Məhkəmə qərarları › İş №1(101)-1808/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1808/2023

21.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1808/2023 21.08.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,220 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 02 aprel 2023-cü il tarixdə saat 17 radələrində Sabunçu RPİ-nin 15-ci polis bölməsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarş tədbirləri zamanı ünvan 3 ünvanının qarşısında yerləşən şəhid abidəsinin yaxınlığında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PB-nə gətirilmiş və üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə saxladığı külli miqdarda təmiz çəkisi 3,220 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Bu səbəbdən əlavə heç nə demək istəmir. Ona elan olunmuş ifadəsində göstərmişdir ki, 2011-ci ildən narkotik vasitə olan heroindən istifadə etmiş, narkotik vasitəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı lakin ad-soyadını bilmədiyi şəxslərdən alaraq istifadə edirdi. Növbəti dəfə 02 aprel 2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adı-soyadı bilmədiyi 30 yaşlarında olan şəxsdən 20 manat pul ödəməklə 01 büküm narkotik vasitə heroini əldə etmişdir ki, istifadə etsin. Həmin gün saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində şəhid abidələrinin yanından keçməklə yaşadığı evə doğru gedən zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları onu saxlayaraq Sabunçu RPİ-nin 15-ci polis bölməsinə aparmışlar. Orada ona hüquq və vəzifələri elan olunmuş və bundan sonra üzərinə şəxsi axtarış aparılmışdır. O, ərizə yazaraq şəxsi axtarış və götürmədə müdafiəçinin iştirak etməsini istəmədiyini, onun iştirakı olmadan şəxsi axtarış və baxış keçirilməsini demişdir. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şəxsi axtarış və baxış zamanı təqdim etdiyi həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri onun və iştirak edən polis əməkdaşları tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş heroin onun özünə məxsusdur, üzərindən başqa heç yerdə narkotik vasitə saxlamamışdır, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. İstifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə göndərilən smslər xalası oğlu X5 oğlu Natiq Novruzov tərəfindən göndərilib, göndərilən smslərlə bağlı bildirmişdir ki, əvvəllər kefinə düşəndə nəşə kimi tanıdığı marixuanadan istifadə etmiş, həmişə nəşəni xalası nəvəsi Natiq tapırmış, çünki onun nəşə satan tanışı yox idi, Natiq isə çox rahatlıqla tapırdı. Natiq rəsmi olaraq heç bir yerdə işləmir, həmişə o, bir qohum kimi Natiqə arada bir xərclik üçün pul vermiş, Natiq də ona verdiyi pulun bir qisminə yəni 5-10 manatına nəşə alır və birlikdə çəkmişlər. Natiq Novruzovla birlikdə heç vaxt heç kimə narkotik vasitə satmamış, onlar əvvəllər bir neçə dəfə birlikdə yalnız nəşə çəkmişlər. Sms mətinlərindən də görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmin ifadəsini təsdiq edir, həqiqətən o, qohumu Natiqin əldə etdiyi narkotik vasitələri onunla birlikdə istifadə etmiş, satışı ilə məşğul olmamışdır. Telefon yazışmaları ona elan edildi. SMS-lərdən də görünür ki, başqa şəxslərə o, narkotik vasitələri təklif etməmiş və satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 02 aprel 2023-cü il tarixdə ona məlumat daxil olmuşdur ki, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək Zabrat qəsəbəsi ərazisində üzərində saxlamaqla qəbulu ilə məşğul olur. Bu məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, əməliyyat qrupuna ondan başqa 15-ci polis bölməsinin Cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 da daxil edilmişdir. Bundan sonra elə həmin gün saat 17 radələrində onlar birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhllədə yerləşən şəhid abidəsinin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib onu bölməyə dəvət etmişlər. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, nə d əki, onlar onu saxladıqları və bölməyə çatdırdıqları zaman ona qarşı fiziki zor tətbiq etməmişlər. Bölmədə araşdırmanın aparılması təhqiqatçı polis kapitanı Vasif Calalova həvalə edilmişdir. X9 trəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X7 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmiş və videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində olan əşyaları təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm onun tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddə olan büküm X9 tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu RPİ-nin 15-ci polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 02 aprel 2023-cü il tarixdə həmkarı Şahid2 məlumat daxil olmuşdur ki, ünvan 2nvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək Zabrat qəsəbəsi ərazisində üzərində saxlamaqla qəbulu ilə məşğul olur. Bu məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuş, bundan sonra elə həmin gün saat 17 radələrində o, Şahid2la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Yeni məhllədə yerləşən şəhid abidəsinin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmiş, nə d əki, onlar onu saxladıqları və bölməyə çatdırdıqları zaman ona qarşı fiziki zor tətbiq etməmişlər. Bölmədə araşdırmanın aparılması təhqiqatçı polis kapitanı Vasif Calalova həvalə edilmişdir. X9 trəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi X7 gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmiş və videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində olan əşyaları təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm onun tərəfindən açıldıqda içərisindən qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddə olan büküm X9 tərəfindən zərfə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş, daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 17.40-da Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 15-ci PŞ-nə gətirilmiş, şəxsi axtarış zamanı üzərində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə 3,22 qram heroin aşkar edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarxli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətəkdə şübhəli bilindiyi üçün xx.xx.2022-ci il tarixdə saat 20:00-da Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin inzibati binasında tutulmuşdur. Tutulma vaxtı Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 aprel 2023-cü il tarixdə saat 17:40-dan hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs tərəfindən ünvalanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, şəxsi axtarış zamanı müdafiəçisi X6 iştirakını tələb etmir və müdafiəçisi olmadan şəxsi axtarışın keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, şəxsi axtarış və götürmə videoçəkilişlə aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olmasə ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təhvil verməsinə dair təklifi etdikdən sonra o əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədə şəffaf siqaret selofanına bükülmüş açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, heroinə bənzər addəni çıxardaraq könüllü surətdə təhvil vermiş və bu maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 manata öz istifadəsi məqsədilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin spesifik iyə malik qəhvəyi rəngli heroinə bənzər maddə DİN-nin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənərək götürülmüş, baxışla bağlı protokola protokola iştirakçılar tərəfindən şikayət, təklif və qeyd daxil olmamış və protokol onlar tərəfindən imzalanmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 5(008)293/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Sabunçu RPİnin 15-ci PB-nin əməliyyat-müvəkkili Şahid2 “təxirəsalınmaz əməliyyat keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edlmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 4(008)268/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 02 aprel 2023-cü il tarixdən saat 17:40-dan olmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci PB-nin 49- 4/2-5796 saylı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini, eləcə də onun narkotik vasitələrin alqı-satqısı ilə məşğil olub-olmamasını müəyyən etmək üçün bir sıra əməliyyat tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “elektron məlumat daşıyıcısına baxışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə baxış keçirilmiş və müəyyən olunmuşdir ki, diskdə müxtəlif sms mətnlər, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və smsi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:

1. xx.xx.2022-ci il tarixdə, saat 21:33:53-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə – Ala telfonu acda kiwisen adamsan tema gotur verde mene.

2. xx.xx.2022-ci il tarixdə, saat 22:43:23-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə – Qaqas newe goturdum nisye ewmeye gedirem sabah 4 5 manat duzeldedsense gel tez. Bunan sora mene salam veren qehbedi.

3. xx.xx.2022-ci il tarixdə, saat 20:15:24-də ***-***-**-** saylı mobil nömrədən, ***- ***-**-** saylı mobil nömrəyə – 7 8 manat duzelde bilersen sabaha ama. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin sonuncu anten əhatə dairəsində hərəkət etməsi aşağıdakı kimidir:

1. ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 15:37:19-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrt 2 qəsəbəsində hərəkət etməsi müəyyən edilmişdir. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrə öz adına qeydiyyatdan keçmişdir. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2023-cü il tarixli, 6/1929 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “...İmza Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-3,220 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 3,220 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq- 3,120 qram. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2727 nömrəli rəyindən müəyyən olunur ki, müayinə zamanı İSMAYİLOV EYVAZ ŞAHBAZ oğlu NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində prafilaktik qeydiyyata alınması məsləhət görülür Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1321 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. - Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş CD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş CD disk, tədqiqatdan sonra qalıq qalmış 3,120 qram çəkidə bir bükümdə narkotik vasitə heroin Bakı şəhər Sabunçu RPİ-nin sübutların saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi qismən olaraq özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmiş, onun əməlini bu maddə ilə tövsif edir və bu maddə ilə ona cəza təyin edilməsini mümkün sayır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs etdiyi əməli səmimi etiraf etməsini, öhdəsində yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 02 aprel 2023-cü il tarixdə saat 17:40-dan hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş təqsirləndirilən şəxs X4 aşkar edilərək götürülmüş - ekspertiza tədqiqatından sonra qalığı qalmış 3,120 qram narkotik vasitə heroin məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürülmə aparılması zamanı video görüntüləri əks olunmuş CD disk, həmçinin "xxxx"0 MMC-dən daxil olmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 27 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 27 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2023-cü il tarixdən saat 17:40-dan hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,120 qram qram narkotik vasitə heroin məhv edilsin və cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş CD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 55 (əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdjiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 120 AZN (yüz iyirmi manat) pul Bakı şəhəri 27 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar