Məhkəmə qərarları › İş №1(101)-1807/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1807/2025

05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1807/2025 05.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs xx.xx.1981-ci ildə Ermənistan Əzibəyov rayonu Köçbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şuşa rayonu Malıbəyli ərazi dairəsi Malıbəyli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu Ramana Şuşa şəhərciyi 450 ev 22-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən “Haşim” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmə, saxlama və daşınma barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən “Haşim” adlı şəxslə “Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsi ilə danışıq zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan təmiz çəkisi 175 qram külli miqdarda narkotik vasitə heroin, təmiz çəkisi 125 qram külli miqdarda psixotrop maddə metamfetamin, təmiz çəkisi 265 qram xeyli miqdarda tərkibində bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə “Haşim” adlı şəxsin ona bildirəcəyi ünvanlara çatdırmaqdan ötrü əldə edib üzərində saxlayaraq Bakı şəhəri Sabunçu rayonu Ramana Şuşa şəhərciyi 450 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 iyun 2025-ci il tarixdə saat 17:10-da Bakı şəhəri Sabunçu rayonu Ramana Şuşa şəhərciyi 450 ünvanının qarşısında narkotik vasitələrin satış məqsədi ilə qanunsuz əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli şəxs qismində saxlanılaraq həmin yerdə üstünün yoxlanılması zamanı onun üzərində olan özünə məxsus əl çantasından 01 ədəd qara rəngli sellofana bükülü plastik qabın içərisində təmiz çəkisi 175 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd qara rəngli sellofana bükülü plastik qabın içərisində təmiz çəkisi 85 qram və 01 ədəd sellofan bağlamada təmiz çəkisi 40 qram olmaqla ümumi təmiz çəkisi 125 qram öz aralarında kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamanın içərisində təmiz çəkisi 265 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetamin izləri olan 02 ədəd elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs olunmamışdan 3-4 ay əvvəl sosial şəbəkədə Haşim adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. O, Haşim adlı şəxslə danışan zaman işsiz olduğunu bildirmiş, Haşim adlı şəxs isə ona narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif etmişdir. Maddi vəziyyəti yaxşı olmadığından Haşim adlı şəxsin təklifi ilə razılaşmışdır. Onların öz aralarında olan razılaşmaya əsasən Haşim ona “WhatsApp” ani yazışma proqramı vasitəsi ilə ünvanı atacaq, o, da həmin yerə gedib orada olan narkotik vasitəni götürüb üzərində saxlayaraq sonradan Haşim ona atdığı ünvanlara hissə hissə paylayacağı təqdirdə ona 1 kq narkotik vasitə üçün 400 manat pul verəcəkdir. 06 iyun 2025-ci il tarixdə Haşim adlı şəxslə telefon vasitəsilə əlaqə saxlayaraq, onun atdığı konuma, yəni Binəqədi rayonuna narkotik vasitələri götürməyə getmişdir. Narkotik vasitələri götürüb evə qayıdan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən üzərində heroin olmamış, yalnız marixuana və metamfetamin olmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı fiziki təzyiq altında ifadə verdiyindən, verdiyi ifadəni təsdiq etmir. Narkotik vasitələri “Haşim” adlı İran İslam Respublikası vətəndaşından almışdır. Tutulmamışdan üç-dörd ay əvvəl Haşim adlı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə olan marixuana almışdır. Daha sonra Haşim adlı şəxs ona birlikdə işləməyi təklif etmiş, o da maddi vəziyyətinin aşağı olması səbəbindən onun təklifini qəbul etmişdir. Onun işi Haşim adlı şəxsin ona atdığı ünvanlardan götürdüyü narkotik vasitələri, başqa ünvanlar aparmaq olmuşdur. Polis əməkdaşları onu saxlayarkən üzərində heroin olmamışdır. Polis əməkdaşları tərəfindən ona göstərilən fiziki təzyiqlə bağlı hər hansı dövlət orqanına müraciət etməmişdir. İttiham aktında göstərilən narkotik vasitələrin miqdarları düzgün yazılmışdır. Lakin üzərində heroin olmamışdır. Haşim adlı şəxslə “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. İlk əvvəl şəxsi istifadəsi üçün Haşimdən marixuana götürmüşdür. Haşim adlı şəxs ona ünvanlara bir kiloqram marixuana qoyması müqabilində 400 manat pul ödəmişdir. Bir ay ərzində isə təxminən 1000-1200 manat qazanmışdır. Haşim adlı şəxslə mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 06 iyun 2025-ci il tarixdə polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında və istifadəsində şübhəli olması ilə əlaqədar olmuşdur. Şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən ondan üzərində olan qeyri-qanuni predmetləri könüllü olaraq təqdim etməsi xahiş olunmuş və Təqsirləndirilən şəxs üzərində olan bir ədəd bank kartı, elektron tərəzi, telefon və 2 qara bükümdə, bir bükümdə metamfetamin, digər bükümdə heroin olan maddələri və bir ədəd sellofanda marixuana adlı narkotik vasitəni təqdim etmişdir. Daha sonra həmin bükümlər tərəflərindən qablaşdırılaraq təhqiqatçıya təhvil verilmişdir. Ekspertiza göndərildikdən sonra həmin maddələrin narkotik vasitə olduğu öz əksini tapmışdır. Əməliyyat tədbirində üç nəfər polis əməkdaşı iştirak etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təzyiq göstərilməmişdir. Anonim mənbədən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Şuşa şəhərciyi 450 ünvanı yaxınlığında yaşadığını bilmişlər. Elbəyi saxlanılan zaman yanında heç kim olmamış və özü də qaçmağa cəhd göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində sahə müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 06 iyun 2025-ci il tarixdə polis şöbəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında rəhbərliyə raportla məruzə olunmuş və rəhbərlik tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 06 iyun 2025-ci il tarixdə polis əməkdaşları Şahid1 və Şahid2 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 17:00 radələrində Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 450 ünvanında saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra şəxsdən üzərində olan qeyri-qanuni predmetləri könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs çiynində olan qara rəngli parça materialdan ibarət əl çantasını təqdim etmiş, həmin çantaya baxdıqda onun içərisindən 01 ədəd bank kartı, 02 ədəd “Xiaomi Redmi” markalı mobil telefonlar, 02 ədəd elektron tərəzi, 01 ədəd qara rəngli bağlamaya bükülmüş Təqsirləndirilən şəxs dediyinə görə “kokos”, 01 ədəd qara rəngli bağlamaya büklümüş “patı”, 01 ədəd ağ rəngli sellofan üzərində "AL Market" yazısı olan içərisində marixuana və 01 ədəd ağ rəngli sellofanın içərisində olan “patı daş” olan maddələr götürülüb qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində bükümlər və elektron tərəzilər olan zərflər, mobil telefon və bank kartı təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin zərflər açılaraq içərisinə baxılmış və sonra qablaşdırılmaqla sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı fiziki təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 da şahidlər Şahid1 və Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 06 iyun 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs çiynində olan qara rəngli əl çantasını təqdim edərək onun içərisində qara rəngli sellofana bükülmüş qutunun içərisində toz şəkilli tünd qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddə, 01 ədəd qara rəngli bükümdə ağ rəngli, kristal şəkilli spesifik iyə malik psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə, 01 ədəd ağ rəngli sellofan torbada ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə, 01 ədəd şəffaf sellofan torbada qurudulmuş ot kütləsi marixuannaya bənzər maddə, 02 ədəd elektron tərəzi, ümumilikdə 01 ədəd X11 13 və X11 9 markalı mobil telefonlar və iş üçün əhəmiyyət kəsb edə biləcək bir ədəd 4169 7388 4254 6008 nömrəli birbank kartı qablaşdırılaraq götürülmüşdür (cild 01, i/v 9-10). “Şübhəli şəxsin tutulması haqqında” 06 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i/v 14). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 06 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X4 06 iyun 2025-ci İl tarixdə saat 17:10-da Sabunçu rayonu, Ramana Şuşa şəhərciyi 450 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılmışdır. Yoxlama zamanı çiynində olan qara rəngli əl çantasını təqdim edərək onun içərisində qara rəngli sellofana bükülmüş qutunun içərisində toz şəkilli tünd qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddə, 01 ədəd qara rəngli bükümdə ağ rəngli, kristal şəkilli spesifik iyə malik psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə, 01 ədəd ağ rəngli sellofan torbada ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə, 01 ədəd şəffaf sellofan torbada qurudulmuş ot kütləsi marixuanaya bənzər maddə, 02 ədəd elektron tərəzi, ümumilikdə 01 ədəd X11 13 və X11 9 markalı mobil telefonlar və iş üçün əhəmiyyət kəsb edə biləcək bir ədəd 4169 7388 4254 6008 nömrəli birbank kartı aşkar edilərək qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunmuş zərfdə qablaşdırılmış əşyalara baxış keçirilmiş, baxış keçirildikdən sonra həmin əşyalar yenidən qablaşdırılaraq möhürlənmişdir (cild 01, i/v 32-33). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2025-ci il tarixli, 6/2120 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksləri “Saxlanılan şəxs Təqsirləndirilən şəxs; iştirak etdi etdilər: 14 PŞ Şahid2; Şahid1; Şahid3” yazıları qeyd edilmiş bağalamadkı: 01 (bir) ədəd qara rəngli sellofana bükülü plastik qabın içərisində təmiz çəkisi -175 qram olan maddə kustar üsull hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd qara rəngli sellofana bükülü plastik qabın içərisində təmiz çəkisi - 85 qram və 01 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi - 40 qram, ümumi təmiz çəkisi 125 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin 02 (iki) ədəd bükülülərdə olan metamfetaminlər öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir. Tədqiata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 100” dairəvi möhür əksləri “Saxlanılan şəxs Təqsirləndirilən şəxs; iştirak etdi etdilər: 14 PŞ Şahid2; Şahid1; Şahid3” “imza" yazıları qeyd edilmiş zərfdəki: 01 (bir) ədəd qara rəngli və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi üzərində isə metamfetaminə məxsus izlətin olması müəyyən edildi və iz şəklində olduğu üçün onun çəkisini müəyyən edtmək həmçinin digər bükümlərdəki metamfetamin ilə eyniləşdirmə tədqiqatını aparmaq mümkün deyildir. Qeyd: Heroinin təmiz çəkisi - 175 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq – 174,8 qram. Metamfetaminin təmiz çəkisi - 125 qram, tədqiqata sərf edildi - 0,2 qram, qalıq - 124,8 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89,0 manat təşkil edir (cild 01, i/v 39-44). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2025-ci il tarixli, 7/844 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs....” yazısı olan və imzalar olan 01 (bir) ədəd sellofan bağlamadakı təmiz çəkisi - 265 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi təmiz çəkisi - 265 qram, tədqiqata istifadə olundu - 0,1 qram, qalıq - 264,9 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78,0 manat təşkil edir (cild 01, i/v 45-48). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-275/2025 nömrəli, 08 iyun 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 iyun 2025-ci il tarixdən hesablanmaqla 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 92-97). Baxış keçirmə haqqında 10 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 02 ədəd mobil telefon aparatına baxış zamanı müəyyən edilir ki, onlardan biri “Xiaomi Redmi 13 C” markalı 23108RN04Y modelli, İMEİ 1: **********37746 və İMEİ 2: **********37753 kodlu üzərində +99***-***-**-** saylı GSM nömrəsi olan qara rəngli ekran və yaşıl rəngli korpusdan ibarətdir. Üzərində plasmas materialdan hazırlanmış qara rəngli telefonu kənar zərbələrdən qoruyucu örtük və telefonu xarici zədələrdən qoruyan plasmas vardır. Mobil telefonun üzərində ekranı qoruyucu örtük zədələdir. Mobil telefonda olan mesajlar, zənglər, «WhatsAppBusiness », və s. baxış keçirdikdə mobil telefonda narkotik vasitə və yaxudda psixotrop maddələrin qoyulduğu yerlərin şəkilləri və “WhatsAppBusiness” ani səsli yazışma proqramı vasitəsi ilə göndərilən və daxil olan səslər, lokasiyalar aşkar edildi. Həmin telefon aparatının yaddaşında “X12” adı ilə yaddaşa yazılmış +98 ***-***-**-** saylı GSM nömrəsi ilə yazışmaya daxil olarkən Təqsirləndirilən şəxs həmin nömrə ilə səsli danışıqları, o cümlədən Təqsirləndirilən şəxs həmin şəxsə elektron tərəzi üzərində narkotik vasitə şəkillərini çəkib göndərməsi, müxtəlif səs yazıları, o cümlədən Elbəyinin narkotik vasitə və psixotrop maddələri çatdırdığı ünvanların şəkilləri və lokasiyalar, bundan başqa Elbəyinin həmin şəxsə paketlənmiş formada çoxlu sayda narkotik vasitə və psixotrop maddələrin foto və video formatda çəkib göndərməsi aşkar olundu. Həmçinin Təqsirləndirilən şəxs özünə məxsus və istifadəsində olan 4169-7388-4254-6008 nömrəli “birbank” Cashbak hesab kartının şəkillərini həmin kontakta göndərməsi aşkar edildi. Təqsirləndirilən şəxs istifadəsində olan və özünə məxsus olan “Xiaomi Redmi 13 C” markalı mobil telefon aparatına şəkillər videolar bölməsinə daxil olduqda onun tərəfindən çəkilmiş narkotik vasitə və psixotrop maddələrin elektron tərəzidə çəkilməsi və müxtəlif çəkilər ilə paketləşdirilməsi aşkar olundu. Bundan başqa “WhatsAppBusiness” ani səsli yazışma proqramı vasitəsi ilə “Seyid” adı ilə kontakta yazılmış +98 ***-***-**-** saylı GSM nömrəsi ilə səsli danışıq aparılması və həmin şəxsə Təqsirləndirilən şəxs çatdırdığı narkotik vasitələrin konumları, lokasiyalar və şəkilləri göndərilmişdir. Digər isə “X11 9S” markalı M2003J6A1G modelli, İMEİ: **********40542/00 və İMEİ; **********90540/00 kodlu üzərində +994 51-727-58-36 saylı GSM nömrəsi olan qara rəngli ekran və göy rəngli korpusdan ibarətdir. Üzərində plasmas materialdan hazırlanmış qara rəngli telefonu kənar zərbələrdən qoruyucu örtük vardır. Mobil telefonun üzərindəki ekran qoruyucu və arxası güzgü materialllı parıltılı zədəlidir. Həmin telefonun şəkillər və videoalar, mesajlar bölməsində heçnə aşkar edilmədi. Həmin qeyd edilən nömrə ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani səsli yazışma proqramı vasitəsi ilə göndərilən telefon aparatının yaddaşında “Həkim” adı ilə yaddaşa yazılmış +98 ***-***-**-** saylı GSM nömrəsi mesajlaşması aşkar olundu (cild 01, i/v 98-99). Maddi sübut kimi tanıma haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 174,8 qram narkotik vasitə heroin, 124,8 qram psixotrop maddə metamfetamin, 264,9 qram narkotik vasitə marixuana, 01 ədəd qara rəngli və 01 ədəd gümüşü rəngli elektron tərəzilər, 01 ədəd “Xiaomi Redmi 13 C” markalı 23108RN04Y modelli, İMEİ 1: **********37746 və İMEİ 2: **********37753 kodlu üzərində +99***-***-**-** saylı GSM nömrəsi olan, 01 ədəd “X11 9S” markalı M2003J6A1G modelli, İMEİ: **********40542/00 və İMEİ: **********90540/00 kodlu üzərində +99***-***-**-** saylı GSM nömrəsi olan mobil telefonlar, 4169-7388-4254-6008 nömrəli “birbank” Cashbac hesab kartı maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (cild 01, i/v 100-102). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i/v 154-155). Diskə baxış keçirilməsi haqqında 10 iyul 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 01, i/v 165). Diskə baxış keçirilməsi haqqında 17 iyul 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (cild 01, i/v 169). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X1 Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli 2077 saylı rəyində görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intelektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik aşkar edilmir (cild 01, i/v 171-174). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 27 avqust 2025-ci il tarixli 5281 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur (cild 01, i/v 180-181). “Sübutların qiymətləndirilməsi haqqında” 10 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması qərara alınmışdır (cild 01, i/v 181-192). Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçməsi ilə bağlı tibbi kartın 12-ci bəndinə əsasən müəyyən olunur ki, şəxs həbs olunmadan əvvəl xəsarət almadığını bildirmişdir (cild 02, i/v 45-49). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən işgəncə verildiyini bildirsə də, məhkəmənin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçməsi ilə bağlı tibbi kartın 12-ci bəndinə əsasən müəyyən olunur ki, şəxs həbs olunmadan əvvəl xəsarət almadığını bildirmişdir. Bundan savayı, iş materiallarında olan 07 iyun 2025-ci il tarixli “Şübhəli şəxsin dindirilməsi”nə dair protokol, o cümlədən, 08 iyun 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilən zaman müstəntiq tərəfindən polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış aparılarkən hər hansı psixi və yaxud fiziki zor tətbiq edilməsinə dair ona ünvanlanmış suala cavab olaraq polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və sair təyziqlər göstərilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, hazırki iş üzrə təqsirləndirilən şəxs ötən uzun müddət ərzində ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin edilməsi ilə bağlı aidiyyəti orqana müraciət etməmiş, bununla bağlı nə müstəntiqə, nə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair irəli sürülmüş vəsatətə baxılan zaman məhkəmə iclasına sədrlik edən hakimə hər hansı söz deməmişdir ki, məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, əksinə heç bir sübuta əsaslanmayan və iş materialları ilə öz təsdiqini tapmayan dəlillərə istinad olunduğunu nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bundan əlavə məhkəmə həmçinin təqsirləndirilən şəxsin saxlanılarkən üzərində heroin olmadığını, yalnız marixuana və metamfetamin olduğunu bildirsə də, məhkəmə onun bu ifadəsini də işin həqiqi halları ilə uzlaşmayan özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, iş materiallarına əlavə edilmiş Əməliyyat-axtarış tədbirinin keçirilməsini və şübhəli şəxsin üstünün yoxlanılmasını əks etdirən videodiskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 06 iyun 2025-ci il tarixdə saat 17:10-da Bakı şəhəri Sabunçu rayonu Ramana Şuşa şəhərciyi 450 ünvanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun çiynində olan qara rəngli əl çantasının içərisindən qara rəngli sellofana bükülmüş qutunun içərisində toz şəkilli tünd qəhvəyi rəngli narkotik maddə olan heroinə bənzər maddə, 01 ədəd qara rəngli bükümdə ağ rəngli, kristal şəkilli spesifik iyə malik psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə, 01 ədəd ağ rəngli sellofan torbada ağ rəngli, kristal şəkilli, spesifik iyə malik psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə, 01 ədəd şəffaf sellofan torbada qurudulmuş ot kütləsi marixuannaya bənzər maddə və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə psixotrop maddələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin psixotrop maddələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın psixotrop maddələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilibtörədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və 12 “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsi) müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuana (kannabis) qurudulmuş halda 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar, heroin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetamin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədilkdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaüç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2025-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 06 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə icraatı zamanı dəyişdirilməmişdir. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 06 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən salxanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 178,8 qram heroin, 124,8 qram metamfetamin, 264,9 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd tərəzi məhv edilməli, 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə digər maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi 13 C” markalı və 01 ədəd “X11 9S” markalı mobil telefonlar və onlara quraşdırılmış (+994)55- 732-38-16 və (+994)51-727-58-36 nömrəli sim-kartlar, həmçinin 4169-7388-4254-6008 nömrəli “Birbank” Cashbac hesab kartı təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılqaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin 27 avqust 2025-ci il tarixli 5281 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmədiyindən onun narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 167,0 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu andan, yəni 06 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 178,8 qram heroin, 124,8 qram metamfetamin, 264,9 qram narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd tərəzi məhv edilsin. Cinayət işi üzrə maddi sübut- 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Xiaomi Redmi 13 C” markalı və 01 ədəd “X11 9S” markalı mobil telefonlar və onlara quraşdırılmış (+994)55-732-38-16 və (+994)51-727-58-36 nömrəli sim-kartlar, həmçinin 4169-7388-4254-6008 nömrəli “Birbank” Cashbac hesab kartı təqsirləndirilən şəxsə təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 167,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar