Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1792/2022 03.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 6 aprel 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 1 iyun 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu, A.Şaiq küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,644 qram çəkidə narkotik vasitə heroini əldə edərək üzərində saxlayaraq daşımış, 2 iyun 2022-ci il tarixdə saat 00:10-da həmin narkotik vasitəni üzərində daşıyarkən Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhəri Binəqədi rayonu, «Heydər Əliyev» parkı ərazisində saxlanılaraq Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanda yerləşən Binəqədi RPİ-nin 4-cü PŞ-yə gətirilmiş və orada xidməti otaqların birində saat 04:30-da üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli parça materialdan olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellafon bükümün içərisində təmiz çəkisi 4,644 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.4,3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 1 il 6 aydır ki, narkotik vasitə olan heroindən hər dəfə təxminən 0,2 və ya 0,3 qram olmaqla istifadə edir. Tutulanadək metronun 28 May stansiyasının yaxınlığında yerləşən telefon dükanlarının birində mobil telefonların ehtiyyat hissələrinin satışı ilə məşğul olmuşdur. 1 iyun 2022-ci il tarixdə günorta saatlarında yaşadığı məhəllədə zibilliyin yanında bir ədəd sellafon büküm tapmışdır. Həmin bükümü açdıqda içərisinə təxminən 4 qram narkotik vasitə heroin olduğunu görmüşdür. Heroinin istifadəçisi olduğundan həmin bükümü əynindəki şalvarının sağ yan cibinə qoyub üzərində saxlamışdır. Səhəri gün, yəni 2 iyun 2022-ci il tarixdə, gecə saatlarında yaşadığı evin yaxınlığında olarkən Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb bölməyə aparılmışdır. Bölmədə xidməti otaqların birində təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynindəki boz rəngli şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Özünü CM-in 234.1-1ci maddəsi ilə təqsirli bilir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu, 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili işləyir. 1 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi, saxlaması və satışı ilə ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat şöbə rəhbərliynə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi İiə əməliyyat qrupu yaradılmış, qrupa şöbəsinin sahə rəisi Şahid2 da daxil edilmişdir. 1 iyun 2022-ci il tarixdə gecə saat 23 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən «Heydər Parkı»nın ətraf ərazisinə getmişlər. 2 iyun 2022-ci il tarixdə təxminən saat 00:10 radələrində «Heydər Parkı»nın ərazisində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmış və şöbəyə dəvət edilmişdir. Şöbədə baş təhqiqatçı Pərvin Cəfərov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübəhli şəxs qismində tutulmuşdur. Bundan sonra təhqiqatçının xidməti otağında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təhqiqatçınm təklifi ilə əynindəki boz rəngli parça materialdan olan şalvarının sağ yan cibindən ağzı bükülmüş şəffaf sellafonda olan bir ədəd bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, yaşadığı məhəllədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə təhqiqatçı tərəfindən götürülmüş, bir ədəd kağız zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda tədbirlə bağlı müvafiq protokol tərtib edilmiş, iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə-kimyəvi ekspertizasının 2 iyun 2022-ci il tarixli, 6/3094 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün №173» dairəvi möhür əksi olan, vətəndaş Təqsirləndirilən şəxs üzərindən ...» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 4,644 qram olanqəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizanın 4 iyun 2022-ci il tarixli 2994 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizanın 4 iyun 2022-ci il tarixli 1429 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Fləmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşin 71-73-cü vərəqlərindəki «şəxsi axtarış və götürmə aparılması haqqında» 02 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədlərini könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli parça materialdan olan şalvarının sağ yan cibindən şəffaf sellofanda bir ədəd bükümü çıxardaraq masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, sonuncu üzərində hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, üzərindən aşkar olunmuş bükümdəki kütlənin «kakos» olduğunu bildirmiş, həmin narkotik vasitəni yaşadığı məhəllədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra həmin bir ədəd sellofan bükümündəki narkotik vasitəyə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. İşin 127-129-cu vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnlərinin və telefon danışıqlarının siyahısının əks olunduğu Bakcell MMC-dən alınmış diskə baxış zamanı «Gəlirsən dalanın agzindayam», «göruşurəm sonra səhərdə desin ki gecə filankəs gəlmişdi mal satdın ona», «bilmədim spiçka karopqasinda atdim. Başdamısan ordan qaçmağa.», «Sən nə qədərliy istiyirsən?», «Ay qaqaş indi yoxdu başa düşürsən yoxdu indi. Saat 8 üçun olacaq», «Qaqaş hələki heç nə yoxdu. 1 saata olacaq. Xəbər eliyərəm $ənə» və s. kimi SMS mətnləri aşkar edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnlərinin və telefon danışıqlarının siyahısının əks olunduğu Bakcell MMC-dən alınmış diskə baxış zamanı həmin telefon nömrəsindən **********73 saylı mobil telefon nömrəsinə «Oyagsan? 30m ver 1qr pati verim sene. Srocni Deliye pul lazimdi indi. Oyagsansa cvb di mene», **********93 saylı mobil telefon nömrəsinə «Ata pati var idi usag var onda pul lazimdi sricnu. Bunu diceydim ki pulun varsa narmalni goturum senincun.», **********68 saylı mobil telefon nömrəsinə «Qaqas 20deyqeye goruserik. Vericem pati. Corey yiyirem.», «Rosen atam qebri pati yoxdu qutardi. Yeni 2sinnende qutardi. Birde sabah gunorta.», **********14 saylı mobil telefon nömrəsinə «Mende 2dene var. 22den istiyirsen? Mene he yada yox cavab dı. Gozdıyırem», **********71 saylı mobil telefon nömrəsinə «Bilmirem ki. Tema yarim saata alinir. İstiyirsen?», «10-12deq dukanin dalina gel. Pati yoxdu. Yari k istiyirsen sen?», «Yaxsi 10deq dukanin dalinda ol. Gecikme. Borcunnan 5m verde hec olmasa. Kecen defe sen ol vurmusdun ki sabah vericem. 3gun kecib e uje.», «Gozdeme qaqas vermicey. Ustu bagli istedim gordum dimey istiyirki sene p lazimdi cekde. Yenede nese eliye bilesem yazaram sene», «Yox qaqas alinmadi. Deyir p istiyirsen otur ne qeder istiyitsen tokum cek. Bele vermirde», «Ay Eli ppp yoxdu. Kkkdi ancaq oda 20deq alinir», «Elyaga Ferhad oyagdi meni gudur ki gorsun men qapini acib kimiynen goruwurem sora seherde desin ki gece filankes gelmiwdi mal satdun ona. Sende gorursen adboy verirem yene yigirsan e. Gorsen ozum cixa bilmedim sipicqa karopqqsinda atdim. Bawdamisan ordan ççdamağa. Gotveren oyag olmasaydi ozum cixiceydim da. Hacansa men bele wey elemiwem.», «Olar qaqaw. Ama 0.3 vere bilerem. Pda seher tezden 6da yoxe axwam terefi 6da olucey. Oxuyan kimi poz mesajdari.» **********79 saylı mobil telefon nömrəsinə «Behruz Atamin qebri hele yoxdu kola. Duzlelsin xeber elicem sene.», «Qaqas hell elediy. Behruz bu gun ne olur olsun gel o pover banki gotur 10m ver verim buna. Bayax yene dedi. Duwecek prinsipe vermiyecek mene senin de elin kesilecek. Bax menden demekdi. Sora mene dimeki Feqan meni burur tema vermir mene.», **********70 saylı mobil telefon nömrəsinə «Qaqas gel. Koskun yanina catanda vzv at cixim. 17manatdan asagi olmasin a pul. İlhamnan gucnen almisam», **********91 saylı mobil telefon nömrəsinə «Pati iwi duzelib prosta İlhamnan Seyidderdeyik. Markete girib gelirik. Gelende sene vzv aticam cixarsan tine p vericem sene.», «Elyaga ewidirsen meni men ondan birinnen ala bilerem. Ya 03-04k ala bilerem. Yada 0.2p. İkisinnne birini sec bir kelme yaz.» məzmunda sms-lərin göndərildiyi müəyyən edilmişdir. İşin 51-52-ci vərəqlərindəki qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,644 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalan 4,594 qram hissəsi saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İşin 152-159-cu vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 2 iyun 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntülərinin əks olunduğu bir ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnlərinin və telefon danışıqlarının siyahısının əks olunduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 114-cü vərəqindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 26-cı vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları təkzib edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini amamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 2 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,644 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 4,594 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntülərinin əks olunduğu bir ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnlərinin və telefon danışıqlarının siyahısının əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2 iyun 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,644 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 4,594 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntülərinin əks olunduğu bir ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş bir ədəd Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan mesaj mətnlərinin və telefon danışıqlarının siyahısının əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1792/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1792/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver