Məhkəmə qərarları › İş №1(101)-1804/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1804/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1804/2022 12.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işləməyən, üzərində ödənilməmiş məhkumluğu olan, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 32, mənzil 13-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamış, daşımış və satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Roma” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə razılaşdıqdan sonra, “Roma” adlı şəxsin göstərişi ilə xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində dəqiq ünvanı istintaqa məlum olmayan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsindən götürdüyü narkotik vasitə və psixotrop maddəni üzərində saxlayıb daşıyarkən, 29 iyun 2022-ci il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 5 ünvanında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib, orada üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,497 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, daha sonra tanışı Şahid4 idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış və götürmə aparılan zaman avtomobilin yük yerindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5030,2 qram (5 kiloqram 30,2 qram) qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2970,7 qram (2 kiloqram 970,7 qram) ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2000,3 qram (2 kiloqram 0,3 qram) tünd qəhvəyi rəngli qətrana bənzər spesifik iyli maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi deyil. O, bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilmiş və cəzasını çəkdikdən sonra azadlığa çıxmışdır. Onun sağ gözündə problem var və gözünün 80 faizi görmür. Anası ağır xəstədir. O, cəzasını çəkib qurtardıqdan və azadlığa çıxdıqdan sonra nə qədər iş axtarsa da, tapa bilməmişdir. O, hansı işə getmişsə, ona “sən məhkum olunmusan” demişlər. Məhkum olunmağı ona iş tapmağa imkan verməmişdir. O, cəza çəkərkən cəzaçəkmə müəssisəsində bir nəfər İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona demişdir ki, “İranda yaxşı həkimlər var, orada müalicə daha ucuzdur”. O, cəzasını çəkdikdən sonra iş axtarmış, lakin əvvəl məhkum olduğuna görə heç kim onu işə qəbul etməmişdir. O, iranlı şəxs ilə əlaqə saxlamış və sonuncuya problemini danışmışdır. Həmin şəxs ona həkimlər barədə köməklik edəcəyini bildirmiş, lakin bunun müqabilində onun iranlı şəxsə köməklik etməsini xahiş etmişdir. İranlı şəxs göndərəcəyi çantanı dediyi ünvana qoyması müqabilində onun kartına pul göndərəcəyini bildirmişdir. O da iranlı şəxslə razılaşaraq, sonuncunun çantasını dediyi yerdən götürüb başqa yerə qoymağa razılıq vermişdir. O, Nərimanov rayonunda tutulmuşdur. O, tutulan zaman üzərində heç nə olmamış, lakin əlində çanta olmuş və həmin çantada iranlının dediyi “mal” olmuşdur. İranlı ona çantada nə qədər narkotik vasitə olacağını deməmişdir. Lakin o, həmin çantada narkotik vasitə olacağını bilmiş, sadəcə olaraq həmin vasitənin çəkisini bilməmişdir. İranlı şəxs çantanı hara qoyacağını o, çantanı götürdükdən sonra ona deyəcəkmiş. İranlı ona demişdir ki, “sən get çantanı götür, sonra mən sənə ünvan deyəcəm, aparıb qoyarsan həmin ünvana, bunun müqabilində mən sənə pul göndərəcəm”. Lakin iranlı şəxs ona nə qədər pul göndərəcəyini də deməmişdir. O, maddi sıxıntıları ilə əlaqədar məcbur qalaraq bu əməli törətmişdir. O, çantanı götürdükdən sonra polislər onu tutmuşlar. O, çox ağır vəziyyətdə olmuşdur. Ona görə də o, iranlının ona nə qədər pul verəcəyindən asılı olmayaraq sonuncunun təklifi ilə razılaşmış və həmin şəxsin dediyi yerdən gedib çantanı götürmüş, sonra da polislər tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi etirafedici ifadəsini, habelə şahid ifadələrini, cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində fiziki-kimyəvi ekspertiza şöbəsində baş ekspert vəzifəsində işləyir. Narkotik vasitələr, psixotrop maddələr və dərman preparatları üzrə o, 2003-cü ildən etibarən ekspert stajına malikdir. O, işlədiyi Ədliyyə Nazilrliyi Məhkəmə X6 rayon Polis İdarəsinin təhqiqatçısı Nadir Rzazadə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı daxil olmuşdur. Həmin qərarı və qərarda göstərilmiş maddi sübutu zərfin içində Məhkəmə Ekspertiza Mərkəzinə baş əməliyyat müvəkkili Şahid2 təqdim etmişdir. Maddi sübut və qərar Məhkəmə Ekspertiza Mərkəzinə daxil olduqdan sonra maddi sübutların olduğu bağlama açılmış, həmin bağlamanın içərisindən 1 (bir) ədəd üzəri şəffaf yapışqan lentə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 5030,2 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, 1 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 2970,7 qram ağ rəngli kristal şəkilli maddə kütləsi və üzəri şəffaf yapışkan lentlə bağlanmış şəffaf polietilen bükümdə təmiz çəkisi 2000,3 qram tünd qəhvəyi rəngli qətranabənzər madddə kütləsi aşkar edilmişdir. Bundan sonra həmin kütlələrlə bağlı tədqiqat aparılmışdır. Tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, həmin bağlamanın içərisindən 1 (bir) ədəd üzəri şəffaf yapışqan lentə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 5030,2 qram narkotik vasitə heroin, 1 (bir) ədəd rəngli polietilen bağlamada təmiz çəkisi 2970,7 qram psixotrop maddə metamfetamin, üzəri şəffaf yapışqan lentlə bağlanmış şəffaf polietilen bükümdə təmiz çəkisi 2000,3 qram narkotik vasitə tiryək olmuşdur. Eyni zamanda həmin gün, həmçinin Ədliyyə Nazirliyi Məhkəmə X6 RPİ-nin təhqiqatçısı Nadir Rzazadənin digər qərarı da daxil olmuşdur. Maddi sübut və qərar Məhkəmə Ekspertiza Mərkəzinə daxil olduqdan sonra üzərində “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərf açılmış, həmin zərfin içərisindən 1 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,497 qram olan qəhvəyi rəngdə maddə kütləsi aşkar edilmiş, bu barədə onun tərəfindən akt hazırlanmışdır. Bundan sonra həmin kütlə ilə bağlı tədqiqat aparılmışdır. Tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, zərfin içərisindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,497 qram olan qəhvəyi rəngdə aşkar edilmiş maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. xx.xx.2022-ci il tarixli 6/3615 saylı məhkəmə kimyəvi ekspertiza rəyini o, tərtib etmişdir. Tədqiqata narkotik vasitə heroinin ümumi təmiz çəkisi 5030,2 qram, psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 2970,7 qram və narkotik vasitə tiryəkin ümumi təmiz çəkisi 2000,3 qram olaraq təqdim edilmişdir. Bu da rəyin qeyd hissəsində və tərtib edilmiş aktda öz əksini tapmışdır. Lakin rəy tərtib olunan zaman texniki səbəblərdən rəyin nəticə hissəsində tədqiqat zamanı təqdim edilmiş 5030,2 qram narkotik vasitə heroinin çəkisi səhvən 5030,0 qram kimi və 2000,3 qram narkotik vasitə tiryəkin çəkisi səhvən 2000,0 qram kimi qeyd edilmişdir. Rəydə narkotik vasitə heroinin 5030,2 qramından 0,2 qram və narkotik vasitə tiryəkin 2000,3 qramından 0,3 qramının tədqiqata sərf edilməsi də qeyd edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 29 iyun 2022-ci il tarixdə Pərviz, Famil və Ruqiyə adlı şəxslərin sonu 744 olan dövlət qeydiyyat nişanlı avtomobil ilə onların xidmət etdiyi ərazidə narkotik vasitələri gəzdirmələri və dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuşdur. Sonra bu barədə rəhbərliyə məruzə edilmiş və bundan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu polis əməkdaşları Şahid3, Şahid1 və ondan ibarət olmuşdur. Sonra onlar məlumatda qeyd olunmuş yerə getmişlər və orada həmin şəxsləri saxlayıb Nərimanov RPİ-yə aparmışlar. Polis İdarəsində saxlanılan şəxslərin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Famil və Ruqiyyənin üzərindən qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, Pərvizin üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Daha sonra Pərviz, Famil və Ruqiyyənin olduğu maşına videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı maşında 1 (bir) ədəd böyük torba aşkar edilmişdir. Bu böyük torbanın içərisindən nisbətən balaca 3 (üç) ədəd bağlama aşkar edilmişdir. Bu bağlamaların içərisində narkotik vasitəyə oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı bildirmişdir ki, maşından aşkar edilmiş bağlamalarda olan narkotik vasitə heroin özünə məxsusdur və həmin narkotik vasitəni “Roman” adlı İran İslam Respublikasının vətəndaşından götürərək sonuncu üçün “kuryerlik” etmişdir. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, “Mitsubishi Pajero” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil onun bibisi Bahar Əliyevaya məxsus olmuş və taksi fəaliyyəti ilə məşğul olmaq üçün bibisi həmin avtomobili ona vermişdir. O da həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs sonuncu ilə birgə cəzaçəkən qohumu Sabir vasitəsi ilə tanımışdır. O, taksi fəaliyyəti ilə məşğul olduğundan Pərvizi bir neçə dəfə sifariş etdiyi yerə aparmışdır. O, xx.xx.2022-ci il tarixdə səhər saatlarında Pərvizin xahişi ilə sonuncunu Sumqayıt şəhərindən Bakı şəhərinə aparmışdır. Onlar yolüstü Pərvizin anası Ruqiyəni işdən götürmüşlər. Onlar təxminən saat 11:00 radələrində ünvan 3 ünvanın yaxınlığına getmişlər. O, avtomobili orada saxlamış və Pərviz avtomobildən düşmüş, 2-3 dəqiqədən sonra əlində sellofan torba ilə geri qayıdaraq torbanı avtomobilin baqajına qoymuşdur. O, avtomobili hərəkətə gətirib oradan getmək istəyərkən mülki geyimli şəxslər avtomobilə yaxınlaşaraq onları saxlayaraq Nərimanov RPİ-yə aparmışlar. Polis İdarəsində onun üzərində axtarış aparılan zaman onun əynində olan şalvarın cibindən 1 (bir) ədəd büküm aşkar edilmişdir. Sorğu-sual zamanı o, 1 (bir) ədəd bükümün içində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini bir gün əvvəl tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs də üzərinə axtarış keçirilmiş və həmin vaxt sonuncunun üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobildə də narkotik vasitə olduğunu bildirmişdir. O, etiraz etmədiyi üçün onun, Pərvizin və müdafiəçilərin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin baqajından sellofan torba aşkar edilmişdir. Həmin torbanın içində isə başqa bir neçə bağlama olmuşdur. Təqsirləndirilən şəxs həmin bağlamaların içində narkotik vasitə olduğunu və “Roma” adlı şəxsin vasitəsilə götürdüyünü bildirmişdir. Avtomobilin baqajında olan bağlamalardakı narkotik vasitələrdən onun xəbəri olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli Sumayıt Şəhər Məhkəməsinin 7(060)-227/2022 saylı qərarından (cild 2, iş vərəqə 40-44) görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 16 yanvar 2018ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanın çəkilməmiş 11 (on bir) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 9-10) görünür ki, Şahid4, Təqsirləndirilən şəxs və X1 barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 22) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 24-25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş videogörüntüdən (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində tünd qəhvəyi rəngli maddələr olan 1 (bir) ədəd bükümü çıxararaq təqdim etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynində olan həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd A29255822 nömrəli 10 manatlıq, 1 (bir) ədəd A16238673 nömrəli 05 manatlıq, 1 (bir) ədəd A03270481 nömrəli 05 manatlıq pul əskinasını və 1 (bir) ədəd “Poco” markalı mobil telefonu, şalvarın sol yan cibindən isə 1 (bir) ədəd göy rəngli alışqanı çıxarıb təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 38) görünür ki, Şahid4 etibarnamə əsasında idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış və götürmə keçirilməsinə etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2022-ci il tarixli avtomobildə axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 39-40) görünür ki, Şahid4 ərizəsinə əsasən idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 iyun 2022-ci il tarixli avtomobildə axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 43-44) görünür ki, baxış zamanı “Mitsubishi Pajero” markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən içərisində müxtəlif növ narkotik vasitə və psixotrop maddələr olan 1 (bir) ədəd narıncı rəngli sellofan torba aşkar edilərək götürülmüşdür. 1 (bir) ədəd torba açıldıqda içərisindən şəffaf rəngli sellofana bükülərək, şəffaf rəngli yapışqan lentlə bağlanmış, içərisində ağ rəngli kristal hissəciklərdən ibarət maddələr olan 1 (bir) ədəd büküm, qara rəngli sellofana bükülərək, şəffaf rəngli lentlə bağlanmış, içərisində qəhvəyi rəngli toz halında maddələr olan 1 (bir) ədəd büküm və qara rəngli sellofana bükülərək şəffaf rəngli yapışqan lentlə bağlanmış içərisində tünd qəhvəyi rəngli yumşaq maddələr olan 1 (bir) ədəd büküm aşkar edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3615 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 55-59) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 44 nömrəli dairəvi möhür əksi, Şahid4 (imza)” yazısı və imzalar bağlamadakı, 1 (bir) ədəd bükümdə təmiz 5030 qram (5 kq 30 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2970,7 (2 kq 970,7 qr) ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2000 qram (2 kq) tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddə kütləsi xaşxaş birkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Aparılmış məhkəmə fiziki-kimyəvi ekspertizası nəticəsində təqdim edilmiş təmiz çəkisi 5030,2 qram narkotik vasitə heroindən tədqiqata 0,2 qram sərf edildikdən sonra 5030,0 qram, təmiz şəkisi 2970,7 qram psixotrop maddə metamfetamindən tədqiqata 0,2 qram sərf edildikdən sonra 2970,5 qram və təmiz çəkisi 2000,3 qram narkotik vasitə tiryəkdən tədqiqata 0,3 qram sərf edildikdən sonra 2000,0 qram qalmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3616 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 61-64) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 44 nömrəli dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,497 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Aparılmış məhkəmə fıziki-kimyəvi ekspertizası nəticəsində təqdim edilmiş təmiz çəkisi 0,497 qram narkotik vasitə heroindən tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,447 qram qalmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2022-ci il tarixli materialın cinayət işinə birləşdirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 83) görünür ki, materialın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə birləşdirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 118-119) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaucan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 121-122) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234..4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 134) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Poco” markalı mobil telefona baxış keçirilmiş, lakin cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-759/2022 saylı qərarından (cild 1, iş vərəqə 148-153) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 29 iyun 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-834/2022 saylı qərarından (cild 1, iş vərəqə 154-155) görünür ki, Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qanuna uyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 162) görünür ki, Şahid6 oğlu Təqsirləndirilən şəxs məxsus “Poco” markalı mobil telefonu təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 163) görünür ki, Şahid6 yaşadığı ünvan 4 ünvanında axtarış və götürmə aparılmasına etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli axtarış aparılması haqqında qərardan (cild 1, iş vərəqə 164-165) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan, protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 167-172) görünür ki, həmin gün Təqsirləndirilən şəxs anası ilə birlikdə yaşadığı ünvan 4 ünvanında axtarış aparılmış, lakin cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2022-ci il tarixli arayışlardan (cild 1, iş vərəqə 197-198) görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 116A ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, onun ailə tərkibi arvadı 1987-ci il təvəllüdlü X4, oğlu 2007-ci il təvəllüdlü X13 oğlundan ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2022-ci il tarixli xasiyyyətnamədən (cild 1, iş vərəqə 199) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3634 nömrəli rəyindən (cild 2, iş vərəqə 45-46) görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1757 nömrəli rəyindən (cild 2, iş vərəqə 48-50) görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəsiziliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz prosessual hüquqlarını şəxsən həyata keçirə bilər. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işində olan və məhkəmə istintaqında ədqiq edilmiş 11 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 213-214) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, habelə hazırki cinayət işi üzrə cinayət hadisəsi baş verən zaman onun üzərində ödənilməmiş məhkumluğu olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4346 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 52-55) görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEM-nin “Təhqiqat Obyekti 59 nömrəli ştamp əksi olan torbada və 2 (iki) ədəd paketdə, vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin və Şahid4 üzərindən aşkar edilərək götürülmüş heroin kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş, “Mitsubishi Pajero” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilmiş narkotik vasitə heroin, Təqsirləndirilən şəxs və Şahid4 üzərlərindən aşkar edilmiş heroinlərdən kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə fərqlidir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 76-96) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona yeni məzmunda ittiham elan edilməsi, Şahid4 və X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərində və avtomobildə axtarış və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5029,95 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 2970,5 qram təşkil edən psixotrop maddə metamfetaminin, qalıq çəkisi 2000 qram təşkil edən narkotik vasitə tiryəkin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 2, iş vərəqə 104-105) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 dekabr 2022-ci il tarixli Sumqayıt Şəhər Probasiya Şöbəsinin məktubundan (cild 2, iş vərəqə 196) görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixli Sumayıt Şəhər Məhkəməsinin 7(060)- 227/2022 saylı qərarına əsasən şərti olaraq azad olunduğu 11 (on bir) ay 09 (doqquz) gün cəzasından 06 (altı) gün cəzasını çəkmiş və hazırda onun çəkilməmiş cəzası 11 (on bir) ay 03 (üç) gün təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 sentyabr 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 200) görünür ki, xx.xx.2006-cı il tarixdə Təqsirləndirilən şəxs ilə X5 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 dekabr 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 201) görünür ki, xx.xx.2007-ci il tarixdə X13 oğlu anadan olmuş, onun atası Təqsirləndirilən şəxs, anası isə X2r. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 yanvar 2018-ci il tarixli Şirvan Apelyasiya Məhkəməsinin 1-1(106)02/2018 saylı hökmündən (cild 1, iş vərəqə 227-250) görünür ki, Füzuli Hərbi Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Resöublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən isə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Buna baxmayaraq, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam şəkildə təqsirli bilərək və etirafedici ifadə verməklə onun əleyhinə əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin, 1-ci Siyahısının 19-cu bəndinə əsasən - təmiz halda 50 (əlli) qramdan artıq çəkidə narkotik vasitə tiryək, 2ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər müxtəlif cinayət əməllərini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmışdır. O, sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdiyinə görə təqsirli bilinmiş və ona azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, xx.xx.2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə ona təyin olunmuş cəzanın çəkilməmiş 11 (on bir) ay 09 (doqquz) gün azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunsa da, başqa sözlə, dövlət tərəfindən ona güzəşt edilsə də, o, azadlığa çıxdığı gündən sonra qeyrisi ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadəsi əsasında təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra qısa müddət ərzində şəxsiyyəti istintaqı məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək artıq ölkə ərazisində mövcud olmuş külli miqdarda narkotik vasitələr heroinin və tiryəkin, eləcə də külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə və maddələrlə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdəsinə götürmüşdür. Bu məqsədlə Təqsirləndirilən şəxs anası Ruqiyə Əsgərova və hazırki iş üzrə şahid qismində çıxış edən Şahid4 birlikdə sonuncunun idarə etdiyi nəqliyyat vasitəsi ilə Sumqayıt şəhərindən Bakı şəhərinə gəlmiş, onlar Bakı şəhərində Nərimanov rayonu ərazisinə çatdıqdan sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsindən düşərək cinayət əlaqəsinə girmiş qeyrisi ilə əvvəlcədən razılaşdırılmış yerdən və razılaşdırılmış şəkildə külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni götürüb Şahid4 idarə etdiyi nəqliyyat vasitəsinə gətirməklə həmin nəqliyyat vasitəsinin yük yerinə yerləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, onun anası Ruqiyə Əsgərova və Məmmədov X8 RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə aparılmışlar, orada hər üç şəxsin üzərinə şəxsi axtarış keçirilmiş, habelə Şahid4 idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Ruqiyə Əsgərovanın üzərindən qadağan edilmiş əşya aşkar edilməmiş, lakin Şahid4 üzərindən 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,497 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Şahid4 idarə etdiyi “Mitsubishi Pajero” markalı, **-MX-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə baxış keçirilmiş və həmin vaxt avtomobilin yük yerindən 1 (bir) ədəd bağlamada təmiz çəkisi 5030,2 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2970,7 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 2000,3 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin maraqlısı odur ki, şəxsi axtarış zamanı Şahid4 və Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrılıqda 1 (bir) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilsə də, eləcə də həmin narkotik vasitə heroinlər eyini tərkibli olsalar da, habelə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama, həmçinin onun narkotik vasitəni satması ilə bağlı ittiham daxil olsa da, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satması ilə əlaqədar faktiki olaraq ittiham irəli sürməmiş, habelə Təqsirləndirilən şəxs və Şahid4 üzərindən aşkar edilmiş eyni tərkibli narkotik vasitə heroinlərin mənbəyini, o cümlədən göstərilən şəxslərdən kimin kimə narkotik vasitəni satmasını müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələnin aydınlaşdırılması və lazımi hüquqi qiymət verilməsi olduqca vacib məsələdir. Belə ki, ibtidai istintaq orqanı qeyd edilən xüsusatlarla bağlı faktiki olaraq heç bir araşdırma aparmamışdır. Bu məsələ ciddi məsələ olduğundan və hazırki iş üzrə məhkəmə baxışında qeyd edilən məsələnin araşdırılması mümkün olmadığından, məhkəmə hesab edir ki, Şahid4la bağlı (onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə) hissədə məhkəmə tərəfindən ibtidai istintaqı həyata keçirən orqana məlumat verilməli və göstərilən məsələ ibtidai istintaq orqanı tərəfindən obyektiv şəkildə araşdırılmaqla qeyd edilən məsələ həll edilməlidir. Belə ki, qeyd edilən məsələnin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin (müstəntiqin) üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və aparılmış ibtidai istintaqı natamam və qüsurlu aparılmış ilkin araşdırma kimi qəbul edir. Beləliklə, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitəni konkret şəxsə satmasına dair sübut olmadığından, bu barədə ibtidai istintaq orqanı tərəfindən heç bir səmərəli araşdırma aparılmadığından, məhkəmə istintaqında onun narkotik vasitəni konkret olaraq hansısa şəxsə satması təsdiq olunmadığından məhkəmə hesab edir ki, ona qarşı irəli sürülmüş ittihamdan onun narkotik vasitəni satması epizodu xaric olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda Təqsirləndirilən şəxs bu əməlləri, yəni külli miqdarda narkotik vasitə heroini və tiryəki, külli miqdarda psixotrop maddə metemfetamini qanunsuz olaraq əldə edib saxlaması və daşıması, ələlxüsus bu hərəkətləri məhz satış məqsədi ilə həyata keçirməsi özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, onun əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və gözündə yaranmış zəifliyin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallara gəldikdə isə məhkəmə istintaqında ağırlaşdırıcı hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli hökmü ilə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə və Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 11 (on bir) ay 09 (doqquz) gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, yəni cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunduqdan 6 gün sonra yenidən qəsdən ağır cinayət törətmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə məhkum olunmasına və dövlət tərəfindən humaniz prinsipinə əsasən ona güzəşt edilərək cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasına baxmayaraq, üzərində ödənilməmiş məhkumluğu olduğu müddət ərzində yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun üzərindən ümumilikdə 10 kiloqramdan çox müxtəlif növdə narkotik vasitə heroin və tiryəkin, habelə psixotrop maddə metamfetaminin aşkar edilməsini, ümumilkdə isə aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin insaq orqanizminə ziyanının təsirini və bu qəbildən olan sair halları, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaya əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından azad edilməsi ləğv edilməli, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş hissəsi 11 (on bir) ay 03 (üç) gün təşkil edən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, ona cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5029,95 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2970,5 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2000 qram təşkil edən narkotik vasitə tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərində və Şahid4 idarə etdiyi avtomobildə axtarış və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 342 (üç yüz qırx iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 342 (üç yüz qırx iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr üzrə ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından azad etmə ləğv edilsin, Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şirvan Apelyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş hissəsi 11 (on bir) ay 03 (üç) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi ejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Nərimanov RPİnin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5029,95 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2970,5 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çəkisi 2000 qram təşkil edən narkotik vasitə tiryək məhv edilsin, Təqsirləndirilən şəxs üzərində və avtomobildə axtarış və götürmə aparılmasını özündə əks etdirən 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 342 (üç yüz qırx iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar