Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1812/2024 30.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X7, X1 və Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, ədliyyə müşaviri X6, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1980-cı ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarına əsasən xx.xx.2012-ci il tarixli hökm dəyişdirilərək cəzası 10 ilə endirilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzanın 04 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi, nömrəsiz fərdi yaşayış evində yaşamış, 07 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışını təşkil etmək məqsədilə şəxsiyyəti müəyyənləşdirilməmiş “Şəhram” adlı İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı olması ehtimal edilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, sonuncunun tapşırığına əsasən naməlum vaxtda Salyan rayonu ərazisində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 985 qram narkotik vasitə tiryəki, təsir maddəsi narkotik vasitə metadonun ümumi çəkisi 36,28 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 907 ədəd metadon həblərini və xüsusilə külli miqdarda 1425 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib külli miqdarda 985 qram çəkidə narkotik vasitə tiryəki, 897 ədəd narkotik vasitə metadon həblərini və külli miqdarda 1425 qram çəkidə psixotrop maddə metamfetamini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evinə daşıyıb, orada gizlətməklə saxlamış, qalan 10 ədəd narkotik vasitə metadon həblərini isə üzərində saxlamaqla yaşadığı evin yaxınlığına daşımış və bundan sonra onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən 07 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 16.50-də qeyd olunan ünvanda saxlanılaraq ünvan 1N-in BNMİ-nə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd bükümdə təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 10 ədəd həb narkotik vasitə metadon dərman preparatı, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 20.00-da evə keçirilən baxış zamanı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evinin yataq otağından iki ədəd sellofan torbada olan bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 985 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, bir ədəd bükümdə həblərin təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda təsir maddəsi narkotik vasitə metadonun ümumi çəkisi 35,88 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 897 həb narkotik vasitə metadon dərman preparatı, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 625 qram və 800 qram olmaqla ümumilikdə xüsusilə külli miqdarda 1425 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üç ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 985 qram narkotik vasitə tiryəki, təsir maddəsi narkotik vasitə metadonun ümumi çəkisi 36,28 qram təşkil edən üzərində “Methadone 40” yazısı olan 907 ədəd metadon həblərini və xüsusilə külli miqdarda - 1425 qram psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyib, narkotik vasitələrin istifadəçisi olduğunu qeyd etdi və ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, 10 il cəza çəkdikdən sonra taksiçilik fəaliyyəti ilə məşğul olmuş, arada sellofan materialların alqı-satqısı ilə məşğul olmuşdur. Saxlanıldığım gün o, saat təqribən 16:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadığı evində tək olmuşdur. Beş nəfər əməliyyatçı onun evinə girmiş, onu narkotik istifadə etdiyi yerdən götürmüşlər. Yaşadığı ev həyət evi olduğundan qapı açıq olmuş, polislər onun evinə rahatca daxil olmuşlar. Polislər içəri daxil olarkən o, narkotik vasitə istifadə etmək vəziyyətində olmuşdur. O, yalnız metafetamin istifadə etmiş, evdə başqa narkotik vasitə saxlamamışdır. Həmin narkotik vasitiə 10 il əvvəl azadlıqdan məhrum edilməzdən əvvəl onun evində qalmışdı, ondan bəri istifadə etməmişdir. Saxlanılarkən üzərində metamfetamin olmuş, miqdarı heç bir qram da olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Üzərində 050 356-03-04 mobil nömrəsi olan telefonu sonra sönülü olmuşdur. Onun istifadəsində A6 və HONOR markalı iki ədəd telefonu olmuşdur. O, saxlanıldıqdan sonra BNMİ-nə aparılmış, orda vəkil də olmuşdur. Axşam saat 19 radələrində, hava qaralmış vaxtda onu təkrarən yaşadığı evə gətirmişlər. Onun cibinə açar, 15 qram narkotik, 20 manat pul qoymuşdular. Müstəntiq, əməliyyatçılar onunla birlikdə evə getmiş, açarı ona vermiş və açarla qapını açmağı ona tapşırmışlar. İlk dəfə onu saxlayan polislər 5 nəfər olsalar da, onlardan biri ikinci dəfə gəlməmişdir. O, vəkili ikinci dəfə evə gələndə görmüş, ilk dəfə o saxlanılarkən vəkil olmamışdır. Həmin vaxt oğlu da evdə olmuşdur ki, onu digər otağa keçirmiş və gələnlərdən biri onun yanında oturmuşdur. Oğlu evdə gedən proseslərin heç birini görməmişdir. Onun yataq otağına girilmiş, əvvəlcədən polis tərəfindən narkotiklər pərdənin arxasına hazır qoymuşdular. Mən açarı qəsdən qapıya salmamış, yandan tutmuş, sonra sübut edə biləcəyini düşünmüşdür. Sonra isə narkotik vasitəni qoyduqları yerdən götürmüş və çıxıb getmişlər. İkinci dəfə evdə olarkən video çəkiliş olmuş, evə girəndən sonra narkotikləri özü çıxarıb təqdim etmiş, və təsir altında olduğundan təqdim etdiyi narkotiklərin onun özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, polislər ilk dəfə onun evinə girəndə evdə heç kim olmamış, 7-ci sinifdə oxuyan oğlu məktəbdən sonra gəlmiş, onun evdə tutulmasını aparılmasını görməmişdir. Onun heç bir iranlı ilə əlaqəsi olmamış, Şəhrəm, Şəhrur adlı şəxsləri tanımamışdır. İstifadə etdiyi telefona narkotik vasitə sifariş verən olmamış, o, heç kimə pul göndərməmiş, heç kimdən ona pul gəlməmişdir. X12 məxsus 2 bank kartı olmuş, həmin kartlar marketlərdə satılan kartlardan olmuşdur. Kartın biri işləmədiyindən o, ikinci kartı alası olmuşdur. Sellofan işi ilə məşğul olduğundan o, özündə olan kartlardan istifadə etmişdir. Yalnız mağazalara sellofan satdığı şəxslər onun kartlarına pul köçürmüş, o, sellofanın 20 kq-nı 50 manata satmışdır. İttihamda göstərilən tərəzilərin heç biri ona məxsus olmamışdır. Saxlanılarkən ona evdə təzyiq olmuş, döyülmüş, təhqir olunmuş, ona xəsarət yetirilmişdir. Narkotiklərə qarşı Mübarizə Baş İdarəsində də döyülmüşdür. BMCMİ-də xəsarətlərinə görə özünü pis hiss etmiş, orada Müvəqqəti saxlama Yeri onu nəbul etmək istəməmiş, amma o özü MSY-nin rəisindən onu qəbul etmələrini xahis etmiş, xəsarətləri qeyd etməyə qoymamışdır. Sonra Bakı İstintaq Təcridxanasına aparılmış, gedəndə üzərində xəsarətləri olmuş, lakin xəsarət almadığını bildirmiş, xəsarətlərini qeyd etdirməmişdir. Ona evdə yıxılıb xəsarət aldığını deməsi izah edilmiş, o da izah olunduğu qaydada bildirmişdir. 4 ay ərzində müstəntiqin, təhqiqatçının kim olduğunu bilməmiş, onun ifadəsi alınmamış, ifadələrini müstəntiq özü yazıb ona imzalatdırmışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə narkotikin istifadəçisi olduğunu bildirmiş, onluq bir şey olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ikinci dəfə onun evinə gedərkən artıq telefonu polislərdə olmuşdur. Onlar telefonun kodunu istəmiş, o da kodu demişdir. Birinci dəfə onun mənzilinə daxil olarkən onun kartları stolun üstündə olmuş və polislər onun həmin kartları götürmüş, hətta onun krtlarından telefon vasitəsi ilə özləri üçün 800 manat pul köçürmüşlər. Köçürmə axşam saatlarında olmuş, o, vaxtını dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddət ərzində, lakin fasilələrlə narkotik vasitə və psixotrop maddələri qəbul etmiş, bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə təxminən 2010cu ildə Lənkaran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilib 2021-ci ilin oktyabr ayında azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra mütəmadi olaraq narkotik vasitə heroini yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etmişdir. Samsung markalı mobil telefon cihazını 050 356-03-04 nömrə ilə istifadə etmiş, telefonun pin kodu olmamışdır. Tutlmazdan təxminən 1 ay əvvəl narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaq qərarına gəlmiş və bu məqsədlə narkotik vasitələrin satışı ilə məşğul olan, dəqiq anket məlumatlarını bilmədiyi şəxslərdən İran İslam Respublikası ərazisində narkotik vasitə satan Şəhram adlı şəxsin mobil telefon nömrəsini əldə etmiş, sonuncunun İran operatoruna məxsus nömrəsinə WhatsApp proqramı vasitəsi ilə zəng edib Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmasında köməklik göstərməsini xahiş etmişdir. Belə ki, iranlıların onların vasitəsilə Azərbaycanda narkotikləri satırmalarını o, əvvəldən bilmişdir. Belə ki, Şəhramla razılaşmaya əsasən o, sonuncunun ona göndərdiyi narkotik vasitə və ya psixotrop maddələri onun dediyi yerdən götürməklə müxtəlif başqa yerlərə paylamalı və bunun müqabilində Şəhram ona istifadəsi üçün narkotik vasitə və pul vəsaiti verməli idi. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında ərək göstərmişdir ki, birinci dəfə, tutulmazdan təxminən 10 gün əvvəl Şəhram ona zəng edərək Xırdalan şəhərində yer demiş, ora getməyini bildirmiş və oradan əvvəlcədən gizlədilmiş narktoik vasitələri götürməyini xahiş etmişdir. O, sonuncunun dediyi kimi, həmin yerə gedib ümumi çəkisi təxminən 2 kiloqram olan maddələri götürüb həmin malları evə gətirmiş və bir neçə gün ərzində həmin narkotikləri Şəhramın dediyi şəhərin müxtəlif yerlərə qoymaqla gizlətmişdir. Bunun müqabilində əvvəlcədən razılaşdıqları kimi Şəhram onun hazırda dəqiq xatırlamadığı bank kartına hissə-hissə 1.500 manat pul köçürtmüşdür. Şəhramın nömrəsini əzbərdən bilməsə də telefonunda sonuncunun nömrəsini Şəhrur kimi qeyd etmişdir. Sonuncu dəfə isə tutulmazdan təxminən 2-3 gün əvvəl Şəhram “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb Salyan rayonu ərazisində külli miqdarda narkotik vasitələr və psixotrop maddə olduğunu deyərək qeyd olunan yeri ona izah edib həmin maddələri ordan götürməyi ona tapşırmışdır. O, tək olaraq taksi ilə həmin gün Şəhramın dediyi yerə gedib gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri götürüb yaşadığı evə gətirərək gizlətmişdir. Təxminən 5 kiloqramdan artıq mal olmuşdur. Həmin narkotik vasitəni və pisxotrop maddəni paylamağın müqabilində Şəhram ona 2.000 manat pul verməyi nəzərdə tutmuşdur. Şəhram ona narkotik vasitə və psixotrop maddələrin bir hissəsini daimi üzərində gəzdirməyi, lazım olanda sonuncunun dediyi adamlarla görüşüb malı çatdırmağı və ya dediyi yerlərə qoymağı tapşırmışdır. O, da təxminən 15-20 qram çəkidə heroini və 10 dənə metadon həblərini götürüb üzərində gəzdirmiş, qalan malı evdə saxlamışdır. Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 07 yanvar 2024-cü il tarixdə, saat 16.50 radələrində Sabunçu rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, kimliklərini və iş yerlərini bildirmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu BNMİ-nə dəvət etmişlər. O, razılaşıb sonuncularla getmişdir. Baş polis idarəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. Bundan sonra əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroini, on ədəd metadon həbini çıxarıb polisə təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 manat pul, bir ədəd açar, “Samsung” və “Honor” markalı mobil telefonlar, özünə məxsus sürücülük və şəxsiyyət vəsiqələri, kapital bank kartı aşkar olunmuşdur. Aşkar edilmiş “Honor” markalı mobil telefon xarab olmuş, işləməmiş, sadəcə ustaya aparmaq üçün üstündə gəzdirmişdir. Uzun müddət həmin telefonu işlətməmişdir. Sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 16 qram olması müəyyən olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi və onun özü tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartı, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar və pul ona geri qaytarılmışdır. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddəni İİR vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Salyan rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında “Şəhramın” ona 2.000 manat pul verəcəyini, bundan on gün əvvəl də bir dəfə “Şəhramın” tapşırığı ilə narkotik maddələri Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını, əvəzində “Şəhramın” ona 1.500 manat pul verdiyini, ona göndərilən pulların üzərindən aşkar olunan bank kartına köçürüldüyünü, şəxsi axtarışdan əvvəl üzərini yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, ********** mobil nömrəsini işlətdiyini, heroindən istifadə etdiyini, əlavə olaraq Sabunçu rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərmişdir ki, bundan sonra müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərçiyində yerləşən nömrəsiz fərdi evinə getmişlər. Bu təklifdən sonra həmin evin girişindən sağ tərəfdə yerləşən yataq otağına giriş qapısının arxasında saxladığı sarı və göy rəngli iki ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaların içindən üç bükümdə narkotik vasitə heroin, iki bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə tiryək, 897 ədəd metadon həbi və üç ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra aşkar edilmiş maddələri elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə heroinin ümumi çəkisi 2 kq 556 qram, metamfetamin ümumi çəkisi 1 kq 431 qram, tiryəkin ümumi çəkisi 987 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər iki ədəd torbada qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qonaq otağında olan stolun üzərindən iki ədəd bank kartları götürülmüşdür. Bundan sonra onlar polis idarəsinə qayıtmış və orada müvafiq protokol tərtib edilərək ucadan oxunmuşdur. O, vəkili və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Ən nəhayət, Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərmişdir ki, etdiyi əməldən peşmandır, onun sol qaş nahiyəsindən saxlanılmamışdan bir neçə saat əvvəl yaşadığı evdə məişət işləri görən zaman yıxılaraq yerə dəyməsi nəticəsində xəsarət almışdır (iş vərəqə: cild İ, səh. 81-83). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-in BNMİ-nin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olması barədə 07 yanvar 2024-cü il tarixdə əməliyyatı daxil olmuş, onun şəxsiyyəti tam müəyyənləşdirildikdən sonra məlumat İdarə rəhbərliyinə raportla məruzə olunmuş və əməliyyat tədbirlərinin keçirilməsinə icazə alınmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşından alıb əldə etməsi barədə ilkin məlumatları olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun yaşadığı evi təxmini bilmiş, lakin şəxsin tək və ya ailəsi ilə yaşadığı haqqında onun məlumatı olmamışdır. Bu barədə qərar qəbul edilmiş və onun rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Elə həmin gün baxılan iş üzrə Təqsirləndirilən şəxs saat 16:45-də Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində piyada hərəkətdə olarkən saxlanılmışdır. Onlar özlərini təqdim etmiş, onu saxlamanın əsaslarını izah etmiş və şəxsiyyətini özünün vasitəsi ilə bir daha aydınlaşdırıb onu BNMİ-nə aparmamışlar. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir insident baş verməmiş, sonuncuya qarşı hər hansı müqavimət göstərilməmişdir. BNMİ-də araşdırma üçün təhqiqatçı təyin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, sonuncu şübhəli şəxs qismində tutulmuşdur. X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirmilmiş və üzərində hər hansı bir qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonrna Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddəni, on ədəd metadon həbini çıxarıb təqdim etmişdir. Real olaraq şəxsi axtarış keçirilərkən isə onun gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, şalvarın sol yan cibindən 20 manat pul, bir ədəd açar, “Samsung” və “Honor” markalı iki ədəd mobil telefonlar, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri, kapital bank kartı aşkar olunmuşdur. Aşkar edilmiş heroinə şübhəli maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 16 qram olması müəyyən olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, tərəfimdən imzalanmış və götürülmüşdür. Əlavə olaraq əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartı götürülmüş, digər əşyalar Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Sorğu-sual ətrafında dindirilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik maddələri İran vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Salyan rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bunun qarşılığında Şəhramın ona 2.000 manat pul verəcəyini, bundan əvvəl bir dəfə on gün əvvəl Şəhramın tapşırığı ilə narkotik maddələri Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını və əvəzində Şəhramın ona 1.500 manat pul verdiyini, ona göndərilən pulların üzərindən aşkar olunan bank kartına köçürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə o, ********** mobil nömrə işlədir, heroin narkotik vasitəsi istifadə edir. Şahid əməliyyat müvəkkili Şahid1 ifadəsinin davamında göstərdi ki, şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs Şuşa qəsəbəsində yaşadığı evdə narkotik maddə saxladığını bildirmiş və saxladığı həmin narkotik maddələri təqdim edə biləcəyini demişdir. Həmçinin Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə etiraz etməmiş, hətta bu barədə yazılı ərizə də vermişdir. Əməliyyat məlumatında Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlaması barədə məlumat olmamışdır. Təhqiqatçının rəhbərliyi ilə Təqsirləndirilən şəxs Şuşa qəsəbəsində yaşadığı ünqvana gedilmiş, sonuncu evin girişindən sağ tərəfdə yerləşən yataq otağına giriş qapısının arxasında saxladığı sarı və göy rəngli iki ədəd sellofan torbanı onlara təqdim etmişdir. Həmin sellofan torbaların içindən üç bükümdə narkotik vasitə heroin, iki bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə tiryək, 897 ədəd metadon həbi və üç ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra aşkar edilmiş maddələri elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə heroin narkotik vasitəsinə şübhəli maddənin ümumi çəkisinin 2 kq 556 qram, metamfetamin ümumi çəkisinin 1 kq 431 qram, tiryəkin ümumi çəkisinin 987 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmetlər iki ədəd torbada qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilib götürülən narkotik vasitənin və psixotrop maddələrin mənbəyi, o cümlədən həmin narkotik vasitələri və psixotrop maddələri kimdən alıb əldə etməsi onlar tərəfindən müəyyənləşdirilməmişdir. Şahid1 ifadəsinin yekununda göstərdi ki, onlar Təqsirləndirilən şəxs konkret anket məlumatlarını aydınlaşdırsalar da, əvvəllər məhkum olub-olmamasını bilməmişlər. Onu saxlayan zaman saxladıqları yerdə üzərini yoxlamamışlar. Təqsirləndirilən şəxs saxlayan zaman onun evinə daxil olmamış, baxış keçirməmişlər. Evində narkotik vasitə saxladığını şəxs özü BNMİ-də bildirmişdir. Şəxsin istifadəsində olmuş və təqdim olunan iki ədəd mobil telefondan biri işlək vəziyyətdə olmamış, həmin mobil telefonlara onlar tərəfindən baxış keçirilməmişdir. Şəxsin özünün təqdim etdiyi və götürülmüş bank kartına hər hansı məbləğdə pul daxil olması və ya kartdan pul məxaric olunmasından onun məlumatı olmamış, onlar özləri Təqsirləndirilən şəxs bank kartlarından hər hansı məbləğdə pul çıxarmamışlar. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq, eləcə də qanunsuz hərəkətlər edilməmiş, bu barədə sonuncu tərəfindən verilmiş ifadələr yalnız müdafiə məqsədi daşımışdır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin digər əməliyyat müvəkkili Şahid2 məhkəmədə şahid qismində dindirilmiş həmkarı Şahid1la oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş Təqsirləndirilən şəxs arvadı X5 ifadəsində göstiərdi ki, Rabilin tutulduğu günədək o, Rabildə narkotik vasitənin istifadəsi ilə bağlı heç nə hiss etməmiş, hazırda da bunun yanlış olduğunu düşünür. Rabil tutulan gün o, günortadan sonra ərzaq almaq üçün evdən çıxmış, Rabil isə evdə qalmışdır. O, saat 15-16:00 radələrində qayıdıb evə gəlmiş, evin içində şkafların, siyirmələrin dağınıq olduğunu görmüş, 2-3 nəfərin gəlib atasını yatdığı yerdən qaldıraraq apardıqlarını oğlu ona danışmışdır. Təxminən 3 saat sonra polislər onlara gəlib qapını döymüş, o, qapını açdıqda ona yoldaşının maşında olduğunu və evə baxış keçirəcəklərini demişlər. Həmin vaxt ondan başqa 12 yaşlı oğlu da evdə olmuşdur. İlk öncə 2 nəfər, daha sonra isə Rabillə birlikdə daha 2 nəfər evə daxil olmuşlar. İlk öncə daxil olan 2 nəfərin əlində paket olmuş, lakin həmin paketin içində nə olmasını o, görməmişdir. Həmin vaxt Rabilin üzü-gözü bərbad vəziyyətdə olmuş, qaşı partlamış, sifəti qan içində olmuşdur. Sonra 5 nəfər polislər onları evdən bayıra çıxarmışlar. Bir nəfər onların yanında duraraq onları evə buraxmamışlar. Saat təxminən 18-19:00 radələrində onlar evdən çıxan zaman yoldaşı ona “heç bir şey mənlik deyil, gördüklərinə inanma” demişdir. Onun yanında Rabilə qarşı fiziki və psixi təzyiq edildiyini görməmişdir. Evdən çıxan zaman polis əməkdaşlarından biri ona növbəti gün Badamdarda olan polis bölməsinə gedib izahat verməli olduğunu demişdir. Şahid X5 ifadəsinin davamında göstiərdi ki, o, həyat yoldaşının narkotik vasitə istifadəçisi olması barədə heç vaxt məlumata sahib olmamışdır. Rabil bundan əvvəl də narkotiklə bağlı məhkum olunub və 11 il müddətə azadlıqdan məhrum edilmişdir. Həyat yoldaşının evdə narkotik vasitə saxlamasını və narkotik vasitə istifadə etməsini heç vaxt görməmişdir. Rabil ilk dəfə tutulan zaman onlar Yardımlı rayonunda yaşamış, hazırda da 2020-ci ildən yaşadıqları ev onun qardaşına məxsus olmuşdur. Rabil həbsxanaya getməzdən əvvəl və çıxdıqdan sonra evdə heç bir narkotik vasitə saxlamamış və istifadə etməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan «şəxsi axtarış və götürmə haqqında» 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir bükümdə narkotik vasitə heroinə bənzər maddəni, on ədəd metadona şübhəli həbləri təqdim etmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncun əynində olan həmin gödəkçənin sol yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, əynində olan qara rəngli şalvarın sol yan cibindən 20 manat pul, bir ədəd açar, “Samsung” və “Honor” markalı mobil telefonlar, sonuncuya məxsus sürücülük və şəxsiyyət vəsiqələri, bir ədəd kapital bank kartı aşkar olunmuşdur. Aşkar edilmiş “Honor” markalı mobil telefon işlək vəziyyətdə olmamışdır. Sonra heroin narkotik vasitəsinə şübhəli maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 16 qram olması müəyyən olmuşdur. Sonra heroin narkotik vasitəsinə şübhəli həmin maddə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, tərəfimdən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar, bank kartı, sürücülük və şəxsiyyət vəsiqələri götürülmüş, digər əşyalar və pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Şəhram” adlı şəxsin vasitəsi ilə iki gün əvvəl Salyan rayonu ərazisində gizlədilən yerdən müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, dövriyyəsini təşkil etdiyi narkotiklərin qarşılığında Şəhramın ona 2.000 manat pul verəcəyini, bundan on gün əvvəl bir dəfə “Şəhramın” tapşırığı ilə narkotik maddələri Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən götürüb müxtəlif yerlərə çatdırdığını və əvəzində Şəhramın ona 1.500 manat pul verdiyini, ona göndərilən pulların üzərindən aşkar olunan bank kartına köçürüldüyünü, şəxsi axtarışdan əvvəl üzərimin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, ********** nömrəsini işlətdiyini, heroindən istifadə etdiyini bildirmişdir. Daha sonra tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarışa məruz qalmış Təqsirləndirilən şəxs əlavə olaraq Sabunçu rayonu ərazisində yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 (bir) ədəd DVD-R formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 32-36). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan «evə baxış keçirilməsi və götürmə haqqında» 07 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, baxış təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərçiyində yerləşən nömrəsiz fərdi evdə apavrılmışdır. Təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs baxış keçirilən evin girişindən sağ tərəfdə yerləşən yataq otağına giriş qapısının arxasında saxladığı sarı və göy rəngli iki ədəd sellofan torbanı polisə təqdim etmişdir. Həmin sellofan torbaların içindən üç bükümdə narkotik vasitə heroin, iki bükümdə psixotrop maddə metamfetamin, bir bükümdə narkotik vasitə tiryək, 897 ədəd metadon həbi və üç ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə heroin narkotik vasitəsinə şübhəli maddənin ümumi çəkisinin 2 kq 556 qram, metamfetamin psixotrop maddəsinə şübhəli maddənin ümumi çəkisinin 1 kq 431 qram, tiryək narkotik vasitəsinə şübhəli maddənin ümumi çəkisinin 987 qram olması müəyyən edilmişdir. Daha sonra aşkar olunmuş predmelər iki ədəd torbada qablaşdırılıb üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs baxış keçirilən evindən əlavə olaraq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qonaq otağında olan masanın üzərindən iki ədəd bank kartları aşkar edilərək götürülmüşdür. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, evə baxış keçirilməsçi və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 (bir) ədəd DVD-R formatlı disk protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 37-38). Cinayət işinə məhkəmə baxışı zamanı 07 yanvar 2024-cü il tarixdə şəxsi axtarış və götürmə, həmçinin evə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi və cinayət işinin materiallarına əlavə edilmiş hər iki DVD-R formatlı disklərə baxış keçirilməsi haqqında 29 fevral 2024-cü il tarixli hər iki protokol tədqiq edilmiş və müəyyən edilmişdir ki, hər iki DVD-R formatlı diskə baxış keçirilməsi haqqında protokolların məzmunu məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə, həmçinin evə baxış keçirilməsi və götürmə istintaq hərəkətlərinə görə tərtib olunan 07 yanvar 2024-cü il tarixli protokolların məzmunu ilə eynidir, ziddiyyətlər müəyyən edilməmiş, videoçəkiliş zamanı prosesual pozuntulara yol verilməmişdir (iş vərəqə: cild İ, səh. 163, 164). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 08 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/42 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün 7 №-li dairəvi möhür əksi, «şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş… (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan kağız paketdəki, üzərində «Methadone 40» markalanma göstəricisi olan 1 ədəd konvalyutda 10 ədəd üzərində «/FM40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir və 10 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram matedon olmaqla). Tədqiq olunan rəydən, həmçinin görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş… (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 985 qram tünd qəhvəyi rəngli qətranabənzər maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 625 qram və 800 qram, ümumi təmiz çəkisi 1425 qram ağ rəngli kristaol şəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində «Methadone 40» markalanma göstəricisi olan 897 ədəd üzərlərində «/FM40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli həblərdir, 3 ədəd tərəzinin üzərində narkotik və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Tədqiq olunan rəydən daha sonra görünür ki, 897 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 35,88 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram matedon olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş… (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 12,41 qram və üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş… (imza) Təqsirləndirilən şəxs» yazısı və imzalar olan bağlamadakı 3 ədəd bükümdəki ümumi təmiz çəkisi 2530 qram qəhvəyi rəngli tozşəkilli maddələrin tərkibini mekon, asetaminofen, papaverin və noskapin maddələr təşkil edir. Mekon, asetaminofen, papaverin və noskapin maddələr 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları»na, 18 mart 2016-cı il tarixli «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı»na daxil olmadığı üçün təqdim edilmiş maddələr narkotik tərkibli maddələrə aid deyildirlər. Tiryək və metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər(iş vərəqə: cild İ, səh. 44-50). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1954 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı varldır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İ, səh. 207-208). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs götürülmüş «Honor» markalı «X7A» modelli mobil telefona «baxış keçirilməsi haqqında» 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefonun «WhatsApp» sosial şəbəkəsində, fotolar, zənglər və SMS-lər bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir telefon danışığı və mesaj mətni müəyyən edilməmişdir(iş vərəqə: cild İ, səh. 165). Bundan başqa, İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs götürülmüş Samsung» markalı «A20» modelli mobil telefona «baxış keçirilməsi haqqında» 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefonun «WhatsApp» sosial şəbəkəsində, fotolar, zənglər və SMS-lər bölməsində iş üçün əhəmiyyət kəsb edə biləcək heç bir telefon danışığı və mesaj mətni müəyyən edilməmişdir(iş vərəqə: cild İ, səh. 166). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" ASC-dən №2024/111/9928 nömrəli, 16 aprel 2024-cü il tarixli müşaiyət məktubu ilə daxil olmuş 22 (iyirmi iki) vərəqədə hesabdan çıxarış (məlumat), 01 (bir) ədəd diskə «Bank məlumatlarına və CD-diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 416973******5023, 416973******9480 və 416973******9494 nömrəli plastik kartla aparılan əməliyyatlara dair məlumat və CD-diskdə olan görüntülər isə bankomatla aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülərdir(iş vərəqə: cild İ, səh. 206). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «telefon danışıqlarına dair məlumatlarına baxış keçirilməsi haqqında» 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsi istifadə etmiş, qeyd olunan mobil nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Bundan başqa baxış zamanı İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon nömrələri ilə telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir(iş vərəqə: cild İ, səh. 156). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tiərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 984.4 qram çəkidə narkotik vasitə tiryək, 1424,8 qram çəkidə psixotrop maddə metamfetamin, 897 ədəd narkotik vasitə metadon həbləri və 03 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və istər narkotik vasitə və psixotrop maddələr, istərsə də 03 ədəd elektron tərəzi saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin anbarına təhvil verilmişdir(iş vərəqə: cild İ, səh. 111-112). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanı tiərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla müəyyən edildi ki, 07 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə, həmçinin eyni tarixli evə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin yükləndiyi 2 ədəd DVD-R formatlı disklər, "xxxx" ASC-dən 2024/111/9928 nömrəli, 16 aprel 2024-cü il tarixli müşaiyət məktubu ilə daxil olmuş 22 (iyirmi iki) vərəqə hesabdan çıxarış (məlumat), 01 (bir) ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İ, səh. 212-221). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.222-223, 224). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahının konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən metadon narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,02 qram, külli miqdar olmaqla aşağı həddi 1,6 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 160 qram, tiryək narkotik vasitəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,5 qram, külli miqdar olmaqla aşağı həddi 50 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 5000 qram və metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş hapzırda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” siyahıya əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilib götürülmüş metadon narkotik vasitəsinin ümumi çəkisi 36,28 qram və tiryək narkotik vasitəsinin ümumi çəkisi 985 qram olmaqla külli miqdarda, metamfetamin psixotrop maddəsinin ümumi çəkisi isə 1425 qram olmaqla xüsusilə külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixlə 8 №-li qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq metadon və tiryək narkotik vasitələrini külli miqdarda, metamfetamin psixotrop maddəsini isə xüsusilə külli miqdarda əldə edərək üzərində və yaşadığı ünvanda saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi ilə əlaqədar qismən etirafı, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni satışı ilə bağlı əməliyyat orqanının məlumatları, məhkəmə-narkoloji və məhkəmə-kimyəvi ekspertizaların rəyləri təqsirləndirilən şəxsin metadon və tiryək narkotik vasitələrini külli miqdarda, metamfetamin psixotrop maddəsini isə xüsusilə külli miqdarda satış məqsədilə qanunsuz olaraq əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metadon və tiryək narkotik vasitələrini və xüsusilə külli miqdarda metamfetamin psixotrop maddəsini qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girdiyi qeyrisi ilə birlikdə əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda metamfetamin psixotrop maddəsini satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu, o cümlədən ona qarşı fiziki təsirlər göstərilməsi və bədən xəsarətləri yetirilməsi nəticəsində əldə olunması, aşkar edilmiş narpkotik vasitələri və psixotrop maddələri boynuna götürməyə məcbur edilməsi, heç kimlə, o cümlədən ittihamda adı çəkilən İİR vətəndaşı ilə cinayət əlaqəsinə girməməsi, heç kimə narkotik vaitələr və psixotrop maddələr satmaması barədə göstərdikləri onun xüsusilə ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı məhkəməyədək icraat mərhələsində polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlər göstərilməmiş, sonuncu polis tərəfindən hər hansı qanunsuzluqlara məruz qalması barədə aidiyyatı orqanlara müraciət etməmiş və zərurət olmadığından qeyd olunanlarla bağlı araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs məhkəmədəki ifadələrində cinayət işinin məhkəməyədək icraatı mərhələsində polis əməkdaşları tərəfindən ona fiziki təsirlər göstərilməsi və bədən xəsarətləri yetirilməsi barədə göstərdikləri ilə əlaqədar məhkəmə baxışı zamanı müvafiq araşdırmalar aparmış, araşdırma nəticəsində Azərbaycan Respublikası DİN-nin BMCMİdən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından alınmış rəsmi məlumatlarla Təqsirləndirilən şəxs bədən səthində onun saxlanıldığı gün, yəni 07 yanvar 2024-cü il tarixdə BMCMİ-nin X8 verilərkən və 09 yanvar 2024-cü il tarixdə BİT-ə verilərkən yeni bədən xəsarətlərinin əlamətlərinin olmadığı müəyyən edilmişdir. Məhkəmə, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid kimi dindirilmiş Təqsirləndirilən şəxs arvadı X3 məhkəmədə verdiyi ifadəsini, onların yaxın qohumluq münasibətləri ilə əlaqədar, müdafiə xarakterli ifadələr kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Belə ki, X3 məhkəmədə verdiyi ifadəsi işin real halları ilə uzlaşmır, Təqsirləndirilən şəxs aşkar edilib götürülən narkotik vasitələrin və psixotrop maddənin əldə olunmasını, saxlanılmasını və s. təkzib və ya təsdiq etmir. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs fiziki təsirlərə məruz qoyması, ona bədən xəsarətləri yetirməsi və ya s. qanun pozuntularına yol verməsi məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, göstərilən xüsusatlar istər məhkəməyədək icraat mərhələsində və istərsə də məhkəmə baxışı zamanı araşdırılmış və öz təstiqini tapmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNin BƏSİİ-nin əməliyyat-sorğu arayışından, müvafiq məhkəmə hökm və qərarlarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixlit hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, ikinci dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs təyin olunan cəza 10 ilə endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzanın 04 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır(iş vərəqə: cild İ, səh. 121-122). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə təsnifatına görə xüsusilə ağır cinayət hesab olunan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini 07 yanvar 2024-cü il tarixdə onun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən və götürülmədən törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təsnifatına görə ağır cinayət hesab olunur və Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələblərinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən (burada: xx.xx.2020-ci il tarixdən) altı il keçdikdə məhkəumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə olan məhkumluğu, onun cəzadan vaxtından əvvəl azad olunduğu tarixdən yeni cinayətin törədildiyi 07 yanvar 2024-cü il tarixədək altı il keçmədiyindən, ödənilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, əvvəllər qəsdən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həmin cəzanı çəkmiş Təqsirləndirilən şəxs təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan başqa cinayəti törətməsi cinayətlərin xüsusi təhlükəli residivini yaradır və bu, cəza təyin edilərkən nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusi təhlükəli hesab olunur. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə bu hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayətlərin xüsusi təhlükəli residivini yaratması ona cəza təyin edilərkən cəzasını ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən ……, cinayətlərin residivi cəza təyin edilərkən cəzasını ağırlaşdıran hallardan biri hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır və məhkəmə bu halı Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə almalıdır(iş vərəqə: 175, 178). Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, sonuncunun ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4-1ci maddəsində nəzərdə tutulan cinayətin təsnifatına görə xüsusilə ağır cinayətlərə aid olması, onun əməlinin cinayətlərin xüsusi təhlükəli rkesidivini yaratması, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmalı, sosial ədalətin bərpası, təqsirləndirilən Təqsirləndirilən şəxs islah olunması və həm təqsirləndirilən Təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə ona xüsusi təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan sanksiya hədlərində ədalətli və şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1954 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olmasını, onun əməlinin cinayətlərin xüsusi təhlükəli residivini yaratmasını və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinin tələblərinə görə cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə cəza çəkmə müəssisəsi xüsusi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 yanvar 2024-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 07 yanvar 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 07 yanvar 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 984,8 qram çəkidə narkotik vasitə tiryək, 1424,8 qram çəkidə psixotrop maddə metamfetamin, 897 ədəd narkotik vasitə metadon həbləri və 03 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadğı mənzilə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 02 (iki) ədəd DVD-R formatlı disk, "xxxx" ASC-dən daxil olmuş 22 (iyirmi iki) vərəqə hesabdan çıxarış (məlumat) və 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə-kimyəvi ekspertizacının keçirilməsinə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci sərf olunmuşdur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 984,8 qram çəkidə narkotik vasitə tiryək, 1424,8 qram çəkidə psixotrop maddə metamfetamin, 897 ədəd narkotik vasitə metadon həbləri və 03 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə, yaşadğı mənzilə baxış keçirilməsi və götürmə proseslərinin videogörüntülərinin qeydə alındığı 02 (iki) ədəd CD formatlı disk, "xxxx" ASC-dən daxil olmuş 22 (iyirmi iki) vərəqə hesabdan çıxarış (məlumat) və 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – cəmi 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1812/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1812/2024
30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver