Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1797/2024 22.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 iyul 1958-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Zəngilan rayonu, Xumarlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməyə, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 9.02.2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, ünvan 2 ünvanında olan zaman həmin binanın sakini, əvvəllər tanıdığı Şahid2 onu söhbət etmək üçün həmin binanın dəhlizinə çağırıb qızı Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirməsi barədə ona məlumat verdikdən sonra qızının həyat tərzi namusuna toxunduğu qənaətinə gəlib “namusunu təmizləmək” üçün qisas niyyəti ilə qızı Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə tək mənzilə daxil olaraq mətbəx otağından 1 ədəd zavod üsulu ilə hazırlanmış, ümumi uzunluğu 189 mm, deşici-kəsici xassəyə malik, məişət təyinatlı və soyuq silah hesab olunmayan mətbəx bıçağını götürüb sağ əlində saxlamaqla həmin vaxt mənzilin dəhlizində dayanmış Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncunun anası X1 gözü qarşısında sonuncuya xüsusi əzab və iztirablar verdiyini dərk edib öz hərəkətlərini davam etdirərək qızının bədəninin müxtəlif nahiyyələrinə bıçaq zərbələri vuraraq yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid hemopnevmotoraks, sol ağciyərin aşağı payının və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısından döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərər vurmaya aid sol sağrı nahiyəsində 3 ədəd, sol bud nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş yaraları, yəni ümumilikdə 5 ədəd deşilmiş-kəsilmiş yara xəsarətləri yetirərək Zərərçəkmiş şəxs öldürmək istəsə də, səs-küyə mənzilə daxil olan qonşusu Şahid3 arxadan tutub saxlayaraq onu kənarlaşdırması nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. Sonuncu uşaq baxçası müəlliməliyi ixtisasını bitirmişdir. Rənadan başqa 2 oğlan övladı var, böyük oğlu Asif Cavadov onunla birlikdə yaşayır, kiçik oğlu Şahid1 da anasıgildə yaşayır. 13 yaşından sonra qınının əqli çatışmamazlığı olduğunu bilmişdir. 8 fevral 2024-cü il tarixdə, onunla bir binada qalan Əli, Rənanın adını bilmədiyi adamlar ilə münasibət qurduğunu bildirmişdir. O, Əlinin telefonunda olan Rənanın İüt şəkillərini və smsləri gördükdən sonra Əliyə inanmışdır. Sonuncu həmin şəkilləri və smsləri onun mobil telefonuna göndərmişdir. Rəna və Əli birlikdə küçə heyvanlarını yemləmişlər, aralarında münasibət də belə yaranmışdır. Əlinin ona göndərdiyi şəkillərdən aydın olmuşdur ki, Rəna lüt şəkillərini başqa şəxslərə göndərmişdir. O, Əliyə bu işnən özünün məşğul olacağını bildirmişdir. O, bu barədə Rənanın anası Reyhan Vəliyevaya məlumat vermişdir. Sonuncu onun yaşadığı binada başqa mənzildə yaşamışdır. Həmin gün gecə saatlarında Rəna onun mobil telefonunu götürüb Əlinin ona göndərdiyi şəkilləri və smsləri pozmuşdur. Səhəri gün Rəna işdən gəldikdən sonra onunla söhbət etmiş, ona əxlaqsız həyat tərzi keçirməməsini, ailəsinin adını ləkələməməsini bildirib, əks halda onu öldürəcəyini demişdir. X20 ilə birlikdə polis bölməsinə niyə getdiyini soruşduqda Əli ilə aralarında münaqişə baş verdiyini, bu səbəbdən çağırıldıqlarını, lakin münaqişənin artıq həll olunduğunu bildirmiş, pis yolda olmadığını, deyilənlərin yalan olduğunu demişdir. 9 fevral 2024-ci il tarixdə saat 21 radələrində evdə olarkən qapı döyülmüş, qapıya yoldaşı çıxıb, Əlinin onu çağırdığını demişdir. O, qapıya yaxınlaşmış, bu zaman Əli yenidən Rənanın əxlaqsız həyat tərzi keçirdiyini və ondan polisə şikayət etdiyini bildirmişdir. O, hər şeydən xəbərdar olduğunu və hər şeyi özünün qaydasına qoyacağını bildirmişdir. Bu zaman Əlinin anası Ərkinaz Quliyeva kiçik oğlu Murad Quliyevlə birlikdə ona: “sən yaxşı kişi olsan qızına tərbiyə verərdin, qızın fahişədir, qızın bu gün VAZ 2107 markalı avtomobilə minib getdi”-deməsindən sonra Zərərçəkmiş şəxs namusunu ləkələməsinə dözməyərək hiddətlənmişdir. O, mənzil 45-ə daxil olub mətbəxə keçmiş, oradan qara rəngli sapı olan kiçik mətbəx bıçağını götürüb mənzilin dəhlizində Rənaya yaxınlaşmış, saçından tutaraq bıçaqla 5 dəfə sonuncunun bədənindən vurmuşdur. Bu vaxt qonşuları Mətanət araya girib onu uzaqlaşdırmışdır. Hadisəyə görə qonşular toplaşmışlar. Əli qızından intiqam almaq üçün həmin şəkilləri ona göstərmişdir. Rənaya xəsarət yetirən zaman otaqda həyat yoldaşı Reyhanda olmuşdur. Onun Rənanı öldürmək məqsədi olmamış, sadəcə cəzalandırmaq istəmişdir. İbtidai istintaq zamanı adından yazılan ifadəni oxumadan imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. 8 fevral 2024-cü il tarixdə, onunla bir binada yaşayan Əli Rənanın adını bilmədiyi kişi ilə münasibət qurduğunu bildirmişdir. O, Əliyə inanmış, lakin, sonuncu mobil telefonundakı Rənanın lüt şəklini və smsləri “Whatsapp” tətbiqi vasitəsi ilə onun mobil telefonuna göndərmişdir. Şəkildən aydın olmuşdur ki, Rəna özü lüt şəklini çəkib kiməsə göndərmişdir. Səhəri gün Rəna ilə söhbət edib, əxlaqsız həyat tərzi yaşamamasını, ailəsinin adını ləkələməməsini bildirib, əks halda Rənanı öldürəcəyini demişdir. 9 fevral 2024-cü il tarixdə saat 21 radələrində evdə olarkən qapı döyülmüş, yoldaşı Reyhanə qapıya çıxmışdır. Az sonra yoldaşı ona yaxınlaşıb, Əlinin onu çölə çağırdığını demişdir. O, qapıdan çölə çıxmış, Əli yenidən Rənanın əxlaqsız həyat tərzi yaşadığını və ondan polisə şikayət etdiyini bildirmişdir. O isə məsələni qısa müddətdə həll edəcəyini bildirmişdir. Bu zaman Əlinin anası Ərkinaz Quliyeva ilə kiçik oğlu Murad Quliyevlə dəhlizə gəlib, “sən yaxşı adam olsan qızına tərbiyə edərdin, qızın fahişədir, bu gün səhər saatlarında qızın “VAZ 2107” markalı avtomobilə minib harasa getdi”- deyə bildirmişdir. Bundan sonra Rənanın hərəkətindən hiddətlənin sonuncunu öldürmək qərarına gəlmişdir. Odur ki, mənzil 45-ə daxil olub mətbəxdən qara rəngli sapı olan kiçi ölçüdə olan mətbəx bıçağını götürüb, dəhlizdə Rənaya yaxınlaşmış, saçından tutaraq sağ əli ilə bıçaqla beş dəfə Rənanın bədən nahiyəsinə zərbə vurmuşdur. Bu zaman anası Reyhan və qonşusu Mətanət də orada olmuşdur. Mətanətin araya girməsi ilə Rənanı buraxmış və çölə çıxmışdır. Əgər qonşular Rənanı onun əlindən almasaydı sonucunu öldürəcəkmiş. Bundan sonra qonşular həkim çağırmış və Rənanı xəstəxanaya aparmışlar. Hadisə baş verərkən Rənanın anası, keçmiş arvadı Reyhan Vəliyeva və qonşusu Mətanətin orada olduğunu dəqiq xatırlayır. Zərərçəkmiş şəxs əxlaqsız həyat tərzi keçirib namusunu ləkələdiyi üçün, sonuncunu bıçaqlayıb öldürmək istəmiş, lakin qonşusu araya girdiyi üçün niyyətini sona qədər reallaşdıra bilməmişdir (cild 1, iş vərəqə 130-132). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. X10 və onun oğlu Əli Quliyev onlarla şəxsi qərəzlikləri olmuş, ailələrinin, əsasən da onun adına nalayiq ifadələr işlətmişlər. Həmçinin atasına onun barəsində yalan danışaraq, atasına “sən kişi deyilsən”-deyə bildirib, onu öldürməyi tələb etmişlər. Atası qonşuların işlətdikləri ifadələri eşitdikdən sonra əsəbləşdiyindən mətbəx bıçağı ilə ona hücum etmişdir. Bu vaxt o, qonşularla atasının arasına girib, atasından sakit olmasını və əsəbləşməməsini xahiş etmişdir. Atası affekt vəziyyətində olduğundan səhvən bıçaqla ona zərbələr endirmişdir. Zərərçəkmiş şəxs məhkəmədə cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, 6 il ailəli olmuş və ayrılmışdır, övladı yoxdur. Əli Quliyevi küçə itlərinə yem verərkən tanımış və onunla dostlaşmışdır. Sonuncu ona itlərə yem verməkdə köməklik göstərmişdir. Həmin ərəfədə Əli onun şəxsi telefonunu oğurlayıb, ona məxsus məlumatları əldə keçirdikdən sonra onun telefonu sındırıb, atasına onun telefonda müəyyən şəxslərlə danışdığını bildirmişdir. Hadisə baş verən vaxt o, işdən yenicə evə gəlmişdir. Atasının onu vurduğu bıçaq sadə mətbəx bıçağı idi. Anası həmin vaxt evdə olmamışdır. Əli onun “İnstagram” sosial hesabını, iki ədəd “WhatsApp” hesabını, atasının və qardaşının telefon nömrələrini ona məxsus olan telefondan götürmüş və bu barədə ona xəbər verməmişdir. Onun “İnstagram” sosial hesabına müdaxilə edərək orada şəklini paylaşaraq onu rüsvay etmişdir. Həmin şəkillər adi şəkillər olmuş, sosial şəbəkələrdə heç vaxt şəkil paylaşmamışdır. Əli onu ifşa etmiş, onun şəkillərini paylaşıb onu rüsvay edəcəyini deyərək ona hədə-qorxu gəlmişdir. Hədə-qorxunun qarşılığında ona qarşı pis niyyəti olmuşdur. O, həmin şəkilləri atasının telefonunda görmüşdür. Həmçinin telefonda onun sosial hesabına yazan bir nəfər barədə də məlumat olmuşdur. Həmin məlumat əsasında Əli onun həmin şəxslə danışdığını və görüşdüyünü atasına demişdir. Halbuki onun həmin şəxslə heç bir əlaqəsi və ya münasibəti olmamışdır. Həmin şəkilləri sosial şəbəkələrdə və ya kiminləsə şəxsi yazışmada heç kəsə göndərməmişdir. Atasına qarşı qonşularının işlədilən nalayiq ifadələri eşitmişdir. Onlar qapının qarşısında mübahisə etmişlər. Səs-küyə görə ətrafdakı qonşular da gəlmişdilər. Orada qonşulardan Anar, Mətanət, Nara var idi. Ona xəsarət yetirilən zaman hadisə yerində ikisi olmuş, sonra Mətanət gəlmişdir. Atası bıçağı mətbəxdən götürmüş, ona qarşı əsəbi olmuşdur. Orada anası Reyhan Vəliyeva da olmuşdur. O, dəfələrlə Əliyə ondan uzaq durmasını bildirmişdir. Əlinin anası da onu şərləyib, oğlundan uzaq durmağını tələb etmişdir. Bu hadisəyədək atası ilə arasında buna oxşar mübahisələr olmamışdır. Əlinin anası ümumiyyətlə hərkəsi söyür, ondan qonşular da narazı olmuşlar. Atası Əlinin ailəsini yaxşı tanımamışdır. Hadisə nəticəsində 5 bıçaq xəsarəti almışdır. Hazırda atasına qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Sonuncu ev təmiri ustasıdır. Namaz qılır, siqaret çəkmir, mülayim insandır və pis vərdişləri yoxdur. Zərərçəkmiş şəxs doğma bacısıdır. Onlar ailədə 5 nəfər olmuşlar. Sonuncunun pis vərdişləri yoxdur, heç vaxt mübahisələri olmamışdır. Rəna heyvansevərdir, yaşadığı mənzildə küçə pişiklərini bəsləyir, küçədəki heyvanlara yem verir. Rənanın bu hərəkətlərinə görə bir neçə dəfə atamla mübahisəsi olmuşdur. Buna baxmayaraq atası Rənanı çox istədiyindən mübahisə sözlü xarakterdən o tərəfə keçməmişdir. Şahid2 və Ərkinaz Quliyevanı tanımır. Hadisədən təxminən bir həftə qabaq qardaşı Asəf Cavadovun telefonuna zəng gəlmiş, bacısı Rənanın Qaradağ RPİ-nin 10-cu PŞ-nə çağırıldığı bildirilmişdir. O, məsələ barədə maraqlanmaq üçün Rəna ilə əlaqə saxlamağa çalışmış, lakin əlaqə qura bilməmişdir. Səhər qardaşı Asəf ona yaşadıqları binada qalan Əlinin Rənanın mobil telefonunu sındırmasına görə sonunucunun ərizə ilə polisə müraciət etdiyini, bu səbəbdən də Rənanın polisə çağırıldığını bildirmişdir. Bunları eşidəndən sonra Rənadan Əlinin kim olduğunu, sonuncu ilə nə kimi münasibəti olduğunu soruşmuşdur. Rəna Əlinin uşaq olduğunu, özündən 20 yaş kiçik olduğunu, itləri gəzdirərkən dost münasibətlərinin yarandığını bildirmişdir. O, Rənaya: “sən münasibəti hansı səviyyəyə çatdırmısan ki, Əli sənin mobil telefonunu alıb yerə çırpır, ayıbdır, yaşın çoxdur, uzaq dur o, uşaqdan”deyə bildirmişdir. Bu sözləri deyib evdən çıxmışdır. Bu söhbətdən sonra Rəna ilə arasında Əli ilə bağlı başqa bir söhbət olmamışdır. Hadisə günü, yəni 9 fevral 2024-cü il tarixdə, saat 10 radələrində qardaşı Asəflə işə getmişdir. Onlar Binəqədi rayonunda yerləşən emalatxanaların birində avtomobil ustası işləmişlər. İşdən çıxıb keçmiş qonşuları Ruslanın oğlu Kənanın kiçik toyuna getmişlər. Sonra Asəf və əmisi oğlu Əfranı götürüb əmisi Əfrailgilə getmişlər. Əfrail Binəqədi rayonunda yaşayır. Asəf və Əfran spirtli içki qəbul etmişlər. Asəf sərxoş olmuşdur. Sonuncu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan ayağında “qolbaqla” gəzir və saat 23:00-a kimi yaşadığı ünvanda qayıtmalı olmuşdur. Buna görə də saat 22 radələrində Əfrailin evindən çıxıb yaşadıqları evə getmişlər. Evə çatarkən Asəf dərhal yatmışdır. O, 45-ci mənzilə girəndə yerin su olduğunu görüb, bunu kimin etdiyini soruşmuş, atası özünün etdiyini bildirmişdir. O, lə güman etmişdir ki, pişiklər yeri batırdığına görə su ilə yumuşlar. Sonra Reyhan və Rənanın evdə olmadığını, liftə gedən tərəfdə yerdə və atasının köynəyində qana bənzər ləkələrin olduğunu görmüşdür. Artıq şübhələnməyə başlamış, bu vaxt atası ona: “ailə sizə əmanətdir, ehtiyatlı olun, işinizlə məşğul olun və s”-kimi nəsihətlər verdikdən sonra hadisəni ona danışmış, Rənanı bıçaqla vurduğunu bildirmişdir. Bu zaman Asəf digər mənzildə yatmış, heç nədən xəbəri olmamışdır. Çox keçmədən polislər gəlib, atasını aparmışlar. O da polislərlə birlikdə 10-cu Polis Şöbəsinə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşudur. Sonuncunun yetkinlik yaşında olan 3 övladı var, Asəf, Rəna və Araz. Rəfail Asəflə 44-cü mənzildə, Reyhan, Rəna və Araz isə 45-ci mənzildə yaşayırlar. Təqsirləndirilən şəxs namaz qılan, mülayim insandır, heç kimlə ədavəti yoxdur. Zərərçəkmiş şəxs isə Rəfailin qızı kimi tanıyır. Münasibətləri olmasa da, sonuncunu heyvansevər olduğunu bilir. Belə ki, Rəna yaşadıqları blokun ətrafına heyvan qidaları qoyaraq məhəllədə olan bütün it-pişiyi blokun ətrafına yığmışdır. Şahid2 isə binanın 10-cu mərtəbəsində yaşayır, evində böyük itlər saxlayır, məhəllədə hamı ona Əli deyir. 9 fevral 2024-cü il tarixdə evdə olmuş, saat 21 radələrində çöldən gələn səsə çıxmışdır. Görmüşdür ki, X16 bir-birləri ilə mübahisə edirdilər. Rəfail Əliyə “ay bala burada danışma gəl bizim evdə söhbət edək, ya da ki sizin evə gedək, qonşular eşidir ayıbdır”-deyə bildirmiş, Əli isə “yoxe düşək aşağı mən səninlə söhbət edəcəm”-deyə cavab vermişdir. O, Əliyə “ay bala itivi də yığışdır get burdan, atan yaşda kişidi, nə söhbətin ola bilər sənin”-demişdir. Əli ona də məhəl qoymamışır. Mübahisədə Əli, anası Ərkinaz, Rəfail və Reyhan iştirak etmişlər. Əli və Ərkinaz dayanmadan Rənanın barəsində nalayiq ifadələr işlətmişlər. Rəna çölə çıxmasa da mübahisəyə mənzilin açıq qapısından müdaxilə edərək: “ata yalan deyir, mənim telefonuma girərək şəkilləri özünə atıb, mən heç kimə lüt şəkil atmamışam”-deyə bildirmişdir. Reyhan və Rəfail isə Əlini sakitləşdirməyə çalışmışlar. Birdən Əli və Ərkinaz əllərini siyahı tutarcasına göyə qaldırıb, hazırda adlarını unutduğu 5 oğlanın adını çəkməyə başlayıb, Rənanın bu oğlanlarla münasibətdə olduğunu bildirmişlər. Bütün qonşular da bunu eşitmişlər. Rəfail sakit dayanaraq qonşulara və qızına baxıb, əsəbi şəkildə evə daxil olmuşdur. O, Rəfailin arxasınca evə girmiş, həmin vaxt artıq Rəfail Rənanı bıçaqlamışdır. Bu zaman səsə Nariyə ilə Reyhan da gəlmişlər. Reyhan yerdə qan görüb şok keçirmiş, Rəna isə bədənindən qan axa-axa çölə çıxmağa cəhd etmişdir. Onlar Rənaya kömək edərək xəstəxanaya aparılmasını təmin etmişlər. Rəfail isə evdə qalmışdır. Şahid3 proses iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, o, evə daxil olarkən artıq hadisə başa çatmış, Rəna artıq yaralı olmuş, Rəfail donub yerində qalmış, bıçaq isə yerdə olmuşdur. İbtidai istintaq zamanı adından yazılan ifadəni oxumadan imzalamışdır. Məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, təqsirləndirilən şəxsi müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hadisə günü, yəni 9.02.2024cü il tarixdə o, evdə olmuş, saat 21 radələrində çöldən gələn səsə çıxmışdır. X16 birbiri ilə mübahisə etdiklərini görmüşdür. Rəfail Əliyə: “ay bala burada danışma gəl bizim evdə söhbət edək, ya da ki sizin evə gedək, qonşular eşidir ayıbdır”-deyə bildirmiş, Əli isə: “yoxe düşək aşağı mən səninlə söhbət edəcəm”-deyə cavab vermişdir. O, Əliyə “ay bala itivi də yığışdır get burdan, atan yaşda kişidi, nə söhbətin ola bilər sənin” demişdir. Əli ona məhəl qoymamışdır. Mübahisədə Əli, anası Ərkinaz, Rəfail, Reyhan iştirak etmişdir. Əlinin qardaşı Murad mərtəbənin eyvanında dayanaraq mübahisəyə baxmışdır. Səs-küyə digər qonşular da çıxmışdır. Əli və Ərkinaz dayanmadan Rəna barəsində nalayiq ifadələr işlətmiş, Rəna isə çölə çıxmasa da mübahisəyə mənzilin açıq qapısından müdaxilə edərək: “ata yalan deyir, mənim telefonuma girərək şəkilləri özünə atıb, mən heç kimə lüt şəkil atmamışam”-deyə cavab bildirmişdir. Reyhan və Rəfail isə Əlini sakitləşdirməyə çalışmışlar. Birdən Əli və Ərkinaz əllərini siyahı tutarcasına göyə qaldırıb, hazırda adlarını unutduğu 5 oğlanın adlarını çəkməyə başlayıb, Rənanın bu oğlanlarla münasibətdə olduğunu bildirmişlər. Bütün qonşular bunu eşitmişdir. Rəfail sakit dayanaraq qonşulara və qızına baxmış, əsəbi şəkildə evə daxil olmuşdur. O, Rəfailin dalınca evə girmişdir. Reyhan və Nariyə çöldə qalıb, Əli ilə Ərkinazı qovalamışlar. O, evə girəndə Rəfail artıq Rənanı bıçaqlamışdır. O, Rəfaili arxadan qucaqlayıb aralamışdır. Bu zaman səsə Nariyə ilə Reyhan da gəlmişlər. Reyhan yerdə qanı görüb şok keçirmişdir. Rəna isə bədənindən qan axa-axa çölə çıxmağa çalışmışdır. Onlar Rənaya kömək edərək xəstəxanaya aparılmasını təmin etmiş, ancaq Rəfail evdə qalıb qızına heç bir kömək göstərməmişdir. Çölə çıxan zaman Əli ilə Ərkinaz orada olmamışdır. Əli ilə anası Ərkinaz yüksək səslə Rəfailin qızı Rənanın müxtəlif kişilərlə gəzdiyini, lüt şəkillərinin çox adamın mobil telefonda olmasını və Rənanın xx.xx.2024-cü il tarixdə VAZ 2107 markalı avtomobilə minərək tanımadığı kişi ilə getməsini deyib, Rəfaili hiddətləndirmiş, sonuncu da qonşuların yanında “biabır” olduğunu düşünüb və namusunu təmizləmək üçün Rənanı bıçaqlamışdır. Həmin vaxt Rəfail içəri girəndə dalınca ilk olaraq o, girmişdir. O, içəri girəndə Rəfail artıq Rənanı bıçaqlamışdır. O, Rəfaili arxadan qucaqlayıb aralamışdır. Bu zaman səsə Nariyə ilə Reyhan da gəlmişlər. Reyhan yerdə qanı görüb şok keçirmişdir. Rəna isə qanayaqanaya çölə çıxmağa cəhd etmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayıran zaman Təqsirləndirilən şəxs bıçağı atıb, qızı Rənaya: “səni öldürəcəm, səni əllərimlə boğacam”-deyə qışqırmışdır, lakin o, müdaxilə etdiyindən Təqsirləndirilən şəxs niyyəti gerçəkləşməmişdir (cild 1, iş vərəqə 203-207). Həmin ifadənin məzmunundan görünür ki, Şahid3 törədilən cinayət hadisəsi barədə ətraflı şəkildə göstərərək işin faktiki hallarına uyğun ifadə vermişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab edir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai araşdırma orqanına verdiyi ifadəsində bildirmişdir ki, 2022-ci il tarixdə ailəsi ilə birlikdə “Qobu Park Y/K”-nə köçmüşdür. X22 vəfat etmişdir. Ərkinaz Quliyeva onun anası, Murad Quliyev isə balaca qardaşıdır. 4-cü sinifdən Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 2 saylı uşaq evində yaşamış, hazırda “Bədən tərbiyəsi” üzrə müəllimlik kollecində təhsil alır. Zərərçəkmiş şəxs ilə 2023-cü ilin yay aylarında tanımışdır. Belə ki, o, evində it saxlayır, tez-tez itini evi yaxınlığındakı təpəlikdə gəzintiyə çıxarır. Bir gün Rəna da həmin təpəlikdə olarkən ona yaxınlaşıb, söhbət etməyə başlamışdır. İki gün sonra isə Rəna ona mobil telefon nömrəsini vermiş və onlar danışmağa başlamışlar. Rəna ilə adətən məhəllədə görüşüb, heyvanlara yemək verirlərmiş. Bir-iki dəfə məhəllədən kənar yerlərə getmişlər. Aralarında intim münasibət olmamışdır. Rəna ilə danışdığı müddət ərzində atası Rəfaillə də heç bir mübahisəsi olmamışdır. Onun Rəna ilə münasibəti barədə yalnız anası Ərkinaz bilmişdir. Sonuncu onların münasibətlərinə qarşı çıxmışdır. Rəna onunla danışa-danışa adını bilmədiyi başqa oğlanlarla da danışmış, bu səbəbdən artıq onunla ayrılmaq qərarına gəlmiş, lakin Rəna ondan əl çəkməmişdir. Hətta, bir dəfə fevral ayının əvvəllərində Rəna Qaradağ RPİ-nin 10-cu PŞ-nə ərizə ilə müraciət edərək, onun güya Rənanın mobil telefonunu sındırdığını bildirmişdir. Bu məsələ ilə bağlı 10-cu PŞ-nə getmiş və 50 manat məbləğində pulu Rənaya vermiş, sonuncu şikayətini geri götürmüşdür. Polisdəki söhbətdən sonra Rəna ilə heç bir əlaqəsi olmamışdır. Hadisə günü, yəni xx.xx.2024-cü il tarixdə o, evdə, anası isə işdə olmuşdur. Həmin günü saat 15 radələrində itə yemək verib, bir az da məhəllədə gəzdirmişdir. Daha sonra Xırdalan şəhərində qalan xalası Güldəstəgilə getmiş, həmin gecə bütün günü orada qalmışdır. Gecə vaxtlarında anası ona zəng edib, polislərin evə gəldiyini və Rəfailin Rənanı bıçaqlandığını bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs qızı Rənanı əxlaqsız həyat tərzi keçirdiyi üçün bıçaqladığını eşitmişdir (cild 1, iş vərəqə 147-150). Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 3 aprel 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid X8 ilə Şahid2 üzləşmişdir. Üzləşdirmə zamanı üzləşdirilən X12ma müstəntiq tərəfindən verilən “Siz verdiyiniz ifadənizdə 9 fevral 2024cü il tarixdə, saat 21 radələrində Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” Y/K-də bina 22-də Təqsirləndirilən şəxsla qızı Zərərçəkmiş şəxs ilə bağlı mübahsiə etdiyini, həmin mübahisənin yekununda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm bıçaqla vurduğunu bildirmisiniz. Lakin, Şahid2 ifadəsində ümumiyyətlə orada olmadığını bildirmişdir. Bu barədə nə deyə bilərsiniz? ” sualına X8 “Şahid2 yalan deyir. Mən deyilən vaxtda evdə televizorda “Yuxu kimi” serialına baxırdım. Nəvəm iki dəfə məni səslədi və çöldə mübahisə olduğunu dedi. Mən məhəl qoymadım. Üçüncü dəfə nəvəm “nənə aləmi dağıdırlar, çıx bax” dedi. Mən çölə çıxanda Təqsirləndirilən şəxs, Reyhan Vəliyeva, Şahid2 və Ərkinaz Quliyevanın mübahisə etdiyini gördüm. Mübahisə Təqsirləndirilən şəxs qızı üstündə idi. Bundan sonra baş verənlər ifadəmdə qeyd olunduğu kimi baş vermişdir. Hətta Əliyə bir neçə dəfə “itini apar çıx get burdan dedim” Bəlkə səhv deyirəm Əli?” cavabını vermişdir. Müstəntiq tərəfindən Şahid2 verilən “X3 qeyd etdikləri barədə nə deyə bilərsiniz?” sualına Şahid2 “Nariyə Məmmədova yalan danışır. Mən həmin vaxtda orada olmamışam.” cavabını vermişdir. Şahid2 X5 verdiyi “Siz əminsiz ki, mən Təqsirləndirilən şəxs “ Qızını VAZ 2107 markalı avtomobilə minən görüblər” dediyimi qeyd etmisiniz, halbuki belə bir şey deməmişəm. Bu barədə nə deyə bilərsiniz?” sualına X8 “Mən dəqiq bilirəm ki, sən bu sözləri demisən, hətta sürücü adlarına kim dedin.” Cavabını vermişdir. X3 Şahid2 verdiyi “Mən qapıdan çıxanda səni, itini, ananı və qardaşını gördüm. Məni qoydum qırağa gəlinim, oğlum, digər qonşular hamısı görüb və hamımız orada olmuşuq. Necə yalandan deyə bilərsən ki, orada olmamısan. Rəfail boşundan qızını bıçaqlayıb?” sualına Şahid2 “Mən yenə də bildirirəm ki, mən 9 fevral 2024-cü il tarixdə, saat 21 radələrində Xırdalan şəhərində xalamgildə olmuşam.” cavabını vermişdir (cild 1, iş vərəqə 187-190). Cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 3 aprel 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid X4 ilə Şahid2 üzləşmişdir. Üzləşdirmə zamanı üzləşdirilən X6ma müstəntiq tərəfindən verilən “Siz verdiyiniz ifadənizdə 9 fevral 2024cü il tarixdə, saat 21 radələrində Şahid2 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” Y/K-də bina 22-də Təqsirləndirilən şəxsla qızı Zərərçəkmiş şəxs ilə bağlı mübahisə etdiyini, həmin mübahisənin yekununda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmisiniz. Həmçinin, Şahid2 hadisədən qabaq Zərərçəkmiş şəxs məxsus lüt şəkillərin Təqsirləndirilən şəxs göndərdiyi bildirmisiniz. Lakin, Şahid2 ifadəsində ümumiyyətlə orada olmadığını və şəkilləri Təqsirləndirilən şəxs göndərmədiyini, ümumiyyətlə Təqsirləndirilən şəxs ilə qarşılaşmadığını bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına X4 “Şahid2 yalan deyir. 9 fevral 2024-cü il tarixdə, saat 21 radələrində evdə olan zaman qapı döyüldü, qeyd edim ki, həmin vaxtı hamımız 45 nömrəli mənzildə idik. Mən çölə çıxanda Əlinin iti ilə dayandığını gördüm və mənə “dayını çölə çağır” dedi. Mən əlimlə Əlini itələyərək “ay bala sakit ol” dedim, bu zaman blokun eyvanında Əlinin anası Ərkinaz və balaca qardaşı Muradı gördüm. Ərkinaz yüksək səslə qızım barəsində nalayiq ifadələr işlətməyə başladı. Mən yenə də onlara sakit olmalarını dedim. Bu zaman Əlinin iti hürməyə başladı. Səsə Təqsirləndirilən şəxs çıxdı və Əli ilə mübahisə etməyə başladı. Əli yüksək səslə “sənin qızın düzgün həyat yaşamır, sən yaxşı adam olsan qızma tərbiyə edərdin, qızın fahişədir.” Kimi sözlər dedi. Təqsirləndirilən şəxs isə Əliyə sakit olmasını, evdə, qonşuların eşitməyəcəyi tərzdə söhbət etməyi təklif etdi. Əli isə buna məhəl qoymayaraq qışqıra-qışqıra “qızıvm lüt şəkilləri hamının telefonunda var, qızın fahişədir” dedi, Ərkinaz da qıraqdan yüksək səslə “ bu gün səhər saatlarında qızın Vaz- 2107 markalı avtomaşına minim harasa getdi, allah bilir yenə hansı kişinin qucağmdadır.” Səs-küyə qonşular yığışmışdır. Hadisədən təxminən bir həftə qabaq mən Təqsirləndirilən şəxs ilə diş həkiminə getmək üçün məhəlləyə düşdüm. Bu zaman Əli Təqsirləndirilən şəxs yaxınlaşaraq “Əmi, əmi səninlə işim var, sənə şəkil göndərməliyəm” dedi, mən Təqsirləndirilən şəxs “ səncanı gəl gedək baş qoşma buna” dedim, Təqsirləndirilən şəxs mənə qulaq asmadı və şəkillərə baxdı. Həmin şəkilləri sonra mənə görsətdi. Mən Əliyə “get işinlə məşqul ol” dedim. Əli mənə “hələ məndə nə şəkillər” var demişdir” cavabını vermişdir. Müstəntiq tərəfindən Şahid2 verilən “X1 qeyd etdikləri barədə nə deyə bilərsiniz?” sualına Şahid2 “X4 qismən yalan danışır. Mən Təqsirləndirilən şəxs heç bir şəkil göndərməmişəm. Hadisədən qabaq Təqsirləndirilən şəxsla məhəllədə görüşəndə Rənanın şərfini vermişəm, başqa heç nə olmayıb. 9 fevral 2024-cü il tarixdə, saat 21 radələrində həqiqətən Rəfailgilin evin qarşısında anam Ərkinaz Quliyeva və qardaşım Murad Quliyev ilə birlikdə olmuşam. Rənanın məni polisə şikayət edib şərləndiyindən qorxduğum üçün Rəfaillə söhbət etməyə başladım. Rəfail mənə mobil telefonunu göstərək Rənanın ünvanına yazılmış mesajları görsətdi. Mən də həmin mesajları göndərən mobil telefon nömrəsinin mənə məxsus olmadığını bildirdim və Təqsirləndirilən şəxs polisə yaxınlaşaraq nömrənin sahibinin şəxsiyyətini müəyyənləşdirməyi təklif etdim. Bu zaman anam Ərkinaz Quliyeva yüksək səslə “qızınızı yığışdırın yiyə durun və digər nalayiq ifadələr işlətməyə başladı”. Təqsirləndirilən şəxs baş verənlərdən hiddətlənərək evə daxil oldu. Mən və ailəm bunu görüb evimizə getdik. Daha sonra xalamgilə getdik. Hadisə barəsində bir gün sonra məlumatım olub.” Cavabım vermişdir. X1 Şahid2 verdiyi “Mənim gözümün qabağında sən şəkilləri Təqsirləndirilən şəxs göstərdin. Buna görə hətta həmin günü Təqsirləndirilən şəxsla Rəna arasında mübahisə yarandı. İndi deyirsən ki, belə şey olmayıb. Təqsirləndirilən şəxs o şəkilləri kim göndərmişdi?” sualına Şahid2 “Mən Təqsirləndirilən şəxs şəkil göndərməmişəm. Yalan danışırsınız. Təqsirləndirilən şəxs şəkilləri kim atması barədə məlumatım yoxdur.” cavabını vermişdir. X1 Şahid2 verdiyi “09 fevral 2024-cü il tarixdə, saat 21 radələrində mübahisə zamanı Təqsirləndirilən şəxs Rəna Cavadovun əxlaqsız həyat tərzi yaşadığını demisən, anan Ərkinaz da sənə dəstək olurdu. Sənin dediklərindən elə çıxır ki, Rəfail öz-özünə əsəbləşib qızını bıçaqlayıb. Niyə yalan danışırsan?” sualına Şahid2 “Mən Təqsirləndirilən şəxs Rəna ilə bağlı heç bir nalayiq ifadə işlətməmişəm. Ola bilsin anam nə isə deyib, mən anamın dediyi sözlərə cavabdehlik daşımıram.” Cavabını vermişdir. Müstəntiq tərəfindən Şahid2 verilən “Reyhan Vəliyeva ifadəsində 9 fevral 2024-cü il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxsnm qarşını kəsərək sonuncunu təhdit etdiyinizi və ağzından sillə vurduğunu bildirmişdir. Bu barədə nə deyə bilərsiniz?” sualına Şahid2 “Mən həqiqətən Rəna ilə həmin vaxtda söhbət etmişəm, lakin sillə vurmamışam. Hətta, Zərərçəkmiş şəxs mənə “qardaşlarıma deyəcəm səni öldürsünlər, şərləyib polislərə də deyəcəm səni tutsunlar”. Mən Rənanın bu sözlərindən qorxduğum üçün sonradan Rəfaillə söhbət etməyə getdim.” Cavabını vermişdir. Müstəntiq tərəfindən Şahid2 verilən “Təqsirləndirilən şəxsla mübahisədən qısa müddət sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsm bıçaqlamış, hadisə yerinə TTTYS və hüquq mühafizə orqanları gəlmişdir. Necə olur ki, sizin bu baş verənlərdən bir gün sonra məlumatınız olub? Hadisə baş verəndə harada olmusunuz?” sualına Şahid2 “Mən hadisənin baş verməsini məhəllədə olan səs-küydən başa düşdüm. Baş vermiş hadisənin mənimlə əlaqələnəcəyindən qorxduğum üçün tək xalamgilə getdim. Anam və qardaşım evdə qaldı, mən isə xalamgilə getdim.” Cavabını vermişdir. Müstəntiq tərəfindən Şahid2 verilən “Üzləşdirmə istintaq hərəkəti zamanı qeyd etdiklərinizlə istintaqa verdiyiniz ifadə arasında ziddiyyətlər vardır. Bu barədə nə deyə bilərsiniz?” sualına Şahid2 “Mən istintaqa ilk verdiyim ifadə zamanı hadisədən qabaq Təqsirləndirilən şəxsla Rəna ilə bağlı mübahisə etdiyim üçün qəsdən adam öldürməyə cəhd cinayətində təhrikçi kimi məsuliyyətə cəlb olunacağımdan qorxurdum. Bu səbəbdən anam Ərkinaz Quliyeva və mən istintaqa yalan ifadə vermişdik. Üzləşdirmə istintaq hərəkəti zamanı qeyd etdiklərim isə həqiqəti əks etdirir” cavabını vermişdir (cild 1, iş vərəqə 191-196). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır (cild 1, iş vərəqə 14-21). Cinayət işinin materiallarında olan “maddi sübutun götürülməsi haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd mətbəx bıçağı götürülmüşdür. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi bıçaq dəstəyi ilə birlikdə 18 sm-dir, dəstəyi taxtadandır, qara rənglidir, dəstəyin tiyəyə bitişən hissəsi isə boz rənglidir, dəstəyi 10 sm, tiyəsinin eni 2 sm, tiyəsinin bir tərəfi kəsicidir, tiyəsinin uc hissəsində 1 ədəd dəlik vardır. Bıçaq üzərində qana bənzər ləkələr aşkar olunur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan “götürmə haqqında” 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd uzunqol köynək və şalvar götürülmüşdür (cild 1, iş vərəqə 47). Cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması haqqında” 18 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 9 fevral 2024-cü il tarixdə, saat 21 radələrində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürməyə cəhd etdiyi yeri göstərməsi təklif olunmuş, Təqsirləndirilən şəxs hadisələr barədə qısa olaraq danışaraq ifadəsində göstərdiyi xüsusatları təsdiqləmiş və ifadəsində qeyd etdiyi, hadisələrin baş verdiyi yeri əyani olaraq göstərə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şahid2 X9 ilə söhbət etdiyi yeri göstərmiş, Mirəlinin “sən yaxşı adam olsan qızına tərbiyə edərdin, qızın fahişədir, bu gün səhər saatlarında qızın “Vaz-2107” markalı avtomaşına minib harasa getdi” deməsindən sonra o, Zərərçəkmiş şəxs namusunu ləkələməsinə dözməyərək hiddətlənmiş və Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmə niyyəti formalaşdırmış və sonuncunu öldürmək qərarına gəldiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs göstərdiyi istiqamətdə olan mənzilə daxil olmuş, mənzildə dəhlizdə çöldəki söhbətə qulaq asan Zərərçəkmiş şəxs saçından sol ilə tutaraq mətbəxə daxil olmuşdur. Burada 1 ədəd qara rəngli sapı olan kiçik ölçüdə olan mətbəx bıçağını götürərək dəhlizdə Rənaya sağ əli ilə bıçaqla sonuncunun bədən nahiyəsinə zərbə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlamasını əyani olaraq göstərmişdir. Zərərçəkmiş şəxs bıçaqlayan zaman qonşuları Mətanət Həsənova araya girərək onları ayırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayandan sonra arvadı Reyhan Vəliyeva mənzilin dəhlizində divara söykənmiş, şok vəziyyətində olanlara baxmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlayan zaman Reyhan Vəlivevanın harada olduğunu dəqiq bilmədiyini qeyd etmişdir.İstintaq hərəkəti zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs göstərdiyi yerlər və şərait onun təqsirləndirilən şəxs kimi verdiyi ifadəsində göstərdiyi yerlərlə üst-üstə düşür (cild 1 iş vərəqə 156-157). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X19 4 mart 2024-cü il tarixli, 113 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - hemopnevmotoraks, sol ağciyərin aşağı payının və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısından döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol sağrı nahiyəsində 3 (üç) ədəd, sol bud nahiyəsində 1 (bir) ədəd deşilmiş -kəsilmiş yaraları deşici-kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən, qərarın təsviri hissəsində göstərilən 9.02.2024-cü il tarixdə və şəraitdə törənmələri mümkündür və dərəcələrinə görə hemopnevmotoraks, sol ağciyərin aşağı payının və diafraqmanın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısından döş boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər, sol sağrı nahiyəsində 3 (üç) ədəd, sol bud nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirməsi inkar edilir (cild 1, iş vərəqə 112-114). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X19 15 mart 2024-cü il tarixli 84- 2024/MKTŞ nömrəli rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində 2 ədəd və arxa səthinin sol yarısının orta hissəsində 1 ədəd (cəmi 3 ədəd); şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində 3 ədəd və arxa səthinin yuxarı hissəsinin orta nahiyəsində 1 ədəd (cəmi 4 ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynək və şalvarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçaqların tiyəsi ilə törənmələri inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol yarısının aşağı hissəsində olan 2 ədəd və şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində olan 3 ədəd deşilmişkəsilmiş zədələr onun bədən səthində müəyyən edilmiş sol sağrı nahiyəsində 3 ədəd eyni xarakterli xəsarətlərlə; köynəyin arxa səthinin sol yarısının orta hissəsində olan 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədən səthində müəyyən edilmiş döş qəfəsinin arxa səthinin sol yarısından döş boşluğuna nüfuz edən 1 ədəd eyni xarakterli yarası ilə və şalvarın arxa səthinin yuxarı hissəsinin orta nahiyəsində olan 1 ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində müəyyən edilmiş sol bud nahiyəsində 1 ədəd deşilmiş-kəsilmiş yara ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur (cild 1, iş vərəqə 209-217). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X19 13 mart 2024-cü il tarixli, 119/2024-MTBŞ saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ)(şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 1 ədəd bıçaq, həmçinin Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunqol köynək və qara rəngli şalvar üzərində insan qanı ləkələri aşkar olundu.Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta/(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 228-231). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 19 mart 2024-cü il tarixli 785 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosionallıq, söz götürməmək, eqosentrizm, prinsipiallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əql-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs psixi-emosional vəziyyətində qəzəb yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 233-235). Cinayət işinin materiallarında olan 7 may 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd uzun qol köynək və şalvar maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 1-24). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 90- 91). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin tələbinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 37). Cinayət işinin materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 fevral 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 89). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayətlər” sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 fevral 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd uzunqol köynək və 1 ədəd şalvar məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 fevral 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 1 ədəd uzunqol köynək və 1 ədəd şalvar məhv edilsin, Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-1797/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1797/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver