Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-180/2022 10.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, məsləhətçilər X7 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 24 saylı vəkil Bürosunu vəkili X5 və Bakı şəhəri 20 saylı vəkil Bürosunu vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1995-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 03 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası 03 il sınaq müddəti ilə şərti hesab olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta thsilli, işləməyən, Masallı rayon Məhkəməsinin 07.12,2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci və 29,177.2.3cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay 25 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzası 02 il sınaq müddəti ilə şərti hesab olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 07.03.2018-ci il tarixli qərarı ilə 02 il 06 ay 25 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən ağır cinayət törətdiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 03 ay 18 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunub 03 il şərti sınaq müddəti təyin edilməsinə baxmayaraq, törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Şəhram” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda psixotrop maddə və narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Şəhram” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi 11,644 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 6,689 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib külli miqdarda 4,126 qram çəkidə psixotrop maddə metamfetamini və 11,644 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı müvəqqəti yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1 ünvanında yerləşən “Happy İnn” otelinin 606 nömrəli otağına daşıyıb orada gizlətməklə saxlamış, qalan psixotrop maddəni aralarında bölməklə Təqsirləndirilən şəxs1 1,735 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs2 isə 0,828 qram çəkidə psixotrop maddə metamfetamini üzərilərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 21.00-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 3kotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,470 qram, 0,446 qram və 0,819 qram olmaqla ümumilikdə 1,735 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə eyni tərkibli 0,828 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 17 may 2021-ci il tarixdə saat 03.15-də keçirilən baxış zamanı saxlanılan şəxslərin müvəqqəti yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1 ünvanında yerləşən “Happy İnn” otelinin 606 nömrəli otağında olan dolabdan altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,852 qram, 0,931 qram, 0,446 qram, 0,431 qram, 0,993 qram və 0,473 qram olmaqla ümumilikdə külli miqdarda 4,126 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də yeddi ədəd bükümdə və iki ədəd kibrit qutusunda olub ayrı-ayrılıqda təmiz çəkiləri 3,745 qram, 5,698 qram, 0,377 qram, 0,293 qram, 0,250 qram, 0,431 qram, 0,339 qram, 0,240 qram və 0,271 qram olmaqla ümumilikdə 11,644 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə Masallı Rayon Məhkəməsinin 07.12,2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 29,177.2.1 və 29,177.2.2-ci və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay 25 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunub cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsinə, Şirvan Apellyasiya Məhkəməsinin 07.03.2018-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 07.12.2017-ci il tarixli hökmü dəyişdirilərək o, qəti olaraq 02 il 06 ay 25 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunub 02.10.2020-ci il tarixdə cəzanın sonu ilə azad edilməsinə baxmayaraq, törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən tamah niyyəti və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmək, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə “Şəhram” adlı şəxsin və qeyrilərinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilməsinə və külli miqdarda psixotrop maddə və narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə qabaqcadan vəd verməklə köməklik etmiş, bu məqsədlə “Şəhram” adlı şəxsin və qeyrilərinin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi 11,644 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 6,689 qram çəkidə psixotrop maddə metamfetamini naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi və tamah niyyəti İlə qanunsuz olaraq əldə edib külli miqdarda 4,126 qram çəkidə psixotrop maddə metamfetamini və 11,644 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı müvəqqəti yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1 ünvanında yerləşən “Happy İnn” otelinin 606 nömrəli otağına daşıyıb orada gizlətməklə saxlamış, qalan psixotrop maddəni aralarında bölməklə Təqsirləndirilən şəxs1 1,735 qram çəkidə psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs2 isə 0,828 qram çəkidə psixotrop maddə metamfetamini üzərilərində saxlamaqla Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün saat 21.00-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 3kotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərilərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,470 qram, 0,446 qram və 0,819 qram olmaqla ümumilikdə 1,735 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə eyni tərkibli 0,828 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 17 may 2021-ci il tarixdə saat 03.15-də keçirilən baxış zamanı saxlanılan şəxslərin müvəqqəti yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1 ünvanında yerləşən “Happy İnn” otelinin 606 nömrəli otağında olan dolabdan altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,852 qram, 0,931 qram, 0,446 qram, 0,431 qram, 0,993 qram və 0,473 qram olmaqla ümumilikdə külli miqdarda 4,126 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də yeddi ədəd bükümdə və iki ədəd kibrit qutusunda olub ayrı-ayrılıqda təmiz çəkiləri 3,745 qram, 5,698 qram, 0,377 qram, 0,293 qram, 0,250 qram, 0,431 qram, 0,339 qram, 0,240 qram və 0,271 qram olmaqla ümumilikdə 11,644 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur. Hadisə oteldə baş vermiş, oteldə Teymurla birgə narkotik vasitə olan patıdan istifadə etmişlər, daha sonra ayrı-ayrı otaqlarda dincəlmişlər. Seher saatlarında o, otaqda tək olarkən qapı döyülmüş və qapını açdıqda 10 nəfər şəxs içəri daxil olmuş və ona şiddət göstərərək üzərinə axtarış keçirmişlər. Onun üzərindən 5,6 qram metamfetamin aşkar olunmuş, lakin Teymurun üzərindən nə aşkar olunduğunu bilməmişdir. Daha sonra onu Baş Narkotiklə Mübarizə İdarəsinə aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gündən bir gün öncə dincəlmək məqsədilə oteldə otaq götürmüşdür. Narkotik vasitəni şəxsi istifadəsi üçün Xırdalan şəhərindən Əbülfəz adı şəxsdən pulunu sonuncunun kartına ödəyərək əldə etmişdir. O, Vasif Anarovu əvvəllər tanımamış, sonuncunu otelə gəldiyi gün gecə görmüş və səhəri gün tutulmuşdur. Otaqda metamfetamindən başqa iki kibrit qutusu miqdarında marixuana da olmuşdur. Oteldə saxlanılan zaman üzərindən qardaşına məxsus kart çıxmış, kartı qardaşından götürməkdə məqsədi özünə məxsus kartı olmadığından dostlarından pul almaq üçün həmin kartan istifadə etmək olmuşdur. Şəhram adlı şəxi tanımamış, polis idarəsində təzyiqlər nəticəsində sonuncunu tanıdığını bildirmişdir. Anar və Vasif adlı şəxslərin onlarla birgə tutulduğunu polis idarəsində bilmişdir. İran İslam Respublikasına qaçaqmalçılıq yolu ilə getməmiş, oraya 2017-ci il tarixdə VAZ 21-07 markalı avtomobillə sərnişin daşıyaraq taksi sürücüsü kimi getmişdir. Üzərindən və otel otağından aşkar olunaraq götürülmüş psixotrop maddə və narkotik vasitənin Teymura heç bir aidiyyatı olmamışdır, həmin psixotrop maddə və narkotik vasitə özünə məxsus olmuşdur. İbtidai istintaq zamanı ifadəsini oxumadan imza çəkmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakıda yaşayır, işləmir, ona pulu evdən göndərmişlər. Qardaşı qazi olduğu üçün ona 4.000 manat pul vermişdir. Tutulmamışdan bir gün öncə Təqsirləndirilən şəxs1 zəng edərək harada olmasını soruşmuş və sonuncu oteldə qızla olduğunu bildirərək oraya gələndə onunla əlaqə saxlamasını demişdir. Tutulduğu gün gecə saat 12 radələrində Telmana yenidən zəng vurmuş və Telman ona otelin 606-cı otağına qalxmasaını bildirmişdir. Otağa daxil olduqda sotolun üstündə 1,5 qram psixotrop maddə olmuşdur. Həmin psixotrop maddədən istifadə etmiş, daha sonra 605 nömrəli otağı dincəlmək məqsədilə götürmüşdür. Səhəri gün saat 10 radələrində o, otel otağında tək olarkən qapı döyülmüş və içəri polis əməkdaşları daxil olmuşlar. Üzərinə axtarış keçirilmiş və üzərindən heç nə aşkar edilməmişdir. Daha sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış və üzərindən 1 qram psixotrop maddə aşkar olunmuşdur. Həmin psixotrop maddə ona məsxus olmamışdır. Orada onları tutan şəxslərdən Elməddin adlı şəxs ona qardaşının ona verdiyi 4.000 manat pulu, ona məxsus telefonunu və psixotrop maddəni ona verərək cibinə qoymasını bildirmişdir və o, da sonuncunun deməsinə görə onları cibinə qoymuşdur. Ondan çəkiliş zamanı üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni haradan əldə etdiyini soruşanda, o, heç kimdən almadığını, Telmanın üzərində olan psixotrop maddədən bir az öz istifadəsi üçün götürüdüyünü bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərinə axtarış edilən zaman üzərindən narkotik vasitə çıxmamışdır. Üzərindən telefon və ailə üzvlərinə aid 2 ədəd kart çıxmışdır. Vasif adlı şəxs onun tanışı olmuşdur. Belə ki, Vasif ona təklif etmişdir ki, Azərbaycan vətəndaşlarının İranda olan qohumları var və Azərbaycandan İrana bank vasitəsilə pulun faizi çox çıxdığı üçün elektron pul(TTR) vasitəsilə İranda olan Azərbaycanlılara göndərilir. O, işləmədiyi üçün və ona pul lazım olduğu üçün Vasifin ona kart tapmağı qarşlığında aylıq 50-100 manat verəcəyi təklifi ilə razılaşmışdır. O, Vasifə verdiyi kartlardan İranlıya pul vurulduğunu bilməmişdir. Pulları göndərən Anar olmuşdur, belə ki, karta pul gəlmiş, o, aparıb Anara vermiş, sonra isə pul İrana göndərilmişdir. Şəhram adı şəxslə onu Vasif tanış etmişdir. Vasiflə birgə olan zaman Şəhram Vasifə zəng etmiş və Vasifdə olan 10.000 manat borcunu istəmişdir. Şəhramla əlaqəsi və danışıqları olmuş, lakin aralarında narkotik vasitə ilə bağlı danışıqları olmamışdır. Belə kİ, onda olan kartlara növbəti dəfə pul oturmuş, o, isə pulu Anara verməmiş, məqsədi pulu ələ keçirmək olmuşdur. Tutulmazdan iki gün əvvəl ayın 14-ü Anarın yanına getdikdə, sonuncu ona həmin pulların narkotik vasitələrin dövriyyəsindən gələn pul olduğunu demişdir. Kartlarda ümumilikdə 42.000 manata qədər pul olmuşdur. Onda 13 ədəd plastik kart olmuş və kartların hər birində 8.000-10.000 manat pul vəsaiti olmuşdur. Kartlara pul iki gündən bir köçürülmüşdür. Tutulan vaxt polis əməkdaşları onu birbaşa idarəyə aparmamışlar. Polis əməkdaşları ilə birgə olan zaman Anar telefonuna zəng etmiş, Elmədin adlı polis əməkdaşı telefonu səs gücləndiriciyə qoyaraq telefonu açmağını ona demiş, bu zaman Anar onu gözlədiyini bildirsə də, o, Anara pul verməyəcəyini demişdir. Daha sonra polis əməkdaşları telefonu onun əlindən almışlar və onun adından Anarla yazışmışlar, daha sonra Anarın yaşadığı ünvana getmişlər. Anar polis əməkdaşlarına da karta köçürülən pulların narkotik vasitələrin dövriyyəsindən gələn pulların olduğunu bildirmişdir. Bundan başqa ifadəsində bildirmişdir ki, Vasif ona hər karta görə aylıq 100 manat pul vermiş, həmin kartlar tanıdığı şəxslərə məxsus olmuş, lakin kartları çoxdan götürdüyü üçün həmin şəxslərin adını xatırlamır. Polis əməkdaşlarıonu Anargildən idarəyə apararkən kartlardakı pulları 28 mayda yerləşən bankomatlardan onun əli ilə çəkdirmişlər. Həmin gün təxminən 74.000 manata yaxın pul çıxarmış və bütün pulları Elməddinə vermişdir. Polis əməkdaşları ona şiddət göstərərək ağ kağıza imza çəkdirmişlər. İbtidai istintaq zamanı adından yazılan ifadəni təsdiq etmir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onda olan kartlara pulun köçürülməsindən Təqsirləndirilən şəxs1 xəbəri olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırki ifadələri özlərini müdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmaq məqsədi daşıyır və onların qeyd olunan cinayət əməllərini törətmələri aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 may 2021-ci il tarixdə Baş İdarəyə xx.xx.1995-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu həmin gün saat 21.00-da Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman onunla birlikdə olan Təqsirləndirilən şəxs2 və Şahid1 ilə birlikdə, əməliyyat tədbirinin davamı olaraq isə X8 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Favorit marketin” yaxınlığında həmin gün saat 22.15-də saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər. Baş İdarədə saxlanılan şəxslər vəkillərilə təmin edilməklə onlar şübhəli şəxs qismində tutulmuş və hüquq və vəzifələri izah edildikdən sonra video çəkilişdən istifadə edilməklə onların barəsində ayrı-ayrılıqda şəxsi axtarış və götürmə aparılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üç ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı ondan bir ədəd “Samsung” markalı mobil telefon, özünə məxsus sürücülük vəsiqəsi, bir ədəd plastik bank kartı aşkar olunaraq götürülmüşdür. Metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilərək çəkisinin 2,8 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olumuş psixotrop maddəni İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisindən əldə etdiyini, həmin maddəni istifadə etməklə yanaşı həm də dostlarına hədiyyə verdiyini, onunla birlikdə tutulan Təqsirləndirilən şəxs2 ondan bir büküm metamfetamin aldığını, yaşadığı ünvan 6 ünvanında yerləşən “Happy İnn” otelinin 606 nömrəli otağında narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs2 üzərinə axşarış aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki şalvarın sağ yan cibindən bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı onun üzərindən 4.025 manat pul vəsaiti, bir ədəd, “Samsung” markalı mobil telefon, iki ədəd plastik bank kartları və bir ədəd Anar Mətiyevin ünvanına pul göndərilməsi barədə qəbz aşkar olunmuşdur, Metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilərək çəkisinin 1,07 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, 4.000 manat pul, iki ədəd plastik bank kartları, bir ədəd Anar Mətiyevin ünvanına pul göndərilməsi barədə çek götürülmüş, 25 manat pul vəsaiti isə sonuncuya geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olumuş psixotrop maddə metamfetamini onunla eyni vaxtda saxlanılan “Telman” adlı şəxsdən əldə etdiyini, narkotik maddələrin satışını təşkil etdiyini qeyd etmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Şahid1 barəsində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Şahid1 bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edilmiş, bu təklifdən sonra Şahid1 üzərində qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmişdir. Şahid1 üzərinə şəxsi axtarış zamanı sonuncudan bir ədəd “Red Mi” və bir ədəd “Nokia” markalı mobil telefonlar, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə, dörd ədəd plastik bank kartları aşkar olunaraq götürülmüşdür. Pul kisəsi şübhəli şəxsə geri qaytarılsa da, qalan əşyalar iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra saxlanılan X4 üzərinə baxış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Anar Mətiyevi bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları verməsi təklif edilmiş, bu təklifdən sonra X8 üzərində qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə olmadığını bildirmişdir. Şahid1 üzərinə axtarış zamanı sonuncudan iki ədəd “Samsung” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd plastik tibbi kartı, bir ədəd Bakı plastik kartı, 4 manat pul, bir ədəd kassa məxaric orderi, dörd ədəd plastik bank kartları olan pul kisəsi və bir ədəd planşet aşkar olunaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi bir ədəd tibbi kart, bir ədəd kassa məxaric orderi, dörd ədəd plastik bank kartları və bir ədəd planşet götürülmüş, pul kisəsi, bir ədəd Bakı Kart plastik kart və 4 manat pul isə özünə geri qaytarılmışdır. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 və tədbir iştirakçıları ünvan 7 ünvanında yerləşən “Happy İnn” otelinə yollanmış və Təqsirləndirilən şəxs1 razılığı ilə onun müvəqqəti qaldığı otelin 606-cı otağına baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 bu barədə qərarla tanış edərək sözügedən yerdə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 həmin otağın girişindən sol tərəfdəki taxta konstruksiyalı dolabın içində saxladığı bir ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən altı ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər, iki ədəd kibrit qutusunda və yeddi ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Metamfetaminə və qiridulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilərək metamfetaminə bənzər maddənin çəkisi 4,70 qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi isə 20 qram olduğu müəyyən edilmiş. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra otağın digər hissələrinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı otel otağından aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Götürülmüş maddələr protokollara əlavə edilmişdir. Onlar tərəfindən təqsirləndirilən şəxslərə qarşı hər hansı fiziki təzyiq və təsir, həmçinin digər qanunsuz hərəkətlər edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid3, Şahid4 və Şahid5 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin may ayının 14-dən etibarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə ünvan 8 ünvanında yerləşən “Happy İnn” otelinin 606- cı otağında müvəqqəti olaraq yaşamışdır. Tutulmamışan təxminən iki ay qabaq sosial şəbəkələr vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxslə tanış olmuşdur. Belə ki, Şəhram adlı şəxs onun bitkoin elektron pullardan başı çıxan şəxs olduğunu bilib onunla işləmək istədiyini demişdir. Bundan sonra Şəhram onu Teymurla tanış etmişdir. Teymur narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olan şəxs olmuşdur. Bundan sonra Teymurun vasitəsi ilə Telman və Anarla tanış olmuşdur. Bundan sonra İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxs onlara təklif etmişdir ki, İrandan Azərbaycana keçirilib göndərilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olsunlar, əvəzində yaxşı qazanc verəcəkdir. Beləliklə də onlar razılaşmışlar. 15 may 2021-ci il tarixdə Telman Xırdalan şəhəri ərazisindən “Şəhram”ın onlara göndərdiyi bir neçə bükümdə psixotrop maddə metamfetamin və qurudulmuş marixuananı götürüb müvəqqəti yaşadıqları ünvan 8 ünvanında yerləşən “Happy İnn” otelinin 606-cı otağına gətirmişdir. O, özü narkotik vasitələrdən istifadə etməsə də, narkotikin bir hissəsini Telmanla Teymur istifadə etmiş, qalanlarını üzərilərində və yaşadıqları otelin otağında gizlətmişlər. 16 may 2021-ci il tarixdə axşam saat 21:00 radələrində “Happy İnn” otelinin yaxınlığında tanışları Teymur və Telmanla piyada hərəkət edən zaman dörd nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Baş idarədə onun üzərinə şəxsi axtarış zamanı polislərin təklifinə əsasən o, üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları olmadığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən bir ədəd “Red Mi”, bir ədəd “Nokia” markalı mobil telefonlar, özünə məxsus şəxsiyyət vəsiqəsi, bir ədəd nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə, dörd ədəd müxtəlif şəxslərin və öz adına olan plastik bank kartları olan pul kisəsi aşkar olunaraq götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Red Mi” və “Nokia” markalı mobil telefonlar, şəxsiyyət vəsiqəsi, bir ədəd nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə, dörd ədəd plastik bank kartları götürülmüş, pul kisəsi isə özünə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2021-ci il tarixli 6/1932 və 7/463 №li rəylərində göstərilir ki, -üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış kağız paketdəki (1 №-li paket) bir ədəd bükümdə təmiz çəkisi 0,828 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, -üzərində "...Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən..." sözləri yazılmış kağız paketdəki (2 № -li paket) üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,470 qr., 0,446 qr., 0,819 qr., ümumi təmiz çəkisi 1,735 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir, -üzərində Şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı..." sözləri yazılmış kağız paketdəki (3 № -li paket) altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,852 qr., 0,931 qr., 0.446 qr., 0,431 qr., 0,993 qr., 0,473 qr., ümumi təmiz çəkisi 4,126 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir,
1. 2 və 3 №-li kağız paketlərdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. -tədqiqata təqdim olunmuş üzənndə “Şübhali şəxs Telman Fetullayevdən aşkar olan predmetlər...”.’sözləri yazılmış kağız paketdə bir ədəd ağ rəngli kağız bükülüdə təmiz çəkisi 0,250 qram, 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,745 qram, 5,698 qram, 06 (altı) ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrtiıqda təmiz çəkiləri 0,431 qram, 0,339 qram, 0,240 qram, 0,271 qram, 0,377 qram, 0,293 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi -11,644 qramdır. Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Qalıq - qurudulmuş marixuana - 11,194 qram, metamfetamin - 6,489 qram. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 12 iyul 2021-ci il tarixli 2284 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən (ASİLİLİQ SİNDROMU) NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, iki ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub çəkməklə istifadə edir. Həmçinin 1 ildir ki, psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edir və sonuncu dəfə metamfetamindən tutulan gün istifadə etmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 05 iyul 2021-ci il tarixli 2158 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, bir ildir ki, psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edir və sonuncu dəfə metamfetamindən tutulan gün istifadə etmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X2 məhkəmə psixiatrik ekspertizasının 23 iyun 2021-ci il tarixli 1351 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunsa da, o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs1 sərhədkeçmə hesabatından görünür ki, Təqsirləndirilən şəxs1 13.02.2017-ci il tarixdə bir dəfə İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasının hüdudlarını tərk edərək həmin gün qeri qayırmışdır. Cinayət işinə əlavə edilmiş 26 may 2021-ciil tarixli “mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus Samsung A3 markalı, Təqsirləndirilən şəxs2 məxsus Samsung A9 markalı mobil telefon cihazına baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus Samsung A3 markalı mobil telefon cihazında, menyu və daxil yaddaşlarlarında müxtəlif proqram, kontakt, foto və video faylları və digər məlumatlar olmuşdur. Menyunun kontaktı bölümündə “Baba” adı ilə +**********51, “Qardaw” adı ilə +**********51, “Qurban” adı ilə +**********49, “Maxann” adı ilə +**********08, “Meee” adı ilə +**********55, “Mehdi” adı ilə +**********10 və “Raminnn 33” adı ilə +**********27 saylı İran İslan Respublikasının mobil telefon operatorlarına məxsus telefon nömrələrinin qeydiyyatının aparıldığı və həmin telefon nömrələri ilə müxtəlif vaxtlarda “WhatsApp” proqramı vasitəsi ilə telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Bundan başqa baxış keçirilən Təqsirləndirilən şəxs2 məxsus Samsung A9 markalı mobil telefon cihazında, menyu və daxil yaddaşlarlarında müxtəlif proqram, kontakt, foto və video faylları və digər məlumatlar olmuşdur. Menyunun kontaktı bölümündə “21122112” adı ilə +**********21, “Baboo” adı ilə +**********15, “Dede” adı ilə +**********44, “Q” adı ilə +**********55, “Qqq” adı ilə +**********56, “Uran” adı ilə +**********02, “Www” adı ilə +**********39 və adsız +**********21, +**********16, +**********02, +**********44, +**********27 saylı İran İslan Respublikasının mobil telefon operatorlarına məxsus telefon nömrələrinin qeydiyyatının aparıldığı və həmin telefon nömrələri ilə müxtəlif vaxtlarda “WhatsApp” proqramı vasitəsi ilə telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. Cinayət işində olan 16 may 2021-ci il tarixli və 17 may 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 16 may 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 həmin gün saat 21.00də qeyd olunan ünvanda saxlanılaraq ünvan 3kotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərlərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,470 qram, 0,446 qram və 0,819 qram olmaqla ümumilikdə 1,735 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə 0,828 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisindən əldə etdiyini, əldə etdiyi narkotik maddələri istifadə etməklə yanaşı, həm də dostlarına hədiyyə kimi verdiyini, Teymur Seyfullyevin ondan 1(bir) büküm metamfetamin aldığını, “Şəhramla”la onu Teymurun tanış etdiyini, əlavə olaraq ünvan 9 ünvanında yerləşən “Happy İnn” otelinin 606-cı otağında narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edəcəyini, həmin ünvana baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş metamfetamini onunla eyni vaxtda saxlanılan “ Telman” adlı şəxsdən əldə etdiyini, əvvəllər narkotik vasitələrin satışını təşkil etdiyini, İran İslam Respublikası vətəndaşı olan “Şəhram”, Anar Mətiyev və Şahid1 ilə əlbir olub narkotik maddələrin satışından əldə olunan pulları onlayn yolla İran İslam Respublikasına göndərdiyini, narkotik maddələrdən vaxtaşırı olaraq istifadə etdiyini, may ayı ərzində narkotik maddələrin satışından əldə etdiyi 2 min manat pulu X14 İslam Rexpublikasına göstərməsi üçün verdiyini, Anar və Vasif onlara verilən pulların narkotik maddələrin satışından əldə olunan pul olduğunu bildiklərini qeyd etmişdir. Cinayət işində olan 17 may 2021-ci il tarixli “otelə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, keçirilən baxış zamanı saxlanılan şəxslərin müvəqqəti yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Həsən Salmani küçəsi 1 ünvanında yerləşən “Happy İnn’’ otelinin 606 nömrəli otağında olan dolabdan altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,852 qram, 0,931 qram, 0,446 qram, 0,431 qram, 0,993 qram və 0,473 qram olmaqla ümumilikdə külli miqdarda 4,126 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, eləcə də yeddi ədəd bükümdə və iki ədəd kibrit qutusunda olub ayrı-ayrılıqda təmiz çəkiləri 3,745 qram, 5,698 qram, 0,377 qram, 0,293 qram, 0,250 qram, 0,431 qram, 0,339 qram, 0,240 qram və 0,271 qram olmaqla ümumilikdə 11,644 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 müvəqqəti yaşadığı otel otağından aşkar olunmuş narkotik maddəri İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə Abşeron rayonu ərazisindən əldə etdiyini, əldə etdiyi narkotik maddələri istifadə etməklə yanaşı, həm də dostlarına hədiyyə kimi verdiyini, Teymur Seyfullyevin ondan 1(bir) büküm metamfetamin aldığını, “Şəhramla” onu Teymurun tanış etdiyini bildirmişdir. Belə ki, iş üzrə 22 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham edilərkən o, özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etsə də, 18 may 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayının 14-dən etibarən tanışları Təqsirləndirilən şəxs2 və Şahid1 ilə birlikdə ünvan 8 ünvanında yerləşən “Happy İnn” otelinin 606-cı otağında müvəqqəti olaraq yaşamışdır. 2019-cu ildə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətinə şərti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təxminən 1 ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs2lə uzun müddətdir ki, dostluq etmiş, Teymur da narkotik vasitələrin aludəçisi olmuşdur. Onlar müxtəlif yerlərdən narkotik vasitə əldə etmişlər. Həmçinin Teymurun narkotik vasitələrdən müxtəlif şəxslərə satdığını da bilmişdir. O, da Teymurun vasitəsi ilə Vasif adlı şəxslə tanış olmuş, Teymur isə öz növbəsində İran islam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə Vasiflə tanış olmuşdur. “Şəhram”dan psixotrop maddə və narkotik vasitə əldə etmişlər. 15 may 2021-ci il tarixdə “Şəhramın” onlara göndərdiyi bir neçə bükümdə psixotrop maddə metamfetamin və qurudulmuş marixuananı onun dediyi yerdən, yəni Xırdalan şəhərindən götürüb yaşadıqları ünvan 8 ünvanında yerləşən “Happy İnn” otelinin 606-cı otağına gətirmişdir. Onlardan bir hissəsini Teymurla qəbul etmiş, bir büküm psixotrop maddə metamfetamini Teymura vermiş, üç bükümünü isə öz istifadəsi üçün üzərində gəzdirmişdir. Metamfetaminin qalan hissəsini və qurudulmuş marixuananı isə otaqda gizlətmişdir. Narkotik vasitələri əldə edib otaqda saxladığını Vasif də bilmişdir. Lakin Anarın bundan xəbəri olmamışdır. 16 may 2021-ci il tarixdə axşam saat 21:00 radələrində yaşadığ “Happy İnn” otelinin yaxınlığında Teymur və Vasiflə piyada hərəkət edən zaman dörd nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və digərlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Teymur polis əməkdaşlarına narkotik maddələrin satışından əldə olunan pulları İran İslam Respublikasında olan Şəhram adlı şəxsə göndərdiyini və bu işdə Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan Anar Mətiyevin onunla əlbir olduğunu, həmin şəxsin ifşa olunmasına kömək edə biləcəyini demişdir. Daha sonra Xəzər rayonunda Anar da saxlanılaraq, onlar baş idarəyə gətirilmişlər. Baş idarədə hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polislərin təklifindən sonra o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üç bükümdə metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, özünə məxsus sürücülük vəsiqəsi, qardaşı Kamranın adına açdırdığı plastik bank kartı aşkar olunmuşdur. Bundan sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 2,8 qram olduğu müəyyən edilmişdir. Sonra həmin kütlələr zərfə qoyularaq qablaşdırılmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün bir ədəd “Samsung” markalı mobil telefon, sürücülük vəsiqəsi, qardaşının adına olan plastik bank kartı götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikası vətəndaşı Şəhram adlı şəxin vasitəsi ilə əldə əldə etdiyini, Şəhramla Teymurun vasitəsi ilə tanış olduğunu, həmçinin ünvan 6 ünvanında yerləşən “Happy İnn” otelinin 606-cı otağında narkotik maddə saxladığını, həmin yerə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. 17 may 2021-ci il tarixdə saat 03 radələrində o, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə ünvan 8 ünvanında yerləşən “Happy İnn” otelinin 606- cı otağına getmiş və orada dolabın içində saxladığı bir ədəd sellofan torbanı təqdim etimşdir. Həmin torbanın içindən altı ədəd bükümdə psixotrop maddə metamfetamin, iki ədəd kibrit qutusunda və yeddi ədəd bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Sonra aşkar edilmiş maddələr elektron tərəzidə çəkilərək metamfetaminə oxşar maddənin çəkisinin 4,70 qram, qurudulmuş marixuana oxşar maddənin isə çəkisinin 20 qram olması müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra otağın digər hissələrinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən əlavə heç bir əşya, predmet və maddə aşkar olunmamışdır. O, narkotik maddələri İran İslam Respublikası vətəndaşı Şəhram adlı şəxsin vasitəsi ilə Abşeron rayonunda gizlədilən yerdən götürdüyünü, özü narkotik maddələrdən istifadə etdiyini və tanışlarına hədiyyə verdiyini bildirmişdir. İş üzrə 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham edilərkən özünü təqsirli bilməyərək ifadə verməkdən imtina etsə də, 18 may 2021-ci il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası CM-in 234,4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayının 14-dən etibarən tanışları Telman və Vasiflə birlikdə ünvan 8 ünvanında yerləşən “Happy İnn” otelinin 606-cı otağında müvəqqəti olaraq yaşamışdır. Sonuncu dəfə 2018-ci ildə Cinayət Məcəlləsinin 177,2.3-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02 oktyabr 2020-ci ildə cəzabm sonu ilə azadlığa buraxılmışdır. Təxminən 8 aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çəkmək yolu ilə qəbul etmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki tanımış, onunla birlikdə narkotik vasitələrdən istifadə etmiş, həmçinin birbirinə narkotik vasitə də təşkil etmişdir. Tutulmamışdan təxminən bir ay əvvəl sosial şəbəkələr vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxslə tanış olmuşdur. Şəhram onu Vasiflə tanış etmişdir. Bundan sonra onun vasitəsi ilə Telman da Vasiflə tanış olmuşdur. Həmçinin Şəhram onu Anar Mətiyevlə tanış etmiş, o, da öz növbəsində Anarı Telman və Vasiflə tanış etmişdir. İran İslam Respublikasının vətəndaşı “Şəhram” adlı şəxs onlara təklif etmişdir ki, İrandan Azərbaycana keçirilib göndərilən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olsunlar, əvəzində yaxşı qazanc verəcəkdir. Onlar razılaşmış, pul vəsaitindən başqa onun və Telmanın qazancı “Şəhram”ın onlara psixotrop maddə və narkotik vasitənin pulsuz göndərməsi olmuşdur. 15 may 2021-ci il tarixdə “Şəhramın” onlara göndərdiyi bir neçə bükümdə psixotrop maddə metamfetamin və qurudulmuş marixuananı Telman Xırdalan şəhəri ərazisindən götürüb müvəqqəti yaşadıqları ünvan 8 ünvanında yerləşən “Happy İnn” otelinin 606- cı otağına gətirmiş, bir hissəsini Telmanla birlikdə qəbul etmişlər. Bundan sonra Telman bir büküm psixotrop maddə metamfetamini ona vermiş, o, da həmin bükümü istifadə məqsədi ilə üzərində gəzdirməyə başlamışdır. Telman metamfetaminin üç bükümünü özünə götürmüş, metamfetaminin qalan hissəsini və qurudulmuş marixuananı isə yaşadıqları otaqda gizlətmişdir. Narkotik vasitələri əldə edib otaqda saxlanılmasını Vasif bilsə də, Anarın bundan xəbəri olmamışdır. 16 may 2021-ci il tarixdə axşam saat 21:00 radələrində yaşadıqları “Happy İnn” otelinin yaxınlığında Telman və Vasiflə piyada hərəkət edən zaman dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhə olduğunu bildirərək onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin vaxtı o, polis əməkdaşlarına narkotik maddələrin satışından əldə olunan pulların İran İslam Respublikasında olan Şəhram adlı şəxsə göndərdiyini və bu işdə Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan Anar Mətiyevin onunla əlbir olduğunu, həmin şəxsin ifşa olunmasına kömək edə biləcəyini demiş, bundan sonra Xəzər rayonunda Anar da saxlanılmış və onlar baş idarəyə aparılmışlar. Baş İdarədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı polis əməkdaşlarının təklifindən sonra o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə metamfetamini təqdim etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan 4000 manat pul, bir ədəd “Samsung” markalı mobil telefon, iki ədəd plastik bank kartları, bir ədəd Anar Mətiyevin ünvanına pul göndərilməsi barədə çek və 25 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar maddə elektron tərəzidə çəkilərək çəkisinin 1,07 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. “Samsung” markalı mobil telefon, 4000 manat pul, iki ədəd plastik bank kartları, bir ədəd Anar Mətiyevin ünvanına pul göndərilməsi barədə çek götürülmüş, 25 manat pul ona geri qaytarılmışdır. Sorğu zamanı o, üzərindən aşkar olumuş metamfetamini onunla eyni vaxtda saxlanılan Telmandan əldə etdiyini, əvvəllər narkotik maddələrin satışını təşkil etdiyini qeyd etmişdir. Bundan sonra videoçəklişlə aparılan şəxsi axtarış başa çatdırılmış və bu barədə protokol tərtib olunmuşdur. Həmçinin sonradan ona məlum olmuşdur ki, Telmanın iştirakı ilə keçirilən baxış zamanı yaşadıqları otelin otağından onlara məxsus psixotrop maddə metamfetamin və qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini, şahid ifadələrini, işdə olan ekspertiza rəylərini və digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, onların ibtidai istintaq zamanı 18 may 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdikləri ifadələr obyektiv həqiqəti əks etdirir və ona görə də həmin ifadələri sübüt növü kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərindən üç ədəd bükümdə psixotrop maddə olan metamfetaminin, Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd bükümdə psixotrop olan metamfetaminin, həmçinin onların müvəqqəti yaşadıqları oteldə altı ədəd bükümdə psixotrop maddə olan metamfetaminin, eləcə də yeddi ədəd bükümdə və iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi, oteldən aşkar edilən altı ədəd bükümdə psixotrop maddə metamfetaminin külli miqdarda olması, həmin psixotrop maddənin və narkotik vasitənin ayrı-ayrı bükümlərə bölünmələri onların həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib üzərlərində və müvəqqəti yaşadıqları ünvanda saxlamaları qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3--cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur, onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin əməliyyat yoxlaması haqqında tələbnaməsindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 1(101)- 930/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 03 (üç) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il müddətinə sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Hökm 02.02.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən ağır cinayət törətməyə görə şərti cəzaya məhkum olunmuş və sınaq müddəti başa çatmadan, həmçinin məhkumluğu götürülmədən və ya ödənilmədən qəsdən ağır cinayət törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müdddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. Belə olan halda Təqsirləndirilən şəxs1 sınaq müddəti ərzində qəsdən ağır cinayət törətdiyindən barəsində olan və yuxarıda qeyd edilən hökm üzrə şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv olunmalı, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən ağır cinayət törətməyə görə məhkum olunmuş və onun yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Məhkəmə cinayətin təhlükəli residvini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2 maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı- 02 iyul 2012-ci il təvəllüdlü X6 vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin əməliyyat yoxlaması haqqında tələbnaməsindən və Masallı rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 1(050)- 86/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 02( iki) il müddətinə sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilmişdir. Bundan əlavə Şirvan Apellyasiya Məhkəməsinin 07 mart 2018-ci il tarixli 1(16) 157/2018 saylı qərarından görünür ki, Masallı rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli hökmündən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilərək Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 02 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu götürülmədən və ya ödənilmədən qəsdən ağır cinayət törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş Təqsirləndirilən şəxs2 yenidən qəsdən ağır cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə cinayətin residvini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2 maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 1(101)-930/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş şərti məhkum etmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 1(101)- 930/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 03 (üç) il 03 (üç) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın əvvəli 16 may 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın əvvəli 16 may 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi isə dövlət nəfinə keçirilməlidir. Məhkəmədə müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş maddi sübut kimi tanınan 4000 manat pul cinayət yolu ilə əldə olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in Maliyyə- Plan İdarəsinin depozit hesabında olan 4.000 manat pul vəsaiti xüsusi müsadirə edilməklə dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan bir ədəd “Samsung A3”, bir ədəd “Samsung A9” markalı mobil telefon cihazları və cinayət işinin materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 05 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 85,41 ( səksən beş manat qırx bir qəpik) manat olmaqla cəmi 170,82 (yüz yetmiş manat səksən iki qəpik ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2c maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzalar qismən toplanılsın və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 1(101)-930/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli 1(101)-930/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 03 (üç) il 03 (üç) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müdddətinin əvvəli 16 may 2021-ci il tarixdən hesab olunsun. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2c maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılsın və ona qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müdddətinin əvvəli 16 may 2021-ci il tarixdən hesab olunsun. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan iki ədəd paketdə qablaşdırılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,194 qram olan narkotik vasitə qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,489 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabında olan 4.000 manat pul vəsaiti xüsusi müsadirə edilməklə dövlət nəfinə alınsın. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan bir ədəd “Samsung A3”, bir ədəd “Samsung A9” markalı mobil telefon cihazları və cinayət işinin materiallarında olan şəxsi axtarış, baxış və götürmə aparılmasını özündə əks etdirən 05 ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 85,41 ( səksən beş manat qırx bir qəbik) manat olmaqla cəmi 170,82 (yüz yetmiş manat səksən iki qəpik ) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən, hakim: Azər Paşayev
Hakimlər: Əhməd Quliyev
İradə Həsənzadə