Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-180/2020 10.03.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov x26 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi x9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs x3, Zərərçəkmiş şəxsin hüquqi varisi (mülki iddiaçı) x4, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış,Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 8, mənzil 21-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə bir şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, həmçinin xuliqanlıq niyyəti ilə iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Beləki, o, 23 iyun 2019-cu il tarixdə saat 22:40 radələrində özünə məxsus “VAZ-21074” markalı “**-HS-***” dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Məlikova küçəsində Maştağa-Buzovna magistral avtomobil yolu ilə hərəkətdə olan zaman bacısı x5 iş yoldaşı x18 ilə əl-ələ tutub birlikdə yaşadıqları N.Məlikova küçəsi ilə getmələrini görüb psixotrop maddə olunan metamfetaminin təsiri altında bunu özü üçün qəbuledilməz hal hesab edib sonuncuların bu hərəkətlərini cüzi səbəb kimi bəhanə edərək özünün şəxsiyyətini başqalarının şəxsiyyətinin fövqündə qoyaraq heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Rəşad Əliyevi və Vüsalə Baxşiyevanı öldürmək qərarına gələrək idarə etdiyi avtomobili Maştağa-Buzovna magistral avtomobil yolundan asta sürətlə Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Məlikova küçəsinə döndərib anidən sürəti artıraraq Rəşad Əliyevin və Vüsalə Baxşiyevanın üzərinə sürüb Rəşad Əliyevi avtomobillə həmin küçədə yerləşən yaşayış evinin divarına sıxaraq sonuncuya sağ çiyin oynağının arxa səthinin, sağ saidin, döş qəfəsinin arxa səthinin sağ yarısının, bel nahiyəsinin sıyrıqları, sol xayanın cırılaraq bayıra çıxması, döş sümüyünün orta üçdə birinin, sol İ, İİ, İİİ, İV qabırğaların ön qoltuqaltı xətti üzrə qapalı, yerdəyişən sınıqları və ölümünə birbaşa səbəb olan kəskin daxili qanitirmə ilə nəticələnən hər iki ağciyərin və dalağın cırılması ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə x14 qəsdən öldürmüş, həmin vaxt Vüsalə Baxşiyeva avtomobilin zərbəsindən qismən yayınmağa nail olduğundan sonuncunu öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən öldürməyə yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək Vüsalə Baxşiyevaya avtomobilin ön sol tərəfi ilə əlamətlərinə görə sol təpə-gicgah nahiyəsinin hematoması, sol dirsəyin sıyrığı, sol saidin, sol budun, sol ayağın qançırları ilə müşayiət olunan dərəcələrinə görə ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etmiş, bu hərəkətləri ilə o, xuliqanlıq niyyəti ilə bir şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, həmçinin xuliqanlıq niyyəti ilə iki şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında anası Arzu, bacısı Vüsalə və onun övladı Kənan ilə birlikdə yaşamışdır. O, özünə məxsus “VAZ-2107” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə fərdi taksi fəaliyyəti ilə məşğul olmuşdur. x24 qəsəbəsində yerləşən istixanada fəhlə, bacısı Vüsalə isə Nizami rayonunda yerləşən ayaqqabı sexində toxucu işləmişdir. Bacısı Vüsalə axşam saatlarında işdən avtobus ilə evə gələndə onu Buzovna qəsəbəsində yol kənarında qarşılayıb evə aparmışdır. O, bacısı Vüsalədən mərhum Rəşad Əliyevin ayaqqabı sexində onunla birlikdə işlədiyini öyrənmişdir. Vüsalənin deməsinə görə Rəşadın Buzovna qəsəbəsində qohumları yaşadığından sonuncu bəzi günlərdə həmin qohumlarının evində qalmış və Vüsalə axşam saatlarında işdən gec çıxan zaman Rəşad Buzovna qəsəbəsinə gələrkən Vüsalə ilə birlikdə gəlib onu da yola qədər ötürmüşdür. 23 iyun 2019-cu il tarixdə bacısı Vüsalə ayaqqabı sexinə işə getmiş və həmin gün axşam saat 21 radələrində ona zəng edərək “Koroğlu” metrostansiyasında olduğunu və 107 nömrəli marşurut avtobusu ilə Buzovna qəsəbəsinə gələcəyini bildirdikdə o, bacısına avtomobillə müştəri apardığını, özünün evə getməsini demişdir. Saat 22 radələrində bacısı Vüsalə təkrar ona zəng edərək Buzovna qəsəbəsinə çatdığını, marşurutdan düşdüyünü və iş yoldaşı Rəşadla birlikdə Buzona qəsəbəsinə gəldiklərini bildirmişdir. O da bacısına ərzaq mağazasında olduğunu, mağazadan çıxıb evə gedəcəyini demişdir. Sonra da o, mağazadan çıxaraq avtomobil ilə yaşadığı ev istiqamətində, yəni Buzovna qəsəbəsi, Nəcibə Məlikova küçəsi istiqamətində hərəkət etməyə başlamışdır. Sonra əsas yoldan Nəcibə Məlikova küçəsinə ayrılan yola sürətlə dönərkən idarəetməni itirərək avtomobilin ön hissəsi yolun kənarında olan yaşayış evinin divarı istiqamətində fırlanmışdır. Həmin vaxt bir qız və bir oğlan divarın yanı ilə hərəkət etmişlər. Avtomobil ilə Nəcibə Məlikova küçəsinə dönən zaman idarəetməni itirərək əyləc əvəzinə sürətartırıcı pedala ayağını basmış və avtomobilin ön hissəsi həmin iki nəfərin üzərinə tərəf, yəni divar istiqamətində dönmüşdür. Hər iki şəxs qaçan zaman avtomobilin ön hissəsi onlara dəymiş və hər iki şəxs yerə yıxılmışdır. O, avtomobildən düşən zaman həmin qızın bacısı Vüsalə, oğlanın isə bacısının iş yoldaşı Rəşad olduğunu görmüşdür. Bu vaxt bacısı yerdən ayağa qalxmış, Rəşadın isə avtomobil ilə divarın arasında sıxılmış vəziyyətdə olduğunu görmüşdür. O, dərhal avtomobili işə salıb geri çəkmək istəyəndə avtomobil işə düşməmişdir. Bundan sonra o, avtomobildən düşmüş və arxa yük hissəsini açaraq oradan su götürüb ayılması üçün Rəşadın üzünə tökmüşdür. Həmin vaxt polis əməkdaşları hadisə yerinə yaxınlaşıb ondan nə olduğunu soruşduqda onlara təcili-tibbi yardım çağırmalarını dedikdə çağırdıqlarını bildirmişlər. O, təcili-tibbi yardım gələnə qədər Rəşadın öləcəyini zənn edib yenidən avtomobili işə salıb geri çəkmişdir. Sonra da dərhal polis əməkdaşlarına Rəşadı polis avtomobili ilə xəstəxanaya aparmalarını desə də, onlar Rəşadda beyin silkələnməsi olacağını bildirmişlər. Hadisə yerinə gələn polislərdən birini tanımışdır. Həmin gün başı ağrıdığına görə avtomobildə olan dərmanlardan birini içmişdir. Dərman ağ rəngdə olmuş, həmin dərmanın psixotrop maddə olduğunu bilməmişdir. Əvvəllər həmin həblərdən istifadə etməmişdir. Polislərə idaəetməni itirdiyini demişdir. O, polis əməkdaşlarından Rəşadı avtomobil ilə divar arasından çıxarmaq üçün kömək istəsə də, onlar Rəşadı tərpətməməyini demişlər. O, əsas yoldan ara yola döndüyündə avtomobil ilə onlar arasında 3-4 metr məsafə olmuşdur. Polis əməkdaşları onu 2-ci Polis Bölməsinə aparmışlar. Həmin gün hava isti olduğundan yer quru olmuşdur. Hadisəni əvvəlcədən planlaşdırmamışdır. Bacısı Vüsalə ilə Rəşad arasında münasibətin necə olduğundan xəbəri olmamışdır. Bacısı Vüsalə əvvəllər Rəşad barədə ona danışmışdır. Hadisə yerində 2 nəfər polis əməkdaşı olmuşdur. Hadisə baş verməzdən 9-10 dəqiqə əvvəl Vüsalə ilə telefonda danışmışdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi x11 ifadəsində göstərmişdir ki,mərhum oğlu Rəşad orta təhsilli və subay olmuşdur. Rəşad təxminən 10 il Bakı şəhərində yaşayaraq müxtəlif yerlərdə fəhlə işləmişdir. Rəşad Bakı şəhərində yaşasa da, mütəmadi olaraq Xaçmaz rayonuna evlərinə gəlmişdir. Hadisə baş verməzdən təxminən bir neçə ay əvvəl Rəşad Bakı şəhərində ayaqqabı sexində işləməyə başlamışdır. 24 iyun 2019-cu il tarixdə Təqsirləndirilən şəxs avtomobil ilə qəsdən oğlu Rəşadı vuraraq öldürdüyünü bilmişdir. Hadisənin hansı səbəbdən baş verməsi ilə maraqlandıqda oğlu Rəşadın Təqsirləndirilən şəxs bacısı Vüsalə Baxşiyeva ilə yol ilə gedən zaman Muradın qəsdən avtomobili Rəşadın üzərinə sürərək onu vurub öldürdüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs ailəsi ona barışmağı təklif etmişlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş x10 ifadəsində göstərmişdir ki,“Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında ayaqqabı sexində toxucu işləmişdir. İşdən gec çıxanda “Koroğlu” metrostansiyasından Buzovna qəsəbəsinə avtobus ilə gəlmiş, düşdükdən sonra havanın qaranlıq olduğu vaxtlar qardaşı Murada onu evə aparması üçün xəbər vermişdir. Həmin ayaqqabı sexində çəkməçi işləyən Rəşad Əliyevi tanımışdır. Rəşadla və digər iş yoldaşları ilə münasibəti yaxşı olmuşdur. 2019-cu ilin may ayının sonlarında axşam vaxtı işdən çıxıb evə gələn zaman hava qaranlıq olduğundan iş yoldaşı Rəşad onu evə qədər yola salacağını demişdir. O da Rəşada əziyyət çəkib uzun yolu ona görə getməməsini dedikdə o, özünün də Buzovna qəsəbəsinə gedəcəyini və onu da evə yola salacağını bildirmişdir. Buna görə də ilk dəfə həmin vaxt Rəşad onu evə qədər yola salmışdır. Lakin həmin vaxt nə anası, nə də qardaşı Rəşadı görməmişdir. O, Rəşad barədə evdə anasına və qardaşına demişdir. 2019-cu ilin may ayının sonlarında iş yoldaşı Rəşad ona öz sevgisini elan edib ondan xoşu gəldiyini demişdir. O da Rəşaddan sevgisinin nə qədər ciddi olub-olmadığını soruşduqda sonuncu ona qarşı hislərinin ciddi olduğunu, bir-birini tanımaq üçün vaxt və şərait lazım olduğunu bildirmişdir. Rəşadı yaxşı insan kimi tanıdığından ona qarşı olan hislərinin nə qədər ciddi olub-olmadığını öyrənmək üçün onunla münasibət saxlamağa başlayaraq bəzi hallarda “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Rəşadın ona olan sevgisi barədə heç kimə deməmişdir. 2019-cu il iyun ayının 23-də səhər saatlarında Rəşad onunla “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayıb görüşməyi təklif etdikdə onunla razılaşmış və evdə anasına işə getməli olduğunu bildirmişdir. Həmin gün saat 15 radələrində avtobus ilə Nizami rayonunda yerləşən “8-ci kilometr” bazarının yaxınlığındakı parkda Rəşadla görüşmüşdür. Bir neçə saat Rəşadla münasibətləri barədə söhbət etdikdən sonra təxminən saat 21 radələrində evə getmək istəmiş, lakin Rəşad hava qaranlıq olduğuna görə onu evə qədər yola salacağını demişdir. Bundan sonra Rəşadla birlikdə metro ilə “Koroğlu” metrostansiyasına getmiş, orada qardaşı Muradla telefon əlaqəsi saxlayıb “Koroğlu” metrostansiyasında qatardan düşdüyünü demişdir. Qardaşı Murad həmin metrostansiyadan Buzovna qəsəbəsinə gedən taksi ilə getməyini dedikdə ona taksi olmadığından avtobus ilə evə gedəcəyini demişdir. Sonra da Rəşadla birlikdə 107 nömrəli marşurut avtobusuna minib Buzovna qəsəbəsi istiqamətində hərəkət etmişdir. Buzovna qəsəbəsinə çatanda təkrar qardaşı ilə telefon əlaqəsi saxlayıb avtobus dayanacağından onu götürə bilib-bilməyəcəyini soruşaraq Rəşadın da yanında olduğunu, əgər onu dayanacaqdan götürə bilməyəcəksə Rəşadın onu evə yola sala biləcəyini demişdir. Murad isə mağazada olduğunu, onların öz yolu ilə getməsini, əgər çata bilsə onu götürüb evə aparacağını bildirmişdir. O, Rəşadla birlikdə Buzovna qəsəbəsi, Nəcibə Məlikova küçəsinin yanında avtobusdan endikdən sonra ev istiqamətində hərəkət etməyə başlamış və həmin vaxt Rəşad onun əlindən tutmuşdur. Əsas magistral yoldan ayrılıb N.Məlikova küçəsi ilə təxminən 10 metr getdikdən sonra arxadan musiqi səsi gələn avtomobilin magistral yoldan ayrılaraq dönüb arxalarınca üzərilərinə gəldiyini görmüşdür. Bu vaxt avtomobilin ön hissəsi ona və Rəşada dəymişdir. O, özünü kənara ataraq yerə yıxılmış, ayağa qalxan zaman Rəşadın avtomobil ilə yaşayış evinin divarı arasında sıxılmış vəziyyətdə olduğunu görmüşdür. Avtomobilin sürücüsü avtomobildən düşdükdə sürücünün qardaşı Murad olduğunu görmüşdür. Murad başını tutaraq yerə oturmuş və qışqıraraq bilmədən vurduğunu və idarəetməni itirdiyini demişdir. Bundan sonra Murad Rəşada tərəf gedərək onun hərəkətsiz olduğunu görüb avtomobilin yük hissəsindən su götürərək ayılması üçün Rəşadın üzünə tökmüşdür. Rəşadla Buzovna qəsəbəsinə gəldiyini qardaşına demişdir. Hadisə günü Rəşadın yanında olduğunu qardaşı bilmişdir. Hadisə günü Rəşadla görüşüb münasibətləri barədə danışmışlar. Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs x3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi cinayət işinin materiallarında olan digər sübut növləri ilə təkzib edildiyindən və Təqsirləndirilən şəxs müdafiə məqsədi daşıdığından məhkəmə zərərçəkmiş şəxs x3 ifadəsini mötəbər hesab etmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş x7ifadəsində göstərmişdir ki, Xəzər rayon Polis İdarəsinin post-patrul xidmət bölüyünün gecə xidməti xüsusi tağımında polis nəfəridir. 23 iyun 2019-cu il tarixdə saat 22 radələrində polis əməkdaşları Elin və Seymur ilə birlikdə Buzovna qəsəbəsində xidmət aparan zaman onlardan təxminən 30-40 metr irəlidə qara rəngli “VAZ-2107” markalı avtomobilin irəlidən sağa, yəni Maştağa-Buzovna avtomobil yolunda Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağa dönmə əməliyyatı edən zaman bir nəfər piyadanı divara sıxdığını görmüşlər, yəni həmin piyada maşının ön hissəsi ilə divarın arasında qalmışdır. Dərhal hadisə yerinə yaxınlaşdıqda sürücünün artıq avtomobildən düşüb həmin piyadanın üzünə su vurduğunu, kənarda isə bir qadının ağladığını görmüşlər. Onlar sürücüdən nə baş verdiyini soruşduqda o, həmin şəxs onun bacısına sataşdığından onu avtomobillə vurduğunu demişdir. Piyadanın vəziyyəti ağırlaşdığından təcili tibbi yardıma zəng edib ərazini mühafizəyə almışlar. Hadisə baş verən zaman isə orada onlardan başqa heç kim olmamış, sonradan hadisə yerinə insanlar toplaşmışlar. Sürücünün avtomobilin yük yerindən su götürərək piyadanı ayıltmağa çalışmasından onun törətdiyi cinayətə görə peşmançılıq hissi keçirdiyini hiss etmişdir. Hadisə gecə vaxtı baş vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə kömək etmək istəmişdir. Təcili tibbi yardıma zəng etdikdən sonra həkimlərin neçə dəqiqə sonra gəldiyini bilmir, təxminən 20-25 dəqiqə hadisə yerində olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid x2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid4 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, 2019-cu ilin aprel ayından əvvəlcədən tanıdığı x20 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində beşmərtəbəli binanın zirzəmisində təxminən 50 kv.m obyekti kirayəyə götürərək həmin obyektdə ayaqqabı tikişi ilə məşğul olmuşlar. Həmin sexdə təxminən 3 nəfər işçi olmuşdur. x18 təxminən 2019-cu ilin may ayından onlarla birlikdə ayaqqabı sexində çəkməçi işləmişdir. x10 ayaqqabı sexində ayaqqabı toxucusu işləmiş, Rəşadla Vüsalənin arasında hər hansı bir münasibətin olub-olmamasından xəbəri olmamışdır. 24 iyun 2019-cu il tarixdə Rəşadın Vüsalənin qardaşı tərəfindən avtomobillə vurularaq öldürülməsi xəbərini eşitmiş, hadisənin hansı səbəbdən və hansı formada baş verməsi barədə məlumatı olmamış, qeyri-iş günü olduğundan 23 iyun 2019-cu il tarixdə Rəşadı və Vüsaləni görməmişdir (cild 1, iş vərəqə 184-186). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid2 Təqsirləndirilən şəxs avtomobillə Rəşad Əliyevi vurduqdan sonra hadisə yerinə yaxınlaşıb ondan hansı səbəbə görə Rəşad Əliyevi vurduğunu soruşduqda Təqsirləndirilən şəxs Rəşadı bacısına sataşdığına görə qəsdən vurduğunu deməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 99-101). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı şahid x7 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Əliabas Rüstəmov 23 iyun 2019-cu il tarixdə təxminən saat 22 radələrində iş yoldaşları ilə birlikdə Buzovna qəsəbəsində xidmət aparan zaman təxminən 30-40 metr irəlidə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Maştağa-Buzovna avtomobil yolunda Buzovna qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağa dönmə əməliyyatı edən zaman bir nəfər piyadanı divara sıxdığını görmüş, hadisə yerinə yaxınlaşdıqda sürücü Təqsirləndirilən şəxs avtomobillə vurduğu şəxsin bacısına sataşdığını və bu səbəbdən onu avtomobillə qəsdən vurduğunu Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 96-98). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3 Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi yerinə yaxınlaşarkən Rəşad Əliyevi bacısına sataşdığına görə qəsdən vurduğunu deməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (cild 1, iş vərəqə 102-103). Cinayət işinin materiallarında olan “xxxxxxx” MMC-dən daxil olmuş CD-yə baxış protokolundan görünür ki, x12 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən x3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə 9.06.2019-cu il tarixdə saat 1:35:36-da “Omrum mb qutarib. Yaza bilmirdim. İndi gedirem eve. Sen yat dincel. Gecen xeyre. Opurem” məzmunlu mesaj mətni göndərilmişdir (cild 2, iş vərəqə 1-10). Cinayət işinin materiallarında olan Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş hadisənin baş verməsini əks etdirən diskə baxış protokolundan görünür ki, 23 iyun 2019-cu il tarixdə saat 22:42-də Maştağa-Buzovna yolundan biri qadın, digəri kişi cinsli olan iki nəfər şəxs əl-ələ tutaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Məlikova küçəsinə ayrılan yola dönürlər. Həmin küçəyə dönən zaman hər iki şəxs bir-birinin əllərini buraxaraq qadın cinsli şəxs kişi cinsli şəxsdən iri addımlarla kənarlaşmağa çalışır. Həmin vaxt arxadan “VAZ-21074” markalı “**-HS-***” dövlət qeydiyyat nişanlı avtomobil uzaqvuran işıqları işlək formada əsas magistral yoldan N.Məlikova küçəsinə ayrılan yola asta sürətlə dönən zaman kişi cinsli şəxs geri çevrilib avtomobilə baxır və avtomobil ani vaxtda qəflətən hər iki şəxsin üzərinə sürətlənərək onları vurur (cild 1, iş vərəqə 60-61; 63). Cinayət işinin materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 24 iyun 2019-cu il tarixli 1/3437 nömrəli tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs metamfentaminlərdən istifadə nəticəsində sərxoş vəziyyətdə olmuşdur (cild 1, iş vərəqə 62). Cinayət işinin materiallarında olan “texniki baxış” aktından görünür ki, Təqsirləndirilən şəxs məxsus “VAZ-21074” markalı **-HS-*** dövlət nömrə nişanlı avtomobil yoxlanılaraq texniki cəhətdən saz vəziyyətdə olması müəyyən edilmiş, avtomobilin əyləc, rul və sürətötrücü qutusunda hər hansı nasazlıq müəyyən edilməmişdir (cild 1, iş vərəqə 152). Cinayət işinin materiallarında olan “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, N.Məlikova küçəsidir. Həmin küçədə olan fərdi yaşayış evinin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobillə yaşayış evinin həyətyanı sahəsinin divarının arasında isə x12 meyiti aşkar edilmişdir (cild 1, iş vərəqə 2-28). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x17-Təcrübi və Tədris Birliyinin 82 nömrəli rəyində göstərilmişdir ki, x12 meyitində sağ çiyin oynağının arxa səthinin, sağ saidin, döş qəfəsinin arxa səthinin sağ yarısının, bel nahiyəsinin sıyrıqları, sol xayanın cırılaraq bayıra çıxması, kəskin daxili qanitirmə ilə müşayiət olunan hər iki ağciyərin və dalağın cırılmaları, döş sümüyünün orta üçdə birinin, sol İ, İİ, İİİ, İV qabırğaların ön qoltuqaltı xətti üzrə qapalı, yerdəyişən sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən törənmiş, 23 iyun 2019-cu il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması və sıxılması nəticəsində əmələ gələ bilərdi, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, həyatidir, ölümlə birbaşa səbəbli əlaqəlidir. Rəşad Əliyevin ölümünə səbəb ağciyərlərin və dalağın cırılması nəticəsində baş vermiş kəskin daxili qanitirmə və travmatikhemorragik şok olmuşdur. Rəşad Əliyevin ölümü onun meyitinin meyitxanada müayinəsi başlandığı vaxtdan 3-5 saat əvvəl baş vermişdir. Rəşad Əliyevin meyitindən götürülmüş qanda etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (cild 1, iş vərəqə 215-219). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x17-Təcrübi və Tədris Birliyinin 635 nömrəli rəyində göstərilmişdir ki, x3 bədənində sol təpə-gicgah nahiyəsinin hematoması, sol dirsəyin sıyrığı, sol saidin, sol budun, sol ayağın qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyalar) təsirindən onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl törənmiş, 23 iyun 2019-cu il tarixdə və şəraitdə törənməsi istisna olunmamışdır. Aşkar edilmiş xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğuna görə dərəcələri təyin edilməmişdir (cild 1, iş vərəqə 211- 212). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və x17-Təcrübi və Tədris Birliyinin 636 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar edilməmişdir (cild 1, iş vərəqə 213-214). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17886/87 nömrəli rəyində göstərilmişdir ki, x15 məxsus köynəyin ön sahəsində və çiyin nahiyəsində, şalvarın sağ ayaqlığında sürtünmə izləri vardır. Rəşad Əliyevə məxsus olan paltarların (köynəyin, şalvarın) üzərində olan izlər öz formasına, quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı bir bərk (küt) predmetlə kontakda olması, ilişməsi, sürtünməsi, o cümlədən, nəqliyyat vasitəsinin vurması nəticəsində yaranması mümkündür. Rəşad Əliyevə məxsus şalvarın üzərində nəqliyyat vasitəsinə məxsus təkər izi vardır. x15 və Təqsirləndirilən şəxs məxsus paltarlar üzərində kənar lif mikrohissəcikləri vardır. Rəşad Əliyevə məxsus paltarlar üzərindəki kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus paltarların tərkib liflərindən yoxdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus paltarların üzərində Rəşad Əliyevə məxsus paltarların tərkib liflərindən yoxdur (cild 1, iş vərəqə 230-232). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21766 nömrəli rəyində göstərilmişdir ki, “VAZ-21074” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperində, kapotunda, radiator örtüyündə (oblisovkada) olan zədələr və izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk olmayan predmetlə kontakda olması, dəyməsi, o cümlədən, piyadanı vurması, divara sıxması nəticəsində yaranması mümkündür. “VAZ-21074” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qanadda, qabaq sağ farada) olan zədələr və izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetlə kontakta olması, dəyməsi nəticəsində yaranması mümkündür. Belə predmetə metal, beton, daş, hasar və s. aiddir. “VAZ-21074” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələrlə x15 məxsus paltarların üzərində olan zədələr uyğunluq təşkil edir və bir-biri ilə kontakda olması nəticəsində yaranması mümkündür. “VAZ-21074” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 2, iş vərəqə 40-42). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator x1 2390 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfentamindən istifadə etmə halları olmuş, lakin hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya və alkoqolizm xəstəliyinin əlamətləri aşkar olunmamış, hal-hazırda narkomaniya və alkoqolizm xəstəliyindən əzab çəkmir. Narkomaniya və alkoqolizmdən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 53-54). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik x8 Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının 1338 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual-mnestik imkanları normaya uyğundur. Hövsələsizlik, emosionallıq, çılğınlıq və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişiklik aşkar olunmamışdır. Hadisə zamanı hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuş, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 225-227). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 195-196). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs x10 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 3). Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə tövsif etməklə yanaşı, onun Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. İş materiallarında olan Xəzər rayon məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 iyun 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 135-138). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə əsasən “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni 24 iyun 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə məhkəməyə mülki iddia verərək Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində maddi zərərin əvəzi kimi 414.300 manat, mənəvi ziyana görə 100.000 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 514.330 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Cinayət-Prosessual Məcəlləsinin 181.1 və 181.1.2-ci maddəsinə əsasən ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda, cinayət mühakimə icraatında mülki iddia verilə bilər. Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə hesab edir ki, mülki iddia ərizəsində maddi və mənəvi ziyanla bağlı məhkəməyə sübut təqdim edilmədiyindən mülki iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 460 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Xəzər rayon Prokurorluğunda saxlanılanmərhum zərərçəkmiş Rəşad Əliyevə məxsus köynək və şalvarAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 29,120.2.2 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 460 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Xəzər rayon Prokurorluğunda saxlanılanmərhum zərərçəkmiş Rəşad Əliyevə məxsus köynək və şalvarAzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhv edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi mülki iddia əsassız olduğundan təmin edilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-180/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-180/2020
10.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver