Məhkəmə qərarları › İş №1(101)-180/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-180/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-180/2023 27.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 4-də qeydiyyatda olan, həbs olunanadək ünvan 2-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib mənzilində və üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, təxminən 2022-ci ilin mart ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyətilə şəxsiyyəti istintaqa məlum olmayan "Müslüm” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə 1 ünvanında yerləşdirdiyi 1 (bir) ədəd bağlamada təmiz çəkisi 530,058 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini, 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 520 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli midarda narkotik vasitə hesab olunan qurudulmuş marixuananı və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 515,0 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamini 04 mart 2022-ci il tarixdə günorta saatlarında həmin yerdən gotürüb əldə etməklə sonradan “Müslüm” adlı şəxsin tapşırığına əsasən sonuncunun deyəcəyi istintaqa məlum olmayan ayrı-ayrı şəxslərə satıb əldə olunmuş gəlirin bir hissəsini özünə götürmək şərti ilə daşıyaraq yaşadığı ünvan 2 ünvanında saxlamış, 05 mart 2022-ci il tarixdə axşam saatlarında “Müslüm” adlı şəxsin deyəcəyi istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə hesab edilən heroinin 15,058 qram hissəsini 1 (bir) ədəd bükümdə ayırıb əynində olan şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 22:10 dəqiqədə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,058 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə, saat 00:10 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən mənzilin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın sağ tərəfindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 515,0 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edələn külli miqdarda heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 515,0 qram təşkil edən ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamin, 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 520 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edələn külli miqdarda qurudulmuş marixuana və 2 (iki) ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. O, əvvəllər hər hansı bir cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməmiş, məhkumluğu yoxdur. O, arabir narkotik vasitə olan metamfetamin istifadə etmiş, heroin isə heç bir dəfə də istifadə etməmiş, marixuanadan isə 5-6 ildir ki, uzaqdır. 2-3 gün olardı ki, o, “Facebook” sosial şəbəkəsində tanış olduğu, sonradan “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı kimi özünü ona tanıtmış “Müslüm” adlı şəxsdən arabir narkotik vasitə alıb istifadə etmişdir. O, Müslümdən narkotik vasitə metamfetamini şəxsi istifadəsi üçün almışdır. O, xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “Nissan Tida” markalı, boz rəngli **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili Sabunçu rayonuda yerləşən 3 saylı xəstəxananın qarşısında saxlayıb xəstəxanaya daxil olmaq istəyərkən polis əməkdaşları orada ona yaxınlaşmışlar və onun qollarından tutub buraraq “Chevrolet Cruze” markalı avtomobilə əyləşdirmişlər. Polis əməkdaşlarının sayı 7 və ya 8 nəfər olmuşdur. Polis əməkdaşlarından ikisi xəstəxanaya gedərək həkimlərdən Dilarənin harada olması ilə maraqlanmışlar. Bu vaxt o, polis əməkdaşları ilə birlikdə maşında olmuşdur. Həmin vaxt isə Dilarə artıq xəstəxanadan çıxmış və onu tapmadığından taksiyə əyləşib getmişdir. Sonra polis əməkdaşları onu “Chevrolet Cruze” avtomobilində, əməkdaşlardan biri isə onun avtomobilini sürərək Nərimanov rayonu ərazisində DİN-in hospitalının yaxınlığına sürmüşlər. Yolda olarkən Dilarə ona yığsa da, polislər telefona gələn zəngi söndürərək telefonda olan şəkil və sms-lərə baxmışlar. Sonra Nərimanov rayonundan Yasamal rayonu, Bəsti Bağırova küçəsində onun yaşadığı evin qarşısına gedərək və maşında bir müddət oturaraq Dilarəyə zəng edib Dilarəni evin qarşısına çağırmağa onu məcbur etmişlər. O, polislərin dedikləri ilə razı olmadığı halda sağında və solunda oturan polis əməkdaşları hərəsi bir tərəfdən onun başından və bədən nahiyəsindən yumruqla dəfələrlə vurmuşlar. Sonra o, Dilarədən onun yaşadığı evin qarşısına gəlməyini xahiş etmişdir. Dilarə isə “xeyr, mən artıq oradan uzaqlaşmışam” demişdir. Sonradan polis əməkdaşları Dilarənin yerini müəyyən edərək özləri Dilarəni saxlayıb onların dayandıqları evin qarşısına gətirmişlər. Bundan sonra onlar birlikdə onun yaşadığı mənzilə qalxmışlar. Evdə Seva adlı onun tanışı olmuşdur. Polis əməkdaşları qapını bərk döydüklərindən Seva qapını açmağa qorxmuşdur. Polis əməkdaşları qonşunun qapısını döyərək həmin qonşunun eyvanından (balkonundan) onun yaşadığı evə keçmək üçün icazə istəmişlər. Lakin eyvan (balkon) aralı olduğundan polislər onun evinə daxil ola bilməmişlər. Sonra polislərdən biri blokdan ağır metal parçası taparaq qapını vurmağa başlamış və sonra qapını sındırıb içəri daxil olmuşlar. Onu bir otaqda yerə uzandıraraq başının üstündə iki polis əməkdaşı durmuş, digər polislər isə evi axtarmağa başlamışlar. Polislər heç bir şey tapmadıqlarında otağa daxil olaraq onu döymüşlər və “kilo haradadır?” deyə soruşmuşlar. Polislərin onu döyməsi nəticəsində onun dişləri qırılmış, ağzı və burnu partlamışdır. Dilarə bir dəfə onu saxladıqları otağa gələrək onun üzünün qan içində olduğunu görmüş və ona salfetka vermişdir. Polis əməkdaşları 3 (üç) saat evi axtardıqdan sonra təxminən saat 18:00 radələrində polislərdən biri çöldən əlində sellofan torba ilə “tapmışam” deyərək içəri daxil olmuşdur. Sonra o, Dilarə və Sevanın buraxılmasının şahidi olmuşdur. Amma Dilarə və Sevanın necə, nə cür, hansı səbəbdən buraxıldığını o, bilməmişdir. Daha sonra onlar həmin evdən çıxaraq Badamdar qəsəbəsində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına getmişlər. Orada polislər özləri hazırladığı paketləri onun qarşısına qoymuşlar. Həmin vaxt polislərdən biri onun cibinə narkotik vasitə qoymuş və çəkiliş zamanı nə deyəcəyini ona bildirmişdir. Əks halda onun bədəninə elektrik vasitəsini vurmaqla hədələmişlər. O, təzyiqlərə və təsirlərə görə polislərin dedikləri ilə razılaşıb çəkilişə razı olmuş və sənədləri imzaladıqdan sonra onunla çəkiliş aparılmışdır. O, indiki ifadəsinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində təzyiqlərə məruz qalaraq həmin ifadəni vermişdir. O, Müslüm adlı şəxsin xahişi ilə bəzi hallarda ona göndərilmiş narkotik vasitədən əlavə olan hissəsini Müslümün dediyi yerə atmış, bu işə görə ona hər hansı bir məbləğdə pul verilməmiş, lakin əvəzində Müslüm ona istədiyi narkotik vasitəni vermişdir. Təqsirləndirilən şəxs son sözlə məhkəmədə çıxış edərkən elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyini, polislərin onu döyərək işgəncə verdiyini, bu təzyiqin nəticəsində etirafedici ifadə verdiyini, yaşadığı mənzildən aşkarlanmış narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmadığını, ittiham aktında göstərilmiş külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələrin polis əməkdaşlarına məxsus olduğunu, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 05 mart 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid1 daxil olmuş məlumat əsasında onlar Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində saxlamışlar. Onlar Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncunu Baş İdarəyə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Kərimin üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, bundan əlavə yaşadığı mənzildə də narkotik vasitələr var. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə sonuncunun kirayədə yaşadığı mənzilə gedərək orada baxış keçirmişlər. Mənzilə baxış keçirilən zaman yataq otağında narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin vasitə və maddələri İran İslam Respublikasının vətəndaşından “zaklatka” yolu ilə aldığını və həmin iranlı şəxsin dediyi yerlərə qoymalı olduğunu bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Təqsirləndirilən şəxs tərəfindən heç bir etiraz və narazılıq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 1 (bir) ildən çoxdur ki, tanıyır. Onların arasında yaxşı münasibətlər olmuş, 2022-ci ilin mart ayından isə onların arasında sevgi münasibətləri yaranmışdır. 05 mart 2022-ci il tarixdə səhər vaxtı Günel adlı xanım, o və Kərim Sabunçu Rayon Xəstəxanasına getmişlər. Həmin gün Günel adlı xanımda qanaxma olduğundan onlar həkimə getmişlər. Onlar xəstəxanaya çatdıqdan sonra o və Günel xəstəxanaya daxil olmuşlar, Kərim isə onları həyətdə gözləmişdir. Saat 13:00-14:00 radələrində o, xəstəxanadan çölə çıxmışdır ki, Günelin bəzi əşyalarını götürüb geri qayıtsın. Lakin o, çölə çıxdıqda orada Kərimi tapmamışdır. Daha sonra Günelə baxan həkim ona zəng edib bildirmişdir ki, onu və Kərimi polislər axtarırlar. Bundan sonra o, xəstəxanaya qayıtmamışdır. O, Kərimə zəng etsə də, Kərim onun zənginə cavab verməmişdir. Daha sonra Kərim özü ona zəng etmiş və o, Kərimlə danışanda sonuncuya demişdir ki, “hardasansa gəlim”. Kərim isə ona olduğu yeri deməyərək narahat olmamağını istəmişdir. O da Kərimlə danışdıqdan sonra Kərimin yaşadığı evə getmişdir. Lakin o, həyətdə maşını saxlamaq üçün yer tapmamışdır. O, “Statistika” tərəfdə qalmışdır. Ona görə o, maşını yaşadığı yerə yaxın yerdə saxlamaq üçün getmişdir. O, “Kaspar” kimi tanınan ərazidə işıqfordan dönmək istəyərkən onun maşınının qarşısını tanımadığı şəxslərin olduğu maşın kəsmişdir. Bundan sonra bir nəfər şəxs gəlib onun maşınına oturmuşdur. Sonradan o, bilmişdir ki, həmin şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Səttardır. Səttar onun maşınına oturan kimi BNMİ-in əməkdaşı olduğunu bildirmişdir. Sonra Səttar ona sual verərək onun narkotik vasitə istifadəçisi ya da satışı ilə məşğul olub-olmadığını soruşmuşdur. O da cavab vermişdir ki, “nə narkomanam, nədə ki, narkotik vasitələrin satışı ilə məşğul oluram”. Sonra ondan Kərimin evini tanıyıbtanımadığını soruşmuşlar. O da bildirmişdir ki, “Kərimin evinin harada olduğunu bilirəm”. Sonra onlar Kərimin evinə yollanmışlar və həmin ünvana çatdıqda o, blokda artıq Kərimin polis əməkdaşları tərəfindən tutulduğunu görmüşdür. Sonra onlar Kərimin yaşadığı mənzilin olduğu mərtəbəyə qalxmışlar. Həmin vaxt polislər Kərimin yaşadığı mənzilin qapısını döysələr də, qapını açan olmamışdır. Kərim həmin vaxt demişdir ki, “Seva adlı qız evdədir”. Lakin o, həmin qızı tanımır. Polislər nə qədər qapını döysələr də, qapını açan olmamışdır. Ona görə də polislər əsəbi halda olmuşlar. Bu vaxt onun gözlərinin qabağında Səttar Kərimi vurmuş və Kərimin ağzı qanamışdır. Hətta polislər qonşunun evindən də Kərimin yaşadığı evə keçməyə çalışmışlar. Lakin onun bilmədiyi səbəbdən bu alınmamışdır. Orada 5-6 nəfər polis əməkdaşı olmuşdur. Həmin vaxt Səttar onu təhqir etmişdir. Eyni zamanda Azər adlı polis əməkdaşı ona demişdir ki, “sən keç qıraqda dur”. Sonra polislər qapını qıraraq içəri daxil olmuşlar. Onlar içəri girəndə Seva adlı qız yatmış kimi uzanmışdır. Sonra orada olan polislər Seva və Kərimə zor tətbiq etmişlər. Sevaya bir neçə şillə vurmuşlar. Kərimin yaşadığı ev 3 otaqdan ibarət olmuşdur. Onu başqa otağa aparıb orada oturtmuşlar. Kərim və Seva isə ikisi eyni otaqda olmuşdur. Sevanın vəziyyəti yaxşı olmamışdır. Sonra o, Sevaya su gətirmişdir. O, su gətirəndə bu vaxt Kərimin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Polislər evin hər yerini axtarmışlar, lakin həmin vaxt evdən heç nə, yəni narkotik vasitələr aşkar edilməmişdir. Sonra polislər ona demişlər ki, “səni müayinəyə göndərəcəyik”. O da polislərlə razılaşmışdır. Bundan sonra polislər onlara yemək hazır etmələrini demişlər. O da soyuducuda olan ərzaqlardan tez bir zaman ərzində yemək bişirib polislərə vermişdir. Sonra polislər yemək yemişlər və çay içmişlər. Həmçinin polis əməkdaşları mənzilin yerləşdiyi blokda olan bütün yerləri də axtarmışlar. Lakin polislər heç bir şey tapa bilməmişlər. Daha sonra eynəkli uzun boylu polis əməkdaşı əlində şəffaf rəngli torba ilə qonaq otağına daxil olaraq narkotik vasitə aşkarlandığını bildirmişdir. Həmin torba evdə olmamışdır. Uzun boylu polis əməkdaşı həmin torbanı kənardan gətirmişdir. Bundan sonra polislər yenidən Kərimə xəsarət yetirmişlər. Daha sonra ona demişlər ki, “çəkiliş olacaq, sən lazım deyilsən, çıx get”. Ondan başqa polislər Sevanı da qız olduğuna görə buraxmışlar. Daha sonra müstəntiq Süleymanlı Orxan onu yığıb Baş İdarəyə çağırmışdır. O da müstəntiqin sözü ilə baş İdarəyə getmişdir. Orada müstəntiq ona təzyiq edərək izahatında Kərimə xəsarət yetirildiyini deməməyini tapşırmışdır. Həmin müstəntiqin adı səhv etmirsə Nəcəf olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan, lakin ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin vasitə və maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 5-6) görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin vasitə və maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə olan kütlə, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Mİ” markalı mobil telefon, özünə aid şəxsiyyət vəsiqəsi, 1 (bir) ədəd 4169-7385-4205- 5672 nömrəli plastik bank kartı, əynində olan şalvarın sol yan cibindən 10 manat pul, 2 (iki) ədəd açar aşkar edilərək götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən aşkar edilmiş 1 (bir) ədəd bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş, habelə həmin kütlə elektron tərəzi ilə çəkilmiş və kütlənin ümumi çəkisi 16,6 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 33) görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 5 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 mart 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 5 ünvanına baxış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2022-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 35-36) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilən zaman mənzilin yataq otağında yerləşən taxta konstruksiyalı dolabın sağ tərəfindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə, 1 (bir) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, 1 (bir) ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə və 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1354 nömrəli rəyindən (cild 1, iş vərəqə 47-50) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN-ə məxsus “Zərflər üçün №7” dairəvi möhür əksi olan 2 (iki) ədəd kağız paketdə olan, üzərində «Təqsirləndirilən şəxs üzərindən ....» sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd kağız paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,058 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində «Təqsirləndirilən şəxs üzərindən ....» sözləri, soyad və imzalar qeyd edilmiş 1 (bir) ədəd kağız paketdə 1 (bir) ədəd bağlamada təmiz çəkisi 515,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 1 (bir) ədəd bağlamada təmiz çəkisi 515,0 qram olan ağ rəngli, kristal maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş 2 (iki) ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. 2 (iki) ədəd elektron tərəzidə narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər 2 (iki) ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «A/ərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixatrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/221 nömrəli rəyindən (cild 1, iş vərəqə 53-54) görünür ki, tədqiqatına təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı....» yazıları və imzalar olan ağ rəngli polictilen bağlamadakı 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 520 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixunadır. 2 (iki) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 mart 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 63-74) görünür ki, baxış keçirilən mobil telefon «Android 9» əməliyyat sistemi ilə təchiz olunmuş «Xiaomi Mİ 6» markalı “MCE16" modelli «**********82206. **********82214» imei kodlu olmaqla, mühafizə olunmayan mobil telefonun monitor hissəsi və korpusu qara rəngli materialdan ibarətdir. Mobil telefonun üzərində cızıqlar olmaqla digər heç bir gözlə görünən zədə mövcud deyil. Baxış zamanı mobil telefona yüklənmiş “Whatsapp” proqramına daxil olduqda, ismarıclar bölməsi mövcuddur. İsmarıclar bölməsində iki az yaşlı biri qız, digəri isə oğlan olan uşaqların şəkilləri həkk olunmuş +**********27 nömrəli abunəçi ilə ismarıclar mövcuddur. Baxış zamanı müəyyən ediləcək xüsusatları protokollaşdırmaq üçün yuxarıda qeyd edilən mobil nömrənin sahibi şərti olaraq “A” hərfi ilə, Təqsirləndirilən şəxs isə şərti olaraq “B” hərfi ilə işarələnmişdir. Baxış zamanı "A" şərti işarəli +**********27 nömrəli abunəçi tərəfindən "B" şərtı işarəli Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 16 fevral 2022-ci il tarixdə, saat 03:11-də “10 turpağ 5 daş tamam» məzmunlu ismarıc, «nə qədər yoluvuz vardır qardaşım, bunu nə qədər vaxta mənə çəkib atarsan, hara getsən mənə yazarsan» məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs tərəfindən qəhvəyi rəngli maddə kütləsini elektron tərəzidə çəkilərək 99,7 qram olması, həmçinin kristal şəkilli maddə kütləsinin elektron tərəzidə çəkilərək 29,7 qram olmasına dair fotoşəkillərin göndərilməsi müəyyən edilmişdir. Bundan əlavə, «bu hara çıxsın mənə bir dənə yaz da qadan alimə. «ikisinin də çəkisini göndərində mənə», «ikisi də bir adamadır, yoxsa ayrı-ayrıə, «yox, elə ikisi də bir adamındır 10 torpaq, 5 daş ikisidə bir adamındır, elə bir ünvana olacaq okey qardaşının, «noldu qardaşım o çatır» məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı "A" şərti işarəli +**********27 nömrəli abunəçi tərəfindən “B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 16 fevral 2022-ci il tarixdə, saat 17:54-də “6 turpağ 1 daş», «6 kolp, 2 patı bunları tez bağla» məzmunlu ismarıc, 18:00-da «Kərim uzaq başı nə qədər çəkər bunları bağlamağın, çəkiləri də mənə göndər”, 18:04-də isə «Kərim sən apar ünvanlara qoyginən, mən yarım saatdan sonra gələcəyəm telefonum sönür, zaryadkam yoxdur, sən ünvanlara qoy göndəginən mənə, sən hansı hansıdır onu da mənə göndərginən, 6 tuprağ, bir daşı gecə qoymuşdun e, qoy həmin yerə» məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs tərəfindən gecə saatlarının olması görünən məkan şəklini çəkərək “A” şərti işarəli +**********27 nömrəli abunəçiyə göndərilməsi müəyyən edilmişdir. Bundan əlavə, «6/1 dünənki yerdə göy prima msiqaret paçkasının içərisində ağacın dibində, bu da 6/2 təzə pir məsçidinin yuxarı darvazasının qabağından düz gedəndə divarın axırında yol qurtarır, dönür sağa, aşağı, həmən sağa dönən yerdə bu daşı görəcək, o daşın arxasında ağ sobranii paçkası» məzmunlu ismarıc, məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Daha sonra isə iki ədəd məkan şəklinin göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı "B” şərti işarəli Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən "A" şərti işarəli +**********27 nömrəsinə «qaqa bir dənə konum at» məzmunlu səsli ismarıcın göndərilməsi müəyyən edilmişdir. Həmçinin narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş çoxlu sayda mətnli və səsli ismarıcların olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 mart 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-251/2022 saylı qərarından (cild 1, iş vərəqə 79) görünür ki, Azərbaycan Respublikası DİN Narkotiklərlə Baş Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 05 mart 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın məhkəmə nəzarəti qaydasında qanuniliyi yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 mart 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 80-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 mart 2022-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-191/2022 saylı qərarından (cild 1, iş vərəqə 108-113) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 mart 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 148) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 aprel 2022-ci il tarixli xasiyyətnamədən (cild 1, iş vərəqə 154) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 aprel 2022-ci il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş və müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi xx/xx-2831 nömrəli arayışdan (cild 3, iş vərəqə 12) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı onun bədəninin səthinə baxış keçirilən zaman yeni xəsarət aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin əlavə dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 191-195) görünür ki, Təqsirləndirilən şəxs seçdiyi (müqavilə əsasında) müdafiəçinin iştirakı ilə keçirilmiş prosessual hərəkət zamanı əvvəllər verdiyi etirafedici ifadədən imtina edərək yeni məzmunda (inkaredici) ifadə vermiş və bu ifadəsində ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Həmin vaxt o, inkaredici məzmunda ifadə versə də, müstəntiqin sualına cavab olaraq bildirmişdir ki, Müslüm adlı şəxsin xahişi ilə bəzi hallarda ona göndərilmiş narkotik vasitədən əlavə olan hissəsini Müslümün dediyi yerlərə atmış, bunun əvəzində Müslümdən pul almamış, lakin əvəzində onun istədiyi narkotik vasitəni Müslüm ona vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2537 saylı rəyindən (cild 1, iş vərəqə 235-236) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş məktubdan və həmin məktuba əlavə edilmiş plastik kartla aparılan əməliyyatları əks etdirən çıxarışdan (cild 2, iş vərəqə 1-19) görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4169-7385- 4205-5672 nömrəli plastik bank kartı hesabı ilə müxtəlif şəxslər mütəmadi olaraq ona kiçik və xeyli məbləğlərdə pul köçürmüşlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 1475 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji rəyindən (cild 2, iş vərəqə 52-54) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkəltərinin mənasını dərk etmək və onlrı idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olıınan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi, o, cinayət törədən zaman və cinayət törətdikdən sonra yüksək ruhi həyəcan vəziyyətində (fizioloji affekt) olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 67-102) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, onun Müslüm adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət törətməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraatda cinayət işinin aparılması, ona məxsus “Xiaomi Mi 6” markalı mobil telefonun maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi işdən və əlavə edilmiş sənədlərdən (cild 2, iş vərəqə 228-250, cild 3, iş vərəqə 1-7) görünür ki, Təqsirləndirilən şəxs saxlanılması üçün İstintaq Təcridxanasına qəbul edilərkən üzərində xəsarətin olması barədə heç bir qeydiyyat aparılmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 sentyabr 2022-ci il tarixli Yasamal rayon prokurorluğunun cavab məktubundan və həmin məktuba əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan (cild 3, iş vərəqə 9-10) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən fiziki və psixi zora məruz qalmasını yalnız 53 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində yeni müdafiəçisinin iştirakı əlavə dindirilərkən bildirmişdir. O, tutulduqdan qısa müddət sonra xəsarət almasını mübahisələndirmədiyindən onun şikayəti əsasında Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçisi vasitəsilə suallar vermiş, həmçinin başqa şəxsin dindirilməsi barədə vəsatət vermiş, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, 12-ci bəndinə əsasən – təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana, 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, əməliyyat orqanına ünvan 4 ünvanında qeydiyyatda olan, faktiki olaraq isə ünvan 2-də kirayədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin vasitə və maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Əməliyyat orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 mart 2022-ci il tarixli, 5(004)-251/2022 saylı qərarı ilə 05 mart 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 22:10 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 15,058 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq xx.xx.2022-ci il tarixdə, saat 00:10 radələrində Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə onun kirayədə yaşadığı mənzilə baxış keçirilmiş və həmin vaxt mənzildən 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 515,0 qram olan narkotik vasitə heroin, külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 515,0 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd sellofan torbada külli miqdarda təmiz çəkisi 520 qram olan narkotik vasitə qurudulmuş marixuana və 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində tutulduqdan, həm də təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra, həm də videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılarkən, eləcə də yaşadığı mənzilə baxış keçirilərkən üzərindən və mənzildən aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin növünü və çəkisini, həmin vasitə və maddələrin ona məxsus olduğunu, həmin vasitə və maddələri “Müslüm” adlı iranlı şəxs kimi tanıdığı şəxsin müxtəlif ünvanlara qoymaqla ona göndərdiyini, onun həmin vasitə və maddələri başqa ünvanlara yerləşdirmək məqsədi ilə “Müslüm” kimi tanıdığı şəxsin dediyi yerlərdən gedib götürdüyünü, bunun müqabilində “Müslümün” ona şəxsi istifadəsi üçün istədiyi növdə narkotik vasitə göndərdiyini açıq şəkildə bildirmişdir. İbtidai araşdırma davam edərkən Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi ilə təmin olunmuş və yeni müdafiəçi ibtidai araşdırma zamanı işə buraxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin vaxtadək vermiş olduğu bütün etirafedici ifadələrindən imtina edərək fərqli məzmunda ifadə verməklə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirməyə başlamışdır. Təqsirləndirilən şəxs eyni mövqeyi məhkəmədə də bildirərək elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində arabir narkotik vasitə olan metamfetamin istifadə etdiyini, heroin isə istifadə etmədiyini, marixuanadan isə 5-6 ildir ki, uzaq olduğunu, “Facebook” sosial şəbəkəsində tanış olduğu, sonradan “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim etmiş “Müslüm” adlı şəxsdən arabir narkotik vasitə alıb istifadə etdiyini, habelə narkotik vasitə metamfetamini şəxsi istifadəsi üçün aldığını, xx.xx.2022-ci il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “Nissan Tida” markalı, boz rəngli **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonuda yerləşən 3 saylı xəstəxananın qarşısında saxlayıb xəstəxanaya daxil olmaq istəyərkən polis əməkdaşları tərəfindən qolları burulmaqla, “Chevrolet Cruze” markalı avtomobilə əyləşdirildiyini, polis əməkdaşlarının sayının 7-8 nəfər olduğunu, həmin vaxt tanışı Dilarənin də 3 saylı xəstəxanada olduğunu, bundan sonra polis əməkdaşları tərəfindən döyüldüyünü və fiziki təzyiqə məruz qaldığını, polis əməkdaşlarının onu yaşadığı evə apardıqlarını, həmin vaxt evdə Seva adlı tanışının olduğunu, evin giriş qapısının polis əməkdaşları tərəfindən sındırıldığını, polis əməkdaşlarının onun iradəsi əleyhinə yaşadığı evə daxil olduqlarını, evə daxil olan kimi polislərin qanunsuz şəkildə axtarış aparmaqla narkotik vasitə axtardıqlarını, lakin tapmadıqları halda onu döyərək “kilo haradadır?” soruşduqlarını, həmin vaxt onun mənzilində heç bir narkotik vasitə və psixotrop maddənin olmadığını, bundan sonra polis əməkdaşlarının onu daha da möhkəm döydüklərini, həmin vaxt polis əməkdaşlarının Dilarəni də onun mənzilinə gətirdiklərini və polis əməkdaşlarının Dilarənin yanında onun döydüklərini, polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələrin onun mənzilinə gətirildiyini və ona məxsus olmayan həmin vasitə və maddələrin ona aid olması barədə təzyiq göstərildiyini, onun da bu təzyiqlərə dözməyərək polis əməkdaşları ilə razılaşmaq məcburiyyətində qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşları tərəfindən döyülməsi və sair formada işgəncəyə məruz qalması barədə iddia etdiyi hallar ciddi araşdırma tələb etdiyindən və ona qarşı irəli sürülmüş ittihamın qanuniliyinə bilavasitə təsir etdiyindən məhkəmə döyülmə və işgəncə ilə bağlı məsələləri diqqət mərkəzində saxlamaqla ətraflı şəkildə araşdırmışdır. Belə ki, məhkəmə istintaqında əldə edilərək araşdırılmış Təqsirləndirilən şəxs aid şəxsi işdən və tibbi kitabçadan məlum olmuşdur ki, o, Bakı İstintaq Təcridxanasına təhvil verilərkən və orada tibbi müayinədən keçirilərkən onun üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Habelə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə əlaqədar təhvil verildiyi Bakı İstintaq Təcridxanasının səlahiyyətli şəxslərinə və ya prokurorluq orqanına müraciət etməmişdir. Başqa sözlə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs bu hissədə iddia etdiyi halların həqiqət olması müəyyən edilməmişdir. Məsələ ondan ibarətdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan kifayət qədər uzun müddət ərzində məhkəmədə verdiyi ifadəsindəki hallarla bağlı mövqeyini bildirməmişdir. Belə ki, məhkəmə istintaqında əldə edilməklə araşdırılmış Yasamal rayon prokurorluğunun 09 sentyabr 2022-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qaldığını ilk dəfə tutulduqdan 53 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində yeni müdafiəçisinin iştirakı əlavə dindirilərkən bildirmişdir. O, tutulduqdan qısa müddət ərzində xəsarət almasını mübahisələndirmədiyindən onun şikayəti əsasında Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini və verdiyi əvvəlki etirafedici ifadələrdən imtina etməsini tutulduqdan 53 gün sonra mübahisələndirməyə başlamış, həmin vaxtda isə onun üzərində hər hansı xəsarətin izləri olmadığından onun şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı İstintaq Təcridxanasına təhvil verilərkən Təqsirləndirilən şəxs üzərində xəsarət izlərinin qeydə alınmadığını, hazırda da onun üzərində xəsarətlərin izlərinin olmadığını, habelə tutulduqdan 53 gün sonra döyüldüyünü mübahisələndirməsi nəticəsində tutularkən və tutulduqdan sonra onun döyülüb-döyülməməsini məhkəmə istintaqında müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduqdan sonra döyülməsi və sair formada işgəncəyə məruz qalması təsdiq olunmamışdır. Eyni zamanda məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid Dilarə Kərimova ümumilikdə Təqsirləndirilən şəxs verdiyi ifadəsinə oxşar məzmunlu ifadə versə də, məhkəmə hesab edir ki, qeyd edilən şahid ilə təqsirləndirilən şəxs arasında sevgi münasibətləri olduğundan şahid Dilarə Kərimova həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs maraqlarına xidmət edən məzmunda ifadə verməklə polis adına ləkə salmaq, Təqsirləndirilən şəxs isə qanunsuz əməllərinə haqq qazandırmaqla sonuncunun məsuliyyətdən yayınmasına nail olmaq istəmişdir. Şahid Dilarə Kərimova məhkəmədə ifadə verərkən Təqsirləndirilən şəxslə sevgi münasibətlərində olduğunu bildirmişdir. X5 və Təqsirləndirilən şəxs iddia etdikləri hallar cinayət işində olan sair mötəbər sübutlarla təqzib edildiyindən məhkəmə şahid Dilarə Kərimovanın məhkəmə istintaqında vermiş olduğu ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni mötəbər sübut hesab etmir. Həmçinin məhkəmə qeyd edir ki, həm Təqsirləndirilən şəxs, həm də şahid Dilarə Kərimova məhkəmədə verdikləri ifadələrində döyülmə və işgəncə halları baş verərkən Kərimin yaşadığı mənzildə Seva adlı başqa qadının da olmasını göstərsələr də, müdafiə tərəfi Təqsirləndirilən şəxs Seva kimi tanıdığı şəxsin nə ibtidai istintaq zamanı, nədə ki, məhkəmə istintaqı zamanı çağırılıb dindirilməsi ilə əlaqədar təşəbbüs göstərməmiş, eləcə də bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ədalətli məhkəmə araşdırması zamanı ifadə vermiş şəxslərin bir-birinə münasibəti, əlaqəsi və ortaq maraqları bütövlükdə nəzərə alınmaqla, həmin şəxslərin ifadələrinə hüquqi qiymət verilə bilər. Hazırki işdən isə görünür ki, Təqsirləndirilən şəxs xeyrinə ifadə vermiş yeganə şəxs Dilarə Kərimovadır və sonuncu da Kərimlə sevgi münasibətlərində olmuşdur. Belə olduğu təqdirdə Dilarə Kərimovanın həqiqəti gizlətməklə Təqsirləndirilən şəxs xeyrinə ifadə verməsi onun həqiqəti bildirməsindən daha çox inandırıcı və ağlabatandır. İttiham tərəfinin sübutlarına gəldikdə isə məhkəmə bir neçə sübutun mahiyyətinə xüsusi diqqət çəkməyi zərur hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittihama aid olan əksər məsələləri mübahisələndirsə də, “Müslüm” adlı iranlı şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olduğunu, sonuncunun ona narkotik vasitə və psixotrop maddələrin yerləşdirildiyi yerlərin şəkillərini çəkib göndərdiyini, onun da “Müslümün” göstərişi əsasında həmin vasitə və maddələri yerləşdirilmiş yerlərdən götürüb başqa yerlərə yerləşdirdiyini, bunun müqabilində də “Müslümün” ona öz istifadəsi üçün narkotik vasitə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri ertməsi müqabilində qeyrisindən öz istifadəsi üçün müxtəlif narkotik vasitələr alması isə onun narkotik vasitə və psixotrop maddələrlə bağlı törətdiyi hərəkətlərin qazanc müqabilində etdiyinin bariz sübutudur. Burada qazanc dedikdə, müvafiq dəyərə malik olan narkotik vasitə və psixotrop maddə başa düşülür. Məhkəmə belə hesab edir ki, bu hissədə təqsirləndirilən şəxsin ifadəsi onun əməlinə hüquqi qiymət verilməsinə kifayət edir. Belə ki, bu ifadə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan qeyrisi ilə qeyd edilən məsələlərlə bağlı münasibətinin və əlaqəsinin olduğunu təsdiq edir. Bundan başqa, məhkəmə istintaqında araşdırılmış 06 mart 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən məlum olmuşdur ki, Təqsirləndirilən şəxslə başqa şəxslər arasında, o cümlədən İran İslam Respublikasının milli mobil operatoruna məxsus mobil nömrəni istifadə edən şəxs arasında çoxlu sayda narkotik vasitə və psixotrop maddələrin yerləşdirildiyi yerlərin şəkillərinin qarşılıqlı şəkildə göndərilməsi barədə yazışmalar, eləcə də narkotik vasitə və psixotrop maddələrin alqı-satqısına yönəlmiş mətnli və səsli mesajlar var. Habelə müxtəlif şəxslər Təqsirləndirilən şəxs müraciət edərək “jarqon” terminlər vasitəsi ilə ondan müxtəlif növdə, çəkidə və qiymətə narkotik vasitə və psixotrop maddələr almaq istədiklərini bildirmişlər. Həmçinin məhkəmə istintaqında araşdırılmış 06 iyun 2022-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş məktubdan və həmin məktuba əlavə edilmiş plastik kartla aparılan əməliyyatlara dair çıxarışdan məlum olmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4169-7385-4205-5672 nömrəli plastik bank kartı hesabı ilə müxtəlif şəxslər mütəmadi olaraq ona kiçik və xeyli məbləğlərdə pul köçürmüşlər. Köçürülən pul vəsaitlərinin dövriliyinə və məbləğinə diqqət yetirdikdə isə aydın olur ki, həmin məbləğlər birdəfəlik, bir neçə dəfəlik, habelə uzun müddətli istifadə üçün nəzərdə tutulmuş narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə bağlı olmuşdur. Beləliklə, müdafiə tərəfinin iddia etdiyi halların məhkəmə istintaqında həqiqi hallar kimi təsdiq olunmadığını, ibtidai araşdırma zamanı toplanmış sübutların isə Təqsirləndirilən şəxs əməllərinə, eləcə də ittihamın qiymətləndirilməsinə kifayət etdiyini məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham qanuni və əsaslıdır və o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edib həm kirayədə yaşadığı mənzildə, həm də üzərində saxlamaqla daşımışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında fərqli məzmunda ifadə verməklə əsl həqiqəti gizlətmək, habelə qanunsuz əməllərinə haqq qazandırmaq, polis adına ləkə salmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı düzgün olaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ilə bağlı ittiham irəli sürmüşdür. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin/əməllərin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam şəkildə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir cinayət əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində yaşlı və ağır xəstə olan anasının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddələrin çəkilərini, həmin vasitələrin və maddənin insan orqanizminə ziyanını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 mart 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 529,958 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 514,95 qram təşkil edən psixotrop maddə metamfetamin və qalıq çəkisi 519,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd elektron tərəzi məhv edilməli, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" ASC-dən daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" ASC-yə aid 1 (bir) ədəd plastik kart, 5 (beş) ədəd digər disk, şəxsi axtarış və mənzilə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd “Xiaomi Mİ 6” markalı mobil telefon isə Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 223 (iki yüz iyirmi üç) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 223 (iki yüz iyirmi üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 529,958 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 514,95 qram təşkil edən psixotrop maddə metamfetamin və qalıq çəkisi 519,8 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana, 2 (iki) ədəd elektron tərəzi məhv edilsin, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" ASC-dən daxil olmuş 1 (bir) ədəd disk, "xxxx" ASC-yə aid 1 (bir) ədəd plastik kart, 5 (beş) ədəd digər disk, şəxsi axtarış və mənzilə baxış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan 1 (bir) ədəd “Xiaomi Mİ 6” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 223 (iki yüz iyirmi üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar