Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1804/2021 29.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı, X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxsun, xx xxxxx 1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Lənkəran rayonu Qurumba kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni sahədə nömrəsiz fərdi evdə yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə Bakı şəhərində başqa mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda, təmiz çəkisi - 3,986 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 4,970 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, dəmiryolu və “Dəyirman” restoranının yaxınlığına daşıyaraq üzərində saxlamış, həmin tarixdə də saat 05:00 radələrində Daxili İşlər Nazirliyinin X12 Alayının 11-ci patrul bölüyünün əməkdaşları tərəfindən bu ünvanda da saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilib oranın həyətində saat 06:20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2105 minik markalı Az ** MS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin qolaltı saxlanc yerindən bir ədəd pul kisəsinin içərisində 03 ədəd bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram, 1,364 qram, 2,601 qram olmaqla ümumi təmiz çəkiləri 3,986 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 4,970 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadələrində göstərdi ki, təxminən beş ay olar ki, psixotrop maddələrdən, iki ay olar ki, narkotik vasitə heroindən istifadə edir. 07 iyul 2021-ci il tarixdə təxminən gecə saat 05:00 radələrində Xəzər rayonu Qala qəsəbəsi dəmiryolu yaxınlığında 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edib ondan gecə vaxtı həmin yerdə nə etdiyini soruşmuşlar. O da onlara etiraf edib bildirmişdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir, həmin yerə də internet vasitəsilə aldığı narkotik vasitəni götürmək üçün gəlmiş və götürüb idarə etdiyi VAZ 2105 markalı ** MS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qolaltı hissəsinə qoymuşdur. Bundan sonra polis əməkdaşları onu Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə dəvət etmişlər. O da onlarla birlikdə idarə etdiyi avtomobillə Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə gəlmişdir. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuş, bundan sonra o, bildirmişdir ki, əynində heç bir qeyri-qanuni əşya və ya maddə yoxdur, idarə etdiyi avtomobilin qolaltı hissəsində narkotik vasitə və psixotrop maddə var. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, lakin idarə etdiyi avtomobilin açarlarından başqa heç nə aşkar edilməmişdir. Bunun ardınca polis əməkdaşları tərəfindən onun idarə etdiyi VAZ 2105 markalı Az ** MS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirildi. Baxış zamanı avtomobilin qolaltı saxlanc yerindən ona məxsus bir ədəd pul qabının içərisində üç ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə limon turşusu, 03 ədəd istifadə etdiyi boş şprislər, 01 ədəd istifadə etdiyi şüşə dərman ampulu, avtomobilin qabaq sol oturacağının ayaqaltı hissəsindən bir elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar edilərək götürüldü. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır və satış məqsədilə əldə etməmişdir. İdarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələr ona məxsusdur. O, aşkar olunan narkotik vasitə və psixotrop maddəni Suraxanı qəsəbəsi ərazisində təsadüfən tanış olduğu adını bilmədiyi bir nəfər şəxsdən 140 manat pul verərək əldə etmişdir. Həmin şəxsin konkret olaraq adı və harada yaşaması barədə heç bir məlumatı olmamışdır. Şahid1 ifadələrində göstərdi ki, Azərbaycan Respublikası DİN-in X12 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 07 iyul 2021-ci il tarixdə, gecə saat 05:00 radələrində həmin bölüyün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə 9644 çağırışlı avtopatrulla Xəzər rayonu, Qala qəsəbəsində xidmət apardıqları zaman Qala qəsəbəsindən keçən dəmir yolunun yaxınlığında bir nəfər şəxsin yolun kənarında, ağacların arasında dayandığını görmüşlər. Onlar ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ondan gecə vaxtı həmin yerdə nə etdiyini soruşmuşlar. Bu zaman o, özünü itirmiş, onlar da həmin şəxsin davranışından şübhələnmişlər. Onunla üç dəqiqə söhbətdən sonra o, bildirdir ki, narkomaniya xəstəliyindən əziyyət çəkir, həmin yerə internet vasitəsi ilə tanımadığı şəxsdən aldığı narkotik vasitələri götürmək üçün gəlmişdir və narkotik vasitələri həmin yerdən götürərək idarə etdiyi Vaz 2105 markalı Az 99-MS- 405 dövlət qeydiyyat nişanlı avtomobilin qolaltı hissəsinə qoymuşdur. Onlar həmin şəxsi narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu üçün onu Xəzər RPİ-nin 1 -ci PŞ-nə dəvət etmişlər. O da onlarla birlikdə idarə etdiyi avtomobillə Xəzər RPİ-nin 1-ci PŞ-nə gəldi. Şöbədə həmin şəxsin xx xxxxx 1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu, Qurumba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yeni sahədə, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu məlum oldu. Bundan sonra onlar hadisə barədə raport yazıb məruzə etmişlər. Bununla əlaqədar araşdırmanın aparılması Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Zaur Babayevə tapşırıldı. Zaur Babayev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutuldu. Daha sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olundu. Şəxsi axtarış keçirilməmişdən əvvəl video çəkilişdən istifadə olunaraq Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni hər hansı əşya və predmet varsa təqdim etməyi təklif edildi, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirdi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya maddə yoxdur,lakin idarə etdiyi Vaz 2105 markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşında ona məxsus narkotik vasitə və psixotrop maddə var. Bundan sonra onun üzərində şəxsi axtarış keçirildi və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən idarə etdiyi Vaz 2105 markalı, Az **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşının açarları aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair protokol tərtib edildi və iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalanmaqla təsdiqləndi. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 2105 markalı Az **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə etirazının olmadığı barədə ərizə yazdı. Daha sonra 1-ci PŞ-nin inzibati binasının həyətində saxlanılan Vaz 2105 markalı Az **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı Zaur Babayev tərəfindən videoçəkilişdən istifadə olunaraq baxış keçirildi. Baxış keçirilən zaman avtomaşının qolaltı saxlanc yerindən bir ədəd pul qabından içərisində üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə limon turşusu, 03 ədəd plastik şpris, 01 ədəd şüşə dərman ampulu, avtomaşının ön sol oturacağının ayaqaltı hissəsindən 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb qablaşdırılmaqla möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxundu, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olundu. Ondan həmin narkotik vasitçələri haradan aldığını soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni tanımadığı şəxsdən 140 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirdi. Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadələr verib onun ifadəsində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan olunub araşdırılmış nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 07 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Vaz 2105 markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin qolaltı saxlanc yerindən bir ədəd pul kisəsinin içərisində 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə limon turşusu, 03 ədəd plastik şpris, 01 ədəd şüşə dərman ampulu, avtomaşının ön sol oturacağının ayaqaltı hissəsindən 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə elan olunub araşdırılmış 07 iyul 2021-cı il tarixdə keçirilmiş nəqliyyat vasitəsinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında 07 iyul 2021-ci il tarixli protokola əlavə olunmuş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs heç bir hüquqi sənədi olmadan idarə etdiyi Vaz 2105 markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə X12 Alayının 11-ci Patrul Bölüyünün polis nəfəri polis serjantı Şahid1, X12 Alayının 11- ci Patrul Bölüyünün polis nəfəri polis serjantı Şahid2, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən 8 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ- nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən baxış keçirilmiş və baxış zamanı həmin avtomobilin qolaltı saxlanc yerindən içərisində şəffaf rəngli selofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal kütlə, 02 ədəd bükümdə ağ rəngli selofana bükülmüş qəhvəyi rəngli spesifik iyə malik olan heroinə bənzər kütlə, siqaretin gümüşü rəngli kağızına bükülmüş ağ rəngli kristal şəkilli kütlə, üzərində “NOVOKVİN zdorovie"' yazıları olan şüşə parçası 03 ədəd sarı başlıqlı plasmas şprist olan qara rəngli pul qabı aşkar edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 07 iyul 2021ci il tarixli, 6/2713 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində AR DİN “Zərflər üçün nömrə 157” möhür əksi, “...Şübhəli şəxs... Təqsirləndirilən şəxs....” və s. yazılar olan kağız paketdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram, 1,364 qram, 2,601 qram; ümumi təmiz çəkiləri 3,986 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 03 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 4,970 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir; 01 ədəd bükümdə təmiz çəkisi 0,375 qram ağ rəngli, daşlaşmış maddə kütləsi limon turşusudur, 01 ədəd 6x12 sm ölçüdə elektron tərəzinin səthində, 03 ədəd istifadə olunmuş boş 1 ml-lik şprislərin daxilində və 01 ədəd şüşə dərman ampulunun sınmış hissəsində heroinin izləri müəyyən edildi. Həmin predmetlərdə heroin iz şəklində olduğundan təmiz çəkisinin və eyniləşdirmə üzrə təhqiqatların aparılması mümkün olmadı. Məhkəmədə elan olunub araşdırılmış 28 sentyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi çəkisi - 3,986 qram narkotik vasitə olan heroin, 4,970 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamletamin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 3,896 qram olan narkotik vasitə narkotik vasitə olan heroin, 4,920 qram psixotrop maddə olan metamfetamin Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılması üçün təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk, eləcə də nəqliyyat vasitəsinə baxış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni özünün şəxsi istifadə məqsədilə əldə edib saxlaması haqqındakı ifadələrini onun cəzasını yüngülləşdirmək cəhdi kimi qiymtələndirir. İstintaq orqanı Təqsirləndirilən şəxs elan olunmuş ittihama 01 ədəd bükümdə təmiz çəkisi 0,375 qram ağ rəngli, daşlaşmış limon turşusu, daxilində heroinin izləri müəyyən edilən 03 ədəd istifadə olunmuş boş 1 ml-lik şprislər, sınmış hissəsində heroinin izləri müəyyən edilən 01 ədəd şüşə dərman ampulu, eləcə də avtomobilin qabaq sol oturacağının ayaqaltı hissəsindən səthində heroinin izləri müəyyən edilən 01 ədəd 6x12 sm ölçüdə elektron tərəzini daxil etmişdir. Məhkəmə, həmin əşyaları Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin sübüt əhmiyyətli əşyalar kimi qəbul edir, lakin həmin əşyaların özlüyündə əldə olunmasının, saxlanılmasının, daşınmasının qadğan olnumamasını nəzərə alıb ittihamdan xaric olunmasını nəzrə alıb « 01 ədəd bükümdə təmiz çəkisi 0,375 qram ağ rəngli, daşlaşmış limon turşusu, daxilində heroinin izləri müəyyən edilən 03 ədəd istifadə olunmuş boş 1 ml-lik şprislər, sınmış hissəsində heroinin izləri müəyyən edilən 01 ədəd şüşə dərman ampulu, eləcə də avtomobilin qabaq sol oturacağının ayaqaltı hissəsindən səthində heroinin izləri müəyyən edilən 01 ədəd 6x12 sm ölçüdə elektron tərəzini» rəqəm və sözlərini Təqsirləndirilən şəxs elan edilmiş ittimhamdan xaric edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbdən də onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin xarakterini və onun şəxsiyyətini nəzərə alıb ona azadlıqdan məhrumetmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olunmadığı qənaətinə gəlib ona azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik xərclənmişdir. Təqsirləndirilən şəxs ibtidai istsisntaq zamanı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 08 saylı vəkil bürosunun vəkili X7 tərəfindən 30 (otuz) saat, məhkəmədə ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 35 (otuz beş) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də Bakı şəhəri 08 saylı vəkil bürosunun vəkili X4 180 (yüz səksən) manat, 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 210 ( iki yüz on) manat pul ödənilməlidir. Məhkəmə bu xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır, çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs götürülmüş ümumi çəkisi - 3,986 qram narkotik vasitə olan heroinin, 4,970 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertizadan sonra qalıq hissəsini təşkil edən 3,896 qram olan narkotik vasitə heroinin, 4,920 qram psixotrop maddə olan metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, 01 ədəd bükümdə təmiz çəkisi 0,375 qram ağ rəngli, daşlaşmış maddə kütləsi limon turşusunu, 01 ədəd 6x12 sm ölçüdə elektron tərəzisini, 03 ədəd istifadə olunmuş boş 1 ml-lik şprisləri, daxilində və 01 ədəd şüşə dərman ampulunı istehlak dəyərləi olmayan əşyalar kimi məhv edilməsini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk, eləcə də nəqliyyat vasitəsinə baxış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd diski cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİNnin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvllər məhkum edilməmişdir. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın onun Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı olduğnu və onun barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 07 iyul 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 15 sentyabr 2021-ci il tarixli, 3446 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin olunmasını və onun əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiam olunduğu cinayət əməlinin törətməsini etiraf edib əmləindən peşman olmasını, əvvəllər məhkum olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdırıcı hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 07 iyul 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Məhkəmə Ekspertiza Mərəkəzinin hesabına, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istisntaq zamanı hüqüqu yardım göstərdiyi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 ödənilməsi məqsədi ilə 180 (yüz səksən) manat, Bakı şəhəri 14 saylı Vəkil Büosunun vəkili Müdafiəçi ödənilməsi üçün 210 ( iki yüz on) manat pul Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 3,986 qram narkotik vasitə olan heroin, 4,970 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və hazırkı çəkisi 3,896 qram olan narkotik vasitə heroin, 4,920 qram psixotrop maddə olan metamfetamin sərbəsit dövriyyələri qadğan olunmuş əşyalar kimi, 01 ədəd bükümdə təmiz çəkisi 0,375 qram ağ rəngli, daşlaşmış maddə kütləsi limon turşusunu, 01 ədəd 6x12 sm ölçüdə elektron tərəzisini, 03 ədəd istifadə olunmuş boş 1 ml-lik şprisləri, daxilində və 01 ədəd şüşə dərman ampulunı istehlak dəyərləi olmayan əşyalar kimi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə baxış və götürmə aparılması zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1804/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1804/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver