Məhkəmə qərarları › İş №1(101)-181/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-181/2020

10.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-181/2020 10.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət kollegial tərkibdə məhkəmə iclasının katibi x5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru x6, zərərçəkmiş şəxsin hüquqi varisi x3, Zərərçəkmiş şəxs2 və müdafiəçi - Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1986-cı il ildə Şəmkir rayonu Atabəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Atabəy kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı xuliqanlıq niyyətilə, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur: belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixdə saat 23 radələrində tanışı Qədimov Şöhrət Zülfani oğlu ilə birlikdə isifadə etdiyi «Samsung» markalı mobil telefonun tanışları x13 və Zərərçəkmiş şəxs2 tərəfindən oğurlanmasını cüzi səbəb kimi bəhanə edərək həmin telefonu geri alıb onları cəzalandırmaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şöhrət Qədimov ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 63 nömrəli binanın arxasına gəlmiş, ictimai yerdə, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək Şeyda Məmmədovun və Zərərçəkmiş şəxs2 ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, Şöhrət Qədimovun dəmir parçası ilə Zərərçəkmiş şəxs1 zərbələr yetirməsinə Zərərçəkmiş şəxs2 müdaxilə etməsinin qarşısını almaq və sonuncuya xəsarət yetirmək üçün o, həmin vaxt orada, yaşıllıq sahədə, sərxoş vəziyyətdə yatmış və təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə əl və ayağı ilə vurmuş, xuliqanlıq niyyəti ilə, sonuncuya burun belinin və bel nahiyəsinin sıyırıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən, sağ əlin İ barmağın şişkinlik halında əzilməsi, sol gözaltı nahiyənin və sağ dirsəyin arxa səthinin hematomaları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan və İ barmağın hər iki falanqasının sınıqları ilə nəticələnən, həm ayrı-ayrılıqda həm də ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurma kimi xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurmuş, sonuncudan aralanıb Şöhrət Qədimovun həmin vaxt orada yaşıllıq sahədə sərxoş vəziyyətdə yatmaqla təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Şeyda Məmmədovun sinəsi üzərində oturaraq istintaqa məlum olmayan silah qismində istifadə etdiyi dəmir parçası ilə başın təpə və sifət nahiyələrindən vurmuş, sonuncunun Şöhrət Qədimova heç bir müqavimət göstərmədiyini görməsinə baxmayaraq ayağı ilə Şeyda Məmmədovun bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə zərbələr vurmuş, nəticədə o, Şöhrət Qədimovla birlikdə xuliqanlıq niyyəti ilə Şeyda Məmmədova baş beyinin travmatik ödemi, sıxılması və dislokasiyası, baş beyinə, qişalarına və mədəciklərinə qansızma kimi ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik və baş vermiş ölümlə bir başa səbəbli əlaqələri olan, sol qulaq seyvanının hematoması və əzilmiş yarası kimi, sol gözün ağlı qişasının qansızması kimi həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik, hər iki gözətrafı nahiyələrin qançırları ayrı-ayrılıqda, həm də ki, ümumilikdə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra hadisə yerindən getmiş, Şeyda Məmmədov yaxın qohumları tərəfindən hadisə yerində huşsuz vəziyyətdə aşkar edilərək 3 saylı x12 aparılmış, sonuncuya tibbi yardım göstərilməsinə baxmayaraq xx xxxx 2017-ci il tarixdə saat 17:40-da baş beyinin ödemi və dislokasiyası ilə ifadə olunmuş baş beyinin subdural hematoması, travmatik əzilməsi və sıxılması ilə nəticələnən başın küt travması səbəbindən ölmüş, bununlada o, qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirib ehtiyatsızlıqdan Şeyda Məmmədovun ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Qədimov Şöhrət Zülfani oğlu ilə təxminən 2016-cı ilin sonlarında zəngləşib danışaraq ünvan 2 ünvanına getmiş, Şöhrət Qədimov, Şeyda Məmmədov, Zərərçəkmiş şəxs2lə birlikdə yemək yeyərək spirtli içki qəbul etmiş, həmin zaman Şöhrət Qədimov istifadə etdiyi markasını xatırlamadığı telefonunun oğurlandığını bildirmiş, Şeyda Məmmədov, Zərərçəkmiş şəxs2 və o, sonuncunun telefonunun onlarda olmadığını Şöhrət Qədimova bildirmiş, sonuncu spirtli içkinin təsiri altında olduğu üçün qışqıraraq dava salmış, lakin sonra telefonunun enerji yığması üçün pəncərənin qarşısına qoyduğu müəyyən edilmiş, həmin zaman Şöhrət davadalaş saldığı üçün sonuncunu evdən qovaraq bayıra çıxarmış, həmin gündən etibarən Şöhrət Qədimov onların yaşadığı evə gəlməmiş, 2017-ci ilin əvvəllərində Şeyda Məmmədov, Zərərçəkmiş şəxs2 və xatırlamadığı başqa şəxslərlə birlikdə yemək yeyib araq içən zaman özünə məxsus "Samsung S 3" markalı mobil telefonunun itdiyini müəyyən etmiş, bu barədə yeyib içdiyi şəxslərə bildirdikdə Şeyda Məmmədov ona narahat olmamasını, telefonu tapacağını bildirmiş, lakin həmin zaman telefonu tapa bilməmiş, Zərərçəkmiş şəxs2 ona itmiş “Samsung Duos” markalı telefonunu Şeydanın oğurladığını bildirmiş, bu barədə Şeydadan soruşan zaman sonuncu onun telefonunu oğurlamadığını, lazım olarsa uşaqlarla birlikdə pul yığıb ona verməyi təklif etmiş, lakin o buna razı olmamış, telefonunun itməsi ilə bağlı heç kimlə arasında dava-dalaş, söz-söhbət və mübahisə olmamış, Şöhrət x2 gəldikdən sonra Bakı metropoliteninin "Ulduz" stasiyasının yaxınlığında olan 1 otaqlı həyət evində kirayədə yaşamış, o, x xxxx 2017-ci il tarixlərdə Şöhrət Qədimovla birlikdə sonuncunun kirayədə yaşadığı "Ulduz" stansiyasının yaxınlığındakı evdə qalmış, x xxxx 2017-ci il tarixdə Şöhrət Qədimovla birlikdə "8 ci kilometr" bazarına gedərək oradakı kafelərin birində yemək yeyib əvvəl 0,5 sonra isə 0,7 litrlik araq içmiş, araq içməzdən əvvəl isə Şöhrət bir neçə bokal pivə içmiş, Şöhrət həddindən artıq spirtli içki qəbul edən zaman aqressivləşməklə dalaşmağa meyilli olmuş, Şöhrətlə spirtli içki qəbul edib özünə məxsus “Ayfon s5” markalı telefonu girov qoyub özləri ilə bir ədəd 0,7 litrlik araq götürüb bazarın içərisində alça alıb bazardan təxminən 150-200 metr məsafədə olan yaşıllıq sahəyə getmiş, orada özləri ilə götürdükləri plastik stəkanla alça ilə araq içməyə başlamış, iki-üç stəkan araq içdikdən sonra İsgəndər Əlyev həmin yerə gəlmiş, İsgəndərdən təxminən 1 dəqiqə sonra Şeyda Məmmədov yanlarına gəlmiş, o, Şöhrətlə birlikdə araq içmək üçün hadisə baş verən əraziyə təsadüfən getmiş, oraya gedən zaman İsgəndər və Şeydanın həmin yerə gələcəklərindən xəbəri olmamış, dördü birlikdə araq içərək söhbət etmiş, İsgəndərlə Şeydanın hardasa spirtli içki içib gəldikləri hiss olunmuş, saat təxminən 16-17 radələri zamanı Şöhrət Qədimov İsgəndərin üzündə olan qızartını görüb səbəbini soruşmuş, Şeyda Məmmədov Şöhrətə İsgəndəri özünün vurduğunu bildirmiş, Şöhrət Şeydaya İsgəndərin əvvəllər məhkum olunduğunu, sonuncunu vurmağın düzgün olmadığını bildirən zaman Şöhrətlə Şeydanın arasında mübahisə yaranmış, İsgəndərdən başqa hamısı ayaq üstə qalxmış, İsgəndər isə yerə çöməlmiş vəziyyətdə oturmuş, mübahisə zamanı Şeyda Şöhrəti sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, zərbənin təsirindən Şöhrət yerə yıxılmış, Şeyda Şöhrətin üzərinə oturaraq sonuncuya bir neçə dəfə yumruqla vurmuş, o, arxadan Şeydanın köynəyindən tutub arxaya dartıb onları ayırmaq istəmiş, əvvəl buna nail ola bilməsə də, sonra çalışıb Şöhrətlə Şeydanı bir-birindən ayırmış, Şeydanı Şöhrətdən ayırdıqdan sonra sonuncu onlardan təxminən 20-30 metr aralanıb kənarda ağacın altında uzanmış, İsgəndərə məsələnin onun üstündə olduğunu bildirib niyə ona Şeyda və Şöhrəti ayırmağa kömək etmədiyini bildirən zaman Şöhrət Qədimov yenidən Şeydanın yanına getmiş, Şeyda Şöhrətin ona tərəf gəldiyini görüb ayağa qalxmış, Şöhrət və Şeyda yenidən mübahisə etməyə başlamış, o, İsgəndərə niyə ona görə olan mübahisəni həll etməyə çalışmadığını bildirib sonuncunu əl və ayaq zərbələri ilə vurmağa başlamış, İsgəndər zərbələrinin təsirindən yerə yıxılmış, yerdə olan zaman İsgəndərin sifət və bədən nahiyəsinə bir neçə zərbə vurmuş, İsgəndəri döyən zaman Şeyda və Şöhrət tərəfə baxmış, bu zaman Şöhrətin əlindəki hansısa bir əşya ilə Şeydanı vurduğunu görmüş, Şöhrətin Şeydanı vuran zaman əlində hər hansı bir əşya olduğunu görsə də, Şeydanın hansı nahiyəsindən vurduğunu görməmiş, Şeydanin hər hansı bir taxta parçası ilə Şöhrəti vurduğunu görməmiş, taxtanın Şöhrətin əlinə hardan keçdiyini bilməmiş, o, Şeyda Məmmədovu vurmamış, İsgəndərlə dalaşan zaman Şöhrət qəfil qolundan tutaraq getməli olduqlarını, polisin gələcəyini bildirmiş, o, İsgəndərdən əl çəkib Şöhrətlə birlikdə "28 may" metrostansiyasının yaxınlığına getmiş, metronun yaxınlığında Şöhrət öz tanışından pul götürərək gəldikləri taksinin pulunu vermiş, səhər saatlarında Şöhrətlə birlikdə Hövsan qəsəbəsinə getmiş, Hövsan qəsəbəsində tikinti işi ilə bağlı müştəri ilə danışıb müştəridən pul götürüb gedib bir gün əvvəl Şöhrətlə yeyib içdiyi kafeyə olan borcunu verib girov qoyduğu telefonunu kafedən götürmüş, tikinti işləri gördüyü şəxslə danışıb qalan pulunu istəsə də, ala bilməmiş, hadisənin səhəri günü Şöhrətdən ayrılmış və bir daha sonuncunu görməmiş, təxminən xx xxxx 2017-ci il tarixdə Biləsuvar rayonuna gedərək oradan İrana keçmiş, x18 Respublikasına, oradan Türkiyə Respublikasına getmiş, bir müddət Türkiyədə işlədikdən sonra əvvəl Gürcüstana, sonra Rusiya Federasiyasına, Osetiya vilayətinə, getmiş, Osetiyada müvəqqəti qeydiyyata düşmüş, x xxxxxxx 2018-ci il tarixdə Osetiyada tutulmuş, Şeydanın ölməsindən sonradan xəbəri olmuş, həmçinin axtarışda olmağı barədə tutulan zaman bilmiş, Türkiyə Respublikasına gedənə kimi Şöhrətlə telefon vasitəsilə danışmış, həmin zaman sonuncu ona Şeydanın öldüyünü bildirməmiş, x16 ilə telefonla danışan zaman Şeydanın ölməsi, vurulması barədə heç zaman danışıq olmamış, danışıq zamanı Şeydanı vurmadığını bildirmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 2017-ci ilin mart-aprel ayında Hamlet istifadə etdiyi «Samsung Duos» markalı 100-150 manat dəyərində olan mobil telefonunu naməlum şəraitdə itirmiş, telefonunun oğurlandığını güman edərək telefonun oğurlanmasında Şeydanı təqsirkar bilmiş, Şeyda ilə Hamlet arasında yaşadıqları evdə mübahisə olmuş, x xxxx 2017-ci il tarixdə Şeyda Məmmədovla birlikdə Bakı şəhəri, Nizami rayonu 8-ci km bazarında olmuş, gün ərzində Şeyda ilə ikisinə dördbeş ədəd 250 qramlıq, ümumilikdə təxminən bir və ya bir litr yarım araq içmiş, günün sonunda təxminən saat 20-21 radələrində sərxoş vəziyyətdə Nizami RPİ-nin 24-cü PB-nin inzibati binasının arxasında, avtoyuyucunun yanında, yaşıllıq sahədə, mağazadan aldıqları 250 qramlıq arağı içmiş, saat 03-04 radələrində yenidən bazara qayıtmalı olduqları üçün yaşadıqları evə getməyib yaşıllıq sahədə yatmışlar, x xxxx 2017-ci il tarixdə saat 23 radələrində Şeyda Məmmədovla yatarkən sinə nahiyəsinə küt zərbənin dəydiyini hiss edib ağrıdan oyanmış, Hamletin onu əli və ayağı ilə bədəninin müxtəlif nahiyələrindən vurduğunu görmüş, Hamletin ona vurduğu zərbələrdən ayağa qalxa bilməmiş, həmin vaxt Şöhrət x15 üstündə oturub əlində tutduğu təxminən 60-70 sm uzunluğunda dəmir parçası ilə Şeydanı vurduğunu görmüş, onun hərəkətsiz olduğunu görüb Təqsirləndirilən şəxs qısa bir zamanda ondan aralanıb Şeydənın sol böyründən bir neçə dəfə ayağı ilə vurmuş, Şeydaya: «Sən oğurlamısan mənim telefonumu», - demiş, o, Hamletin bu sözlərindən sonra sonuncunun mobil telefonunun Şeyda tərəfindən oğurlandığını güman etdiyini, məhz bu səbəbdən Şeydanı vurduğunu başa düşmüş, Hamlet Şeydanı böyründən təpiklə vuran anda Şöhrət Qədimov Şeydanın üstündə oturub onun başından dəmir parçası ilə vurmağı davam etdirmiş, Şeyda artıq huşsuz vəziyyətdə olduğundan nə Təqsirləndirilən şəxs, nə Şöhrət Qədimova müqavimət göstərə bilməmiş, o, ayağa qalxmaq istədikdə Hamlet onun əynində olmuş köynəyinin boynundan tutub kürəyi üstündə təxminən beş metr sürümüş, sonra yenə təpiklə bədəninin müxtəlif nahiyələrindən, sifətindən yumruqla vurmuş, o, zərbələrin təsiri nəticəsində huşunu itirmiş, Hamlet onu, Şöhrət isə Şeydanı vurarkən onların ünvanlarına nalayiq ifadələr işlətmiş, onları söyüb təhqir etmişlər; aradan təxminən bir müddət sonra Şeydanın qardaşı oğlu Rəşad adlı şəxs gəlib onu oyatmış, Rəşad ondan nə baş verdiyini soruşduqda Şöhrət və Hamlet tərəfindən döyüldüklərini Rəşada bildirmiş, bundan sonra Rəşadın köməkliyi ilə ayağa qalxıb Şeydaya yaxınlaşmış, Şeydanı oyatmağa çalışsalar da, Şeydə oyanmamış, həmin vaxt Şeydanın sağ qulağından qan gəlmiş, bunu görüb Rəşad öz mobil telefonundan x23 Stansiyasına zəng edib Nizami rayonu, C.Naxçıvanski küçəsi 51 saylı binanın arxasına həkim çağırmış, bundan sonra Rəşadla birlikdə gəlmiş 8-ci km bazarında araba sürən İltifatla birlikdə Şeydanı yerdən qaldırıb İltifatın gətirdiyi arabaya uzadıb Nizami rayonu, C.Naxçıvanski küçəsi 51 saylı binanın arxasına, ikinci bazar kimi adlanan yerin qarşısına, yolun kənarına, aparmış, Şeydanı həmin yerə aparmalarına səbəb yolun kənarı olduğundan TTYS-nın həkimi onları daha tez tapa biləcəyi olmuş, təxminən 10-15 dəqiqədən sonra həkim gəlib Şeydanı müayinə etmiş, ilkin tibbi yardım göstərmiş, lakin Şeyda ayılmamış, bundan sonra həkim, tibb qardaşı və Rəşad birlikdə Şeydanı x23 avtomaşınına mindirib xəstəxanaya aparmış, o, bir qədər bazarın ətrafında gəzib yaşadığı evin qarşısına getmiş, saat 7 radələrində həyətdə olarkən Rəşad onun yanına gəlmiş, Şeydanın vəziyyətinin ağır olduğunu bildirib ondan harada döyüldüklərini soruşmuş, Rəşadla birlikdə hadisə yerinə gedib Şeyda ilə döyüldükləri yeri göstərmiş, həmin vaxt hadisə yerində Şöhrət Qədimovun pasportunu tapıb Rəşada vermiş, məhz həmin şəxsin Şeydanı vurduğunu bildirmiş, Rəşad pasportu ondan götürüb şəkilə baxıb yenidən ona qaytarmış, onlar birlikdə 3 saylı şəhər kliniki xəstəxanasına getmiş, Şeydanın vəziyyəti ağır olduğundan onunla danışa bilməmiş, Saat 15-16 radələrində yaşadığı mənzilə qayıtmış, Şeydənın müvəqqəti kirayədə yaşadığı evin sahibi kimi tanıdığı Azər adlı şəxsə baş vermiş hadisə barədə danışıb məlumat vermiş, Şöhrətin adına olan pasportu Azərə verib saxlamasını, gələcəkdə lazım olarsa, hüquq mühafizə orqanına təhvil verməsini xahiş etmiş, hadisə zamanı əynində olmuş ağ rəngli uzunqol köynək, göy rəngli cins şalvar qana bulaşdığından Bakı şəhəri, Nizami rayonu 220 nömrəli orta məktəbin yaxınlığında yerləşən zibil qutusuna atmış, nə özü, nə Şeyda Məmmədov Şöhrət Qədimova və ya Təqsirləndirilən şəxs fiziki zor tətbiq etməmiş, hadisə gecə saatlarında baş verdiyindən həyətdə həmin vaxt heç kim olmamış, nə özü, nə Zərərçəkmiş şəxs1 heç bir vaxt dəmir, taxta parçası, bıçaq və ya başqa bir predmet üzərlərində gəzdirməmiş, hadisə zamanı da üzərilərində taxta, bıçaq və ya dəmir parçası olmamış, Təqsirləndirilən şəxs onu, Şöhrət Qədimov Zərərçəkmiş şəxs1 döyərkən onlara hər hansı bir şəxs yaxınlaşmamış, onları biri-birindən aralamamış, Təqsirləndirilən şəxs təpiklə Şeyda Məmmədovun məhz başından vurduğunu görməmişdir; Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəyib, Təqsirləndirilən şəxsla barışıb, şikayəti və tələbi yoxdur və sonuncuya yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə zamanı zərərçəkmiş şəxin hüquqi varisi qismində dindirilmiş x7 ifadə verərək göstərmişdir ki, x xxxx 2017-ci il tarixdə günorta saatlarında Qobustan rayonunda olarkən Rəşad kimi çağırdıqları oğlu Şahid1 ona zəng edib qardaşı Şeyda Məmmədovun döyüldüyünü, sonuncunun vəziyyətinin ağır olduğunu, hal-hazırda 3 saylı x1 bildirmiş, bu barədə eşidib dərhal həmin xəstəxanaya gəlmiş, qardaşı Şeydanın başı sarğılı vəziyyətdə, qulaqlarının hər ikisi qanlı və qismən ayıq vəziyyətdə olduğunu görmüş, Şeydanın vəziyyəti yaxşı olmadığı üçün həmin gün Şeyda ilə danışa bilməmiş, xx xxxx 2017-ci il tarixdə Şeydanın vəziyyəti nisbətən yaxşılaşdıqda sonuncudan nə baş verdiyini soruşmuş, Şeyda ona: “Vosmoyda Hamlet və Şöhrət ikimizi də vurdular”,- deyə bildirmiş, lakin “ikimizi” deyəndə Şeyda kimi nəzərdə tutduğunu deməmiş, həmçinin nə səbəbə və hansı şəraitdə döyüldüyünü bildirməmiş, təxminən 2017-ci ilin iyun ayının 9-u və ya 10-u Şeydanın müvəqqəti kirayədə yaşadığı evin sahibi kimi tanıdığı Azər adlı şəxsi 8ci km bazarında işləyən xatırlamadığı şəxslər vasitəsilə tapmış, onunla söhbət etdikdə Azər Şeydanın və yanında olmuş İsgəndərin Hamlet və Şöhrət adlı şəxslər tərəfindən döyüldüyünü eşidib bildiyini demiş, həmin vaxt Azər oğlu Asimin istifadəsində olan (070) ***-**-** nömrəli telefondan Hamlet adlı şəxsə zəng edib hal-əhval tutduqda Hamlet ona hal-hazırda adını bildirmədiyi rayonda olduğunu söyləmiş, Azər əlavə məlumat almaq üçün Şeydanı həmin gün araba sürdüyü yerdə gördüyünü bildirdikdə Hamlet: “Ola bilməz, Şeyda pis vurulubdur”,- demiş, lakin konkret olaraq kim tərəfindən vurulduğunu deməmiş, Azər Şöhrətin xarici pasportunu ona vermiş, əvvəllər Şöhrət Qədimovu və Təqsirləndirilən şəxs tanımamış, Şeyda Məmmədov heç bir vaxt üzərində bıçaq və ya hər hansı bir digər kəsici-deşici alət gəzdirməmiş, solaxay olmamış və işlərini görərkən sağ əlindən istifadə etmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Şeyda Məmmədovu sonuncu dəfə x xxxx 2017-ci ildə saat 13-14 radələrində «8-ci kilometr bazarı»nın yaxınlığında tanışı İsgəndərlə görmüş, həmin gün parkda oturub Şeyda ilə iki ədəd 0,5 litr həcmində pivə içmiş, təxminən 30 dəqiqə bir yerdə olduqdan sonra işi olduğu üçün Şeyda və İsgəndərdən aralanıb çıxıb getmiş, Şeyda ilə İsgəndərin sözlərindən onların bazara işləməyə gedəcəklərini başa düşmüş, x xxxx 2017-ci il tarixdə saat 03-04 radələrində bir neçə dəfə Şeyda və İsgəndərlə oturub çörək yediyi yerə, yəni Nizami RPİ-nin 24-cü PB-nin yaxınlığındakı avtoyuyucunun yanındakı yaşıllıq sahəyə, getdikdə x14 Əliyevi yaşıllıq sahədə uzanmış vəziyyətdə aşkar etmiş, həmin vaxtı Şeyda sifəti üstə, Şeydədan təxminən 5 metr aralıda isəİsgəndər sağ çiyni üstə uzanmış, o, ilk öncə Şeydəya yaxınlaşmış, onun qolundan silkələyib oyatmaq istəmiş, Şeyda oyanmamış, sonra İsgəndərə yaxınlaşmış, çətinliklə onu oyatmış, İsgəndər oyandıqda onun sol göz nahiyəsində qançır görüb nə baş verdiyini soruşmuş, İsgəndər ona: «Bizi Hamletlə Şöhrət döyüb» demiş, bu zaman bazarda fəhləlik edib, araba sürən İltifat adlı şəxs onların yanına gəlmiş, bundan sonra əmisi Şeydaya yaxınlaşmış, onu arxası üstə çevirdikdə Şeydanın təpə nahiyəsində əzik, hər iki qulaqları və ağzı qana bulaşmış vəziyyətdə görmüş, İltifatla birlikdə Şeydanı qaldırıb İltifatın arabasına arxası üstə uzatmış, binaların qarşısı ilə Nizami rayonu C.Naxçıvanski küçəsi 51 saylı binanın arxasına, yəni bazarın birinci girişi ilə ikinci girişi arasına, yolun kənarına aparmış, istifadəsində olan (070) ***-**-** nömrəli telefondan TTYS-na zəng edib həkim çağırmış, TTYS-nin həkiminin onları tez bir zamanda tapması üçün Şeydanı bazarın girişi istiqamətində, yolun kənarına aparmış, az bir müddətdən sonra TTYS-nin həkimi gəlib Şeydanı müayinə etmiş, sonuncu TTYS-nin maşınına mindirilib xəstəxanaya aparılmış, İsgəndər ilə İltifat bazarın yanında qalmışlar, Şeyda xəstəxanaya qəbul olunduqdan sonra atası Ramazana zəng edərək hadisə barədə məlumat vermiş, x xxxx 2017-ci il saat 6 radələrində Nizami rayonu «8-ci kilometr bazarı»na gəldikdə İsgəndərlə rastlaşmış və ondan harada döyüldüklərini soruşmuş, İsgəndər ona Şeyda ilə döyüldükləri yeri göstərmiş, həmin vaxt İsgəndər hadisə yerindən Şöhrətin pasportunu tapıb ona göstərmiş, Şeydanı dəmir parçası ilə vuranın həmin şəxs olmasını bildirmiş, şəkilə baxdıqdan sonra sənədi hüquq mühafizə orqanına təhvil verməsini təklif edib İsgəndərə qaytarmış, həmin gün saat 8-9 radələrində İsgəndərlə birlikdə xəstəxanaya getmiş, biriki saat Şeydanın yanında olmuş, Şeyda əməliyyata götürüldükdən sonra İsgəndərlə bazara gəlmiş, sonra işi olduğu üçün Köhnə Günəşli qəsəbəsinə getmiş, İsgəndərlə xəstəxanada olduğu müddətdə İsgəndərdən hansı qaydada, kim tərəfindən, nə ilə döyüldüklərini soruşduqda İsgəndər ona özünün Hamlet tərəfindən yumruq-təpiklə, Şeydanın isə Şöhrət tərəfindən dəmir parçası ilə döyüldüyünü demiş, Xəstəxanada olarkən Şeydadan kim tərəfindən döyüldüyünü soruşduqda Şeyda halsız olduğundan və danışa bilmədiyindən ona cavab verə bilməmiş, yalnız sonradan bir anlığına özünə gəldikdə Şeyda qardaşı Ramazana Şöhrət tərəfindən döyüldüyünü demiş, hadisə yerinə gəldikdə fikri huşsuz vəziyyətdə olmuş əmisi Şeydaya yönəldiyi üçün məqsədi ona tez bir zamanda kömək etmək olduğundan Şeyda Məmmədovu və Zərərçəkmiş şəxs2 aşkar etdiyi yerdə və yaxın ətrafda hər hansı bir alətin olmasına diqqət yetirməmiş, sonradan İsgəndərlə hadisə yerinə qayıtdıqda orada yerdə dəmir parçası görməmiş, Şeyda Məmmədovu huşsuz vəziyyətdə aşkar etdiyi zaman onun əynində boz rəngli uzunqol köynək, boz rəngli şalvar, ayaqlarında qara rəngli ayaqqabı olmuş, Şeyda Məmmədovun əynində olmuş boz rəngli köynəyin boyun nahiyəsində qan ləkələri görmüş, bildiyinə görə son üç ildə Şeyda Məmmədov mobil telefondan istifadə etməmiş, əvvəllər hansı mobil nömrədən istifadə etdiyini bilməmiş, Şeyda Məmmədov heç bir vaxt üzərində bıçaq və ya hər hansı bir digər kəsici-deşici alət gəzdirməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, x xxxx 2017-ci il tarixdə saat 17 radələrində atası Ramazan Məmmədov ona zəng edərək x4 3 saylı şəhər xəstəxanasında olduğunu bildirmiş, o, dərhal xəstəxanaya getmiş, Şeydanın deməsindən 8-ci km bazarının yaxınlığında döyülərək başından xəsarət aldığını bilmişdir, Şeydadan kiminlə mübahisə etdiyini soruşduqda Şeyda Şöhrətin dəmir parçası ilə onu vurduğunu demiş, Azər adlı şəxs onun istifadəsində olan mobil telefondan Hamletə zəng etmiş, Hamlet həmin vaxt Şeydanı vurmadığını, Şeydanın Şöhrət tərəfindən vurulduğunu demişdir. İbtidai zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi və məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, 9 və ya xx xxxx 2017-ci il tarixdə axşam saatlarında qardaşı Pünhan və atası ilə birlikdə Azərin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsinə gedib Azər adlı şəxslə görüşmüş, Azərin deməsindən Şeydanı bazardan tanıdığını, əmisinin sonuncunun evində kirayədə yaşadığını bilmiş, həmçinin Azərdən eşidib Şeydanın Şöhrət və Hamlet adlı şəxslər tərəfindən döyüldüyünü bilmiş, həmin vaxt Azər onun istifadəsində olan (070) ***-**-** nömrəli telefondan Hamletə zəng etmiş, Hamlet ona rayonda olduğunu Şeydanın kim tərəfindən vurulduğunu deməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə zamanı elan edilmiş ifadəsində göstərmişdir ki, təxminən 2017-ci ilin iyun ayının 17-18-də istifadəsində olan (055) ***- **-** nömrəli telefona bir nəfər zəng edərək özünü polis əməkdaşı kimi təqdim etmiş, qardaşı Təqsirləndirilən şəxsin harada olması ilə maraqlanmış, o, Hamletin Türkiyə Respublikasına getdiyini dedikdə polis əməkdaşı ona Hamletlə Şöhrətin iki nəfər şəxslə dalaşıb döydüklərini və döyülən şəxslərdən birinin xəstəxanada öldüyünü demiş, təxminən xx xxxx 2017-ci il tarixdə Hamlet ona Türkiyə Respublikasından zəng edib hal-əhval tutuduqda o, Hamletə hüquq mühafizə orqanları tərəfindən axtarıldığını və dalaşıb döydükləri adamın birinin xəstəxanada öldüyünü deyib, ondan nə baş verdiyini soruşmuş, bundan sonra Hamlet ona x xxxx 2017-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayon «8-ci kilometr bazarı»nın yaxınlığında Şöhrətlə birlikdə Şeyda və İsgəndərlə dalaşdıqlarını, Şöhrətin Şeydanı yerdə uzanmış vəziyətdə başından vurduğunu, İsgəndəri əl və ayağı ilə vurduğunu demiş, Hamlet dava-dalaş zamanı özü, Şöhrət, İsgəndər və Şeydanin həddindən artıq sərxoş vəziyyətdə olduqlarını demiş, sonuncu ona Şöhrətin Şeydanı nə ilə vurduğunu deməmiş, Hamletdən dava-dalaşın nə səbəbdən yarandığını soruşduqda Hamlet yalnız davanın telefon üstündə olduğunu, dava-dalaş etdiyi üçün peşman olduğunu demiş, o, Hamletə gəlib hüquq mühafizə orqanlarına təslim olmağı təklif etmiş, Hamlet Türkiyədə iş tapıb işlədiyi üçün yaxın günlərdə Azərbaycan Respublikasına qayıtmaq fikrində olmadığını bildirmiş, Hamletin ona zəng etdiyi mobil nömrə Türkiyə Respublikasının operatorlarına aid olmuş, həmin nömrə telefonundan silindiyindən nömrəni istintaqa deyə bilməmiş, Hamletlə sonuncu dəfə 11 və ya xx xxxx 2017-ci il tarixdə Sabunçu rayonu Ramanı yolunun üstündə görüşmüş, çay evlərinin birində oturub çay içmiş, həmin vaxt Hamlet ona dava etmələri barədə heç bir söz deməmiş, Hamlet ona yalnız işləmək üçün Türkiyəyə gedəcəyini demiş, sonuncu kirayədə qaldığı evdən özü ilə iki ədəd şalvarını götürmüş, kiminlə və hansı nəqliyyat vasitəsi ilə haradan, nə vaxt sərhədi keçəcəyi barədə ona heç bir söz deməmiş, o, həmin vaxt Hamletin bədəninin gözlə görünən nahiyələrində hər hansı bir xəsarət və ya xəsarət izləri görməmiş, sonuncu dəfə Hamlet istifadəsində olan (055) ***-**-** nömrəli telefonundan «WhatsApp» proqramı vasitəsi ilə xx xxxx 2017-ci il tarixdə ona zəng etmiş, lakin zəngi eşitmədiyi üçün danışa bilməmiş, Hamlet ona həmin vaxt Türkiyə Respublikasının İzmir şəhərində olduğunu demiş, qaldığı ünvan və kimlərlə yaşaması barədə dəqiq heç bir məlumatı verməmişdir. O, Zərərçəkmiş şəxs2 tanımamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid3 Müzəffər oğlu göstərmişdir ki, x xxxx 2017-ci il tarixdə saat 23 radələrində Şöhrət ona zəng edib onunla görüşmək istədiyini demiş, o, Şöhrətin danışığından sərxoş olduğunu hiss edib onunla görüşmək istəmədiyi üçün qardaşıgildə Yasamalda olduğunu, evdə olmadığını demiş, lakin Şöhrət əl çəkməyərək Yasamala gələcəyini demiş, o, sonuncuya gəlməməsini, evə gedəndə xəbər edəcəyini demiş, x xxxx 2017-ci il saat 23-24 radələrində yaşadığı mənzilin qapısı açıq olduğundan Şöhrət qəfil yaşadığı evə daxil olmuş, “Dayı bəs evdə deyildin, məni niyə aldadırsan”, - demiş, həmin vaxt Şöhrət sərxoş vəziyyətdə olmuş, ayaq üstə belə dayana bilməmiş, Şöhrət həyacanlı vəziyyətdə təcili 7 manat pula ehtiyacı olduğunu, adını bildirmədiyi dostunun taksidə onu gözlədiyini, taksiyə verməyə pulları çatmadığını bildirmiş, Şöhrətə 10 manat pul verdikdən sonra Şöhrət evdən çıxıb getmiş, gedərkən qayıdıb onunla qalacağını demiş, sərxoş vəziyyətdə onun evinə gəldiyinə görə əsəbləşib onun evində qalmasına etiraz etmiş, həmin vaxt Şöhrət Qədimovun əynində olmuş paltarın üzərində zədə, bədəninin gözlə görünən nahiyəsində xəsarət və ya xəsarət izləri görməmiş, Şöhrət gedəndən sonra mənzildə işıqları söndürüb Şöhrət mənzilə daxil ola bilməsin deyə qapını arxadan kilidlə bağlamış, təxminən 1 saat sonra Şöhrət Qədimov yenidən qayıdıb qapını döyüb: “Ay dayı, ay dayı”, - deyə çağırsa da, sonuncuya cavab verməmiş, qapını açmamış, Şöhrət onun cavab vermədiyini görüb çıxıb getmiş, xx xxxx 2017-ci il tarixdə günorta saatlarında Şöhrət Qədimov ona zəng edib ailəsinin Şəmkirdən Bakıya gəldiyini, pula ehtiyacı olduğunu demiş, ona pul verməsini xahiş etmiş, Şöhrətə saat 19-dan sonra pulu olacağını, gəlib götürə biləcəyini demiş, lakin Şöhrət gəlməmiş, xx xxxx 2017-ci il tarixdə saat 15 radələrində Şöhrət istifadəsində olan (077) ***-**-** nömrəli telefondan ona zəng edib axşam işi olduğu üçün gəlib pulu götürə bilmədiyini və hazırda pulu götürmək istədiyini demiş, Şöhrətin təklifi ilə evinin yaxınlığındakı adını xatırlamadığı marketin “talış” kimi çağırdığı satıcısına 20 manat pul verərək Şöhrətin gəlib götürəcəyini demiş, bundan sonra onun Şöhrət Qədimovla heç bir əlaqəsi olmamış, Şöhrət Qədimov ona x xxxx 2017-ci il tarixdə saat 20 radələrində zəng vurmamış, onunla danışmamış, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və Şeyda Məmmədov adlı şəxsləri tanımamış, onların arasında münaqişənin, dava-dalaşın və ya düşmənçiliyin olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2017-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə hadisə yerinə baxış zamanı hadisənin Bakı şəhəri, Nizami rayonu, C. Naxçıvanski küçəsi, 51 saylı binanın arxası, bazarın 2-ci girişi kimi adlandırılan yerlə üzbəüz yolun kənarında şam ağacının altında baş verdiyi müəyyən olunmuşdur (1-ci cild iş vərəqi 53-56). İşdə olan məhkəmə-tibbi ekspertiza üzrə xx xxxx 2017-ci il tarixli 48/463 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol gözaltı nahiyənin və sağ dirsəyin arxa səthinin hematomaları, burun belinin və bel nahiyəsinin sıyrıqları, sağ əlin İ barmağın şişkinlik halında əzilməsi, sıyrıqları, İ barmağın dırnaq və əsas falanqasının sınıqları olmuş, qeyd olunan xəsarətlər bərk küt əşyanın (yumruq, təpik və s.(əşyaların)) təsirindən törənmişlər, alınma müddətləri müayinədən 8-10 gün əvvəllə uyğun gələ bilərdi və qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx xxxx 2017-ci il tarixdə alınmaları mümkündür; qeyd olunan sıyrıqlar həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmiş, sağ əlin İ barmağın şişkinlik halında əzilməsi, sol gözaltı nahiyənin və sağ dirsəyin arxa səthinin hematomaları həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; İ barmağın hər iki falanqasının sınıqları həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (2-ci cild iş vərəqi 236-238). İşdə olan məhkəmə tibbi-bioloji ekspertizası üzrə xx xxxx 2017-ci il tarixli 400/MTBŞ-2017 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Şeyda Məmmədova məxsus köynək üzərində olan ləkələr Şeyda Məmmədova məxsus ola bilər; həmin qan ləkələrinin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2, Qədimov Şöhrət Zülfani oğluna məxsus olması inkar olunur; təqdim olunmuş Şeyda Məmmədova məxsus şalvar və bir cüt ayaqqabı üzərində qana bənzər şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (2-ci cild iş vərəqi 240-245). İşdə olan məhkəmə-tibbi kriminalistik ekspertizasının xx xxxx 2017-ci il tarixli 261/2017- MTKŞ nömrəli rəyindən görünür ki, x8 məxsus köynəyin ön sol yarım hissəsində 2-ci düyməyə müvafiq olan ilgəyin bir kənarında məhdud cırılmış zədə aşkar olundu; həmin cırılmış zədə köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdi (3-ci cild iş vərəqi 16-18). İşdə olan məhkəmə-tibbi ekspertizası üzrə xx xxxx 2017-ci il tarixli 64 nömrəli ekspert rəyindən görünür ki, x4 meyitinin məhkəmə-tibbi ekspertiza müayinəsi zamanı onun bədənində aşkar edilmişdir xəsarətlər - baş beyinin travmatik ödemi, sıxılması və dislokasiyası: baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sol gözün ağlı qişasının qansızması, sol qulaq seyvanının hematoması və əzilmiş yarası, hər iki gözətrafı nahiyələrin qançırları; qeyd edilən xəsarətlər həyatidirlər, bərk–küt əşyanın (əşyaların) təsirindən törənmişlər, Şeyda Məmmədovun 3 saylı x12 daxil olmasından bir qədər əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx xxxx 2017-ci il tarixdə əmələ gələ bilərdilər; hər iki gözətrafının qançırları həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin edilmir və baş vermiş ölüm ilə səbəbli əlaqələri yoxdur; dərəcəsinə görə sol qulaq seyvanının hematoması və əzilmiş yarası, sol gözün ağlı qişasının qansızması həm ayrıayrılıqda, həm də ki, ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölüm ilə səbəbli əlaqələri yoxdur; dərəcələrinə görə baş beynin travmatik ödemi, sıxılması və dislokasiyası; baş beyinə, qişalarına və mədəciklərinə qansızması canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bir başa səbəbli əlaqələri vardır; yuxarıda göstərilən xəsarətlərdən başqa Şeyda Məmmədovun meyitinin hər iki dirsək çuxurlarında nöqtəşəkilli yaralar – inyeksiya yaraları; sağ gicgah-təpə nahiyəsində treponasiya və qarnın sağ –ön divarında (sümük loskutunun yerləşdirməsi ilə əlaqədar)-cərrahi müdaxilə yerləri aşkar edilmişdir ki, bunlar da göstərilmiş tibbi yardım izləri sayıla bilərlər; Şeyda Məmmədovun sifət və baş nahiyələrində aşkar edilmiş xəsarətlərdə iz törədən alətin (lərin) hər hansı bir obyektiv morfoloji əlamətləri əks olunmadığından həmin xəsarətləri əmələ gətirən alətin(lərin) konstruktiv xüsusiyyətləri barədə (ölçüsü, forması, çəkisi və s.) konkret olaraq fikir söyləmək mümkün olmadı, lakin xəsarətlərin xüsusiyyətlərini və sağlamlığa zərər vurmanın ağırlıq dərəcələrini nəzərə alaraq demək olar ki, xəsarət yetirən alət(lər) məhdud ölçülü sahəyə və nisbi ağır çəkidə olan hər hansı bir bərk küt əşyanın təsirindən törənməsini istisna etmək olmaz; xəsarətlərin yalnız baş və sifət nahiyəsində yerləşməsini və bədən səthində xəsarətlərin aşkar edilməməsini nəzərə alaraq, demək olar ki, zərbələr onun sifət və baş nahiyəsinə müxtəlif istiqamətlərdə yetirilə bilərdi, xəsarətləri alarkən Zərərçəkmiş şəxs1 müxtəlif duruş (uzanıqlı, yarımoturaq və s.) və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə (üzbəüz, ön-arxa və s.) ola bilərdilər; x4 ölümünə baş beyinin ödemi və dislokasiyası ilə ifadə olunmuş baş beyinin subdural hematoması, travmatik əzilməsi və sıxılması ilə nəticələnən başın küt travması səbəb olmuş, ölüm 3 saylı x9 xx xxxx 2017-ci il tarixdə saat 17:40-da baş vermiş, hansı ki, məhkəmətibbi müayinə ilə inkar olunmur; baş nahiyəsindən subdural hematoma ilə nəticələnmiş xəsarət aldıqdan sonra Şeyda Məmmədov hər hansı bir məqsədyönlü hərəkət etmək (yerimə və s.) iqtidarında ola bilməzdi; Şeyda Məmmədovun uzun müddət xəstəxanada qaldığını nəzərə alıb qan etil spirtinin təyini üçün götürülməmişdir; stasionar xəstənin tibbi kartasının əslinin 3-cü səhifəsində həkim tərəfindən “... ağzından kəskin spirtli içki iyi gəlir” qeydiyyatı vardır (2-ci cild iş vərəqi 248-254). İşdə olan məhkəmə-tibbi bioloji ekspertizası üzrə xx xxxx 2017-ci il tarixli 429/2017-MTBŞ nömrəli rəyindən görünür ki, Şeyda Məmmədova məxsus dırnaq kəsikləri və fraqmenitləri üzərində aşkar edilmiş qan ləkələri x8 məxsus ola bilər; ekspertizaya təqdim edilmiş Şeyda Məmmədova məxsus dırnaq kəsikləri və fraqmentləri yatağında sitoloji yararlı hüceyrə elementləri aşkar olunmamışdır (1-ci cild iş vərəqi 159-161). İşdə olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 1627 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamış, cinayət işi materiallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəliyin əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır; onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür; yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır; Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs intellektual-minestik imkanları normaya uyğundur; yadda saxlama və yadasalma prosesləri, təfəkkürü, diqqət və qavrama proseslərində hər hansı bir çətinlik müəyyən edilməmiş, şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı yüksək həssaslıq, emosional dayanıqsızlıq aşkar olunmamış, inadkarlıq, kobudluq, eqosentrizm, məsuliyyətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir; motivasiya sferası yetişkəndir, emosional iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur; Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir; Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional sferasında hirslilik, qəzəblilik əmələ gəlmiş, həmin halın yaranması situasiya ilə şərtləşmiş, hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuş, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (4-cü cild iş vərəqi 233- 236). İşdə olan xx xxxxxx 2017-ci il tarixli baxış keçirilməsi haqqında və xx xxxxxx 2017-ci il tarixli telefon zənglərinə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** və Şöhrət Qədimovun istifadəsində olmuş (055) ***-**-** nömrəli telefonlara daxil olan və çıxan zənglərə dair «xxxxxxx» MMC-dən daxil olmuş «CD» diskə yazılmış məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) ***-**-** nömrəli telefonla xx xxxx 2017-ci il tarixdə saat 11:32-də, 11:40da, 11:55-də, 12:26-da, xx xxxx 2017-ci il saat 19:03-də, xx xxxx 2017-ci il saat 07:09-da, xx xxxx 2017-ci il saat 11:03-də, 13:40-da, xx xxxx 2017-ci il saat 12:55-də, 12:58-də Şöhrət Qədimovun istifadəsində olmuş (077) 339-03-43; xx xxx 2017-ci il saat 20:10-da, xx xxx 2017-ci il saat 22:38də, xx xxxx 2017-ci il saat 09:02-də, 09:31-də, 09:42-də, 12:53-də, xx xxxx 2017-ci il saat 11:32də, 11:58-də, xx xxxx 2017-ci il saat 23:22-də, xx xxxx 2017-ci il saat 15:29-da, 22:17-də, xx xxxx 2017-ci il saat 22:02-də, 23:48-də, xx xxxx 2017-ci il saat 21:17-də qardaşı Şahid4 istifadəsində olan (055) 677-50-50; xx xxx 2017-ci il saat 13:40-da, 17:44-də, xx xxxx 2017-ci il saat 12:00-da, 12:07-də, xx xxxx 2017-ci il saat 13:40-da, 15:44-də, 18:53-də yeznəsi x10 istifadəsində olan (070) 899-27-47,xx xxxx 2017-ci il saat 23:00-da Zərərçəkmiş şəxs1 qardaşı oğlu Şahid2 istifadəsində olan (070) ***-**-** nömrəli telefonlar arasında danışıqlar qeydə alınmışdır (3-cü cild iş vərəqi 190-193) İşdə olan telefon zənglərinə baxış keçirilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli protokoldan görünür ki, (055) ***-**-** nömrəli telefon xx xxxx 2017-ci il saat 10:13-də Bakı şəhəri, F.Xan Xoyski kuçəsi 98 A, T.Bahramov adına Respublika stadionu, saat 17:13-də Bakı şəhəri, H.Əliyev prospekti 50, xx xxxx 2017-ci il saat 11:06-da, 15:33-də, 18:02-də Bakı şəhəri, F.Xan Xoyski kuçəsi 98 A, T.Bahramov adına Respublika stadionu anten dairəsi əhatəsində qeydə alınmış, CD diskə baxış zamanı həmçinin müəyyən edilmişdir ki, (055) ***-**-** nömrəli telefona xx xxxx 2017-ci il tarixdə saat 22:49-da x11 istifadəsində olan (070) ***-**-** nömrəli telefondan zəng edilmiş və abonentlər arasında 19 saniyə davam edən danışıq aparılmış, həmin müddətdə (055) ***-**-** nömrəli telefon Sumqayıt şəhəri, 10-cu mkr, Koroğlu prospekti, Turay Mebel evinin arxasında anten dairəsi əhatəsində qeydə alınmışdır (2-ci cild iş vərəqi 233-234) İşdə olan telefon zənglərinə baxış keçirilməsi haqqında xx xxxx 2017-ci il tarixli protokoldan görünür ki, Qədimov Şöhrət Zülfani oğlunun istifadəsində olmuş (077) ***-**-** nömrəli telefona daxil olan və çıxan zənglərə dair «xxxxxxx» MMC-dən daxil olmuş «CD» diskə yazılmış məlumatlara baxış keçirilərkən (077) ***-**-** nömrəli telefonla xx xxxx 2017-ci il saat 11:32-də, 11:40-da, 11:55, 12:26-da, xx xxxx 2017-ci il saat 19:03-də, xx xxxx 2017-ci il saat 07:09-da, xx xxxx 2017-ci il saat 11:03-də, 13:40-da, xx xxxx 2017-ci il saat 12:55-də, 12:58-də Təqsirləndirilən şəxs istifadəsində olmuş (055) 600-09-03; xx xxxx 2017-ci il saat 22:36-da Təqsirləndirilən şəxs qardaşı Şahid4 istifadəsində olan (055) 677-50-50; xx xxxx 2017-ci il saat 20:33-dən başlayaraq xx xxxx 2017-ci il 09:35-dək günün müxtəlif saatlarında mütəmadi olaraq, hadisə baş verən tarixdə, yəni xx xxxx 2017-ci ildə isə saat 17:11-də, 17:14-də, 20:07-də Təqsirləndirilən şəxs yeznəsi x10 istifadəsində olan (070) 899-27-47; xx xxxx 2017-ci il saat 21:29-da, xx xxxx 2017-ci il saat 16:15-də, 18:32, 19:11-də, 19:37-də, xx xxxx 2017-ci il saat 14:20-də, 14:39-da, xx xxxx 2017-ci il saat 10:49-da, 14:43-də, xx xxxx 2017-ci il saat 20:39-da, xx xxxx 2017-ci il saat 13:54də, 14:27-də, 14:29-da Şahid3 istifadəsində olan (055) ***-**-** nömrəli telefonlar arasında danışıqlar qeydə alındığı, həmçinin (077) ***-**-** nömrəli telefon xx xxxx 2017-ci il saat 17:00-da Nizami rayonu, Naxçıvanski küçəsi, 55 və 61 saylı binanın arasında yerləşən marketin yaxınlığı, saat 17:05-dən saat 18:39-dək Bakı şəhəri, Nizami r-nu, Q.Qarayev prosp. 81V, saat 19:39-dan saat 20:07-dək Nizami rayonu, Naxçıvanski küçəsi, 55 və 61 saylı binanın arasında yerləşən marketin yaxınlığı anten dairəsi əhatəsində qeydə alındığı müəyyən edilmişdir (3-cü cild iş vərəqi 54-55). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx xxxx 2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İşdə olan Nizami Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və qərarda həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən hesablanması göstərilmişdir (3-cü cild iş vərəqi 45-46). İşdə olan Nizami rayon prokurorluğunun xx xxxx 2017-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (3-cü cild iş vərəqi 47-50). İşdə olan Nizami rayon Polis İdarəsinin xx xxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs x xxxxxxx 2018-ci il tarixdə Rusiya Feferasiyasının səlahiyyətli orqanları tətəfindən tutulmuşdur (4-cü cild iş vərəqi 114). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Qədimov Şöhrət Zülfani oğlu Azərbaycan respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (5-ci cild iş vərəqi 3-10). İşdə olan Bakı Apellyasiya Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır (5-ci cild iş vərəqi 11-12). Bakı Apellyasiya Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli qərarı ilə qüvvəyə minmiş Qədimov Şöhrət Zülfani oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3 və 221.3cü maddələri ilə (sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilmə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunduqda) məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65 maddəsinə əsasən preyudisial əhəmiyyətə malikdir. İşdə olan Zərərçəkmiş şəxs2 xx xxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı şikayəti və tələbi yoxdur, sonuncuya yüngül cəza təyin edilməsini xahiş edir. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi x3 xx xxxxxx 2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 №-li qərarının 11-ci maddəsinə əsasən xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3cü maddəsi ilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.3, 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinin sanksiyasında doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin məcəllənin 127.2.2 və 127.2.3-cü maddələrinin sanksiyalarında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, həmin məcəllənin 221.3-cü maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, həmin məcəllənin 127.2.2 və 127.2.3-cü və 221.3-cü maddələri isə az ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər, həmin Məcəllənin 15.3cü maddəsinə əsasən həmin Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş yüngülləşdirən halların olması, cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini təsbit edən Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı x xxxxxxx 2018-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.3, 127.2.2, 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının (Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla) təyin edilməsini, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının x xxxxxxx 2018-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut zərərçəkmiş şəxs Şeyda Məmmədova məxsus 1 ədəd köynəyin Bakı Ağır cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalıdır. İşdə üzrə maddi sübut, ekspertza xərcləri və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx xxxx 2006-cı il tarixliqərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza 9 (doqquz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı x xxxxxxx 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut zərərçəkmiş şəxs Şeyda Məmmədova məxsus 1 ədəd köynəyin Bakı Ağır cinayətlər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın. İş üzrə maddi sübut, ekspertza xərcləri və mülki iddia yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar