Məhkəmə qərarları › İş №1(101)-181/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-181/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-181/2025 10.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlu (sədrlik edən), Kərimova Mahirə Nəzər qızı və Əsgərova-X2 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi - Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, ali təhsilli, işləməyən, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən narkotik vasitə olan qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi avtomobildə saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 23,725 qram olan narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 58,354 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, idarə etmiş olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, qanunsuz olaraq əldə etmiş olduğu narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd bükümdə olmaqla 0,564 qram hissəsini xx.xx.2023-cü il tarixdə, saat 21:45-də ünvan 3 ünvanın qarşısında tanışı Şahid3 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhləli bilinərək xx.xx.2023-cü il tarixdə, saat 21:45-də ünvan 3 ünvanın qarşısında Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Şahid3 ilə birlikdə özünün idarə etmiş olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-ə gətirilərək orada Şahid3 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,564 qram çəkidə bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, özünün razılığı və iştirakı ilə ünvan 3 ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 19 sentyabr 2023-cü il tarixdə, saat 00:25dən etibarən baxış keçirilən zaman həmin avtomobilin oturacaqları arasındakı saxlanc yerindən 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,354 qram olan ağ rəngli kristalşəkilli maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 1,234 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin avtomobilin qabaq sağ oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayının 18-də o taksi fəaliyyəti ilə məşğul olurmuş. Axşam saat 18:00 radələrində evdən çıxıb fəaliyyətə başlamışdır. Xırdalan tərəfə bir müştəri aparmışdır. Həmin gün yanında Şahid3 olmuşdur. Şahid3 qardaşını cəzaçəkmə müəssisəsindən tanıyır. Heydərlə münasibətləri də bunun nəticəsində yaranmışdır. O, Heydərə qardaşı üçün sovqat göndərən vaxt ona xəbər eləməsini demişdir. Heydər də həmin gün ona zəng vurub sabah qardaşına sovqat göndərəcəyini bildirmişdir. O, Heydərə “Çermet” körpüsünü düşən kimi sağda onu gözləməsini və gəlib götürəcəyini bildirmişdir. Daha sonra Heydərin yanına çatmışdır. O, avtomobilini saxlamış və Heydər avtomobilə əyləşmişdir. Təxminən 4- 5 dəqiqə sonra PPX avtomobili gəlib qarşı tərəfdə saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşmış və özünü təqdim etməyini bildirmişdir. O bunun səbəbini soruşduqda, polis əməkdaşı ərazidə oğurluq hadisəsi olduğunu və bunu araşdırdıqlarını demişdir. O şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı şəxsiyyət vəsiqəsinə baxmış, daha sonra isə özünə qaytarmışdır. Polis əməkdaşı avtomobilin içinə tərəf əyilib Heydərə avtomobildən düşməsini demişdir. Heydər avtomobildən düşdükdən bir müddət sonra səs-küy gəldiyini eşitmişdir. Çölə baxan zaman Heydərlə polis əməkdaşının əlbəyaxa olduğunu görmüşdür. Polis əməkdaşı Heydərdən yerə nə atdığını soruşurmuş. O avtomobildən düşmüş, onların yanına yaxınlaşıb nə olduğunu soruşmuşdur. Bu vaxt polis əməkdaşı Heydəri buraxıb onu tutmuş və digər əməkdaşı da çağırmışdır. Daha sonra Heydərlə birlikdə onun da əl-qolunu qandallayıb zorla xidməti avtomobilə əyləşdirmişlər. Bundan sonra polis əməkdaşı ondan avtomobilinə baxış keçirmək üçün açarı istəmişdir. O küçənin ortasında avtomobilə axtarış keçirməyə ixtiyarının olmadığını bildirmişdir. Həmin yerdə polislər ona qarşı zor tətbiq etmişlər. Polis əmkdaşları yumruqla onu vurmuşlar, bununla bağlı ekspertiza rəyi də var. Daha sonra avtomobilin açarını cibindən götürmüşlər. Heydərlə onu xidməti avtomobilin arxa hissəsinə salaraq qandallamışlar. Onu qandalladıqları üçün arxaya dönüb nə baş verdiyini görə bilməmişdir. Daha sonra polis əməkdaşlarından biri gəlib sürücü tərəfdən nəsə götürüb getmişdir. 4-5 dəqiqə sonra kiçik sellofan torbanın dibində ota oxşar bir maddəni ona göstərib avtomobilindən çıxdığını bildirmişdir. O təhqiramiz ifadələrlə bu maddənin ona aid olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşlarından biri telefonla danışmışdır. Həmin əməkdaş öz avtomobillərinin qabaq hissəsindən yenə nə isə götürüb getmişdir. 6-7 dəqiqə sonra yanına gəlib bir qara sellofan və üstündə bir tərəzini ona göstərib “birinə razı olmadın, bunu çıxartdıq, bunlar da sənindir”- demişlər. Onun avtomobili orada qalmış, onlar isə xidməti avtomobildə yola çıxmışlar. Yolda olan zaman kiminləsə telefonda danışıb onları idarəyə yoxsa 17-ci PB-yə aparacaqlarını məsləhətləşmişlər. Telefondakı şəxs bundan əvvəl başqa bir şəxsin 17-ci PB-yə aparıldığını, orada işini həll edib azadlığa çıxdığını, bu səbəbdən onları İdarəyə aparmalarını demişdir. Sonra onları Nərimanov RPİnin binasının arxa tərəfindən binaya salmışlar. Həmin vaxt onun avtomobili orada olmamışdır. Daha sonra onları İdarənin 2-ci mərtəbəsinə, sol tərəfdən koridorla axırdan birinci otağa aparmışlar. Orada avtomobilindən narkotik vasitə çıxdığını bildirmişlər. O narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Otaqda olan əməkdaşlar “biz bunu sənin boynuna qoymağı bilərik” demişlər. Daha sonra onları İdarədə Fariz adlı əməliyyatçının otağına salmışlar. Ona qarşı təzyiqlər olmuş, hətta elektroşok alətindən də istifadə etmişlər. Onun boynuna və qoluna, Heydərin isə ayağına elektroşok vermişlər. Ona narkotiki götürməli olduğunu, onsuzda əvvəl də məhkumluğunun olduğunu demişlər. O yenə polislərlə razılaşmamışdır. Bundan sonra Heydərin narkotik vasitələri götürməli olduğunu demişlər. Heydər orada ağlamışdır. Daha sonra onları evlərindən narkotik çıxaracaqları ilə təhdid etmişlər. O məcbur qalıb razılaşmış və Heydəri buraxmalarını, narkotik vasitələrin onun olduğunu qəbul edəcəyini bildirmişdir. Daha sonra onları 17-ci PB-yə aparan zaman o avtomobilinin MSY-nin həyətində olduğunu görmüşdür. MSY-nin həyəti ilə Nərimanov RPİ-nin həyəti eynidir. Avtomobilinin baqaj hissəsi açıq olmuş, avtomobilinin içini dağıtmışlar. Avtomobilini idarəyə polis əməkdaşları gətirmişdir. Polis əməkdaşları məhkəmə iclasında ifadə verən zaman da avtomobilinin açarının onlarda qaldığını, sonradan idarənin narkotik şöbəsinə təhvil verdiyini demişlər. Polislərə verilmiş suallara cavab olaraq onu oğurluqda şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Daha sonra onu 17-ci PB-yə aparmışlar, avtomobilini də arxadan sürüb gətirmişlər. Daha sonra müdafiəçi çağırılmış, amma müdafiəçiyə yaxınlaşıb söz deməyə icazə verməmişlər. Onun anası və dayısı da bölməyə gəlmişlər. Müdafiəçisi də avtomobilini görmüşdür. Daha sonra şəxsi axtarış videoçəkiliş etməmişdən əvvəl onun cibinə telefon, alışqan və avtomobilin açarını qoymuşlar. O, saat 20 radələrində saxlansa da, cinayət işində 21:45-də saxlandığı qeyd edilmişdir. Avtomobilinə baxışı isə səhərə yaxın keçirmişlər. Lakin cinayət işində gecə 00 radələrində aparıldığı yazılmışdır. Avtomobilinə axtarış videoçəkilişi keçirilməzdən əvvəl narkotik vasitələri avtomobilinə yerləşdirirmişlər. Daha sonra avtomobilinin açarını ona vermişlər və videoçəkilişdə avtomobilini açmağını, qoyduqları yerdən narkotik vasitəni götürməyini, narkotik vasitələrin növünü və şəxsi istifadəsi üçün olduğunu deməsini bildirmişlər. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə xəsarətlərinın olduğunu, buna görə narkotik vasitələrin onun olduğu ilə razılaşdığını demişdir. Saxlanılan vaxt onun üstündə 1 000 manat pul və iki ədəd telefon olmuşdur. Həmin pul və telefonlarından biri, həmçinin sürücülük vəsiqəsi yoxa çıxmışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o əvvəllər narkotik vasitə marixuana istifadə etmişdir. O, 2021-ci ilin noyabr ayında həbsdən çıxmışdır. 2022-ci ilin əvvəllərində taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Həmin vaxta kimi narkotik vasitə marixuana istifadə edirmiş. O, marixuanadan başqa heç bir narkotik vasitə istifadə etməmişdir. O heç vaxt narkotik vasitələrin satışı və ya daşınması ilə məşğul olmamışdır. Heydərin qardaşını o cəzaçəkmə müəssisəsindən tanıyır. Heydər ona zəng vurub qardaşının yanına cəzaçəkmə müəssisəsinə gedəcəyini bildirmiş, o da Heydərlə görüşüb qardaşına çatdırması üçün Heydərə pul vermək istədiyini demişdir. Heydərlə buna görə görüşmüşlər. O avtomobilində Heydərə 30 manat pul vermişdir. Onlar Heydərlə görüşəndə saat 20 radələri olarmış. Onlar Heydərlə görüşdükdən 4-5 dəqiqə sonra polis əməkdaşları onlara yaxınlaşmışdır. O, Heydərin üzərinə baxış keçirilən zaman iştirak etməmişdir. Heydər də onun üzərinə baxış keçirilən zaman iştirak etməmişdir. Onlara idarədə işgəncələr verirmişlər. Bu səbəbdən polislər nə demişlərsə onlar razılaşmalı olmuşdur. Heydər narkotik vasitəni ondan aldığını bildirmişdir. Əvvəlki məhkumluğu quldurluq maddəsi ilə olmuşdur. Bundan başqa AR CM-nin 206-cı maddəsi ilə telefon keçirdiyinə görə də azadlığın məhdudlaşdırılması cəzası olmuşdur. Heydər məhkəmədə ifadə verməyə gələnə qədər təzyiq altında olmuşdur. Heydər polislərin onu təqib etdiyini bildirmişdir. Bu məlumatları o, Heydərin qardaşından öyrənmişdir. O, təhqiqatda verdiyi ifadəni təzyiq altında vermişdir. İstintaq zamanı verdiyi ifadədə isə bəzi hissələr düzgün yazılmamış, qalan hissələri isə təsdiq edir. Saxlanılan vaxt avtomobilində iki ədəd mobil telefon olmuşdur. Onu idarəyə aparan zaman mobil telefonlardan biri üzərində olmuş, digəri isə avtomobildə qalmışdır. Avtomobilə baxış səhərə yaxın vaxtlarda keçirilmişdir. Heydər təqib edildiyi üçün məhkəmədə narkotik vasitəni ondan aldığını demişdir. O, barəsində sanksiya seçilənə qədər təzyiq altında olmuş, bütün ifadələrini təzyiq altında vermişdir. O sanksiya məhkəməsi zamanı özünü qismən təqsirli bildiyini, narkotik vasitəni 700 manata aldığını demişdir. Sonra isə ona qarşı təzyiqlərin olduğunu və döyüldüyünü demişdir. O saxlanılan zaman hava işıqlı olmuş, saat 20:00 olarmış. Onun gözünün altında olan iz döyülməyi nəticəsində əmələ gəlmişdir. Avtomobilə baxış səhərə yaxın keçirilmişdir. Polis əməkdaşları avtomobilinin açarını onun cibindən götürən zaman onu döymüşlər. Avtomobildən onları düşürüb apardıqdan sonra avtomobili polis əməkdaşları bağlamışdır. Açarı sonradan ona vermişlər. Onları aparanda avtomobil yerində qalmışdır. Sonradan onları idarəyə aparmışlar, o avtomobilini idarənin həyətində görmüşdür. Daha sonra avtomobili ilə birlikdə onları 17-ci PB-yə aparmışlar. Sonra isə polis əməkdaşları avtomobili təkrar bölmədən saxlandıqları yerə aparmışlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, əvvəllər quldurluq cinayət əməli törətməkdə təqsirləndirilərək azadlıqdan məhrum edilmiş, cəzasının təxminən 9 il 11 ay hissəsini çəkdikdən sonra 2021-ci ilin noyabr ayında amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Azadlığa çıxdıqdan sonra müxtəlif işlərdə işləməklə fərdi əməklə məşğul olub dolanışığını təmin etmiş, 2023-cü ilin yay aylarından isə “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid3 qardaşı Fariz vasitəsi ilə tanımışdır. Belə ki, Heydərin qardaşı Fariz onunla eyni cəzaçəkmə müəssəsində cəza çəkmiş və Farizlə aralarında səmimi dostluq münasibəti olmuşdur. Heydər isə bir neçə dəfə qardaşına baş çəkmək üçün cəzaçəkmə müəssəsinə gəlmiş və onunla da aralarında dostluq münasibəti yaranmışdır. Azadlığa çıxdıqdan sonra Heydərlə əlaqəsini kəsməmiş və münasibətləri davam etmişdir. Belə ki, mütəmadi olmasa da hərdən Heydərlə əlaqə saxlayıb görüşüb söhbətləşmişlər. xx.xx.2023-cü il tarixdə Heydərlə əlaqə saxlayan zaman görüşməyi qərarlaşdırmışlar. Heydər “çerment körpüsü” deyilən yerdəki yanacaqdoldurma məntəqəsində işlədiyindən razılaşmalarına əsasən Heydəri götürmək üçün həmin gün saat 20:00 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektindəki “çerment körpüsü” deyilən körpünün yanına gəlib avtomobili yolun kənarında saxlayaraq Heydəri gözləmişdir. Bir neçə dəqiqə sonra Heydər də gəlib onun avtomobilində qabaq sağ oturacaqda əyləşmişdir. Heydərlə görüşüb bir neçə dəqiqə söhbət etdikdən sonra avtomobilinin arxasında polis maşını dayanmışdır. Polis maşınından iki nəfər polis geyim formasında olan əməkdaş düşüb onun idarə etdiyi avtomobilə tərəf gəlib ondan avtomobili tərk etmələrini tələb etmişlər. Bunun səbəbini soruşub, heç bir qayda pozuntusu etmədiyini, buna görə də avtomobili tərk etmək məcburiyyətində olmadığını bildirmişdir. Həmin polis əməkdaşlarından biri onun tərəfdən, digəri isə Heydər tərəfdən avtomobilin qapılarını açıb onları məcbur avtomobildən düşürmüşlər. Buna etirazını bildirsə də həmin polis əməkdaşları yaxınlıqda oğurluq cinayəti olmasını bildirmiş, daha sonra avtomobildən düşürərək bədəninin müxtəlif hissələrinə vurmağa başlamış və zor tətbiq edərək Heydərlə onu özlərinin xidməti avtomobillərinin arxa hissəsinə əyləşdirməyə çalışan zaman həmin polis əməkdaşlarından biri onun sifətinin sol tərəfindən bir neçə dəfə yumruqla vuraraq sifətinin sol göz altı nahiyəsinə xəsarət yetirib məcburi qaydada xidməti avtomobillərinin arxa hissəsinə mindirib qapını bağlamışlar. Həmin polis əməkdaşlarından biri cibindən avtomobilinin açarını götürüb onun avtomobilini işə salmış, digəri isə xidməti avtomobili sürərək onları Nərimanov Rayon Polis İdarəsinə gətirmişlər. Onları saxlayan polis əməkdaşlarından biri isə onun “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib Nərimanov Rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsinə gəldikdən sonra Heydərlə onu ayrı-ayrı otaqlara salmışlar və Heydəri görə bilməmişdir. Həmin idaradə adlarını bilmədiyi bir neçə polis əməkdaşı onu narkotik vasitə satmaqda ittiham edərək bədəninin müxtəlif hissələrinə yumruq və təpiklə vurub ondan narkotik vasitə satıcısı olmağını etiraf etməyini tələb etmişlər. Əvvəllər bir neçə dəfə “nəşə” kimi tanınan narkotik vasitədən istifadə etdiyini, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ümumiyyətlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə heç bir əlaqəsi olmadığını bildirmişdir. Bir neçə saat ərzində onu Nərimanov Rayon Polis İdarəsində döydükdən sonra xidməti avtomobilin arxa hissəsinə əyləşdirib onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Nərimanov RPİ-nin 17-ci PŞ-də ondan tələb etmişlər ki, onların dediklərini videoçəkiliş aparılan zaman desin, əks halda onu yenidən döyəcəklər, həmçinin də Heydəri döyüb onunda üzərinə narkotik vasitə qoyaraq əleyhinə ifadə verməyə məcbur edəcəklərini bildirmişlər. Buna görə də üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilən zaman yenidən işgəncəyə məruz qalacağından qorxaraq onların dediklərini etmişdir. Nərimanov RPİ-nin 17-ci PŞ-də avtomobilin açarını ona qaytarıb videoçəkiliş zamanı təqdim etməyini istədiklərindən yenidən işgəncəyə məruz qalacağından qorxaraq onların dediklərini etmişdir. Videoçəkiliş qurtardıqdan sonra isə avtomobilin açarlarını yenidən ondan almışlar. Daha sonra isə onun saxlanıldığı yerə getmişlər, həmin yerə çatdıqda “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yolun kənarında olduğunu görmüşdür. Yenidən avtomobilin açarını ona qaytarıb guya avtomobilin açarlarının əvvəlcədən onda olduğu kimi davranmağını tələb etmişlər, yenidən işgəncəyə verəcəklərindən qorxub onların dediklərini etmişdir. Həmin yerdə avtomobilə baxış keçirib avtomobildən narkotik vasitə, psixotrop maddə, elektron tərəzi və kağız borucuq aşkar etmişlər. Halbuki, həmin narkotik vasitə, psixotrop maddə, elektron tərəzi və kağız borucuq ona məxsus olmamış, polis əməkdaşları tərəfindən onun avtomobilinə qoyulmuşdur. Yenidən işgəncəyə verəcəklərindən qorxduğundan məcbur olub polis əməkdaşlarının tələb etdikləri kimi davranmış və guya aşkar edilənlərin ona məxsus olduğunu bildirmişdir. Həqiqətdə isə idarə etdiyi “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil onlar saxlanılaraq Polis İdarəsinə gətirilən zaman polis əməkdaşı tərəfindən idarə olunaraq Nərimanov Rayon Polis İdarəsinə, oradan isə Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmiş, daha sonra isə baxış keçirilmək üçün həmin yerə gətirilmişdir. Konkret olaraq bildirmişdir ki, üzərində və idarə etdiyi avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmamışdır, Heydərə narkotik vasitə verməmiş, aşkar edilmiş narkotik vasitə, psixotrop maddə, elektron tərəzi və kağız borucuq polis əməkdaşları tərəfindən onun avtomobilinə qoyulmuşdur. Nərimanov Rayon Polis İdarəsində və Nərimanov RPİ-nin 17-ci PŞ-də işgəncə və təzyiqlərə məruz qaldığından qorxaraq aşkar edilmiş həmin predmetlərin ona məxsus olduğunu bildirmişdir. (cild, iş vərəqi 342-344) Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadələrində göstərmişdir ki, əvvəllər quldurluq cinayət əməli törətdiyinə görə 10 il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının təxminən 9 il 11 ay hissəsini çəkdikdən sonra 2021-ci ilin noyabr ayında amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Azadlığa çıxdıqdan sonra müxtəlif işlərdə işəməklə fərdi əməklə məşğul olub dolanışığını təmin etmişdir. “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərindən istifadə edir və istifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən alır. Hər dəfə fərqli adamlardan narkotik vasitə aldığından tutulma ehtimalının yüksək olduğunu fikirləşib pulunu toplayaraq bir dəfəyə daha çox çəkidə narkotik vasitə və psixotrop maddə almağı qərarlaşdırmışdır. Beləliklə də, işləyib 700 manat pul yığmış və həmin pulla özünə narkotik vasitə və psixotrop maddə almaq istəmişdir. Buna görə də sosial şəbəkələrdə bir qədər axtarış etdikdən sonra xx.xx.2023-cü il tarixdə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən və narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirən bir nəfər şəxslə tanış olmuşdur. Həmin şəxslə danışaraq özü istifadə etmək üçün ümumilikdə 700 manat dəyərində “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana və “patı” kimi tanınan psixotrop maddə metamfetamin almaq istədiyini bildirmişdir. Bir qədər danışdıqdan sonra həmin şəxs ümumilikdə 60 qram çəkidə “patı” kimi tanınan psixotrop maddə metamfetamin və 23 qram çəkidə “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuananı ona 700 manata sata biləcəyini bildirmişdir. Bundan sonra razılaşmalarına uyğun olaraq həmin şəxs istifadəsində olan ***-***-**-** saylı nömrənin “Whatsapp”ına xarici ölkənin mobil operatoruna məxsus nömrədən ismarıc yazmış və ona bank hesabı göndərərək pulu həmin hesaba köçürməyini istəmişdir. Razılaşdıqlarından həmin şəxsin dediyi bank hesabına 700 manat pulu ödəmə terminalı vasitəsi ilə köçürmüşdür. Daha sonra həmin şəxs ona narkotik vasitə və psixotrop maddənin Xırdalan şəhəri ərazisində gizlədildiyini bildirib, gizlədildiyi yerin şəklini və konumunu ona gönərmişdir. O da idarə etdiyi “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Xırdalan şəhərinə gedib narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb avtomobilə gətirmişdir. Avtomobilə gəldikdən sonra “patı” kimi tanınan psixotrop maddə metamfetaminin qara rəngli sellofan torbanın içərisindəki sellofan torbada, “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuananın isə ayrıca sellofan torbada olduğunu görmüşdür. Götürdüyü metamfetamini avtomobilində qabaq oturacaqların arasındakı saxlanc yerində, marixuananı isə qabaq oturacağın qarşısındakı saxlanc yerində saxlamışdır. Marixuanın olduğu sellofan torbanın içərisinə narkotik istifadə etmək üçün istifadə etdiyi kağız borucuğu da qoymuşdur. Həmin narkotik vasitə və psixotrop maddəni götürdükdən sonra Bakı şəhərinə qayıdan zaman tanışı olan Heydər ona zəng edərək harada olduğunu və görüşmək istədiyini bildirmişdir. Heydərin qardaşı Farizlə birlikdə cəzaçəkmə müəssəsində cəza çəkmiş və tanışlıqları da cəzaçəkmə müəssəsindən olmuşdur. Azadlığa çıxdıqdan sonra Heydərlə əlaqəni kəsməmiş və münasibətləri davam etmişdir. Heydərin narkotik vasitə istifadəçisi olduğundan məlumatı olmuş və ara bir “nəşə” kimi tanınan qurudulmuş marixuanadan istifadə etdiyini bilmişdir. Heydər ona zəng edib görüşmək istədikdə fikirləşmişdir ki, aldığı narkotik vasitədən ayırıb ona da istifadə etməsi üçün pay vermişdir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Z.Bünyadov prospektində Heydərlə görüşmüş və bir qədər gəzdikdən sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanın qarşısına gəlmişlər və yolun kənarında avtomobili saxlamışdır. Avtomobildə bir qədər söhbət etdikdən sonra sağollaşan zaman avtomobilin qabaq oturacağının qarşısındakı saxlanc yerində saxladığı narkotik vasitə marixuananı çıxarmış və siqaretin qutusunun içərisindən qızılı kağız çıxararaq həmin sellofan paketdən bir qədər marixuana çıxarmış, həmin qızılı rəngli kağıza qoyaraq kağızı bükmüş və bükümü Heydərə pay vermiş, Heydər də həmin bükümü şalvarının cibinə qoymuşdur. Bu zaman onun idarə etdiyi avtomobilin arxasında polis avtomobili dayanmışdır. Tutulacağından qorxduğundan dərhal avtomobildən düşmüş, Heydər də avtomobildən düşdüyündən avtomobilin qapılarını bağlayıb açarı da özü ilə götürərək Heydərlə birlikdə oradan qaçmaq istədikdə ayağı ilişmiş və sifəti asfalta dəymişdir. Həmin vaxt polis əməkdaşları onları saxlayaraq xidməti avtomobilə əyləşdirmişlər və qaçmaqlarının səbəbini soruşmuşlar. Heydər qorxduğundan səmimi etiraf edib üzərində narkotik vasitə olduğuna görə qorxub qaçdığını və üzərindəki narkotik vasitəni onun Heydərə verdiyini bildirmişdir. Bundan sonra araşdırma aparılması üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra üzərində hər hansı qanunsuz əşya və ya maddə olmadığını bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şalvarının sağ yan cibindən aşkar edilmiş ona məxsus “Samsung” markalı telefon təhqiqatçı tərəfindən götürülmüş, avtomobilinin açarı və sol cibindən aşkar olunmuş alışqan isə ona qaytarılmışdır. Bundan başqa üzərindən başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra ondan idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmadığı soruşulmuş, o da etirazının olmadığını bildirərək bununla bağlı ərizə vermişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilməsi üçün ünvan 3 ünvanın qarşısına gəlinmiş və yolun kənarında saxlamış olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı həmin avtomobilin qabaq oturacaqlarının arasındakı saxlanc yerində psixotrop maddə metamfetamin, 01 ədəd mobil telefon, avtomobilin qabaq sol oturacağında saxladığı elektron tərəzi, narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd kağız borucuq aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bundan başqa avtomobilindən aşkar edilmiş ona məxsus şəxsiyyət vəsiqəsi, 01 ədəd “Azərbaycan Beynəlxalq Ваnkına aid olan “Tam kart” plastik kartı, 03 ədəd “Kapital Bank”a aid plastik kart və 01 ədəd “Leo Bank” kartı ona izah verilməklə götürülmüşdür. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Aşkar olunmuş narkotik vasitələri və psixotrop maddəni özü istifadə etmək üçün sosial şəbəkədən tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən tanımadığı şəxsdən 700 manata almışdır. Belə ki, razılaşdıqlarından həmin şəxsin dediyi bank hesabına 700 manat pulu ödəmə terminalı vasitəsi ilə köçürmüşdür. Daha sonra həmin şəxs ona narkotik vasitə və psixotrop maddənin Xırdalan şəhəri ərazisində gizlədildiyini bildirib, gizlədildiyi yerin şəklini və konumunu ona gönərmişdir. O da idarə etdiyi “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Xırdalan şəhərinə gedib narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb avtomobilə gətirmişdir. Həmin şəxsin kimliyini dəqiq bilmir, onunla yalnız +98 914 *** ** ** saylı nömrə vasitəsi ilə əlaqə saxlamışdır. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddələrin kim tərəfindən və hansı şəraitdə Xırdalan şəhəri ərazisinə gətirilərək gizlədilməsi barədə heç bir məlumatı yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. (cild 1, iş vərəqə 77-80, 101-104) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ PPXB-nin polis nəfəri Şahid1 ifadə verərək bildirmişdir ki, 2023-cü ilin sentyabr ayının 18-də təxminən 21:45 radələrində Dərnəgül körpüsündən Koroğlu metrostansiyasına gedən yolda sağ tərəfdə qırmızı rəngli Toyota Prius markalı avtomobildə olan iki nəfərin onları görən zaman özlərini şübhəli apardıqlarını müşahidə etmişlər. Avtomobilə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs sükan arxasından düşüb yanlarına gəlmiş və nəyə görə onlara yaxınlaşdıqlarını soruşmuşdur. Onlar şübhəli hərəkətlərinə görə həmin şəxslərə yaxınlaşdıqlarını və şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərək qaçmağa başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs yolu keçməyə qorxmuş və yerə yıxılmışdır. Yıxılan zaman onlar Pərvini saxlamışlar və 17-ci Polis Bölməsinə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs imtina edərək onlara müqavimət göstərməyə başlamışdır. Daha sonra Təqsirləndirilən şəxs zərərsizləşdirərək PPX avtomobilinə əyləşdirib bölməyə aparıb təhvil vermişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs saxlayan zaman yanında Şahid2 də olmuşdur. Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında yox, hərəkətləri şübhəli olduğu üçün saxlamışlar. Təqsirləndirilən şəxs qaçan zaman yıxılmış və üzü yerə dəymişdir. Təqsirləndirilən şəxs yanında olan şəxslə birlikdə bölməyə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən nə aşkar edildiyini xatırlamır, avtomobildən isə bir ədəd büküm, tərəzi və boru aşkar edilmişdir. Tərəflərindən şəxslərə qarşı fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs təxminən saat 21:45 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs maşını saxlamış, onlar əraziyə baxış keçirə-keçirə hərəkət edirmişlər. Təqsirləndirilən şəxs onları görən zaman özünü şübhəli aparmağa başlamış və üzünü onlardan gizlətmişdir. Təqsirləndirilən şəxs bölməyə onların maşınında aparmışlar. Təqsirləndirilən şəxs məxsus avtomobil isə saxlanıldığı yerdə qalmış və qapıları bağlanmışdır. Avtomobilin açarları Təqsirləndirilən şəxs özünə verilmişdir. Onlar Təqsirləndirilən şəxs 17-ci Polis Bölməsinə təhvil vermişlər. Avtomobilə baxışı Təqsirləndirilən şəxs saxladıqdan təxminən 40 dəqiqə sonra keçirmişlər. Avtomobilə baxış keçirmək üçün əməliyyat qrupu ilə birlikdə onlar da getmişlər. Təqsirləndirilən şəxs qaçan zaman yıxılmışdır. Pərvini saxlayan zaman hava işıqlı olmuşdur. Şəxsi axtarış zamanı çəkilişi kimin apardığını xatırlamır. Avtomobilə baxışı neçə nəfərin keçirdiyini xatırlamır. Müdafiə tərəfinin vəsatəti əsasında Şahid1 əvvəlki məhkəmə iclasında verdiyi və tərəflərin razılığı ilə hazırki məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o və xidmət yoldaşı Şahid2 xidməti minik avtomobil ilə birgə şəkildə xidmət aparan zaman üzü “Koroğlu” metrostansiyası istiqamətində, Ziya Bünyadov körpüsündən aşağıya enən vaxt yolun sağ tərəfində qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinin dayanmış olduğunu müşahidə etmişlər. Həmin vaxt sözügedən minik avtomobilinin içərisində Təqsirləndirilən şəxs və Şahid3 əyləşmişlər. Təqsirləndirilən şəxs və Şahid3 onu və Şahid2 gördükdən sonra əllərində olan qeyri-müəyyən bir predmeti tələsik bir şəkildə gizlətməyə çalışmışlar. Təqsirləndirilən şəxs və Şahid3 bu hərəkətləri onda və Şahid2 şübhə doğurduğu üçün o və Şahid2 Təqsirləndirilən şəxs və Şahid3 yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman ani bir şəkildə Təqsirləndirilən şəxs və Şahid3 ondan və Şahid2 əyləşmiş olduqları minik avtomobilindən enərək piyada şəkildə qaçmağa başlamışlar. Təqsirləndirilən şəxs və Şahid3 ondan və Şahid2 qaçan zaman Təqsirləndirilən şəxs üzü üstə yerə yıxılmış və o Təqsirləndirilən şəxs saxlamışdır. Bu zaman qaçan Şahid3 isə Şahid2 saxlamışdır. Bundan sonra Şahid2 və o tərəfindən saxlanılmış olan Təqsirləndirilən şəxs və Şahid3 Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə gətirilmişdir. Daha sonra o, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin əməliyyat qrupu yolun kənarında nəzarətsiz bir şəkildə dayanmış olan qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə baxış həyata keçirmək məqsədilə sözügedən minik avtomobilinin dayanmış olduğu yerə yollanmışlar. Həmin vaxt Pərvin Mustayafevin əlləri qandallı olmuş və Təqsirləndirilən şəxs Şahid2 tuturmuş, o isə bu zaman minik avtomobilinə əməliyyat qrupu tərəfindən keçirilən baxışı videolentə alırmış. Sözügedən minik avtomobilinə keçirilən baxış zamanı sözügedən minik avtomobilindən bir ədəd tərəzi və bir ədəd iri ölçülü, qara rəngli bağlama aşkar edilmişdir. Əvvəlki məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. O və Şahid2 Təqsirləndirilən şəxs və Şahid3 görən zaman birgə şəkildə xidməti minik avtomobili ilə xidmətdə olmuşlar. Həmin vaxt xidməti minik avtomobilinin sürücüsü Şahid2 olmuş, o isə ekipaj üzvü olmuşdur. O və Şahid2 xidməti minik avtomobili ilə hərəkət edən zaman Ziya Bünyadov körpüsündən üzü “Koroğlu” metrostansiyasına doğru enirmişlər. Həmin vaxt xidməti minik avtomobilinin xidməti işıqları yanırmış. Bu zaman o və Şahid2 yolun sağ tərəfində park edilmiş halda qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobili görmüşlər. Həmin vaxt sözügedən minik avtomobilinin içərisində Təqsirləndirilən şəxs və Şahid3 əyləşmişlər. Bu vaxt xidməti minik avtomobilləri artıq qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə yaxınlaşan zaman qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilində əyləşmiş olan Təqsirləndirilən şəxs və Şahid3 xidməti minik avtomobilinin artıq özlərinə yaxın olduğunu görmüşlər və tələsik bir şəkildə dərhal əllərində olan qeyri-müəyyən bir predmeti gizlətməyə çalışmışlar. Sözsüz bu hərəkət onda və Şahid2 müəyyən qədər şübhə doğurmuşdur. Bundan sonra xidməti minik avtomobilinin sükanı arxasında olan Şahid2 xidməti minik avtomobilini qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilin bir qədər irəlisində saxlamış, o isə artıq dayanmış olan xidməti minik avtomobilindən enərək qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə doğru addımlamağa başlamışdır. O, addımlayan zaman Şahid2 sükanı arxasında olan xidməti minik avtomobilini qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə doğru arxa-arxaya idarə etməyə başlamışdır. O artıq qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə yaxınlaşan zaman Təqsirləndirilən şəxs və Şahid3 sözügedən minik avtomobildən enərək ondan və Şahid2 qaçmağa başlamışlar. O və Şahid2 Təqsirləndirilən şəxs və Şahid3 saxlayan kimi xidməti minik avtomobil ilə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs və Şahid3 onu və Şahid2 görən kimi ondan və Şahid2 qaçmışlar, o və Şahid2 isə Təqsirləndirilən şəxs və Şahid3 saxlamışlar. O və Şahid2 Təqsirləndirilən şəxs və Şahid3 saxlayan zaman döyməmişlər, amma Təqsirləndirilən şəxs ondan və Şahid2 qaçan zaman üzü üstə yerə yıxılaraq müəyyən qədər xəsarət almışdır. Təqsirləndirilən şəxs və Şahid3 Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində döyülməmişlər, çünki Təqsirləndirilən şəxs və Şahid3 Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində olan zaman həm Təqsirləndirilən şəxs, həm də Şahid3 olmaqla, hər biri bir vəkillə təmin edilmişdir. Polis əməkdaşları tərəfindən qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə keçirilmiş olan baxışda vəkil iştirak etmişdir. Polis əməkdaşları tərəfindən qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə keçirilmiş olan baxış videoçəkiliş vasitəsilə həyata keçirilmiş və həmin videoçəkilişi o həyata keçirmişdir. Təqsirləndirilən şəxs o və Şahid2 tərəfindən konkret olaraq saat neçədə saxlanılmış olduğunu xatırlamır, lakin həmin vaxt artıq gecə saatları olmuşdur. Şahid2 Təqsirləndirilən şəxslə Şahid3 diqqət etməmiş, Təqsirləndirilən şəxslə Şahid3 diqqət edən o olmuşdur. Onun Təqsirləndirilən şəxs şübhələnməyinə səbəb, Təqsirləndirilən şəxslə Şahid3 öz aralarında bir-birilərinə qeyri-müəyyən bir predmet vermələri və həyəcanlı bir şəkildə sola-sağa baxmaları olmuşdur. Həmin vaxt o Şahid2 xidməti minik avtomobilini saxlamasını xahiş etmiş və bundan sonra sözügedən avtomobildən enərək Təqsirləndirilən şəxslə Şahid3 əyləşmiş olduqları minik avtomobilinə doğru addımlayaraq Təqsirləndirilən şəxslə Şahid3 özünü təqdim etmiş, bu zaman isə Təqsirləndirilən şəxslə Şahid3 əyləşmiş olduqları minik avtomobilindən enərək qaçmışlar. O, Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini istəmiş və Təqsirləndirilən şəxs oğurluq əməlində şübhəli bildiyini bildirmiş, çünki həmin xidməti ərazidə oğurluq hadisəsi baş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini cibindən çıxarmaq məqsədilə əlini cibinə salmış, lakin bu zaman Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmək əvəzinə ondan qaçmışdır. Hər bir post-patrul ekipajına iki üzv daxil olur və həmin üzvlərdən biri sürücü, bir digəri isə ekipaj üzvü olur. Bu zaman ekipaj üzvündə planşet şəkilli elektron məlumat bazası da olur. O Təqsirləndirilən şəxs yaxınlaşaraq özünü təqdim etmiş və Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlini cibinə salaraq şəxsiyyət vəsiqəsini axtarmağa başlamışdır. Bu zaman başı əlində olan planşet şəkilli elektron məlumat bazasına qarışmış, Təqsirləndirilən şəxs də elə başının qarışıq olmağından istifadə edərək qaçmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs dalıyca qaçmış və Təqsirləndirilən şəxs saxlamışdır. O, Təqsirləndirilən şəxs saxladıqdan sonra birbaşa xidməti minik avtomobilinə əyləşdirmişdir. Təqsirləndirilən şəxs və Şahid3 o və Şahid2 tərəfindən saxlanıldıqdan sonra Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə gətirilmişlər. Həmin vaxt qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobili isə elə yolun kənarında qalmış, lakin o və Şahid2 tərəfindən sözügedən minik avtomobili öz açarı ilə qıfıllanmışdır. Təqsirləndirilən şəxslə Şahid3 o və Şahid2 tərəfindən saxlanılması anı ilə qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə əməliyyat qrupu tərəfindən keçirilmiş olan baxışın arasında beş-altı dəqiqə vaxt olmuşdur. O və Şahid2 Təqsirləndirilən şəxslə Şahid3 Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə gətirdikdən sonra raport yazmışlar, raportun yazılmasından beş-on dəqiqə sonra isə vəkil Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları tərəfindən qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə keçirilmiş olan baxışda vəkil və müstəntiq də iştirak etmişdir. Sözügedən minik avtomobilinə keçirilən baxış zamanı sözügedən minik avtomobilindən bir ədəd tərəzi və bir ədəd iri ölçülü, qara rəngli bağlama aşkar edilmişdir. Səhv etmirsə, sözügedən bağlama və tərəzi sözügedən minik avtomobilinin ya “bardaçok”, ya da “podlokotnik” hissəsindən aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə keçirilmiş olan baxışın saat neçədə keçirilmiş olduğunu xatırlamır. Polis əməkdaşları tərəfindən qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə keçirilmiş olan baxışda kimin qolunda qol saatının olub-olmamasını xatırlamasa da, həmin vaxt Şahid2 qolunda qol saatı olmamışdır. Polis əməkdaşları tərəfindən qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinə keçirilmiş olan baxışdan sonra Təqsirləndirilən şəxs yenidən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə aparılmış, o və Şahid2 isə xidmətlərinə davam etmişlər. Təqsirləndirilən şəxs ondan və Şahid2 qaçan zaman üzü üstə yerə yaxılmış və nəticədə yanağında qızartı əmələ gəlmiş, sözügedən qızartının da əhəmiyyəti olmadığından Təqsirləndirilən şəxs üçün həkim dəvət edilməmişdir. Təqsirləndirilən şəxs o və Şahid2 tərəfindən saxlanılan zaman üzərində olan mobil əlaqə nömrəsi “+**********88” olmuşdur. O Təqsirləndirilən şəxs yaxınlaşan zaman Təqsirləndirilən şəxs qırmızı rəngli “Toyota Prius” markalı minik avtomobilinin sükanı arxasında əyləşmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs xidməti ərazidə oğurluq olduğunu və hərəkətlərinin şübhəli olduğunu bildirərək Təqsirləndirilən şəxs əyləşmiş olduğu minik avtomobilindən enməsini və şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs minik avtomobilindən enmiş və ona öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bu zaman o Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini əlinə alaraq əlindəki planşet şəkilli elektron məlumat bazası ilə şəxsiyyətini dəqiqləşdirməyə başlamışdır. Elə bu vaxt da Təqsirləndirilən şəxs ondan qaçmışdır. Təqsirləndirilən şəxs minik avtomobilindən aşkar edilmiş olan bir ədəd iri ölçülü, qara rəngli bağlamanın içərisində nəyin olması barədə əməliyyat qrupu tərəfindən özünə verilmiş olan suala cavab olaraq əməliyyat qrupuna sözügedən bağlamanın içərisində psixotrop maddənin olduğunu bildirmiş, lakin Təqsirləndirilən şəxs həmin maddəni nə edəcəyi ilə bağlı nə demiş olduğunu xatırlamır. (cild 2, iş vərəqi 67) Əvvəlki məhkəmə iclasında verdiyi ifadəsi elan edildikdən sonra Şahid1 hazırki məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o əvvəlki məhkəmə iclasında oğurluqda şübhəli olduğu üçün Təqsirləndirilən şəxs yaxınlaşdıqlarını deməsini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ərazidə oğurluq olduğu üçün şübhəli şəxs kimi saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirmişlər, Pərvin sənədin üzərində olmadığını qeyd etmişdir. Pərvinin yanında olan digər şəxs üzərindən nəsə atmışdır. Sonra Pərvin onlara müqavimət göstərərək, qaçıb və yerə yıxılmışdır. Pərvin avtomobilə könüllü oturmamış, Pərvini onlar qandallayıb aparmışlar. Şəxsləri saxladıqdan sonra 17-ci PŞ-yə aparmışlar. Nərimanov RPİ-yə gedib-getmədiklərini xatırlamır. Tərəflərindən şəxsə qarşı fiziki təzyiq olmamışdır. Təqsirləndirilən şəxs məxsus avtomobil isə saxlanıldığı yerdə qalmış və qapıları bağlanmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 əvvəllər tanımamış və aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 21:45 radələrində Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə avtopatrulla xidmət apararkən ünvan 5 ünvanının qarşısındakı yolun kənar hissəsində dayanmış qırmızı rəngli, “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş iki nəfər şəxsin şübhəli davranışlarını görüb onları bir müddət kənardan müşahidə etmişlər və həmin şəxslərin şübhəli hərəkətlərini davam etdirdiklərini görüb onlara yaxınlaşmışlar. Bu zaman həmin şəxslər onları görərək dərhal avtomobildən düşüb qaçmağa başlamışlar, onlar isə onların arxasınca qaçmışlar, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi qaçan şəxslərdən biri büdrəmiş və yerə yıxılaraq sifət nahiyəsindən xəsarət almışdır. Həmin şəxslərin qaçmasına mane olub onları yaxlamışlar və xidməti avtomobilə mindirib qaçmalarının səbəbini soruşmuşlar. Sonradan adının Şahid3 olduğunu bildiyi həmin şəxslərdən biri səmimi etiraf edərək üzərində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni yanında olan Pərvin adlı şəxsdən aldığını bildirmişdir. Bu səbəbdən həmin şəxsləri xidməti avtomobilə əyləşdirib ərazi üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-ə gətirərək təhvil vermişlər və bu barədə PŞ-nin rəhbərliyinə raportla məruzə etmişlər. PŞ-də həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs və Qafarzadə X10 RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, Şahid5 tərəfindən şübhəli şəxs qismində tutulmuşlar və hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşlar. Daha sonra isə Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Şahid3 üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və onun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Şahid3 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid3 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli büküm çıxararaq masanın üzərinə qoyaraq təqdim edib həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin büküm təhqiqatçı Şahid5 tərəfindən açılmış və bükümün içərisində bitki mənşəli ot şəkilli kütlə olduğu müəyyən edilmişdir. Daha sonra Şahid3 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon aşkar edilmişdir. Şəxsi axtarış zamanı Şahid3 üzərindən əlavə olaraq hər hansı bir əşya, sənəd və ya maddə aşkar olunmamışdır. Daha sonra Şahid3 üzərindən aşkar edilmiş 1 ədəd içərisində bitki mənşəli kütlə olan qızılı rəngli büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şahid3 aşkar edilmiş bir ədəd “İphone” markalı mobil telefon isə iş üzrə əhəmiyyət kəsb etdiyinə görə təhqiqatçı Şahid5 tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid3 suallara cavab verərkən bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir və üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə marixuananı xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Nərimanov rayonu “Eurohome” bazarı yaxınlığında “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiyi zaman tanışı Pərvin adlı şəxsdən pay şəkilində əldə etmiş, həmin vaxt onlara yaxınlaşmış polis əməkdaşlarını gördükdə avtomobildən düşüb qaçmaq istəmişdir. Daha sonra isə Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla müdafiəçisinin, Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və onun iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində bu kimi əşya olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd avtomobil açarı, sol yan cibindən isə bir ədəd alışqan aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı bir əşya, sənəd və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüş, avtomobil açarı və alışqan isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs suallara cavab verərkən bildirmişdir ki, narkotik vasitələrin istifadəçisidir və xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Nərimanov rayonu “Eurohome” bazarı yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiyi zaman tanışı Heydər adlı şəxsə pay şəkilində bir ədəd bükümdə narkotik vasitə marixuana vermiş, həmin vaxt onlara yaxınlaşmış polis əməkdaşlarını gördükdə avtomobildən düşüb qaçmaq istəmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobilə baxış keçirilməsinə dair etirazının olub-olmadığı soruşulduqda sonuncu bildirmişdir ki, idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair heç bir etirazı yoxdur. Daha sonra, iştirakçılar, Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi Nərimanov rayonu, Z.Bünyadov prospekti 106 ünvanında yolun kənar hissəsində saxlamış olduğu "Toyota Prius" markah, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi üçün avtomobilin yanına gedilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etmiş olduğu qeyd olunan avtomobilin qapı kildini açsın. Sonuncu etiraz etməyərək üzərindəki avtomobil açarı ilə avtomobilin qabaq sol qapısını açarla açmışdır. Bundan sonra avtomobilin içərisinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasında yerləşən saxlanc hissəsindən 1 ədəd pul qabı aşkar edilmiş və həmin pul qabından 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və plastik bank kartları aşkar edilmişdir. Bundan başqa, həmin saxlanc yerindən 1 ədəd "Samsung" markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra həmin saxlanc hissəsinə bitişik olan digər saxlanc hissəsi açıldıqda oradan bir ədəd qara rəngli büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddə olduğu müəyyən edilmiş, həmin bükümün içərisində bağlanmış digər bir ədəd şəffaf rəngli bükümün içərisində isə bitki mənşəli ot kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin kütlələr narkotik vasitələrdir və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün avtomobildə saxlayır. Bundan sonra avtomobilin qabaq sərnişin oturacağının qarşısında olan saxlanc hissəsi açılmış və oradan bir ədəd gümüşü rəngli elektron tərəzi və bir ədəd sellofan paketdə bitki mənşəlli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin kütlə narkotik vasitələrdir və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün avtomobildə saxlayır. Daha sonra avtomobilin digər yerlərinə də baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilmiş 1 ədəd, içərisində ağ rəngli kristalşəkilli kütlə olan qara rəngli büküm, 1 ədəd içərisində bitki mənşəli kütlə olan şəffaf rəngli büküm, 1 ədəd içərisində bitki mənşəli kütlə olan şəffaf rəngli sellofan paket və 1 ədəd gümüşü rəngli elektron tərəzi, içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Avtomobildən aşkar edilmiş 1 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, bank kartları və 1 ədəd "Samsung" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Təqsirləndirilən şəxs və Şahid3 saxlanılan zaman, eləcə də Polis Şöbəsində olduğu zaman ona qarşı heç bir fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 222-225) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ PPXB-nin polis nəfəri Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs axşam saatlarında Ziya Bünyadov prospektində şübhəli hərəkətərinə görə saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında başqa bir şəxs də olmuşdur. Təqsirləndirilən şəxs onlara tabesizlik göstərmişdir. Bu səbəbdən Pərvini zərərsizləşdirmişlər və polis bölməsinə aparmışlar. Daha sonra avtomobilinə baxış keçirilmiş və orada narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 17-ci polis bölməsinə təhvil vermişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, o, Şahid1la birlikdə olmuşdur. Onlar sadəcə xidmətdə gəzirmişlər. Ziya Bünyadov prospektində hadisələr çox olur, bu səbəbdən vətəndaşları saxlayaraq vəsiqələrini təqdim etmələrini istəyirlər. Təqsirləndirilən şəxs saxlayan zaman hava qaranlıq olmuşdur. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, bu səbəbdən sənədlərini təqdim etməsini istəmişlər. Lakin Pərvin sənədlərini təqdim etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilindən düşərək qaçmağa çalışmışdır. Təqsirləndirilən şəxs yanında olan digər şəxs qaçmamışdır. Təqsirləndirilən şəxs saxladıqdan sonra 17-ci Polis Bölməsinə təhvil vermişlər.Təqsirləndirilən şəxs üzrinə və avtomobilə baxış keçirilməsində iştirak etmişdir. Avtomobilə baxış keçirilən zaman sonradan bölmədən aldığı məlumata görə çəkisi 01 kiloqram 700 qram olan marixuana, bükümdə metamfetaminə bənzər narkotik vasitələr və tərəzi aşkar edilmişdir. Onların yanında narkotik vasitələrin çəkisi ölçülmüşdür. Səhv etmirsə narkotik vasitələrdən başqa mobil telefon da olmuşdur. Tərəfilərindən şəxslərə qarşı fiziki və psixi təsir olmamışdır. Əvvəlcə Təqsirləndirilən şəxs qaçmağa başlamışdır. Təqsirləndirilən şəxs qaçan zaman onlar Pərvini yaxalamağa çalışan zaman Pərvin yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs xidməti avtomobildə bölməyə aparmışlar. Təqsirləndirilən şəxs avtomobilinin qapıları bağlanmış və olduğu yerdə qalmışdır. Açar Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Avtomobilə baxış keçirilməsi üçün açarı təhqiqatçıya Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs oğurluqda şübhəli şəxs kimi saxlanmamışdır. Təqsirləndirilən şəxs izləməmişlər. Təqsirləndirilən şəxs avtomobili dayanmış, Pərvində şübhəli hərəkətlər görmüşlər və Təqsirləndirilən şəxs avtomobilinin yanına getmişlər. Təqsirləndirilən şəxs avtomobilinin yanından aşağı surətlə keçirmişlər. Təqsirləndirilən şəxs əvvəl Nərimanov rayon Polis İdarəsinə aparmışlar, idarədə onlarla birlikdə başqa bir əməliyyatçı da onlara qoşulmuş, daha sonra bölməyə getmişlər. İdarədən çıxan zaman Təqsirləndirilən şəxs üzündə xəsarət izi olmuşdur. Şəxsi axtarış və avtomobilə baxışda iki əməliyyatçı olmuşdur. Təqsirləndirilən şəxs üzündə olan xəsarət yıxılması zamanı yaranmışdır. Avtomobilə baxış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs ərizəsinin alınıb-alınmadığını xatırlamır. Avtomobilə baxış keçirilməsi barədə protokolu yerində imzalamışlar. Təqsirləndirilən şəxs saxladığını xatırlayır. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərmiş, onlar da fiziki qüvvə tətbiq etmişlər. Onlar Pərvini saxlayan zaman iki nəfər olmuşlar. Pərvinin üzündə olan xəsarət izləri yəqin ki, onlara müqavimət göstərən zaman yaranmışdır. Pərvini saxladıqdan sonra avtomobilin açarını götürmüşlər, amma açarın onda, yoxsa digər əməkdaşda olduğunu xatırlamır. Şəxsləri saxladıqdan sonra idarəyə aparmışlar. Əvvəlcə NMB-yə aparırlar, çünki göstəriş belə olmuşdur. Şəxsləri saxlama səbəbləri Heydərin özünü şübhəli aparması olmuşdur. İdarəyə onlar da getmiş, idarədə 15-20 dəqiqə qalmışlar. Sonra əməliyyatçı ilə birlikdə bölməyə aparmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şəxsi saxlayan zaman mobil telefonu üzərində olmuşdur. Şahid2 əvvəlki məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, o və xidmət yoldaşı Şahid2 xidməti minik avtomobili ilə birgə şəkildə xidmət aparan zaman, Ziya Bünyadov prospektində Təqsirləndirilən şəxs və Şahid3 görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid3 özlərini şübhəli apardıqları üçün o və Şahid1 Təqsirləndirilən şəxslə Şahid3 yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman Təqsirləndirilən şəxs özünü şübhəli aparmadığını ona və Şahid1 iddia etməyə başlayaraq mübahisə vəziyyəti yaratmışdır. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid3 o və Şahid1 tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə aparılmışlar. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin əməliyyat qrupu Təqsirləndirilən şəxslə Şahid3 o və Şahid1 tərəfindən saxlanılmış olduqları yerə baxış keçirmək məqsədilə sözügedən yerə gəlmişlər. Sözügedən baxışda o, Şahid1, Təqsirləndirilən şəxs və Şahid3 də iştirak etmişlər. O Şahid3 barədə heç bir məlumata sahib deyil. Əvvəlki məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 o və Şahid1 tərəfindən saat 20:00-21:00 radələrində saxlanılmışlar. Təqsirləndirilən şəxs ondan və Şahid1 cəmi üç-beş metr qaça bilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülüb-döyülməməsi barədə məlumatı yoxdur. Şəxsən o özü Təqsirləndirilən şəxs döyməmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş olan şəxsi axtarışda o da iştirak etmişdir. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən üzərinə keçirilmiş olan şəxsi axtarışa dair protokola o da imza atmış, lakin sözügedən protokolda nələrin qeyd edilmiş olduğunu bilmir. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən üzərinə keçirilmiş olan şəxsi axtarışa dair protokolda qeyd edilənlərin düzgün və ya səhv olduğunu bilmir, çünki sözügedən protokolu o yox, müstəntiq tərtib edir. Həm də sözügedən protokol vəkilin iştirakı ilə tərtib edilir, bu səbəbdən də sözügedən protokolda nələrinsə səhv olub-olmadığını bilmir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs məxsus minik avtomobilinə keçirilmiş olan şəxsi axtarışda o da iştirak etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus minik avtomobilinə keçirilmiş olan baxış zamanı sözügedən minik avtomobilindən içərisində narkotik vasitə olan marixuana olmaqla, bir ədəd qara rəngli bağlama aşkar edilmişdir. Sözügedən bağlama sözügedən minik avtomobilinin “bardaçok” hissəsindən aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus minik avtomobilinə keçirilmiş olan baxış zamanı sözügedən minik avtomobilindən narkotik vasitədən ziyadə hüquqa zidd və zidd olmayan heç bir predmet aşkar edilməmişdir. Sözügedən minik avtomobilindən baxış zamanı nə aşkar edildiysə, hər biri müstəntiq tərəfindən protokolda qeyd edilmişdir. Şahid3 ondan və Şahid1 qaçmağa cəhd etməmiş, ondan və Şahid1 qaçmağa yalnızca Təqsirləndirilən şəxs cəhd etmişdir. Təqsirləndirilən şəxs ondan və Şahid1 qaçan zaman Şahid3 artıq xidməti minik avtomobilinin içərisində olmuşdur. Şahid3 xidməti minik avtomobilinə könüllü bir şəkildə əyləşmişdir. Təqsirləndirilən şəxs ondan və Şahid1 qaçan zaman Təqsirləndirilən şəxs dalıyca həm o, həm də Şahid1 qaçmışdır. Təqsirləndirilən şəxs ondan və Şahid1 qaçan zaman o və Şahid1 Pərvin Mustayevdən daha sürətli olduqları üçün Təqsirləndirilən şəxs saxlaya bilmişlər. O və Şahid1 Təqsirləndirilən şəxs saxlayan kimi üzü üstə yerə sərib Təqsirləndirilən şəxs əllərini arxadan qandallamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən yerə sərildiyi üçün Təqsirləndirilən şəxs yanağında fiziki xəsarət izi yaranmışdır. O və Şahid1 Təqsirləndirilən şəxs saxladıqdan dərhal sonra xidməti minik avtomobili ilə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə aparmışlar. O və Şahid1 Təqsirləndirilən şəxslə birgə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində olmamışdan öncə Nərimanov Rayon Polis İdarəsində olmuşlar. Həmin vaxt o və Şahid1 Təqsirləndirilən şəxslə birgə Nərimanov Rayon Polis İdarəsində on beş-iyirmi dəqiqə olmuşlar. O və Şahid1 Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşlarına təhvil vermişlər. O və Şahid1 Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşlarına təhvil verdikdən sonra Nərimanov Rayon Polis İdarəsindən çıxıb getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşları ilə təklikdə qalmışdır. Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşlarının Təqsirləndirilən şəxslə işləri bitdikdən sonra o və Şahid1 yenidən Nərimanov Rayon Polis İdarəsinə gələrək Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs iştirakı ilə barəsində müvafiq qaydada sənədləşmə işləri aparılmışdır. Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin 17ci Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs yanında vəkili olmuş, lakin həmin vəkilin konkret olaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə nə vaxt gəlmiş olduğunu xatırlamır. O və Şahid1 Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə gətirən zaman vəkil artıq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində olmuşdur. Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə barəsində müvafiq qaydada sənədləşmə işləri aparılmış, bundan sonra isə sözügedən vəkil idarə etmiş olduğu xidməti minik avtomobililə baxış məqsədilə Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanılmış olduğu yerə yollanmışdır. Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs məxsus olan minik avtomobilinə heç bir kənar şəxs müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs məxsus olan minik avtomobilinin açarı onda olmuş və o sözügedən açarı heç bir kəsə verməmişdir. Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs məxsus olan minik avtomobilinin qapısı onun tərəfindən qıfıllanmışdır. Nərimanov Rayon Polis İdarəsinə tabe olan hər bir post-patrul əməkdaşı problemli bir vətəndaşı saxlayan zaman həmin vətəndaşı birinci növbədə Nərimanov Rayon Polis İdarəsinə aparmalıdır. Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanılan zaman üzərində olan mobil əlaqə nömrəsi “+**********34” olmuşdur. Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanılan zaman idarə etmiş olduğu xidməti minik avtomobilinin dövlət qeydiyyat nişanı “AZ **-PT-***” olmuşdur. Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs yanında özünə məxsus olan şəxsi minik avtomobili də olmuşdur. Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs məxsus olan minik avtomobili elə yolun kənarındaca, atılmış bir şəkildə qalmışdır. Artıq bir müddət sonra o, Şahid1, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin əməliyyat qrupu və Təqsirləndirilən şəxs sözügedən minik avtomobilinə baxış həyata keçirmək məqsədilə sözügedən avtomobilin olduğu yerə gəlmişlər. Sözügedən baxışdan sonra sözügedən minik avtomobili həmin yerdən onlar tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs və Şahid3 ondan və Şahid1 qaçmağa cəhd göstərmişlər, lakin Təqsirləndirilən şəxs və Şahid3 bir neçə saniyə ərzində o və Şahid1 tərəfindən saxlanılmışlar. O və Şahid1 Təqsirləndirilən şəxs saxlayan zaman Təqsirləndirilən şəxs yanında dayanmış olan Şahid3 üzərindəki bir büküm narkotik vasitəni yerə tullamış, bu səbəbdən də o və Şahid1 Təqsirləndirilən şəxs və Şahid3 Nərimanov Rayon Polis İdarəsinə aparan zaman məhz Narkotiklərlə mübarizə bölməsinə təhvil vermişlər. O Təqsirləndirilən şəxs məxsus olan minik avtomobilinin açarını idarə etdiyi xidməti minik avtomobilinin içərisinə qoymuş və sözügedən açarı sözügedən yerdən heç bir kəs götürə bilməzmiş, çünki xidməti minik avtomobili daim qıfılla bağlanılır. (cild 2, iş vərəqə 69-71) Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə ilə oxşar məzmunda ifadə vermişdir. (cild 1, iş vərəqə 228- 231) Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, o, təqsirləndirilən şəxsi ilk dəfə 17-ci Polis Bölməsində, binanın içərisində görmüşdür. Təqsirləndirilən şəxs üzündə qızartı var idi, lakin suallarına cavab olaraq Təqsirləndirilən şəxs ona fiziki təsir olmadığını demişdir. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinə baxmağa gedən zaman polis əməkdaşlarının maşınında getmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxmağa gedən zaman gecə 00-dan sonra olarmış, yollar boş olmuş, o özü PPX maşınında getmişdir. Təqsirləndirilən şəxs və onun eyni avtomobildə olub-olmadığını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs avtomobilinin olduğu yerə çatdıqdan nə qədər vaxt sonra baxış keçirdiklərini xatırlamır. O, Təqsirləndirilən şəxs avtomobilinə polis əməkdaşları tərəfindən narkotik vasitə yüklənməsinin şahidi olmamışdır. O, təqsirləndirilən şəxsin özünə və ya qohumlarına polis əməkdaşları tərəfindən narkotik vasitə yüklənməsinin şahidi olduğunu deməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı həbsdə olan zaman qardaşı ilə bir yerdə olmuş, ordan tanımışdır. Hadisə günü Pərvinlə görüşməyə getmişdir. Pərvinin yanına çatdıqdan sonra avtomobilinə əyləşmişdir. Avtomobildə Pərvin ona istifadə etməyi üçün marixuana vermişdir. O narkotik vasitə istifadə edir. Pərvin əvvəllər ona heç vaxt narkotik vasitə verməmişdir. Pərvin narkotiki ona verdikdən sonra cibinə qoymuşdur. Sonra polis əməkidaşları gəlmişdir. Polislər ərazidə oğurluq olduğunu, bununla bağlı avtomobili yoxlayacaqlarını, avtomobildən düşmələrini demişlər. O qorxub özünü itirmiş, avtomobildən düşəndə marixuananı yerə atmış və polis əməkdaşı bunu görmüşdür. Ondan narkotik vasitəni kimdən aldığını soruşmuşlar, o, Pərvindən aldığını demişdir. O avtomobildən düşən kimi polislərdən biri onu vurmuşdur. Pərvinə isə çoxdan axtardıqlarını deyib döymüşlər. Onları polis maşınına mindirmişlər. Daha sonra polis əməkdaşı əlində torba tutub “tapdım, tapdım” demişdir. O, polisin torbanı hardan götürdüyünü görməmişdir. Sonra onları polis maşını ilə bölməyə aparmışlar. Bölməyə gedəndə saat gecə 11-ə işləmiş olarmış. Bölmədə onun üzərini yoxlamışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirmişdir ki, o, Pərvinin verdiyi marixuananın qarşılığında Pərvinə heç bir şey veməmişdir. O əvvəllər Pərvindən narkotik vasitə almamışdır. Pərvin, səhv etmirsə narkotik vasitəni cibindən çıxarıb ona vermişdir. Avtomobildə başqa narkotik vasitə görməmişdir. O, polis əməkdaşının əlində torbanı görmüş, amma polisin həmin torbanı hardan götürdüyünü görməmişdir. Onlar polis əməkdaşlarından qaçmamışlar. Polislər Pərvini və onu saxladıqları yerdə döymüşlər. Pərvinlə görüşəndə saat 21 radələri olarmış. O, Pərvinin yanına çatıb avtomobilə əyləşdikdən 1-2 dəqiqə sonra polis əməkdaşları avtomobilə yaxınlaşmışlar. Onları bölməyə aparan zaman Pərvin öz avtomobilini bağlamamış, çünki bağlayacaq vəziyyətdə olmamışdır. Pərvini avtomobili söndürdüyünü görməmişdir. Onları əvvəlcə bölməyə apararaq ikinci mərtəbəyə qaldırmışlar. Onları saxlayan polis əməkdaşları da onlarla bölməyə gəlmişdir. Onu bölmədə döymüşlər, sonra isə toka vermişlər. Pərvini də döymüşlər. Bölmədə 1 saata yaxın qalmışlar. Daha sonra onları başqa yerə aparmışlar, təhqiqatçı ifadəsini almışdır. Bölmədə onun üzərinə baxış keçirilmiş, narkotik vasitə cibindən çıxmışdır. Bu zaman bir nəfər təhqiqatçı olmuşdur. Polis əməkdaşlarından biri ona narkotik vasitəni cibinə qoymağı,videoçəkiliş aparılacağını demişdir. O, polis əməkdaşlarını əvvəldən tanımamışdır. Polis əməkdaşının onun adını çəkib avtomobildən düşməyini deməsi olmamışdır. Bölmədə polis əməkdaşlarının Pərvini döyübdöymədiklərini görməmişdir. O avtomobildə polisin əlində tutduğu torbanı görməmişdir. Avtomobil qaranlıq olmuşdur. Onun üzərinə bölmədə vidoçəkilişlə baxış keçirmişlər. Polis əməkdaşı torbanı da özü ilə götürmüş və bölməyə aparmışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, hərdən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, istifadə etdiyi marixuananı isə tanımadığı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs təxminən 7-8 il bundan qabaq cəzaçəkmə müəssəsində cəza çəkən qardaşı Farizlə görüşməyə gedən zaman görmüş və orada tanış olmuşdur. Pərvin də həmin cəzaçəkmə müəssəsində cəza çəkmişdir. Pərvin cəzaçəkmə müəssəsindən çıxdıqdan sonra onunla mütəmadi olmasa da hərdən görüşmüşlər. Pərvin onun narkotik vasitə marixuanadan istifadə etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində Pərvinə zəng edərək harada olduğunu və görüşmək istədiyini bildirmişdir. Pərvin isə Xırdalan şəhərində olduğunu, Bakı şəhərinə gəldikdə onunla görüşəcəyini bildirmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Pərvin onunla əlaqə saxlayıb Bakı şəhəri, Z.Bünyadov prospektində olduğunu bildirmiş və həmin yerdə görüşmüşlər. Görüşdükdən sonra Pərvinin idarə etdiyi “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir qədər gəzişdikdən sonra saat 21:40 radələrində ünvan 3 ünvanında yerləşən “Eurohome”nin qarşısına gəlmişlər və Pərvin avtomobili yolun kənarında saxlayaraq ona hədiyyəsi olduğunu bildirmişdir. Bundan sonra Pərvin avtomobilin qabaq sol oturacağının qarşısındakı saxlanc yerini açıb orada saxlamış olduğu sellofandakı narkotik vasitə marixuananı çıxarmış və siqaretinin qutusunun içərisindən qızılı kağız çıxararaq həmin sellofan paketdən bir qədər marixuana götürüb həmin qızılı rəngli kağıza qoyaraq kağızı bükmüş və bükümü ona verərək həmin narkotik vasitəni istifadə etməyi üçün ona pay verdiyini bildirmişdir. O da həmin bükümü şalvarının cibinə qoymuşdur. Bu zaman avtomobilin arxasında polis avtomobili dayanmışdır. Onlar dərhal avtomobildən düşmüşlər, Pərvin qapını bağlayaraq qaçmağa başlamış, o da Pərvinə baxıb qaçmağa başlamışdır. Lakin, polis əməkdaşları onları yaxlamışlar, bu zaman Pərvinin ayağı ilişmiş və yerə yıxılmış, üzü yerə dəydiyindən qızarmışdır. Həmin vaxt polis əməkdaşları onları saxlayaraq xidməti avtomobilə əyləşdirmişlər və qaçmalarının səbəbini soruşmuşlar. Səmimi etiraf edib üzərində narkotik vasitə olduğuna görə qorxub qaçdığını və üzərindəki narkotik vasitəni Pərvinin ona verdiyini bildirmişdir. Bundan sonra onları araşdırma aparılması üçün Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparmışlar. Polis şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və içərisində marixuana olduğunu demişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, şalvarının sol yan cibindən aşkar edilmiş ona məxsus “İphone” markalı telefon təhqiqatçı tərəfindən götürülmüş, bundan başqa üzərindən başqa hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi bükülü içərisindəki marixuana ilə birlikdə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində idarə etmiş olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Z.Bünyadov prospektində olduqları zaman ona pay vermişdir. Həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Pərvinin idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamasından əvvəlcədən məlumatı olmamışdır. Sonradan həmin narkotik vasitə marixuanadan ona verən zaman avtomobilində narkotik vasitə olduğundan xəbəri olmuşdur. Lakin, Pərvinin avtomobildə psixotrop maddə olmasından ümumiyyətlə xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. (cild 1, iş vərəqə 86-88) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Şahid3 məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitəni şalvarın yox, gödəkçənin cibindən çıxarmışdır. Narkotik vasitə qızılı rəngli kağıza bükülü olmuş, siqaret qutusunda olmamışdır. Onları saxlayan zaman qaçmamışlar. O, ifadəni yarımçıq oxumuşdur. İfadənin altında olan imza və yazı ona məxsusdur. Onun barəsində cinayət işi açılmamışdır. Avtomobil Pərvinə məxsus olmuşdur. O avtomobildə olduğuna görə şübhəli şəxs kimi düşən kimi polis əməkdaşları onu vurmuşlar. Şahid3 əvvəlki məhkəmə iclasında verdiyi və tərəflərin razılığı ilə sonrakı məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o Təqsirləndirilən şəxs cəzaçəkmə müəsisəsində qardaşının görüşünə gedən zaman tanımışdır. Pərvin onun qardaşının dostu olmuşdur. Pərvin azadlığa buraxıldıqdan sonra onlar bir neçə dəfə görüşmüşlər. Sonuncu dəfə o işlədiyi çörək zavodundan çıxıb evə gedən zaman marketə daxil olmuş, sonra marketdən çıxan zaman Pərvin ona zəng edib görüşə çağırmışdır. Sonra onlar görüşmüşlər və onların görüşməyindən 5-6 dəqiqə sonra Post Patrul Xidməti onlara yaxınlaşmışdır. PPX əməkdaşlarından biri Pərvinə yaxınlaşmış və yaxınlıqda oğurluq olduğunu, maşını yoxlamaq lazım olduğunu bildirmişlər. O özünü itirmişdir. Söhbət böyümüş və Pərvin maşından düşmək istəməmişdir. Polis əməkdaşı Pərvini vurmuş, onun da qulağının arxasından şillə vurmuşdur. Ona və Pərvinə vuran polis əməkdaşları fərqli olmuşdur. Pərvini vuran polis əməkdaşı arıq və uzun olmuşdur. Onları PPX-nin maşının bagajına oturtmuşlar. Digər polis əməkdaşı əlində sellofan torba ilə Pərvinin maşının yanında gələrək demişdir ki, “tapdım”. Sonra onları harasa aparmışlar, onu tok aparatı ilə vurmuşlar və o yerə yıxılmışdır. Orada da Pərvini və onu biraz döymüşlər. Onları hansı səbəbdən döymələri ona məlum deyil. Əvvəlki məhkəmə iclasında verilən əlavə suallara cavab olaraq Şahid3 bildirmişdir ki, o ibtidai istintaq zamanı ifadə vermiş, bu iş üzrə onu 6 gün ya 5 gün saxlamışlar. O, ibtidai istintaq zamanı ifadə verən zaman hazırki ifadəsi ilə eyni ifadəni vermişdir. Müstəntiq onun dediklərini yazmış, lakin o müstəntiqin yazdığının hamısını oxumamış, sadəcə olaraq imzalamışdır. O, Təqsirləndirilən şəxs cəzaçəkmə müəsisəsində cəza çəkən qardaşının yanına gedən zaman tanımış, Pərvin cəzaçəkmə müəssisəsindən çıxandan 3 ay olarmış ki, onlar görüşürmüşlər. Qardaşının cəzaçəkmə müəsisəsində yanına 3-5 il bundan əvvəl görüşmüşdür. Saxlanılan gün Təqsirləndirilən şəxs ilə saat 20:45 radələrində görümüşlər, məqsədləri telefonda oyun oynamaq olmuşdur. Saxlanıldıqları gün o narkotik vasitə qəbul etməmiş, Pərvinin narkotik vasitə qəbul etməsindən xəbərsizdir. Həmin gün Pərvinin üzərində narkotik vasitə olması barədə bilməmişdir. O PPX–nin əməkdaşlarına onları nəyə görə saxladıqlarını soruşmamışdır. Təqsirləndirilən şəxs ona saxlanıldıqları gün narkotik vasitə vermişdir. Pərvin ona narkotik vasitəni görüşdükdən 2-3 dəqiqə sonra vermiş, polis əməkdaşları gələn zaman narkotik vasitə onun cibində olmuşdur. Polis əməkdaşları narkotik vasitəni haradan aldığını soruşduqda o polisə həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldğını demişdir. Maşına baxış keçirilmiş, lakin onların yanında baxış keçirilməmişdir. Narkotik vasitə büküm formasında onun üzərində olmuşdur. Narkotik vasitə “nəşə” olmuşdur. Onun haqqında cinayət işinin ayrılmasını bilmir. O, polis əməkdaşlarının onu döymələri ilə bağlı harasa şikayət etməmişdir. Onları polis əməkdaşları apardıqları yerin hara olduğunu bilmir, onlar ikinci mərtəbəyə qalxmış, həmin binada lift olmasını xatırlamır. O, həmin yerdə döyülmüş və huşunu itirmiş vəziyyətdə getmişdir. Haradasa 20 dəq ilk apardıqları yerdə qalmışlar. 20 dəqiqə ərzində orada sellofan torbanı gətirmişlər, “bu nədir?” deyə soruşmuşlar. Onları döymüşlər.Sonra onları səhv etmirsə bölməyə aparmışlar. Təhqiqatçı gəlmiş Pərvini aparmış, 40 dəq sonra Pərvin qayıtmışdır. Onu da aparmışlar, çəkiliş olmuş, nə baş verdiyini danışmışdır. Lakin Pərvin gec gəlmişdir. Onlar bölmədə bir gün qalmışlar, səhərisi gün onları fərqli bir yerə aparmışlar, həmin yerdə formada adamlar olmuşdur. Orada 4-5 gün qalmışlar. Təhqiqatçı ondan ifadəni ilk gün almış, axşamı qalmış, müstəntiq səhərisi gün onu dindirmişdir. 4-5 gün sonra müstəntiq gəlmiş və onu azadlığa buraxmışdır. Pərvini iki polis əməkdaşı döyən zaman o qaça bilərmiş, lakin qaçmamışdır. Onları saxlayan zaman heç kim yıxılmamışdır. Onlar görüşən gün harasa getməmişlər. Onların ümumi görüşü 10 dəqiqə çəkmişdir. Polis onlara yaxınlaşan zaman o Pərvinin polisə hər hansı sənəd verdiyini görməmişdir. Polislər onları saxladıqdan sonra ümumilikdə 3 yerə aparmışlar. Sonuncu dəfə Pərvinin idarə etdiyi avtomobili hadisə yerindən başqa hardasa görmüş, lakin həmin yeri xatırlamır. Maşını gördüyü yerin hara olmasını xatırlamır. Pərvin ona narkotik vasitə satmamış, lakin narkotik vasitə vermişdir. Polis əməkdaşları onları saxlayan zaman Pərvinin ona verdiyi narkotik vasitəni açmamışdır. O narkotik vasitəni siqaret formasında yandıraraq istifadə edirmiş. Maşında hər hansı qadağan edilmiş predmet olmasını bilmir, o belə bir predmet görməmişdir. Pərvinin narkotik vasitə istifadə etməsini bilirmiş, həmin gün görüşəndə onun yanında Pərvin narkotik vasitə istifadə etməmişdir. O maşında hər hansı selllofan torba görməmiş, polisin həmin sellofan torbanı haradan tapmasını bilmir. Polis əməkdaşları Pərvini onları saxlayan zaman döymüşlər, Pərvinin başını oturacağın üstünə basaraq vurmuşlar və söymüşlər. Onları “paqonluların” yanına aparmışlar, tam olaraq idarə və ya şöbə olmasını bilmir, həmin vaxt huşu getmişdir. O məhkəməyə gələnə kimi kimsə ona necə ifadə verdiyi barədə hər hansı tapşırıq verməmişdir. Onları polis əməkdaşları saxlayan gün Pərvin ona “marixuana” adlanan narkotik vasitə vermişdir. O, 1-2 dəfə narkotik vasitə istifadə etmişdir. Marixuana adlanan narkotik vasitəni siqaret kimi istifadə edirmiş. (cild 1, iş vərəqə 117-119) Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ 17-ci PŞ-nin təhqiqatçısı Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobilinə baxışı səhəri yaxın saat 04-05 radələrində keçirmişlər. Avtomobilə baxış keçirməyə gedən zaman avtomobil yerində olmuşdur. Həmin avtomobil baxış keçirilməzdən əvvəl bölmənin həyətinə gətirilməmişdir. Avtomobilə baxış 30-40 dəqiqə ərzində yekunlaşmışdır. Qolundakı saatı işlək vəziyyətdə olmuşdur. O, avtomobilə baxış protokolunu tərtib edərkən saatı müəyyənləşdirmək üçün telefona baxmışdır. Avtomobilə baxış səhərə yaxın keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 sentyabr 2023cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) 18 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 21:45 radələrində Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları xidmətdə olarkən Ziya Bünyadov prospekti 106 ünvanında yerləşən parkın qarşısında yolun kənar hissəsində qırmızı rəngli “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2 nəfər şəxsin hərəkətləri şübhə yaratdığından onlara yaxınlaşmışlar. Bu zaman həmin şəxslər polis əməkdaşlarını görərək dərhal avtomobildən düşüb qaçmağa başlamış və polis əməkdaşları onları təqib edərək yaxalamışlar. Bu zaman həmin şəxslərdən biri yerə yıxılaraq xəsarət almışdır. Polis əməkdaşları həmin şəxsləri avtomobilə əyləşdirib qaçmalarının səbəbini soruşduqda həmin şəxslərdən biri səmimi etiraf edərək üzərində narkotik vasitə olduğunu və həmin narkotik vasitəni yanında olan Pərvin adlı şəxsdən əldə etdiyini bildirmişdir. Bu səbəbdən həmin şəxslər 17-ci PŞ-nə gətirilib növbətçi hissəyə təhvil verilmişdir. Şöbədə məlum olmuşdur ki, həmin şəxslərdən biri Təqsirləndirilən şəxs, digəri isə Şahid3dur. (cild 1, iş vərəqə 4) “Şübhəli şəxsin tutulması haqqında” 18 sentyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Şahid3 18 sentyabr 2023-cü tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutulmuş, o, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 18 sentyabr 2023-cü tarixdə, saat 21:45-dən tutulmuş hesab edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 6, 16, 18-22) “Şübhəli şəxsin tutulması haqqında” 18 sentyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2023-cü tarixdə, saat 22:45dəqiqədən şübhəli şəxs qismində tutulmuş, o, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 18 sentyabr 2023-cü tarixdə, saat 21:45-dəqiqədən tutulmuş hesab edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 24, 34, 36-40, “Şəxsi axtarış və götürmə haqqında” 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd avtomobil açarı, sol yan cibindən isə bir ədəd alışqan aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı bir əşya, sənəd və ya maddə aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüş, avtomobil açarı və alışqan isə özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs suallara cavab verərkən narkotik vasitələrin istifadəçisi olduğunu və xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Nərimanov rayonu “Eurohome” bazarı yaxınlığında idarə etdiyi “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiyi zaman tanışı Heydər adlı şəxsə pay şəkilində bir ədəd bükümdə narkotik vasitə marixuana verdiyini, həmin vaxt onlara yaxınlaşmış polis əməkdaşlarını gördükdə avtomobildən düşüb qaçmaq istədiyini, idarə etdiyi həmin avtomobilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. (cild 1, iş vərəqə 43-44) “Şəxsi axtarış və götürmə haqqında” 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Şahid3 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli büküm çıxararaq masanın üzərinə qoyaraq təqdim edib həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin büküm təhqiqatçı Şahid5 tərəfindən açılmış və bükümün içərisində bitki mənşəli kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Şahid3 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid3 suallara cavab verərkən narkotik vasitələrin istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə marixuananı xx.xx.2023-cü il tarixdə saat 21:45 radələrində Nərimanov rayonu “Eurohome” bazarı yaxınlığında “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiyi zaman tanışı Pərvin adlı şəxsdən pay şəkilində əldə etdiyini, həmin vaxt onlara yaxınlaşmış polis əməkdaşlarını gördükdə avtomobildən düşüb qaçmaq istədiyini bildirmişdir. (cild 1, iş vərəqə 47-48) 19 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Nərimanov RPİnin 17-ci PŞ-ə ərizə ilə müraciət edərək etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. (cild 1, iş vərəqə 49) “Baxış keçirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 106 ünvanında yolun kənar hissəsində saxlanılmış "Toyota Prius" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etmiş olduğu qeyd olunan avtomobilin qapı kildini açsın. Sonuncu etiraz etməyərək üzərindəki avtomobil açarı ilə avtomobilin qabaq sol qapısını açarla açmışdır. Bundan sonra avtomobilin içərisinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasında yerləşən saxlanc hissəsindən 1 ədəd pul qabı aşkar edilmiş və həmin pul qabından 1 ədəd Təqsirləndirilən şəxs maxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi,1 ədəd 4127-2044-4754-1457 nömrəli "X12”na aid olan "Tam kart" plastik kartı, 1 ədəd 4169-7423-2152-6952 nömrəli "Kapital Bank"a aid plastik kart, 1 ədəd 6768-6753-4118-6490 nömrəli "Kapital Bank"a aid plastik kart, 1 ədəd 6768-6753- 7433-2078 nömrəli "Kapital Bank"a aid plastik kart və 1 ədəd 4098-5844-9142-3735 nömrəli "Leobank" plastik kart aşkar edilmişdir. Bundan başqa, həmin saxlanc yerindən 1 ədəd "Samsung" markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra həmin saxlanc hissəsinə bitişik olan digər saxlanc hissəsi açıldıqda oradan bir ədəd qara rəngli büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddə olduğu müəyyən edilmiş, həmin bükümün içərisində bağlanmış digər bir ədəd şəffaf rəngli bükümün içərisində isə bitki mənşəli ot kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin kütlələr narkotik vasitələrdir və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün avtomobildə saxlayır. Bundan sonra avtomobilin qabaq sərnişin oturacağının qarşısında olan saxlanc hissəsi açılmış və oradan bir ədəd gümüşü rəngli elektron tərəzi və bir ədəd sellofan paketdə bitki mənşəlli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin kütlə narkotik vasitələrdir və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün avtomobildə saxlayır. Daha sonra avtomobilin digər yerlərinə də baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilmiş 1 ədəd içərisində ağ rəngli kristalşəkilli kütlə olan qara rəngli büküm, 1 ədəd içərisində bitki mənşəli kütlə olan şəffaf rəngli büküm, 1 ədəd içərisində bitki mənşəli kütlə olan şəffaf rəngli sellofan paket və 1 ədəd gümüşü rəngli elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Avtomobildən aşkar edilmiş 1 ədəd X5 maxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi, 1 ədəd 4127-2044-4754-1457 nömrəli "X13”na aid olan "Tam kart" plastik kartı, 1 ədəd 4169-7423-2152-6952 nömrəli "Kapital Bank"a aid plastik kart, 1 ədəd 6768-6753-4118-6490 nömrəli "Kapital Bank"a aid plastik kart, 1 ədəd 6768-6753-7433-2078 nömrəli "Kapital Bank"a aid plastik kart və 1 ədəd 4098- 5844-9142-3735 nömrəli "Leobank" plastik kart və 1 ədəd "Samsung" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. (cild 1, iş vərəqə 50, 52- 53) Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4929-7/1313 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Şahid3 üzərindən aşkar olunmuş büküm...” yazı və imzalar olan zərfdə 1 ədəd qızılı kağız kəsiyi bükümündə təmiz çəkisi 0,564 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik-vasitə-qurudulmuş marixuanadır. Təqdimata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomaşınından çıxan bükümlər...” yazı və imzalar olan zərfdə 1 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,354 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 1 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan 1 gümüşü rəngli elektron tərəzinin üzərində və 1 ədəd sellofanda olan içərisi boş kağız borucuğun içərisində bitki mənşəli narkotik vasitə marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Şahid3 və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Metamfetamin 2005-ci ilin 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetminin təmiz çəkisi - 58,354 qram, tədqiqata sərf edilən miqdar - 0,05 qram, qalıq - 58,304 qramdır. Marixuananın ümumi çəkisi - 22,491 qram - tədqiqata sərf edilən miqdar - 0,1 qram(hər bir obyektdən 0,05 qram olmaqla), qalıq - 22,391 qramdır. (cild 1, iş vərəqə 62-67) “Törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 89-90) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə nəzərdə tutulan ittiham elan edilmiş və hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 92-94, 96-97) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1375/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu andan, yəni 18 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 119-123) “Şəxsin şübhəli şəxs statusunda saxlanılmaqla RPİ-nin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid3 10 gün müddətində şübhəli şəxs statusunda saxlanılmaqla Nərimanov RPİ-nin MSY-dən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və ondan başqa yerə getməmək haqqında iltizam alınmışdır. (cild 1, iş vərəqə 128-131) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şahid3 ona məxsus “İphone 14” markalı mobil telefon sahibi Şahid3 təhvil verilmişdir. (cild 1, iş vərəqə 145) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 4(103)-903/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-1375/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqə 146-151) “Şəxsin cinayət təqibində şübhəli şəxs qismində iştirakından azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Şahid3 cinayət prosesində şübhəli şəxs kimi iştirakına və 20 sentyabr 2023-cü il tarixli qərarla barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin tətbiqinə xitam verilmişdir. (cild 1, iş vərəqə 152-153) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 600 manat cərimə cəzası ilə əvəz olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5 və 68.2-ci maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilib qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 11 il 06 aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar əməli 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrə tövsif edilərək cəzası 11 ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 il endirilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (cild 1, iş vərəqə 177-179) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs anası X1 Mustafayevdən götürülmüş “Kapital Bank”-a məxsus 03 ədəd, “Azərbaycan Beynəlxalq Bank”-na məxsus 01 ədəd və “Leo Bank”a məxsus 01 ədəd plastik kartı təhvil almışdır. (cild 1, iş vərəqə 203) xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində anten dairəsi, həmin mobil nömrəyə daxil olan və çıxan zənglər haqqında məlumatların əks olunduğu Azərbaycan Respublikası DİN-nin BİKİ-si tərəfindən daxil olmuş 01 ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində anten əhatə dairəsinin iş materialları ilə ziddiyyət təşkil etmədiyi, yəni həmin mobil telefon nömrələrinin anten əhatə dairəsinə dair məlumatları qarşılıqlı təhlil etdikdə həmin məlumatların iş materiallarına uyğun olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 209) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Şahid3 əvvəllər məhkum edilməmişdir. (cild 1, iş vərəqə 212) xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A21S” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, telefonun qaleriya bölməsinə daxil olduqda orada narkotik vasitələrə bənzər maddələrin fotoşəkilləri, narkotik vasitələrə bənzər maddələrin əldə edilməsi, satışı ilə bağlı videoçəkilişləri olması aşkar olunmuşdur. (cild 1, iş vərəqə 251) Məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol üst və alt göz qapaqlarının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissisndə göstərilən müddətdə və müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi istisna edilmir. (cild 1, iş vərəqə 272-243) Məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2023-cü il tarixli, 6914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 274-275) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X21 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 28 oktyabr 2023-cü il tarixli, 3006 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər, cinayəti törədən vaxt xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükəli deyil. (cild 1, iş vərəqə 278-281) Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1726-6/6511 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomaşınından çıxan bükümlər...” yazı və imzalar olan zərfdə 1 ədəd qara rəngli polietilenin uc hissəsində şəffaf yapışqan lentlə yapışdırılmış şəffaf sellofanda təmiz çəkisi 1,234 qram bitki mənşəli kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş həmin zərfin içərisində 1 gümüşü rəngli elektron tərəzinin üzərində və 1 ədəd sellofanda olan içərisi boş kağız borucuğun içərisində narkotik vasitə marixuana hissəcikləri vardır, 1 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,304 qram ağ rəngli kristal şəkilli maddə metamfetamindir, 1 ədəd sellofan bağlamada təmiz çəkisi 21,877 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır QEYD:Marixuananın təmiz çəkisi 1,234 qram, tədqiqata sərf edilən miqdar 0,05 qram, qalıq 1,184 qram. (cild 1, iş vərəqə 283-286) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və diyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 206, 234.4.1 və 234.4.4-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs ilə Şahid3 və şəxsiyyəti istintaqla müəyyən edilməyən qeyriləri arasında qabaqcadan razılaşma olmadığından sonuncular barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Azərbaycan Respublikası 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi Şahid3 və Təqsirləndirilən şəxs Saadıq oğluna şamil edilməmiş, qərarın surəti Şahid3 Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Nərimanov RPİ-nin 17ci PŞ-ə göndərilmiş, iş üzrə aşkar edilərək götürülmüş təmiz çəkisi 58,354 qram olan psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 23,725 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 58,304 qram psixotrop maddə metamfetamin və 23,575 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, iş üzrə aşkar edilərək götürülmüş üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, saxlanılmasından ötrü Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, “Şəxsi axtarış və götürmə aparılması” haqqında 18 sentyabr 2023-cü il tarixli və “baxış keçirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli istintaq hərkətlərinin videoçəkilişləri əks etdirilmiş 03 ədəd “DVD” formatlı disk və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş **********60158 və **********60155 İMEİ kodlu «Samsung A21S» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs qanununsuz olaraq əldə etdiyi narkotik vasitənin və külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən edilməsi, istintaqla müəyyən edilməyən digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdır. (cild 1, iş vərəqə 292-312) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitənin və külli miqdarda psixotrop maddənin mənbəyinin müəyyən edilməsi, istintaqla müəyyən edilməyən digər şəxslərin şəxsiyyətinin müəyyən edilməsi barədə Azərbaycan Respiblikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 315-317) Təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 332-334) Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/1015 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildinin 8-ci vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədəki imza; 9-cu vərəqində olan vəkillərin siyahısında “Tanış oldu:” qrafasındakı imza; 10-cu, 15-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokollarda “Şübhəli şəxs:” qrafalarındakı imzalar; 16-cı vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 18-19-cu vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 20-ci vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə “Şübhəli şəxs:” qrafasındakı imza; 21-ci, 22-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokollarda “Şübhəli şəxs:” qrafalarındakı imzalar; 24-cü vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 41-ci vərəqində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 43-44-cü vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqində “Təqsirləndirilən şəxs” sözünün və “3” rəqəminin qarşısındakı imzalar, 2-ci vərəqində “3.” rəqəminin qarşısındakı imza; 49-cu vərəqində olan xx.xx.2023-cü il tarixli ərizədəki imza; 50-ci vərəqində olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 52-53-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokolun 1-ci vərəqində “3” rəqəminin qarşısındakı imza, 2-ci vərəqində “3” rəqəminin qarşısındakı imza; 56-cı vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 58-59-cu vərəqlərində olan xx.xx.2023-cü il tarixli izahatın 1-ci vərəqindəki imzalar, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 72-73-cü vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 74-cü, 75-ci, 76-cı vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokollarda “Şübhəli şəxs:” qrafalarındakı imzalar; 94-cü vərəqində olan təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın surətinin alması barədə sənəddə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 96-97-ci vərəqlərində olan bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 98-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 99-cu vərəqində olan bildirişdə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 100-cü vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 118-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 127-ci vərəqində olan xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 140-cı, 141-ci, 142-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli protokollarda “Təqsirləndirilən şəxs:” qrafalarındakı imzalar; 320-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 321-ci vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 322-ci vərəqində olan xx.xx.2024-cü il tarixli protokolda “İmza:” qrafasındakı imza; 77-80-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 1-ci, 2-ci, 3-cü vərəqlərinin aşağısındakı imzalar, 4-cü vərəqində “Oxudum düzdür imzamla təsdiq edirəm” əlyazmaları və “Şübhəli şəxs:” qrafasındakı imza; 101-104-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 1-ci vərəqində Təqsirləndirilən şəxs adından olan imzalar, 2-ci, 3-cü vərəqlərinin aşağısındakı imzalar, 4-cü vərəqində “İfadəm öz sözlərimlə yazılmışdır, əlavəm yoxdur imzamla təsdiq edirəm” əlyazmaları və “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5 və 68.2-ci maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cəriməni tam ödədiyi üçün xx.xx.2013-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir . “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs avtomobilinə “baxış keçirilməsi haqqında” 19 sentyabr 2023cü il tarixli protokol, yəni Bakı şəhəri, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid5 tərəfindən aparılmış Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi istintaq hərəkəti, həmin istintaq hərəkətinin həyata keçirilməsi nəticəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş diskdəki videogörüntünün sübut qismində qəbul edilməsinə müdafiə tərəfindən etiraz edildiyindən həmin protokol və ona əlavə edilmiş diskdəki videogörüntü sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ittihamın sübuta yetirilməsində və ona cəza təyin edilməsində nəzərə alına bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi istintaq hərəkəti zamanı aşkar edilmiş hallar ittihamın sübuta yetirilməsində, onun əməlinin tövsif edilməsində və cəza təyini zamanı nəzərə alına bilməz. Qeyd edilənlərə və tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona görə ittiham verilmişdir ki, o, xx.xx.2023cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 23,725 qram olan narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 58,354 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, idarə etmiş olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, qanunsuz olaraq əldə etmiş olduğu narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd bükümdə olmaqla 0,564 qram hissəsini xx.xx.2023-cü il tarixdə, saat 21:45-də ünvan 3 ünvanın qarşısında tanışı Şahid3 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhləli bilinərək xx.xx.2023-cü il tarixdə, saat 21:45də ünvan 3 ünvanın qarşısında Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Şahid3 ilə birlikdə özünün idarə etmiş olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-ə gətirilərək orada Şahid3 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,564 qram çəkidə bitki mənşəli kütlə, çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, özünün razılığı və iştirakı ilə ünvan 3 ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 19 sentyabr 2023-cü il tarixdə, saat 00:25-dən etibarən baxış keçirilən zaman həmin avtomobilin oturacaqları arasındakı saxlanc yerindən 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,354 qram olan ağ rəngli kristalşəkilli maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 1,234 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin avtomobilin qabaq sağ oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram olan bitki mənşəli kütlə şəklində, çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq aşkar edilərək götürülmüşdür. Lakin məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı Təqsirləndirilən şəxs “ünvan 3 ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 19 sentyabr 2023-cü il tarixdə, saat 00:25dən etibarən baxış keçirilən zaman həmin avtomobilin oturacaqları arasındakı saxlanc yerindən 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,354 qram olan ağ rəngli kristalşəkilli maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 1,234 qram olan bitki mənşəli kütlə şəklində, çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin avtomobilin qabaq sağ oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram olan bitki mənşəli kütlə şəklində, çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq aşkar edilməsinə görə” verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə axşam saat 18:00 radələrində evdən çıxıb fəaliyyətə başlamışdır. Həmin gün yanında Şahid3 olmuşdur. Şahid3 qardaşını cəzaçəkmə müəssisəndən tanıyır. Heydərlə münasibətləri də bunun nəticəsində yaranmışdır. O, Heydərə “Çermet” körpüsünü düşən kimi sağda onu gözləməsini və gəlib götürəcəyini bildirmişdir. Daha sonra Heydərin yanına çatmışdır. O, avtomobilini saxlamış və Heydər avtomobilə əyləşmişdir. Təxminən 4-5 dəqiqə sonra PPX avtomobili gəlib qarşı tərəfdə saxlamışdır. Polis əməkdaşı ona yaxınlaşmış və özünü təqdim etməyini bildirmişdir. O bunun səbəbini soruşduqda, polis əməkdaşı ərazidə oğurluq hadisəsi olduğunu və bunu araşdırdıqlarını demişdir. O şəxsiyyət vəsiqəsini polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı şəxsiyyət vəsiqəsinə baxmış, daha sonra isə özünə qaytarmışdır. Polis əməkdaşı avtomobilin içinə tərəf əyilib Heydərə avtomobildən düşməsini demişdir. Heydər avtomobildən düşdükdən bir müddət sonra səs-küy gəldiyini eşitmişdir. Çölə baxan zaman Heydərlə polis əməkdaşının əlbəyaxa olduğunu görmüşdür. Polis əməkdaşı Heydərdən yerə nə atdığını soruşurmuş. O avtomobildən düşmüş, onların yanına yaxınlaşıb nə olduğunu soruşmuşdur. Bu vaxt polis əməkdaşı Heydəri buraxıb onu tutmuş və digər əməkdaşı da çağırmışdır. Daha sonra Heydərlə birlikdə onun da əl-qolunu qandallayıb zorla xidməti avtomobilə əyləşdirmişlər. Bundan sonra polis əməkdaşı ondan avtomobilinə baxış keçirmək üçün açarı istəmişdir. O küçənin ortasında avtomobilə axtarış keçirməyə ixtiyarının olmadığını bildirmişdir. Həmin yerdə polislər ona qarşı zor tətbiq etmişlər. Polis əmkdaşları yumruqla onu vurmuşlar, bununla bağlı ekspertiza rəyi də var. Daha sonra avtomobilin açarını cibindən götürmüşlər. Heydərlə onu xidməti avtomobilin arxa hissəsinə salaraq qandallamışlar. Onu qandalladıqları üçün arxaya dönüb nə baş verdiyini görə bilməmişdir. Daha sonra polis əməkdaşlarından biri gəlib sürücü tərəfdən nəsə götürüb getmişdir. 4-5 dəqiqə sonra kiçik sellofan torbanın dibində ota oxşar bir maddəni ona göstərib avtomobilindən çıxdığını bildirmişdir. O təhqiramiz ifadələrlə bu maddənin ona aid olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşlarından biri telefonla danışmışdır. Həmin əməkdaş öz avtomobillərinin qabaq hissəsindən yenə nə isə götürüb getmişdir. 6-7 dəqiqə sonra yanına gəlib bir qara sellofan və üstündə bir tərəzini ona göstərib “birinə razı olmadın, bunu çıxartdıq, bunlar da sənindir”- demişlər. Onun avtomobili orada qalmış, onlar isə xidməti avtomobildə yola çıxmışlar. Yolda olan zaman kiminləsə telefonda danışıb onları idarəyə yoxsa 17-ci PB-yə aparacaqlarını məsləhətləşmişlər. Telefondakı şəxs bundan əvvəl başqa bir şəxsin 17-ci PB-yə aparıldığını, orada işini həll edib azadlığa çıxdığını, bu səbəbdən onları İdarəyə aparmalarını demişdir. Sonra onları Nərimanov RPİnin binasının arxa tərəfindən binaya salmışlar. Həmin vaxt onun avtomobili orada olmamışdır. Daha sonra onları İdarənin 2-ci mərtəbəsinə, sol tərəfdən koridorla axırdan birinci otağa aparmışlar. Orada avtomobilindən narkotik vasitə çıxdığını bildirmişlər. O narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Otaqda olan əməkdaşlar “biz bunu sənin boynuna qoymağı bilərik” demişlər. Daha sonra onları İdarədə Fariz adlı əməliyyatçının otağına salmışlar. Ona qarşı təzyiqlər olmuş, hətta elektroşok alətindən də istifadə etmişlər. Onun boynuna və qoluna, Heydərin isə ayağına elektroşok vermişlər. Ona narkotiki götürməli olduğunu, onsuzda əvvəl də məhkumluğunun olduğunu demişlər. O yenə polislərlə razılaşmamışdır. Daha sonra onları evlərindən narkotik çıxaracaqları ilə təhdid etmişlər. O məcbur qalıb razılaşmış və Heydəri buraxmalarını, narkotik vasitələrin onun olduğunu qəbul edəcəyini bildirmişdir. Daha sonra onları 17-ci PB-yə aparan zaman o avtomobilinin MSY-nin həyətində olduğunu görmüşdür. MSY-nin həyəti ilə Nərimanov RPİ-nin həyəti eynidir. Avtomobilinin baqaj hissəsi açıq olmuş, avtomobilinin içini dağıtmışlar. Avtomobilini idarəyə polis əməkdaşları gətirmişdir. Polis əməkdaşları məhkəmə iclasında ifadə verən zaman da avtomobilinin açarının onlarda qaldığını, sonradan idarənin narkotik şöbəsinə təhvil verdiyini demişlər. Polislərə verilmiş suallara cavab olaraq onu oğurluqda şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər. Daha sonra onu 17-ci PB-yə aparmışlar, avtomobilini də arxadan sürüb gətirmişlər. Daha sonra müdafiəçi çağırılmış, amma müdafiəçiyə yaxınlaşıb söz deməyə icazə verməmişlər. Onun anası və dayısı da bölməyə gəlmişlər. Müdafiəçisi də avtomobilini görmüşdür. Daha sonra şəxsi axtarış videoçəkiliş etməmişdən əvvəl onun cibinə telefon, alışqan və avtomobilin açarını qoymuşlar. O, saat 20 radələrində saxlansa da, cinayət işində 21:45-də saxlandığı qeyd edilmişdir. Avtomobilinə baxışı isə səhərə yaxın keçirmişlər. Lakin cinayət işində gecə 00 radələrində aparıldığı yazılmışdır. Avtomobilinə axtarış videoçəkilişi keçirilməzdən əvvəl narkotik vasitələri avtomobilinə yerləşdirirmişlər. Daha sonra avtomobilinin açarını ona vermişlər və videoçəkilişdə avtomobilini açmağını, qoyduqları yerdən narkotik vasitəni götürməyini, narkotik vasitələrin növünü və şəxsi istifadəsi üçün olduğunu deməsini bildirmişlər. O saxlanılan zaman hava işıqlı olmuş, saat 20:00 olarmış. Avtomobilə baxış səhərə yaxın keçirilmişdir. Polis əməkdaşları avtomobilinin açarını onun cibindən götürən zaman onu döymüşlər. Avtomobildən onları düşürüb apardıqdan sonra avtomobili polis əməkdaşlar bağlamışdır. Açarı sonradan ona vermişlər. Onları aparanda avtomobil yerində qalmışdır. Sonradan onları idarəyə aparmışlar, o avtomobilini idarənin həyətində görmüşdür. Daha sonra avtomobili ilə birlikdə onları 17-ci PB-yə aparmışlar. Sonra isə polis əməkdaşları avtomobili təkrar bölmədən saxlandıqları yerə aparmışlar. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi hallarla bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nərimanov RPİ PPXB-nin polis nəfəri Şahid2 08 aprel 2024-cü il tarixli məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs məxsus olan minik avtomobilinin açarı onda olmuş və o sözügedən açarı heç bir kəsə verməmişdir. Təqsirləndirilən şəxs o və Şahid1 tərəfindən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs məxsus olan minik avtomobilinin qapısı onun tərəfindən qıfıllanmışdır. Lakin, Şahid2 10 fevral 2026-cı il tarixli məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Pərvini saxladıqdan sonra avtomobilin açarını götürmüşlər, amma açarın onda, yoxsa digər əməkdaşda olduğunu xatırlamır. Şəxsləri saxladıqdan sonra idarəyə aparmışlar. İdarədə 15-20 dəqiqə qalmışlar. Sonra əməliyyatçı ilə birlikdə şöbəyə aparmışlar. Bundan başqa cinayət işinin materiallarında və Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununda qeyd olunmuşdur ki, “Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Şahid3 ilə birlikdə özünün idarə etmiş olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-ə gətirilmişdir”. Lakin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində bildirmişdir ki, o, saxlanılan zaman əvvəla Nərimanov Rayon Polis İdarəsinə aparılmış, daha sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli ifadə verərək bildirmişdir ki, o və Şahid1 Təqsirləndirilən şəxslə birgə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsində olmamışdan öncə Nərimanov Rayon Polis İdarəsində olmuşlar. Həmin vaxt o və Şahid1 Təqsirləndirilən şəxslə birgə Nərimanov Rayon Polis İdarəsində on beş-iyirmi dəqiqə olmuşlar. O və Şahid1 Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşlarına təhvil vermişlər. O və Şahid1 Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşlarına təhvil verdikdən sonra Nərimanov Rayon Polis İdarəsindən çıxıb getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşları ilə təklikdə qalmışdır. Nərimanov Rayon Polis İdarəsində Narkotiklərlə mübarizə bölməsinin polis əməkdaşlarının Təqsirləndirilən şəxslə işləri bitdikdən sonra o və Şahid1 yenidən Nərimanov Rayon Polis İdarəsinə gələrək Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsindən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə aparmışlar. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş Nərimanov RPİ PPXB-nin polis nəfəri Şahid2 həm ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadələri arasında kəskin ziddiyyətlər yaranmış, həmin ziddiyətlərin məhkəmə istintaqında aparılmış araşdırma zamanı aradan qaldırılması mümkün olmamış, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi “polis əməkdaşları tərəfindən saxlanılan zaman idarə etdiyi avtomobilinin açarının polis əməkdaşları tərəfindən götürülməsi və onun polis idarəsinə aparılan zaman avtomobilin açarının onda deyil, məhz polis əməkdaşlarında qalması və avtomobilin açarının polis şöbəsində keçirilən şəxsi axtarış istintaq hərəkətindən əvvəl onun özünə qaytarılması, həmçinin saxlanılan zaman Nərimanov RPİ-nə, daha sonra 17-ci PŞ-nə aparılması” öz təsdiqini tapmışdır. Bu hal artıq ona dəlalət edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra Nərimanov Rayon Polis İdarəsinə aparılması, onu saxlayan PPXB-nün əməkdaşlarının sonuncunu Nərimanov RPİ-nin NMB-nin əməkdaşlarına təvil verərək idarədən uzaqlaşmalarının, Təqsirləndirilən şəxs göstərilən müddətdə polis idarəsinin NMB-nin əməkdaşlarının nəzarətində saxlanılması və sonra Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparılaraq orada üzərinə şəxsi axtarış istintaq hərəkətinin keçirilməsinin məntiqi əsası olmamış, başqa sözlə, bununla bağlı, yəni Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan dərhal sonra nə üçün 17-ci PŞ-nə deyil, məhz Nərimanov RPİ-nə aparılması, müəyyən vaxt müddətində idarədə qalması və daha sonra 17-ci PŞ-nə aparılması ilə bağlı ittiham tərəfindən hər hansı əsaslı səbəb məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli istintaq hərəkətinin protokolundan və həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən DVD formatlı diskdə olan videogörüntülərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 106 ünvanında yolun kənar hissəsində saxlanılmış "Toyota Prius" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etmiş olduğu qeyd olunan avtomobilin qapı kildini açsın. Sonuncunu etiraz etməyərək üzərindəki avtomobil açarı ilə avtomobilin qabaq sol qapısını açarla açmışdır. Bundan sonra avtomobilin içərisinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı avtomobilin qabaq oturacaqlarının arasında yerləşən saxlanc hissəsindən 1 ədəd pul qabı aşkar edilmiş və həmin pul qabından 1 ədəd Təqsirləndirilən şəxs maxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi, 1 ədəd 4127-2044-4754-1457 nömrəli "X13”na aid olan "Tam kart" plastik kartı, 1 ədəd 4169-7423-2152-6952 nömrəli "Kapital Bank"a aid plastik kart, 1 ədəd 6768-6753-4118-6490 nömrəli "Kapital Bank"a aid plastik kart, 1 ədəd 6768-6753- 7433-2078 nömrəli "Kapital Bank"a aid plastik kart və 1 ədəd 4098-5844-9142-3735 nömrəli "Leobank" plastik kart aşkar edilmişdir. Bundan başqa, həmin saxlanc yerindən 1 ədəd "Samsung" markalı mobil telefon aşkar edilmişdir. Bundan sonra həmin saxlanc hissəsinə bitişik olan digər saxlanc hissəsi açıldıqda oradan bir ədəd qara rəngli büküm aşkar edilmiş, həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddə olduğu müəyyən edilmiş, həmin bükümün içərisində bağlanmış digər bir ədəd şəffaf rəngli bükümün içərisində isə bitki mənşəli ot kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin kütlələr narkotik vasitələrdir və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün avtomobildə saxlayır. Bundan sonra avtomobilin qabaq sərnişin oturacağının qarşısında olan saxlanc hissəsi açılmış və oradan bir ədəd gümüşü rəngli elektron tərəzi və bir ədəd sellofan paketdə bitki mənşəlli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş həmin kütlə narkotik vasitələrdir və həmin narkotik vasitələri şəxsi istifadəsi üçün avtomobildə saxlayır. Daha sonra avtomobilin digər yerlərinə də baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı digər əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi "Toyota Prius" markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı aşkar edilmiş 1 ədəd içərisində ağ rəngli kristalşəkilli kütlə olan qara rəngli büküm, 1 ədəd içərisində bitki mənşəli kütlə olan şəffaf rəngli büküm, 1 ədəd içərisində bitki mənşəli kütlə olan şəffaf rəngli sellofan paket və 1 ədəd gümüşü rəngli elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Avtomobildən aşkar edilmiş 1 ədəd X5 maxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi, 1 ədəd 4127-2044-4754-1457 nömrəli "X13”na aid olan "Tam kart" plastik kartı, 1 ədəd 4169-7423-2152-6952 nömrəli "Kapital Bank"a aid plastik kart, 1 ədəd 6768-6753-4118-6490 nömrəli "Kapital Bank"a aid plastik kart, 1 ədəd 6768-6753-7433- 2078 nömrəli "Kapital Bank"a aid plastik kart və 1 ədəd 4098-5844-9142-3735 nömrəli "Leobank" plastik kart və 1 ədəd "Samsung" markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Yuxarıda qeyd edilən 19 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi” haqqında protokol Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Şahid5 tərəfindən tərtib edilmiş və həmin protokolda avtomobilə baxışın xx.xx.2023-cü il tarixdə, saat 00:25ci dəqiqədə başlanması və xx.xx.2023-cü il tarixdə, saat 00:42-ci dəqiqədə başa çatması qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı avtomobilə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən DVD formatlı diskdə olan videogörüntü tərəflərin iştirakı ilə tədqiq edilən zaman müəyyən edilmşdir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı Şahid5 avtomobilə baxış keçirilməsinə başlamazdan əvvəl özünü və baxışda iştirak edən şəxsləri təqdim edərək Təqsirləndirilən şəxs ünvan 3 ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə, saat 00:25-ci dəqiqədə baxış keçirməyə başladığını elan edir. Təqsirləndirilən şəxs avtomobilin kilidini açır, təhqiqatçı avtomobilə baxış keçirməyə başlayır. Videogörüntünün 02 dəqiqə 32-ci saniyəsində təhqiqatçısının sol qolunda olan saat əqrəblərinin 04:10 olduğu müəyyən olunur. Həmçinin, videonun 09 dəqiqə 38-ci saniyəsində isə saat əqrəblərinin 04:15 olduğu müəyyən olunur. Göründüyü kimi, baxış keçirilməsi haqqında protokolda göstərilən və baxış zamanı təhqiqatçının elan etdiyi vaxtla (saat, dəqiqə) təhqiqatçının sol qolunda olan saat əqrəblərinin kəskin şəkildə fərqləndiyi müəyyən edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən təhiqiqatçı Şahid5 məhkəmə iclasına dəvət olunaraq dindirilmiş, o, verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobilinə baxışı səhərə yaxın saat 04-05 radələrində həyata keçirmişlər. Avtomobilə baxış keçirməyə gedən zaman avtomobil yerində olmuşdur. Həmin avtomobil baxış keçirilməzdən əvvəl bölmənin həyətinə gətirilməmişdir. Avtomobilə baxış 30-40 dəqiqə ərzində yekunlaşmışdır. Qolundakı saatı işlək vəziyyətdə olmuşdur. O, avtomobilə baxış protokolunu tərtib edərkən saatı müəyyənləşdirmək üçün telefona baxmışdır. Beləliklə məhkəmə istintaqı zamanı tam və obyektiv araşdırma nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi istintaq hərəkəti xx.xx.2023-cü il, saat 00:25-də deyil, həmin tarixdə səhərə yaxın, saat 04-05 radələrində keçirilmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını 19 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi” haqqında protokol və baxış zamanı qeydə alınmış videogörüntü təşkil edir. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmiş yuxarıda qeyd olunan hallar, X6 idarə etdiyi avtomobilinə keçirilmiş baxışın və həmin hərəkətin nəticəsinə dair tərtib edilmiş protokolun, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntünün mötəbərliyini, mümkünlüyünü və qanuniliyini şübhə altına alır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən 18 sentyabr 2023-cü il tarixdə, saat 21:45-də deyil, həmin gün, saat 20:00 radələrində ittihamda qeyd edilən ünvanda saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına aparıldığını, bir neçə saat sonra isə Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparıldığını, həmçinin saxlanıldığı zaman idarə etdiyi “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin polis əməkdaşları tərəfindən idarə edilərək Nərimanov RPİ-nə, oradan 17-ci PŞ-nə, daha sonra isə saxlanıldığı əraziyə qaytarılıdığını bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlarla bağlı məhkəmə bir neçə halın qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:45-də ünvan 3 ünvanın qarşısında Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən Şahid3 ilə birlikdə özünün idarə etmiş olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-ə gətirilmiş, lakin “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısı qıfıllanaraq həmin ərazidə qalmış, 17-ci PŞ-də orada Şahid3 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,564 qram çəkidə bitki mənşəli kütlə, çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə ünvan 3 ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına qayıdaraq 19 sentyabr 2023-cü il tarixdə, saat 00:25-dən etibarən baxış keçirilən zaman həmin avtomobildən psixotrop maddə və narkotik vasitə, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq aşkar edilərək götürülmüşdür. Bu hissədə əvvəla qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı tam və obyektiv araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi istintaq hərəkəti cinayət işinin materiallarında qeyd edilən xx.xx.2023-cü il, saat 00:25-də deyil, həmin tarixdə səhərə yaxın, saat 04-05 radələrində keçirilmişdir. Həmçinin, nəzərə alsaq ki, Təqsirləndirilən şəxs saat xx.xx.2023-cü il tarixdə, saat 21:45-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis əməkdaşlarının nəzarəti altında Nərimanov RPİ-nə aparılan zaman onun idarə etdiyi “Toyota Prius” markalı, 77HH356 dövlət qeydiyyat nişanlı avtomobil həmin ərazidə qalmış, daha sonra xx.xx.2023-cü il tarixdə saat 04-05 radələrində həmin avtomobilə baxış keçirilmişdir. Yəni Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, 77HH356 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən, saat 21:45-dən xx.xx.2023-cü il, saat 04-05 radələrinədək ünvan 3 ünvanın qarşısında hərəkətsiz qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:45-dən tam olaraq polisin nəzarəti altında olmuş, “Toyota Prius” markalı, 77HH356 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək iqtidarında olmamışdır. Maraqlı hal isə ondan ibarətdir ki, müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsinin verdiyi xx.xx.2024-ü il tarixli, 44-7/2-1292 saylı məktuba əlavə edilmiş müşahidə kamerasının foto şəkilindən görünür ki, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə, sat 03:23:59-da Z.Bünyadov pr.Qızlar YDM-nin yaxınlığı 20 yanvar ist1 ünvanında hərəkətdə olmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs saxlanılaraq Polis İdarəsinə aparılan zaman idarə etdiyi “Toyota Prius” markalı, 77HH356 dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun saxlanıldığı ünvan 3 ünvanın qarşısında hərəkətsiz qalması, həmin avtomobilin polis əməkdaşları tərəfindən idarə edilərək Nərimanov RPİ-nə, daha sonra 17-ci PŞ-nə aparılmaması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə məhkəmə, yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin idarə etdiyi “Toyota Prius” markalı, 77HH356 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış və həmin baxışın nəticələrinə dair tərtib edilmiş protokolda göstərilən saatla (dəqiqə) təhqiqatçının qolunda olan saat fərqinin kəskin şəkildə fərqlənməsi, təhqiqatçı və polis əməkdaşlarının məhkəmədə bir birinə zidd və bir biri ilə uzlaşmayan ifadələr verməsi, təqsirləndirilən şəxsin saxlanılan zaman Nərimanov RPİ-nin 17-ci PŞ-nə aparılıb-aparılmaması, həmçinin, təqsirləndirilən şəxsin xx.xx.2023-cü il, saat 21:45-dən polisin nəzarətində olmasına baxmayaraq 77HH356 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə, saat 03:23:59-da Z.Bünyadov pr.Qızlar YDM-nin yaxınlığı 20 yanvar ist1 ünvanında hərəkətdə olması, təqsirləndirilən şəxsin qeyd edilən hallarla bağlı məhkəmə iclasında verdiyi ifadələrin üst-üstə düşərək bir birini tamamlaması həmin avtomobildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin Təqsirləndirilən şəxs məxsus olması ilə bağlı əsaslı şübhələr yaratmış və həmin şübhələrin aradan qaldırılması üçün ittiham tərəfindən heç bir əsaslı və mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası CPM-nin 21.2 və 145.3-cü maddələrinin tələblərini nəzərə alır. Məhkəmə xüsusilə vurğulayır ki, məhkəmə istintaqında aparılmış araşdırma məhkəmə baxışının hədləri kontekstində müdafiə tərəfinin iddia etdiyi dəlillərlə bağlı əlavə sübutların əldə edilməsi və həmin sübutların cinayət işinin materiallarında olan digər sübutlarla məcmu halda müqayisəli şəkildə yoxlanılması və hüquqi qiymət verilməsi vasitəsilə həyata keçirilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və CPM-in 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etmiş və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının səhvləri aradan qaldırılaraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası tam, hərtərəfli və obyektiv olaraq tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü və 42.2.4-cü maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs “ünvan 3 ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 19 sentyabr 2023-cü il tarixdə, saat 00:25-dən etibarən baxış keçirilən zaman həmin avtomobilin oturacaqları arasındakı saxlanc yerindən 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,354 qram olan ağ rəngli kristalşəkilli maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 1,234 qram olan bitki mənşəli kütlə şəklində, çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin avtomobilin qabaq sağ oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram olan bitki mənşəli kütlə şəklində, çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq aşkar edilməsinə görə” verilmiş ittiham təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Bundan başqa, məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən saxlanılan zaman həmin ərazidə polis əməkdaşlarının onu vurduğunu, daha sonra polis idarəsində polis əməkdaşları tərəfindən döyülərək xəsarət aldığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-20-10/2-111 saylı nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində 3 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. İlkin tibbi baxış zamanı o, tutulan zaman zədə aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sol gözaltı nahiyyədə bənövşəyi rəngli qançır izi aşkar edilmişdir. Bundan başqa Nərimanov RPİ-nin verdiyi xx.xx.2026-cı il tarixli, 3-13-50/2-8738 saylı məktubdan, məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan və MSY-də tibbi müayinə keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs sol gözünün altında, sifətində göyərmə və qızartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin xəsarətləri tutulmamışdan qabaq yerə yıxılaraq aldığını bildirmiş, həmin akt Təqsirləndirilən şəxs tərəfindən şəxsən imza etmişdir. Bakı şəhəri Nərimanov rayon Prokurorluğunun 06 mart 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1218 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol üst və alt göz qapaqlarının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissisndə göstərilən müddətdə və müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi istisna edilmir. Beləliklə, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs sağlamlığına zərər vurmayan xəsarət alması aşkar edilsə də, həmin xəsarətlərin polis əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərini aşması nəticəsində yetirilməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olumuşdur. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs saxlanılmasında bilavasitə iştirak etmiş Nərimanov RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfərləri Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs saxlayan zaman və saxlanıldıqdan sonra tərəflərindən hər hansı fiziki və ya psixi təsir və təzyiq göstərilmədiyini və polis şöbəsində belə halın şahidi olmadıqlarını bildirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə, həmçinin baxış keçirilməsi istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin, mötəbərliyi şübhə altına alınmayan Nərimanov rayon prokurorluğunun qəbul etdiyi 06 mart 2026-cı il tarixli qərarda istinad edilmiş sənədlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Nərimanov rayon prokurorluğunun 06 mart 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda istinad edilmiş Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1218 saylı rəyi ilə, həmçinin, 3 saylı istintaq təcridxanasından daxil olmuş tibbi kitabça ilə müəyyən edilmiş xəsarətlə bağlı məhkəmə qeyd edir ki, şəxsin üzərində hansısa zədə və ya xəsarətlərin olması heç də bütün hallarda ona zor tətbiqini və işgəncə verilməsini ehtiva edə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, saxlanılan şəxs tutularkən, nəqliyyat vasitəsinə mindirilərkən, bir yerdən digər yerə daşınarkən, yəni, istənilən möhkəm səthə malik əşyalarla təmasda olarkən bədən səthinin müxtəlif nahiyələrində xırda xəsarətlərin, qançır və sıyrıqların yaranması istisna olunmur. Onu da nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı aparılmış araşdırmanın nəticəsində mötəbərliyi şübhə altına alınmayan Nərimanov rayon prokurorluğunun 06 mart 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah olunmasına baxmayaraq o, müdafiə tərəfi olaraq həmin qərardan şikayət verməmiş və qərarı mübahisələndirməmişdir. Həmin qərar hazırda qüvvədədir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində izahat verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin döyülməsi barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazlarını bildirməmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs tərəfindən qeyd olunan xüsusatlar Nərimanov rayon prokurorluğunda araşdırılmış və həmin xüsusatlar (polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması) öz təsdiqini tapmadığından xx.xx.2026-cı il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Müdafiə tərəflərindən qeyd edilən qərar mübahisələndirilməmiş və həmin qərar hazırda qüvvədədir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə olmaqla 0,564 qram narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-cü il tarixdə, saat 21:45-də ünvan 3 ünvanın qarşısında tanışı Şahid3 satması ilə əlaqədar əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs tanışı Şahid3 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək Cinayət Məcəlləsin 234.2-ci maddəsi ilə cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şəxsi axtarış və götürmə haqqında” 18 sentyabr 2023-cü il tarixli istintaq hərəkətinin protokolundan və həmin istintaq hərəkətinin görüntülərini özündə əks etdirən DVD formatlı diskdə olan videogörüntülərdən görünür ki, şəxsi axtarış zamanı Şahid3 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qızılı rəngli büküm çıxararaq masanın üzərinə qoyaraq təqdim edib həmin bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra həmin büküm açılmış və bükümün içərisində bitki mənşəli kütlə aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra X4 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon aşkar edilmiş və iş üzrə əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Şəxsi axtarış zamanı Şahid3 suallara cavab verərkən narkotik vasitələrin istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə marixuananı xx.xx.2023cü il tarixdə saat 21:45 radələrində Nərimanov rayonu “Eurohome” bazarı yaxınlığında “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşdiyi zaman tanışı Pərvin adlı şəxsdən pay şəkilində əldə etdiyini bildirmişdir. (cild 1, iş vərəqə 47-48) Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilərkən Şahid3 ifadəsində narkotik vasitə istifadə etdiyini, Təqsirləndirilən şəxs tanıdğını, hadisə günü Pərvinlə görüşməyə getdiyini, Pərvinin yanına çatdıqdan sonra avtomobilinə əyləşdiyini, avtomobildə Pərvinin ona istifadə etməsi üçün cibindən çıxararaq marixuana verdiyini, Pərvin narkotik vasitəni ona verdikdən sonra cibinə qoyduğunu, sonra polis əməkdaşlarının gəldiyini bildirmişdir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə Məhkəmə, yuxarıda göstərilən cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib hüquqi qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi şifahi vəsatət verərək bildirmişdir ki, təqsirləndirilən şəxs öz ifadəsində cinayət işi materiallarında olan bir imza istisna olmaqla qalan imzaların onun tərəfindən icra edilmədiyini bildirdiyini, qeyd edilən halların araşdırılması üçün cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini, cinayət işi materiallarında məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs tərəfindən hansı imzaların onun tərəfindən icra olunmasının müəyyən edilməsi üçün cinayət iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsini, ekspert qarşısında məhkəməyədək icraat zamanı çəkilmiş imzaların təqsirləndirilən şəxs tərəfindən icra edilib edilməməsi barədə sual qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə cinayət işi üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınaraq cinayət işin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 4/1015 saylı rəyi ilə tərəflərin iştirakı ilə məhkəmə iclasında tədqiq edilmiş və müdafə tərəfinin iddia etdiyi hallar öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə cəzasını yüngülləşdirən halların olmamasını nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5 və 68.2-ci maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilib qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 11 il 06 aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM- də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar əməli 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrə tövsif edilərək cəzası 11 ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 il endirilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. (cild 1, iş vərəqə 177-179) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5 və 68.2-ci maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs ona təyin edilmiş cəriməni tam ödədiyi üçün xx.xx.2013-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5 və 68.2-ci maddələrinə əsasən 14 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilib qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 11 il 06 aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM- də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunun tətbiqi ilə əlaqədar əməli 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrə tövsif edilərək cəzası 11 ilə endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 10 il endirilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmədən, yəni xx.xx.2023-cü il tarixdə isə hazırki iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs sonuncu dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən az ağır cinayət törətmişdir. Belə olan halda, cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan müddəalarına görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin, cəzanı yüngülləşdirən halların olmamasını, cəzasını ağırlaşdıran halları, eləcə də cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin diferensiallaşdırılmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 21:45-dən tutulmuş hesab edilmiş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə qeyd edir ki, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/4929-7/1313 nömrəli rəyi ilə müəyyən olumuşdur ki, “Şübhəli şəxs Şahid3 üzərindən aşkar olunmuş büküm...” yazı və imzalar olan zərfdə 1 ədəd qızılı kağız kəsiyi bükümdə təmiz çəkisi 0,564 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik-vasitə-qurudulmuş marixuanadır. Həmçinin, təqdimata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomaşınından çıxan bükümlər...” 1 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram bitki mənşəli kütlələr çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ümumilikdə marixuananın ümumi çəkisi - 22,491 qram tədqiqata sərf edilən miqdar - 0,1 qram (hər bir obyektdən 0,05 qram olmaqla), qalıq - 22,391 qramdır. Yuxarıda göstərilən rəydə qeyd edildiyi kimi ekspertiza zamanı hər bir obyektdən 0,05 qram tədqiqata sərf edilmişdir. Belə olan halda Şahid3 üzərindən aşkar olunmuş təmiz çəkisi 0,564 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik-vasitə-qurudulmuş marixuananın qalıq hissəsi 0,514 qram, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş 1 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın qalıq hissəsi 21,877 təşkil edir. Bundan başqa kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1726-6/6511 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, “Şübhəli şəxs Təqsirləndirilən şəxs avtomaşınından çıxan bükümlər...” yazı və imzalar olan zərfdə 1 ədəd qara rəngli polietilenin uc hissəsində şəffaf yapışqan lentlə yapışdırılmış şəffaf sellofanda təmiz çəkisi 1,234 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ümumilikdə marixuananın ümumi çəkisi – 1,234 qram - tədqiqata sərf edilən miqdar – 0,05 qram, qalıq – 1,184 qramdır. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ümumi çəkisi 23,161 qram, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış hissəsi 23,061 qramdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Şahid3 üzərindən aşkar edilərək götürülmüş, Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 0,514 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılması” haqqında 18 sentyabr 2023-cü il tarixli və “baxış keçirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli istintaq hərkətlərinin keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd «Samsung A21S» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Bundan başqa, qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş, Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 23,061 qram qurudulmuş marixuana və 58,304 qram psixotrop maddə metamfetamin, həmçinin narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq qanunsuz yolla aşkar edilərək götürüldüyündən qeyd olunan narkotik vasitə və psixotrop maddənin, həmçinin narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuğun kim tərəfindən həmin avtomobilə daşınaraq saxlaması məsələsinə məhkəmə istintaqı qaydasında hüquqi qiymət verilə bilməməsi, həmin fakt üzrə cinayəti törətmiş şəxsin müəyyən edilməmiş qalması səbəblərindən hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23,061 qram qurudulmuş marixuana və 58,304 qram psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq, onun avtomobilinə keçirilən baxış zamanı çəkilmiş video görüntünün olduğu 1 ədəd DVD diskin bir nüsxəsi həmin materiallara əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, 19 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 6/4929-7/1313 saylı kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası üzrə 88 (səksən səkkiz) manat, xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1726-6/6511 saylı əlavə kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizası üzrə 70 (yetmiş) manat və xx.xx.2025-ci iltarixli, 4/1015 saylı məhkəmə-xətşünaslıq ekspertizası üzrə 112 (bir yüz on iki) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat pul vəsaiti ondan tutularaq dövlət büdcəsinə ödənilməlidir. 21 oktyabr 2023-cü il tarixli, 6914 saylı məhkəmə narkoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə mülki yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi, içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq, həmçinin narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməməsi səbəbi ilə həmin hissə ona elan edilmiş ümumi ittihamdan xaric edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Şahid3 üzərindən aşkar edilərək götürülmüş, Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 0,514 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, “Şəxsi axtarış və götürmə aparılması” haqqında 18 sentyabr 2023-cü il tarixli və “baxış keçirilməsi haqqında” 19 sentyabr 2023-cü il tarixli istintaq hərkətlərinin keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın, 1 ədəd «Samsung A21S» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitə, psixotrop maddə, narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq hissədə cinayət təqibi məsələsinin həll edilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 23,061 qram qurudulmuş marixuana və 58,304 qram psixotrop maddə metamfetamin, narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq, onun avtomobilinə keçirilən baxış zamanı çəkilmiş video görüntünün olduğu 1 ədəd DVD diskin bir nüsxəsi həmin materiallara əlavə edilsin. Təqsirləndirilən şəxs 270 (iki yüz yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Mahirə Kərimova Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar