Məhkəmə qərarları › İş №1(101)-1794/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1794/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1794/2024 03.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X12 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar inzibati ərazi dairəsi, Qarabağlar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayədə yaşamış, 14 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-32/2024 saylı, 16 yanvar 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 2,233 qram olan ağ rəngli kristalşəkilli maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 335,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib etibarnamə əsasında idarə etdiyi “Kia Pride” minik markal **-KK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilində gizlətməklə saxlayıb daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 14 yanvar 2024-cü il tarixdə Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları tərəfind ən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saat 23:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirildikdən sonra istifadəsində olan idarə etdiyi “Kia Pride” minik markalı **-KK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə özünün iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman həmin avtomobilin sağ ön oturacağın alt hissəsindən satış məqsədi olmadan əldə edib saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 335,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzərində metamfetamin izləri olan elektron tərəzi, həmçinin göstəricilər panelinin sağ tərəfində yerləşən saxlanc yerindən ümumi təmiz çəkisi 2,233 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 yanvar 2024-cü il tarixdə, saat 23:40 radələrində 7-ci mikrorayon ərazisində olarkən polis əməkdaşları onu tutaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirmiş, burada ondan 2 kq çəkidə olan narkotikin yerini soruşmuşlar. O, sonunculara onda belə bir miqdarda narkotikin olmadığını bildirmiş, belə ki, onun üzərində cəmi bir istifadəlik narkotik vasitə “nəşə” olmuşdur. Bundan sonra polis əməkdaşları onu yaşadığı evə apararaq, evdə axtarış həyata keçirmişlər və yenə də heç bir qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. O, yenidən Bakı şəhər Baş Polis İdarəsinin binasına gətirilmiş, polis əməkdaşları ona bir neçə yumruq zərbəsi vuraraq bir daha narkotik vasitənin yerini, eləcə ondan hər hansı bir “narkotacirin” adını soruşmuşlar, o isə bir daha etiraz etmişdir. Məruz qaldığı fiziki təsirlərin nəticəsində keçirilmiş videoçəkiliş zamanı ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmaı barədə etirafedici ifadə vermişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, idarə etdiyi “Kia Pride” minik markal **-KK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər taksi fəaliyyəti göstərib, həmin avtomobildə heç bir qanunla qadağan olunmuş əşya və predmet olmayıb. İttiham aktında göstərilən elektron tərəzi də ona məxsus deyil. İstifadə etdiyi narkotik vasitələri İran vətəndaşından alıb. İdarə etdiyi avtomobilə şübhəli şəxs qismində tutulduğu gündən sonrakı gün baxış keçirilib. Sonda valideynlərinin yaşlı olduğunu və qeyd olunan xüsusat nəzərə alınmaqla azadlığının bərpa olunmasını xahiş etmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün qismən eitrafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində bildirmişdir ki, 14 yanvar 2024-cü il tarixdə xidmət etdiyi şöbəyə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qarabağlar kəndində pasport qeydiyyatında olan ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat barədə rəhbərliyə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş edilmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən Bakı Şəhər Baş Polis İdarəsinin Kiber mərkanda narkotiklərlə mübarizə şöbəsinin rəisi polis polkovniki X7 həvalə edilməklə onun rəhbərliyi altında Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmin şöbənin operatoru, polis baş serjantı X8 və onun iştirakından ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, 14 yanvar 2024-cü il tarixdə polis əməkdaşları ilə birgə Bakı şəhəri, Binəqədi rayonu inzibati ərazisində zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və həmin gün saat 23:40 radələrində əməliyyat məlumatında bildirilən zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin ünvan 6 ünvanının qarşısında avtomobildə əyləşdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib anket məlumatlarını bildirməsini xahiş edib onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, o, həqiqətən də əməliyyat məlumatında bildirilən xx.xx.1996-cı ildə Şərur rayonu Qarabağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Qarabağlar inzibati ərazi dairəsi, Qarabağlar kəndində qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Bakı Şəhər Baş Polis İdarəsinin inzibatı binasına getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşdığından idarə etdiyi **-KK-*** dövlət qeydiyyat nişanlı “Kia Pride” markalı avtamobillə birlikdə Bakı Şəhər Baş Polis İdarəsinin inzibatı binasına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Baş İdarəyə gətirilməsi barədə raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı polis mayoru Bayram Əsgərova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin olması barədə məlumat verərək idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bununla bağlı ərizə yazmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra idarənin avtomobil dayanacağında süni işıqlandırma şəraitində videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobildə hər hansı bir qanunla dövrüyyəsi qadağan olunmuş əşya və ya predmentin olub-olmaması, əgər vardırsa könüllü təqdim etməyi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşaraq sağ ön qapını açıb salona daxil olmuş və sağ ön oturacağın alt hissəsindən 01 ədəd göy rəngli sellofan torbanı, göstəricilər panelinin sağ tərəfində yerləşən saxlanc yerindən isə 01 ədəd şəffaf sellofan bükümü təqdim edib həmin göy rəngli bükümdə bir ədəd elektron tərəzi və narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin şəffaf rəngli bükümdə psixotrop maddə olan metamfetamin olmasını bildirərək həmin narkotik vasitələri və psixotrop maddələri haradan əldə etməyi barədə məlumat vermişdir. Təhqiqatçı tərəfindən həmin göy rəngli torba açılaraq içərisinə baxıldıqda içərisindən 01 ədəd qara rəngli sellofon bağlama və 01 ədəd ağ rəngli elektron tərəzi müəyyən edilmişdir. Qara rəngli sellofan bağlamanın içərisi açılaraq baxıldıqda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli ot kütlələri, şəffaf rəngli sellofan bükümün içərisinə baxıldıqda isə kristalşəkilli kütlələr aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən avtomobiliə baxış keçirilmiş və qeyri qanuni heç nə aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş həmin kütlələrin Təqsirləndirilən şəxs aşkar olunub götürülməsi ilə bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin kütlələr qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O da, avtomobilə baxışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin avtomobilə baxış və götürmə aparılarkən Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar şöbəsinin inspektoru X6 tərəfindən videoyazan texniki vasitə olan «Panasonic» markalı videokameranın video çəkmə funkiyası ilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı vəkil Ramiz Musayevi Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişdir. X9 tərəfindən Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutularaq, ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar şöbəsinin inspektoru X6 tərəfindən videoyazan texniki vasitə olan “Panasonic” markalı videokameranın video çəkmə funksiyasından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olundu ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə və psixotrop maddə varsa onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla dövrüyyəsi qadağan edilmiş heç bir əşya və ya predment olmadığını bildirib özünə məxsus olan iki ədəd mobil telefonu, bank kartım və pul kisəsini təhqiqatçıya təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən qeyri-qanuni əşya əşkar edilməmişdir. Daha sonra isə keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib olunmuşdur. O da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan “Panasonic” markalı videokameranın video çəkmə funkiyası ilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ifadələrində bildirdiyi “Adel” adlı şəxsin şəxsiyyəti müəyyən edilməmişdir. Ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsin evinə baxış keçirilməyib, sonuncuya qarşı hər hansı fiziki və psixi təsir olmayıb. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra əvvəlcə üzərinə, sonra isə avtomobilinə baxış keçirilib və bu gecə yarısından sonra baş verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsini təsdiq etmiş, ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsin evinə baxış keçirilməyib, sonuncuya qarşı hər hansı fiziki və psixi təsir olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, anket məlumatlarında qeyd etdiyi ünvanda ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. **-UY-*** dövlət nömrə nişanlı “Kia Rio” markalı avtomobili icarə əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olur, gündəlik qazancını həmin işə görə qazanır. Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin dekabr ayının sonlarından tanıyır. Onunla təsadüfən tanış olmuşdur. Belə ki, “Aksana” adlı tanışını Bakı şəhəri “Neftçilər” metrosunun yaxınlığında yerləşən evlərinin qarşısında gözləyərkən Aksananı Abbasın gətirdiyini görmüş və ondan Aksananı haradan tanımağı ilə bağlı elə orda söhbət edərkən münasibəti yaranmışdır. Söhbət əsnasında Abbas üzərində narkotik vasitə olan marixuana olduğunu bildirmiş, əgər istərsə onunla birlikdə həmin narkotik vasitəni qəbul etməyi təklif etmişdir. O, əvvəllər də narkotik vasitə olan marixuana istifadə etdiyindən Təqsirləndirilən şəxs təklifini geri çevirməmişdir. Yəni təxminən 2015-ci ildə narkotik vasitə olan marixuana istifadə etmişdir. Həmin zamandan sonra cəmisi 5-6 dəfə həmin narkotik vasitəni qəbul etmişdir. Buna görə birlikdə həmin narkotik vasitəni istifadə edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vasitə olan marixuananı hazırlayıb elə onun avtomobilində narkotik vasitəni birlikdə qəbul etmişlər. Bundan sonra bir neçə dəfə də Təqsirləndirilən şəxsla Bakı şəhərində müxtəlif ərazilərdə görüşmüşəm, biraz söhbət etdikdən sonra uzaqlaşmışdır. Həmin görüşlərdə narkotik vasitə istifadə etməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onda heç bir məlumat yoxdur. Cinayət işi materiallarında olan 15 yanvar 2024-cü il tarixli “Avtomobilə baxış keçirilməsi və götürülmə aparılması haqqında” protokoldan, cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, həmin günü saat 00:15-də Bakı Şəhər Baş Polis İdarəsinin inzibati binasında Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Pride minik” markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş ilə baxış aparılan zaman avtomobilin sağ ön oturacağının alt hissəsindən götürdüyü 01 ədəd göy rəngli sellefon torbanın içərisindən deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuana, göstəricilər panelinin sağ tərəfində yerləşən saxlanc yerindən götürdüyü 01 ədəd şəffaf rəngli sellefon bükümün içərisindən isə deməsinə görə patı adlanan dərman preparatları və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Cinayət işi materiallarında olan 15 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış aparılması və götürülmə haqqında” protokoldan, cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə yerləşən və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, həmin günü saat 01:50-də Bakı Şəhər Baş Polis idarəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılan zaman qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işi materiallarında olan 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/72 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş təmiz çəkisi 335,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarına əlavə edilmiş 15 yanvar 2024-cü il tarixli 3-16-16/2- 6/229 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki; Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №215" dairəvi möhür əksi, “vət, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia” markalı avtomobildən aşkar edilmiş...(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,233 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “vət. Təqsirləndirilən şəxs avtomobiindən aşkar edilmiş bir ədəd elektron tərəzi...(imza) Təqsirləndirilən şəxs”yazısı və imzalar olan paketdəki bir ədəd elektron tərəzinin üzərində metamfetaminin izləri vardır, iz şəklində olduğu üçün metamfetaminin təmiz çəkisinin və bükümdəki metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Cinayət işi materiallarına əlavə edilmiş 17 fevral 2024-cü il tarixli 1058 saylı məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş 19 fevral 2024-cü il tarixli 441 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik müəyyən olunmur, əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir, cinayəti törədən zaman öz hərəkətlərini qavramaq iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, hazırki vəziyyəti onunla istintaq hərəkətləri aparılmasına imkan verir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş telefonla aparılan danışıqlar və ötürülən məlumatlara baxış keçirmə haqqında protokoldan görünür ki, “SMS_Tarixcesi **********2347 556739698” adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +**********05 saylı mobil telefon nömrəsinə ayrı-ayrı abonentlər tərəfindən göndərilən sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx-xx-2022, 16:07:41, **********06, **********05, 055 863-33-93, xx-xx-2022 22:17:14, **********03, **********05 İndi danışmaq olmur. Nə olub? xx-xx-2023, 00:12:08, **********95, **********05 Menem vüsal qaqa

1. “SMS_Tarixcesi **********4407 708010305” adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs daimi istifadəsində olmuş +**********05 saylı mobil telefon nömrəsindən ayrı-ayrı abonentlərə göndərilən sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx-xx-2022, 17:48:38, **********05, **********82 Sefı xx-xx-2022, 17:48:58, **********05, **********82 Menem rehman xx-xx-2022, 17:49:37, **********05, **********82 Bes noldu Qaqa Men seni gozluyrem axi xx-xx-2022, 13:04:06, **********05, **********00 Menim pulumu 1 saata atmiyanin kişiliyin Yoxdu xx-xx-2022, 20:09:19, **********05, **********08, Con arxaya xx-xx-2022, 11:46:09, **********05, **********82 Sefı X25 X22 X23 Snei xx-xx-2022, 22:37:53, **********05, **********49 Gi Poxvu acda xx-xx-2022, 01:07:21, **********05, **********83 Yaz mene wpda xx-xx-2022, 01:11:40, **********05, **********83 Subhaneeeeee xx-xx-2022, 16:09:52, **********05, **********06 ? xx-xx-2022, 19:38:35, **********05, **********79 Menem Rehman ac xx-xx-2022, 11:36:03, **********05, **********83 X24 X26 Sende Cixarma

xx-xx-2022, 15:41:35, **********05, **********12, Ae telefonu ac xx-xx-2024, 04:17:22, **********05, **********75 Zəng çatmasa telefon sönüb bil yatıb qalsam qapını arxadan açarla bağlayacam xx-xx-2024, 04:20:50, **********05, **********75 Birde ki kartında 50 varsa yuxudan duran da gunlara yaz onun kar tininə yoxdu deyir Varındısa mən yuxudan qalxan a at bir şeylər alsın ev

2. “SMS_Tarixcesi **********4347 707677088” adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi “Adel” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********88 saylı mobil telefon nömrəsinə ayrı-ayrı abonentlər tərəfindən göndərilən sms tipli ismarıclar (mesajlar) “SMS_Tarixcesi **********4349 707677088” istifadəsində olmuş +**********88 saylı mobil telefon nömrəsindən ayrı-ayrı abonentlərə göndərilən sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi “Adel” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********88 saylı mobil telefon nömrəsinin istifadəçisi ayrı-ayrı abonentlərlə narkotik vasitələrinin və psixotrop maddələrin satışı, əldə edilməsi ilə bağlı müxtəlif yazışmaların aparılması, ərəbfars əlifbası ilə müxtəlif mesajların göndərilməsi müəyyən edilmişdir.

3. “Zenglerin_Detallasmasi **********0035 ********* 4” adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi “Adel” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********88 saylı mobil telefon nömrəsi ilə müvafiq dövrlər ərzində aparılan danışıqlar zamanı nömrənin qoşulduğu ötürücü anten qurğularına dair məlumatlar əks olunmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan +**********05 mobil telefon nömrəsi ilə “Adel” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********88 saylı mobil telefon nömrəsi arasında müxtəlif tarixlərdə telefon danışıqları olmuşdur.

4. “Zenglerin_Mexsusluq_Tarixceleri **********0040 707677088_NAR_4” adlı qovluqda iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi “Adel” adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********88 saylı mobil telefon nömrələrinə zəng edən, qeyd edilən şəxslərdən zəngləri qəbul edən, habelə sms mesajı yazaraq mesaj qəbul edən abonentlər barədə “Azerfon MMC”nin təqdim etdiyi mümkün məlumatlar yerləşmişdir. Təqdim edilmiş məlumatlara əsasən +**********88 mobil telefon nömrəsinin X5 adına qeydiyyata alınmaqla abonəçinin ünvanı ünvan 8xs Təqsirləndirilən şəxs götürülməklə cinayət işinin materiallarına əlavə edilmiş “Honor" markalı, “CRT-XN1” modelli “**********65686, **********07694” “ımeı” kodlu mobil telefon aparatına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus olan “Honor” markalı, “CRT- XN1” modelli “**********65686, **********07694” “ımeı” kodlu mobil telefon aparatı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Üzərində “Azercell” mobil operatoruna aid “+**********98”, “+**********05” sim kart nömrələri, mobil telefon aparatının foto və videoçəkilişlər üçün nəzərdə tutulmuş kamerası vardır. Mobil telefon aparatının abunəçilər bölümündə +**********88 nömrəsi “Adil” adı ilə, +**********53 nömrəsi “Adel” adı ilə qeydə alınmışdır. Mobil telefonun "Whatsapp” mobil tətbiqinə keçid edildikdə Təqsirləndirilən şəxs “Adil” və “Adel” adları qeyd edilmiş +**********88 və +**********53 nömrələri ilə müxtəlif tarixlərdə videozəng və səsli zəng danışıqlarının olması, həmçinin telefon danışıqlarının ləğv edilmə müddətinin 24 saat təyin edildiyi üçün silindiyi müəyyən edilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, üzərində bir istifadəlik narkotik vasitə “nəşə” olsa da, avtomobilində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşlarının ona fiziki təzyiq göstərməsi, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 26-cı bəndinə əsasən, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, təxminən 8 il olar ki mütəmadi olaraq “nəşə” adlandırdığı narkotik vasitə qurudulmuş marixuanadan, təsadüfi hallarda isə “patı” adlandırdığı psixotrop maddə metamfetamindən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri və psixotrop maddələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə təxminən 14 yanvar 2024-cü il tarixdə əvvəllər “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Adel” adlı İran İslam Respublikasının vətəndaşı ilə danışaraq razılaşıb sonuncunun ona verdiyi bank hesabına 2000 manat pul köçürərək təxminən 400 qram çəkidə “nəşə” adlandırdığı narkotik vasitə qurudulmuş marixuananı alaraq həmin narkotik vasitəni, həmçinin əvvəllər həmin şəxsdən əldə etdiyi 2,8 qram çəkidə “patı” adlandırdığı psixotrop maddə metamfetamin, eləcə də alan zaman çəkisini müəyyən etmək məqsədilə mağazadan aldığı bir ədəd ağ rəngli elektron tərəzini X2 adına olan etibarnamə ilə idarə etdiyi “Kia Pride” minik markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoyaraq daşıyırmış. Aldığı narkotik vasitə olan qurudulmuş marixuanadan bir az istifadə etmişdir, qalan hissəsini və “patı” adlandırdığı psixotrop maddə metamfetamini öz istifadəsi üçün idarə etdiyi “Kia Pride” minik markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq yaşadığı ünvan 1 ünvanına aparmaq istəyirmiş. 14 yanvar 2024-cü il tarixdə narkotik vasitəni əldə etdikdən sonra şəxsi işləri ilə bağlı idarə etdiyi “Kia Pride minik” markalı avtomobil ilə Bakı şəhəri Binəqədi rayonu ərazisində olan zaman saat 23 radələrində iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb Bakı Şəhər Baş Polis İdarəsinin Kiber məkanda narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları olduqlarını bildirib özünü təqdim etməyini xahiş etmişlər. O, özü barədə polis əməkdaşlarına məlumat verdikdən sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin daşınmasında və saxlanmasında şübhəli olduğunu bildirib onu Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarə etdiyi avtomobillə Bakı Şəhər Baş Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gəldikdən sonra əməkdaşlara idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə olması barədə məlumat verib və idarə etdiyi avtomobilə baxış keçirilməsinə etiraz etməyərək bununla bağlı ərizə belə yazmışdır. Ona hüquqları izah edildikdən sonra idarənin avtomobil dayanacağında süni işıqlandırma şəraitində videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən avtomobilinə baxış keçirilərkən avtomobilində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmentin olub-olmaması, əgər vardırsa könüllü təqdim etməyi təklif edilmişdir. O da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra avtomobilə yaxınlaşaraq sağ ön qapını açıb salona daxil olmuş və sağ ön oturacağın alt hissəsindən 01 ədəd göy rəngli sellofan torbanı, göstəricilər panelinin sağ tərəfində yerləşən saxlanc yerindən saxladığı 01 ədəd şəffaf sellofan bükümü təqdim edib həmin göy rəngli bükümdə bir ədəd elektron tərəzi və narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin şəffaf rəngli bükümdə psixotrop maddə olan metamfetamin olması barədə məlumat verib həmin narkotik vasitələri və psixotrop maddələri haradan əldə etməyi barədə məlumat vermişdir. Təhqiqatçı tərəfindən həmin göy rəngli torba açılaraq içərisinə baxıldıqda içərisindən 01 ədəd qara rəngli sellofon bağlama və 01 ədəd ağ rəngli elektron tərəzi aşkar edilmişdir. Qara rəngli sellofan bağlamanın içərisi açılaraq baxıldıqda yaşıl rəngli ot kütlələri, yəni narkotik vasitə olan qurudulmuş marixuana, şəffaf rəngli sellofan bükümün içərisinə baxıldıqda kristalşəkilli kütlələr, yəni “patı” adlandırdığı psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən avtomobilinə baxış keçirilmiş və qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Avtomobilimdə olan və təqdim etdiyi içərisində narkotik vasitə və psixotrop maddə olan kütlələr, həmçinin elektron tərəzi zərfə qoyularaq möhürlənmiş və protokolla birlikdə götürülübdür. Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin inzibatı binasında xidməti otaqların birinə dəvət edilmişdir. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. Təhqiqatçının həmin təklifindən sonra üzərində qanunla qadağan edilmiş heç bir əşya və predment olmadığını bildirib şalvarının yan ciblərindən 01 ədəd “Honor” markalı və 01 ədəd “Samsung” markalı mobil telefonları, arxa cibindən özünə məxsus pasportu, əynindəki gödəkçənin iç cibindən pul kisəsini çıxarıb təqdim etmişdir. Pul kisəsinin içərisinə baxıldıqda 5 ədəd 10 manatlıq, 5 ədəd 1 manatlıq əskinaz olmaqla ümumilikdə 55 manat pul, idarə etdiyi avtomobilə aid qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, sığorta şəhadətnaməsi, “Leo bank” bank kartı aşkar edilmişdir. Ona məxsus mobil telefonlar, idarə etdiyim avtomobilə aid qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, pasportu və “Leo bank” bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən götürülmüş, 55 manat pul və digər əşyalar özünə geri qaytarılmışdır. Sorğu zamanı “Samsung” markalı mobil telefonun üzərində ***-***-**-**, “Honor” markalı mobil telefonun üzərində isə ***-***-**-** və ***-***-**-** mobil nömrələrinin olmasını bildirmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o, doğruluğunu imza edərək təsdiq etmişdir. O, tutularkən və Baş idarənin inzibati binasında olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir fiziki və ya psixi zor tətbiq edilməyibdir. Əlavə olaraq ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, narkotik vasitəni və psixotrop maddəni bir neçə ay bundan əvvəl instagram sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Adel” adlı şəxsdən əldə etmişdir. “Adel” adlı şəxs instagram sosial şəbəkəsi vasitəsi ilə ona mesaj göndərərək narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bildirmişdir. O da narkotik vasitə istifadə etdiyindən həmin şəxslə danışıb bir neçə dəfə onun göndərdiyi bank hesabına pul köçürərək narkotik vasitə, təsadüfü hallarda isə psixotrop maddə əldə etmişdir. Daha sonra “Adel” adlı İran İslam Respublikası vətəndaşı istifadəsində olan +**********53 və +**********88 mobil telefon nömrələrini ona vermiş, narkotik vasitə istəyərəkən həmin mobil telefon nömrələri ilə əlaqə saxlamağını xahiş etmişdir. O da həmin zamandan sonra “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olan “Adel”in istifadəsində olan həmin mobil telefon nömrələri ilə əlaqə saxlayır, narkotik vasitə istəyərkən həmin şəxsin göndərdiyi bank kartına pul köçürür, o da narkotik vasitələri Bakı şəhəri ərazisində müxtəlif yerlərə qoyaraq həmin yerin fotoşəkilini və koordinatlarını mobil telefonuna göndərib narkotik vasitəni ona təqdim edirmiş. Üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixana və psixotrop maddə olan metamfetamini də həmin yolla əldə etmişdir. Mütəmadi olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməyi riskli olduğu üçün sonuncu dəfə “Adel" adlı İran İslam Respublikası vətəndaşı ilə danışaraq 2000 manatlıq narkotik vasitə olan qurudulmuş narkotik vasitə marixuana sifariş vermişdir. O, “Adel" adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********88 mobil telefon nömrəsi ilə “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə görüntülü zənglə danışaraq narkotik vasitəyə baxdıqdan sonra istədiyimi bildirmişdir. Buna görə də həmin narkotik vasitəni “Adel" adlı İran İslam Respublikası vətəndaşı Binəqədi rayonu əraizisində yerləşdirmiş, fotoşəkillər və koordinatlar göndərərək narkotik vasitələrin olduğu yer barədə məlumat vermişdir. O da buna görə “Adel" adlı İran İslam Respublikası vətəndaşının “M 10" hesabına 2000 manat pul köçürmüşdür. Uzun zamandır pul yığıdığı üçün həmin məbləğdə pulu var imiş. Psixotrop maddə olan metamfetamini isə bir neçə vaxt ondan əvvəl “Adel” adlı İran İslam Respublikası vətəndaşından əldə etmişdir. Həmin psixotrop maddəni təsadüfü hallarda istifadə edir. Əksər hallarda narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. “Adel" adlı İran İslam Respublikası vətəndaşının anket məlumatları, harada yaşaması barədə heç bir məlumatı yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan qurudulmuş marixunanın və psixotrop maddə metamfetaminin əldə etməsinə dair ibtidai istintaqın ilkin mərhələsində dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Həmçinin aparılmış araşdırma zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs münasibətdə bu və ya digər qanunzidd əməl törətmələri müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin və təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Həmçinin qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 500 qramdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yaşını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdə, saat 23:40-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 15 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, “Şübhəli şəxsin tutulması haqqında” 15 yanvar 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs faktiki olaraq tutulduğu vaxtda 14 yanvar 2024-cü il tarixi, saat 23:40 olaraq göstərildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, iş üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. İş üzrə maddi sübut olub Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 334,95 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana və 2,133 qram təşkil edən psixotrop maddə metamfetamin və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa verilmiş 01 (bir) ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan başqa Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Honor” markalı, “CRT-XN1” modelli, “**********65686, **********07694” “İMEİ” kodlu mobil telefon Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra özünə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ümumilikdə, 266 (iki yüz altmış altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işinin materiallarına əlavə edilmiş 03 (üç) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs ümumilikdə 266 (iki yüz altmış altı) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 334,95 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana, 2,133 qram təşkil edən psixotrop maddə - metamfetamin və Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə məsul saxlanışa verilmiş 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar