Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1790/2024 11.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokurorları Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışı məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik və psixotrop maddələrin qoyulacaq ünvanlar barədə İran İslam Respublikası vətəndaşı “Abbas” adlı şəxsdən məlumat aldıqdan sonra Abşeron rayonu Saray qəsəbəsi ərazisində gizlədilmiş külli miqdarda olmaqla ümumi təmiz çəkisi 95,639 qram narkotik vasitə olan heroini və külli miqdarda olmaqla ümumi təmiz çəkisi 157,517 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq, Nərimanov RPİ-nin inzibati binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ çiynindən asdığı və üzərində “Porsche” sözü yazılmış idman çantasının içərisindən 08 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 56,518 qram, 12,240 qram, 12,555 qram,6,698 qram, 6,420 qram, 0,288 qram, 0,719 qram, 0,201 qram olmaqla öz aralarında kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 95,639 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 35 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 42,546 qram, 26,365 qram, 21,751 qram, 5,294 qram, 4,141 qram, 3,987 qram, 4,241 qram, 5,444 qram, 1,184 qram, 4,751 qram, 2,625 qram, 0,946 qram, 2,709 qram, 1,445 qram, 1,881 qram, 1 „932 qram, 0,886 qram, 0,961 qram, 1,035 qram, 0,591 qram, 0,890 qram, 0,661 qram, 0,675 qram, 0,9801 qram, 0,265 qram, 0,442 qram, 2,751 qram, 3,760 qram və 1,735 qram olmaqla, öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 157,517 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, hər birinin üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 02 ədəd boz-gümüşü və ağ- göy rəngli elektron tərəzi aşkar edilərək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Ona qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər oğurluq cinayəti törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Təxminən 2 ilə yaxındır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitəni Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə etmişdir. O, sosial şəbəkələrdə özünü İran İslam Respublikasının vətəndaşları kimi təqdim edən Abbas adlı şəxslə tanış olmuşdur. Abbas ona bildirmişdir ki, narkotik vasitə və psixatrop maddə lazım olan zaman ondan ala bilər. Buna görə də o, bir neçə dəfə Abbasın vasitəsi ilə narkotik vasitə əldə edərək istifadə etmişdir. Abbas göndərdiyi narkotik vasitələri götürüb deyəcəyi ünvanlara qoymağı qarşılığında ona pul verəcəyini bildirmişdir. O da maddi cəhətdən sıxıntı çəkdiyi üçün razılaşmış və Abbasın ona bildirdiyi yerlərdən narkotik vasitəni götürüb dediyi yerlərə qoyaraq həmin yerin foto şəklini və məkan, yəni konumunu “Whatsapp” proqramı vasitəsi ilə Abbasa göndərmişdir. Bunun qarşılığında isə Abbas ona pul göndərmişdir. Həmçinin özü də Abbasa məxsus narkotik vasitə və psixatrop maddəni satışını təşkil etmişdir. Abbasın istəyi üzrə narkotik vasitə və psixatrop maddəni Bakı şəhərində müxtəlif ünvanlara qoyduğu üçün çantanı üzərində saxlayaraq gəzdirmişdir ki, lazım olan ünvanlara qoya bilsin. 04 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində ünvan 6 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Nərimanov RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər.O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb sağ çiynində asdığı 01 ədəd göy və qara rəngli, ağ rəngdə “Porsche” söz yazılmış idman çantasını çıxarıb masanın üzərinə qoyaraq içərisində narkotik vasitə və psixatrop maddə olduğunu bildirmişdir. Həmin çantaya baxış keçirilən zaman içərisindən 01 ədəd “Pasha Bank”-a məxsus 4182- 4957-0032-0413 saylı olan bank kartı, 01 ədəd tünd göy rəngli üzərində “Note Book” sözləri yazılmış qeydiyyatdan dəftəri, 01 ədəd açıq göy rəngli qeydiyyat dəftəri, 01 ədəd rəngli üzərində “Note Book” yazısı olan qeydiyyat dəftəri, 01 ədəd yaşıl və ağ rəngli üzərində “A5” yazısı olan qeydiyyat dəftəri, 01 ədəd boz rəngli elektron tərəzi, 01 ədəd ağ və göy rəngli elektron tərəzi, 01 ədəd ağ və qırmızı rəngli üzərində “Podyum Park” yazısı olan sellofan paketin içərisindən 09 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “200” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “22+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “R” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “7” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+4” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “5+” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “1” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+27” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “7” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+3.36” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+9” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “T+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “Əla 6.2” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “T” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “2” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “2, 5, 7,6” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “3P” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “5P” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 04 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə, 01 ədəd qara rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “8+2” yazısı olan ağ və qəhvəyi rəngli spesifik qoxuya malik maddə, 01 ədəd qara rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “8+4” yazısı olan ağ və qəhvəyi rəngli spesifik qoxuya malik maddə, 01 ədəd qara rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “15” yazısı olan qəhvəyi rəngli spesifik qoxuya malik maddə, 01 ədəd göy rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “1+3” yazısı olan ağ və qəhvəyi rəngli spesifik qoxuya malik maddə aşkar edilmişdir. Sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd tünd göy rəngli “Samsung A23” markalı mobil telefonu, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd qəhvəyi rəngli üzərində “LİA NİAO TA” yazısı olan pul kisəsinin içərisindən, 4098-5844-6567-9833, 4098-5844-7151-3737, 4098-5844- 9638- 1946 nömrəli “LEO” bank kartları, 01 ədəd 4169-7388-2659-7977 nömrəli “Kapital Bank” kartını, 01 ədəd 5243-7544-4224-3331 nömrəli “Unibank” kartını, 01 ədəd özümə məxsus AA******* seriya nömrəli şəxsiyyət vəsiqəsi və 01 ədəd üzərində A 07307904 seriyalı 10 manat pul əsginasmı çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddələrin nə olduğunu və haradan aldığını soruşanda o, həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını, həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan Abbas adlı şəxsin göstərişi ilə sonuncunun deyəcəyi ünvanlara qoymaq məqsədi ilə qoyulduğu Abşeron rayonu, Sayar qəsəbəsindən götürdüyünü bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxsin göndərdiyi narkotik vasitə və psixatrop maddəni sonuncunun istəyi üzrə müxtəlif ünvanlara qoyaraq həmin yerin ünvan, məkan və yerin fotoşəkilini çəkərək “Whatsapp” proqramı vasitəsi ilə Abbasa göndərmişdir. Abbasın bildirdiyi ünvanlara narkotik vasitələri qoymağı barədə təqdim etdiyi dəftərlərdə qeydiyyatlar aparmışdır. Bunun qarşılında isə Abbas onun kart hesabına müəyyən məbləğdə pullar göndərmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. O, sol gözündə olan xəsarəti xx.xx.2024-cü il tarixdə yıxılan zaman almışdır. O, Abbasla “Whatsapp” proqramı vasitəsi ilə istifadə etdiyi +98 914 ***-**-** saylı mobil nömrə vasitəsi ilə əlaqə saxlamışdır. İstifadə etdiyi “Samsung A23” markalı mobil telefonunda Abbas adlı şəxsin istifadə etdiyi +98 914 ***-**-** saylı mobil nömrəni “ABBASOV” adı ilə qeyd etmişdir. Onun narkotik və psixotop maddələrdən istifadə etməyi, eyni zamanda satışı ilə məşğul olmağı barədə ailə üzvlərinin məlumatı olmamışdır. O, bu barədə ailə üzvlərinə heç bir söz deməmişdir. ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil nömrəni istifadə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-in Bakı şəhəri Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Daxil olmuş əməliyyat məlumatı əsasında şəxsi saxlamışlar. Məlumatda göstərilən ünvana Farizlə birgə getmişlər. Onun zahiri əlamətlərindən Ruslan olduğunu bilmişdir. Özünü də təqdim etmişdir. Narkotik vasitlərin dövriyyəsində şübhəli bilindiyi üçün onu şöbəyə aparmışlar. Çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Üzərindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxsin üzərində videoçəkilişi polis əməkdaşı aparmışdır. Təqsirləndirilən şəxs onlara qarşı heç bir təzyiq göstərməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04 fevral 2024-cü il tarixli “tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan DİN-in Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədov tərəfindən tərtib olunmuş 04 fevral 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokolundan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs sağ çiynindən asdığı 01 ədəd göy və qara rəngli, üzərində ağ rəngdə “Porsche” sözü yazılmış idman çantasını çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin çantaya baxış keçirilən zaman içərisindən 01 ədəd “Pasha Bank”-a məxsus 4182-4957-0032-0413 saylı olan bank kartı, 01 ədəd tünd göy rəngli üzərində “Note Book” sözləri yazılmış qeydiyyatdan dəftəri, 01 ədəd açıq göy rəngli qeydiyyat dəftəri, 01 ədəd üzərində “Note Book” yazısı olan qeydiyyat dəftəri, 01 ədəd yaşıl və ağ rəngli üzərində “A5” yazısı olan qeydiyyat dəftəri, 01 ədəd boz rəngli elektron tərəzi, 01 ədəd ağ və göy rəngli elektron tərəzi, 01 ədəd ağ və qırmızı rəngli üzərində “Podyum Park” yazısı olan sellofan paketin içərisindən 10 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “200” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “22+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “R” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “7” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+4” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “5+” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “1” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+27” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “7” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+3.36” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+9” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “S+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “T+S” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “Əla 6.2” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “T” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “2” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş üzərində “2, 5, 7,6” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “3P” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 01 ədəd boz rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “5P” yazısı olan ağ rəngli spesifik qoxuya malik maddə, 04 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik maddə, 01 ədəd qara rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “8+2” yazısı olan ağ və qəhvəyi rəngli spesifik qoxuya malik maddə, 01 ədəd qara rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “8+4” yazısı olan ağ və qəhvəyi rəngh spesifik qoxuya malik maddə, 01 ədəd qara rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “15” yazısı olan qəhvəyi rəngli spesifik qoxuya malik maddə, 01 ədəd göy rəngli yapışqanla, sellofan və salfetə bükülmüş üzərində “1+3” yazısı olan ağ və qəhvəyi rəngli spesifik qoxuya malik maddə aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 05 fevral 2024-cü il tarixli 3-16-16/2-6/775 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 44” dairəvi möhür əksləri olan, “Şübhəli: “imza” R. Əzimov” və digər ad, soyad, imza və yazılar qeyd edilmiş 02 (iki) ədəd zərfdən: Birinci zərfdəki: -08 (səkkiz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -56,518 qram, -12,240 qram,-12,555 qram, - 6,698 qram, -6,420 qram, -0,288 qram, 0,719 qram, -0,201 qram; ümumi təmiz çəkisi - 95,639 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bu zərfdəki ümumi sayı 08 (səkkiz) ədəd olan bükümlərdəki heroinlər öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynidirlər. -35 (otuz beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -42,546 qram, - 26,365 qram, -21,751 qram, -5,294 qram, -4,141 qram, -3,987 qram, -4,241 qram, -5,444 qram, -1,184 qram, -4,751 qram,-2,625 qram, -0,946 qram, -2,709 qram, -1,445 qram, -1,777 qram, -2,403 qram, -1,483 qram,-2,285 qram, -1,261 qram, -1,434 qram, -1,881 qram, - 1,932qram, -0,886 qram, -0,961 qram,- 1,035 qram, -0,591 qram, -0,890 qram, -0,661 qram, -0,675 qram,-0,980 qram, -0,265 qram,-0,442 qram, -2,751 qram, -3,760 qram, və -1,735 qram; ümumi təmiz çəkisi -157,517 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin bu zərfdəki ümumi sayı 35 (otuz beş) ədəd olan bükümlərdəki metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. İkinci zərfdəki: -02 (iki) ədəd elektron tərəzinin (boz-gümüşü rəngli elektron tərəzi və ağ-göy rəngli elektron tərəzi) hər birinin üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkilərini və bükümlərdəki heroin və metamfetamin ilə eyni kimyəvi tərkibli olub olmamasını müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroin(qalıq)-95,479 qram, metamfetamin(qalıq)-157,342 qram. (Ekspertiza tədqiqatının dəyəri 89(səksən doqquz) manat) Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 05 fevral 2024-cü il tarixli “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sağ çiynindən asdığı və üzərində “Porsche” sözü yazılmış idman çantasının içərisindən 08 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 56,518 qram, 12,240 qram, 12,555 qram,6,698 qram, 6,420 qram, 0,288 qram, 0,719 qram, 0,201 qram olmaqla öz aralarında kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 95,639 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 35 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 42,546 qram, 26,365 qram, 21,751 qram, 5,294 qram, 4,141 qram, 3,987 qram, 4,241 qram, 5,444 qram, 1,184 qram, 4,751 qram, 2,625 qram, 0,946 qram, 2,709 qram, 1,445 qram, 1,881 qram, 1 „932 qram, 0,886 qram, 0,961 qram, 1,035 qram, 0,591 qram, 0,890 qram, 0,661 qram, 0,675 qram, 0,9801 qram, 0,265 qram, 0,442 qram, 2,751 qram, 3,760 qram və 1,735 qram olmaqla, öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan ümumi təmiz çəkisi 157,517 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 02 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-190/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 fevral 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətində həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 06 fevral 2024-cü il tarixli “kitabça və dəftərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş 01 ədəd tünd göy rəngli olmaqla üzərində “Note Book” sözü, 01 ədəd rəngli olmaqla üzərində “Note Book” sözü, 01 ədəd yaşıl və ağ rəngli olmaqla üzərində “A5” yazısı, 01 ədəd açıq göy rəngli olan qeydiyyat dəftərinə baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd “Note Book” sözləri yazılmış göy rəngli, 01 ədəd “Note Book” sözləri yazılmış rəngli, 01 ədəd yaşıl və ağ rəngli olmaqla üzərində “A5” yazısı olan dəftərə baxış keçirilən zaman içərisində müxtəlif vaxtlarda “K” və “P” hərfi ilə işarələnmiş müxtəlif rəqəmlərlə qeyd edilmiş narkotik vasitələrin qeydiyyatının aparılması aşkar edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 01 ədəd tünd göy rəngli olmaqla üzərində “Note Book” sözləri, 01 ədəd rəngli olmaqla üzərində “Note Book” sözləri, 01 ədəd yaşıl və ağ rəngli olmaqla üzərində “A5” yazısı, 01 ədəd açıq göy rəngli olan qeydiyyat dəftərlərin ona məxsus olduğunu, həmin dəftərlərdə narkotik vasitələrin qeydiyyatının apardığını, “K” adı ilə qeyd etdiyi maddələrin narkotik vasitə heroin, “P” adı ilə qeyd etdiyi maddələrin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Abbas adlı şəxsin vasitəsi ilə əldə edərək müxtəlif ünvanlara qoyaraq qeydiyyatını aparıb pul əldə etdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 5(005)-323/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında AR DİN-in Bakı şəhəri Nərimanov rayon Polis NMB-nin rəisi Qasım Hüseynov tərəfindən qəbul edilmiş və AR DİN-in Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin rəisi Arzu Heydərov tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Əzimov X3 Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(089)-809/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.20217-ci il tarixli, 1(106)- 462/2017 nömrəli qərarı ilə hökm dəyişdirilmiş, Azərbaycan Respublikasının CM-nin 62ci madəsi tətbiq edilməklə təyin edilmiş cəza müddəti 1 ilə endirilmiş, xx.xx.2017-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2018-ci il tarixdə təyin edilmiş şərti cəza bitdiyindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzanı çəkib qurtardığı gündən 6 il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 06 mart 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01 iyun 2023-cü il tarixdən 04 fevral 2024-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd “CD” diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə saat 19:41:03-də ***-***-**-** saylı mobil nömrəyə “Sen neynedin bes? Onda bele bayaq goturduyune El deyme. qaqas.aramizda 105m var.qeti El vurmaya.deyecem basqasina verersen”, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə saat 16:01:10-da ***-***-**-** saylı mobil nömrədən “Əxi pulu atsa göturub harasa qoya bilərsən?”, xx.xx.2024-cü il tarixdə saat 17:30:53-də ***- ***-**-** saylı mobil nömrədən “Yaxsi bro 80 manat atiram 15 deg m10 a”, saat 20:27:23də “Gagam uwaglar deng eledi meni bidene telesdirde” sözləri yazılmış mesajların göndərilməsi aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması ilə əlaqədar aparılmış araşdırma nəticəsində toplanmış material üzrə AR CPM-nin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli 2001 nömrəli rəyindən görünür ki, Əzimov X2 xəstəliyindən əzab çəkmir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 01 may 2024-cü il tarixli “keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A23” markalı mobil telefon aparatına baxış keçirilmiş və baxış zamanı mobil telefonun “WhatsApp” proqramında “ABBASOV” adı ilə qeyd edilmiş İran İslam Respublikasına məxsus +**********93 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin arasında müxtəlif vaxtlarda narkotik vasitələrin əldə edilməsi, ünvanlara qoyulması barədə şəkil, məkan və ünvan bildirişlərinin, səs yazıların olması aşkar edilmişdir. Bununla bağlı baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, ABBASOV” adı ilə qeyd edilmiş İran İslam Respublikasına məxsus +**********93 saylı mobil nömrənin narkotik vasitələri əldə etdiyi İran islam Respublikasının vətəndaşı Abbas adlı şəxsə məxsus mobil nömrə olduğunu bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 04 fevral 2024-cü il tarixdən hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və DİN-in Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 95,479 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 157,342 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A23” markalı mobil telefon onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 89(səksən doqquz) manat alınıb dövlət büdcəsinə verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd, "xxxx" MMC-dən alınmış 01 ədəd cd diskin və 04 ədəd qeydiyyat dəftərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 04 fevral 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 89(səksən doqquz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və DİN-in Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 95,479 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 157,342 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A23” markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd, "xxxx" MMC-dən alınmış 01 ədəd cd diskin və 04 ədəd qeydiyyat dəftərinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-1790/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1790/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver