Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1813/2025 20.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi X13 (sədrlik edən), hakimlər İmanova Nigar Arzu qızı və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Zəfər” Vəkil Bürosunun vəkili X7 və “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 may 2025-ci il tarixdə saat 21 radələrində ünvan 4 yerləşən fərdi yaşayış evinin qarşısında qonşusu Zərərçəkmiş şəxs əvvəllər onun azyaşlı övladına iradlarını bildirən zaman təhqiramiz ifadələr işlətməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs qəfildən onun sağ sifət nahiyəsinə əli ilə (yumruqla) qəsdən vurması səbəbindən hiddətlənib üzərindəki istintaqa məlum olmayan kəsici-deşici əşya ilə Zərərçəkmiş şəxs kürək nahiyəsinə bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının arxa səthinin sol plevra boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə 2025-ci ilin may ayında baş verib. Hadisənin baş verməsinə sabəb hadisədən 7-8 ay əvvəl Elşadla aralarında olan mübahisə olmuş, onun autizm xəstəliyindən əziyyət çəkən övladı ilə Elşadın övladı arasında dava olmuş, onun arvadı Elşada irad bildirmiş, Elşad isə onun arvadı ilə kobud danışmışdır. Həmin vaxt o ölkə xaricində olduğuna görə, Elşadla telefon vasitəsilə danışarkən, aralarında mübahisə olmuş, Bakı şəhərinə qayıdandan sonra Elşadla bir-birini görmüş, köhnə mübahisələrini yada salmış, sonra aralarında dava baş vermişdir. Elşad ona yumruq atmış, o da Elşadı bıçaqla vurmuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, hadisədən 7-8 ay əvvəl Elşadla aralarında mübahisə olmuş, Elşad onunla üzbəüz qonşu olmuş, ölkə xaricində olduğu üçün 8 ay ərzində Elşadı görməmiş, Elşad onun həyat yoldaşı ilə kobud danışdığına görə telefonda Elşadla mübahisə etmiş, telefonda mübahisə etməzdən əvvəl Elşadın ailəsi ilə onun ailəsi arasında heç bir mübahisə, söz-söhbət olmamış, qonşular və yoldaşı Elşadın söyüşlə danışdığını ona demiş, Elşadla telefon vasitəsilə danışarkən Elşad yoldaşı ilə söyüşlə danışmadığını bildirmiş, Elşad yoldaşı ilə kobud danışdığına görə ondan üzr istəməmiş, Bakı şəhərinə qayıdandan 2 gün sonra hadisə baş vermiş, Elşadla telefon vasitəsilə danışarkən aralarında barışıq olmamış, hadisə axşam radələrində baş vermiş, Elşadla üzbəüz gələndə Elşad ona “sənin ağzını cıraram” demiş, Elşadla telefon vasitəsilə danışarkən bir-birini söymüş, Elşadla rastlaşanda övladı yanında olmuş, Elşada bildirmişdir ki, uşağı evə aparıb gəlir. Elşadla rastlaşanda üzərində bıçaq olmamış, uşağı evə aparanda evdən mətbəx bıçağını götürmüş, Elşad ondan daha güclü olduğu üçün mətbəx bıçağını götürmüş, Elşadla məhəllədə gedərkən Elşad onu yumruqla vurmuş, yumruq zərbəsi gözündən dəymiş, Elşad onu 1 dəfə vurmuş, Elşada kürək nahiyəsindən 1 bıçaq zərbəsi vurmuş, başında gödəkçə olduğuna görə, Elşadın hansı nahiyəsindən vurduğumu görməmiş, Elşadı bıçaqla vurmuş, lakin Elşad hiss etməmiş, onu yumruq və təpiklə vurmuş, Elşadın əlində bıçaq olmamışdır. Elşad onu vurmasaydı, o bıçaq çıxarmayacaqdı. Qonşular görüb onları aralamışlar. Elşad əlindəki bıçağı görüb aralanmış, Elşada 1 bıçaq zərbəsi vurduqdan sonra əsəbi keçmiş, hadisədən sonra evə getmiş, bıçağı zibil qutusuna atmış, Elşadla barışmış, törətdiyi əməldən peşmandır. Elşadla ilkin mübahisədən 6-7 ay sonra ölkəyə qayıtmış, ölkəyə qayıtdıqdan 2-3 gün sonra hadisə baş vermiş, Elşadla ilkin mübahisədən 1-2 ay sonra ailəsi Rusiya Federasiyasına onun yanına gəlmiş, ailəsi onunla birlikdə Bakı şəhərinə gəlmiş, hadisə baş verərkən kiminsə hadisəyə şahid olduğunu görməmişdir. Elşad ona yoldaşını təhqir etmədiyini bildirmişdir. Elşad onu yumruqla vurmasa onu bıçaqla vurmazdı. Elşadı təhqir etmiş, Elşadın fikri onunla vuruşmaq olmuş, Elşadın atası və Xeyrulla hadisə yerinə gəlmişlər. Xeyrulla səs-küyə görə bayıra çıxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, qonşusudur. Hadisə 24 may 2025-ci il tarixdə, axşam radələrində baş vermiş, Hidayətlə əvvəlcədən mübahisəsi olmuş, Hidayətlə “whatsapp” vasitəsilə görüntülü danışarkən Hidayət onunla söyüşlə danışmış, o Hidayətə söyüşlə danışmamasını və ölkəyə qayıdanda söhbət etməyini bildirmişdir. Hidayət bir müddət Rusiya Federasiyasında olmuş, həmin müddətdə bir-biri ilə əlaqə saxlamamışlar. May ayının 24-də işdən evə qayıdırkən Hidayətlə qarşılaşmış, həmin vaxt Hidayətin yanında qüsurlu övladı olmuş, Hidayətlə salamlaşmışlar, sonra Hidayətə aralarındakı məsələni aydınlaşdırmağı təklif etmiş, Hidayətlə yolda gedərkən söhbətləri alınmamış və özünü saxlaya bilməyib Hidayəti vurmuşdur. Hidayətin əlində bıçaq olduğunu bilməmiş, Hidayət onu bıçaqla vurmuş, bundan sonra atası gəlmiş və onu xəstəxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, Hidayətlə 7-8 ildir ki, qonşudurlar, onunla münasibətləri yaxşı olmuş, Hidayətin qüsurlu övladı olmuş, həmin uşaq biraz sərt davranmış, bununla bağlı uşağın anasına xəbərdarlıq da etmişlər. Hidayətin qüsurlu övladının 6-7 yaşı olmuş, həmin uşaq 1-2 dəfə dəmir parçası götürərək onun böyük oğluna hücum etmiş, sonuncu dəfə həmin qüsurlu uşaq onun 2 yaşlı kiçik oğlunu itələyib yerə yıxmış, o da Hidayətin qüsurlu övladına qışqırmış, həmin vaxt uşağın anası bayıra çıxmış və ona da öz iradını bildirmişdir. Hidayətin yoldaşına söyməmiş, lakin təhqiredici ifadə işlətmiş, həmin sözü işlətdiyi zaman Hidayət Rusiyada olmuş, həmin gün Hidayətlə “whatsapp” vasitəsilə görüntülü danışmış, bundan uzun müddət sonra hadisə baş vermiş, Hidayətlə 24 may 2025-ci il tarixdə qarşılaşmış, aralarındakı mübahisəni həll etməyi Hidayətə təklif etmiş, Hidayət onu təhqir etdiyi üçün ilk zərbəni vurmuş, əvvəllər karate idman növü ilə məşğul olmuş, Hidayəti qaranlıq bir yerə aparmaq fikri olmuş, Hidayət ona irad bildirmişdir ki, “yoldaşımla niyə belə danışmısan?” Hidayət onu təhqir etdiyinə görə onu yumruqla vurmuş, ilk zərbəni o vurmuş, təhqir onun özünə ünvanlanmış, Hidayəti vurduqdan sonra o yerə yıxılmış, Hidayət onu bıçaqla vurduqda arı sancması kimi bir ağrı hiss etmiş, lakin Hidayətin onu bıçaqla vurması ağlına gəlməmiş, dava zamanı Hidayət qonşu Xeyrullanın pəncərəsinə dəymiş, Xeyrulla bayıra çıxmışdır. Hazırda səhhətində heç bir problem yoxdur. Hidayətdən heç bir şikayət və tələbi yoxdur, onunla barışmışlar. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4 yerləşən fərdi yaşayış evində yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. “X23” MMC-də mühəndis işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayırlar. Onların hər ikisi ilə münasibəti bir qonşu kimi yaxşı olmuşdur. Təqsirləndirilən şəxs uzun zamandır ki, Rusiya Federasiyasına işləmək üçün getmiş və orada yaşamışdır. Hidayətin ailəsi isə qonşuluqda yaşamışlar. 24 may 2025-ci il tarixdə saat 21 radələrində yuxarıda qeyd olunan ünvanda yaşadığı mübahisə edib dalaşmışlar. O, pəncərədən baxdıqda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dava-dalaş etdiklərini görmüşdür. Dərhal evdən küçəyə çıxmışdır ki, onları aralaşdırsın. O, küçəyə çıxdığı zaman artıq Hidayət qaçıb getmişdir. Elşad da evin qarşısında yerdə oturmuş vəziyyətdə olmuş, o, Elşaddan nə baş verdiyini soruşduqda, Elşad Hidayətlə mübahisələrinin düşdüyünü və qarşılıqlı dalaşdıqlarını bildirmişdir. O, Elşadın kürəyinin sol tərəfindən qan gəldiyini görmüşdür. Elşad heç özü kürək nahiyəsinin qanadığını bilməmişdir. O, Elşada bu barədə xəbərdarlıq etdikdən sonra Elşad bilmişdir ki, kürək nahiyəsi qanayır. Elşad əlini həmin qanayan yerə qoymuş və bildirmişdir ki, yəqin ki, Hidayət onu bıçaqla vurub, lakin yara isti olduğundan hiss etməyib. O, dərhal Elşadın yaşadığı evinə tərəf getmişdir ki, onun atası Aydını çağırsın. Aydının yaşadığı evinin qarşısında dayandığını görüb onu çağırmış və Aydın Elşadın yanına gəlmişdir. Aydın dərhal öz avtomobili ilə yanlarına gəlmiş və oğlu Elşadı avtomobilə əyləşdirərək xəstəxanaya aparmışdır. O da evinə daxil olmuşdur. Daha Hidayəti görməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan mübahisəni o, gördükdən küçəyə çıxana qədər təxminən 1 dəqiqə keçmiş və o, küçəyə çıxdığı zaman Hidayət qaçıb getmişdir. Ona görə də, deyə bilər ki, o, gördüyü andan etibarən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan mübahisə təxminən 1 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs dava-dalaş zamanı səs-küy salmadıqları üçün küçəyə ondan başqa heç kim çıxmamış və o da elə bir şərait yaratmışdır ki, qonşulardan əlavə heç kim onların dava-dalaş etdiyini bilməsin və görməsin. Ona görə də dərhal Elşadın atası Aydını çağırmışdır ki, Elşadı xəstəxanaya aparsın. Odur ki, mübahisə zamanı onların yanında ondan başqa heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi kəsici-deşici əşyanı, eləcə də, bıçağı görməmişdir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan mübahisənin səbəbini bilmir və heç bu barədə maraqlanmamışdır. Elşad xəstəxanadan çıxdıqdan sonra onun vəziyyəti barədə maraqlanmış və Elşad da səhhətinin yaxşı olduğunu bildirmişdir. O da Elşada bir ağsaqqal kimi, iradını bildirərək, demişdir ki, qonşuluqda belə mübahisə və ya dava-dalaş etmək məsləhət deyil. (cild1, i/v 113-116) Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Sürücü işləyir. Zərərçəkmiş şəxs doğma övladıdır. Təqsirləndirilən şəxs qonşusudur. Təqsirləndirilən şəxslə münasibəti əvvəllər bir qonşu kimi normal olmuş, aralarında əvvəllər heç bir narazılıq və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs uzun zamandır ki, Rusiya Federasiyasına işləmək üçün getmiş və orada yaşamışdır. Hidayətin ailəsi isə qonşuluqda Hidayətin öz evində yaşamışlar. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olan zaman onun əqli cəhətdən qüsurlu olan 6-7 yaş arasında olan uşağı yaşca kiçik olan nəvəsini qorxutmuş, o və oğlu Zərərçəkmiş şəxs bir neçə dəfə həmin uşağın anasına bu barədə xəbərdarlıq etmişlər. Hidayətin əqli cəhətdən qüsurlu olan həmin uşağı bir dəfə də həmin nəvəsini itələyib yerə yıxdığı üçün oğlu Elşad bir valideyn kimi əsəbiləşərək onun valideyninə iradlarını bildirmişdir. Bu səbəbdən Elşadla Hidayət arasında telefonda sözlə mübahisə yaranmış və onlar bir-birilərini təhqir etmişlər. Bundan sonrakı dövrdə Hidayətlə Elşad bir-biriləri ilə əlaqə saxlamamışlar. 24 may 2025-ci il tarixdə saat 20:30 radələrində oğlu Elşad işdən evə gəlib çantasını qoyaraq evdən aptekə getmək üçün çıxmış, çox keçmədən, Elşad evə qayıtmış və küçədə Hidayəti gördüyünü, paltarını dəyişib gedib onunla söhbət edəcəyini bildirmişdir. Elşad əynindəki xidməti geyim formasını dəyişib evdən çıxmışdır. Artıq saat 21 radələri olmuşdur. O, Elşada Hidayətlə mübahisə etməmələrini bildirmişdir. Elşad evdən çıxdıqdan sonra o da yavaş adımlarla onun arxası ilə getmişdir ki, mübahisə olarsa onları sakitləşdirsin. O, yaşadığı evin qarşısında dayanmış, Elşadla Hidayət də Zaur Kərimov küçəsində piyada hərəkət edərək söhbət etmişlər. Artıq o, Elşad və Hidayəti görməmişdir. Küçədə də heç kim olmamışdır. Təxminən 5 dəqiqə sonra qonşuları Xeyrulla yaşadığı evin qarşısına qaçaraq qaçdığını, hazırda Elşadın onun evinin qarşısında olduğunu və kürək nahiyəsinin qanadığını bildirmişdir. O, dərhal Elşada tərəf qaçaraq getmiş və Elşada yaxınlaşdıqda onun kürək nahiyəsinin qanadığını görmüşdür. Bu zaman bilmişdir ki, Hidayət mübahisə zamanı Elşadın kürək nahiyəsindən bıçaqla vuraraq xəsarət yetirmişdir. O, idarə etdiyi avtomobillə Elşadı təcili tibbi yardıma aparmış və Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, hadisə barədə məlumat vermişdir. Təcili tibbi yardım həkimləri tərəfindən Elşada ilkin tibbi yardım göstərildikdən sonra Elşadı təcili tibbi yardım maşını ilə X17 (Semaşko) aparmışlar. Orada məlum olmuşdur ki, Hidayətin Elşada vurduğu bıçaq daxilə nüfuz etmişdir. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında olan mübahisəni o, görməmişdir. Lakin onu deyə bilər ki, Elşad evdən çıxdıqdan təxminən 5 dəqiqə sonra mübahisə baş vermişdir. Yəni Elşad və Hidayət arasındakı mübahisə təxminən 5 dəqiqə ərzində davam etmişdir. Elşadla Hidayətin arasında dava-dalaş baş verməsini ona qonşusu Xeyrulla qaçaraq gəlib demişdir. Ona görə ki, o, heç mübahisə olduğunu bilməmişdir. Çünki küçədə mübahisə və dava-dalaş səsi eşidilməmişdir. Küçədə də o, Elşad və Xeyrulladan başqa heç kim olmamışdır. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi kəsici-deşici əşya, eləcə də, bıçağı görməmişdir. (cild1, i/v 117-120) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 28 may 2025-ci il tarixli protokoldan görünürki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v. 40); Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, i/v. 80); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 Yasamal rayon şöbəsinin 02 iyun 2025-ci il tarixli 434 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözün üst və göz qapaqlarının və sağ gözaltı-almacıq nahiyənin qançırları, küt əşyanın (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24 may 2025-ci il tarixdə insan bədəninin hissəsinin (əl, baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alın demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi və yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyildir. (cild 1, i/v. 88-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 Yasamal rayon şöbəsinin 19 iyun 2025-ci il tarixli 469 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət - döş qəfəsinin sol yarısının arxa səthinin sol plevra boşluğuna nüfuz edən və sol tərəfli hemopnevmotoraks (plevra boşluğuna qanın və havanın toplanması) ilə nəticələnən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası iti deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24 may 2025-ci il tarixdə bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alın demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. (cild 1, i/v. 99-102); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 məhkəmə tibbi-biologiya şöbəsinin 17 iyul 2025-ci il tarixli 384/2025-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(ll) (qərarda göstərilən qeydə əsasən) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta /(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, i/v. 105-108; 111; 121-125); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X21 Məhkəmə tibbi-kriminalistika şöbəsinin 28 iyul 2025-ci il tarixli 249/2025-MTKŞ nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının arxa səthində olan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür. (cild 1, i/v. 126-130); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 16 sentyabr 2025-ci il tarixli 3136 nömrəli nömrəli ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs proniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair pisixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 24 may 2025- ci il tarixdə, ondan əvvəlki və sonrakı tarixlərdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham elan edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. (cild 1, i/v. 157-159); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ- nin 13 iyun 2025-ci il tarixli 3-28-29/2-5804/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, i/v. 96); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i/v. 84); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağı var. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli X1 17 iyun 2022-ci il tarixli 1/1506 saylı həkim psixiatr komissiyasının rəyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq X18 Şəxsin təqdim etdiyi 23 avqust 2023-cü il tarixli 5655 saylı məktubundan görünür ki, X2 F84.0 uşaq autizmi Kanner sindromu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Dost Mərkəzinin təqdim etdiyi 12 noyabr 2025-ci il tarixli 3-17-7/2-N-29650/2025 saylı arayışdan görünür ki, X5 (FİN 174AV2V) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sosial ödənişlər altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə fondundan orqanizmin funksiyalarının 31-60 fazi pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı X3 (FİN 8CPBYT0) görə 180 manat məbləğində sosial müavinət, 120 manat məbləğində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə prezident təqaüdü alır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə ittihama daxil olan cinayət əməlinin tövsifi məsələsini təhlil etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 24 may 2025-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı üzərindəki istintaqa məlum olmayan kəsici-deşici əşya ilə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Zərərçəkmiş şəxsin aldığı ağır xəsarətlə təqsirləndirilən şəxsin törətmiş olduğu əməl arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxs həmin xəsarəti məhz təqsirləndirilən şəxsin yetirdiyi zərbə nəticəsində almışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiqini tapmışdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun əməli qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlidir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 dekabr 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza həddini və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş maddi və mənəvi zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində 4 azyaşlı övladının olmasını, bir övladının aituzm xəstəsi olmasını Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halların məcmusunu nəzərə almaqla, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və onun ailəsini ciddi məhrumiyyətlərə düçar edər ki, bu da belə bir şəxs üçün kifayət qədər ağır cəza olar. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olmuş bir ədəd ağ-qara rəngli uzunqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Zəfər” Vəkil Bürosunun vəkili X8 Təqsirləndirilən şəxs göstərdiyi 16 saat xidmətə görə 176 (yüz yetmiş altı) manat məbləğində pul ödənilməlidir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 il (üç) 06 (altı) ay il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus hadisə zamanı əynində olmuş bir ədəd ağ-qara rəngli uzunqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Zəfər” Vəkil Bürosunun vəkili X8 176 (yüz yetmiş altı) manat məbləğində pul ödənilsin. Hökm elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Vüqar Seyidov X19 Nigar İmanova
Məhkəmə qərarları › İş №1(101)-1813/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1813/2025
20.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver