiş, sonuncu ilkin olaraq 50000 manat verməyi, Səttar müəllimə deyib cavab verəcəyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs3la birlikdə stadionun bir hissəsinin satılması və icazə məktubu ilə bağlı Təqsirləndirilən şəxs1 yanına getmişlər. Təqsirləndirilən şəxs1 yanına getməmişdən qabaq sonuncu zəng edərək Zərərçəkmiş şəxs3 tapşırdıqlarını, yanına gətirməsini demişdir. Təqsirləndirilən şəxs1 otağında olarkən Zərərçəkmiş şəxs3 stadionun ərazisindən yer verməyi, bunun üçün icazə məktubu istədiyini, sonradan bunu cırıb tullayacağını bildirmiş, Təqsirləndirilən şəxs1 bugünkü gündə bunun mümkün olmadığını, Səttar müəllimlə məsləhətləşəcəyini, müsbət nəsə olarsa deyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 mağaza məsələsini bugün-sabah deyərək uzatmış, o, Təqsirləndirilən şəxs1 mağaza söhbətinin uzandığını görüb Zərərçəkmiş şəxs3 pulunu qaytarmaq qərarına gəlmiş, 2019-cu il tarixədək Zərərçəkmiş şəxs3 əsas borcunu, yəni 490000 manatı hissə-hissə qaytarmış, lakin Zərərçəkmiş şəxs3 faiz istəmiş, onu əsas gətirmişdir ki, devalvasiya olmuşdur. Bu məqsədlə o, əlavə olaraq Zərərçəkmiş şəxs3 banklara olan kreditlərini də ödəmişdir. Təxminən 57000 manata yaxın Zərərçəkmiş şəxs3 kreditini ödəmişdir. Bu səbəbdən, Zərərçəkmiş şəxs3 dediklərinin yalan olduğunu, şikayət etməkdə məqsədinin əlavə faiz istədiyini, səbəb kimi isə dolların bahalaşmasını göstərdiyini bildirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 heç bir texniki pasport göstərməmiş, surətini verməmişdir. Stadion Həmkarların balansında olduğundan texpasport onun adına olmuş, Zərərçəkmiş şəxs3 həmin sənədi özünün saxtalaşdırması və ya hardan tapmasını bilmədiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs3 490000 manat, yəni 100000 dollar və 320000 manat almış, onu da qaytarmış, baxmayaraq ki, 50000 manat Təqsirləndirilən şəxs1 olmuş, həmin pulu da özü qaytarmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə bir makler ərazinin satıldığı barədə onu məlumatlandırmış, daha sonra Təqsirləndirilən şəxs2 onun Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən ofisinə gəlib Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən ərazini ******* manat müqabilində satdığını demişdir. Təqsirləndirilən şəxs2 özəlləşdirmə sənədlərinin Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən götürülməsi üçün 900000 manat verməli olduqlarını söyləmiş, Təqsirləndirilən şəxs2la razılaşıb notarius vasitəsilə həmin pulu ödəsə də, 2 ay ərzində heç bir xəbər çıxmamış, daha sonra “ASAN xidmət”-də yerləşən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsinə yaxınlaşıb maraqlandıqda, həmin əməkdaş 1 həftə ərzində sənədlərin təqdim ediləcəyini demiş, 1 ay keçdikdən sonra Təqsirləndirilən şəxs1 yanına gedib məsələni soruşduqda sonuncu hər şeyin qaydasında, sənədlərin özəlləşdirilmə mərhələsində olduğunu, hazır olan kimi tikintiyə başlaya biləcəklərini söyləmişdir. Nəticə olmadığına görə bir müddət sonra yenidən Təqsirləndirilən şəxs1 yanına gedib ya pulu geri qaytarmalarını, ya da sənədləri vermələrini demiş, sonuncu da hər şeyin hazırlandığını, rəhbərliyin də prosesdən xəbərdar olduğunu və müvafiq etibarnaməni də Təqsirləndirilən şəxs2 verdiyini bildirmiş, lakin yenə heç bir nəticə əldə edilməmişdir. Təqsirləndirilən şəxs1 “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən çay evinə dəvət edib verilmiş məbləği hissə-hissə geri ödəmələrini söyləmiş, lakin sonuncu bunu qəbul etməyib etiraz edərək heç nədən xəbərinin olmadığını, məsələni Təqsirləndirilən şəxs2la həll etməsini, hətta sonradan guya onun şəxsi təşəbbüsü ilə stadionu təmir etmək üçün gəldiyini bildirmişdir. Nəticədə pulları qaytarılmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 pulları götürüb aralarında bölmüşlər. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 həmin ərazinin Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" stadionunun olduğunu, əvvəllər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımadığını, Teymur adlı maklerin həmin ərazinin satıldığı barədə onu məlumatlandırdığını, ilk dəfə ofisdə Təqsirləndirilən şəxs2la görüşdüyünü, Təqsirləndirilən şəxs2 həmin görüş vaxtı müvafiq ərazinin dövlətə məxsus olduğunu dedikdə, sonuncu narahat olmamasını, rəhbərliyin məlumatlı olduğunu ona söylədiyini, torpağın kimin mülkiyyətində, balansında olması ilə bağlı sənədlərlə şəxsən tanış olduğunu, torpağın Həmkarlar İttifaqının mülkiyyətində olduğunu, lakin Həmkarlar İttifaqının rəhbəri tərəfindən verilmiş etibarnamənin ona göstərildiyini, torpağın rəsmiləşdirilməsi üçün alınmış 900000 manat puldan 400000 manat pulu əvvəlcədən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə veriləcəyini, qalanı isə sənədlər alındıqdan sonra veriləcəyini söylədiklərini, torpağın təyinatının xüsusi mülkiyyətə çevriləcəyini, Təqsirləndirilən şəxs2la görüşdükdən 2-3 ay sonra Təqsirləndirilən şəxs1lə rəsmiləşdirmənin gecikdirildiyi üçün görüşdüyünü, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 Azərbaycan Həmkarlar X13 İctimai Birliyinin sədri kimi təqdim edib sonuncunun sənədlərin rəsmiləşdirilməsinə köməklik edəcəyini, heç nədən narahat olmamasını söylədiyini, sənədlər düzəldikdən sonra razılaşdırılmış ******* manat pulun qalan hissəsinin Təqsirləndirilən şəxs2 veriləcəyini, həmin hadisədən 1 il keçdikdən sonra şikayət etdiklərini, Təqsirləndirilən şəxs1 heç vaxt sənədlərin düzələ bilməyəcəyini söyləmədiyini, hər dəfə danışanda narahat olmamalarını, hər şeyin qaydasında olacağını, rəhbərliyin xəbəri olduğunu, ən sonda isə sənədlərin hazır şəkildə Səttar müəllimin seyfində olduğunu bildirdiyini, verilmiş mülki iddianı müdafiə etdiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 rəhbərinin, yəni Səttar müəllimin adını çəkdiklərinə görə inandığını, çünki başqa ərazinin rəsmiləşdirildiyindən məlumatlı olduğunu, lakin onun epizodu ilə bağlı Səttar müəllimin məlumatlı olub-olmamasını dəqiq bilmədiyini, həmin prosesdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la danışdığını, Təqsirləndirilən şəxs1 mobil nömrəsinin onda olduğunu, sonuncu ilə sonradan əlaqə saxlamadığını, stadiona dair sənədlərin Təqsirləndirilən şəxs2 tərəfindən ona təqdim edildiyini, pulu bir neçə dəfəyə verdiyini, Təqsirləndirilən şəxs1 ilk dəfə tanışının toy məclisində gördüyünü, sənədləşmənin təxminən 1-2 ay müddətində yekunlaşmalı olduğunu, notariusda bağlanan beh müqaviləsində hər hansı əmlaka aid sənədin olmadığını, ona müvafiq sənədlərin kserosurətlərinin gətirildiyini, Təqsirləndirilən şəxs1 o və şərikindən hər hansı məbləğdə pul istəmədiyini, Səbail rayon prokurorluğunda araşdırma aparılan zaman 100000 manat pulun geri qaytarıldığını, şəxsən ona 200000 manat məbləğində ziyan dəydiyini, Təqsirləndirilən şəxs1 ofisinə getdikdən sonra sonuncunun ona sənədlərin hazırlanma mərhələsində olduğunu dedikdən sonra pulun Təqsirləndirilən şəxs1 verildiyini güman etdiyini, Təqsirləndirilən şəxs1 sənədlərin Səttar müəllimin seyfində olduğunu söylədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Dəqiq xatırlamadığı tarixdə tanışı Teymur adlı makler ona zəng edib satışa bir yerin çıxdığını deyərək köhnə “Qələbə” kinoteatrının arxasına gəlməsini dediyindən, oraya gedib həmin şəxslə birgə söylədiyi əraziyə baxmış, daha sonra Rəşad adlı dostu ona Teymurun dediklərindən məlumatlı olduğunu, lakin həmin yerin sənədlərinin hazır olmadığını, həmin yeri stadionun müdiri olan Təqsirləndirilən şəxs2 satdığını bildirmişdir. Danışıqlara görə bütün məbləğin hamısının nağd ödənilməyəcəyi, yəni ******* manat pulun nağd şəkildə, qalan hissəsinin isə binanın tikintisi başa çatdıqdan sonra mənzil kimi ödənilməsi nəzərdə tutulmuşdu. Təqsirləndirilən şəxs2 etibarnamə və həmin "xxxx" stadionunun sonuncunun adına özəlləşdirilməsinə Həmkarlar İttifaqının etiraz etməməsinə dair məktub olduğuna görə inanıb Təqsirləndirilən şəxs2 notarial qaydada 3 dəfəyə 900000 manat pul vermişlər. 3-4 ay keçsə də, hər hansı irəliləyiş olmadığını, əmlak komitəsindən isə belə bir rəsmiləşdirmənin aparılmadığını dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 verdikləri pulu geri tələb etdikdə sonuncu müdirinin yanına yalnız bir nəfəri apara biləcəyini demiş, onlar Zərərçəkmiş şəxs1 getməsinə razılaşmışlar. Zərərçəkmiş şəxs1 görüşdən razı qayıtsa da, heç bir irəliləyiş olmadığından Səbail rayon prokurorluğuna müraciət etmişlər. Həmin dövrdə Təqsirləndirilən şəxs2 100000 manat pulu geri qaytarmış, sonradan isə Təqsirləndirilən şəxs2 başqasını aldadaraq əldə etdiyi puldan həmin pulu ona qaytardığını öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 "xxxx" stadionu barədə ona məlumat verən şəxsin həmin ərazinin 1,15 hektar ölçüdə olmaqla, Həmkarlar İttifaqının balansında olduğunu söylədiyini, sonrakı danışıqları Təqsirləndirilən şəxs2 apardıqlarını, Təqsirləndirilən şəxs2la pul verilməzdən əvvəl görüşdüklərini, Təqsirləndirilən şəxs2 ilk öncə torpaq sahəsinin üstünün, daha sonra altının özəlləşəcəyini, həmçinin ərazidə olan 100 kv.metr yerin də özəlləşdiriləcəyini söylədiyini, əvvəllər Təqsirləndirilən şəxs1 tanımadıqlarını, Təqsirləndirilən şəxs1lə görüş zamanı hazırlanmış sənədlərin Səttar müəllimin seyfində olduğunu dediyini, Təqsirləndirilən şəxs2 verilmiş pulun yerini soruşduqda sonuncu yeri deyə bilməyəcəyini, Təqsirləndirilən şəxs2 900000 manat pul verildiyini, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1la ilk görüşdə sənədləşdirmənin qaydasında olduğunu desə də, sonrakı görüşlərdə stadionun təmiri üçün gəldiklərini dediyini, Təqsirləndirilən şəxs1 pulu istədikdə sonuncu pulun onda olmadığını söylədiyini, Təqsirləndirilən şəxs2 rəhbər şəxslərin adını çəkərək onları inandırdığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Uzun müddətdən bəri tanıdığı Atabəy adlı makler 2022-ci ilin əvvəllərində ona Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən stadionun satıldığını dedikdə istəmədiyini söyləsə də, israrla bir neçə dəfə təklif etmiş, satan şəxsin Təqsirləndirilən şəxs2 olduğunu dedikdə görüşmək istəmiş, çünki stadionla üzbəüz yerdə olan yeri əvvəllər Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 satmış, orada ev tikilmişdir. O, 14-15 aprel 2022-ci il tarixdə saat 18-19 radələrində stadionun qarşısında Təqsirləndirilən şəxs2la görüşmüş, şəriki Şahid6 Təqsirləndirilən şəxs2 və sonuncunun atasını tanıdığına görə birgə getmiş, Təqsirləndirilən şəxs2 sənədləri də gətirməsini söyləmişdir. Təqsirləndirilən şəxs2 özü ilə stadiona dair çıxarış və layihəni gətirmiş, həmin ərazinin təyinatının qeyri-yaşayışdan yaşayışa keçirmək üçün pul lazım olduğunu söyləmiş, sənədləri təqdim etmiş, sənədlərdən biri əsl, digəri isə surət olmuşdur. Bir neçə dəfə müzakirədən sonra Təqsirləndirilən şəxs2 350000 manat lazım olduğunu söyləmiş, şəriki ilə razılaşıb notariusda borc müqaviləsi tərtib edərək pulu Təqsirləndirilən şəxs2 təqdim etmişlər. Ərazinin alış qiymətini isə ******* manata razılaşmışlar. Təqsirləndirilən şəxs2 25 may 2022-ci il tarixdə sənədlərin hazır olacağını demiş, lakin üstündən vaxt keçsə də, hazırlanmamış, Təqsirləndirilən şəxs2 hər dəfə sənədlərin hazır olacağını söyləmiş, bir müddət sonra isə sonuncudan xəbər çıxmamışdır. Təqsirləndirilən şəxs1lə əvvəlcədən tanışlığı olduğundan, sonuncu ilə əlaqə saxlayan zaman o, Təqsirləndirilən şəxs2 inanmamağını, işdən qovulduğunu, həmçinin Zərərçəkmiş şəxs3 da aldatdığını demişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sənəddə Təqsirləndirilən şəxs2 adı yazılsa da, Təqsirləndirilən şəxs1 ona yolladığı sənəddə stadionun Həmkarlar İttifaqının adına olduğunu öyrəndikdən sonra Baş prokurorluğa müraciət etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 İcra hakimiyyətinin başçısı keçəcəyi adı ilə ondan 50000 manat istəmiş, o da həmin vaxt 6000 ABŞ dolları Təqsirləndirilən şəxs2 təqdim etmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs2 qeyd etdiyi səbəblərdən 360200 manat məbləğində pul vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 satılması nəzərdə tutulan torpaq sahəsinin Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" stadionunun olduğunu, müvafiq çıxarışda Təqsirləndirilən şəxs2 adı olduğuna görə həmin ərazinin sonuncuya məxsus olduğuna inandığını, Təqsirləndirilən şəxs2 həmin stadionun müdiri olmasını bildiyini, 6000 ABŞ dollarını əlbəəl şəkildə ofisdə Təqsirləndirilən şəxs2 verdiyini, hər hansı məbləğdə pul vəsaitinin sonuncu tərəfindən geri qaytarılmadığını, sonradan ondan aldığı puldan 100000 manat pulu Zərərçəkmiş şəxs1gilə verdiyini öyrəndiyini, Təqsirləndirilən şəxs2la aralarındakı razılaşmaya görə torpaq sahəsi alındıqdan sonra orada bina tikiləcəyini, Təqsirləndirilən şəxs2 vəd etdiyi müddətdə müvafiq sənədləri təqdim etmədiyinə görə şübhələndiyini, Təqsirləndirilən şəxs2 torpaq sahəsinin çıxarışının surətini, şəhərsalmanın layihəsinin isə əslini təqdim etdiyini, çıxarışın isə ya Əmlak Komitəsində, ya da Nazirlər Kabinetində olduğunu söylədiyini, çıxarışda torpaq sahəsinin təxminən 1 hektardan çox olduğunun göstərildiyini, həmin vaxt Təqsirləndirilən şəxs2 verdiyi çıxarışın saxta olub-olmadığını bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, mülki iddiasını müdafiə edib vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2la yaxın münasibəti olduğuna görə sonuncu Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən torpaq sahəsinin 20 sotunu ona satmış, o, torpaq sahəsini genişləndirmək istədiyindən əlavə torpaq sahəsi almaq məqsədilə hissə-hissə, yəni təxminən 2011-2012-ci illərdə 50000 ABŞ dolları, 150000 ABŞ dolları, bir müddət keçdikdən sonra 200000 manat və 100000 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 isə ona 200000 manat, bir dəfə də 180000-200000 manat pul qaytarmış, o, pulları bankdan götürdüyü kredit hesabına verdiyindən, Təqsirləndirilən şəxs2 qaytardığı pul kredit məbləğinin 30 faizini təşkil etməmişdir. Təqsirləndirilən şəxs2 həmin vaxt ona texniki pasport təqdim etmiş, müvafiq sənəd Təqsirləndirilən şəxs2 adına olduğundan sonuncuya inanmışdır. Sonradan o, Təqsirləndirilən şəxs1lə görüşdükdə həmin pasportu sonuncuya göstərmiş, Təqsirləndirilən şəxs1 də ona həqiqi texniki pasport təqdim etmiş, nömrə oxşarlığının olduğunu gördükdən sonra Təqsirləndirilən şəxs2 sənəddə saxtakarlıq etdiyinə əmin olmuşdur. Bundan sonra bir dəfə də Təqsirləndirilən şəxs1lə görüşən zaman sonuncu Təqsirləndirilən şəxs2 nə qədər pul verdiyini soruşsa da, o, öz aralarında olduğunu deyib miqdarı söyləməmişdir. Təqsirləndirilən şəxs2 da ona hər zaman aldığı pulun Təqsirləndirilən şəxs1lə heç bir əlaqəsinin olmadığını, özünün qaytaracağını demiş, sonuncu dəfə Təqsirləndirilən şəxs1 yenidən onu yanına çağırıb Təqsirləndirilən şəxs2 yanında nə qədər borcu olduğunu soruşsa da, o, yenə miqdarı deməmiş, hətta orada Təqsirləndirilən şəxs2 həmin həftə ərzində ona 50000 manat, digər həftə isə yanındakı digər borclu olduğu şəxsə isə 100000 manat qaytaracağını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 həmin ərazinin "xxxx" stadionu olduğunu, 2004-cü ildə Təqsirləndirilən şəxs2 aldığı torpaq sahəsini rəsmiləşdirdiyini, həmin torpaq sahəsinin mülkiyyətçisi ilə maraqlanmadığını, almaq istədiyi torpaq sahəsinin Azərbaycan Respublikası Həmkarlar İttifaqının balansında olduğunu bildiyini, 2004-cü ildə həmin torpaq sahəsi rəsmiləşdirildiyinə görə, yenidən müraciət zamanı hər hansı problemin olmayacağını düşündüyünü, Təqsirləndirilən şəxs2 sənədləşmənin gecikməsinin səbəbini soruşduqda, sonuncunun hər şeyin qaydasında olduğunu, həll olunacağını söylədiyini, Təqsirləndirilən şəxs2 sənədləşmə işləri ilə kimin məşğul olduğunu soruşduqda bir dəfə onu Təqsirləndirilən şəxs1 yanına apardığını, həmin vaxt Təqsirləndirilən şəxs1 sənədləşmə işlərinin qaydasında olduğunu dediyini, 2011- 2012-ci illərdə həmin səbəbdən Təqsirləndirilən şəxs2 verdiyi puldan təxminən 400000 manat pulun geri qaytarıldığını, Təqsirləndirilən şəxs2 adına etibarnaməni kimin verdiyini bilmədiyini, sonuncunun atasının "xxxx" stadionunda işlədiyini, Təqsirləndirilən şəxs2 ona torpaq sahəsinin texniki sənədini göstərib çıxarışın da yaxın müddətdə əldə olunacağını söylədiyini, Təqsirləndirilən şəxs2 Həmkarlar İttifaqına məxsus torpaq sahəsini satmağa çalışdığını, Təqsirləndirilən şəxs2 rəhbəri olduğuna görə Təqsirləndirilən şəxs1lə görüşdüyünü, həmin vaxt gedən sənədləmə bütün torpaq sahəsinin deyil, birmərtəbəli obyekt barəsində olduğunu, Təqsirləndirilən şəxs2 2003-2004-cü illərdə satdığı torpaq sahəsinə görə verdiyi 150000 manat pulu istəmədiyini, Təqsirləndirilən şəxs2 ona tam şəkildə borcunu qaytarmadığını, ikinci dəfəki razılaşmaya görə torpaq sahəsi rəsmiləşdirildikdən sonra 600000 manat pulu Təqsirləndirilən şəxs2 verməli olduğunu, Təqsirləndirilən şəxs1 ona torpaq sahəsinin alınmasında hər hansı vəd vermədiyini, 2017ci ildən bəri verdiyi pulların bir qismini Təqsirləndirilən şəxs2 hissə-hissə aldığını, 2004-cü ildə torpaq sahəsinin alğı-satqısı zamanı Təqsirləndirilən şəxs1 tanımadığını, həmin torpaq sahəsinin hazırda "xxxx" MTK-nın istifadəsində olduğunu, Təqsirləndirilən şəxs1 hər hansı şikayətinin olmadığını, Təqsirləndirilən şəxs1 yanına gedənədək sonuncunun hər hansı pul alması və digər məsələ ilə bağlı məlumatının olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə məhkəmə baxışı zamanı verdiyi ifadəsinə əlavə olaraq 2013-2014-cü illərdə Təqsirləndirilən şəxs1 yanına getdiyi vaxt sonuncunun ona müvafiq stadionun özəlləşdirilməsi üçün sənədləşmə prosesinin getdiyini söylədiyini, 2015-ci ildə yenidən getdikdə Təqsirləndirilən şəxs1 stadionun texniki pasportunun şəklini göstərib sənədləşmənin davam etdiyini dediyini söyləmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 2002-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, Gəncədə yerləşən “Spartak” Cəmiyyətinin rəhbəri, çoxdan tanıdığı Tahir müəllim vasitəsilə Bakı şəhərində Həmkarlar İttifaqının İdarəsində Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Bir gün Tahir müəllim ona stadionun satıldığını deyib almasını təklif etmiş, o da həmin stadionu alaraq orada uşaq futbol klubu yaratmaq istəmişdir. Görüşləri səmimi olmuş, söhbət zamanı həmin stadionun satıldığını deyib almaq üçün təklif etmişlər. O, stadionun neçəyə satıldığını soruşmuş və təxminən 400000-500000 manata razılaşmışlar. O, Təqsirləndirilən şəxs1 həmin yerin necə satılacağını soruşmuş, sonuncu da Həmkarlar İttifaqı tərəfindən Dövlət Əmlak Komitəsinə stadionun üstünü idman qurğuları ilə birlikdə satılmasına etiraz etməyəcəklərinə dair sənəd verildikdən sonra özəlləşdirmənin mümkün olacağını demiş, razılaşdıqdan sonra 1 saylı notariusa gedib alğı-satqı etmişlər. O, həmin rəsmiləşdirməyə dair bütün sənədləri ibtidai istintaq orqanına təqdim etmiş, futbol klubunun rəhbəri olmuşdur. O, həmin stadiona 200000 manata yaxın sərmayə qoymuşdur. İlk dəfə üçün Təqsirləndirilən şəxs1 250000 və 150000 manat olmaqla, ümumilikdə 400000 manat pul vermiş, həmin vaxt dolların kursu 0,78 manat olmuşdur. Təqsirləndirilən şəxs1 alğı-satqı zamanı torpağın dəyərinin 500000 manat olduğu desə də, sonradan 400000 manata razılaşmışlar. Daha sonra isə Təqsirləndirilən şəxs1 Xanlar rayonunda yerləşən stadionu təklif edib həmin stadionun torpağını da özəlləşdirə biləcəklərini, hamısını tam paket şəklində sata biləcəyini, qiymətini isə torpaqla birgə 250000 və 150000 olmaqla, ümumi xərcin 400000 manat olacağını söyləmişdir. Razılaşdıqdan sonra orada “Xanlar” futbol klubu yaradılmışdır. Həmin futbol klubu da Azərbaycan çempionatında 2-ci liqada oynayıb ölkə kubokunu almışdır. Sonra İcra hakimiyyəti orqanı torpağın çıxarışından şikayət vermiş, əsas kimi torpaq sahəsinin qeyri-qanuni alınması göstərilmişdir. O, Təqsirləndirilən şəxs1 bunu soruşmuşdur. O, pulu Təqsirləndirilən şəxs1 vermiş, sonuncu da həmin vaxt ona vasitəçi olduğunu, rəhbərinin razılığı ilə bu işləri gördüyünü demişdir. Həmin vaxt Səttar Möhbalıyev gedən proseslərdən məlumatlı olmuş, 1 ilə yaxın məhkəmə prosesi getdikdən sonra məhkəmə qərarı ilə alğı-satqı ləğv edilmişdir. Təqsirləndirilən şəxs1 ona narahat olmamasını, Səttar Möhbalıyevin məlumatlı olduğunu, tapşırıb stadionu geri qaytaracaqlarını desə də, torpaq sahəsi ona geri qaytarılmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1lə görüşüb pulunu istədikdə sonuncu ona “narahat olma, bunu əvəzləşdirəcəm” demişdir. O, pulu bir dəfəyə Təqsirləndirilən şəxs1 verməmiş, pulun bir qismini o, digər qismini isə tanışı Arif Abbasovun ona verəcəyi pulu olduğundan, sonuncu Təqsirləndirilən şəxs1lə görüşüb pulu vermişdir. “Xanlar” peşəkar klubunu alarkən isə o, 400000 manat pulu əlbəəl şəkildə Təqsirləndirilən şəxs1 vermişdir. Məhkəmə həmin torpaq sahəsinə dair hüququ ləğv etdikdən sonra o, dəfələrlə Təqsirləndirilən şəxs1lə görüşmüş, sonuncu narahat olmamasını, Səttar Möhbalıyevlə danışdığını, obyektin, pulun əvəzinə başqa obyekt veriləcəyini demiş, lakin nəticəsi olmamışdır. O, pulu yalnız Təqsirləndirilən şəxs1 vermiş, bu səbəbdən mülki iddianın təmin olunmaqla sonuncuya verdiyi pulların geri qaytarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs1lə Gəncədə yerləşən stadionun alınması ilə bağlı danışıqlarda nəzərdə tutulan 400000 manat məbləğində pulun 2 dəfəyə verilməsi razılaşdırıldığından, həmin pulun hissə-hissə Təqsirləndirilən şəxs1 verildiyini, həmin danışıqlarda Tahir adlı şəxsin birbaşa iştirak edib-etməmədiyini xatırlamadığını, həmin danışlarda Nümayəndə2 da iştirak etdiyini və sonuncunun tərtib edilmiş sənədlərin düzgünlüyünü yoxladığını, 1 dəfə Nümayəndə2la birgə Təqsirləndirilən şəxs1 qəbulunda olduğunu, Nümayəndə2 həmin danışıqlarda hər hansı rolunun olmadığını, şəxsi münasibətlərinə görə sənədləşmə işinin qanuniliyi barədə məsləhət aldığını, həmin pulun bir qisminin ona, digər qisminin isə qohumuna məxsus olduğunu, Təqsirləndirilən şəxs1 ona vurulmuş ziyanı qaytaracağını, başqa qaydada əvəzləşdirəcəyini və s. dediyindən onun barəsində uzun müddət heç bir yerə şikayət etmədiyini bildirdi. Məhkəmədə Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs2 tanışı- Zərərçəkmiş şəxs5 vasitəsilə tanımış, digər təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri tanımır. 2022-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs5 tanışı olan Atabəy adlı maklerlə onun ofisinə gəlib Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "xxxx" stadionu kimi tanınan yerin satıldığını, orada tikinti apara biləcəklərini söyləmişlər. O, gedib həmin əraziyə baxdıqdan sonra Təqsirləndirilən şəxs2la görüşmüş, ümumilikdə Təqsirləndirilən şəxs2la 2-3 dəfə görüşləri olmuşdur. Sonuncu görüş zamanı Təqsirləndirilən şəxs2 onlara satılan ərazinin qeyri-yaşayış yeri olduğundan təyinatının dəyişdirilərək yaşayış yeri təyinatına çevrilməsi üçün 350000 manat pulun lazım olduğunu dedikdə razılaşıb pulun notarial qaydada verilməsi qərarına gəlmişlər. Bundan sonra Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2la görüşüb həmin məbləği sonuncuya vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 Təqsirləndirilən şəxs2 "xxxx" stadionunun yerləşdiyi ərazini özünə məxsus ərazi kimi təqdim etdiyini, həmin ərazinin qeyri-yaşayış ərazisi olduğunu, ərazinin yaşayış sahəsinə çevirmək üçün lazım olan sənədləri aldıqdan sonra qiymət barədə danışacağını dediyini, Təqsirləndirilən şəxs1 barədə eşitmədiyini, Təqsirləndirilən şəxs2la aralarında bundan əvvəl hər hansı alğı-satqı prosesinin olmadığını, Təqsirləndirilən şəxs2 verilən pulların Zərərçəkmiş şəxs5 məxsus olduğunu, Təqsirləndirilən şəxs2 yüksək vəzifədə işləyən tanışlarının olduğunu, sənədləşmənin aparılması üçün lazımi danışıqları etdiyini bildirdiyini, onun yanında Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs5 arasında heç bir borc söhbətinin olmadığını, 350000 manat məbləğində pulun Təqsirləndirilən şəxs2 beh kimi verildiyini, sənədləşmə işindən sonra tikintini onun rəhbərlik etdiyi şirkət tərəfindən aparılmasının nəzərdə tutulduğunu, Təqsirləndirilən şəxs2 "xxxx" stadionuna aid ərazinin sənədinin əslini görmədiyini, ona göstərilən sənədin surətinin olduğunu, ərazinin təxmini ölçüsünün 1 hektardan artıq olduğunu, sənədin əslini istəsələr də, Təqsirləndirilən şəxs2 sənədin əslinin daha sonra veriləcəyini bildirdiyini, sənəddə ərazinin mülkiyyətçisinin kim olduğunu görmədiyini, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 və sonuncunun atasını 40 ildən artıqdır ki, tanıdığını dediyindən əlavə araşdırma aparmadığını, sənədləşmənin 1 ay ərzində baş tutmalı olduğunu, lakin 1 ay keçsə də, sənədləşmə olmadığından pulu tələb etdikdə Təqsirləndirilən şəxs2 sənədləşmənin olacağını dediyini, sonradan sözügedən ərazinin bir neçə şəxsə satıldığının məlum olduğunu, söhbətin hər hansısa borcdan getmədiyini, Zərərçəkmiş şəxs5 350000 manat məbləğində pulu qeyd olunan torpaq sahəsinin alğı-satqısı üçün beh kimi verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini, razılaşdırılmış ümumi məbləğ ******* manat olduğundan, Təqsirləndirilən şəxs2 “həmin məbləğin bir hissəsini ərazidə tikiləcək mənzillərin onun adına sənədləşdirilməsi formasında ödəyək” deyə təklif etdiklərini, Təqsirləndirilən şəxs2 bu barədə razılaşmadığını, Təqsirləndirilən şəxs2 torpaq sahəsi ilə bağlı başqa kimləsə məsləhətləşdiyini eşitmədiyini bildirdi. Məhkəmədə şahid (Məmmədov) X40 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs2 tanıyır, digər təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri isə tanımır. 2021-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 ona Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" stadionunun yerləşdiyi torpaq sahəsini satmaq istədiyini dedikdən sonra o, Təqsirləndirilən şəxs2 Teymur adlı maklerlə tanış etmiş, sonradan Təqsirləndirilən şəxs2 və Teymur adlı makler stadionun yerləşdiyi ərazinin satılması ilə bağlı görüşmüşlər. Onun sonrakı gedən proseslərdən məlumatı olmamış, həmin tanışlığa görə hər hansı ödəniş almamışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid Rasim Abbasov (Məmmədov) stadionun yerləşdiyi torpaq sahəsinin qiyməti ilə bağlı Təqsirləndirilən şəxs2la aralarında danışmadığını, qiymətlə bağlı danışıqların Teymur adlı maklerlə Təqsirləndirilən şəxs2 arasında olduğunu, Teymur adlı maklerin Təqsirləndirilən şəxs2 “Alians” şirkətinin rəhbəri ilə tanış etdiyini bildiyini, həmin tanışlıq müqabilində Teymur adlı maklerin hər hansı gəlir əldə edib-etmədiyini bilmədiyini, sonradan Təqsirləndirilən şəxs2 sözügedən torpaq sahəsinin sənədləşdirilməsi üçün 900000 manat məbləğində pul əldə etməsini öyrəndiyini, Təqsirləndirilən şəxs2la birgə “Rahat məkan”-a getdiyini bildirdi. Məhkəmədə Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır, təqsirləndirilən şəxslər və digər zərərçəkmiş şəxsləri isə tanımır. O, "xxxx" MMC-də direktor vəzifəsində işləyir. Həmin müəssisə yaşayış sahələrinin tikintisi ilə məşğul olduğundan, Zərərçəkmiş şəxs1 ondan Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında olan "xxxx" stadionunun yerləşdiyi əraziyə baxıb həqiqi vəziyyəti, yəni həmin ərazinin tikintiyə yararlı olub-olmaması barədə məlumat verməsini ondan xahiş etdiyinə görə, o, həmin əraziyə baxıb fikirlərini demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 yalnız 1 dəfə qeyd etdiyi ünvanda yerləşən əraziyə gedib baxdığını, bu barədə Zərərçəkmiş şəxs1 məlumat verərək həmin ərazinin yaşayış sahəsinin tikintisi üçün yararlı olduğunu bildirdiyini, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs1 tanımadığını, hadisənin üstündən uzun müddət keçdiyindən Təqsirləndirilən şəxs1lə görüşdüyünü xatırlamadığını bildirdi. Məhkəmədə Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, habelə Təqsirləndirilən şəxs2 tanıyır, digər təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri isə tanımır. 2021-ci ilin may ayında "xxxx" MMC-nin direktor müavini Şahid1 ona torpaq alğı-satqısı ilə bağlı sənədləşmə olacağını bildirdiyindən, ilkin olaraq daxili qəbz yazaraq 150000 manat beh vermişlər. Razılaşmaya görə torpağın alış qiyməti ******* manat olmuş, sənədlər hazır olduqdan sonra torpaq sahəsinin yeni açılacaq şirkətə satılması nəzərdə tutulmuşdur. Beh müqaviləsini rəsmiləşdirmək üçün 2021-ci ilin iyun ayında o, Şahid1 və Təqsirləndirilən şəxs2la birgə 12 saylı dövlət notariat kontoruna getmişlər. Həmin yerdə ilk dəfə verdikləri 150000 manat pulu Təqsirləndirilən şəxs2 onlara təqdim etmiş, sonradan isə həmin pulu da üzərinə qoyub ümumilikdə 450000 manat məbləğində beh müqaviləsi bağlamışlar. Daha sonra isə müxtəlif vaxtlarda ümumilikdə 900000 manat ödəniş etmişlər. Aralarında olan beh müqaviləsinə görə sənədlər 15 avqust 2021-ci il tarixədək hazırlanmalı idi, lakin sonradan Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə edərək həmin pulları mənimsəməsi və sənədlərin hazırlanması üçün heç bir zəruri hərəkəti etməməsi məlum olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 ümumilikdə 900000 manatın 3 dəfəyə 12 saylı notariat kontorunda ödənildiyini, rəsmiləşdirmə baş tutmadığına görə Təqsirləndirilən şəxs2 100000 manat məbləğində pulu notarial qaydada geri qaytardığını, Təqsirləndirilən şəxs1 tanımadığını, ümumiyyətlə həmin şəxsin adını eşitmədiyini, beh müqaviləsi bağlanan vaxt Təqsirləndirilən şəxs2 hər hansısa sənədi təqdim etmədiyini, “sənədlər hazır olan kimi təqdim olunacaq” dediyini, alınacaq torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün pulun müəyyən hissəsini kiməsə verəcəyini söylədiyini, lakin pulun veriləcəyi konkret şəxsin kim olduğunu bilmədiyini, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, hadisənin üzərindən uzun müddət keçdiyindən hal-hazırda məbləğlərlə bağlı hissədə səhvləri ola biləcəyini, ona görə də həmin hissələrin ibtidai istintaq dövründə verdiyi ifadəyə uyğun qəbul edilməsini xahiş etdiyini bildirdi. Məhkəmədə Şahid1 oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, habelə Təqsirləndirilən şəxs2 tanıyır, digər təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsləri isə tanımır. O, 2021-ci ilin iyul ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" stadionunun torpağının alışına görə beh müqaviləsi bağlayıb 12 saylı notarius ofisində Təqsirləndirilən şəxs2 birinci dəfə 450000 manat, həmin ilin iyul ayının ortasında 200000 manat və 250000 manat olmaqla, ümumilikdə Təqsirləndirilən şəxs2 900000 manat məbləğində pul vermişdir. Həmin pullar ona yox, Zərərçəkmiş şəxs1gilə məxsus olmuşdur. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs2 verilmiş 900000 manat puldan 100000 manat pulu geri qaytarmış, 800000 manat pul isə qaytarılmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 hadisə vaxtı da indiki vəzifəsində, yəni "xxxx" MMC-də direktor müavini vəzifəsində işlədiyini, Təqsirləndirilən şəxs2 ilk dəfə 12 saylı notarat ofisində gördüyünü, həmin yerə getməkdə məqsədinin "xxxx" stadionunun torpağının alışına görə beh müqaviləsi bağlamaq olduğunu, həmin vaxt orada Şahid2 və Şahid3 olduğunu, Təqsirləndirilən şəxs2 verdiyi pulları rəhbəri Zərərçəkmiş şəxs1 verdiyini, həmin pulların beh müqaviləsi üzrə verildiyini, Təqsirləndirilən şəxs2 alğı-satqı ilə bağlı sənədlərin hazırlanacağını dediyini, qeyd etdiyi bütün ödənişlərin 12 saylı notariat ofisində ödənildiyini, ümumilikdə 900000 manat pulu əldən-ələ yox, Təqsirləndirilən şəxs2 adına açılmış hesaba ödənildiyini, geri qaytarılan 100000 manat pul vəsaiti də 12 saylı notariat ofisində Təqsirləndirilən şəxs2 tərəfindən qaytarıldığını, hal-hazıradək qeyd olunan torpağın alğı-satqısına dair hər hansısa sənədin təqdim olunmadığını, qaytarılmayan 800000 manat vəsaitin qaytarılması üçün Təqsirləndirilən şəxs2 ilə hər hansısa danışıq aparmadığını, geri qaytardığı 100000 manatı Təqsirləndirilən şəxs2 kimdən aldığını bilmədiyini, ifadəsində qeyd etdiyi hadisələrdə Teymur adlı maklerin iştirakının olmadığını, alğı-satqı müqaviləsində hansı məbləğin nəzərdə tutulacağı barədə məlumatının olmadığını, etibar edilən şəxs kimi ümumilikdə 900000 manat pulun Təqsirləndirilən şəxs2 ödənilməsi üçün ona verildiyini, hadisə vaxtı Təqsirləndirilən şəxs1 barəsində heç nə eşitmədiyini, ilk dəfə Təqsirləndirilən şəxs1 məhkəməyə gəldikdə gördüyünü, alğı-satqı ilə bağlı sənədləşmənin hansı tarixdə baş tutmalı olduğunu xatırlamadığını, lakin ifadəsində qeyd etdiyi beh müqaviləsində həmin tarixin göstərildiyini, beh müqaviləsini Təqsirləndirilən şəxs2 ilə onun imzaladığını, alğı-satqı müqaviləsini də imzalayacağını, ümumi məbləğ ödənildikdən sonra torpağın faktiki sahibi olmalı olduğunu, daha sonra rəhbərlik kimə desə, həmin şəxsin adına keçirdəcəyinin nəzərdə tutulduğunu, satılmalı olan torpağın Bakı şəhəri, Yasamal rayonu, X72 küçəsi 3155 ünvanında yerləşən 1,26 ha torpaq sahəsinin olduğunu, Təqsirləndirilən şəxs2 ilə pulu ona ödəməsi barədə mobil telefonla danışdıqlarını, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini, oradakı imzaların ona məxsus olduğunu, ödənişləri Təqsirləndirilən şəxs2 etdiyindən Təqsirləndirilən şəxs1 barəsində ərizəsində hər hansısa qeyd aparmağa ehtiyac hiss etmədiyini, alğı-satqısı nəzərdə tutulan "xxxx" stadionunun torpağının kimə məxsus olmasını bilmədiyini, Təqsirləndirilən şəxs2 100000 manatı geri qaytaranda torpağı satanın Təqsirləndirilən şəxs1 olduğunu söylədiyini bildirdi. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunmuş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 1997-ci ildən daşınmaz əmlakın alğı-satqısı ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs2 təxminən 2000-ci ildən etibarən Bakı şəhəri, Yasamal rayonunda yerləşən "xxxx" stadionu kimi tanınan stadionun direktoru kimi tanımış, daha əvvəl isə Təqsirləndirilən şəxs2 atası İbadulla Həsənov həmin torpaq sahəsinin direktoru olmuşdur. Stadionun ətrafında olan yerin satılmasından məlumatı olmuş, yəni stadionun bitişik hissəsində təxminən 20 sot ərazini “Həbib” adlı şəxs Təqsirləndirilən şəxs2 almış, amma hansı qaydada və necə almasını bilməmiş, bu barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs3 sonradan soruşarkən 20 sot ərazinin Alik tərəfindən balansdan çıxarıldıqdan sonra aldığını demişdir. Zərərçəkmiş şəxs5 isə 1990-cı illərin sonundan tanımış, həmin vaxt Dadaşa ev satmış və münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs2 ona və Yasamal rayonunda işləyən əksər maklerlərə “Yasamal” stadionunu satmaq istədiyini demiş, o, Təqsirləndirilən şəxs2 sözünə o qədər də ciddi yanaşmamışdır. Dadaşla hərdən Qələbə dairəsi tərəfdə axşamlar gəzişərkən stadionun yanından keçəndə sonuncuya stadionu göstərib Təqsirləndirilən şəxs2 həmin yeri satmaq istədiyini demiş, Zərərçəkmiş şəxs5 bu maraqlı gəlmiş, növbəti gün danışmağı bildirmiş, elə olmuşdur ki, beh alınmasından təxminən 7-10 gün əvvəl Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs5 və o, stadionun yanında görüşmüşlər. Təqsirləndirilən şəxs2 həmin stadionda olan qeyriyaşayış təyinatının yaşayış məntəqələrinə çevirəcəyini, bundan sonra orada bina tikilə biləcəyini, hətta şəhərsalmadan sənəd göstərərək üç ədəd 12 mərtəbəli bina tikilə biləcəyini demiş, Dadaş ofisdə görüşərək danışmağı bildirmişdir. Beh alınmasından təxminən 2-3 gün əvvəl Dadaşın birlikdə işlədiyi Ruslanın ofisində görüşmüşlər, eyni məsələləri Alik orada da danışmış, həmin yerin ******* manata satılması, ilkin beh kimi 350000 manat veriləcəyi barədə razılıq olmuş, Alik behi sənədləri düzəltmək üçün istədiyini bildirmişdir. 18 aprel 2022-ci tarixdə Dadaşla Alik ikisi notariusda görüşmüşlər. Dadaş Alik 350000 manat vermişdir. Amma sonra görmüşlər ki, Alik Dadaşı aldadır. Hətta Dadaşın deməsinə görə pulu alandan sonra Alik yenə onun yanına gələrək icra başçısı təyin olunacağı adı ilə 6000 ABŞ dolları almışdır. Bir dəfə o, Aliklə görüşmüş, Alik hər şeyin yolunda getdiyini, narahat olmamasını demiş, beləcə Alik vədinə əməl etməmiş, artıq sonuncu onunla da görüşdən qaçmışdır. Alik Dadaşdan pulu borc kimi yox, stadionun gələcəkdə satılması üçün sənədlərin düzəldilməsi məqsədilə almışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə elan edilməklə tədqiq edilmiş ifadələrlə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanması barədə” qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi) 178.4, 308.1 və 32.4, 312.2-ci maddələri ilə fakta görə cinayət işi başlanmışdır. (Cild 1, iş vərəqə 4) xx.xx.2022-ci il tarixli təqrirdən görünür ki, Şahid1 özünü Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 3155 ünvanında yerləşən "xxxx" stadionunun direktoru kimi təqdim edən Təqsirləndirilən şəxs2 bina tikmək məqsədilə həmin stadionu ******* manata sata biləcəyi, ilkin olaraq beh kimi 900000 manat verməli olduğunu, həmin pulu isə Həmkarlar İttifaqında vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 verəcəyini bildirib hissəhissə olmaqla, sonuncu dəfə 06 iyul 2021-ci il tarixdə notarial qaydada ümumilikdə 900000 manat pul aldığı, işi görməyib pulu geri qaytarmadığı barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161- Qaynar xətt” əlaqə mərkəzinə xx.xx.2022-ci il tarixdə məlumat vermişdir. (Cild 1, iş vərəqə 12) Notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-1109 reyestrli beh müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 3155-ci məhəllədə yerləşən 1,26 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə Şahid1 həmin tarixdə Təqsirləndirilən şəxs2 450000 manat məbləğində pul vəsaitini vermişdir. (Cild 1, iş vərəqə 16) Notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-1109 reyestrli beh müqaviləsinə əlavədən görünür ki, Şahid1 eyni məqsədlə xx.xx.2021-ci il tarixdə 200000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vermişdir. (Cild 1, iş vərəqə 18) Notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-1109 reyestrli beh müqaviləsinə əlavədən görünür ki, Şahid1 eyni məqsədlə xx.xx.2021-ci il tarixdə 250000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vermişdir. (Cild 1, iş vərəqə 20) xx.xx.2022-ci il tarixli notarial qaydada tərtib edilmiş ərizədən görünür ki, Şahid1 Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 3155 ünvanda yerləşən 1,26 ha torpaq sahəsinin alınması üçün bağladığı beh müqaviləsinə görə verdiyi puldan 100000 manat pul vəsaitini geri almışdır. (Cild 1, iş vərəqə 22) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X51 çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 69D ünvanında yerləşən əmlak kompleksinin mülkiyyət növü dövlət, hüququn növü istifadə, təyinatı sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aiddir, ölçüsü 0,035120 ha-dır. Həmin əmlak kompleksinin hüquq sahibi xx.xx.2021-ci il tarixli qeydiyyatla Azərbaycan Həmkarlar İttifaqları X3. (Cild 1, iş vərəqə 33) Azərbaycan Respublikası Fəxri Adının 00032 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2098 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilmişdir. (Cild 1, iş vərəqə 125) Azərbaycan Respublikası medalının İ-3067 nömrəli vəsiqəsinin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 1460 nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs1 “Tərəqqi” medalı verilmişdir. (Cild 1, iş vərəqə 126) xx.xx.2001-ci il tarixli, 05/1 nömrəli Azərbaycan Həmkarlar İttifaqları X2 icraiyyə komitəsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 “Spartak” İdman Cəmiyyəti Respublika Şurasına sədr vəzifəsinə təyin edilmişdir. (Cild 1, iş vərəqə 129) xx.xx.2000-ci il tarixli Azərbaycan Həmkarlar İttifaqları X2 icraiyyə komitəsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həmin assosiasiyanın vitse-prezidenti vəzifəsinə təyin edilmişdir. (Cild 1, iş vərəqə 130) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X51 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********74 nömrəli məktubundan görünür ki, müraciətdə qeyd edilən 1,26 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. (Cild 1, iş vərəqə 138) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeyri-Kommersiya Qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, “Azərbaycan Respublikası Həmkarlar İttifaqları X4” İctimai Birliyinin idarə heyətinin sədri Təqsirləndirilən şəxs1dur. (Cild 1, iş vərəqə 167) xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 240-244) xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 15-21) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X51 xx.xx.2022-ci il tarixli, xx/xx-8323 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin mərkəzdə müalicədə olmamışlar. (Cild 2, iş vərəqə 23) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X51 xx.xx.2022-ci il tarixli, 5145 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışlar. (Cild 2, iş vərəqə 25) Azərbaycan Respulikasının Milli Depozit Mərkəzinin xx.xx.2022-ci il tarixli, xx/xx- 1126 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adına Milli Depozit Mərkəzinin uçot sistemində hesab açılmamış, həmin şəxslərin qiymətli kağızlara sahibliyi barədə hər hansı bir məlumat mövcud deyildir. (Cild 2, iş vərəqə 63) Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubundan görünür ki, xidmətin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X51 ərazi idarələrində mövcud olan arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs1 adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2-ci döngə, 17A nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi, Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi ünvanında 0,22 ha torpaq sahəsi üzərində yerləşən 770 saylı bağ evi; Xaçmaz rayonu, Ağçay kəndində yerləşən 1,40 ha və 0,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyata alınmışdır. (Cild 2, iş vərəqə 82) xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs5 Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospektində yerləşən 11971 kv.m torpaq sahəsi olan stadionun satılması adı ilə Təqsirləndirilən şəxs2 ondan pul alması barədə prokurorluq orqanına müraciət etmişdir. (Cild 2, iş vərəqə 95-96) xx.xx.2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini həmin tarixdə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (Cild 2, iş vərəqə 98-102) xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs5 həmin tarixdə Təqsirləndirilən şəxs2 350000 manat məbləğində pul vəsaitini vermişdir. (Cild 2, iş vərəqə 107) Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli məktubundan görünür ki, Xidmətin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X51 1 saylı Bakı Ərazi İdarəsində mövcud olan arxiv materiallarına əsasən sorğuda qeyd edilən torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti, 69D ünvanında yerləşir və dövlət mülkiyyətində olmaqla “Azərbaycan Həmkarlar İttifaqları X9”nın istifadəsindədir. Təqsirləndirilən şəxs1 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X56 xx.xx.2018-ci il tarixli, ********** nömrəli müraciəti daxil olmuş və xx.xx.2018-ci il tarixli, **********76 nömrəli məktubla cavablandırılmışdır. Lakin Təqsirləndirilən şəxs2 və ya hər hansı fiziki və hüquqi şəxsin həmin publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti ilə bağlı məlumat aşkar olunmamışdır. (Cild 2, iş vərəqə 130) Azərbaycan Həmkarlar İttifaqlarının X2 xx.xx.2006-cı il tarixli protokolundan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin assosiasiyanın prezidenti və icraiyyə komitəsinin sədri vəzifəsinə təyin edilmişdir. (Cild 2, iş vərəqə 134) “Spartak” X42-idman cəmiyyətinin respublika şurasının xx.xx.2013-cü il tarixli 39/k nömrəli sərəncamından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdən “Yasamal” stadionunun müdiri vəzifəsinə təyin edilmişdir. (Cild 2, iş vərəqə 135) “Spartak” X42-idman cəmiyyəti ictimai birliyinin idarə heyətinin xx.xx.2022-ci il tarixli 2b2-ə nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin “c” bəndinə uyğun olaraq işdən kənarlaşdırılmışdır. (Cild 2, iş vərəqə 136) “Spartak” X42-idman cəmiyyətinin respublika şurasının xx.xx.2022-ci il tarixli, 22/k nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. (Cild 1, iş vərəqə 137) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 2, iş vərəqə 178-181) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (Cild 2, iş vərəqə 218-220) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-931/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 2, iş vərəqə 244-251) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-932/2022 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (Cild 3, iş vərəqə 2-8) xx.xx.2022-ci il tarixli “Mobil telefon operatorlarından götürülmüş müxtəlif danışıq kartlarına dair danışıq məlumatlarını əks etdirən disklərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Azercell”, “Bakcell” və “Azerfon” mobil telefon operatorlarından götürülmüş müxtəlif danışıq nömrələrinə dair məlumatları əks etdirən disklərə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında 2021-ci ilin iyun və iyul ayları ərzində aşağıdakı göstərilən sayda danışıqlar olmuşdur:
1. “********** - ********* saylı mobil nömrələr, xx-xx-2021-ci il tarix, 12:27:03 saat göstəricisi, 72 saniyə; ********** - 02202839 saylı mobil nömrələr, xx-xx-2021-ci il tarix, 12:43:04 saat göstəricisi, 32 saniyə; ********** - ********* saylı mobil nömrələr, xx-xx-2021ci il tarix, 13:28:24 saat göstəricisi, 22 saniyə; ********** - ********* saylı mobil nömrələr, xxxx-2021-ci il tarix, 15:50:40 saat göstəricisi, 33 saniyə; ********** – ********* saylı mobil nörmələr, xx-xx-2021-ci il tarix, 17:53:43 saat göstəricisi, 51 saniyə; ********** - ********* saylı mobil nömrələr xx-xx-2021-ci il tarix,13:30:08 saat göstəricisi 26 saniyə”.
2. Təqsirləndirilən şəxs1 məxsus **********39 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus **********35 mobil telefon nömrəsi arasında aşağıda göstərilən formada SMS yazışmaları olmuşdur: “xx/xx/2022,15:46:16,**********39, **********35, Tecili mene zeng et; xx/xx/2022,14:55:05,**********39,**********35, Zenge cavab ver; xx/xx/2022,14:57:14,**********39,**********35, Afgan yanimda gezleuir; xx/xx/2022,18:30:39,**********49,**********39,Nadir m menem Alikdi. 2 defe Baga gelmisem amma yerin dagiq tapmamisam, cunki bagda coxdan olmusam. Pulu tecili qaytarmaq lazimdi yoxsa basiniz agriyacaq; xx/xx/2022, 16:46:47, **********49, **********39, Goruwe gelmirsen, pulu vermirsen nece olacaq bizim iwimiz?”. Bundan əlavə, baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus **********39 mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil telefon nömrəsi arasında olan zənglərin detallaşması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus mobil telefon nömrələri arsında 2021-ci ilin yanvar ayı ərzində 3 dəfə, fevral ayı ərzində 4 dəfə, mart ayı ərzində 12 dəfə, aprel ayı ərzində 7 dəfə, may ayı ərzində 3 dəfə, iyun ayı ərzində 4 dəfə, iyul ayı ərzində 2 dəfə, avqust ayı ərzində 4 dəfə, sentyabr ayı ərzində 10 dəfə, oktyabr ayı ərzində 10 dəfə, noyabr ayı ərzində 8 dəfə, dekabr ayı ərzində 13 dəfə, 2022-ci ilin yanvar ayı ərzində 5 dəfə, fevral ayı ərzində 18 dəfə, mart ayı ərzində 26 dəfə, aprel ayı ərzində 20 dəfə danışıq olmuşdur. (Cild 3, iş vərəqə 23-24) xx.xx.2022-ci tarixli Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Mənzil-kommunal Təsərrüfat Birliyinin 56 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə edilmişdir. (Cild 3, iş vərəqə 27) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********46 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus müvafiq əmlakların üzərində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” X51 1 saylı Bakı, 2 saylı Sumqayıt və 5 saylı Xaçmaz ərazi idarələri tərəfindən qadağa qoyulmuşdur. (Cild 3, iş vərəqə 42) xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, ünvan 18 ünvanında yerləşən torpaq sahəsindən 30 sot torpaq satacağı adı ilə pulunu ələ keçirməsi barədə prokurorluq orqanına müraciət etmişdir. (Cild 3, iş vərəqə 54) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-2113/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2-ci döngə, 17A nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi ünvanında 0,225 ha torpaq sahəsi üzərində yerləşən 770 saylı bağ evi, Xaçmaz rayonu, Ağçay kəndində yerləşən 1,4096 ha və 0,5968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, sonuncunun yaxın qohumu X24 adına ünvan 1 ünvanı, eləcə də Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 164, mənzil 40, yaxın qohumu- arvadı X10 məxsus Bakı şəhəri, K.Balakişiyev küçəsi, ev 57, mənzil 19, ünvan 24, “BMW 525” markalı, “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. (Cild 3, iş vərəqə 94-98) Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, ünvan 19 ünvanda yerləşən torpaq sahəsi AHİİTA ilə Təqsirləndirilən şəxs2 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 4-Ə-04-819 nömrəli alğısatqı müqaviləsi ilə Təqsirləndirilən şəxs2 satılmış və ona Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2004-cü il tarixli 002558 nömrəli mülkiyyət haqqında şəhadətnamə verilmişdir. Həmin əmlak xx.xx.2004-cü il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" MTK-ya satılmışdır. (Cild 3, iş vərəqə 101) xx.xx.2004-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 125/15 nömrəli etibarnaməsinə əsasən AHİİTA-nın əvəzinə hərəkət edən vitse-prezident Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3155, ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 212 kv.m olan qeyri-yaşayış sahəsini Təqsirləndirilən şəxs2 satmışdır. (Cild 3, iş vərəqə 102-104) xx.xx.2004-cü il tarixli, 002558 nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, ünvan 18 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1971,2 kv.metr torpaq sahəsi Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyətindədir. (Cild 3, iş vərəqə 105) xx.xx.2004-cü il tarixli, 003421 nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, ünvan 18 ünvanında yerləşən 212,0 kv.m qeyri-yaşayış sahəsi Təqsirləndirilən şəxs2 xüsusi mülkiyyətindədir. (Cild 3, iş vərəqə 108) xx.xx.2004-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, ünvan 18 ünvanında yerləşən 212,0 kv.m qeyri-yaşayış sahəsini "xxxx" MTK-ya satmışdır. (Cild 3, iş vərəqə 114-116) xx.xx.2004-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alğı-satqı müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, 3155-ci məhəllə, ünvan 18 ünvanında yerləşən 1971,2 kv.m torpaq sahəsini "xxxx" MTKya satmışdır. (Cild 3, iş vərəqə 117-119) Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********04 nömrəli məktubundan görünür ki, Xidmətin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ərazi idarələrində mövcud olan arxiv materiallarına əsasən X7 adına Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti, ev 4a, mənzil 29, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 57, mənzil 19, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, X1 ev 11, mənzil 9 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. (Cild 3, iş vərəqə 123) Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 69D ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə dair 2014-cü ildə ilkin texniki pasport tərtib edilmiş, həmin əmlak kompleksi “Azərbaycan Həmkarlar X13” Assosiasiyasının adına istifadə hüququ ilə qeydiyyata alınmaqla, hazırda istifadəsindədir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası “Spartak” X42-İdman Cəmiyyətinin Respublika Şurasının 20 iyul 2022-ci il tarixli sərəncamı ilə tutduğu vəzifədən azad edilmiş, Təqsirləndirilən şəxs1 isə səhhəti ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunması üçün ərizə ilə Azərbaycan Respublikası Həmkarlar İttifaqları X4 İctimai Birliyinin İdarə Heyətinə müraciət etmiş, ərizə İdarə Heyətinin iclasında müzakirə olunmuş və İdarə Heyətinin 17 avqust 2022-ci il tarixli qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. (Cild 3, iş vərəqə 149- 150) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1184/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 04 (dörd) ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 4, iş vərəqə 63-67) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-1185/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 04 (dörd) ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 4, iş vərəqə 70-75) Təqsirləndirilən şəxs1 və yaxın qohumlarına məxsus əmlakların müəyyən olunması və qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli rəylərdən görünür ki, həmin tarixə Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi 770 ünvanında yerləşən bağ evinin orta bazar dəyəri 106400 manat, Xaçmaz rayonu, Ağçay kəndində yerləşən torpaq sahəsinin orta bazar dəyəri 7800 manat, ünvan 21 ünvanının orta bazar dəyəri 68520 manat, Xaçmaz rayonu, Ağçay kəndində yerləşən torpaq sahəsinin orta bazar dəyərinin 18330 manat olması müəyyən edilmişdir. (Cild 4, iş vərəqə 194-202; 212-214) Təqsirləndirilən şəxs2 və yaxın qohumlarına məxsus əmlakların müəyyən olunması və qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli rəylərdən görünür ki, həmin tarixə bakı şəhəri, ünvan 23 ünvanının orta bazar dəyəri 79900 manat, ünvan 4 ünvanının orta bazar dəyəri 92800 manat, ünvan 24 ünvanının orta bazar qiymətinin 63840 manat olması müəyyən edilmişdir. (Cild 4, iş vərəqə 203-211) xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 50 ilə yaxındır ki, həmkarlar idman sahəsində çalışmışdır. O, 1968-1970-ci illər ərzində Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət etmiş, əmək fəaliyyətinə 1971-ci ildə Bakı zərgərlik fabrikasında zərgər kimi başlamışdır. Keçən dövr ərzində bir sıra vəzifələrdə çalışmışdır: 1976-1979-cu illər-“Lokomotiv” İdman Cəmiyyəti Respublika Şurasının məşqçi-müəllimi; - 1979-1993-cü illər-"xxxx" İdman Cəmiyyəti Respublika Şurasının təlimatçısı, məşqçimüəllimi, işlər müdiri; 1993-1995-ci illər-həmkarlar ittifaqının “İdman” Respublika Klubunun sədri; 1995-1996-cı illər-Azərbaycan ağır atletika federasiyasının prezidenti; 1995-2006-cı illər-Azərbaycan Həmkarlar İttifaqı X2 vitse-prezidenti; xx.xx.2007 tarixdən xx.xx.2022-ci il tarixinə kimi “AHİİTA” İctimai Birliyinin sədri; Təqsirləndirilən şəxs1-1990- 1995-ci illər ərzində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstutunda qiyabi təhsil almışdır. İşlədiyi müddətdə özünü bacarıqlı idman mütəxəssisi kimi göstərmiş və daim öz üzərində çalışmışdır. Onun rəhbərliyi altında “AHİİTA” İctimai Birliyinə üzv olan idman təşkilatları gənc nəslin idman məşğələlərinə cəlb olunmasında, respublikamızı rəsmi beynəlxalq yarışlarda-Avropa, Dünya çempionatlarında və Olimpiya oyunlarında layiqincə təmsil edən idmançıların hazırlanmasında yüksək nəticələr əldə edə bilmişlər. Təqsirləndirilən şəxs1 həmçinin Respublikanın idman həyatında da yaxından iştirak etmiş, 1997, 1999 və 2003-cü illərdə Zəhmətkeşlərin Respublika Spartakiadasının, 2005-ci ildə Bakı çəhərində MDB-yə üzv olan ölkələrin V X18 keçirilməsində yaxından iştirak etmiş, yarışların təşkilat komitəsinə daxil edilmişdir. O, həm də 2015-2017-ci illərdə Tələbə Futbol Federasiyasının vitse-prezidenti vəzifəsində iştiak etmişdir. Azərbaycan Respublikasında idmanın inkişafında və gənc nəslin təlim-tərbiyəsində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 18 aprel 2007-ci il tarixli sərəncamı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının “Əməkdar Bədən tərbiyəsi və idman xadimi” fəxi adı və 21 oktyabr 2015-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı verilmişdir. (Cild 4, iş vərəqə 253-254) xx.xx.2022-ci il tarixli Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2011-xx.xx.2012-ci il tarixlərdə 1 ABŞ dollarının sabit olaraq 0,7977 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixdə 1 ABŞ dollarının sabit olaraq 1,70 manat olması müəyyən edilmiş, nəticədə xx.xx.2011-xx.xx.2012-ci il tarixdə 200000 ABŞ dollarının həmin dövrün məzənnəsi ilə 159540 manat, 6000 ABŞ dollarının həmin dövrün məzənnəsi ilə 10200 manat dəyərində olması aşkarlanmışdır. (Cild 4, iş vərəqə 262) xx.xx.2022-ci tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün gətirdikləri və qərarın təsviri hissəsində göstərilən dəlillər istintaq zamanı öz təsdiqini tapmadığından həmin hallar cinayət məsuliyyətindən yaxa qurtarmaq və məsuliyyəti yüngülləşdirmək məqsədilə verilən özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirilmişdir. xx.xx.2014-cü il tarixli texniki pasport, xx.xx.2021-ci il tarixli qəbz, AHİİTA-nın sədri Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xx.xx.2021-ci il tarixli, 42 nömrəli etibarnamə, xx.xx.2021-ci il tarixli beh müqaviləsi və order, xx.xx.2021-ci il tarixli müqavilə və order, xx.xx.2021-ci il tarixli müqavilə və order, xx.xx.2022-ci il tarixli müqaviləyə düzəlişə dair müqavilə və qəbz, xx.xx.2021-ci il tarixli müqavilə və qəbzin surətləri, “Azercell”, “Bakcell” və “Azerfon” mobil telefon operatorlarından götürülmüş 3 ədəd CD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 30000 manat və 20000 manat alması cinayət işinin materialları ilə öz təsdiqini tapmadığı üçün Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. X30, X25, X34, Şahid4, X31 və Şahid5, X11, X48 və X32 əməllərində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 stadionların torpaq sahəsinin və onun üzərində olan əmlakın satılaraq aldığı pulları Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevə verməsi xüsusatları ilə bağlı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 5, iş vərəqə 7-78) xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 83-84) xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 92-104) xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 109-110) xx.xx.2022-ci il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs5 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 121-122) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikasının 178.4, 29,178.4 və 32.4, 312.2-ci maddələri yenidən ittiham elan edilmişdir. (Cild 5, iş vərəqə 129-135) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikasının 178.4, 29,178.4, 32.4,312.2 və 313-cü maddələri yenidən ittiham elan edilmişdir. (Cild 5, iş vərəqə 129-135) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubundan görünür ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin xx.xx.2008-ci il tarixli, 216 45ə nömrəli qərarı ilə həmin konfederasiyanın balansında olan, Xanlar şəhər stadionunun “X54 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinə satılmasına razılıq verilmişdir. Notarial qaydada təsdiq olunmuş müqavilə əsasında həmin əmlak “X54 Klubu” MMC-yə satılmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “Dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilmiş əmlak əsasında təsis edilən və sonradan təşkilat-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində hüquqların əldə edilməsini təsdiq edən” xx.xx.2008-ci il tarixli 000849 qeydiyyat nömrəli şəhadətnamə və “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair" xx.xx.2008-ci il tarixli 001399 qeydiyyat nömrəli şəhadətnamə əsasında Göygöl şəhəri, Aşıq Ələsgər küçəsində mülkiyyətdə olan 21256,9 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 179,7 kv.m olan əmlak kompleksi üzərində “X54 Klubu” MMC-nin mülkiyyət hüququ qeydə alınaraq xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Lakin, Gəncə yerli İqtisad Məhkəməsinin xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə xx.xx.2009-cu il tarixli, 2-1(84)-41- 2009 nömrəli qətnaməsi nəzərə alınmaqla keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli 300 nömrəli sərəncamı ilə Göygöl şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən şəhər stadionunun və yerləşdiyi torpaq sahəsinin “X54 Klubu” MMC-yə satılmasına dair verilmiş ilkin hüquqmüəyyənedici sənədlər və “X54 Klubu” MMC-yə verilmiş xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport ləğv edilmişdir. Bu əmlakın torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X51 3 saylı Gəncə Ərazi İdarəsində məlumat aşkar edilməmişdir. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra qeyd olunan əmlakın hüquqi mənsubiyyəti, o cümlədən dövlət və ya bələdiyyə orqanları tərəfindən onun üzərində hüquqlarının qeydiyyata alınması barədə dövlət əmlakının Reyestrində və daşınmaz əmlakın dövlət reyestrində hər hansı məlumat aşkarlanmamışdır. (Cild 5, iş vərəqə 186-187) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs4 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 5, iş vərəqə 239-240) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs4 üzləşdirilmişdir. (Cild 5, iş vərəqə 248-250) Azərbyacan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2023-cü il tarixli, 20-04/652 nömrəli və xx.xx.2024-cü il tarixli, 20- 04/652 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 “Vegetativ damar distoniyası. Hipertoniya xəstəliyi”, “OU açıq bucaqlı qlaukoma 2A mərhələ. Fəsadlı katarakta” xəstəliklərindən əziyyət çəkir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən xx.xx.2023-cü il tarixdə daxil olmuş 2-2/02/3/2-222026136/2024 nömrəli məktuba əlavə edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cinayət xarakterli məlumatlar yoxdur, onların məhkumluqları yoxdur.
Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, onlara sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün onlara şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə yekun qərar çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarı və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.4, 29,178.4 və 32.4, 312.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 178.4, 29,178.4, 32.4,312.2 və 313-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Cinayət Məcəlləsinin 178.4-cü maddəsinin tərkibi həmin Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə yaranır. Həmin əməl xüsusilə ağır cinayət hesab edilməklə, maddəsinin sanksiyasında 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə görə, həmin Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət məsuliyyətini yaradır. Rəsmi sənədlər dedikdə, hüquqi əhəmiyyətə malik olan, yəni müəyyən hüquqi faktların mövcudluğunu təsdiq edən, hüquqi nəticələr doğuran, hüquqların həyata keçirilməsi və vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər və imtiyazlar nəzərdə tutan sənədlərdir. Bu sənədlər rəsmi sənədin tərtib olunma yeri, tarixi, onu verən orqanın adı, vəzifəli şəxsin adı, soyadı, atasının adı, imza, möhür, ştamp və s. kimi rekvizitlərə malik olur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə irəli sürülmüş ittihamlara gəldikdə məhkəmə qeyd edir ki, məhkəmə çıxışları mərhələsində dövlət ittihamçısı bəraətverici əsaslarla qeyd edilən hissədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihamdan imtina etdiyini bildirərək bu hissədə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarının 40-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 37.5-ci maddəsində göstərilən hallar olduqda dövlət ittihamçısı ittihamdan imtina etdiyi halda məhkəmə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verməlidir. Həmin qərarın 63-cü bəndinə əsasən dövlət ittihamçısının ittihamdan imtina etməsi təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna etməklə onun haqqında cinayət təqibinə xitam verilməsi haqqında qərarın çıxarılmasını şərtləndirir. Lakin nəzərə alınmalıdır ki, cinayət-prosessual qanun cinayət təqibinə xitam verilməsinə səbəb olan əsasları (cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları) dəqiq müəyyən edib onları bəraətverici olan və ya olmayan iki qrupa ayırdığından, dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi də həmin əsasların mövcud olmasına dair konkret və aydın qənaətindən irəli gəlməli və onun ittihamdan imtina etməsi ilə əlaqədar çıxarılan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə qərarında da cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsində və yaxud 40-cı maddəsində göstərilən hansı, o cümlədən bəraətverici olan və ya olmayan əsasla xitam verilməsi aydın şəkildə əks etdirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamın bir hissəsi Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı olduğundan, dövlət itithamçısı qeyd edilən hissədə ittihamdan imtina etdiyindən, dövlət ittihamçısının bu hissədə ittihamdan imtinası qanunla müəyyən edilmiş tələblərə cavab verdiyindən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə bağlı irəli sürülmüş ittiham hissəsində cinayət işinə xitam verilmişdir. (ayrıca aktla). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 1-ci bəndinə əsasən, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, ibtida istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vahid niyyətlə birgə və müstəqil epizodlar üzrə ittiham irəli sürülmüşdür. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə məhkəmənin mövqeyi: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 ilə 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 19 ünvanında yerləşən 1,26 ha ərazinin ******* manat müqabilində satılması barədə razılığa gəldiklərini, bu məqsədlə həmin il ərzində müxtəlif vaxtlarda ümumilikdə 900000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 verdiklərini bildirmiş, notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 3M-1109 reyestrli beh müqaviləsindən və həmin beh müqaviləsinə əlavələrdən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti, 3155-ci məhəllədə yerləşən 1,26 ha torpaq sahəsinə dair alğısatqı müqaviləsinin rəsmiləşdirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs2 450000 manat, 200000 manat və 250000 manat məbləğində pul vəsaiti verilmişdir. Habelə, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 Məcmun oğlu və Şahid3 ifadələrində yuxarıda göstərilən alğı-satqı prosesinin baş verməsini təsdiqləmişlər. Təqsirləndirilən şəxs2 həmin epizodla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 19 ünvanında yerləşən 1,26 ha ərazinin ******* manat müqabilində satılması barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la razılığa gəldiklərini və bu məqsədlə həmin il ərzində müxtəlif vaxtlarda ümumilikdə 900000 manat məbləğində pul vəsaitini əldə etdiyini təsdiqləmişdir. Habelə, Təqsirləndirilən şəxs2 əldə etdiyi pulun 100000 manat hissəsini geri qaytardığını bildirmişdir. xx.xx.2022-ci il tarixli notarial qaydada tərtib edilmiş ərizədən 100000 manat pulun Təqsirləndirilən şəxs2 tərəfindən geri qaytarıldığı görünür. 800000 manat pul vəsaitinin isə zərərçəkmiş şəxslərə qaytarılmadığı cinayət işinin materialları, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələri ilə müəyyən edilir. Bu, işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs2 ifadələrində müvafiq torpaq sahəsinin satışına dair əldə etdiyi 900000 manat pulu digər Təqsirləndirilən şəxs1 verdiyini, sonuncunun həmin puldan 100000 manat pulu ona bəzi işləri görməsi üçün geri qaytardığını bildirmişdir. Təqsirləndirilən şəxs1 isə məhkəmə baxışı zamanı verdiyi ifadəsində həmin torpaq sahəsinin satılması üçün Təqsirləndirilən şəxs2 tərəfindən ona hər hansı məbləğdə pul vəsaitinin verilmədiyini, sonuncunun həmin xüsusatla bağlı ifadəsində göstərdiklərinin yalan olduğunu deməklə, inkar etmişdir. Lakin Zərərçəkmiş şəxs1 ifadəsində 10-15 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 onu digər Təqsirləndirilən şəxs1 iş yerinə aparıb sonuncu ilə görüşdürdüyünü, sonuncunun xidməti otağında görüş zamanı Təqsirləndirilən şəxs1 ona narahat olmamasını, qeyd edilən torpaq sahəsinin ona satılacağını, müəyyən işlərin görüldüyünü, çıxarışda səhv olduğuna görə prosesin uzandığını deyib səhvi ona göstərdiyini bildirmişdir. Həmçinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı digər Təqsirləndirilən şəxs1 ilə üzləşən zaman ifadələrində göstərdikləri xüsusatları sonuncunun üzünə qarşı demişlər. Bundan başqa, cinayət işinin materiallarındakı 2022-ci ilin aprel iyun aylarında olan mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 fərqli vaxtlarda “Tecili mene zeng et”, “Zenge cavab ver”, “Afgan yanimda gezleuir” məzmununda, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 “Nadir m menem Alikdi. 2 defe Baga gelmisem amma yerin dagiq tapmamisam, cunki bagda coxdan olmusam. Pulu tecili qaytarmaq lazimdi yoxsa basiniz agriyacaq”, “Goruwe gelmirsen, pulu vermirsen nece olacaq bizim iwimiz?” məzmununda mesajların yazılması müəyyən edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus mobil telefon nömrələri arasında 2021-ci ilin yanvar ayı ərzində 3 dəfə, fevral ayı ərzində 4 dəfə, mart ayı ərzində 12 dəfə, aprel ayı ərzində 7 dəfə, may ayı ərzində 3 dəfə, iyun ayı ərzində 4 dəfə, iyul ayı ərzində 2 dəfə, avqust ayı ərzində 4 dəfə, sentyabr ayı ərzində 10 dəfə, oktyabr ayı ərzində 10 dəfə, noyabr ayı ərzində 8 dəfə, dekabr ayı ərzində 13 dəfə, 2022ci ilin yanvar ayı ərzində 5 dəfə, fevral ayı ərzində 18 dəfə, mart ayı ərzində 26 dəfə, aprel ayı ərzində 20 dəfə danışıqlar aparılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 həmin epizodla bağlı hər hansı məbləğdə pul götürməsini inkar etsə də, digər Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələri, telefon məlumatları və cinayət işinin materiallarında olan digər sənədlərdən tam şəkildə sübuta yetirilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldatması və verdiyi yalan vədlərin təsiri nəticəsində sonuncular könüllü surətdə öz əmlaklarını, yəni pullarını təqsirləndirilən şəxslərə vermişlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmişlər. Zərərçəkmiş şəxs3 qarşı dələduzluq edilməsi ilə bağlı təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə məhkəmənin mövqeyi: Təqsirləndirilən şəxs2 məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək 2004-cü ildə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 18 ünvanında yerləşən AHİİTA-ya məxsus torpaq sahəsini almaq istəyən şəxs olduğunu Təqsirləndirilən şəxs1 bildirdikdən sonra sonuncunun razılığına əsasən həmin torpaq sahəsinin zərərçəkmiş Zərərçəkmiş şəxs3 satılması müqabilində 150000 manat pulu ələ keçirdiyini, əldə etdiyi həmin pulu Təqsirləndirilən şəxs1 verdiyini, müvafiq alğı-satqı prosesinin baş tutması üçün Təqsirləndirilən şəxs1 müvafiq torpaq sahəsini ilk öncə onun adına rəsmiləşdirdiyini və bundan sonra onun adından torpaq sahəsinin Zərərçəkmiş şəxs3 satıldığını söylədiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 həmin xüsusatı məhkəmə baxışı zamanı, habelə ibtidai istintaq zamanı ifadə verərkən, eləcə də təqsirləndirilən şəxslərlə üzləşdirilən zaman təsdiqləmişdir. Lakin təqsirləndirləndirən şəxs Təqsirləndirilən şəxs1 ifadələrində və onun müdafiəçiləri isə çıxışları zamanı həmin alğı-satqı prosesində Təqsirləndirilən şəxs1 iştirakını inkar etmişlər. Bununla bağlı, cinayət işinin materialları tədqiq edilərkən müəyyən edilir ki, 2004-cü ildə müvafiq rəsmiləşdirmələr aparılmaqla, Bakı şəhəri, Yasamal rayonu, məhəllə 3155, ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 212 kv.m olan qeyri-yaşayış sahəsi və qeyriyaşayış sahəsinin 1971,2 kv.metr torpaq sahəsi ilk öncə Təqsirləndirilən şəxs2, sonuncu isə həmin yeri "xxxx" MTK-ya satmışdır. Həm Zərərçəkmiş şəxs3, həm də Təqsirləndirilən şəxs2 ifadələrinə əsasən alğı-satqı prosesinin tərəfləri kimi iştirak etmələri işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və müdafiəçiləri inkar etsələr də, xx.xx.2004-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 125/15 nömrəli etibarnaməsi əsasında alğı-satqı prosesində AHİİTA-nın əvəzinə hərəkət etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 həmin torpaq və qeyri-yaşayış sahəsinin satılmasında bilavasitə iştirak etmiş, prosesdən məlumatlı olmuş və müvafiq pul məbləğini Təqsirləndirilən şəxs2 ilə birgə ələ keçirmiş, bu hal cinayət işinin materialları, Zərərçəkmiş şəxs3 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri ilə tam şəkildə təsdiqini tapmışdır. Məhkəmə bir halı da qeyd edir ki, Zərərçəkmiş şəxs3 məhkəmənin baxış iclasında 150000 manatının ələ keçirilməsinə dair təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı hər hansı iddia və tələbinin olmadığını bildirmişdir. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vahid niyyətlə 2011-ci ilin əvvəllərindən 2012-ci ilin sonlarınadək olan müddətdə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsindən 0,30 hektara qədər hissəsini təşkil edən torpaq sahəsini satmaq adı ilə Zərərçəkmiş şəxs3 ümumilikdə 653540 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirilməsi barədə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, nəzəriyyədə uzanan və davam edən cinayətlərə verilmiş anlayışlara əsaslanaraq uzanan cinayət, hərəkət və ya hərəkətsizliklə törədilməklə, fasiləsiz, nisbətən uzun zaman ərzində həyata keçirilən konkret cinayət kimi qəbul edilir. Uzanan cinayət – konkret cinayətdir və bu səbəbdən Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Davam edən cinayətlər isə zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Həmcins cinayətlərin təkrarlığı zamanı isə vahid, tək cinayətlər deyil, cinayətlərin çoxluğu əhəmiyyət daşıyır. Burada hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur, təkrarlıq zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir. Yuxarıda qeyd edilən mövqedən də görünür ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı törətdiyi əməl ümumi məqsədə yönəlməli, ilk cinayət törədilərkən sonrakı cinayətin törədilməsinə dair niyyət olmalı, hər iki cinayət əməli vahid niyyətlə birləşməlidir. Lakin, məhkəmə qeyd etməyi zəruri bilir ki, hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı həm şahid, həm də zərərçəkmiş şəxs qismində dindirilərkən “təxminən 2003-2004-cü illərdə həmin torpağın qiymətini təxminən 150000 manat civarında razılaşdıq. Bu pulu Alikə stadionun yaxınlığında verdim. Aliklə "xxxx" MTK arasında alğı-satqı müqaviləsi bağlandı. Qanuni sənədləşmə getdi, bu sənədləşmə də 1 ilə yaxın uzandı. Lakin həmin ərazi hündürmərtəbəli binanın tikilməsi üçün ölçü baxımından standartlara cavab vermədiyindən orada tikinti apara bilmədim. Nə qədər çalışsam da, bina tikintisi apara bilmədim. Bu təxminən 7 il çəkdi. Belə qərara gəldim ki, Aliklə danışaraq stadionun ərazisindən qanunla icazə verilən formada təxminən 30 sota yaxın torpaq sahəsi alaraq 19-20 sota birləşdirib bina tikintisi apara bilim.” məzmununda ifadə vermiş, Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı dindirilərkən “Təxminən 7-8 il sonra, haradasa 2011-2012-ci illərdə Həbib yenidən yanıma gəldi, yer balaca olduğundan tikinti apara bilmədiyini, stadionun ərzisindən bir qədər yer satmağı və ya tikinti üçün müvəqqəti icazə məktubu verməyi xahiş etdi” məzmunda ifadəsində göstərmişdir. Məhkəmə baxışı zamanı da həm Zərərçəkmiş şəxs3, həm də Təqsirləndirilən şəxs2 ifadələrində 2004-cü ildə müvafiq torpaq sahəsini alarkən, sonradan yeni torpaq sahəsi almalarına dair razılaşma aparmalarına, belə bir niyyətlərinin olmalarına dair hər hansı məlumat yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 2004-cü ildə dələduzluq yolu ilə 150000 manat pulunu ələ keçirməsi cinayəti müstəqil olmuş, ümumi məqsədə yönəlməmiş, hər dəfə müstəqil olaraq ilk cinayət törədilərkən sonrakı cinayətin törədilməsinə dair niyyət olmamış, istinad edilən hər iki cinayət vahid niyyətlə törədilməmişdir. Beləliklə, həmin epizodla bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 2004-cü ildə 150000 manat pulunu ələ keçirməsi müstəqil cinayətdir. Bundan başqa, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli fərmanına əsasən, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanı-manatın denominasiyası həyata keçirilmiş və yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur. Məhkəmə araşdırması zamanı ittihamda qeyd edilən hadisənin 2004-cü il tarixdə baş verməsi müəyyən edilmişdir. Bu, işin mübahisəsiz halıdır. Məhkəmə bir halı qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən də irəli sürülmüş ittihamda müvafiq cinayətin 2004-cü il tarixdə törədilməsi göstərilsə də, həmin dövrdə milli məzənnə kimi köhnə manat istifadə edilməsi nəzərə alınmamış, zərərçəkmiş şəxsdən müvafiq pul vəsaitinin hansı məzənnə ilə əldə olunduğu dəqiqləşdirilməmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrindən verilmiş pul vəsaitinin dəyərinin hazırda istifadə edilən milli valyutaya uyğun olması təzahürlərini yaratsa da, ittihamın mahiyyəti aydın olmamış, təqsirləndirilən şəxslərin həmin epizod üzrə nədə təqsirləndirildikləri tam dəqiq müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan, eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edildiyindən, aradan qaldırılması mümkün olmayan şübhə kimi qiymətləndirilməklə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bununla bağlı, iş materiallarında denominasiyaya dair hər hansı məlumat əks olunmadığından, aradan qaldırılmamış şübhələr təqsirləndirən şəxsin xeyrinə həll edildiyindən, məhkəmə Zərərçəkmiş şəxs3 ələ keçirilmiş pulu hazırki məzənnə ilə 30 manat (150000/5000=30) kimi qəbul edir. Habelə, məhkəmə bir halı qeyd edir ki, həmin epizod müstəqil cinayət olduğundan, Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən müvafiq əməl cinayət hesab edildiyi təqdirdə belə, həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının və ya zərərçəkmiş şəxsin vəsatəti əsasında həmin məsələyə baxa bilər. Hazırki iş üzrə qeyd edilən məzmunda vəsatət məhkəməyə daxil olmamışdır. Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarına əsasən, şəxs cinayət qanununun bir maddəsi ilə tövsif olunan bir neçə cinayətin və yaxud çox epizodlu cinayətin törədilməsində təqsirləndirilirsə (məsələn, bir neçə oğurluq və ya davam edən cinayətin bir neçə epizodu) və məhkəmə baxışı nəticəsində bunlardan bəziləri üzrə ittiham təsdiq edilmirsə, bu hallar cinayətin tövsifinin dəyişməsinə səbəb olmadıqda, məhkəmə ittihamın bu hissədə əsassız hesab edilməsi barədə nəticəni və gəldiyi qənaətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərir. Göründüyü kimi, sadalanan epizod üzrə ittiham məhkəmə baxışı nəticəsində təsdiq edilmir və bu cinayətin tövsifinin dəyişməsinə səbəb olmur. Məhkəmə ittihamı həmin hissədə əsassız hesab edir və yekun ittihamın məzmunundan çıxarılmalı olması qənaətinə gəlir, habelə Zərərçəkmiş şəxs3 həmin epizod üzrə hər hansı şikayət və tələbinin olmadığını nəzərə alır. Bundan başqa, həmin zərərçəkmiş şəxsə aid olan digər epizodla bağlı Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək 2011-2012-ci illərdə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən stadionun yola baxan hissəsində mağaza açmaq istəyini digər Təqsirləndirilən şəxs1 dediyini, sonuncunun razılaşdığını və bunun müqabilində Zərərçəkmiş şəxs3 100000 ABŞ dolları həmin dövrün məzənnəsi nəzərə alınmaqla və 320000 manat pul vəsaiti, yəni ümumilikdə 490000 manat məbləğində pul əldə etdiyini, həmin pulu da hissə-hissə Təqsirləndirilən şəxs1 təqdim etdiyini, sonradan isə götürdüyü pulun hamısını Zərərçəkmiş şəxs3 geri qaytardığını bildirmişdir. Zərərçəkmiş şəxs3 həmin səbəbdən razılaşmanın baş verdiyini təsdiq etsə də, ödənilən məbləğin daha çox, belə ki 200000 ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 159540 manat və 494000 manat olmaqla, ümumilikdə 653540 manat pul vəsaitini Təqsirləndirilən şəxs2 təqdim etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 həmin epizodla bağlı müxtəlif vaxtlarda olmaqla, cəmi 400000 manat pulu geri qaytardığını söyləmişdir. Məhkəmə Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs2 ifadələrini qarşılıqlı təhlil edib belə nəticəyə gəlir ki, 400000 manat məbləğində pul vəsaitinin bir qismi ödəniş qəbzləri, digər qismi isə nağd şəkildə Zərərçəkmiş şəxs3 qaytarılmışdır. Bu, işin mübahisəsiz halıdır. Təqsirləndirilən şəxs1 isə digər Təqsirləndirilən şəxs2 dediklərini inkar etməklə, Zərərçəkmiş şəxs3 hər hansı məbləğdə pulu ələ keçirmədiyini bildirmiş, lakin Zərərçəkmiş şəxs3 ifadələrində göstərmişdir ki, o, 2013-2014-cü illərdə Təqsirləndirilən şəxs1 yanına getdiyi zaman sonuncunun ona stadionun özəlləşdirilməsi üçün sənədləşmə işinin getdiyini, narahat olmamasını demişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsinin satılmasında bilavasitə iştirak etmiş, prosesdən məlumatlı olmuş, Təqsirləndirilən şəxs2 da ifadələrində müvafiq pul vəsaitini ona verdiyini bildirmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 aldatması və verdikləri yalan yalan vədlərin təsiri nəticəsində sonuncu könüllü surətdə öz əmlakını, yəni pulu təqsirləndirilən şəxslərə vermişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirərək dələduzluq cinayətini törətmişlər. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 inandırmaq üçün stadiona dair saxta sənədi təqdim etməsi də cinayət işinin materialları və məhkəmə araşdırması zamanı sübuta yetirilmiş, Təqsirləndirilən şəxs2 rəsmi sənədə biləbilə yalan məlumatları daxil etmişdir. Zərərçəkmiş şəxs5 qarşı dələduzluq edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə məhkəmənin mövqeyi: Zərərçəkmiş şəxs5 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən “stadion”-un ******* manata satıldığını dediyindən razılaşdıqdan sonra sonuncunun ondan müvafiq ərazinin təyinatının qeyriyaşayışdan yaşayışa keçirmək üçün 350000 manat pul istədikdə həmin məbləğdə pul verdiyini, daha sonra isə Təqsirləndirilən şəxs2 icra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilməsi adı ilə ondan 50000 manat məbləğində pul istəyib 6000 ABŞ dolları, yəni 10200 manat pul vəsaitini ələ keçirdiyini göstərmiş, məhkəmədə şahid qismində dindirilmiş Şahid6 və X40, məhkəməyədək icraat zamanı dindirilmiş, məhkəmə baxışı zamanı ifadəsi elan olunmuş Şahid5bəy oğlu ifadələrində qeyd edilən məqsədlə, yəni tikinti aparılması və vəzifəyə təyin ediləcəyi adı ilə Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs2 müvafiq pul vəsaitini verməsini təsdiqləmişlər. Təqsirləndirilən şəxs2 həmin pul vəsaitini borc məqsədilə aldığını desə də, məhkəmə Zərərçəkmiş şəxs5la müvafiq stadionun qarşısında görüşməsinə, həmin görüşə özü ilə stadiona dair çıxarış və layihəni gətirməsinə, Zərərçəkmiş şəxs5, şahidlər Şahid6, Rasim Abbasov və Şahid5 ifadələrinə əsasən, Təqsirləndirilən şəxs2 həmin mövqeyini özünü müdafiə xarakterli qəbul edir və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 Alik oğlunun əmlakının ələ keçirilməsinə yönəlmiş qəsdən hərəkətlər etməklə sonuncuya qarşı dələduzluq cinayətini törətməklə pul vəsaitini ələ keçirməsi qənaətinə gəlir. Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə məhkəmənin mövqeyi: Zərərçəkmiş şəxs4 məhkəmə baxışı zamanı ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verməklə 2007-ci ildə dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 ilə tanış olduqdan sonra Gəncə şəhərində yerləşən Həmkarlar İttifaqının “Spartak” Cəmiyyətinə məxsus “Spartak” stadionunu 400000 manat müqabilində almağa razılaşdığını, bu səbəbdən ümumilikdə 400000 manat məbləğində pul verdiyini, lakin rəsmiləşdirmə sənədinə 10800 manat ödənilməsi barədə qeydin aparıldığını, 2008-ci ildə isə Göygöl şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən stadionu 400000 manat müqabilində almağa razılaşdığını, bu səbəbdən ümumilikdə 400000 manat məbləğində pulu, bir qismini özü, digər qismini isə X30 ona olan borcun əvəzi kimi Təqsirləndirilən şəxs1 verdiyini söyləmişdir. Həmin xüsusatla bağlı məhkəməyədək icraat zamanı ifadə vermiş şahid X14 Rüstəmovdan aldığı Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində yerləşən mənzilin dəyərini tam şəkildə ödəyə bilmədiyindən, hissə-hissə ödəməyə razılığa gəldiklərini, 100000 manat borcunun qaldığını, pulun bir hissəsini hazırlayaraq sonuncuya vermək üçün zəng edəndə Zərərçəkmiş şəxs4 həmin puldan 57000 manat pulu Həmkarlar İttifaqında işləyən Təqsirləndirilən şəxs1 verməyi dediyini, bu səbəbdən də o, Elçinin deməsi ilə Təqsirləndirilən şəxs1 “Sahil” metrostansiyasının yaxınlığında yerləşən xidməti otağında bir neçə dəfə olmaqla, 57000 manat məbləğində pulu sonuncuya verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində müvafiq stadionların dövlət rüsumu əsasında satıldığını desə də, Zərərçəkmiş şəxs4 hər hansı əlavə məbləğdə pul istəmədiyini, almadığını bildirmişdir. Lakin məhkəmə Zərərçəkmiş şəxs4 həm məhkəməyədək icraat, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrinə, üzləşdirmə protokoluna, şahid X30 ifadəsinə əsasən, Təqsirləndirilən şəxs1 həmin mövqeyini özünü müdafiə xarakterli qəbul edir və Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etməklə Zərərçəkmiş şəxs4 əmlakının ələ keçirilməsinə yönəlmiş qəsdən hərəkətlər etməklə sonuncuya qarşı dələduzluq cinayətini törətməklə pul vəsaitini ələ keçirməsi qənaətinə gəlir. Həmçinin məhkəmə Zərərçəkmiş şəxs4la bağlı epizodlar üzrə hər iki cinayət hadisəsinin baş verməsini qəbul etməklə, vahid niyyətlə deyil, müstəqil, həmcins cinayət kimi əməlin törədilməsini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittihamları təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayətlər həmcinsdir, lakin hər biri ayrı-ayrılıqda, istər eyni, istərsə də müxtəlif zərərçəkmiş şəxslərə münasibətdə törədilmiş əməllər digəri ilə faktiki əlaqədə deyil, vahid niyyət və ümumi məqsədlə birləşmir, başqa sözlə zərərçəkmiş şəxslərin müraciəti və təşəbbüsü ilə baş vermişdir. Bu səbəbdən, irəli sürülmüş ittihamlara vahid niyyətlə törədilmiş cinayət kimi baxılmamalı, hər bir cinayətə ayrıca hüquqi qiymət verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürülmüş Zərərçəkmiş şəxs3 2004-cü il tarixdə 150000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi ilə bağlı verilmiş epizod ümumi ittihamdan xaric edilməli, zərərçəkmiş Zərərçəkmiş şəxs4 2007 və 2008-ci il tarixlərdə ümumilikdə 800000 manat pulun ələ keçirilməsi ilə bağlı verilmiş ittiham üzrə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs1 həmin əməli törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 oğluna Azərbaycan Respublikasının 178.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 29,178.4, 178.4 və 313-cü maddələri ilə düzgün olaraq tövsif edilmiş olsa da, Təqsirləndirilən şəxs1 əməlinə münasibətdə əlavə olaraq həmin Məcəllənin 29,178.4-cü maddəsi ilə ittiham irəli sürülməsinə zərurət yoxdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun qərarının 33-cü bəndinə əsasən, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Bununla bağlı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı həm ******* manat məbləğində pul vəsaitini xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməyə görə, həm də 900000 manat məbləğində pul vəsaitini xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etməyə görə ittiham irəli sürülmüşdür. Göründüyü kimi, həmin ittiham üzrə təqsirləndirilən şəxslərə xüsusilə külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan təqsirləndirilən şəxslərin istədiyi miqdarda, yəni ******* manat yox, bundan az, lakin yenə də xüsusilə külli miqdar təşkil edən, yəni 900000 manat olan əmlak ələ keçirildiyinə görə təqsirləndirilən şəxslərin əməli başa çatmış cinayət kimi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına əsasən, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə verilmiş ittiham ümumi ittihamdan xaric edilməlidir. Digər Təqsirləndirilən şəxs2 isə 2 fərqli epizod üzrə Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə ittiham irəli sürüldüyündən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş ziyanla bağlı epizod üzrə yuxarıda göstərilən mövqeyi rəhbər tutmaqla, həmin epizod üzrə Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi üzrə verilmiş ittiham ümumi ittihamdan xaric edilməlidir. Lakin məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 müstəqil epizod kimi zərərçəkmiş Zərərçəkmiş şəxs5 vurulmuş ziyanla bağlı həm ******* manat pul vəsaitini xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməyə görə, həm də 360200 manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etməyə görə ittiham irəli sürülmüşdür. Göründüyü kimi, həmin ittiham üzrə Təqsirləndirilən şəxs2 niyyəti xüsusilə külli miqdarda əmlakın ələ keçirilməsinə yönəlsə də, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədiyindən, Təqsirləndirilən şəxs2 əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, həmin epizod üzrə ibtidai istintaq orqanı tərəfindən onun əməli Cinayət Məcəlləsinin 29,178.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli və xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Həmkarlar İttifaqları X4 İcraiyyə Komitəsinin 12 dekabr 2000-ci il tarixli qərarı ilə Assosiasiyanın vitse-prezidenti təyin edilməklə 25 dekabr 2006-cı il tarixədək həmin vəzifədə, AHİİTA-nın İV hesabat-seçki konfransının 25 dekabr 2006-cı il tarixli qərarı ilə əvvəlki Assosiasiyanın prezidenti və İcraiyyə komitəsinin sədri, hazırkı Azərbaycan Həmkarlar İttifaqlarının X2 sədri seçilməklə 17 avqust 2022-ci il tarixədək həmin vəzifədə işləyərkən “Azərbaycan Həmkarlar İttifaqlarının X2 13 oktyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Nizamnaməsinə (1-ci redaksiyada), “Azərbaycan Həmkarlar İttifaqlarının X4” İctimai Birliyinin 13 noyabr 2014-cü il tarixdə və 9 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi tərəfindən qeydiyyata alınmış Nizamnamələrinə (2 və 3-cü redaksiyada) əsasən, müəyyən edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi Azərbaycan Həmkarlar İttifaqları X4 “Yasamal” idman-sağlamlıq klubunun direktoru işləmiş Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə ünvan 7 ünvanında yerləşən stadionun 0,14083 hektar torpaq sahəsinin üzərində yerləşən 800,4 m2 əsas, 383,2 m2 köməkçi sahə olmaqla, ümumi sahəsi 1183 m2 sahədən ibarət əmlak kompleksinin dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Spartak” X42- İdman Cəmiyyətinin istifadəsində olmasını bilməklə, Zərərçəkmiş şəxs4 ilə Gəncə şəhərində 2007-ci ilin əvvəllərində görüşləri zamanı həmin stadionun yerləşdiyi torpaq sahəsinin üzərində olan əmlak kompleksini 400000 manata ona sata biləcəyini və bundan sonra orada idman klubunu yaratmaq imkanının olduğunu, bunun üçün ilk öncə əmlakın alğı-satqısı və ilkin olaraq beh kimi 200000 manat pul vəsaitinin verilməli olduğunu, daha sonra alğı-satqı müqaviləsi bağlanmaqla həmin əmlak kompleksinin ona satılacağını, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının özünün yaxın münasibətdə olduğu rəhbər vəzifəli şəxslərindən sənədləşdirilməyə razılıq ala biləcəyini, həmin məsələni Zərərçəkmiş şəxs4 xeyrinə həll etmək üçün aldığı məbləği bir hissəsini qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməli olmasını ona bildirib həmin məsələni həll etmək imkanında olduğunu Zərərçəkmiş şəxs4 yalandan vəd edərək, sonuncunun razılığını alıb sövdələşərək, həmin adla 2007-ci ilin əvvəllərində 200000 (iki yüz min) manat pul vəsaitini Zərərçəkmiş şəxs4 ünvan 8 ünvanında yerləşən işlədiyi qurumun inzibati binasındakı xidməti otağında alaraq, qeyd edilən əmlak kompleksinin faktiki olaraq Zərərçəkmiş şəxs4 rəhbərlik etdiyi “X59 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə keçməsi üçün “Xəmsə” X43 AHİİTA-nın üzvlüyünə qəbul edilməsi və AHİİTA-nın balansında AHİK-in mülkiyyəti olan və Gəncə şəhərində yerləşən stadionun əmlak kompleksinin balansının qalıq dəyəri ödənilməklə MMC-yə verilməsi barədə AHİK-in İcraiyyə Komitəsinin müvafiq olaraq 19 fevral 2007-ci il tarixli və 4 aprel 2007-ci il tarixli qərarlarının müvafiq proseduralar üzrə qəbul edilməsinə, AHİİTA-nın balansında olan “Spartak” KBTİC-nin istifadəsinə verilmiş sahəsi 1183,6 m2 olan idman qurğularının AHİİTA tərəfindən MMC-yə təhvil verilməsi barədə 30 aprel 2007-ci il tarixli təhvil-təslim aktının tərtib edilməsinə, AHİK-in balansında olan, Gəncə şəhərində yerləşən stadionun əmlakının “X59 Klubu” MMC-nin mülkiyyətinə verilməsi barədə 8 iyun 2007-ci il tarixdə müqavilənin tərəfindən imzalanmasına və 8 iyun 2007-ci il tarixdə balans dəyəri olaraq 10800 manat pul vəsaitinin ödənilməsinə nail olduqdan sonra 2007-ci ilin ortalarında qalan 200000 manat məbləğində pul vəsaitini qeyd edilən xidməti otağında Zərərçəkmiş şəxs4 alıb, aldığı həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitini ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Göygöl şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən stadionun 21256,9 m2 torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və "xxxx" X66 Cəmiyyətinin istifadəsində olmasını bilməklə, Zərərçəkmiş şəxs4 ilə 2008-ci ilin əvvəllərində ünvan 9 ünvanında yerləşən xidməti otağına görüşləri zamanı həmin stadionun yerləşdiyi torpaq sahəsini və onun üzərində olan daşınmaz əmlak kompleksini 400000 manata ona sata biləcəyini, bundan sonra sonuncunun orada idman klubunu yaratmaq imkanının olduğunu, bunun üçün ilk öncə əmlakın alğı-satqısı və ilkin olaraq beh kimi 200000 manat pul vəsaitinin verilməli olduğunu, həmin behin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər vəzifəli şəxslərinə özü vasitəsilə rüşvət qismində çatacağını, bundan sonra alğı-satqı müqaviləsi bağlanmaqla həmin torpaq sahəsinin və onun üzərində olan əmlak kompleksinin ona satılacağını, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu, vəzifəli şəxslər vasitəsilə torpaq sahəsinin sənədləşdirilməsinə razılıq almaqla köməklik göstərə biləcəyini, əlavə olaraq sənədləşmənin başa çatdırılması üçün 200000 manat pul vəsaitinin Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə veriləcəyini, həmin məsələləri həll etmək üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan cəmi 400000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməli olmasını ona bildirib həmin məsələni həll etmək imkanında olduğunu Zərərçəkmiş şəxs4 yalandan vəd edərək, sonuncunun razılığını alıb sövdələşərək, həmin adla 2008-ci ilin əvvəllərində 300000 (üç yüz min) manat pul vəsaitini sonuncudan qeyd edilən ünvanda yerləşən xidməti otağında alaraq həmin torpaq sahəsinin və onun üzərində olan əmlak kompleksinin faktiki olaraq Zərərçəkmiş şəxs4 rəhbərlik etdiyi “X54 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə keçməsi üçün AHİK-in balansında olan, Xanlar şəhər stadionunun MMC-nin mülkiyyətinə verilməsi barədə 18 yanvar 2008-ci il tarixdə müqavilənin imzalanmasına, 18 yanvar 2008-ci il tarixdə balans dəyəri olaraq 10800 manat pul vəsaitinin ödənilməsinə, AHİİTA-nın balansında olan və "xxxx" KKİC-nin istifadəsinə verilmiş stadionun MMC-yə verilməsi barədə AHİK-in 1 fevral 2008-ci il tarixli qərarının qəbul edilməsinə, AHİK-in balansında olan və "xxxx" KKİC-nin istifadəsinə verilmiş stadionun MMC-yə təhvil verilməsi barədə 1 fevral 2008-ci il tarixli aktın tərtib edilməsinə müvafiq proseduralar üzrə nail olduqdan sonra 2008-ci ilin ortalarında qalan 43000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs4 özündən 57000 manat məbləğində pul vəsaitini isə sonuncunun cinayətdən xəbərsiz tanışı X46 vasitəsilə xidməti otağında alıb, aldığı həmin pul vəsaitini şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 400000 (dörd yüz min) manat məbləğində pul vəsaitini ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, həmin stadionun 0,30 hektara qədər hissəsini təşkil edən torpaq sahəsinin satın alınmasında köməklik göstərilməsi üçün 2011-ci ilin əvvəllərində Təqsirləndirilən şəxs2 vasitəsi ilə müraciət etmiş Zərərçəkmiş şəxs3 cinayətkar niyyətlərinə uyğun olaraq guya özlərinin həmin İttifaqın və digər ali qurumların rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək qeyd edilən sahənin özəlləşdirilməsi və bundan sonra ona satışının həyata keçirilməsi, habelə sənədləşdirilmə üzrə tikintiyə də köməklik göstərə biləcəklərini Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 aldatmaqla vəd edib, özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi müvafiq hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 650000 (altı yüz əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında yerləşən stadionun yaxınlığında görüşləri zamanı Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs3 aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin adla 2011-ci ilin əvvəllərindən 2012-ci ilin sonlarınadək olan müddətdə Təqsirləndirilən şəxs2 vasitəsi ilə 200000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 159540 (bir yüz əlli doqquz min beş yüz qırx) manat və 494000 (dörd yüz doxsan dörd min) manat olmaqla, ümumilikdə 653540 (altı yüz əlli üç min beş yüz qırx) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə görüşləri zamanı Zərərçəkmiş şəxs3 almaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləyərək, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 653540 (altı yüz əlli üç min beş yüz qırx) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, Təqsirləndirilən şəxs2 ev alğı-satqısı fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz Şahid4 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 və onun şərikləri Zərərçəkmiş şəxs2, X33 ilə sonuncunun Bakı şəhəri, Səbail rayonu, H.Babayev qardaşları 4 C ünvanında yerləşən ofisində 2021-ci ilin iyun ayının əvvəllərində görüşləri zamanı cinayətkar niyyətlərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 guya həmin stadionun yerləşdiyi torpaq sahəsini ******* manata onlara sata biləcəyini, bundan sonra həmin ərazidə hündürmərtəbəli yaşayış binası inşa etmək imkanlarının olduğunu, bunun üçün ilk öncə ərazinin özəlləşdirilməsi və ilkin olaraq beh kimi cəmi 900000 manat pul vəsaitinin verilməli olduğunu, sənədləşmənin 2021-ci ilin avqust ayına kimi başa çatacağını və bundan sonra alğı-satqı müqaviləsi bağlanmaqla həmin sahənin onlara satılacağını, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu, vəzifəli şəxslər vasitəsilə torpaq sahəsinin sənədləşdirilməsinə razılıq almaqla köməklik göstərə biləcəyini, həmin məsələni həll etmək üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə veriləcək 900000 manat məbləğində maddi nemətin bir hissəsinin rüşvət qismində verilməli olmasını Təqsirləndirilən şəxs2la aralarındakı cinayətkar niyyətə uyğun sonuncu vasitəsilə onlara bildirib həmin məsələni həll etmək imkanında olduğunu Zərərçəkmiş şəxs1 və sonuncunun şəriklərinə yalandan vəd edərək, sonuncuların razılığını alıb, sövdələşərək, həmin adla Təqsirləndirilən şəxs2 vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Rəşad Məmmədovun işçisi Şahid1 450000 manat, xx.xx.2021-ci il tarixdə 200000 manat, xx.xx.2021-ci il tarixdə 250000 manat olmaqla, ümumilikdə 900000 (doqquz yüz min) manat pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a ünvanında yerləşən 12 saylı notariat ofisində alıb, gələcəkdə məsuliyyətdən yayınmaq və görüntü yaratmaq məqsədilə qeyd edilən pul vəsaitlərinin verilməsini notarial qaydada xx.xx.2021-ci il tarixli, reyestrdə 3M- 1109 nömrə ilə qeydiyyata alınmış beh müqaviləsi bağlayıb rəsmiləşdirərək, aldıqları həmin pul vəsaitini qeyd edilən tarixlərə uyğun qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus cəmi 900000 (doqquz yüz min) manat məbləğində pul vəsaitini xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını külli və xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası “Spartak” X42-İdman Cəmiyyətinin Respublika Şurası üzrə 31 mart 2006-cı il tarixli, 10/K nömrəli və 2 oktyabr 2013-cü il tarixli, 39K nömrəli əmrlə əvvəlki “Yasamal” sağlamlıq-idman klubuna təmirçimühəndis vəzifəsinə, daha sonra əvvəlki “Yasamal” stadionunun müdiri (“Yasamal” sağlamlıq-idman klubun sədri), hazırki Azərbaycan Həmkarlar İttifaqları X4 “Yasamal” idman-sağlamlıq klubunun direktoru vəzifəsinə təyin edilməklə 21 aprel 2022-ci il tarixədək həmin vəzifələrdə işləyərkən 3 iyul 1996-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Azərbaycan Həmkarlar İttifaqları X2 “Yasamal” sağlamlıq-idman klubunun Nizamnaməsinin 3-cü bəndinə əsasən müəyyən edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi Azərbaycan Həmkarlar İttifaqları X2 prezidenti vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, həmin stadionun 0,30 hektara qədər hissəsini təşkil edən torpaq sahəsinin satın alınmasında köməklik göstərilməsi üçün 2011-ci ilin əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətlərinə uyğun olaraq guya özlərinin həmin İttifaqın və digər ali qurumların rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək qeyd edilən sahənin özəlləşdirilməsi və bundan sonra ona satışının həyata keçirilməsi, habelə sənədləşdirilmə üzrə tikintiyə də, köməklik göstərə biləcəklərini Zərərçəkmiş şəxs3 aldatmaqla vəd edib, özləri barədə formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək həmin məsələnin müsbət həlli üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onun xeyrinə edəcəyi müvafiq hərəkətlərə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 650000 (altı yüz əlli min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında yerləşən stadionun yaxınlığında görüşləri zamanı Zərərçəkmiş şəxs3 aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin adla 2011-ci ilin əvvəllərindən 2012-ci ilin sonlarınadək olan müddətdə 200000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 159540 (bir yüz əlli doqquz min beş yüz qırx) manat və 494000 (dörd yüz doxsan dörd min) manat olmaqla, ümumilikdə 653540 (altı yüz əlli üç min beş yüz qırx) manat məbləğində pul vəsaitini Bakı şəhəri ərazisində müxtəlif yerlərdə görüşləri zamanı Zərərçəkmiş şəxs3 alaraq qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmiş, qeyd edilən stadionun torpaq sahəsinin Zərərçəkmiş şəxs3 satılması ilə bağlı sənədləşmə prosesinin getməsinə inam və sonuncunu aldatmaq niyyətinin olmaması görüntüsü yaratmaq üçün 2014-cü il tarixdə həmin stadionun Azərbaycan Həmkarlar İttifaqları X2 balansında olması barədə 15 may 2014-cü il tarixli, **********39-12101 nömrəli texniki pasportun məzmununa balans saxlayıcı və istifadəçi kimi AHİİTA-nın qeyd edilməsinə baxmayaraq, həmin müddətdə qeyd edilən yerdə kompüterdə xüsusi proqram təminatı vasitəsilə tamah niyyətilə bilə-bilə yalan, yəni həmin stadionun Azərbaycan Həmkarlar İttifaqları X2 balansında olması barədə 15 may 2014-cü il tarixli, **********39-12101 nömrəli texniki pasportun məzmununa balans saxlayıcı və mülkiyyətçi kimi öz soyad, ad və ata adı, eləcə də Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanının əvəzinə qeyri-yaşayış sözlərini daxil edib çap qurğusu vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxardıqdan sonra müvafiq saxta rəsmi sənədi Zərərçəkmiş şəxs3 təqdim edərək, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 653540 (altı yüz əlli üç min beş yüz qırx) manat məbləğində pul vəsaitini ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, rəsmi sənədin məzmununa bilə-bilə yalan məlumatları tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, Azərbaycan Həmkarlar İttifaqları X2 prezidenti vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, ev alğı-satqısı fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz Şahid4 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs1 və onun şərikləri Zərərçəkmiş şəxs2, X28 ilə sonuncunun Bakı şəhəri, Səbail rayonu, H.Babayev qardaşları 4 C ünvanında yerləşən ofisində 2021-ci ilin iyun ayının əvvəllərində görüşləri zamanı cinayətkar niyyətlərinə uyğun olaraq guya həmin stadionun yerləşdiyi torpaq sahəsini ******* manata onlara sata biləcəklərini, bundan sonra həmin ərazidə hündürmərtəbəli yaşayış binası inşa etmək imkanlarının olduğunu, bunun üçün ilk öncə ərazinin özəlləşdirilməsi və ilkin olaraq beh kimi cəmi 900000 manat pul vəsaitinin verilməli olduğunu, sənədləşmənin 2021-ci ilin avqust ayına kimi başa çatacağını və bundan sonra alğı-satqı müqaviləsi bağlanmaqla həmin sahənin onlara satılacağını, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu, vəzifəli şəxslər vasitəsilə torpaq sahəsinin sənədləşdirilməsinə razılıq almaqla köməklik göstərə biləcəyini, həmin məsələni həll etmək üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə veriləcək 900000 manat məbləğində maddi nemətin bir hissəsinin rüşvət qismində verilməli olmasını Təqsirləndirilən şəxs1lə aralarındakı cinayətkar niyyətə uyğun onlara bildirib həmin məsələni həll etmək imkanında olduğunu Zərərçəkmiş şəxs1 və sonuncunun şəriklərinə yalandan vəd edərək, sonuncuların razılığını alıb, sövdələşərək, həmin adla xx.xx.2021-ci il tarixdə Rəşad Məmmədovun işçisi Şahid1 450000 manat, xx.xx.2021-ci il tarixdə 200000 manat, xx.xx.2021-ci il tarixdə 250000 manat olmaqla, ümumilikdə 900000 (doqquz yüz min) manat pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a ünvanında yerləşən 12 saylı notariat ofisində alıb, gələcəkdə məsuliyyətdən yayınmaq və görüntü yaratmaq məqsədilə qeyd edilən pul vəsaitlərinin verilməsini notarial qaydada xx.xx.2021ci il tarixli, reyestrdə 3M-1109 nömrə ilə qeydiyyata alınmış beh müqaviləsi bağlayıb rəsmiləşdirərək, aldıqları həmin pul vəsaitini qeyd edilən tarixlərə uyğun qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1lə aralarında bölərək şəxsi ehtiyaclarına xərcləməklə, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus cəmi 900000 (doqquz yüz min) manat məbləğində pul vəsaitini xüsusilə külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 həmin vəzifədə işləyərkən, təkrarən, qeyd olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Yasamal rayonu, X72 prospekti 69D ünvanında stadionun yerləşdiyi 1,26 ha torpaq sahəsinin və onun üzərində olan daşınmaz əmlakın dövlət mülkiyyətində olmaqla, Azərbaycan Həmkarlar İttifaqları X2 balansında və “Yasamal” idman-sağlamlıq klubunun istifadəsində olmasına baxmayaraq, ev alğı-satqısı fəaliyyəti ilə məşğul olan cinayətdən xəbərsiz Şahid5 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs5 ilə sonuncunun şəriki Şahid6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi ev 7-də yerləşən ofisdə 15-xx.xx.2022-ci il tarixlərdə görüşləri zamanı guya həmin stadionun yerləşdiyi torpaq sahəsini ******* manata ona sata biləcəyini, bundan sonra həmin ərazidə hündürmərtəbəli bina inşa etmək imkanının olduğunu, bunun üçün ilk öncə ərazinin özəlləşdirilməli və ilkin olaraq beh kimi 350000 manat pul vəsaitinin verilməli olduğunu, sənədləşmənin xx.xx.2022-ci il tarixədək başa çatacağını və bundan sonra alğısatqı müqaviləsi bağlanmaqla həmin sahənin ona satılacağını, həmçinin özünün guya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın, digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətinin olduğunu, vəzifəli şəxslər vasitəsilə torpaq sahəsinin sənədləşdirilməsinə razılıq almaqla köməklik göstərə biləcəyini, həmin məsələni həll etmək üçün qeyd edilən vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar onların xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə veriləcək 350000 manat məbləğində maddi nemətin bir hissəsinin rüşvət qismində verilməli olmasını Zərərçəkmiş şəxs5 bildirib həmin məsələni həll etmək imkanında olduğunu aldatmaqla vəd edərək özünə qarşı inam yaratmaqla razılaşıb sövdələşdikdən sonra həmin niyyətlə 18 aprel 2022-ci il tarixdə 350000 (üç yüz əlli min) manat pul vəsaitini ünvan 12 ünvanında yerləşən 32 saylı notariat ofisində ondan alıb, gələcəkdə məsuliyyətdən yayınmaq və görüntü yaratmaq məqsədilə qeyd edilən pul vəsaitinin verilməsini notarial qaydada xx.xx.2022-ci il tarixli, reyestrdə 3M-464 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsi bağlayıb rəsmiləşdirərək, aldığı pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyib, bundan sonra öz cinayətkar əməlini davam etdirərək Zərərçəkmiş şəxs5 guya Sabunçu rayon İcra Hakimiyyətinin başçısı təyin edildiyi üçün rəhbər vəzifəli şəxslərə hədiyyə alacağı adı altında 6000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 10200 manat məbləğində pul vəsaitinin ona verilməsini yalandan bildirib, həmin adla 2022-ci ilin may ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, K.Kazımzadə küçəsi ev 7-də yerləşən ofisdə Zərərçəkmiş şəxs5 10200 (on min iki yüz) manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi 360200 (üç yüz altmış min iki yüz) manat məbləğində pul vəsaitini külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs5 aldadıldığını başa düşərək qalan pul vəsaitini verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, həmin pul vəsaitini ondan almağa nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi ******* (səkkiz milyon) manat məbləğində pul vəsaitini xüsusilə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi məhkəməyə 1 ədəd disk təqdim edib həmin diskdəki səs yazılarının hər iki təqsirləndirilən şəxs arasında baş tutmuş danışıq kimi qəbul edilməsini, diskin cinayət işi üzrə sübut növü kimi tanınmasını məhkəmədən xahiş etmişdir. Digər təqsirləndirilən şəxsin müdafiəçiləri isə həmin disklə bağlı öz təşəbbüsləri ilə “X22” MMC tərəfindən 24 may 2024-cü il tarixli, 74 saylı mütəxəssis rəyini məhkəməyə təqdim edib həmin diskdəki yazılarda montaj və saxtakarlığın mövcud olduğunu bildirərək müvafiq rəyin sübut növü kimi tanınmasını məhkəmədən xahiş etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 gizli yolla Təqsirləndirilən şəxs1 səsini yazmış, Təqsirləndirilən şəxs1 razılığı və məlumatı olmadan səs yazısı yazılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Göründüyü kimi, həmin diskdə olan məlumatlar Təqsirləndirilən şəxs1 konstitusion hüquqlarını pozmaqla əldə edildiyindən sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs1 müdafiəçilərinin təqdim etdiyi müvafiq mütəxəssis rəyi yuxarıda istinad edilən diskdə olan məlumatlarla bağlı olduğundan, həmin disk də sübut növü kimi qiymətləndirilmədiyindən, məhkəmə X22” MMC-nin 24 may 2024cü il tarixli 74 saylı mütəxəssis rəyini sübut növü kimi qəbul etmir. Həmçinin, məhkəmə bir halı qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla aparılmış cinayət təqibi üzrə bir sıra epizodlara hüquqi qiymət verilmiş, hazırki hökmün sənədlərin tədqiqi hissəsində adları qeyd edilmiş şəxslər barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərardan cinayət prosesinin iştirakçıları tərəfindən hər hansı şikayət edilməmiş, tərəflər həmin qərarı mübahisələndirməmişlər. Habelə, məhkəmədə belə bir məlumat da yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1-Ağa-Musa oğlu, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 Əlvər oğlu və Zərərçəkmiş şəxs5, şahidlər Şahid1, Şahid2, Şahid3, X40 və Şahid6 məhkəmə baxışı və ona uyğun məhkəməyədək icraat zamanı, Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, üzləşdirmə protokolları, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul etməklə, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 178.4-cü maddəsi, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 29,178.4, 178.4 və 313-cü maddələrinə tövsif edilməklə, onların həmin cinayət əməllərini törətməsi və əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 29,178.4, 178.4 və 313-cü maddələri ilə təqsirli bilinməli, cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 75.2-ci maddəsinin tələbinə görə müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinin tələbinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə əsasən, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, CPM-in 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə bir halı qeyd edir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş Zərərçəkmiş şəxs4 ilə bağlı ittiham üzrə cinayət əməlinin törədildiyi vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən həmin əməl ağır cinayət sayıldığından və cinayət məsuliyyətinə cəlb etmə müddəti, yəni 12 ildən artıq müddət keçdiyindən Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 178.4-cü maddəsində, Təqsirləndirilən şəxs2 əməlində isə Cinayət Məcəlləsinin 29,178.4, 178.4 və 313-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişlər. Onların əməllərində başa çatmış və başa çatmamış cinayətlər vardır. Təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun müvafiq qərarına əsasən, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs Cinayət Məcəlləsinin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinir və ona cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Odur ki, Təqsirləndirilən şəxs2 isə 29,178.4, 178.4 və 313-cü maddələri ilə təqsirli bilinməli, ona Cinayət Məcəlləsinin 29, 178.4 və 178.4-cü maddələrinə görə vahid cəza təyin edilməli, Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin olunmamalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarında olan qəbzlərdən, sənədlərdən və məhkəmə araşdırması zamanı gəlinən nəticədən görünür ki, vurullmuş ziyandan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 100000 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs3 400000 manat pul vəsaitini ödəmişlər. Habelə, Zərərçəkmiş şəxs3 məhkəməyə verdiyi ifadəsində 150000 manat məbləğində pul vəsaitini tələb etmədiyini bildirmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, 75 yaşında olmaqla ahıl yaşda olmasını, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmamasını, səhhətini, “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı və “Tərəqqi” medalları ilə mükafatlandırılması, iş yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tələblərinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilə bilər. Müstəsna hal Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu hesab edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 8-ci bəndinə görə Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları, yəni şəxsiyyətini, dövlət təltiflərinin mövcudluğunu, ahıl yaşında, yəni 75-dən artıq yaşda olmasını, səhhətində olan xəstəliyini, zərərçəkmiş şəxslərə qismən ziyan ödəməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmamasını müstəsna hal kimi qiymətləndirir və barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza, yəni azadlıqdan məhrumetmə əsas cəzası təyin edilməlidir. Bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 bugünədək davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 16 avqust 2022-ci il tarixdən tutularaq hazırkı vaxtadək həbsdə saxlanıldığı müddətin ümumi cəza müddətinə hesablanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslərə qismən ziyan ödəməsi, ahıl yaşında, yəni 75-dən artıq yaşda olması, səhhətində olan xəstəliyi, şəxsiyyəti, dövlət təltiflərinin mövcudluğu, ilk dəfə cinayət törətməsi, əvvəllər məhkumluğunun olmaması kimi yüngülləşdirici hallar, habelə təqsirləndirilən şəxsin iki ildən artıq müddətdə həbsdə olması nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan və azadlıqdan məhrum etmə növündə cəzasını real çəkmədən də islah olunmasını mümkün sayır. Belə ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onun səhhəti, yaşı, həbsdə saxlanıldığı müddət ərzində davamlı müalicədə olması nəzərə alındıqda onun səhhətinin vəziyyətinin pisləşməsinə, səhhətində ciddi problemlərin yaranmasına gətirib çıxara bilər, o və ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, onun davranışı üzərində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır. Təqsirləndirilən şəxs1 barəsində hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal azad olunmalı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə müvafiq cəzanın şərti olaraq çəkməsi ilə yanaşı, Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsi ilə bağlı hazırki hökmdə qeyd edilmiş müddəaları nəzərə almaqla qeyd edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları, yəni zərərçəkmiş şəxslərə vurulmuş ziyanı qismən ödəməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini müstəsna hal kimi qiymətləndirir və barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsinin tətbiq edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza, yəni azadlıqdan məhrumetmə əsas cəzası təyin edilməlidir. Bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınların ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkməsi ilə yanaşı, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli texniki pasport, xx.xx.2021-ci il tarixli qəbz, AHİİTA-nın sədri Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xx.xx.2021-ci il tarixli, 42 nömrəli etibarnamə, xx.xx.2021-ci il tarixli beh müqaviləsi və order, xx.xx.2021-ci il tarixli müqavilə və order, xx.xx.2021-ci il tarixli müqavilə və order, xx.xx.2022-ci il tarixli müqaviləyə düzəlişə dair müqavilə və qəbz, xx.xx.2021-ci il tarixli müqavilə və qəbzin surətləri, “Azercell”, “Bakcell” və “Azerfon” mobil telefon operatorlarından götürülmüş 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddialara dair məhkəmənin mövqeyi: Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 800000 (səkkiz yüz min) manat və 1090 (bir min doxsan) manat dövlət rüsumunun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq onlara ödənilməsi məhkəmədən xahiş etmişlər. Bundan əlavə, Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 984000 (doqquz yüz səksən dörd min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs5 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 360200 (üç yüz altmış min iki yüz) manat pul vəsaitinin Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan savayı, Zərərçəkmiş şəxs4 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi olaraq 800000 (səkkiz yüz min) manat pul vəsaitinin Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə baxış iclaslarında zərərçəkmiş şəxslər tərəfindən təqdim edilən mülki iddia ərizələrinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək icraata qəbul etmiş, müvafiq mülki iddialara münasibətdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə müvafiq mülki iddialara münasibətdə mülki cavabdeh qismində tanınmışlar. Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Cinayət-Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Cinayət-Prosessual Məcəlləsinin 185 və 354-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməli, hökmdə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, və ya iddianın rədd edilməsi, yaxud iddianın baxılmamış saxlanması barədə qərarlardan birini qəbul etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə qərara gəlir ki, müvafiq mülki iddialar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun, vaxtında yazılı formada verilmiş, cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilmiş, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri üzrə təqsirliliyi tam sübuta yetirildiyindən, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 birgə mülki iddiası tam təmin edilməli, maddi zərərin əvəzi kimi 800000 (səkkiz yüz min) manat pul vəsaiti və 1090 (bir min doxsan) manat dövlət rüsumu təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq müştərək qaydada zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməli, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiası tam təmin edilməli, maddi zərərin əvəzi kimi 360200 (üç yüz altmış min iki yüz) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 ödənilməli, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası tam təmin edilməli, maddi zərərin əvəzi kimi 800000 (səkkiz yüz min) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Təqsirləndirilən şəxs1 ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərə irəli sürülmüş 803540 manat dəyərində olan ittiham üzrə 2004-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar olan 150000 manata dair hər hansı pul tələbi və şikayətinin olmadığını, 2011-2012-ci il tarixlərdə ələ keçirilmiş pula görə isə 400000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs2 tərəfindən geri qaytarıldığını bildirmişdir. Belə olduğu halda, məhkəmə belə nəticəyə gəlir ki, müvafiq ittiham üzrə 253540 manat (803540-150000-400000=253540) məbləğində ödənilməmiş pul vəsaitinin qaldığı qənaətinə gəlir. Zərərçəkmiş şəxs3 mülki iddia ərizəsinə kredit müqaviləsi əlavə edib faizlərə görə banka olan 200000 manat borcunun da təqsirləndirilən şəxlərdən tutulmasını məhkəmədən xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq Plenum qərarına əsasən, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Göründüyü kimi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddia üzrə tələbi ittihamda göstərilən maddi ziyandan artıqdır və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəbdir. Bu səbəbdən, məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən, yəni 253540 manat dəyərində təmin edilməli, mülki iddia qalan hissədə baxılmamış saxlanılmalıdır. “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarına əsasən, mülki iddianı təmin etmək üçün təqsirləndirilən şəxsin və yaxud onun törətdiyi cinayətə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsin əmlakı üzərinə həbs qoyulmuşsa, məhkəmə hökmün nəticəvi hissəsində təmin olunmuş tələblər üzrə ödənilməli olan pul məbləğinə uyğun olan dəyərdə üzərinə qoyulmuş həbsin saxlanıldığı əmlakı göstərməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)- 2113/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2-ci döngə, 17A nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi ünvanında 0,225 ha torpaq sahəsi üzərində yerləşən 770 saylı bağ evi, Xaçmaz rayonu, Ağçay kəndində yerləşən 1,4096 ha və 0,5968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, sonuncunun yaxın qohumu X24 adına ünvan 1 ünvanı, eləcə də Təqsirləndirilən şəxs2 məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 164, mənzil 40, yaxın qohumu- arvadı X10 məxsus Bakı şəhəri, K.Balakişiyev küçəsi, ev 57, mənzil 19, ünvan 24, “BMW 525” markalı, “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə, Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən hazırki iş üzrə məhkəmə məsrəfi yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, barəsində Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 16 avqust 2022-ci il tarixdən tutularaq hazırkı vaxtadək həbsdə saxlanıldığı müddət ümumi cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 03 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun, onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.4, 178.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla, Cinayət Məcəlləsinin 29,178.4 və 178.4-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə həmin Məcəllənin 75.1.1-ci və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 16 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddiası tam təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 800000 (səkkiz yüz min) manat pul vəsaiti və 1090 (bir min doxsan) manat dövlət rüsumu təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə 253540 (iki yüz əlli üç min beş yüz qırx) manat pul vəsaiti təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin, mülki iddia qalan hissədə baxılmamış saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki qaydada iddia vermək hüququ izah edilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddiası tam təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 360200 (üç yüz altmış min iki yüz) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs5 ödənilsin. İş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddiası tam təmin olunsun. Cinayət nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi 800000 (səkkiz yüz min) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 ödənilsin. İş üzrə vurulmuş ziyanın ödənilməsi və mülki iddianın təmininə yönədilməsi məqsədilə məhkəmə qərarı ilə daşınmaz əmlakların, yəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2-ci döngə, 17A nömrəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,03 ha torpaq sahəsi, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi ünvanında 0,225 ha torpaq sahəsi üzərində yerləşən 770 saylı bağ evi, Xaçmaz rayonu, Ağçay kəndində yerləşən 1,4096 ha və 0,5968 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri, ünvan 1, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 164, mənzil 40, Bakı şəhəri, K.Balakişiyev küçəsi, ev 57, mənzil 19, ünvan 24, habelə daşınar əmlakın, yəni “BMW 525” markalı, “**-ZP-***” dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2014-cü il tarixli texniki pasport, xx.xx.2021ci il tarixli qəbz, AHİİTA-nın sədri Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xx.xx.2021-ci il tarixli, 42 nömrəli etibarnamə, xx.xx.2021-ci il tarixli beh müqaviləsi və order, xx.xx.2021-ci il tarixli müqavilə və order, xx.xx.2021-ci il tarixli müqavilə və order, xx.xx.2022-ci il tarixli müqaviləyə düzəlişə dair müqavilə və qəbz, xx.xx.2021-ci il tarixli müqavilə və qəbzin surətləri, “Azercell”, “Bakcell” və “Azerfon” mobil telefon operatorlarından götürülmüş 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfinin, xüsusi müsadirə edilməli olan əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov