Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1790/2025 02.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlunun (sədrlik edən), Kamranov Hafiz Eldar oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan külli miqdarda təmiz çəkisi 1950,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 01:53-də ünvan 2 ünvanın qarşısında saxlanıldıqdan sonra həmin ünvanda onun üstünün yoxlaması zamanı əlində olan sellofan torbanın içindən bir ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 1950,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 qram narkotik vasitə götürməyə getmişdir. Amma ona deyilən yerə gedəndə orada sellofan torba olduğunu görmüşdür. Sellofanın olduğu yer yaş olmuşdur. O ayağı su olmasın deyə sellofan torbanı da götürüb qırağa keçirmiş ki, narkotik vasitəni aldığı şəxsə onun 05 qram narkotik istədiyini, lakin bura sellofan torba qoyulduğunu yazsın. O, sellofanı götürüb qırağa keçən zaman əməliyyatçılar onu saxlamışdır. Əməliyyatçılar qollarına qandal vurmuşlar, eyni zamanda ona da iranlının kartına 300 manat pul atacağını və narkotik vasitələri İranlının dediyi yerlərə aparıb qoyacağını deməsini bildirmişlər. Daha sonra onun telefonundan iranlıya torbanı götürməyinə dair səs göndərtmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, iki il olar ki, narkotik vasitə “şüşə” istifadə edir. Bundan başqa marixuana da istifadə edir. O, hər ikisini də eyni vaxtdan istifadə etməyə başlamışdır. Bir aya 4 qram marixuana istifadə edirmiş, marixuananın qramını isə 10 manata alırmış. 01 qram metamfetamini 15-20 günə istifadə edirmiş, metamfetamini isə 40 manata alırmış. O fəhləliklə məşğul olurmuş. Onun aya təxminən 400-470 manat qazancı olmuşdur. İki ildir ki, narkotik vasitələri həmişə eyni şəxsdən alır. Düşünür ki, narkotik vasitəni aldığı iranlı şəxs elə onun tutulmağına səbəb olmuşdur. İranlının onunla nə qərəzinin olduğunun səbəbini bilmir. Onun İranlı ilə aralarında narazılıq olmamışdır. Onu saxlayan zaman fiziki və psixi təsir göstərmişlər. Tutulduğu yerdə saat gecə 02 radələrində videoçəkilişdən əvvəl onu döymüşlər. O, iranlıya götürməyə getdiyi 5 qram narkotik vasitənin pulunu atmamışdır. Belə ki, o narkotiki götürdükdən sonra pulu da atacaqmış. Narkotik götürməli olduğu yerə qoyulmuş sellofan 20 qəpiklik sellofan boyda olmuş, içində də qara rəngli büküm olmuşdur. O, həmin sellofanın içində nə olduğunu bilməmişdir. O, həmin sellofanın içinə baxmaq üçün götürəndə onu tutmuşlar. İranlı ona sellofanı götürüb başqa yerlərə qoymasını deməmişdir. O əvvəllər heç kəsə narkotik vasitə verməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 2 il 8 gün azadlığın məhdudlaşdırılması cəzası almış, saxlanmazdan 1 ay əvvəl cəzası bitmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Hər dəfə ən çoxu 5 qram narkotik vasitə almış, ondan artıq olmamışdır. Narkotiki götürdükdən sonra bəzən iranlıya məlumat verirmiş. Onu bölməyə aparıldıqdan sonra müdafiəçi də gəlmişdir. İttihamda qeyd olunan çəkidə narkotik vasitənin ona aidiyyəti yoxdur, o sadəcə 5 qram narkotik vasitə götürməyə getmişdir. Videoçəkiliş etməzdən əvvəl onu döymüşlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşamışdır. Heç bir ruhi-əsəb dispanserində qeydiyyatda deyil. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Bir neçə müddət əvvəl internetdə özünü “Fatma” kimi təqdim edən şəxslə tanış olmuşdur. Həmin şəxs ona bildirmişdir ki, ona narkotik vasitələr göndərəcək, həmin narkotik vasitələri aparıb dediyi yerlərə qoyub şəkilini çəkib konumun ona göndərəcək. Bunun müqabilində Fatma ona 300 manat pul verəcəkdi. O, Fatmanın bu təklifi ilə razılaşmışdır. Həmin şəxslə o, Whatsapp vasitəsi ilə yazışmışdır. xx.xx.2025-ci il tarixdə gecə saatlarında Fatma ona həmin konumu, yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən konumu atmışdır. O, isə yaşadığı Bakı şəhəri, Binəqədi rayonundan Bakıxanov qəsəbəsinə həmin narkotik vasitə olan marixuananı götürməyə gəlmişdir. Qabaqcadan onların arasında olan razılaşmaya əsasən həmin narkotik vasitəni götürdükdən sonra həmin şəxsin deyəcəyi başqa bir yerə qoyub, həmin yerin konumunu və fotoşəklini çəkərək Fatmaya göndərəcəkdi. Bundan sonra isə Fatma onun deyəcəyi bank kartına 300 manat pul göndərəcəkdi. Həmin narkotik vasitəni götürüb getmək istəyəndə polis əməkdaşları yaxınlaşıb onu saxlamışlar və narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək videoçəkilişlə onun üzərinə və əlində olan sellofana baxış keçirmişlər. Bu zaman onun üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon və əlində olan sellofan torbanın içərisindən isə qurudulmuş marixuana aşkar olunmuşdur. Aşkar olunmuş marixuana qablaşdırılaraq götürülmüş, bundan sonra isə onu polisə dəvət etmişlər. Orada polis əməkdaşları tərəfindən ona hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və vəkil ilə görüşdükdən sonra onun üzərindən aşkar olunmuş narkotik vasitəyə yenidən baxış keçirmişlər. O, orada da həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşının göndərdiyi konum üzrə götürüb deyəcəyi yerə qoymaq barədə onunla razılaşdığını, bunun qarşılığında isə həmin şəxsin onun kartına 300 manat pul atacağını bildirmişdir. Daha sonra həmin narkotik vasitə yenidən qablaşdırılaraq möhürlənmiş və ona həmin narkotik vasitələrin ekspertiza mərkəzinə göndəriləcəyi izah olunmuşdur. O, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə narkotik maddə saxlamır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılanadək 070 *** ** ** saylı mobil nömrədən istifadə etmişdir. (cild 1, iş vərəqə 62- 64) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o ibtidai istintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. Müstəntiqin yanında ifadə verən zaman ona təzyiq edən olmamışdır. İfadəsinin altından imza çəkmişdir. Ona qarşı fiziki təzyiq olduğu üçün o cür ifadə vermişdir. O, 05 qramın dalınca getsə də, həmin sellofan torbanı götürməklə səhv etmişdir. Barəsində həbs qətimkam seçilən zaman məhkəmədə heç bir təzyiq və təsir olmamışdır. O, qorxduğu üçün sanksiya məhkəməsində o cür ifadə vermişdir. Onu 5-6 nəfər polis əməkdaşı saxlamışdır. Narkotik vasitəni iranlıdan aldığını və aparıb konuma qoymağı qarşılığında 300 manat verəcəyini deməyi ona polis əməkdaşları öyrətmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini özü oxumuş və imzalamışdır. O, latın qrafikasını oxuya bilir. Şahid1 ona qarşı fiziki təsir göstərmişdir. Polis əməkdaşları yaxınlaşan zaman torba onun əlində olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadə verərək bildirmişdir ki, daxil olmuş məlumat əsasında 2025-ci ilin iyun ayının 23-də zahiri əlamətlərinin əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun olduğunu görüb şəxsə yaxınlaşmışlar. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi və satışı ilə məşğul olmasında şübhəli bilindiyi üçün videoçəkilişdən istifadə edərək üstünün yoxlanılacağını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə axtarış keçirilmiş və marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs marixuananı Whatsapp proqramına göndərmiş olduğu məkanda göstərilən ünvandan həmin günü götürüb, bağlamanı İran İslam Respublikasının vətəndaşının dediyi Bakı şəhərində yerləşən ünvana aparıb qoymalı və bunun da müqabilində 300 manat pul almalı imiş. Daha sonra Təqsirləndirilən şəxs 13-cü PŞ-yə aparmışlar. Cavidin üzərindən çıxan marixuana və mobil telefonu təhqiqatçıya təqdim etmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, əməliyyat qrupunda üç nəfər olmuşlar, o, Səyyad Əliyev və Şahid1. Qrup rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs saat 01:50 radələrində, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yaxınlaşmışlar.Saxlayan zaman şəxsin yanında heç kəs olmamışdır.Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. Tərəflərindən şəxsə qarşı heç biri fiziki və psixi təsir və təzyiq olmamış və belə bir halın şahidi olmamışdır. O, şəxsi axtarışda iştirak etmiş, digər prosessual hərəkətlərdə isə iştirak etməmişdir. Onların şöbədə ümumilikdə 4 nəfər əməkdaş var. Təqsirləndirilən şəxs 5-6 nəfərin şəxsi saxlaması mümkün deyil. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o digər şahid Sabunçu RPİ NMB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 84-87) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadə verərək bildirmişdir ki, 2025-ci ilin iyun ayının 23-də ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi və satışı barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Onlar Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində şəxsə yaxınlaşıb özünü təqdim etməsini bildirmişlər. Daha sonra şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər və sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim etmişdir. Torbanın içərisindən marixuana aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, əməliyyat qrupunda üç nəfər olmuşlar o, Şahid2 və Səyyad Əliyev. Əməliyyat məlumatı ona daxil olmuş, qrup rəhbəri o olmuşdur. Əməliyyat məlumatında narkotik vasitələrin qanunsuz dövriyyəsi dəqiq qeyd edilmiş, satış isə dəqiq olmamışdır. Təqsirləndirilən şəxs saxlayan zaman yanında heç kəs olmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs gecə saat 02 radələrində yaxınlaşmışlar. Təqsirləndirilən şəxs üç nəfər polis əməkdaşı saxlamışdır. Sellofan torbanı açıb baxdıqda marixuananı aşkar etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, iranlı şəxsin vasitəsilə konumdan narkotik vasitəni götürməyə gəlmişdir. Səhv etmirsə, narkotik vasitənin yerini dəyişməyə görə müəyyən məbləğ əldə edəcəkmiş. Tərəfindən şəxsə fiziki və psixi təsir və təzyiq olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır və Bakı şəhəri Sabunçu RPİ-nin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. X3 xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Sabunçu rayonunun inzibati ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edərək daşıması və satışını təşkil etməsi barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması və onun cinayət əməllərinin əməliyyat yolu ilə ifşa edilməsi zərurəti yarandığından bu barədə Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə onun tərəfindən raportla məruzə edilmiş həyata keçirilməsi barədə 23 iyun 2025-ci il tarixli qərar Sabunçu RPİ-nin rəisi tərəfindən təsdiq edilmişdir. O cümlədən Sabunçu RPİ-nin rəisi tərəfindən verilmiş əmrə əsasən qrup rəhbəri olaraq ondan və qrup üzvü olaraq əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri Təqsirləndirilən şəxs barədə təlimatlandırıldıqdan sonra Təqsirləndirilən şəxs ən çox olduğu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində onların əməliyyat mövqeyi müəyyən edilmişdir. 23 iyun 2025-ci il tarixdə saat 01:53 radələrində ünvan 5 ünvanın qarşısında olan zaman piyada hərəkət edən bir nəfər kişi cinsindən olan şəxsin zahiri əlamətlərinin əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun olduğunu görüb həmin şəxsə yaxınlaşıb şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi və satışı ilə məşğul olmasında şübhəli bilindiyi üçün videoçəkilişdən istifadə edərək üstünün yoxlanılacağı və həmçinin saxlandığı andan müdafiəçiyə malik olmaq hüqunun olması izah edilmişdir. Videoçəkiliş Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı X7 tərəfindən “İphone” markalı mobil telefonun videokamerası ilə aparılmışdır. Yoxlanmaya başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilən əşya və maddənin olub olmadığı, olduğu halda isə təhvil verməsi təklifini etdikdən sonra Təqsirləndirilən şəxs əlindəki ağ rəngli, üzərində qadın fotoşəkili olan sellofan torbanın içərisindəki qara rəngli polietilen torbanı təqdim edərək torbada narkotik vasitə marixuana olduğunu demişdir. Həmin bağlama açıldıqda içərisində kəskin və spesifik iyi gələn, yaşıl rəngli ota bənzər maddənin olduğu aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs şalvarının cibindən “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bağlamadakı narkotik vasitə marixuanadır, marixuana olan bağlamanı İran İslam Respublikasının vətəndaşının onun istifadəsində olan mobil telefonun Whatsapp proqramına göndərmiş olduğu məkanda göstərilən ünvandan həmin günü götürüb, bağlamanı İran İslam Respublikasının vətəndaşının dediyi Bakı şəhərində yerləşən ünvana aparıb qoymalı və bunun da müqabilində 300 manat pul almalı idi. Təqsirləndirilən şəxs götürülmüş qara rəngli sellofan bağlama və mobil telefon zərflərə qoyularaq qablaşıdırıldıqdan sonra zərflər 160 №-li möhürlə möhürlənmişdir. O cümlədən şərait olmadığından əməliyyat yoxlamasının nəticələri barədə “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokolun inzibati binada tərtib ediləcəyi iştirakçıların diqqətinə çatdırılmışdır. Yoxlama başa çatdıqdan sonra Təqsirləndirilən şəxs etirazı daxil olmadığından videoçəkilişlə aparılan yoxlama başa çatmışdır.Bundan sonra Təqsirləndirilən şəxs 13-cü PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqlardan birində əməliyyat yoxlamasının nəticələri barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolla iştirakçılar tanış olduqdan sonra protokolun düzgün tərtib edildiyini iştirakçılar imzaları ilə təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs saxlanması barədə 13-cü PŞ-nin rəisinə raportla məruzə edilmişdir. Saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması və onun şəxsiyyəti barədə məlumatlar bir daha təsdiq edilmişdir. Araşdırmanın aparılması 13-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı İlqar Əsədova həvalə edilmişdir. Təqsirləndirilən şəxsdən götürülmüş sellofan bağlama və “Samsung” markalı mobil telefon təhqiqatçıya təhvil verilmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə 13-cü PŞ-nə müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar və protokol təhqiqatçı tərəfindən tərtib edildikdən sonra CPM ilə nəzərdə tutulumuş hüquq və vəzifələri aparılmış əməliyyat yoxlaması zamanı ondan aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olması ehtimal edilən sellofan bağlamaya videoçəkilişlə baxış aparılacağı təhqiqatçı tərəfindən izah edikdikdən sonra iştirakçılara, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş sellofan bağlama yenidən açılmış və bağlamanın içərisində yaşıl rəngli otşəkilli maddənin olduğu yenə də təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ondan əməliyyat yoxlaması zamanı götürülmüş bağlamadakının marixuana olduğunu, həmin marixuananın sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşından aldığını və İranlının dediyi ünvandan götürdüyünü, İranlının dediyi ünvana aparıb qoyub bunun əvəzində İranlıdan 300 manat pul alacağını demişdir. Təqsirləndirilən şəxs götürülmüş bağlama və mobil telefon yenidən təhqiqatçı tərəfindən zərflərə qoyularaq qablaşdırıldı, möhürlə möhürənmişdir. Maddi sübutlara baxışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 80-83) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidilərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2025-ci il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə gəzdirməsi, saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqə 3) Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 23 iyun 2025-ci il tarixli qərardan, həmin tarixli, 3-13-49/Ə261/2025 saylı əmrdən və həmin tarixli əməliyyat qrupunun təşkil edilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 4-7) Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 23 iyun 2025-ci il tarixdə, saat 01:53-də Bakı şəhəri Sabunçu RPİ-nin X1 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə əməliyyat yoxlaması aparılmış, əməliyyat yoxlaması zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan bağlamanın içərisindəki qara rəngli polietilen bağlamada təmiz çəkisi 1950,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs suallara cavab olaraq üzərində aşkar olunan narkotik vasitəni, sosial şəbəkə vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxsdən əldə etdiyini və müxtəlif ünvanlara qoyaraq qarşılığında 300 (üç yüz) manat pul alacağını bildirmişdir. (cild 1, iş vərəqə 8-9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə, saat 03:00-da şübhəli şəxs qismində tutularaq azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən, saat 01:53-dən tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 16, 25) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 23 iyun 2025-ci il tarixli qərar və protokoldan görünür ki, 23 iyun 2025-ci il tarixdə videoçəkilişdən istifadə etməklə Bakı şəhəri Sabunçu RPİ-nin X1 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə aparılmış əməliyyat yoxlaması zamanı götürülmüş maddi sübutlara baxış aparılmış, baxış zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan bağlamanın içərisindəki qara rəngli polietilen bağlamada təmiz çəkisi 1950,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın götürülməsi təsdiqini tapmışdır. (cild 1, iş vərəqə 34-37) Məhkəmə-bioloji ekspertizasının 23 iyun 2025-ci il tarixli, 7/905 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1950,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 1950,0 qramdır, tədqiqata sərf edildi 0,1 qram, qalıq -1949,9 qramdır. (cild 1, iş vərəqə 42-44) “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 52-53) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(008)-300/2025 saylı qərarından (hakim:E.H.Rəcəbova) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 76-78) Baxış aparılması haqqında 14 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 23 iyun 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin X1 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılmış əməliyyat yoxlamasının gedişatını və nəticələrini özündə əks etdirən, eyni zamanda əməliyyat yoxlaması zamanı Təqsirləndirilən şəxs götürülmüş içərisində narkotik vasitə marixuna olan bağlamaya Bakı şəhəri Sabunçu RPİnin 13-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən aparılmış baxış və götürmə istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntülər olan “DVD” diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 01:53-də ünvan 2 ünvanın qarşısında saxlanıldıqdan sonra həmin ünvanda onun üstünün yoxlaması zamanı əlində olan sellofan torbanın içindən bir ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 1950 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə 88-89) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06 iyul 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək və 21 avqust 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 04 (dörd) gün müddət, 08 fevral 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət, yəni ümumilikdə 02 (iki) ay 26 (iyirmi altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (cild 1, iş vərəqə 96-97, 110-122) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in verdiyi 30 iyul 2025-ci il tarixli, 3-28-29/2-7270/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 verdiyi xx.xx.2025-ci il tarixli, 1/4003 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir. (cild 1, iş vərəqə 107) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 5392 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 125-16) Sübutların qiymətləndirilməsi haqqında 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihama əlavə dəyişikliklərin edilməsi zərurəti yaranmadığından ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan təbdirinin seçildiyi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 206, 234.1-1, 234.4.2, 234.4.4, 238 və 240-cı maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması rədd edilmiş, Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydində göstərilən narkotik vasitələrin və psixotrop maddənin könüllü surətdə təhvil verilməsinə görə cinayət məsuliyyətindən azad edilməsi Təqsirləndirilən şəxs şamil edilməmiş, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1950,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1949,9 qram çəkidə narkotik vasitə marixuana saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, Bakı şəhəri Sabunçu RPİ-nin X1 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılmış əməliyyat yoxlamasının gedişatını özündə əks etdirən, eyni zamanda əməliyyat yoxlaması zamanı Təqsirləndirilən şəxs götürlmüş içərisində narkotik vasitə marixuana olan bağlamaya baxış və götürmə istintaq hərəkətinin gedişatını özündə əks etdirən videogörüntülər olan 01 ədəd “DVD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, 01 ədəd “DVD” diskin iş materiallarına əlavə edildiyi nəzərə alınmış, Təqsirləndirilən şəxs götürülmüş ”Samsung Galaxy” markalı mobil telefon cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmamış, saxlanması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində aid olan 070 270 35 01 mobil telefon nömrəsinə aid texniki məlumatların əks edildiyi 01 ədəd CD disk cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmamış, ********* nömərli cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə marixuananı əldə etdiyi İran İslam Respublikasının “Fatma” adlı istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılması haqqında qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 134-151) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 19 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə marixuananı əldə etdiyi İran İslam Respublikasının “Fatma” adlı istintaqa məlum olmayan şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 153-155) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 1(001)-229/2025 nömrəli hökmü 20 iyun 2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və hökmün icrası ilə bağlı Bakı Probasiya İdarəsinə göstəriş verilmişdir. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinin verdiyi 27 noyabr 2025-ci il tarixli, 3-16-21-1/2-128048/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir. Əməlin tövsifi və digər hüquqi məsələlər: “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün məhkəmə tərəfindən müvafiq dövlət orqanlarına sorğu verilmiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-955/2025 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi ktabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə BİTə gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmış, yoxlanış zamanı zədə almadığını bildirmiş, bədəninə baxış keçirilən zaman heç bir xəsarət aşkar edilməmişdir. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2025-cü il tarixli 49/2-36825/25 nömrəli məktubundan, məktuba əlavə edilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının surətindən və 30 iyun 2025-ci il tarixli AKT-dan görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2025-ci il tarixdə, saat 17:20-də Sabunçu RPİ-nin MSY-ə təhvil verilən zaman üzərinə, bədəninə təlimata uyğun tam baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs bədənində heç bir xəsarət aşkar edilməmiş və bununla bağlı akt tərtib edilmiş, həmin akt Təqsirləndirilən şəxs tərəfindən şəxsən imza edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 24 noyabr 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən və bölmədə olduğu zamnı fiziki və ya digər formada işgəncəyə məruz qalmamışdır. Bununla bağlı heç bir şikayəti yoxdur, ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin məlumatı əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Beləliklə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından, toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd olunmuş, həmin qərar Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Bakı şəhəri Sabunçu RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs qarşı tərəflərindən fiziki və psixi təsir və təzyiq olmadığını bildirmişdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs videoçəkilişlə üstünün yoxlanılması zamanı, habelə, barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, əksinə Sabunçu RPİ-nin MSY-də tərtib edilmiş və Təqsirləndirilən şəxs tərəfindən şəxsən imza edilmiş 30 iyun 2025-ci il tarixli aktda heç bir xəsarətinin olmadığını öz imzası ilə təsdiq etmişdir. Həmçinin, Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı saxlanılarkən və bölmədə olduğu zamnı fiziki və ya digər formada işgəncəyə məruz qalmadığını və heç bir şikayəti olmadığını bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməməsi iş materialları ilə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, CM-in və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145.1, 145.2 və 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ona görə ki, o, şəxsiyyəti barədə məlumatı olmadığı İran İslam Respublikasının vətəndaşı ehtimal olunan şəxslə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib satmaq məqsədi ilə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, İran İslam Respublikasının vətəndaşı ehtimal olunan şəxsə məxsus narkotik vasitə marixuananı ona bildirdiyi ərazilərə qoymağı mənfəət olaraq pul müqabilində həyata keçirəcəyi barədə razılığa gəlib sonuncunun tapşırığı ilə istintaqa məlum olmayan vaxtda və ünvandan külli miqdarda təmiz çəkisi 1950,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 01.53-də ünvan 2 ünvanın qarşısında saxlanıldıqdan sonra həmin ünvanda onun üstünün yoxlaması zamanı əlində olan sellofan torbanın içindən bir ədəd qara rəngli polietilen bağlamada külli miqdarda təmiz çəkisi 1950,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ehtimal olunan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsü” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Eyni zamanda, CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Məhkəmə qeyd edir ki, narkotik vasitənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da Təqsirləndirilən şəxs əldə edərək saxladığı külli miqdarda təmiz çəkisi 1950,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsi və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd edilən plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması vurğulanmışdır. Qeyd edilənlər ibtidai istintaq orqanının haqlı olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsi qənaətinə gəlməyə əsas vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində olan 23 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasının” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmənin” videoçəkilişlərini əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 23 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, 23 iyun 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, işin faktiki halları, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” haqqında protokollar, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə sübut olunur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CMin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ehtimal olunan şəxslə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünü” göstərməklə kifayətlənmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Belə ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitəni qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə qənaətə gələrkən cinayət əməlində “əlbirlik” əlamətinin konkret olaraq öz təsbitini hansı epizodlarda tapması, eləcə də “əlbir olduğu” naməlum şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Həmçinin ittiham tərəfinin məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin əməllərində CM-in 234.4.1-ci maqddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edə biləcək hər hansı tutarlı dəlil təqdim edə bilməməsi nəzərə alınmalıdır. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “şəxsiyyəti barədə məlumatı olmadığı İran İslam Respublikasının vətəndaşı ehtimal olunan şəxslə qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsü” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəlsnin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən iş üzrə onun cəzasını yüngülləşdirən hallar, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06 iyul 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək və 21 avqust 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 04 (dörd) gün müddət,08 fevral 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət, yəni ümumilikdə 02 (iki) ay 26 (iyirmi altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökm 20 iyun 2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən Bakı Probasiya İdarəsinə hökmün icrası ilə bağlı göstəriş verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Probasiya İdarəsinin verdiyi 27 noyabr 2025-ci il tarixli, 3-16-21-1/2-128048/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 67.1-ci maddəsi üzrə hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2025-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 23 iyun 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı kameraya təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1949,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasının” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmənin” videoçəkilişlərinin görüntüləri olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş”Samsung Galaxy” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Müdafiəçi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 25 saat vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumlikdə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 25 saat vaxt sərf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 275 manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 02 (iki) il 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 01 (bir) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 01 (bir) il 04 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı kameraya təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1949,9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasının” və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmənin” videoçəkilişlərinin görüntüləri olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş”Samsung Galaxy” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün hər iş saatına 11 manat hesab edilməklə, cəmi 275 manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Hafiz Kamranov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1790/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1790/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver