Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-180/2024 26.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuşAzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində idarə etdiyi “Opel” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yol ayrıcında onun qarşısına çıxıb hərəkətinə mane olduğu üçün aralarında yaranmış mübahisə zamanı sonuncunun onu nalayiq ifadələrlə təhqir edərək ərazidən uzaqlaşmasından sonra Zərərçəkmiş şəxs təqib etmək imkanı olmamış, 04 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində “Turbo.az” internet səhifəsində satışda olan avtomobillərə baxarkən Zərərçəkmiş şəxs istifadəsində olmuş həmin avtomobilin satışda olmasını gördükdə sonuncunun üç gün əvvəl şəxsi münasibətlərin pozulması zəminində onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qərəzli münasibət fonunda qisas almaq niyyəti Zərərçəkmiş şəxs elanda yerləşdirilmiş mobil telefon nömrəsinə zəng edərək avtomobilə baxmaq adı ilə görüş təyin etmiş, həmin gün Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra saat 21:30 radələrində Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 74 saylı binanın qarşısına gətirib qisas almaq məqsədilə niyyətini həyata keçirmək üçün üzərində olan məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs çoxsaylı zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi andan ölümünə səbəb ola biləcək həyati əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, burun nahiyəsində bir ədəd, sağ qulaqarxası nahiyədə bir ədəd, sağ təpə nahiyəsində bir ədəd, sol təpə nahiyədə iki ədəd, sol körpücüküstü nahiyədə bir ədəd, sol bazunun yuxarı 1/3nin ön səthində üç ədəd, sol bazunun yuxarı 1/3-nin bayır səthində dörd ədəd, sol kürək nahiyəsində daxilə nüfuz etməyən üç ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayam xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayam xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində kürək xətt üzrə X qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən iki ədəd, döş qəfəsinin sol yarısının yan səthində arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısınını arxa səthində onurğayam xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, sol bel nahiyəsində iki ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd deşilmiş kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin sonuncu vaxtında Mərkəzi Klinikaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, idarə etdiyi “Opel” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində Bakı metropoliteninin İnşaatçılar stansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobil yol ayrıcında qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmışdır. O, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, həmin avtomobili idarə edən cavan oğlan ünvanına nəlayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Avtomobilin arxasınca çata bilməmiş və avtomobil gözdən itmişdir. Buna baxmayaraq həmin avtomobilin nömrəsi onun yadında qalmışdır. “Turbo.az” saytında satışda olan avtomobillərə baxarkən təsadüfən bir neçə gün əvvəl ünvanına çox acır nalayıq ana söyüşləri söymüş sürücünün idarə etdiyi “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobilin satışda olmasını görmüşdür. O, saytda avtomobili satışa qoyan Asim adlı şəxsin hazırda mobil telefon nömrəsinə zəng edib avtomobili almaq istədiyini, bunun üçün həm özü, həm də ağsaqqal atasmın avtomobilə baxmalı olmasını demişdir. Həmin şəxs heç bir problem olmadığını, hara desə gələ biləcəyini bildirmişdir. O Asimə maşını almaq istədiyini demişdir. Asifmlə kafenin yanında görüşmüşlər. Asimin yanında heç kim olmamışdır. Bundan sonra o, maşına göz gəzdirmiş və bir dəfə Asimlə birlikdə avtomobili kafenin ətrafında sürmüşdür. Bütün bunları Asimə özünü həqiqətən avtomobili almağına inandırmaq üçün etmişdir. O, Asimdən avtomobilə təkrar baxmaq üçün vaxtı olub-olmamasını soruşmuş, Asim də 30-40 dəqiqə sonra kafedən çıxacağını bildirmişdir. Onlar razılaşmış və ona WhatsApp proqramı vasitəsilə «konum atacağını» və həmin yerdə gözləyəcəyimi, avtomobilə atasının da baxmalı olduğunu demişdir. Bir saatdan sonra Asimə «konum atmış Asim də məhlələrinə gəlmiş, aralarında anlaşılmazlıq yaranmışdır. O gələndə yanında dostları olmuş, həmin anda Asimə həmin hadisə barədə bildirməyini xatırlamır, anlaşılmazlıq nəticəsində onu bıçaqlamış, onları ayıran olmamışdır, bıçağı həmin gün götürmüşdür, Asimi qorxutmaq istəmişdir, Asimə zərbə vurarkən bıçağın dəstəyindən yox, tiyəsinin ucundan tutmuşdur ki, bıçaq Asimə dərin girməsin, Asimi öldürmək niyyəti olmamışdır, öldürmək istəsəydi sonuncunu maşında öldürərdi, əməlindən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, əvvəllər sonuncu ilə rastlaşmamış, kamera görüntülərindən də göründüyü kimi onun maşını sentyabrın 15-dən 03 oktyabr 2022-ci il tarixədək Şəmkirdə olmuş, həmin vaxt Bakı şəhərində Yasamal rayonu ərazsində metropolitenin yaxınlığında olmamışdır; hadisə baş verən gün 04 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində İçəri şəhərdə yerləşən «Xəngəl-lənd» restoranında dostları Şahid1 və Şahid2 ilə oturub çörək yeyən zaman mobil telefon nömrəsinə tanımadığı mobil telefon nömrəsindən zəng gəlmiş, əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğununu bildiyi şəxs onun avtomobilinin satışına dair elana görə zəng etdiyini və avtomobilə baxmaq istədiyini bildirmiş, Təqsirləndirilən şəxs olduğu yeri izah edərək avtomobili kafenin qarşısında saxladığını, gəlib orada baxa biləcəyini demiş, Təqsirləndirilən şəxs kafenin qarşısına gəlmiş, sonuncuya avtomobilini göstərmiş, hətta avtomobillə bir dəfə ətrafındakı küçə ilə «fırlanmışdır». Təqsirləndirilən şəxs avtomobildən xoşu gəldiyini bildirmiş, telefonla «konum atacağını», həmin yerə gəlməsini istəmiş, avtomobilə atası da baxıb behini verəcəyini demişdir; bundan təxminən yarım saat sonra Ələddin WhatsApp proqramı vasitəsi ilə olduğu yerin kordinatını atmış, təxminən 10-15 dəqiqə sonra o, dostları ilə Ələddinin atdığı kordinat üzrə Bayıl qəsəbəsinə sürüb gəlmişdir, sonra Ələddin ona birlikdə evinə getməyini təklif etmiş və beh verəcəyini demiş, o da Ələddinlə birlikdə yolla yuxarı qalxmış, daha sonra Ələddin qəflətən onu bıçaqla vurmuşdur, avtomobildən düşüb məhləyə yuxarı qalxanda yanında heç kim olmamış, dostları maşında qalmışdır. Əlləddin ona 28 dəfə bıçaq vurmuşdur,.həmin vaxt aralarında söyüş olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə “Xəngəl-lənd” restoranına gəlmiş, orada dostları Zərərçəkmiş şəxs və Şahid1 oturub birlikdə xəngəl yemişlər, onlar birlikdə yemək yeyərkən Asimə zəng gəlmiş, Asim telefonla kiminləsə avtomobilin satışı ilə bağlı danışaraq oturduqları restoranın yerini izah edərək həmin şəxsə oraya gəlib avtomobilinə baxmasını bildirmişdir, təxminən 15-20 dəqiqədən sonra yenidən Asimə zəng gəlmiş, sonuncu onlara avtomobilini almaq istəyən şəxsə avtomobilini göstərib qayıdacağını bildirib çölə çıxmış, təxminən 10 dəqiqədən sonra Asim geri qayıtmış, onlara avtomobilə baxan oğlanın avtomobili almaq istədiyini bildirmişdir; təxminən saat 21:30 radələrində o, Asim və Məmmədqulu restorandan hesabı verib çıxarkən Asim onlara yenə avtomobili almaq istəyən şəxsin real alıcı olmasını, Bayıl qəsəbəsinə bir neçə dəqiqəliyə birlikdə yoldaşlı getmələrini və alıcı ilə razılaşıb behləşərək dönmələrini bildirmişdir, Asim avtomobili Bayıl qəsəbəsinə alıcının telefonla atdığı olduğu yerin konumu üzrə sürüb gəlmişdir, orada onlar Təqsirləndirilən şəxs ilə görüşmüş, Asimlə Ələddin söhbət edib behləşmək üçün onlardan uzaqlaşmışlar, bir neçə dəqiqə sonra Asim bütün qan içində geri qayıtmışdır, o, Məmmədqulu ilə birlikdə Asimə yaxınlaşıb nə baş verdiyini soruşduqda Asim halsız vəziyyətdə heç nə bildirməmişdir; onlar X7 Xəstəxanasına çatdırmış, hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, polis əməkdaşıdır, 04 oktyabr 2022-ci il axşam saat 21 radələrində növbədə olduğu zaman qardaşı Ələddin ona zəng edib Zərərçəkmiş şəxs adlı şəxsi bıçaqla vurmasını bildirmiş, daşın üzərində oturduğunu və onun yanına gəlməyini xahiş etmişdir, Ələddinin yanına getmiş, Ələddin özündə olmamış, üzünə su vurmaq istədiyini bildirmiş və polis bölməsinə aparmasını xahiş etmişdir; Zərərçəkmiş şəxs vurmasının səbəbini soruşduqda, qardaşı Ələddin yolda Asimlə mübahisə etdiyini bildirmişdir; həyətdə atasıƏli ilə görüşmüş, maşına əyləşib Ələddini polis bölməsinə aparmışlar, o, polis bölməsinin məsul növbətçisinə zəng edib qardaşıƏİəddinin belə hadisə törətdiyini və özlərinin də bölməyə yaxınlaşdıqlarınıbildirmiş, 5 dəqiqə keçməmiş polis bölməsinə çatmışlar, Ələddin xəsarət yetirdiyi şəxs Zərərçəkmiş şəxs barəsində ona heç vaxt heç nə deməmiş, xəbəri olsaydı bu hadisənin qarşısını almş olardı, Ələddin üzərində heç vaxt biçaq gəzdirməyib, kiminləsə mübahisə etməyib, mehriban təbiətli insandir, yaşadığı ərazidə də hamı onu yaxşıinsan kimi tanıyır, Ələddinin polis bölməsinə gətirilməsi hadisə baş verən gün kitabçaya qeyd olunub, lakin saatnıı xatırlamır, həmin gün bölmədə məsul növbətçi Pərviz Əliyev olmuşdur. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə polis bölməsində məsul növbətçi olmuşdur, növbədə olduğu zaman Şahid4 zəng edərək qardaşının bıçaqla adam vurduğunu və birlikdə özlərinin bölməyə gəldiklərini bildirmişdir, axşam saatlarında onlar bölməyə gəlmiş, Təqsirləndirilən şəxs adam bıçaqladığınıetiraf etmiş, lakin kimi bıçaqla vurması ona məlum olmamışdır, Təqsirləndirilən şəxs özü gəlib könüllü təslim olmuşdur, Ələddin gəldikdə, rəisə məruzə olunmuş, gətirmə kitabçasına qeyd edilmiş və təhqiqat bölməsinə təhvil verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. 04 oktyabr 2022-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etmiş, 04 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində atasının avtomobilə baxması və beh verəcəyi adı ilə Zərərçəkmiş şəxs Səbail rayonu A.Məmmədov küçəsi-74 ünvanında yerləşən binanın qarşısına gətirib bıçaqla vuraraq xəsarət yetirdiyini, hadisədən sonra cinayətin aləti olan bıçağı atdığı zibil qutusunu göstərmiş, ifadənin yerində yoxlanması zamanı hadisə yerindən Zərərçəkmiş şəxs məxsus qara rəngli pencək və 01 ədəd cib bıçağı qablaşdırılaraq götürülmüş, foto çəkiliş aparılmış, fotocədvəl protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 7-13). 15 dekabr 2022-ci il tarixli könüllü təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs “WhatsApp” proqramında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə arasında olan yazışmaları təqdim etmişdir. Müəyyən edilmişdir ki, 04 oktyabr 2022-ci il tarixdə saat 20:46-da +7 965 *** ** ** saylı mobil telefon nömrədən “at buna konumu” mesajı gəlmiş, Zərərçəkmiş şəxs saat 20:47-də olduğu yerin, yəni “Xəngəl-lənd” kafesinin konumunu göndərmiş, saat 21:25-də Zərərçəkmiş şəxs həmin nömrəyə “Qaqa, konum atırsan” sözlərini yazmış, saat 21:26-da +7 965 *** ** ** saylı nömrədən olduğu yerin konumu, yəni ünvan 3 ünvanı göndərilmişdir (cild 1, iş vərəqi 159-160). 16 dekabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, https://turbo.az/autos/6534347-bmw-x5 linkinə daxil olduqda qara rəngli BMW X5 markalı 99-AR 102 dövlət qeydiyyat nişanlı avtomobilin satışı ilə bağlı məlumatlar yerləşdirilmişdir. Elanın nömrəsi 6534347, baxışların sayı 918 olaraq qeyd edilmişdir. Avtomobilin qiyməti 23.000 manat, satış yeri Bakı şəhəri, ili 2003, mühərriki 4.4 L/benzin, yürüş 202.000 km, sürətlər qutusu avtomat və sair rekvizitlər göstərilmişdir. Bundan başqa ilkin ödəniş 6.000 manat, 34 ay kreditlə ayda 500 azn. Heç bir problemi yoxdur. Korobka və motor əla vəziyyətdədir. Nömrə üstündə hədiyyədir. Real alıcılar narahat etsin, maşın Bakıdadır kimi məlumatlar vardır. Eləcə də, səhifədə göstərilmişdir ki, elan aktiv deyildir (cild 1 iş vərəqi 161). 28 dekabr 2022-ci il tarixli kompakt diskə əlavə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş (050) ***-**-** mobil telefon nömrəsinə daxil olmuş və çıxmış zənglər, onların anten dairələri, vaxtı, müddətləri barədə məlumatlar götürülmüş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:37-də Əhmədli qəsəbəsində olarkən satışda olan avtomobilə baxmaq bəhanəsi ilə istifadəsində olmuş (051) ***-**-** saylı nömrədən Zərərçəkmiş şəxs zəng edərək görüş təyin etmiş, saat 20:45-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olduğu ünvana gələrkən bir daha ona zəng edib olduğu yeri öyrənmiş, saat 21;05-də Zərərçəkmiş şəxs olduğu Şeyx Şamil küçəsində yerləşən “Xəngəl-lənd” kafesinin qarşısında sonuncu ilə görüşmüş, bundan sonra oradan ayrılaraq Zərərçəkmiş şəxs atasının da avtomobilə baxacağını, buna görə olduğu yerin konumunu atacağmı bildirmiş, saat 21:36-da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs konum atdığı yerə, yəni Aydın Məmmədov küçəsinə gəlmiş və həmin yerdə bıçaqlanma hadisəsi baş vermişdir (cild 1, iş vərəqi 199-200). Məhkəmə-tibbi ekspertizasının 10.11,2022-ci il tarixli 749 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - Zərərçəkmiş şəxs bədəni üzərində ümumilikdə 28 ədəd ağır dərəcəli hemoragik şokla müşayiət olunan çoxlu qanitirməyə səbəb olmuş deşilmiş-kəsilmiş xəsarətlər aşkar edilmişdir və onları 2 qrupa bölmək olar: a) döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar; b) burun nahiyəsində bir ədəd, sağ qulaqarxası nahiyədə bir ədəd, sağ təpə nahiyəsində bir ədəd, sol təpə nahiyədə iki ədəd, sol körpücüküstü nahiyədə bir ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində üç ədəd, sol bazunun yuxarı 1/3-nin bayır səthində dörd ədəd, sol kürək nahiyəsində daxilə nüfuz etməyən üç ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayam xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayam xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində kürək xətt üzrə X qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən iki ədəd, döş qəfəsinin sol yarısının yan səthində arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısınını arxa səthində onurğayam xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, sol bel nahiyəsində iki ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd deşilmiş kəsilmiş yaralar; - qeyd olunan xəsarətlər deşici-kəsici xarakterli alətin təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyələrə ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmə nəticəsində əmələ gələ bilərdilər; - Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən “a” bəndində göstərilən - döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayam xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yaralar dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. - Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən “b” bəndində göstərilən xəsarətin hər biri dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər (cild 1, iş vərəqi 81-89). Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1525, 3/1531 nömrəli ekpert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - tədqiqata təqdim edilmiş bir ədəd pencəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Pencəyin səthindəki “a, b, c, ç, d, e, ə, f5 zədələri bir tərəfi kəsici, ucu deşici xassəyə malik predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin qeyd olunan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. - təqdim edilmiş pencəyin səthindəi “g” zədəsi isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-sökülmə zədəsidir (cild 1, iş vərəqi 90-93). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 793/2022-MTBŞ nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - ekspertizaya təqdim olunmuş X2 məxsus pencəyin arxa səthində olan toxuma zədələrinin kənarlarında vizual olaraq seçilməyən, yalnız xüsusi testlərin tətbiq olunması ilə alınan zəif insan qanı izləri aşkar olundu. Bu qan izlərinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunan zaman qan qrupunu formalaşdıran qrup antigenləri və aqqlyutininlər müəyyən olunmadığı üçün həmin izlərdə olan qanın ABO sistemi üzrə qrup mənsubiyyəti barəsində və ona əsaslanaraq Zərərçəkmiş şəxs və ya digər şəxsə məxsus olub-olmaması barəsində fikir söyləmək mümkün olmadı. - ekspertizaya təqdim edilmiş qatlanan cib bıçağının tiyəsi və tutacağı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Qanın qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız «B» antigeni alındı. Bu antigen tək halda yalnız B(lll) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən qan ləkələrinin birmənalı olaraq həmin qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, bu bıçaqda olan qan ləkələrinin ABO sistemi üzrə qanı B(lll) qrupuna məxsus olan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olması inkar olunmur (cild 1, iş vərəqi 215-223). Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3007 nömrəli eskpert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir; - Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs məcbui müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 94-96). Məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3465 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: - Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. - Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər zəminində yaranmış mübahisə psixi-emosional vəziyyətində kin, qəzəb kimi hallar əmələ gətirmiş, davranışını motivasiya edərək həmin hadisəni törətməyə qətiyyətlilik yaratmışdır. Keçirdiyi emosional halın yaranması fərdi psixi xüsusiyyətləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iadi nəzarət etmək iqtidarında olmuşdur; - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqi 224-227). Zərərçəkmiş şəxs 28 iyul 2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı hər hansı bir şikayəti, tələbi və iddiası yoxdur, gələcəkdə də olmayacaqdır. Şübhəli şəxsin tutulması haqqında 05 oktyabr 2022-ci il tarixli protokoldan və Səbail rayon Məhkəməsinin 06 oktaybr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 22-23, 47-49). Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. İstintaq orqanıTəqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd kimi qiymətləndirərək, Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə kollegiyasıTəqsirləndirilən şəxs törətmiş olduğu cinayətin qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd və ya qəsdən sağlamlığa ağır zərər vurma niyyəti ilə törətməsini tədqiq edərkən, təqsirkarın qəsdinin məzmununu və istiqamətini müəyyən etmək məqsədilə törədilmiş cinayətin bütün hallarının məcmusunu araşdırmış, yəni cinayətin üsul və alətini, zərərçəkmiş şəxsə yetirilən xəsarətin sayını, xarakterini, şəraiti, bədənin hansı nahiyələrinə yetirildiyini nəzərə alır. Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddələrinin təhlilinə görə şəxsin qəsdən həyatdan məhrum edilməsinə yönəlmiş qəsdin başa çatmaması, cinayət etməyə cəhd edən şəxsin öz təşəbbüsü ilə cinayəti başa çatdırmaqdan imtina daxilən qəbul etdiyi qərarla bağlı olmur və qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəx Zərərçəkmiş şəxs həyat üçün vacib olan orqanlarının istiqamətində bıçaqla çoxsaylı zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi andan ölümünə səbəb ola biləcək həyati əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthində onurğayanı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri və 24 ədəd yüngül bədən xəsarətləri yetirməsi, lakin iradəsindən asılı olmayan səbəblərdən, yəni Zərərçəkmiş şəxs dostları tərəfindən dərhal xəstəxanaya çatdırılması və təcili tibbi yardımın göstərilməsi nəticəsində sağ qalması qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlini (hərəkət və hərəkətsizliyininin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin, ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 29, 120.1ci maddələri ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxsnin həmin cinayət əməlini törətməsi məhkəmə zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxsnun Zərərçəkmiş şəxs qorxutmaq və cəzalandırmaq məqsədi ilə bıçaqla vurması, sonuncunu öldürmək niyyətinin olmaması barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə vurduğu ziyanın tam ödənilməsini və Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 9-cu bəndində qeyd olunur ki, başa çatmamış cinayətə görə CM-in 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu halda da daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cəza cinayətə hazırlığa görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikasının CPM-in 158.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə vurduğu ziyanın tam ödənilməsini və Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını), ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunan cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır və Azərbaycan Respublikası CM-in 60.1 və 63.3-cü maddələrinin tələblərinə əsasən, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza həddinin dörddə üçünün dörddə üçü həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəza çəkməsi üçün ciddi rejimli cəza çəkmə müəssisəsinin müəyyən edilməsini, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesablanmasını qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. İş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və hadisə yerindən götürülmüş qara rəngli pencək və Təqsirləndirilən şəxs məxsus cinayətin aləti olan “01” ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. İş üzrə məhkəmə məsrəfi məhkəmə-trasoloji ekspertiza üzrə tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və hadisə yerindən götürülmüş qara rəngli pencək və Təqsirləndirilən şəxs məxsus cinayətin aləti olan 1 ədəd bıçaq məhv edilsin. İş üzrə məhkəmə məsrəfi məhkəmə-trasoloji ekspertiza üzrə tədqiqatının dəyəri 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-180/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-180/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver