Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1798/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə,hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə,məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı,müdafiəçi - Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki olaraq evli, işləməyən,ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 20 yanvar 2024cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xüsusilə külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Bayram” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitəni və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən, “Bayram” adlı şəxsin “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıqları zamanı sonuncunun ona bildirdiyi tarixdə və ünvandan ümumi təmiz çəkisi 901,814 qram kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini və 3136,452 qram kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə edib, üzərində və evində saxlayaraq daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2024-cü il tarixdə saat 14:15-də kirayədə yaşadığı ünvan 4 ünvanda yerləşən evinin yaxınlığında saxlanılaraq həmin İdarəyə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 54,814 qram olan külli miqdarda heroin, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində kirayədə yaşadığı ünvan 5 ünvanda axtarış keçirilən zaman yataq otağındakı taxta konstruksiyalı dolabın yan tərəfindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 364 qram, 149 qram, 256 qram, 78 qram, ümumi təmiz çəkiləri 847 qram xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 413 qram, 502 qram, 289 qram, 403 qram, 253 qram, 396 qram, 880 qram, 0,452 qram, ümumi təmiz çəkiləri 3136,452 qram xüsusilə külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, namaz qılır, mobil telefon alqı-satqısı ilə məşğuldur. Narkotik vasitə istifadəçisi deyildir. Yaşadığı mənzildən çölə çıxarkən iki nəfər mülki formada polis əməkdaşı tərəfindən tutularaq Polis İdarəsinə aparılmış, orada cibinə narkotik vasitə qoyulmuş, həmin narkotik vasitənin ona aid olmasını bildirməsi tələb edilmişdir. Haqqında şəxsi axtarış istintaq hərəkəti keçirilərkən yaşadığı evdə narkotik vasitə olmasını söyləməmişdir, İdarədə onun cibindən açar aşkar edildiyi üçün yaşadığı evə də baxış keçirilməli olması bildirilmişdir. İdarədən birbaşa evə gətirilmişdir. Narkotik vasitəni onun evinə kimin qoyduğunu bilməmişdir.Polis əməkdaşları tərəfindən ailə üzvlərinə təsir göstərilməsindən qorxduğu üçün həm üzərindən, həm yaşadığı evdən aşkar edilən narkotik vasitənin ona aid olmasını söyləmişdir. Belə ki, hadisə günü onun ailə üzvləri də evdə olduğundan İdarəyə aparılmışdır. Evdən aşkar edilən dəftər, tərəzi ona aid deyildir. Saxlanılan zaman üzərində “İphone” markalı mobil telefon aşkar edilmişdir. Saxlanılan günə kimi 070 *** ** ** mobil nömrəsindən istifadə etmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadədən görünür ki, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsillidir, faktiki olaraq evlidir, işləmir, məhkum olunmamışdır, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi, ev 16 A ünvanda qeydiyyatda olmaqla, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, ev 3, mənzil 20 ünvanda kirayədə yaşayır. 26 dekabr 2023-cü ildə ***-***-**-** nömrə ilə istifadə etdiyi “İphone” markalı mobil telefonundakı “WhatsApp” proqramına xatırlamadığı İran İslam Respublikasına aid nömrədən gələn mesajda yazılmışdır ki, “iş istəyən varsa yaxşı pul verirəm”. Heç yerdə işləmədiyindən yazı diqqətini cəlb etmiş, həmin nömrəyə yazaraq soruşmuşdur ki, “bu nə işidir?” X9 Respublikasının vətəndaşı kimi təqdim edən “Bayram” adlı şəxs yazmışdır ki, deyəcəyi ünvandan narkotik tərkibli maddələr götürüb qablaşdıracaq, daha sonra Bayramın deyəcəyi başqa bir ünvana yerləşdirərək şəkilini çəkib Bayrama atacaq, əvəzində Bayram ona yaxşı pul verəcək. O, nə qədər pul verəcəyini soruşmuş, Bayram yazmışdır ki, 500 manat. O, "Bayram” adlı şəxsə yazmışdır ki, ilkin olaraq pul verərsə əmin olar ki, işi gördükdən sonra Bayram onu aldatmayacaq. 2023-cü ilin dekabr ayının sonlarında “Bayram” adlı şəxs ona Qala qəsəbəsindən konum atmış, bildirmişdir ki, oradakı pulu ilkin ödəniş olaraq ona verir. O, həmin yerə gedərək yolun kənarındakı daşın altından 300 manat pul götürmüşdür. O, anlamışdır ki, “Bayram” adlı şəxs onu aldatmayacaq və narkotik tərkibli maddələrin satışında Bayrama köməklik etməyə razılıq vermişdir. Bayram bildirmişdir ki, ilk növbədə elektron tərəzi və dəftər almalıdır, ona göndərəcəyi narkotik tərkibli maddələri elektron tərəzidə çəkərək minimum 3-5 qram, az hallarda maksimum 30-50 qram çəkidə şəffaf sellofanlarda qablaşdırmalı, bükümlərin çəkisi barədə dəftərdə qısa qeydiyyat aparıb şəkilini Bayrama atmalıdır, dəftər gələcəkdə ələ keçərsə məzmunu bilinməsin deyə heroini kola, yəni “k” kimi, metamfetamini isə patı, yəni “p” kimi yazmalıdır, bükümlər hazır olandan sonra onun dediyi ərazidə özünün seçdiyi yerə qoyub şəkilini və konumunu Bayrama göndərməlidir. 2023-cü ilin dekabr ayının son günlərində Bayramın ona göndərdiyi konum əsasında Qala qəsəbəsinə gedərək orada yolun kənarına qoyulmuş 1 ədəd bağlamanı götürüb yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, ev 3, mənzil 20 ünvana gətirmişdir. Bağlamadakı narkotiki evindəki tərəzidə çəkərkən dəftərdəki qeydiyyatından göründüyü kimi 978 qram heroin, 202 qram isə metamfetamin olmuşdur. Həmin bağlamadakı metamfetamini və heroini az miqdarda çəkərək sellofanlara bükmüş, bükümlərin sayı təxminən 24 ədəd olmuş, çəkiləri və sayları barədə dəftərdə qeydiyyat aparmış, bükümü Qobu qəsəbəsinə qoyaraq həmin yerin şəkilini və konumunu Bayrama göndərmişdir. Bayram bildirmişdir ki, çəki az olduğundan ödəniş ona əvvəlcədən göndərdiyi cəmi 300 manat olacaq, o, razılaşmışdır. 05 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək olan müddət ərəfəsində dəftərdəki qeydiyyatdan göründüyü kimi Bayramın konum atdığı yerdən 196 qram metamfetamin, 919 qram heroin və 300 manat nağd pul götürərək yaşadığı evinə gətirmişdir. Həmin bağlamadakı metamfetamini və heroini az miqdarda çəkərək sellofanlara bükmüş, dəftərdə çəkiləri və bükümlərin sayları barədə qeydiyyat aparmış, təxminən 20 büküm olan heroini və metamfetamini Bakıxanov qəsəbəsinə qoyaraq həmin yerin şəkilini və konumunu Bayrama göndərmişdir. Növbəti dəfə, 2024-cü ilin birinci yarısında, dəftərdəki qeydiyyatdan göründüyü kimi Bayramın konum atdığı yerdən 210 qram metamfetamin, 853 qram heroin və 300 manat nağd pul götürərək yaşadığı evinə gətirmişdir. Həmin bağlamadakı metamfetamini və heroini az miqdarda çəkərək sellofanlara bükmüş, bükümlərin çəkilən və sayları barədə dəftərdə qeydiyyat aparmış, təxminən 53 ədəd olan bükümləri Mərdəkan qəsəbəsinə qoyaraq həmin yerin şəkilini və konumunu Bayrama göndərmişdir. 15 yanvar 2024-cü il tarixində Bayram “WhatsApp” proqramına Lökbatan qəsəbəsinin konumunu ataraq bildirmişdir ki, həmin yerdə bağlama çoxdur, odur ki, ona 500 manat verəcək. Həmin tarixdə konumun olduğu Lökbatan qəsəbəsinə getmiş, bağlamaları götürərək kirayə yaşadığı ünvan 5 ünvanda yerləşən evinə gəlmişdir. Evdə bağlamaya baxarkən görmüşdür ki, bağlamada cəmi 12 büküm var, onlardan 4 büküm metamfetamin, 7 böyük və 1 kiçik büküm heroindir, heroinin cəmi çəkisi 930 qram, metamfetaminin cəmi çəkisi isə 3,700 qramdır. O, bu barədə dəftərində qeydiyyat aparmış, çəkisi barədə Bayrama bildirmişdir. Arvadı Təranənin iş qrafikinə uyğun olaraq 1 həftə işləyərək 1 həftə evdə olduğundan və həmin ərəfədə arvadının istirahət günləri olduğundan evdə heroinlə metamfetamini dərhal qablaşdıra bilməmişdir. 18 yanvar 2024-cü il tarixdə Bayram ona yazmışdır ki, təcili olaraq metamfetamindən 55 qramını Bakıxanov qəsəbəsində seçəcəyi yerə qoyaraq ona bu barədə konum atsın. O, bağlamaların birindən 55 qram metamfetamin götürərək elektron tərəzidə çəkmiş, şəffaf sellofana bükərək əynindəki gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 14 radələrində yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi ev 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edib şəxsiyyəti ilə maraqlanmışlar. O, Təqsirləndirilən şəxs olduğunu demiş, polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərmişlər, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Baş Narkotiklərlə Mübarizə İdarsinin inzibati binasına dəvət etmişlər. BNMİ-yə dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində ola biləcək qanunla qadağan olunmuş əşyanı təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra o, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofan təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə “daş”dır, yəni metamfetamindir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki şalvarının sağ yan cibindən içərisində ***-***-**-** nömrəsi olan 1 ədəd “İphone” markalı mobil telefonu, şalvarının sol yan cibində olan şəxsiyyət vəsiqəsi, 5 manat pulu və yaşadığı mənzilin 1 ədəd açarı aşkar edilmişdir. Açar və 5 manat pulu özünə qaytarılmış, mobil telefonu və şəxsiyyətini təsdiq edən sənədi isə götürülmüşdür. Ondan aşkar olunmuş büküm X5 tərəfindən açılarkən içərisində metamfetamin olması görünmüşdür. Həmin maddə elektron tərəzidə çəkilmiş, bükümün çəkisi 57 qram göstərilmişdir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, zərfi o, və digər iştirakçılar imzalamış, zərf möhürlənmişdir. Suallara cavab olaraq bildirmişdir ki, həmin bükümü sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Bayram” adlı şəxsin sözü ilə, sonuncunun dediyi yerə qoyması üçün 3-4 gün əvvəl Lökbatan qəsəbəsindən götürmüş, həmin işin görülməsi müqabilində “Bayram” adlı şəxs 500 manat ödəyəcəyinə söz vermiş, həmin bükümdən yaşadığı mənzildə də var, evində axtarış aparılmasına etiraz etmir. Şəxsi axtarışı barədə protokol tərtib edilmiş, protokol ona və digər iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Bundan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları və hüquqlarının müdafiəsi ilə məşğul olan Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X4 ilə birlikdə yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, ev 3, mənzil 20 ünvanda yerləşən evinə gəlmişlər. X5 tərəfindən ona təklif olunmuşdur ki, narkotik vasitə və psixotrop maddəni saxladığı yeri göstərsin. O, yataq otağında, taxta dolabın yan hissəsində saxladığı içərisində bükümlər olan 1 ədəd qutunu təqdim etmişdir. Həmin qutunun içərisindən 1 ədəd qeydlər apardığı dəftər, 1 ədəd elektron tərəzi, 11 ədəd böyük və 1 ədəd kiçik ölçülü bükümlər aşkar olunmuşdur. Bildirmişdir ki, həmin bükümlərdən 4 ədədi “şüşə” adlanan metamfetamindir, 7 ədəd böyük və 1 ədəd kiçik ölçülü bükümlərdəkilər isə “torpaq” adlanan heroindir. X5 tərəfindən, onun “torpaq” adlandırdığı 7 ədəd böyük və 1 ədəd kiçik ölçülü bükümlərdən 1 ədəd böyük həcimlisi açılarkən içərisində açıq qəhvəyi rəngli heroin olması görünmüş, büküm skoçla bağlanmışdır. Daha sonra “şüşə” kimi təqdim etdiyi 4 ədəd bükümdən 1 ədədi açılarkən içərisində ağ rəngli kristal şəkilli metamfetamin olması görünmüş, büküm skoçla bağlanmışdır. Həmin 7 ədəd böyük və 1 ədəd kiçik ölçülü bükümlər, yəni heroin elektron tərəzidə çəkilərkən çəkilərinin 3185 qram olması, qalan 4 ədəd büküm isə, yəni metamfetamin elektron tərəzidə çəkilərkən çəkisinin 878 qram olması müəyyən edilmişdir. Daha sonra cəmi 12 ədəd olan həmin bükümlər və 1 ədəd elektron tərəzi cəmi 1 ədəd sellofanda qablaşdırılmış, sellofan möhürlənmiş və iştirakçılar tərəfindən qablaşmanın üzəri imzalanmışdır. Qeydlər aparılmış dəftər isə X5 tərəfindən götürülmüşdür. Suallara cavab olaraq bildirmişdir ki, evdən aşkar edilmiş bükümləri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı olan “Bayram” adlı şəxsin sözü ilə, sonuncunun dediyi yerə qoyması üçün 3 gün əvvəl Lökbatan qəsəbəsindən götürmüş, həmin işin görülməsi müqabilində “Bayram” adlı şəxs ona 500 manat ödəyəcəyinə söz vermiş, mənzilində narkotik saxlamasını heç kimə deməmişdir. Arvadı Təranə Təmirova ilə aparılan sorğu zamanı sonuncu, yaşadıqları mənzillərindən narkotik tərkibli maddələrin saxlanılmasından xəbərinin olmadığını bildirmişdir. Daha sonra mənzildə axtarış aparılsa da, iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Mənzilində axtarış aparılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o, vəkili və polis əməkdaşları protokolun doğruluğunu imzaları ilə təsdiqləmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxs, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında 18 yanvar 2024-cü il tarixdə, Sabunçu rayonu ərazisində tərəfindən saxlanılmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsində təqsirləndirilən şəxsin üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmiş və onun üzərindən psixotrop maddə aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsin yaşadığı ünvana baxış keçirilmişdir və onun evindən təxminən 3 kiloqram narkotik vasitə “heroin” və 700 qram psixotrop maddə olan “metamfetamin” aşkar edilərək götürülmüşdür. Əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxsin evində narkotik vasitələrə aid qeyd kitabçası olmuş və həmin kitabçada satdığı narkotik vasitələrin qeydiyyatını apardığını bildirmişdir. Dövriyyə dedikdə təqsirləndirilən şəxsin narkotik vasitələri “zakladka” üsulu ilə paylaması başa düşülmüşdür. Narkotik vasitələrin alıcıları barədə onlarda məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə, günorta radələrində Sabunçu rayonu ərazisində Mehti adlı şəxsə yaxınlaşmış, özünü təqdim edib sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdir. İdarədə vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşı tərəfindən əvvəldən yerləşdirildiyi yer barədə məlumatlandırılmaqla Qaradağ rayonu, Lökbatan qəsəbəsindən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin evinə baxış keçirilərkən evdən 3 kiloqrama yaxın “heroin” və təxminən 900 qram “metamfetamin” aşkar edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 18 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskdən görünür ki, əynindəki gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 54,814 qram olan külli miqdarda heroin aşkar edilərək götürülmüşdür, əynindəki şalvarının sağ yan cibindən içərisində ***-***-**-** nömrəsi olan 1 ədəd “İphone” markalı mobil telefonu, şalvarının sol yan cibində olan şəxsiyyət vəsiqəsi, 5 manat pulu və yaşadığı mənzilin 1 ədəd açarı aşkar edilmişdir. Açar və 5 manat pulu özünə qaytarılmış, mobil telefonu və şəxsiyyətini təsdiq edən sənədi isə götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Bayram” adlı şəxsin vasitəsi ilə 3-4 (üç-dörd) gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisidə əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə ona tərəfindən 500 (beş yüz) manat pul veriləcəyini, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə narkotik vasitə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 27-29). ünvan 6 ünvanında yaşayan Təmirova Təranə Valeh qızının həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə və götürmə aparılmasına etiraz etməməsi barədə ərizəsinə əsasən həyata keçirilmiş baxış və götürmə istintaq hərəkətinə dair 18 yanvar 2024-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə” haqqında protokoldan və ona əlavə edilmiş bir ədəd “DVD” diskdən görünür ki, kirayədə yaşadığı ünvan 5 ünvanda axtarış keçirilən zaman yataq otağındakı taxta konstruksiyalı dolabın yan tərəfindən 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 364 qram, 149 qram, 256 qram, 78 qram, ümumi təmiz çəkiləri 847 qram xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 413 qram, 502 qram, 289 qram, 403 qram, 253 qram, 396 qram, 880 qram, 0,452 qram, ümumi təmiz çəkiləri 3136,452 qram xüsusilə külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi 01 ədəd dəftər aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Mehdi Məmmədov şəxsi axtarış zamanı söylədiklərini bir daha təsdiq etmişdir. Bundan başqa həmin istintaq hərəkətində iştirak edən Təqsirləndirilən şəxs arvadı Təranə Təmirova ilə aparılan sorğu zamanı, sonuncu əri Təqsirləndirilən şəxs tərəfindən yaşadıqları mənzillərində narkotik tərkibli maddələrin saxlanılmasından xəbərinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 32-34). 19 yanvar 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə..." və s. yazılar, soyadlar, imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 54,814 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvanda təqdim etdiyi...” və s. yazılar, soyadlar, imzalar olan paketdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 364 qram, 149 qram, 256 qram,78 qram, ümumi təmiz çəkiləri 847 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 413 qram, 502 qram, 289 qram, 403 qram, 253 qram, 396 qram, 880 qram, 0,452 qram, ümumi təmiz çəkiləri 3136,452 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 901,614 qram, heroinin qalıq çəkisi 3136,212 qram təşkil etmişdir (cild 1, iş vəqərə 41-43). 21 yanvar 2024-cü il tarixli “dəftərə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzildə aparılan axtarış zamanı götürülmüş, sonuncu ifadəsində göstərdiyi kimi heroini kola, yəni “k” kimi, metamfetamini isə patı, yəni “p” kimi yazmaqla narkotik tərkibli maddələrin dövriyyəsi barədə qeydiyyat apardığı dəftərə keçirilən baxış zamanı 100 vərəqli olan riyaziyat dəftərinin cəmi 4 vərəqində qeydiyyat aparılmışdır, digər vərəqləri boşdur. 1-ci vərəqdə -Torpaq-978, Şüşə-202 yazılmış, həmin yazıların altından 1-dən 7-dək, daha sonra 1-dən 17-dək sıralama var. Sıralamaların qarşısında 30k, 13k, 4p, 9k, 1 p, 9k, 1 p, 30k, 5p, 12k, 3p, 6k, 20k, 8k, 2p, 200k, 8k, 2p, 50k, 10k, 16k, 4p, 10k, 6k, 1 p, 14k, 1 p, 40k, 10p, 25k, 17k, 3p, 13k, 2p, 10k, 13k, 2p və 10k kimi qeydiyyatlar vardır. 2-ci vərəqdə -P-196, K-919 yazılmış, həmin yazıların altından 90k, 10p, 9k, 1p, 50k, 10p, 41 k, 12k, 7p, 12k, 5p, 10k, 10k, 5p, 120k, 30p, 18k, 2p, 18k, 2p, 10k, 17k, 3p, 8k, 20p, 200k, 50p, 20k, 10p, 9k, 3p, 3k, 2p, 15p kimi qeydiyyatlar vardır. 3-cü vərəqdə -K-853, P-210 yazılmış, həmin yazıların altından 90k, 10p, 17k, 3p, 25k, 5p, 7k, 3p, 10k, 5p, 15k, 6p, 35k, 5p, 8k, 14p, 8k, 10p, 17k, 8p, 45k, 5p, 50k, 10p, 8k, 2p, 60k, 9k, 1p, 5k, 5p, 8k, 2p, 90k, 20k, 8k, 25k, 5p, 5k, 5p, 10k, 2k, 5p, 10k, 8k, 2p, 10k, 5k, 5p, 4p, 9k, 1p, 15k, 3p, 25k, 10k, 10k, 5İ, 20k, 5p, 8k, 2p, 7k, 1p kimi qeydiyyatlar vardır. 4-cü vərəqdə -K-430+500 və P-307 kimi qeydiyyatlar vardır (cild 1, iş vərəqə 101-105). 22 yanvar 2024-cü il tarixli “maddi sübut kimi tanıma” haqqında qərarla Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş dəftərin yazı olan 4 vərəqi, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə, habelə baxış keçirilməsi və götürmə istintaq hərəkətlərinin videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 54,814 qram psixotrop maddə metamfetamin, həmçinin evindən aşkar olunaraq götürülmüş 847 qram psixotrop maddə metamfetamin və 3136,452 qram narkotik vasitə heroin, eləcə də 1 ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 901,614 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 3136,212 qram təşkil edən narkotik vasitə heroin, həmçinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqə 106-107). 06 fevral 2024-cü il tarixli məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin, psixi fəaliyyətin, müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur ( cild iş vərəqə 136-137). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən daxil olmuş 30 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır(cild 1, iş vərəqə 154-155). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə əsasən 800 (səkkiz yüz) qram və daha artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 118-ci bəndinə əsasən – 400 (dörd yüz) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin xüsusilə külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə belə qənaətə gələrkən həm təqsirləndirilən şəxsin üzərindən, həm də evindən narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsini, təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilən narkotik vasitələrin eynilik təşkil etməsini, həmin vasitələrin və maddələrin miqdarını, həmçinin evindən aşkar edilən narkotik vasitə və psixotrop maddələrin satışına dəlalət edən dəftərin və elektron tərəzinin aşkar edilməsini əsas götürür. Məhkəmə belə qənaətə gələrkən həmçinin o halı əsas götürür ki, evə baxış keçirilərkən həm təqsirləndirilən şəxsin müdafiəçisi, həm də arvadı Təranə Təmirova iştirak etmiş, təqsirləndirilən şəxs həmin dəftərin, narkotik vasitələrin, psixotrop maddələrin ona məxsus olmamasını bildirməmişdir. Bundan başqa ibtidai istintaq zamanı şahid qismində dindirilənTəranə Təmirova 18 yanvar 2024-cü il tarixdə saat 17:30 radələrində ərinin polis əməkdaşları və müdafiəçi ilə birlikdə gəlməsini, evdə axtarış aparılması barədə icazə istədiklərini, evdə narkotik vasitə olmadığından əmin olduğundan evə baxış keçirilməsinə razılıq verdiyini bildirmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs məhkəməyədək araşdırma dövründə evindən aşkar edilən dəftərdə yazılanlar barəsində dindirilmiş və bildirmişdir ki, Bayram ona ilk növbədə elektron tərəzi və dəftər almağı, ona göndərəcəyi narkotik tərkibli maddələri elektron tərəzidə çəkərək minimum 3-5 qram, az hallarda maksimum 30-50 qram çəkidə şəffaf sellofanlarda qablaşdırmağı, bükümlərin çəkisi barədə dəftərdə qısa qeydiyyat aparıb şəkilini Bayrama atmağı, dəftər gələcəkdə ələ keçərsə məzmunu bilinməsin deyə heroini kola, yəni “k” kimi, metamfetamini isə patı, yəni “p” kimi yazmağı tapşırmışdır. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Təqsirləndirilən şəxs həm şübhəli, həm təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrdə barəsində hər hansı fiziki və ya psixi təzyiqə yol verilmədiyini qeyd etmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatətə baxılarkən vəsatətdə göstərilənləri təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ifadə vermək hüququna malik olsa da, məhkəməyədək dövrdə verdiyi ifadə ilə bağlı olmasa da ibtidai istintaq dövründə və məhkəmə dövründə verdiyi ifadələr arasındakı ziddiyyətləri məhkəməyə izah edə bilməmişdir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həmçinin internet informasiya ehtiyatlarından istifadə etməklə törədilməsi ilə əlaqədar ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən irəli gələn cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi prinsipinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsinin məzmununa uyğun olaraq, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı əməllərin internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən yalnız satıcı ilə alıcı arasındakı fərdi rabitə əlaqəsi kimi istifadə edilməklə törədilməsi kütləvilik əlamətini ehtiva etmədiyindən, həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibini deyil, işin hallarından asılı olaraq həmin Məcəllənin 234.2, 234.3, 234.3-1, 234.4.1, 234.4.2 və ya 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə Konstitusiya Məhkəməsi Plenum Qərarının qeyd olunan mövqeyini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni fərdi rabitə əlaqəsi üsulu kimi “whats up” sosial şəbəkəsi vasitəsilə əldə etdiyindən onun əməlində internet informasiya ehtiyatlarından istifadə etməklə narkotik vasitə əldə etmə əməllərinin cinayət tərkibi əlamətləri mövcud deyildir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmaqla xüsusilə ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini Azərbaycan Respublikası CM-nin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61 -ci maddəsi ilə nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən edilməyib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsin əvvəllər məhkum edilməməsi kimi barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiyanın aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 18), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 18 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 81-85). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. 6 fevral 2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizanın 769 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vəqərə 133-134). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 901,614 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 3136,212 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə, həmçinin evində baxış və götürmənin aparıldığı videogörüntüləri özündə əks etdirən 02 ədəd “DVD” disk, həmçinin evdən götürülmüş dəftərin yazı olan 04 vərəqi maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır ( cild iş vərəqə 106-107). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq dövründə və məhkəmə iclaslarında onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı müvafiq olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası 22 saylı Vəkil Bürosunun vəkili X4, məhkəmədə isə “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı X3 vəkil işlədiyi 22 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat, məhkəmə mərhələsində göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat, məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 176). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 901,614 qram təşkil edən psixotrop maddə metamfetamin və qalıq çəkisi 3136,212 qram təşkil edən narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə, habelə yaşadığı ünvana baxış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk və yaşadığı mənzildən aşkar edimiş 1 ədəd dəftərin 4 vərəqi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Dövlət büdcəsi hesabına X3 vəkil işlədiyi 22 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat, məhkəmə mərhələsində göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi “Universal” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1798/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1798/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver