Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-180/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Ələkbərli Roman Nəriman oğlu və Məcidov X10 ibarət tərkibdə, Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. İttihamın qənaətincə Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Seyid” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, “Seyid” adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 1438,333 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə üzərində və yaşadığı ünvan 2 ünvanında saxlamış, həmin narkotik vasitə qudurulmuş marixuananı “Seyid” adlı şəxsin göstərişi əsasında ünvanlara çatdırması müqabilində sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyi ilə bağlı aralarında razılaşıb, bu məqsədlə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 38,333 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik sovxozu 41 ünvanının yaxınlığına daşımış, DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 19:55-də həmin yerdə saxlanılaraq DİN-in BNMİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şortun sağ yan cibindən bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 38,333 qram, əməliyyataxtarış tədbirlərinin davam etdirilərək yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən həmin mənzilin eyvanından 17 ədəd qara rəngli polietilen bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 230 qram, 110 qram, 95 qram, 95 qram, 40 qram, 40 qram, 95 qram, 95 qram, 95 qram, 95 qram, 40 qram, 45 qram, 45 qram, 95 qram, 95 qram, 45 qram, 45 qram olmaqla ümumi çəkisi 1400,00 qram olan üzərindən aşkar olunanla eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırki cinayət işi üzrə tutulduğu gündən 15-20 gün əvvəl Azər adlı polis əməkdaşı onu şəhərdə tutmuşdur. Belə ki, o, həmin gün həyat yoldaşını şəhərin mərkəzinə qadın salonuna aparmış, arvadı salona getdikdən sonra o da gəlib öz maşınında oturub onu gözləmişdir. Bu zaman özünü “Narkobiznesin əməkdaşı, polkovnik-leytenant Azər” adı ilə təqdim edən şəxs ona yaxınlaşıb onu maşınından düşürdüb, öz maşınlarına mindirmiş, o, nə baş verdiyini soruşduqda Azər adlı polis əməkdaşı ona dəqiq tarixini və yerini göstərməklə həmin vaxt narkotik vasitədən istifadə etdiyini demişdir. O, polis əməkdaşının onun hansı tarixdə, harada və kiminlə narkotik vasitədən istifadə etməsini dəqiq bildiyini görmüş, yanında olan şəxslərin polisin öz adamları olmasını anlamış və buna görə də inkar etməyin mənasız olduğunu başa düşmüşdür. Belə ki, o, həbsdən çıxdıqdan sonra yalnız bir dəfə narkotik vasitə olan marixuanadan istifadə etmiş, polis də dərhal bu barədə məlumat almışdır. Buna görə də o, Azər adlı polis əməkdaşına səhv etdiyini, həyatında yalnız bir dəfə marixuana çəkdiyini demiş və mövzunu necə həll edə biləcəklərini soruşmuşdur. Azər adlı polis əməkdaşı məsələni həll etmək üçün ondan 10 min manat pul istəmişdir. O da dosttanışlarından katrına pul göndərmələrini xahiş etmiş, dostları və qohumlarının köməkliyi ilə kartına 6 min manat pul yığılmışdır. Həmin gün günorta saat 12-dən axşam saatlarınadək, yəni məbləğ toplanana kimi onu maşınla şəhərdə gəzdirmişlər. Həmin zaman yanında 4 nəfər polis əməkdaşı, o cümlədən Azərin bacısı oğlu maşında oturub ona nəzarət etmiş, Azər isə idman zalında məşq etmişdir. Daha sonra Azər gəlib pulun hazır olub-olmadığını soruşmuş, polis əməkdaşlarından biri “az qalıb” deyə cavab vermişdir. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Azər adlı əməkdaş ona “Leobank” kartının nömrəsini vermiş, pulu həmin karta göndərməsini demişdir. O, mobil tətbiq vasitəsi ilə 2 dəfə olmaqla, hər dəfəsində 2 min manat pulu kartdan karta köçürmə etmiş, 3-cü dəfə 2 min manat pul göndərəndə kartın limiti keçdiyinə görə kart bloka düşmüş, o, Baş İdarədə olduğu müddətdə "xxxx" ASC ilə əlaqə saxlamış, təcili pul göndərməli olduğunu, lakin göndərə bilmədiyini bildirmiş və kartın limiti məsələsinin həll edilməsini xahiş etmişdir. Lakin bank vasitəsi ilə qeyd olunan problemi həll edə bilməmiş, bu zaman Azər ondan kartın özünün harda olduğunu soruşmuş, o da kartın evdə olduğunu demişdir. Bundan sonra o, anasına zəng etmiş, evdəki kartda 2 min manat məbləğində pul olduğunu, həmin kartı götürüb Maştağadan çıxanda YDM-nin məktəbinin yanında "xxxx"ın bankomatı olduğunu, bankomatdan pulu çıxartmasını, daha sonra kənddə qayıdıb “Rahat” marketin içindən terminal vasitəsi ilə verəcəyi kart nömrəsinə həmin 2 min manat pulu göndərməsini demişdir. Anası qalan 2 min manat məbləğində pulu Azərin verdiyi karta göndərdikdən sonra Azər ona 6 min manat pul verdiyini, ondan qaça bilməyəcəyini demişdir. O da Azərdən ona vaxt verməsini xahiş etmiş, kasıb adam olduğunu, lakin pulun qalanını bir yolla düzəldib ona verəcəyini demişdir. Azər həmin gün onu buraxmış, lakin pulun qalanını düzəltməyi tapşırmış və ona vaxt vermişdir. Bir neçə gün keçdikdən sonra ondan pulun qalanını istəmişlər, o da arvadının qızıllarını lombarda qoyub pul götürmüş, polis əməkdaşları onun qapısına gəlib, onu çağırmış, o da yalnız 1000 manat düzəldə bildiyini demiş, bundan sonra dərhal onu maşına mindirib aparmışlar. Həmin vaxt 2 maşınla 8 nəfər polis əməkdaşı gəlmiş, əməliyyat qurduqlarını demişlər. Həmin 1000 manatı da əlindən alıb, ona narkotik vasitə verərək ona məxsus olduğunu bildirməyə məcbur etmişlər. Azər ona əvvəllər məhkum olunduğunu, buna görə də heç kimin ona inanmayacağını demişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu saxlayan şəxsin adı Azər Hüseynov olmuşdur. Azər ilk dəfə onu hazırki iş üzrə tutulmazdan təxminən 10-15 gün əvvəl, iyun ayında tutmuşdur. O, həmin gün Azərə 6 min manat pul göndərmiş, həmin pulun 4 min manatını "xxxx"ın mobil tətbiqi vasitəsi ilə, 2 min manatını isə pulu kartdan nəğdləşdirib terminal vasitəsi ilə göndərmişdir. Birinci dəfə onu Nizami metrostansiyasında "xxxx"a çatmamış, gül mağazasının yanında, saat təxminən 12:00-14:00 radələrində saxlamışlar. Orda tutulandan sonra onu öz maşınlarına oturtmuş, onu təxminən 2 saatdan çox maşınla gəzdirmişlər. Həmin vaxt Azər və ondan başqa daha 3 nəfər olmuşdur. Eşitdiyinə görə həmin 4 nəfərdən biri “Rent-acar”-a məxsus avtomobilin içində narkotik vasitə qoyduğuna görə hazırda işdən çıxarılmışdır. Həmin şəxs də əməliyyatçı olmuşdur. Onu maşınla bir neçə saat gəzdirəndən sonra Badamdarda yerləşən Baş İdarə tərəfə getmişlər, burada Azər maşından idman geyimini götürüb idman zalına getmiş, təxminən 40 dəqiqə zalda idman etmiş, daha sonra onu Maştağaya evinin yaxınlığına aparmışlar. O, polis əməkdaşlarına ondan narkotik vasitə olmadığını deyib, evini yoxlamalarını təklif etmiş, lakin polis əməkdaşları evə girməmişlər. Yalnız orda məbləğin karta yığılmasını gözləmişlər. Təxminən saat 21-ə qədər orada olmuşlar, daha sonra yenidən Badamdara qayıtmışlar. Həmin müddət ərzində o, öz telefonu ilə danışıb tanışlarının hərəsindən 200-300 manat pul toplamış, ümumilikdə karta 6 min manat pul yığılmışdır. Həmin puldan Baş İdarədə Azər adlı əməkdaşın otağında iki dəfəyə, hər dəfə 2 min manat olmaqla “Birbank” mobil tətbiqi vasitəsilə Azərin verdiyi bank kartına göndərmiş, növbəti 2 min manatı göndərmək istəyən zaman kartın limiti keçdiyindən pulun göndərilməsi mümkün olmamışdır. Bundan sonra o, anasına zəng etmiş, kartda olan 2 min manat pulu bankomatdan çıxarıb terminal vasitəsi ilə verdiyi bank kartına köçürməsini demişdir. O, həmin vaxt anasına özünə məxsus ***-***-**-** nömrəsi ilə zəng etmiş, 2-ci dəfə tutulanda ***-***-**-** və ***-***-**-** nömrələri üstündə olmuşdur. Anasının nömrəsi yadında qalmamışdır. O, həmin gün arvadına da zəng etmiş, əlavə 2 min manat karta köçürüləndən sonra Azər bir əməkdaşa gedib kartı yoxlamasını tapşırmış, adını xatırlamadığı həmin əməkdaş gedib, 15-20 dəqiqə sonra geri qayıtmış və məbləğlə bağlı hər şeyin qaydasında olduğunu demişdir. Azərin bacısı oğlu onunla birlikdə düşmüş, onu buraxmışlar. Buraxıldıqdan sonra Azər özü 1 dəfə “Whatsapp” proqramı vasitəsi ilə ona zəng etmiş, onlar qalan 4 min manat pul haqqında danışmışlar. O, 4 min manatın min manatını düzəldə bilmiş, belə ki, “Para bank”da öz adında qızıl olmuş, o, 100 manat ödəyib 1500 manatlıq qızılı lombartdan çıxartmış, min manat pulu həmin gün, yəni iyul ayının 10-da “Para bank”ın Qara Qarayev ərazisində yerləşən “Nizami” filialından tutulmamışdan 3 saat əvvəl götürmüş, banka şəxsən özü getmişdir. Onun belə təşviş içində olmasının səbəbi isə Azərin bir gün əvvəl ona zəng edib qalan 4 min manat pulu istəməsi olmuşdur. O, sonuncu dəfə tutulanda üstündə olan ***-***-**-** nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə zəng etmişdir. O, tutulduqdan sonra həmin zənglərinə görə telefonu format edib, daha sonra müstəntiqə vermişlər. O, “Para bank”dan pulu götürəndən sonra evə qayıtmış, polis əməkdaşları gəlib qapını döymüş, onu maşına mindirib İdarəyə aparmışlar. Həmin vaxt 2 maşın gəlmiş, gələn polis əməkdaşlarının içində onu əvvəl tutan Azər də olmuş, o, Azərə söz danışıqlarının olduğunu, aralarında razılaşdıqlarını demiş, Azər də ona pulu vaxtında çatdırmadığını bildirmişdir. O da pulu düzəltməyə getdiyini, bankdan götürdüyü pulu təklif etmişdir. Həmin 1000 manatdan 80 manatını evə xərcləmiş, qalan məbləği verə biləcəyini demişdir. Cinayət işinin materiallarında onun 19:55-də tutulduğu qeyd olunsa da, o, saat 4-5 arası tutulmuşdur. Bankdan krediti isə həmin gün təxminən saat 2-3 arası götürmüşdür. Polis əməkdaşları onu atasını tutacaqları ilə hədələmiş, o da məcbur olub polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Onu döyməmişlər, yalnız şifahi hədə-qorxu gəldiklərinə, ona psixoloji təzyiq göstərdiklərinə görə özünə məxsus olmayan narkotik vasitəni boynuna götürmək məcburiyyətində qalmışdır. Onu tutan zaman evdə atası və arvadı olmuş, anası həmin vaxt rayonda olmuşdur. Şifahi təzyiq nəticəsində polislərin təklifi ilə razılaşmış, onun razılığından sonra videoçəkiliş olmuş, üzərindən narkotik vasitə çıxarmışlar. Vəkil bütün iş qurulandan sonra gəlib çıxmış, ondan ona təzyiq olunubolunmadığını soruşmuş, o da təzyiq olunmadığını demişdir. Evdə çəkiliş olan zaman arvadı, arvadının dayısı və atası evdə olmuş, çəkilişdən qabaq vəkil bayırda dayanmış, polislər də onu çəkmişlər. Çəkilişdən qabaq idman geyimində cibinə narkotik vasitə yerləşdirmişlər. Bütün bunları vəkili də görmüşdür. O, əvvəl atasının tutulmaması üçün susmuş, baş verənlər barədə heç kimə şikayət etməmiş, lakin atası Moskva şəhərinə gedəndən sonra şikayət etməyə başlamışdır. Atasının 60-dan çox yaşı olmaqla narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. Ona atasını tutacaqlarını dedikləri üçün o, əvvəlcə şikayət etməmiş, atasını tuta bilməyəcəklərindən əmin olduqdan sonra şikayətlər etməyə başlamışdır. Onun şikayətləri ilə bağlı prokurorluq araşdırmaya başlamışdır. O, başqa polis əməkdaşlarının adlarını bilməmiş, yalnız Azərin adını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, şəxs Maştağa qəsəbəsində saxlanılmış, Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş, üzərinə baxış keçirilərkən üzərində qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Daha sonra şəxs evində müəyyən miqdarda narkotik vasitə saxladığını bildirmiş, evinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs iyul ayında saxlanılmış, o, təqsirləndirilən şəxsi əvvəllər tanımamış və saxlamamış, şəxsə qarşı heç bir zor və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədi ilə məhkəmədə yalan ifadə vermiş, heç kim ondan pul almamışdır. Təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə danışıqları olmuşdur. O, təqsirləndirilən şəxsi əvvəllər tutmamış, şəxs İran İslam Respublikasının vətəndaşının kuryeri olmuş, ola bilsin ki, müstəntiq telefon danışıqlarını cinayət işinin materiallarına əlavə etməmişdir. O, təqsirləndirilən şəxsin telefonuna baxış keçirməmiş, təqsirləndirilən şəxs özü bu barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxsin atası da mənzilə baxış keçirilən zaman iştirak etmişdir. Təqsirləndirilən şəxsin tutulmazdan 10-15 gün əvvəl saxlanılması ilə bağlı ifadəsi yalan məlumatdır, təqsirləndirilən şəxs heç bir təzyiqə məruz qalmamışdır. Onun bacısı oğlu onunla bir İdarədə işləməmiş, o, əməliyyat qrupunun rəhbəri olduğuna görə təqsirləndirilən şəxs məhz ona qarşı qərəzli ifadə vermiş, təqsirləndirilən şəxslə onun arasında heç bir pul köçürməsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində axşam saatlarında onların tərəfindən saxlanılmış, şəxsin külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, şəxs saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş, daha sonra müdafiəçi ilə təmin olunmuş və üzərinə baxış keçirilmişdir. Şəxsin üzərindən qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni İran İslam Respublikası vətəndaşından 2 gün əvvəl Bakı şəhəri ərazisində əldə etdiyini, əvvəlcədən danışılan yerə qoymaq məqsədilə götürdüyünü, yaşadığı ünvanda da narkotik vasitənin olduğunu bildirmiş, şəxsin etirazı olmadan yaşadığı evə baxış keçirilmiş və 1 kiloqrama yaxın quruldulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şahid2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şəxsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində saxlamışlar, şəxs piyada hərəkətdə olmuş, onlar yaxınlaşıb özlərini təqdim etmiş, şəxsə heç bir zor və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxslə polis əməkdaşları arasında pulla bağlı heç bir danışıq olmamış, təqsirləndirilən şəxsin bununla bağlı verdiyi ifadəsi yalandır. O, təqsirləndirilən şəxsi piyada hərəkətdə olan zaman Şahid1la birlikdə saxlamış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman ona üzərində qeyri-qanuni predmet varsa təqdim etməsi təklif olunmuş, o da könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Şəxsin üzərində həmçinin açar olmuş, o, mənzilə baxış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxsi saat 9-10 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində piyada hərəkətdə olan zaman yaxınlaşıb tutmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin polis nəfəri Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, BNMİ-də polis nəfəri vəzifəsində işləyir. Onun "xxxx" ASC, "xxxx" ASC-yə məxsus bank kartları var, həmin kartlardan kommunal ödənişləri ödəmək məqsədi ilə istifadə etmişdir. Onun “Leo kart” bank kartına dost-tanışlarından kim istəsə pul atır, teztez bibisinin oğlu onun kartına pul göndərir. İşlədiyi idarədə heç kəs onun kartına pul göndərməmiş, kiminsə işlə bağlı onun kartına pul göndərməsi və ya həmin pulu digər şəxsə verməsi ilə bağlı hal olmamışdır. Təqsirləndirilən şəxsi yalnız idarədə görmüş, kartı fiziki olaraq kiməsə verməmişdir. Onun BNMİ-nin əməkdaşları Şahid1 və Şahid2lə heç bir münasibəti olmamışdır. BNMİ-də Şahid1 qohumunun işləməsi barədə məlumatı yoxdur, telefonunda "xxxx" ASC-nin proqram tətbiqi yoxdur. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. - BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2023-cü il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 10 iyul 2023-cü il tarixdə saat 19:55 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 41 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. Göstərilənlərə əsasən vətəndaş Təqsirləndirilən şəxs üzərində və paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. (cild İ, i/v: 5) - BNMİ-nin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3137/Ə249/2023 nömrəli “Əməliyyat qrupunun yaradılması haqqında” əmrindən görünür ki, Təqsirləndirilən şəxs barəsində idarəyə daxil olmuş məlumatla bağlı təxirəsalınmaz tədbirlər görülməklə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin qeyri-mümkünlüyü, o cümlədən operativ şəkildə lazımı qabaqlayıcı tədbirlər görülmədiyi halda Təqsirləndirilən şəxs tərəfindən qısa müddət ərzində külli miqdarda narkotik vasitə və psixotrop maddələrin realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi, zərurət yaranarsa yaşadığı mənzilə baxış və həmin şəxsin üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə, BNMİ-nin əməkdaşları olan Şahid1 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. (cild İ, i/v: 11) - xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, AR DİN BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə, saat 21:10 dəqiqədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında müdafiəçi vəkil X4 iştirakı ilə tutulmuşdur. (cild İ, i/v: 23; 24) Tutulmanın əsasları olaraq AR DİN BNMİ-yə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2023-cü il tarixdə, saat 19:55 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 41 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilməsi qeyd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokol xx.xx.2023-cü il tarixdə, saat 21:10 dəqiqədə tərtib edilmişdir. (cild İ, i/v: 24) - “Məhkəmə-bioloji” ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-N-7/997 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 38,333 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan təqdim etdiyi...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı sayı 17 (on yeddi) ədəd qara rəngli polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 230 qram, 110 qram, 95 qram, 95 qram, 40 qram, 40 qram, 95 qram, 95 qram, 95 qram, 95 qram, 40 qram, 45 qram, 45 qram, 95 qram, 95 qram, 45 qram, 45 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1438,333 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi-1438,333 qram (1018N-İİ ob), tədqiqata istifadə olundu- 1,8 qram, (hər obyektdən 0,1 qram) qalıq-1436,533 qram. (cild İ, i/v: 48-49) - Məhkəmə-narkoloji ekspertizasının 30 oktyabr 2023-cü il tarixli 7104 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəsatəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 151- 152) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-550/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, i/v: 82-87) - AR DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş 11 ay 22 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. (cild İ, i/v: 125-127) - xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə dair məlumatlarda sonuncunun narkotik vasitələr əldə etməsi, narkotik vasitələr barədə hər hansı şəxslərlə yazışmalar etməsi, zənglər etməsi, hər hansı cinayət hadisələrində iştirakını təsdiqləyən sübutlar müəyyən edilməmişdir. (cild İ, i/v: 147) -xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə dair məlumatlarda sonuncunun narkotik vasitələr əldə etməsi, narkotik vasitələr barədə hər hansı şəxslərlə yazışmalar etməsi, zənglər etməsi, hər hansı cinayət hadisələrində iştirakını təsdiqləyən sübutlar müəyyən edilməmişdir. (cild İ, i/v: 149) - Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il və xx.xx.2017-ci il təvəllüdlü 2 azyaşlı uşağı var. (cild İ, i/v: 100-1001) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə əvvəlcə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri olmaqla, müvafiq olaraq 2 maddəsi ilə əhatə edilmişdir ki, hər iki norma özlüyündə CM-in Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin tövsifedici əlamətlərdə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda) törədilməsini ehtiva edir. CM-in 234.2-ci maddəsi ilə isə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – qanunla qadağan edilir. Məhkəmə hazırki cinayət işinin hallarından çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə hər iki cinayət əməli üzrə ilk növbədə sonuncu tərəfindən qanunla dövriyyəsi qadağan edilmiş predmetlərin əldə edilmiş olması və həmin predmetlərin Təqsirləndirilən şəxs (üzərindən və evindən) aşkar edilməsi qanuni yollarla əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Yalnız bundan sonra Təqsirləndirilən şəxs hərəkətlərində yuxarıda sadalanan tövsifedici əlamətlərin mövcud olub-olmaması tədqiq edilməlidir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə xx.xx.2023-cü il tarixdə, saat 19:55-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 41 ünvanının yaxınlığında (yaşadığı evin yaxınlığında) piyada hərəkət edən zaman saxlanması, habelə bundan sonra polis idarəsinə aparılması və üzərinə şəxsi axtarış, daha sonra isə evinə baxış keçirilməsi və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən sübutların toplanmış olması rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs ilk növbədə hadisələrin tamamilə başqa formada cərəyan etdiyini, hadisədən bir müddət əvvəl hazırki iş üzrə əməliyyat-axtarış tədbirini keçirdiyi qeyd olunan Azər Hüseynov tərəfindən saxlandığını, buraxılması müqabilində ondan 10000 manat pul tələb olunduğunu, ondan 6000 manat məbləğində pul alındıqdan sonra sərbəst buraxıldığını, geri qalan 4000 manat pulu verə bilmədiyi üçün sonradan təkrarən xx.xx.2023-cü il tarixdə saxlandığını, narkotik vasitələrlə heç bir əlaqəsinin olmadığını bildirmiş, həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfi sübutlarını məhkəməyə təqdim etmişdir. O cümlədən aparılmış məhkəmə istintaqının gedişatında tərəflərin vəsatəti əsasında bir sıra yeni obyektiv sübutlar əldə olunmuşdur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, habelə narkotik vasitələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllərin aşkar edilməsi, cinayət təqibinin aparılması, əməliyyat-axtarış fəaliyyəti və ibtidai istintaq üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, cinayət işlərinə məhkəmədə baxılması zamanı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə ciddi əməl olunması, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni və müvafiq dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların düzgün tətbiq edilməsi, hər bir cinayət işi üzrə ittihamın həllində əhəmiyyətli olan bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması, məhkəmə baxışının qanuni, əsaslı və ədalətli yekun qərarların çıxarılması ilə nəticələnməsi üçün məhkəmə fəaliyyətinin cinayət mühakimə icraatının əsas prinsiplərinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) digər müddəalarına uyğun olaraq təşkil olunması və həyata keçirilməsi təmin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi qanunsuz olaraq saxlanması ilə bağlı xüsusatların və ittihamda qeyd olunduğu kimi ətrafında keçirilmiş yuxarıda sadalanan tədbir və prosessual hərəkətlərin bir-biriləri ilə qarşılıqlı şəkildə bağlı olduğunu (əməliyyatın hər iki halda eyni şəxs tərəfindən – Şahid1 tərəfindən keçirildiyi vurğulanır) qeyd edərək belə hesab edir ki, ilk növbədə sonuncunun ifadəsində qeyd etdiyi halların yoxlanılması və onun həqiqilliyinə qiymət verilməsi hazırki iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi, o cümlədən tərtib edilmiş sənədlərin məzmununa görə Təqsirləndirilən şəxs ətrafında xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri və digər prosessual hərəkətlərin qanuniliyinin yoxlanılması baxımından mütləq zəruridir. Yalnız bundan sonra cinayət işi üzrə keçirilmiş tədbirlərin və onların rəsmiləşdirilməsi ilə bağlı protokolların məzmunu, məhkəmə istintaqı zamanı əldə olunmuş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq və təhlil edilməklə, ətraflı şəkildə araşdırıla bilər. Məhkəmə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və ilkin olaraq polis əməkdaşları tərəfindən saxlanması ilə bağlı birinci növbədə qeyd edir ki, istintaq materiallarına və verilmiş ittihama görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:55 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 41 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin inzibati binasına gətirilmiş, bu barədə tutma protokolu tərtib edilmişdir. Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən həmin tarixdən 10-15 gün əvvəl saxlandığını, əməliyyatçı Şahid1 ondan 10000 manat pul tələb etdiyini, həmin məbləği qohum-əqrəba, dost-tanışından yığaraq özünə məxsus olan 416973******8735 nömrəli plastik kart hesabından əməliyyatçı Şahid1 ona verdiyi kart hesabına, yəni BNMİ-nin polis nəfəri Şahid3 məxsus 4098********9637 nömrəli kartın hesabına 6000 manat məbləğində pul köçürdüyünü bildirmiş, bu hissədə təqsirləndirilən şəxsin ifadəsi məhkəmənin verdiyi sorğulara cavab olaraq alınmış məlumatlarla öz təsdiqini tapmışdır. Bununla belə məhkəmə iclasında ifadə vermiş Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid1, Şahid2 və kartın sahibi olduğu müəyyən edilən Şahid3 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saxlanması və ondan azad olunması üçün pul alınması ilə bağlı göstərdiklərinin həqiqətə uyğun olmadığını qeyd etmişlər. Halbuki "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 2024/111/27035 saylı məktubu və ona əlavə edilmiş diskin məhkəmə istintaqı zamanı tədqiq olunması zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsindən "xxxx" ASC-nin müştəri xidmətlərinə zəng edərək sonu 8735 olan kartından digər karta pul köçürdüyünü, sonradan digər karta əlavə məbləğdə pul köçürmə edə bilmədiyini, limit qoyulduğunu bildirmiş, "xxxx" ASC-nin müştəri xidmətlərindən ona kartda olan pulu bankomat vasitəsilə nəğdləşdirib terminal vasitəsilə digər kartın hesabına köçürə biləcəyi bildirilmişdir. Bundan başqa, müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 15:10- 16:22 aralığında Təqsirləndirilən şəxs istifadəsində olan 416973******8735 nömrəli plastik karta 3 əməliyyat nəticəsində tam olaraq 6000 manat pul köçürülmüş, bundan sonra həmin gün saat 16:55-17:04-də 2 əməliyyatla 409858******9637 nömrəli karta “Birbank” tətbiqi vasitəsi ilə cəmi 3980 manat pul köçürülmüş, saat 18:07-də isə Bakı şəhəri Sabunçu rayonu Zabrat-Maştağa şossesi 3 Azarterminaldan 1950 manat pul kartdan çıxarılmışdır. Belə ki, Kapital Bank ASC-nin təqdim etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan 416973******8735 nömrəli plastik kartla aparılan əməliyyatlara dair məlumatların məhkəmə istintaqı zamanı tədqiq olunması zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 23:44:22-də karta 1000 manat terminaldan mədaxil olmuş, xx.xx.2023-cü il tarixdə saat 16:58:44-də 1000 manat karta terminaldan mədaxil olmuş, xx.xx.2023-cü il tarixdə saat 19:00:47-də 1000 manat birbank tətbiqi ilə 524375****7961 nömrəli karta köçürmə olmuş, xx.xx.2023-cü il tarixdə saat 15:10:31-də 2600 manat karta terminaldan mədaxil olmuş, xx.xx.2023-cü il tarixdə saat 15:45:17-də 2250 manat karta terminaldan mədaxil olmuş, xx.xx.2023-cü il tarixdə saat 16:22:48-də 1150 manat karta terminaldan mədaxil olmuş, xx.xx.2023-cü il tarixdə saat 16:55:25-də 2000 manat birbank tətbiqi ilə 409858******9637 nömrəli karta köçürmə olmuş, xx.xx.2023-cü il tarixdə saat 17:04:36-da 1980 manat birbank tətbiqi ilə 409858******9637 nömrəli karta köçürmə olmuş, xx.xx.2023-cü il tarixdə saat 18.07:38-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Maştağa şossesi 3 Azarterminaldan 1950 manat pul çıxarılmışdır. Bundan başqa, "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş diskin məhkəmə iclasında tədqiq olunması zamanı məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs bank hesab kartından qeyd olunan məbləğdə pul vəsaitinin köçürüldüyü 4098********9637 nömrəli kartın sahibliyi araşdırılmış və müəyyən edilmişdir ki, sözügedən bank hesab kartı Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mabrizə İdarəsinin polis nəfəri Şahid3 məxsusdur. Həmçinin həmin kart üzrə aparılmış əməliyyatların tarixçəsindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə saat 16:55:25-də birbank tətbiqi vasitəsilə 2000 manat, xx.xx.2023-cü il tarixdə saat 17:04:37-də birbank tətbiqi vasitəsilə 1980 manat mədaxil olmuş, xx.xx.2023-cü il tarixdə saat 18:14:04-də Milliön ödəmə terminalı vasitəsi ilə 1950 manat mədaxil olmuş, habelə xx.xx.2023-cü il tarixdə saat 18:20:17-də Badamdar Avenue 296 ünvanında yerləşən terminaldan 1000 manat məxaric, xx.xx.2023-cü il tarixdə saat 18:25:34-də Badamdar Avenue 296 ünvanında yerləşən terminaldan 500 manat məxaric, xx.xx.2023-cü il tarixdə saat 18:28:04-də Badamdar Avenue 296 ünvanında yerləşən terminaldan 100 manat məxaric, xx.xx.2023-cü il tarixdə saat 18:19:30-da Badamdar Avenue 296 ünvanında yerləşən terminaldan 1000 manat məxaric, xx.xx.2023cü il tarixdə saat 18:26:40-da Badamdar Avenue 296 ünvanında yerləşən terminaldan 300 manat məxaric, xx.xx.2023-cü il tarixdə saat 18:23:42-də Badamdar Avenue 296 ünvanında yerləşən terminaldan 1000 manat məxaric, xx.xx.2023-cü il tarixdə saat 18:21:21-də Badamdar Avenue 296 ünvanında yerləşən terminaldan 1000 manat məxaric, xx.xx.2023cü il tarixdə saat 18:18:46-da Badamdar Avenue 296 ünvanında yerləşən terminaldan 1000 manat məxaric olmuşdur. Qeyd olunanlarla yanaşı məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarixdə əhatəsində olduğu anten dairələrinin təhlili aparılmış və bu zaman müəyyən edilmişdir ki, həmin gün Təqsirləndirilən şəxs kartından Şahid3 kart hesabına köçürmələrin olduğu, habelə sonuncu kartdan pulların çıxarıldığı dövrdən əvvəl saat 14:46, o cümlədən həmin dövrə təsadüf edən saat 17:51-dən 18:14-dək Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasının yaxınlığında olan “Abbasqulu Abbaszade kuc TELEQULLE-nin yaxinliginda” ünvanında yerləşən anten dairəsinin əhatəsində olmuş, bu müddətdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə həm telefon zəngləri etmiş, həm də mobil internetdən istifadə etmişdir (mobil tətbiqlə köçürmələri etməsinə dəlalət edir). Yuxarıda qeyd olunanları tədqiq və təhlil edən məhkəmə kollegiyası qısa xülasə şəklində qeyd edir ki, Təqsirləndirilən şəxs qeyd olunan tarixə kimi heç bir şəxsi münasibəti olmayan Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 xx.xx.2023-cü il tarixdə, demək olar ki, bir saatın ərzində və özünün də həmin idarənin yaxınlığında olan antenin əhatə dairəsində olduğu bir müddətdə kifayət qədər böyük məbləğ olan 6000 manat pul köçürməsi, bu pulun köçürülməsi zamanı çətinliklərlə rastalaşaraq, onların aradan qaldırılması üçün bankın müştəri xidmətlərinə zənglər etməsi, kart limitinin artırılmasının mümkün olmadığı zaman qalan pulun anası tərəfindən göndərilməsi üçün addımlar atması, Təqsirləndirilən şəxs həqiqətən də həmin vaxt azadlığının geri qazanılması üçün etdiyi hərəkətlər kimi qiymətləndirilməlidir. Məhkəmə bu hissədə Şahid3 məxsus bank kartından xx.xx.2023-cü il tarixinə olan pul məxariclərinin hər birinin “Badamdar Avenue 296” ünvanında, yəni Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin yaxınlığında yerləşən terminaldan həyata keçirilməsini də mühüm əhəmiyyətli fakt kimi nəzərə alır. Buna görə də məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı toplanmış və yuxarıda sadalanan obyektiv sübutlarla Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə aparıldığı, onların tələbi ilə həmin idarənin əməkdaşına 6000 manat məbləğində pulun köçürülməsindən sonra Təqsirləndirilən şəxs azad edilməsi halının tam olaraq təsdiqini tapmış hesab edir. Burada qeyd olunmalı digər bir məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ifadələrində xx.xx.2023-cü il tarixdə azad edildikdən sonra polis əməkdaşlarına verməli olduğu qalıq məbləğ 4000 manatın sonradan əməliyyat müvəkkili Şahid1la aralarında WhatsApp mobil tətbiqi vasitəsilə baş tutmuş danışıqları zamanı da tələb olunduğunu, lakin özünün həmin miqdarda pulu vermədiyini, xx.xx.2023-cü il tarixdən bir gün əvvəl yenə də zənglər olunaraq pulun qalığını ödəməsinin tələb olunduğunu, bu səbəbdən elə xx.xx.2023cü il tarixdə qızıl-zinət əşyalarının girov qoyulması qarşılığında tutulduğu gün müəyyən məbləğdə pul götürdüyünü bildirmişdir. Yuxarıda qeyd olunan halların təhlilindən irəli gələrək məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixində tərtib edilmiş əməliyyat məlumatının daxil olması barədə raport və digər sənədlərdə qeyd olunanların, o cümlədən həmin gün keçirilmiş əməliyyat-axtarış və istintaq hərəkətlərinin obyektivliyinə xüsusilə diqqətlə yanaşılmalıdır. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixdə artıq polis əməkdaşları tərəfindən saxlanılmış və pul müqabilində azad edilmiş və hələ də ödəməsi tələb olunan pul məbləği qalmış bir şəxsin (xüsusi şəraitdir) yenidən saxlanıla bilməsi qorxusu və təhdidi altında belə bir qısa zaman kəsiyində narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayət törətməsi ehtimalı təbii insan psixologiyası baxımından aşağı qiymətləndirilməli, hər hansı bir şəxsin belə bir addım atması üçün ciddi zərurətin olması, yəni cinayət əməlini törətməsi üçün əsaslı motivin olması (özünün narkotik vasitə qəbul etməsi zərurəti, maddi imkansızlıq və s.) mühüm şərtdir. Burada məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs toplanmış iş materiallarına əsasən ailəli olmaqla, həmin ərəfələrdə taksi fəaliyyəti ilə məşğul olaraq maddi dolanışığını bilavasitə özü təmin etmiş, maddi ehtiyacları yarandığı hallarda girov müqaviləsi üzrə kredit almış, habelə cinayət törətdiyi qeyd olunan dövrdə narkomaniya xəstəliyindən heç bir formada əziyyət çəkməmiş, yəni faktiki olaraq Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bir növ təqibdə olduğunu bilən Təqsirləndirilən şəxs bu müddət ərzində narkotik vasitə əldə edərək onun dövriyyəsi ilə məşğul olması üçün hər hansı motivi müəyyən edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmaqla cinayət işinin materiallarına əlavə edilmiş 16 dekabr 2022-ci il tarixli 23 saylı Europark MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış müqavilədən görünür ki, bu müqavilənin bağlanılması Təqsirləndirilən şəxs və UBER ML B.V. arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 4299866/22 saylı müqavilələrin müvafiq müddəalarının şərtlərinin icrasını təmin edir. xx.xx.2023-cü il tarixli ******* saylı ödəniş tapşırığından görünür ki, 16 dekabr 2022-ci il tarixli 23 saylı müqaviləyə əsasən Europark Təqsirləndirilən şəxs hesabına 4870 manat köçürmüşdür. xx.xx.2022-ci il tarixli ******* saylı ödəniş tapşırığından görünür ki, 16 dekabr 2022-ci il tarixli 23 saylı müqaviləyə əsasən Europark Təqsirləndirilən şəxs hesabına 4947 manat köçürmüşdür. xx.xx.2023-cü il tarixli ******* saylı ödəniş tapşırığından görünür ki, 16 dekabr 2022-ci il tarixli 23 saylı müqaviləyə əsasən Europark Təqsirləndirilən şəxs hesabına 4974 manat köçürmüşdür. xx.xx.2022-ci il tarixli 860254 saylı etibarnamədən görünür ki, X1 Əlizamin Şahin oğluna səlahiyyətlərini etibar etmişdir. xx.xx.2023-cü il tarixli GL/0xx/xx/346177 saylı girov müqaviləsi üzrə Təqsirləndirilən şəxs illik 43,47 faizlə 18 ay müddətinə 5250 manat kredit almışdır. xx.xx.2023-cü il tarixli qiymətləndirmə və təhvil təslim aktından görünür ki, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoymuş, onların likvid dəyəri 1861 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. xx.xx.2023-cü il tarixli MQxxxxxxx-39636 saylı kredit və girov müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoymuş, GL ASC-dən 6 ay müddətinə 45 faizlə 1450 manat kredit almışdır. xx.xx.2023-cü il tarixli təhvil qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoymuş, onların likvid dəyəri 515,58 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 30 oktyabr 2023- cü il tarixli 7104 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəsatəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə eytiyyacı yoxdur. Ərzi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild İ, i/v: 151- 152) Hadisələrin cərəyanının qeyd olunan mərhələsi ilə bağlı tərtib edilmiş sənədlərdən görünür ki, BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2023-cü il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək etimad doğuran, məlum, qərəzsiz məndədən daxil olmuş məlumatda xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasının qeyd olunduğunu bildirmişdir, bununla əlaqədar daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (cild 01, iş vər. 6) BNMİ-nin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1 həmin idarənin rəisinə olan xx.xx.2023-cü il tarixli raportundan görünür ki, əməliyyat müvəkkili yazılı şəkildə məruzə edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 10 iyul 2023-cü il tarixdə saat 19:55 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu, ev 41 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirildiyi barədə məlumat vermişdir. (cild 01, iş vər. 5) Qeyd olunanlarla yanaşı cinayət işinin 1-ci cildinin 12-13-cü vərəqlərində olan “Şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış” və Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat cədvəllərindən görünür ki, qeyd olunan məlumatlar xx.xx.2023-cü il tarixdə, saat 09:11-09:12-də elektron sistem vasitəsilə sorğulanaraq tərtib olunmuşdur. Göstərilənlərdən müəyyən olduğu kimi artıq xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs saxlayaraq ondan azad olunması üçün pulları tələb edərək, bir hissəsini idarənin başqa əməkdaşı vasitəsilə almış BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, xx.xx.2023-cü il tarixdə iş gününün başlanmasından cəmi 11 dəqiqə sonra artıq Təqsirləndirilən şəxs barəsində məlumatları sistem vasitəsilə sorğulamış, habelə bu hərəkətlərinin ona etimad doğuran, məlum, qərəzsiz məndədən daxil olmuş əməliyyat-məlumatı ilə əsaslandıraraq sonuncu ətafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qərara alınmasını xahiş etmişdir. Halbuki yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs artıq 14 gün əvvəl Şahid1 tərəfindən saxlanmış və üzərində hər hansı qanunsuz predmeti aşkar edilməmişdi. Tərtib olunmuş sənədlərdən isə görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:55-də, yəni faktiki olaraq barəsində sistem vasitəsilə məlumatların sorğulanmasından 10 saatdan da çox keçdikdən sonra, hər hansı fərqli yerdə deyil, yaşadığı ünvan 7 ünvanının yaxınlığında saxlanmışdır. Təqsirləndirilən şəxs isə ümumiyyətlə ifadəsində polis əməkdaşlarının onun evinə gələrək qapını döyüb onu çölə çağırdıqlarını qeyd etmişdir. Təbii olaraq bu məqamda məhkəmədə sual yaranır ki, əməliyyat-axtarış tədbirlərinin aparılması zərurəti təxirəsalınmaz idisə və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun sonuncunun olduğu aşkar edərək, saxlamaq üçün əməliyyat-müvəkkillərinə hansı səbəbdən 10 saat vaxt tələb olunmuşdur. Bu məqamda qeyd edilməli olan digər bir fakt ondan ibarətdir ki, elə qeyd edilən 10 saatlıq müddət ərzində, yəni xx.xx.2023-cü il tarixdə bağlanmış MQxxxxxxx- 39636 saylı kredit və girov müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs qızılzinət əşyalarını girov qoymuş, GL ASC-dən 6 ay müddətinə 45 faizlə 1450 manat kredit almışdır. xx.xx.2023-cü il tarixli təhvil qoyulmuş qiymətlilərin və dəyərlilərin qiymətləndirmə və təhvil-təslim aktından görünür ki, Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını girov qoymuş, onların likvid dəyəri 515,58 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində qeyd edilən məbləğdə pulu məhz tutulmasından bir gün qabaq polis əməkdaşlarının bir daha ondan qalıq qalan ödəməli olduğu pulu tələb etdikləri üçün kredit kimi götürdüyünü, həmin puldan 80 manat evdə təmir üçün xərclədiyini, 1000 manat pulu isə polis əməkdaşlarının onu saxladıqları zaman ondan aldıqlarını bildirmişdir. Burada diqqət çəkən bir məqam da ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokolun məzmunundan və istintaq hərəkətinin qeydə alındığı videogörüntülərdə Təqsirləndirilən şəxs üzərindən digər əşyalarla birlikdə məhz 376 manat pul da aşkar edilmişdir. Bununla əlaqədar sadə riyazi hesablamalar etdikdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 376 manat pulun, elə həmin gün kredit kimi götürülmüş 1450 manatdan evin təmir xərcləri və polis əməkdaşlarının 1000 manatı qanunsuz olaraq ələ keçirdiklərindən sonra qalıq qalan pul olduğunu demək mümkündür. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi xx.xx.2023-cü il tarixdə, saat 17:02-dən etibarən, anten məlumatı olaraq sonuncu məlumatın alındığı saat 19:19-dək sabit olaraq “Mashtaga, subtropik sov.” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin günün növbəti saatlarında isə telefon barədə heç bir antendən məlumat alınmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs yaşadığı ünvan ünvan 8lmaqla, qeyd edilən antenin əhatə dairəsi ilə üst-üstə düşür və sonuncunun 19:19-dan sonra anten məlumatlarının saxlandığı 36 dəqiqə keçənədək olan 19:55-ə, o cümlədən günün sonuna kimi ümumiyyətlə anten məlumatlarının olmaması Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən elə yaşadığı ünvana gələrək saxlandığını, sonradan isə mobil telefonunun söndürüldüyünü deməyə əsas verir. Bu hal isə özlüyündə evində olan bir şəxsin əynindəki göy rəngli şortun sağ yan cibinə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 38,333 qram çəkidə narkotik vasitə marixuana qoyaraq gəzməsinin reallıqdan uzaq olduğuna dəlalət edir. Digər tərəfdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 19:55-də saxlandıqdan sonra həmin gün yalnız saat 21:10-da şübhəli şəxs qismində tutulması, üzərində şəxsi axtarışın isə yalnız saat 21:40-dan başlayaraq keçirilməsi ilə, şəxsin saxlanması ilə üzərində axtarışın keçirildiyi vaxt arasında 2 saata yaxın bir müddətin keçmiş olmasını da xüsusi ilə vurğulayır. Bu müddətdə isə Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş olması işin mübahisəsiz halı kimi məhkəmə tərəfindən qəbul edilir və bu halın şəxslə bağlı faktiki olaraq saxlandıqdan sonra atılmış addımların araşdırılmalı olmasının iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Belə olan halda məhkəmə həmin zaman kəsiyində baş vermiş hadisələrin təhlilinin aparılmasını oxşar işlər üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında əks etdirilmiş “əldə edilmiş sübutların saxlanılan şəxslərin polisin nəzarəti altında saxlandığı müddətdə üzərinə yerləşdirilməsinin mümkünlüyü və bu hallara dair haqlı şübhəyə əsas yaranıb-yaranmaması ilə bağlı” mövqeyi baxımından zəruridir. Belə ki, “Layıcov Azərbaycana qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. "Savalanlı və digərləri Azərbaycana qarşı" şikayətlərlə bağlı qərarında da Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda məhkəmə hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib- etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98-106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Həmçinin şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində saxlanıldığı halda yerindəcə və ya daha yaxın bir ərazi üzrə inzibati binada şəxsi axtarış keçirmək əvəzinə, həmin ərazidən kifayət qədər uzaq məsafədə yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmasının zərurətinin nədən ibarət olması məhkəmə üçün aydın olmamışdır. Ələlxüsus da, təqsirləndirilən şəxsin mənzilində olan narkotik vasitə ilə bağlı özünün məlumat verməsi və onun özünün verdiyi məlumat əsasında yenidən Maştağa qəsəbəsinə qayıdaraq mənzilinə baxış keçirmələri barədə əməliyyat müvəkkillərinin məhkəmə iclasında verdikləri ifadələrini də nəzərə alsaq, mənzilində narkotik vasitə saxlaması barədə polisə məlumat vermək niyyəti olan bir şəxsin yaşadığı ünvanında qarşısında saxlanılan zaman deyil, Baş İdarəyə aparılıb üzərindən narkotik vasitə aşkar edildikdən sonra həmin məlumatı verməsi və yenidən Maştağa qəsəbəsinə qayıdaraq mənzilində olan narkotik vasitəni təqdim etməsi ağlabat və inandırıcı hesab oluna bilməz. Məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014- cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik, axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edilə bilməz (İbrahimov və Məmmədov, § 127). Təqsirləndirilən şəxs saxlanmasından sonrakı mərhələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sonuncu ifadəsində polis əməkdaşlarının onu saxladıqdan sonra şifahi hədəqorxuya məruz qaldığını, üzərinə narkotik vasitə qoyularkən müdafiəçinin onun yanında olmasına baxmayaraq, sonuncunun buna heç bir reaksiya vermədiyini, müdafiəçinin keyfiyyətli hüquqi yardım göstərmədiyini, müdafiəsi üçün dəlilləri məhz ədalətli məhkəmə araşdırması zamanı təqdim edəcəyini düşündüyünü bildirmişdir. Məhkəmə kollegiyası ilk növbədə, Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə”, o cümlədən “mənzilinə baxış və götürmə” istintaq hərəkətləri, habelə ibtidai istintaq zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Halbuki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəmə istintaqında özünü təqsirli bilməyərək, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, hadisə günü üzərində və evində qanunsuz heç bir predmet olmadığını, əməliyyatçılar tərəfindən saxlanılarkən üzərindən və evindən ümumiyyətlə narkotik vasitə aşkar olunmadığını, şifahi təzyiqlərə əsasən üzərində və evində narkotik vasitələrin olması barədə ondan “etirafedici” ifadələr alındığını bildirmişdir. Məhkəmə bu hissədə həmçinin təqsirləndirilən şəxsin etirafedici ifadə verməsinin səbəbi kimi atasının həbs olunması ilə bağlı təhdid edilməsini, atasını qorumaq məqsədi ilə polis əməkdaşları ilə razılaşdığını və ibtidai istintaq müddətində ona qarşı edilmiş qanunsuz hərəkətlərlə bağlı şikayət etmədiyini, yalnız atası ölkə xaricinə çıxdıqdan sonra şikayətlər etməyə başladığını göstərməsini, bununla bağlı elektron məhkəmə informasiya sistemi vasitəsi ilə sorğu verildikdə təqsirləndirilən şəxsin atası Şahid4 həqiqətən də 27 yanvar 2024-cü il tarixdə Moskva şəhəri istiqamətində ölkə sərhədini keçməsinin və 27 may 2024cü il tarixdə yenidən ölkə hüdudlarına qayıtmasının müəyyən edilməsini də təqsirləndirilən şəxsin məhkəməyə səmimi ifadələr verməsini şərtləndirən mühüm əhəmiyyətli fakt kimi nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutaraq Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinə hüquqi qiymət verərkən müəyyən etmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqları pozulmuş, sonuncu daha əvvəl polis əməkdaşları tərəfindən saxlanılaraq qanunsuz azadlıqdan məhrum edilmiş, pul müqabilində azadlığa buraxılmış və geri qalan pulu vermədiyi üçün yenidən tutulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmışdır. Bu hal eyni zamanda Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi və götürmə aparılması istintaq hərəkətinin videogörüntüləri ilə bağlı məhkəmə baxışı zamanı tədqiq edilərkən aşkarlanmış diqqətçəkən məqamlarla təsdiqlənir ki, həmin xüsusatlar da aşağıdakılardan ibarətdir. Belə ki, sözügedən videogörüntü ümumilikdə 11 dəqiqə 15 saniyə müddətində davam etməklə, videogörüntünün 01:11 taymkodunda iştirakçılar evə doğru hərəkətə başlayır, videonun 01:20 taymkodunda kifayət qədər xeyli sayda çantaların, qutuların və bağlamaların olduğu divarın qarşısından sol tərəfdə ən üst səviyyədə açıq şəkildə müşahidə edilə bilən və gözə çarpan (heç bir formada gizlədilməmiş) yaşıl rəngli sellofan torbanı götürərək polis əməkdaşlarına təqdim edir. Bundan sonra polis əməkdaşları ilə birlikdə mətbəx mebeli olan bir otağa keçilir və həmin otaqda da bir neçə iri çanta və bağlamaların olduğu görünür. Qeyd olunan otaqda videogörüntünün 09:11 taymkodunadək təqdim olunan sellofan torbanın içindəkilər tədqiq olunur, sənədləşmələr aparılır, sonrasında 10:28-dək Təqsirləndirilən şəxs və atasının münasibətləri öyrənilir. Yalnız bundan sonra diksiyası eşidilən təhqiqatçı ünvanda iş üzrə əhəmiyyət kəsb edən qanunsuz predmetə rast gəlinmədiyini qeyd edərək 11:02-də artıq “digər qanunsuz predmetlərin axtarış”ı yekunlaşdırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 86.2.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək təhqiqatçının vəzifəsidir; 86.3-cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur; 236.1. Cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır; 242.1-ci maddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Göründüyü kimi təhqiqatçı tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz predmetlərin olması ilə bağlı daxil olmuş məlumat əsasında faktiki olaraq axtarış istintaq hərəkəti keçirilsə də, bu baxış istintaq hərəkəti olaraq qeyd edilmiş və ümumilikdə isə hər iki istintaq hərəkətinin mahiyyəti və aparılması məqsədlərindən irəli gələn addımlar faktiki olaraq atılmadan yalnız şəxsin özünün təqdim etdiyi sellofan bağlamanın içərisi yoxlanılmışdır. Təhqiqatçının məhz baxış (axtarış) keçirilməsi ilə bağlı sadalanan səhlənkar hərəkətləri (faktiki olaraq keçirilməməsi) məhkəmədə sonuncuların baxış keçirdikləri evə əvvəlcədən bələd olmaları və evdə olan digər yerlərdə və əşyaların daxilində iş üzrə əhəmiyyət kəsb edən heç bir predmetin olmamasına əmin olmaları təəssüratı doğurmuşdur. Məhkəmə mənzilə baxış zamanı iştirak etmiş təqsirləndirilən şəxsin atası ilə bağlı məsələyə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin atası Şahid4 məhkəmə istintaqı zamanı şahid qismində məhkəmə iclasına dəvət olunsa da, o, məhkəməyə məlumat verərək ağır cərrahiyyə əməliyyatı keçirdiyini, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, həmin halla bağlı tibbi sənədləri və fotoşəkillərini məhkəməyə təqdim etmiş, bununla da mənzilə baxış prosesində baş verənlərə bağlı məhkəmə istintaqı zamanı onun ifadəsinin alınması mümkün olmamışdır. Hazırkı cinayət işi üzrə istintaq hərəkətinin bu formada həyata keçirilmiş olması məhkəmə kollegiyasında işin mübahisəsiz şəkildə qəbul edilən digər halları nəzərə alınmaqla tərtib edilmiş protokollardakı məlumatların obyektivliyi və həqiqiliyinə, o cümlədən onların sübut qismində mötəbərliyinə şübhə doğuran hallar olaraq qiymətləndirilməsinin prosessual qanunvericiliyin tələbləri baxımından qaçılmaz olduğunu deməyə əsas verir. Göstərilənlərə əsasən məhkəmə istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən prosessual qanunvericiliyin tələblərinin pozulması, habelə şəxsin daha əvvəl saxlanılaraq alınmış pul müqabilində azad buraxılaraq, sonradan geri qalan pulun da əldə olunması üçün təqib edilməsi fonunda, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təkrarən saxlandıqdan sonra şifahi təzyiqlərə məruz qalması səbəbindən istintaq müddətində etirafedici ifadələr verməsi və davranışı ilə bağlı halların mümkünlüyünü buna dair yuxarıda sadalanan kifayət qədər əsaslı şübhələrin mövcudluğunu məcmu halında qiymətləndirərək ağlabatan hesab edir. Bu isə özlüyündə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs üzərindən və mənzilindən dövriyyəsi qadağan edilmiş predmetlərin aşkar edilməsi ilə bağlı ittihamın sübutlarının əsasını təşkil edən xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Mənzilə baxış və götürmə aparılması haqqında” protokolların mötəbər sübut kimi qəbul edilməsini cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından mümkünsüz edir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Məhkəmə yuxarıda qeyd edilən halı digər faktlarla qarşılıqlı şəkildə qiymətləndirərək, təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq zamanı ona məxsus olmayan dövriyyəsi qadağan edilmiş maddələrin ona məxsus olmasına dair etirafedici ifadələr verməsinin səbəbi kimi polis əməkdaşlarının artıq onu bir dəfə tutaraq pul müqabilində azad etmələri, buna baxmayaraq 14 gün sonra yenidən saxlanılaraq özünə və ailə üzvlərinə problem yaradacaqları hədələri ilə əsaslandırmasını ağlabatan hesab edir. Qeyd edilən hal isə özlüyündə qanunvericiliyin tələblərinin kobud pozulması olmaqla, ümumilikdə iş üzrə aparılmış istintaq hərəkətlərinin qanuniliyini şübhə altına almağa əsas verməklə yanaşı, Təqsirləndirilən şəxs artıq yuxarıda sadalanan sübutlarla təsdiqini tapmış saxlanması və üzərində şəxsi axtarış keçirilməsi ilə əlaqədar prosessual qanunvericiliyin tələblərinin pozulması, habelə ittihamın əsası kimi qoyulmuş istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sübutların mötəbərliyinin digər sübutlarla şübhə altına alınması fonunda saxlandığı andan üzərində və evində heç bir qanunsuz predmet aşkar edilməmiş şəxsə münasibətdə qanunsuz tələblərin irəli sürülməsi kimi addımların atılmış ola biləcəyini güman etməyə məhkəmədə əsas verir. Məhkəmə bu nəticəyə gələrkən cinayət işi üzrə həm əməliyyat, həm də təhqiqat mərhələsində yol verilmiş kobud qanun pozuntularının fonunda təqsirləndirilən şəxsə qarşı qanuni və əsaslı ittihamın irəli sürülməsinin qeyri-mümkünlüyünü də göz önündə saxlayır. Yuxarıda sadalanan kobud prosessual pozuntularla əlaqədar məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 barəsində xüsusi qərar çıxarılmalı, eyni zamanda Şahid1 hərəkətlərində cinayət tərkibinin olub-olmaması məsələsinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən məlumat göndərilməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərdən sonra Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə əhatə olunan – Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Seyid” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, “Seyid” adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 1438,333 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə etməklə üzərində və yaşadığı ünvan 2 ünvanında saxlamış, həmin narkotik vasitə qudurulmuş marixuananı “Seyid” adlı şəxsin göstərişi əsasında ünvanlara çatdırması müqabilində sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə qurudulmuş marixuana verəcəyi ilə bağlı aralarında razılaşıb, bu məqsədlə bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 38,333 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Subtropik sovxozu 41 ünvanının yaxınlığına daşımış, DİN-in BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 19:55-də həmin yerdə saxlanılaraq DİN-in BNM-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şortun sağ yan cibindən bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 38,333 qram, əməliyyat-axtarış tədbirlərinin davam etdirilərək yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən həmin mənzilin eyvanından 17 ədəd qara rəngli polietilen bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 230 qram, 110 qram, 95 qram, 95 qram, 40 qram, 40 qram, 95 qram, 95 qram, 95 qram, 95 qram, 40 qram, 45 qram, 45 qram, 95 qram, 95 qram, 45 qram, 45 qram olmaqla ümumi çəkisi 1400,00 qram olan üzərindən aşkar olunanla eyni tərkibli bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsində ittiham edilmişdir. Məhkəmə ilk növbədə qeyd edilmiş ittihamın bilavasitə Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edildiyi qeyd edilən narkotik vasitələrlə bağlı olmasını, hazırki məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs həmin ittihamla bağlı hissədə toplanmış sübutlarla təqsirinin sübuta yetirilmədiyini qeyd edir. Bu isə özlüyündə Təqsirləndirilən şəxs həmin cinayəti (satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib, saxlama və daşıması) törətməsinin sübuta yetirilmədiyi təqdirdə, həmin cinayəti təkbaşına deyil, digər bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini, yəni cinayətin müvafiq tövsifedici əlamətlə törədilmiş olmasını cinayət qanunvericiliyin tələbləri baxımından mümkünsüz edir. Başqa sözlə desək, şəxs özü cinayətin törədilməsində təqsirli hesab edilmirsə, onun bu cinayəti başqa bir şəxslə qabaqcadan əlbir halda törətməsinin israr edilməsi yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-cü maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə qeyd edilənlərin verilmiş ittiham çərçivəsində şəxsin təqsirsiz hesab edilməsi üçün kifayət etməsini vurğulamaqla yanaşı, hesab edir ki, istintaq orqanının qeyd edilən hissədə də yol verdiyi cinayət prosessual qanunvericiliyin tələbləri baxımından aradan qaldırıla bilməyən natamamlıqların vurğulanmasını zəruridir. Belə ki, ittihamdan göründüyü kimi Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Seyid” adlı şəxslə hansı şəkildə (mobil telefon danışığı, yoxsa internet üzərindən sosial şəbəkələr vasitəsilə) əlaqə saxlaması, “aralarındakı razılıq” əsasında necə davranmaları barədə hər hansı məlumat qeyd edilməmişdir. Bununla bağlı yuxarıda sadalanan protokolların məzmunundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona daxil olan, çıxan zənglərin və sms mətnlərindən sonuncunun “Seyid” adlı hər hansı bir şəxslə və ya digər şəxslərlə narkotik vasitə əldə etməsi, saxlanması, daşınması və satışını təsdiq edən hər hansı məlumatlar aşkar edilməmişdir. İbtidai istintaq zamanı tərtib edilmiş protokollarla yanaşı, həm də məhkəmə istintaqı zamanı dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin istifadəsində olmuş hər üç mobil telefon nömrəsinə aid məlumatlar götürülmüş və həmin məlumatların içərisində hər hansı bir İran İslam Respublikasına məxsus mobil nömrə ilə danışıq və ya yazışma müəyyən edilməmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətinə görə, Təqsirləndirilən şəxs bu cür qanunsuz əldə olunmuş sübutlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən CPM-nin 125, 143-146-cı maddələrinə, nə də ki, (nəticə etibarı ilə) İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə cinayətin törədilməsinə təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən barəsində təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinin mənası baxımından məhkəmə məsrəfləri məhkəmə tərəfindən yalnız məhkumun üzərinə qoyula bildiyindən, hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraət verildiyindən, o, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 78 manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilməli və həmin məbləğ Dövlət Büdcəsi vəsaiti hesabından ödənilməlidir (CPM-198.2.). Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələr ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmaqla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1436,533 qram çəkidə 18 bükümdə narkotik vasitə qurudulmuş marixuana həmin iş materiallarına əlavə edilməlidir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilsin, ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə məhkəmə məsrəfi olan 78 manat məbləğində pul dövlət büdcəsi hesabına aid edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitələr ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hazırki cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Sabunçu rayon prokuroruna göndərilsin və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılmaqla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1436,533 qram çəkidə 18 bükümdə narkotik vasitə qurudulmuş marixuana həmin iş materiallarına əlavə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Roman Ələkbərli Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-180/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-180/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver