Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1800/2024 26.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X1 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 9da qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissəsində – CM) 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 20 yanvar 2024-cü il tarixdə, saat 18:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən “Qaçağan” adlı ərzaq mağazasına bitişik telefon alqı-satqı mağazasının qarşısında mağazanı icarəyə işlədən Zərərçəkmiş şəxs onu nalayiq sözlərlə təhqir etməsi səbəbindən həmin gün saat 18:30 radələrində qeyd edilən ünvandə sonuncu ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onu söyüb təhqir etməsindən qisas almaq məqsədi ilə üzərində olan əldə düzəldilmə üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaq ilə qəsdən bir dəfə qarın nahiyəsinə vurub sonuncuya insan həyatı üçün təhlükəli olan, böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilinə nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hadisədən təxminən bir ay əvvəl o, Zərərçəkmiş şəxs telefon almışdır. Daha sonra telefonun ekranında nasazlıq görmüş və geri qaytarmaq üçün Zərərçəkmiş şəxslə əlaqə saxlamışdır. Zərərçəkmiş şəxs pulunun olmadığını və daha sonra verəcəyini bildirmişdir. xx.xx.2024-ci il tarixdə o, Zərərçəkmiş şəxslə əlaqə saxlamış və maddi çətinliyinin olduğunu bildirib pulu qaytarmasını istəmişdir. 20 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs işlətdiyi mağazaya getmiş və Zərərçəkmiş şəxs hazırda üzərində pulun olmadığını, sabah gəlib pulunu götürməyini bildirmişdir. Əlavə olaraq da telefonu satdığı qiymətindən aşağı məbləğdə pul qaytarcağını və buna səbəb olaraq da telefonun təxminən bir ay onun istifadəsində olmasını bildirmişdir. O, telefon onda bir ay olsa da geri almayıb ödənişin qaytarmasını gecikdirənin Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Nəticədə aralarında dava olmuş və Zərərçəkmiş şəxs onu təhqir etmişdir. O, oradan ayrılıb evə getmişdir. Yolda gələrkən qardaşı ilə rastlaşmış və sonuncu onun təlaşlı olduğunu görüb nə olduğunu soruşmuşdur. O isə cavabında Zərərçəkmiş şəxs və qohumu ilə dava etdiyini, sonuncuların onu təhqir etdiyini bildirmişdir. Qardaşının gedib Zərərçəkmiş şəxslə hər hansı problem yaşamaması üçün o, Zərərçəkmiş şəxs yanına getmişdir. Ora gedərkən Zərərçəkmiş şəxslə qardaşı bir-birilərinin yaxasından tutmuşdur. O, həmin an Zərərçəkmiş şəxs bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra sonuncunun yanında olan Elnur oradan qaçmışdır. O, Elnurun arxasınca getmiş, lakin, sonuncunu vurmaq niyyəti olmamışdır. Elnur qaçdığından o, geri qayıtmışdır. Daha sonra geri qayıtmış və qardaşı Zərərçəkmiş şəxs yenə də vuracağını zənn edib əlindən bıçağı almışdır. Lakin, onun Zərərçəkmiş şəxs yenidən vurmaq niyyəti olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxsdir və hadisə vaxtı qohumu Şahid2 sonuncunun yanında olmuşdur. Emil və Elnurun hansı qohumluqlarının olduğunu bilmir. Elnuru orada ilk dəfə görmüşdür. Elnur da onu təhqir etmişdir. Elmil və Elnur telefonunu qaytarmaq istəməmişlər və o, tələb etdikdə sonuncular onunla dava edib onu təhqir etmişdir. Əvvəlcə Elnur coşmuş və Emil də sonuncuya baxıb onun üstünə gəlməyə başlamışdır. Daha sonra hər ikisi onun üstünə gəlmiş və sonuncularla əlbəyaxa olmuşdur. Əvvəlcə mağazanın içərisində dalaşmışlar və daha sonra mağazadan çıxmışlar. Mağazanın içərisində olanda da, mağazadan çölə çıxanda da Emil və Elnur onun üzərinə gəlib dava etmişlər. Həmin vaxt əvvəldən sonuncuların hər ikisi onu təhqir etmişlər. Emil və Elnur onun ailə üzvləri ilə bağlı təhqiramiz sözlər işlətmişlər. O, sonuncuları təhqir etməmişdir. O, sonunculardan telefonunu istəmiş, lakin, telefonu almaq üçün əl-qol hərəkəti etməmişdir. Əvvəlcə Zərərçəkmiş şəxs onun yaxasından tutmuşdur. O, hadisədən təxminən bir ay əvvəl telefonu 150 manata Zərərçəkmiş şəxs almışdır. Telefonu aldıqdan təxminən 20-23 gün sonra telefondakı problemi görmüş və aparıb obyektində Zərərçəkmiş şəxs göstərmişdir. Zərərçəkmiş şəxs ilk dəfə telefondakı problemi bildirdikdə sonuncu telefonu qaytarmaqla pulu qaytaracağını ona bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs fikrini dəyişdirmiş və aralarında mübahisə olmuşdur. Zərərçəkmiş şəxs ona mağazadan çıxmağını bildirsə də o, çıxmamış və belə olduqda Zərərçəkmiş şəxs ona əl-qol hərəkəti etmişdir. Məhkəmədən qərar qəbul edilərkən Bakı şəhərinə anasının xəstəliyi ilə bağlı gəldiyinin, özünü etdiyi əmələ görə tam təqsirli bildiyinin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, qardaşı Elmirlə birlikdə gündəlik işlərdə fəhləlik edib dolanmağa çalışırlar. Atası isə anasının əməliyyat olunması üçün Mingəçevir rayonunda yaşayır. Ata və anasının pulu olmadığından Bakı şəhərində yaşaya bilmirlər və anasının əməliyyat olunmağına da imkan olmadığından rayonda qalıb orada dolanmağa çalışırlar. O, yaşadığı yerə yaxın “Qaçağan” adlı marketə bitişik telefon alqı-satqı yerində işləyən Emillə telefon və aksesuarlarını aldığı üçün münasibəti vardır. Emil əvvəllər ondan (o da Emildən) 100 və ya 200 manat borc pul istəmiş və o da Emilə verərkən Emil vaxtında borcunu qaytardığı üçün onların münasibətləri yaxşı olmuşdur. Təxminən 1 ay əvvəl Emildən işlənmiş “Samsung S9 plus” markalı mobil telefonu 150 manat nağd pula almışdır. Fəhləlik etdiyi üçün telefonu tam yoxlaya bilməmiş və təxminən 10 gün əvvəl telefonda “Pubg” adlı oyun oynayarkən telefonun ekrarının öz-özünə titrədiyini görmüş və bunu Emillə deyib, həmin problemi ona da göstərmişdir. O da telefonu ona verməyini və 10 gün sonra gəlib 150 manatını geri götürə biləcəyini demişdir. O da razılaşmış və telefonu ona qaytarmışdır. 18 yanvarda Emilə sms yazıb maddi vəziyyətinin pis olmasını və pulunu geri verməsini istəmişdir. O da problem olmamasını demişdir. 20 yanvar 2024-cü il tarixdə, saat 18:15 radələrində Emilin yanına getmişdir. Orada Emil ona üzərində pulunun olmamasını, sabahı gün gəlib pulunu götürməyini demişdir. Onun yanında bir nəfər sonradan adının Elnur olmasını bildiyi qohumu da olmuşdur. O, Emilə problem olmayacağını deyərkən o 130 manat qaytaracağını, 20 manat pulu isə telefonu 20 gün işlətməyinə çıxacağını demişdir. O isə belə olan halda onun da 150 manat pulunun 1 aydır ki onda olmasını, razılaşmalarının bu cür olmamasını demişdir. Emil isə ona 130 manat qaytaracağını, başqa cür həll yolu olmadığını deyərkən onun yanındakı qohunu Elnur da onun düzgün hərəkət etmədiyini, telefonu artıq aldığını nə üçün geri qaytarmağını və s. bu kimi sözlər deyib, üzərinə gəlmişdir. O isə ona Emillə arasında razılaşmaları olmasını deyərkən Emil yenə də qohumunun orada olmasından və ya başqa səbəbdən ona 130 manat pul qaytaracağını və gedib nə edirsə etməyini demişdir. O isə bu zaman telefonu özünə qaytarmasını demişdir. Lakin Emil qohumu ilə birlikdə onu təkləyib, telefonu da ona verməmiş və üzərinə gəlib, onu mağazadan çıxarmaq istəmişdir. Bu zaman o Emilə telefonun üzərindəki mobil nömrəni çıxarıb, aldığı telefonu özünə qaytarmasını deyərkən Emil artıq onu itələmiş və beləliklə onlar əlbəyaxa olmuşlar. Orada bəzi aksesuarlar yerə düşmüş və Emilin qohumu onu buraxmağını deyərkən, o Elnura Emili tutub ondan aralaşdırmasını, Emili buraxarsa onu vuracağını deyərkən Elnur da onu söyüb, Emillə birlikdə onu mağazadan çıxarmış və o onlardan aralaşıb getmək istəyərkən Emil ona “bicbala” demişdir. O isə Emilin yanında qohumunun olmasını görüb, ona həmin söyüşün cavabını yaxşı verəcəyini demiş və evə getmişdir. Evdən mətbəxdən qara dəstəkli mətbəx bıçağı götürüb çıxarkan sonradan öyrəndiyinə görə nənəsınin istəyi ilə qardaşı da evdən çıxmışdır. Qardaşı Elmir yolda ona nə məsələ olmasını deyərkən Emilin onu söyməsini və qohumu ilə təkləməsini demişdir. Elmir isə onun getməməyini, özünün gedib söhbət edəcəyini demişdir. O, bir qədər gəzib Emilin mağazasına gedərkən qardaşı Elmirin Emil və qohumu ilə söhbət etdiyini görmüşdür. Bu zaman onlara yaxınlaşıb, onu təkləyib söyməyin nə olmasını deyib, həmin “bicbala” sözünü onlara deyib, qəfildən bir dəfə əlindəki bıçaqla Emilin qarın nahisinə vurmuşdur. Bu zaman Emilin qohumu onu görmüş və qorxusundan qaçmağa başlamışdır. O isə ona əvvəldən heç bir şey eləmək fikri olmadığı üçün onun qaçmağını görüb, arxasınca qaçmış və uzaqlaşıb getmişdir. O geri qayıdarkən qardaşı Elmirin Emili kənara çəkməsini və ona kömək etməsini görmüşdür. O, Emilə yaxınlaşmaq istəyərkən Elmir onu kənara itələmişdir. Buna görə də o, hadisə yerindən qaçıb getmişdir. Qardaşı onun dava etməməsi üçün mağazaya gələcəyini bilib özünü əvvəldən həmin mağazaya çatdıraraq, Emil və qohumu ilə söhbət etməyə başlamışdır. O isə Emilin ona bicbala deyib namusuna sataşdığı üçün ondan qisas almaq üçün və onu sadəcə yaralayaraq qorxutmaq üçün ona bir dəfə bıçaq zərbəsi vurmuşdur. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, telefonu Təqsirləndirilən şəxs satdığı tarixi xatırlamır, amma satdığı gündən təxminən 15 gün keçdikdən sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs telefonu ona qaytarmış və o, sonuncuya xx.xx.2024-cü il tarixdə pulunu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə onunla əlaqə saxlamış və mağazasına gələrək telefonunu geri istəmişdir. Onun üzərində 130 manat məbləğində pul olduğuna görə Təqsirləndirilən şəxs 130 manat verəcəyini bildirmişdir. Onun yaşadığı ərazidə mağaza olmadığından orada yerləşən marketin içərisində mağazasını işlətmiş və mağazanın ətrafı bağlı olmadığından kənara səs gedir. Təqsirləndirilən şəxsla mübahisə edərkən kənara səs getməsin deyə sonuncunun qolundan tutub çölə çıxarmış və həmin vaxtı aralarında dava olmuşdur. Mağazanın içərisində olarkən o, yıxılmış və vitrinin şüşəsi ilə başqa bir müştərinin noutbuku sınmışdır. Təqsirləndirilən şəxs və onu əmisioğlu Şahid2 ayırmış və Təqsirləndirilən şəxs kənarlaşıb 15 dəqiqə sonra gələcəyini bildirmişdir. Həmin vaxt o da gəlməyənin ünvanına nalayiq ifadə işlətmişdir. Təqsirləndirilən şəxs getmiş və daha sonra gəlib “məni söymüşdün” deyərək ona bir bıçaq vurmuşdur. Ondan sonra olan hadisələri xatırlamır və gözünü xəstəxanada açmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla o, mağazanın içərisində əlbəyaxa olarkən vitrinin qapısı açıq olmuş və o, yıxılanda 2 vitrinin qapısı sınmışdır. Təqsirləndirilən şəxsla o, əlbəyaxa olarkən bir-birilərinə xəsarət yetirməmiş və daha sonra onları ayırmışlar. Onları ayırdıqdan sonra Təqsirləndirilən şəxs oradan getmiş və gedərkən 15 dəqiqə sonra gələcəyini bildirmişdir. O da həmin vaxt nalayiq ifadə işlətmişdir. Təqsirləndirilən şəxs oradan ayrılandan 15-20 dəqiqə sonra yenidən gəlmiş və ona bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs qardaşı Elmir ondan əvvəl gəlmiş və nə baş verdiyini soruşduqda sonuncuya olanları demişdir. Təqsirləndirilən şəxs qardaşı ilə danışmağa başlayanda sonuncu gəlmişdir. Təqsirləndirilən şəxs qardaşı Elmir mağazaya gələndə sonuncuya mağazadan çıxıb çöldə danışmaqlarını bildirmişdir və Elmirlə danışmağa başlayandan 15-20 saniyə keçməmiş Təqsirləndirilən şəxs gəlmiş və ona bıçaqla zərbə endirmişdir. Cinayət işi materiallarında hadisəni əks etdirən videogörüntü marketə məxsus kamera ilə qeyd olunmuşdur. Onun mağazasında vitrini və noutbuku sındığından əsəbləşib Təqsirləndirilən şəxs təhqir etmiş, sonuncu da təhqir etdiyinə görə onu bıçaqlamışdır. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq dövründəki ifadəsində “Çölə çıxarkən Elmir sol əli ilə yaxamdan tutub, mənə nə üçün qardaşını söyməsini dedi. Bu zaman Elvin yandan qəfil mənə yaxınlaşıb, əlindəki qara dəstəkli, mətbəx bıçağı ilə bir dəfə qarın nahiyəmdən zərbə vurub və daha sonra hadisə yerindən qaçan əmim oğlu Elnurun arxasınca əlindəki bıçaqla qaçmağa başladı” kimi qeyd olunanları o, bildirməmişdir. Hazırda Təqsirləndirilən şəxsla və ailəsi ilə münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxsla barışmış və ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qardaşı ilə işlədiyi kafedə olduğu vaxt qardaşının zərərçəkmiş şəxslə mübahisə etdiyini görmüş və sonunculara tərəf getməyə başlamışdır. Qardaşıgilə tərəf getdiyi vaxt zərərçəkmiş şəxsin qardaşı ilə əl-qol hərəkətlərlə danışdığını görmüşdür. Qardaşıgilə yaxınlaşıb nə baş verdiyini soruşan zaman zərər çəkmiş şəxs ailə üzvlərinə qarşı nalayiq sözlər səsləndirmişdir. Qardaşı da həmin an zərərçəkmiş şəxsi vurmuş və zərərçəkmiş şəxs yerə yıxılmışdır. Zərərçəkmiş şəxs ağır çəkili olduğu üçün yerə yıxılan zaman sonuncunu saxlamaq istəsə də saxlaya bilməmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, hadisənin baş vermə səbəbi zərərçəkmiş şəxsin qardaşı ilə mübahisə etdiyi vaxt ailə üzvlərinin ünvanına nalayiq sözlər səsləndirməsi olmuşdur. Qardaşı zərərçəkmiş şəxsi nalayiq ifadədən dərhal sonra vurmuşdur. Qardaşının zərərçəkmiş şəxsi vurmağını görsəydi belə bir hadisənin baş verməsinə imkan verməzdi. Qardaşı zərər çəkmiş şəxsi vurduğu vaxt yanında olmuşdur. Hadisə yerində ümumilikdə 4 nəfər olmuşlar. Zərərçəkmiş şəxsin yanında olan adamı tanımamış, ilk dəfə görmüşdür. Qardaşı zərər çəkmiş şəxsi vurduqdan sonra özündə olmadığı üçün zərər çəkmiş şəxsin yanında olan tanımadığı şəxsin dalınca nə üçün qaçdığını bilməmişdir. Qardaşı zərər çəkmiş şəxsi vurduqdan sonra özündə olmadığı üçün zərər çəkmiş şəxsə kömək edə bilməmişdir. Qardaşını polis əməkdaşları yaşadıqları evdən gəlib aparmışlar. Hadisədən sonra qardaşı paltarlarını dəyişmək üçün evə getmişlər. Qardaşının cinayət törətdiyini bilmişlər və əvvəl axır polis əməkdaşlarının qardaşını saxlayacaqlarını bilmişlər. Qardaşının yaşadıqları evə gedib nəyisə götürməyindən xəbəri olmamışdır. Qardaşı ilə zərərçəkmiş şəxsi ayırmaq istədiyi vaxt qardaşının zərər çəkmiş şəxsə xəsarət yetirdiyini görməmişdir. Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra qardaşının sonuncuya xəsarət yetirdiyini dedikdən sonra nə baş verdiyini bilmişdir. Hadisə baş verəndən sonra zərə rçəkmiş şəxsə kömək etmək, xəstəxanaya aparmaq istəmiş, amma heç bir taksi sürücüsü belə bir hadisəyə görə onlara köməklik göstərməmişdir. Hadisə ərəfəsində qardaşını ancaq işlədiyi “Qaçağan” kafesinin yanında görmüşdür. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evin yaxınlığında yerləşən Qaçağan kafedə işləyir və hadisə vaxtı işdə olmuşdur. Hadisədən də sonra qardaşının paltarını dəyişmək üçün evə getmişlər. Hadisədən əvvəl evdə olmamış və qardaşının evə necə gəlib getdiyini görməmişdir. Hadisədən sonra qardaşı ilə evə qardaşının paltarlarını dəyişməyə getmişlər. Həmin vaxt artıq bıçaq qardaşının üzərində olmuşdur. Qardaşı o, bildiyi qədər işlədiyi yerdən birbaşa hadisə yerinə gəlmişdir. Qardaşının bıçağı evdən götürdüyünü bilməmişdir. Bundan başqa qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur və Savalan qəsəbəsində yaşayaraq, telefon mağazasını icarə əsasında işlədir. 20 yanvar 2024-cü il tarixdə, saat 18:15 radələrində Emillə birlikdə telefon mağazasında olmuşdur. Bu zaman sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs mağazaya gəlmiş və verdiyi telefonun pulunu istəmişdir. Emil isə həmin vaxt pulunun olmamasını, telefonu kiməsə sata bilmədiyini, lakin həmin gün saat 23 radələrində gəlib 130 manat pul apara biləcəyini demişdir. Elvin isə əsəbləşib, ona 150 manat pul qaytarmalı olmasını demişdir. Emil telefonu bir aydır ki işlətdiyini və əsassız yerə qaytardığını, həmin telefonun qiymətinin 200 manatdan yuxarı olmasını, kasib oğlan olduğu üçün ona 150 manata satmasını, indi isə ona hörmət edib, telefonu hər hansı öz qohumuna 130 manata satacağını, ona görə də ona 130 manat qaytara biləcəyini deyərkən Elvin onun 20 manat pulunu kəsən şəxsi nalayiq küçə söyüşləri ilə təhqir etdi. Bu zaman Emillə o əlbəyaxa oldu və o da onları ayırıb, Elvini mağazadan çölə çıxarmışlar. Elvin çöldə olanda Emil onun söyüşünə cavab olaraq ona “bicbala” dedi və o da Elvinə ayıb etməsini deyərkən Elvin bunun belə qalmayacağını deyib getmişdir. Təxminən 10-15 dəqiqə sonra Elvinin böyük qardaşı, sonradan adının Elmir olmasını bildiyi şəxs mağazaya gəlib, onun qardaşının pulunu kəsən şəxsin kim olmasını deyərkən Emil ona cavab vermişdir. Onlar mağazada bir neçə saniyə söhbət etdikdən sonra, onların dava etmə ehtimalını nəzərə alıb onu mağazadan çölə dəvət edib, mağazanın qarşısında onunla söhbət etmişlər. X6 əlbəyaxa olarkən mağazada dağınıqlıq olmuş, əşyalar yerə düşmüş və şüşə sınmışdır. Mağazanın qarşısında Elmirlə söhbət edərkən Elvin qəfil onlara yaxınlaşıb, onları nalayiq küçə söyüşləri ilə söyüb əlindəki bıçaqla bir dəfə Emilin qarın nahiyəsindən zərbə vurmuşdur. O, bunu görərkən Elvinin üzünü ona tərəf çevirməsini və üzərinə gəlmək istədiyini ani olaraq görüb dərhal oradan qaçmışdır. Elvin isə əlindəki bıçaqla arxasınca qaçmış və təxminən 20-30 metrdən sonra geri qayıtmışdır. O da Elvinin arxasınca geri qayıdarkən Elvinin yenidən hadisə yerinə gəlib 1-2 saniyə gözləməsini görmüş və daha sonra Elvin hadisə yerindən qaçmış və Elmir də onun arxasınca getmişdir. Yaxınlıqdakı “Ayxan” adlı kafedə işləyən şəxs artıq Emilin yanına gəlmiş və onunla birlikdə Emili onun avtomobilinə yerləşdirib, xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirmə və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən “Qaçağan” adlı marketin qarşısında baş vermişdir. (İ cild, i.v. 4-6) İ-5771 saylı, İ-60963 saylı, İ-19417 saylı, Azərbaycan Respublikası Medallarının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Şahid1 “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. 009524 saylı vəsiqədən görünür ki, Şahid1 müharibə veteranıdır. (İ cild, i.v. 13) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:30-da CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 23) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 41-42) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-43/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild i.v. 60-64) xx.xx.2024-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs bıçaqla xəsarət almasını özündə əks etdirən videogörüntüyə baxış zamanı mağazanın qarşısında bir nəfər qırmızı rəngli gödəkcə geyinmiş Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs və onun əmisioğlu Şahid2 ilə söhbət etməsi, bu zaman onlara yaxınlaşan Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs bir dəfə vurması, Şahid2 isə hadisə yerindən qaçarkən Təqsirləndirilən şəxs da onun arxasınca qaçması, daha sonra Şahid1 Zərərçəkmiş şəxs kənara çəkməsi və sonda Təqsirləndirilən şəxs qardaşı Şahid1 və zərərçəkmiş Zərərçəkmiş şəxs yaxınlaşıb, daha sonra qardaşı Elmirlə hadisə yerindən qaçması müəyyən edilmişdir. (İ cild i.v. 66) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 82-83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 204 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası və alın nahiyəsının sıyrığı müəyyən edildi. Xəsarətlərdən böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşicikəsici əşya (alət), ola bilsin bıçağın təsirindən, alın nahiyəsinin sıyrığı isə bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2024-cü il tarixdə və şəraitdə alınması inkar edilmir, dərəcəsinə görə böyük piyliyin zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, alın nahiyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. (İ cild, i.v. 95-97) Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. (İ cild, i.v. 99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 70- 2024/MTKŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus jaketin və gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus jaketin və gödəkçənin üzərində olan deşilmişkəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər biçaqların tiyəsinin təsirindən törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus jaketin və gödəkçənin ön səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində müəyyən edilmiş qarının ön divarının daxilə nüfuz edən 01 (bir) ədəd eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarət - alın nahiyəsinin sıyrığı bədənin açıq nahiyəsində yerləşdiyinə görə ona məxsus olan paltarlarda öz əksini tapmamışdır. Zərərçəkmiş şəxs bədənində olan ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçaqlarla yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədənində olan xəsarətləri yetirən alətin daxil olma səviyyəsində eni 2 sm-ə qədər olmuşdur. Ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi zavod üsulu ilə, dəstəyi isə əldə düzəldilmə üsulu ilə, bıçaq özü isə, əldə düzəldilmə üsulu ilə, məişət təyinatlı mətbəx bıçaqlarının analoqu üzrə hazırlanmışdır və soyuq silah hesab olunmur. Bıçağın əldədüzəldilmə üsulu ilə hazırlanması onun təyinatını dəyişməmişdir. (İ cild, i.v. 100-109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4 102/2024 - MTBŞ saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus qolsuz gödəkçə (jilet), jaket üzərində qana şübhəli ləkə aşkar olunmamışdır. (İ cild, i.v. 110-112) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-206/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 (bir) ay müddətinə, yəni 20 may 2024-cü il tarixədək uzadılmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)-290/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır. (İ cild i.v. 117-121, 171-176) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 503 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyətinə və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hazırda gerilik əlamətləri aşkar edilmir. Ümumilikdə adaptiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. (İ cild, i.v. 124-128) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (İ cild, i.v. 132-133) xx.xx.2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirilməsini özündə əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, iş üzrə bir ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus jaket və gödəkçə maddi sübut kimi tanınmış və bir ədəd bıçaq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, jaket və gödəkçənin isə Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmışdır. (İ cild i.v. 141-150) Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 126.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbin olmamasını, gənc olmasını, əvvəllər məhkum olunmamasını, qardaşının 44 günlük Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasını, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-43/2024 saylı qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)- 206/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 01 ay müddətinə, yəni 20 may 2024cü il tarixədək, xx.xx.2024-cü il tarixli, 4(008)-290/2024 saylı qərarı ilə həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirilməsini özündə əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs məxsus jaket və gödəkçənin sonuncuya geri qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur və ekspertiza xərci müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış: Sabunçu RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirilməsini özündə əks etdirən videogörüntünün olduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs məxsus jaket və gödəkçənin Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1800/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1800/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver