Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1802/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:10-da Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X4 və Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-ci il tarixdə Qasım İsmayılov (indiki Goranboy) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Məryəm” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 13 mart 2023-cü il tarixdə gecə saatlarında əvvəlcədən aralarında olan razılaşmaya əsasən, “Məryəm” adlı şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yolun kənarında ağac kötüyünün altına yerləşdirilərək gizlədilmiş bir ədəd sellofan torbada külli miqdarda 415,324 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 254,232 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib sonuncunun deməsi ilə təyin ediləcək yerlərə çatdırılmasını təmin etmək məqsədilə tərəzi vasitəsilə bükümlərə bölünməsi üçün yaşadığı Binəqədi rayonu, İlqar Kərimov küçəsi, ev 16 ünvanına daşıyaraq orada saxlamış, psixotrop maddə metamfetaminin bir hissəsini üzərində saxlayaraq daşıyarkən 16 mart 2023-cü il tarixdə saat 13:40 radələrində ünvan 2 yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada saat 15:30-da üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə 8,902 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra həmin tarixdə saat 17:10-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında baxış keçirilərkən, evin qonaq otağında qutunun içərisindən iki ədəd bükümdə təmiz çəkiləri 293,723 qram və 121,601 qram olmaqla, ümumi təmiz çəkisi 415,324 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, iki ədəd bükümdə təmiz çəkiləri 130,07 qram və 115,260 qram olmaqla, ümumi təmiz çəkisi 245,33 qram xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, üzərində heroin və metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, həmin ittihamda göstərilən saxlanılma şəraiti, yeri və vaxtı doğrudur. 16 mart 2023-cü il tarixdə saat 13:40 radələrində kirayə yaşadığı ünvan 5 ünvanından çıxan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra avtomobilə əyləşməsini bildirmələrinə görə əyləşdikdən sonra cibində olan hər hansı qanunsuz əşyanın təqdim olunması tələb edilmiş, o da cibindəki predmetləri həmin şəxslərə vermişdir. Həmin vaxt üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olmamışdır. Daha sonra onun iştirakı ilə yaşadığı evdə videoçəkilişdən istifadə etməklə axtarış aparılan zaman içərisində narkotik vasitə olan qutunu polis əməkdaşlarına təqdim etmiş, həmin şəxslər narkotik vasitəni hansı məqsədlə əldə etdiyini soruşduqda, o, Yevlax rayonu sakini olan bir şəxsin gəlib həmin narkotik vasitələri götürəcəyini bildirmişdir. Evində aşkarlanmış təxminən 200 qram “kakos”, yəni narkotik vasitə olan heroin və 200 qram psixotrop maddə olan metamfetamin tərəzidə çəkilmiş, zərfə qoyulub qablaşdırıldıqdan sonra möhürlənmişdir. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddədən istifadə etməmiş, evdə aparılan baxış zamanı bir ədəd elektron tərəzini də polis əməkdaşlarına təqdim etmiş və sonuncularla birgə Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gəlmişdir. Orada videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılacağı barədə məlumat verildikdən sonra polis əməkdaşları tərəfindən təxminən10 qram çəkidə olan bir ədəd büküm təqdim olunaraq cibinə qoyması, videoçəkiliş zamanı təqdim etməsi tələb edilmiş, etiraz edərək cibində hər hansı narkotik vasitə və psixotrop maddə olmadığını dedikdə isə 400 qram və 410 qram olmasının onun üçün cinayət məsuliyyəti baxımından fərqin olmadığını bildirmişlər. Razılaşdıqdan sonra ona həmin büküm, habelə açar, mobil telefon və şəxsiyyət vəsiqəsi verilmiş, o da videoçəkiliş zamanı deyildiyi kimi həmin predmetləri çıxararaq təqdim etmişdir. Onda 400 qram narkotik vasitə olmuş, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, Məryəm adlı şəxslə 2 dəfə alış-veriş etmiş və 800 manat almışdır. Əməliyyatdan çıxdığı üçün pula ehtiyacı olmuş, Məryəm adlı şəxs ona pulu atmadığı üçün aralarında narazılıq yaranmışdır. Narkotik vasitəni kimlərə veriləcəyini Məryəm demiş, onun nə satmağa, nə də verə biləcəyi adamları olmamışdır. Narkotiki heç vaxt əlbəəl verməmişdir. Onda cəmi 400 qram narkotik vasitə olmuş, 10 qram heroin cibində olmamışdır. Evində aşkar olunanlar ona məxsus olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs qismində ilkin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək həmin ittihamda göstərilənlərə uyğun məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, heç bir vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişdir. Təxminən bir il əvvəl “İnstagram” sosial şəbəkəsində özünü ona İran İslam Respublikasının vətəndaşı “Məryəm” kimi təqdim etmiş bir qadınla tanış olmuşdur. Söhbət zamanı Məryəm ona bildirmişdir ki, əgər istəsə, əvvəlcədən təyin etdiyi yerlərə qoyacağı narkotik vasitə və psixotrop maddəni götürüb daha sonra müştərilərinə çatdırmaq məqsədilə təyin etdiyi yerlərə qoymaqla əvəzində o, kuryer kimi pul qazana bilər. O da bu təkliflə razılaşmışdır. 13 mart 2023-cü il tarixdə Məryəmlə aralarında olan razılığa əsasən sonuncu əvvəlcədən təyin etdiyi yerə narkotik vasitə və psixotrop maddə qoyacaq, o da həmin yerdən içərisində narkotik vasitə və psixotrop maddələr olan bağlamaları götürüb daha sonra Məryəmin müştərilərinə çatdırmaq məqsədi ilə əvvəlcədən təyin etdiyi yerlərə qoymaqla əvəzində 800 manat pul alacaqdı. 13 mart 2023-cü il tarixdə gecə radələrində o, Məryəmin «Whatsapp» ani mesajlaşma tətbiqində fotoşəklini göndərdiyi yerə, yəni Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən yadında qalmayan bir yerə gedib orada yolun kənarında ağac kötüyünün altından içərisində Məryəmin qoyduğu narkotik vasitə olan heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi olan sellofan torbanı götürmüşdür. Məryəmlə hazırda yadında olmayan, mobil telefonunda olan «Whatsapp» tətbiqi vasitəsilə bir hissəsini, eləcə də elektron tərəzini yaşadığı evdə qutunun içərisində, bir hissəsini isə gödəkçənin cibində saxlamışdır. Belə ki, Məryəm ona bildirmişdir ki, Yevlax rayonundan müştəriləri vardır və o dediyi vaxt həmin narkotik vasitə, psixotrop maddə və elektron tərəzini müştərilərə çatdırmalıdır. Lakin o, həmin şəxsləri tanımamışdır. 16 mart 2023-cü il tarixdə saat 13:40 radələrində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmiş və o da etiraz etməmiş, həmin idarədə hüquq və vəzifələri izah edilməklə ona dövlət hesabına vəkil təyin edilmişdir. Daha sonra qeyd olunan idarədə xidməti otaqda üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı qanunla qadağan edilmiş əşyalar olduğu halda təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən o, bir ədəd bükümdə içərisində psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Ardınca üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki yaşıl rəngli şalvarının sol yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd açar və bir ədəd ona məxus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Onun təqdim etdiyi metamfetmin elektron tərəzidə çəkildikdən sonra həmin maddə zərfə qablaşdırılmış, üzərinə möhür vurulmuş, iştirakçılar və onun özü tərəfindən zərfin üzəri imzalanmışdır. Qeyd olunan şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir vəsatət daxil olmamış, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. İlkin sorğu zamanı təqdim etdiyi psixotrop maddəni İran İslam Respublikasının vətəndaşı Məryəm adlı şəxsin vasitəsilə üç gün əvvəl Binəqədi rayon ərazisində əvvəlcədən təyin edilmiş yerdən götürdüyünü, məqsədinin isə sonuncunun göstərişi ilə müəyyən ünvanlara qoymaq olduğunu, bunun müqabilində Məryəmin ona 800 manat pul verəcəyini, həmçinin Binəqədi rayonunda yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra həmin gün yaşadığı evə baxış keçirilərək yaşadığı evdə qonaq otağında qutunun içərisində saxladığı iki ədəd bükümlərdə narkotik vasitə olan heroini, iki ədəd bükümlərdə psixotrop maddə olan metamfetamini və bir ədəd elektron tərəzini təqdim etmişdir. Qeyd olunan ünvanda o, tək yaşamışdır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni özünü ona İran İslam Respublikasının vətəndaşı Məryəm kimi təqdim etmiş, lakin soyadını, ata adını və ünvanını bilməmişdir. O, heç bir vaxt real olaraq görüşmədiyi şəxsdən sonuncunun müştərilərinə çatdırmaq məqsədilə əldə etmişdir və əvvəlcədən təyin etdiyi yerlərə qoymaq müqabilində Məryəmdən 800 manat pul alacağı barədə razılaşmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərkən və həmin idarədə olarkən ona polis əməkdaşları tərəfindən hər hansı bir psixi və fiziki zor tətbiq edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Rafiq oğlu ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Baş idarənin əməliyyat müvəkkili Şahid1 Cəmiyyət oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün günorta radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonunda yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət olunmuş, orada müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs dövriyyəsi qanunla qadağan edilmiş içərisində psixotrop maddə-metamfetaminə bənzər kütlə olan 1 ədəd büküm aşkarlanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə və psixotrop maddənin olduğunu dediyinə görə videoçəkiliş vasitəsilə mənzilinə baxış keçirilən zaman narkotik vasitə-heroin və psixotrop maddə-metamfetaminə bənzər kütlələr aşkar olunub qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs evində elektron tərəzinin aşkar olunub-olunmaması yadında qalmamış, videoçəkiliş zamanı nümayiş etdirməsi üçün hər hansı çəkidə narkotik vasitə və ya psixotrop maddə təqdim olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid2 Rafiq oğlu məhkəmədəyək icraat zamanı verdiyi ifadəsində məhkəmədə verdiyi ifadəsində uyğun məzmunda ifadə verməklə həmin Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman 1 ədəd elektron tərəzinin aşkarlandığını da bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı həm sərbəst ifadəsində, həm də Şahid2 Rafiq oğlu ifadə verərkən evinə baxış keçirərkən 1 ədəd elektron tərəzinin aşkarlandığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 Cəmiyət oğlu Şahid2 Rafiq oğlunun məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin həmin tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü həmin Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 Cəmiyyət oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6;7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:40 radələrində ünvan 2ın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 10) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:40-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 21; 22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, ardınca əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən içərisində “***-***-**-**” saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd açar və 1 (bir) ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikasının vətəndaşı olan “Məryəm” adlı şəxsin vasitəsi ilə 3 (üç) gün öncə Bakı şəhəri, Binəqədi rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Məryəm” adlı şəxsin ona 800 (səkkiz yüz) manat pul verəcəyini, “Məryəm” adlı şəxsi 1 ildir ki, tanıdığını, əvvəllər də sonuncudan narkotik vasitə götürdüyünü, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən yaşadığı evində də narkotik vasitənin olduğunu, polis əməkdaşları tərəfindən evinə baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Aşkar edilənlərdən 01 ədəd bükümdəki psixotrop maddəyə bənzər kütlə 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “7” nömrəli möhürü ilə möhürlənmiş, habelə üzərində “***-***-**-**” saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi sonuncuya izah verildikdən sonra götürülmüş, 1 ədəd açar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. (Cild 1, iş vərəqə 30-33) “Evə baxış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 2da aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan qutunun içərisindən iki ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, iki ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və bir ədəd elektron tərəzini təqdim etmiş, həmin kütlələr və aşkar edilmiş elektron tərəzi kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “7” nömrəli möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirilmiş, lakin narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni İran İslam Respublikasının vətəndaşı olan “Məryəm” adlı şəxsin vasitəsi ilə 3 (üç) gün öncə Bakı şəhəri, Binəqədi rayonunda əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Məryəm” adlı şəxsin ona 800 (səkkiz yüz) manat pul verəcəyini, “Məryəm” adlı qadını təxminən bir il olar tanıdığını, əvvəllər də ondan narkotik vasitə götürdüyünü, həmçinin Bakı şəhəri, Binəqədi rayonunda yaşadığı evdə nakiotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 35-37) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1634 nömrəli ekspert rəyinin nəticəvi hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə; şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi-imza, iştirakçı-imza, təhq.Y.Vahabov-imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi-8,902 qram ağ rəngli kristrallrdan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlələr və 1 ədəd elektron tərəzi; şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, Müdafiəçi-imza, iştirakçıimza, təhq.Y.Vahabov-imza....” yazı əlavəsi qeyd edilmiş bir ədəd polietilen bükümdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri 293,723 qram, 121,601 qram, ümumi təmiz çəkisi 415,324 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış vasitə heroindir; 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri 130,07 qram, 115, 260 qram, ümumi təmiz çəkisi 245,33 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi 254,232 qram olan metamfetaminlər xarici əlamətlərinə görə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 415,324 qram olmuş, 0,2 qram (hər birindən-0,1 qram) tədqiqata sərf edildikdən sonra 415,124 qram qalıq qalmış, metamfetaminin ümumi təmiz çəkisi 254,232 qram olmuş, 0,03 qram (hər birindən-0,1 qram) tədqiqata sərf edildikdən sonra 253,932 qram qalıq qalmışdır. (Cild 1, 44-47) Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-279/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdır. (Cild 1, iş vərəqə 109-113) Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-714/2023 nömrəli “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri qanuni hesab edilmişdir. (Cild 1, iş vərəqə 89-90) 18 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 63-64) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə xx.xx.2023-cü il tarixli, 4182 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 143-144) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 2871 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyytinə görə etdiyi hərəktələri adekvat olaraq qavramaq və anlamaq iqtidarındadır. (Cild 1, iş vərəqə 163-165) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statisik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş və həmin məhkəmənin 15 fevral 2018-ci il tarixli qərarı ilə cəzasını çəkmiş hesab edilmişdir. (Cild 1, iş vərəqə 99-101) xx.xx.2023-cü il tarixli, 3-/3-46-1/2-4388/23 nömrəli Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı məqsədi ilə əldə etdiyi İran İslam Respublikası vətəndaşı “Məryəm” kimi bildiyi şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 105) xx.xx.2023-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd “Samsung” markalı Vyetnam Respublikasında istehsal olunmuş SM-A736B/DS modelli, 3546xx/xx/09961/0 və 3567xx/xx/09961/3 İMEİ kodlu mobil telefonun «Whatsapp» bölməsində danışıq aparılan və ya məlumat bölüşülən çatlar yoxlanıldıqda «Meryem» adlı istifadəçi ilə olan səs yazıları və göndərilmiş şəkil aşkar edilmiş, həmin çatda olan səs yazılarının məzmunu iş üçün mühüm əhəmiyyət kəsb etməsə də, qeyd edilmiş şəkildə horizontal vəziyyətdə olan masaya bənzər avadanlığın üstündə bir ədəd mobil telefondan başqa içində ağ rəngli maddələr olan üç ədəd və tünd qəhvəyi rəngli maddələr olan üç ədəd iri şəffaf sellofan, həmçinin çoxlu sayda, təxminən 20 ədəd həmin maddələrlə xırda bükümlər görünmüşdür. Təqsirləndirilən şəxs həmin səs yazıları və şəkillə bağlı bildirmişdir ki, qeyd edilən yazışma olan birinci səs yazısı onun İran İslam Respublikasının vətəndaşı “Meryem” kimi tanıdığı şəxsə, digər iki səs yazıları isə onun özünə məxsusdur. Həmin yazışmadakı şəkli isə o, deyilən yerlərdən narkotik vasitə və psixotrop maddələri götürdükdən sonra çəkib “Meryem”ə göndərmişdir. Qeyd edilən yazışma cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyindən kağız üzərinə köçürülərək protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 79) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş ümumi təmiz çəkisi – 415,324 qram (tədqiqatdan sonrakı çəkisi 415,124 qram) qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi – 254,232 qram (tədqiqatdan sonrakı çəkisi 253,932 qram) olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamin və 01 ədəd elektron tərəzi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətinin, habelə T. Məmmədovanın yaşadığı evə baxış keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan iki ədəd DVD-R disk cinayət işi materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 114-118) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi doğru hesab edilmış və ona həmin maddələrlə ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, 21 may 2023-cü il tarixli «Maddi sübut kimi tanıma haqqında» qərarın sübut növü kimi hesab edilməsi iş üzrə nəzərə alınmışdır. Cinayət işində toplanmış ilkin təhqiqat materalları, təqsirləndirilən şəxsin və şahid ifadələri, maddi sübutlar, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, mənzilə baxış və götürmə protokolu, diskə baxış protokolu, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji, ambulator nəhkəmə-psixiatrik ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda, ümumi təmiz çəkisi 415,324 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və ümumi təmiz çəkisi 254,232 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün istintaqa məlum olmayan, özünü “Məryəm” kimi təqdim etmiş İran İslam Respublikasının vətəndaşı olan şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan 10040291 nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmaqla icraata qəbul edilərək istintaqı davam etdirilməsi barədə qərar qəbul edilmişdir. (Cild 2, iş vərəqə 151-162) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbəyinin müəyyən edilməsi üçün istintaqa məlum olmayan, özünü “Məryəm” kimi təqdim etmiş İran İslam Respublikası vətəndaşı olan şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqə 165-166) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəbini onun özünü müdafiə etmək niyyəti ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşlarının ilk öncə yaşadığı evdə baxış keçirdikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılaraq orada ona videoçəkiliş zamanı nümayiş etdirməsi üçün təxminən 10 qram çəkidə psixotrop təqdim edildiyini və bundan sonra keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı o, polis əməkdaşlarının ona təqdim etdiyi psixtrop maddəni cibindən çıxardığını bildirsə də, şahid qismində dindirilmiş Şahid2 Rafiq oğlu və Şahid1 Cəmiyət oğlu ifadələrində videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddəni təqdim etdiyini, aşkarlananların qablaşdırılaraq ekspertizaya göndərildiyini, nümayiş etdirməsi üçün əlavə kütlənin təqdim edilmədiyini bildirmişlər. Həmçinin ünvan 2da aparılmış baxış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında olan qutunun içərisindən 02 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 02 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 01 ədəd elektron tərəzini təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütləni çəkisi 431 (dörd yüz otuz bir) qram, metamfetaminə bənzər kütləni çəkisi isə 262 (iki yüz altmış iki) qram olmuş, həmin kütlələr və aşkar edilmiş elektron tərəzi kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “7” nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarının 1-ci cildinin 32-35-ci vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında”, “Evə baxış və götürmə aparılması aparılması haqqında” və 61-62-ci vərəqələrində olan “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokollardan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskə baxışdan müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu könüllü olaraq əynində olan qara gödəkcənin cibindən 01 ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetamini təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 7 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1634 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “...Təqsirləndirilən şəxs təqdim etdiyi...” və sair yazılar, imzalar olan “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi olan bir ədəd bağlamanın tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində bir ədəd polietilen bükümdə 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri 293,723 qram, 121,601 qram, ümumi təmiz çəkisi 415,324 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış vasitə heroin, 02 (iki) ədəd bükümlərdə təmiz çəkiləri 130,07 qram, 115, 260 qram, ümumi təmiz çəkisi 245,33 qram olan ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin təqdiqata təqdim edildiyi müəyyənləşmişdir. 01 ədəd elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsini işin hallarına uyğun olan hissədə və məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını özündə əks etdirən xx.xx.2023-cü il tarixli raport həmin tarixli, 3-13-7/2-2528/2023 nömrə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin dəftərxanasından qeydiyyatdan keçirilmiş, həmin məlumat əsasında “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi ilə bağlı tərtib edilmiş raport isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında xx.xx.2023-cü il tarixdə 100 nömrə ilə qeydiyyatdan keçirilmişdir. Həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin xx.xx.2023cü il tarixli ifadəsini və işin hallarına uyğun olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadəsini, şahidlər Şahid1 Cəmiyət oğlu və Şahid2 Rafiq oğlunun ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən - narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda külli miqdar, həmin Siyahıların 67-ci bənində əsasən isə psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqdan sonra üzərinə baxış keçirilən zaman təmiz çəkisi 8,902 qram olan narkotik vasitə - metamfetamin, evindən isə ümumi təmiz çəkisi 415,324 qram olan külli miqdarda psixotrop maddə-heroin, ümumi təmiz çəkisi 245,33 qram olan külli miqdarda psixotrop maddə- metamfetamin aşkarlanmışdır. Məhkəmə aşkar olunmuş maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxsun üzərində olan metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan 1694,88 dəfə, heroinin ümumi təmiz çəkisi isə 2768,8 dəfə çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. İş materiallarından, təqsirləndirilən şəxsin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrdən görünür ki, o, İran vətəndaşı “Məryəm” adlı şəxslə cinayətkar əlaqəyə girib narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin çəkilərinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitə və psixotrop maddələrinin növ müxtəlifliliyinə, elektron tərəzinin mövcudluğunaonun narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət işində olmaqla, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına əsasən, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzası yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi təhlükəli residiv müəyyən edilmişdir. Belə ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuş və Xətai Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarı ilə cəzasını çəkmiş hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmamasını, cəzasını ağırlaşdıran hal kimi təhlükəli residivin mövcud olmasını, eləcə də, işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-279/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 415,124 qram narkotik vasitə olan heroin, 253,932 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd “Samsung” markalı Vyetnam Respublikasında istehsal olunmuş SM- A736B/DS modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə istintaq hərəkətinin, habelə evə baxış keçirilməsi və götürmənin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 02 (iki) DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 xx.xx.2023-cü il tarixli, 4182 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 415,124 qram narkotik vasitə olan heroin, 253,932 qram psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd “Samsung” markalı Vyetnam Respublikasında istehsal olunmuş SM-A736B/DS modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, şəxsi axtarış və götürmə istintaq hərəkətinin, habelə evə baxış keçirilməsi və götürmənin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 02 (iki) DVD-R diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1802/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1802/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver