Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1799/2022 09.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X5 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 15 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 14 avqust 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsi,ev 28-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs" qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə, saat 23:30-da Bakı şəhərində telefon vasitəsi ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Səid» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun «Səid» adlı üzvü külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin saxlanıldığı yeri Təqsirləndirilən şəxs bildirdikdən sonra, sonuncu həmin narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində gizlədilmiş yerdən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, həmin narkotik vasitə heroinin bir qismini şəffaf sellofana bükülmüş formada əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 21 may 2022-ci il tarixdə saat 15:20-də idarə etdiyi «Renault Clio» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanının qarşısında olan zaman Azərbaycan Respublikas DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci PBnin inzibati binasına gətirilib orada saat 16:20-də üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki olan tünd boz rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 19,901 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmin gün saat 17:05-də idarə etdiyi «Renault Clio» markalı, **-VO- *** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış keçirilərkən, həmin avtomobilin qabaq sağ sərnişin oturacağının alt hissəsində saxladığı üzərində «AL market» sözləri yazılmış ağ rəngli sellofan torbanın içərisindəki, qara rəngli sellofan torbanın içərisindən bir ədəd şəffaf sellofana bükülmüş, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 380 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 89,012 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd səthində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl Bakı şəhəri, Yasamal rayonu, Ə.Əİəkbərov küçəsi,ev 28 ünvanında yaşamışdır. Artıq bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərindən istifadə edir. Rəsmi olaraq heç bir yerdə işləməsə də, kafel ustası kimi aylıq 3000-4000 manat arası qazancı olmuşdur. Narkotik vasitə və psixotrop maddələri müxtəlif vaxtlarda İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Səid» adlı şəxs onunla «Whatsapp» şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq, ona «kakos» adlandırılan narkotik vasitə heroin və «şüşə» adlandırılan psixotrop maddə metamfetaminin olduğu yerləri bildirib, onları həmin yerdən götürməsini və özünün dediyi yerlərə qoymaqla fotoşəkillərini çəkib ona göndərməsini bildirmişdi. Belə ki, o özü də narkotik vasitə heroin istifadə etdiyi üçün «Səid» adlı şəxslə belə razılığa gəlmişdir ki, hər göndərdiyi narkotik vasitə heroinin 100 qramının 05 qramını öz istifadəsi üçün götürəcəkdir. Sonuncu dəfə 19 may 2022-ci il tarixdə, saat 23:30 radələrində Səid yenə də onunla «Whatsapp» şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir büküm narkotik vasitə heroin, bir büküm psixotrop maddə metamfetamin olduğunu və onları götürməklə dediyi yerlərə qoymasını bildirmişdir. O da Səidin dediyi ünvana getmiş və onun tarif etdiyi yerdən bir ədəd qara rəngli sellofan torbanın içərisində bir büküm bir büküm narkotik vasitə heroin, bir büküm psixotrop maddə metamfetamini götürmüşdür. Daha sonra həmin narkotik vasitə heroinin üzərindən bir qədərini öz istifadəsi üçün götürərək şəffaf sellofana büküb əynində olan tünd boz cins şalvarın sağ yan cibinə qoymuşdur ki sonra istifadə edər. Qalan narkotik vasitələri isə idarə etdiyi «Renault Clio» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağının alt hissəsində gizlətmişdir. Belə ki, Səid ona müxtəlif ünvanlar deyəcəkdi və o, həmin narkotik vasitələrdən müəyyən qədərini elektron tərəzi vasitəsi ilə çəkib bükümlər halına gətirməklə onun dediyi yerlərə qoyacaqdı. Bu səbəbdən də kiçik elektron tərəzi almışdır. 21 may 2022-ci il tarixdə saat təxminən 15:20 radələrində ünvan 5 ünvanının yaxınlığında idarə etdiyi “Renalut Clio” markalı **-VO-*** nömrə nişanlı avtomobilin yanında olan zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Binəqədi RPİnin 5-ci PB-yə dəvət etmişlər, avtomobil isə 5-ci PB-nin həyətinə yerləşdirilmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1(bir) bükümdə, heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd avtomobil pultu, 1 ədəd «Redmi» markalı mobil telefon, 1 (bir) ədəd plastik bank kartı və 09 manat pul aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi qablaşdırma ilə birlikdə 22 (iyirmi iki) qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd mobil və plastik bank kartı bu barədə ona izah verildikdən sonra götürülmüşdür, 09 (doqquz) manat pul və avtomobil pultu isə özünə geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroin bükümünün özünə məxsus olduğunu, həmin bükümü İran İslam Respublikası vətəndaşı «Səid» adlı şəxsin vasitəsi ilə öz şəxsi istifadəsi üçün əldə etdiyini, həmçinin idarə etdiyi avtomobildə də narkotik maddə olduğunu, həmin avtomobilə baxış keçirilməsinə etirazı olmadığını, baxış zamanı qeyd etmişdir. Avtomobilə baxış zamanı o, avtomobilin qabaq sağ oturacağının alt hissəsindən üzərində «Al Market» sözü yazılmış ağ rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofan torbada olan 1 büküm heroin, 1 büküm metamfetamin və 1 ədəd elektron tərəzi təqdim etmişdir. Sonra həmin bükümlər elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və üzəri imzalanmışdır. O, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı «Səid» adlı şəxsin vasitəsi ilə Hövsan qəsəbəsindən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə götürdüyünü, gördüyü işin qarşılığında «Səid» adlı şəxsin ona istifadə etmək üçün narkotik maddə verdiyini, özünün «Səid» adlı şəxsi 2 (iki) ildir ki tanıdığını, həmçinin 2 (iki) ildir ki, narkotik maddələrdən istifadə etdiyini, avtomobildə narkotik maddələr saxlamağı barədə heç kimin məlumatı olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.1987-ci il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 21 may 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 15:20-də Təqsirləndirilən şəxs ünvan 8 ünvanının yaxınlığında, idarə etdiyi «Renault Clio» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, sonuncun Binəqədi RPİ-nin 5-ci PB-yə dəvət etmişlər. Polis Bölməsində olan zaman videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ona üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq masanını üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı onun əynindəki tünd boz rəngli cins şalvarının sol yan cibindən isə 01 (bir) ədəd avtomobil pultu, bir ədəd 05 (beş) manatlıq və dörd ədəd 01 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 09 (doqquz) manat pul, "xxxx" ASC-nin **********177279 №-li plastik kartı, daxilində 055 809-85-96 və 055 ***-**-** GSM nömrələri olan «RedMi» markalı mobil telefonu aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisindəki kütlə narkotik vasitə heroindir, onu İran İslam Respublikasının vətəndaşı «Səid» adlı şəxs vasitəsi ilə, sonuncunun göstərişi əsasında müxtəlif yerlərə çatdırmaq üçün Suraxanı rayonu, Hövsan qəsəbəsindən əldə etmişdir. Həmçinin idarə etdiyi avtomobildə də «Səid» adlı şəxs vasitəsi ilə, sonuncunun göstərişi əsasında müxtəlif yerlərə çatdırmaq üçün Suraxanı rayonu, Hövsan qəsəbəsindən əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə vardır. Daha sonra aşkar edilmiş içərisində narkotik vasitə heroin olan 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükülü, «RedMi» markalı mobil telefon, "xxxx" ASC-nin **********177279 №-li plastik kartı götürülərək zərfə qoyulub möhürlənmiş, bir ədəd avtomobil pultu və 09 (doqquz) manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Clio» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və ona avtomobildə hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin qabaq sağ sərnişin oturacağının altından ağ rəngli, üzərində «AL market» sözləri yazılmış sellofan torbanın içərisindəki, içərisində 02 (iki) ədəd şəffaf sellofana bükülmüş bükülü, 01 (bir) ədəd elektron tərəzi olan qara rəngli sellofan torbanı təqdim etmişdir. Daha sonra aşkar edilmiş 02 (iki) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, 01 (bir) ədəd elektron tərəzi götürülərək qablaşdırılıb möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bir daha bildirmişdir ki, üzərindən və avtomobildən aşkar olunaraq götürülmüş həmin narkotk vasitə heroin avtomobildən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı «Səid» adlı şəxs vasitəsi ilə, sonuncunun göstərişi əsasında müxtəlif yerlərə çatdırmaq üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 21 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 15.20-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 20). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə heroin olan bükülü, həmçinin həmin şalvarın sol yan cibindən 01 (bir) ədəd avtomobil pultu, bir ədəd 05 (beş) manatlıq və dörd ədəd 01 (bir) manatlıq əskinaslardan ibarət ümumilikdə 09 (doqquz) manat pul, "xxxx" ASC-nin **********177279 №-li plastik kartı, «RedMi» markalı mobil telefonu aşkar olunmuşdur (cild 01, iş vərəqə 29-31). İşdə olan Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarova ünvanladığı 21 may 2022-ci il tarixli ərizədən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Nizami Omarova müraciət edərək idarə etdiyi “Renault Clio” markalı **-VO-*** dövlət nömrə nişanlı avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 32). “Avtomobilə baxış keçirilməsi haqqında” 21 may 2022-ci il tarixli protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Clio» markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ sərnişin oturacağının altından ağ rəngli, üzərində «AL market» sözləri yazılmış sellofan torbanın içərisindəki, içərisində 02 (iki) ədəd şəffaf sellofana bükülmüş bükülü, 01 (bir) ədəd elektron tərəzi olan qara rəngli sellofan torba aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 34-36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 22 may 2022-ci il tarixli, 6/2921 saylı rəyindən görünür ki, üzərində “...Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 19,901 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “...Təqsirləndirilən şəxs baxış zamanı...” sözləri olan 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 380 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 89,012 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 1 və 2 №-li zərflərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 399,901 qram olan qəhvəyi rəngli maddələrdir (cild 01, iş vər 43-49). Cinayət işinin materiallarına əlavə olunmuş X3, X2 və X1 məxsus doğum haqqında şəhadətnamələrinin surətlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladı vardır (cild 01, iş vər. 79-81). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-568/2022 saylı, 23 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxsin barəsində həbsetmənin əvvəli 21 may 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 97-99). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 116). İşdə olan “CD diskə baxış keçirilməsi haqqında” 30 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 809-85-96 və 055 721-77-49 saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms-lər və mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş üzərində «10849» rəqəmləri yazılmış 01 ədəd «CD» diskə meydana çıxmış zərurətlə əlaqədar baxış keçirilib protokol tərtib edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 809-85-96 GSM nömrəsi ilə 077 765-65-44 və 055 446-67-75 GSM nömrələri arasında mütəmadi olaraq narkotik vasitələr və psixotrop maddələrin alqı-satqısı barədə SMS mətnləri yazılmışdır (cild 01, iş vər. 127-137). Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 04 iyul 2022-ci il tarixli 3623 nömrəli rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 150-151). Məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 18 iyul 2022-ci il tarixli 1866 nömrəli rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsini təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 152-154). Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsin üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyini müəyyən edilməsi üçün hazırkı cinayət işindən naməlum şəxs barəsində cinayət işi ayrılmışdır (cild 01, iş vərəqə 187-188). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 aprel 2021-ci il tarixli və “Evə baxış keçirilməsi və götürmə haqqında” 17 aprel 2022-ci il tarixli protokoların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən istifadəsində olmuş telefon nömrəsi ilə aparılmış sms yazışmalarının məzmununu, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin və metamfetamin və yaxud başqa narkotik vasitə və ya psixotrop maddə satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, tiryəki və psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 21 may 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan (hazırki vaxtda əlilliyinin olmaması nəzərə alınmaqla), məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxsin cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 399,751 qram olan kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xalis qalıq çəkisi 88,912 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, avtomobilə baxış keçirilərkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd «CD» diskisə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 81 (səksən bir) manat Təqsirləndirilən şəxsdən tutulmaqla dövlətin büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) il azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 399,751 qram olan kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, xalis qalıq çəkisi 88,912 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, avtomobilə baxış keçirilərkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk, "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd «CD» diskisə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlətin büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1799/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1799/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver