Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1808/2025 12.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X7 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi – Qanuni nümayəndə1, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2008-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, “Sənaye və texnologiyalar üzrə X22 - Təhsil Mərkəzi”nin üçüncü kurs tələbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş kompleksi ev 5, mənzil 44 ünvanında daimi yaşamaqla, hazırda aldığı təhsillə bağlı ünvan 4 ünvanında müvəqqəti yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 noyabr 2025-ci il tarixdə, saat 09:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixə keçən gecə, saat 01:30 radələrində ünvan 5 ünvanında yerləşən yaşayış binasının həyətində tanışı Zərərçəkmiş şəxs ona olan 95 manat borcunu qaytarmaqdan imtina etməsini bəhanə edərək xuliqanlıq niyyəti ilə, yəni öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoymaqla, cüzi səbəbdən üzərində əvvəlcədən götürdüyü bıçaqla qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrindən iki dəfə vuraraq ona sağ bazu nahiyəsinin yuxarı 1/3-nin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti və döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən sağ tərəfli pnevmotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, valideynləri boşanmışdır. Hazırda qardaşı Rəsulla birlikdə anasının yanında və sonuncunun himayəsində qalır. Zərərçəkmiş şəxs hadisədən əvvəl bir ilə yaxın müddət ərzində tanımış, bir-biri ilə dostluq etməklə hazırkı hadisəyə kimi münasibətləri yaxşı olmuşdur. Hadisədən təxminən iki ay əvvəl özünə məxsus olan “M 50” markalı motosikleti Səidə məxsus “RKS” markalı motosikletlə barter etmişlər. Aralarında olan şifahi razılaşmaya əsasən Səid ona 165 manat pul verməli olmuşdur. Sonradan Səid ona borcundan 70 manat pul vermiş və Səidin 95 manat borcu qalmışdır. Lakin sonradan o, dəfələrlə Səiddən borcunu verməsini tələb etsə də, sonuncu pulu verməkdən imtina etmişdir. Buna görə də, bir neçə dəfə mobil telefonla Səidlə danışarkən aralarında sözlü mübahisə baş vermişdir. Bu səbəbdən o, Səidlə üzbəüz görüşüb söhbət etməyi və sonuncunun səhvini başa salmağı qərara almışdır. Bu niyyətlə də, 15 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixə keçən gecə o, qardaşına Səidlə gedib üzbəüz görüşərək onunla məsələni həll edəcəyini demiş, qardaşı Rəsul isə onunla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra o, Səidə zəng edərək onunla görüşmək istədiyini demiş və Səid də razılaşmışdır. O, evdə heç kimə demədən mətbəxdən gizlincə bir ədəd mətbəx bıçağı götürmüş və belinə qoyub evdən çıxmışdır. Qardaşı da onunla birlikdə olmuşdur. Onlar Səidin yaşadığı ünvan 5 ünvanında yerləşən binanın qarşısına gəlmişlər və Səidi orada görmədiyi üçün ona zəng edərək qarajların yanına çağırmışdır. Bir müddətdən sonra Səid yanında Amil ilə birlikdə onlara yaxınlaşmışdır. O, Səiddən pulunu tələb etmiş, Səid isə pulunun onda olmadığını və Əkrəmdə olduğunu bildirmişdir. O isə ona məxsus olan pulu ondan icazə almadan Əkrəmə verməsi ilə bağlı Səidə irad bildirmişdir. Səid isə ona yaxşı etdiyini demişdir. Səid Əkrəmə zəng vurmuş və Əkrəm sabah bu məsələni danışmağı demiş, lakin pulu dəqiq olaraq verəcəyini bildirməmişdir. Buna görə də, o, razı olmamış və yenidən Səiddən borcunu qaytarmasını tələb etmişdir. Bu zaman Səid Əkrəmlə telefon danışığını sonlandırmış və onu qarajın arxasına çəkib aparmışdır. Həmin vaxt qardaşı Rəsul onun sağında, Amil isə solunda dayanmışlar. Bu vaxt Səid qəflətən onun üzündən sağ əli ilə yumruqla vurmuşdur. Bunu görən qardaşı Rəsul və Amil yaxınlaşıb onları ayırmağa çalışmışlar. Səid onun anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, belində olan bıçağı çıxarıb həmin bıçaqla Səidin kürək nahiyəsinə tərəf iki dəfə zərbə vurmuşdur. Lakin o, bıçağı dəqiq olaraq Səidin bədəninin hansı nahiyəsinə vurduğuna fikir verməmiş və bıçağı necə gəldi onun belinə tərəf atmışdır. Bu zaman Səid qışqırmışdır. Səidi bıçaqla iki dəfə vurduqdan sonra o, qardaşı Rəsula oradan qaçıb uzaqlaşmağı bildirmiş və ikisi qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Evə getdikləri zaman Səidi vuraraq xəsarət yetirdiyi bıçağı yaşadıqları binanın yaxınlığında yerə atmışdır. Daha sonra isə qardaşı ilə evə gəlmişdir. Həmin vaxt anası evdə olmuş, lakin onlar anasına hadisə barədə heç bir məlumat verməmişlər. Bir neçə saat sonra polis əməkdaşları yaşadıqları ünvana gəlib onları Yasamal RPİ-nin 28-ci PŞ-yə dəvət etmişlər. Orada o, törətdiyi əməli etiraf etmişdir. Hadisə 15 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixə keçən gecə təxminən saat 01:30 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən yaşayış binasının qarşısındakı qarajların yanında baş vermişdir. Hadisənin baş verməsinə səbəb təxminən iki ay əvvəl özünə məxsus olan motosikleti Səidin motosikleti ilə barter etdiyi zaman sonuncunun ona 165 manat borcunun yaranması və Səidin borcundan 70 manat ödədikdən sonra qalan 95 manat borcunu ödəməkdən imtina etməsi olmuşdur. Hadisə zamanı orada o və Səiddən başqa qardaşı Rəsul və Səidin dostu Amil də olmuşdur. Hadisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs onu yumruqla bir dəfə sifət nahiyəsindən vurmuş, onu başqa heç kim vurmamış və xəsarət yetirməmişdir. Hadisə zamanı yalnız o üzərində əvvəlcədən olan bıçaqla Zərərçəkmiş şəxs kürək və qol nahiyələrindən bıçaqla vuraraq xəsarət yetirmişdir. Hadisədən əvvəl Səidlə görüşüb məsələni qaydasına qoymağı planlaşdırmışdır. Onun heç vaxt, eləcə də, hadisə zamanı Zərərçəkmiş şəxs bıçaqla və ya başqa hər hansı bir formada öldürmək niyyəti olmamışdır. Əgər belə bir niyyəti olsaydı, ona daha çox bıçaq xəsarəti yetirə bilərdi. Zərərçəkmiş şəxs onu yumruqla vurub sonra da anasının ünvanına nalayiq ifadələr işlətdiyi üçün, həm də ona olan borcunu qaytarmadığı üçün Səidi üzərində əvvəlcədən olan bıçaqla vurub xəsarət yetirmişdir. O, yaşadıqları evin mətbəx otağından mətbəx bıçağı götürüb üzərində əvvəlcədən saxlamağı və Səidlə görüşməyə bıçaq aparmağı barədə qardaşı Şahid1 və anası Qanuni nümayəndə1 heç bir məlumat verməmişdir. Hadisədən sonra o, Səidi vuraraq xəsarət yetirdiyi bıçağı öz yaşadıqları binanın yaxınlığında yerə tullamışdır. Hadisə zamanı qardaşı Rəsul və Amil heç kimi vurmamış və xəsarət yetirməmişdir. Hadisə zamanı heç bir xəsarət almadığından məhkəmə-tibbi müayinədən keçməkdən imtina etmişdir.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə motosikletlərini dəyişmiş və barter zamanı Səidin ona 165 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs ona olan borcundan 70 manat pul vermiş, lakin 95 manat ödənilməmiş borcu qalmışdır. Təxminən iki ay sonra Səidə borcunu qaytarmadığını demiş, bir müddət keçdikdən sonra isə Səid həmin borc pulu başqa şəxsə verəcəyini bildirmişdir. Bununla əlaqədar Səidə onunla görüşüb məsələni aydınlaşdırmağı təklif etmişdir. Səidlə görüş zamanı o, bir və ya iki ay da gözləyə biləcəyini bildirmiş, lakin Səidlə görüşüb danışaraq məsələni yoluna qoymaq istəsələr də alınmamış, Səid ona orada olan qarajların arxa tərəfinə keçməsini bildirmiş, əlini çiyninə qoyub “Sadiq, sənə demək istəyirəm ki” ifadəsini işlədərək onu yumruqla vurmuşdur. Bundan sonra qardaşı Rəsul da Səidi vurmuşdur. Bu zaman Səid nalayiq ifadə işlətmiş, o da həm Səidin nalayiq ifadə işlətməsinə görə, həm də qardaşını da müdafiə etmək istədiyindən Səidi bıçaqla vurmuşdur. O, Səidin görüşə tək gəlməyəcəyini və gələrkən üzərində bıçaq kimi hər hansı alətlə gələcəyini düşündüyündən üzərində bıçaq götürmüş və hadisə zamanı Səidi ağciyərindən vurmuşdur. Zərərçəkmiş şəxs ona olan borcunu başqasına verəcəyini dediyi adam Əkrəm adlı şəxsdir. Səid həmin şəxsin adını pulu verməmək üçün çəkmişdir. Əkrəmin həmin məsələyə hər hansı aidiyyatı yoxdur. Səidlə borc məsələsi ilə bağlı aralarında olan yazışmaları indi də qalmışdır. Zərərçəkmiş şəxs ilə borc məsələsini həm üzbəüz, həm də telefonla danışmışdır. Hadisə günü Zərərçəkmiş şəxs ilə görüşməyi ona özü təklif etmişdir. O, kuryer kimi işlədiyi üçün gecə vaxtı görüşməyi təklif etmişdir. Adətən səhər saat 11:00-da evdən işə getmək üçün çıxır, işdən isə nə vaxt çıxdığını xatırlamır. O, Zərərçəkmiş şəxs görüşə qardaşı ilə gələcəyini dediyindən Səidin də görüşə tək gəlməyəcəyini düşünmüşdür. O, Səiddən qorxmamışdır. Görüşə məsələni həll etmək üçün getmiş, bıçağı isə özünü müdafiə etmək məqsədi ilə üzərində götürmüşdür. Səidin üzərində bıçaq gəzdirdiyini görməmiş, o cümlədən onun kimisə bıçaqla hədələməyini və ya bıçaqla vurmağını görməmişdir. Səidin yanında yaşca ondan böyük və əvvəllər tanıdığı birincinin dostu Amil də gəlmiş, sonuncunun görüşə gələcəyini əvvəlcədən bilməmişdir. Amili üzərində bıçaq gəzdirən və ya kimisə bıçaqla vuran bir şəxs kimi tanımamışdır. İlk olaraq Səid ona yumruqla vurmuş, həmin vaxt o, Səidə heç nə etməmişdir. Bundan sonra qardaşı Rəsul Zərərçəkmiş şəxs vurmuş, nəticədə qardaşı ilə Zərərçəkmiş şəxs əlbəyaxa olmuşdur. Hadisə gecə saat 01:00-02:00 radələrində yaşadığı evdən 1-2 km uzaqlıqda yerləşən ərazidə, Səidin yaşadığı məhəllədə baş vermiş, orada özlərindən (özü, qardaşı, Səid və Amil) başqa kənar şəxslər olmamışdır. Səidlə qarajların arxa qaranlıq tərəfinə getmiş, hadisə 2 dəqiqə ərzində baş vermiş, Zərərçəkmiş şəxs ilə dava-dalaşı isə 10 saniyə davam etmişdir.
4. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisi (məhkəmə icraatı zamanı da müqavilə əsasında onun hüquqlarını müdafiə etmiş) və qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadələri (Cild 1, i.v. 6-7; 45-48; 82- 85;258-261;) də elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs R.Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ifadəsinə əlavə olaraq göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadələri əsasən doğrudur. Lakin həmin ifadələrdə bəzi hissələr müstəntiq tərəfindən düzgün qeyd edilməmişdir. Belə ki, ifadəsində qeyd edilmiş “Hadisədən əvvəl Səidlə görüşüb bu məsələni qaydasına qoymağı, yəni ya pulunu həmin vaxt almağı, ya da onu bıçaqla vurub xəsarət yetirməyi planlaşdırmışdır. Buna görə də, evdən gizlincə bıçaq götürmüşdür ki, bu planını həyata keçirsin.” kimi cümlələr deməmişdir. Həqiqətdə isə, hadisə yerinə gedərkən bıçağı özünü qorumaq üçün hər ehtimala qarşı götürmüş, əvvəllər dava-dalaş etməmiş, lakin mübahisələri olmuşdur. Qardaşı Rəsulun onun bıçaq götürməsindən xəbəri olmamışdır. Üzərində götürdüyü bıçaq mətbəx bıçağı olmaqla onu əynindəki şalvarının kəmərinə - bel nahiyəsinə taxmış, bu zaman bıçaq onun bədəninə batmamışdır. Zərərçəkmiş şəxs qardaşı ilə mübahisə edərkən Səidin kürək nahiyəsi onun tərəfə olmuş, o da həmin vəziyyətdə Səidi bıçaqla vurmuşdur. Zərərçəkmiş şəxs vurduğu anda birinci onunla deyil, qardaşı ilə dalaşmış, Səidin üzü ona qarşı deyil, qardaşına tərəf olmuşdur. Hadisə baş verdikdən sonra Səid olduğu yerdə qalmış, Amil isə təcili tibbi yardıma zəng etmişdir. Hadisədən sonra qardaşı Səidə yaxınlaşmış, lakin sonuncu qardaşını qovmuşdur. O, Səidə bıçaqla vurmamışdan əvvəl sonuncu onu vurmuşdur. Səid qardaşı ilə dalaşdıqdan sonra ona bıçaqla zərbə endirmişdir. O, törətdiyi əməli planlı şəkildə törətməmiş, bıçağı özü ilə götürərkən vurmaq üçün aparmamış, sadəcə üzərində bıçaq olsun deyə aparmışdır. O, Səidə yumruq vurmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə özünü təqsirli bildiyini, törətdiyi əməlindən peşman olduğunu, 17 yaşında olmaqla yetkinlik yaşına çatmamasını, tələbə olmasını bildirərək məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı real cəza verilməməsini xahiş etdi.
5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
7. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, valideynləri uzun müddət əvvəl boşandığından o, anasının himayəsində yaşayır. Təqsirləndirilən şəxs hadisədən təxminən bir il əvvəldən tanımış və baş vermiş hadisəyə qədər aralarında yaxşı münasibət olmuşdur. Hadisədən təxminən iki ay əvvəl o özünə məxsus olan “RKS” markalı motosikleti Sadiqə məxsus “M50” markalı motosikletlə barter etmişdir. Aralarında olan şifahi razılaşmaya əsasən o, Sadiqə 165 manat pul verməli olmuşdur. Sonradan Sadiqə olan borcundan 70 manat pul vermiş və sonuncuya 95 manat borcu qalmışdır. Buna görə də, bir neçə dəfə mobil telefonla Sadiqlə arasında mübahisə baş vermişdir. 15 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixə keçən gecə Sadiq qadaşına məxsus telefondan ona “İnstagram” sosial şəbəkəsindən yazaraq onunla görüşüb aralarındakı borc məsələsini həll etmək istədiyini bildirmişdir. Sadiq qardaşı Rəsulla birlikdə onun yaşadığı binanın yaxınlığında qarajlar olan yerə gələrək onu da həmin yerə çağırmışdır. Həmin vaxt dostu Amil ona təsadüfən zəng etdiyindən sonuncu ilə danışıq zamanı Sadiqin qardaşı ilə birlikdə onunla söhbət etməyə gəldiyini Amilə də demiş və Amil də onunla birlikdə qarajlar olan yerə getmişdir. Görüş zamanı Sadiqə olan 95 manat borcu ilə bağlı aralarında mübahisə yaranmış, o da həmin pulu onunla barter etdiyi motosikletin sahibinə kredit borcu qaldığını və 95 manatı ona verdiyini demişdir. Lakin Sadiq ondan təkidlə dərhal pulu ona verməyini tələb etmişdir. Sadiqlə aralarında mübahisə zamanı sonuncu onunla kobud danışdığından o, Sadiqin üz nahiyəsindən yumruqla vurmuşdur. Həmin vaxt Sadiqin qardaşı Rəsul və onun dostu Amil yaxınlaşaraq onları ayırmışlar. Həmin vaxt Sadiq bıçaqla onun kürək və qol nahiyəsindən bıçaq zərbəsi vurmuş və sonra qardaşına qaçmalı olduqlarını demişdir. Hər ikisi hadisə yerindən qaçmışlar. Həmin vaxt onun yanında olan dostu Amil təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına zəng etmiş və onu “Semaşko" adlanan xəstəxanaya aparmışlar. Hadisə 15 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixə keçən gecə, təxminən saat 01:30 radələrində onun yaşadığı ünvan 8 ünvanında yerləşən yaşayış binasının qarşısındakı qarajların yanında baş vermişdir. Hadisənin baş verməsinə səbəb təxminən iki ay əvvəl Təqsirləndirilən şəxslə aralarında motosiklet barteri etdiyi zaman sonuncuya 165 manat borcunun yaranması və 70 manat ödədikdən sonra Sadiqə 95 manat borcu qalması olmuşdur. Hadisə zamanı orada özü, dostu Amil, Sadiq və qardaşı olmuşdur. Hadisə zamanı o, Sadiqlə arasında yaranmış mübahisə zamanı Sadiqə yumruqla vurmuş, Rəsul və Amil yaxınlaşıb onları ayırmağa çalışmış və bu zaman Sadiq üzərində əvvəlcədən olan bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirmişdir. Sadiq ona 2 dəfə olmaqla kürək və qol nahiyəsindən bıçaqla xəsarət yetirmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs üz nahiyəsindən yumruqla vurmuşdur. Sadiqin üzərində əvvəlcədən bıçaq olmasını bilməmişdir. Sadiq ona bıçaqla xəsarət yetirdikdən sonra qardaşı Rəsul ilə birlikdə qaçmışlar. Hadisədən sonra o, xəsarət aldığından xəstəxanaya yerləşdirilmiş və müalicə almışdır.
8. Verilən suallara cavab olaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsinə davam edərək göstərdi ki, o, dostu Sadiqlə birlikdə “Wolt” şirkətində kuryer kimi işləmişdir. O, Sadiqlə “RKS Sniper” ilə “M50” markalı motosikletlərinin alqı-satqısını həyata keçirmələrinə dair aralarında razılığa gəlməklə alqı-satqını apararaq ona 70 manat məbləğində pul verib qalıq 95 manatı da verəcəyini bildirmişdir. Təxminən 1 həftə sonra Sadiqin motosiklet aldığı şəxslər zəng edərək ya motosikleti, ya da Sadiqin borcunu qaytarmalı olduğunu bildirmişdir. O həmin şəxslərlə danışıb Sadiqin 100 manat borcunu ödəyərək bu barədə Sadiqə demiş, lakin Sadiq yenə də 95 manat pulu ona qaytarmasını tələb etmişdir. Motosikletin sənədləri Sadiqdə olmamışdır. Sadiqin 100 manat borcunu verib onun sənədlərini götürmüşdür. Bir müddət sonra Sadiq gecə vaxtı ona yazaraq görüşməyi təklif etmiş, sonuncuya yatmalı olduğunu, görüşə gəlmək istəmədiyini bildirməsinə baxmayaraq Sadiq görüşməyə təkid etmiş, bu səbəbdən aralarındakı məsələnin yekunlaşacağını ehtimal edərək anasına xəbər vermədən binanın həyətinə düşüb Sadiqlə görüşmüşdür. O, hadisə vaxtı Amillə görüşməyi planlaşdırmamış, təsadüfən Amil həmin vaxt ona yazıb nə etməsi barədə soruşduqda Sadiqgillə birlikdə olduğunu demişdir. Amil hər şeyin yaxşı olub-olmaması ilə maraqlandıqda o, hələ vəziyyətin nə yerdə olmasını bilmədiyini bildirmiş, bundan sonra Amil də onun yanına gəlmişdir. O, binanın həyətində kiminsə nəsə söz eşidəcəyi halda hamının yığışacağını bildiyindən onu kənara çəkilib söhbət etməyi təklif etmişdir. Bundan sonra Sadiqə dost olduqlarını, belə hərəkətlər etməməsini demiş, Sadiq isə cavabında onun ünvanına nalayiq ifadələr işlədərək başqa hərəkət edildiyini bildirmiş, bu səbəbdən Sadiqi vurmuş, Sadiqin qardaşı Rəsul isə belindən tutub onu qaldıraraq yıxmaq istəmiş, lakin yıxa bilməmiş, həmin vaxt Sadiq onu bıçaqla vurmuşdur. Sadiq iki dəfə olmaqla birinci dəfə kürək nahiyəsindən ağ ciyər tərəfdən, ikinci dəfə isə qolundan vurmuşdur.
9. Verilən suallara cavab olaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs ona görüşmək üçün zəng etmiş və qardaşı ilə gələcəyini bildirmişdir. O, aralarında məsələni yekunlaşdırmaq məqsədilə görüşə getmiş, dava-dalaş niyyəti olmamışdır. Həmin vaxt Amil təsadüfən harada olmasını yazaraq soruşmuşdur. Hadisə zamanı üzərində olan şərab açacağı “Fəsil” restoranında işlədiyi vaxtlardan təsadüfən cibində qalmışdır. Sadiq onu vurduqdan sonra şərab açacağını çıxarıb onlara tərəf getmək istəyərkən sonuncuların qaçdıqlarını görmüşdür. O, Sadiqi vuranda Rəsul belindən tutmuşdur. Həmin vaxt Amil Rəsulun onu buraxması üçün Rəsulu dartmışdır. Sadiq onu bıçaqlamamışdan əvvəl Rəsul onu qaldırıb yerə çırpmışdır. Sadiq bıçaqla vurduqdan sonra Rəsula “qaç” demiş, Rəsul onu qaldırıb yerə çırpmış və o, yıxılmışdır. O, Sadiqə onun borcunu bağladığını demişdir. Təqsirləndirilən şəxslə mübahisələri, davaları və onun xəsarət alması 3-4 dəqiqə ərzində baş vermişdir. Hadisənin baş verdiyi yer yaşadığı binadan 15-20 addım məsafədə olmuşdur. Hadisə yeri qaranlıq olmuş, orada özlərindən başqa kənar hər hansı şəxs olmamışdır. Təqsirləndirilən şəxs hər hansı şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Valieynləri boşandığından o, anası ilə birlikdə yaşayır. Sadiqə əvvəlcə özü vurmuş, həmin vaxt Sadiqin üzərində bıçaq olduğunu bilməmiş, lakin ehtimal etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayəti və ya tələbinin olmadığını məhkəmədən təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi.
10. Məhkəmədə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gecə qardaşı Sadiqlə birlikdə Zərərçəkmiş şəxs pul istəmək üçün hadisə yerinə getmişlər. Səid onlara olan borcunu 1-2 aydır qaytarmamış, onları aldatmış, pulu vermək istəməmişdir (borcunu verməkdən boyun qaçırmışdır). O da qardaşı ilə birlikdə borc pulun verilməsini təmin etmək məqsədi ilə söhbət etmək üçün gecə vaxtı hadisə yerinə getmiş, həmin vaxt hava qaranlıq olmuşdur. Söhbət zamanı mübahisə yaranmış, Səid qardaşını vurmuş, bundan sonra Səidlə onun (Rəsul) arasında mübahisə yaranmışdır. Bir anda Sadiq ona “Rəsul, qaç” demiş, həmin andan sonra qaçarkən qardaşının bıçaqla Səidi vurduğunu bilmiş, geri qayıdıb nə olduğunu bilmək istəmiş, lakin həmin vaxt Səid arxası ilə qaçmağa başladığından oradan uzaqlaşmış, Səid ona çata bilməmişdir. Birinci növbədə Səid Sadiqi vurmuşdur. Səid qardaşı Sadiqi kənara çəkmiş, əlini Sadiqin çiyninə qoyub “Sənə bunu demək istəyirəm ki” ifadəsini işlədib səbəbsiz olaraq Sadiqi vurmuşdur. O, qardaşı Sadiqin bıçaq götürməsini görməmiş, ümumiyyətlə bu barədə məlumatsız olmuşdur. Aralarındakı mübahisə təxminən 2-5 dəqiqə ərzində davam etmiş, hadisə baş verən yerdə onlardan başqa kənar şəxs olmamışdır. Səidin həm qardaşına, həm də özünə borcu olmuşdur. Səidin onlara olan borcunu qaytarması üçün konkret vaxt deməsini istəmişlər.
11. Şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və Şahid1 həm məhkəmə icraatı zamanı verdiyi ifadəsi, həm də Təqsirləndirilən şəxs ifadələri (həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı) ilə əsasən eyni məzmunlu ifadələr verməsi müəyyən edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra ibtidai istintaq zamanı ifadə verərkən Səidi qarajın yanına onların apardıqlarını demədiyini, Sadiqə qarajın yanına gəlməsini Səidin təklif etdiyini, özünün mübahisə zamanı yalnız Sadiqlə Səidi ayırmağa çalışdığını bildirərək digər hissələrdə ifadəsini təsdiq etdiyi bildirdi (Cild 1, i.v. 236-239;).
12. Məhkəmədə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, atası hazırda Rusiya Federasiyasında olduğundan qardaşının himayəsində yaşayır. Zərərçəkmiş şəxs 9 ilə yaxındır tanımış, eyni məhəllədə yaşamış və dostluq etmişlər. Təqsirləndirilən şəxs və qardaşı Rəsulu isə bir ilə yaxındır Səidin dostları olaraq tanımışdır. 15 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixə keçən gecə öz istifadəsində olan mobil telefondan Səidin istifadəsində olan mobil nömrəyə zəng etmiş, lakin Səid cavab verməmişdir. O da Səidə “Whatsapp” mobil tətbiqi vasitəsilə yazıb harada olduğunu soruşduqda sonuncu həyətdə olduğunu demişdir. O, Səidə kimlə olduğunu soruşduqda Sadiq və qardaşı Rəsul ilə birlikdə olduqlarını demişdir. Səiddən yanına gəlib-gəlməməyini soruşduqda Səid yanına gəlməyini demişdir. O, Səidgilin yaşadığı binanın yaxınlığında qarajlar olan yerə getmiş və Səidin Sadiq və qardaşı Rəsul ilə birlikdə söhbət etdiklərini görmüşdür. Həmin vaxt Sadiq Səidin ondan aldığı motosikletə görə ona 95 manat borcu qaldığını və həmin pulu verməsini demiş, o isə gecə saat 2 radələri olduğunu, gec olduğunu, səhəri gün bu barədə danışmağı demişdir. Sadiq isə razılaşmayaraq bu gün pul məsələsini həll edəcəyini demişdir. Bundan sonra Sadiqlə Səid dalaşmağa başlamış, Sadiqin qardaşı Rəsul ilə birlikdə yaxınlaşaraq Sadiqlə Səidi ayırmağa çalışmışlar. Həmin vaxt Sadiq yaxınlaşaraq Səidi bıçaqla vurmuş və hadisə yerindən hər iki qardaş qaçmışlar. Səid həmin vaxt qışqırdığından onun bıçaqla vurulduğunu bilmişdir. O, təcili tibbi yardıma zəng etmiş və Səidi “Semaşko” adlanan xəstəxanaya aparmışlar. Hadisə 15 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixə keçən gecə, təxminən saat 2 radələrində ünvan 8 ünvanında yerləşən yaşayış binasının qarşısındakı qarajların yanında baş vermişdir. Hadisənin baş verməsinə səbəb Səid ilə Sadiq arasında motosiklet barteri zaman Səidin Sadiqə 95 manat borcunun qalması və Sadiqin həmin pulu israrla istəməsi olmuşdur. Hadisə zamanı orada o, dostu Səid, Sadiq və qardaşı Rəsul olmuşdur. Təqsirləndirilən şəxs və Şahid1 Səidin dostları kimi tanımış, onlarla arasında əvvəllər hər hansı ədavət olmamışdır. O, ilkin olaraq kimin kimi vurmasını görməmişdir. X19 dalaşdığını və onları ayırarkən Sadiqin Səidi bıçaqla vurduğunu görmüşdür. O, hadisə ərəfəsində heç kimin əlində əşya və ya alət görməmişdir. Sadiq qəfildən bıçaq çıxararaq Səidi bıçaqla vurduğu zaman onun əlində bıçaq görmüşdür. Sadiq Səidə 2 bıçaq zərbəsi yetirmiş, kürək və qol nahiyəsindən xəsarətlər yetirmişdir. Hadisə zamanı Sadiq Səidi bıçaqla vurduqdan sonra Səid yerə yıxılmış və əlini ataraq cibindən şərab açarlığı çıxarmış, onların arxasınca getmək istəsə də gedə bilməmişdir. O həmin vaxta kimi nə Səid, nə də Sadiqdə əşya və ya bıçaq olmasını görməmişdir. Hadisə zamanı o heç kimi vurmamış, onu da heç kim vurmamış, heç bir xəsarət almamış, buna görə də məhkəmə-tibbi müayinədən keçməkdən imtina etmişdir. Hesab edir ki, Rəsul və Sadiq hadisə yerinə məhz Səidlə dalaşmağa gəlmişdilər.
13. Məhkəmədə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 şahid qismində dindirilmiş və o ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisədən sonra tanımış, onunla ədavəti və ya düşmənçiliyi yoxdur. Baş vermiş hadisə barədə sonradan məlumatı olmuşdur. Gecə saat 03:00 radələrində Şahid2 ona zəng edərək Səidin bıçaqlandığını, 1 saylı şəhər Klinik xəstəxanasında olduqlarını bildirmişdir. Səidin anası ilə 2011-ci ildən boşanmaqla uşağının saxlanması üçün aliment ödəyir. Təqsirləndirilən şəxsin ailəsi, o cümlədən Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısı olan dayısı tərəfindən Səidin bütün xəstəxana xərcləri qarşılanmışdır. Lakin o, təqsirləndirilən şəxsin ailəsi tərəfindən konkret olaraq nə qədər maddi yardım göstərildiyini dəqiq bilmir. Hazırda övladı Səidin sağlamlığı ilə bağlı hər hansı narahatlığı yoxdur. Hesab edir ki, valideyn kimi onların da kifayət qədər nəzarəti olmadığna görə hazırkı hadisə baş vermişdir. Sonda Qanuni nümayəndə2 Təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncunu bağışladıqlarını bildirərək Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmaması, övladının hadisə zamanı aldığı xəsarətlə bağlı bütün xəstəxana xərclərinin Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilməsini bildirərək məhkəmədən həmin halların nəzərə alınaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.
14. Məhkəmədə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 şahid qismində dindirilmiş və o ifadəsində göstərdi ki, övladlarının 9-10 yaşı olarkən onların atası ilə boşanmışdır. Sadiqin atası Rizvan onlara hər hansı maddi yardım və ya mənəvi dəstək göstərmir, o cümlədən uşaqları üçün aliment də ödəmir. Uşaqlarının tərbiyəsi, qayğısı və gündəlik məişət qayğısı ilə yalnız o, məşğul olur. Sadiq və Rəsuldan başqa körpə övladı da vardır. Rizvan həmin körpə uşağın saxlanılmasına da köməklik etmir, ümumiyyətlə uşaqlarla görüşmür, uşaqlar da atası ilə əlaqə saxlaya bilmir. Belə ki, övladlarının atası ona zəng edilməməsi üçün mobil telefonunda onların nömrəsini əngəlləmiş, ümumiyyətlə onların zənglərinə cavab vermir. Sadiqin atası Rizvan hərbçi olmuş, hazırda təqaüddə olmaqla işləmir, başqa qadınla evlənmiş və onun ailəsinə yaxın durmur. Valideyn kimi uşaqlarına kifayət qədər nəzarət edə bilmədiklərindən hazırkı hadisə baş vermişdir.
15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
16. “Cinayət işini başlama və icraata qəbul etmək haqqında” qərardan görünür ki, 16 may 2025-ci il tarixdə, saat 01:30 radələrində ünvan 5 ünvanında yerləşən yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs ilə mübahisə edərək onu əlləri ilə vurması və hadisə zamanı Təqsirləndirilən şəxs üzərində əvvəlcədən olan bıçağı çıxararaq Zərərçəkmiş şəxs qolundan və kürək nahiyəsindən vuraraq ona döş qəfəsinin sağda dəlib keçən bıçaq yarası xəsarəti yetirməsi faktına görə həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin (bundan sonra mətndə-Yasamal RPİ) İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).
17. “Baxış keçirilməsi haqqında” 16 may 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə iki nəfər hal şahidinin, ekspert-kriminalistin və Şahid2 iştirakı ilə hadisənin baş verdiyi bildirilən ünvan 5 ünvanına baxış keçirilmişdir. Baxışda iştirak edən Şahid2 hadisə yerini göstərərək sözügedən hadisənin 16 may 2025ci il tarixdə, saat 02:15 radələrində Sadiq və Rəsul adlı şəxslərin dostu Səidi döyərək ona bıçaq xəsarəti yetirdiyini bildirmişdir. Hadisə yerinə baxış zamanı hər hansı kəsici-deşici alət aşkar edilməmişdir (Cild 1, i.v. 12-15;).
18. “Qanuni nümayəndənin tanınması haqqında” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə1 iş üzrə övladı yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmaqla ona hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 22-25;).
19. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 16 may 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:30-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə1 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri ətraflı olaraq izah edilmişdir (Cild 1, i.v. 33-34; 36-38;).
20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə elan edilməklə hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v. 73-74;).
21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2025-ci il tarixli, 4(004)- 390/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməklə o, dərhal məhkəmə iclas zalından azad edilmişdir (Cild 1, i.v. 125-137;).
22. “Yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 17 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 138-140;).
23. Müstəntiqin əməliyyat tapşırığına Yasamal RPİ-nin Cinayət-axtarışı üzrə şöbəsinin rəisi polis polkovnik-leytenantı Turqay Əsgərovun 28 may 2025-ci il tarixli cavab məktubundan görünür ki, baş vermiş hadisədə Zərərçəkmiş şəxs qarşı istifadə edilmiş bıçağın yerinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır (Cild 1, i.v. 153;).
24. “Qanuni nümayəndənin tanınması haqqında” 2 iyun 2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə2 iş üzrə övladı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qisminə tanınmaqla ona hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 155;).
25. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 2 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 159;).
26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 4 iyun 2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 167;).
27. Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə verdiyi 30 iyun 2025-ci il tarixli ərizədə göstərilmişdir ki, 16 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncu ona bıçaqla vurub xəsarət yetirmiş, hazırda Təqsirləndirilən şəxslə barışmış, onun barəsində hər hansı şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (Cild 1, i.v. 185;).
28. “İfadənin yerində yoxlanılması haqqında” 8 iyul 2025-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi həmin tarixdə müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və maddi sübut əhəmiyyəti kəsb edən bir ədəd bıçağı hadisədən sonra atdığı əraziyə keçirilmiş, lakin həmin bıçağı aşkar etmək mümkün olmamışdır (Cild 1, i.v. 196-198;).
29. “İfadənin yerində yoxlanılması haqqında” 13 iyul 2025-ci il tarixli protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Şahid1 şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi həmin tarixdə müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə yerində yoxlanılarkən, Şahid1 həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq etmişdir (Cild 1, i.v. 199-201;).
30. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 20 may 2025-ci il tarixli, 1631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində soruşduqda istintaqa verdiyi ifadəyə uyğun cavablar verərək hal-hazırda törətdiyi əməl ilə əlaqədar peşman olduğunu söyləyir (Cild 1, i.v. 202- 204;).
31. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 4 iyun 2025-ci il tarixli, 455 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən sağ tərəfli pnevmotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 16 may 2025-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərdən - döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən sağ tərəfli pnevmotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, müayinə olunanın deməsinə görə 16 may 2025-ci il tarixdə, saat 01:30 radələrində ünvan 9 ünvanında yerləşən yaşayış binasının qarşısında Rəsul adlı şəxs təpiklə, Sadiq adlı şəxs isə bıçaqla onun sol qoluna və döş qəfəsinə xəsarət yetirmiş, tibbi yardım üçün “X20” X17 müraciət etmişdir. Həmçinin həmin rəydə istinad olunmuş, “X20” X15 tərtib olunmuş ******* saylı xəstəlik tarixindən görünür ki, Zərərçəkmiş şəxs 16 may 2025-ci il tarixdə, saat 04:29 radələrində klinikaya təcili yardımlı “bıçaq yaraları” diaqnozu ilə daxil olmuşdur. Xəstənin deməsinə görə öz məhlələrində bıçaqla vurulmuşdur (Cild 1, i.v. 211-214;).
32. “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” 16 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, Şahid1 aid olan hissədə cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilməsi və Şahid1 təqsirləndirilən şəxs qismində statusuna və barəsində seçilmiş valideynin nəzarəti altına vermə növündə qətimkan tədbirinə xitam verilməsi qərara alınmışdır (Cild 1, i.v.217-229;).
33. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qanuni nümayəndəsi və müdafiəçisinin iştirakı ilə həmin maddə ilə yenidən ittiham elan olunmuşdur (Cild 1, i.v. 249-250;).
34. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq P.M.Səfərli tərəfindən 24 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 29 sentyabr 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.267-275;).
35. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə məhkəməyə verilmiş və iş məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).
36. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə 22 oktyabr 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim etdiyi ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona bıçaqla ağır dərəcəli xəsarət yetirmişdir. O, hazırda Təqsirləndirilən şəxs səmimi olaraq bağışlamaqla barışmış və ona qarşı heç bir şikayəti yoxdur, ərizəsinin nəzərə alınmasını xahiş edir (Cild 2;).
37. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə rayon Mənzil-İstismar hissəsinin 2 nömrəli Mənzil-İstismar sahəsinin rəisi tərəfindən verilmiş 11 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 10 ünvanında yaşayan dayısı X4 mənzilində 2 (iki) ildən artıq müddətdir müvəqqəti olaraq qeydiyyatsız yaşayır (Cild 2;).
38. “Sənaye və Texnologiyalar üzrə X22 Təhsil Mərkəzi” X21 tərəfindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdən etibarən həmin mərkəzin “Veb dizayn və proqram təminatı” ixtisası üzrə İİİ kursunda təhsil alır. Təqsirləndirilən şəxs oxuduğu müddət ərzində müəllimlərin tapşırıqlarını yerinə yetirmiş, özünü yaxşı tələbə kimi göstərmişdir. Heç bir pis vərdişləri yoxdur, müəllimlərlə, tələbələrlə ünsiyyətli və nəzakətli olmuşdur. Özünün ideya və mənəvi səviyyəsinin yüksəldilməsi üzərində çalışır (Cild 2;).
39. Müdafiəçi tərəfindən təqdim edilmiş və məhkəmədə elan edilməklə tədqiq edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Respublikası Medalının İ-2792 nömrəli və İ-2944 nömrəli vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs dayısı X9 “Vətən Müharibəsi” iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmətlərinə görə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli 2722 nömrəli və 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamları ilə “Vətən uğrunda” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. X1 Azərbaycan Respublikasının Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 20 iyun 2019-cu il tarixli 077t nömrəli əmri ilə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalı ilə təltif olunmuşdur (Cild 2;).
40. Müdafiəçi tərəfindən təqdim edilmiş və məhkəmədə elan edilməklə tədqiq edilmiş 116265 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs dayısı X9 “Vətən Müharibəsi”ndə iştirakına görə Azərbaycan Respublikasının müharibə veteranı olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan müddətsiz istifadə etmək hüququna malikdir. X1 Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük vətən müharibəsində iştirak edib yaralanmış, İİ dərəcə əlil olmaqla Azərbaycan Respublikası “Qarabağ Qaziləri” Birliyinin və “X6 Kömək” İctimai Birliyinin üzvüdür (Cild 2;).
41. Elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, Qanuni nümayəndə1 və X2 İmaməliyevin valideynləridir (Cild 2;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
42. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
43. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
45. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır.
46. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
48. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
49. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
50. CM-in 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
51. CM-nin 126.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
52. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
53. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.
54. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır və az ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir.
55. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir.
56. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
57. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
58. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
59. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
60. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə aralarında olan borc məsələsini cüzi bəhanə kimi istifadə edib zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq niyyəti ilə, yəni öz şəxsiyyətini zərərçəkmiş şəxsin şəxsiyyətinin fövqündə qoyaraq üstünlüyünü nümayiş etdirmək məqsədi ilə əsassız olaraq onu münaqişəyə cəlb edərək mübahisə zamanı “söhbət etməyə” getməmişdən əvvəl (əvvəlcədən) üzərində götürdüyü bıçaqla qəsdən sonuncunun bədənindən iki dəfə vuraraq ona sağ bazu nahiyəsinin yuxarı 1/3-nin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti və döş qəfəsinin sağ yarısının arxa səthinin sağ plevra boşluğuna nüfuz edən sağ tərəfli pnevmotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsi ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmişdir.
61. Təqsirləndirilən şəxs hadisə yerinə gedərkən guya özünü müdafiə etməklə qorumaq məqsədi ilə evdən çıxarkən üzərində bıçaq götürməsi, Zərərçəkmiş şəxs məhz ona hər hansı səbəb olmadan ilkin olaraq vuraraq hücum etməsi və qardaşı ilə əlbəyaxa olması səbəbindən üzərində əvvəlcədən götürdüyü bıçaqdan istifadə edərək zərərçəkmiş şəxsə iki dəfə zərbə vuraraq xəsarət yetirməsi, həmin əməli törətməkdə xuliqanlıq niyyətinin olmaması barədə və sair işin faktiki hallarına uyğun olmayan göstərdiklərinə məhkəmə kollegiyası tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələr onun özünü müdafiə xarakteri daşımaqla ağır cinayət əməlinə görə məsuliyyətə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmadığından və iş materialları ilə öz təsdiqini tapmadığından rədd edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində hadisə yerinə gedərkən üzərində götürdüyü bıçağı özünü qorumaq məqsədi ilə götürməsini bildirsə də, məhkəmədə ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs tanıdığı müddət ərzində ondan özünə və ya digər başqa şəxsə qarşı hər hansı zorakı hərəkətlər görmədiyini, sonuncu ilə dostluq münasibətlərində olmaqla ondan qorxmadığını, hətta Zərərçəkmiş şəxs dostu Şahid2lə gəlməsindən xəbərsiz olduğunu göstərmiş, bununla belə zərərçəkmiş şəxslə görüşə tək halda deyil, anasından xəbərsiz qardaşı Şahid1lə birlikdə getmiş, üzərində guya özünü müdafiə məqsədi ilə götürdüyü bıçaq olması barədə isə qardaşı Şahid1 ümumiyyətlə bildirməmişdir. Qeyd olunanlar öz növbəsində Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs ona olan borcunu ödəməməsini cüzi bəhanə göstərib guya həddini bildirməklə öz gücünün üstünlüyünü nümayiş etdirmək məqsədilə özünü onun şəxsiyyətindən üstün tutmaqla xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurması qənaətinin düzgün olmasını, eləcə də təqsirləndirilən şəxsin törətdiyi ağır cinayət əməlini yüngülləşdirmək məqsədi güdməklə özünü haqlı çıxarmağa çalışmasını bir daha təsdiq edir.
62. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
63. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında”, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
64. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
65. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
66. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı qərarın 11-ci bəndinə göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti, psixi inkişaf səviyyəsi, onun şəxsiyyətinin digər xüsusiyyətləri və kənar şəxslərin ona təsiri) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul edə bilər.
67. Məhkəmə CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərlə bağlı müalicəsi ilə əlaqədar dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməklə aradan qaldırılmasını (təqsirləndirilən şəxsin dayısı tərəfindən zərərçəkmiş şəxsin bütün müalicə və müayinə xərclərinin qarşılanması), CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həyat və tərbiyə şəraitini (valideynlərinin boşanmaqla ata qayğısından məhrum olmasını), təhsilini davam etdirməklə təhsil yeri üzrə müsbət xarakterizə olunmasını və özünü təqsirli bildiyi əmələ münasibətdə səmimi peşman olmasını bildirməsini, habelə təhsil aldığı müddət ərzində evində yaşadığı dayısının “Vətən Müharibəsi” iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmətlərinə görə “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Yubiley medalları ilə təltif edilməsini və sonuncunun İİ dərəcə əlil olmasını, eləcə də Təqsirləndirilən şəxs dərsdən kənar vaxtlarında fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olaraq himayəsində olduğu valideyni - anasına ailənin maddi ehtiyaclarının təmin edilməsində köməklik etməyə cəhd etməsini, hadisədən keçən müddət ərzində, habelə məhkəmədə davranışlarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
68. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
69. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
70. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
71. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.
72. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hazırkı iş üzrə 16 may 2025-ci il tarixdən 17 may 2025-ci il tarixədək 2 (iki) gün müddətində tutulmuş, 17 may 2025-ci il tarixdə barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
73. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb qeyd edir ki, Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdən 17 may 2025-ci il tarixədək tutulduğu 2 (iki) gün müddətin ona təyin ediləcək ümumi cəza müddətinə hesablanması nəzərə alınmalıdır.
74. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
75. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.
76. CM-in 86.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə həmin Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CM-in 86.2ci maddəsinə görə cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.
77. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
78. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır.
79. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.
80. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.
81. Məhkəmə yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxslə barışıq əldə edilməklə sonuncunun sağlamlığının bərpası üçün müalicəsi ilə əlaqədar çəkilmiş xərclərin - dəymiş ziyanın ödənilməklə aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, o cümlədən hadisəni törətdiyi zaman 16 yaşında olmasını, hazırda da 17 yaşında olmaqla yetkinlik yaşına çatmamamasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, tələbə olmaqla peşə təhsilini davam etdirmək istəməsini, təhsil yeri üzrə müsbət xarakterizə olunmasını, dayısının “Vətən Müharibəsi” iştirakçısı olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xidmətlərinə görə müxtəlif medallarla təltif edilməsini, habelə məhkəmə icraatı dövründə davranışı nəzərə alınmaqla hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz.
82. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi ailəsini, ümumilikdə yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin özünün layiqli şəxsiyyət kimi formalaşmasına, eləcə də onun gələcəyinə və təhsilini davam etdirməklə cəmiyyətə daha yararlı şəxs ola bilmə ehtimalını, habelə sosial cəhətdən bərpa olunma istəyini və psixoloji vəziyyətini ciddi məhrumiyyətlərə düçar edər, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir.
83. CM-in 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər.
84. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci iltarixli, 4 saylı qərarın 12-ci bəndinə göstərilmişdir ki, yetkinlik yaşına çatmayanlar barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə cəza təyin edilərkən hər bir halda şərti məhkum edilənlərin üzərinə müəyyən vəzifələrin qoyulması haqqında məsələ də müzakirə edilməlidir.
85. Məhkəmə, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək, həmçinin təqsirləndirilən şəxsin ünvan 11 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri ünvan 12 ünvanında daimi yaşamasına baxmayaraq, hazırda aldığı təhsillə bağlı ünvan 4 ünvanında müvəqqəti yaşamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla daimi yaşadığı Bakı şəhəri ünvan 12 ünvanını və aldığı təhsillə bağlı isə müvəqqəti qaldığı ünvan 4 ünvanını saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq olaraq Bakı şəhəri, təhsil aldığı müddətdə isə Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi və müvəqqəti yaşayış yerlərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil müəssisəsini və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda faktiki olaraq müvəqqəti yaşadığı ünvan 4 ünvanı üzrə Gəncə şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır.
86. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.
87. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
88. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutun olmaması nəzərə alınmalıdır.
89. İş üzrə mülki iddianın, məhkəmə xərclərinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
90. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
91. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
92. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs 16 may 2025-ci il tarixdən 17 may 2025-ci il tarixədək tutularaq saxlanıldığı 2 (iki) gün müddət ümumi cəza müddətinə hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla daimi yaşadığı Bakı şəhəri ünvan 12 ünvanını və aldığı təhsillə bağlı isə müvəqqəti qaldığı ünvan 4 ünvanını saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq olaraq Bakı şəhəri, təhsil aldığı müddətdə isə Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi və müvəqqəti yaşayış yerlərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil müəssisəsini və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs hazırda müvəqqəti yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli əmlakın, üzərinə həbs qoyulmuş əmlakın, mülki iddianın və məhkəmə məsrəflərinin olmaması nəzərə alınsın. Hökmdən onun elan andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.