Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-181/2021 30.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X9 Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, X4, İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşamış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 19 iyun 2020-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ilə əvəz olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 cəza çəkmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.2.2, 178.3.2, 310, 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, eləcə də Şahid1, Şahid2, Şahid12 və Şahid18 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar müvafiq hərəkətlərin edilməsi müqabilində vəzifəli şəxslərə təkrar rüşvət verməyə təhrik etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 xeyli miqdarda əmlakını, Zərərçəkmiş şəxs əmlakını, Şahid2 külli miqdarda əmlakını, Şahid12 xeyli miqdarda əmlakını və Şahid18 əmlakını ələ keçirərək onlara maddi ziyan vurmaqla təkrar dələduzluq törətmiş, o cümlədən etibardan sui-istifadə etmə yolu Şahid18 təkrarən vahid niyyətlə əmlakını ələ keçirməyə cəhd etmiş, lakin bilavasitə dələduzluq cinayətini törətməyə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 30 noyabr - 10 dekabr 2018-ci il tarixlərində Şahid1 ilə mobil telefon əlaqəsi saxlayıb işləmədiyi halda özbaşına özünü Azərbaycan Respublikası Ali Məhkəməsinin Dəftərxanasının şöbə müdiri “Ramin Xəlilov” ad və soyadlı vəzifəli şəxs kimi təqdim edərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən övladı X6 cəzasının guya 1 il 7 ay 16 gün azaldılmasına görə 317 manat 80 qəpik dövlət rüsumunun, eləcə də xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar gələcəkdə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin təmin olunması müqabilində məhkəmə və prokurorluq orqanlarının səlahiyyətli vəzifəli şəxslərinə 3800 manat və əlavə 700 manat pul vəsaitinin, həmçinin barəsində müsbət xasiyyətnamə sənədinin təqdim olunması qarşılığında cəza cəzaçəkmə müəssisəsinin rəisinə 350 manat məbləğində pul vəsaitinin rüşvət olaraq verilməsi üçün Ali Məhkəmənin mühasibi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs adına poçt vasitəsi ilə göndərilməsinin zəruriliyinə inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, Şahid1 Abşeron rayonu, AZ 60155 indeksli poçt şöbəsindən onun adına göndərdiyi ödənilmiş poçt rüsumu ilə birlikdə 30 noyabr 2018-ci il tarixdə 326 manat, 05 dekabr 2018-ci il tarixdə 3825 manat 20 qəpik, 08 dekabr 2018-ci il tarixdə 358 manat və 10 dekabr 2018-ci il tarixdə 710 manat 60 qəpik olmaqla ümumilikdə 5219 (beş min iki yüz on doqquz) manat 80 (səksən) qəpik məbləğində pul vəsaitini vahid qəsdlə həmin tarixlərdə Bakı şəhəri, Səbail rayonu AZ 61000 indeksli poçt şöbəsindən şəxsən nağdlaşdırıb adlatma yolu ilə ələ keçirərək Şahid1 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi ilə əlaqədar sonuncunun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu il mart ayında Zərərçəkmiş şəxs ilə mobil telefon əlaqəsi saxlayıb işləmədiyi halda özbaşına özünü Azərbaycan Respublikası Ali Məhkəməsinin Dəftərxanasının əməkdaşı “Fuad” adlı vəzifəli şəxs kimi təqdim edərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən övladı X7 guya amnistiya aktına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad ediləcəyinə görə 317 manat 80 qəpik dövlət rüsumunun, eləcə də azadlığa çıxdıqdan sonra məhkum edilmiş şəxs kimi cəzasının çəkilməmiş hissəsi ərzində üzərində davranışına nəzarəti həyata keçirmək üçün tətbiq ediləcək elektron qolbağın verilməsi ilə əlaqədar 350 manat pul vəsaitinin Ali Məhkəmənin mühasibi kimi təqdim etdiyi Təqsirləndirilən şəxs adına poçt vasitəsi ilə göndərilməsinin zəruriliyinə inandırıb yalan vəd verərək, Zərərçəkmiş şəxs Masallı rayonu, AZ 4400 indeksli poçt şöbəsindən onun adına göndərdiyi ödənilmiş poçt rüsumu ilə birlikdə 12 mart 2019-cu il tarixdə 325 manat 80 qəpik və 15 mart 2019-cu il tarixdə 358 manat olmaqla ümumilikdə 683 (altı yüz səksən üç) manat 80 (səksən) qəpik məbləğində pul vəsaitini vahid qəsdlə həmin tarixlərdə Bakı şəhəri, Səbail rayonu AZ 61000 indeksli poçt şöbəsindən şəxsən nağdlaşdırıb adlatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi ilə əlaqədar sonuncunun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Daha sonra Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin aprel ayında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Şahid2 və onun qohumu Şahid3 ilə görüşüb işləmədiyi halda özbaşına özünü guya Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin köməkçisi “Fuad Səmədzadə” ad və soyadlı vəzifəli şəxs kimi təqdim edərək Şahid2 Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən qardaşı Şahid7 cəzasının imzalanacaq əfv fərmanına əsasən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar məhkəmə və prokurorluq orqanlarının səlahiyyətli vəzifəli şəxslərinə külli miqdarda rüşvət veriləcəyi müqabilində 28 may 2019-cu il tarixədək guya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasının təmin olunacağına inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, bu məqsədlə 317 manat 80 qəpik dövlət rüsumunun guya Ali Məhkəmənin mühasib kimi təqdim etdiyi tanışı Şahid11 adına poçt vasitəsi ilə göndərməsinin zəruri olduğunu tapşırıb 01 aprel 2019-cu il tarixdə Şahid3 Şahid11 adına ödədiyi 318 manat pul vəsaitini həmin gün Bakı şəhəri, Xətai rayon poçt şöbəsindən sonuncunun iştirakı ilə nağdlaşdırmaqla, eləcə də Şahid2 Şahid3 vasitəsi ilə verdiyi 1500 manat pul vəsaitini 01 aprel 2019-cu il tarixdə Xəzər rayonunun Türkan kəndi ərazisində, 15000 manat pul vəsaitini 2019-cu ilin aprel ayının əvvəllərində Bakı şəhərinin Nəsimi rayonu ərazisində, 16000 manat pul vəsaitini 2019-cu ilin aprel ayının ortalarında Xəzər rayonunun Türkan kəndi ərazisində, 30000 manat pul vəsaitini 2019-cu ilin may ayında Xəzər rayonunun Türkan kəndi ərazisində, həmçinin “Azsamand” markalı Az**-RU-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü Şahid6 ilə hissə-hissə göndərdiyi cəmi 50000 manat pul vəsaitini 2019-cu ilin aprel-may aylarında ayrı-ayrı vaxtlarda ünvan 3 ünvanının qarşısında alıb ümumilikdə 112818 (yüz on iki min səkkiz yüz on səkkiz) manat məbləğində pul vəsaitini vahid qəsdlə aldatma yolu ilə ələ keçirərək Şahid2 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi ilə əlaqədar sonuncunun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 23 sentyabr - 01 oktyabr 2019-cu il tarixlərində Şahid12 ilə mobil telefon əlaqəsi saxlayıb işləmədiyi halda özbaşına özünü guya Azərbaycan Respublikası Ali Məhkəmənin Dəftərxanasının müdiri “İlqar” adlı vəzifəli şəxs kimi təqdim edərək sonuncunun Ədliyyə Nazirliyini Penitensiar Xidmətin cəzaçəkmə müəssisəsində ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən əri X8 cəza növünün guya Dövlət Təhlükəsizliyi Xidmətində xidmət edən tanışlarının müraciəti əsasında Ali Məhkəmə tərəfindən 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz ediləcəyi ilə bağlı 617 manat 80 qəpik dövlət rüsumunun, eləcə də xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar prokurorluq orqanlarının buna maneə yaratmamağı müqabilində həmin orqanın səlahiyyətli vəzifəli şəxsinə 500 manat pul vəsaitinin, Ali Məhkəmənin rəhbər vəzifəli şəxslərinə isə 23000 manat məbləğində pul vəsaitinin rüşvət olaraq verilməsi üçün həmin məhkəmənin mühasibi kimi təqdim etdiyi tanışı Şahid17 adına poçt və bank vasitəsi ilə göndərilməsinin zəruriliyinə inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, Şahid12 Bakı şəhəri, Binəqədi rayonu AZ 61114 indeksli poçt şöbəsindən 23 sentyabr 2019-cu il tarixdə qeyd olunan şəxsin adına göndərdiyi ödənilmiş poçt rüsumu ilə birlikdə 628 manat 20 qəpik, 26 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu AZ 61029 indeksli poçt şöbəsindən X5 adından göndərdiyi 509 manat 60 qəpik və 01 oktyabr 2019-cu il tarixdə “xxxx” ASC-nin “Gəncə” filialından ödənilmiş bank rüsumu ilə birlikdə köçürdüyü 23030 manat olmaqla ümumilikdə 24167 (iyirmi dörd min yüz altmış yeddi) manat 80 (səksən) qəpik məbləğində pul vəsaitini vahid qəsdlə müvafiq olaraq həmin tarixlərdə Bakı şəhəri, Nəsimi rayonu Az 61010 və Bakı şəhəri, Xətai rayonu Az 61027 indeksli poçt şöbələrindən, eləcə də Bakı şəhəri, Nizami rayonu, 8-ci km, Qara Qarayev prospektində yerləşən “xxxx” ASC-nin “Qara Qarayev” filialından Şahid17 vasitəsi ilə nağdlaşdırıb aldatma yolu ilə ələ keçirərək Şahid12 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi ilə əlaqədar sonuncunun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 15-16 yanvar 2020-ci il tarixlərində Şahid18 ilə mobil telefon əlaqəsi saxlayıb işləmədiyi halda özbaşına özünü guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Evlər İdarəsinin “Zeynal” adlı vəzifəli şəxs kimi təqdim edərək şirkətin tabeliyindəki X15 təqaüddə olan əməkdaşlarına sosial evlər layihəsi ilə əlaqədar 20 yanvar 2020-ci il tarixədək dövlət tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi yaxınlığında inşa edilmiş çoxmərtəbəli yaşayış binasından mənzillərin veriləcəyinə, bu məqsədlə 1 otaqlı mənzilin adına rəsmiləşdirilməsinə görə 317 manat 80 qəpik dövlət rüsumunu, eləcə də xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əlavə iki 1 otaqlı mənzillərin də özünün və qızının adına qeydiyyata alınıb rəsmiləşdirilməsi müqabilində guya işlədiyi idarənin səlahiyyətli vəzifəli şəxsinə 2100 manat məbləğində pul vəsaitinin rüşvət olaraq verilməsi üçün idarənin mühasibi kimi təqdim etdiyi tanışı Şahid20 adına poçt vasitəsi ilə göndərməsinin zəruriliyinə inandırıb rüşvət vermədə vasitəçilik edəcəyinə dair yalan vəd verərək, 16 yanvar 2020-ci il tarixdə Şahid18 Bakı şəhəri, Xətai rayonu Az 61030 indeksli poçt şöbəsindən Şahid20 adına ödənilmiş poçt rüsumu ilə birlikdə göndərdiyi 324 manat 80 qəpik və 2120 manat 70 qəpik olmaqla ümumilikdə 2445 (iki min dörd yüz qırx beş) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitini vahid qəsdlə həmin gün ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Xətai rayonu Az 61123 indeksli və digər poçt şöbəsindən Şahid20 vasitəsilə nağdlaşdırıb aldatma yolu ilə ələ keçirərək Şahid18 vəzifəli şəxsə təkrar rüşvət verməyə təhrik edib ona maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, təkrarən özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi ilə əlaqədar sonuncunun hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, daha sonra vahid niyyətə yönələn əməlini davam etdirib Şahid18 sonuncuya veriləcək 1 otaqlı mənzillərdən digərinin iki otaqlı olacağı ilə əlaqədar, əlavə əmanət (depozit) olaraq 1750 manat pul vəsaitinin də mühasib kimi təqdim etdiyi Şahid20 adına 17 yanvar 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərməsinə inandırıb onun inam və etibarından sui-istifadə edərək, Şahid18 məxsus həmin pul vəsaitini təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, lakin cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzrlü səbəb olmadan gəlmədiyi üçün 17 yanvar 2020-ci il tarixdə istintaq orqanına məcburi gətirildiyindən bilavasitə cinayət törətməyə yönəlmiş əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkərkən xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətin X2 köçürülmüşdür. Həmçinin məhkəmə hazırlıq iclasında müəyyən olundu ki, baxılan iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində 26 noyabr 2019-cu il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Məhkəmənin 19 iyun 2020-ci il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.2.2, 178.3.2, 310, 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə məhkəməyə verilmiş, iş üzrə məhkəmə baxışı 25 iyun 2020-ci il tarixə təyin edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş, həbsetmənin əvvəli 19 iyun 2020ci il tarixdən hesablanmışdır. “Hər iki ağciyərlərin ocaqlı vərəmi, infiltrasiya mərhələsində, VM (+) pozitiv. fəsadlaşma. İİV infeksiyası, İV klinik mərhələ. «C» viruslu hepatit, subklinik forma” diaqnozu ilə xəstə olan və Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətin X1 müalicə alan təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışında iştirakı, demək olar ki, mümkün olmamış, iş üzrə məhkəmə istintaqı baş tutmamışdır. Təqsirləndirilən şəxs 06 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətin X1 ölmüşdür. Məhkəməyə təqdim olunan tibbi sənədlərdən, o cümlədən Təqsirləndirilən şəxs ölümü ilə əlaqədar keçirilən 06 fevral 2021-ci il, 15 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ölümünə səbəb “kardioskleroz, sağ tərəfli eskudativ plevrit, qara ciyərin piy distrofiyası, xroniki qeyri-aktiv hepatiti, hepatit «C» virusu, İİV infeksiyası, kaxeksiya fonunda hər iki ağciyərlərin infiltrativ vərəmi nəticəsində baş vermiş vərəm intoksikasiyası olmuşdur. Ölüm Ədliyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində 06 fevral 2021-ci il tarixdə, saat 07:10-da baş vermişdir. Tədqiq olunan həmin rəydən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs meyitində hər hansı bir xəsarət aşkar edilməmişdir. Ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi müəyyən edilmədiyindən onun müdafiəçisi - Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi elə məhkəmənin 30 aprel 2020-ci il tarixli iclasında ərizə ilə məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi mərhum Təqsirləndirilən şəxs haqqında məhkəmə istintaqı aparılmasına ehtiyac duymadığını bildirmiş və ölməsi ilə əlaqədar onun barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1 və 39.1.5-ci maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinin tələblərinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ölmüş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.3.2, 310, 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddələrinə əsasən ölmüş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilərkən onun barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmə hazırlıq iclasının qərarına əsasən qüvvədə saxlanılmış qətimkan tədbirinə münasibət bildirilməli, maddi sübutların taleyi həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsinin tələblərinə görə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Şahid1 məxsus 01 ədəd “Samsung Galaxy” markalı mobil telefonun “Call Rec” (zəng səs yazma) proqram təminatının yaddaşından müəyyən edilmiş 30 ədəd audio fayldan ibarət telefon danışıqlarının səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk, “xxxx” ASC-nin “Qara Qarayev” filialının inzibati binasına quraşdırılmış Şahid12 tərəfindən Şahid17 adına köçürülən pul vəsaitinin məxarici ilə bağlı kamera görüntülərini özündə əks etdirən 1 ədəd 8786 nömrəli DVD disk, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J2 Prime” markalı mobil telefon, eləcə də həmin mobil telefonun “Call Recordings” (zəng səs yazma) proqram təminatının yaddaşından müəyyən edilmiş cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik telefon danışıq səslərini özündə əks etdirən 01 ədəd CD disk, həmçinin Təqsirləndirilən şəxs 17 yanvar 2020-ci il tarixdə istintaq orqanına təqdim etdiyi Şahid18 məxsus pul vəsaitinin bir hissəsi olan, milli valyuta ilə 2070 (iki min yetmiş) manat məbləğində nağd pul vəsaiti iş üzrə maddi sübut kimi tanınmışdır. İş üzrə məhkəmə kompüter-texniki ekspertizasının 24 fevral 2020-ci il tarixli 1811 nömrəli rəyi üzrə ekspertiza tədqiqatının dəyərinin 61.17 (altmış bir manat on yeddi qəpik) manat, məhkəmə-fonoskopik ekspertizasının 19 mart 2020-ci il tarixli 3270 nömrəli rəyi üzrə ekspertiza tədqiqatının dəyərinin 350 (üç yüz əlli) manat – cəmi 411,17 (dörd yüz on bir manat 17 qəpik) manat təşkil etməsi və Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi nəzərə alınmalıdır. Ən nəhayət, məhkəmə təqsirləndirilən şəxsin barəsində olan qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 19 iyun 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 321.1-ci maddəsinin tələbərinə görə məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. Həmin Məcəllənin 321.2 və 321.2.1-ci maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi müşavirə otağında ayrıca sənədlər şəklinda tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci, 43.3-cü, 305.2-ci və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmuş və Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində fərdi yaşayış evində kirayədə yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan, baxılan iş üzrə ibtidai istintaq orqanı tərəfindən barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 19 iyun 2020-ci il tarixli qərarına əsasən həbs qətimkan tədbiri ilə əvəz olunmuş Təqsirləndirilən şəxs öldüyündən ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 178.3.2, 310, 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə cinayət təqibinə xitam verilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının 19 iyun 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlarlara dair məsələ aşağıdakı qaydada həll edilsin: - Şahid1 məxsus 01 ədəd “Samsung Galaxy” markalı mobil telefonun “Call Rec” (zəng səs yazma) proqram təminatının yaddaşından müəyyən edilmiş 30 ədəd audio fayldan ibarət telefon danışıqlarının səs yazılarını özündə əks etdirən 01 ədəd CD disk, “xxxx” ASC-nin “Qara Qarayev” filialının inzibati binasına quraşdırılmış Şahid12 tərəfindən Şahid17 adına köçürülən pul vəsaitinin məxarici ilə bağlı kamera görüntülərini özündə əks etdirən 1 ədəd 8786 nömrəli DVD disk, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J2 Prime” markalı mobil telefon, eləcə də həmin mobil telefonun “Call Recordings” (zəng səs yazma) proqram təminatının yaddaşından müəyyən edilmiş cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik telefon danışıq səslərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsində saxlanılan Təqsirləndirilən şəxs 17 yanvar 2020-ci il tarixdə istintaq orqanına təqdim etdiyi Şahid18 məxsus pul vəsaitinin bir hissəsi olan, milli valyuta ilə 2070 (iki min yetmiş) manat məbləğində nağd pul vəsaiti qərar qüvvəyə mindikdən sonra Şahid18 ödənilsin. İş üzrə məhkəmə kompüter-texniki ekspertizasının 24 fevral 2020-ci il tarixli 1811 nömrəli rəyi üzrə ekspertiza tədqiqatının dəyərinin 61.17 (altmış bir manat on yeddi qəpik) manat, məhkəmə-fonoskopik ekspertizasının 19 mart 2020-ci il tarixli 3270 nömrəli rəyi üzrə ekspertiza tədqiqatının dəyərinin 350 (üç yüz əlli) manat – cəmi 411,17 (dörd yüz on bir manat 17 qəpik) manat təşkil etməsi və Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi nəzərə alınsın. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəmsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-181/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-181/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver