Məhkəmə qərarları › İş №1(101)-1812/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1812/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1812/2021 24.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakları ilə, 11 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 26 iyul 2021-ci il tarixdə saat 21:30 radələrində ünvan 2 ünvanda yerləşən «Az-Granata» firma mağazasının qarşısında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində, zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində, yəni 16 iyul 2020-ci il tarixdə yaşadığı binanın yaxınlığında Zərərçəkmiş şəxs onun anası Şahid4 heç bir səbəb olmadan söyüb təhqir etməsi və döyməsi səbəbindən Zərərçəkmiş şəxs bir daha onun yaşadığı məhəlləyə gəlməməsini bildirməsi, bundan başqa 26 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs anası Şahid4 ilə Zərərçəkmiş şəxs və sonuncunun tanışlarının yanlarından keçərkən niyə yüksək səslə nalayiq sözlər işlətməsini bildirdikdə, Zərərçəkmiş şəxs «yaxşı edirəm» deməsi səbəbindən yaranmış mübahisə zamanı yaşadığı ünvan 3 ünvanından götürdüyü kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat- məişət təyinatlı mətbəx bıçağı ilə bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs qarın və bədəninin müxtəlif nahiyələrindən zərbə vuraraq, ona qarın nahiyəsinin ön divarından daxilə-periton boşluğuna nüfuz edən diafraqma, qaraciyər, nazik bağırsaq və bağırsaq müsariqəsinin kəsilmiş-deşilmiş yaraları və qarın boşluğu daxili qanaxma ilə nəticələnən 3 ədəd deşilmişkəsilmiş yara, döş qəfəsi nahiyəsindən daxilə-plevra boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmotorkas ilə müşayət olunan 1 ədəd deşilmiş- kəsilmiş yarası, sağ bazu, döş qəfəsi, qarın, sol bud nahiyələrində çox saylı deşilmiş-kəsilmiş yaralar, sağ said nahiyəsində 1 ədəd səthi kəsilmiş dəri yarası kimi ümumilikdə dərəcələrinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında anası Mirzəyeva X9 ilə birlikdə yaşayır. O, Xətai rayonu, G.Mehmandarov 74 ünvanında yerləşən avtomobil təmiri sexində usta yanında tələbə işləmişdir. Zərərçəkmiş şəxs qonşuluqda yaşayan tanışı İbrahim adlı oğlanın vasitəsi ilə tanımışdır. Musa onun avtomobil təmiri sexində işlədiyini bildiyindən təxminən hadisədən bir il əvvəl, yəni, 2020-ci ilin iyul ayının 12-də özünə məxsus «BMW» markalı avtomobilini gətirərək faralarını təmir etməyini ondan xahiş etmişdir. O da avtomobilin faralarına ağ işıqlar quraşdırmışdır. Həmin gündən 2 gün sonra, yəni, 14 iyul 2021-ci il tarixdə Musa onun yaşadığı məhəlləyə gələrək özünə məxsus avtomobilin benzin nasosunun onun tərəfindən xarab olduğunu bildirərək onun təmir etməyini bildirmişdir. O, Musaya təkcə avtomobilinin faralarını təmir etdiyini və benzin nasosunun ona aid olmadığını bildirmişdir. Bunun üstündə onların arasında mübahisə yaranmış və Musa həmin vaxt onu toz sovuranın borusu ilə baş nahiyəsindən vurmuşdur. Həmin vaxt o, özünü saxlamış və Musa ilə dava etməmiş, Musaya sonra söhbət edəcəklərini bildirmişdir. Söhbətdən 3-4 gün keçmiş, yəni, 16.07.2020-ci il tarixdə saat 18 radələrində anası Adilə yaşadıqları evdən həyətə çörək almağa düşərkən Musa anasına qarşı nalayiq söyüş söymüş və təpik və yumruqla anasının qarın və bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. Buna görə həmin vaxt anası Xətai RPİ-nin 35-ci PB-nə ərizə ilə müraciət etmiş və orada araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra Musa dəfələrlə onun yaşadığı məhəlləyə gələrək, onu görən kimi qıcıqlandırıcı sözlər deyib onu mübahisəyə çəkmək istəmişdir. Lakin, anası Adilə ona dönə-dönə tapşırmışdır ki, o, Musaya baş qoşmasın. O da anasının onkoloji xəstə olması və anasına söz verdiyi üçün Musadan dəfələrlə xahiş etmişdir ki, onların yaşadığı məhəlləyə gəlməsin. Musa xahişinə məhəl qoymayaraq məhəlləyə gəlib onu görən kimi ona qarşı söz atmış, qıcıqlandırıcı sözlər söyləmişdir. 26.07.2021-ci il tarixdə axşam saat 21:00 radələrində o, anası ilə evdən marketə getmək üçün həyətə düşmüşlər. Həmin vaxt Musa yanında dostu İbrahim və adını bilmədiyi bir nəfər şəxslə birlikdə onun yaşadığı binanın yanında olan marketin qarşısında dayanmışlar. Musa onu görən kimi dostları ilə öz aralarında yüksək səslə nalayiq söyüşlər söyməyə başlamışdır. Bunu anası Adilə də eşitmiş və onun əlindən tutaraq ona baş qoşmamağını bildirmiş və onu marketə tərəf aparmışdır. Onlar marketdən ərzaq aldıqdan sonra yenidən evə qayıtmışlar. O, Musanın bu nalayiq hərəkətinə görə ona öz iradını bildirmək üçün anasına evlərində olan pişiyi gəzdirib gətirəcəyini bəhanə edərək evdən çıxıb həyətə düşmüşdür. Həmin vaxt Musa dostu İbrahimlə dayanmışdır. O, onlara yaxınlaşıb Musaya qadın yanında söyüş söyməzlər deyərək, Musaya öz iradını bildirmiş və ondan çıxıb getməsini xahiş etmişdir. Həmin vaxt Musa onun qolundan tutaraq «yaxşı edirəm» deyib nalayiq söyüş söymüş və onu özündən itələmişdir. İbrahim isə onun qolundan tutaraq, Musanın onun yanına gəldiyini, indi çıxıb gedəcəyini bildirmişdir. Bundan sonra, o, orada olan marketə daxil olub pişik üçün yemək alıb çıxdıqdan sonra yaşadığı evə qayıdarkən Musanın yenədə orada dayandığını və ona baxıb güldüyünü görüb əsəbləşərək yaşadığı evə qalxmış və fikirləşmişdir ki, Musa tanışı ilə aşağıda ona huçüm edər, bu səbəbdən özünü qorumaq üçün mətbəxə keçib mətbəxdən bıçaq götürərək yenidən həyətə düşmüşdür. Musa yanında İbrahimlə dayanmışdır. O, onlara yaxınlaşanda İbrahim mağazaya daxil olmuşdur. Musa tək dayanmışdır. O, Musaya yaxınlaşıb Musaya bildirmişdir ki, bir daha onların məhəlləsinə gəlməsin. Bu zaman Musa ona cavab verərək yaxşı edib gəldiyini bildirmiş və nalayiq söyüşlər söyməyə başlamışdır. O, Musanın söyüşündən sonra Musanı qorxutmaq məqsədi ilə əlində olan bıçaqla Musaya yaxınlaşanda, Musa ona qarşı güc tətbiq edərək hər iki əli ilə onun bıçaq olan sağ əlini tutub ora-bura çəkərək bıçağı onun əlindən almaq istəmişdir. Musa onun bıçaq olan əlini buraxmayıb, sağa sola çəkərək bıçağı onun əlindən almaq istəyəndə, bu zaman onun əlində olan bıçaq Musanın qarın, sinə və baldır nahiyələrinə batmış və Musa xəsarət almışdır. O, Musa ilə mübahisə edərkən onun yanında heç kim olmamışdır. O, Musanı bıçaqla vurarkən İbrahim marketə getdiyindən onlar ikisi olmuşlar. Onun Musanı bıçaqla vurmaqda niyyəti Musanı öldürmək olmamış, sadəcə Musanı qorxutmaq olmuşdur. O, oradan yaşadığı evə tərəf getmiş və bıçağın üzərində qan izləri olduğu üçün anasının görüb qorxmamasına görə mətbəxə keçərək bıçağın üzərindəki qan ləkələrini yumuş və bıçağı stolun üzərinə qoymuşdur. Bundan sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. O, etdiyi əməli səmimi etiraf etmiş və bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-nə gəlmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən hadisədən bir il yarım əvvəl özünə məxsus «BMW» markalı ** ZS *** dövlət nömrə nişanlı avtomobili ilə dostu Şahid1 yaşadığı Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsinə onun yanına gedərkən üzdən tanıdığı Mahir adlı oğlanı görmüşdür. İbrahim evdə olmadığından, o, Mahirlə bir az söhbət etmiş və söhbət əsnasında Mahir onu avtomobili ilə “Ağ şəhər” adlanan əraziyə aparıb gətirməyini demişdir. O, heç bir etiraz etmədən Mahiri deyilən yerə aparmışdır. Mahir orada kiminləsə görüşmüş və yenidən o, Mahiri idarə etdiyi avtomobillə yaşadığı binanın qarşısına gətirib düşürtmüşdür. Yolda söhbət əsnasında Mahir ona bildirmişdir ki, avtomobil ustasıdır və onun avtomobilində nasazlıq vardır. Onlar bir-birilərinə telefon nömrələrini vermişlər. Təxminən həmin vaxtdan bir həftə sonra Mahir ona zəng vuraraq onun avtomobilini ucuz qiymətə təmir edəcəyini bildirmişdir. Ona görə də o, avtomobilini Mahirin işlədiyi avtotəmir sexinə aparmışdır. Orada Mahir ona bildirmişdir ki, avtomobili təxminən bir gün ərzində təmir edib verəcək. Lakin Mahir dediyi müddətdən 3 gün keçdiyinə baxmayaraq avtomobili təmir edə bilməmişdir. Ona görə də o, Mahirdən avtomobilini təmir etməsini, ya da xarab etdiyi detalların pulunu ödəməsini tələb etmişdir. Bunun üstündə onların arasında mübahisə olmuşdur. Həmin mübahisə zamanı o, Mahirlə dalaşmış və onları orada olan tanımadığı insanlar ayırmışlar. Həmin hadisədən 3 gün keçmiş Mahirin anası onu yolda görüb oğlu ilə mübahisə etdiyi üçün onu təhqir etmiş və üzərinə gələrək ona əl-qol atmışdır. O, Mahirin anasını özündən itələyərək uzaqlaşdırmışdır. Bundan sonra Mahirin anası ondan Xətai RPİ-nin 35-ci PB-nə şikayət ərizəsi yazmışdır. Bununla bağlı PB-də araşdırma aparılmışdır. Bu hadisədən sonra Mahir onu harada görürdüsə onun yaşadığı məhəlləyə gəlməməyini bildirmişdir. 26 iyul 2021-ci il tarixdə saat təxminən 21 radələrində o, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi ilə gedərkən orada dostu İbrahimi görmüş və dayanıb söhbət etməyə başlamışlar. Təxminən bir qədər keçmiş Mahir gələrək onlara yaxınlaşmış və onun yaxasından tutuaraq onların məhəlləsinə gəlməməyini demişdir. Bu zaman İbrahim bildirmişdir ki, onun yanına gəlmiş, indi çıxıb gedəcək. O da Mahirə işdən yorğun gəldiyini və İbrahimlə görüşüb çıxıb gedəcəyini bildirmişdir. Bundan sonra Mahir onlardan ayrılaraq orada olan marketə daxil olub nə isə almış və çıxıb getmişdir. O, İbrahimlə bir qədər söhbət edib, kafeyə gedəcəklərini planlaşdırmışlar və İbrahim siqaret almaq üçün marketə getmişdir. Bu zaman o, marketin qarşısında tək dayanmışdır. Bu zaman gözlənilmədən Mahir əlində bıçaqla ona yaxınlaşmış və bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə qarın və qoltuq altı nahiyələrinə vurmuş və sonra Mahir ondan aralanıb oradan uzaqlaşmışdır. Bu zaman dostu İbrahim və qardaşı Ülvi gəlib onu avtomobilə əyləşdirərək oradan «Medical Plaza» xəstəxanasına aparmışlar. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra onu təcili tibbi yardım maşını ilə Bakı 3 saylı ŞKX-a aparmışlar. Təqsirləndirilən şəxslə barışıq əldə etməmişlər. O, təqsirləndirilən şəxsi bağışlamır və qanuna uyğun cəza verilməsini məhkəmədən xahiş edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs bildirmişdir ki, xəstəxanada onun müalicə xərclərinə təqsirləndirilən şəxs tərəfindən maddi yardım olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4 il olar ki, tanımış, onunla bir dost kimi münasibəti yaxşı olmuşdur. Təqsirləndirilən şəxs təxminən 10 il olar ki qonşu kimi tanıyır. Mahirlə münasibəti həmişə normal olmuşdur. Onun bildiyinə görə hadisədən təxminən bir il əvvəl Mahirlə Musa arasında avtomobilin təmiri ilə bağlı mübahisə olmuş və həmin vaxt Mahirin anası mübahisəyə müdaxilə etdiyinə görə Musa Mahirin anasını əli ilə itələmişdir. Bundan sonra Mahir ondan bir neçə dəfə xahiş etmişdir ki, Musaya bildirsin ki, Musa onların yaşadığı məhəlləyə gəlməsin. O da bu barədə Musaya bildirmişdir. 26 iyul 2021-ci il tarixdə təxminən saat 08:00 radələrində o, yaşadığı binanın yanında yerləşən «Gürcü təndir çörəyi» adlanan çörək sexinə orada təndirçi işləyən dostu Şahid3 kömək etmək üçün gəlmişdir. Həmin gün o, axşama kimi həmin təndirxanada dostu Amilə kömək etmişdir. Saat təxminən 20 radələrində dostu Musa onun işlədiyi təndirxananın yaxınlığından keçərkən onlar rastlaşmış və orada dayanıb söhbət etməyə başlamışlar. Saat təxminən 21:20 radələrində o, Musa ilə təndirxananın qarşısında dayanıb söhbət edən zaman birdən Mahirin əlində pişiklə onlara yaxınlaşdığını görmüşdür. Mahir onlara yaxınlaşaraq Musaya onların məhəlləsinə nə üçün gəldiyini irad bildirmişdir. O, Mahirə Musanın onun yanına gəldiyini, indi çıxıb gedəcəyini demişdir. Bundan sonra Mahir yenə ona bildirmişdir ki, Musaya çıxıb getməsini desin. Bundan sonra Mahir onlardan ayrılıb çıxıb getmişdir. O da Musaya Mahirin onu görməməsi üçün təndirxananın içərisinə girməsini bildirmişdir. Təxminən 5 dəqiqədən sonra o, siqaret almaq üçün marketə girmişdir. Musa da onu çöldə gözləmişdir. Bu zaman o, səs-küy eşidib bayıra çıxanda, Mahir və Musanın üzbəüz dayanaraq dava etdiklərini görmüşdür. Mahirin əlində bıçaq olduğunu, Musanın Mahirin bıçaq olan əlini tutub ora-bura dartaraq bıçağı almaq istədiyini görmüşdür. Mahir isə əlindəki bıçaqla Musaya xəsarət yetirmişdir. Sonra Mahir əlindəki bıçaqla oradan yaşadığı evə tərəf getmişdir. Musa isə dayanaraq əlini qarnına tutmuş və onun qarın nahiyəsindən qan axdığını görmüşdür. O, tez təndirxanaya girərək oradan bir əski parçası götürüb Musanın yanına gəlmiş və onun qarın nahiyəsinə qoyub sıxmışdır. Bundan sonra o, Musanın telefonu ilə onun qardaşı Şahid2 zəng vuraraq hadisə barədə ona məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra Musanın qardaşı Ülvi gəlmiş və birlikdə Musanı avtomobilə əyləşdirərək oradan «Medical Plaza» xəstəxanasına aparmışlar. Orada Musaya ilkin tibbi yardım göstərildikdən sonra onu təcili tibbi yardım maşını ilə Bakı 3 saylı ŞKX-a aparmışlar. Mahiri heç kim aralamamış və ona heç kim Musanı vurmamasına mane olmamışdır. Musanın bıçağı dartıb Mahirin əlindən almaq istədiyini, bu zaman Mahirin bıçaqla Musaya xəsarət yetirdiyini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun kiçik qardaşıdır. 26 iyul 2021-ci il tarixdə təxminən saat 21:40 radələrində qardaşı Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefon nömrəsindən ona zəng gəlmişdir. Zəng edən Musanın dostu İbrahim imiş. İbrahim ona ünvan 6 ünvanın qarşısında olduqlarını və qardaşı Musanın bıçaqla vurulduğunu bildirmişdir. O, həmin əraziyə yaxın olduğu üçün idarə etdiyi avtomobillə dərhal həmin yerə gəlmişdir. O, həmin yerə gələndə qardaşı Musanın əlini qarın nahiyəsinə tutduğunu və həmin nahiyədə qan olduğunu görmüşdür. Bu vaxt orada qardaşının dostu İbrahim var imiş. O, tez İbrahimlə Musanı idarə etdiyi avtomobilə əyləşdirərək oradan «Medical Plaza» xəstəxanasına aparmışlar. Orada Musaya ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə onu Bakı 3 saylı ŞKX-na aparmışlar. Orada qardaşını əməliyyata almışlar. O, bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. O, hadisənin şahidi olmamışdır. O, Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yerləşən «Gürcü təndiri» sexində işləyir. Şahid1 təxminən 2019-cu ildən tanıyır, İbrahim həmin illərdə onun yanında təndirxanada işləmiş, münasibətləri yaxşı olmuşdur. 26 iyul 2021-ci il tarixdə təxminən saat 08:00 radələrində o, həmişəki kimi gələrək işinə başlamış və həmin gün İbrahimdən xahiş etmişdir ki, gəlib təndirxanada ona kömək etsin. Həmin gün o, və İbrahim axşama kimi həmin təndirxanada işləmişlər. Saat təxminən 21:20 radələrində o, təndirxanada olarkən Musa ilə İbrahim söhbət edirmişlər. Mahir adlı oğlan əlində pişiklə onların yanlarına gələrək Musaya bildirdirmişdir ki, çıx get burdan səni burada görməyim. Hətta o da Musaya məsləhət görmüşdür ki, orada dayanmasın, artıq problem olmasın. Lakin Musa bildirmişdir ki, o, Mahirə heç nə etməmişdir ki, artıq problem yaşansın, ona görə də heç yana getmir. Təxminən bir az keçmiş İbrahim təndirxananın yaxınlığında yerləşən marketə siqaret almaq üçün getmiş, Musa həmin vaxt həmin marketin qarşısında dayanmışdır. O da təndirxananı bağlayıb evə getməyə hazırlaşmışdır. O, yolun kənarında saxladığı avtomobilinə əyləşib mühərriki işə salaraq getməyə hazırlaşarkən görmüşdür ki, Mahir Musaya yaxınlaşmış, əlini belinə atıb bıçaq çıxartmış, Musa Mahirin bıçaq olan əlini tutub ora-bura dartaraq bıçağı əlindən almaq istəmiş, həmin vaxt Mahir əlindəki bıçaqla Musaya xəsarət yetirmişdir. O, bütün bunları avtomobilinin içərisindən görmüşdür. Bu zaman o, avtomobili saxlayıb onları ayırmaq üçün gedərkən Mahir əlindəki bıçaqla oradan yaşadığı evə tərəf getmişdir. Musa isə dayanaraq əlini qarnına tutmuş və onun qarın nahiyəsindən qan axırmış. O, tez təndirxanadan İbrahimə bir əski parçası götürüb vermişdir. İbrahim Musanın yanına gəlib onun qarın nahiyəsinə həmin əski parçasını qoyub sıxmışdır. Bundan sonra İbrahim Musanın qardaşı Şahid2 zəng vuraraq məlumat vermişdir. Təxminən 5 dəqiqə sonra Musanın qardaşı Ülvi gəlmiş və Musanı avtomobilə əyləşdirərək oradan «Medical Plaza» xəstəxanasına aparmışlar. Mahir Musaya xəsarət yetirərkən həmin vaxt orada heç kim olmamışdır. Məhkəmə iclasında Şahid4 Azərbaycan Respublikası Konstitusiyanın 66-cı maddəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 20-ci maddəsinə əsasən ifadə vermək istəmədiyini bildirmişdir. Buna görə Şahid4 ifadəsi elan olunmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, o, ünvan 4 ünvanında oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. O, 1993-cü il tarixdə X8 ilə ailə həyatı qurmuş və həmin nikahdan 2 övladları olmuşdur. Təqsirləndirilən şəxs onun böyük övladıdır və X6 isə kiçik övladıdır, hal-hazırda qızı Zəhra ərdədir. O, oğlu ilə birlikdə yaşamışdır. Oğlu Mahir yaşadıqları evin yaxınlığında Xətai rayonu, G.Mehmandarov 74 ünvanında yerləşən avtomobil təmiri sexində usta işləmişdir. Təxminən 1 il 6 ay bundan qabaq yəni, 2020-ci ilin iyul ayında o, evdə olarkən bayırdan səs-küy eşitmiş və oğlu Mahirin səsi olduğu üçün tez həyətə düşmüş və görmüşdür ki, Mahirlə bir tanımadığı oğlan adı sonradan ona məlum olan Musa əlbə-yaxa dava etmişlər. O, onlara yaxınlaşanda oğlu Mahirin əynindəki paltarların cırıldığını və üzündən qan axdığını görmüşdür. Həmin vaxt orada qonşularla birlikdə onları ayırmışlar. Mahir ona bildirmişdir ki, həmin Musa adlı oğlanın avtomobilinin təxminən 3-4 gün bundan qabaq təmir edərək təhvil vermiş, buna görə 200 manat pul almış, Musa bu gün yenidən gələrək avtomobilinin Mahir tərəfindən xarab edildiyini və verdiyi pulu geri istədiyini bildirmişdir. Bundan sonra Musa avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. O, ankoloji xəstə olduğu üçün oğlu Mahirdən xahiş etmişdir ki, Musaya baş qoşmasın. Mahirdə ona söz vermişdir ki, bir də Musa ilə mübahisə etməyəcək. Bundan sonra onlar yaşadıqları evə getmişlər. Təxminən 2 gün o, Mahiri bayıra buraxmamış, lakin Mahirə kimsə zəng edərək onu bayıra çağırmışdır. Nəhayət 2 gündən sonra onlar evdə olarkən oğlu Mahirə zəng gəlmiş və Mahir bildirmişdir ki, «xaloğlu 15 dəqiqəyə düşürəm». O, bundan şübhələnib həyətə düşmüş və görmüşdür ki, binanın qarşısında 2 nəfər oğlanlar oturub biri telefonla danışır və «Mahir düşmürsən ?» demişdir. O, oğlu Mahirin adını eşidib həmin oğlanlara baxanda birinin təxminən 4 gün bundan qabaq oğlu Mahirlə dava edən Musa adlı oğlan olduğunu görmüşdür. Digərini isə tanımamışdır. O, Musanın tanışı vasitəsi ilə onun oğlu Mahiri çağırdığını bilib onlara yaxınlaşmış və Musaya «mənim oğlumdan nə istəyirsən? əl çək, Mahir yiyəsiz deyil» demişdir. Bu vaxt Musa onun oğlu Mahir haqqında tərbiyəsiz söz işlətmişdir. O da cavab olaraq «dediyin söz sənsən, səni dünyaya gətirən anandı» deyəndə Musa gözlənilmədən yumruğu ilə onun sağ göz nahiyəsindən bir zərbə vurmuşdur. O, həmin zərbədən yerə yıxılmış və bu zaman Musa onu yerdə təpik zərbələri ilə vurmağa başlamışdır. Onu Musanın əlindən qonşuluqda yaşayan Nuru, Elnarə və digər qonşular almuşlar. Bundan sonra Musanı avtomobilə oturdub aparmışlar. O da DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Bu zaman oğlu Mahir yaşadıqları evdən həyətə düşmüş, onun gözünün altının qaraldığını görüb ondan nə olmasını soruşmuşdur. O da ona Musanın onu təhqir etməsini, lakin gözünün altının yerə dəydiyini bildirərək ona yalan danışmışdır ki, Musa ilə dava etməsin. Bundan sonra onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər və o, orada ərizə yazmışdır. Bundan sonra PB-də araşdırma aparılmışdır. Bundan sonra o, oğlu Mahirə Musaya baş qoşmamasına and vermişdir. Mahirdə ona bu barədə söz vermişdir. Lakin Musa həmin hadisədən sonra dəfələrlə onların yaşadıqları məhəlləyə gələrək Mahiri görən kimi qıcıqlandırıcı sözlər deyib onu mübahisəyə çəkmək istəmişdir. Mahirdə Musadan dəfələrlə xahiş etmişdir ki, o, onların məhəlləsinə gəlməsin. Musa isə Mahirin sözlərinə məhəl qoymayaraq öz əməllərini davam etdirmiş, yəni məhəlləyə gəlib Mahiri görən kimi ona qarşı söz atmış, qıcıqlandırıcı sözlər söyləmişdir. Hətta Mahir qonşu İbrahimdən, İlkindən, Nurudan xahiş etmişdir ki, Musaya desinlər ki, ona ilişməsin, 26.07.2021-ci il tarixdə axşam saat 21:00 radələrində o, oğlu Mahirlə yaşadıqları evdə olarkən qardaşının rəhmətə getməsi ilə əlaqədar marketdən bazarlıq etmək məqsədi ilə o, Mahirlə marketə getmək üçün həyətə düşmüşlər. Həmin vaxt Musa yanında dostu İbrahim və adını bilmədiyi bir nəfər şəxslə birlikdə onların yaşadığı binanın yanında olan marketin qarşısında dayanmışlar. Musa onları görən kimi dostları ilə öz aralarında yüksək səslə nalayiq söyüş söymüş və yanında dayanmış uşaqlar isə onun sözünə gülmüşlər. O, oğlu Mahirin əlindən tutaraq «baş qoşma» deyib marketə tərəf getmişlər. Onlar marketdən ərzaq aldıqdan sonra yenidən evə qayıtmışlar. Bundan sonra Mahir ona evlərində olan pişiyi gəzdirib gətirəcəyini bildirib evdən çıxıb həyətə düşmüşdür. Təxminən 10 dəqiqə keçmiş Mahir pişiklə yenidən evə qayıtmışdır. Bildirmişdir ki, siqaret yadından çıxıb alıb qayıdır və yenidən həyətə düşmüşdür. Təxminən bir neçə dəqiqə sonra Mahir yenidən evə gəlmiş və mətbəxə keçmişdir. O, Mahirin həyəcanlı olduğunu görüb ondan nə olmasını soruşduqda, Mahir ona bildirmişdir ki, Musanı vurmuş və gedib polisə təslim olacağını bildirmişdir. Həmin vaxt onun vəziyyəti pisləşmişdir. Bu zaman Mahir pəncərədən həyətə baxmış və polis əməkdaşlarının gəldiyini və qonşu bloka girdiklərini görüb pəncərəni açaraq onlara «mən burdayam» deyə səslənmişdir. Bundan sonra polis əməkdaşları yaşadıqları evə gəlmişlər və Mahir onlara etdiyi əməli səmimi etiraf etmiş, Musanı vurduğu bıçağı onlara təqdim etmiş və polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 35-ci PB-nə getmişlər. Əlavə olaraq bildirmişdir ki, mübahisəyə səbəb Musa adlı şəxsin keçən il onu söyərək təhqir etməsi, onu döyməsi, 26.07.2021-ci il tarixdə isə onun oğlu Mahir ilə məhlədən keçərkən Musanın onları görən kimi yüksək səslə nalayiq söyüş söyməsi, oğlu Mahirin iradını bildirdikə «yaxşı edirəm» deyib Mahiri də söyməsi olmuşdur. Şahid4 Azərbaycan Respublikası Konstitusiyanın 66-cı maddəsinə əsasən ifadə verməkdən imtina etsə də, hadisədən bir neçə gün qabaq, yəni, 16 iyul 2021-ci il tarixdə özünün Zərərçəkmiş şəxs tərəfindən döyülərək bədəninin müxtəlif yerlərində xəsarət izlərinin qalmasını əks etdirən fotoşəkillərin cinayət işinin materiallarına əlavə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, o, hal-hazırda Bakı şəhəri, Xətai RPİ-nin 35-ci PB-nin sahə inspektoru polis kapitanı vəzifəsində xidmət etmişdir. 26 iyul 2021-ci il tarixdə Xətai RPİnin 35-ci PB-də əməliyyat qrupunda olduğu zaman PB-nin Növbətçi hissəsindən ona məlumat verərək, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 52, mənzil 55-də yaşayan Şahid2 DİN-nin 102 xidmətinə zəng vuraraq Xətai rayonu, G.Mehmandarov küçəsi «Bizim Market»in yanında qardaşı Zərərçəkmiş şəxs tanımadığı şəxs tərəfindən bıçaqlanaraq xəsarət alması barədə bildirmişdir. O, dərhal hadisə yeri olan Xətai rayonu, G.Mehmandarov küçəsi 84 ünvanına getmiş, hadisə baş verən əraziyə çatdıqda 84 saylı binanın 5-ci mərtəbəsinin eyvanından bir nəfər şəxs onu polis geyim formasında görüb «hadisəni mən törətmişəm, qalxın yuxarı evə» demişdir. O, dərhad həmin binanın 5-ci mərtəbəsinə qalxmış və 126-cı mənzilin giriş qapısında onu bir nəfər qadın adı sonradan ona məlum olan Şahid4 qarşılamış, o, mənzilə daxil olduqda bir nəfər adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs bildirmişdir ki, Xətai rayonu, G.Mehmandarov küçəsi 84 ünvanında yerləşən «Az Qranata» firma mağazasının qarşısında tanıdığı Musa adlı şəxslə mübahisə edərək onu bıçaqla vurub xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mətbəxə keçərək könüllü olaraq cinayət aləti olmuş bir ədəd bıçağı təqdim etmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nə gətirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, o, FHN-Xüsusi Riskli Xilasetmə xidmətində, çevik xilasetmə idarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun Xilasetmə bölməsinin xilasedicisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır, aralarında münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Mahir yaşadıqları evin yaxınlığında avtomobil təmiri yerində usta işləmişdir. Zərərçəkmiş şəxs ilə o, bir yerdə Xətai rayonu 263 saylı orta məktəbdə bir sinifdə oxumuşlar, aralarında münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Təxminən 1 il 6 yarım bundan qabaq o, eşitmişdir ki, Mahirin Musanın avtomobilinin təmiri ilə bağlı mübahisələri olmuşdur. X17 anasını döyüb və təhqir etdiyi üçün Xətai RPİ-nin 35-ci PB-də araşdırma da aparılmışdır. Bundan başqa 26 iyul 2021-ci il tarixdə o, eşitmişdir ki, yaşadıqları evin yaxınlığında Mahir Musanı bıçaqla vuraraq xəsarət yetirmişdir. Hətta o, Musanı görmək üçün xəstəxanaya da getmişdir. Əlavə olaraq bildirmişdir ki, həqiqətəndə Musa ilə Mahirin birinci mübahisələrindən sonra günlərin birində o, Musa ilə yaşadıqları binanın həyətində oturacaqda əyləşib söhbət edərkən Mahir onları görüb yanlarına gəlmiş və Musaya demişdir ki, «sənə deməmişəm bizim həyətə gəlmə» və ondan da xahiş etmişdir ki, birdə Musam yaşadıqları həyətə gətirməsin. Ona görə də o, sakitlik olsun deyə həmin günü Musa ilə birlikdə oradan çıxıb getmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 10-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xətai Pİ-nin 35-ci PB-nin məsul növbətçisi, polis leytenantı Eynar Niftəliyevin 26 iyul 2021-ci il tarixli raportundan görünür ki, 26.07.2021-ci il tarixdə saat 22:37-də DİNnin 102 xidmətinə daxil olmuş məlumatda Şahid2 Xətai rayonu, Mehmandarov küçəsi, «Bizim Market» mağazasının yanında 1999-cu il təvəllüdlü qardaşı Zərərçəkmiş şəxs tanımadığı şəxs tərəfindən bıçaqlanmasını bildirmişdir. Cinayət işinin 3-5-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən «Az-Granata» firma marketin qarşısıdır. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinin 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 iyul 2021-ci il tarixli götürmənin aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi 84 ünvanının qarşısında baş vermiş mübahisə ilə əlaqədar Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 1 ədəd bıçaq götürülmüşdür. Cinayət işinin 44-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyul 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 189-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 oktyabr 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs İbrahimli X11 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini “....Bu zaman gözlənilmədən Mahir əlində bıçaqla mənə yaxınlaşdı və bıçaqla məni vurmaq istəyərkən mən onun bıçaq olan əlini yumruğum vasitəsilə bir neçə dəfə vuraraq onu özümdən uzaqlaşdırmaq istədim ki, bıçaq mənə dəyməsin. Lakin, Mahirin əlindəki bıçaq mənim bədənimin müxtəlif nahiyələrinə qarın və qoltuqaltı nahiyələrimə batdı, mən xəsarət aldım və bədənimdən qan gəlməyə başladı. Bu zaman Mahir məndən ayrıldı və əlindəki bıçaqla oradan uzaqlaşdı. ... ” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 75-79-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 iyul 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 istintaq zamanı verdiyi ifadəsini “....Təxminən 5 dəqiqədən sonra mən Musaya bildirdim ki, məni gözləsin marketdən siqaret alıb çıxıram və marketə siqaret almaq üçün daxil oldum. Musa isə məni marketin qarşısında gözləyirdi. Bu zaman mən səs-küy eşidib bayıra çıxanda gördüm ki, Mahir və Musa üzbəüz dayanaraq dava edirlər, Mahirin əlində bıçaq var və Musa onun bıçaq olan əlini tutub ora-bura dartaraq bıçağı əlindən almaq istəyir. Mahir isə əlindəki bıçaqla Musaya xəsarət yetirdi. Mən onlara yaxınlaşmaq istəyərkən Mahir əlindəki bıçaqla oradan yaşadığı evə tərəf getdi. Musa isə dayanaraq əlini qarnına tutmuşdu və onun qarın nahiyəsindən qan axırdı. ... ” hissəsində Təqsirləndirilən şəxs üzünə qarşı deyib bir daha təsdiq edərək, sonuncunu ifşa etmişdir. Buna görə məhkəmə həmin üzləşdirmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 99-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 iyul 2021-ci il tarixli götürmənin aparılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarı Bakı 3 saylı Şəhər Kliniki Xəstəxanasından götürülmüşdür. Cinayət işinin 116-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 avqust 2021-ci il tarixli, 3/1319 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 131-132-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 22 avqust 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Mirzəyeva Adilə Mirzəhüseyn qızı 16.07.2020-ci il tarixdə, təxminən saat 22 radələrində yaşadığı binanın yaxınlığında olan zaman Musa adlı şəxsin heç bir səbəb olmadan onunla mübahisə etməsini həmin mübahisə zamanı Musa tərəfindən döyülməsini bildirmişdir. Materiala əlavə edilmiş məhkəmə tibbi ekspertizasının 755 nömrəli 30.07.2020-ci il tarixli rəyində Şahid4 müəyyən edilmiş xəsarətlər ümumilikdə və ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin olunmamışdır. Aparılmış araşdırma zamanı 16.07.2020-ci il tarixdə Xətai rayonu, Mehmandarov küçəsi 84 saylı binanın yaxınlığında Şahid4 ilə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış Zərərçəkmiş şəxs Şahid4 itələyərək sağlamlığına zərərvurmayan xəsarətlər yetirdiyi müəyyən edilmişdir. Şahid4 ərizəsi əsasında toplanmış materiallar üzrə Zərərçəkmiş şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin 155-156-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsinin maddi sübutların ekspertizasının 02 sentyabr 2021-ci il tarixli 396/2021 MTKŞ № li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsinin sol qoltuqaltı nahiyəsində iki ədəd, maykanın arxa hissəsinin sağ qoltuqaltı nahiyəsində bir ədəd, köynəyin ön hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin sağ qoltuqaltı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Cinayət işinin 158-161-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsinin məhkəmə-tibbi-bioloji ekspertizasının 06 sentyabr 2021-ci il tarixli 562 /MTBŞ № li rəyindən görünür ki, təqdim edilmiş şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən Zərərçəkmiş şəxs qan qrupu : O (İ). Ekspertizaya maddi sübutlar kimi təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus köynək və mayka üzərində insan qanı aşkar olunmuşdur. Həmin qan ləkələrində qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda yalnız H antigeni alınmışdır. H antigeni O (İ) qrupunu xarakterizə etdiyindən, aşkar olunmuş qan ləkələri Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 167-169-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsinin 13 sentyabr 2021-ci il tarixli 853 saylı rəyindən görünür ki, 1999-cu il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs n bədənində müəyyən edilmiş xəsarətlər - qarın nahiyəsinin ön divarından daxilə-periton boşluğuna nüfuz edən diafraqma, qaraciyər, nazik bağırsaq və bağırsaq müsariqəsinin kəsilmiş-deşilmiş yaraları və qarın boşluğu daxili qanaxma ilə nəticələnən üç ədəd deşilmiş-kəsilmiş yara, döş qəfəsi nahiyəsindən daxiləplevra boşluğuna nüfuz edən sağ tərəfli hemopnevmotorkas ilə müşayiət olunan deşilmişkəsilmiş yara, sağ bazu, döş qəfəsi, qarın, sol bud nahiyələrində çox saylı deşilmişkəsilmiş yaralar və sağ said nahiyəsində səthi kəsilmiş dəri yarası deşici-kəsici əşyanın (əşyaların) ola bilsin, bıçağın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan 26.07.2021-ci tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs anasını söydüyü və vurduğu səbəbindən məcburiyyət qarşısında sonuncuya bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə qismən inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib təqsirləndirilən şəxsin güman etdiyi cəzasını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs bu cür ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən təqsirli bildiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 179-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 20 sentyabr 2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 179-cu vərəqəsində olan Bakı şəhər Xətai RİH Xətai rayon MKTB-nin 96 saylı Mənzil-Kommunal İstismar Sahəsindən daxil olmuş 29 sentyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 174-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 04 sentyabr 2021-ci il tarixli 2047 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, həssaslıq, tez təsirlənmək, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları nəzərə alınmaqla, etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə, müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın ədəlat prinsipinə cavab verməsi üçün CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və tarazlaşdırılmış şəkildə nəzərə alınması tələb olunur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlini etiraf etməklə səmimi peşmançılıq çəkməsini,cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində törətməsini nəzərə alaraq təqsirləndirildiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəzaya məhkum edilməsini qanuna uyğun hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq, onun faktiki tutulduğu, yəni 27 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 54-57-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli 4(011)-310/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd mayka və bir ədəd köynək, cinayətin predmeti olan bir ədəd bıçaq məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Xətai Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş bir ədəd mayka və bir ədəd köynək, cinayətin predmeti olan bir ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar