Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1807/2022 24.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 12:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə iradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri Suraxanı rayon, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 3, mənzil 31 qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı rayon, Əmircan qəsəbəsi, Çaparidze küçəsi, 8 saylı evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarında 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,755 qram, 0,816 qram, 0,666 qram, 1,581 qram və 1,952 qram, ümumi təmiz çəkisi 7,770 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə həmin psixotrop maddələri özü ilə daşıyaraq Bakı şəhəri, Suraxanı rayon, Əmircan qəsəbəsi, Çaparidze küçəsi, 8 saylı evin qarşısına gətirmiş və həmin tarixdə saat 10:00-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 8 saylı evin qarşısında psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin ünvan 1 ünvanda yerləşən inzibati binasına gətirilib üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,755 qram, 0,816 qram, 0,666 qram, 1,581 qram və 1,952 qram, ümumi təmiz çəkisi 7,770 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təqribən 1 (bir) ilə yaxındır ki, psixotrop maddə şüşə kimi tanıdığı növündən çəkmək yolu ilə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə yatdığı zaman səhər 07:00 radələrində polis əməkdaşları yaşadığı evə daxil olaraq onu saxlamışlar. Polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə gətirmişlər. Burada ona zor tətbiq etdikdən sonra video çəkiliş aparılcağını bildirib polis əməkdaşı tərəfindən cibinə psixotrop maddə qoyulmuşdur. Halbuki saxlanılan zaman üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddə olmamışdır. O, tətbiq edilmiş zor nəticəsində 2 dişinin sındığını bildirmişdir. Beləliklə də Suraxanı Rayon Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinin zəruri olmasını bildirmişdir. Sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirmişlər. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Bundan sonra polis əməkdaşı özü onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən içərisində psixotrop maddə olan 5 (beş) ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxarib masanın üzərinə qoymuşdur. Psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin X1 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 3, mənzil 31-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsi, 8 saylı evdə yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması, daşıması, göndərməsi barədə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə tərəfindən xx.xx.2022-ci il tarixdə Suraxanı RPİnin rəisi, polis polkovniki Süleyman Neymətovun adına raport tərtib etmişdir. Bundan sonra tərəfindən əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib etmişdir. Beləliklə də xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin rəisi, polis polkovniki Süleyman Neymətov tərəfindən əmr verilməklə qrupun rəhbəri o, qrupun digər üzvü Suraxanı Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 müəyyən edilmişdir. Nəhayət xx.xx.2022-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra yəni xx.xx.2022-ci il tarixdə saat 10:00-də Suraxanı Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 8 saylı evin qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir. Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqələrini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişdir. Həmin şəxs özünü-xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 3, mənzil 31-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsi, 8 saylı evdə yaşayan Təqsirləndirilən şəxs olaraq özünü təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs xahiş etmişdir ki, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması, daşıması, göndərməsi ilə bağlı onlar ilə bərəbar olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən könüllü olaraq onlar ilə bərabər Suraxanı Rayon Polis İdarəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına getməsinə razılıq vermişdir. Bundan sonra o Suraxanı RPİ-nin inzibati binasında, həmin idarənin rəisi, polis polkovniki Süleyman Neymətovun adına raport tərtib etmişdir ki, idarəyə dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin. Nəticə etibari ilə həmin raportun araşdırılması Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X2 həvalə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasının xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürülmə aparılması haqqında” 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X6 tərəfindən protokol tərtib edilmişdir. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs istəyi və razılığı ilə 9 saylı vəkil bürosunun müdafiəçisi X12 dəvət edilərək ona təqdim edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X6 tərəfindən izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 (beş) ədəd şəffaf rəngli bükülünü əlləri ilə göstərərək həmin bükülüdəkilərin el içində “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 5 (beş) ədəd bükülünü hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdiyini sorğu-sual edilən zaman, həmin şəxs qeyd edilən narkotik vasitəyə bənzər maddələri xx.xx.2022-ci il tarixdə səhər saatlarında İran İslam Respublikasının vətəndaşından 60 manat pul ödəməklə aldığını və üzərində saxlayaraq daşımasını qeyd etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli 5 (beş) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddələrin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə 45 nömrəli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər 5 (beş) ədəd şəffaf rəngli sellofan bükülülər zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 45 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Nəticə etibari ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddələrin narkotik vasitə olubolmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X7 tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd bükümdə ümumi təmiz çəkisi 7,770 qram psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir.Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,770 qram psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində tərəfindən zəruri əməliyyat axtarış tədbirlərin davam etdirildiyini, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 5 büküm olan külli miqdarda psixotrop maddənin satış məqsədi olmadığını və öz şəxsi istifadəsi üçün əldə etməsini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı RPİ-nin X1 əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 3, mənzil 31-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsi, ev 8-də yaşayan Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması, daşıması, göndərməsi barədə agentur əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması Təqsirləndirilən şəxs tam olaraq şəxsiyyətinin müəyyən edilib cinayət başında yaxalanması, cinayət əməlinin ifşa olunması məqsədi ilə Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin rəisi, polis polkovniki Süleyman Neymətovun adma raport tərtib edilmişdir. Bundan sonra Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib edilmişdir. Beləliklə də xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin rəisi, polis polkovniki Süleyman Neymətov tərəfindən əmr verilməklə qrupun rəhbəri Suraxanı RPİnin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 və qrupun digər üzvü o olmaqla müəyyən iedilmişdir. Nəhayət xx.xx.2022-ci il tarixdə Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra yəni xx.xx.2022-ci i tarixdə saat 10:00-də Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən Suraxanı Rayon Polis İdarəsinin X1 əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə əvvəlcədən daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 8 saylı evin qarşısında Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilmişdir.Tədbir nəticəsində Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olaraq həmin ünvanda qeyd edilən şəxsə yaxınlaşaraq üzərində olan polis xidməti vəsiqlərini təqdim edib, ondan şəxsiyyəti barədə onlara məlumat verməsini xahiş etmişdir. Həmin şəxs özünü-xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 3, mənzil 31-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, çaparidze küçəsi, 8 saylı evdə yaşayan Təqsirləndirilən şəxs olaraq özünü təqdim etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs xahiş etmişdir ki, göndərməsi ilə bağlı satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması, daşıması ilə əlaqədar olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 42 ünvanında yerləşən inzibati binasına getsin. Təqsirləndirilən şəxs bizə heç bir etiraz etmədən, könüllü olaraq onlar ilə Dərabər Suraxanı Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına getməsinə razılıq vermişdir. Bundan sonra Suraxanı RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən Suraxanı RPİ-nin inzibati binasında həmin idarənin rəisi, polis polkovniki Süleyman Neymətovun adına raport tərtib etmişdir ki, İdarəyə dəvət edilərək gətirilən Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi məqsədilə müvafiq əməkdaşa göstəriş verilsin. Nəticə etibari ilə həmin raportun araşdırılması Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru X2 həvalə edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati tpinasınm xidməti iş otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə “şəxsi axtarış və götürülmə aparılması haqqında” 30-cu Pş-nin təhqiqatçısı polis mayoru X6 tərəfindən protokol tərtib edilmişdir. Bununla yanaşı olaraq Təqsirləndirilən şəxs istəyi və razılığı ilə 9 saylı vəkil bürosunun müdafiəçisi X12 dəvət edilərək ona təqdim edilmişdir.Həmin zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri 30-cu Pş-nin təhqiqatçısı polis mayoru X7 tərəfindən izah edilmişdir. Bundan sonra şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs izah edilmişdir ki, üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim etsin.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd bükümləri çıxarıb masanın üzərinə qoymuşdur.Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır.İlk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5 (beş) ədəd şəffaf rəngli bükülünü əlləri ilə göstərərək həmin bükülüdəkilərin el içində “şüşə” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 5 (beş) ədəd bükülünü hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirdiyini sorğu-sual edilən zaman, həmin şəxs qeyd edilən narkotik vasitəyə bənzər maddələri xx.xx.2022-ci il tarixdə səhər saatlarında İran İslam Respublikasının vətəndaşından 60 manat pul ödəməklə aldığını və üzərində saxlayaraq daşımasını qeyd etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli 5 (beş) ədəd sellofan bükülünün içərisində olan narkotik vasitəyə bənzər maddələrin ekspertiza tədqiqatına göndərilməsi məqsədi ilə 45 nömrəli zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində narkotik vasitəyə bənzər 5 (beş) ədəd şəffaf rəngli sellofan bükülülər zərfə qoyularaq zərfin ağzı Suraxanı RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 45 nömrəli möhür ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Nəticə etibari ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddələrin narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədi ilə Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu Pş-nin təhqiqatçısı polis mayoru X7 tərəfindən kimyəvi ekspertiza təyin edilərək rəy alınmış və müəyyən edilmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 5 ədəd bükümdə ümumi təmiz çəkisi 7,770 qram psixotrop maddə metamfetamin olması müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 7,770 qram psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi istiqamətində tərəfindən zəruri əməliyyat axtarış tədbirlərin davam etdirildiyini, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 5 büküm olan külli miqdarda psixotrop maddənin satış məqsədi olmadığını və öz şəxsi istifadəsi üçün əldə etməsini göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3109 №-li rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN “Zərflər üçün №45“ dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazısı və imzalar olan zərfdəki, 5 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,755 qr, 0,816 qr, 0,666 qr, 1,581 qr, 1,952 qr, ümumi təmiz çəkisi 7,770 qram ağ rəngli kristalardan ibarət maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İİ siyahısına daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi:7,770 qr, tədqiqata sərf edildi : ümumi 0,25 qr, (hər maddədən 0,05 qr), qalıq:7,520 qr (iş vərəqə 39-43) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X10-narkoloji X3 xx.xx.2022-ci il tarixli 4415 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 150-151) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 1729 №-li rəyindən görünür ki,- Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (iş vərəqə 147-149) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 05 ədəd bükümdə ümumi təmiz çəkisi 7,770 qram psixotrop maddə metamfetamin götürülmüşdür. (iş vərəqə 30-31 ) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olan zaman keçirilmiş müayinə nəticəsində dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsvirində heç bir zədə və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolunda Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarında beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,755 qram, 0,816 qram, 0,666 qram, 1,581 qram və 1,952 qram, ümumi təmiz çəkisi 7,770 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (iş vərəqə 183-193) İş materiallarında olan xx.xx.2022-ci il tarixdə ümumi-metamfetaminin ümumi təmiz çəkisi:7,770 qram, tədqiqata sərf edildi: ümumi 0,25 qram, (hər maddədən 0,05 qram), qalıq:7,520 qram saxlanılması məqsədi ilə Təqsirləndirilən şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. (iş vərəqə 200) İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 5 ünvanında yerləşən inzibati binasında saat 12:20-dən saat 12:35-dək “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolunda tərtib edilən 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. (iş vərəqə 30-32) İş materiallarında olan Təqsirləndirilən şəxs faktiki olaraq istifadəsində olan ***-***-**-** mobil nömrə kartı üzrə "xxxx" MMC-nin AZF/LGL-14761/22 nömrəli xx.xx.2022-ci il tarixli 1 (bir) ədəd “CD” disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. (iş vərəqə 123-124, 192- 193) Bakı Ağır Cinayətlər Məhkəməsinin sorğusuna cavab olaraq, AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli cavab məktubundan və tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təcridxanaya daxil olmuş, baxış zamanı hər hansı xəsarət almadığını qeyd etmiş və müayinə zamanı hər hansı yeni zədə, xəsarət əlamətləri müəyyən edilməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, polis əməkdaşlarının onu yaşadığı evdən zor tətbiqi ilə çıxarması, Polis İdarəsində polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində 2 dişinin sınması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli cavab məktubu, ona əlavə edilmiş tibbi kitabça və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, təqribən 1 (bir) ilə yaxındır ki, psixotrop maddə şüşə kimi tanıdığı növündən çəkmək yolu ilə istifadə edir. Həmin narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında İran İslam Respublikası vətəndaşından zaklatka yolu ilə 60 manat ödəməklə 5 (beş) ədəd şəffaf rəngli selofana bükülmüş vəziyyətdə almışdır.O aldığı narkotik maddəni daha sonra istifadə etməyi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə səhv etmirsə saat 10:00-də yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 8 saylı evin qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimli özlərini polis əməkdaşları kimi təqdim edən şəxslər ona yaxmlaşmışdır. Həmin vaxt o özünü itirmiş və həyəcanlı olduğunu biruzə vermişdir.Bundan şübhələnən polis əməkdaşları onunla sorğu-sual etmişdir.O, onlara özünü şübhəli aparmağının və həyəcanlı olduğunun səbəbini üzərində özünə məxsus öz şəxsi istifadəsi üçün saxladığı narkotik maddə olması ilə izah etmişdir. Daha sonra həmin narkotik maddəni polis əməkdaşlarına təhvil verə biləcəyini bildirmişdir. Buna görə də polis əməkdaşları onu Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişdilər O, polis əməkdaşlarına getməsinə heç bir etiraz etməmişdir. Beləliklə də Suraxanı Rayon Polis İdarəsində şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinin zəruri olmasını bildirmişdir. O, buna etiraz etməmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirmişdilər. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir.Bundan sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxlamaqla daşıdığı içərisində narkotik maddə olan 5 (beş) ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 45 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə i müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmasını bildirmişdir. Bununla yanaşı olaraq bildirmişdir ki, o qeyd edilən narkotik maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında İran İslam Respublikası vətəndaşından 60 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində saxlamışdır.Həmçinin Suraxanı Rayon Polis İdarəsinin X1 əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını göstərmişdir. (iş vərəqə 65-66) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. İş materiallarından, eləcə də, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən əldə etmişdir. Təqsirləndirilən şəxs götürülmüş beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,755 qram, 0,816 qram, 0,666 qram, 1,581 qram və 1,952 qram, ümumi təmiz çəkisi 7,770 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixli Bakı şəhər Suraxanı rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış və xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır.(iş vərəqə 111-112, 145-146) Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı müəyyən olunmur. İş materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 139 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli 911 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi, ev 3, mənzil 31 qeydiyyatda olmaqla, himayəsində xx.xx.2007-ci il təvəllüdlü X4 vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokol əsasında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(010)-336/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 21-23, 82-85) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 4415 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,755 qram, 0,816 qram, 0,666 qram, 1,581 qram və 1,952 qram, ümumi təmiz çəkisi 7,770 qram ağ rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,520 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 (bir) ədəd CD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş məlumatları əks etdirən 01 (bir) ədəd “CD” disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,520 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd CD formatlı disk və "xxxx" MMC-dən daxil olmuş məlumatları əks etdirən 1 (bir) ədəd “CD” disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1807/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1807/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver