Məhkəmə qərarları › İş №1(101)-1811/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1811/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1811/2022 21.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi5 və Müdafiəçi3, fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi6, «Yusif Allahverdiyev və partnyorları» vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8 iştirakı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 200-1.2.2.-ci, 200-1.2.3.-cü və 206.4.-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: 2022-ci il oktyabrın 03-də Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 200-1.2.2.-ci, 200-1.2.3.-cü və 206.4.-cü maddələri ilə təqsirləndirilmələrinə dair 1(101)–1811/2022 saylı cinayət işi daxil olmuşdur. Cinayət işi üzrə ittiham aktı 2022-ci il sentyabrın 22-də Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini tərəfindən təsdiq edilərək eyni tarixli məktubla baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Həmin iş üzrə ibtidai istintaq orqanı tərəfindən tərtib edilən ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə mütəşəkkil dəstə halında birləşib bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq bəyan etməməklə keçirmək məqsədi ilə mütəşəkkil dəstənin rəhbəri Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılığı əldə etdikdən sonra Təqsirləndirilən şəxs1 göstərişi ilə mütəşəkkil dəstənin üzvləri Təqsirləndirilən şəxs4 idarə etdiyi «DAF» markalı **-BL-*** və Təqsirləndirilən şəxs2 idarə etdiyi «DAF» markalı **-UG-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitələri dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə 2022-ci il yanvarın 15-də «Şıxlı» sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedib İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamadakı 288.668 manat dəyərində dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmişlər, yeddi ədəd bağlamadakı dərman vasitələri Təqsirləndirilən şəxs4, 24 ədəd bağlamadakı dərman vasitələri Təqsirləndirilən şəxs2 nəqliyyat vasitələrində saxlanılmış, sonuncuların Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarındakı razılığa əsasən Təqsirləndirilən şəxs4 öz nəqliyyat vasitəsindəki yeddi ədəd bağlamada olan dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamışdır, 2022-ci il fevralın 07-də onlar «Şıxlı» sərhəd nəzarət məntəqəsindən keçərək həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmişlər, Qazax şəhərindəki «Qırmızı körpü» adlanan sərhəd məntəqəsində Təqsirləndirilən şəxs3 sonunculara qoşulmaqla birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmişdir, orada Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 ədəd bağlamadakı dərman vasitələrini X1 ilə Təqsirləndirilən şəxs3 «DAF» markalı **-HJ-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə yükləmişdir və onlar Bakı şəhərinin Xəzər rayonu istiqamətində yola düşmüşlər, daxil olan məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2022-ci il fevralın 07-də əməliyyat-axtarış tədbiri keçirilərkən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikasının CPM-nin 29-cu maddəsinə əsasən, işin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının CPM-nin 74.1.-ci maddəsinin tələbinə uyğun olaraq, cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının CPM-nin 75-ci maddəsinə görə, məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli qərarına əlavə edilmiş siyahının 7.13.-cü bəndinə müvafiq olaraq Qazax rayonunun ərazisində törədilmiş ağır cinayətlərə baxılması ərazi vahidi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikasının CPM-nin 74.5.-ci maddəsinə əsasında, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 200-1.2.2.-ci, 200-1.2.3.-cü və 206.4.-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 174.2.-ci maddəsinə qeyd olunduğu kimi, məhkəmə ibtidai istintaqı başa çatmış işi öz icraatına qəbul etdikdən sonra məhkəməyədək icraatın gedişində tətbiq edilmiş qətimkan tədbirini öz qərarı ilə təsdiq və ləğv edir, yaxud dəyişdirir. Qanunun bu tələbi də nəzərə alınmaqla məhkəmənin həmin məsələ ilə bağlı gəldiyi qənaət isə ondan ibarətdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 74- 75-ci, 174-cü və 321-ci maddələrinin tələblərini rəhbər tutaraq qərara aldı:

1. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-ninn 200-1.2.2.-ci, 200-1.2.3.-cü və 206.4.-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilməsin.

3. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Sədrlik edən İradə Həsənzadə

Hakimlər Əhməd Quliyev

Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar