Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1796/2022 02.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 2 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 1(101)- 505/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş qalan 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təyin edilmiş cəza ilə qismən toplamaqla qəti olaraq 07 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmişdir. Belə ki, o, külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə Şahid1, naməlum "Cəfər'’ adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində həbsdə saxlanıldığı vaxt qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib ona çatdırılmasını qrup üzvü Şahid1 bildirdikdən sonra sonuncu 25 dekabr 2021-ci il tarixdə saat 16 radələrində əvvəlcədən aralarında olan razılığa əsasən naməlum "Cəfər” adlı İran İslam Respublikası vətəndaşının sifarişi əsasında naməlum şəxs tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron 2» yaşayış massivində yerləşən "xxxx" marketin qarşısında olan qutunun içərisinə qoyulmuş ümumi təmiz çəkisi 30,465 qram olan narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,221 qram olan psixotrop maddə metamfetamini götürüb əldə edərək üzərində saxlamış və Müəssisəyə ötürüb onun özünə vermək məqsədilə içərisində ərzaq məhsulları olan bağlamaya yerləşdirərək həmin bağlamada Bakı şəhəri, Nizami rayonu, Böyükşor qəsəbəsi, 8-ci Köndələn küçəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə daşımış, lakin həmin tarixdə saat 17:50 radələrində müəssisənin nəzarət buraxılış məntəqəsində Şahid1 gətirdiyi bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində olan 2 ədəd kağız bükülüdə və 1 ədəd «Winston» markalı siqaret qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 0,796 qram, 0,843 qram, 0,883 qram, 0,858 qram, 0,825 qram, 0.871 qram, 0,783 qram, 0,821 qram, 0,853 qram, 0,760 qram, 0,786 qram, 0,849 qram, 0,780 qram, 0,800 qram, 0,872 qram, 0,799 qram, 0,850 qram, 0,747 qram, 0,810 qram, 0,684 qram, 0,827 qram, 0,873 qram, 0,778 qram, 0,841 qram, 0,812 qram, 0,785 qram, 0,816 qram, 0,862 qram, 0,845 qram, 0,839 qram, 0,834 qram, 0,881 qram, 0,807 qram, 0,806 qram, 0,860 qram, 0,746 qram, 0,803 qram və 0,180 qram olmaqla ümumi təmiz çəkisi 30,465 qram olan, külli miqdarda qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0.221 qram olan ağ rəngli kristallik formalı, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı İstintaq Təcridxanasında həbsdə yatdıqdan sonra 2021-ci ilin dekabr ayının əvvəllərində özünü pis hiss etdiyi üçiin onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə keçirmişlər. 25 dekabr 2021-ci il tarixdə o Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunmuşdur. Həmin vaxt ona sovqat gətirilməsindən məlumatı olmamışdır. Onun heç kəslə ona narkotik vasitə gətirməsinə dair heç bir söhbəti olmamışdır. İstintaq zamanı da o heç bir sənədə imza etməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid1 tanımış, Mehman Ədliyyə Nazirliyi Penitensair Xidmətdə zibil daşıyan maşının sürücüsü olmuşdur. O, İİR vətəndaşı tanımamışdır. Mehmanın ona narkotik vasitə gətirməsindən onun məlumatı olmamışdır. O, heç kimə narkotik vasitələrin Ədliyyə Nazirliyi Penitensair Xidmətinin İstintaq Təcridxaasına gətirilməsini xahiş etməmiş, heç kimə bu barədə telefon vasitəsilə zəng etməmişdir. Qabaqlar o narkotik vasitələrdən istifadə etmişdir. O, nə Şahid1 nə də ki Aybənizin telefonuna zəng vurmamışdır. Eyni ifadələri o ibtidai istintaq zamanı müstəntiqə demişdir. Müstəntiq protokolda nə isə yazıb, o imza etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuşdur. Belə ki, cinayət işinin 14-cü vərəqəsində olan Təqsirləndirilən şəxs 25 dekabr 2021ci il tarixli izahatının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs əlyazısı ilə yazılmış və imzalanmış izahatında etirafedici izahat verərək, Müalicə Müəssisəsində olan zaman telefon vasitəsilə Mehmanla əlaqə saxlayıb, Mehmana onun adında sellofan torba veriləcəyini, torbanı ona çatdırmasını dediyini bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin izahatı təsdiq etmir, hazırda həmin izahatı nəyə görə imzaladığını xatırlamır. Həmçinin, cinayət işinin 88-90, 217-218 və 268-269-cu vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Bir müddət Bakı İstintaq Təcridxanasında həbsdə yatdıqdan sonra 2021-ci ilin dekabr ayının əvvəllərində özünü pis hiss etdiyi üçün onu Penitensiar Xidmətin Müalicə Müəssisəsinə keçirmişlər. Orada olduğu vaxt və ondan əvvəldə bir neçə dəfə şəhər nömrəsi ilə Mehmanın 055 və ***-***-**-** saylı nömrələrinə zəng etmişdir. O azadlıqda olan zaman İİR-nın vətəndaşı olan adını «Cəfər» kimi deyən bir şəxslə hazırda fikrində qalmayan nömrəsinə zəng edib danışırmış və fikrindən çıxan kartına pul göndərirmiş və əvəzində Bakı şəhərinin müxtəlif ünvanlarında narkotik vasitə yeri deyirmiş o da gedib götürürmüş. Onun yalnız nömrəsi ***-***-**-** olan başqa anket məlumatlarını bilmədiyi «Aybəniz» adlı qadınla vaxın münasibəti olmuşdur. 2021-ci ilin dekabr ayının ortalarında İİR-nın vətəndaşı olan Azərbaycan nömrəsi işlədən Cəfərə zəng edib demişdir ki, ona narkotik vasitə göndər və bir müddət sonra pulunu verər. Onun sözündən sonra o demişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 2 yaşayış massivində yerləşən "xxxx" marketin yan tərəfindən gözdən uzaq yerə içərisində daş qoyub yanında narkotik olan qutu olacaq götürə bilər. O Aybənizə zəng edib yuxarıda göstərilən ünvanda şəxsi əşya olacağını və ona bir tanış adamın zəng vuracağını və ona həmin yeri başa salmasını və həmin əşyanı gətirib ona verməsi barədə demişdir. Lakin Aybəniz bilməmişdir ki, orada olan nə əşyasıdır. Çünki onun narkotik vasitə istifadə etməyini Aybənizin bilmədiyini göstərmişdir. Həmçinin ona narkotiklə yox başqa bir iş üstündə tutulduğunu demişdir, bundan sonra 2021-ci ilin dekabr ayının 25-də, saat 14 radələrində Mehmana zəng edib bildirmişdir ki, Aybəniz adlı tanışı zəng vuracaq, o bir yerdə olan əşya barədə məlumat verəcək gətirib ona versin. Mehman əvvəlcə gətirmək istəməsə də ona bildirmişdir ki, əgər gətirməsə narkotik vasitələrdən istifadə etməyini qohumlarına deyəcəkdir. O razılaşdıqdan sonra Aybənizə zəng edib Mehmanın nömrəsini verib ona zəng etməyini demişdir. 25 dekabr 2021-ci ildə saat təxminən 18:10 radələrində Müəssisədə olduğu vaxtı oranın əməkdaşları onu xidməti otağa çağırıb bildirmişlər ki, Mehman adlı şəxsin ona gətirdiyi sovqatın içərisindən narkotik vasitələr çıxmışdır. Bunun düzgün olub-olmamasını soruşduqda o hər şeyi etiraf edib bunun doğru olmasını bildirib bu barədə izahatını da vermişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, elan olnumuş ifadələrdə olan sözləri deməmiş, ona görə də imza etməmişdir. bu protokolları özləri yazmışlar. O, istintaq vaxtı heç bir etirafedici ifadə verməmişdir. Nədən ötrü protokolları vəkil imza etmiş, o bilmir. Elan olunmuş ifadələr onun sözləriylə yazılsaymış imza edərmiş. Hazırkı iş üzrə o heç bir sənədə imza etməmişdir. İttiham aktında onun adından yazılan ifadələr təhrif olunmuş, o belə ifadə verməmişdir. Elan olunmuş cinayət işinin 91-93-cü vərəqələrində olan üzləşmə protokoluna əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, üzləşməni təsdiq etmir, üzləşmə zamanı belə sözlər deməmiş, ona görə də imza etməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Mualicə Müəssisəsinin böyük inspektoru vəzifəsində işləyir. 25 dekabr 2021-ci il tarixdə, saat təxminən 17.40 radələrində əməliyyat bölməsinə məlumat daxil olmuşdur ki, Müəssisədə həbsdə saxlanılan Təqsirləndirilən şəxs sovqat gətirəcək Mehman adlı şəxs Ceyhuna sovqatın içərisində narkotik vasitə və psixotrop maddə keçirəcəkdir. Həmin məlumat daxil olduqdan sonra həmin gün saat 17.50-də bölmənin əməkdaşları və iki nəfər hal şahidi ilə girişdə olan sovqat keçirilən otağa yaxınlaşmışlar və əlamətlərindən Mehman adlı şəxsə uyğun gələn bir nəfərə özünü təqdim etməsini və kimin yanına gəlməsini soruşduqda, həmin şəxs özünü Şahid1 kimi təqdim edərək Təqsirləndirilən şəxs yanına gəlməsini bildirmişdir. Bundan sonra məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün Mehmanın gətirdiyi sovqatın içərisinə baxış keçirildikdə bir ədəd sellofanda 2 ədəd kağız bükülü və bir ədəd «Winston» markalı siqaret qutusunda 37 ədəd sellofan bükülüdə kristal formalı ağ və qəhvəyi rəngli narkotik vasitələrə bənzər maddələr aşkar olunmuşdur. Həmin maddələrin nə olduğu Mehmandan soruşulduqda Mehman həmin maddələrin narkotik vasitələr olduğunu, onları Müalicə Müəssisəsində həbsdə saxlanılan tanışı Təqsirləndirilən şəxs gətirdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, Ceyhun onun nömrəsini Aybəniz adlı bir qadına vermiş və həmin qadın da ona zəng edib narkotik vasitələri qoyduğu yeri dedikdən sonra narkotiki Ceyhun üçün gətirmişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq möhürlənmiş və protokol tərtib edilib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Narkotik vasitə Mehman adlı şəxsin gətirdiyi çantanın içərisində aşkar olunmuşdur. Mehmanda cəmi bir çanta olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Miıalicə Müəssisəsinin inspektorları Şahid3 və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid2 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində o 2021-ci ilin ortalarından tanış olmuş və Ceyhununla dostluq münasibəti olub. Ceyhunun narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmişdir. Bir neçə dəfə Ceyhunla birlikdə narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə etmişlər. Bir neçə dəfə də Ceyhundan heroin və metamfetamin də alıb istifadə etmişdir. 2021-ci ilin dekabr ayının 25-də Ceyhun şəhər nömrəsi ilə ona zəng edib bildirmişdir ki, külli miqdarda narkotik vasitə satdığı üçün tutulub və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkir. Sonra Ceyhun ona demişdir ki, ona bir qadın zəng vuracaq mal verəcək həmin malı Ceyhuna aparmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs zəng etdiyi nömrə Müalicə Müəssisəsinin nömrəsi imiş. 25 dekabr 2021-ci ildə özünü Aybəniz kimi təqdim edən qadın ona zəng edib nömrəni ona Ceyhunun verdiyini bildirmiş və ona mal verəcəyini deyib, həmin malı Ceyhuna çatdırmağını bildirmişdir. Lakin, bunun əvəzində ona pul və ya başqa heç bir maraq kəsb edən nə isə təklif olunmamışdır. Sadəcə Ceyhunun onun ailə üzvlərinə narkotik vasitələrdən istifadə etməyini demək qorxusundan onun sözündən çıxmamışdır. Qadının sözündən sonra 25 dekabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron 2» yaşayış massivində yerləşən "xxxx" marketin qarşısında olan qutunun içərisindən sellofan bükülünü götürmüşdür. 25 dekabr 2021 ci ildə Müalicə Müəssisəsinə gedərək həmin sellefon paketi Ceyhuna gətirdiyi sovqatla bərabər içəri keçirib Ceyhuna vermək istədikdə Müəssisə əməkdaşları tərəfindən tutulmuşdu. Müəssisə əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə yoxlanıldıqda, məlum olmuşdur ki, həmin sellofanın içərisində 2 ədəd kağız bükülüdə və «Winston» siqaretinin qutusunda 37 ədəd sellofan bükülüdə narkotik vasitələr vardır. Həmin vasitələr götürülmüş, o da etiraf etmişdir ki, həmin narkotiki Təqsirləndirilən şəxs Ceyhunun tapşırığı əsasında gətirmişdir. Bu əməllərə görə onu məhkum etmişlər. Təqsirləndirilən şəxs ona Müalicə Müəssisəsinin xidməti telefonu ilə zəng etmişdir. Təqsirləndirilən şəxs ona zəng edib xahiş etmişdir ki, həmin narkotik vasitəni ona gətirsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsinin anbar müdiri işləyir. 25 dekabr 2021-ci il tarixdə, saat təxminən 17.50 radələrində o işdə olarkən Müəssisənin əməliyyat bölməsinin əməkdaşları ona yaxınlaşıb Müalicə Müəssisəsinə bir nəfər şəxsin soqat gətirəcəyini və həmin sovqata baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. O, etiraz etməmiş və girişdə olan sovqat keçirilən otağa yaxınlaşmışdır. Müəssisənin əməkdaşları bir şəxsə yaxınlaşıb özünü təqdim etməsini və kimin yanına gəlməsini soruşduqda həmin şəxs ozünü Şahid1 kimi təqdim edərək Müəssisədə saxlanılan Təqsirləndirilən şəxs yanına gəldiyini bildirmişdir. Əməliyyat bölməsinin işçiləri ondan başqa da dəvət olunmuş başqa bir nəfər hal şahidinin iştirakı ilə Mehmanın gətirdiyi sovqatın içərisinə baxış keçirildikdə bir ədəd sellofanda 2 ədəd kağız bükülü və bir ədəd «Winston» markalı siqaret qutusunda 37 ədəd sellofan bükülüdə kristal formalı ağ və qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Həmin maddələrin nə olması Mehmandan soruşulduqda, Mehman bildirmişdir ki, həmin maddələr narkotik vasitələrdir, həmin narkotik vasitələri Müalicə Müəssisəsində həbsdə saxlanılan tanışı Təqsirləndirilən şəxs gətirmişdir. Həmçinin bildirmişdir ki, Ceyhun onun telefon nömrəsini hazırda adını xatırlamadığı bir qadına vermiş və həmin qadın da ona zəng edib narkotik vasitələri qoyduğu yeri dedikdən sonra həmin narkotik vasitələri həmin yerdən götürərək Ceyhun üçün gətirmişdir. Bundan sonra həmin maddələr zərfə qoyularaq zərf möhürlənmiş, protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. İş üzrə Şahid6 teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, sonuncu Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Şahid7 teleqramla müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, o, Quba şəhəri, S.Vurğun küçəsi, ev 37-də anası ilə birlikdə yaşayır. Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində yaşamış və 2022-ci ilin mart ayından yenidən Quba şəhərinə köçərək anası ilə birlikdə yaşayır. Quba şəhərində qadın gözəllik salonunda işləyir. Xırdalan şəhərində yaşadığı vaxt, yəni 2021-ci ilin sentyabr- oktyabr aylarında Bakı şəhər sakini Təqsirləndirilən şəxs də tanış olmuş və bir müddət onunla dostluq münasibətlərində olmuşdur. Lakin 2021-ci ilin noyabr ayının axırlarından sonra o, Ceyhunla əlaqə saxlamamışdır. Sonuncu dəfə 25 dekabr 2021-ci il tarixdə, günorta vaxtlarında Ceyhun hazırda fikrində qalmayan nömrədən onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edib bildirmişdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində hazırda fikrində qalmayan işlə bağlı həbsdə saxlanılır. Həmçinin demişdir ki, ona bir nəfər şəxs zəng edəcək və onun üçün şəxsi əşya yerini deyəcək, o da onu 055 və yu 070- ***-**-** saylı nömrəyə zəng edib yerini deyərsən onun üçün aparacaqdır. Həqiqətən həmin günü ona fikrində qalmayan nömrədən zəng gəlmişdir ki, Ceyhun üçün əşya var onu Xırdalan şəhəri, Abşeron 2 yaşayış sahəsində yerləşən "xxxx" marketin qarşısında yerləşən qutunun içərisinə qoydurmuşam və sizə zəng edən şəxsə həmin əşyanın yerini deyərsən götürər. Həmin günü saat 10 radələrinə Ceyhunun ona verdiyi 055 və ya 070- ***-**-** saylı nömrəsinə zəng edib Ceyhuna çatacaq əşyanın yerini demişdir. Həmin vaxtdan sonra Ceyhun və ya başqa heç bir şəxs onunla əlaqə saxlamamışdır, xx.xx.2022-ci il tarixdə, günortadan sonra Quba şəhərində olan zaman polislər onu saxlayıb Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nə gətirmişlər. Bölmədə olan zaman ona məlum olmuşdur ki, Ceyhun üçün aparılan əşya narkotik vasitələr olumşdur. Əlavə göstərmişdir ki, o həmin əşya kimi deyilən bağlamada oların narkotik vasitə olduğunu bilməmişdir. Sadəcə olaraq Ceyhunun sözünə əsasən gələn zəngə əsasən onun hara qoyulduğunu və hazırda adı ona məlum olan Mehmana zəng edib onun yerini demişdir. Əvvəllər Ceyhunun ona belə bir zəng etmədiyini göstərmişdir. Lakin onun darda olduğunu bilib onun sözünü yerə salmamış və elə başa düşmüşdür ki, ora qoyulan geyim paltarlarıdır. Həmin günü özü kənarda olduğundan həmin əşyaya gedib baxa bilməmişdir. Az sonra isə zəng edib həmin əşyanın yerini Mehmana demişdir. Heç vaxtı narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmadığını göstərmişdir. Həmin vaxtı Ceyhun ona demişdir ki, həmin şəxs sizə şəxsi əşyalarını verəcəkdir. Lakin o kənarda olduğundan Ceyhun demişdir ki, həmin şəxs ona zəng vurub şəxsi əşyalarını bir yerə qoyacaq o da onu dediyi nömrəyə zəng edib yerini deyər. Yəni o kənarda olduğundan onu götürə bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-2-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik leytenantı Məmmədağa Əhmədovun 15 aprel 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs, Cəfər adlı İran İslam Respublikasının vətəndaşı və Aybəniz adlı şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən daxil olmuş 26 dekabr 2021-ci il tarixli, xx/xx-2860 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimakn tədbiri seçilmiş və Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Şahid1 narkotik vasitələr gətirmək niyyətinin olması barədə əvvəlcədən Müəssisənin əməliyyat qrupuna əvvəlcədən daxil olmuş məlumat əsasında, xx.xx.2021-ci ildə Şahid1 gətirdiyi əşyalara baxış keçirilən zaman sellofan torbadan iki ədəd büküm və siqaret qutusunun içərisindən 37 ədəd bükümdə narkotik vasitələrə bənzər maddələr olan bükümlər aşkar edilmişdir. Cinayət işinin 5-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimakn tədbiri seçilmiş və Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Şahid1 gətirdiyi əşyalara baxış keçirilən zaman sellofan torbada olan 1 ədəd sellofan bükülünün içərisində 2 ədəd kağız bükülüdə və «Winston» markalı siqaret qutusunun içərisində 37 ədəd sellofan bükülüdə kristal formalı ağ və qəhvəyi rəngli narkotik vasitələrə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin 16-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 dekabr 2021-ci il tarixli, 6/5624 nömrəli ekspert rəyinin kserosurətindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti X5 üçün dairəvi möhür əksi olan, xx.xx.2021-ci il tarixdə Şahid1 üzərində axtarış zamanı... sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə «Winston» göstəricisi olan siqaret qutusunda 38 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,796 qram, 0,843 qram, 0,883 qram, 0,858 qram, 0,825 qram, 0.871 qram, 0,783 qram, 0,821 qram, 0,853 qram, 0,760 qram, 0,786 qram, 0,849 qram, 0,780 qram, 0,800 qram, 0,872 qram, 0,799 qram, 0,850 qram, 0,747 qram, 0,810 qram, 0,684 qram, 0,827 qram, 0,873 qram, 0,778 qram, 0,841 qram, 0,812 qram, 0,785 qram, 0,816 qram, 0,862 qram, 0,845 qram, 0,839 qram, 0,834 qram, 0,881 qram, 0,807 qram, 0,806 qram, 0,860 qram, 0,746 qram, 0,803 qram və 0,180 qram - ümumi təmiz çəkisi 30,465 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,221 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Cinayət işinin 78-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış telefon danışıqlarına baxış keçirilməsi barədə 02 aprel 2022-ci ıl tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində göstərdiyi vaxtlarda istifadəsində olan ***-***-**-** saylı “Bakcell” nömrəsi ilə ***-***-**-** saylı “Bakcell” nömrəsi ilə əlaqə saxlamışdır. Cinayət işinin 79-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış telefon danışıqlarına baxış keçirilməsi barədə 02 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 ifadəsində göstərdiyi vaxtlarda istifadəsində olan ***-***-**-** saylı “Azerfon” nömrəsi ilə ***-***-**-** saylı “Bakcell” nömrəsi ilə əlaqə saxlamışdır. Cinayət işinin 82-85-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/46 saylı 14 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in “tədqiqat obyekti №65”-li ştamp əksi olan paketdəki üzərində: “xx.xx.2021-ci il tarixdə vətəndaş Şahid1 üzərində axtarış zamanı...” sözləri, adlar, soyadlar və imzalar qeyd edilmiş zərfdə üzərində «Winston» göstəricisi olan siqaret qutusunda 38 ədəd bükümdə ümumi təmiz çəkisi 29,325 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindr və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,171 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. MEM-nin 26 dekabr 2021-ci il tarixli 6/5624 saylı arayışına əsasən, ilkin tədqiqat zamanı 38 ədəd bükümdə heroinin ümumi təmiz çəkisi 30.465 qram və bir bükümdoki metamfetaminin təmiz çəkisi 0.221 qram olmuşdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddolər-in İ siyahısına daxildirlər. Cinayət işinin 91-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 aprel 2022-ci il tarixli üzləşdirmə protokolunun kserosurətindən görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs üzünə qarşı aşağıdakıları göstərmişdir: “ ...2021-ci ilin dekabr ayının 25-də saat 14 radələrində Ceyhun şəhər nömrəsi ilə ona zəng edib bildirdi ki, külli miqdarda narkotik vasitə satdığı üçün tutulub və Müalicə Müəssisəsində cəza çəkir. Həmçinin, o mənə dedi ki, sənə bir qadın zəng vuracaq o sənə mal verəcək onu mənə gətir. 25 dekabr 2021-ci ildə saat 16 radələrində özünü Aybəniz kimi təqdim edən qadın mənə ***-***-**-** mobil nömrədən ***- ***-**-** və yaxud da ***-***-**-** mobil nömrələrimdən birinə zəng edib nömrəmi ona Ceyhunun verdiyini bildirib mənə mal verə biləcəyini dedi. Həmçinin malı da Ceyhuna çatdırmağımı bildirdi. Mal dedikdə bilirdim ki, söhbət narkotik vasitədən gedir. Qadının sözündən sonra Xırdalan şəhəri, Abşeron 2 yaşayış sahəsində yerləşən "xxxx" marketin qarşısında olan qutunun içərisindən sellofan bükülünü götürdüm. 25 dekabr 2021-ci ildə saat 17:50-də Müalicə Müəssisəsinə gedərək həmin sellofn paketi gətirdiyim sovqatla bərabər içəri keçirib Ceyhuna vermək istədikdə Müəssisə əməkdaşları tərəfindən tutuldum. Müəssisə əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə yoxlanıldıqda həmin sellofanın içərisində 2 ədəd kağız bükümdə və siqaret qutusunda 37 büküm narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr aşkar edilmişdir. ...”. Təqsirləndirilən şəxs də üzləşdirmə zamanı Şahid1 dediklərini təsdiq etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokolunu da sübut növü kimi qəbul edir. Cinayət işinin 154-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 iyul 2022-ci il tarixli tutma protokolundan görünür ki, Şahid7 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 174-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi Məmmədağa Əhmədovun 20 iyul 2022-ci il tarixli şübhəli şəxs statusunun ləğv edilməsi, tutulmadan azad olunma və iş üzrə icraata hissəvi xitam verilməsi haqqında qərarından görünür ki, Şahid7 şübhəli şəxs statusu ləğv edilmiş və əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələrinin tərkibi olmadığından, barəsində cinayət işi üzrə icraata hissəvi xitam verilmişdir. Cinayət işinin 35-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 dekabr 2021-ci il tarixli cinayət törətməkdə şebhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Şahid1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 51-52-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 4(007)-440/2021 saylı qərarı ilə Şahid1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 113-121-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi Məmmədağa Əhmədov tərəfindən tərtib edilmiş və Nizami rayon prokuroru, baş ədliyyə müşaviri Pərviz İbayev tərəfindən 25 aprel 2022-ci ildə təsdiq edilmiş ititham aktının kserosurətindən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs saxlanıldığı Müalicə Müəssisəsində narkotik vasitə aparmağı səbəbindən Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 317-1.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Cinayət işinin 181-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(101)-1080/2022 saylı hökmü ilə Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 317-1.1ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən, Əsgərov X3 Müəssisəsinə başqa şəxsin sifarişinə əsasən orada saxlanılan şəxsə narkotik vasitə çatdırması əməlinə görə ittiham edilmişdir. Həmin cinayət işi üzrə, Şahid1 verdiyi ifadəsində Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs sifarişi əsasında sonuncunun dediyi yerdən narkotik vasitələri götürərək, Təqsirləndirilən şəxs çatdırmaq üçün Müəssisəyə apardığını, orada əməliyyatçılar tərəfindən tutulduğunu bildirmişdir. Cinayət işinin 196-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi Məmmədağa Əhmədovun 23 avqust 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barədə olan cinayət işindən Cəfər adlı İİR vətəndaşının şəxsiyyətinin, narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 317-1.1ci maddələri ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, göstərmişdir ki, heç kimə narkotik vasitələrin Ədliyyə Nazirliyi Penitensair Xidmətinin İstintaq Təcridxanasına gətirilməsini xahiş etməmiş, heç kimə bu barədə telefon vasitəsilə zəng etməmişdir. O, nə Şahid1 nə də ki Aybənizin telefonuna zəng vurmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi izahatından fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı iş üzrə Şahid1la Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı, Şahid1 Ceyhun X1rkən, ona zəng edərək ondan narkotik vasitə keçirməsini xahiş etməsini, Ceyhunun ona Aybəniz adlı xanımla danışaraq malı götürməsini bildirdiyini, bu səbəbdən də Ceyhuna narkotik vasitə aparan zaman tutulduğunu bildirmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid1 dediklərini tamamilə təsdiq etmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Ceyhunun ona bir qadının zəng vuraraq mal verəcəyini və həmin malı Ceyhuna aparmağını xahiş etdiyini, buna görə 25 dekabr 2021-ci ildə özünü Aybəniz kimi təqdim edən qadınla əlaqə saxlayaraq qadının sözünə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron 2» yaşayış massivində yerləşən "xxxx" marketin qarşısında olan qutunun içərisində olan sellofan bükülünü götürüb X4 gətirən zaman Müəssisə əməkdaşları tərəfindən tutulduğunu bildirmişdir. Şahid1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində olan cinayət işi üzrə verdiyi ifadəsində də, Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs sifarişi əsasında sonuncunun dediyi yerdən narkotik vasitələri götürərək, Təqsirləndirilən şəxs çatdırmaq üçün Müəssisəyə apardığını, orada əməliyyatçılar tərəfindən tutulduğunu bildirmişdir. Cinayət işinin 181-189-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(101)-1080/2022 saylı hökmü ilə Şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 317-1.1ci maddələri ilə təqsirli bilinərək, qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli, 1(101)-1080/2022 saylı məktubdan görünür ki, Şahid1 barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(101)-1080/2022 saylı hökm qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.6-cı maddəsinə görə, birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 53-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 28 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Tribunalının 01 oktyabr 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 241-ci maddəsinin V bəndi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Qarnizonu Hərbi Tribunalının 23 oktyabr 1997-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli amnistiya qərarının 3cü maddəsinə əsasən cəzadan azad edilmiş; Naxçıvan Qarnizonu Hərbi Tribunalının 16 aprel 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 09 fevral 2004-cü ildə cəzasının sonu ilə azad olunmuş; Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 yanvar 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 aprel 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin 17 mart 2009-cu il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuş; cinayət işinin 143-148-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 1(012)-414/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə, 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 1(101)-505/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 11 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 11 ay 22 gün müddəti hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla ona qəti olaraq 07 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin başlanğıcı 12 iyul 2021-ci il tarixdən hesablanmışdır. Hazırki əməlləri Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 1(101)-505/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməzdən əvvəl törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 1(101)-505/2022 saylı hökmündən əvvəl törətdiyindən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi tətbiq edilməli və həmin maddə ilə müəyyən edilmiş cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilmişdir ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 1(101)-505/2022 saylı hökmü ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hazırda ittiham edildiyi cinayəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 1(101)-505/2022 saylı hökmündən qabaq törətdiyindən onun əməli cinayətlərin residivini yaratmır. Cinayət işinin 131-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X7 Şəxsindən daxil olmuş 23 may 2022-ci il tarixli, 4544 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 178-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin 02 iyul 2022-ci il tarixli 3589 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 12 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 1(101)-505/2022 saylı hökmünə əsasən onun cəzaçəkmə müddətinin əvvəlinin 12 iyul 2021-ci il tarixdən hesablanaraq, cəza çəkməsini nəzərə alır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama yerində saxlanılanvə ekspertiza tədqiqatından sonra qalıq qalmış 28,945 qram narkotik vasitə heroin və 0,141 qram psixotrop maddə metamfetaminin Şahid1 barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(101)- 1080/2022 saylı hökmü ilə məhv edilməsinin qərara alınması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 1(101)-505/2022 saylı hökmü ilə təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 12 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin saxlama yerində saxlanılanvə ekspertiza tədqiqatından sonra qalıq qalmış 28,945 qram narkotik vasitə heroin və 0,141 qram psixotrop maddə metamfetaminin Şahid1 barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(101)- 1080/2022 saylı hökmü ilə məhv edilməsinin qərara alınması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1796/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1796/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver