Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1811/2023 11.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X8 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bərdə rayonu, Güloğlular ərazi dairəsi, Qaradağlı kəndində qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 40, mənzil 144-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,335 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə, saat 06:00-da hərəkətləri şübhə doğurduğundan Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2əşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müfadiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən boz rəngli “West” markalı siqaret qutusundakı 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş təmiz çəkisi 15,335 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan 1 (bir) ədəd “Manlloro” (100g x 0,01g) markalı ağ-qırmızı rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bərdə rayonunda qeydiyyatda olmaqla, həbs olunanadək Bakı şəhərində yaşamışdır. O, “Rent a car”-dan maşın icarəyə götürüb atasının ölümünün il dönümü ilə əlaqədar məzarını ziyarət etmək məqsədilə rayona getməli olmuşdur. O, həkimdə tibbi yoxlanışdan keçdikdən sonra qohumlarından birinin evinə gedəcəkdi. Lakin axşam saatları olduğu üçün o, qohumugilə səhər saatlarında getməyi qərara almışdır. Ona görə də o, X2bağında **-MC-*** dövlət qeydiyyat nişanlı qırmızı rəngli “Chevrolet Cruze” markalı avtomobildə oturmuşdur. Sonra o, avtomobildən düşərək “50 Qəpik” adlı yeməkxanada yemək yemişdir. Yemək yedikdən sonra o, yenidən avtomobilə əyləşmişdir. O, maşını işlək vəziyyətə gətirərək yola düşmək istədikdə, yeni istifadəyə verilmiş “Araz” supermarketi tərəfdən post patrul maşınının gəldiyini görmüşdür. O, yola çıxmaq üçün həmin post patrul maşınının keçib getməsini gözləmişdir. Həmin post patrul maşınında əyləşmiş 1 (bir) nəfər cavan yaşlarında olan polis əməkdaşı avtomobildən düşərək ona yaxınlaşmış və ona sənədlərini təqdim etməyini bildirmişdir. Həmçinin həmin polis əməkdaşı ondan nəyə görə yolun həmin istiqamətində dayandığını soruşmuşdur. O da hörmətsizlik olmasın deyə əyləşdiyi avtomobildən düşmək istəmiş, lakin post patrul əməkdaşı əsa vasitəsilə yeridiyini gördükdə, ona avtomobildən düşməyə ehtiyac olmadığını bildirmişdir. Həmin vaxt onun əlində işıq fənəri olmuş, saat isə təxminən 04:00 radələri olmuşdur. Post patrul əməkdaşı ondan nəyə görə yolda dayandığını soruşmuş, o da həmin polis əməkdaşına səhhəti ilə əlaqədar tibbi yoxlanışdan keçmək üçün həkim qəbuluna gəldiyini, bundan sonra qohumugilə getmək istəsə də, artıq gec olduğu üçün getmədiyini demişdir. O, səhvini boynuna alan insandır. 2020-ci ilin oktyabr ayının 17-də keçirdiyi yol qəzası nəticəsində onun bədənində müxtəlif ağrılar əmələ gəlmişdir. O, həmin ağrıları kəsmək üçün narkotik vasitə qəbul etmişdir. Qəbul etdiyi narkotik vasitə “kakos” adı ilə tanınan narkotik vasitə heroin olmuşdur. Post patrul əməkdaşı onu saxlayarkən üzərində 1,06 (bir tam yüzdə altı) qram narkotik vasitə heroin olmuşdur. Həmin narkotik vasitə siqaret qutusunun içində olmuşdur. Həmçinin onun üzərində 2 (iki) ədəd siqaret qutusu da olmuş, lakin həmin 2 (iki) ədəd qutuda narkotik vasitə olmamışdır. Post patrul əməkdaşı ondan 2 (iki) ədəd ağzı bağlı siqaret qutusunun içində nə olduğunu soruşmuş, o da post patrul əməkdaşına xəstə olduğunu, bu səbəbdən də narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Polis bölməsinə aparmışlar. Bu zaman onun idarə etdiyi avtomobil post patrul əməkdaşı tərəfindən saxlanıldığı yerdə qalmışdır. Çünki o, post patrul əməkdaşının avtomobili ilə Polis bölməsinə getmişdir. Onda olan narkotik vasitəni o, post patrul əməkdaşına vermişdir. Post patrul əməkdaşı idarə etdiyi avtomobili onun tanımadığı bir məhəllədə saxlamış və avtomobildən düşdükdən sonra 1 (bir) nəfər polis əməkdaşı ona özünü Yasin kimi təqdim etmişdir. Yasin adlı polis əməkdaşı başqa bir şəxslə telefonla danışdıqdan sonra ondan bank kartının olub-olmadığını soruşmuşdur. Onun "xxxx" ASCnə məxsus **********597595 nömrəli bank kartı olmuşdur. Aprel ayının 4-ü gecə saatlarında polis əməkdaşı ona öz kartının nömrəsini vermiş və o da həmin kart hesabına pul köçürmüşdür. Polis bölməsində olarkən polis əməkdaşları əvvəlcə ona 1 (bir) yumruq zərbəsi vurmuşlar. Sonra yeni təyinat almış mayor rütbəli polis əməkdaşı gəlmiş və bölmədə olan polis əməkdaşları həmin mayoru vəzifəyə yeni təyin edilməsi münasibətilə təbrik etmişlər. Polis əməkdaşları 2-3 nəfər polis əməkdaşının adını çəkmişlər, həmin polis əməkdaşlarından biri onun qohumu olmuşdur. Daha sonra Əli adlı mülki geyimli bir şəxs onun saxlanıldığı otağa gələrək “nəyə görə narkotik vasitə sataraq başqalarını zəhərləyirsən?” deyərək onun üstünə qışqırıb təhqir etməyə başlamışdır. Həmin mülki geyimli şəxs həmçinin ona qarşı fiziki zorakılıq etmişdir. O, uşaqlarına söz verdiyi üçün 2022-ci il noyabr ayının 9-da tibbi yoxlanışdan keçmiş və tibbi yoxlanışın nəticəsində müəyyən olunmuşdur ki, o, vərəm xəstəsidir. Polis bölməsində olarkən o, polis əməkdaşlarına vərəm xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. O, istintaq təcridxanasına getdikdən sonra üzərində tibbi müayinə keçirilmişdir. Tibbi müayinə zamanı Polis bölməsində döyülməyinə baxmayaraq, onun bədənində xəsarət izi olmamışdır. Polis əməkdaşları onun üzünə kitab qoyaraq yumruqla vurmuşlar. O, hər şeyin məhkəmədə müəyyən olunacağını düşündüyü üçün döyülməsi ilə bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. O, Polis bölməsində olarkən polis əməkdaşları getmək üçün hazırlaşmağını demişlər. O da telefonunu götürüb çıxmışdır. Lakin bundan sonra onu başqa Polis Bölməsinə aparmışlar. Sonradan aparıldığı Polis Bölməsində videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı onun cibində olan əşyaları çıxarmağı demişlər. O da cibindən telefonunu çıxardıqdan sonra əlini digər cibinə saldıqda, məlum olmayan narkotik vasitə çıxdığı üçün polis əməkdaşlarına öz narazılığını bildirmişdir. O, polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olduğunu haradan biləcəyini, bəlkə həmin polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu demişdir. Polis əməkdaşları həmin narkotik vasitənin onun üzərində olan siqaret qutusunun içindən çıxdığını demişlər. Cibindən çıxan narkotik vasitənin ona məxsus olmadığına dair o, narazılığını bildirdiyi üçün polis əməkdaşları yenidən videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış keçirmişlər. İkinci videoçəkiliş zamanı o, cibindən 15 qram miqdarda “kakos” adı ilə bilinən heroini çıxarmışdır. Polis bölməsində olarkən cibində olan siqaret qutusunu açıb içindəki narkotik vasitəni çıxarmışlar. O, görmüşdür ki, siqaret qutusunun içindən çıxan narkotik vasitə ona məxsus deyil. Çünki siqaret qutusundan çıxan narkotik vasitənin miqdarı həddən artıq çox olmuşdur. O, sonuncu dəfə 5 ay 27 gün əvvəl narkotik vasitə istifadə etmişdir. O, saxlanıldığı zaman 5 ay 27 gün idi ki, narkotik vasitə istifadə etmirdi. Çünki o, Maştağada yerləşən Respublika Narkoloji Mərkəzində narkomaniya xəstəliyindən müalicə almışdır. Onun idarə etdiyi maşında olan narkotik vasitə 1 (bir) ədəd bükümdə siqaret qutusunun içində olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdilərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 15 qram çəkidə narkotik vasitə olmamasını, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra fiziki və psixoloji təzyiqə məruz qalmasını, bunun nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadə verməsini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, digər polis əməkdaşı ilə birlikdə xidməti ərazidə olarkən, yəni “ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlamışdır. Onlar Təqsirləndirilən şəxs saxladıqları zaman Zəfər icarəyə götürdüyü “Chevrolet Cruze” markalı avtomobilin yanında dayanmışdır. Təqsirləndirilən şəxs onlara şübhəli göründüyü üçün onlar xidməti avtomobil ilə Təqsirləndirilən şəxs dayandığı yerə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar əvvəlcə Təqsirləndirilən şəxs Xətai rayonunda yaşayıb-yaşamadığını soruşmuşlar. Təqsirləndirilən şəxs isə onlara bir nəfəri gözlədiyini bildirmişdir. Zəfərin idarə etdiyi avtomobilin qapısı açıq olmuşdur. O, açıq qapıdan avtomobilin içərisində 5 ədəd siqaret qutusu görmüşdür. Lakin həmin qutulardan birinin üzərində izolent vurulmuşdur. Onlar Zəfərdən həmin siqaret qutusunu açıb onlara göstərməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs isə siqaret qutusunu açmaqdan imtina etmişdir. Həmin vaxt onlar məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs Polis bölməsinə aparmışlar. Polis bölməsində digər polis əməkdaşı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili “Xətai” metrostansiyası yaxınlığından götürüb Polis bölməsinə gətirmişdir. Daha sonra həmin maşına baxış keçirilərək maşının içərisində olan 5 ədəd siqaret qutusu götürülmüş və həmin siqaret qutularının içərisinə baxış keçirilmişdir. 4 ədəd siqaret qutusunun içərisində həqiqətən də siqaret aşkar edilmişdir. Lakin üzərinə izolent vurulmuş digər siqaret qutusunun içərisindən təxminən 20-25 qram miqdarda narkotik vasitə aşkar edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün saat 06:00 radələrində bir nəfər şəxs ünvan 1 ünvanında özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə aparılmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 15) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən “Vest” markalı siqaret qutusu və üzərində “Manlloro” sözü yazılmış elektron tərəzi aşkar edilərək götürülmüşdür. Siqaret qutusunun içərisinə baxış keçirildikdə, 1 (bir) ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1977 nömrəli rəyindən (cild 1, iş vərəqə 41-42) görünür ki, tədqiqata təqdim edilmiş, “Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,335 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və “Manlloro (100g x 0,01g) markalı ağ-qırmızı rəngli elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (cild 1, iş vərəqə 52-53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-244/2023 saylı qərarından (cild 1, iş vərəqə 76-80) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatətə baxılarkən o, narkotik vasitəni istifadə etmək üçün aldığını, lakin həmin narkotik vasitəni satmaq məqsədi olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 87-88) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 2 (iki) dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, lakin həmin cinayətlərə görə onun məhkumluğu qanunla müəyyən edilmiş müddət keçdiyindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi respublika X6 hüquqi Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 3395 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 117-118) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin cavab məktubundan (cild 1, iş vərəqə 108) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbə, onun narkotik vasitələrin satışı ilə məşğul olması və başqa cinayət hadisəsi törətməsi faktı müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 1, iş vərəqə 119-126) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, 15,335 qram narkotik vasitə heroinin və 1 (bir) ədəd üzərində “Manlloro (100gX0,01g) sözü yazılmış elektron tərəzinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Xətai RPİnin saxlanc otağına verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin A-0867/02 saylı hökmünün surətindən (cild 1, iş vərəqə 89-94) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, müxtəlif vəsatətlər vermiş, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb Polis Şöbəsinə aparıldıqdan sonra döyüldüyünü iddia etdiyindən bu məsələ məhkəmədə araşdırılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, onun iddia etdiyi hallar həqiqəti əks etdirmir. Belə ki, məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs aid şəxsi işin materialları və tibbi kitabçada qeyd edilənlər əsasında müəyyən edilmişdir ki, o, saxlanılması üçün istintaq təcridxanasına təhvil verilərkən bədəni səthində xəsarət izi olmamış, bu səbəbdən də üzərində xəsarət izinin olması barədə qeydiyyat aparılmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən göstərmişdir ki, polis əməkdaşları tərəfindən döyülsə və fiziki işgəncəyə məruz qalsa da, üzərində xəsarət izi olmamış və ona görə də istintaq təcridxanasına təhvil verilərkən, eləcə də orada tibbi müayinədən keçirilərkən üzərində xəsarət izi aşkar edilməmişdir. Göstərilənləri məcmu halda qiymətləndirərək və Təqsirləndirilən şəxs üzərində xəsarət izinin aşkar edilməsini əks etdirən sübutun olmadığını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı iddia etdiyi hallar həqiqətə uyğun deyil. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə irəli sürülmüş ittihamı mübahisələndirsə də, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl icarəyə götürdüyü avtomobildə özünə məxsus siqaret qutusunda az miqdarda narkotik vasitə heroin saxladığını, həmin vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün həmin narkotik vasitəni əldə etdiyini bildirmişdir. Təqsərləndirilən şəxs Təqsirləndirilən şəxs siqaret qutusunda narkotik vasitə heroin saxladığını etiraf etdiyindən və şəxsi axtarış zamanı onun əynində olan gödəkcənin cibindən siqaret qutusu aşkar edildiyindən, həmin siqaret qutusunun içərisində narkotik vasitə heroin olduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarını mübahisələndirməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda qanunsuz olaraq külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,335 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2023-cü il tarixdə, saat 06:00 radələrində Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq Xətai RPİnin 37-ci Polis Şöbəsinə aparılmışdır. 37-ci X7 Əsədovun üzərinə müdafiə hüququ təmin edilməklə (müdafiəçinin iştirakı ilə) və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, həmin vaxt onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən boz rəngli “West” markalı siqaret qutusu aşkar edilmiş, həmin qutuya baxış keçirildikdə, həmin qutunun içərisindən 1 (bir) ədəd sellofan kəsiyinə bükülmüş vəziyyətdə büküm və 1 (bir) ədəd “Manlloro” (100gx 0,01g) markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş bükümdə olan kütlə ilə bağlı keçirilmiş ekspertiza tədqiqatının nəticəsinə əsasən həmin kütlənin - təmiz çəkisi 15,335 qram təşkil edən narkotik vasitə heroin olması təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmamasını iddia etsə də, məhkəmə onun üzərindən aşkar edilmiş narkotik vasitənin növünü və çəkisini, eləcə də həmin narkotik vasitə ilə yanaşı, həmçinin elektron tərəzinin də aşkar edilməsini məcmu halda nəzərə alaraq hesab edir ki, o, həqiqətən də üzərindən aşkar edilmiş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını və vərəm xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əvvəllər 2 (iki) dəfə cinayət məsuliyyətinə cəlb edilsə də, həmin cinayətlər üzrə cəzanı çəkib qurtardığından və qanunla müəyyən edilmiş müddət keçdiyindən residiv müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, aşkar edilərək götürülmüş narkotik vasitənin çəkisini, həmin vasitənin insan orqanizminə ziyanını, onun ağır xəstəlik sayılan vərəm xəstəliyindən əziyyət çəkməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə, lakin ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,235 qram narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində “Manlloro (100gX0,01g) sözü yazılmış elektron tərəzi məhv edilməli, 01 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,235 qram təşkil edən narkotik vasitə heroin və 1 (bir) ədəd üzərində “Manlloro (100gX0,01g) sözü yazılmış elektron tərəzi məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1811/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1811/2023
11.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver