Məhkəmə qərarları › İş №1(101)-1800/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1800/2022

14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1800/2022 14.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Əsgərova Aynur Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxx 1991-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olub, faktiki olaraq ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq qaz silahını və soyuq silahı əldə etmiş və gəzdirmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik 01 ədəd soyuq silahı, eləcə də özünümüdafiə vasitəsi kimi istifadə edilən, gözün selikli qişasına qıcıqlandırıcı və gözyaşardıcı təsir göstərməklə qaz silahı hesab edilən, zavod üsulu ilə qablaşdırmaya uyğun, içərisində qaz halında maddənin tərkibində sarı rəngli, zəhərli yanar maddəyə məxsus tərkib komponentləri müəyyən edilən təbii bibər ekstraktı (oleoresin capsicum) olan «ШОК средство самообороны перцовый» adlı 01 ədəd sprey qaz balonunu qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində gəzdirmiş, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumilikdə 6,336 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Təqsirləndirilən şəxs qanunsuz əməli barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə saat 18:50-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində Bakı-Quba magistral yolunun 8-ci kilometrliyində idarə etdiyi «Hyundai Genesis» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq DİN-in ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilib orada həmin gün saat 20:50-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda ümumilikdə 6,336 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi, ayrı-ayrılıqda təmiz çəkiləri 4,105 qram və 2,231 qram olmaqla 02 ədəd şəffaf sellofan bükümlərin içərisində, qeyd edilən kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik 01 ədəd soyuq silah və qaz silahı hesab edilən 01 ədəd sprey qaz balonu isə Təqsirləndirilən şəxs sol çiynindən asdığı qara rəngli dəri çantanın içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 15 iyun 2022-ci il tarixdə saat təxminən 19 radələrində dostu Şahid5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində, Bakı-Quba yolunun 8-ci kilometrliyində, «Ekologiya postu» kimi tanınan ərazidə özünə məxsus «Hyundai Genesis» markalı, **-PZ-*** qeydiyyat nişanlı avtomobillə hərəkət edən zaman yol polisi onu saxlamış, həmin vaxt kənardan bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onu və dostu Vüsalı özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Cinayət işinin materiallarında qeyd olunmuş, iki bıçaq, bir beşbarmaq və qaz balonu ona məxsus olmuş, saxlanılan zaman avtomobilində çantanın içində olmuşdur. Qeyd olunan predmetləri müəyyən düşmənçiliklərinin olması, bu səbəbdən də özünü müdafiə etmək məqsədi ilə avtomobilində daşımışdır. Beşbarmağı xatırlamadığı yerdən tapmış, bıçaqlar və qaz balonunu isə almışdır. Lakin cinayət işinin materiallarında qeyd olunan narkotik vasitə ona məxsus olmamış, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. O, onu saxlayan polis əməkdaşlarını tanımasa da, polis əməkdaşları onu yaxşı tanımış, çünki ona «Rüfət, səni neçə vaxtdı axtarırıq» demişlər. Qeyd olunan narkotik bükümlərini idarədə polis əməkdaşları seyfdən çıxarıb gətirib ona təqdim etmiş və həmin maddənin ona məxsus olmasını etiraf etməyə məcbur etmişlər. Əks halda dostu Vüsalı da onunla birlikdə məsuliyyətə cəlb edəcəkləri ilə onu hədələmişlər. O da məcbur qalıb heç nə deyə bilməmiş, çünki dostu nişanlı olmuş, yaxın vaxtlarda toyu olacağından dostunun ona görə tutulmasına yol verə bilməzdi, bu səbəbdən də polislərin təklifi ilə razılaşmışdır. Bununla belə polis əməkdaşlarından narkotik vasitəyə dair hissədə, onu narkotik vasitələrin istifadəçisi kimi rəsmiləşdirməyi xahiş etmiş, lakin polis əməkdaşları guya onun narkotik vasitələrin satıcısı olması ilə bağlı ona qarşı ittiham irəli sürmüşlər. Onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir telefon danışığı, heç bir yazışma, heç bir şahid yoxdur, çünki o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ümumiyyətlə qeyd olunan nnarkotik vasitə də ona məxsus olmamışdır. Onun hal-hazıradək bir neçə məhkumluğu olmuş, hər birində də törətdiyi əməli səmimi etiraf etmişdir, lakin bu narkotik vasitə ona məxsus olmamış, o, narkotik vasitə satmamış və üzərində gəzdirməmişdir. Polis əməkdaşları onu Baş İdarəyə apardıqdan sonra bıçağı, beşbarmağı və qaz balonunu avtomobilində olan ona məxsus çantanın içərisinə qoyub çiynindən asmışlar. Guya o, avtomaşını idarə edən zaman həmin çanta onun çiynində asılı olmuşdur. Polis əməkdaşları onun «Hyundai Genesis» markalı **-PZ-*** qeydiyyat nişanlı avtomobilinə də baxış keçirmişlər, lakin qanunsuz heç bir maddə və əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, iki bıçaq, bir beşbarmaq və qaz balonu ona məxsus olmuş və avtomaşınında olmuşdur. Narkotik vasitədən nadir hallarda istifadə etmişdir, hərdən «kokos» kimi tanıdığı narkotik vasitə olan heroindən istifadə etmişdir. Cinayət işinin materiallarında qeyd olunan narkotik vasitə ona məxsus olmamışdır, həmin bükümləri polis əməkdaşları seyfdən çıxarıb ona vermiş və həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməsini tələb etmişlər. Əks halda dostunu da məsuliyyətə cəlb edəcəkləri ilə hədələmişlər. O da məcbur qalıb polis əməkdaşları ilə razılaşmışdır. Onu döyən olmamış, lakin təzyiqlər göstərmişlər. Onun başqa yolu olmamış, ya narkotik vasitəni öz üzərinə götürməli, ya da dostunun tutulmasına göz yummalı olmuşdur. Əslində onun cibində evdən çıxanda səkkiz yüz manata yaxın pul olmuş, ittiham aktında guya dostunun cibində 770 manat pul olduğu qeyd olunmuşdur. Lakin həmin pul ona məxsus olmuş, polis əməkdaşları pulu onun cibindən götürüb 20 manatını ona qaytarmış, 770 manatını isə dostunun cibinə qoymuşlar. Polis əməkdaşlarının onu döyməməklərinin səbəbi isə sonuncuların onun çənəsinin qırıq olmasından məlumatlarının olmasıdır. Məhkəmə baxışı zamanı müəyyən olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində o, özünü qismən təqsirli bilərək göstərmişdir ki, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, bu kimi maddələri satmamışdır. Özünün üzərindən aşkar edilmiş narkotik vasitə heroini isə tapıb yerdən götürəndən sonra onu tullamaq fikri olmuş, sadəcə bu məqsədlə cibində saxlamışdır. Subaydır, əvvəllər üç dəfə məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, hərdən iş tapanda tikinti-inşaat işlərində fəhləlik etməklə məşğul olur. 15 iyun 2022-ci il tarixdə saat təxminən 19 radələrində tanışı Şahid5 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində, Bakı-Quba yolunun 8-ci kilometrliyində, özünə məxsus «Hyundai Genesis» markalı, **-PZ-*** qeydiyyat nişanlı avtomobilin yanında dayanmışdır. Şahid5 özünün uşaqlıqdan tanışıdır, aralarında normal yoldaşlıq münasibəti var, heç vaxt ədavət və düşmənçiliyi, qərəzli münasibəti olmamışdır, hazırda da yoxdur. Vüsal da əslən Zəngilan rayonundandır, özünün həmyerlisidir, hazırda Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində eyni məhəllədə yaşayırlar. Qeyd etdiyi kimi avtomobilinin yanında dayandıqları zaman kənardan onlara tərəf mülki geyimdə bir neçə nəfər yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslərin təklifi ilə özlərini onlara təqdim etmişlər. Polis əməkdaşları ona demişdir ki, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğu üçün şübhəlidir, əməliyyat-axtarış tədbiri keçirilir və ondan üzərində narkotik və psixotrop maddələr olub-olmaması barədə soruşduqda, özü səmimi demişdir ki, üzərində «kokos», yəni heroin var. Tanışı Vüsalın onda narkotik olmasından xəbəri olmamışdır. Polis əməkdaşları Vüsaldan da üzərində hər hansı qanunsuz maddə olub-olmamasını soruşduqda Vüsal bildirmişdir ki, üzərində qanunsuz heç nə yoxdur. Özü isə həmin heroini elə həmin gün Masazırda Duz gölünün yanından iki bıçaq, bir beşbarmaq aləti və qaz balonu ilə birlikdə tapmış, elə-belə üstündə saxlamışdır. Polis əməkdaşları şübhəli olduqları üçün onu və Vüsalı özləri ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edib aparmışlar, onun avtomobilini də oraya aparmışlar. Həmin idarəyə gələndən sonra polis əməkdaşları onu şübhəli şəxs kimi tutmuş, hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edib ona təqdim etmişlər və o, heç bir etiraz etməmişdir. Sonra idarədə videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağı, həmçinin tanışı Vüsalın üzərinə də baxış keçiriləcəyi onlara bildirilmiş, onlar buna etiraz etməmişlər. İdarədə otaqların birində vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə üzərində şəxsi axtarış aparılmağa başlanmış, polis əməkdaşları onu və Vüsalı bu barədə qərarla tanış etmiş, əvvəlcə özünə təklif etmişlər ki, üzərində, həmçinin çiynindən asdığı özünə məxsus çantasının içində hər hansı qanunsuz saxlanılan əşya, predmet, narkotik və psixotrop maddə varsa çıxarıb təqdim etsin. O, tapdığı həmin iki bıçağı, bir beşbarmaq alətini və qaz balonunu həmin qara dəri çantanın içinə qoymuş, narkotik vasitə iki büküm heroini isə əynindəki göy cins şalvarının sağ yan cibində saxlamışdır. Polislərin təklifinə əsasən sol çiynindən asdığı qara dəri çantasını, əynindəki göy cins şalvarının sağ yan cibindən iki ədəd heroin bükümlərini, 20 manat pulunu və cins şalvarının sol yan cibindən ona məxsus «İphone» markalı mobil telefonunu, həmçinin bir ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları onun təqdim etdiyi həmin iki ədəd sellofan bükümləri açıb baxmış və bükümlərin hər birinin içərisində olan narkotik vasitə heroini aşkar etmişlər. Polis əməkdaşları həmin iki ədəd heroin bükümlərini götürüb zərfə qoyub qablaşdırmışlar. Sonra ona məxsus qara dəri çantanı açıb baxış keçirilərkən həmin çantanın içərisindən iki ədəd bıçağı, bir ədəd beşbarmaq alətini, bir ədəd qaz balonunu və bir ədəd öz siqaret qutusunu aşkar etmişlər, həmin əşyaları da götürüb qablaşdırmışlar. Onun üzərində axtarış keçirilmiş, başqa heç nə aşkar edilməmişdir. Polis əməkdaşları onun «İphone» markalı mobil telefonunu da iş üzrə əhəmiyyət kəsb edəcəyini bildirib götürmüş, bir ədəd siqaret qutusunu, 20 manat pulunu və 01 ədəd avtomobil açarını ona qaytarmışlar. Polis əməkdaşları tanışı Vüsalın da üzərinə baxış keçirmişlər, Vüsala üzərində narkotik vasitələr və psixotrop maddələr varsa təqdim etməyi təklif etmişlər. Vüsal bildirmişdir ki, üzərində belə maddələr, nə də başqa qanunsuz heç bir əşya yoxdur. Polis əməkdaşlarının təklifinə əsasən Vüsal əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən «İphone» markalı öz mobil telefonunu və şalvarının sol yan cibindən özünə məxsus 770 manat pulunu çıxardıb masanın üzərinə qoymuş, polis əməkdaşları baxış keçirərək onun «İphone» markalı mobil telefonu və 770 manat pulu özünə qaytarmışlar. Ondan avtomobilində hər hansı qanunsuz əşya, maddə olub-olmadığı da soruşulmuş, lakin bildirmişdir ki, «Hyundai Genesis» markalı **-PZ-*** qeydiyyat nişanlı avtomobilində heç bir narkotik vasitə və psixotrop maddə, başqa qanunsuz digər əşyalar saxlamır, avtomobilə baxış keçirilməsinə də etiraz etmir. Sonra şəxsi axtarış və baxış prosesi başa çatmış, bu barədə polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolun doğruluğunu da imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları onun «Hyundai Genesis» markalı **-PZ-*** qeydiyyat nişanlı avtomobilinə də baxış keçirmişlər, lakin qanunsuz heç bir maddə, əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrində əlavə olaraq göstərmişdir ki, şəxsi axtarış prosesi zamanı üzərindən aşkar edilmiş həmin heroin bükümlərini, bıçaqları, beşbarmaq alətini və qaz balonunu heç kimdən almamış, elə həmin gün Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Duz gölü»nün yaxınlığında yerdən tapmışdır. Heroin bükümlərini sonradan tullamaq fikri olmuş, ona görə cibində saxlamışdır ki, sonra hansısa bir yerə tullasın. Bıçaqlara, beşbarmağa və qaz balonuna isə əvvəldən marağı olmuş, ona görə tapandan sonra çantasında saxlamışdır. Onun üzərindən aşkar edilmiş həmin maddə və predmetlərdən tanışı Şahid5 ümumiyyətlə xəbəri olmamış, ona bu barədə heç bir söz deməmişdir. Vüsal həmin maddələri və əşyaları polislər tərəfindən onun üzərindən aşkar ediləndə görüb bilmişdir. Onun istifadə etdiyi mobil nömrə ***-***-**-** nömrəsidir, başqa mobil nömrəsi yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib aparılarkən özünə və tanışı Şahid5 qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. O, heç vaxt narkotik və ya bu kimi maddələr qəbul etməmiş, hazırda da qəbul edən deyildir. Eləcə də, heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamış, aşkar edilmiş həmin heroin bükümlərini də heç kimə satmaq, vermək məqsədi olmamışdır, onları sadəcə tapıb götürəndən sonra tullamaq fikri ilə cibinə qoymuşdur. Heroini bükümlərə özü ayırmamış, elə iki ədəd büküm halında tapmışdır. Tapanda isə onun narkotik maddə heroin olduğunu sadəcə əvvəllər televizorda efirlərdə gördüyü üçün və iyindən tanıyıb bilmişdir. Bildiyinə görə tanışı Şahid5 da bu kimi maddələr qəbul etmir. Özü əvvəllər ruhi-psixi xəstəlikdən müalicə almış, Bakı şəhəri Maştağa qəsəbəsindəki Psixiatriya xəstəxanasında da müalicəsi ilə bağlı yatmış, bildiyinə görə ona şizofreniya xəstəliyinin diaqnozu qoyulmuşdur (iş vərəqə: cild İ səh. 76-80,106-111). Təqsirləndirilən şəxs ibtidai istintaq istintaq zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin arasındakı ziddiyyəti, polis əməkdaşlarının ona təzyiq göstərib, hədələyərək qeyd olunan məzmunda ifadəni imzalamağa məcbur etmələri ilə izah etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirində, eləcə də onun üzərində şəxsi axtarış və götürmə aparılması, avtomobilinə baxış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri kimi iştirak etmişdir. Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri satış məqsədi ilə qanunsuz əldə edib saxlaması, daşıması, üzərində qanunsuz əldə etdiyi soyuq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, Baş İdarə rəhbərliyinə raportla məruzə edəndən sonra Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə olunmuş, həmin gün əməliyyat-axtarış tədbiri zamanı xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi saat 18:50-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində Bakı-Quba magistral yolunun 8-ci kilometrliyində idarə etdiyi «Hyundai Genesis» markalı **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında müəyyən edib saxlamışlar. Yanında tanışı olan digər bir nəfər oğlan da olmuşdur. Onlar yaxınlaşaraq öz xidməti vəsiqələrini göstərib özlərini təqdim etməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs çiynindən asdığı qara rənglı dəri çantası da olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib, onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmiş, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, qanunsuz soyuq silah əldə edib gəzdirməsi barədə əməliyyat məlumatları olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də səmimi şəkildə bildirmişdir ki, hazırda üzərində bir qədər «kokos», yəni narkotik vasitə heroin var, Vüsal isə üzərində qanunsuz heç nə olmadığını demişdir. Dərhal Təqsirləndirilən şəxs və tanışı Şahid5 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, onlar Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Genesis» markalı 90- PZ-125 dövlət qeydiyyat nişanlı avtomobillə birgə idarəyə aparmışlar. Baş İdarənin inzibati binasına gələndən sonra Təqsirləndirilən şəxs Baş X2 təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Şəxsi axtarış və götürmə, baxış keçirilməsindən əvvəl Baş İdarənin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs, həmçinin Şahid5 bu prosesin videoçəkilişlə həyata keçiriləcəyi, eləcə də hüquq və vəzifələr izah olunmaqla bu barədə qərar elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində, həmçinin çiynindən asdığı çantasının içində hər hansı qanunsuz saxladığı əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs bu təklifdən sonra sol çiynindən asdığı qara dəri çantasını, həmçinin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində şübhəli maddələr olan 02 ədəd kiçik sellofan bükümləri, təxminən 20 manat pulu və cins şalvarının sol yan cibindən 01 ədəd «İphone» markalı mobil telefonu, həmçinin 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 02 ədəd sellofan büküm hamının gözü qarşısında açılıb baxılmış, bükümlərin hər birinin içərisində narkotik vasitə heroinə bənzər kəskin iyli, tünd qəhvəyi rəngli maddə aşkar edilmişdir. Həmin 02 ədəd büküm içərisindəki maddələrlə birgə götürülüb qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs həmin qara dəri çantası açılaraq içərisinə baxış keçirilərkən çantanın içərisindən 02 ədəd bıçaq, 01 ədəd beşbarmaq aləti, 01 ədəd qaz balonuna oxşar predmet və 01 ədəd siqaret qutusu aşkar edilmişdir. Aşkar edilmiş həmin 02 ədəd bıçaq, 01 ədəd beşbarmaq aləti, 01 ədəd qaz balonu götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs 01 ədəd «İphone» markalı mobil telefonu da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, 01 ədəd siqaret qutusu, az miqdarda pul, avtomobil açarı və qara çantası isə onun özünə qaytarılmışdır. Daha sonra Şahid5 üzərinə baxış keçirilməyə başlanmış, ona üzərində qanunsuz saxlanılan hər hansı əşya, narkotik vasitə və psixotrop maddələr varsa təqdim etməsi təklif olundu. Şahid5 üzərində belə maddələr, nə də başqa qanunsuz heç bir əşya olmadığını bildirmişdir. Şahid5 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən «İphone» markalı mobil telefonunu və şalvarının sol yan cibindən yüz manatlar çıxarıb masanın üzərinə qoymuş, onun «İphone» markalı mobil telefonu və pulları baxış keçirilməklə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə və predmetlər barədə soruşulduqda bildirmişdir ki, narkotik vasitə heroin bükümlərini, bıçaqları, beşbarmaq alətini, həmçinin qaz balonunu elə həmin gün Masazır qəsəbəsində yerləşən «Duz gölü»nün yanından tapıb, heroini sonradan məhv etmək, tullamaq fikri ilə saxlamışdır. Bıçaqları, beşbarmaq alətini və qaz balonunu isə marağı olduğu üçün üzərində gəzdirir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş həmin maddə və predmetlərdən tanışı Şahid5 ümumiyyətlə məlumatı olmamış, Şahid5 da bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik maddə, bıçaqlar, beşbarmaq, qaz balonu olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Genesis» markalı **-PZ-*** qeydiyyat nişanlı avtomobilində hər hansı qanunsuz əşya, maddə olub-olmadığı da soruşulmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomobildə heç bir narkotik və psixotrop maddə, başqa qanunsuz digər əşyalar saxlamır, avtomobilə baxış keçirilməsinə də etirazı yoxdur. Sonra şəxsi axtarış və götürmə, baxış prosesi başa çatdırılaraq videoçəkiliş dayandırılmış, aşkar edilənlərlə bağlı təhqiqatçı Babək Haqverdiyev tərəfindən protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğunu imzalar ilə təsdiq etmişlər. Bundan sonra Baş İdarənin inzibati binasının həyətinə gətirilib saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Genesis» markalı **-PZ-*** qeydiyyat nişanlı avtomobilə də özünün və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş, baxış zamanı avtomobildən qanunsuz heç bir maddə, əşya və ya predmet aşkar edilməmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Bakı- Quba magistral yolunda «Ekologiya» postunun yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilərkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, digər hər hansı qanunsuz hərəkətlər edilməmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri satış məqsədi ilə qanunsuz əldə edib saxlaması, daşıması, üzərində qanunsuz əldə etdiyi soyuq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, lakin onlar Təqsirləndirilən şəxs kiməsə narkotik vasitələrin satmasını müəyyən edə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid1 və Şahid4 Şahid2 ifadəsinə uyğun məzmunda ifadə vermişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, Rüfət ilə o, eyni məhəllədə böyümüş, uşaqlıqları birlikdə keçmişdir. Hadisə olduğu gün Rüfət ilə o, birlikdə yaşadıqları Masazır qəsəbəsi tərəfə gedən zaman X9 işçiləri özlərinin idarə etdiyi xidməti avtomaşınları ilə onların önünə çıxaraq onları saxlamış, onlar avtomaşından enərkən öncə Rüfəti, daha sonra onu tutaraq özlərinin idarə etdiyi avtomaşına əyləşdirərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. O, polislərdən nə üçün saxlanıldıqlarını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə nəyə görə aparıldıqlarını soruşsa da, onlara «idarədə öyrənərsiniz» demişlər. İdarədə xidməti otaqların birində olduqları zaman, polis işçiləri otaqda olan seyfdən bükümdə olan narkotik vasitəni gətirərək Rüfətə vermiş və həmin narkotik vasitəni üzərinə götürməyə məcbur etmişlər. Həmin polis işçiləri bildirmişlər ki, ya silahları gətirsin, ya da qeyd olunan narkotik vasitələri öz üzərinə götürsün. Onun yaxın gündə toyu olacağı üçün, Rüfət onun tutulmaması üçün qarşısına qoyulmuş narkotik vasitəni öz üzərinə götürəcəyini bildirmişdir. Onu sərbəst buraxdıqdan sonra Rüfət qarşısına qoyulmuş narkotik vasitəni qəbul edərək öz üzərinə götürmüşdür. Şahid5 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə eyni məhəllədə yaşayır, Rüfət ilə uşaqlıqdan dostdur. Əvvəl «Baku Electronics»də anbarda fəhlə işləmiş, hal-hazırda isə işləmir. X10 Polis işçiləri saxlamış, lakin avtomaşından endikdən sonra onları mülki geyimdə polis işçiləri tutaraq özlərinin idarə etdiyi avtomaşına əyləşdirərək aparmışlar. İdarədə olduqları zaman polis işçiləri ona demişdir ki, «sənlik bir iş yoxdur». Rüfətin isə qarşısına narkotik vasitə qoyaraq onu öz üzərinə götürməyə məcbur etmişlər. Onlara qarşı heç bir fiziki təzyiq olmamış, lakin polis əməkdaşları onları hədələyərək qorxutmuşlar. Avtomobildə olan çanatadan bıçaq, beş barmaq və bibər qazı çıxarılmışdır. Rüfətin narkotik vasitədən istifadə etməsi barədə məlumatı yoxdur. Hadisə zamanı onun üzərində pul olmamış, saxlanıldıqları zaman Rüfətdə 800 (səkkiz yüz) manat pul olmuş, o, sərbəst buraxıldığı zaman Rüfətin cibində olan həmin pulu ona vermişlər ki, yaxın qohumlarından birinə qaytarsın. Polis əməkdaşları onları saxlayan zaman, onu polis maşını ilə, Rüfəti isə öz avtomaşını ilə aparmışlar. Rüfətin avtomaşınını polis işçiləri özləri idarə etmişlər. Rüfətin üzərində qanunla qadağan olunmuş əşya olmamış, Rüfətin maşınında olan çantasının içərisində bıçaq, beş barmaq deyilən soyuq silah və bibər qazı olmuşdur. Rüfətin üzərində narkotik vasitə olmamışdır. Polislər narkotik vasitəni öz seyflərindən çıxarıb Rüfətə vermişlər. Həmin narkotik vasitə 2 bükümdən ibarət olmuşdur. Bükümdə olan narkotik vasitələrin hansı rəngdə olduğunu dəqiq xatırlamır. İstintaq zamanı ifadəni polislər tərtib etmiş, o da oxumadan imzalamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 15 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 15 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, Şahid5 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Tədqiq olunan protokoldan görünür ki, istintaq hərəkəti aparılarkən onun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi, içərisində narkotik vasitə heroinə oxşar maddələr olan 02 ədəd şəffaf sellofan bükümlər, Təqsirləndirilən şəxs sol çiynindən asdığı qara rəngli dəri çantanın içərisindən 02 ədəd bıçaq tipli dəmir predmet, 01 ədəd beşbarmaq tipli dəmir predmet, 01 ədəd qaz balonuna oxşar predmet aşkar edilərək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Tədqiq olunan həmin protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, həmin heroini, habelə iki ədəd bıçağı, 1 ədəd beşbarmağı, o cümlədən qaz balonunu həmin gün Duz gölünün yaxınlığından yerdən tapdığını, narkotik vasitəni sonradan tullamaq, digər predmetləri isə marağı olduğu üçün götürüb özündə saxladığını bildirmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, aşkar edilmiş maddələr 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Onunla birlikdə saxlanılan Şahid5 də üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. (iş vərəqə: cild İ səh. 37- 39,45). Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan 29.15 dəqiqəlik videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun məzmunu ilə eynilik təşkil edir və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesində qanun pozuntusuna yol verilməmişdir (cinayət işinin materialları). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə 16 iyun 2022-ci il tarixli 6/3365 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 6» dairəvi möhür əksləri olan, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə narkotik vasitə...» sözləri, soyadlar və imzalar qeyd edilmiş paketdəki 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,105 qram və 2,231 qram, ümumi təmiz çəkisi 6,336 qram olan tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 02 (iki) ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən ümumi təmiz çəkisi 6,336 qram heroinin cəmi 0,1 qramı tədqiqata sərf edildikdən sonra ümumilikdə qalıq 6,236 qram heroin qalmışdır. (iş vərəqə: cild İ səh. 62-66). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 16 iyun 2022-ci il tarixli 3285 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ səh. 149-150). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kriminalistik ekspertizasının 21 iyun 2022-ci il tarixli 3/804 nömrəli ekspert rəyindən görünür: — «1» rəqəmi ilə işarələnmiş bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat- məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir. — «2» rəqəmi ilə işarələnmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulan xüsusi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, istifadəyə yararlıdır və soyuq silah hesab edilmir. — «3» rəqəmi ilə işarələnmiş predmet kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, üzərində hər hansı dəyişiklik edilməmişdir. (iş vərəqə: cild İ səh. 151-154). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 28 iyun 2022-ci il tarixli 2148/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (iş vərəqə: cild İ səh. 191-194). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kriminalistik və kimyəvi ekspertizasının 15 iyul 2022-ci il tarixli 3/817, 6/3472 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zavod üsulu ilə qablaşdırmaya uyğun, üzərində «ШОК перцовый (до 2021)» əmtəə göstəriciləri olan 01 ədəd sprey balonun içərisində qaz halında olan maddənin tərkibində oleoresin capsicum - təbii bibər ekstraktı sarı rəngli, zəhərli yanar maddəyə məxsus tərkib komponentləri müəyyən edildi və həmin qaz balonunun tərkibində olan təbii bibər ekstraktına (oleoresin capsicum) kənar mexaniki təsirlər nəticəsində öz təsiretmə qabiliyyətinin itirilməməsi istisna edilmir. Təqdim olunmuş qaz balonunun üzərindəki tarix göstəricisinə əsasən istifadə müddəti bitmişdir (2021-ci ilə qədər). Oleoresin capsicum zəhərli maddələrin siyahısına daxil deyildir. Tədqiqata təqdim edilmiş «ШОК средство самообороны перцовый» adlı qaz balonu özünümüdafiə vasitəsi kimi istifadə edilir, gözün selikli qişasına qıcıqlandırıcı və gözyaşardıcı təsir göstərir, qaz silahı hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (iş vərəqə: cild İ səh. 195-199). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan komisyon-ambulator məhkəmə-psixiatrik ekspertizasının 15 avqust 2022-ci il tarixli 2182 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Lakin onda müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs, qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir (iş vərəqə: cild İ səh. 321-324) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs məxsus «İphone» markalı mobil telefon aparatına baxış keçirilməsi haqqında 18 iyun 2022-ci il tarixli, habelə "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərə və sms-lərə dair məlumatların əks olunduğu CD diskə baxış keçirilməsi haqqında 03 avqust 2022-ci il tarixli protokollardan görünür ki, baxış nəticəsində nə mobil telefonda, nə də təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə dair CD diskdə işin halları ilə əlaqəsi olan və ya sübut əhəmiyyətli heç bir məlumat əldə olunmamışdır (iş vərəqə: cild İ səh. 127, 287). Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş CD disk məhkəmə istintaqı zamanı bilavasitə tədqiq olunmuş, lakin irəli sürülmüş ittihamla bağlı heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin 16 iyul 2022-ci il tarixli, 6/37-0319 saylı əməliyyat tapşırığına verilmiş 05 sentyabr 2022-ci il tarixli, 007-12218-1222 saylı cavabdan görünür ki, Təqsirləndirilən şəxs başqa cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, onun yaxın əlaqələrinin, narkotik vasitələrin və psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin, qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni, həmçinin üzərindən aşkar edilmiş bıçaqları, beşbarmaq alətini və qaz balonunu nə vaxt, kimdən, harada, hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqə: cild İ səh.320). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqə: cild İ səh.128-130). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X6 28 iyul 2022-ci il tarixli 6826 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010xx.xx.2011-ci il tarixlərdə qeyd olunan xəstəxanada məcburi müalicədə, xx.xx.2016xx.xx.2016-cı il tarixdə stasionar müayinədə olmuşdur (iş vərəqə: cild İ səh.201). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «sübutların qiymətləndirilməsi haqqında» 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, tədqiqatdan sonra ümumi təmiz çəkisi 6,236 qram olan narkotik vasitə heroin və soyuq silah hesab edilən kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış 01 ədəd predmet, qaz silahı hesab edilən 01 ədəd sprey qaz balonu iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd DVD formatlı disk maddi sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (iş vərəqə: cild İ səh.325-336). Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməyə, saxlamağa və daşımağa, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq qaz silahını və soyuq silahı əldə etmə və gəzdirməsi, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsi əldə etməsi, saxlaması və daşıması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin onun üzərində heç bir narkotik vasitənin olmaması, qeyd olunan maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması, polis əməkdaşlarının onu hədələyərək etirafedici ifadələr verməyə məcbur etmələri ilə bağlı məhkəmə iclasında verdiyi ifadələrə münasibət bildirməklə qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində bildirdiyi xüsusatlar məhkəmə iclasında araşdırılaraq öz təsdiqini tapmadığından həmin ifadələr təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə uydurduğu ifadələr kimi qiymətləndirilmədir. Belə ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə videomüşahidə altında şəxsi axtarış keçirilmiş, axtarış zamanı onun üzərindən iki ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,105 qram və 2,231 qram olmaqla narkotik vasitə heroin və ona məxsus çantadan isə 02 ədəd bıçaq, 01 ədəd beşbarmaq aləti, 01 ədəd qaz balonu aşkar edilərək götürülmüş, həmin iki bükümdən ibarət olan maddə qanunvericiliyə uyğun şəkildə qablaşdırılaraq müvafiq olaraq ekspertizaya göndərilmiş və ekspertiza rəyinə əsasən tədqiqata təqdim olunmuş zərflərdəki predmetlərin ümumi təmiz çəkisi 6,336 qram olan narkotik vasitə heroin olduğu qeyd olunmuşdur. Bundan əlavə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən qanunsuzluğa yol verilməsi ilə bağlı heç bir orqana şikayət ünvanlamamış, məhkəmə baxışında səsləndirdiyi məsələləri mübahisələndirməmiş, əksinə ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərindən aşkar olunmuş maddələrin ona məxsus olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, lakin onu «Duz gölü»nün yaxınlığından tapdığını, narkotik vasitələrdən istifadə etmədiyini, həmin narkotik vasitəni atmaq məqsədi ilə götürdüyünü bildirmişdir. Bundan əlavə təqsirləndirilən şəxs ibtidai istintaq zamanı narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, o, məhkəmə istintaqı zamanı ara bir narkotik vasitə olan heroindən istifadə etdiyini etiraf etmiş, bundan başqa məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2022-ci il tarixli 3285 nömrəli ekspert rəyinin təsviri hissəsindən də görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etdiyini bildirmişdir. Buna görə də məhkəmə, qeyd olunan hissədə təqsirləndirilən şəxsin ifadəsini həqiqətə uyğun hesab etmir. Bundan başqa məhkəmə, Şahid5 məhkəmə iclasında verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, Şahid5 təqsirləndirilən şəxsin uşaqlıq dostu olmaqla onunla çox yaxın və səmimi münasibətdə olan şəxsdir, ona görə də onun təqsirləndirilən şəxsin mövqeyinə uyğun ifadə verməsi istisna olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsiri tam sübuta yetirilsə də, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iş üzrə tərtib olunan ittiham aktının məzmunundan göründüyü kimi təqsirləndirilən şəxsin özünün və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, şəxsi axtarış aparılmasına dair videogörüntülərə baxış protokolu, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizaların rəyləri və digər istintaq sənədləri sübut əhəmiyyətli prosessual sənədlər sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə edilmişdir (ittiham aktı). Lakin məhkəmə araşdırması ilə müəyyən olundu ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın əsası kimi qəbul olunan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyini təsdiq edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas vermiş və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən İdarənin rəhbərliyinə ünvanlanmış raportda «Rüfət» adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması, daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi və daşıması barədə əməliyyat məlumatının daxil olduğu qeyd olunsa da, məhkəmə baxışı zamanı cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumatın düzgünlüyünün yoxlanılması məqsədi ilə onun ətrafında hər hansı bir əməliyyat-axtarış tədbirinin aparılması müəyyən edilməmişdir. Məhkəmə araşdırması prosesində müəyyən olundu ki, məhkəməyədək icraat mərhələsində nə ibtidai istintaq, nə də əməliyyat yolu ilə Təqsirləndirilən şəxs narkotik vasitəni və ya psixotrop maddəni konkret olaraq hansı mənbədən, hansı şəraitdə və hansı üsulla əldə etməsini, sonuncunun konkret olaraq kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasını və ya pay verməsini müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa təqsirləndirilən şəxs iş üzrə ilkin izahatı da daxil olmaqla, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması, həmçinin bu məqsədlə qeyriləri ilə cinayət əlaqəsinə girməsi ilə bağlı heç bir etirafedici ifadə verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ümumiyyətlə təqsirli bilmədiyini, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşlarının ona təzyiq göstərməklə onu etiraf etməyə məcbur etdiklərini bildirsə də, ibtidai istintaq zamanı verdiyi ifadəsində isə özünü qismən təqsirli bilərək, üzərindən aşkar olunmuş narkotik vasitəni «Duz gölünün» yaxınlığından tapdığını, lakin qeyd olunan maddələri heç vaxt satmadığını, onları satış məqsədi ilə əldə etmədiyini, sonradan atmaq üçün götürdüyünü bildirmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilən, DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, həmin maddələri satış məqsədi ilə qanunsuz əldə edib saxlaması, daşıması, üzərində qanunsuz əldə etdiyi soyuq silah gəzdirməsi barədə əməliyyat məlumatının daxil olduğunu, lakin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satmasını müəyyən edə bilmədiklərini bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməməsi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadələri təkzib edə biləcək başqa sübut növü müəyyən edilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin 16 iyul 2022-ci il tarixli, 6/37-0319 saylı əməliyyat tapşırığına verilmiş 05 sentyabr 2022-ci il tarixli, 007-12218-1222 saylı cavabda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni əldə etmə mənbəyinin, onun narkotik vasitəni kim və ya kimlərə satdığının müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirildiyi, lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etməyin mümkün olmadığı qeyd olunmuşdur. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2022-ci il tarixli, 6/3365 saylı rəyininin Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmış ittihamın sübut etmə predmetinə gəldikdə isə məhkəmə qeyd edir ki, tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının həmin rəyi təqsirləndirilən şəxsdən aşkar edilib götürülən narkotik vasitənin növünün, tərkibinin və kütləsinin müəyyənləşdirilməsinə dair hissədə sübut əhəmiyyətinə malikdir və bu rəy Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə edib saxlamasını, daşımasını və s. təsdiq edə biləcək sübut növü kimi qiymətləndirilə bilməz. Bundan başqa, yuxarıda göstərildiyi kimi, ibtidai istintaq orqanı həm də məhkəmə baxışı zamanı tədqiq olunan ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə 16 iyun 2022-ci il tarixli 3285 saylı rəyi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiqi üçün sübut əhəmiyyətli sənəd kimi qiymətləndirmişdir ki, tədqiq olunan həmin rəy ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticəsini özündə ehtiva edir, yəni təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin olub-olmaması, belə bir xəstəlik müəyyən olunduğu təqdirdə isə şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli tədbirlərin tətbiq edilib-edilməməsi məsələsi məhkəmə tərəfindən həmin rəyin nəticəsinə uyğun həll edilir. Tədqiq olunan rəydən də göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi müəyyən edilmişdir. Odur ki, bu rəydən təqsirləndirilən şəxsin narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamasını, daşımasını və s. təsdiq edən sübut kimi istifadə oluna bilməz, əksinə həmin rəydə təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkdiyi öz təsbitini tapmaqla, qeyd olunan rəy təqsirləndirilən şəxsin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsini təsdiqləyən sübut növü kimi qiymətləndirilməlidir. Tədqiq olunan həmin rəyin təsviri hissəsindən göründüyü kimi, Təqsirləndirilən şəxs tədqiqat aparılarkən ekspertlərə narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə, istifadə etdiyini etiraf etmişdir (iş vərəqə: cild İ 149-150). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, saxlamasını, daşımasını və s. təsdiq edə biləcək, həmçinin onun iki ədəd bükümdə aşkar edilib götürülmüş heroin narkotik vasitəsini özünün şəxsi istifadəsi üçün əldə edib saxlamasını və eyni məqsədlə daşımasını təkzib edə biləcək hər hansı sübut növü müəyyən edilməmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib, iki ədəd bükümdə götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisi 6,336 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»ya əsasən külli miqdar təşkil edir. Lakin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarından da göründüyü kimi Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş heroin narkotik vasitəsinin təmiz çəkisinin 6,336 qram olmaqla külli miqdar təşkil etməsi, həmin narkotik vasitənin iki ədəd bükümdə aşkar edilib götürülməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi və satmaq niyyətində olması kimi qiymətləndirilməməli və qeyd olunan həmin miqdar satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə əldə edilmiş külli miqdar kimi qəbul edilməlidir. Ali Məhkəməsi Plenumunun qeyd olunan həmin qərarından da göründüyü kimi, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin təkcə kütləsinin külli miqdar təşkil etməsi aşkar edilmiş maddənin iki ədəd bükümdə olması onun narkotik vasitəni satmaq niyyətində olması qənaətinə gəlməyə əsas vermir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutların olması zəruridir və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsini, eyni məqsədlə saxlaması və daşımasını, satış məqsədilə ayrı-ayrı kiçik bükümlərə ayırmasını, həmçinin hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsini və ya ondan satış məqsədilə hər hansı avadanlıq aşkar edilməsini təsdiq edən heç bir sübut növü müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin mənasına və Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının on dördüncü bəndindən irəli gələn tövsiyələrə əsasən məhkəmə qeyd edir ki, narkotik vasitələr yalnız satış məqsədi ilə külli miqdarda əldə edildikdə, saxlanıldıqda, hazırlandıqda, istehsal və emal edildikdə, daşındıqda, göndərildikdə və yaxud satıldıqda təqsirkar şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Lakin baxılan iş üzrə Təqsirləndirilən şəxs ondan aşkar olunub götürülmüş heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması öz təsdiqini tapmamış, ibtidai istintaq orqanı onun əməlini Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə tövsif edərkən aşkar edilib götürülən heroin narkotik vasitəsinin iki ədəd bükümdə olmaqla onun külli miqdar meyarına, istintaqçının özünün fərziyyə və şübhələrinə əsaslanmışdır ki, məhkəmə baxışı zamanı həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmamışdır. Digər tərəfdən məhkəmə bu qənaətə gələrkən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinin cəmi 6,336 qram olmasını, yəni bir şəxsin bir neçə dəfəyə istifadə edə biləcəyi bir çəkidə olmasını da nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən …. hakimlər qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Ən nəhayət, həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif olunmalı, onun barəsində ittiham hökmü çıxarılmaqla sonuncu Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinəyətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı sərbəst ifadəsində ondan aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin ona aid olmaması, o, saxlanılarkən üzərində narkotik vasitə olmaması barədə göstərdiklərini onun cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla inkar olunur. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından, eyni zamanda müvafiq hökmlərin və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, lakin müvafiq olaraq bütün hökmlər üzrə onun məhkumluğu ödənilmişdir (iş vərəqə: cild İ səh.178-180). Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş Zəngilan rayon İcra Hakimiyyəti Başçısının Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 iyul 2022-ci il tarixli arayışı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X1 ibarət ailə tərkibində Abşeron rayonu, Masazır qəsəbəsi, Məcburi köçkün şəhərciyi, ev 6, mənzil 8-də məskunlaşmış, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (iş vərəqə: cild İ səh. 288-290) Məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, məcburi köçkün olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sosial ədalətin bərpası və təqsirləndirilən şəxsin islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-1ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan ambulator məcburi-narkoloji yoxlama üzrə 16 iyun 2022-ci il tarixli, 3285 saylı rəy əsas götürülməli, narkoloji müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asliliq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin tibbi rəyin tövsiyələrinə uyğun olaraq o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əvvəlki məhkumluqları ödənilməklə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxs statusunda olmasını nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 iyun 2022-ci il tarixdə barəsində «həbs» qismində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 iyun 2022-ci il tarixdən hesablanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 90 və 90.1.2-ci maddələrinin tələbinə görə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs şübhəli şəxs hesab edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1, 158.2.2-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,236 qram narkotik vasitə heroin, soyuq silah hesab edilən kustar üsulla başbarmaq (kastet) tipində hazırlanmış 01 ədəd predmet, qaz silahı hesab edilən 01 ədəd sprey qaz balonu məhv edilməlidir. İş üzrə sübut növü kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs məxsus olub, şəxsi axtarış zamanı götürülmüş «İphone» markalı mobil telefon Təqsirləndirilən şəxs özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri olaraq hesablanmış 247 (iki yüz qırx yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkməsinin əvvəli tutulduğu 15 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,236 qram narkotik vasitə heroin, soyuq silah hesab edilən kustar üsulla başbarmaq (kastet) tipində hazırlanmış 01 ədəd predmet, qaz silahı hesab edilən 01 ədəd sprey qaz balonu məhv edilsin. İş üzrə sübut növü kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə məxsus «İphone» markalı mobil telefon təqsirləndirilən şəxsin özünə qaytarılması üçün onun yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 247 (iki yüz qırx yeddi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar