Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1791/2025 05.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X6 (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və Kamranov Hafiz Eldar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Tərcüməçi – X1, Təqsirləndirilən şəxslər - X4 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1981-ci ildə İran İslam Respublikasının Rəst şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Kiş şəhəri, Sədəf prospekti, ev 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.1 və 234.4-1ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1974-cü ildə İran İslam Respublikasının Ərdəbil şəhərində doğulmuş, İran İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Tehran şəhəri, Dövlətabad rayonu, 2 nömrəli küçə, ev 35, mənzil 2 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında müvəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 4 fevral 2025-ci il tarixədək olan müddət ərzində İran İslam Respublikasında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq tərkibindəki metadon narkotik vasitəsinin çəkisi ümumilikdə xeyli miqdarda - 0,647 qram təşkil edən üzərində “M40” yazılmış 16 həbi və 1 həb hissəsini əldə etmiş, çiyin çantasına yerləşdirib saxlamış, 4 fevral 2025-ci il tarixdə Tehran-Bakı aviareysi ilə gələrkən İran İslam Respublikasından Azərbaycan Respublikasına daşımış, müşayiət etdiyi əl yükündə (çiyin çantasında) Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X7 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 15 fevral 2025-ci il tarixdə saat 19 radələrində kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən evə öz ərizəsi əsasında keçirilmiş baxış zamanı qeyd edilən həblər şəffaf sellofan paketin içərisində aşkar edilərək gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Bundan başqa o, 14 fevral 2025-ci il tarixədək olan müddət ərzində tanışı, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2, habelə sonuncunun vasitəsilə Azərbaycan Respublikasında və İran İslam Respublikasında yaşayan şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə xüsusilə külli miqdarda psixotrop maddəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar keçirib Azərbaycan Respublikası ərazisində dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında istintaqla dəqiq müəyyən edilməmiş vaxtda və yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə 3000 ABŞ dolları pul verməklə ayrı-ayrılıqda təmiz çəkiləri 43,816 qram, 45,4 qram, 37,2 qram, 35,3 qram, 38,3 qram, 44 qram, 36,2 qram, 45,6 qram, 29,6 qram, 37,5 qram, 42,6 qram, 39,5 qram, 31,9 qram, 39,7 qram, 44,2 qram, 50,9 qram, 34,1 qram, 37 qram, 34,5 qram, 46 qram, 36,8 qram, 40,8 qram, 37,4 qram, 40,9 qram və 34,1 qram olmaqla, cəmi 25 bükümdə ümumilikdə xüsusilə külli miqdarda, 983,316 qram metamfetamin psixotrop maddəsini satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə rezin borunun içərisində gizlədib üzərində “Mercedes Benz” yazısı olan qara rəngli sellofan paketdə yerləşdirib saxlamış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına göndərilib özü və cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 tərəfindən təhvil alınması və Bakı şəhərində satışının təşkil edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşı cinayətdən xəbəri olmayan Azərbaycan Respublikası vətəndaşının adına İran İslam Respublikasında fəaliyyət göstərən “X12” şirkətindən 42BR237/42ZA525dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində göndərilən yüklərin arasında yerləşdirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmasına və 11 fevral 2025-ci il tarixdə saat 22 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Astara gömrük keçid məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə təkrar qəsdən keçirilməsinə nail olmuş,, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşən “İpək yolu” gömrük postunda **********0497 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara 14 fevral 2025-ci il tarixdə keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən psixotrop maddə gömrük əməkdaşlarə tərəfindən gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 14 fevral 2025-ci il tarixədək olan müddət ərzində tanışı, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1, habelə Azərbaycan Respublikasında və İran İslam Respublikasında yaşayan şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə xüsusilə külli miqdarda psixotrop maddəni tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirib dövriyyəsini təşkil etmə barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, bu məqsədlə İran İslam Respublikasında istintaqla dəqiq müəyyən edilməmiş vaxtda və yerdə cinayətkar qrupun istintaqa məlum olmayan üzvünə 3000 ABŞ dolları pul verməklə ayrı-ayrılıqda təmiz çəkiləri 43,816 qram, 45,4 qram, 37,2 qram, 35,3 qram, 38,3 qram, 44 qram, 36,2 qram, 45,6 qram, 29,6 qram, 37,5 qram, 42,6 qram, 39,5 qram, 31,9 qram, 39,7 qram, 44,2 qram, 50,9 qram, 34,1 qram, 37 qram, 34,5 qram, 46 qram, 36,8 qram, 40,8 qram, 37,4 qram, 40,9 qram və 34,1 qram olmaqla cəmi 25 bükümdə ümumilikdə xüsusilə külli miqdarda, 983,316 qram metamfetamin psixotrop maddəsini satış məqsədi və tamah niyyətilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə rezin borunun içərisində gizlədib üzərində “Mercedes Benz” yazısı olan qara rəngli sellofan paketdə yerləşdirib saxlamış, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Azərbaycan Respublikasına göndərilib özü və cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1 tərəfindən təhvil alınması və Bakı şəhərində satışının təşkil edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşı X5 ünvanına İran İslam Respublikasında fəaliyyət göstərən “X12” şirkətindən 42BR237/42ZA525dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində göndərilən yüklərin arasında yerləşdirməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına daşınmasına nail olmuş, 11 fevral 2025-ci il tarixdə saat 22 radələrində Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsinin Astara rayonu ərazisində yerləşən Astara gömrük keçid məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşən “İpək yolu" gömrük postunda **********0497 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara 14 fevrai 2025-ci il tarixdə keçirilmiş gömrük yoxlaması zamanı qeyd edilən psixotrop maddə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının şimalında yerləşən Rəşt şəhərində dünyaya gəlmiş, İranın cənubunda Kiş adasında yaşamışdır. İranda kompyuter elmləri üzrə ali təhsil almışdır. İlk dəfə 15 il bundan qabaq Azərbaycana gəlmişdir. Əvvəllər Azərbaycana 5-6 dəfə gəlib qayıtmışdır. Son 8 aydır ki, Azərbaycanda yaşayır. Burada kombi satışı ilə məşğul olmuş, eyni zamanda usta işləmişdir. 6 ildir xəstəlikdən əziyyət çəkir. Xəstəliyi sümüklərində olmuş, mütəmadi ağrıları olmuşdur. Birinci dəfə həkim məsləhəti ilə istifadə etdiyi dərman ona yaxşı təsir etməmişdir. Bundan sonra Mirzə adlı iranlı həkim metadon qəbul etməsini bildirmişdir. İranda metadonun qadağan olunmadığını bildirmişdir. Metadonu hava limanından Azərbaycana gətirəndə burada qadağan olunduğunu bilməmişdir. Əvvəllər Azərbaycana qadağan olunmuş vasitə gətirməmişdir. Metadonu gətirməsinin səbəbi onun xəstəliyi olmuşdur. Narkotik vasitələri heç vaxt satmamış və satış niyyəti olmamışdır. Onu aldadıb bu əməli törətməyə cəlb etmişlər. O, yükü görməmiş, nə şəkildə olduğunu bilməmişdir. Metamfetamin barədə ona təklif gəlməmişdir. O, təklif edilən yükün Azərbaycana gətirilməsi ilə bağlı təklif verənlə danışmamış, onun dostu danışmışdır. Metamfetamini kiməsə vermək onun işi olmamışdır. Narkotik vasitələri onun daşıdığı çantaya kimin qoyduğunu bilməmişdir. Metadon çantanın içində olmuş, çanta yoxlanmamışdır. Ona, yükü çantaya özlərinin qoyduqlarını, bir nəfərin gəlib götürəcəyini, həmin şəxsin yükün yerini bildiyini demişlər. O, yükü ilk dəfə maşında görmüş, maşında olan narkotik vasitənin metamfetamin olduğunu bilmişlər. Khatami narkotik istifadəçisi olmamış, o, Khataminin bu işdə nə marağı olduğunu bilməmişdir. Khatami ilə ona vəd edilən 3000 dolları ikisi aralarında yarı-yarı bölmək niyyətində olmuşlar. Vüqarı tanımamış və əlaqədə olmamışdır. Hava limanında çantasında psixotrop maddə olanda o, tək olmuş, Khataminin ortaqlığı olmamışdır. Onlar bunu əvvəldən planlaşdırmamış, qrup işi olmamış, digər oğlan Vüqarla tanış olmuş, həmin şəxs də onlara bir nəfərin gəlib çantanı götürəcəyini, onlarlıq bir şey olmadığını demişdir. Onun və Khatamnin arasında kiminsə rəhbərlik edəcəyi bir məsələ olmamışdır. Bu məsələ təsadüfi təklif olmuş, onlar da səhv edib razılaşmışlar. Karqo gələndə Khatami ilə o getmişdir. Onlar karqodan yükü almağa gedəndə onların yükü olmadığını görmüşlər. Çünki onların yükləri qızdırıcı alətlər olmuş, həmin alətlər böyük olmuş, yük isə balaca olmuşdur. Onlara karqodan zəng gəlmiş, işçinin malı səhv göstərdiyini, onların gedib yüklərini götürməli olduqlarını bildirmişlər. Onlar buna görə qayıtmışlar. Vüqar yükü taksiyə qoyub göndərmələrini, orada özünün təhvil alacağını demişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 8 il Azərbaycan Respublikasında qanuni ticarətlə məşğul olmuş, həmin müddət ərzində Azərbaycana hər ay viza ilə gəlmiş və bu müddət ərzində onu incidən, mane olan olmamışdır. Onun sədərək bazarında mağazası olmuş, eyni zamanda mebel işi ilə də məşğul olmuşdur. İşi ilə əlaqədar olan yükü gedib özü təhvil vermiş, 10 gün sonra Bakıdan təhvil ala biləcəyini demişlər. Yükü çəki ilə təhvil alıb anbara gətirmişdir. Yaxud karqo ilə göndərilmiş, mağazanın qabağında ona çəki ilə təhvil verilmişdir. O, gömrük idarəsində olmuş, əlində yük tutulmamışdır. O, heç kimə mal çatdırmaq niyyətində olmamışdır. Sonuncu dəfə gələn yükün kim tərəfindən qablaşdırıldığını bilməmişdir. Kaveh metadon istifadə etmişdir. Kaveh 8 ay qabaq Azərbaycana gələndə özü ilə metadon gətirmişdir. O, Kavehin özünə neçə dəfə demişdir ki, ailəlidir, narkotik vasitə istifadə etməsin. Kavehin istifadə etdiyi metadon İran apteklərində satılır. Onların metamfetamindən xəbərləri olmamışdır. Onları aldadıblar. Aldadan şəxs ona kömək etmək istədiyini, yükü həmin şəxsə göndərməsini, qarşılığında 3000 dollar ödəyəcəyini demişdir. O, Kavehə təklif etmiş, Kaveh həmin şəxsi tanıyıb-tanımadığını soruşmuş, o da tanımadığını, həmin şəxslə bir-iki dəfə taksi ilə yük göndərdiyini demişdir. Təklif edilən 3000 dolları 2 nəfər arasında bölmək niyyətində olmuşlar. Daha sonra onlara demişlər ki, “sizlik deyil, özümüz yükü götürəcəyik”. Onlar gömrük idarəsinə gedib görmüşlər ki, yükləri idarədə yoxdur. Gömrükdə yoxlama keçirilmiş, onlar evə getdikdə zəng gəlmiş və yükün gəldiyini demişlər. Gömrük əməkdaşları onlardan nə işlə məşğul olduqlarını soruşanda kombi, radiator işi ilə məşğul olduqlarını demişlər. Gümrük əməkdaşları yükü onlara çatdıracaqlarını demişlər və onlar da inanmışlar. Telefonda taksi onların qeyd etdikləri yerə çatdığını deyəndə onlar yolun qırağında dayanmışlar ki, təhvil alsınlar. Bundan sonra gömrük əməkdaşları onları tutmuşlar. Tutulandan sonra 4-5 gün idarədə qalmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2025-ci ilin fevral ayında İrandan gələn karqoda “x-ray”də bir top şlank və narkotik vasitəheroin aşkarlanmışdır. Karqo sahibi yükün sahiblərinə gəlib mallarını götürmələrini demiş, yükün sahibləri də taksi ilə göndərilməsini istəmişlər və yükün göndərilməsi üçün məkan bildirişi göndərmişlər. Həmin məkan əsasında onlar korrupsiya idarəsinin yanında əməliyyat tədbiri keçirmişlər. Avtomobil həmin yerə gəlmişdir. Onlar bir saat müşayiət etdikdən sonra həmin şəxslərin hər ikisinin avtomobilin yanında olduqlarını müəyyən etmişlər. Hansı ki, həmin şəxslər 1 saat yarım ətrafda gəzişir, avtomobilin yanından keçir və içinə baxırmışlar. Həmin şəxslər bolt taksi sifariş etmişlər. Narkotik vasitələri götürmək istəyəndə onlar həmin şəxsləri saxlamışlar. Sonra telefondan taksinin yeri aşkar olunmuşdur. Daha sonra şəxslərin evinə baxış keçirilmiş, evdə də 14-15 tablet psixotrop maddə və şlankların olduğu müəyyən edilmişdir. Aşkarlanan şlankların sayı sahibkarlıq üçün az olmuş, dəyəri isə 3000 dollarlıq olmamışdır. Sorğu zamanı şəxslər həmin yüklərin özlərinə aid olmadığını deməmişlər. Narkotik vasitələrin yükün içində olub-olmadığını çəki ilə müəyyən etmək fikrində olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, əməkdaşlar şübhəli cizgilər müəyyən edərək onları çağırmışlar. Onlar 42 bağlamada içində xüsusi qablaşdırılmış şlanklar və həmin şlankların içində heroin və metafetaminə bənzər maddə aşkarlamışlar. 14 fevral 2025-ci il tarixdə əməliyyat qrupu yaradılmış, Binəqədi rayonu ərazisində əməliyyat tədbiri keçirilmişdir. Onlar şəxsləri ayrı-ayrılıqda avtomobili müşayiət edərkən saxlamışlar. Həmin şəxslərin evlərinə çəkiliş vasitəsilə baxış keçirilmiş və evdən16 ədəd dərman aşkarlanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 14 fevral 2025-ci il tarixdə İran İslam Respublikasından gələn karqonun yoxlanışı ona həvalə olunmuş, şübhəli olduğu üçün yoxlanışa vermiş, nəticədə, şlankın içərisinə salınmış narkotik vasitə aşkar olunmuşdur. Saxlanılan şəxslərə qarşı təzyiq edilməmişdir. Qablaşdırılmış narkotik vasitələrə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, daimi iş yeri olmadığı üçün müvəqqəti olaraq Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunda yükləmə-boşaltma əməliyyatlarında fəhləlik etməklə günəmuzd işləmişdir. 14 fevral 2025-ci il tarixdə səhər saat təxminən 9 radələrində gömrük postunun ərazisində olduğu zaman gömrük əməkdaşı Hüseyn onu və onunla birlikdə fəhləlik edən Səmədi çağıraraq İradan gətirilmiş karqo yükləri olduğunu həmin yüklərə gömrük yoxlaması tətbiq edəcəyini və onlara da hal şahidi qismində iştirak etməyi təklif etmişdir. Onlar da etiraz etməyərək razılaşmışlar. Bundan sonra Hüseyn karqo şirkətinin nümayəndəsinin də iştirakı ilə yükləri yoxlamağa başlamış, üzərində “Mercedes Benz” loqosu və yazısı olan qara rəngli sellofan paket açılmış və həmin sellofan torbada olan qara rəngli rezin borunun içərisinə baxış keçirilmişdir. Rezin borunun içərisində bağlamalar aşkar edilmişdir. Həmin bağlamalara baxış zamanı 17 ədəd bağlamada qəhvəyi rəngli torpağa bənzər bir maddə aşkar edilmişdir. Bundan başqa 25 ədəd bağlamada ağ rəngli kristal şəkilli maddə aşkar edilmişdir. Gömrük əməkdaşı həmin maddənin də psixotrop maddə metamfetaminə oxşadığını demişdir. Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi başlanılmışdır. Yoxlama haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki,(cild 1, iş vərəqə 9- 12) yoxlama zamanı qara rəngli rezin borunun içərisinə keçirilmiş ümumilikdə 42 ədəd sellofana bükülmüş bağlama aşkar edilmişdir. Həmin bağlamalara baxış zamanı, 17 ədəd bağlamada ümumi təqribi çəkisi 696 (altı yüz doxsan altı) qram təşkil edən qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar və ümumilikdə 25 ədəd bağlamada ümumi təqribi çəkisi 1136 qram təşkil edən ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/708 nömrəli rəyindən görünür ki, (cild1, iş vərəqə 17-22) tədqiqata təqdim edilmiş DGK-ə məxsus olan bir ədəd kağız paketin içərisində iki ədəd bağlamada olan, üzərində “Azerbaijan customs AA 1048584” göstəricisi olan bağlamanı açdıqda içərisindən üzəri yapışqan lentlə bağlanmış 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 41,5 qram, 32,0 qram, 39,0 qram, 31,3 qram, 32,7 qram, 33,0 qram, 33,4 qram, 39,7 qram, 34,1 qram, 27,2 qram, 37,4 qram, 41,3 qram, 39,2 qram, 38,3 qram, 37,3 qram, 31,7 qram, 35,124 qram ümumi təmiz çəkisi 604,224 qram qəhvəyi rəngli maddənin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmişdir. Üzərində “Azerbaijan customs AA 1048585” göstəricisi olan qara rəngli bağlamada üzəri yapışqan lentlə bağlanmış 25 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 43,816 qram, 45,4 qram, 37,2 qram, 35,3 qram, 38,3 qram, 44,0 qram, 36,2 qram, 45,6 qram, 29,6 qram, 37,5 qram, 42,6 qram, 39,5 qram, 31,9 qram, 39,7 qram, 44,2 qram, 50,9 qram, 34,1 qram, 37,0 qram, 34,5 qram, 46,0 qram, 36,8 qram, 40,8 qram, 37,4 qram, 40,9 qram, 34,1 qram ümumi təmiz çəkisi 983,316 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Aşkar olunmuş predmetin yerləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki,(cild 1, iş vərəqə 26-27) qanuna zidd əməllər törədilməsində iştirak edən şəxsin şəxslərin) dairəsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün 15.02 2025-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində cinayətin törədilməsində vasitə kimi istifadə edilmiş 25 (iyirmi beş) ədəd bağlamada ümumi təmiz çəkisinin 983.316 qram olan psixotrop maddə metamfetaminin əməliyyat tədbirində istifadə edilməsi məqsədi ilə əvvəlki vəziyyətinə qaytarılaraq aşkar edildiyi qablaşmalarının hər birinin içərisinə yerləşdirilmiş, daha sonra həmin qablaşdırmalarıda hər birinin aşkar edildiyi qara rəngli rezin borunun içərisinə qoyulmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı baxış və götürmənin aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 29-32) 15 fevral 2025-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında yerləşən kirayədə yaşadığı mənzilə keçirilmiş baxış zamanı, mənzilin otaqlarının birində olan stolun üzərində şəffaf rəngli paketin içərisində 16 ədəd qəhvəyi rəngli üzərində “M40” yazısı olan həblər və 1 ədəd də qəhvəyi rəngli həb parçası aşkar edilmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin həblərin ona məxsus olduğunu bildirmişdir. Baxış zamanı, həmin mənzildə olan həmin otaqda döşəmənin üzərində zahirən 42BR237/42ZA525 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin yük yerində daşınan karqo yüklərinin arasında olan və içərisindən metamfetamin psixotrop maddəsinin aşkar edildiyi rezin borulara oxşar 5 top rezin boru olduğu da aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən şəffaf rəngli paketin içərisində 16 ədəd qəhvəyi rəngli üzərində “M40” yazısı olan həblər və 1 ədəd də qəhvəyi rəngli həb parçası və 5 top rezin boru götürülmüşdür. Predmetin eyniləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 33-34) 25 (iyirmi beş) ədəd bağlamada ümumi təmiz çəkisi 983,316 qram olan psixotrop maddə metamfetamin eyniləşdirilmiş, heç bir uyğunsuzluq aşkar edilməmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 69) İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək 15 fevral 2025-ci il tarixdə saat 23:40-da tutulmuşdur. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 78-81) Təqsirləndirilən şəxs2 məxsus “Samsung A12” markalı mobil telefona baxış zamanı ********** mobil nömrə ilə “Bolt” proqramında qeydiyyatdan keçməsi və 15 fevral 2025-ci il tarixdə saat 16:25-də Eurohome Dərnəgül istiqamətində taksi sifariş verməsi müəyyən edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 98) İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli bilinərək 15 fevral 2025-ci il tarixdə saat 23:45-də tutulmuşdur. Şəxsi əşyaların götürülməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 106) Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gömrük nəzarətinə təqdim etdikləri 1 (bir) ədəd “Samsung A12” markalı və “Huawei Mate 10” markalı mobil telefonlar və şəxsiyyətlərini təsdiq edən pasportlar götürülmüşdür. Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 1, iş vərəqə 107) Təqsirləndirilən şəxs1 məxsus “Huawei Mate 10” markalı mobil telefona baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/716 nömrəli rəyindən görünür ki, (cild1, iş vərəqə 127-131) ekspertiza tədqiqatına təqdim edilmiş 16 ədəd üzərində “M40" yazısı həkk olunmuş açıq qəhvəyi rəngli həblər və təmiz çəkisi 0,043 qram açıq qəhvəyi rəngli həb hissəsi metadon tərkibli həblərdir. 16 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,64 qram, həb hissəsində 0,007 qram, ümumilikdə isə 0,647 qram təşkil edir. (bir həbdə 0,04 qram metadon olmaqla) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 156-157) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 1, iş vərəqə 156-157) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-152/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 217-221) Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 fevral 2025-ci il tarixdən hesablanmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-151/2025 saylı qərarından görünür ki, (cild 1, iş vərəqə 222-229) Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 fevral 2025-ci il tarixdən hesablanmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 2, iş vərəqə 4-11) Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il tarixindən, Təqsirləndirilən şəxs2 isə xx.xx.2009-cu il tarixindən başlayaraq Azərbaycan Respublikasına gedib-gəldiyi, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 12:40-da Astara DSBM-dən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getməsi, xx.xx.2024-cü il tarixdə saat 16:34-də X7 Aeroportundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına gəlməsi, xx.xx.2024-cü il tarixdə saat 15:34-də Astara DSBM-dən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getməsi və xx.xx.2025-ci il tarixdə saat 00:43-də X7 Aeroportundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıtması, Təqsirləndirilən şəxs2 isə xx.xx.2024-cü il tarixdə saat 12:38-də Astara DSBM-dən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getməsi, xx.xx.2024-cü il tarixdə saat 16:35də X7 Aeroportundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində geri qayıtması, 25.11 2024-cü il tarixdə saat 14:56- da Astara DSBM-dən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getməsi, xx.xx.2024cü il tarixdə saat 00:45-də X7 Aeroportundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıtması, xx.xx.2025-ci il tarixdə saat 16:18-də Astara DSBM-dən keçməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına getməsi, xx.xx.2025-ci il tarixdə saat 00:43-də X7 Aeroportundan keçməklə İran İslam Respublikasından Azərbaycan Respublikasına qayıtması müəyyən edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 2, iş vərəqə 37) "xxxx" MMC-dən təqdim edilmiş CD diskə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrələrindən adətən internetdən istifadə edildiyi müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/1710 nömrəli rəyindən görünür ki, (cild 2, iş vərəqə 50-54) ilkin ümumi təmiz çəkisi 983,316 qram olmuş, aparılmış tədqiqatdan sonra qalıq çəkisi 982,816 qram təşkil edən psixotrop maddə metamfetamindən qanunla müəyyən edilmiş xüsusilə külli miqdarının aşağı həddi miqdarında, yəni 400 qram çəkidə nümunə götürülərək bir ədəd kağız paketdə qablaşdırılmışdır. Təmiz çəkisi 582,816 qram olan qalan kütlə isə bir ədəd kağız paketdə qablaşdırılmışdır. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyi Respublika X8 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 2253 nömrəli rəyindən görünür ki, (cild 2, iş vərəqə 54-56) Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş Səhiyyə Nazirliyi Respublika X8 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 2247 nömrəli rəyindən görünür ki, (cild 2, iş vərəqə 57-59) Təqsirləndirilən şəxs1 sintetik opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 2, iş vərəqə 132-134) Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 00:47-də yaşıl kanal buraxılış dəhlizindən istifadə etməklə gömrük nəzarəti zonasını tərk etmiş, həmin zaman heç bir predmet bəyan etməmiş, daha sonra isə Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 01:12-də yaşıl kanal buraxılış dəhlizindən istifadə etməklə gömrük nəzarəti zonasını tərk etmiş, baxış zamanı zəruri olan görüntülər fotoşəkil formasında protokola əlavə edilmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, (cild 2, iş vərəqə 148-160) Dövlət Gömrük Komitəsinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminə baxış keçirərək İran islam Respublikasında fəaliyyət göstərən “X12 şirkətindən 42BR237/42ZA425 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində idxal olunmaqla, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Bakı şəhəri, Qaradağ rayonunun inzibati ərazisində yerləşən “İpək yolu" gömrük postunda **********0497 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara dair məlumatları və həmin nəqliyyat vasitəsini idarə etmiş şəxs barədə məlumatlar çap edilib cinayət işi materialına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, (cild 2, iş vərəqə 172-173) Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, (cild 2, iş vərəqə 174-175) Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 2, iş vərəqə 180-181) İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələrindən, həmin Məcəllənin 206.3.1, 206.3.2, 234.1 və 234.4-1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, (cild 2, iş vərəqə 187-189) Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama əlavələr edilməklə Azərbaycan Respublikası CM-nin 206.3.1, 206.3.2, 234.1 və 234.4-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.3-cü maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.3-cü maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər şəklində izah verilmişdir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, şəxsin əməllərində CM-in 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən CM-in 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə CM-in 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələn, CM-in 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.1 və 234.4-1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Belə ki, AR Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Cinayət Məcəlləsinin 31-ci maddəsində iştirakçılıq anlayışı iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı kimi müəyyən edilmişdir. Həmin maddədə “qəsdən” ifadəsinin iki dəfə istifadə olunması ikili təqsir forması ilə törədilən cinayətlərdə ehtiyatsızlıqdan baş vermiş nəticə istisna olmaqla, iştirakçılıqla törədilmiş əməllərin birbaşa qəsd ilə icra edilməsi ilə izah olunur. İştirakçılıqda birbaşa qəsdi fərqləndirən başlıca xüsusiyyət ondan ibarətdir ki, şəxs həm öz hərəkətlərinin (hərəkətsizliyinin), həm vahid cinayətin törədilməsində iştirak edən digər şəxslərin (heç olmazsa bu şəxslərdən birinin) hərəkətlərinin (hərəkətsizliyinin) ictimai təhlükəliliyini və öz hərəkətlərinin planlaşdırılan və ya artıq həyata keçirilən cinayətlə əlaqəsini dərk edir, digər iştirakçılarla birgə bunda iştirak etməyi arzulayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxslərin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. İttiham aktında təqsirləndirilən şəxslər tərəfindən cinayətin tamah məqsədi ilə törədilməsi CM-nin 61.1.6-cı maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi göstərilmişdir. Məhkəmə bu hissəyə münasibətdə qeyd edir ki, satış məqsədi özündə həmdə tamah niyyətini əhatə etdiyindən bu hal ağırlaşdırıcı hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.1 və 234.4-1-ci maddələri, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə tövsif edilmişdir. Hər iki şəxsə qarşı irəli sürülmüş ittihamda əməlin tamah niyyəti və satış məqsədi ilə törədilməsi göstərilmişdir. Məhkəmə bu hissədə qeyd edir ki, satış məqsədi həmdə tamah niyyətini əhatə etdiyindən hər iki şəxsə qarşı irəli sürülmüş ittihamdan tamah niyyəti xaric edilməlidir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.3-cü maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.3-cü maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.1 və 234.4-1-ci maddələrinin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələrinin sanksiyasına uyğun olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1–234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3-cü maddəsinə əsasən həmin məcəllənin 206.1–206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.3-cü maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində maddi sübut kimi saxlanılan 582,816 qram psixotrop maddə olan metamfetamin, tərkibindəki metadon narkotik vasitəsinin ümumi miqdarı 0,647 qram təşkil edən 16 ədəd “M40” yazılı həb, 1 həb qırıntısı və 4 top rezin borular hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs1 məxsus “Huawei Mate10” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus “Samsung A12” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılmalıdır. İş materiallarında olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.1 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1 və 206.3.2-ci maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli 15 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 08 (səkkiz) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 15 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Dövlət Gömrük Komitəsinin Azərterminalkompleks Birliyində maddi sübut kimi saxlanılan 582,816 qram psixotrop maddə olan metamfetamin, tərkibindəki metadon narkotik vasitəsinin ümumi miqdarı 0,647 qram təşkil edən 16 ədəd “M40” yazılı həb, 1 həb qırıntısı və 4 top rezin borular hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 məxsus “Huawei Mate10” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 məxsus “Samsung A12” markalı mobil telefon onların yaxın qohumlarına qaytarılsın. İş materiallarında olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti isə Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 37 (otuz yeddi) saata görə 407 (dörd yüz yeddi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 32 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli Hakimlər Hafiz Kamranov Babək Pənahov
Məhkəmə qərarları › İş №1(101)-1791/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1791/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver