Məhkəmə qərarları › İş №1(101)-1813/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1813/2021

07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1813/2021 07.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Qayıb oğlunun iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1973-cü ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2012 və 2015-ci il təvəllüdlü uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Neftçala rayonu, Yenikəndi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs 20 iyun 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 1 ünvanın yaxınlığında Şahid1 və Zərərçəkmiş şəxs onun narkotik aludəçisi olduğunu bildirərək Şahid1 oğlu Şahid3la münasibət saxlamamağı və ondan uzaq durmasını tələb etmələri səbəbindən aralarında yaranmış mübahisə zamanı yerdən daş parçasını götürüb Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq ona yüngül dərəcəli baş beyin əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün basılmış sınığı, başın sol təpə nahiyəsinin əzilmiş yarası, sağ bazunun sıyrığından ibarət xəsarətlər yetirməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən özbaşına tikili olan evdə kirayə yaşayır. Ailəsi həyat yoldaşı və iki azyaşlı uşaqdan ibarətdir. Zərərçəkmiş şəxs, onun dayısı Şahid1 hadisəyə qədər tanımamışdır, lakin Şahid3 tanımış, bununla belə onu narkotik vasitələrinin qəbuluna cəlb etməmiş, ona narkotik vasitə satmamış, evlərinə gedib Samiri çağırmamışdır. Əgər Samir narkotik istifadəçisi idisə o zaman Samir onun evinə gəlməli idi. 20 iyun 2021-ci il tarixdə saat 20-21 radələrində Ruslan və Şahid1lar yaşadığı evin qapısını döyüb onu çölə çağırmışlar. Evdən çölə çıxaraq bu şəxslərin təklifi ilə evdən kənara çəkilib söhbət etmişdir. Saleh ondan oğlu Samiri tanıyıb-tanımadığını soruşmuş, Samirin neçə gündür evə gəlmədiyini demiş və ona irad tutaraq narkoman olduğunu bildirib oğlunu yoldan çıxartdığını demişdir. Saleh həmçinin onun evlərinə gəlib Samiri çağırdığını, harasa apardığını demişdir. O isə Salehə Samiri tanıdığını etiraf etsə də onu evindən çağırmadığını, ona narkotik satmadığını demişdir. Bundan sonra Salehin yanında duran bacısı oğlu Ruslan üstünə gəlib əl-qol atmağa başlamışdır. Həmin vaxt arvadı 10 yaşlı qızı və 6 yaşlı oğlu ilə birlikdə onlara tərəf gəlmiş, arvadı Ruqiyyə Ruslandan nə üçün ona əl-qol atdığını soruşmuş, Ruslan isə həmin vaxt arvadını söyüb-təhqir etmiş və arvadının sağ qolundan tutub dartaraq «sən rədd ol buradan» demişdir. Arvadını Ruslandan dartıb çəkmək istəyəndə Ruslan və Saleh üstünə hücum çəkərək döyməyə başlamışlar. Bir təhər onların əlindən çıxmış və yerdən daş parçasını götürüb Ruslana tərəf atmışdır. Daş təsadüfən Ruslanın başına dəymişdir. Bu vaxt Ruqiyyə uşaqlarını götürüb hadisə yerindən aralanmış, onu isə Saleh və Ruslan tutub döyməyə başlamışlar. İmkan tapıb onların əlindən çıxıb oradan qaçmışdır. Etdiyi əməldən peşmandır. Lakin dava-dalaşı o deyil, qarşı tərəf başlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,o,Bakı şəhəri, Nərimanov rayonu ərazisindən keçən dəmir yolunun bir tərəfində, Təqsirləndirilən şəxs isə digər tərəfində ailəsi ilə birlikdə yaşayır. Rövşəni narkotik aludəçisi kimi tanıyır. Baş vermiş hadisədən təxminən bir ay əvvəl qonşuluqda yaşayan dayısı Salehdən eşitmişdir ki, Rövşən dayısı oğlu Samirlə münasibət quraraq teztez dayısıgilə gəlir və Samiri çölə çağırıb sonuncu ilə harasa gedir. Dayısı Saleh də bundan çox narahat olmuşdur. Dayısı Rövşəni tanımırdı, Rövşən onlara gələndə isə dayısı işdə olurdu. 20.06.2021-ci il tarixdə saat 21 radələrində dayısı Salehlə birlikdə məhəllədə gəzib Rövşənin Samiri pis işlərə cəlb etməsi barədə söhbət etmişlər. Məhəllə ilə gedən zaman dayısı Saleh ona bir evi göstərərək Rövşənin orada yaşadığını və onunla söhbət etmək istədiyini bildirmiş və qapını döyərək Rövşəni çağırmışdır. Saleh Rövşənə nə üçün onların evinə gələrək Samiri çağırdığını soruşmuş və Samirdən uzaq durmağı demişdir. Lakin Rövşən yalan danışaraq Salehgilə gəlmədiyini bildirmişdir. Həmin vaxt Rövşənin arvadı iki azyaşlı uşaqla onların yanına gələrək səs-küy salmağa başlamış, Rövşən arvadının gəlməsindən ürəklənərək onun qarşısında dayanıb onu vurmağa təhrik etməyə çalışmışdır. Saleh bunu başa düşüb və aralarına girib onu Rövşəndən aralamışdır. Rövşən isə həmin vaxt bir metr geri çəkilib yerdən bir daş parçasını götürüb ona tərəf atmış, daş parçası baş nahiyəsinə dəymiş, daşın dəydiyi yerdən güclü qanaxma baş vermiş, o, bərk ağrı hiss etmiş və yerə yıxılmışdır. Rövşən bunu görən kimi qaçıb getmiş, bir az irəlidə, dəmir yolunu məhəllədən aralayan setkaya ilişib yıxılmış, sonra isə ayağa qalxıb qaçmağa davam etmişdir. Rövşənin arvadı isə qışqıraraq evinə tərəf qaçmışdır. Dayısı Saleh onun xəsarət aldığını görərək DİN-in 102 Qaynar xətt mərkəzi xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və təcili tibbi yardıma zəng etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, Təcili tibbi yardımı gəlmədiyi üçün polis əməkdaşları onu «Neftçilər» xəstəxanasına öz maşınları ilə aparmış və ona orada ilkin tibbi yardım göstərilmişdir. Hal-hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Körpə uşaqlarına görə onu bağışlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisəyə qədər qiyabi tanımışdır. Belə ki, onun 16 yaşında olan oğlu Samiri Təqsirləndirilən şəxs bir neçə dəfə evindən çölə çağırıb söhbət etmişdir. Bunu ona həyat yoldaşı demişdir. Təqsirləndirilən şəxs isə məhəllədə narkoman kimi və narkotik vasitələrin satıcısı kimi tanınmışdır. Bu məsələ onu narahat etmiş və bu barədə bacısı oğlu Zərərçəkmiş şəxs demişdir. 20.06.2021-ci il tarixdə saat 21 radələrində Bacısı oğlu Ruslanla birlikdə məhəllədə gedən zaman Rövşənin yaşadığı evi Ruslana göstərmiş və onunla söhbət etmək istədiyini Ruslana bildirmiş, Ruslan buna etiraz etməmişdir. Bundan sonra o, qapını döyərək Rövşəni çağırmışdır. Rövşənə nə üçün onların evinə gələrək Samiri çağırdığını soruşmuş və Samirdən uzaq durmağı demişdir. Lakin Rövşən yalan danışaraq onların evinə gəlmədiyini bildirmişdir. Həmin vaxt Rövşənin arvadı iki azyaşlı uşaqla onların yanına gələrək səs-küy salmağa başlamış, Rövşən arvadının gəlməsindən ürəklənərək Ruslanın qarşısında dayanıb onu vurmağa təhrik etməyə çalışmışdır. Bunu başa düşüb aralarına girib Ruslanı Rövşəndən aralamışdır. Rövşən isə həmin vaxt bir metr geri çəkilib yerdən bir daş parçasını götürüb Ruslana tərəf atmış, daş parçası Ruslanı baş nahiyəsinə dəymiş, daşın dəydiyi yerdən güclü qanaxma baş vermiş və Ruslan yerə yıxılmışdır. Rövşən bunu görən kimi qaçıb getmiş, bir az irəlidə, dəmir yolunu məhəllədən aralayan setkaya ilişib yıxılmış, sonra isə ayağa qalxıb qaçmağa davam etmişdir. Rövşənin arvadı isə qışqıraraq evinə tərəf qaçmışdır. Dərhal DİN-in 102 Qaynar xətt mərkəzi xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və təcili tibbi yardıma zəng etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş, Təcili tibbi yardımı gəlmədiyi üçün polis əməkdaşları Ruslanı «Neftçilər» xəstəxanasına öz maşınları ilə aparmış və ona orada ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qeyri-rəsmi əridir. İki övladları var – 10 yaşlı qızı X6 və 6 yaşlı X7. Zərərçəkmiş şəxs və onun dayısı Şahid1 hadisəyə qədər tanımamışdır. 20 iyun 2021-ci il tarixdə saat 20 radələrində o, əri Rövşən və uşaqları kirayə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən özbaşına tikili olan evdə olmuşlar. Həmin vaxt qapıları döyülmüş və kimsə çöldən Rövşəni çağırmışdır. Rövşən çölə çıxmış və onu çölə çağıran Ruslan və Salehlə söhbət edə-edə evdən bir qədər aralanmışlar. Onların hərəkətlərindən narahat olaraq özü də uşaqları ilə birlikdə Rövşənin arxasınca çölə çıxmış və onlara yaxınlaşanda görmüşdür ki, Ruslan Rövşənə əl-qol atır. Ruslana buna görə iradını bildirəndə Ruslan sağ qolunu tutub burmuş və «rədd ol buradan» demişdir. Lakin o, əl çəkməmiş, Ruslan isə bir dəfə yumruqla boynunun arxasından, bir dəfə yumruqla göz nahiyəsindən və bir dəfə yumruqla ağız nahiyəsindən vurmuşdur. Həmin vaxt Rövşən onu müdafiə edərək Ruslandan aralayaraq evə çıxıb getməsini demişdir. O, uşaqları götürüb evə tərəf getmiş, oradan görmüşdür ki, ərini Ruslanla Saleh döyür, lakin Ruslanın başından qan axır. Əri Rövşən həmin şəxslərdən aralanaraq ona tərəf gəlmişdir. Görmüşdür ki, Rövşənin üst-başı toz-torpaq içində, üz-gözündə isə sıyrıqlar vardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Onun 27 yaşı var, Təqsirləndirilən şəxs isə ondan yaşca böyükdür. Rövşənlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Rövşən bir neçə dəfə onların həyətinə gəlib onu çağırmış, ikisi söhbət etmişlər, söhbətləri hər hansı pis işdən deyil, adi söhbətlər olmuş, o Rövşəndən narkotik vasitə almamış və yaxud da onunla birlikdə narkotik vasitə qəbul etməmişdir. Buna baxmayaraq Rövşənin evlərinə gəlməsi atası Salehin xoşuna gəlməmiş və atası bacısı oğlu Zərərçəkmiş şəxs ilə Rövşəni evindən çağırıb mübahisə etmişlər. Mübahisə zamanı Rövşən Ruslanın başından daşla vurmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Xətai rayon polis idarəsinin 37-ci RŞ-nin rəisinə ünvanladığı 20.06.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 20 iyul 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində Rövşən adlı şəxs daş parçası ilə onunbaşından vuraraq xəsarət yetirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 20.06.2021-ci il tarixli protokoldan müəyyən olunr ki, hadisənin baş verdiyi yer ünvan 1 ünvanda yerləşən evin qapısıdır. Evin qapısında 2 metr aralıda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başına daşla vurmuşdur. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya akar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 02.08.2021ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 04.08.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02.08.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 22 iyun 2021-ci il tarixli, 556 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin sayına, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin şəxsin özü-özünə yetirilməsinə, eləcə də öz boyu hündürlüyündən yıxılmasına xarakterik deyildir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Məmmədov X3 Qarnizonu Hərbi Tribunalının 04.01.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 242-ci maddəsini “a” bəndi, 83-cü maddənin 1-ci hissəsi və113-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29.08.2001-ci il tarixdə cəzasının sonu ilə azad edidmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilmişdir. Zərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi 16.11.2021ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq himayəsində iki azyaşlı uşağının olmasını, CM-nin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etdikdə onun məsuliyyətini yüngülləşdirici halları nəzərə alır və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə islah olunmasını mümkün sayır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Həmçinin, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs oluna azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini şübhəli şəxs qismində tutulduğu 02.08.2021-ci il tarixdən hesablamalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 288 AZN (iki yüz səksən səkkiz manat) pul Bakı şəhri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 288 AZN (iki yüz səksən səkkiz manat) pul Bakı şəhəri 12 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar