Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1794/2021 13.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X39 və həmin şöbənin böyük prokuror-metodisti Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçilər - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X14 və Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X16 iştirakları ilə 16 avqust 1982-ci il tarixdə Lerik rayonu Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manat cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni sahə, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 182.2.1-ci, 182.2.2-ci, 182.2.4-cü, 310-cu və 32.4, 312.1-ci maddələri, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.4-cü və 309.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə qismən qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək ona məxsus “Mitsubishi Airtrek” markalı avtomobili talayaraq ona xeyli miqdarda ziyan vurmuş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə sonuncunun əmlakını tələb edərək təkrar hədəqorxu ilə tələb etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək Şahid1 işə düzəltmək üçün rüşvət verməyə təhrik etmiş və sonuncunun etibarından sui-istifadə etmə yolu ilə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 X5 7500 manata (beş yüz manat borclu qalmaqla) faktiki olaraq aldığı “Mitsubishi Airtrek” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi olmadığına görə idarə edə bilmədiyindən avtomobilə dair ona X12 adından 08 iyul 2019cu il tarixli etibarnamə verilməsindən istifadə edərək həmin avtomobili bir müddət Zərərçəkmiş şəxs1 işlərinə kömək etmək üçün sürücüsü kimi idarə etdikdən sonra, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 25 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X57 İdarəsində avtomobilin üzərindən **-SJ-*** dövlət qeydiyyat nişanını çıxardıb öz adına olan **-RP-*** dövlət qeydiyyat nişanını qoyaraq ADN JMs 565408 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında öz adına qeydiyyata saldırmış və 27 iyul 2019-cu il tarixdə saat 02 radələrində “Mitsubishi Airtrek” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 103 A ünvanın qarşısından az müddət sonra qaytaracığı adı ilə sürüb aparmaqla ələ keçirərək ona xeyli miqdarda - 7500 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, dostu - həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəlcədən hazırladığı cinayət planına uyğun olaraq, Təqsirləndirilən şəxs2 03 aprel 2020-ci il tarixdə əldə etdiyi Zərərçəkmiş şəxs2 vahid məlumat-axtarış sistemindən şəxsiyyətinə dair məlumatların əks olunduğu portal sənədini ona verməsindən sonra, 08 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaşayış binaları yaxınlığında, Xəzər dənizinin sahilində mühərriki söndürülmüş vəziyyətdə dayandırılmış “Mercedes A160” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, videokamerası işlək vəziyyətə gətirilmiş özünə məxsus mobil telefonu ilə həmin avtomobilin içərisində intim münasibətdə olan Zərərçəkmiş şəxs2 və sonuncunun tanışı Şahid4 videosunu çəkdikdən sonra özünü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnsan X28 İdarəsinin əməkdaşı kimi - əslində malik olmadığı səlahiyyət daşıyıcısı kimi özünü təqdim etməklə Zərərçəkmiş şəxs2 üzərində psixoloji üstünlük qazandıqdan sonra telefonunun yaddaşında saxladığı onun haqqında rüsvayedici məlumat olan intim videonu sosial şəbəkələrdə nümayiş etdirəcəyi ilə, habelə diskə köçürdüb ailə üzvlərinə göndərəcəyi ilə hədələyib 7000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, 08 aprel 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən Suraxanı rayon Polis İdarəsinin Dövlət X45 inzibati binasının yaxınlığında ondan üzərində olan 100 manat, Təqsirləndirilən şəxs2 özünü polis əməkdaşı kimi təqdim edib Şahid4 əxlaqsız hərəkətlərinə görə polislər tərəfindən tutulduğunu və buraxılmadığını bildirərək Zərərçəkmiş şəxs2 tələb edilən pulu verməyə təhrik etməsindən sonra 20 aprel 2020-ci il tarixdə ünvan 8 ünvanında yerləşən mərasim evinin qarşısında “Mitsubishi” markalı avtomobilin içində 3300 manat, 27 aprel 2020-ci il tarixdə ünvan 9 ünvanının qarşısında “Mitsubishi” markalı avtomobilin içində 1500 manat, 30 aprel 2020-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 14 ünvanında yerləşən binanın arxasındakı yolda 200 manat, ümumilikdə vahid niyyətlə cəmi 5100 manat pul almaqla, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə xeyli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar hədə-qorxu ilə tələb etmiş və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək dövlət orqanlarını əhalinin gözündə nüfuzdan salmaqla fiziki və hüquqi şəxslərin, yəni Zərərçəkmiş şəxs2 və daxili işlər orqanlarının hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə qərarına gəlib bu məqsədlə Şahid1 özünü özbaşına vəzifəli şəxs kimi təqdim edərək, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi vəzifəsində işləməsini deyərək və polis kapitanı xüsusi rütbəsi olan xidməti geyimdən istifadə edərək 29 iyun 2001-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnaməyə əsasən yaşı 30-dan yuxarı olduğuna görə xidmətə qəbul oluna bilməyən Şahid1 etibarını qazandıqdan sonra onu Daxili İşlər Nazirliyində yüksək vəzifədə çalışan, yaxın münasibətdə olduğu şəxslərin vasitəsilə 17000 manat müqabilində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” mərkəzi zəng xidmətinə polis nəfəri kimi işə düzəltmək adı ilə aldadaraq və Şahid1 Daxili İşlər Nazirliyində yüksək vəzifədə çalışan şəxslərə Daxili İşlər Nazirliyinin “102” mərkəzi zəng xidmətinə işə qəbul edilməsi üçün onun vasitəçiliyindən istifadə etməklə 17000 manat pul verməyə, yəni rüşvət verməyə təhrik edərək həmin pulun 5000 manatını 2020-ci il avqust ayının 2-də ünvan 11 ünvanında yerləşən “Maşallah market”in qarşısında, daha sonra 2020-ci ilin avqust ayının 10-da 5000 manatını ünvan 12 ünvanında yerləşən “Continet Hotel”də, sonuncu 7000 manatı isə 2020-ci ilin avqust ayının 30-da ünvan 13 ünvanın yanında vahid niyyətlə ələ keçirib Şahid1 xeyli miqdarda, yəni 17000 manat ziyan vurmaqla təkrar dələduzluq etmiş və Şahid1 rüşvət etməyə təhrik etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək dövlət orqanlarını əhalinin gözündə nüfuzdan salmaqla fiziki və hüquqi şəxslərin, yəni Şahid1 və daxili işlər orqanlarının hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Təqsirləndirilən şəxs2 öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etmiş, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə sonuncunun əmlakını tələb edərək hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 intim görüntülərini çəkərək barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib xeyli miqdarda əmlak əldə etmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili kimi öz xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxmaqla 03 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 vahid məlumat-axtarış sistemindən şəxsiyyətinə dair məlumatların əks olunduğu portal sənədini əldə edərək Təqsirləndirilən şəxs1 vermiş, cinayətkar niyyətinə çatmaq üçün özünü guya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X28 İdarəsinin əməkdaşı kimi təqdim edən və inandırıcı olması üçün ona verilmiş portal sənədindən istifadə edən Təqsirləndirilən şəxs1 08 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaşayış binaları yaxınlığında, Xəzər dənizinin sahilində dayanmış “Mercedes Al60” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobildə intim münasibətdə olan Zərərçəkmiş şəxs2 və Şahid4 videosunu videokamerası işlək vəziyyətə gətirilmiş özünə məxsus mobil telefon vasitəsi ilə çəkib Zərərçəkmiş şəxs2 həmin videogörüntünü sosial şəbəkələrdə nümayiş etdirəcəyi ilə, habelə diskə köçürdüb ailə üzvlərinə göndərəcəyi ilə hədələyib 7000 manat pul verməsini tələb etdikdən sonra Təqsirləndirilən şəxs1lə aralarında olan razılaşmaya əsasən özünü polis əməkdaşı kimi təqdim edib Şahid4 əxlaqsız hərəkətlərinə görə polislər tərəfindən tutulduğunu və buraxılmadığını bildirərək Zərərçəkmiş şəxs2 tələb edilən pulu verməyə təhrik etmiş, Təqsirləndirilən şəxs1 08 aprel 2020-ci il tarixdə ünvan 14 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinin Dövlət X45 inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs2 üzərində olan 100 manatı, 20 aprel 2020-ci il tarixdə ünvan 16 ünvanında yerləşən mərasimin evinin qarşısında “Mitsubishi” markalı avtomobilin içində 3300 manat, 27 aprel 2020-ci il tarixdə ünvan 9 ünvanının qarşısında “Mitsubishi” markalı avtomobilin içində 1500 manat, 30 aprel 2020-ci il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi 14 ünvanında yerləşən binanın arxasındakı yolda 200 manat, ümumilikdə vahid niyyətlə 5100 manat pul almış, bununla da o, Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 5100 manat pulunu hədə-qorxu ilə tələb etmiş, beləliklə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək Zərərçəkmiş şəxs2 hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə xeyli miqdarda özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında tələb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə ümumiyyətlə təqsirli bilməyərək göstərdi ki, o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində təhqiqatçı, daha sonra Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində sahə müvəkkili işləmiş Zərərçəkmiş şəxs1la 2015-ci ildən yoldaşlıq etmiş, onun yanında qeyri-rəsmi olaraq işləmiş, yazı işlərinə köməklik göstərmişdir. Zərərçəkmiş şəxs1 avtomobili olmadığı üçün əvvəlcə ona məxsus olan “BMW” markalı, sonra isə “Hyundai Sonata” markalı avtomobili idarə etməklə Nicatın işlərinə kömək etmişdir. “Mitshubishi Airtrek” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin iyun ayında özünün və ailəsinin köməkliyi ilə topladığı 7000 manat pulu verərək Ramazan adlı şəxsdən baş etibarnamə əsasında almış və sonra da həmin avtomobili idarə etməklə Nicatın işlərinə köməklik göstərmişdir. Onlar demək olar ki, həmişə bir yerdə olmuşlar, bu səbəbdən də Nicatın polis kapitanı rütbəsi olan geyim forması və ona aid olan sənədlər onun avtomobilində qalmışdır. Hələ 22-ci Polis Bölməsinin işçilərinə kömək edən vaxt, yəni təxminən 2015-ci ildə polis orqanlarında işləmək həvəsi və polis xidməti geyiminə hörməti olduğundan, polis kapitanı geyim formasında olan şəklini fotoşop edərək çərçivə üçün hazırlamış, həmin şəkil ona məxsus sənədlərin içərisində, avtomobilində olmuşdur. X50 Orqanlarından xaric olduqdan sonra da sonuncunun polis geyim forması və sənədləri olan qara rəngli qovluğu onun avtomobilində qalmışdır. 20 yanvar 2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılarkən həmin polis forması, formada olan şəkil, qandal, mobil telefonları, Zərərçəkmiş şəxs1 məxsus sənədlər və sair əşyalar onun avtomobilindən aşkar edilərək götürülmüşdür. O, 2020-ci ilin mart-aprel aylarında günün birinci yarısında “Mitshubishi Artrek” markalı avtomobili ilə “Neftçilər dairəsi” adlanan yerdən Babək prospekti istiqamətində hərəkətdə olarkən Xəyalə adlı qadını ilk dəfə dayanacaqda Daxili İşlər Nazirliyinin mülki mühafizə formasında dayandığını görmüşdür. İlk baxışdan xoşu gəldiyi üçün avtomobili onun yanında saxlamış, bir-biriləri ilə baxışdıqda Xəyalə də onun tanış olmaq fikrini başa düşərək səmimi münasibət göstərib onun avtomobilinə əyləşmişdir. Söhbət zamanı birbirlərinə özlərini təqdim edərək tanış olmuşlar. Xəyalə ondan xoşu gəldiyini, aptek deposunda mülki mühafizə polisində mühafizəçi işlədiyini bildirmişdir. O, öz mobil telefon nömrəsini Xəyaləyə, sonuncu isə nömrəsini ona vermişdir. Bundan sonra onunla Xəyalə arasında sevgi münasibətləri yaranmış, dəfələrlə görüşləri olmuş və dəfələrlə Xəyaləni işdən götürərək Qaraçuxur qəsəbəsində düşürmüşdür. Xəyalə ilə adətən “Kontinental” oteldə görüşmüşlər. Sonradan Xəyalənin mobil telefonuna müxtəlif zənglər gəlməsini, sonuncunun zəngləri ondan gizlətdiyini gördükdə Xəyalənin ona xəyanət etdiyini başa düşmüş, buna görə də təxminən 2020-ci ilin sentyabr ayının ortalarında ondan ayrılmışdır. Xəyalə ilə sonuncu danışıqları sentyabr ayının ortalarında olmuşdur. Xəyalə ondan ayrılmamağını təkid etmiş, o isə ayrılmağa qəti qərar verdiyi üçün Xəyalə “Biz ağdamlıyıq, gör sənin başına nə oyun açacam, sən məndən ayrıla bilməzsən” və sair kimi sözlərlə onu hədələməyə başlamışdır. O, heç vaxt Xəyalədən onu işə düzəlmək adı ilə və ya sair məqsədlər üçün hər hansı bir məbləğdə pul almamışdır. Xəyalənin pulla bağlı bütün dedikləri böhtandır, şərləmədir, iftiradır. Təqsirləndirilən şəxs2 təxminən 5 ilə yaxındır ki, tanıyır. Elşənlə ilk tanışlığı hələ sonuncunun Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında Post-Patrul Xidməti Bölüyündə polis nəfəri kimi işlədiyi vaxtdan yaranmışdır. Təxminən 08 aprel 2020-ci il tarixdə səhər saatlarında Elşən onu metronun “28 May” stansiyasının yaxınlığında yerləşən X9 İdarəsinə çağırmışdır. Həmin vaxt Elşənin otağında başqa bir oğlan da olmuşdur. Elşən onları tanış edərək həmin oğlanın onun dostu Mübariz olduğunu, Mübarizin Arzu adlı qadınla münasibəti olduğunu və həmin qadının onun ailəsini dağıtmaq istədiyini, ona görə də Mübarizin xahişi ilə həmin qadını ondan ayırmaq lazım olduğunu bildirmişdir. Elşənin danışdığı plana əsasən onlar Arzu ilə Mübarizin intim videosunu qeydə alıb Arzunu hədələməli və bununla da onu Mübarizdən ayırmalı olmuşlar. Mübariz özü onlara Arzu ilə görüşəndə dəniz kənarına getdiklərini və orada intim münasibətdə olduqlarını bildirmişdir. Bundan sonra Mübarizin Arzu ilə görüşəcəyi yeri onlara deməsi, onların da həmin yerə gedərək Mübarizlə Arzunu videoçəkiliş etmələri barədə razılığa gəlmişlər. Həmin gün plana uyğun olaraq Mübarizin Arzu ilə görüşməsi üçün Elşən, o və Mübariz ona məxsus “Mitsubishi” markalı avtomobillə Əhmədli qəsəbəsinə getmişlər. Orada Mübariz avtomobildən düşərək Zərərçəkmiş şəxs2 ilə görüşmüş və Arzunun idarə etdiyi avtomobilə əyləşmişdir. O isə Elşənlə birlikdə şəhər istiqamətinə qayıtmış və Mübarizdən xəbər gözləmişlər. Təxminən bir saat sonra Mübariz Elşənə ya mesaj yazaraq, ya da zəng edərək Arzu ilə olduqları yer barədə məlumat vermiş, onlar da həmin yerə getmişlər. Həmin vaxt avtomobili o özü idarə etmişdir. Avtomobili kənarda saxlamış və əlində “Samsung” markalı telefonla kamerası işlək vəziyyətdə Arzu ilə Mübarizin yanına gedərək onları videoya çəkməyə başlamışdır. Bir müddət sonra çəkilişi bitirmiş və Mübarizi Polis İdarəsinə aparacağı təəssüratını yaratmaq üçün sonuncuya Arzunun avtomobilindən düşüb digər avtomobilə əyləşməsini bildirmişdir. Bundan sonra özü Arzu ilə birlikdə sonuncuya məxsus “Mersedes A160” markalı avtomobillə hərəkətə başlamış və bir qədər getdikdən sonra avtomobili yol kənarında saxlayıb söhbət etməyə başlamışlar. O, Arzuya müəllimə kimi hansısa kişi ilə dəniz kənarında intim münasibətdə olmağın ona yaraşmadığını izah edərək bildirmişdir ki, Mübariz yaxşı oğlan olsaydı onunla avtomobildə intim münasibətdə olmazdı. Həmin vaxt kənardan başqa bir avtomobil idarəetməni itirərək onların əyləşdiyi Zərərçəkmiş şəxs2 məxsus avtomobilə dəymiş və bununla bağlı rəsmiləşdirmə aparılmışdır. Bundan sonra o, öz avtomobili ilə Arzu ilə birlikdə Suraxanı rayon X55 Şöbəsinə getmiş və orada müvafiq sənədləşmə aparılmış, Arzu izahat yazmışdır. Sonra da Arzunu yaşadığı ünvana, yəni Yeni Günəşli qəsəbəsində yerləşən evinə aparmışdır. Bundan sonra Arzu ilə aralarında sevgi münasibəti yaranmış və onlar təxminən bir neçə ay sevgili olmuşlar. Daha sonra o, Arzunun yenidən Mübarizlə ünsiyyətdə olmasından şübhələndiyi üçün ondan ayrılmışdır. O, Arzunu videogörüntüsünü yaymaqla hədələyərək ondan pul tələb etməmiş, onu cinsi əlaqədə olmağa məcbur etməmiş, sonuncu özü könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. O, Arzu ilə Mübarizin videosunu onları ayırmaq üçün çəkmişdir. Arzunu həmin videonu yaymaqla hədələsə də, bunu Arzudan pul almaq məqsədilə yox, Arzunu Mübarizdən ayırmaq üçün etmişdir. Ona görə də Arzunun böhtançı kimi verdiyi ifadələrinin həqiqəti əks etdirmədiyinin nəzərə alınmasını xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, 2009-cu ildən 07 noyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dəmir X29 İdarəsinin Cinayət axtarış şöbəsində əvvəlcə polis serjantı, 2017-ci ildən 07 noyabr 2020-ci il tarixədək isə polis baş leytenantı rütbəsində əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 təxminən 5-6 il olar ki, polisin inanılmış şəxsi, polisə məlumat verən və kömək edən şəxs kimi tanımışdır. Vüsalla xidməti münasibətdən kənar hər hansı münasibəti, düşmənçiliyi və ya ədavəti olmamışdır. Şahid4 isə tutulmazdan təxminən 6-7 il əvvəldən tanımışdır. Belə ki, Mübarizin həyat yoldaşı onun yaşadığı məhəllədə yaşamış, Mübarizi də həmin məhəlləyə gedib-gəldiyinə görə tanımışdır. 2020-ci ilin mart ayında o, Mübarizlə “28 Mall” ticarət mərkəzinin qarşısında olarkən Vüsal təsadüfən onu orada görmüş və avtomobili saxlayaraq onunla görüşmüşdür. Həmin vaxt Mübarizlə Vüsal tanış olmuş, Vüsal Mübarizə polisdə işlədiyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Mübariz və Vüsal metronun “28 May” stansiyasının yaxınlığında yerləşən çayxanaların birində görüşüb söhbət edən zaman Mübariz bir nəfər qadınla görüntülü danışmışdır. Danışıb qurtardıqdan sonra Vüsal Mübarizdən həmin qadının kim olduğunu soruşmuş, Mübariz də adı Arzu olan həmin qadının ibtidai sinif müəlliməsi işlədiyini və onun sevgilisi olduğunu bildirmişdir. X25 nömrəsini istədikdə Mübariz nömrəni ona verməmiş, Vüsal isə “eybi yox, özüm nömrəsini tapacam” deyə bildirmişdir. 2020-ci ilin avqust ayında Mübariz özü ona yaxınlaşaraq Arzu ilə avtomobildə dəniz kənarında sevişən zaman Vüsalın onları videoya çəkdiyini bildirmişdir. O, özü bu barədə Vüsaldan heç nə soruşmamış, aralarında ümumiyyətlə bu mövzuda söhbət olmamışdır. O, 2020-ci ilin təxminən sentyabr ayında “Qış Park”ında olan zaman Vüsal onu görüb yaxınlaşmış və Mübarizə zəng edib onu da “Qış Park”ına çağırdığını bildirmişdir. Bir qədər sonra Mübariz də oraya gələrək onlarla görüşmüşdür. Daha sonra Vüsal ona “bizi bağışla, ciddi söhbətimiz var” deyərək Mübarizlə birlikdə öz avtomobilində oturub söhbət etmiş, o isə özü tək parkda gəzişmişdir. Təxminən 5-6 dəqiqə sonra Mübariz Vüsalın avtomobilindən düşmüşdür. Həmin vaxt o, Mübarizin saatının qolunda olmadığını, üz-gözünün isə qızardığını görüb ondan nə baş verdiyini soruşmuş, Mübariz də Vüsalın onu döyərək qolundan saatı qırıb götürdüyünü, həmçinin “İphone” markalı mobil telefonunu aldığını bildirmişdir. O, Mübarizə səbrli olmasını deyərək Vüsalın iki-üç gün sonra ona məxsus əşyaları qaytaracağını bildirmişdir. Bir neçə gün sonra Mübariz ona zəng edərək Vüsalın ondan aldıqlarını qaytarmadığını bildirmiş, o isə Mübarizə polisə məlumat verməsini məsləhət görmüşdür. Daha sonra bu hadisələrdən məlumatı olmamış, sadəcə Vüsalın dələduzluq etdiyinə görə həbs olunduğunu eşitmişdir. Mübariz və Arzu dənizkənarında avtomobildə sevişərkən Vüsal onları videoya çəkən zaman o, orada olmamış, Mübarizi Arzudan ayırmaq üçün kiminləsə belə bir plan qurmamışdır. Yalnız portal məlumatını verməklə böyük səhv etdiyini anlayır. Amma heç bir halda hədə-qorxu ilə tələb etmə əməlində iştirak etməmiş, heç kimdən pul almamışdır. Vüsalın da Arzudan pul almasını bilməmişdir, nə də Vüsal ona kimdənsə aldığı puldan verməmişdir. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, 2000-ci ildən 2020-ci ilədək daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmiş, 2020-ci ilin iyun ayında isə təqaüdə çıxmışdır. X49 vaxtilə Şuşa rayon icra hakimiyyətinin başçısı vəzifəsində işləmiş, məlum vertolyot hadisəsi zamanı digər yüksək vəzifəli dövlət xadimləri ilə birlikdə həlak olmuşdur. 2017-ci ildə Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində təhqiqatçı vəzifəsində çalışarkən bölməyə mülki vətəndaş kimi polisə kömək etmək adı ilə gəlib- gedən Təqsirləndirilən şəxs1lə tanış olmuş, sonralar arabir zəngləşərək görüşmüşlər. 2019-cu ilin yaz aylarında Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində sahə inspektoru vəzifəsində işləyərkən Vüsal yenidən onun yanına gəlmişdir. Həmin vaxt onun sürücülük vəsiqəsi olmadığından, həmçinin avtomobili pis idarə etdiyindən özünə məxsus olan “Hyundai Sonata” markalı avtomobilə dair Vüsala etibarnamə vermişdir ki, həm ona avtomobil sürməyi öyrətsin, həm də müvəqqəti olaraq həmin avtomobili idarə etməklə onu lazımi yerlərə aparıb gətirsin. O, qeyd olunan avtomobili həmin vaxt 13-cü Polis Bölməsində əməliyyat müvəkkili işləyən, keçmiş iş yoldaşı Şahid12la birlikdə Sumqayıt şəhərindən almışdır. Onun sürücülük vəsiqəsi olmadığından ilkin etibarnamə Natiqin adına olmuşdur. Lakin Vüsalla görüşdükdən sonra sonuncu ona avtomobili sərbəst sürə bilməsi üçün etibarnaməni onun öz adına keçirməsini istəmişdir. Qısa bir müddət ərzində avtomobilin mühərriki xarab olduğundan o, 2019-cu ilin yay aylarının əvvəllərində həmin avtomobili sataraq yeni avtomobil almaq qərarına gəlmişdir. 2019-cu ilin iyul aylarının əvvəllərində tanışı Şahid8 ona Ramazan adlı şəxsin “Mitshubishi Airtrek” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil satdığını bildirmişdir. O, ilk dəfə Ramazanla bərabər 13-cü Polis Bölməsinin yaxınlığında Rəşadla görüşərək həmin avtomobilə baxmışdır. Ramazan avtomobili 7500 manata satmağa razı olmuş, daha sonra Vüsal da avtomobilə baxıb bəyənmişdir. O, 07 iyul 2019-cu il tarixdə Rəşadla birlikdə metronun “İçərişəhər” stansiyasının yaxınlığında Ramazanla görüşmüş və Rəşadın yanında 7000 manat pulu Ramazana vermiş, qalan 500 manatı isə bir ay ərzində verəcəyinə söz vermişdir. Rəşad da ona zamin durduğu üçün Ramazan pulun qalan hissəsini sonra verməyinə razılaşmışdır. Razılaşmanın olduğu tarixi dəqiq xatırlamasa da bazar günü olduğu yadındadır. Onun sürücülük vəsiqəsi olmadığından avtomobilin etibarnaməsini Vüsalın adına verməyi qərara almışdır. Növbəti gün işi çıxdığı üçün Vüsal özü tək Ramazanla görüşərək notariat kontoruna getmiş və Ramazan Vüsalın adına baş etibarnamə vermişdir. Avtomobili aldıqdan sonra birlikdə həmin vaxt onun işlədiyi 15-ci Polis Bölməsinə getmişlər və oradakı bütün iş yoldaşları onun avtomobil aldığını bilmişlər. İş yoldaşlarından biri - həmin vaxt təhqiqatçı işləyən Şahid7 avtomobilin etibarnaməsini Vüsalın adına verdiyini biləndə buna görə ona irad tutmuş, Vüsalın düzgün adam olmadığını deyib təcili olaraq avtomobili öz adına keçirməsini istəmişdir. Ancaq o, Vüsala etibar etdiyi üçün Seyidağanın sözünə qulaq asmamış, hətta bəzən avtomobili özünün şəxsi işləri ilə bağlı təkcə sürüb aparması üçün də Vüsala vermişdir. Belə ki, Vüsal bir-iki dəfə avtomobili sürüb getmiş və bir neçə saatdan sonra ona qaytamışdır. 13 iyul 2019-cu il tarixdə bülletendə olduğuna görə ailəsi ilə birlikdə həmin avtomobillə əvvəlcə Qəbələ, sonra isə Qax və Balakən rayonlarına getmiş, 24 iyul 2019-cu il tarixdə isə Bakı şəhərinə qayıtmışdır. 25 iyul 2019-cu il tarixdə Vüsal onun yanına gələrək avtomobili sürmək üçün ona verməsini istəmiş, o da razılaşaraq avtomobili ona vermişdir. Axşam avtomobili qaytaranda avtomobilin qeydiyyat nişanının dəyişildiyini və üzərində **-RP-*** dövlət qeydiyyat nişanının olduğunu görmüşdür. Bu barədə Vüsaldan soruşduqda sonuncu həmin nömrənin özünə məxsus “BMW” markalı avtomobilin üzərində olduğunu, onu bron etdirdiyini və nömrə əldən çıxmasın deyə hələlik bu avtomobilin üzərinə qoyduğunu bildirmişdir. Vüsala inanmış və ağlına başqa fikir gəlməmişdir. 26 iyul 2019-cu il tarixdə ailəsi ilə birlikdə həmin avtomobillə qaynı uşağının ad gününə getmişdir. Orada olarkən Vüsal ona zəng edərək təcili rayona getməli olduğunu bildirmiş və avtomobili bir-iki günlük ona verməsini xahiş etmişdir. O, həmin gün ad günündən gec gəlmişdir. 27 iyul 2019-cu il tarixdə təxminən gecə saat 02 radələrində Vüsal onun yaşadığı evə gələrək avtomobili bir-iki günə qaytarmaq şərti ilə ondan götürmüşdür. Lakin sonradan Vüsal müxtəlif bəhanələr gətirərək avtomobili qaytarmamışdır. Daha sonra eşitmişdir ki, Vüsal onun etibarından sui-istifadə edərək onun xəbəri olmadan avtomobili öz adına keçirmişdir. Həmin vaxt o özü daxili işlər orqanlarında xidmət etdiyindən utandığı üçün bu barədə heç bir yerə rəsmi müraciət etməmişdir. Ancaq utancverici olsa da 15-ci Polis Bölməsində iş yoldaşlarının hamısına, həmçinin qohumlarının, dostlarının və tanışlarının bir qisminə bu barədə məlumat vermişdir. O, dəfələrlə Vüsaldan avtomobili qaytarmağını xahiş etsə də, sonuncu avtomobili qaytarmamışdır. 21 yanvar 2020-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 araşdırma ilə əlaqədar saxlanıldıqda, ona məxsus həmin avtomobildən polis kapitanı xüsusi rütbəli xidməti geyim forması aşkar olunmuş, dindirmə zamanı Vüsal həmin geyim formasının ona məxsus olduğunu bildirmişdir. Lakin həmin geyim forması ona məxsus deyil. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş qaydada layiq olduğu şəkildə cəzalandırılmasını, mülki iddiasının təmin olunmasını və avtomobilinin onun mülkiyyətinə verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, 1999-cu ildən etibarən Yeni Günəşli qəsəbəsində yerləşən tam orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Xeyli müddət əvvəldən Şahid4 ilə tanış olmuş, aralarında sevgili münasibətləri yaranmış, mütəmadi görüşmüşlər. Sevgili kimi aralarında heç vaxt ciddi bir narazılıq, problem olmamışdır. Növbəti dəfə adi günlərdə olduğu kim 08 aprel 2020-ci il tarixdə Mübarizlə görüşmüş, özünə məxsus “Mercedes A160” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hövsan-Türkan qəsəbəsi arasında dəniz kənarına getmiş, təxminən 15 dəqiqə dəniz kənarında gəzişmiş, sonra Mübarizlə birlikdə avtomobilin arxa oturacağında əyləşmişlər. Bir-birinə qarşı sevgili kimi nəvaziş göstərmiş, qucaqlaşmışlar. Paltarlarını tam çıxartmasa da təxminən yarıçılpaq vəziyyətdə, koftası çiyinlərindən aşağı sürüşmüş halda olmuşdur. Həm də koftasını yarıyadək yuxarı qaldırmış, şalvarını isə dizə qədər aşağı endirmişdir. Belə bir vəziyyətdə Mübarizlə öpüşərkən Mübarizin arxasındakı şüşədən kiminsə əlində telefon qaça-qaça avtomobilə tərəf gəldiyini görmüşdür. Həmin şəxs avtomobilə çatıb onun oturduğu tərəfdən qapını açmış və əlindəki telefonla onu çəkərək özünü Daxili İşlər Nazirliyinin İnsan X28 İdarəsinin əməliyyatçısı kimi təqdim edib kobud şəkildə, əllə sərt hərəkətlər etməklə “Karantin qaydalarına əməl edin” deyə onların üstünə çığırmışdır. O, həmin vaxt bədəninin açıq yerlərini tələsik örtməyə çalışmış, amma sonradan adının Təqsirləndirilən şəxs1 olduğunu bildiyi həmin şəxs buna imkan verməyib kobud şəkildə əl ataraq köynəyini yenidən yuxarı çəkmişdir ki, onu məhz çılpaq vəziyyətdə çəksin. O, qışqırıb yenidən paltarlarını düzəltməyə çalışmış, lakin Vüsal buna imkan verməmişdir. Daha sonra Vüsal videoçəkilişi dayandıraraq onun və Mübarizin qoluna qandal vuraraq onların ikisini bir qandalla bağlamış, özü isə avtomobilin sükanı arxasına əyləşib sürməyə başlamışdır. Vüsal söyüşlü ifadələr işlətməklə, çox kobud şəkildə davranmaqla onları polis idarəsinə aparacağını demiş, onlar isə yalvararaq aparmamasını xahiş etmişlər. Mübariz Vüsaldan qolundakı qandalı açmasını xahiş etdikdə sonuncu Mübarizin ünvanına nalayiq ifadə işlədərək qolundan qandalı açmışdır. Onlar dəniz kənarından əsas yola çıxdıqdan sonra Vüsal avtomobili dayandırmış və həmin vaxt markasını və qeydiyyat nömrəsini xatırlamadığı bir avtomobildən təxminən 22-23 yaşlarında qarayanız bir oğlan – adının sonradan Elşən olduğu deyildiyi şəxs avtomobilinə yaxınlaşıb onun portal çıxarışını Təqsirləndirilən şəxs1 vermiş, həmçinin Mübarizi avtomobildən düşürdüb həmin avtomobilə əyləşdirmişdir. Təqsirləndirilən şəxs1 Mübarizin ünvanına nalayiq ifadələr işlətmiş, ona isə “səni idarəyə aparacam, barəndə tədbir görsünlər” demişdir. O, Vüsala onu idarəyə aparmaması üçün yalvarmağa başlamışdır. Vüsal isə ona “qadın olduğuna görə sənə hörmət edirəm, idarəyə aparmıram, amma mənə “hörmət” etməlisən, yəni pul verməlisən, nə qədər pul verə bilərsən?” deyə bildirmişdir. O, Vüsala hal-hazırda üzərində 100 manat pul olduğunu demiş, Vüsal isə ona “mən dələduz deyiləm, quldur deyiləm, o nə puldu ki, mənə təklif edirsən, mən artıq məruzə eləmişəm” deyərək etiraz etmişdir. O, Vüsaldan nə qədər pul lazım olduğunu soruşduqda sonuncu ona 7000 pul verməli olacağını demiş, o isə o qədər pulunun olmadığını bildirmişdir. Bu vaxt başqa bir avtomobil onun avtomobilini sürücü tərəfdən yandan vurmuşdur. Belə ki, həmin vaxt onun avtomobili dayanmış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 avtomobildən düşərək maşını vuran şəxslərlə danışmış, daha sonra sığorta şirkətinin əməkdaşları gələrək hadisəni protokollaşdırıb getmişlər. Vüsal yol polisi əməkdaşına təqdim etmək üçün ondan sənəd almış və həmin sənədi götürüb başqa bir “Mitsubisi” markalı boz avtomobillə Suraxanı rayon X55 Şöbəsinə getmişlər. Vüsal həmin şöbəyə girib çıxdıqdan sonra yenidən avtomobildə onunla pul söhbətini etməyə davam etmişdir. Vüsal avtomobildən düşüb telefonla kimləsə danışmış və daha sonra ona “5000 razılaşmışam, bir qəpik də aşağı düşə bilmərəm, “ağsaqqal”a məruzə eləmişəm, ancaq bu qədər düşə bilirik” deyə bildirmişdir. Həmin vaxt o, üzərində olan 100 manat pulu Suraxanı rayon Dövlət X45 yaxınlığında özünə məxsus avtomobildə Vüsala vermişdir. Bundan sonra o, bankomatlardan özünə məxsus olan kartlardan pul çıxarmaq istəmiş, Vüsal da onu “Mitsubisi” markalı avtomobili ilə lazım olan bankomatlara aparmışdır. Bakıxanov qəsəbəsində “Aygün City” ticarət mərkəzinə çatmamış "xxxx"dan Birkartla cəmi 300 manat çıxara bilmişdir. Sonradan başa düşmüşdür ki, Birkart pulu nağdlaşdırmağa limit qoyub, yəni maksimum 300 manat nağdlaşdırmaq olar, qalan məbləğə isə yalnız online alış-veriş etmək olar. O, Günəşli qəsəbəsində yerləşən hər iki "xxxx"a, yəni həm «Araz Market»in, həm də «Ballı market»in yaxınlığında yerləşən "xxxx"a məxsus bankomatlara getmiş, lakin nağdlaşdırma limiti olduğundan pul çıxara bilməmişdir. Təqsirləndirilən şəxs1 onu hədələyərək “sənə 10-15 gün vaxt verirəm, pulu topla, mənə xəbər ver” demişdir. Təqsirləndirilən şəxs1 Suraxanı X8rşısında, avtomobilin içərisində ona A4 ölçülü vərəqdə izahat da yazdırmışdır. O, izahatı Vüsalın istədiyi kimi yazmayanda sonuncu onun üstünə qışqırdığından o, qorxub Vüsalın dediyi kimi izahat yazmışdır. Təqsirləndirilən şəxs1 ondan özünün və qardaşının mobil telefon nömrələrini, həmçinin ev telefon nömrəsini almışdır. Vüsaldan ayrılıb evə gəldikdən sonra pul axtarmağa başlamış, evdə ailə üzvlərinə avtomobillə adam vurduğunu, ona görə pul lazım olduğunu demişdir. O, anasından 3300 manat pul almış və həmin pulu təxminən aprel ayının 20-də Bakıxanov qəsəbəsi ərazisində Vüsalın idarə etdiyi “Mitsubishi” markalı avtomobilin içində ona vermişdir. Pulu verəndən sonra o, Vüsaldan videonu silib-silmədiyini soruşduqda sonuncu ona “narahat olma, sənin nə videonu, nə də portalını heç kimə göstərməmişəm, göstərməyəcəm də” demişdir. İkinci dəfə təxminən aprel ayının 27-də Suraxanı rayonu ərazisində özünün yaşadığı evin yaxınlığında Vüsalın idarə etdiyi “Mitsubishi” markalı avtomobilin içində sonuncuya 1500 manat pul vermişdir. Sonuncu 200 manatı isə aprel ayının 30-da yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 vermişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs1 ağ rəngli, “BMW” markalı avtomobillə gəlmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 ümumilikdə 5100 manat pul vermişdir. Vüsala 5100 manat pul versə də sonuncu ondan əl çəkməmiş, tez-tez ona zəng edərək videogörüntünü Təhsil Nazirliyinə göndərəcəyi, sosial şəbəkələrdə paylaşaraq onu biabır edəcəyi ilə hədələmişdir. Vüsal ona mobil nömrə alaraq ancaq həmin nömrədən istifadə etməyə məcbur etmişdir. Düşünmüşdür ki, Vüsal onun həmin nömrə ilə etdiyi telefon danışıqlarına qulaq asa bilir. Belə ki, o, bir dəfə internetdən bir vəkil nömrəsi taparaq onunla əlaqə saxlamış və karantin rejiminin pozulmasına görə hansı cəzanın nəzərdə tutulduğunu soruşmuşdur. Vüsal bu hadisədən xəbər tutmuş, ona birbaşa deməsə də dolayısı ilə başqa bir hərəkət etməməsini, onun şərəf və ləyaqətinin öz əlində olduğunu bildirmişdir. O, Vüsala 5100 manat pul verəndən sonra videonu silib-silmədiyini növbəti dəfə soruşduqda sonuncu ona “videonu silməmişəm, səndən sevgi görəndə siləcəm” demişdir. O, bunun nə demək olduğunu soruşanda Vüsal ona “adam oturub duranda bir baxar kimlə oturub durur, sənə patsan oğlan yox, mənim kimi kişi lazımdır, nə vaxt mənimlə cinsi əlaqəyə girsən onda bu videonu siləcəm” demişdir. 17 may 2020-ci il tarixində Vüsal onu ya Bayıl, ya da Badamdar tərəfdə “özümüzün yeri” dediyi bir otelə aparmışdır. Arxa tərəfdən birbaşa otelin qarajına girdikləri üçün otelin adını görməmişdir. Vüsal qeydiyyat işlərini özü həll edib onun yanına gəlmişdir. O, Vüsala orucluq ayı olduğunu, günah olduğunu deyib fikrindən yayındırmağa çalışmış, amma Vüsal fikrindən dönməyərək onu özü ilə cinsi əlaqədə olmağa məcbur etmişdir. O, Vüsalla onun hədə-qorxusu altında birinci dəfə 17 may 2020-ci il tarixdə, ikinci dəfə isə təxminən 2020-ci ilin iyun ayının 5-i, ya da 6-sı cinsi əlaqədə olmuşdur. Bundan sonra o, Vüsaldan videonu silib-silmədiyini yenə soruşduqda sonuncu ona “başımı xarab eləmə, mən bilirəm nə vaxt siləcəm” demişdir. Sonra Vüsal yenə ona zəng vurmağa, hədə-qorxu gəlməyə davam etmişdir. O, artıq canından bezmiş, heç kimə bir söz deyə bilməmiş, həm qəddar birisi olduğunu gördüyü Vüsaldan qorxmuş, həm də utanmışdır. Təxminən 20 may 2020-ci il tarixdə Vüsal “WhatsApp”la ona zəng edərək “sən hələ mənim əlimdəsən, elə bilmə ki, canın qurtarıb, videonu hələ silməmişəm, çaşıb birdən harasa gedərsən, mən səni hara çağırsam gələcəksən, nə istəyirəm edəcəksən” deyərək yenə hədə-qorxu gəlməyə başlamış və onunla yenə görüşərək cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, Vüsalın bu sözündən sonra pəncərədən özünü ataraq intihar etmək istəmişdir. Hətta həmin vaxt Vüsalla görüntülü danışdığı üçün sonuncu onu bu vəziyyətdə görmüş, lakin ona “mənim saçım bu işlərdə ağarıb, mənə üçlük atma” deyə bildirmişdir. O, həqiqətən də həmin vaxt özünü öldürmək istəmiş, lakin qızı otağa gəldiyi üçün bu fikirdən daşınmışdır. 08 aprel 2020-ci il tarixdə Vüsal onunla Mübarizi telefonla videoya çəkdikdən və onları avtomobilin arxa oturacağında qandalla bir-birlərinə bağladıqdan sonra Mübariz ona Elşən adlı şəxsin mobil nömrəsini verərək onunla əlaqə saxlamasını, onun kömək edəcəyini bildirmişdir. O, hadisədən iki-üç gün sonra həmin şəxslə telefon əlaqəsi saxladıqda sonuncu ona məsələdən xəbərdar olduğunu, Vüsalın tələb etdiyi pulu verməli olduğunu, Mübarizin tutulduğunu bildirmişdir. Həmçinin ona demişdir ki, Vüsalda olan videogörüntünü sildirdikdən sonra ona pul versin. Ona görə də Vüsala qanunla nəzərədə tutulmuş ağır cəza verilməsini, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs2 ilə 2017-ci ildən dostluq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs1 isə 08 aprel 2020-ci il tarixdən sonra tanımışdır. Vüsalı əvvəllər metronun “28 May” stansiyası yaxınlığında gördüyü üçün üzdən tanısa da, onu şəxsən tanımamışdır. Zərərçəkmiş şəxs2 isə təxminən üç ildir ki, tanıyır. Yaşca özündən xeyli böyük olsa da aralarında sevgi münasibətləri yaranmış və sevgili kimi müntəzəm görüşmüşlər. 08 aprel 2020-ci il tarixdə metronun “Əhmədli” stansiyası yaxınlığında Arzu ilə görüşmüş və onlar birlikdə sonuncuya məxsus avtomobillə Hövsan qəsəbəsi ərazisində dəniz kənarına getmişlər. Arzunun avtomobilində onların arasında yaxınlıq yaranmış, intim vəziyyətdə olduqları vaxtda adını sonradan bildiyi Vüsal telefonla video çəkərək onlara yaxınlaşmışdır. Həmin vaxt Arzu qışqırmağa başlamış, Vüsal isə əlindəki qara üzlüyü olan vəsiqəni tez açıb bağlayaraq özünü İnsan X28 İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. Daha sonra Vüsal onu və Arzunu avtomobilin arxa oturacağında bir-birinə qandallamışdır. Avtomobildə olarkən o, Vüsala 300-500 məbləğində pul verməklə bu işi həll etməyi təklif etsə də, sonuncu “mən bu məbləğə iş görmürəm, bu material idarəyə getməlidir” deyərək etiraz etmişdir. Daha sonra Vüsal onun əlini açıb onu sürdüyü “Mitsubishi” markalı **-RP- *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs2 xidməti geyim formasında avtomobilin arxa oturacağında oturduğunu görmüşdür. O, Elşəndən niyə belə etdiklərini soruşduqda, sonuncu ona “sakit dur, sənlik deyil” demişdir. Elşən həmçinin ona “bu barədə nə badə kiməsə deyəsən, sonra sənin üçün problem yaranacaq” deyə bildirmişdir. Hadisədən sonra Elşən və Vüsal demək olar ki, hər gün ona zəng vurub hədə-qorxu gələrək bu barədə heç kimə deməmələrini tapşırmışlar. Hadisədən təxminən iki ay sonra “Qış parkı” deyilən yerdə Vüsalın maşınında Vüsal və Elşən birlikdə ona hədə-qorxu gəlmiş, Elşən ona “sənin cibinə narkotik atıb tutduracam” demişdir. Vüsal isə ona “sənə tapşırmışam Arzu ilə danışma, sən yenə də onunla danışırsan” demiş, o isə Arzu ilə danışmadığını bildirmişdir. Vüsal ona məxsus “İphone 7” markalı mobil telefonu əlindən almış və onu avtomobildən düşürüb getmişdir. Vüsal onu və Arzunu dəniz kənarında avtomobildə videoya çəkərkən onun şəxsiyyət vəsiqəsini alaraq qaytarmamışdır. O, sonradan şəxsiyyət vəsiqəsini Vüsaldan tələb etsə də, sonuncu onun şəxsiyyət vəsiqəsini 700 manat müqabilində qaytaracağını bildirmişdir. Daha sonra Vüsal onun şəxsiyyət vəsiqəsini qaytarmış, lakin dəfələrlə ona zəng edərək 700 manat pulu verməsini tələb etmişdir. Bundan sonra o, təxminən 2020-ci ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub şikayət edərək Vüsalın onun şəxsiyyət vəsiqəsini aldığını demişdir. Lakin həmin müraciətinin nəticəsi barədə ona məlumat verilməmişdir. O, Elşən və Vüsalla birlikdə tədbirlərdə iştirak etməmiş, hadisə olan günü Arzu ilə görüşəcəyi barədə Elşən və Vüsala heç nə deməmişdir. Onun fikrincə Elşən və Vüsal onu izləyərək Arzu ilə görüşdüyü yeri tapmışlar. O, Vüsalla mübahisə edərkən bir-birlərinə yumruq atmışlar, həmin vaxt qolundakı saatı qırılmışdır. Vüsalın ona məxsus “İphone 7” markalı mobil telefonu ələ keçirməsi ilə bağlı şikayəti, tələbi olmamışdır, indi də yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 2019-cu ilin may ayından Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Xətai rayon Mühafizə İdarəsində Mülki Mühafizə Xidməti üzrə mühafizəçi vəzifəsində xidmət etməyə başlamışdır. 27 iyun 2020-ci il tarixdə saat 13 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında “Makler bağı” deyilən yerdə, dayanacaqda dayanıb işə getmək üçün avtobus gözləyərkən “Opel” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yanında saxlamış, bir nəfər polis kapitanı formasında olan cavan oğlan ona qarşı səmimiyyət göstərərək Daxili İşlər Nazirliyinin formasında yol kənarında gözləməyini özünə rəva bilmədiyini deyərək, onu aparmağı təklif etmişdir. Həmin şəxsin səmimiyyətinə inanaraq onun avtomobilinə əyləşmiş və onlar yol boyu söhbət edərək tanış olmuşlar. Həmin şəxs özünü Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi Miri kimi təqdim etmişdir. Avtomobildə silah qabı, Cinayət Məcəlləsi və sair polisə aid əşyalar olmuşdur. O, Miri kimi özünü təqdim edən həmin şəxsə mobil telefon nömrəsini vermiş, həmin şəxs də ona öz nömrəsini vermişdir. Sonra həmin şəxs əsl adının Vüsal olduğunu, sadəcə olaraq iş yoldaşlarının onu Miri kimi çağırdıqlarını demişdir. Vüsal ona tez-tez zəng vurmuş və danışmışlar. Belə söhbətlərin birində Vüsal ona Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə işə düzəlməyi təklif etmiş, o isə 37 yaşı olduğunu və bu yaşdan sonra polisə işə qəbul olunmağın mümkün olmadığını demişdir. Vüsal isə nazirlikdə yuxarı səviyyədə adamlarının olduğunu, hətta nazirin birinci müavinini, idarə rəislərini tanıdığını demiş, konkret adlar çəkmiş, naziri nəzərdə tutub “ağsaqqal”a birbaşa çıxışının olduğunu, onun işini rahatlıqla danışıb həll edə biləcəyini və yaş məsələsində isə onun üçün güzəşt olunacağını demişdir. O, Vüsalı polis zabiti kimi tanıdığı üçün ona inanmışdır. Vüsal ona boşandığını demiş, buna baxmayaraq aralarında ciddi münasibət olmamış, sadəcə olaraq eyni nazirliyin əməkdaşları kimi dostluq münasibətləri yaranmışdır. X51 Nazirliyinin “102” zəng xidmətinə polis nəfəri kimi işə düzəlmək üçün 17000 manat pul verməli olduğunu bildirmiş, hətta pulu dollar ilə istəyərək, “ağsaqqal”ın pulu dollar ilə götürdüyünü demişdir. O, 2020-ci il avqust ayının 2-də "xxxx"a məxsus kartından təxminən 2000 manat pul çıxarmış, 1000 manat da evdə olan pulunu götürmüş, həmin gün 2000 manat da atasından alaraq ilkin olaraq Vüsala vermək üçün 5000 manat pul hazırlamışdır. Həmin gün saat 20 radələrində Vüsal ilə zəngləşib Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Maşallah market” in qarşısında onunla görüşmüş və 5000 manat pulu işə düzəlmək adı ilə Vüsala vermişdir. Vüsal çalışıb işi 10000 manata həll edəcəyini demiş, o isə 5000 manatdan artığına gücünün çatmadığını bildirmişdir. Bir qədər sonra Vüsal 5000 manatı Daxili İşlər Nazirliyində tanıdığı şəxsə verdiyini, lakin əlavə olaraq 13000 manat istədiklərini demişdir. Bundan sonra Vüsal onunla tez-tez telefonla danışmış, polisdə işləyən ən yüksək rütbəli şəxslərin adlarını çəkərək onlarla birlikdə işlədiyini bildirmiş, bununla da onda özünün həmin şəxslərlə yaxın münasibətinin olmasına dair inam yaratmışdır. Vüsal onu həmin pulu tam həcmdə verməsini təkid edərək əks halda əvvəl verdiyi pulun da batacağını bildirmişdir. O da məcbur olub 2020-ci ilin avqust ayının 10-da 5000 manat pul da düzəltmiş və metronun “28 May” stansiyasının yaxınlığında “Səməd Vurğun” parkının yanında Vüsalla görüşərək həmin pulu sonuncunun “özümüzün yeri” adlandırdığı oteldə ona vermişdir. Daha sonra Vüsaldan işə qəbul əmrini soruşduqda o, qalan 7000 manatı özü düzəldib verəcəyini bildirsə də həmin ilin avqust ayının ortalarında ona zəng edərək pulu düzəldə bilmədiyini bildirmişdir. O, pulunun olmadığını bildirdikdə Vüsal təkid edərək qalan pulu verməsə verdiyi pulun batacağını, işin də əldən çıxacağını bildirmişdir. O, məcbur olub qalan 7000 manatı düzəltmək üçün rəfiqəsi Ülviyyədən 5000 manat, iş yoldaşı İntiqam Qurbanovdan isə 2000 manat borc pul almış və həmin pulları 30 avqust 2020-ci il tarixdə saat 15 radələrində Qaraçuxur qəsəbəsində yaşadığı binanın qarşısında Vüsalın avtomobilində ona vermişdir. Həmin vaxt Vüsal polis geyim formasında olmuşdur. Vüsal ona sentyabr ayının ortalarında işə qəbul əmrinin veriləcəyini bildirsə də, sonradan müxtəlif bəhanələrlə onu aldatmışdır. Daha sonra isə o, Vüsalla əlaqə yarada bilməmiş, onun telefonlarına zəng çatmamışdır. Bundan sonra o, maraqlandıqda Təqsirləndirilən şəxs1 ümumiyyətlə daxili işlər orqanlarında işləmədiyini öyrənmiş, buna görə də aldadılması barədə polisə müraciət etmişdir. Bu vaxta qədər Vüsal ona bir qəpik də qaytarmamış, son vaxtlar isə ümumiyyətlə pulu aldığını danmışdır. Ona görə də vurulmuş ziyanın ödənilməsini və pulunu qaytarmayacağı halda Vüsalın ciddi cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 2020-ci ilin avqust ayının əvvəllərində qızı Şahid1 ona Vüsal adlı polis əməkdaşının onu polis kimi işə düzəldəcəyini vəd etdiyini bildirmişdir. O, qızına yaşının çox olduğunu deyərək bundan sonra polis kimi işə düzəlməyinin çətin olduğunu demişdir. Xəyalə isə ona söz verən şəxsin polis əməkdaşı olduğunu, nazirliyin ən yüksək vəzifəli şəxsləri ilə əlaqəsinin olduğunu, bu işi həll edəcəyini bildirmişdir. Xəyalə 2020-ci ilin avqust ayında ayrı-ayrı vaxtlarda ondan Vüsal adlı şəxsə vermək üçün pul istəmişdir. O, Xəyaləyə əvvəlcə 2000 manat, bundan təxminən 10 gün sonra isə 3000 manat pul vermişdir. Bundan sonra o, Xəyalədən tez-tez işinin alınıbalınmadığını soruşmuş, Xəyalə isə həmin şəxsin ona gözləməsini, tezliklə işindən bir xəbər çıxacağını dediyini bildirmişdir. 2021-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, Xəyalə Vüsal adlı şəxs barəsində şikayət etmiş və həmin şəxs polis əməkdaşları tərəfindən tutulmuşdur. Vüsal aldadıb aldığı pulun bir manatını belə qaytarmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, 2005-ci ildən daxili işlər orqanlarında xidmət edir. Zərərçəkmiş şəxs1 2018-ci ildən 13-cü Polis Bölməsində birlikdə işlədiklərinə görə tanımışdır. 2019-cu ilin yay aylarında Nicat ona müraciət edərək özünə məxsus “Hyundai Sonata” markalı avtomobili satdığını bildirmişdir. Həmin ərəfədə onun tanışı Ramazan adlı şəxs “Mitsubishi Airtrek” markalı 9O-SJ-796 dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəmiş, o da Nicata bu barədə məlumat verərək onu 13-cü Polis Bölməsinin yaxınlığında Ramazanla görüşdürmüşdür. Avtomobilə baxdıqdan sonra Ramazan həmin avtomobili əvvəlcə 8000 manata satdığını bildirmiş, daha sonra isə 7500 manata razılaşmışlar. 07 iyul 2019-cu il tarixdə o, Nicatla birlikdə avtomobili almaq üçün metronun “İçərişəhər” stansiyasının yaxınlığına getmişlər. Yolda Nicat ona 7000 manat pulu olduğunu, qalan 500 manat pulu isə maaşını alanda verəcəyini deyərək ondan 500 manatı sonra verməsinə Ramazanı razı salmasını xahiş etmişdir. Onlar görüşdükdə bu barədə Ramazana demiş, sonuncu isə etiraz etməmişdir. Nicat onun yanında Ramazana 7000 manat pul vermiş və özünün sürücülük vəsiqəsi olmadığından etibarnaməni tanışı Vüsalın adına verməyi bildirmişdir. O, Vüsalı Nicatın yanına kömək üçün gəlib-getdiyinə görə sonradan tanımışdır. Avtomobili aldıqdan bir müddət sonra Nicat Vüsalın onu aldadaraq avtomobili sürmək adı ilə götürüb apardığını, daha sonra isə öz adına keçirərək ələ keçirdiyini danışmışdır. Yəni, həmin avtomobil dəqiq olaraq Nicatın halal malıdır, Vüsala heç bir aidiyyəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid8 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi (cild 1, iş vərəqə 65-66). Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərdi ki, 2020-ci ilin payız aylarında metronun “28 May” stansiyasının yaxınlığında rəfiqələri ilə birlikdə olarkən boz rəngli bir maşın onlara yaxınlaşıb aparmağı təklif etmişdir. Qızların təkidi ilə həmin avtomobilə əyləşmişlər və avtomobili idarə edən Vüsal adlı şəxslə tanış olmuşlar. Həmin vaxt Vüsalın avtomobilində sellofanın içərisində polis xidməti geyim forması asılmışdır. Onlar metronun “20 Yanvar” stansiyasmm yanında “Bravo” marketin qarşısında həmin avtomobildən düşmüşlər. Bundan sonra onların tanışlığı başlamışdır. Rəfiqəsinin tanışı olsa da Vüsal özü təşəbbüs göstərib onunla ayrıca tanış olmuşdur. Sevgili münasibətləri yaranmış, görüşməyə başlamışlar. İlk vaxtlar münasibətləri yaxşı olmuşdur. Amma bir müddət sonra Təqsirləndirilən şəxs1 xasiyyətində qəribə qəddarlıq, uyğunsuz davranışlar görmüş, çox təhlükəli, kobud və nalayiq bir insan olduğunu başa düşmüşdür. Vüsal bəzən aylarla yoxa çıxmış, sonra heç nə olmamış kimi gəlmiş, görüşməsini tələb etmiş və buna nail olmuşdur. Nəhayət, canını bu şəxsdən qurtarmaq üçün Vüsalla ayrılmaq istəyəndə sonuncu ona hədə-qorxu gəlmiş, öldürəcəyi ilə hədələmiş, “qolunu, qabırğanı sındıracam” demişdir. O, Təqsirləndirilən şəxs1lə münasibətdə olduğu müddətdə ondan dəfələrlə uzaqlaşmağa çalışsa da alınmamışdır. O, Vüsalla bir dəfə Bayıl tərəfdə yerləşən adını bilmədiyi oteldə, iki dəfə isə metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən “Ruslan market” tərəfdə ona məxsus olduğunu dediyi mənzildə görüşmüşdür. Vüsal həmin mənzili ona öz evi kimi təqdim etmişdir. Həmin mənzildə də onun polis geyimində, çərçivənin içərisində böyük şəkli olmuşdur. Təqsirləndirilən şəxs1 özünü ona 23-cü Polis Bölməsinin əməliyyatçısı kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs1 avtomobilinin arxa tərəfində kitablar, polis papağı olmuşdur. Vüsal ona tez-tez tədbirlərə getdiyini bildirmişdir. Görüşməkdən yayındığı üçün Vüsal hətta avtomobillə onun işlədiyi Respublika xəstəxanasının qarşısına gəlib səs-küy salaraq gəlməsini tələb etmişdir. Biabır olmamıq üçün çıxıb gəlmiş və onu sakitləşdirmişdir. Vüsal hətta birbaşa onun evinə gələcəyini də bildirmişdir. Vəziyyətin get-gedə dözülməz hala gəldiyini və bu məsələnin biabırçılıqla, ailəsinin dağılması ilə nəticələnə biləcəyini gördüyü üçün məcbur olub işdən çıxaraq evdə oturmuş və telefon nömrəsini də dəyişmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 göstərdi ki, o, 2003-cü ildən daxili işlər orqanlarında xidmət edir. 2015-ci ildən 2020-ci ilədək Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində çalışmışdır. Orada çalışdığı müddətdə eyni Polis Bölməsində sahə inspektoru vəzifəsində çalışan Zərərçəkmiş şəxs1la tanış olmuş və onunla aralarında dostluq münasibəti yaranmışdır. 2018-ci ilin axırlarında Nicat ona avtomobil almaq istədiyini, amma sürücülük vəsiqəsi olmadığı üçün həmin avtomobili onun adına keçirmək istədiyini bildirmişdir. O, Nicatla razılaşmış və onlar Nicatın “Turbo.Az” saytında bəyəndiyi “Hyundai Sonata” markalı avtomobilə baxmaq üçün Sumqayıt şəhərinə getmişlər. Orada avtomobilə baxıb bəyənmişlər və həmin avtomobili onun adına qeydiyyata almışlar. Avtomobilə dair baş etibarnamə təxminən beş-altı ay onun adına olmuşdur. Bundan sonra təxminən 2019-cu ilin yaz aylarında Nicat onun adına olan etibarnamənin müddətinin bitdiyini, birlikdə gedərək avtomobilin mülkiyyətçisini tapmalı olduqlarını bildirmişdir. Lakin o, həmin vaxt məşğul olduğu üçün Nicatla birlikdə gedə bilməmişdir. Bir neçə gün sonra Nicat ona avtomobilə dair baş etibarnaməni Vüsalın adına verdiyini bildirmişdir. Bir müddət sonra Nicatın “Hyundai Sonata” markalı avtomobili sataraq “Mitsubishi Airtrek” markalı markalı avtomobil aldığını bilmişdir. Həmin ərəfələrdə Nicatın iş yeri dəyişdiyi üçün onu tez-tez görməmişdir. Nicat avtomobili aldıqdan bir neçə ay sonra Vüsalın həmin avtomobili öz adına keçirərək ələ keçirdiyini eşitmişdir. Vüsal bölmədə kobud da səslənsə «işverən» kimi olmuş, heç bir rəsmi vəzifə daşımamışdır. Həmin “Mitsubishi Airtrek” markalı avtomobil Nicatın halal maşınıdır, onun Vüsala heç bir aidiyyəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid6 ifadələrində “Mitsubishi Airtrek” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildirmişlər (cild 1, iş vərəqə 63-64). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, Şahid1 onun rəfiqəsidir. Bir-birlərini 5-6 ildir ki, tanıyırlar. 2020-ci ilin avqust ayının ortalarında Şahid1 ondan 5000 manat pul istəmiş və ona bildirmişdir ki, Baş Polis idarəsində müstəntiq işləyən polis kapitanı Vüsal adlı şəxs onu Daxili İşlər Nazirliyinin “102” xidmətinə polis nəfəri kimi işə düzəldəcəyinə söz vermiş və bunun üçün ondan 17000 manat pul istəmişdir. Şahid1 ona həmçinin pulun bir hissəsini verdiyini, yerdə qalanını da toplayıb Vüsala çatdırmalı olduğunu, əks halda verdiyi pulun da batacağını bildirmişdir. O, həmin vaxt özünə avtomobil almaq üçün 5000 manat pul yığmış, Şahid1 da onda pul olduğunu bilmişdir. O, yığdığı 5000 manat pulu Şahid1 vermişdir. Lakin bir müddət sonra Şahid1 ona bildirmişdir ki, Vüsal adlı şəxs onu aldadıb, belə ki, sonuncu əslində polis əməkdaşı deyil, onun etibarından sui-istifadə edərək bu əməli törətmişdir (cild 1, iş vərəqə 67-68). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid10 ifadəsində göstərmişdir ki, 26 avqust 2019-cu il tarixdə Şahid9 ilə ailə həyatı qurmuş, bu nikahdan 23 may 2020-ci il tarixdə oğlu Məhəmməd Ağaverdiyev dünyaya gəlmişdir. 2020-ci ilin təxminən oktyabr ayında yoldaşı Əlvanla münasibəti pisləşmiş, Əlvan həmin vaxt 2 aylıq olan oğlunu götürüb Qusar rayonu Bədirqala kəndinə getmişdir. Əlvan uşağı götürüb getdiyi üçün ondan Binəqədi rayonu 4cü Polis Bölməsinə şikayət etmişdir. Polis bölməsindən izahat almaq üçün Əlvanı çağırmışlar. Həmin vaxt artıq onlar barışdıqları üçün Əlvandan şikayətçi olmamışdır. Əlvanı bölmədən çağıranda kirayə yaşadıqları evin sahibi, həm də polis əməkdaşı olan İzzət adlı şəxs vasitəsilə tanıdıqları Təqsirləndirilən şəxs1 adlı şəxs özü onların yaşadıqları Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu 66 ünvanına gəlmiş, özünü onlara polis əməkdaşı kimi təqdim etmiş, həm ondan, həm də Şahid9 izahat almış, hadisənin necə olduğunu soruşub yazmışdır. Təqsirləndirilən şəxs1 yoldaşından 100 manat pul istəmiş və “pulu ver polis bölməsindəki işinizi həll edəcəm” demişdir. Lakin onların maddi imkanları olmadığından Təqsirləndirilən şəxs1 tələb etdiyi pulu ona verməmişlər (cild 1, iş vərəqə 147-149). İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 Şahid10 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir (cild 1, iş vərəqə 144-146) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokolları, ekspertiza rəyləri və digər sənədləri də sübut növləri kimi qəbul edir. Zərərçəkmiş şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında 22 iyul 2021-ci il tarixli və 26 avqust 2021-ci il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs2 hadisəsinin faktiki baş vermə hallarını və yerini əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokollara əlavə edilmişdir (cild 3, iş vərəqə 79-82, 222-224). İbtidai istintaq zamanı Şahid4la Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş, lakin Təqsirləndirilən şəxs2 üzləşdirilməsi zamanı əvvəlki ifadəsindən fərqli məzmunda ifadə vermiş, Təqsirləndirilən şəxs1lə üzləşdirilməsi zamanı sonuncunun onun üzünə qarşı dediklərinə uyğun olaraq Şahid4 hadisə günü, yəni 08 aprel 2020-ci il tarixdə onun iş yerinə gəldiyini, orada Vüsalla söhbət etdiklərini bildirmişdir (cild 3, iş vərəqə 242-243, 247-248). İbtidai istintaq zamanı Şahid1 ilə şahid Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 46-49). Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Airtrek” markalı avtomobilə baxış keçirilərkən aşkar olunmuş A4 formatında kağız vərəqdən görünür ki, Zərərçəkmiş şəxs2 adından yazılmış izahatda Zərərçəkmiş şəxs2 08 aprel 2020-ci il tarixdə Şahid4 ilə Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsi ərazisində dəniz kənarında sevişərkən polis əməkdaşı tərəfindən videoçəkilişlə qeydə alınması barədə məlumatları yazmışdır (cild 1, iş vərəqə 8-10). Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Airtrek” markalı avtomobilə baxış keçirilməsi haqqında 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı avtomobildən A4 formatında Şahid1 və onun ailə üzvlərinin anket məlumatları qeyd edilmiş vərəq aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 8-10). Baxış keçirilməsi haqqında 20 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan “İphone 7” markalı mobil telefonda olan iki ədəd fotoşəkilə baxış keçirilmiş, həmin fotoşəkillərdə dəftərdə əlyazma ilə yazılmış iki səhifə öz əksini tapmışdır. Birinci fotoşəkildə yazının mətni aşağıdakı kimi olmuşdur: “08 aprel 2020ci ildə öz şəxsi maşınımda dənizkənarında sevdiyim bir insanla öpüşərkən özünü polis əməkdaşı kimi tanıtan Təqsirləndirilən şəxs1 tərəfindən saxlanıldıq. Bu adi saxlamaq deyildi. O qəfildən maşına yaxınlaşdı və əlində olan telefonla mənim koftamı qaldıraraq şəkillərimi çəkməyə başladı. Bütün qışqırıqlarıma baxmayaraq o əl-qol ata-ata şəkilləri çəkdi. Daha sonra bizi idarəyə aparacağını söylədi, yolda oğlanı düşürüb başqa maşına otuzdurdular, məni isə kömək—” İkinci fotoşəkildə yazının mətni aşağıdakı kimi olmuşdur: “Birinci dəfəyə 3300, daha sonra 1500 və axırda 200 manat verdim. Və hər dəfə pulu verdikdə görüntünü sildiyini soruşurdum. O isə görüntünü yanlız onunla görüşüb yatacağım vaxt siləcəyini dedi. “Mənimlə görüşüb sevgini gördüyümdə siləcəm”-dedi. Artıq bütün bu işlərin içindən çıxa bilmirəm. Rəsmən onun köləsinə çevrilmişəm. Onun hədə-qorxuları məni intihar....” (cild 1, iş vərəqə 178). Məhkəmə-xətşünaslıq ekspertizasının 30 mart 2021-ci il tarixli 4/304 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, A4 formatlı kağız üzərində yazılmış “evdən çıxdım. Mübarizlə zəngləşdim, maşınla Hövsan istiqamətində hərəkət etdik, dəniz qırağına gəldik. Maşını saxladıq dəniz sahilində gəzdik. Maşında oturduq öpüşürdük. Koftamı qaldırmışdı, şalvarım aşağı çəkilmişdi. Öpüşürdük. Bu zaman X26 insan X28 idarəsinin əməkdaşları tərəfindən saxlanıldıq. Bu günlərdə heç bir şey etmək mümkün olmadığından öpüşməklə hər şey bitəcəkdir. Bu həqiqətdir. Əlində telefonla çəkərək yaxınlaşdız və mən qışqırmağa başladım ki, çəkməyin. Mənə heç bir təzyiq göstərilmədən izahatı olmuş hadisəni olduğu kimi yazdım. İzahatı özüm yazdım, özümün imzası ilə təsdiq edirəm. /Xanəliyeva A./.” yazıları və “/Xanəliyeva A./.” yazılarının qarşısındakı imza - Zərərçəkmiş şəxs2 tərəfindən icra olunmuşdur (cild 1, iş vərəqə 70-73). Baxış keçirilməsi barədə 24 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mitsubishi Airtrek” markalı avtomobilə baxış keçirərkən oradan “Samsung” markalı, “SM-G531H” modelli mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin mobil telefona baxış keçirərkən orada bir ədəd videogörüntü müəyyən edilmiş və həmin videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü bir nəfər kişi cinsli və bir nəfər qadın cinsli olmaqla avtomobilin arxa oturacağında yanyana oturmuş iki şəxsin görüntüsü ilə başlayır. Qadının əynindəki köynəyi yuxarıya qaldırılmış, şalvarı və alt paltarı isə aşağıya endirilmiş vəziyyətdədir. Videoda görünməyən bir nəfər şəxs avtomobildən kənarda onları videoçəkilişlə qeydə alır. Qadın üzünü tutaraq ağlayır, yanındakı kişi cinsindən olan şəxs öz qolu ilə onun üzünü örtməyə çalışır. Qadın bədəninin açıq olan hissələrini örtmək istəyir. Onları qeydə alan şəxs isə əli ilə qadının əlini itələyərək onun üzərini örtməsinə imkan vermir. Videonu qeydə alan şəxs “Polis işçisi. Bir dəqiqə dayan, dayan, polis, polis. Karantin qaydalarına riayət edin. Davay” deyir. Bundan sonra yenə əli ilə qadının üzərini açmağa çalışır, videokamera ilə onun bədəninin açıq hissələrini qeydə almaq istəyir. Qadın ağlayaraq üzünü yanındakı kişi cinsindən olan şəxsin kürəyinə söykəyir, üzünü gizlətmək istəyir. Videogörüntünü qeydə alan şəxs isə “Mənə bax görüm” deyərək onun başını əli ilə özünə tərəf dartır, üzünü açaraq qeydə almaq istəyir. Qadının yanındakı şəxs videonu çəkən şəxsə mane olmaq istədikdə, sonuncu ona “düş aşağı” deyir. Videogörüntünün 24-cü saniyəsində avtomobildə olan kişi cinsindən olan şəxs avtomobildən düşür. Bundan sonra videonu qeydə alan şəxs yenidən qadının əlləri ilə örtdüyü üzünü açmağa çalışır. Qadın ona ağlayaraq “çəkmə, qurban olum” deyir. O isə çəkilişə davam edir. Qadına “geyin, dur ayağa geyin” deyir. Qadın isə ağlayır. Videogörüntünün 1:10-cu dəqiqəsində videonu qeydə alan şəxs həmin qadına «İnsan X28 idarəsinin əməkdaşıyam, əməliyyatçıyam. Əmrə tabe olun, geyinin» deyir. Bundan sonra qadın ağlayaraq geyinir. Daha sonra videonu qeydə alan şəxs avtomobilin arxa tərəfindən keçərək, avtomobilin dövlət qeydiyyat nişanını qeydə alaraq sol tərəfə keçir. Videodan görünür ki, avtomobil gümüşü rəngli “Mersedes A160” markalıdır, dövlət qeydiyyat nömrəsi **-UG-***-dir. Videonu qeydə alan şəxs avtomobilin arxasından fırlanaraq sol tərəfinə keçdikdə avtomobildə olan, sonradan avtomobildən düşmüş kişi cinsli şəxs videonu qeydə alan şəxs yaxınlaşır onunla danışmaq istəyir, o isə həmin şəxsə “otur maşına” deyir, avtomobilə yaxınlaşaraq qapını açır. Bu zaman avtomobilin pəncərəsində həmin şəxsin əksi görünür. Həmin şəxs iş üzrə Təqsirləndirilən şəxs1dir. Bundan sonra həmin şəxs avtomobilin arxa tərəfindən fırlanaraq digər tərəfinə keçir. Orada Zərərçəkmiş şəxs2 ayağa qalxıb şalvarını geyinərkən onu qeydə alır. Videogörüntü bununla bitir (cild 1, iş vərəqə 151). Məhkəmə-xətşünaslıq ekspertizasının 30 mart 2021-ci il tarixli, 4/303 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, A4 formatlı kağız üzərində yazılmış “BPBPİ-nin rəisi polis General-mayoru X30, İzahat, Mənə verilən suallara cavab olaraq bildirirəm ki, SuaL, Siz orda soyunub nə etmək fikriniz var idi buna nə deyə bilərsiz, SuaL: SuaL:, Sizin dedikləriniz nə dərəcədə inandırıcıdı bu barədə nə deyə bilərsiz, SuaL:, Sual. Biz sizə yaxınlaşanda hansı şəkildə yaxınlaşdıq. Sual:” yazıları - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur (cild 2, iş vərəqə 66-69). Mobil telefon nömrələrinə baxış keçirilməsi barədə 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 ilə Şahid4 videoçəkilişlə qeydə aldığı 08 aprel 2020-ci il tarixdə onun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında günün müxtəlif vaxtlarında 21 telefon zəngi olmuş, ilk zəng həmin gün saat 07:54-də, sonuncu zəng isə həmin gün saat 21:14-də olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi arasında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 hədə-qorxu ilə pul aldığı 27 aprel 2020-ci il tarixdə 06 dəfə, 30 aprel 2020-ci il tarixdə isə 02 dəfə telefon zəngləri olmuşdur (cild 2, iş vərəqə 128-132). Məhkəmə-fonoskopik, məhkəmə-portret ekspertizasının 27 aprel 2021-ci il tarixli, 3/542-4/315-4/316 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “SAMSUNG” markalı “SM-G531H” model markalı mobil telefonda olan mübahisəli videofonoqramdakı danışıqların yazılı mətnində “Kİ” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs1, “Q1’işarə olunmuş diktorun səsi və nitqi Zərərçəkmiş şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SAMSUNG” markalı “SM-G531H” model markalı mobil telefonda olan mübahisəli videofonoqramdakı danışıq hissələrində məntiqi rabitənin pozulması, diktorların emosional vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi, keçid prosesləri üçün xarakterik siqnalların olması, görüntülərdə kəskin kadr dəyişikliyi, kadrlar arası məntiqi rabitənin pozulması, obyektlər arası məsafələrin situasiya ilə əlaqəli olmayan kəskin yerdəyişməsi kimi montaj əlamətləri müəyyən olunmamışdır. Digər dəyişikliklərin olub-olmamasını videofonoqramm qeydə alındığı yazı qurğusu təqdim edilmədiyindən mümkün etmək olmamışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “SAMSUNG” markalı “SM-G531H” model markalı mobil telefonda olan mübahisəli videofonoqram “WhatsApp” messencer bölməsində mobil telefon “WhatsApp” messencer vasitəsilə göndərilən fayllar sırasında aşkar olunmuşdur. Tədqiqata təqdim edilmiş, ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş “DVD-R” tipli diskdəki videogörüntüdən (1:47 və 1:48 dəqiqələr, 2:05 və 2:06 dəqiqələr arasında nəqliyyat vasitəsinin şüşəsində görüntüsü əks olunan şəxs) çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün bəzi element və əlamətləri müqayisəli tədqiq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş “DVD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş qadın cinsli şəxsin xarici görünüşünün bəzi element və əlamətləri müqayisəli tədqiqat üçün yararlıdır. Tədqiqata təqdim edilmiş, ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş “DVD-R” tipli diskdəki videogörüntüdən (1:47 və 1:48 dəqiqələr, 2:05 və 2:06 dəqiqələr arasında nəqliyyat vasitəsinin şüşəsində görüntüsü əks olunan şəxs) çıxarılmış fotoşəkillərdə və ekspert tərəfindən şərti olaraq “2” rəqəmi ilə işarələnmiş “DVD-R” tipli diskdəki videogörüntülərdən çıxarılmış eksperimental fotoşəkillərdə kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. Tədqiqata təqdim edilmiş, ekspert tərəfindən şərti olaraq “1” rəqəmi ilə işarələnmiş “DVD-R” tipli diskdəki videogörüntüdən çıxarılmış fotoşəkillərdə və ekspert tərəfindən şərti olaraq “3” rəqəmi ilə işarələnmiş “DVD- R” tipli diskdəki videogörüntülərdən çıxarılmış eksperimental fotoşəkillərdə qadın cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur (cild 2, iş vərəqə 205-222). Mütəxəssisin iştirakı ilə baxış keçirilməsi barədə 17 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsinə baxış keçirilərkən aşkar edilərək götürülmüş 1 ədəd Azərbaycan Respublikası daxili işlər orqanlarının orta rəis heyəti üçün nəzərdə tutulmuş gündəlik geyim formasının baş geyimi (papaq), 1 dəst pencək və şalvar və gündəlik yay geyim forması (qısaqol köynək) Daxili İşlər Nazirliyi tərəfindən xüsusi geyim formasının hazırlanması üçün təqdim edilən parça nümunəsinə uyğun gəlmir. Baxış keçirilən geyim formalarının üzərində olan atributlar Bakı Tikiş Evinə məxsus olsa da geyim forması Bakı Tikiş Evində tikilməmişdir. Geyim forması parçasının rənginə, toxunuşuna, struktur quruluşuna, formasına, ümumi görünüşünə görə Bakı Tikiş Evində hazırlanan daxili işlər orqanlarına məxsus xüsusi geyim formasına oxşardır, onun kopyalanmış variantıdır (cild 2, iş vərəqə 160). İstintaq eksperimentinin aparılması haqqında 11 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 avtomobilindən aşkar edilərək götürülmüş polis kapitanı rütbəli xidməti geyim formasının Zərərçəkmiş şəxs1 məxsus olub-olmamasını müəyyənləşdirmək məqsədilə geyinməsi təklif olunmuşdur. Zərərçəkmiş şəxs1 xidməti geyim formasını geyindikdən sonra baxış keçirilərkən müəyyən olunmuşdur ki, yay köynəyi Zərərçəkmiş şəxs1 əyninə dardır. Belə ki, köynəyin düymələri tam bağlansa da, çiyin hissəsinə darlıq olmuşdur. Pencəyin boyu Zərərçəkmiş şəxs1 qısadır, bel və çiyin hissəsindən isə böyükdür. Pencəyin qolları biləkdən 3 santimetr qısadır. Pencəyin qollarını yuxarı qaldırdıqda biləkdən 10 santimetr qısadır. Şalvarın beli dardır, düyməsi çətin bağlanır. Kəmərin uzunluğu ilə Zərərçəkmiş şəxs1 belinin ölçüsü uyğun gəlmir. Şalvarın uzunluğu qısadır, şalvarın balağı Zərərçəkmiş şəxs1 topuğundan 3 santimetr qısadır. Xidməti papaq Zərərçəkmiş şəxs1 başına dar olduğuna görə tam geyinə bilməmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 165-168). Məhkəmə-xətşünaslıq ekspertizasının 5 iyul 2021-ci il tarixli 4/863 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş A4 formatlı kağız üzərində “Şahid1, Aqdam rayon Boyəhmədli kəndi xx.xx.1982 subay, təhsil. Bakı sənaye pedoqoju texnikamu ibdidayi təhsil fakultəsi, Şahid2ov oqlu Boyəhmədli xx.xx.1955, Anan X3 14.01.1960 rəhmət 06.11.2015, qardaşı X35 oqlu Aqdam 18.12.1990, Baci X1, Ailəli. 11.06.1987, 2 uşaq Ailəli” sözləri ilə bitən yazılar- Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur (cild 3, iş vərəqə 107-110). Məhkəmə-psixoloji ekspertizasının 06 iyul 2021-ci il tarixli, 1451 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. İdrak prosesləri normaya uyğun olmaqla, intellektual imkanlarında, əqli və psixi fəaliyyətində gerilik əlamətləri aşkar olunmur. Buna görə də Zərərçəkmiş şəxs2 özü ilə əlaqədar yaranmış şəraiti adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. İntihara cəhd etməsi fərdi-psixi xüsusiyyətləri ilə deyil, düşdüyü vəziyyətlə əlaqədar olmuşdur. Zərərçəkmiş şəxs2 intihara cəhd edərkən psixi-emosianal vəziyyətində sıxıntı, gərginlik, qorxu, həyəcan, stress kimi hallar yaranmış, həmin halların yaranması Təqsirləndirilən şəxs1 hərəkətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üzərində yaratdığı psixoloji təzyiq (ona qarşı hədə-qorxu gəlməsi, şantaja məruz qoyması, pul tələb etməsi, onunla cinsi əlaqədə olmağa məcbur etməsi və sair) Zərərçəkmiş şəxs2 keçirdiyi emosional vəziyyəti ilə səbəbli nəticə əlaqəsi yaratmışdır. Yəni, qeyd olunan hallar onun özünü öldürməyə cəhd etməsinə gətirib çıxara bilərdi. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 üzərində yaratdığı psixoloji təzyiq zərərçəkmiş şəxsin həmin dövrdə qanuna uyğun davranışına (hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət etmək) mane ola bilərdi. Belə ki, qınağa tutulacağı, rüsvay olunacağı fikirləri, nüfuzdan düşmək, işini itirmək qorxusu və sair onun bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməməsinə səbəb ola bilərdi. Zərərçəkmiş şəxs2 hadisənin baş verdiyi şəraitin malik olduğu qıcıqlandırıcıları duymaq və qavramaq qabiliyyətinə malikdir (cild 3, iş vərəqə 97-102). Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 13 iyul 2021-ci il tarixli 1531 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 “Qarışıq tipli şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 qeyd olunan qarışıq tip şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 istintaq hərəkətlərinin aparılmasına iştirak etmək və öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 kobudluq, hirslilik, implusivlik, emosional dayanıqsızlıq, özünü müdafiə etməyə meyillilik, emosianal oyanıqlıq, qıcığa qarşı tez reaksiya vermək, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 ona ittiham elan edilən əməli törədərkən şüuruna və dərketməsinə təsir edə biləcək psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 3, iş vərəqə 102-106). Telefon danışığına baxış keçirilməsi barədə 28 iyul 2021-ci il tarixli protokoldan görünür ki, 10.04.2020-ci il tarixdə saat 13:18-də Zərərçəkmiş şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş, həmin telefon danışığı 89 saniyə davam etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə 08.04.2020-ci il tarixdə saat 13:45-dən həmin gün saat 17:36 dəqiqəyədək anten dairəsi “Turkan park/”Bakı şəhər, Xəzər rayonu, Türkan kəndi”/Khazar” göstərilir (cild 3, iş vərəqə 91). Məhkəmə kompüter texniki ekspertizasının 04 avqust 2021-ci il tarixli, 5/656 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus “İphone 7” markalı mobil telefonun “Dropbox” proqram təminatında olan “065639.jpg” və “065820.jpg” adlı fototəsvirlərin çəkilmə tarixi “03.07.2020” kimi mobil smartfonda əks olunmuşdur (cild 3, iş vərəqə 123- 126). Şahid1 istintaqa təqdim etdiyi ona məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank hesabından çıxarışdan görünür ki, 03 avqust 2020-ci il tarixində həmin hesabdan birinci dəfə 1000 manat, ikinci dəfə isə 917 manat pul çıxarılmışdır (cild 1, iş vərəqə 104- 106). Zərərçəkmiş Zərərçəkmiş şəxs2 Alamır qızının istintaqa təqdim etdiyi ona məxsus "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid bank hesabından çıxarışdan görünür ki, 08 aprel 2020-ci il tarixdə X56 Səhmdar Cəmiyyətinin Bakıxanov filialında yerləşən bankomatından həmin hesabdan birinci dəfə 200 manat, ikinci dəfə isə 100 manat pul çıxarılmışdır (cild 3, iş vərəqə 227-228). Cinayət işinin materiallarına əlavə edilmiş 03 aprel 2020-ci il tarixli raportun surətindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dəmir X29 İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Təqsirləndirilən şəxs2 1977-ci il təvəllüdlü X6 şəxsiyyət vəsiqəsi və digər məlumatlarının öyrənilməsinə dair axtarış portalın istifadə edilməsinə göstəriş verilməsi üçün raportla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dəmir X29 İdarəsinin rəis müavini, polis polkovniki Vüqar Axundova müraciət etmişdir (cild 3, iş vərəqə 61). Vahid məlumat-axtarış sisteminin (Məlumat Portalı) Avtomatlaşdırılmış işçi yerinin operatorunun işçi dəftərininin müvafiq səhifələrinin surətlərindən görünür ki, X18 barəsində çıxarılmış portal sənədi 03 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən təhvil götürülmüşdür (cild 3, iş vərəqə 61-73). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmrlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 07 avqust 2009-cu il tarixdə Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin sərnişin qatarlarının müşayiəti üzrə post-patrul xidməti bölüyünün 3-cü tağımının 1-ci manqasının polis nəfəri vəzifəsinə təyin edilmiş və ona “polis serjantı” xüsusi rütbəsi verilmişdir. 07 noyabr 2020-ci il tarixdə Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında Polis İdarəsinin cinayət-axtarışı şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Təqsirləndirilən şəxs2 daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir (cild 1, iş vərəqə 239-241). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X57 İdarəsinin 01 sentyabr 2021-ci il tarixli 016-101777 saylı məktubundan görünür ki, “Mitsubishi Airtrek” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 26.09.2013-cü il tarixdə X20 adına qeydiyyata alıqmış, 25 iyul 2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və yeni **-RP-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs1 məxsus “Mitsubishi Airtrek” markalı **-RP- *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyularaq Daxili İşlər Nazirliyinin Baş X55nin mərkəzi informasiya sistemində müvafiq qeydlər edilmişdir (cild 4, iş vərəqə 07-08) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 02 mart 2021-ci il tarixli 1668 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 “Qarışıq tip şəxsiyyət pozuntusu, kompensasiya” diaqnozu ilə həmin xəstəxanada 13.12.2017-22.05.2018-ci il tarixdə müalicədə olmuşdur (cild 2, iş vərəqə 30). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 29 may 2021-ci il tarixli 4618 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 280). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 183). Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 24 sentyabr 2019-cu il təvəllüdlü uşağı vardır (cild 4, iş vərəqə 39). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5000 manat cərimə cəzasına məhkum edilmiş, 25 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli Amnistiya qərarına əsasən cərimə cəzasından azad edilmişdir (cild 2, iş vərəqə 12-13, 191-193). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 40). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 182.2.1-ci, 182.2.2-ci, 182.2.4-cü, 310-cu və 32.4, 312.1-ci maddələri, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.4-cü və 309.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 310-cu, 32.4, 312.1-ci və 309.1-ci maddələrində nəzərdə tutulan əməllər az ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci, 182.2.4-cü maddələrində nəzərdə tutulan əməllər isə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 özünü ümumiyyətlə təqsirli bilməməsi, Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsi ilə bağlı məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri əməllərə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxslərin öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 182.2.1-ci, 182.2.2-ci, 182.2.4-cü, 310-cu və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.4-cü və 309.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 182.2.1-ci, 182.2.2-ci, 182.2.4-cü, 310-cu və 32.4, 312.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza, Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.4-cü və 309.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilməsini, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 21 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 yanvar 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 21 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərarı ilə isə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 38, 90-94). Təqsirləndirilən şəxs2 barəsində olan digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçildiyindən onun barəsində hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı hər hansı qətimkan tədbiri seçilməmişdir. Buna görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixdə keçirilmiş hazırlıq iclasında Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 yanvar 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı isə 15 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda onlara verilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan kapitan rütbəli polis xidməti geyim forması (şalvar və pencək), kapitan rütbəli polis xidməti yay köynəyi, polis xidməti papağı, qandal və qandal qabı məhv edilməli, Şahid1 və onun ailə üzvlərinin anket məlumatlarının qeyd edildiyi A4 formatında 01 ədəd vərəq, Zərərçəkmiş şəxs2 adından yazılmış 01 vərəqdə izahat vərəqi, X7, X19, X22, X15, X33 və X6 şəxsiyyətlərinə dair məlumatların əks edildiyi VMAS-dan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. Vurulmuş maddi zərərlə bağlı, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiası vardır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, əmlakına dəymiş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 qanunun bu və digər tələblərinə əməl etməklə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ona vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs1 8500 manat (24 ay ərzində avtomobili olmadığına görə taksi fəaliyyətindən istifadə edərək xərclədiyi 6000 manat və avtomobilin bərpası üçün çəkiləcək 2500 manat), mənəvi ziyana görə 5000 manat məbləğində pulun tutularaq ona ödənilməsini, həmçinin **-RP-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi Airtrek” markalı avtomobilin onun sahibliyinə, istifadəsinə və sərəncamına verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edə bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək ona məxsus “Mitsubishi Airtrek” markalı avtomobili ələ keçirməsi tam sübuta yetirildiyindən məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilərək “Mitsubishi Airtrek” markalı avtomobil onun mülkiyyətinə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Zərərçəkmiş şəxs1 taksi fəaliyyətindən istifadə edərək hər hansı məbləğdə xərc çəkməsinə, eləcə də avtomobilin həqiqətən bərpaya ehtiyacınını olub-olmamasına, ehtiyac olarsa təmir üçün nə qədər vəsait tələb olunmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin iddiaçının mənəvi zərərin ödənilməsi tələbi ilə əlaqədar qeyd edir ki, iş üzrə Zərərçəkmiş şəxs1 əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edən dəlillər, habelə ona ümumiyyətlə mənəvi zərər yetirilməsinə dəlalət edən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə Zərərçəkmiş şəxs2 hazırkı iş üzrə bu və ya digər tələblə bağlı mülki iddia verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia verməmiş Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 600 (altı yüz) manat və Təqsirləndirilən şəxs2 224 (iki yüz iyirmi dörd) manat olmaqla cəmi 824 (səkkiz yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 4, iş vərəqə 199). Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili X23 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X27 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində Təqsirləndirilən şəxs1 göstərilmiş 28 iş saatı həcmində hüquqi yardımla bağlı X14 vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş 28 iş saatı həcmində hüquqi yardımla bağlı X16 vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli 7 saylı qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.4-cü, 182.2.1-ci, 182.2.2-ci, 182.2.4-cü, 310-cu və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.2-ci və 182.2.4-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həbsdə və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci, 182.2.4-cü və 309.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü maddələri ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 309.1-ci maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, həm də əsas cəzaya əlavə cəza birləşdirilməklə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 15 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan kapitan rütbəli polis xidməti geyim forması (şalvar və pencək), kapitan rütbəli polis xidməti yay köynəyi, polis xidməti papağı, qandal və qandal qabı məhv edilsin; - Şahid1 və onun ailə üzvlərinin anket məlumatlarının qeyd edildiyi A4 formatında 01 ədəd vərəq, Zərərçəkmiş şəxs2 adından yazılmış izahat vərəqi 01 vərəqdə, X7, X19, X22, X15, X33 və X6 şəxsiyyətlərinə dair məlumatların əks edildiyi VMAS-dan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin olunsun. “Mitsubishi Airtrek” markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 25 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Təqsirləndirilən şəxs1 “Mitsubishi Airtrek” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququna xitam verilsin və həmin avtomobil özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyət götürülməklə Zərərçəkmiş şəxs1 mülkiyyətinə verilsin. Mülki iddia qalan hissədə təmin olunmasın. Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia verməklə ona vurulmuş ziyanı tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs1 600 (altı yüz) manat və Təqsirləndirilən şəxs2 224 (iki yüz iyirmi dörd) manat olmaqla cəmi 824 (səkkiz yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına vəkil X23 üçün 168 (yüz altmış səkkiz) manat, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili X27 üçün 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1794/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1794/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver