Məhkəmə qərarları › İş №1(101)-1816/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1816/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1816/2021 08.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı şəxsiyyəti istintaqa məlum olmayan Şahin adlı şəxsə olan 1650 manat pul borcunun bir hissəsinin silinməsi üçün qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, istintaqa məlum olmayan tarixdə külli miqdarda narkotik vasitə heroinin və psixolrop maddə metamfelaminin qoyulduğu Bakı şəhəri Sabunçu rayonu. Balaxanı qəsəbəsi istiqamətində yeni tikilmiş avtomobil yolunda yerləşən reklam tablosunun alı hissəsində gizlədilmiş 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 360,240 qram narkotik vasitə olan heroin və 08 ədəd şəffaf polietilen bükümlərdə, təmiz çəkisi 150,584 qram psixotrop maddə olan metamfetaminigötürüb tanımadığı şəxsə çatdırması ilə bağlı aralarında olmuş şifahi razılaşma əsasında qeyd olunan narkotik vasitələri və psixolrop maddələri həmin ərazidən əldə edib üzərində daşıyaraq saxlamışdır. 25 aprel 2021-ci il tarixdə saat 14:00-da ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq 16-cı PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkçənin sağ iç cibindən 01 ədəd şəffaf polietilen bükümdə, külli miqdarda, təmiz çəkisi 360,240 qram narkotik vasitə heroin və 08 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 147,690 qram, 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 0,448 qram, 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 0,497 qram, 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 0.093 qram, 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 0,474 qram, 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 0,476 qram, 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 0.437 qram, 01 ədəd şəffaf polietilen bükümdə, təmiz çəkisi 0,469 qram, külli miqdarda, ümumi təmiz çəkisi 150,584 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində saxlanıldığı gün 150 qram narkotik vasitə olmayıb. Üzərindəki cins şalvarımın cibində miqdarını dəqiq bilmədiyi amma 30-40 qram olmasını ehtimal etdiyi narkotik vasitə olan heroin olub. Həmçinin ittiham aktında guya üzərində gödəkcə olduğu göstərilsə də, faktiki olaraq üzərində gödəkcə də yox idi və polis əməkdaşları ona gödəkcə geyindirdilər. Üzərində şəxsi axtarış videoçəkilişlə polis bölməsində keçirildi. Axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona gödəkcə geyindirdilər və videoçəkiliş zamanı onun sağ cibində olan narkotik vasitəni çıxarıb təqdim etməli olduğunu bildirdilər. Üzərində olan 30-40 qram heroini şəxsi istifadəsi üçün tablonun altından götürmüşdü, tablonun altından götürdüyü narkotik vasitəni iranlı Şahin adlı şəxsdən almışdı. Anası vəfat etdikdən sonra psixoloji sarsıntılar keçirdiyinə görə narkotik vasitədən istifadə etməyə başladı. O narkotik vasitəni satmaq məqsədi olmayıb. Əməlindən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Nərimanov rayon Polis İdarəsinin 16-ci Polis Bölməsində cinayət-axtarış xidməti üzrə əməliyyat müvəkkili işləyir. 25 aprel 2021-ci il tarixdə xidmət etdiyi polis bölməsinin digər əməkdaşları, Şahid1 və Ramin İsmayıloğlu ilə birlikdə inzibati ərazidə gəzinti apararkən ünvan 4 ünvanın qarşısında bir nəfər şəxsin yerişindən və hərəkətlərindən özünü şübhəli apardığını gördülər. Ona yaxınlaşıb özlərini təqdim etdilər və həmin şəxsin narkotik vasitələrin təsiri altında olmasından, eləcə də onun üzərində narkotik vasitə olmasından şübhələndiklərinə görə onu polis bölməsinə apardılar. Polis bölməsində onun şəxsiyyətinin Təqsirləndirilən şəxs olmasını müəyyən edildi. Bundan sonra videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində 01 ədəd içərisində narkotik vasitə heroin olan büküm və 08 ədəd içərisində psixotrop maddə metamfetamin olan bükümlər aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini kimdən və nə məqsədlə əldə etdiyi soruşulduqda o, narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təxminən bir həftə əvvəl İran İslam Respublikasının vətəndaşı olan Şahin adlı şəxsin göstərişilə yolun kənarındakı reklam tablosunun alt hissəsindən götürdüyünü bildirdi. Təqsirləndirilən şəxs tərəfimizdən saxlanıldıqdan sonra səmimi olaraq hər şeyi etiraf etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü narkotikin satışında özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o, cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan Nərimanov RPİ-nin 16-cı PB-nin təhqiqatçısı polis baş leytenantı Rəşad Əhmədov tərəfindən tərtib olunmuş 25 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokolundan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış zamanı onun müdafiəçisi X3 və polis əməkdaşları iştirak etdirlər. Şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya vasitənin olubolmaması soruşulur və o, könüllü olaraq polis əməkdaşlarına əynində olan tünd göy rəngli gödəkçəsinin sağ iç cibində 01 ədəd içərisində narkotik vasitə heroin olan şəffaf sellofan bükümün və 08 ədəd içərisində psixotrop maddə metamfetamin olan bükümlərin olduğunu deyib həmin bükümləri gödəkçəsinin iç cibindən çıxararaq təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir və onun üzərindən başqa qanunla qadağan olunmuş əşya, maddə və ya vasitə aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini kimdən və nə məqsədlə əldə etdiyi soruşulduqda sonuncu narkotik vasitə heroin və psixotrop maddə metamfetamini təxminən bir həftə öncə, İran İslam Respublikasının vətəndaşı olan Şahin adh şəxsin göstərişilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətində yeni inşa edilmiş edilmiş yolun kənarındakı reklam tablosunun alt hissəsindən Şahinin dediyi şəxslərə çatdırması üçün götürüb üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin zərfə qoyulub möhürlənir. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokol ucadan oxunur və düzgün tərtib olunduğu üçün Yusif İmamnəzov, onun müdafiəçisi, eləcə də digər iştirakçılar tərəfindən imzalanır. Cinayət işindən müəyyən olunur ki, istintaq zamanı 25 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə aparılan şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüğü bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 25 aprel 2021-ci il tarixdə saat 14:00-da ünvan 2 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 16-cı PB-nin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkçənin sağ iç cibindən 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroin və 08 ədəd şəffaf polietilen bükümlərdə, ayrı-ayrılıqda 01 ədəd şəffaf polietilen bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 25 aprel 2021-ci il tarixdə saat 14:00-da ünvan 2 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq 16-cı PBnin inzibati binasına gətirilmiş və xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli gödəkçənin sağ iç cibindən bükümdə narkotik vasitə heroin və 08 ədəd şəffaf polietilen bükümlərdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2021-ci il tarixli 6/1636 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "şübhəli şəxs Təqsirləndirilən şəxs yazısı olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 360,240 qram qəhvəyimtil rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 8 (səkkiz) ədəd bükümdə ümumi təmiz çəkisi 150, 584 qram (ayrı-ayrılıqda təmiz çəkisi 147,690 qram, 0,448 qram, 0,497 qram, 0,093 qram, 0.474 qram, 0,476 qram, 0,437 qram, 0,469 qram) ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfctamindir.Metamfctamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr’hn İ siyasıhına daxildir. Heroinin ümumi təmiz çəkisi 360.240 qr, tədqiqata sərf edildi 0,2 qr, qalıq 360,040 qr, metamfetaminin ümumi təmiz çəkisi 150,584 qr, tədqiqata sərf edildi 0,21 qr, qalıq 150,374 qr. Cinayət işi materiallarinda olan ambulator məcburi narkoloji ekspertizasinin 11 avqust 2021-ci il tarixli 2808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- X2 ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 avqust 2021-ci il tarixli 1761 nömrəli rəyindən görünür ki. yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Y.İ,İmamnəzərov törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Y,İ.İmamnəzərov hazırda da öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş oldugu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət işində olan 25 aprel 2021-ci il tarixli tutma haqqında protokollardan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutuldugu vaxtdan, yəni 25 aprel 2021-ci il tarixdən hesablanmaqla, cəzalasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib səmimi peşman olmasını işdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında ekspertiza tədqiqatdan sonrakı qalıq 360,040 qram heroin və qalıq 150,374 qam metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, iş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək, 7 (yeddi) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar olan və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasında ekspertiza tədqiqatdan sonrakı qalıq 360,040 qram heroin və qalıq 150,374 qam metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD formatlı disk, cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar