Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1814/2025 03.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X2 və X1 ibarət tərkibdə, Qılıcova Səltənət Yaşar qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxx 1991-ci ildə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Qarabağ küçəsində, nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 20820 qram (20 kiloqram 820 qram) çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 04 iyun 2025-ci il tarixdə, saat 19:20də qeyd edilən ünvanda saxlanılaraq ünvan 4 İdarəyə gətirilib həmin gün saat 21:01-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı 01 ədəd qara rəngli polietilen torbanın içərisindən 15 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 860 qram, 1025 qram, 965 qram, 2700 qram, 975 qram, 2640 qram, 2745 qram, 2695 qram, 980 qram, 830 qram, 1030 qram, 810 qram, 865 qram, 890 qram və 810 qram olmaqla, ümumi çəkisi külli miqdarda - 20820 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham mübahisələndirilərək, onun tərəfindən həmin ittiham qəbul edilməmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Əziz adlı İran İslam Respublikasının vətandaşı ilə “İnstagram” sosial şəbəkəsində tanış olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl pula ehtiyacı olduğu üçün həmin şəxslə razılaşıb 1 (bir) kiloqram narkotik vasitəni götürməyə gedirmiş. O, “Whatsapp” mobil tətbiqi vasitəsi ilə Əziz adlı şəxslə əlaqə saxlamış, Əziz bildirmişdir ki, ona pul verəcək, o da bunun qarşılığında Nərimanov rayonu ərazisindən 1 (bir) kiloqram marixuana narkotik vasitəsini götürüb özündə saxlayacaq, daha sonra isə konum vasitəsi ilə digər ünvana çatdıracaq. O, Əziz adlı şəxsin ona dediyi narkotik vasitəni götürmək üçün Nərimanov rayonunda həmin şəxsin bildirdiyi yerə getmiş, lakin yolda ona gələn zənglərin nəticəsində fikrini dəyişmiş və geri qayıtmışdır, qayıtdığı anda polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu saxladıqları yerdən Polis idarəsinə aparmışlar. İdarədə polis əməkdaşları ona fiziki və psixoloji təzyiqlər göstərmişlər. Həmin təzyiqlərin nəticəsində polis əməkdaşlarının ona verdikləri narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. O özü narkotik maddə marixuana istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Əziz adlı şəxs ona narkotik vasitəni götürüb çatdıracağına görə 1500 manat pul verəcəkmiş. Əziz adlı şəxs ona narkotik vasitənin yerləşdiyi yerin konumunu axşam göndərmişdir. O isə Nərimanov rayonu ərazisində yerləşən həmin yerə axşam saat 20 radələrində narkotik vasitəni götürmək üçün getmişdir. O, ilk öncə həmin konumda göstərilən yerə çatdıqda narkotik vasitəyə əl vurmamışdır. Dostları ona demişlər ki, tutulacaqsan, o da fikirləşib narkotik vasitəni götürməmək qərarına gəlmişdir. O, həmin yerə 1 (bir) kiloqram marixuana götürmək üçün getmişdir. O, məhkəmənin sonrakı iclaslarında verilmiş suallara cavab olaraq həmçinin göstərmişdir ki, onun saxlanıldığı Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş barəsində olan tibbi kitabçada göstərilmiş sağ baldırın ön səthində köhnə çapıq toxumaları əvvəldən yaranmış və hazırki cinayət işi ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu izahatı və ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 04 iyun 2025-ci il tarixli izahatında, daha sonra isə 05 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində və həmin tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmamışdır, evlidir, 01 azyaşlı övladı vardır, rəsmi olaraq heç yerdə işləmir. Təxminən 03 ildir arabir psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü burnuna çəkməklə qəbul edir, həmin maddəni “İnstagram” sosial şəbəkəsində təsadüfən adını “Əziz” kimi bildiyi İran İslam Respublikasının vətəndaşından el arasında “zaklatka” deyilən üsulla əldə etmiş, alacağı maddənin pulunu Əzizin dediyi bank kartına göndərmiş, sonuncu maddənin olduğu yerin konumunu və şəklini çəkib ona göndərdikdən sonra maddəni götürmüşdür. Əziz bir neçə gündür ona bağlama olacağını və onları götürüb özündə saxlamağını, deyəcəyi vaxtda, deyəcəyi çəkilərdə və deyəcəyi ünvana qoymağı müqabilində ona külli miqdarda pul verəcəyini demişdir. İlk vaxtlarda ona razılıq verməsə də, maddi imkansızlıqdan xx.xx.2025-ci il tarixdə ona razılıq vermişdir. Əziz səhəri gün bu barədə ona məlumat verəcəyini dediyindən onu gözləməyə başlamış, xx.xx.2025-ci il tarixdə evdə olan zaman Əziz ona zəng edərək konum göndərdiyini demiş və həmin konum üzrə gedib bağlamanı götürüb özündə saxlamağını, sonradan nə edəcəyini deyəcəyini bildirmişdir. O, etiraz etməmiş və həmin gün saat 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində dəqiq bilmədiyi ünvanda olmuş, oraya konumla getmiş, konum üzrə çatan zaman Əzizlə danışıb sonuncunun ona göndərdiyi şəkilə baxmış və maddələrin olduğu yeri dəqiqləşdirib oraya yaxınlaşmışdır. Həmin vaxt yanında başqa şəxs olmasa da, uzaq məsafədə bir neçə nəfər olmuş, lakin onların heç birinin diqqəti onda olmadığından bağlamaları götürmüş və iri addımlarla oradan uzaqlaşıb həmin küçə ilə təxminən 15-20 dəqiqə piyada hərəkət edib heç kimin onu izləmədiyindən əmin olduqdan sonra dayanıb taksi gözləməyə başlamışdır. Bu zaman üç nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, o özünü təqdim etdikdən sonra həmin şəxslər də, özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək onu Baş İdarəyə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etmədən Baş İdarəyə gəlmiş, orada vəkillə təmin olunmuş və təhqiqatçı tərəfindən saxlanılmağının səbəbi izah edilmişdir. Vəkil gəldikdən sonra ona təqdim olunmuş və hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış aparılacağı izah edilmişdir. Etiraz etməmiş və bundan sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmışdır. Şəxsi axtarış zamanı ilkin olaraq ona üzərində qanunsuz əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu zaman əynində olan şalvarın cibindən 01 ədəd mobil telefonunu və əlində saxladığı qara rəngli sellofan bağlamanı təqdim edərək sellofan torbanın içərisində narkotik vasitə marixuana olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı Əziz adlı şəxsin tapşırığına əsasən əldə edib deyəcəyi ünvana qoymağı müqabilində 1500 manat qazanc əldə edəcəyini bildirmişdir. Bundan sonra bağlama açılmış və içərisindən 15 ədəd bağlama aşkar edilmişdir. Həmin bağlamalar qablaşdırılaraq götürülmüş, eləcə də mobil telefonu da götürülmüşdür. Bundan sonra videoçəkiliş dayandırılıb onlara nümayiş etdirildikdən sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə protokola imza etmişdir (iş vərəqə: cild İ, səh.33-35, 52-54, 65- 67). Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 sentyabr 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, ilkin ifadəsi və izahatını qismən təsdiq edir. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı olan Əzizlə danışan zaman ona göndərdiyi konumda 01 kiloqram narkotik vasitə olduğunu, onları götürüb özündə saxlamağını, deyəcəyi vaxt deyəcəyi ünvana həmin maddələri qoymağı müqabilində ona pul verəcəyini demişdir. Aşkar olunan maddələrdən qabaqcadan xəbəri olmamışdır. Əzizlə danışıb qurtardıqdan sonra telefonunda onunla olan danışıqları silmişdir. Əks halda həmin danışıqları istintaqa təqdim edə bilərmiş. Ona görə də, özünü Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi üzrə təqsirli bilir və əməlinin həmin maddəyə tövsif edilməsini xahiş edir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona qarşı hər hansı formada təsir və ya təzyiq olmamışdır (iş vərəqə: cild İ, səh.142-143). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs təklif edilərkən o, ibtidai istintaq zamanı etirafedici ifadələrini polis əməkdaşlarının fiziki və psixoloji təzyiqləri nəticəsində verdiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması ilə bağlı ondan, idarənin əməliyyat müvəkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün axşam saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs yerini müəyyən etmişlər. Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsində olarkən onlar tərəfindən saxlanılmış və idarəyə dəvət edilmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və üzərində hər hansı qanunsuz əşya varsa onlara təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əlində olan torbanı onlara təqdim edib bildirmişdir ki, həmin torbanın içərisində narkotik vasitə marixuana var və həmin narkotik vasitəni İran İslam Respublikasının vətandaşından göndərilmiş konum vasitəsi ilə əldə etmişdir. Həmin torbada olan bağlamaları müvafiq ünvanlara yerləşdirdikdən sonra isə 1500 manat məbləğində pul vəsaiti alacağını bildirmişdir. Şahid1 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində qeyd etdiyi əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı zaman tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən bildirmişdir ki, üzərindəki torbada narkotik maddə marixuana var. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş torbada olan maddə xatırladığı qədər təxminən 10-15 ədəd bağlamada olmuşdur. Təqsirləndirilən şəxs üstünü sonuncunu saxladıqları yerdə yoxlamamalarının səbəbi həmin yerin ətrafında adamların çox olması ilə əlaqədar olmuşdur. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji və ya digər qanunsuz hərəkətlərə yol verilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə idarənin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar ondan, Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin ünvan 3 ünvanının yaxınlığında olması müəyyən edildikdən sonra onlar həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs dəqiq yerini müəyyən etdikdən sonra həmin şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşduqda Sadiq özünü təqdim etmişdir, Təqsirləndirilən şəxs satış məqsədi ilə üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması, eləcə də daşıması barədə məlumat daxil olduğunu bildirib onu Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə getmişdir. Orada təhqiqatçı X6 Osmanova hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlində saxladığı bağlamanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir, həmin maddələri İran İslam Respublikasının vətəndaşının dediyi yerdən götürüb deyəcəyi ünvanlara çatdırması müqabilində 1500 manat pul alacağını bildirmişdir. Şahid2 daha sonra verilən suallara cavab olaraq göstərmişdir ki, onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir, təzyiq göstərilməmiş, hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid3 məhkəmədə iştirakının təmin edilməsi mümkün olmamış və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid3 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 04 iyun 2025-ci il tarixdə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuşdur.Həmin məlumat Şahid1 tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Baş İdarənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 daxil olmuş və qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin ünvan 3 ünvanın yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin şəxsi müəyyən etmək məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin gün saat 19:20 radələrində qeyd olunan ünvanın yaxınlığında əlində bir ədəd qara rəngli sellofan saxlayan, xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşaraq anket məlumatlarını soruşduqda sonuncu özünü təqdim etmiş, ona satış məqsədi ilə üzərində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edərək saxlaması, eləcə də daşıması barədə məlumat daxil olduğunu bildirib onu Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Baş İdarəyə gəlmiş, orada sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmiş, raportun icrası Təhqiqat şöbəsinin təhqiqatçısı Əli Ağayevə həvalə edildiyindən təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, sonuncu siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirdiyindən vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulduqda sonuncu vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla gəzdirməsində şübhəli bilindiyi və bununla bağlı video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş, sonuncu etiraz etmədiyini dedikdən sonra ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən mobil telefonunu təqdim etmiş və əlində saxladığı bağlamanın içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində saxladığı bağlamanın içərisindəki maddələrin narkotik vasitə marixuana olduğunu, həmin maddələri xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasının vətəndaşının dediyi yerdən götürüb deyəcəyi ünvanlara çatdırması müqabilində 1500 manat pul alacağını, heç kimə narkotik vasitə satmadığını və ya pay vermədiyini bildirmiş, sonuncunun təqdim etdiyi bağlamaya baxış keçirilən zaman oradan 15 ədəd bağlama, hər bağlamanın içərisindən də narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra həmin maddələr qablaşdırılaraq götürülmüş, mobil telefon da götürülmüş, sonda bu barədə protokol tərtib olunmaqla ucadan oxunmuş, protokol düzgün yazıldığı üçün hər bir iştirakçı tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.105-107). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _04 iyun 2025-ci il tarixli raportdan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqə: cild İ, səh.4). _04 iyun 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona məxsus olan qara rəngli sellofan torbanın içərisində “marixuana” və “nəşə” kimi tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan, adını “marixuana” və “nəşə” kimi bildiyi narkotik vasitələri 04 iyun 2025-ci il tarixdə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikasının vətəndaşının ona göndərdiyi Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvandan əldə etdiyini, həmin torbanın içərisində olan kütlələri İran İslam Respublikası vətəndaşının ona deyəcəyi iki ayrı ünvana çatdırması qarşılığında 1500 manat pul almalı olacağını bildirmişdir. Sorğu zamanı əvvəllər də İran İslam Respublikasının vətəndaşından özünün şəxsi istifadəsi üçün bir neçə dəfə “patı” kimi tanıdığı maddə aldığını, özünün 3 ildir ki, “patı" kimi tanıdığı maddə istifadə etdiyini, 01 ədəd qara rəngli sellofan torbada olan adını “marixuana” və “nəşə” kimi bildiyi narkotik vasitələrdən heç kimə satmadığını, pay vermədiyini, onda olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan qara rəngli sellofan torbanın içərisinə baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisindən 15 (on beş) ədəd sellofan bağlama aşkar olunmuş, həmin bağlamaların hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir (iş vərəqə: cild İ, səh.27-30). _Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2025-ci il tarixli, 7/827 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli səxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 15 (on beş) ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 860 qram; 1025 qram; 965 qram; 2700 qram; 975 qram; 2640 qram; 2745 qram; 2695 qram; 980 qram; 830 qram; 1030 qram; 810 qram; 865 qram; 890 qram; 810 qram olan bitki mənşəli kütlə təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi- 20820 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh. 38-41). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2025-ci il tarixli, 5400 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.119-120). _12 iyun 2025-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 20818,5 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut qismində tanınmışdır (iş vərəqə: cild İ, səh. 90-91). _04 sentyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 115). _15 sentyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərə baxış keçirilmiş, baxış zamanı sübut əhəmiyyətinə malik hər hansı məlumat aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 118). _17 sentyabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsindən ötrü hazırki cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılmışdır, həmin qərardan həmçinin görünür ki, şəxsi axtarış istintaq hərəkətinin video görüntüsünün əks olunduğu disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh.121-128, 130-131). _04 iyun 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.19). _Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 04 iyun 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi izahatında özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh.80-84). _Ucar rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 21 iyun 2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi surətdə şikayət və hər hansı bir məlumat daxil olmamışdır. (iş vərəqə: cild İ, səh.103). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07 avqust 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh.108-109). _Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı var (cinayət işinin materialları). Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş açıq məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, şahidlərin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əziz» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Əziz» adlı şəxs və qeyriləri ilə külli miqdarda 20820 qram (20 kiloqram 820 qram) çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri ərazisində dəqiq məlum olmayan ünvanda yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə ona məlumat verdikdən sonra istintaqa dəqiq məlum olmayan vaxtda 20820 qram narkotik vasitə qurudulmuş marixuananı bir ədəd polietilen torbada əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 04 iyun 2025-ci il tarixdə, saat 19:20-də qeyd edilən ünvanda saxlanılaraq ünvan 4 İdarəyə gətirilib həmin gün saat 21:01-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı 01 ədəd qara rəngli polietilen torbanın içərisindən 15 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 860 qram, 1025 qram, 965 qram, 2700 qram, 975 qram, 2640 qram, 2745 qram, 2695 qram, 980 qram, 830 qram, 1030 qram, 810 qram, 865 qram, 890 qram və 810 qram olmaqla, ümumi çəkisi külli miqdarda - 20820 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin həm 234.4.1, həm də 234.4.3-cü maddələrinə münasibətdə onun əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması təsdiq edilsə də, həmin cinayət əməlində “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” tövsifedici əlamətinin, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olması hər hansı sübutlarla təsdiq olunmamışdır. Belə ki, hər bir cinayət əməlinin araşdırılmasında onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi əmələ hüquqi qiymət verilməsində mühüm əhəmiyyət kəsb edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”nın konkret müddəalarını, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram, xüsusilə külli miqdar daxil olmaqla aşağı həddi 50.000 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya”da müəyyən edilmiş həmin narkotik vasitənin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri tərəfindən saxlanılmış, onun üzərində videoçəkilişdən istifadə edilməklə və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman 15 (on beş) ədəd bağlamada, ümumilikdə 20820 (20 kiloqram 820 qram) qram narkotik maddə qurudulmuş marixuana aşkar edilmişdir, həmin vaxt Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik maddəni pul qarşılığında başqa yerə qoyacağını bildirmişdir. Cinayət işinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla üzərində daşıma cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair istintaq orqanının gəldiyi nəticə cinayət işinin materiallarına uyğun deyil. Belə ki, Təqsirləndirilən şəxs həmin cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi elan edilmiş ittihamda ümumi şəkildə, formal göstərilsə də, onun həmin əməli qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə dair hər hansı sübut təqdim olunmamış və işin məhkəmə baxışı zamanı da belə sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət işinin materiallarında elan edilmiş ittihama diqqət yetirilərkən orada ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs, sonuncunun əlbir olduğu göstərilən şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Əziz» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi, «Əziz» adlı şəxsin və qeyrilərinin külli miqdarda narkotik vasitə ilə bağlı «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsilə ona məlumat verildiyi formal olaraq göstərilsə də, qeyd edilən bu halların hansı sübutlarla müəyyən edilməsi, ibtidai istintaq orqanının ittihamda göstərdiyi bu qənaətinin hansı nəticələrdən irəli gəldiyi naməlum olduğu kimi, yalnız ehtimal əsasında göstərilən şəxsin (“Əziz” adlı) mövcudluğu fərziyyələrə əsaslanmağına baxmayaraq, eyni zamanda ehtimal əsasında xəyali göstərilən şəxsin heç bir sübutlarla təsdiqini tapmayan hərəkətlərinə istinad etməklə (təqsirləndirilən şəxsin “Əziz” adlı şəxslə və qeyriləri ilə cinayət əlaqəsinə girməsi) təqsirləndirilən şəxsə “qabaqcadan əlbir olan bir qrup şəxs halında” cinayətin törədilməsi ilə bağlı ittiham elan edilməsi ümumiyyətlə anlaşılan olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı “Əziz” adlı şəxsdən aldığını göstərsə də, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Əziz” adlı şəxsiyyəti istintaqla araşdırılan şəxslə və qeyriləri ilə narkotik vasitələrin satışına dair qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi ilə bağlı hər hansı sübut mövcud olmamış, bununla bağlı cinayət təqibi orqanı hər hansı mötəbər dəlil toplamamışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 126.6cı maddəsini rəhbər tutaraq hesab edir ki, hər hansı bir sübutun olmadığı və sübutların məcmusu ilə təsdiq edilmədiyi bir vəziyyətdə, sadəcə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı belə bir şəxsdən narkotik vasitə aldığına dair verdiyi ifadələrə əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın irəli sürülməsi əsassız olmuşdur. Göründüyü kimi, ibtidai araşdırma orqanı tərəfindən cinayətin obyektiv tərəfinin bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsinə dair sübutlar əldə olunub iş materiallarına əlavə edilməmiş, həmçinin müvafiq istintaq hərəkətləri həyata keçirilməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olduğu iddia edilən İran İslam Respublikasının vətəndaşının və qeyrilərinin cinayətin subyekti sayılıb-sayılmaması (yaş və anlaqlılıq baxımından) müəyyən edilmədən sadəcə olaraq Təqsirləndirilən şəxs həmin şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək sonuncu tərəfindən göndərilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edərək üzərində daşıdığı qeyd edilməklə kifayətlənilmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə edib saxlamaqla üzərində daşıyarkən onun hansısa konkret şəxslə qabaqcadan əlbir olması və ya cinayətkar niyyətinin həyata keçirilməsi üçün kiminləsə razılıq əldə edilməsi müəyyən edilməsə də və buna dair hər hansı sübutlar olmasa da, təqsirləndirilən şəxsə tamamilə əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin materialları tədqiq edilərkən iş materiallarına əlavə edilmiş 17 sentyabr 2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərar”dan da görünür ki, ibtidai istintaq orqanının özünün gəldiyi qənaət nəticəsində hazırki cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyən edilməsi ilə bağlı ayrıca icraata cinayət işi ayrılmışdır (iş vərəqə: cild İ, səh.130-131), yəni Təqsirləndirilən şəxs aşkar edilmiş 20820 qram narkotik maddə qurudulmuş marixuananı əldə etdiyi mənbə ibtidai istintaq orqanına da naməlum olduğunun onun özünün qəbul etdiyi göstərilən qərarı ilə təsdiq edilməsi də, Təqsirləndirilən şəxs həmin cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs halında” törədilməsi ilə bağlı ittiham elan edilməsini birmənalı şəkildə istisna etmişdir. Göstərilən səbəblərə görə ehtimallara əsaslanmaqla cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi ittihamın verilməsi əsassız olmuşdur. Beləliklə də, işin faktiki hallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış və ya şəxsiyyəti araşdırılan (şəxsiyyəti ehtimal olunan) şəxslə aralarında cinayətkar razılaşma olması, təqsirləndirilən şəxs ilə narkotik vasitələrin qrup şəklində satışı, satış məqsədi ilə bağlı qabaqcadan razılıq əldə edilməsinə dair heç bir mötəbər sübut mövcud olmamış, ibtidai istintaq orqanı bu hallara düzgün hüquqi qiymət verməmişdir. Belə olan halda, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməsi qanuni olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 12-ci bəndində göstərilmişdir ki, “... CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir”. Bununla bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət və cinayətprosessual qanunvericiliyin əsas prinsiplərinə əsasən şəxsə irəli sürülən ittiham ehtimal və fərziyyədən ibarət ola bilməz, şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyasında nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu hansı konkret faktda əks olunması irəli sürülmüş ittihamda göstərilməli və onların konkret olaraq hansı sübutlarla təsdiq olunması müəyyən edilməlidir. Beləliklə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini, cinayətkar niyyətinin həyata keçirilməsi üçün kiminləsə razılıq əldə edilməsini təsdiq edən real məlumatlar və faktlar, qabaqcadan əlbirliyin mövcudluğu barədə də heç bir sübut müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, “CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır”. Beləliklə də, göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayıb daşıma cinayət əməli üzrə onun əməlində “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” tövsifedici əlamətinin mövcud olması hər hansı sübutlarla təsdiq olunmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsini Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan çıxarır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldığı yerə həqiqətən də 01 (bir) kiloqram narkotik vasitəni götürmək üçün getdiyini bildirsə də, sonradan fikrini dəyişdiyini və narkotik maddəni götürmədiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən də onda narkotik vasitə olmadığını, polis tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalaraq narkotik vasitələrin ona məxsus olmasını etiraf etməsinə məcbur edildiyini göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində göstərilmişdir ki, “Hökmün təsviriəsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.” Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə ifadəsində göstərdiyi xüsusatları cinayət işinin materialları ilə qarşılıqlı şəkildə tədqiq edərək müəyyən etmişdir ki, ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti videoçəkilişdən istifadə edilməklə keçirilmiş, həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüləri məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən həmin istintaq hərəkəti keçirilərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixoloji və ya digər qanunsuz hərəkətlərə yol verilməsi müəyyən edilməmiş, üzərində şəxsi axtarış istintaq hərəkəti zamanı həqiqətən də ittihamda göstərilən narkotik vasitənin aşkar edildiyi təsdiq edilmişdir, həmçinin o, sorğu-sual zamanı həmin maddəni İran İslam Respublikasının vətəndaşından əldə edərək, onun deyəcəyi ünvanlara qoyacağını və qarşılığında 1500 manat məbləğində pul əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadələrini ona qarşı göstərilən fiziki və psixoloji təzyiqlər nəticəsində verməsi barədə dəlillər irəli sürsə də, bu dəlillər əsaslı görünməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3 cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı”işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Bununla bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiqlərin göstərilməsinə dair bildirdiklərinin araşdırılmasından ötrü məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanıldığı İstintaq Təcridxanasına daxil olarkən üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi üçün İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş Təqsirləndirilən şəxs barəsində olan tibbi kitabçada göstərilmiş sağ baldırın ön səthində köhnə çapıq toxumaları barədə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə sual verilərkən həmin köhnə çapıq toxumalarının əvvəldən yarandığını və hazırki cinayət işi ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsdə polis əməkdaşları tərəfindən saxlanıldığı tarixə aid hər hansı xəsarətlər müəyyən edilməmişdir. Bundan başqa, həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici izahat və ifadələrini fiziki və psixoloji təzyiqlərin təsiri altında alınması ilə əlaqələndirsə də, təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişlər. Həmçinin məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən öz imzaları ilə təsdiq etdiyi ifadələrində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təzyiq edilmədiyini bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə də özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu göstərmişdir (iş vərəqə: cild İ, səh.80-84). Təqsirləndirilən şəxs həmin ifadələrini verərkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsini və ya hər hansı başqa etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində qeyd etdiyi həmin “qanunsuz hərəkətlər” barədə, yəni ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən ona edilən fiziki və psixoloji təzyiqlər nəticəsində etirafedici ifadələr verməsini göstərsə də, onun ibtidai istintaq zamanı bu barədə ümumiyyətlə bildirməməsi də həmin ifadələrinin inandırıcı olmadığını və yalan olduğunu bir daha təsdiq etmişdir. Beləliklə də, təqsirləndirilən şəxsin özünü müdafiə ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həmin etirafedici ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş həmin narkotik maddələri məhz satış məqsədilə əldə edib saxlayıb daşıması qənaətinə gələrkən ondan aşkar edilmiş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın ayrı-ayrı 15 (on beş) ədəd bağlamalarda qablaşdırılmasını, aşkar edilmiş həmin maddənin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmasını (20 kiloqram 820 qram), habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həmin maddələri əldə etməkdə məqsədinin başqa ünvanlara qoymaqla qarşılığında maddi qazanc əldə etmək olmasına dair etirafedici ifadələr verməsi kimi işin faktiki hallarını nəzərə alır. Cinayət işinin göstərilən faktiki halları və yuxarıda təsvir edilən mötəbər sübutların məcmusu Təqsirləndirilən şəxs həmin 15 (on beş) ədəd bağlamada olan 20 kiloqram 820 qram narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədilə əldə edib daşımasından başqa nəticəyə gəlinməsini mümkünsüz edir. Odur ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi inkaredici ifadələri cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilən sübutları ilə tamamilə təkzib edildiyindən və onun ifadəsində həmin göstərdikləri cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş həqiqətə uyğun olmayan, heç bir faktla təsdiq olunmayan, yalan və uydurma məlumatlar olduğu təsdiq edildiyindən məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi inkaredici ifadələrini sübut növü kimi qəbul etmir, onun məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələri cinayət işinin faktiki halları ilə və iş üzrə yuxarıda göstərilən digər sübutlarla təsdiq edildiyindən və bununla da həmin ifadələrin sübut növü kimi mötəbərliyi müəyyən edildiyindən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur. Beləliklə də, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, həmin prosessual hərəkətin videoçəkilişini əks etdirən disk, maddi sübutlar, ekspert rəyləri, şahid ifadələri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq sübuta yetirildiyindən məhkəmə onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi inkaredici halları həqiqi olmayan məlumatlar olmaqla, cinayət törətməyə görə daha ağır cinayət məsuliyyətindən və cəzadan yayına bilmək məqsədilə verilmiş, onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Odur ki, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilir, onun cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 04 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyun 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 04 iyun 2025-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 01 sentyabr 2025-ci il tarixli, 5400 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 20818,5 qram narkotik maddə qurudulmuş marixuana məhv edilməli, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 04 iyun 2025ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanca verilmiş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 20818,5 qram narkotik maddə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntüsünün əks olunduğu bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1814/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1814/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver