Məhkəmə qərarları › İş №1(101)-1805/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1805/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1805/2025 19.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və xeyli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxslə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan şəxsdən istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 3,420 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qram və 0,047 qram olan, ümumi təmiz çəkisi 0,100 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, bir ədəd bükümdə təmiz çəkisi 1,091 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, xeyli miqdarda 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,630 qram, 0,631 qram, 0,036 qram və 1 ədəd bükümdə 0,540 qram olan ümumi təmiz çəkisi 1,837 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, üzərlərində “Methadone 40” göstəricisi olan bir ədəd bütöv blisterdə və blister kəsiklərində ümumi 17 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili əsas təsiredici maddəsinin ümumi miqdarı 0,680 qram təşkil edən xeyli miqdarda narkotik vasitə metadon həbləri, bir ədəd şəffaf sellofan bağlamada tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 3 (üç) ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,52 qram, 1,80 qram, 18,75 qram, ümumi təmiz çəkisi 21,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin şəffaf sellofan bağlamada tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 01 (bir) ədəd plastmas qabda ümumi çəkisi 1,91 qram, 01 (bir) ədəd sellofan bükülüdə ümumi çəkisi-22,27 qram qarışıq kütlədə təmiz çəkiləri 0,99 qram, 8,41 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd qara rəngli sellofan bağlamada ümumi çəkisi-380 qram qarışıq kütlədə təmiz çəkisi 189,2 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə əldə edib, həmin külli miqdarda narkotik vasitə və psixotrop maddələri yaşadığı Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, ev 31 D ünvanında yerləşən fərdi evə qədər daşımaqla saxlamış, 28 may 2025-ci il tarixdə səhər saatlarında 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,540 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində sonuncunun mobil telefonunu girov götürərək tanışı Şahid5 satmış, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotop maddələrdən külli miqdarda bir ədəd bükümdə ümumi təmiz çəkisi 3,420 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədilə üzərində saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədilə əldə etməsi, saxlaması və daşıması barədə Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında həmin Şöbənin əməkdaşları tərəfindən müvafiq qaydada keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 may 2025-ci il tarixdə saat 16.00-da ünvan 2 ünvanında saxlanılaraq üzərinə baxış keçirilərkən əynində olan qara rəngli qısa idman şalvarının sol yan cibində satış məqsədilə əldə edib saxladığı bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,420 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat tədbirlərinin davamı olaraq 28 may 2025-ci il tarixdə onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evə baxış keçirilərkən evin qonaq otağında olan iş masasının üzərində və siyirməsində, qonaq otağında olan səsgücləndiricinin içərisində olan narkotik vasitə heroin ilə kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qram və 0,047 qram olan, ümumi təmiz çəkisi 0,100 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,091 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, xeyli miqdarda 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,630 qram, 0,631 qram, 0,036 qram olan ümumi təmiz çəkisi 1,297 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin, üzərlərində “Methadone 40” göstəricisi olan bir ədəd bütöv blisterdə və blister kəsiklərində ümumi 17 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili əsas təsiredici maddəsinin ümumi miqdarı 0,680 qram təşkil edən xeyli miqdarda narkotik vasitə metadon həbləri, bir ədəd şəffaf sellofan bağlamada tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 3 (üç) ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,52 qram, 1,80 qram, 18,75 qram, ümumi təmiz çəkisi 21,07 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən 01 (bir) ədəd plastmas qabda ümumi çəkisi 1,91 qram, 01 (bir) ədəd sellofan bükülüdə ümumi çəkisi-22,27 qram qarışıq kütlədə təmiz çəkiləri 0,99 qram, 8,41 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd qara rəngli sellofan bağlamada ümumi çəkisi-380 qram qarışıq kütlədə təmiz çəkisi 189,2 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrlə 2-3 dəfə əlaqəsi olmuş, onu polis əməkdaşları evindən tutub aparmışlar. Evindən qram yarım heroin, 30 qram marixuana, 0,3 qram metamfetamin, 3 ədəd m40 adlı narkotik vasitə və psixotrop maddə aşkarlanmış, lakin polis əməkdaşları aşkar olunmuş narkotik vasitələrin çəkisini olduğundan çox qeyd etmişlər. Evində tiryək narkotik vasitəsi olmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu evdə saxlamış, 11-12 nəfər polis əməkdaşı evə daxil olmuş, narkotik vasitə evdə stolun üzərində olmuş, polis əməkdaşları evə daxil olan kimi onu döymüşlər. O, Pirşağı qəsəbəsində həyət evində yaşayır. Narkotik vasitəni istifadə etmək üçün hazırlamışdır. Polis əməkdaşları hasarın üzərindən atlayıb həyətə keçmişlər, lakin evin qapısı açıq olmuşdur. Həmin vaxt evdə bacısı olmuş, onu əvvəl bölməyə aparmışlar, sonra isə çəkiliş üçün yenidən evə qaytarmışlar. Ona məcburi olaraq əlavə narkotik vasitə də təqdim etmişlər. O, evdə olan narkotik vasitələri qarışdırmaqla istifadə etməyi düşünmüşdür. İstintaq təcridxanasına daxil olan zaman üzərində xəsarətləri olmuş, lakin o, həmin xəsarətləri qeyd etdirməmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə iclasında şahid qismində dindirilən təqsirləndirilən şəxsin bacısı Şahid6 öz ifadəsində bildirmişdir ki, o, qardaşı ilə qonşuluqda yaşayır. Qardaşı Aslan tutulan gün saat 12-13 radələrində o, öz evində olan zaman qardaşının həyətindən it səsləri gəldiyini eşitmiş, itlər adətən yad adam gələn zaman belə hürmüşlər. O, səsləri eşidən kimi bayıra baxmış, bu vaxt kiminsə həyətə hasarın üstündən girmək istədiyini görmüşdür. Həmin vaxt may ayı olmuş, hava yaxşı olduğu üçün pəncərə açıq olmuşdur. O, daha sonra mübahisə səsləri, “elə bilirsən canını qutara biləcəksən?” kimi sözlər eşitmiş, həmin dava səsləri təxminən 1 saat davam etmiş, sonra sakitləşmişlər. O, gələn şəxslərin polis olduğunu hiss etmiş, buna görə bacısına zəng etmiş, qardaşı Aslanın evinə getmək istədikdə həmin polislər icazə verməmişlər. Polis əməkdaşlarından bir nəfər içəridə, bir nəfər bayırda dayanmış və siqaret çəkərək, şübhələndiyi şəxsləri danışdırmışdır. Həmin polis əməkdaşlarının ikisi də mülki formada olmuş, o, bacısı ilə içəri girmək istəyən zaman polis bacısını hədələmişdir. Bir neçə saat sonra, təxminən saat 3-4 radələrində Aslanı gətirəcəklərini demiş, onları içəri buraxmamışlar. O, polis əməkdaşlarından sadəcə ədalətli olmasını xahiş etmiş, həmin vaxt orada təxminən 10-15 polis əməkdaşı olmuş, 2 mülki maşın, 1 polis maşını olmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, polislər Aslanı aparmış və daha sonra gətirəcəklərini demişlər. O, evin içərisini görməmiş, lakin eşitdiyi səslərdən evdə çox adamın olduğu ona məlum olmuşdur. O, səs-küyü eşitdikdən sonra özünü itirmiş, polisə zəng etməyə qorxmuşdur. Polis əməkdaşları mülki geyimdə olmuş, lakin o, həmin şəxslərin hərəkətlərindən polis əməkdaşları olduqlarını anlamışdır. O, polislərə həmin dəqiqə deyil, sonradan yaxınlaşmışdır. Polis əməkdaşları təxminən saat 12 radələrində gəlmiş, o da evinin pəncərəsindən baxmışdır. O, evdən nə aşkar olunduğunu görməmişdir. Həmin şəxsin küçədən keçən adamı danışdırmağından onun polis olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir: Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 28 may 2025-ci il tarixində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar Aslan yaşadığı evin yaxınlığında saxlanılmışdır. O və Şahid4 Təqsirləndirilən şəxs özlərini təqdim edərək, üzərində qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onlara bir büküm heroinə bənzər kütləni təqdim etmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısına büküm təqdim edilmişdir. Sonra isə Aslanın yaşadığı evə baxış keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Aslanın yaşadığı ünvana gələndə evdə bir qadın olmuş, qadın təmizləyici kimi işlədiyini bildirmişdir. Evdə masanın üzərindən, çəkməcədən və digər müxtəlif yerlərdən bükümlər aşkar olunmuşdur. Bükümlərdə marixuana, tiryək, metamfetamin adlı narkotik vasitələr olmuş, evin həyətyanı sahəsindən isə heç nə aşkarlanmamışdır. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar şəxsə yaşadığı evin qarşısında yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, şəxsə qarşı hər hansı fiziki və psixoloji təzyiq göstərilməmiş, evə baxışda o, təhqiqatçı, Şahid4, sahə inspektorları Şahid2 və Şahid3 iştirak etmişlər. Şəxsin özü də evə baxışda iştirak etmiş, narkotik vasitələr evdə müxtəlif yerlərdən aşkar olunmuş, təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi onun özünün icazə ərizəsi əsasında həyata keçirilmişdir. Təqsirləndirilən şəxsin evinə baxış keçirilməsi məhkəmə qərarı ilə həyata keçirilməmiş, şəxsi küçədə saxladıqdan sonra mənzilə daxil olmuşlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 28 may 2025-ci il tarixdə Şahid1 və Şahid4 keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq bölməyə gətirilmişdir. Sonradan şəxsin evinə baxış keçirilmiş, evdə Günel Ələkbərova adlı qadının olduğunu müəyyən etmişlər. Həmin qadın evdə təmizləyici kimi işlədiyini bildirmişdir. Evin müxtəlif hissələrindən narkotik vasitələr və tərəzi aşkar olunmuşdur. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirində Şahid1 və Şahid4 iştirak etmiş, evə baxışda o, təhqiqatçı, Şahid1, Şahid4, Şahid3 iştirak etmişlər. Evdə çəkməcədə, səsgücləndiricinin içində və digər yerlərdə narkotik vasitələr və elektron tərəzi aşkar olunmuşdur. Şəxs Pirşağı qəsəbəsində saxlanılmışdır. Əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. Şəxs evdə narkotik vasitələrin yerini özü göstərməmiş, təhqiqatçı tərəfindən aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və Şahid3 da digər şahidlərlə oxşar məzmunda ifadələr vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi Pirşağı qəsəbəsindən tanımış, təqsirləndirilən şəxsə narkotik vasitə müqabilində öz mobil telefonunu vermişdir. Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitələrdən əvvəllər istifadə etmiş, təqsirləndirilən şəxsə öz mobil telefonunu vermiş, bunun müqabilində ondan narkotik vasitə almışdır. O, Pirşağı qəsəbəsində qohumunun evində qalmış, Təqsirləndirilən şəxs da oradan tanımışdır. O, mobil telefonunu Təqsirləndirilən şəxs həbs olunmamışdan təxminən 10 gün əvvəl vermiş, bunun qarşılığında Aslandan metamfetamin almışdır. Ona məxsus mobil telefonun dəyərini bilməmiş, telefon qardaşından qalmışdır. Aslanın telefon nömrəsini əvvəllər bilmiş, özü isə ***-***-**-** saylı mobil nömrəni işlətmişdir. O, Aslanla telefonla da danışmış, telefonun əvəzində Aslan ona yarım qram metamfetamin vermişdir. Aslanın belə maddələr satması barədə ona bir tanışı məlumat vermiş, o da gedib Aslandan almışdır. Həmin şəxs onun qohumu Məmməd adlı şəxsdir. O, ilk dəfə Aslandan metamfetamin almış, pulu olmadığına görə telefonu girov qoyub metamfetamini götürmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 29 may 2025-ci il tarixli, 6/2022 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan: -1 №-li zərfi açdıqda içərisində bir ədəd bükümdə təmiz çəkisi 3,420 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; -2 №-li zərfi açdıqda içərisində 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,053 qr., 0,047 qr., ümumi təmiz çəkisi 0,100 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1,091 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir, -3 №-li zərfi açdıqda içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,630 qr., 0,631 qr., 0,036 qr., ümumi təmiz çəkisi 1,297 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, -4 №-li zərfi açdıqda içərisində üzərilərində “Methadone 40” göstəricisi olan bir ədəd bütöv blisterdə və blister kəsiklərində ümumi 17 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman tabletlərinin əsəs təsiredici maddəsi metadondur və həmin dərman tabletlərinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,680 qram təşkil edir. Üzərilərinə “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əksləri olan kağız yapışdırılmış bir ədəd bağlamadakı bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmadı. Bir ədəd üzərində “Moxicum Moxifloxacin 400 mg” göstəriciləri olan blisterdə 6 ədəd tabletin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələr aşkar edilmədi. Təqdim olunmuş 1 №-li zərfdəki bir ədəd bükümdəki və 2 №-li zərfdəki iki ədəd bükümdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (cild İ, iş vərəqi 53-60). Məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEMin 29 may 2025-ci il tarixli, 7/796 №-li rəyindən görünür ki,təqdim edilmiş qara rəngli polietilen bağlamanı açdıqda içərisində: -bir ədəd şəffaf sellofan bağlamada 03 (üç) ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,52 qram; 1,80 qram; 18,75 qram olan bitki mənşəli kütlələr tərkibində nakotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi-21,07qramdır. Həmin şəffaf sellofan bağlamada 01 (bir) ədəd plastmas qabda ümumi çəkisi- 1,91qram; 01 (bir) ədəd sellofan bükülüdə ümumi çəkisi- 22,27qram qarışıq klütlədə təmiz çəkiləri 0,99 qram; 8,41 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - 01 (bir) ədəd qara rəngli sellofan bağlamada ümumi çəkisi- 380 qram qarışıq kütlədə təmiz çəkisi- 189,2 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş 03 (üç) ədəd sellofan bükülüdə olan marixuanalar tərkiblərinə görə öz aralarında eynidirlər. Təqdim edilmiş 01 (bir) ədəd plastmas qabda, 01 (bir) ədəd sellofan bükülüdə, 01 (bir) ədəd qara rəngli sellofan bağlamada olan marixuanalar tərkiblərinə görə öz aralarında eynidirlər. 03 (üç) ədəd sellofan bükülüdə olan marixuanalar, 01 (bir) ədəd plastmas qabda, 01 (bir) ədəd sellofan bükülüdə, 01 (bir) ədəd qara rəngli sellofan bağlamada olan marixuanalardan fərqlənirlər. Həmin qara rəngli polietilen bağlamada olan kağız paketin içərisində 01 (bir) ədəd kağız bükülüdə ümumi çəkisi- 0,16 qram olan bitki toxumları çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş bir ədəd kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə çəkisi- 0,18 qram olan tütünün tərkibində narkotik vasitə hissəcikləri yoxdur, onun tərkibi tütündən ibarətdir. (cild İ, iş vərəqi 61-64). Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 şəxsin 13 iyun 2025-ci il tarixli, 3555 №-li rəyindən məlum olmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İ, iş vərəqi 163-164). Ambulator məhkəmə-psixatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin 20 iyun 2025-ci il tarixli, 1981 №-li rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz əməlini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. (cild İ, iş vərəqi 160-162). “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyanın götürülməsi haqqında” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan qara rəngli qısa idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin aşkar olunmuşdur. (cild İ, iş vərəqi 13-14). “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan qara rəngli qısa idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə müdafiəçisinin iştirakı ilə baxış keçirilərək qablaşdırılmışdır. (cild İ, iş vərəqi 37-39). “Evə baxış keçirilməsi və götürmə haqqında” 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi həyət evinə baxış keçirilərkən evin qonaq otağında olan masanın üzərindən, həmin masanın siyirməsindən və masanın yanında olan səsgücləndiricidən narkotik vasitə heroin, marixuana, marixuana toxumları, tiryəkə bənzər çoxsaylı bükülülər, psixotrop maddə metafetaminə bənzər çoxsaylı bükülülər, metadon həbləri, 2 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “Nokia” markalı mobil telefon aşkar edilmişdir. Mənzilin yataq otağına baxış zamanı yataq otağında olan şkafın siyirməsindən 01 ədəd elektron tərəzi, digər şkafın siyirməsində açıq səpilmiş vəziyyətdə olan marixuana bitkisinə bənzər bitki aşkar olunmuşdur. Mənzilin mətbəxində olan şkafa baxış keçirilən zaman 2 ədəd elektron tərəzi aşkar edilmişdir. (cild İ, iş vərəqi 42-44). “Videoyazıya baxış keçirilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Şahid1 yaxınlaşır və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi bildirilmiş və ondan özünü təqdim etməsi xahiş olunmuş və Təqsirləndirilən şəxs özünü təqdim etmiş, bundan əşyanı təqdim etməsini sonuncuya təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli qısa idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf sellofona bükülmüş qəhvəyi rəngli bükümü çıxardaraq narkotik vasitə olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşı olan tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən götürülmüş və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş narkotik vasitəyə Xəzər RPİ-nin 2-ci Polis şöbəsində baxış keçirilməsi zamanı çəkilişin əks olunduğu 01 ədəd «CD» diskə baxış zamanı müəyyən edilmişdir ki, xidməti otaq Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Arzuman İsmayılovun xidməti otağıdır. Bakı şəhəri, 8 saylı vəkil bürosunun vəkili X1 iştirakı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə baxış keçirilmiş, baxış zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülünün içərisində narkotik vasitə heroin olduğunu və İran vətəndaşından əldə etdiyini, yandırıb çəkərək istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilməsi zamanı çəkilişin əks olunduğu 01 ədəd «CD» diskə baxış zamanı müəyyən edilmişdir ki, baxış 2-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Şahid1, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid4, 2-ci Polis Şöbəsinin sahə inspektoru Şahid3, 2ci Polis Şöbəsinin sahə inspektoru Şahid2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin təhqiqatçısı Arzuman İsmayılov tərəfindən keçirilmişdir. Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitə və psixotrop maddəni təqdim etməsi təklif edilmiş, bundan sonra evə baxış keçirilən zaman evin qonaq otağında olan masanın üzərindən, həmin masanın siyirməsindən və masanın yanında olan səsgücləndiricidən narkotik vasitə heroin, marixuana, marixuana toxumları, tiryəkə bənzər çoxsaylı bükülülər, psixotrop maddə metafetaminə bənzər çoxsaylı bükülülər, metadon həbləri, 2 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “Nokia” markalı mobil telefon aşkar edilmiş, mənzilin yataq otağına baxış zamanı yataq otağında olan şkafın siyirməsindən 01 ədəd elektron tərəzi, digər şkafın siyirməsində açıq səpilmiş vəziyyətdə olan marixuana bitkisinə bənzər bitki aşkar olunmuş, mənzilin mətbəxində olan şkafa baxış keçirilən zaman 2 ədəd elektron tərəzi aşkar edilmişdir. (cild İ, iş vərəqi 179-180). Cinayət işinin materiallarına əlavə edilmiş CD disklər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və həmin videogörüntülərin yuxarıda qeyd olunan protokolların məzmunu ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. “CD diskə baxış keçirilməsi haqqında” 23 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus GSM nömrələrinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və göndərilən sms mətnləri, həmin nömrələrin sahiblərinin anket məlumatları "xxxx" MMC-dən götürülmüş 01 ədəd «CD» diskə baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə saat 11:10-dan saat 14:22-dək ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Mehlevuz terefdeyem”, “Teli ac gonderirem pulu hemde 10 manat var 5 de borc”, “Pulu demirsen gonderirəmde”, “Qaqiya gelim”, “Var yoxun ... gelirem qapiya ya sen ya men teli ac”, “Kiwiluyun olsun teli gotur” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:56-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “10 dəyqyə göndərir 5 manatı” məzmunlu mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:51-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Qaqa noldu gozduyurler axi” məzmunlu mesaj gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:54-dən xx.xx.2025-ci il saat 14:26-dək saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Aslan menem Azer”, “Qaqaw gonderdim 100 manat ceki mendedi” məzmunlu mesajlar gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 15:52-də ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Duzeldi.uzag deylsense gorsek” məzmunlu mesaj gəlmişdir. (cild İ, iş vərəqi 237-244). “Mobil telefona baxış keçirilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A23 ” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı 14 may 2025-ci il tarixdə saat 17:17-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “Salam natarsan gaga” məzmunlu mesaj gəlmişdir. 14 may 2025-ci il tarixdə saat 17:26dan 17:27-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “Salam qardaşım, nə var, nə yox, necəsən? Canın-başın, işlər-güclər, salamatçılıqdı ? İnşallah, pul atacam sənə, bir az səbirli ol, atacam.”, “Bilirəm e, pul lazımdı sənə, atacam narahat olma” məzmunlu səs mesajları getmişdir. 14 may 2025-ci il tarixdə saat 17:27-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “aaaa salam necəsən, nə var, nə yox, nə iş görürsən? Vəziyyətin necədi? Otunnan, zadınnan nə qalır, qurtarıbsan, ya qalır hələ? qutarsan mənə deyərsən, bir dənə şeydi, hazır var yolluyum, gedib götürərsən onu da yaxşı.” məzmunlu səs mesajı gəlmişdir. Daha sonra aralarında 15 may 2025-ci il tarixdə saat 17:12-də “Whatsapp” mobil tətbiqi vasitəsilə zəngləşib danışmışdırlar. 16 may 2025-ci il tarixdə saat 00:07-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng və daha sonra saat 00:09-da “4169.7388.8459.9717” məzmunlu mesaj vasitəsilə kart hesabı gəlmişdir. Həmin tarixdə saat 00:21-də Təqsirləndirilən şəxs istifadəsində olan 077-591-99- 97 saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə İran İslam Respublikası vətəndaşına həmin kart hesabına 353 manat məbləğində pul göndərməsi barədə şəkil atmış, İran İslam Respublikasının vətəndaşı isə, həmin məbləğdən 350 manat məbləğində pulun ona çatması barədə şəkil göndərmişdir. Həmin tarixdə saat 00:21-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng etmişdir. Həmin tarixdə saat 02:25-də isə +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng olunmuşdur. 16 may 2025-ci il tarixdə saat 15:03dən 16:03-dək +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “gaga”, “20 ot hazr varm pol ehdiyacm var”, “gotrsan”, “Mani yg, “Sabir ol huzur erindiyam gonsu rahmata gedib” məzmunlu mesajlar gəlmişdir. 18 may 2025-ci il tarxdə saat 02:57-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “gaga”, “Na eladin”, “Xabar guzdiyrdiıu” məzmunlu mesajlar gəlmişdir. Həmin tarixdə saat 12:32-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “Salam alekum nə var ne yox necəsən ? qardaşım dünənləri inanırsan mal gəlib götürmədilər təmiz ona görə day şey eliyə bilmədime kömey eliyə bilmədim sənə necəsən?” məzmunlu səs mesajı göndərmişdir. 22 may 2025-ci il tarixdə saat 15:51-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə metadon həbblərinin şəklini atmışdır. 23 may 2025-ci il tarixdə saat 19:38 və saat 20:20-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edib danışmışdır. Həmin tarixdə saat 20:22-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “Qardaşım görüm bu dərmandan istiyən var bu dərmandan var səndə? bilmirsən? pul lazımdıye, düzüm qoşum səninçün ver dərmanı məndə öz canım üçün yam mal almışam pulu vermişəmey kolaya zada biraz veziyyet pisdi, maşın didime götürmüşəm onun kreditini zadını vermişəm ona görə” məzmunlu səs mesajı göndərmişdir. Həmin tarixdə saat 20:36-da +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “var var var qağa qadan alaram” məzmunlu səs mesajı gəlmişdir. Həmin tarixdə saat 21:59-da +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng olunmuş və saat 22:17-də 5243 7544 4803 6929 saylı kart hesabının şəkli və “Qağa, belə vur nömrən düşməsin də, bura baxginən bura leo bankıdı hangısıdı buna qadan alaram aparatnan vur at mənə tez yerbəyer eliyirəm a mən də onu hazır eliyirəm sənə” məzmunlu səs mesajı gəlmişdir. Həmin tarixdə, yəni 23 may 2025-ci il tarixdə saat 23:02-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng olunmuşdur. Həmin tarixdə saat 23:16-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilən 5243 7544 4803 6929 saylı kart hesabına 252 manat məbləğində pul göndərməsi barədə şəkil atmış və zəng etmişdir. Həmin tarixdə, yəni 23 may 2025-ci il tarixdə saat 23:16-da +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “Hə qağa səsin gəlmir başına dolanaram sənin, həə gəldi qoy indi atım səbirli ol qadan alım” məzmunlu səs mesajı gəlmişdir. Həmin tarixdə saat 23:16-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng edərək danışmışdır. Həmin tarixdə, yəni 23 may 2025-ci il tarixdə saat 23:45-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “ay qardaş noldu atmadın? başıva dönüm at da” məzmunlu səs mesajı göndərmişdir. 24 may 2025-ci il tarixdə saat 00:02-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə narkotik vasitənin olduğu yerin konumu, həmin yerin işarəli şəkilləri və “7 lis m 40 qara salafana bukuludu” məzmunlu mesaj gəlmişdir. Həmin tarixdə saat 00:05-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng gəlmiş, 08:34-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng etmiş, saat 11:08-də isə, +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə zəng gəlmişdir. 25 may 2025-ci il tarixdə saat 21:45dən 22:01-dək +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “Salam natarsan gardas”, “Salamqdxdi”, “ Vaxdin uldu bi zang ela”, “O darmandan lazmdi”, “gotarr” məzmunlu mesajlar gəlmişdir. 26 may 2025-ci il tarixdə saat 01:59-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “Salam qardaş, nə var, ne yox, necəsən? İnşallah sabah pul atacam e sənə” məzmunlu səs mesajı göndərmişdir. Həmin tarixdə saat 02:00-da +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “Salam Aslan nağayrırsan? Nə var, nə yox qağa? Yox istəyirdim o dərmandan bi yeddi səkkiz list də verəm sənə. Bir dənə onu bağlarsan, bir beş-altı list də verrəm sənə. O yaxşı dərmandı da, yəni əlində olmalıdı da yaxşı olsun, çünki qurtarır azalıbdı qadan alaram. Ona görə deyirdim, ona görə yazdım, yoxsa mən özüm bilisən də xəsiyyətimi bilirsən qadan alaram” məzmunlu səs mesajı gəlmişdir. Həmin tarixdə, yəni 26 may 2025-ci il tarixdə saat 02:07-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “həə qada görməyəsən qardaşım, problem yoxdur e, nə qədər versən, yəni məndən arxeyin ol qardaşım. Yəni pulunu verəcəm, yəni məndən arxeyin ol, yəni tez müddətdəye indi adam var deyir verəcəm bilmiyicey ha, alacaq, yəni bir gün, iki gündü, dünənnəri təmizi pul varidi bir az ayrı borclar var idi onları verdim, indi sabahdan inşallah sənin pulunu başlayacam verməyə bir günə-iki günə inşallah bağlayacam onu”, “hə başıva dönüm nə qədər imkanın varsa o dərmandan verginən də mənə, beş listdi, on lisdi, yəni mənim üçün saxla da heç kimə verməginən ver mənə” məzmunlu səsli mesajlar getmişdir. Həmin tarixdə, yəni 26 may 2025-ci il tarixdə saat 02:12-də +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “yaxşı qadan alaram oldu neynək problem deyil. Bilirsən Aslan, bi dənə şərikim var, bu yanımda olur da, elə bil pul qaytarmalıyıq, sən canın sağ olsun, sən bi dənə onu bi dənə qalanını tezbazar şey eliyərsən mən bu yandan onu saxlaşdırram sənə ta satmıyacam yaxçı? Yanı irannılara satırdım, satmıyacam da, yanı baxıb görürəm belə şey ələ düşmür də bundan, açığın danışaq, həm güjdüdü, həm də düzdü indi hər kimə vermişəm bəyənibdi, çox da xoşdarına gəlib, elə fikrimnən sən keçdin, dedim ə bəs bir şey ki ordadı sən, niyə nəsə başqa adama şey eliyim, elə Aslana verrəm, Aslan özü yerbəyer edər, neynək qadan alaram sən ürəyimsən mənim, neynə sabahda birigündə 10 dənə zad belənçi yerbəyer elyərəm, bi dənə onu tezbazar bağlarsan bəqiyəsin də ataram genə hər nəyi desən ataram götürərsən” məzmunlu səs mesajı gəlmişdir. Həmin tarixdə saat 02:13-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** ** ** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “problem yoxdu, indi bizim aramızda nə qədər qaldı qardaşım? Sabaha zada bağlıyıcıyam o borcu narahat olma”, “Allah sənin balanı saxlasın narahat olma” məzmunlu səs mesajları getmişdir. Həmin tarixdə saat 02:15-də +98 939 *** ** ** saylı İran İslam Respublikasına məxsus mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “ürəyimsən qadan alaram, indi hesablayıb deyərəm sənə, oldu” məzmunlu səs mesajı gəlmişdir. 27 may 2025-ci il tarixdə saat 15:07-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə 303 manat məbləğində pul göndərməsi barədə şəkil və “qardaş atdım, 303 manat atdım, pulu mənim bu idi təmizi, ba büdcəmi göstərir də bax 7 manat pulum qaldı, bax skrin eliyib atıram sənə baxasan, 7 manat pul qaldı, indi onu da dərmanı atırsan mənə? onu şey düzqoş eliyərdin çıxıram də mən bayra elə mən birdəfəlik onu da götürüb gələrdim” məzmunlu səs mesajı göndərmişdir. 28 may 2025-ci il tarixdə saat 00:26-da ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “ay Aslan bayaq gəldik bura şey götürdük, prosta orda daş zad yox idi, yəni daş qoymuşdun yoxsa necə?” məzmunlu səs mesajı gəlmişdir. 19 may 2025-ci il tarixdə saat 13:24-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Whatsapp” mobil tətbiqi vasitəsilə “Anar, başıva dönüm diyərsən indi Aslan belə diyir mən həqiqətəna mal mənim deyil, o ayrı adamındı daşı, daş onundu, əmoğlu var onundu, onun da daşı azdı, diyir yoxe şeydi istiyirsə diyir çetnən verəy diyir belə, belə vermir.”, “Mən özüm götürəndə xəbər eliyərəm də sənə, qardaş da çıxır gedir” məzmunlu səs mesajları göndərmiş eyni zamanda zəngləşib danışmışdırlar. Həmin protokol və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonda çox sayda və müxtəlif növdən olan narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələrin, elektron tərəzilərin, ödəniş qəbzlərinin, köçürmə çeklərinin, işarələnmiş yerlərin və sair fotoşəkilləri aşkar edilmişdir. (cild İ, iş vərəqi 181- 215). Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, iş vərəqi 144-145). Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəqi 28). Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 4(003)-238/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəqi 107- 111). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə və külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Metamfetamin, heroin, tiryək, qurudulmuş marixuana və metadon həmin Qanunla təsdiq edilmiş “Azərbyacan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə və psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxil edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Narkotik vasitə və psixotrop maddələrin təqsirləndirilən şəxsin üzərindən və mənzilindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən evindən qram yarım heroin, 30 qram marixuana, 0,3 qram metamfetamin, 3 ədəd m40 adlı narkotik vasitə və psixotrop maddə olduğunu, qalan maddələrin ona məxsus olmadığını, polis əməkdaşlarının ona təzyiq göstərdiyini bildirsə də, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılması, üzərindən qanunsuz maddənin aşkar olunması, həmin maddəyə baxış keçirilib qablaşdırılaraq götürülməsi, habelə onun mənzilinə baxış keçirilməsi, mənzildən aşkar edilmiş qanunsuz maddə və digər predmetlərin aşkar edilməsi və götürülməsi videomüşahidə altında həyata keçirilmiş, bu da təqsirləndirilən şəxsə məxsus olmayan maddələrin onun üzərindən və mənzilindən aşkar edilməsi ilə bağlı guya həqiqətə uyğun olmayan məlumatların cinayət işinin materiallarına əlavə edilməsini mümkünsüz etmişdir. Bundan başqa, təqsirləndirilən şəxs öz ifadəsində üzərində külli miqdar təşkil edən heroin narkotik vasitəsinin olmadığını, yalnız evində stolun üzərində qram yarım heroin olduğunu bildirsə də, cinayət işinin materiallarında olan 29 may 2025-ci il tarixli, 6/2022 №li ekspertiza rəyindən görünür ki, 1 və 2 nömrəli zərflərdə olan heroinlər eyni tərkiblidir, başqa sözlə təqsirləndirilən şəxsin üzərindən və mənzilindən aşkar edilmiş heroinlər eyni tərkibli olmaqla, təqsirləndirilən şəxsin guya üzərindən aşkar edilmiş heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona verilməsi ilə bağlı ifadəsi tam təkzib olunmuşdur. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə iclasında sərbəst ifadə verən zaman o, saxlanılan zaman bacısının evdə olduğunu bildirsə də, müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin bacısı Şahid6 öz ifadəsində, qardaşı Təqsirləndirilən şəxsla qonşuluqda yaşadığını, qardaşı polis əməkdaşları tərəfindən saxlanılan zaman o, öz evində olduğunu, yalnız müəyyən səslər eşitməsi ilə əlaqədar pəncərədən bayıra baxıb qardaşının evində nə isə baş verdiyini anladığını, lakin qorxduğu üçün təxminən 1 saat qardaşının evinə yaxınlaşmadığını, sonradan qardaşının evinə yaxın getsə də, polis əməkdaşları onu və bacısını evə buraxmadığını, evdən nə aşkar olunduğunu bilmədiyini, evdə baş verən hadisələrin heç birini görmədiyini qeyd etmişdir. Bununla yanaşı həm dindirilmiş şahidlərin ifadəsi, həm də cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülərlə müəyyən edilmişdir ki, təqsirləndirlən şəxsin mənzilinə baxış keçirilən zaman evdə özünü təmizlikçi kimi təqdim edən X2 olmuşdur. Məhkəmə üçün maraqlı məqam odur ki, müdafiə tərəfi faktiki olaraq mənzildə olan və mənzilə baxışda bilavasitə iştirak etmiş Günel Ələkbərovanın deyil, həmin vaxt orada olmamış, ümumiyyətlə mənzildə nə baş verdiyini görməyən təqsirləndirilən şəxsin bacısının şahid qismində dindirilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin bacısı Şahid6 ifadəsinə də qiymət verərək qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş video görüntü tədqiq edilən zaman baxış keçirilmiş mənzilin həyətyanı sahəsinin kifayət qədər geniş olması, mənzillərin bir-birinə yaxın yerləşməməsi müəyyən edilmiş, belə olan halda məhkəmə hesab edir ki, Şahid6 öz ifadəsində qeyd etdiyi kimi, guya öz evində olduğu halda, qardaşının mənzilindən “elə bilirsən canını qurtara biləcəksən?” və s. kimi ifadələr eşitməsini, həmçinin eşitdiyi səsləri analiz edərək guya mənzildə qardaşına fiziki təzyiqlər edilməsi qənaətinə gəlməsini real hesab etmək mümkün deyil. Həmçinin şahid məhkəmə iclasında eşitdiyi səslərdən qardaşına qarşı təzyiq edildiyini ehtimal etdiyini, lakin onun döyülməsini görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verən zaman polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını bildirsə də, saxlanıldığı istintaq təcridxanasına daxil olan zaman üzərində heç bir xəsarət qeyd edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilən videogörüntülərdə də təqsirləndirilən şəxsin üzərində hər hansı bir xəsarətin olması müəyyən edilməmişdir. (Videogörüntülərdə təqsirləndirilən şəxs qısa qollu köynəkdə və qısa idman şalvarındadır) Məhkəmə Şahid6 öz ifadəsində qeyd etdiyi kimi 1 saat ərzində bir neçə polis əməkdaşı tərəfindən döyülən şəxsin üzərində heç bir xəsarətin olmamasını ağlabatan hesab etmir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin saxlanılan zaman polis əməkdaşları tərəfindən qanunsuz rəftara məruz qalması ilə bağlı heç bir orqana şikayət etməməsini də nəzərə alır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin üzərindən və mənzilindən ittihamda qeyd olunan qanunsuz maddələrin aşkar edilməsini tam sübuta yetmiş hesab edir, eyni zamanda onun əməlinin tövsif olunması ilə bağlı məsələyə də qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs özündə olan müxtəlif növlü narkotik vasitə və psixotrop maddələri özünün qarışdıraraq istifadə etməsi məqsədi ilə evində saxlamasını bildirsə də, cinayət işinin materiallarında olan sms mətnləri, fotoşəkillər və Şahid5 məhkəmə iclasında verdiyi ifadəsi ilə təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkillərin onun mobil telefonunda olmaması, həmin şəkillərin ona məxsus olmamasını bildirsə də, müdafiə tərəfinin vəsatəti əsasında maddi sübut kimi tanınmış mobil telefon məhkəmə iclasında bilavasitə tədqiq edilmiş, təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olmasını təsdiq etmiş, mobil telefon məhkəmə iclasında tədqiq edilən zaman cinayət işinin materiallarında olan fotoşəkillərin həmin mobil telefonda mövcud olması və təqsirləndirilən şəxsin tutulmasından xeyli müddət əvvəlki tarixlərə təsadüf etməsi müəyyən edilmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin başqa bir şəxslə qabaqcadan əlbirliklə qeyd olunan cinayət əməlini törətməsi ilə bağlı tövsifedici əlamətlərə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi zamanı aşkar olunmuş səs yazıları ilə təqsirləndirilən şəxsin +98 939 *** **** saylı İran İslam Respublikasına məxsus mobil telefon nömrəsinin istifadəçisi ilə mütəmadi əlaqə saxlayaraq ondan qanunsuz maddələr əldə etməsi, vaxtaşırı ona pul köçürmələri etməsi, köçürmənin edilməsini təsdiq edən ödəniş qəbzlərinin şəklini həmin şəxsə göndərməsi və aralarında qadağan olunmuş maddələrin satışı, müxtəlif ünvanlara yerləşdirilməsi, aralarında pul ödəmələri, qalıq məbləğlər haqqında kifayət qədər aydın dialoqların olması müəyyən edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxsin əməli istintaq orqanı tərəfindən düzgün olaraq iştirakçılığa, yəni qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinə görə tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşıyır və təqsirləndirilən şəxsə elan olunmuş ittiham şahid ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 25-ci bəndi). Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 18, 19, 20, 21-ci bəndləri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, Elektron Məhkəmə İnformasiya Sisteminə sorğu verildikdə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X3 adlı övladının olması müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 28 may 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar – Sabunçu RPİ-nin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,380 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,187 qram olan psixotrop maddə metamfetamin, 0,991 qram olan asetilə edilmiş tiryək, habelə 15 ədəd metadon tabletləri, həmçinin təmiz çəkisi 20,92 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 9,3 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 189,15 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Samsung Galaxy A23 modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli, 4 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınmalıdır. İş üzrə məhkəmə məsrəfi - 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 28 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınsın. İş üzrə maddi sübutlar – Sabunçu RPİ-nin saxlancına verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,380 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1,187 qram olan psixotrop maddə metamfetamin, 0,991 qram olan asetilə edilmiş tiryək, habelə 15 ədəd metadon tabletləri, həmçinin təmiz çəkisi 20,92 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 9,3 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz çəkisi 189,15 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, “Samsung Galaxy A23” modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin, 4 ədəd CD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə məhkəmə məsrəfləri – 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər: Eldar İsmayılov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar